Vikipediya Kend Meydani Arxiv Iyul 2009 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Futbol üzrə ÖLKƏ Milli Komandası
Eminnin təklifinə əsasən bu meydanda Futbol üzrə ... Milli Komandası mövzulu məqalələrin Azərbaycan Vikipediyasında adlandırılması standartlarını müzakirə etmək istəyirəm. Azərbaycan vikipediyasında bu mövzuda yaradılan məqalələrin adları ...ın futbol yığma komandası olmaqdansa, Futbol üzrə ... Milli Komandası olarsa məncə dilimizə daha uyğun olar. Ölkə adından sonra -ın şəkilçisinin işlənməməsi daha yaxşı olardı.--Cekli829 16:07, 29 İyun 2009 (Cek vaxtı ilə) Aynı iki katogori var:
- Kateqoriya:Futbol üzrə Milli Komandalar
- Kateqoriya:Milli yığma futbol komandaları
Şablon:UEFA duruma göre ülkeler yönlendirilmeli. Örnek:"Çexiyanın futbol yığma komandası" veya "Futbol üzrə Çexiya Milli Komandası" tercih yapılmalı.
— Bu imzasız yazı 85.100.42.44 (m) tərəfindən əlavə edilib;
Bu standart digər idman sahələrinə (voleybol, həndbol və s.) də tətbiq olunduğuna görə ciddi müzakirə edib sonra qərar vermək lazımdı. Məncə, "Çexiyanın futbol yığma komandası" yaxşı variant deyil. "Futbol üzrə Çexiya Milli Komandası" yaxşıdı. Bir variant da mən təklif edim: "Çexiya Milli Futbol Komandası". Hörmətlə:--Sortilegus 18:17, 4 İyul 2009 (UTC)
Sortilegusun təklifi mənim diqqətimi cəlb etdi. Mən də hesab edirəm ki, "Ölkə Milli Futbol Komandası" daha yaxşı fikirdir. Misal üçün: "Ölkə Milli Həndbol Komandası", "Ölkə Milli Voleybol Komandası", "Ölkə Milli Basketbol Komandası" və s. Burada daha bir əmma meydana çıxır. Bu qadınlardan ibarət milli komandalarla bağlıdır. Hesab edirəm ki, əmmanı da aradan qaldırmağın ən sadə yolu "Ölkə Milli Futbol Komandası" sözünün sonuna mötərizədə qadınlar sözünü yazmaqdır. Misal üçün: "Ölkə Milli Futbol Komandası (qadınlar)"... --Cekli829 11:08, 6 İyul 2009 (Cek vaxtı ilə)
- Salam. Burda mənim variantlardan hər hansına üstünlük vermək barədə qəti fikrim olmadığı üçün münasibət bildirməmişdim. Amma məqalə adlarında mötərizələrdən mümkün qədər az istifadə etmək lazımdır. Bunlar heç bir rəsmi adda olmadığı üçün məqalə adında estetik olaraq qüsur yaradır (nətər deyəllər "vidi pozur"). Ancaq başqa cür adlandırma mümkün olmayanda, oxşar başlıqlı məqalələrdən ayırmaq üçün işlədilməlidir. Qadınlardan ibarət komandalar üçünsə bu müzakirədən sonra razılaşdırılan formaya "qadınlardan ibarət" sözünü əlavə etmək kifayətdir. Bu halda hər hansı məna qarışıqlığı da olmaz. --TimBitsتِمبِتس 07:02, 6 İyul 2009 (UTC)
Babək doğurdanmı farsların qəhrəmanı?
Azərbaycanca (bir az da rusca) Viki istisna olmaqla qalan dillərədki Vikilərda Babək bir mənalı olaraq fars və farsların milli qəhərəmanı kimi göstərilir. Bütün cəhdlərim qarşı tərfin tutarlı qaynakları ilə rədd edilir. Xahiş edirəm Babəkin fars olmaması və onun Azərbaycanla bağlı olduğunu bildirən sanballı akademik qaynaqlar (görkəmli alimlərin əsərləri və s. ) bilirsinizsə burada göstərin, kiminsə vaxtı varsa (işimlə əlaqədar mənim buna imkanım yox) Akademiyanın Tarix İnstitutundan çox şey almaq olar, axı bu bizim milli qəhrəmanımız, farslar isə artıq onu əlimizdən alıb. Əgər İngilisce Vikide fars Babək haqqında məqaləni dəyişə bilsək, qalanı bir az asandır. --Melikov Memmed 09:20, 8 İyul 2009 (UTC)
- 1.
Babəkin atasının adının Abdulla olduğunu söyləyib, sonra da onun güya İslamı üzdə qəbul etməsi (oğluna da Peyğəmbər (s) nəvəsinin adını — Həsən (o biri oğluna öz adını — Abdulla) qoyması) gülünc görünür. Bir şey gün kimi aydındır ki, Babək haqqında məlumatlar əsasən ərəb mənbələrindədir. Təbii ki xilafətin düşməni olduğundan onun haqqında xalqda nifrət oyatmaq üçün cürbəcür şər-böhtanlar yaymalı idilər. Tarixçilərimiz bir şeyi diqqətdən qaçırırlar ki, Babək üsyanı şiələrin 8-ci imamıİmam Rza (ə)-ın Xəlifə Məmnun tərəfindən zəhərlənməsi dövrünə təsadüf edir. Daha doğrusu, Abbasi Xəlifəsi Məmnun xalqı idarəetmə siyasətinin tərkibi kimi, İmam Rza (ə)-ı 816-cı ildə məcburən öz vəliəhdi elan etdi. Məhz Babək üsyanının da bu il başlamasına tarixçilər "əhəmiyyət vermir"lər, məsələyə bir-iki sətirlik dinsizliyi qəbul etmiş kommunistlərin prizmasından yanaşırlar. Bu xüsüsu nəzərə almadıqda Babəkin müsəlman olduğu halda niyə İslam xilafətinə qarşı mübarizə apardığı aydın olmadığından belə qənaətə gəlirlər ki,... (xəlifə sarayının şayiələri) Vago
Sortilegus-a kömək etmə uğrunda İRƏLİ!!!
Varın verən utanmaz! Hələlik buna gücüm çatır (onu da qəbul etsəniz): nizamlamalar-da
- Basic information – Əsas məlumatlar
- Member of groups – Üzvü olduğu qruplar
- Registration time – Qeydə alinmışdır (və ya Qeydiyyata alındığı tarix)
- Cins Male –Kişi, Female – Qadın, Unspesified - Xonsa [:)]
- Signature – İmza
- E-mail options – Elektron ünvanın parametrləri
- E-mail confirmation – Elektron ünvanı təsdiqləmə
- Vago 13:33, 24 İyul 2009 (UTC)
Gələcəkdə nəzərə almaq üçün qeyd
Hörmətli Gülməmməd Sözün var:)?. Axan.bulut-un nümunə kimi göstərdiyi, kürdlərin ərəb və latın qrafikalı səhifələrdə bir-birinə keçid hər dəfə yeni bir HTML səhifəsi açılmaqla olur. Fikrimcə, bunu JavaScript vasitəsilə yeni HTML səhifəsi açılmadan, sadəcə səhifənin özündə etmək də mümkündür və daha yaxşıdır. Vago 12:11, 21 İyul 2009 (UTC)