Vikipediya Kend Meydani Arxiv Iyul 2010 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Jimmy Wales-dən Məktub
Salam. Sizin diqqətinizə Jimmy Wales-dən mənə gələn məktubu təqdim edirəm. Xahiş edirəm məktubu oxuyub öz təkliflərinizi yazın. Mən indidən öz nmizədliyimdən imtina edirəm. Çünki, ən çox redaktə edən şəxs olsam da az.wikipediada nələr baş verdiyindən artıq iki ilə yaxındır ki, elə də məlumatlı deyiləm. Ona görə namizədliyimi əgər razı olduqları təqdirdə Sortilegus və ya İradə xanıma ötürürəm. Xahiş edirəm digər istifadəçilər də öz fikirlərini və namizədlərini buraya yazsınlar. Necə deyərlər Vikipediyamızı əməlli başlı bilən bir nəfər seçək.
Hello!
I am Jimmy Wales (Jimbo), founder of Wikipedia and the Wikimedia Foundation, and I'm doing a personal investigation into the smaller language Wikipedias. I will be presenting some information about this at the upcoming Wikimania, and I am hoping to conduct a video interview with you (over skype) to learn more about your personal stories about what is going on in your language Wikipedia.
You were chosen through a process of looking at a list of smaller languages and the most active contributors. If you feel that you aren't the best person to speak about your language version, please do share this message widely. I'm looking for the most active volunteers in some of the smaller languages.
Please email me at: [email protected] and also email my assistant Topher at [email protected] as soon as possible. Wikimania is less than a week away and I want to get as many interviews done as possible before then!'
--Jimbo
-- Jimmy Wales
Please follow me on twitter: http://twitter.com/jimmy_wales
--Vüsal Ağayev 10:27, 1 İyul 2010 (UTC)
Necə deyərlər Vikipediyamızı əməlli başlı bilən bir nəfər seçək. Məncə bu posta azvikinin fəlsəfəsini və problemlərini dərindən bilən və ingilis dilində öz fikirlərini sərbəst izah edən şəxs seçilməlidir. Hər iki namizədi dəstəkləyirəm. Hörmətlə:--E-citizen 11:29, 1 İyul 2010 (UTC)
Bu məsələ ilə bağlı 2 günün içində qərar vermək lazımdır. Vüsal özü bu işi görsəydi yaxşı olardı. Amma imtina edirsə idarəçilərdən biri bunu eləsin. İngilis dilini bilən olsa yaxşı olar. Mən birisigün (iyulun 8-i) Qdanska - Wikimaniada iştirak etmək üçün yola düşürəm. Orda yəqin ki, Vikipediyamız haqqında, inkişaf meylləri və problemlərlə bağlı məlumat verəcəm. Bu alternativ məlumat kimi onlara lazımdır. Hörmətlə:--Sortilegus 19:44, 6 İyul 2010 (UTC)
- Müvəffəqiyyətlər arzulayıram. Bəlkə bu yükü də öz çiyninizə götürəsiniz?--Vago 11:00, 7 İyul 2010 (UTC)
- Hörmətli Sortilegus bunun öhdəsindən gələr. Razılıq verərsə uğurlar.--MrArifnajafov 11:44, 7 İyul 2010 (UTC)
Hesab edirəm ki, Seçilmiş məqalələrin sayını artırmaq məqsədilə belə bir rubrika: Vikipediya:Seçilmiş məqalə laboratoriyası yaradılsa pis olmazdır. Məqalələr bu süzgəcdən keçirildikdən sonra seçkiyə çıxarılsın. Və bu labaratoriyada məqalələrin standartlaşdırılması ya hamarlanması prosesi getsin. Seçki səhifəsində ancaq seçilmə prossesi getsin. Hesab edirəm ki, seçilmiş məqalə kollektivin məhsulu olmalıdır. Bəzən elə aktual məqalələr vardır ki, seçkidən keçə bilmir. O, məqalələr labaratoriyada korreksiya edildikdən sonra təzədən seçkiyə buraxilmalıdır. Bu rubrika yerli yersiz tənqid əvəzinə əməli işi stimullaşdırardı. Düzdür müəllifin canfəşanlığı vacibdir amma hər şeyi müəllifin üstünə atmaq düzgün deyildir.--MrArifnajafov 20:05, 2 İyul 2010 (UTC)
- Seçilmiş məqalələrin sayının çox olması yaxşı olardı, lakin burda keyfiyyət məsələsi daha əhəmiyyətlidir. Çünki bir dildəki Vikipediya ilə maraqlananda çox vaxt həmin Vikipediyadakı Seçilmiş məqalələr ilə də maraqlanırlar. Seçilmiş məqalə labaratoriyası ideyasını dəstəkləyirəm, çünki reallığa çox uyğundur. Hazırda bir məqalə əvvəlcə Seçilmiş məqalə namizədi kimi göstərilir və bundan sonra onun üzərində iş başlayır, səsvermə artıq başladığından bəzən Seçilmiş məqalə kriteriyalarına uyğun olmayan bir məqalə də seçilə bilər. Bir təklifim də var, reallıq budur ki, bizdə bir işin üzərindən bir az vaxt keçdikdən sonra o “yaddan çıxır”. Yaxşı olar ki, bir “al-əlvan” “Seçilmiş məqalə labaratoriyasına dəvətetmə şablonu” yaradılsın və lazım gəldikcə istifadəçilərin səhifəsinə bu şablon yerləşdirilsin ki, bu “yaddan çıxma” məsələsi olmasın.--Melikov Memmed⇒email 04:44, 3 İyul 2010 (UTC)
Vikipediya:Seçilmiş məqalə laboratoriyası yaratmaq təklifinə müsbər baxıram.Bu prosesi öz axarına buraxmaq olmaz.Bu məsələdə bir sistem olmadığına görə seçilmiş məqalələrimiz az yox, cüzidir.Laboratoriya tipli bir mərhələ yaranarsa səsverməyə vaxtaşırı hərtərəfli nəzərdən keçirilmiş məqalələr çıxarmaq olar.Pis olmazdı ki, bu bölmə Ana səhifədə ayrıca bir sütun kimi verilsin.
Hələki seçiklmiş məqalə məsələsini ciddi nəzarətdə saxlamaq ideyasının əleyhinə çıxan yoxdur.Təklif var ki, idarəçilər öz aralarında son məsləhətləşmələr aparıb variant təklif etsinlər.
AzVikidə kifayət qədər nəzərdən keçiriləsi məqalə var.Həmçinin yeni yaradılanlar da yüksək kriteriyaları nəzərə almalı olarlar.
Hörmətlə --Acategory 17:20, 3 İyul 2010 (UTC)
Zəhmət olmasa bu layihə haqqında təkliflərinizi burada Vikipediya müzakirəsi:Məqalə laboratoriyası verin.--MrArifnajafov 23:31, 3 İyul 2010 (UTC)
Fikrimi bildirdim: Vikipediya müzakirəsi:Məqalə laboratoriyası --Ira 07:33, 5 İyul 2010 (UTC)
Vikipediya:Seçilmiş məqalə nədir? qaydalarında bəzi dəyişikliklər etdim. Hər kəısin fikrini bilmək istərdim. Ümumi razılıq əldə edilərsə səsvermə keçirmədən mətni məqalədə saxlamaq olar. --Ira 10:49, 6 İyul 2010 (UTC)
- Çox gözəl. Hələ səsverməyə çıxarmazdan əvvəl müzakirələri yekunlaşdıraq ki, səsvermə gedişində əlavə müzakirələrə vaxt getməsin. --TimBitsتِمبِتس 21:20, 13 İyul 2010 (UTC)
Lisenziya
Hörmətli həmkarlar. Azərbaycandilli Vikipediyada olan böyük bir boşluğu məncə düzəltməyin vaxtı çatıb. Bu fayl/şəkillərin lisenziyası ilə bağlı məsələdir. Məqalələr getdikcə çoxalır, bir müddətdən sonra axını idarə etmək daha da çətinləşəcək. Müəllif hüquqları rahatca pozulur, bəzi dairələrdə bu məsələyə görə gülünc mənbəyinə çevrilmişik. Bunun qarşısını almaq lazımdır. Bir neçə cəhd oldu, ancaq elə bil yarımçıq qaldı. Hörmətli həmkarlarım, idarəçilər lütfən bu mövzuda nə etmək lazım olduğunu burada yazın və ya edin. Hesab edirəm ki, Azərbaycandilli Vikipediyada bu böyük boşluq və problemdir. Hörmətlə. --Proger danış 10:35, 11 İyul 2010 (UTC)
Məsələ ciddidir. Təklif edirəm hər kəs yüklədiyi bütün şəkilləri bir də yoxlasın. Mənbə göstərilməyən, müəllif hüquqlqrıni pozan şəkillərə ya sil şablonu qoysun ya da lisenziya əlavə etsin. Yalnız bundan sonra lisenziyasız şəkilləri silək. Yoxsa indi silməyə başlasaq, gərək buradakı şəkillərin 60-70 faizi silinə. --Ira 16:55, 13 İyul 2010 (UTC)
- Düzdür. Ancaq ilk növbədə "Fayl yüklə" bölməsini inkişaf etdirmək lazımdır. Lisenziya bölməsi məsələn boşdur, etiket "əllə" qoyulur və sair. --Proger danış 19:15, 13 İyul 2010 (UTC)
- Biz bu məsələni 2-3 gün bundan qabaq Qdanskda keçirilən Wikimania 2010-da bəzi təcrübəli həmkarlarla müzakirə etdik. Çox böyük ethtimal ki, Azərbaycandilli vikipediyadan "Fayl yüklə" bölməsi çıxarılacaq və istifadəçilərə faylları Commonsa necə yükləmək lazım olduğu ilə bağlı xüsusi izah verən səhifə yaradılacaq. Portuqal, ispan, isveç vikipediyaları çox uğurla bu təcrübəni tətbiq edirlər. Hörmətlə:--Sortilegus 19:24, 13 İyul 2010 (UTC)
- Xoş gəlmisiniz! Olduğunz konfransda nələrin baş verdiyi, nələrin müzakirə edildiyi haqda mini-hesabat versəydiniz əla olardı. Şəxsən mənə çox maraqlıdır :). Bu arada düşünülürdü ki, konfransdan sonra görüş olacaq. Yaxın vaxtlarda alınsa, elə orada kiçik hesabata həvəslə baxardım :). Commonsla bağlı ideya əla fikirdir. Ancaq heyif ki, özümüzdə mükəmməl şəkildə görmədim bu səhifəni. Hörmətlə. --Proger danış 20:03, 13 İyul 2010 (UTC)
- Biz bu məsələni 2-3 gün bundan qabaq Qdanskda keçirilən Wikimania 2010-da bəzi təcrübəli həmkarlarla müzakirə etdik. Çox böyük ethtimal ki, Azərbaycandilli vikipediyadan "Fayl yüklə" bölməsi çıxarılacaq və istifadəçilərə faylları Commonsa necə yükləmək lazım olduğu ilə bağlı xüsusi izah verən səhifə yaradılacaq. Portuqal, ispan, isveç vikipediyaları çox uğurla bu təcrübəni tətbiq edirlər. Hörmətlə:--Sortilegus 19:24, 13 İyul 2010 (UTC)
İnşallah görüş də olacaq bu yaxınlarda. Digər idarəçilərlə vaxtını və yerini müzakirə edib məlumat verəcəm. --Sortilegus 20:10, 13 İyul 2010 (UTC)
- Konfransda iştirakla bağlı təbriklər. Bağışla getməmişdən yaza bilməmişəm. Bu barədə bir müzakirə açıb yeni nələr gözlənilir, nə etmək olar, lazımdır və s. məsələləri ilə bağlı söhbət etmək lazımdı. Elə bir şey olsa xəbər verin, çünki son dəyşiklikləri elə də izləyə bilmirəm. --TimBitsتِمبِتس 21:19, 13 İyul 2010 (UTC)
Plagiat
Azərbaycan filosoflarından və alimlərindən 1.Eynəlqüzat Miyanəci,2.Əfzələddin Xunəci,3.Siracəddin Urməvi,4.Məhəmməd Qarabaği,5.Şihabəddin Ömər Sührəvərdi,6.Şəhabəddin Yəhya Sührəvərdi,7.İmadəddin Nəsimi (fəlsəfə hissəsi),8.Əhməd Bərdici,9.Nəcməddin Naxçıvani məqalələri tamamilə plagiatdır.Bu məqalələr AMEA-nın müxbir üzvü,fəlsəfə elmləri doktoru,professor Zakir Məmmədovun əsərlərindən köçürülmüş,onun müəlliflik hüququ pozulmuşdur. — Bu imzasız yazı 62.212.230.22 (m) tərəfindən əlavə edilib;
Hörmətli İP. Özünüzdə daxil olub mənbəni göstərə bilərsiniz. Hörmətlə: --E-citizen 11:15, 15 İyul 2010 (UTC)
- Mənbədən eynilə köçürmə doğurdan da plagiatdır və müəllif hüquqlarının pozulmasıdır. Məqalələrdə mənbələrdəki məlumatlara istiad edilir, lazımi sitatlar istisna olmaqla, mənbənin mətni eyniylə köçürürlmür. Əgər doğurdan da yuxarıda adı çəkilən məqalələr eynilə köçürülübsə onda mətndə lazımi dəyişikliklər edilməli (səhifələrnin silinməsindən söhbət gedə bilməz, özlüyündə bunlar lazımlı məqalələrdi) və adıçəkilən mənbəyə istinad verilməlidir (əgər hələ də bu mənbədəki məlumatlardan məqalədə istifadə olunursa). Məsələ barədə daha çox məlumatlı olduğu üçün yuxarıdakı anonim (IP) istifadəçi və məqalələrə bu məlumatları yerləşdirən istifadəçilər bu işə fikir versəydilər yaxşı olardı.--TimBitsتِمبِتس 11:30, 15 İyul 2010 (UTC)
- Şihabəddin Ömər Sührəvərdi, Nəcməddin Naxçıvani məqlələrini mən yaratmışam, Şəhabəddin Yəhya Sührəvərdi məqaləsini isə zənginləşdirmişəm. Hər üç məqalədə "Azərbaycan filosofları (Bakı, 2005) kitabından istifadə etmişəm. Yuxarıda adı çəkilən alimi isə ümumiyyətlə tanımıram və onun heç bir əsərindən istifadə etməmişəm. Əks təqdirdə mənbə kimi göstərərdim. Həmin üç məqalədə heç bir plagiatdan söhbət gedə bilməz! --sefer azeri 16:44, 15 İyul 2010 (UTC)
- Xahiş edirəm mənbələri əlavə edəsiniz. Deyəsən plagiatı yavaş-yavaş tapırıq :)--Vago 12:01, 15 İyul 2010 (UTC)
- Bunların plagiat olduğunu yüz yerdə yüz dəfə yazacağına istifadəçi olaraq girib mənbəni əlavə edər plagiatlıqdan çıxarardı. Bunu bir iki yerdə yazdığım halda reaksiya belə vermədi. Mənbə göstərilməsi mütləq olmalıdır, amma biz burda diplom işi yazmırıq ki iddia eləyək ki bu fikirlər bizimdir. Məqalələr məncə çox dəyərli məqalələrdir. Silmək söhbəti açılmamalıdır belə, düzəliş edilməlidir sadəcə. Yenə də deyirəm əgər həqiqətən həmin müəllifin haqqlarını qorumağa çalışırsa meydana çıxsın lazım gəlsə müzakirə eləsin və düzəlışləri eləsin. Gizlənpaç oynamaqla işlər düzəlmir. Bir az sərt oldusa sizlər də bunları yazan da üzrlü hesab eləsin.--Bakuemil 16:54, 15 İyul 2010 (UTC)
- AMEA-nın müxbir üzvü,fəlsəfə elmləri doktoru,professor Zakir Məmmədov mənim atamdır. Əgər Səfər Azəri Zakir Məmmədovu tanımırsa,bu filosofların tədqiqi və təbliği sahəsindəki xidmətlərini bilmirsə bu onun öz işidir. Lakin o, bilməlidir ki, atam 40 illik elmi fəaliyyəti müddətində adları qeyd edilən filosoflarla yanaşı, başqa Şərq filosoflarının da irsini tədqiq etmişdir. Buna görə də müasir dövrdə fəlsəfə sahəsində əsərlər yazan "alimlərin" köçürmələrinə məruz qalmışdır. Səfər Azəri də həmin plagiatorların kitablarından köçürmüşdür. Qeyd etmək istərdim ki, yazdığım hər bir söz üçün məsuliyyət daşıyır, bunu faktlarla sübut edə bilərəm,gizlənpaç oynamıram. Bu sübut isə atamın elmi əsərləridir. Mənim atamın irsini qorumaq sahəsində yazdığım onlarla məqaləm vardır.Burada çoxlu sayda fəlsəfə sahəsində elmlər doktorunu plagiat etdikləri üçün tənqid etmişəm. Çünki özüm də fəlsəfə sahəsində fəaliyyət göstərir,atamın elmi yolunu davam etdirirəm.İmza:A.ZAKİRqızı — Bu imzasız yazı 85.132.106.17 (m) tərəfindən əlavə edilib;
- Əgər həmin alimin belə dəyərli əsərləri varsa bu lap yaxşı, qeydiyyatdan keçərək məqalələrdən (hansı ki, həmin əsərlərdən götürüldüyünü iddia edirsiz) istinadlar verə bilərsiz. Bununla da həm atanızın irsini qorumuş olar, həm də məqalələri zənginləşdirərək vikiyə fayda verərsiz. Amma bunun üçün ilk öncə qeydiyyatdan keçin lütfən. --sefer azeri 23:10, 15 İyul 2010 (UTC)
- Hörmətli Səfər Azəri, əgər siz Azərbaycan fəlsəfəsi tarixini, bu sahədə fəaliyyət göstərən alimləri tanımırsınızsa, onda həvəskar kimi nə üçün bu barədə məqalələr yazırsınız? Mən elmi tədqiqatla məşğulam bütün işlərimi atıb, vikipediyada siz və başqalarının yazdıqları məqalələri düzəldə bilmərəm. Yaxşı olardı ki, siz plagiatları deyil, elmi əsərləri oxuduqdan sonra məqalələr yazasınız. Çünki səhv sizindir, düzəliş də sizin olmalıdır.İmza: A.ZAKİRqız — Bu imzasız yazı 85.132.106.17 (m) tərəfindən əlavə edilib;
- A. Zakirqızı, əgər bu məqalələr burda yazılmasaydı və siz də belə reaksiya verməsəydiniz mən gedib Zakir Məmmədov kim olduğunu araşdırmazdım. Mən fəlsəfə həvəskarı deyiləm amma bu şəxslər haqqında əvvəllər araşdırma olduğun bilmirdim. --Bakuemil 18:45, 15 İyul 2010 (UTC)
- Mən fəlsəfəylə məşğul olmuram ki, fəlsəfə tədqiqatçılarını tanıyım. Sizin qeyd etdiyiniz filosoflar haqqında yaratdığım məqalələr də tək deyil, yəni Azərbaycanın filosofları, şairləri ümumiyyətlə tarixi qəhrəmanları haqqında zaman-zaman məqalələr yaratmağa çalışıram və bunu Azərbaycanın təbliğatı üçün edirəm. "Mən elmi tədqiqatla məşğulam bütün işlərimi atıb, vikipediyada siz və başqalarının yazdıqları məqalələri düzəldə bilmərəm." deyirsiz, başa düşə bilmirəm hans məntiqlə. Əgər sizin araşdırmalarınızı millət oxumayacaqsa, Azərbaycana bir xeyri olmayacaqsa onda onlar nəyə lazımdır? Sandıqda saxlamaq üçün? Bircə deməyin ki, akademiyanın 100-150 tirajlı (ən yaxşı halda) nəşrləri ilə araşdırmalarınızı ictimaiyyətə çatdırırsız. İşlərinizi ictimailəşdirin ki, biz də istifadə edək. Özü də hansı kitablardan istəyirəm istifadə edirəm, bu məqalələri yaratmazdan əvvəl Azərbaycan filosofları kitabını oxumuşdum, ondan da istifadə etdim. Sizinsə mənə bu kitabı yox onu oxu deməyə haqqınız yoxdur. Əgər məqalələrə əlavə ədəbiyyatdan istinad vermək istəyirsinizsə buyurun. Daha mənə göstəriş verməyin. --sefer azeri 23:56, 15 İyul 2010 (UTC)
- A. Zakirqızı, əgər bu məqalələr burda yazılmasaydı və siz də belə reaksiya verməsəydiniz mən gedib Zakir Məmmədov kim olduğunu araşdırmazdım. Mən fəlsəfə həvəskarı deyiləm amma bu şəxslər haqqında əvvəllər araşdırma olduğun bilmirdim. --Bakuemil 18:45, 15 İyul 2010 (UTC)
- Hörmətli Səfər Azəri, əgər siz Azərbaycan fəlsəfəsi tarixini, bu sahədə fəaliyyət göstərən alimləri tanımırsınızsa, onda həvəskar kimi nə üçün bu barədə məqalələr yazırsınız? Mən elmi tədqiqatla məşğulam bütün işlərimi atıb, vikipediyada siz və başqalarının yazdıqları məqalələri düzəldə bilmərəm. Yaxşı olardı ki, siz plagiatları deyil, elmi əsərləri oxuduqdan sonra məqalələr yazasınız. Çünki səhv sizindir, düzəliş də sizin olmalıdır.İmza: A.ZAKİRqız — Bu imzasız yazı 85.132.106.17 (m) tərəfindən əlavə edilib;
- Əgər həmin alimin belə dəyərli əsərləri varsa bu lap yaxşı, qeydiyyatdan keçərək məqalələrdən (hansı ki, həmin əsərlərdən götürüldüyünü iddia edirsiz) istinadlar verə bilərsiz. Bununla da həm atanızın irsini qorumuş olar, həm də məqalələri zənginləşdirərək vikiyə fayda verərsiz. Amma bunun üçün ilk öncə qeydiyyatdan keçin lütfən. --sefer azeri 23:10, 15 İyul 2010 (UTC)
- AMEA-nın müxbir üzvü,fəlsəfə elmləri doktoru,professor Zakir Məmmədov mənim atamdır. Əgər Səfər Azəri Zakir Məmmədovu tanımırsa,bu filosofların tədqiqi və təbliği sahəsindəki xidmətlərini bilmirsə bu onun öz işidir. Lakin o, bilməlidir ki, atam 40 illik elmi fəaliyyəti müddətində adları qeyd edilən filosoflarla yanaşı, başqa Şərq filosoflarının da irsini tədqiq etmişdir. Buna görə də müasir dövrdə fəlsəfə sahəsində əsərlər yazan "alimlərin" köçürmələrinə məruz qalmışdır. Səfər Azəri də həmin plagiatorların kitablarından köçürmüşdür. Qeyd etmək istərdim ki, yazdığım hər bir söz üçün məsuliyyət daşıyır, bunu faktlarla sübut edə bilərəm,gizlənpaç oynamıram. Bu sübut isə atamın elmi əsərləridir. Mənim atamın irsini qorumaq sahəsində yazdığım onlarla məqaləm vardır.Burada çoxlu sayda fəlsəfə sahəsində elmlər doktorunu plagiat etdikləri üçün tənqid etmişəm. Çünki özüm də fəlsəfə sahəsində fəaliyyət göstərir,atamın elmi yolunu davam etdirirəm.İmza:A.ZAKİRqızı — Bu imzasız yazı 85.132.106.17 (m) tərəfindən əlavə edilib;
- Bunların plagiat olduğunu yüz yerdə yüz dəfə yazacağına istifadəçi olaraq girib mənbəni əlavə edər plagiatlıqdan çıxarardı. Bunu bir iki yerdə yazdığım halda reaksiya belə vermədi. Mənbə göstərilməsi mütləq olmalıdır, amma biz burda diplom işi yazmırıq ki iddia eləyək ki bu fikirlər bizimdir. Məqalələr məncə çox dəyərli məqalələrdir. Silmək söhbəti açılmamalıdır belə, düzəliş edilməlidir sadəcə. Yenə də deyirəm əgər həqiqətən həmin müəllifin haqqlarını qorumağa çalışırsa meydana çıxsın lazım gəlsə müzakirə eləsin və düzəlışləri eləsin. Gizlənpaç oynamaqla işlər düzəlmir. Bir az sərt oldusa sizlər də bunları yazan da üzrlü hesab eləsin.--Bakuemil 16:54, 15 İyul 2010 (UTC)
- Xahiş edirəm mənbələri əlavə edəsiniz. Deyəsən plagiatı yavaş-yavaş tapırıq :)--Vago 12:01, 15 İyul 2010 (UTC)
- Şihabəddin Ömər Sührəvərdi, Nəcməddin Naxçıvani məqlələrini mən yaratmışam, Şəhabəddin Yəhya Sührəvərdi məqaləsini isə zənginləşdirmişəm. Hər üç məqalədə "Azərbaycan filosofları (Bakı, 2005) kitabından istifadə etmişəm. Yuxarıda adı çəkilən alimi isə ümumiyyətlə tanımıram və onun heç bir əsərindən istifadə etməmişəm. Əks təqdirdə mənbə kimi göstərərdim. Həmin üç məqalədə heç bir plagiatdan söhbət gedə bilməz! --sefer azeri 16:44, 15 İyul 2010 (UTC)
Gördünüz ki, mən gizlənpac oynamıram sadəcə öz tədqiqatımla və atamın irsini qorumaqla məşğul olduğum üçün vikipediyada atamın əsərləri əsasında materialları daxil etməyə vaxtım yoxdur. Əgər siz bu işlə məşğul olmaq fikrindəsinizsə, Zakir Məmmədov irsinə müraciət edib səhvlərinizi özünüz tapa bilərsiniz. İmza: A.ZAKİRqızı — Bu imzasız yazı 85.132.106.17 (m) tərəfindən əlavə edilib;
- Nə bu işlə məşğul olmaq, nə də həmin alimmin əsərlərini oxumaq fikrim yoxdu (ən azından qabaqdakı 3-4 ayda). Bir il bundan əvvəl məqaləni yaratmışam. dediyim kimi hansısa əlavələriniz varsa edə bilərsiz. Belə mübahisələrlə hansısa irsi qorumurlar, real iş görmək lazımdır. --sefer azeri 00:17, 16 İyul 2010 (UTC)
- Məhkəmə yolu ilə atamın müəlliflik hüququnu qoruya bilərəm. Sizin bu cür yazmanız isə elmi tədqiqatın, bunun üçün alimin çəkdiyi zəhmətləri bilmədiyinizi göstərir. İmza: A.ZAKİRqızı — Bu imzasız yazı 85.132.106.17 (m) tərəfindən əlavə edilib;
Anonim istifadəçiyə "mütləq qeydiyyatdan keç" demək Vikipediya prinsiplərinə ziddir. Vikipediya azad ensiklopediyadır və könüllü olaraq burda qeydiyyatdan keçib məqalələr yaratmaq və zənginləşdirmək də olar, qeydiyyatdan keçmədən bunu etmək də olar. Müəllif hüquqları pozuntusu iddiası varsa bunu da idarəçilərdən biri araşdırmalıdır. Mən çalışıb bu məsləni diqqətdə saxlayaram. Hörmətlə:--Sortilegus 19:33, 15 İyul 2010 (UTC)
- Mən israr etmədim, sadəcə qeydiyyatdan keçsə daha yaxşı olar deyə düşünürəm. Bir də ki, bu xanım zorla boynuma qoymaq istəyirdi ki, atamın kitabından istifadə etmisən. İndi də dirəşir ki, həmin kitabı oxu. Əgər həqiqətən də Azərbaycan filosofları (akademik nəşrdir) kitabında xanımın atasının araşdırmalarından istifadə edilibsə getsin kitabın redaksiya heyyətini məhkəməyə versin. Mən sadəcə oxucuyam. Birdə ki, bayaqdan məqaləni redaktə etməyə vaxtı olaayn xanım məhkəmələrə necə vaxt ayıracaq :))--sefer azeri 00:53, 16 İyul 2010 (UTC)
- Elə deyil. Hər bir istifadəçinin mövqeyinə hörmətlə yanaşmaq lazımdır. İdarəçiləri də biz burda ancaq kimisə bloklamaq və ya səhifə silmək üçün seçmirik ki:) Belə mübahisəli məsələlərin həll olunmasında məhz idarəçilər fəallıq göstərməlidirlər. Hörmətlə:--Sortilegus 20:06, 15 İyul 2010 (UTC)
siz plagiat əsərdən köçürmüsünüz, bununla fəxr edirsiniz.Həqiqi alimlər plagiat etmir, elmi əsərlər yazırlar. Zakir Məmmədov da həqiqi alim idi. Bunun üçün AMEA-nın müxbir üzvü seçilmişdi, onlarla elmi əsərlər yazmışdır.Atamı tanımırsınızsa bu sizin öz işinizdir.Lakin alim adına hörmətlə yanaşın! Mən elmi işlə məşğul olmağı üstün tutsam da, lazım gələrsə, məhkəməyə müraciət edə bilərəm.Lakin bu son işdir. Çünki elmi iş mənim üçün əsasdır. Məni yalnız alimlər və elmi işə marağı olan şəxslər başa düşər.Siz oxucusunuzsa onda nə üçün "məqalələr yaradırsınız"?Məqalələr yaradan kəs yaratdığı mövzular haqqında hərtərəfli biliyə sahib olmalıdır. Bunun üçün kitablar oxumalıdır.Səthi şəkildə materiallar hazırlayıb "yaratdığım məqalələr" deməz. Çünki bunun daşıdığı məsuliyyəti bilməlidir.İmza: A.ZAKİRqızı — Bu imzasız yazı 85.132.106.17 (m) tərəfindən əlavə edilib;
- Hörmətli xanım, ola bilsin siz hələ vikipediyanın iş prinsipi ilə tanış deyilsiniz. Burda məqalə yazmaq elmi jurnallarda məqalə yazmaq kimi deyil. Hətta hansısa sahənin mütəxəssisləri və ya alimlər də öz şəxsi bilikləri əsasında məqalə yaza bilməzlər. Bütün məqalələr adi istifadəçilər tərəfindən amma mütləq dərc olunmuş, etibarlı mənbələrə əsaslanaraq yazılır və bu plagiat deyil, təbii ki, mənbəni sözbəsöz köçürməmək şərtilə. Ona görə də siz atanızın və ya hər hansı bir başqa müəllifin əsərlərinin eynilə köçürülməsinə irad tuta bilərsiz, bu haqlıdır da amma bu cür mənbələrin əsasında vikipediyada məqalə yazılmasına irad tuta bilməzsiz. Vikipediyada məqalələr elə bu cür yazılır. Bir də qeyd edim ki, ümumi bir qayda olaraq məhkəmə ilə hədələmək vikipediyada qətiyyən qəbul olunmur və bunu edən istifadəçilər bloklanır. Cəza olaraq yox, hərkəsin məhkəmədə öz hüququnu tələb etmək haqqı var, sadəcə vikipediya heç bir məhkəmə prosesinin tərkib hissəsi olmaq istəmədiyi üçün artıq bu yola baş vuran istifadəçilərin də vikipediya ilə əlaqələrinin kəsilməsi lazım gəlir. Fikrinizi, iradınızı bildirin, əmin olun ki, nəzərə alınacaq, sadəcə, belə olmasa məhkəməyə gedəcəyəm, demək heç bir müsbət nəticə verən deyil. Hörmətlə. --TimBitsتِمبِتس 21:06, 15 İyul 2010 (UTC)
Hər bir yaradıcı şəxsin müəlliflik hüququ var və bu Azərbaycan Respublikasının Müəlliflik Hüquqları qanunu ilə göstərilmişdir. İstər Vikipediya, istərsə də hər hansı bir yol ilə yaradıcı şəxslərin min zəhmətlə əldə etdiyi nailiyyətləri onların adlarını çəkmədən istifadə etmək olmaz. Bu, onların müəlliflik hüququnun pozulmasıdır. Fikrimcə, vikipediya müəlliflərin hüquqlarının pozulması üçün vasitə deyil. Bunun üçün hər kəs öz yazdıqlarında məsuliyyət daşımalıdır. Azərbaycanın elmi, mədəniyyəti, fəlsəfəsi haqqında məqalələr hazırlayarkən həqiqi alimlərin hüququnu pozmamalı, onların əsərlərinin adını göstərərək istifadə etməlidirlər.Xahiş edirəm, əvvəldə qeyd etdiyim 9 nəfər Azərbaycan filosofu və mütəfəkkiri haqqında məqalə ilə maraqlansınlar. Onda AMEA-nın müxbir üzvü Zakir Məmmədovun irsindən olan plagiatı bilərsiniz.Hörmətlə: A.ZAKİRqızı
- Hörmətli xanım A.Zakirqızı. Əgər həqiqətən də rəhmətlik atanızın yaradıcılıq irsini qorumaq və ona sahib çıxmaq istəyirsinizsə, onda bu işə bələd olan bir tədqiqatçı kimi, haqqında söhbət gedən kitabların tapılması, eləcə də mövzuların kitabdakı yerinin təyin olunması bu işin mütəxəssisi olmayan bizlər üçün çətinlik törətməsini nəzərə alıb, həmin mənbələrin məqalələrə əlavə etmənizi xahiş edirəm. Təbii ki, haqqında söhbət gedən məqalələr buradan silinə də bilər. Amma bu, ömrünü belə işlərə həsr etmiş atanızın ruhunu oxşayarmı? Məncə yox. - Hörmətlə, --Vago 06:30, 16 İyul 2010 (UTC)
Necə yəni silinə bilər, mən məqalənin müəllifi olaraq buna icazə vermirəm. Əvvəlcə müzakirə edilməli və plagiat olduğu sübut edilməlidir. Mən istifadə etdiyim mənbəni qeyd edirəm və kimsə gəlib bunu mənim atam araşdırıb və ya istinad etdiyiniz mənbə mənim atamı plagiat edib deməklə məqalə silmək olmaz!--sefer azeri 11:42, 16 İyul 2010 (UTC)
- Xahiş edirəm fikirlərimi diqqətlə oxuyub, məni ittiham etməklə məşğul olmayasınız. Qarşı tərəf məqalənin eynilə köçürüldüyünü sübut etsə, əlbəttə məqalə silinə də bilər. Amma bu, ... --Vago 07:13, 16 İyul 2010 (UTC)
- P.S.: Müzakirələrin əvvəlində Sizdən mənbələri əlavə etməyi təvəqqe etmişdim axı.--Vago 07:13, 16 İyul 2010 (UTC)
Zakir Məmmədov 40 ilə yaxın elmi fəaliyyəti müddətində Azərbaycan fəlsəfəsi tarixi məsələlərini araşdırmışdır. Bu araşdırmalar ərəb və fars dillərindəki mənbələrdən istifadə edilərək yazılmışdır. Zakir Məmmədovun əsərləri kitabxanalarında mövcuddur. Vikipediya.Altıncı addım.dakı müəllif hüquqlarının qorunması hissəsini yada salmaq istərdim.Hörmətlə: A.ZAKİRqızı — Bu imzasız yazı 85.132.106.144 (m) tərəfindən əlavə edilib;
Zakir Məmmədovun kitabları:Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir (1978),bəhmənyarın fəlsəfəsi (1983),Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri (Azərbaycanca 1986,Rusca 1993),Siracəddin Urməvi (1990),Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat)(1991),Eynəlqüzat Miyanəci (1992),Azərbaycan fəlsəfəsi tarixi (İlk nəşr (5000 tiraj), 1994; ikinci nəşr Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamına əsasən 2006 ildə 10 000 tirajla çıxmışdır),Nizami Gəncəvinin fəlsəfi düşüncələri (2000),şərq fəlsəfəsi (IX-XII əsrlər)tərcümə əsərlərin toplusu (1999),Şihabəddin Yəhya Sührəvərdi(2009),həmçinin kollektiv dərsliklər,tərcümə əsərləri, ensiklopedik kitablar, 250-dən çox elmi məqalələr. İmza: A.ZAKİRqızı — Bu imzasız yazı 85.132.106.174 (m) tərəfindən əlavə edilib;
Təklif edirəm ki, müzakirəni Müzakirə:Zakir Məmmədov səhifəsində davam etdirin. -- Cekli829 17:05, 16 iyul 2010 (Cek vaxtı ilə)
Bakının xəritəsi
Yer xəritəsi hazırlamaq üçün Bakının şəhər xəritəsinə ehtiyac var. Kim yardım edə bilər? Standartlara uyğun olmalıdır ki, üzərində koordinatlarla obyektləri göstərmək mümkün olsun.
Təxminən belə bir xəritə. Bu Parisin xəritəsidir. --MrArifnajafov 08:56, 14 İyul 2010 (UTC)
FIFA Dünya Kuboku
Mənə bu səhifədə kömek lazımzır.Menin e-mail : [email protected]özləyirəm. — Bu imzasız yazı Anario95 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Sizə necə kömək lazımdır? -- Cekli829 14:55, 16 iyul 2010 (Cek vaxtı ilə)
Ümumiyyətlə məncə, burda bütün "FİFA" ların yerinə "FIFA" yazsaq daha düzgün olar. Abreviatura ingilis dilindədir. --Sortilegus 10:07, 16 İyul 2010 (UTC)
Razı deyiləm. -- Cekli829 15:13, 16 iyul 2010 (Cek vaxtı ilə)
İngilis yox, fransızcadır: "Fédération Internationale de Football Association". İntervikilərə baxdım - bizdən başqa da adı "milliləşdirən" vikilər var:) Onda qoy qalsın.--Sortilegus 10:22, 16 İyul 2010 (UTC)
- Biz bu adı milliləşdirə bilmərik. Onda gəlin SİEMENS və ya SONİ yazaq. Düzdür bunlar əmtəə nişanlarıdır və heç bir halda dəyişdirilə bilməz, ancaq "FİFA" deyilən şey yoxdur! FIFA var. Bu söz fransızcadan olan sözün qısa yazılışıdır. Milliləşdiriksə onda tam tərcümə edək, "Beynəlxalq futbol assosiasiyası federasiyası" qoyaq və yazaq BFAF. Axı bu gülməlidir... Burada davam edək. --Proger danış 17:05, 16 İyul 2010 (UTC)
"Vikipediya:Seçilmiş şəkil namizədləri
- "Vikipediya:Seçilmiş şəkil namizədləri/Tantalum single crystal and 1cm3 cube.jpg" - Səs verməyə qatılmağı xahiş olunur. Teşekkürler.--Reality 23:05, 19 İyul 2010 (UTC)
Габдулла Тукай
Татар Википедиясеннән Азәрбайҗан кардәшләребезгә зур сәлам! Есть небольшая просьба. Не могли бы вы перевести статью о Габдулле Тукае на азербайджанский язык. Это величайший татарский поэт. Информацию для перевода можете взять из английской, турецкой или русской википедии. Заранее спасибо =)--Рашат Якупов 14:55, 25 İyul 2010 (UTC)
- TÜRKSOY 2011-ci ili “Qabdulla Tukay ili” elan edib--Melikov Memmed⇒email 19:22, 25 İyul 2010 (UTC)