Vikipediya Kend Meydani Arxiv Iyul 2011 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
SAXTAKARLIĞA YOX!!!
Hörmətli Vikipediya istifadəçiləri!
Sonuncu seçkilərin yekunlaşmasına etiraz olaraq fikirlərimi sizə bildirirəm: Seçkidə mənim yetəri səs toplamadığım bildirilir. Əgər etibarsız səslər nəzərə alınırsa Ceklinin idarəçi seçkisində nədən nəzərə alınmadır? Bu yekunlaşmaya baxın: [1] O zaman qaydada yalnız "müsbət səslər" yazıldığı halda qəbul edilmədi. Amma Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları qaydasında "müsbət" sözü işlənmədiyi halda qəbul edilir. Bu artıq VANDALİZMDİR!!!
Bu saxtakarlığa əl atanın AzVikidə Bürokrat olmasının əleyhinəyəm!--Irada 07:48, 1 iyul 2011 (UTC)
Xahiş edirəm ki, adımı hallandırmayın. Mənim səsverməm yanvarda yekunlaşıb. Hal-hazırda tətbiq olunan qayda isə 10 mart 2011-ci ildən qüvvədədir. --►Cek Li Taranmesaj 07:49, 1 iyul 2011 (UTC)
Qəribədir ki, qanunları fırlatmaq dəbi xəstəliyə çevrilib. 20 şəxsin etimadini qazananı niyə bürokrat seçməkdən qorxurlar. Bəlkə hazırki bürokratında qalıb qalmamasını müzakirəyə çıxaraq. Baxıb görək 20 səsi toplaya biləcəkmi. Göründüyü kimi hər şey çox sadədir. --E-citizen 07:46, 1 iyul 2011 (UTC)
Etimad səsverməsi
Büroktarın etimad səsverməsinin keçirilməsini təklif edirəm. Münasibətinizi Vikipediya:İdarəçilərə müraciət səhifəsində yazın. --Irada 07:58, 1 iyul 2011 (UTC)
Namik555 müddətsiz bloklanması təklifi
Namik555 dəfələrlə Ləzgilər məqaləsinə təsdiqlənməmiş və provokasiyalı dəyişikilər etmişdir. Bu səbəbdən o üç dəfə xəbərdarlıq almış, iki dəfə bloklanmışdır. 3 iyul 2011-ci il tarixində isə ora Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan provokasiyalı xəritə yerləşdirmişdir. Buna görə həmin tarixdə mənim tərəfimdən axırıncı xəbərdarlıq almış və bir həftəliyə bloklanmışdır. Onun tərəfindən provokasiyanın təkrarlanacağı təqdirdə onun müddətsiz dövrə bloklanması məsələsini qaldırıram.--Acategory 05:39, 3 iyul 2011 (UTC)
Lehinə: Azərbaycanın aborigen etnoslarından olan, Azərbaycan xalqının etnogenezində rolu olmuş Şahdağ xalqlarının məskunlaşdığı tarixi ərazilərin Ləzgistan adlandırılması qətiyyən doğru deyil. Bu Azərbaycanın milli etnoslarından olan ləzgilərə də ciddi zərbədir. Bu tip separatçı əməllər regionda davamlı böhran yaratmaqda maraqlı olan xarici rəsmi və yaxud da qeyri-rəsmi qurum və ya qruplaşmaların maraqlarına xidmət edən yüksək səviyyəli provakasiyadır. --►Cek Li Taranmesaj 04:42, 4 iyul 2011 (UTC)
- Bloklamaq nə verəcək, o özü yaratdığı bu saxta xəritəni bir çox dildə olan Vikidə də yerləşdirib, təklif edirəm xəritə heç bir mənbəyə dayanmadığı üçün onu commons-dan silməyə çalışaq. --Melikov Memmed⇒email 05:28, 4 iyul 2011 (UTC)
- Keçən dəfəki kimi?→VagoMüzakirə 05:33, 4 iyul 2011 (UTC)
- Xeyir, keçən dəfəki üçün birincisi bir çox mənbə var idi, əslində ad səhv idi, muxtar Respublika olmayıb, onu da düzəltdi. Bu xəritədə olan isə ən azı mən bilən qədər heç vaxt belə bir şey olmayıb, olubsa heç olmasa öyrənərik. İkincisi bunun ayrı bir yolu da yoxdur, varsa təklif edin!--Melikov Memmed⇒email 05:40, 4 iyul 2011 (UTC)
- Keçən dəfəki kimi?→VagoMüzakirə 05:33, 4 iyul 2011 (UTC)
Şəkil Commons-dan silindi, beləliklə 15-dən artıq layhiədən də silindi. Gördüyünüz kimi bəzən blokdan da effektiv yol var--Melikov Memmed⇒email 04:33, 12 iyul 2011 (UTC)
Call for image filter referendum
The Wikimedia Foundation, at the direction of the Board of Trustees, will be holding a vote to determine whether members of the community support the creation and usage of an opt-in personal image filter, which would allow readers to voluntarily screen particular types of images strictly for their own account.
Further details and educational materials will be available shortly. The referendum is scheduled for 12-27 August, 2011, and will be conducted on servers hosted by a neutral third party. Referendum details, officials, voting requirements, and supporting materials will be posted at Meta:Image filter referendum shortly.
Sorry for delivering you a message in English. Please help translate the pages on the referendum on Meta and join the translators mailing list.
For the coordinating committee,
Philippe (WMF)
Cbrown1023
Risker
Mardetanha
PeterSymonds
Robert Harris
İstifadəçi Corcinya mənə bir neçə sual ünvanladı. Suallara cavab verdikdən sonra məndə bir ideya yarandı. Yeni bir səhifə açmaq və istifadəçilərin idarəçilərə sualları olarsa həm sualı, həm cavabı eyni zamanda orada da yerləşdirmək. Bunun atrıq iki nəfərlə yanaşı bütün vikicəmiyyət üçün də maraqlı olacağını düşündüm. Sual-cavabları bu səhifədə yerləşdirmək sərbəst seçimdir, heç kəs buna məcbur edilməmlidir. Eyni zamanda səhifədə polemika açmamağı xahiş edirəm.--Acategory 18:29, 7 iyul 2011 (UTC)
- Yaxşı fikirdir. Düzdür köməkço səhifələrimiz pis-yaxşı var. Ancaq yenə də bu cür bir şeyin olması pis deyil. --Proger danış 11:33, 10 iyul 2011 (UTC)
Salam. Menim bir sualim var. Men idareci olmaq isteyirem. Sesvermede istirak etmek ucun ne etmek lazimdir? --Craig Rzayev 15:12, 4 avqust 2011 (UTC)
- Salam. Siz istifadəçi adınızın yanında olan nizmalamalar bölməsinə baxın. Əgər orada redaktə sayı 1000-dən çoxdursa siz namizədliyinizi elə indi irəli sürə bilərsiniz. --N KOzi Müzakirə 10:21, 4 avqust 2011 (UTC)
Cox Sagolun --Craig Rzayev 15:24, 4 avqust 2011 (UTC)
Düşündürən məsələ
7 iyul tarixində vikipediyanın qocaman istifadəçilərindən biri Rovshan.95-in blok müddəti başa çatır. Onun burada fəaliyyəti 2 il yarıma qədərdir. Zamanında xeyli maraqlı məqalələr yaradıb, daima fəal istifadəçilərdəndir. Ancaq axırıncı ayda gəncliyə xas olan çılğınılığı bloka gətirib çxartdı. Mən təfsilatı təkrarlamaq istəmirəm. İstədiyim bu istifadıçiyə qarşı diqqətli olmağımızdlr. Çox da böyük olmayan sayımızı azaltmağa çalışmayaq. Hamıdan xahiş edirəm kiminsə gəncliyini, kiminsə xarakterini nəzərə alaq. Diqqətimizi bir-birimizlə konfliktə deyil yaradıcılığı yönəldək, Rovşəni və hər birimizi qoruyaq.--Acategory 18:58, 7 iyul 2011 (UTC)
- İstifadəçinin sonuncu dəfə aldığı blokun müddəti bitib. AzVikidə sərbəst fəaliyyətini davam etdirə bilər. Mən onun burdakı müzakirə səhifələrində yazdığı ismarıcları bir-bir təftiş etmişəm. Bu ismarıclar əsasında istifadəçinin qeyri-müəyyən müddətə bloklanmasını istəmək (tələb etmək yox, mənim bu hüququm yoxdur) hüququmdan istifadə etmək istəyirəm. Bununla bağlı, hörmətli idarəçimiz Acategory, şəxsən sizinlə istifadəçi müzakirəsi səhifələrimizdə müzakirə də aparmışıq. Mən yalnız bir halda öz iradlarımı geri çəkə bilərəm ki, istifadəçi bundan sonra sizin (təşəbbüs sizdən gəldiyinə görə) himayənizlə fəaliyyət göstərsin və onun bundan sonrakı fəaliyyəti ilə əlaqədar bütün iradlarımı sizə bildirim (tək mən yox, bütün istifadəçilər). Belə olarsa, bundan sonra istifadəçi bloklanacaqsa, onu siz bloklayacaqsıniz. Çox yaxşı olardı ki, Vikipediya:İdarəçilərə müraciət səhifəsində (həmin səhifədə istifadəçi haqqında şikayət var) istifadəçi bundan sonra sizin (ya bəlkə hansısa başqa idarəçinin, məsələn, Ppervizin, İrada və ya Ceklinin - öz seçimi olacaq) himayəniz altında fəaliyyət göstərməyə və siz onu öz himayəniz altına almağa razı olmanızla bağlı fikrinizi yazasınız. --Sortilegus 14:16, 8 iyul 2011 (UTC)
Beli! Her sey uze cixir)) Acategory, gorursunuzmu?)) Sorti, siz 7 illik komandani dagitmayin, axi onlar sizin emriniz altindadir. Siz 2-3 ilin istifadecilerini bir bir gonderin. Buyurun! Canla bashla ittihamlarinizi gozleyirem. ahhahaha--Robert Langdon 16:13, 8 iyul 2011 (UTC)
Təklifi qəbul edirəm, ona yenə şans verək. Onun müddətsiz bloklanma təklifini müzakirəyə çıxartmayaq, qoy sərbəst fəaliyyətə başlasın. Onu bloklamaq hüququnu mənə verin, ona olan bütün iradları mənə bildirin. Gənc dostumuzu itirməyək, bir qədər səbirli olsa ondan gələcəkdə yaxşı idarəçi olar. Problem həll ediləndən sonra, ittihamlar yaddan çıxandan sonra təklifi özüm verəcəyəm.--Acategory 16:18, 8 iyul 2011 (UTC)
Mənim olmadığım müddətdə görürəm bir çox hadisələr baş verib :). Kafi də olsa sədalar mənə gəlib çıxırdı. Amma bu qədər prosesin baş verdiyindən düzü bixəbər idim. Hər-halda dostumuz Rövşənin bloklanmağı acı faktdır. Onun Azərbaycan Vikipediyasının inkişafında müstəsna rolu vardır və belə hesab edirəm ki, Rövşənin yardımı olmadan biz heç Ana səhifəmizi dəyişə bilməzdik. Məncə mənimıə bir çoxları razılaşar. Təkcə bu yox, digər başqa mövzularda dəyərli məqalələr yaratmışdır. Ümumiyyətlə ən əsası həvəsli bir istifadəçidir. Hər-halda olan olub, keçən keçib. İndi hər şeyi yenidən başlamaq lazımdır. Bilirəm bəzən adam özündən çıxır və qəfil yaranan müəyyən hissləri cilovlamaq olduqca çətindir. Ancaq bundan sonra gərək heç nəyə fikir vermədən yalnız uyğun fəaliyyətdə olasan. Rövşəni isə səbirli və təmkinli olmağa çağırıram. Bizlər hamımız elə kiməsə görə (!) çıxıb getsək bura kimlərə qalar?! İşləmək lazımdır dostlar. Hələ işimiz həddindən artıq çoxdur. Hörmətlə. --Proger danış 11:28, 10 iyul 2011 (UTC)
- Vikipediya:İdarəçilərə müraciət səhifəsində bu problemin müzakirəsi gedir. İnanıram ki, orada hamını razı salan bir ortaq nöqtə tapacağıq. --Sortilegus 16:01, 10 iyul 2011 (UTC)
Salam. Təsadüfən gürcü dilində olan Vikipediyaya göz gəzdirərkən belə bir nüansa rast gəldim. Gürcü Vikipediyasının Facebookda öz səhifəsi var və onlar bu səhifədə özlərinin seçilmiş saydıqları məqalələri təbliğ edir və daha çox insanı Gürcü Vikipediyasında fəaliyyət göstərməyə çağırırlar. Eyni səhifə türk Vikipediyasında da var.
Əgər Facebook sosial şəbəkəsində hal-hazırda 700 milyona yaxın istifadəçinin olduğunu (bu göstərici getdikcə artır) nəzərə alsaq məncə Azərbaycan Vikipediyasına aid belə bir səhifənin açılması da çox gözəl ideya olardı. İdarəçilərin bu barədə fikrini öyrənmək istərdim. Hörmətlə --Verman1 13:02, 10 iyul 2011 (UTC)
Facebook-da Azərbaycan dilində olan vikipediyanın qrupları da mövcuddur (hamıya açıq olan ümumi qrup, dəvətlə olan aktiv istifadəçilərin qrupu və yalnız idarəçilərin qapalı qrupu), səhifəsi də (http://www.facebook.com/az.wikipedia). --Sortilegus 15:56, 10 iyul 2011 (UTC)
Muxtar Maniyev
Rusdilli vikipediyada bu səhifəyə (http://ru.wikipedia.org/?q=Мухтар_Маниев) nəzər salmağınızı xahiş edirəm. Mənə elə gəlir ki, şəkildəki Muxtar Maniyev deyil. --Babək Akifoğlu 09:29, 13 iyul 2011 (UTC)
Məncə elə onun özüdür. Amma daha dəqiqini Gulustan bilər. Çünki şəkili Commonsa o yükləyib. --►Cek Li Taranmesaj 09:48, 13 iyul 2011 (UTC)
Qətiyyən oxşamır. Hər iki şəkli müqayisə edin. O şəxs kimdirsə, ruslara daha çox oxşayır. --Babək Akifoğlu 09:54, 13 iyul 2011 (UTC)
Bu məsələ ilə bağlı Gulustana müraciət etmişəm. O, cavab verməsə, ondan sonra çalışarıq ki, özümüz dəqiqləşdirək. --►Cek Li Taranmesaj 10:06, 13 iyul 2011 (UTC)
Salam, fotonu məm çəkmişəm, bizim aktyorları yaxşı tanımadığımdan yüklənən şəkillərin kimlərə aid olmasını yazmaq iş yoldaşıma tapşırmışam görünür o da tanımır))) Burada onun fotosu var --Gulustan 10:53, 13 iyul 2011 (UTC)
Mən yalnız xəbər verməyi özümə borc bildim. Ümid edirəm ki, Ruvikidəki səhifəyə qoyulmuş bu (http://ru.wikipedia.org/?q=Файл:Muxtar_Maniyev.jpg) şəkil tezliklə dəyişdiriləcək. Commonsu da unutmayın. --Babək Akifoğlu 11:02, 13 iyul 2011 (UTC)
Təəssüflər olsun ki, bu şəkil (http://ru.wikipedia.org/?q=Файл:Muxtar_Maniyev.jpg) hələ də silinməyib. --Babək Akifoğlu 08:57, 24 iyul 2011 (UTC)
Şəklin silinməsi üçün bu səhifədə müvafiq fəaliyyəti həyata keçirmək lazımdır. --►Cek Li Taranmesaj 04:56, 25 iyul 2011 (UTC)
Təşəkkürlər
İdarəçi olmaq üçün səssiz səsvermədə iştirak edib səs verənlərdən təşəkkür edirəm. Yaşasın Azərbaycan, yaşasın AzViki --Ebrahimi-amir 13:50, 19 iyul 2011 (UTC)
- Yaşasın! O ki, qaldı səsverməyə.. Məncə hələ tez idi. Tələsdik. Bir müddət gözləmək və bu qayda da işləyərək, inkişaf etmək lazım idi. Sözsüz ki, inkişaf etmək elə idarəçi olmadan da olar. O üzdən Sizə AzVikidəki gələcək fəaliyyətinizlə bağlı uğurlar arzu edirəm. Ümid edirəm ki, fəaliyyət səsvermənin nəticəsindən asılı olmayaraq, yüksək olacaq. --Proger danış 14:18, 19 iyul 2011 (UTC)
Şablonlar
- {{Simpson cizgi filminin personajı}} (en), (ru)
- {{Cizgi serialı}} (ru) problem çıxsa, müraciət edin.
- "Avroviziya Mahnı Müsabiqəsi qalibləri" (en), (ru), (tr)
- {{Vikipediya bölməsi}} (es), (ca), (pl), (pt), (uk)
- {{Türk Şurası}} (ru), (tr)
- {{Avatar dünyasından personaj}} (en), (ru)
- {{Kanada əyaləti}} (ru)
- {{Avstraliya ştatı}} (en), (ru)
- {{Ukrayna oblastı}}
- {{İslandiya regionu}}
yuxarda göstərdiyim şablonlar məqalələrim üçün çox lazımdırlar. Onları kim yarada bilər? --Мурад 97 23:12, 19 iyul 2011 (UTC)
- Əlavə edim :)
- "Singlechart" (en)
mümkünsə bunu da yaradardız. --sefer 13:05, 19 iyul 2011 (UTC)
Uno-ların işarələri
Salam.Mənim yaratdığım Uno-ların işarələri məqaləsini düzəltməyəcəksiniz?Xahiş edirəm onun adını ona uyuğun olan adla dəyişib düzəldin.Dərin Hörmətlə --Corcinya 16:22, 21 iyul 2011 (UTC)
- Söhbət hansı məqalədən gedir? Nəyi məhz orada "düzəltməliyik"? Bu arada bu cür mövzuları lütfən məqalənin öz müzakirə səhifəsində açın. Kənd Meydanı ümumi xarakterli mövzuları müzakirə etmək üçündür. --Proger danış 15:08, 21 iyul 2011 (UTC)
UNO-ların işarləri məqaləsi boşdur.Hər şeydən əvvəl məqaləni yaratmaq lazımdır.Hörmətli Corcinya siz məqaləni yaradın,mən zənginləşdirərəm.Hörmətlə--Baskervill 16:39, 21 iyul 2011 (UTC)
- Boş deyil - > UNO-ların işarələri. Sadəcə söhbətin nədən getdiyi bəlli deyil. Məqalənin müzakirə səhifəsində müzakirəmizi davam etdirsək daha yaxşı olar. --Proger danış 17:06, 21 iyul 2011 (UTC)
- Wertuose artıq düzəldib. --►Cek Li Taranmesaj 04:27, 22 iyul 2011 (UTC)
Səhv
Elədiyiniz səhvlərə görə sizi bağışlayıram.--Robert Langdon 21:25, 21 iyul 2011 (UTC)
- Yeni çalışmalarınızda sizə uğurlar arzulayıram. Xöş gəlmisiniz. --Ebrahimi-amir 04:13, 22 iyul 2011 (UTC)
- Fəaliyyətinizdə sizə yeni-yeni uğurlar arzusu ilə: --Sultan11 21:09, 24 iyul 2011 (UTC)
İsa ancaq İslamda və Xrestianlıqda (bəlkə də Bəhailikdə də, onu bilmirəm) Məsih kimi sayılır. Məsələn İudaistlər, Buddistlər, ateistlər onu Məsih kimi tanımırlar. Bu onların din hisslərini təhqir edə bilər. Eyni şey Vikipediyada obiri Peyğəmbərlər və Məsihlər haqqında məqalələr adları haqqında demək istəyirəm. --Мурад 97 15:56, 17 iyul 2011 (UTC)
Oyun adları
Mənim diqqətimi bir məqam cəlb etdi.Assassin's Creed oyunun adı,ingilis dilində olduğu kimi qeyd olunub.O, zaman gərək Saylent Hil yox Silent hill olsun.İngilis dilində saylent sözü yoxdur,sakitlik mənasında işlənən silent sözü var.Bunun kimi faktlar düşünürəm ki, çoxdur.Bir qərar vermək lazımdır,oyun adlarının yazılışı Azərbaycan dilində olsun yoxsa hər bir ölkənin öz dilində.Hörmətlə--Edqar Allan Po 12:43, 24 iyul 2011 (UTC)
- Oyun adları əmtəə nişanlarıdır. Məncə orijinal adda yazılmalıdır.-- Pərviz 13:55, 24 iyul 2011 (UTC)
VikiMənbə
s:VikiMənbə:Səsvermə/Səsvermə səhifəsində seçkilər keçirilir. İştirak edə bilərsiniz.--Emin | mesaj 22:59, 24 iyul 2011 (UTC)
Qazax vikipediyası
Yadımdadırsa mən bir dəfə qazax vikipediyasından danışmışdım. İndi təzə şey ortaya çıxıb. Zəhmət olmasa, bura baxın. Təxminən iki-üç günə onlar bizi keçəcək. --N KOzi Müzakirə 12:52, 25 iyul 2011 (UTC)
Keyfiyyətin aşağa yenməsi problem yaradmırsa, 10-15 gündən sonra botumla 30-40 min məqalə yaradı bilərəm, həm yüz mini aşarıq həmdə obiriləri keçərik.Örnək üçün bu məqaləyə baxa bilərsiniz. Hörmətlə --Ebrahimi-amir 13:46, 25 iyul 2011 (UTC)
Dərinliyi elə botla da qaldırmaq olar. Sizin yaratdığınız məqalənin həcmi də kiçik deyil, 2 kb-dir. Əgər eləyə bilərsinizsə, eləyin. --N KOzi Müzakirə 13:53, 25 iyul 2011 (UTC)
Qazaxlarda dərinlik 0-dı deyəsən, amma il sonunacan 200 mini keçməyə söz veriblər, gündə azı 1000-2000 məqalə yaradırlar. --N KOzi Müzakirə 13:55, 25 iyul 2011 (UTC)
Gözləyək görək obiri vikidaşlar nə məsləhət bilirlər. Mən iki üç gün olmayacağam. Gələndən sonra burdakı nəzər əsasında iş aparacağam. Bir də dərinlik təkcə redaktə sayına deyil. Örnək üçün Hindi vikidə 99.299 maqalə var, bütün redaktələr sayı 1.340.208 və dərinlik 32 dir. Bizim 74.746 məqaləmiz var [4], 1.594.748 redaktəmiz, dərinlik 15. Fərq burasındadır ki onlar redaktə əvizinə butun səhifələrinin sayın çoxaldıblar. Onları bütün səhifələri 411.962 səhifədi, bizinkisi 168.113 səhifə. Yanı onların məqalələri bizdən çoxdur, redaktələri azdır, eynihalda keyfiyyətləri yuxarıdir (2 qatdanda çox). Biz gərək istiqamətlənmiş səhifələri silməyək. Lazım olandad artıraq. Hörmətlə --Ebrahimi-amir 14:06, 25 iyul 2011 (UTC)
Mən bu fikirə, şiddətlə qarşı çıxıram!!! Hədəfiniz nədir, bizidə Qazax vikisnin gününəmi salmaq?
Lap deyək ki, bizdə də bir günə oldu 100.000 məqalə,onları kim zənginləşdirəcək və ən əsası onlar kimə lazımdır? Təxminən bir ay əvvəl 10.000 məqalə yaratdız, xeyri oldu?
Qazax vikisnin dərinliyi, lap göz oxşayır 0 dərinlik.Əgər elə bir iş baş versə,bizdə dərinlik 4 və ya 5 olaçaq.10.000 spam məqalə yaradanda,dediz ki, dərinliyi bir neçə günə qaldırmaq olar, o problem deyil.Əvvəl dərinlik 18 idi, indi isə 15.Qaldırında niyə qaldırmırsınız?
Birdə mənə çox qəribə gəlir.Yəni bu kütləvi məqalə yaratmaq Gürcülərin ağlına gəlmir?
Onların cəmi 50.000 məqaləsi var [5] + 41 dərinlikləri--Edqar Allan Po 14:11, 25 iyul 2011 (UTC)
- Bu fikirdən ən qısa zamanda daşınmaq lazımdır.Hörmətlə--Edqar Allan Po 14:28, 25 iyul 2011 (UTC)
- Özümüzü bu gündə olan [6] bir vikipedia ilə müqayisə etmək, məncə Azvikiyə qarşı hörmətsizlikdir.Bu minvalla Qazax vikisi Envikinidə ötəcək.Ançaq bütün Qazaxıstanın əhalisi toplaşsa, onlar dərinliklərini 30 edə bilməzlər.--Edqar Allan Po 14:36, 25 iyul 2011 (UTC)
Kimin üçün dərinlik vacibdirsə, dərinliyi artırsın, kimin üçün məqalə sayı vacibdirsə, məqalə sayını artırsın. Mənim üçün şəxsən məqalə sayı vacibdir. Bu səbəbdən də mümkün qədər məqalə sayının artması istiqamətində fəaliyyət göstərəcəyəm. --►Cek Li Taranmesaj 14:40, 25 iyul 2011 (UTC)
Elə bilirsinjiz ki, ilk dəfə bu məsələni biz müzakirə edirik ya ilk biz təklif edirik? Bura nəzər salın zəhmət olmasa. --N KOzi Müzakirə 04:04, 26 iyul 2011 (UTC)
Zənnimcə, bu, və bu misallar kifayətdir. Camaat Mozambik kəndlərini yaradır, bizdə isə Türkiyə, İran kəndləri müqavimətlə qarşılaşır.
- P.S. Göstərdiyim misallar gürcü vikisindən 16 dəfə böyük olan rus vikisindəndir. İndi müqayisəni siz eləyin. --N KOzi Müzakirə 07:56, 28 iyul 2011 (UTC)
Daha bir link verim, müqayisə aparmaq asan olsun. Bu AzVikinin, bu isə Qazax vikisinin son 5000 redaktəsidir. Müqayisə aparanda məlum olur ki, bizdə 5000 redaktə üçün 6 gün tələb olunursa, onlarda bu rəqəm 3 gündür.
P.S. Bot redaktələri siyahılara daxil deyil --N KOzi Müzakirə 10:53, 28 iyul 2011 (UTC)
Məqalə sayını süni şəkildə artırırlar. Özü də 3 əlifbalı vikidir. Əsas əlifba da kirildir. Sadəcə bizim vikidə bu sistemin tətbiqi qeyri-mümkündür. Mən nə qədər çalışdım, neçə dilçi alimlə müzakirə apardım - Azərbaycan dilinin ərəb və latın variantı üçün ortaq variant (güzgü tərcüməsi) tapmaq alınmadı. Burda mən qərar verməkdə acizəm - latın əlifbalı AzViki (digər vikilayihələrdə olduğu kimi), ya da Azvikidə bu vəziyyət davam edir. --Sortilegus 17:53, 28 iyul 2011 (UTC)
Məsələnin həlli buradadır. Qazaxlar da üç əlifbanı bugzillada həll ediblər. --N KOzi Müzakirə 06:48, 29 iyul 2011 (UTC)
Ümumiyyətlə bu problemin həlli yollarını axtarmaqdansa, yalnız latın əlifbası ilə məqalələr yaratsaq daha yaxşı olar. Onsuz da Cənubi Azərbaycanda gələcəkdə istifadə olunacaq əsas əlifba latın əlifbasıdır. --►Cek Li Taranmesaj 07:01, 29 iyul 2011 (UTC)
- Sən bunu hardan bilirsən? --N KOzi Müzakirə 07:05, 29 iyul 2011 (UTC)
Ərəb əlifbası hücumçularını mən anlamıram heç anlamaq da istəmirəm. Bu boyda xalqın minlillik mədəniyyətini yox etməyə çalışmaq azı düzgün deyil! --N KOzi Müzakirə 07:07, 29 iyul 2011 (UTC)
Əlifbanı dəyişməklə xalqın minlillik mədəniyyətini yox etmək mümkün deyil. Əgər dilini də dəyişsən, bax onda nəinki xalqın mədəniyyəti, hətta xalqın özü də məhv ola bilər.
- P.S. Cənubi Azərbaycanda bu istiqamətdə çoxlu işlər görülür... --►Cek Li Taranmesaj 07:12, 29 iyul 2011 (UTC)
Sual: bu müzakirə nə ilə nəticələnmişdi? --N KOzi Müzakirə 07:10, 29 iyul 2011 (UTC)
Nəticələnməyib. --►Cek Li Taranmesaj 07:12, 29 iyul 2011 (UTC)
- Onda müzakirəni yenidən açaq və nəticələndirək. --N KOzi Müzakirə 07:22, 29 iyul 2011 (UTC)
Ciddi deyim bu xalqın hamısına aiddir. Əlifbanın dəyişməsi mədəniyyətin yox olması deməkdir. Bizim bütün klassikləri Nizami, Füzulu, Nəsimi, Xətai və s. kimi dahiləri yazıldığı kimi oxuyan çooooox az sayda insan var. Minilllik mədəniyyətin məhv edilməsi bu deyil nədi? Əgər savadlı, ziyalı adam Nizamini yox, babasının qəbrində yazılanları oxumaqdan acizdirsə bi faciə deyil? --N KOzi Müzakirə 07:17, 29 iyul 2011 (UTC)
P.S. Bu problemi iddia edim ki, mən hamınızdan yaxşı bilirəm. Çox hörmətli (işi yalnız ərəb əlifbası ilə yazılmış əsərləri oxumaqdan ibarət olan) elm ocağının mütəxəssislərinin etdiyi uşaq səhvlərini heç biriniz yox, mən müşahidə etmişəm. --N KOzi Müzakirə 07:21, 29 iyul 2011 (UTC)
Bu bəşər tarixi üçün normal bir haldır. Yer üzündə elə bir millət varmı ki, indiyə kimi başlanğıcda necə olubsa, elə də davam etsin? Yoxdur! Bir şey ki, bəşəriyyətin başlanğıcı bizə hələ bəlli deyil, gələcəyin də indiki kimi olmayacağını söyləmək heç də çətin deyil. --►Cek Li Taranmesaj 07:22, 29 iyul 2011 (UTC)
- Nəyi normaldır? Əgər sən, mən ədəbyiyatı öyrənəndə oxuduğumuz şerlərin orijinal yox, müasirləşdirilmiş versiya olduğunu bilmiriksə, (əsl məsələ budur) amma ərəblər hətta VI əsr şairlərini olduğu kimi oxuyur və öyrənirsə nəyi normaldır? --N KOzi Müzakirə 07:29, 29 iyul 2011 (UTC)
Ərəblər V əsr şairlərinin şeirlərini necə oxuyur bəs? --►Cek Li Taranmesaj 07:31, 29 iyul 2011 (UTC)
- Olduğu kimi, nöqtə-vergülünə belə dəymədən. --N KOzi Müzakirə 07:32, 29 iyul 2011 (UTC)
Bəs IV əsr şairlərinin şeirlərini ərəblər necə oxuyur? --►Cek Li Taranmesaj 07:37, 29 iyul 2011 (UTC)
Dəyişən heç nə yoxdur. Ədəbi dil və əlifba onlarda dəyişməyib. --N KOzi Müzakirə 07:39, 29 iyul 2011 (UTC)
Bəs Misirlilərdə? Hətta Vikipediyaları da var! --►Cek Li Taranmesaj 07:41, 29 iyul 2011 (UTC)
- Sual: Misir Vikipediyası hansı əlifbadadır? --N KOzi Müzakirə 07:44, 29 iyul 2011 (UTC)
- Qarşı sual: Bəs ermənilərdə? --N KOzi Müzakirə 07:44, 29 iyul 2011 (UTC)
Tək ərəblər yox, çinlilər məsələn 7000 hiyeroqlif işlədir. Məgər onların ağlı yoxdur ki, asanına qaçsınlar? Amma eləmirlər ənənə var axı. --N KOzi Müzakirə 07:42, 29 iyul 2011 (UTC)
Türkiyə bəs niyə etmədi? Cənubi Azərbaycanda latın əlifbasının tətbiqini yubadanlar Türk Dünyasının sürətli inteqrasiyasının qarşısını almağa xidmət edənlərdir. --►Cek Li Taranmesaj 07:47, 29 iyul 2011 (UTC)
- İnteqrasiya nədir? "Molla Nəsrəddin" jurnalını İstambulda da, Təbrizdə də, Daşkənddə də, Urumçidə də, xülasə bütün türk dilli ölkələrdə oxuyub-anlayırdılar. Sən bu gün bir Azərbaycanda çapdan çıxmış qəzetini apar ver özbəyə, qazaxa, lap elə türkə. Hansı ordakını oxuyub başa düşəcək? Heç biri! --N KOzi Müzakirə 07:52, 29 iyul 2011 (UTC)
- Sən elə bilirsən türklər heç peşman deyillər? --N KOzi Müzakirə 07:54, 29 iyul 2011 (UTC)
Niyə məsələn Hindistanlılar, gürcülər, ermənilər, yaponlar, ərəblər, taylandlılar əlifba dəyişmirlər? --N KOzi Müzakirə 07:57, 29 iyul 2011 (UTC)
Son sualıma da cavab ver? Nə vaxta kimi bizim xalqımız 2 əlifbalı xalq olacaq? Bunun özü bədbəxtçilik deyilmi? Dediklərinin hamısının 1 əlifbası var. 2 yox. --►Cek Li Taranmesaj 07:59, 29 iyul 2011 (UTC)
- Onda ərəb əlifbasına keçək. Ərəb əlifbasını biz 1300 il, latını isə üst-üstə 40 il deyil işlədirik. Fərq ortadadır.
- P.S. Dünyada iki, hətta üç əlifbası olan dillər var. (məsələn pəncab dili). Bu faciə deyil. --N KOzi Müzakirə 08:04, 29 iyul 2011 (UTC)
Pəncab dili heç bir dövlətin rəsmi dili deyil. Ona görə də bu normaldır. Elə Cek dilinin də rəsmi əlifbası olmasa da qeyri-rəsmi olaraq 3 əlifba ilə yazıb-pozuruq. Bu bizim üçün heç də xoş bir hal deyil. --►Cek Li Taranmesaj 08:07, 29 iyul 2011 (UTC)
Serb dili Serbiyanın rəsmi dilidir. İki əlifbası var (kirill və latın). --N KOzi Müzakirə 08:09, 29 iyul 2011 (UTC)
Onlar keçid mərhələsindədir. Bir neçə il bundan əvvələ qədər bizdə də elə idi. --►Cek Li Taranmesaj 08:11, 29 iyul 2011 (UTC)
Keçiddə-zadda deyillər. Neçə yüz ildi belədirlər. --N KOzi Müzakirə 08:13, 29 iyul 2011 (UTC)
Elə ona görə də o boyda Yuqoslaviya tikə-tikə oldu da... --►Cek Li Taranmesaj 08:15, 29 iyul 2011 (UTC)
- Mən düşünürəm ki, bizdə iki əlifba olmalıdır.Yəni indi ki, zamanda Cənubi Azərbayanlılara latın əlifbasını öyrətmək mümkün deyil.Ançaq Ana Səhifədə olan Kənd meydanı / کند میدانی əvəzinə Kənd meydanı olsa və ya Son dəyişikliklər / سون دیشیکلر yerinə Son dəyişikliklər olsa Azviki daha gözəl görsənər.Bunun yerinə Ana səhifənin ərəb əlifbası ilə yazılmış variantı üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.
آنا صحیفه yazısı kifayətdir.Yəni həmin bölməyə daxil olanda Cənublu soydaşımız latın qrafikli əlifbanın əlində əsir-yesir qalmasın.Məncə ən gözəl variant budur.Hörmətlə--Edqar Allan Po 12:23, 29 iyul 2011 (UTC)
Mən qabaq qazax vikisinin nümunə kimi istifadə olunmasının tərəfdarı idim. İndi isə serb vikisinin strukturunun daha yaxşı olduğunu düşünürəm. --N KOzi Müzakirə 12:25, 29 iyul 2011 (UTC)
O variant dəfələrlə müzakirə olunub. Lakin Sortilegusun da bildirdiyi kimi Azərbaycan dilinin ərəb və latın variantı üçün ortaq variant (güzgü tərcüməsi) tapmaq hələ ki, mümkün deyil. --►Cek Li Taranmesaj 12:26, 29 iyul 2011 (UTC)
Hər necə olsa kürdlər və qazaxlar bunu eləyiblər axı. --N KOzi Müzakirə 12:27, 29 iyul 2011 (UTC)
- O zaman güzgü tərcüməsini tapana kimi bu variantı yoxlamaq olmaz?--Edqar Allan Po 12:31, 29 iyul 2011 (UTC)
- Bugzillada və bu saytda işləmək lazımdır. Məsələnin açarı ordadır. --N KOzi Müzakirə 06:46, 30 iyul 2011 (UTC)
Mən bu məsələ ilə bağlı sizə bəzi məlumatlar verim ki, hər şey tam aydın olsun. Bütün çox əlifbalı vikilərdə bir əsas əlifba var. Bütün məqalələr o əlifba ilə yaradılır. Azvikinin latın və kiril əlifbalı vikiyə çevrilməsində problem yoxdur. Əsas əlifbanı latın əlifbası götürürük, bu əlifba ilə yazırıq - "Salam". Bir düyməni basırıq kirilcə avtomatik "Салам" məqaləsi yaranır və məqalənin içində də latında nə yazılıbsa kirildə o əks olunur. Məsələn, "Salam - Allahın adlarından biridir", olur "Салам - Аллаһын адларындын биридир". Hərf hərfin güzgüsü olur. Latınca yazılan məqalədə də nəyi redaktə etsək o avtomatik kirilcə olan məqalədə öz əksini tapır. Kirilcə olan məqalə redaktə edilmir. Amma qazaxlardan fərqli olaraq bizim vikinin kiril variantının yaranmasına heç bir ehtiyac yoxdur. Qazaxıstanda ruslar və rusca danışan əhalinin çoxluğu nəzərə alınaraq bu variant yaradılıb. Azərbaycanda latın əlifbasını əhalinin demək olar ki, 95-99%-i bilir. Azərbaycan əlifbasında 32 hərf latında və kirildə bir-birinin güzgüsü olur. Amma ərəb əlifbası ilə Azərbaycan dilində mətn yazılanda saitlər bəzən ixtisar olunur və s. və i. Əski əlifbada yazıb oxuya bilənlər məni anlayarlar. Texniki problem buradan qaynaqlanır. Onda gərək 32 hərfdən ibarət (latınca olan Azərbaycan əlifbasının güzgüsü) ərəb əlifbalı Azərbaycan əlifbası yaradaq özümüzdən ki, hər hərfin güzgüsü olsun. Belə olanda da burda nə yazılacaqsa latınla yazılacaq, nə redaktə olunacaqsa latınla olan məqalələrdə olacaq, avtomatik ərəb əlifbasına çevriləcək. Amma o yazılanları cənublu qardaşlarımız oxuyub anlaya bilməyəcəklər. Yəni ki, problem budur. --Sortilegus 19:46, 30 iyul 2011 (UTC)
Mən hələlik min dənə məqalə yaradıram, istəyirəm bir-iki iş görəm keyfiyyət aşağaya düşməyə. Əgər buna nail ola bilsəm onda hər həftə iki-üç min məqalə ilə irəli gedəcəyik. Hörmətlə --Ebrahimi-amir 15:37, 31 iyul 2011 (UTC)
İndi Keyfiyyət göstəricisi: 14.7607 belədir. --Ebrahimi-amir 15:40, 31 iyul 2011 (UTC)
Mindənə səhifə artırıldı, Keyfiyyət 14.4 də yendi ancaq yenidə Keyfiyyət göstəricisi: 14.7694 göstərir. Əvvəlkindəndən bir az çoxdur. İnşallah çalışacağam yavaş-yavaş (2-3min hər həftə)məqalələri çoxaldam və eyni halda keyfiyyətdə aşağaya yenməsin. Hörmətlə --Ebrahimi-amir 18:19, 31 iyul 2011 (UTC)
- Məncə bizə ərəb əlifbası ilə yanaşı, kiril əlifbasına keçid üçün də əlavə düymə lazımdır. Çünki bir çox digər ölkələrdəki azərbaycanlılar, ilk növbədə Dağıstan, Gürcüstan və bəzi Orta Asiya ölkələrində yaşayanların əksəriyyəti latın əlifbasını tam anlamırlar. Bu hallar üçün kiril əlifbasına çevirmə də faydalı ola bilər. Wertuose 20:07, 9 avqust 2011 (UTC)
Razıyam. İlkin mərhələdə məncə bunu etmək daha doğru olar. --►Safir yüzüklü Ceklimesaj 03:53, 10 avqust 2011 (UTC)
Eniş və artım
- Son vaxtlar məqalələrin kəmiyyət keyfiyyəti kifayət qədər enib. Həmçinin yeni qeydiyyatdan keçən istifadəçilərin Vikipediya qaydalarını oxumadan və riayət etmədən qeyri-ensiklopedik məqalələr yaratmalarının sayı bir xeyli artıb. Bunu aradan qaldırmaq və müsbət göstərici əldə etmək üçün hal-hazırda olduğundan çox nəzarəti və məqalələrin sayını artırmaq lazımdır. --Fuad Sultan 19:02, 25 iyul 2011 (UTC)
- Məqalələrin sayı artanda,vandallıq halları azalaçaq?--Edqar Allan Po 14:24, 25 iyul 2011 (UTC)
- Məqalələrin sayını artıra-artıra, eyni zamanda vandallıqla da mübarizə aparmaq lazımdır. --Fuad Sultan 22:35, 25 iyul 2011 (UTC)
Vandallığın qarşısını almaq üçün patrul sistemi lazımdır. Bunun üçün istəyən olsa, http://translatewiki.net/ saytına grib sistem məlumatlarını tərcümə etsin. --N KOzi Müzakirə 04:14, 26 iyul 2011 (UTC)
Silinməli şəkillər
Salam.Mən yüklədiyim 4 şəkildən ən axrıncıdan başqa digər 3-nü necə silim.Qeyd edim ki, 4-də eyni şəkildi.Ölçüləri fərqlidi.Hörmətlə --Corcinya 16:22, 27 iyul 2011 (UTC)
Silinməli şəkillərə {{Sil}} şablonunu yerləşdirin. --►Cek Li Taranmesaj 11:14, 27 iyul 2011 (UTC)
Açıq-saçıq rəsm əsərləri
Belə getsə AzVikinin açıq-saçıq saytlardan heç fərqi olmayacaq. Bəlkə açıq-saçıq rəsm əsərləri ilə bağlı məqalələrin yaradılmasını təxirə salasınız? --►Cek Li Taranmesaj 08:01, 27 iyul 2011 (UTC)
Ümidvaram ki, müraciətinizdə ciddi deyilsiz.))) Hörmətlə:--sefer 12:16, 27 iyul 2011 (UTC)
Vikipediya, açıq ensiklopediyadır. Açıq-saçıq ensiklopediya deyil:)) --►Cek Li Taranmesaj 12:53, 27 iyul 2011 (UTC)
- Bəlkə azviki ilk vikipediadır ki, belə bir irad tutulur.Hörmətli Cekli bu tablolar, rəsm əsərləridir, hər birinin milyonlarla qiyməti var.Şəxsən mən tablolara sizin yanaşdığnız prizmadan baxmıram.Yəni tabloda hər hansısa bir əxlaqsız nüans yoxdur və olada bilməz.Əgər belə şəkillər sizdə narahatçılıq yaradırsa, o zaman mən Yunan heykəltəraşlarının insan bədənlərini təsvir edən məqalələrini yaradanda sizin reaksiyanız neçə olaçaq?--Edqar Allan Po 13:02, 27 iyul 2011 (UTC)
--JameS RamireZ 13:06, 27 iyul 2011 (UTC)
- Bu əsərlər incəsənətin ayrılmaz bir hissəsidir. Bu açıq-saçıqlıq əxlaqsızlıq və ya pozğunluğun göstəricisi deyil. Buna bu nöqteyi-nəzərdən yanaşmaq yanlışdır. --Fuad Sultan 18:09, 27 iyul 2011 (UTC)
--JameS RamireZ 13:13, 27 iyul 2011 (UTC)
Hər halda belə açıq-saçıq incəsənət Azərbaycandilli cəmiyyətə yaddır. --►Cek Li Taranmesaj 13:30, 27 iyul 2011 (UTC)
- İncəsənət beynəlmiləldir. --Fuad Sultan 18:31, 27 iyul 2011 (UTC)
Ona qalsa hər şey beynəlmiləldir. Amma bizdə açıq-saçıq incəsənət heç bir zaman populyar olmayıb. Amma son illər sosial problemlərlə əlaqədar olaraq, xüsusilə, xarici təsirlərlə bu sahə "çiçəklənsə" də bunun incəsənətə heç bir dəxli yoxdur. Bu sadəcə biyabırçılıqdır! --►Cek Li Taranmesaj 13:39, 27 iyul 2011 (UTC)
- Belə çıxır ki, Rafael böyük sənətkar deyil. Buradakı açıq-saçıqlıq qeyri-əxlaqi məzmun daşımır. --Fuad Sultan 18:41, 27 iyul 2011 (UTC)
O, sadəcə öz millətinin mentalitetinə uyğun hərəkət edib. --►Cek Li Taranmesaj 13:56, 27 iyul 2011 (UTC)
- Sizin bunu biyabırçılıq adlandırmanız məni sadəcə şoka saldı.O zaman belə məlum olur ki, Rafael pozğun adam olub, və işi-güçü yalnız kiminsə əxlaqsız şəklini çəkmək olub.Siz belə düşünməklə Mədəniyyəti təhqir edirsiniz.Və sizi əmin edirəm ki, mənim tərəfimdən Rafaelin və diqər rəssamların, hər çür tabloları haqqında məqalə yaradılaçaq.--Edqar Allan Po 13:51, 27 iyul 2011 (UTC)
--JameS RamireZ 13:54, 27 iyul 2011 (UTC)
İsmarıclarımı diqqətlə oxusan nəyi biyabırçılıq adlandırdığımı daha dəqiq müəyyənləşdirə bilərsən. Əxlaqsızlıq mədəniyyət deyil. --►Cek Li Taranmesaj 13:56, 27 iyul 2011 (UTC)
- Bu əxlaqsızlıq deyil. Bu sadəcə olaraq bir incəsənət üslubudur. --Fuad Sultan 19:00, 27 iyul 2011 (UTC)
Elə isə ağzımıza gələni danışaq da burada. Sonra da deyək ki, bu da mədəniyyətdi. Elə olmaz axı! --►Cek Li Taranmesaj 14:02, 27 iyul 2011 (UTC)
- Sizi əmin edirəm ki, bu işlər davam edəcək--Edqar Allan Po 14:09, 27 iyul 2011 (UTC)
- Axı qeyri-etik ifadələr mədəniyyət deyil. --Fuad Sultan 19:04, 27 iyul 2011 (UTC)
söyüş söymək mədəniyyət deyil :) əksinə mədəniyyətsizlikdir. Siz rəsm əsərindən danışırsız. --JameS RamireZ 14:08, 27 iyul 2011 (UTC)
- Tamamilə razıyam JameS RamireZ. --Fuad Sultan 19:11, 27 iyul 2011 (UTC)
- Biz kiminsə şəxsi həyatına qarışmırıq.Sadəcə digər vikilərdə olan məqalələri öz vikimizdə də yaradırıq.Və buna sadəcə siz qarşısınız.--Edqar Allan Po 14:15, 27 iyul 2011 (UTC)
Baskervill, digər vikilərdə çox şey ola bilər. Amma əsas imicin formalaşdırılmasıdır. Bizə açıq-saçıq imic formalaşdırmaq heç də baş ucalığı gətirmir. Yeri gəlmişkən, Kənd meydanında qalaktikalarla bağlı yaradılmış 10 minə yaxın məqaləni spam adlandıran Siz, nə oldu ki, birdən-birə dəyişdiniz? Əxlaqsızlıqdan uzaq olan həmin məqalələrə Siz qarşı idiniz... --►Cek Li Taranmesaj 07:48, 28 iyul 2011 (UTC)
- Sadəcə şokdayam, soruşmaq ayıb olmasın Cekli bəy siz kimsiniz ki, bizə onu yarat bunu yaratma əmr edirsiz. Yenə deyəsən siz idarəçi adının verdiyi səlahiyyətləri yadınızdan çıxarmaq üzərəsiz. xahiş edirəm, diqqətli olun, sizin bizə nə isə əmr etməyə haqqınız yoxdu! Hərə öz dünyagörüşünü və mədəniyyət səviyyəsini nümayiş etdirir. Rəsm əsərlərini açıq-saçıqlıq və əxlaqsızlıq adlandıran Cekli bəy, indiyə kimi rəsm əsərləri yaradırdım, indən sonra isə seks pozaları haqında məqalə yaradacam, sizin isə bütün bunlara qarışmağa haqqınız yoxdu! Nə istəyərəm onu da yaradaram, qaydaları pozmuram ki, deməli heç nəyə qarışa bilməzsiz. Sizin xoşunuza gəlmirsə baxmayın! Baskervill və digər həmkarlarıma isə, qaydalar çərçivəsində, heç kimə fikir vermədən fəaliyyət göstərmələrini məsləhət görür və işlərində uğurlar arzu edirəm. Bir də xahiş edirəm, müzakirəni kənd meydanında davam etdirin. --sefer 15:34, 28 iyul 2011 (UTC)
--Edqar Allan Po 12:16, 28 iyul 2011 (UTC)
Mənim kim olduğumu bilməsəniz yaxşıdır. Mən əmr etməmişdim, tövsiyyə etmişdim. Bəli, hərə öz dünyagörüşünü və mədəniyyət səviyyəsini nümayiş etdirir! Siz də nümayişə davam edin! --►Cek Li Taranmesaj 10:42, 28 iyul 2011 (UTC)
- Hörmətli Cekli.Bəli mən qalaktikalarla bağlı yaradılmış 10 minə yaxın məqaləni spam adlandırmışam.Səbəbi isə sadədir.Onlar botla yaradılıblar.Biz isə Rafaelin hər bir əsəri üzərində bir-bir işləyirik.Və şəxsən sizi əmin edirəm ki, hər bir əsərdə olan məlumat ən azı 3 dəfə artaçaq.Həmin 10 min məqalənin isə genişləndirilməsinə ən azı 5 il var.Sizin Mənim kim olduğumu bilməsəniz yaxşıdır fikriniz, sizin sülh yox təziq yolunu seçdiynizi göstərir.--Edqar Allan Po 12:20, 28 iyul 2011 (UTC)
Botun özünün yaradılmasında və necə əziyyətin çəkildiyini bilsəydiz, qalaktikalarla bağlı yaradılmış 10 minə yaxın məqaləni spam adlandırmazdınız.
- P.S. Səfərin siz kimsiniz ki deməsi hansı yolu göstərir? Təzyiqlərinizə davam edin. --►Cek Li Taranmesaj 12:31, 28 iyul 2011 (UTC)
- Şəxsən mənim bir tanışım, azvikidə intim həyatı əks etdirən məqalələr yaratmaq istəyir.Ona heç kim qarışa bilməz, ona görə ki, digər dillərdə olan müsəlman ölkələrin vikilərində bu məqalələr var.Və sizdən fərqli olaraq onlar, buna adi yanaşır.[7] ,[8] və ya [9] bu formada.Tam qaydalara uyğun.--Edqar Allan Po 12:28, 28 iyul 2011 (UTC)
İstinad etdiyiniz məqalələrin hamısı tibbi mövzudadır. --►Cek Li Taranmesaj 12:34, 28 iyul 2011 (UTC)
- Yaxşı olsun bunlar: [10] və [11]--Edqar Allan Po 14:01, 28 iyul 2011 (UTC)
bu sadəcə biyabırçılıqdır, hansısa vikidən kimsə girib bu müzakirəni oxusa biyabır olarıq. Hörmətli "Qızıl Statuslu" idarəçimiz Cekli siz öz səhvlərinizdən nəticə çıxarmaqın yerinə yeni-yeni səhvlər edirsiz az qalıb Rafaelə əxlaqsız deyəsiz, Vikipediyada nəinki rəsm əsəri hətta Səfərin qeyd etdiyiki kimi seks pozaları haqqında belə məqalə yaratmaq olar. Digər vikilərdə bu var AzViki isə sizin şəxsi saytınız deyil. Bu müzakirə bitməlidir kim vikipediya qanunları çərçivəsində hansı məqaləni istəyər yaradar. --JameS RamireZ 16:07, 28 iyul 2011 (UTC)
Rafaelin çəkdiyi rəsmlər haqqında burda yaradılan məqalələrə yerləşdirilmiş şəkillərdə Vikipediya prinsiplərinin və qaydalarının pozulması halları yoxdur. Mən şablonda olan məqalələrdəki rəsmləri təftiş etdim, onlar hamısı dünya rəssamlığının şah əsərləridir (pornoqrafik səciyyəli şəkilə rast gəlmədim). Bilmirəm, bəlkə şablondan kənar da hansısa məqalələr yaradılıb və etiraz doğuran şəkillər ora yerləşdirilib. Seks pozisiyaları haqqında da məqalələr yarada bilərsiz. Əgər hesab edirsinizsə ki, bu məqalələr bizim viki üçün çox əhəmiyyətlidir. Amma orda yazdıqlarınıza və yerləşdirdiyiniz şəkillərə ciddi fikir verin. Ola bilər ki, rus vikisində elə bir məqalədə "maraqlı" şəkillər olsun, bizdə məqalədən çıxaraq. --Sortilegus 16:54, 28 iyul 2011 (UTC)
Sortilegusun dediklərinə də diqqətlə əməl edin. Sitat: "Əgər hesab edirsinizsə ki, bu məqalələr bizim viki üçün çox əhəmiyyətlidir. Amma orda yazdıqlarınıza və yerləşdirdiyiniz şəkillərə ciddi fikir verin. Ola bilər ki, rus vikisində elə bir məqalədə "maraqlı" şəkillər olsun, bizdə məqalədən çıxaraq." Bir daha deyirəm: Mən hansısa məqalənin yaradılmamasını əmr etməmişəm! Mən müvafiq məqalələrin yaradılmasının təxirə salınmasını xahiş etmişdim! Sözlərimi diqqətlə oxuyun. Son cümləm xüsusilə mənimlə şəxsi qərəzçiliyi olanlara aiddir. "Qızıl Statussuz" istifadəçi Azeri Warrior sözlərivə fikir ver... --►Cek Li Taranmesaj 04:06, 29 iyul 2011 (UTC)
boş yerə, heçnədən, əsassız və lazımsız mübahisələr yaratmaq sizin AzViki-də əsas işinizdir. Niyə qızıl statuslu? ona görəki digər idarəçilərdən fərqli olaraq siz səsverməni müzakirəsiz zadsız silə bilərsiz. Məqaləni müzakirəsiz silib heçnə deməyə bilərsiz. Özünüz özünüzü idarəçi seçə bilərsiz. Səbəbsiz "block"-lar qoya bilərsiz. Sizin AzVikidə idarəçi olmanız indiyənəcən xeyirdən çox ziyan gətirib. Onlarla mübahisələr. Fəal istifadəçilərin vikidən getməsi və s. --JameS RamireZ 06:01, 29 iyul 2011 (UTC)
- Qaldırdığınız məsələlərə dəfələrlə cavab verilməsinə baxmayaraq, növbəti dəfə də təkrar edirəm:
- Məni şəxsən lağ etməyə haqqınız yoxdur!
- Nə zaman özüm özümü idarəçi seçmişəm? Sübut edin!
- Qoyduğum blokların hamısının səbəbi var! Heç biri səbəbsiz olmayıb!
- Hamsı fəal istifadəçini mən Vikidən uzaqlaşdırmışam? Kiməsə belə bir ismarıcım olmayıb!
Boş yerə, heçnədən, əsassız və lazımsız mübahisələrin inkişafında Sizin rolunuz danılmazdır! Bəsdirin iftira atdınız mənə! --►Cek Li Taranmesaj 06:11, 29 iyul 2011 (UTC)
Hər kəs burda malik olduğu mədəniyyətin səviyyəsini nümaiş etdirir. Əxlaq, savad, qanacaq, mədəniyyət bunları virtualda çox gizlətmək mümükün deyil. incəsənət əsərləri ensklopediyada yer almalı deyilsə, qeyri-ensklopedik internetdən xəbəri olmayan şəxslərin məqalələri burda yer almalıdır? İnsan orqanları, genetika, cinsiyyət kimi terminlər və onlarla bağlı məqalələri də gəlin silək. Kimsə oxuyar gözü açılar, cəmiyyətimizə açıq saçıqlıq gələr. Absurddddddddddd gülünccccccc. Muzeyləridə bağlayaq, rəsm sərgiləri nümaiş etdirilən salonlarada heç kim getməsin. Şəhərə çıxmayın, açıq saçıq geyimli gənclər çoxdur. Buna rəsm əsərlərimi səbəb oldu?!. Məntiq olmayan yerdə daha nə yzıb başa salmağa cəhd edəsən bilmirəm. --E-citizen 07:43, 29 iyul 2011 (UTC)
- Doğurdan da belə çıxır ki, Luvr, Ermitaj, Orse kimi muzeylər ən böyük əxlaqsızlıq yuvasıdı, Rafael, Da vinci, Buqro kimi dahilər isə ən böyük əxlaqsızlarmış.)))) bilmirəm belə dünyagörüşünə nə deyəsən. Bütün bunlar aşağıda verdiyim sualın gündəmdə olduğunu bir daha sübut edir. Bizə belə idarəçi lazımdırmı?!--sefer 10:54, 29 iyul 2011 (UTC)
Bizə lazımdırmı?
- Bütün bu baş verənlər və bir - birinin ardınca düzülən mübahisələr və qalmaqallar silsilələri bir daha Cekli bəyin idarəçi kimi azvikiyə nə qədər lazım olması məsələsinin gündəmə gətirilməsinə səbəb olur. Sadəcə fikirləşirəm, hər addımda bizə mane olan, istifadəçiləri qalmaqala çəkən, aktiv istifadəçilərin vikidən uzaqlaşmasına səbəb olan bir idarəçi bizə lazımdırmı?!...Amma bu təkcə mənim cavab verə biləcəyim bir sual deyil, bütün azviki istifadəçiləri bu sala birgə cavab verməli və bu məsələyə bidəfəlik son qoymalıdır!--sefer 10:54, 29 iyul 2011 (UTC)
- Xahiş edirəm iddiavı sübut et:
- Hansı aktiv istifadəçini vikidən uzaqlaşdırmışam? Tam əksinə məni uzaqlaşdırmağa çalışırsınız!
- Hansı istifadəçini qalmaqala çəkmişəm? Tam əksinə mənim hər addımı hədəfə alaraq qalmaqalı böyütməyə çalışırsınız! --►Cek Li Taranmesaj 06:03, 29 iyul 2011 (UTC)
- Birincisi iddiavı yox iddianı. Xahiş edirəm Azərbaycan dilinə hörmət edəsiz! Bir neçə misra yuxarıda istifadəçi AzeriVarrioru qalmaqala çəkmə cəhdiniz açıqca hiss olunur. İradə xanım, E-citizen kiimi aktiv istifadəçilər sizin təhqir və sıxışdırmalarınız üzündən vikiyə girmirlər. Onların azvikini tərk etmələri ilə isə biz çox şey itiririk. Hansı ki, siz indiki fəaliyyətinizi iki qat artırsanız belə həmin istifadəçilərdən birinin fəaliyyətini belə əvəz edə bilməzsiz! Məgər bunlar azdırmı? İstəyirsinizsə siyahnını xeyli uzada bilərəm! --sefer 10:54, 29 iyul 2011 (UTC)
- Siyahı var ki, onu uzadasan? :)))) Sənin misal çəkdiyin istifadəçilər iddiavın sübutu deyil. Onların fəaliyyətinə diqqət yetirsən AzVikini tərk etmədiklərini görərsən. Hətta onlardan biri dünən də AzVikidə olub! Hətta mən fəaliyyətimi 2 qat yox, 10 qat azaltsam belə... Əlavə olaraq Azərbaycan dilinə hörmətsizlikdə məni ittiham etməyin yersizdir. Həm məqalələrdə, həm də müzakirələrdə daim buna riayət etmişəm. Xahiş edirəm ki, mənə əsassız ittiham etməyi yekunlaşdırın. Tutduğunuz bu yol AzVikinin inkişafına əngəl törədir. --►Cek Li Taranmesaj 06:30, 29 iyul 2011 (UTC)
Ümumiyyətlə sizin bütün fəaliyyətiniz xeyirdən çox ziyan gətirib. Bəlkə bu yaxınlarda İradə xanımla,E-citizen,Robert Landgon,Eminn-lə və digər istifadəçilərlə mübahisə edən mən idim? Tərixə gedib çıxmayaq elə biraz qabaqki mübahisə "açıq-saçıq" rəsm əsərləri. Səfər və Baskervill Rafaelin əsərləri haqqında məqalələr yaradırdı. Azərbaycan Vikipediyasında mədəniyyətə aid olan məqalələr yaradılırdı amma siz bu mübahisənizlə onu dayandırdız və məqalə yaradanları mübahisəyə çəkdiniz bəlkə belə deyil? --JameS RamireZ 06:37, 29 iyul 2011 (UTC)
"Anti-Cekli Koalisiyası"nın başqa hansı üzvləri var? Mümkünsə onların da adlarını əlavə edin:))))) --►Cek Li Taranmesaj 06:41, 29 iyul 2011 (UTC)
- Siz deyəsən özünüzdən çox razısınız axı )))Anticekli koalisiyası ))))))))bəli siyahı var, özü də çox uzundu, Acategory ilə olan mübahisədən başlayıb sonuncu "Açıq-saçıqlıq" şousuna kimi uzatmaq mümkündür. İradə xanım və E-citizenin fəaliyyətinə isə nə cür təsir göstərdiyinizi özləri yazsalar daha yaxşı olar məncə...--sefer 10:54, 29 iyul 2011 (UTC)
Bir daha təkrar edirəm: Aktiv istifadəçilərin vikidən uzaqlaşdırmağım ittihamı əsassızdır. Nəinki belə bir siyahı var. Hətta 1 nəfər də olsun ki, belə istifadəçi yoxdur!
- P.S. Mənə qarşı olanların nəzərinə! Yaxşı olar ki, AzVikidə müzakirələrə və xüsusilə də mübahisələrə vaxt sərf etməkdənsə, Facebookda "Anti-Cekli Koalisiyası" adlı səhifə yaradıb, bu istiqamətdəki fəaliyyətinizi orada davam etdirəsiniz. Çünki Facebook mənim üçün vaxt itkisindən başqa bir şey deyil. --►Cek Li Taranmesaj 07:08, 29 iyul 2011 (UTC)
Nəyə görə əsassızdır. Lap yerində deyilib. Bizim Azvikidəki əvvəlki fəaliyyətimizə baxın indikinə. İyrəndirmisən azvikidən bizi. Bu formada istəyirdin cavabı. İstədiyin vaxt təhqir, ələsalma, kukla, canlı kukla .... davam edim. nə mənası var nəqədər təhqirlərinin sılkasını vermişik. Dərəbəylik gününə qoymusuz vikini. Mənbə mənəm deyib vəzifənizdən sui istifadə edirsiz. Bir başlansın seçki gör necə olacaq. Keçən dəfə sənə etimad səsverməsində + səsverənlərdə budəfə - verəcək. Yaman qorxu düşüb canına. Ona gördə sağ-solduşlarında mənim başladığım dəfələrlə hələdə cavabını görmədiyüm göz yumduqları məsələləri açıq şəkildə saxlayıblar. [12] Antikoalisiya adlandırırsan. Bunlara sözün nədir. Azar bezar etmisən hamını. Niyə istifadəçi kimi qalmaqdan qorxursan. İşləyənsənsə qal işlə. İdarəçiliyi əlində oyuncaq etmisən bloklamaqdan başqa əlindən heçnə gəlmir. --E-citizen 07:25, 29 iyul 2011 (UTC)
Burda olanları asanca tarixcəyə göndərə bilirsiz. Facebukdakıları deyil.--E-citizen 07:26, 29 iyul 2011 (UTC)
Mən nə vaxtsa Sizə demişəmmi, Vikidən uzaqlaşın. Yox! Deməmişəm! --►Cek Li Taranmesaj 07:34, 29 iyul 2011 (UTC)
- Hər şey ortadadı, məncə artıq sözə ehtiyac yoxdu, yazılanları arxivləşdirməklə və gözdən uzaqlaşdırmaqla elə bilirsiz ki, hər şey unuduldu. Lakin bir dəfə, iki dəfə adam fikir vermir, səsini çıxarmır, amma bu qədər də olmaz. İki addımdan bir söz atmalar. mane olmalar və saxtakarlıq, adamı hər şeydən iyrəndirir. Məncə bunun tək həll yolu E-citizenin başladığı səsvermənin nəzərə alınaraq Ceklinin idarəçilikdə qalıb qalmamasının səsverməyə çıxarılmasıdır! --sefer 10:54, 29 iyul 2011 (UTC)
Sən kimsənki mənə deyəsən bu bir. İkincidə bir məsəl var dədə babadan. Biri kəndə gəlir yer isyətir sığınacaq. deyir allah qonağıyam. Çıxır bir iylənmiş mal dərisini asır kəndin ortasında. Ət gün vurduqca iylənir pis qoxu cücü-mücü yayılır kəndə. Camaatda allah qonağıdır deyib ona heçnə etmir kənddən kpçür gedir. Sən demirsən ki, çıxın gedin sən iyrəndirirsənnnnnnnnnnn--E-citizen 07:49, 29 iyul 2011 (UTC)
- Etdiyiniz hərəkətlərdən sonra sözlə get demənizə ehtiyac qalmır axı, saxtakarlıqlar, özbaşına davranışlar, yersiz sözatmalar və hərəkətlər insanları uzaqlaşdırır vikidən. İstifadəçi Rövşən95 hardadı. Soruşmaq ayıb olmasın, hansı səbəbdən işləmir vikidə?Deyəsən az müddət əvvəl yaratdığınız qalmaqalı da yaddan çıxarırsız axı. --sefer 10:54, 29 iyul 2011 (UTC)
Mən olmadan adımın çəkilməsi heç xoşuma gəlmədi. Cekli, bəsdi də! Nə qədər öyrənmək olar. Sizdən yaşdan iki dəfə balacalar sizə həyatı başa salır. Hə birdə mən facebookda yazmışam gedib baxa bilərsiz)) Vikipediyadan tutub qalası deyil ki, Ceklinin(yox bir con) də sonu olacaq əlbət))--Robert Langdon 07:59, 29 iyul 2011 (UTC)
- Cekli, burası da var ki, sizə tərəf bir kimsə yoxdur, hamı qarşıdır. --Fuad Sultan 13:03, 29 iyul 2011 (UTC)
Hahaha Cekliyə dəstək olan olub ki indiyə kimi?) Burda qadınları təhqir edəni, imkanlarından sui-istəfadə edəni, özbaşınalıq edəni dəstəkləmirlər. Bilmirəm Ceklinin nəyindən qorxub onu hələ saxlayırlar. Bəlkə də Cekli onlara rüşvət verir ki, öz bildiyimi edim. Allah bilir! ;) --Robert Langdon 08:06, 29 iyul 2011 (UTC)
- Robert Langdon mən də onu qeyd edirəm ki, heç kəs dəstək olmur. --Fuad Sultan 14:06, 29 iyul 2011 (UTC)
Mənə Qarşı olanlar nə vaxt mənə dəstək olub ki? Həmişə qarşıdırlar:) --►Cek Li Taranmesaj 09:09, 29 iyul 2011 (UTC)
- Cekli, sizə qarşı bir neçə insan deyil, bir qrup insan, hətta deyərdim ki, toplum qarşı çıxır. --Fuad Sultan 14:14, 29 iyul 2011 (UTC)
Sizinlə qismən razıyam. "Anti-Cekli Koalisiyası" desəydiniz daha doğru olardı. --►Cek Li Taranmesaj 09:17, 29 iyul 2011 (UTC)
- Yəni bu çoxluqda insanlar hamısı haqsızdır, içi mən də daxil olmaqla, amma siz haqlısınız? --Fuad Sultan 14:35, 29 iyul 2011 (UTC)
--JameS RamireZ 09:52, 29 iyul 2011 (UTC)
Cekli, özünüz də yaxşı bilirsiz ki, əvvəl vəziyyət heç də belə deyildi. Özbaşınalığınız hər şeyi bu yerə gətirdi. Sizin axrınız vikidə yaxşı olmayacaq.--Robert Langdon 09:44, 29 iyul 2011 (UTC)
- Cekli mən sizin idarəci vəzifənizin alınmasına dair olan səsvermədə, bu işin əleyhinə səs verdim.Səbəbi bu idi ki, istəmirdim ki, kimsə azvikidən getsin.Mənim burada olan heç kimlə tanışlığım yoxdur.Yəni elə başa düşülməsin ki, mən sizin tərəfnizi tuturdum.Ançaq gördüm ki, sizim xeyrinizə səs verməklə azvikidə ən böyük səhvimi etmişəm. --Edqar Allan Po 12:08, 29 iyul 2011 (UTC)
- --JameS RamireZ 12:27, 29 iyul 2011 (UTC)
- --sefer 19:05, 29 iyul 2011 (UTC)
Müzakirələri kampaniya şəklində aparmaq lazım deyil. İdarəçinin fəaliyyəti ilə bağlı Vikipediya:İdarəçilərə müraciət səhifəsində bölmə açılıb. İradlarınızı orda yazın. Məsələn, mənim ilkin təəssüratım - burda müzakirələrə qatılan və idarəçini ittiham edən bütün istifadəçilərə istədikləri məqaləni yaratmaq və həmin məqalələrə istədikləri şəkilləri yerləşdirmək imkanı yaradılıb. Yəni ki, Elvis Presli, Midiya məqalələrindən tutmuş... seks pozisiyalarına qədər. Bir istifadəçinin ("Rovshan.95") fəaliyyəti nəzarət altındadır və qeyri-müəyyən müddətə bloklanması realdır.--Sortilegus 14:41, 29 iyul 2011 (UTC)
- Sizə - idarəçilərə artıq müraciət etmişdik axı, niyə nəzərə almadız? Yuxarıda E-citizenin verdiyi linkdə istifadəçilərin müraciəti var. Buyurub baxa bilərsiz. Düşünmürəm ki, biz kiminsə şərait yaratmasını gözləməliyik, axı bu şəxsi sayt deyil, azad ensiklopediyadır. Əsas odur ki, biz qaydaları pozmadan fəaliyyət göstərdiyimiz yerdə bizə irad tutulur. Nə var ki, kiminsə xoşuna gəlmirmiş bizim fəaliyyətimiz. Və həmin şəxs idarəçi hüququndan istifadə edib bizə irad tutur. Axı bu harda görünüb? Niyə göz yumursuz bu məsələyə (sualım sırf sizədi, hörmətli Sortilegus bəy). Məsələ nə Presli, nə Midiya nə də seks pozisiyalarında deyil, məsələ lazım oldu olmadı bizə irad tutulmasında, işimizə qarışılmasında, xanımların təhqir olunmasında, istifadəçilərlə davamlı qalmaqallar və lazımsız müzakirələr yaradaraq istifadəçilərin aktiv fəaliyyətdən uzaqlaşdıran idarəçinin bizə nə qədər lazım olmasındadı. Məsələ özbaşına istifadəçilərin bloklanmasındadı. Durduğu yerdə Azerivarrior niyə bloklandı? İdarəçi kimdən xoşu gəlmirsə bloklamalıdı onu? --sefer 19:05, 29 iyul 2011 (UTC)
"Əsas odur ki, biz qaydaları pozmadan fəaliyyət göstərdiyimiz yerdə bizə irad tutulur. Nə var ki, kiminsə xoşuna gəlmirmiş bizim fəaliyyətimiz." - heç vaxt "biz" müraciət formasından istifadə eləmə. "Siz" hörmət əlaməti olaraq işlətmək olar. Hörmətlə:--Sortilegus 15:28, 29 iyul 2011 (UTC)
- Hörmətli Sortilegus hər halda sizə ünvanlanan suala cavab verməynizi gözləyirik.Hörmətlə--Edqar Allan Po 15:38, 29 iyul 2011 (UTC)
- İstənilən ərk etmədiyin şəxsə sizlə müraciət olunması daha düzgündür. --Fuad Sultan 20:42, 29 iyul 2011 (UTC)
- Hörmətli Edqar Allan Po burda konkret mənə ünvanlanan sual tapmadım. Lütfən sualı təkrar yazın. Hörmətlə:--Sortilegus 15:48, 29 iyul 2011 (UTC)
Sortilegus, mənim şəxsən sənə ünvanlanan sualım var: Nədən buradakı [13] imzalara laqeyid oldun (kobud desək tüpürdün) və məsələni belə açıq şəkildə, həll etmədən arxivə göndərdin. Əgər atalar sözündən istifadə etməklə mənə olunan təhqiri adi hal hesab edirsənsə o zaman mən də şəxsən sənə və bu məsələyə laqeyid qalanlara müraciət zamanı atalar sözlərindən istifadə etmək fikrindəyəm. Atalar sözü: At ölüb, itlərin bayramıdır. --Irada 16:39, 29 iyul 2011 (UTC)
- Iradanın dediyi ilə razıyam, bunu həll etmək lazımdır. --Fuad Sultan 21:47, 29 iyul 2011 (UTC)
Çünki bir nəfərə qarşı kampaniya şəklində 5-10 istifadəçi təbliğat aparır. İradə xanım, burda son bürokrat və idarəçi seçkilərində mən kiminsə namizədliyini irəli sürməmişəm. Seçki olub - səslər hesablanıb və sənin də iştirak etdiyin bürokrat seçkisində namizədlər lazımi səs toplamayıb, idarəçi seçkisində isə ümumiyyətlə kvota olmayıb. Cekli-nin idarəçilikdən çıxarılmasını istəyirsiz? Bu dəqiqədən başlayaraq etimad səsverməsi keçirin. Bu cür səsvermə sənin təklifin ilə mənim üçün də, mənim təklifim ilə sənin üçün də keçirilə bilər və burda bir-birimizdən inciməli bir məsələ yoxdur. Səs verənlərin 2/3-si idarəçi statusunun alınmasını dəstəkləməlidir. Mənim 1 səsim var və öz səsimi heç bir kampaniyalara qoşulmadan, düşünüb-daşınaraq istifadə edirəm.
P.S. Vikisitatın idarəçisi olaraq Vikipediyada atalar sözləri və ya aforizmlərdən istifadə etməkdən vaz keçirəm:)--Sortilegus 17:16, 29 iyul 2011 (UTC)
Əgər istifadəçilər idarəçidən Vikipediya qaydalarına uyğun hərəkət etməyi tələb edirlərsə, ona nədən "kompaniya" adı qoyursan. Əgər bu məntiqlə fikirləşsək, o zaman bütün səsvermələr konpaniyadır! Mən seçkidən danışmıram - mənə olan təhqirdən danışıram - sualımı diqqətlə oxu! Sən bürokratsan - səhmət çək məsələni də Vikipediya qaydaları ilə həll et. Mən səsvermə keçirə bilmərəm, çünki, maraqlı tərəf sayılıram. Bunu bilməyin gərəkdir. İndi ki, Vikipediyada yeganə və əvəzolunmaz bürokrat qalmaq arzusundasan, belə məsələləri də gələcəkdə həll etməli olacaqsan (Arbirtaj Komitəsi yaranana kimi)! Ceklinin idarəçi qalıb-qalmamasını mən həll etmirəm. Mən yalnız özümə olan təhqirin "aqibətini" bilmək istəyirəm. Yuxarıda yazdıqlarım o qədərmi mürəkkəb oldu ki, anlamadın, yoxsa...--Irada 17:30, 29 iyul 2011 (UTC)
Cekli yenə mübahisə yaradıb! Nə qədər olar axı, bu "dahi" idarəçi nə vikipediyada nə də vikisitatda normal fəaliyyət göstərə bilmir. Bütün müzakirələri qalmaqala çevirir. Qarşısındakına hörmət etmir. Amma hələ də vikipediyadadır. Açıq-saçıq şəkilləri görmək istəmir. Bircə bu tərbiyəlidi də... Hamı pozulub vikipediyada cekli qalıb. Halbuki başqası bu cür fəaliyyət göstərsə, çoxdan bloklanmışdı. Nəyə görə burdadır? Hansı lazımlı fəaliyyətinə görə? Zarafat səhifəsinə, "mənalı" suallarına yoxsa [14] bu cür məqalələrinə görə? Vikipediya telefon kitabçasıdır bəlkə? [15] Vandalizmə görə təşəkkür etdiyinə görəmi?--Emin | mesaj 17:57, 29 iyul 2011 (UTC)
Mənim bloklanmağım realdır)) hahaha) niyə? çünki mən digər istifadəçilərdən fərqli olaraq sizin haqqınızda çox şey bilirəm?) Qorxmayın) sizin yeyən deyiləm. İdarəçilikdən çıxana kimi kabus olacam sizin üçün!--Robert Langdon 18:22, 29 iyul 2011 (UTC)
Bəlkə burda Arbitraj komitəsinin, amma layiqli, bitərəf bir komitənin yaranmasını məndən çox istəyən yoxdur. Son 1-2 ildə bütün mübahisələr əvvəl-axır mənə yönəlir, mən hamının fikrini nəzərə alıram, ümumiləşdirdiyim səsvermələr tam qanuna uyğun olur, amma yenə də məndən səlahiyyətlərim mənə imkan verəndən daha artıq şeylər istənilir və kimlərsə məndən narazı qalır. İradə xanım, sən (bilirəm ki, mənim sənə "sən" müraciətimdən inciməzsən:)) özün təcrübəli bir vikipediyaçısan, son 4 ildə səninlə birgə uzun bir yolun yolçusuyuq. Qanunları da, nə vaxt maraqlı tərəf olub-olmadığını da çox gözəl bilirsən. Çünki özün AzVikinin bir çox qanun və prinsiplərinin müəllifi və ya həmmüəllifisən. Problem ondadır ki, sən son 2 ildə (bəlkə də bundan bir qədər daha az və ya daha çox) həmişə maraqlı tərəfsən. Nə bilim, atalar sözləri, şeirlər, poemadan parçalar yazmaqla yox, konkret kimin (istifadəçi, idarəçi) fəaliyyətindən narazısınsa, səni narazı salan bəndlər hansılardırsa onları yaz. --Sortilegus 18:41, 29 iyul 2011 (UTC)
Artıq çox şey istənilib səndən, məsələn mən [16] burda sənə müraciət etmişdim. Amma bu artıq idi, çünki idarəçi nə istəsə edə bilər. Mən buna nə deyə bilərəm ki? Lap əsəbiləşər qeyri-müəyyən müddətə bloklayar.--Emin | mesaj 18:55, 29 iyul 2011 (UTC)
Sortilegus, mən konkret sual verdim və mənə olan təhqirin [17] cavabsız qaldığını bir daha sənə xatırlatdım. Mənim təhqir olunmağım sənin xoşuna gəlirsə, bu artıq Azvikinin problemidir. Hər halda sənin yaxınına bu söz deyilsəydi belə istehzalı danışmazdın. --Irada 19:13, 29 iyul 2011 (UTC)
Bütün mübahisəyə səbəb olan müzakirələri izləyirəm. Mən heç kimin təhqir olunmasını istəmirəm. Bir məsləhət - normal fəaliyyətini burda davam et. AzViki İradə xanımın lazımlı redaktələri, yaratdığı məqalələr üçün darıxıb:). Sənin istinad verdiyin müzakirə səhifəsinə baxdım - "Sortilegusun halallığını almayan heç kəs seçkidə qalib gələ bilməz". Çox xahiş edirəm (bu xüsusi ilə idarəçilərə aiddir) - məndən büt düzəltməyin. Mən bu günə qədər fəaliyyətimdə AzVinin məhz bütlərdən azad olması üçün çalışmışam. --Sortilegus 21:19, 29 iyul 2011 (UTC)
- Düşünürəm ki, bu şəkildə, müzakirələri uzatmaqla məsələni həll edə bilməyəciyik. İstifadəçilərin böyük bir hissəsinin bir idarəçi kimi Cekli bəyin fəaliyyətindən narazı olduğu ortadadı. İdarəçilərdən hansının bunu etməsinin mənimçün şəxsən bir əhəmiyyəti yoxdur, amma mütləq etimad səsverməsinin keçirilməsini tələb edirəm. Məncə buna haqqım çatır. --sefer 12:59, 30 iyul 2011 (UTC)
- --JameS RamireZ 10:38, 30 iyul 2011 (UTC)
- Azvikidə çoxdankı dəb. Problem ortada qalır Sortilegus ətrafda gəzir və görməməzliyə varır. Sortilegus Cekli sizin nəyinizdir? Nə haqq-hesab var aranızda? Nəyə görə hamının üstündən xətt çəkib bir onu haqqlı sayırsız? Bu verdiyim sullarında ətrafında gəzməyin. Bu sualları verməyə məni məcbur etdiniz. İnciməyin, Ceklinin səhflərinə göz yumub onu müdafiə etdikcə Sizə olan Hörmətədə
xələ gətirirsiz. Hörmətlə--E-citizen 07:33, 1 avqust 2011 (UTC)
Şəki xanları barədə məqalələr
Şəki xanları, knyazları, hakimləri, məlikləri .... onların sayı 40-dan çoxdur, hər biri haqqında məqalə yaza bilərəm. Şəki Şirvanşahlar dövləti kimi bir dövlət olub, fəqət, onun tarixi demək olar ki heç öyrənilməyib! Nə isə Şəki xanlarından biri - Dərviş Məhəmməd xan haqqında məqalə demək olar ki, hazırdır, münasibətinizi bilmək mənim üçün maraqlıdır, əgər narazılıq yoxdursa, digərləri haqqında da yaza bilərəm, onu da əlavə edim ki, mən heç nəyi özümdən uydurmamışam, butün yazdıqlarım narrativ mənbələrdən götürülüb, tək tük hallarda "güma etmək olar ki", yaxud "mümkündür ki" ifadələrindən sonra öz fikrimi də əlavə etmişəm, bu çox azdır. Hə, nə deyirsiniz, Şəki xanları, knyazları, hakimləri, məlikləri haqqında məqalələr yazmağı davam etdirim? Aydın Məmmədov 02:34, 29 iyul 2011 (UTC)
- Gözəl fəaliyyət görürsünüz, şəxsən mən bəyəndim. Nə qədər lazımdırsa məqalə yaradın, əgər Şəki tarixi indiyəcən yaxşı araşdırılmayıbsa, indi niyə araşdırılmasın. --N KOzi Müzakirə 04:08, 29 iyul 2011 (UTC)
- Məncə davam etməlisiniz.Qeyd etdiniz ki, hadisələri özünüzdən yazmırsınız.Elə əsas olan da, budur.Davam edin..Hörmətlə--Edqar Allan Po 16:33, 30 iyul 2011 (UTC)
- Etimad və dəstəyinizə görə çox sağ olun. Qeyd elədiyim məqalədə texniki işləri, yəni orfoqrafiq səhvlərin düzəldilməsi və s. də gördüm və məqalə indi tam hazırdır. İndi başladım Həsən sultan məqaləsini yazmağa, sabaha-zada başa çatdıraram. Amma bir şeyi başa düşmədim, az-wiki ərəb əlifbasını tam dəstəkləməlidir, belə ki, azərbaycanlıların yarıdan çoxu ərəb əlifbası ilə yazıb-oxuyur, amma mən Dərviş Məhəmməd xan məqaləsində bu hərflərlə balaca bir qeyd yazdım, düzdür Mozillada görünür, amma İnternet Explorerdə həmin qeyd dəstəklənmir?! Hörmətlə --Aydın Məmmədov 00:00, 01 avqust 2011 (UTC)
Deyəsən, Ərəb əlifbası ilə bağlı problemin qismən həllini tapdım
Deməli, Eksplorerdə yalnız kursivdə yazılan ərəb hərfləri dəstəklənmir; baxın:
- Kursiv: (جملهء فتوحات مجدد تسخیر شکی است که والی آن جا که باًعن جد درآن عرصهء دل گشا و قلاع خیبر آسا متحصن بود به ضرب توپ قلعه کوب وبادلیج و تفنگ قلعهء ایشان را با خاک برابرساخته به ضرب شمشیر آبدار دمار از آن تیره روزگار بر آورده )
- Sadə: (جملهء فتوحات مجدد تسخیر شکی است که والی آن جا که باًعن جد درآن عرصهء دل گشا و قلاع خیبر آسا متحصن بود به ضرب توپ قلعه کوب وبادلیج و تفنگ قلعهء ایشان را با خاک برابرساخته به ضرب شمشیر آبدار دمار از آن تیره روزگار بر آورده )
- Qalın (jirnıy): (جملهء فتوحات مجدد تسخیر شکی است که والی آن جا که باًعن جد درآن عرصهء دل گشا و قلاع خیبر آسا متحصن بود به ضرب توپ قلعه کوب وبادلیج و تفنگ قلعهء ایشان را با خاک برابرساخته به ضرب شمشیر آبدار دمار از آن تیره روزگار بر آورده )
Hörmətlə --Aydın Məmmədov 18:20, 02 avqust 2011 (UTC)
Kuklalar
Belə getsə, Vikipediyada söhbət eləməyə münasib istifadəçi tapa bilməyənlər yavaş-yavaş özləri üçün 3-4 kukla yaradıb öz-özünə söhbət eləməyə davam edəcəklər.→VagoMüzakirə 08:01, 29 iyul 2011 (UTC)
- Söhbət kimnən gedir, öyrənmək olar? --sefer 10:54, 29 iyul 2011 (UTC)
Əgər elə olsa idarəçilərdən yaxşı örnək götürmüşük deməkdir. Vago, yazı yazırsınızsa arxasında durun yazın kim?) deyə bilməsəniz başa düşəcəm. Öz müzakirə səhifəmdə yazdığım qrupa siz də düşsəniz) Ceklini dəstəkləyənlərdən biri Vago deyil guya?)--Robert Langdon 08:09, 29 iyul 2011 (UTC)
Rovshan və Səfər öz özünə danışanlar bizim müzakirələrdən çox yuxarıdadır. Ona görə narahat olmayın :))))) Hörmətlə--E-citizen 08:28, 29 iyul 2011 (UTC)
- Doğurdan, son dəyişiklərə baxanda aydın oldu və Vago bəyə ünvanlanan sualımın yersiz olduğunu gördüm. ))--sefer 10:54, 29 iyul 2011 (UTC)
- Kimsə mənim bostanıma daş atmağa çalışır??????????????????????--N KOzi Müzakirə 10:10, 29 iyul 2011 (UTC)
(Ya Peyğəmbər) Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki söykədilmiş dirəklərdir. Onlar hər bir qışqırığın öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! (Münafiqun surəsi, 4)→VagoMüzakirə 10:53, 29 iyul 2011 (UTC)
Vago, günah qazanırsınız bir də belə müqəddəs şeyləri bu zibilliyə yazmayın!--Robert Langdon 10:58, 29 iyul 2011 (UTC)
Tam anlamadım axı. Bu ayə münafiqlər (yalançı müsəlmanlar) haqqındadır. Bu müzakirədəki mənası nədir? --N KOzi Müzakirə 11:09, 29 iyul 2011 (UTC)
- Mübahisələrdən vaxt tapsanız VP:TYV də bir nəzər salın, çox aydın yazılıb "Şəxsi münasibətlər Vikipediyanın ümumi işinə xələl gətirir, etirazlar yalnız müzakirə olunan səhifədəki məsələlərlə bağlı olmalıdır, müzakirələrdə müəllif deyil, məqalə müzakirə edilməlidir, müzakirə zamanı digər istifadəçilərə qarşı təhqir, rişxənd, istehza, özünü böyük tutma, böhtan dolu yazılarla çıxış edən istifadəçinin fəaliyyəti dayandırılmalıdır". Bütün Vikipediyalarda olduğu kimi AzVikidədə məqalələr ilə birbaşa əlaqəsi olmayan bütün mübahisələr dayandırılmalıdır, bura forum deyil. --Melikov Memmed⇒email 11:25, 29 iyul 2011 (UTC)
Bu qaydanın işləməsini mən hələ görməmişəm. --N KOzi Müzakirə 11:26, 29 iyul 2011 (UTC)
- Bəlkə elə bu gündən başlayaq? Xəbərdarlıq şablonları yaradılmalı, istənilən istifadəçi tərəfindən bunlara əməl etməyənlərin müzakirə səhifəsinə yerləşdirilməlidir--Melikov Memmed⇒email 11:30, 29 iyul 2011 (UTC)
Razıyam. Əlavə bir təklifim də var. Bizdə bu şablondan yaradılsın ki, blok açılması bir qədər yaxşı alınsın. --N KOzi Müzakirə 11:35, 29 iyul 2011 (UTC)
- Tam haqlısınız, bu səhifədə həm də bloklanmış istifadəçilərin yazmaq hüququ da olmalıdır (bəzən IP də bloklandığı üçün etiraz da yazmaq mümkün olmur). Əvəlkinə qayıdaraq təklif edirəm , istər VP:TYV, istərsə də müzakirə olunan səhifədəki məsələlərlə bağlı olmayan mübahisələr üçün {{Vandalizm}}, {{Xəbərdarlıq}} kimi şablonlar yaradılsın. --Melikov Memmed⇒email 11:44, 29 iyul 2011 (UTC)
{{Tyv}} Əlavə düzəlişləriniz varsa eləyin:
Xahiş olunur Vikipediyada təhqir, istehza, istifadəçilərə hücum xarakterli sözlər yazmayın! [ Bu] cür davranışınıza görə Sizin Vikipediyadakı fəaliyyətiniz texniki baxımdan məhdudlaşdırıla bilər. Sizə diqqətlə "Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir" Qaydasını nəzərdən keçirməyi tövsiyyə edirəm. Qeyd: Aktuallığını qoruyan xəbərdarlıqları silmək tövsiyyə olunmur. Belə ki, bu hərəkət bəzi hallarda Vikipediya qaydalarının pozulması kimi qiymətləndirilə bilər. |
--Melikov Memmed⇒email 12:35, 29 iyul 2011 (UTC)
"Blokaç" Fikirlərinizi zəhmət olmasa bildirin. Burda nəsə defektlər var.
Ramazan ayı
Qəlbi küfrlə dolu olmayan bütün Vikipediyaçı müsəlmanları qarşıdan gələn Ramazan ayı münasibətilə təbrik edirəm. Allah bu ayda hamımızı bağışlanmışlardan qərar versin!→VagoMüzakirə 11:38, 29 iyul 2011 (UTC)
- İnşallah. --N KOzi Müzakirə 11:40, 29 iyul 2011 (UTC)
Amin! --►Cek Li Taranmesaj 11:40, 29 iyul 2011 (UTC)
Ramazan ayınız mübarək! --Babək Akifoğlu 13:24, 29 iyul 2011 (UTC)
Təbriklərə qoşuluram.- Pərviz 13:28, 29 iyul 2011 (UTC)
Təbriklərə olson. E thp 20:09, 29 iyul 2011 (UTC)
- Müqqədəs bayram münasibəti ilə hamını təbrik edirəm.Allah bütün oruc tutanların orucunu qəbul etsin.Və bizim aramızda olan bütün anlaşılmaz münasibətlərin hamısının qələn Ramazana kimi yox olması, ümüdi ilə, dərin hörmətlə--Edqar Allan Po 16:38, 30 iyul 2011 (UTC)
- Mən də deyilən bütün xoş sözlərin, arzuların altından imza atıram. Bayramınız mübarək. Hörmətlə:--Sortilegus 20:22, 30 iyul 2011 (UTC)
- Deyilən təbriklərə qoşuluram. Bayramınız mübarək!!! --Sultan11 05:56, 31 iyul 2011 (UTC)
Ramazan ayınız mübarək
100 minlik hədəfin 3/4-i tamamlandı
Dünən AzVikidə məqalələrin sayı 75 min həddini keçmişdir. Bu münasibətlə məqalələrin yaradılmasında əməyi olan hər kəsə təşəkkür edirəm! --►Cek Li Taranmesaj 09:09, 30 iyul 2011 (UTC)
əz vikinin bıra yətirmsi güzldir . əma çox zəyfdir . biz gərg rətbəmizi bir rəqmi yəlyax. əz vikinin İstifadəçi lərinin çox çalışmaqı lazımdır . yaşasın əz viki və İstifadəçılərı . E thp 10:42, 30 iyul 2011 (UTC)
Təbriklərə qoşuluram. Hər bir kəsin bu xoş nəticədə xidməti vardır. Yubiley münasibəti ilə azərbaycanca vikipediyanın bütün istifadəçiləri yeni təsis edilmiş Şablon:Ləyaqət və nəciblik nişanı ilə təltif edilir. Təbrik edirəm. Şəxsi səhifələrdə müvafiq dəyişikliklər bu günlərdə ediləcək.--Acategory 10:54, 30 iyul 2011 (UTC)
- Bu münsibətlə bütün Azərbaycan vikipediyaçılarını təbrik edirəm. --Fuad Sultan 16:53, 30 iyul 2011 (UTC)
- Bir də 1/4 deyil, 3/4-ü tamamlandı, 1/4-i isə qaldı. --Fuad Sultan 16:55, 30 iyul 2011 (UTC)
- Bu münasibətlə hamını təbrik edirəm və düşünürəm ki, ən qısa zamanda 100.000 məqalə səddini dəf edəcəyik--Edqar Allan Po 11:59, 30 iyul 2011 (UTC)
- Təbriklərə mən də qoşuluram. Azərbaycanca Vikipediyanın bütün istifadəçilərinə daha böyük uğurlar arzulayıram. --Sultan11 05:52, 31 iyul 2011 (UTC)
75 mininci məqaləni kim yaradıb ki, və bu məqalənin adı nədir? --Мурад 97 18:03, 2 avqust 2011 (UTC)
75 mininci məqalə E THP-nin yaratdığı Səfixanlı məqaləsidir. --N KOzi Müzakirə 13:08, 2 avqust 2011 (UTC)
- Buna görə ona xüsusi təşəkkürlər. Ancaq gəlin yubiley məqalələrinin müəlliflərini axtarmayaq. Hesab edək ki, hər bir kəs müəllifdir. Acategory
Wikimania
Birisigün inşallah Vikimaniya konfransında iştirak etmək üçün Hayfaya yola düşürəm (1-8 avqust). Keçən il də Qdanskda bizim vikini mən təmsil etmişdim. Yola düşməzdən əvvəl Azvikinin 1 illik inkişaf tempini özüm üçün təftiş etdim. Bu bir ildə çox böyük nailiyyətlərə nail olmuşuq. Bu çox sevindirici haldır. Keçən il həm konfrans qabağı, həm konfrans zamanı yazışmalarda, şəxsi təmaslarda bizim vikiyə haqlı-haqsız bəzi iradlar vardı. Haqsız iradları necə lazımdırsa cavablandırdım, haqlı iradları bu bir ildə nəzərə almağa çalışdım. Amma ən əsası - bu bir ildə bizim vikipediya ailəmiz daha da böyüdü, yeni-yeni fəal istifadəçilər bizə qoşuldular. Məsələn, Azviki 50 min, 70 min məqalə barajını aşanda poçtumda digər vikipediyaların idarəçiləri, fəal üzvləri tərəfindən yazılmış təbrik məktublarını oxuyanda çox sevinirəm, qürur hissi keçirirəm. Bu hiss heç nə ilə müqayisə oluna bilməz. Bütün bunlar sizin - bizim vikipediyaçı qardaş və bacılarımızın sayəsində mümkün olmuşdur. Burda öz aramızda mübahisələr də, hətta təhqir səviyyəsinə çatan müzakirələr də olar. Təbii ki, bunlar xoşagəlməz hallardır. Amma bir məsələmiz var - hər bir ailədə söz-söhbət olur. Fakt odur ki, vikiailəmiz günü-gündən böyüyür, Azviki inkişaf edir! Bu il də bizə bəzi iradlar var, o iradlara da necə lazımdırsa cavab verəcəm. Onu deyim ki, mən Hayfada son 1 ildə 280 vikipediya arasında ən yüksək inkişaf tempinə malik olan 10-15 vikipediyadan birini - Azərbaycan dilində olan vikipediyanı təmsil edəcəm, bütün sizləri təmsil edəcəm və mən bunun məsuliyyətini dərk edirəm. Bir sözlə mənə uğurlar arzulayın:)
P.S. Milli mentalitetimizin özəl xüsusiyyətlərindən birinin daşıyıcısı kimi sizə bu sualla müraciət etməyi özümə borc bilirəm - Sizə Hayfadan nə gətirim?:) Hörmətlə:--Sortilegus 19:19, 30 iyul 2011 (UTC)
- Sizə Hayfada uğurlar arzu edirəm.Bizi orada layiqli bir şəkildə təmsil edəcəynizə, şüpəmiz yoxdur.Azvikinin böyük bir templə inkişafı hamını sevindirir.Bundan daha böyük uğurlar əldə etmək ümüdü ilə, sizə bir daha UĞURLAR.
- P.S Bizə oradan xoş xəbərlər gətirin.--Baskervill 19:58, 30 iyul 2011 (UTC)
- --JameS RamireZ 21:10, 30 iyul 2011 (UTC)
Düzdür burada bunu yazmaqın necə deyərlər "yeri yoxdur" Amma getməkdən qabaq bir məsələ açıq qalır. Ceklinin etimad səsverməsi. Bu məsələ birdəfəlik həll olunmalıdır. Yuxarı bölmələrdə Səfər bunu tələb etsədə heçkəs fikir vermədi. Məndə bir çox istifadəçilər kimi bu səsvermənin başlanmasını tələb edirəm. --JameS RamireZ 21:10, 30 iyul 2011 (UTC)
- İnşallah sağ gedib salamat qayıdarsız, uğurlu səyahət arzusuyla --sefer 09:59, 31 iyul 2011 (UTC)
Sizə uğurlu yollar arzulayıram! Xoş müjdələrlə qayıdasınız. Bu bizim hər birimiz üçün önəmli bir hədiyyədir. --Sultan11 05:49, 31 iyul 2011 (UTC)
Sizə yaxşı yol arzulayırıq. Bizim uğurlarımızı geniş şərh edin, digərilərinin müvəffəqiyyətlərinin sirləri ilə tanış olun. Qayıdandan sonra geniş görüş keçirək, təəsüratlarınızı bizimlə bölüşün.--Acategory 06:34, 31 iyul 2011 (UTC)
Yol - yeriməklə, borc - verməklə bitər! --Irada 06:38, 31 iyul 2011 (UTC)
Yaxşı yol! Hayfadan Wikimania 2015-i bizə gətir:) --►Cek Li Taranmesaj 04:25, 1 avqust 2011 (UTC)
Müvəffəqiyyətlər arzulayıram!→VagoMüzakirə 07:50, 1 avqust 2011 (UTC)
- Uğurlar!-- Pərviz 15:50, 1 avqust 2011 (UTC)
Sağ gedin, AzVikini olduğu kimi tanıtdırın, salamat qayıdın --Ebrahimi-amir 05:06, 2 avqust 2011 (UTC)
Sağ salamat. Gələndə bukletlər olsa onlardan gətirin. Vikipediya qaydaları, etik davranışlar, problemləri həll etmək və s. barədə məlumat bukletləri. Yaxşı yol. Hörmətlə --E-citizen 05:40, 2 avqust 2011 (UTC)
- Uğurlar. --Fuad Sultan 12:17, 2 avqust 2011 (UTC)
Səsvermə
Səsvermə başlatdım! --Robert Langdon 09:44, 31 iyul 2011 (UTC)
--JameS RamireZ 13:51, 31 iyul 2011 (UTC)
- İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən İdarəçi və ya bürokratın statusunun alınması ilə bağlı səsvermə yalnız idarəçilərin ümumi razılığı ilə həyata keçirilə bilər. Bundan da belə çıxır ki, ən azı idarəçilərin əksəriyyətinin razılığı olmadan belə bir səsvermə keçirtmək olmaz. Adi istifadəçilərin qaydaları bilmədikləri üçün boş yerə bu səsverməyə cəlb etməmək üçün səsverməni dayandırmaq, bu barədə qeyd yazılmasını xahiş edərəm, bu adi istifadəçilərə qarşı bir hörmətsizlik kimidir, insanlar səs verir, ancaq son olaraq bilirlər ki, boş-boşuna səs veriblər. Hal hazırda vikipediya qaydalarına uyğun olaraq E-citizen xanımın müraciətinə əsasən İdarəçilərə müraciət səhifəsində müzakirə açılmış və yekunlaşmamışdır.
- Hörmətli həmkarlar, sizi vikipediya qaydaları ətrafında birləşməyə dəvət edirəm. Tam bitərəf olaraq, sizlərə hörmətlə: --Sultan11 18:17, 31 iyul 2011 (UTC)
Sultan, bilirsiz nə var? vikipediya idarəçilərin istəyi ilə qurulmur! Bu bir! ikincisi də ki, vikipediya hamıya xidmət edir! Təkcə idarəçilərə yox! Hamı bu səsverməni istəyir və müzakirəyə mən son qoyuram!
P.S: E-Citizenin müzakirəsi mənə maraqlı deyil! Bu mənim müzakirəm idi! --Robert Langdon 19:19, 31 iyul 2011 (UTC)
Bircə onu demək qalıb ki, Azvikidə qəbul olunmuş qaydalar qeyri-Azviki istifadəçiləri üçün nəzərdə tutulub→VagoMüzakirə 06:36, 1 avqust 2011 (UTC)
AzVikidə olan mövcud qaydalar idarəçiləri özü tərəfindən özlərinə lazımi şəkildə yazılıb. Səsvermədə qaydaların qəbuluna səs verdim. Amma bilmədim ki, bu qaydalar şəxsi mənafələr üçün yazılıbmış!...--Robert Langdon 06:56, 1 avqust 2011 (UTC)
- Hər halda Azvikidə fəaliyyət göstərməyi arzulayanlar vikipediya qaydalarını bilməlidilər. Qaydaların kiminsə şəxsi mənafeyinə görə yazılmasına gəlincə, Siz də mənim kimi İdarəçilərin və bürokratların seçilməsi qaydaları üçün səsvermə zamanı lehinə səs vermisiniz. Sizi bilmirəm, amma mən qaydaları oxuyub, onlara münasibət bildirib sonra səs vemişəm və burada şəxsi mənafe güdməyimdən söhbət gedə bilməz.→VagoMüzakirə 07:48, 1 avqust 2011 (UTC)
Cekliyə vəkilik edənlər özünüzü hörmətdən salmayın. Sizin hərəkətləriniz açıq aşkar təhqirə özbaşnalığa dəstək verməkdir.--E-citizen 07:51, 1 avqust 2011 (UTC)
- Qaydalardan xəbrsiz, yaxud xəbəri ola-ola kiçik hisslərinə qapılaraq onları ayaq altına salıb fəaliyyət göstərmək arzusunda olanlar, eləcə də onlara vəkillik edənlər göz qabağındadır!→VagoMüzakirə 07:59, 1 avqust 2011 (UTC)
Kiçicik bir sual: şəxsi mənafələr üçün yazılan qaydaların müəllifi kimdir və siz yuxarıdakı bu fikrə AzVikidə olan mövcud qaydalar idarəçiləri özü tərəfindən özlərinə lazımi şəkildə yazılıb fikri ilə razılaşırsınızmı? --N KOzi Müzakirə 07:55, 1 avqust 2011 (UTC)
Uşaq başı qatmı --E-citizen 08:00, 1 avqust 2011 (UTC)
- Mənimlə sənə keçməyin! --N KOzi Müzakirə 08:01, 1 avqust 2011 (UTC)
Oyyyyyyy bağışlayın Uşaq başı qatmayınızzzzzzzz--E-citizen 08:02, 1 avqust 2011 (UTC)
Qayda! Hörmət! Yaman demə! Mədəniyyət!! Bloklanma! Səsvermə! Qaydasızlıq! Çox bilən insanlar! Çox mütəməddin, yaman deməyənlər, şəxslərin hörmətinə toxunmayan istifadəçilər Və YALNIZ QALAN AZVİKİ!!--Ebrahimi-amir 08:43, 1 avqust 2011 (UTC)
Mən anlayıram ki, AzVikidə şəxsə hücum adi şeydir. Bu yola çoxsayı əl atanlardan xahiş edirəm ki, başqa dilli versiyalrda da bu cür hərəkətlər etsinlər. Görək orada bu cür hərəkətlərə neçə dəqiqə dözəcəklər? --N KOzi Müzakirə 09:13, 1 avqust 2011 (UTC)
Nəyi anlayırsız. Adamı lap dəli edirsiz. Özünüz adamı provakasiya edirsiz sonrada bloklama üçün dəlil gətirirsiz. Bu qədər isnanı maymağ yerinə qoyursuz. Adınıda şəxsu hücum adlandırırsız. Bəsdirin biiz eşşək yerinə qoyduz. Mən özümdən məsələlər qaldırmamışam. Sözü az nala mıxa vurun. Burda C ekliyə qarşı nə tələb irəli sürürüksə hjaqqımız çatır. Budnan ötrü bizi gic qoyuin yerinə qoymayın yetərrrrrrrrrrrrrrrrr--E-citizen 09:16, 1 avqust 2011 (UTC)
Yetər haqqımız var ki, etirazımı edək. Etiraz edəndə yetər bizi gic axmaq yerinə qoyduz. Deyəsən məsələləri azvikidən kənara çıxarmağa cəhd edirsiz. Bəlkədə səsvermə keçirək kənardan bir hakim çağıraq. onun icazəsiydə sözümüzü çatdıraq. Nəqədər belə olacaq. Cekliyə qarşı nəyazırıqsa tamç dəlil sübutlarımız var. Niyə bu qədər insanı eşşək sanırsız niyyyyyyyyyyyyyyyəəəəəəəəəəəəəə. İnsanın səbrini çatdırmayın. Azvikipediyta üçün vikidən kənardakı fəaliyyətlərimi sadalamıram. Nəqədr istifadəçi cəlb etmək, tvdə təbliuğ etmək. LAkin bu gün siz məni buna tam peşman etmisiz. Tam peşman--E-citizen 09:20, 1 avqust 2011 (UTC)
Hqqı başlayırsan linklərlə yazmağa o başlayır haqqq qazandırır, bu başlayır, vəkil vəzir nə çox. Səni giz yerinə qoyurlar özlərini ağıllı. Gör nəqədər insanı özündən çıxarırsız. HAnsı sözlərlər sizi başa salıram. Yetər Allahdan qorxun. ALLAHDANNNNNNNNNNN --E-citizen 09:24, 1 avqust 2011 (UTC)
Məsələ nə Cekli və nə də Sizdədir. Ümumiyyətlə Vikipediyada şəxsə hücum etmək olmaz. OLMAZ. Və sizə niyə elə gəlir ki, mən sırf Sizi nəzərdə tuturam. Mən AzVikidə şəxsə hücum hallarını azı 50-60 (bəlkə daha çox) dəfə müşahidə etmişəm. --N KOzi Müzakirə 09:27, 1 avqust 2011 (UTC)
Qardaş çəkil dur qıraqda. Sənə niyə elə gəlir kiiiiiiii, uşaq başı qatmanı özünə götürüsən. nəyə atılırsan ortaya. Mənimlə bağlı başalyırsan idarəçilərdə müzakirə başlamağa. Elə mənə elə gəldi sənə elə gəlmədiiiiii --E-citizen 09:33, 1 avqust 2011 (UTC)
Ok. Mən bu müzakirədə iştirakımı dayandırıram. --N KOzi Müzakirə 09:34, 1 avqust 2011 (UTC)
- Səsvermə rəsmən başlayıb, yoxsa, idarəçilərin müzakirəsindən sonra başlayacaq? --Fuad Sultan 14:39, 1 avqust 2011 (UTC)
Səs vermə qaydalar əsasında başlamayıb. --Ebrahimi-amir 09:43, 1 avqust 2011 (UTC)
Səsvermə nə üçündür və mən orada iştirak edə bilərəm. Hansı qaydada?
Hayvikidə Azərbaycan portalı
- Ermənilər öz vikilərində, ölkəmiz haqqında əsil erməni kimi bir portal yaradıblar.Dövlət sərhədlərimiz təhqir olunub [18]. Bunu birilərinə şikayət edib, həll etmək olarmı?--Baskervill 20:06, 31 iyul 2011 (UTC)
- Bu barədə bir müddət əvvəl ermənilərin özlərinə bildirşlər yazılmış, müxtəlif vaxtlarda müzakirələr aparılmış, metaya şikayət edilib. Nəticə olmayıb. --Sultan11 20:15, 31 iyul 2011 (UTC)
Nəticə olub:) Mən və bir çox digər istifadəçilərimiz HayVikidə bloklanmışıq:) --►Cek Li Taranmesaj 04:22, 1 avqust 2011 (UTC)
- Mən düşünürəm ki, bizim hayvikiyə təsir etmək imkanımız yoxdur.Ən azından bütün cəhdlərimiz dığalar tərəfindən alınır.Gəlin bizdə Ermənistan portalı yaradaq və orada Ermənistanın xəristəsininin əslini yerləşdirək.--Baskervill 11:29, 1 avqust 2011 (UTC)