Vikipediya Kend Meydani Arxiv Iyul 2012 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Qalis vikisi bizi keçdi
Qalis dilinin vikipediyası olan gl.wikipedia.org metada olan siyahıda Azvikini keçdi. Bununlada biz 43-cü pilləyə düşdük. Bu münasibətlə onları təbrik edirəm. Unutmaq olmaz ki, əsas kəmiyyət yox keyfiyyətdir. Hörmətlə--Baskervill✍ 20:03, 26 iyun 2012 (UTC)
- Belə baxanda təəccüblü heç nə yoxdu. Bu səhifəyə baxsaq, onda bunun təbii olduğunu görərik. Məsələn iyul 2008: Azviki-19 min, qalisviki 38 min, oktyabr 2009: azviki-27 min, qalisviki - 51 min, yanvar 2010: Azviki - 29 min, qalisviki - 55 min, fevral 2011: Azviki - 54 min, qalisviki - 68 min, dekabr 2011: azviki 83 min, qalisviki - 80 min, yanvar 2012 - azviki - 83 min, qalisviki - 81 min. Belə görünür ki, onlar layihə başlayandan bəri eyni sürətlə gedirlər, bizdə isə bir kütləvi sıçrayış oldu ([1], [2] iki ildə 54 min məqalə) və onları keçmişdik. İndi isə hər şey öz yerini tapıb.
P.S.: Bu qədər az sayda istifadəçi ilə bundan artığını eləmək də mümkün deyil. --N KOzi FORVM 04:28, 27 iyun 2012 (UTC)
- Azəzrbaycanca viki, Qalisca vikini keçdi.Azvikidədə farsca viki kimi gərək məqalə yaratmaq üçün botlardan yardım alına.--Orartu (talk) 05:14, 27 iyun 2012 (UTC)
P.S:Qaliscə Vikipediyaya yetişmək üçün, azvikidə hər gün azı 100 məqalə və qaliscə vikipediyanı keçmək üçün isə 100-dən artıq məqalə yaratmaq lazimdir.--Orartu (talk) 09:30, 5 iyul 2012 (UTC)
- Zənnimcə, burada əsas məqalə statusa malik məqalələrin digər məqalələrə olan nisbətidir. Hal hazırda bizdə hər 1600 məqaləyə bir seçilmiş məqalə, hər 6200 məqaləyə bir yaxşı məqalə düşür. Rəyimcə bu fərq seçilmiş üçün 750-yə bir, yaxşı üçün 400-ə bir olmalıdır. Bunu isə artıq botlar həll edə bilməz. --N KOzi FORVM 05:21, 27 iyun 2012 (UTC)
- Botlar vasitəsilə həm məqalə yaradılmalı, həm də məqalələr zənginləşdirilməlidir. Azvikinin digər kiçik xalqların vikilərindən geri qalmasının əsas səbəbi bizim botlardan qeyri-effektiv istifadə etməyimizdir. --Thunder Storm (talk) 12:13, 2 iyul 2012 (UTC)
- Ən böyük problem bir çox istifadəçilərin cəmi 3 milyon nəfərin danışdığı qalis dilindəki vikinin 50 milyon nəfərin danışdığı Az dilindəki vikini keçməsini təbii qarşılamasıdır. Əsas məsələ bu tip laqeydliyin aradan qaldırılmasıdır. --Thunder Storm (talk) 12:17, 2 iyul 2012 (UTC)
- Zənnimcə, burada əsas məqalə statusa malik məqalələrin digər məqalələrə olan nisbətidir. Hal hazırda bizdə hər 1600 məqaləyə bir seçilmiş məqalə, hər 6200 məqaləyə bir yaxşı məqalə düşür. Rəyimcə bu fərq seçilmiş üçün 750-yə bir, yaxşı üçün 400-ə bir olmalıdır. Bunu isə artıq botlar həll edə bilməz. --N KOzi FORVM 05:21, 27 iyun 2012 (UTC)
Vikipediyada məqalələrin sayı xalqların sayının məqaləyə nisbəti ilə götürülmür. Hansı dil qrupunda fəal istifadəçilərin sayın çoxdursa, orada həm say çoxdur, həm də keyfiyyət göstəricisi yüksək olur. Azərbaycan dilli vikipediya isə kimdənsə geridirsə, kimdənsə irəlidir. Hesab edirəm ki, məqalələrimiz say məsələsini müzakirə etməkdənsə sadəcə olaraq yeni məqalələr yaratmaq lazımdır. Hər fəal istifadəçi gün ərzində 2-3 yeni məqalə yaradarsa ilin axırına 100 minə çata bilərik.--Acategory (talk) 17:33, 2 iyul 2012 (UTC)
- Məncə botilə məqalə yaratmaq va redak lazimdir.--E thp 18:20, 2 iyul 2012 (UTC)
- Botla məqalə yaratmaq azvikini məqalə sayına görə sıralamada irəli aparsa da, bir ensiklopediya kimi onun keyfiyyətinə həddindən artıq böyük zərbə vurur. Bu məsələ burda çox müzakirə olunub və yekun nəticədə də qərar qəbul edilib ki, botla məqalələr yaradılmasın. Mən botların fəaliyyətinə buna görə xüsusi nəzarət edirəm və botla məqalə yaradılması cəhdlərinə rast gəlsəm həmin botdan statusu dərhal alınacaq. Botla məqalə zənginləşdirilməsi məsələsinə gəlincə - bot məqalə zənginləşdirə bilmir. Çoxlu sayda məqaləyə 1-2 standart cümlə əlavə edə bilir. Bəzi hallarda (artıq mövcud olan məqalələrdə) bu tam normal görünür. Bəzi hallarda isə belə bot əlavəsindən sonra redaktələr etmək lazım gəlir. Belədə botlara səhifələrdə texniki əməliyyatlar aparmaq qadağan olunmayıb. Amma zərərli kütləvi fəaliyyət göstərməmələri üçün bot sahiblərinin belə kütləvi əməliyyatlardan əvvəl ya botların müzakirə səhifəsində, ya da elə kənd meydanında bu haqda məlumat vermələri arzuolunandır. Qalis vikipediyasının bizi keçməsinə görə isə narahat olmaq lazım deyil. Narahat olmalı olsaq - deyirik 50 milyon azərbaycanlının danışdığı dilin vikipediyasını 3 milyon qalis dilində danışanların vikisi keçdi - gərək ona görə narahat olaq ki, 50 milyon polyakın danışdığı dilin vikipediyası ümumi sıralamada 6-cıdır, bizim vikipediya isə 43-cü. Özü də polyaklar 1 əlifba ilə yazırlar (yəni bizdəki kimi 12-13 min dublikat məqalələri də yoxdur). Problem bizim özümüzdədir. --Sortilegus (talk) 10:51, 3 iyul 2012 (UTC)
- Botlar çoxlu sayda məqaləyə 1-2 cümlə əlavə etməklə belə sayı az olan istifadəçilərin işini xeyli yüngülləşdirir. Botla məqalə yaradılması isə tədricən həyata keçirilməlidir ki, keyfiyyətin çox aşağı düşməsi baş verməsin. Limit qoyula bilər, məsələn hər ay botla 100-dən artıq məqalə yaradıla bilməz və s. kimi. Botların fəaliyyətinin bu dərəcədə məhdudlaşdırılması düzgün deyil. --Thunder Storm (talk) 03:37, 9 iyul 2012 (UTC)
- Botla məqalə yaratmaq azvikini məqalə sayına görə sıralamada irəli aparsa da, bir ensiklopediya kimi onun keyfiyyətinə həddindən artıq böyük zərbə vurur. Bu məsələ burda çox müzakirə olunub və yekun nəticədə də qərar qəbul edilib ki, botla məqalələr yaradılmasın. Mən botların fəaliyyətinə buna görə xüsusi nəzarət edirəm və botla məqalə yaradılması cəhdlərinə rast gəlsəm həmin botdan statusu dərhal alınacaq. Botla məqalə zənginləşdirilməsi məsələsinə gəlincə - bot məqalə zənginləşdirə bilmir. Çoxlu sayda məqaləyə 1-2 standart cümlə əlavə edə bilir. Bəzi hallarda (artıq mövcud olan məqalələrdə) bu tam normal görünür. Bəzi hallarda isə belə bot əlavəsindən sonra redaktələr etmək lazım gəlir. Belədə botlara səhifələrdə texniki əməliyyatlar aparmaq qadağan olunmayıb. Amma zərərli kütləvi fəaliyyət göstərməmələri üçün bot sahiblərinin belə kütləvi əməliyyatlardan əvvəl ya botların müzakirə səhifəsində, ya da elə kənd meydanında bu haqda məlumat vermələri arzuolunandır. Qalis vikipediyasının bizi keçməsinə görə isə narahat olmaq lazım deyil. Narahat olmalı olsaq - deyirik 50 milyon azərbaycanlının danışdığı dilin vikipediyasını 3 milyon qalis dilində danışanların vikisi keçdi - gərək ona görə narahat olaq ki, 50 milyon polyakın danışdığı dilin vikipediyası ümumi sıralamada 6-cıdır, bizim vikipediya isə 43-cü. Özü də polyaklar 1 əlifba ilə yazırlar (yəni bizdəki kimi 12-13 min dublikat məqalələri də yoxdur). Problem bizim özümüzdədir. --Sortilegus (talk) 10:51, 3 iyul 2012 (UTC)
Rus vikisi bağlanıb
Salam həmkarlar. Rus vikisi bu gün Dumada qəbul ediləcək qanuna görə işləməyəcək. Bu artıq üçüncü belə haldır. Fikirlərinizi bilmək maraqlı olardı. --N KOzi FORVM 04:32, 10 iyul 2012 (UTC)
- Senzura istənilən hakimiyyətin ən çox arzuladığı vasitələrdən biridir, sadəcə qərb ölkərində insanlar heç bir "ali məqsəd" üçün bu hüququ onlara vermir, ruslar da daxil digər xalqların isə nə vaxt belə bir tam azad hüququ olmuşdur ki, indi də onu itirməkdən qorxsunlar? Bu qanun qəbul edilsə belə Rus vikisi heç vaxt bağlanmayacaq, sadəcə İngliscə Vikipediyanı yamsılamaq istəyirlər--Melikov Memmed⇒email 05:22, 10 iyul 2012 (UTC)
- Ru-Viki Vikimedia Fondunun layihəsidir. Vikimedia Fondunun fəaliyyəti ABŞ qanunları ilə tənzimləndiyi üçün Rusiya Federasiyası Dövlət Dumasının qəbul edəcəyi normativ aktların vikilayihələrə qəti qorxusu yoxdur. --►CEKLİde gəlsin 05:39, 10 iyul 2012 (UTC)
- Cekli bəy, rus siyasətçilər rusca saytları nəzarət altına almaq istəyirlər, bunun bir çox ölkələrdə əyani nümunəsi də var, ABŞ qanunları onları heç maraqlandırmır da, istənilən bəhanə ilə (təbi ki, çox ali məqsədlə) filt etməyə başla, yerdə qalanı "дело техники". Elə bu səbəbdən amerikanlılar hətta terror qorxusuna bağmayaraq öz hakimiyyətlərinə belə bir sərbəst hüquq vermirlər --Melikov Memmed⇒email 05:51, 10 iyul 2012 (UTC)
- Ru-Viki Vikimedia Fondunun layihəsidir. Vikimedia Fondunun fəaliyyəti ABŞ qanunları ilə tənzimləndiyi üçün Rusiya Federasiyası Dövlət Dumasının qəbul edəcəyi normativ aktların vikilayihələrə qəti qorxusu yoxdur. --►CEKLİde gəlsin 05:39, 10 iyul 2012 (UTC)
Hörmətli Məlikov Məmməd və Cekli. Bəs onda bu boyda Ru-viki bu gün yalandan bağlanıb? Dumanın yeni qanununda onlara problem yaranmasaydı niyə bağlanardı ki, ru-viki? Nəsə problem var ki və bunu ru-viki bilir ki, bu gün bağlanıb. İngilis vikipediyasını yamsılamaq? Məncə Ru-viki heç vaxt belə şey etməz. Çünki nə də olsa orada üstünlük təşkil edən ruslar öz dillərini və adlarını çox sevirlər. İnanmıram ki, onlar nəyisə yamsılasınlar. Dumanın qərarı təsir etməyəcək? Orada Rusiyaya aid hər bir məqalədə Dumanın qərarları təsir edəcək ru-vikiyə. Elə buna görə də bağlanıb. Belə bir şeyi yüz dəfə ölçüb bir dəfə biçirlər. Ru-viki helə-belə bağlanmır. --RM-WaRRioR (talk) 08:24, 10 iyul 2012 (UTC)
- Ru-Viki heç də bağlı deyil. Sadəcə onlar etirazlarının effektli olması üçün aksiya keçirirlər. --►CEKLİde gəlsin 08:42, 10 iyul 2012 (UTC)
- Mənim münasibətim fərqlidir, mən inanıram ki, "Законопроект предполагающий внесение в федеральные законы положений, предполагающих фильтрацию интернет-сайтов" geç-tez bu və ya digər formada Rusyada qəbul olunacaq, Ru-vikinin və ya bu kimi digər etirazlar rus Dumasında bu cür qanun qəbulunun qarşısını ala biləcək gücdə deyil, çünki rus cəmiyyətinin özü üçün bir qrup şəxslərdən başqa soz azadlığı elə də aktual deyil. Dumadakılar da öz xalqını hamıdan yaxşı tanıyır--Melikov Memmed⇒email 09:04, 10 iyul 2012 (UTC)
- Bununla bir neçə dəfədir ki, vikipediyalar bir neçə günlük olsa belə bağlanır. Ruvikidən əvvəl ingilis və italiyan kimi vikilər bir günlük bağlanmışdı. Mən bir dəfə oxumuşdum ki, almaniyada bir şəxs haqqında alman vikisində böhtan xaraketli məqalə yazmışdılar və həmin şəxsdə alman vikisinin məhkəmə qərarı ilə bir neçə günlük bağlanmasına nail olmuşdu. Böyük vikipediyaların başına gələn bu mənfi hadisələr, düşünürəm ki, bizim kimi kiçik vikilərdə yaxşı heç nə vəd etmir. Əgər məhkəmə, duma kimi qərarlar vikipediyaların fəaliyyətini iflic edə bilirsə, bu hal tez-tez təkrarlana bilər. Ümüd edirəm ki, Azərbaycanda heç kim Azvikinin qəsdinə durmaz. Hörmətlə:--Baskervill✍ 10:36, 10 iyul 2012 (UTC)
- Sırf bu hadisədə heç kim vikipediyanı bağlamayıb, könüllü aksiyadır. Bəlkə Dumanın qanun layihəsi internetin qəsdinə durmaq hesab oluna bilər. Məncə müsbət aksiyadır. Məlikovun yuxarıda qeyd etdiyi kimi əslində şərqdə etiraz mədəniyyəti hələ formalaşmayıb, ancaq yamsılayaraq da olsa başlamaq məncə pis deyil. Azərbaycanca vikidə də nə vaxtsa belə şey təklif olunsa, mənə elə gəlir ictimai həmrəylik yerinə qanuna hörmət, dövlətçilik, sabitliyi pozmamaq və sair stereotiplər daha çox tərəfdar tapacaq. Yeri gəlmişkən qanun layihəsinin tam olaraq nəyi nəzərdə tutduğunu bilən varsa yaxşı olardı yazsın. Çünki bildiyim qədər məhkəmə qərarı ilə onsuz da saytlara qadağa qoyula bilir, Rusiyada belə deyilmi? Və Azərbaycanda bu məsələ necə tənzimlənir?--Maximilien 11:30, 10 iyul 2012 (UTC)
Yeni Duma qanunu nəinki Vikipediyada hətta LiveJournal, Twitter , Facebook , YouTube şəbəkələrinə də təsir edəcək. Bu barədə məlumatı Kommersant.ru saytı yayıb (http://www.kommersant.ru/doc/1977724). Gördündüyü kimi bu ciddi bir şeydir. --RM-WaRRioR (talk) 11:18, 10 iyul 2012 (UTC)
- Dünən, güman etdiyim kimi, Dümada bu qanun demək olar ki, yekdilliklə qəbul edildi, tək etiraz edən isə ABŞ Konqresi oldu. --Melikov Memmed⇒email 05:14, 14 iyul 2012 (UTC)
Wikimania 2012
Salam. Vashinqton sheherinde kecirilen Vikimaniya konfransi iyulun 12-de resmi olaraq bashlayib. Bildiyiniz kimi builki konfransda az-vikini men temsil edirem. Artiq dunenden bu yana texminen 100-e yaxin movzuda prezentasiya olub, amma tebii ki, onlarin hamisinda ishtirak etmek mumkun olmadigi ucun texminen 15-ne qatila bilmishem. Konfransin sonunda daha etrafli melumat vereceyem. --Wertuose (talk) 01:44, 14 iyul 2012 (UTC)
Yaxşı olardı qayda-qanunsuz redaktə əvizinə elə xəbərinizi yazmağa qinaət edərdiz. Çünku siz bu bəhsdə iştirak etməyibsiniz və əlbətdə bəhs etmədən yanlış bir redaktə etmisiniz. --Əmir İbrahimi *danışıq* 04:12, 14 iyul 2012 (UTC)
- Wertuose, Sizə uğurlar arzulayıram. Uzaq Vashinqtondan konfransda vaxt tapıb AzVikidə mübahisəli məsələlərdə Vikipediya prinsiplerini müdafiə etməyiniz düzü mənim üçün gözlənilməz oldu. Bəlkə idarəçilərimizi tez-tez xaricə getsinlər?! Düzü mən diqqət etmişəm AzVikidə digər Vikilərdə də uğurla fəaliyyət göstərən istifadəçilər daha ciddi və digər fikirlərə dözümlü olurlar, yəni bu mənada da təcrübə mübadiləsi çox effekli olur. Uğurlar! --Melikov Memmed⇒email 04:59, 14 iyul 2012 (UTC)
- Teshekkur edirem. Bura gelenden beri iPadle problemim oldugu uchun Vikipediyaya daxil ola bilmirdim. İndi o duzelib, amma bizim shriftler olmadigi ucun mecburam bu cur yazmaga. Yeqin basha dushersiz. İstifadechi Ebrahimi-amir, men qayda pozmamisham, bunun tam eksini etmishem. Yeqin bilmirsiniz ki, Vikipediyada orijinal tedqiqatlarin yerleshdirilmesi qadagandir. Haminin mueyyen bir adla tanidigi obyekte ferqli ad vermek mehz orijinal tedqiqat hesab edile biler. --Wertuose (talk) 15:13, 14 iyul 2012 (UTC)
- Dediyiniz kimin vikipediya orijinal tədqiqat yeri deyil, elə ona görədə məqalənin adı etibarlı qaynaqlar yox sizin şəxsi nəzəriniz əsasında seçildiyi üçün böyük yanlışlığa yol veribsiz.))) Məqalənin adın dəyişib onu muhafizə etmək idarəçilikinizdən aydın surətdə sui istifadədir. Lazım gəlirsə metada bu barədə bəhs gedəcək. --Əmir İbrahimi *danışıq* 04:11, 15 iyul 2012 (UTC)
- Hörmətli Wertuoseu təbrik edirəm. İnanıram ki, o Azvikini Vaşinqtonda layiqli bir şəkildə təmsil edəcək. Ancaq məni bir məsələ düşünürür. Azvikidən kim vikimania və ya buna bənzər tədbirlərə gedirsə, sonra bu barədə Azvikidə ətraflı məlumat vermir. Ümüd edirəm ki, Wertuose bizə Vaşinqton şəhərində keçirdiyi görüşlər və öz fikirləri barədə ətraflı məlumat verər. Bir daha dəyərli idarəçimizə uğurlar arzu edirəm, İnşallah hər şey ürəyinizcə olar. Hörmətlə:--Baskervill (talk) 13:40, 15 iyul 2012 (UTC)
- Tebii ki, Bakiya qayidan kimi bu barede melumat yazacam. --Wertuose (talk) 17:04, 15 iyul 2012 (UTC)
- İnşallah!→Vago ms 07:44, 16 iyul 2012 (UTC)
- Dediyiniz kimin vikipediya orijinal tədqiqat yeri deyil, elə ona görədə məqalənin adı etibarlı qaynaqlar yox sizin şəxsi nəzəriniz əsasında seçildiyi üçün böyük yanlışlığa yol veribsiz.))) Məqalənin adın dəyişib onu muhafizə etmək idarəçilikinizdən aydın surətdə sui istifadədir. Lazım gəlirsə metada bu barədə bəhs gedəcək. --Əmir İbrahimi *danışıq* 04:11, 15 iyul 2012 (UTC)
- Teshekkur edirem. Bura gelenden beri iPadle problemim oldugu uchun Vikipediyaya daxil ola bilmirdim. İndi o duzelib, amma bizim shriftler olmadigi ucun mecburam bu cur yazmaga. Yeqin basha dushersiz. İstifadechi Ebrahimi-amir, men qayda pozmamisham, bunun tam eksini etmishem. Yeqin bilmirsiniz ki, Vikipediyada orijinal tedqiqatlarin yerleshdirilmesi qadagandir. Haminin mueyyen bir adla tanidigi obyekte ferqli ad vermek mehz orijinal tedqiqat hesab edile biler. --Wertuose (talk) 15:13, 14 iyul 2012 (UTC)
- Vikimaniya-2012 ilə bağlı məlumatı öz səhifəmə altsəhifə əlavə edib orada yazmaq istəyirəm. Çünki, bunun üçün ayrıca səhifə yoxdur, Kənd meydanında yazılanlar isə bir müddətdən sonra arxivləşdirilir. Ya da əgər başqa təklif varsa, deyin o cür edim. Wertuose (talk) 13:29, 21 iyul 2012 (UTC)
- Məncə siz öz istifadəçi adınızın fəzasında yeni bir səhifə açmalı və məlumatları orada paylaşmalısız. Bununla həmin məlumatları daha çox şəxs oxuya bilər. Kənd meydanında yazsaz, bir müddətdən sonra arxiləşəcək. Hörmətlə:--Baskervill (talk) 20:44, 23 iyul 2012 (UTC)
- Vikimaniya ilə bağlı altsəhifə hazırdır: Wikimania 2012.--Wertuose (talk) 20:47, 25 iyul 2012 (UTC)
- Məncə siz öz istifadəçi adınızın fəzasında yeni bir səhifə açmalı və məlumatları orada paylaşmalısız. Bununla həmin məlumatları daha çox şəxs oxuya bilər. Kənd meydanında yazsaz, bir müddətdən sonra arxiləşəcək. Hörmətlə:--Baskervill (talk) 20:44, 23 iyul 2012 (UTC)
Kömək
Salam. Hansısa məqalədə işlərin davam etməsini göstərmək və başqalarının hələlik onu redaktə etməməsi üçün nə etmək lazımdır? Zəhmət olmasa ətraflı məlumat verin. --RM-WaRRioR (talk) 08:44, 19 iyul 2012 (UTC)
- {{İş gedir}} şablonunu həmin məqaləyə əlavə edin. --►CEKLİde gəlsin 08:48, 19 iyul 2012 (UTC)
- Həmçinin " etməyin!" şablonundan da istifadə edə bilərsiniz. --►CEKLİde gəlsin 08:50, 19 iyul 2012 (UTC)
Təşəkkür edirəm! --RM-WaRRioR (talk) 08:59, 19 iyul 2012 (UTC)
Help decide about more than $10 million of Wikimedia donations in the coming year
(Apologies if this message isn't in your language. Please consider translating it)
Hi,
As many of you are aware, the Wikimedia Board of Trustees recently initiated important changes in the way that money is being distributed within the Wikimedia movement. As part of this, a new community-led "Funds Dissemination Committee" (FDC) is currently being set up. Already in 2012-13, its recommendations will guide the decisions about the distribution of over 10 million US dollars among the Foundation, chapters and other eligible entities.
Now, seven capable, knowledgeable and trustworthy community members are sought to volunteer on the initial Funds Dissemination Committee. It is expected to take up its work in September. In addition, a community member is sought to be the Ombudsperson for the FDC process. If you are interested in joining the committee, read the call for volunteers. Nominations are planned to close on August 15.
--Anasuya Sengupta, Director of Global Learning and Grantmaking, Wikimedia Foundation 19:51, 19 iyul 2012 (UTC)
Distributed via Global message delivery. (Wrong page? Fix here.)
Yaradılan məqalələr
Salam. Əgər hər-hansısa istifadəçi öz səhifəsində yaratdığı məqalələri yazmayıbsa onları necə tapmaq olar? Yəni hara daxil olmaqla istənilən istifadəçinin yaratdığı bütün məqalələrə baxmaq olar?--RM-WaRRioR (talk) 23:36, 19 iyul 2012 (UTC)
- Məsələn, mənim yaratdığım məqalələrin siyahısı. Linkdə istifadəçi adını dəyişərək müvafiq məlumatları əldə edə bilərsiniz. --►CEKLİde gəlsin 03:15, 20 iyul 2012 (UTC)
Təşəkkür edirəm!--RM-WaRRioR (talk) 06:07, 20 iyul 2012 (UTC)
Kateqoriya
Salam. Yeni yaratdığım http://az.wikipedia.org/?q=Korvet məqaləsinə kateqoriya tapa bilmirəm. Bizdə gəmi və ya korvetlər kateqoriyası var? --RM-WaRRioR (talk) 06:11, 20 iyul 2012 (UTC)
Hörmətli Cekli829. Axı korvet gəmi deyil. Korvet gəmi sinfidir. Məsəlçün verdiyiniz hərbi gəmi kateqoriyasında olan B-251 modeli sırf olaraq gəmi modelidir. Korvet adında isə model olmur. Korvet sinifdir və ya tip. Vikipediyda əgər belə sinif varsa zəhmət olmasa əlavə edin. Yoxdursa yaradın əgər əziyyət deyilsə. Yəni Korvet sinfini. "Korvet tipli hərbi gəmilər" və ya "Korvet sinfi". --RM-WaRRioR (talk) 07:53, 20 iyul 2012 (UTC)
Səsvermələrdə olan passivlik
Azvikidə bir çox səsvermələrdə vikipedistlər passivlik göstərilər. Ya istifadəçilərin müzakirə səhifələrində onları keçirilən səs verməyə dəvət etmək lazımdır, ya da ki, həmin istifadəçiyə facebookda məlumat vermək lazımdır. Əgər bunlardan biri edilməsə hər hansısa bir səsverməyə 2 nəfərdən artıq şəxs səs verməyəcək. Vəziyyət birçə Seçilmiş portal namizədlərində yaxşıdır. Seçilmiş siyahı namizədləri və "Vikipediya:Seçilmiş şəkil namizədləri" bölməsinə vikipedistləri cəlb etmək ya mümkün olmur, ya da ki, 10 nəfərə dəvət göndərəndə 5 nəfər səs verir. Həmin məqaləni, şəkili və ya siyahını səs verməyə hazırlayan şəxs bir müddətlikdə olsa vaxtını ayırır və zəhmət çəkir. Bir neçə saniyənizi ayırıb səs vermək məncə elədə cətin bir iş deyil. Hörmətlə:--Baskervill (talk) 21:44, 20 iyul 2012 (UTC)
Problem aktualdır. Məncə səsvermələr müxtəlif səhifələrdə keçdiyi və istifadəçilər bu səhifələri bir-bir axtarmaq istəmədikləri üçün passivdirlər. Təklif edirəm ki, səsvermə keçirilən bütün səhifələrin siyahısı hər hansı bir səhifədə verilsin. --Irada (talk) 21:57, 20 iyul 2012 (UTC)
- Yaxşı təklifdir. Elə bir siyahı hazırlayıb, Kənd meydanıda yerləşdirmək olar. Birdə gərək ən azından idarəçilər səsvermələrdə aktiv olsunlar. Bir çox hallarda isə idarəçilərin yarısı belə səsvermədə iştirak etmir. --Baskervill (talk) 22:25, 20 iyul 2012 (UTC)
- Ümüd edirəm ki, məsələ barədə digər idarəçilərdə öz fikirlərini bildirəcəklər. Hörmətlə:--Baskervill (talk) 22:28, 20 iyul 2012 (UTC)
- Səsvermə zamanı "MediaWiki:Sitenotice"dən istifadə etmək kifayətdir. --►CEKLİde gəlsin 03:38, 23 iyul 2012 (UTC)
- Heç bir dəvət şablonu lazım deyil. Ümumiyyətlə məqalə seçilən zaman yollanan şablonlar böyük vikilərdə yaxşı qarşılanmır (bax Canvassing), üstəlik də bu zaman yanlış təəssürat oyanır (istifadəçilər oxumadıqları məqaləyə səs verirlər). İstənilən dəvət şablonu ilə səsvermə keçirilən və keçirilməyən məqalə səsvermələrinin ilkin müqayisəsi də şablonun yanlış istifadəsini sübut edir. --N KOzi FORVM 07:50, 23 iyul 2012 (UTC)
- Səsvermə zamanı "MediaWiki:Sitenotice"dən istifadə etmək kifayətdir. --►CEKLİde gəlsin 03:38, 23 iyul 2012 (UTC)
- Ümüd edirəm ki, məsələ barədə digər idarəçilərdə öz fikirlərini bildirəcəklər. Hörmətlə:--Baskervill (talk) 22:28, 20 iyul 2012 (UTC)
Ramazan
Ramazan ayı və Allah qonaqlığının gəlib çatmasını, bütün müsəlmanlara və xüsusilə Azərbaycan xalqına təbrik edirəm. Bayramınız mübarək olsun! --ElmAxtar 07:34, 21 iyul 2012 (UTC)
- Məndə hamını bu münasibətilə təbrik edirəm. --Əmir İbrahimi *danışıq* 07:46, 21 iyul 2012 (UTC)
- Bütün oruc tutanların orucu İnşallah qəbul olunar. Allah hər kəsə orucunu sona qədər davam etdirməyi nəsib etsin. Amin:--Baskervill (talk) 10:09, 21 iyul 2012 (UTC)
- Amin !--Asparux Xan Bulqar (talk) 14:32, 21 iyul 2012 (UTC)
- mandə təbrik edirəm .--E thp 16:51, 21 iyul 2012 (UTC)
Ağdam rayonu
Bugün Ağdam rayonunun əksər hissəsinin işğalının 19-cu il dönümüdür. Təəssüfki hələ də işğaldan azad olunmayıb. Hömətli istifadəçilər sizlərdən bir məsələdə aydınlığa nail olmaq üçün yardım istəyirəm - Ağdam rayonu işğal olunduğu zaman 1094 kv.km. əraziyə sahib olub. İndi isə rəsmi mənbələr onun ümumi ərazisini 1154 kv.km. olaraq göstərir. İçərinizdə bilən varmı ki bu rayonun tərkibinə işğaldan sonra əlavə hansı ərazi daxil edilib ki onun ümumi sahəsi 60 kv.km. artıb. Mənə məlum olan odu ki sənədlərə görə 26 noyabr 1991-də DQMV-rəsmən ləğv ediləndə Ağdərə rayonunun ümumi 1705 kv.km. ərazisinin 1158 kv.km.-i Kəlbəcər rayonuna verilmiş və Kəlbəcər rayonu rəsmən 1936 kv.km.-dən 3054 kv.km.-dək artmış, 547 kv.km.-i isə Tərtər rayonuna verilmiş və Tərtər rayonu 412 kv.km.-dən 959 kv.km.-dək artmışdır. Ağdam ərazisi hansı əlavəyə görə və nə zaman 60 kv.km. artdığı isə mənə məlum deyil. Bilən varsa lütfən yardım etsin ! Hörmətlə !--Asparux Xan Bulqar (talk) 07:08, 23 iyul 2012 (UTC)
- AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI--Melikov Memmed⇒email 07:32, 23 iyul 2012 (UTC)
- Məmməd bəy keçidə görə sizə təşəkkür edirəm.--Asparux Xan Bulqar (talk) 07:59, 23 iyul 2012 (UTC)
- Ancaq qarışıqlıq aradan qalxmaq əvəzinə daha da mürəkkəbləşdi ! (1936+1705+412+1094) və (3,05 min+0,96 min+1,15 min)----əgər Ağdam 1154-düsə tərtər də 957-di sə onda kəlbəcər 3036 olur onda bu rəqəmlər də azstata uyğun olmur.--Asparux Xan Bulqar (talk) 08:09, 23 iyul 2012 (UTC)
- Ağdamın işğalı və ya Ağdam döyüşü məqaləsinin yaradılmasını və gün ərzində bu məqaləni genişləndirməyi təklif edirəm. --Thunder Storm (talk) 08:14, 23 iyul 2012 (UTC)
- Rəqəmlər ilə bağlı məlumatım yoxdur, ancaq dəqiq bilirəm ki, rayon ərazisi ilə bağlı digər qərarlar da olub, ərazidə yəqin səhv etməzlər. Ancaq Azərbaycan reallıqlarını bilərək, hər şey ola bilər. Məsələn, Siz 1 milyon qaçqın və ya 20% işğal edilmiş ərazini də rəqəmləri üst-üstə gələrək hesablaya bilmırsiniz, çox güman ki, bunlarda yuvarlaqlaşdırılmış rəqəmlərdir, bizdə dəqiqlik heç kimi maraqladırmır. Mənə çox maraqlıdır, məsələn, Süleyman Dəmirəl 15 yaxud 17% demişdir, ancaq tam dəqəiq nə qədər ərazimiz işğal olunub, bilən varmı?--Melikov Memmed⇒email 08:21, 23 iyul 2012 (UTC)
- Bir məsələ də var prezident kitabxanasına əsasən Göygöl rayonu 1030 kv.km.-dir, ancaq bu rayonun icra hakimiyyətinə əsasən rayonun hazırda ərazisi 935,73 kv.km.-dir. Yoxlamaq lazımdır bəlkə onun bir hissəsi Kəlbəcərə verilib yoxsa yox .--Asparux Xan Bulqar (talk) 08:29, 23 iyul 2012 (UTC)
- Yaxşı təklifdir-ancaq material hazırlamaq və əsaslandırmaq bir adamın işi deyil , amma icrasına qərar verilsə mən işrtiraka hazıram.--Asparux Xan Bulqar (talk) 08:24, 23 iyul 2012 (UTC)
- Bu gün səhər avtomobildə gedə-gedə 106.3 radiosuna qulaq asırdım. Aparıcı Ağdamın işğalından danışırdı və veriliş boyu qeyd edirdi ki, Azərbaycan vikipediyasında Ağdamın işğal tarixi düzgün göstərilmiyib və 1993-cü il yerinə 1992-ci il yazılıb. Verilişin sonunda isə dedi ki, bu gün bir uğur qazandıq - Azərbaycan vikipediyasında Ağdamın işğal tarixi düzəldildi. İndi gəlib məqalələrə baxıram - heç bir redaktə olunmayıb, amma yanlışlıq da yoxdur. Ana səhifədə "Tarixdə bu gün" bölməsində isə hələ də qalıb "1992 — Ağdam şəhəri erməni separatçıları tərəfindən işğal olunmuşdur". İdarəçilər gərək bu bölməni tam təftiş etsinlər. Orada çoxlu yanlışlıqlar olur. --Sortilegus (talk) 10:54, 23 iyul 2012 (UTC)
- Sözün düzü Tarixdə bu gün bölməsində bir çox səhvlərin olması məncə hamıya məlumdur. Şəxsən mən Günün seçilmiş şəkili və Bilirsinizmi bölməsində fəaliyyət göstərirəm. Bu səbəbdən vaxtım qalmır, Tarixdə bu gün bölməsinə. Təklif edirəm ki, idarəçilərdən kimsə (vaxtım olsa günü sabahdan mən özüm başlayacam) yanvar ayından başlamaqla tarixdə bu gün bölməsini zənginləşdirsin və Azvikiyə layiqli bir şəkilə salsın. Yoxsa belə problemlərlə tez-tez yaşanacaq. Hörmətlə:--Baskervill (talk) 20:41, 23 iyul 2012 (UTC)
İntervikilərdə "Azərbaycanca"
İntervikilərdə "Azərbaycanca" nədən kiçik hərflə başlayır? [3], [4] İntervikilərdə keçidlərin bir hissəsi kiçik, bir hissəsi isə böyük hərflə başlayırsa "Azərbaycanca" keçidinin "azərbaycanca" yazılmasının əleyhinəyəm. --Irada (talk) 05:33, 21 iyun 2012 (UTC)
- Düz yazılış belə olmalıdır, "azərbaycanca" kiçik hərflə yazılır. Məsələn, türklər, inglislər kimi belə sözlərin böyük yazılması bizdə qəbul edilməmişdir. Diqqət etsəniz digər dillərdə də dilin öz qaydalarına uyğun verilir, məsələn, "русский" və s...--Melikov Memmed⇒email 07:02, 21 iyun 2012 (UTC)
Əgər kiçik hərflə yazmaq ümumi qayda sayılsa siz deyəndir. Amma Əgər türklər, ingilislər öz dillərinə hörmət edib böyük hərfi saxlayırsa, biz nədən kiçik yazaq? Erməni intervikisini böyük hərflə yazır, biz kiçik...--Irada (talk) 07:17, 21 iyun 2012 (UTC)
- Sizinlə tamamilə razıyam, qaydaları dəyişmək çox yaxşı olardı, məncə elə Siz bu məsələni dilçilərimiz qarşısında qaldıra bilərsiniz, üstəlik indi dilimizin problemlərinə diqqət də artıb. Qaydalar dəyişsə Vikipediyada bu sadəcə texniki məsələdir --Melikov Memmed⇒email 07:32, 21 iyun 2012 (UTC)
- PS: Millət adlarını da, "Azərbaycanlılar", "Türklər", "İngilislər" və s...--Melikov Memmed⇒email 07:37, 21 iyun 2012 (UTC)
- Mən Azərbaycanca sözündə ilk hərfin böyük şrift ilə yazılmasının tərəfdarıyam. Bir çox vikilərdə interviki başlıqlar kiçik formada yazılıb. Ancaq burada öz dilimizə hörmət məsələsidə var. Hörmətlə:--Baskervill✍ 20:02, 22 iyun 2012 (UTC)
- Bizim dilin qaydalarına görə (bunu dilçilərimiz müəyyənləşdiriblər) - "Azərbaycan dili" (böyük hərflə), "azərbaycanca" (kiçik hərflə), "Azərbaycan vətəndaşı" (böyük hərflə), "azərbaycanlı" (kiçik hərflə) yazılır. Yəni ölkənin adı harda şəkilçi əlavə edilmədən yazılırsa, böyük hərflə yazılır. Millətin adı isə həmişə kiçik hərflə yazılır. O biri vikilərdə bunlar necə yazılır - bilmirəm. --Sortilegus (talk) 15:57, 26 iyun 2012 (UTC)
- Mən Azərbaycanca sözündə ilk hərfin böyük şrift ilə yazılmasının tərəfdarıyam. Bir çox vikilərdə interviki başlıqlar kiçik formada yazılıb. Ancaq burada öz dilimizə hörmət məsələsidə var. Hörmətlə:--Baskervill✍ 20:02, 22 iyun 2012 (UTC)
Məncə məsələni hörmətə tərəf aparmaq lazım deyil və bunu əsas götürüb ilk hərfi böyük kimi yazmaq tərəfdarı olmaq lazım deyil. Burada hamı dilimizi sevir və ona hörmət edir. Əgər hörmət ediriksə deməli onun qayda-qanunlarına tabe olmalıyıq. Yuxarıda Sortilegus tamamilə düz vurğulayıb. Əgər biz azərbaycanca sözündən istifadə ediriksə onun ilk hərfinin böyük yazılması bizim dilin qayda-qanunları üçün yolverilməzdir. --RM-WaRRioR (talk) 16:13, 29 iyun 2012 (UTC)
Söz cümlənin ortasında olsaydı Sortilegus deyən doğru olardı. İndiki halda isə "azərbaycanca" sözü interviki olaraq siyahıdadır. Bu siyahıda isə böyük hərhlə yazmaq Azərbaycan dilinə hörmətsizlik deyil, əksinə hörmət olardı. Nə istəyirsiz edin...Onsuz da "Azərbaycan dili"ni "azərbaycanca" yazmaqla dilimizə hörmətimizin nə qədər olması göz qabağındadır. --Irada (talk) 16:11, 1 iyul 2012 (UTC)
İradə xanım. Anlamadım. Axı başqa dillərdə dilin adından sonra dil sözü yazılmayıb axı biz də azərbaycanca yox Azərbaycan dili yazaq. Bəyəmm ingilislər English language yazıblar ki, biz yazmamışıq? --RM-WaRRioR (talk) 18:25, 2 iyul 2012 (UTC)
- Bu müzakirə indi diqqətimi çəkdi, ona görə çox gec də olsa, münasibət bildirmək istədim. Hər məsələni sonda gətirib "hörmət", "izzət" və digər ərəb mənşəli sözlərlə əlaqələndirməkdən əl çəkib, məqalə yaratmaqla məşğul olsaydıq, az-vikidəki məqalə sayı indikindən qat-qat çox olardı. Konkret halda "azərbaycanca" sözü hansısa cümlənin əvvəlində işlənməyib ki, böyük hərflə yazılsın. Amma nədənsə bizdə çoxları hesab edir ki, "kapitalizm" (böyük hərflə yazmaq) hörmətin bir nömrəli göstəricisidir və hər şeyi zahiri görüntü ilə ölçürlər. Əslində isə öz dilinə qarşı hörmətsizliyin əsas göstəricisi həmin dilin qaydalarını bilməməkdir. Biz az-vikidə hər gün dəfələrlə bu halın şahidi oluruq, ona görə də ilk növbədə bu cür hallarla mübarizə aparmaq lazımdır. Wertuose (talk) 04:49, 9 avqust 2012 (UTC)
Xocavənd rayonu
26 noyabr 1991-ci il tarixində DQMV ləğv edilərək onun Hədrud rayonu (679 km²) və Martuni rayonu (779 km²) əraziləri hesabına Xocavənd rayonu (1458 km²) təşkil edilmişdir. Ermənilərə görə hazırda Azərbaycan Ordusu keçmiş DQMV-nin 120 km² ərazisinə (Mardakert rayonunun 108.5 km²-i, Martuni rayonunun 11.5 km²-i) nəzarət etməkdədir. Bu məlumatlar doğrudurmu - bunu bilən varmı ?--Asparux Xan Bulqar (talk) 04:47, 24 iyul 2012 (UTC)
- Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmi saytında yazılıbdır:
------bunu təsdiq edən digər samballı mənbə varmı ? və qara hərflə qeyd etdiyim ərazilər hələ də bizim nəzarətimizdədirmi ? Bilən varsa lütfən yazsın.--Asparux Xan Bulqar (talk) 19:34, 25 iyul 2012 (UTC)Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Döyüşlərdə düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15 artilleriya qurğusu və s. itirdi. Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Ermənistanın himayəçilərinin onu hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi xətti daha da gücləndirildi. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu.
İki fərqli şeylərdən bəhs olunur. Rəsmi saytda yazılandan başlamaq istəyirəm. Bilirsiniz ki, Bişkek protokolu imzalanmamışdan əvvəl həqiqətən də Azərbaycan ordusu güclü hücuma başlamış, ermənilərin artıq işğal etdiyi bir çox ərazi geri alınmışdır. Ancaq əvvəlcə çox uğurlu olsa da bu hücum da rusların köməyi dayandırılmış, qoşunlarımız da xeyli itki vermişlər. Məhz bu hücumla indiki təmas xətti formalaşmış və Bişkek protokolu imzalanmışdır. Yəqin bilirsiniz ki, bir çox rayonlarımızın ərazisi də tam erməni işğalında deyil, yəni təmas xəttindəki bəzi rayonlarımızın ərazisinin müəyyən bir qismi işğal altında deyil. Ancaq Mardakert və Martuni başqa iddiadır. Ermənilərə görə nəinki keçmiş DQMV-yə daxil olan Mardakert (Находится под контролем Азербайджана) və Martuni (ru:Мартунинский район (НКР)#География, ru:Наргизтепе) rayonlarının bir qismi, hətta keçmiş DQMV-yə daxil olmayan keçmiş Şamuyan rayonunun bir qismi də ([5]) onlara verilməlidir. Ruvikidə erməni iddiaları haqqında nə istəsəniz ətrafli var --Melikov Memmed⇒email 08:09, 26 iyul 2012 (UTC)
- bu xəritə ilə əlaqədar yuxardakı sualları vermişdim. Kəlbəcər əməliyyatı haqqında yetərincə məlumatlı olduğumu deyə bilərəm. Xəritədə 1-ci yalnış Kəlbəcər rayonu tamamiylə işğal olunudur. Goranboyun (keçmiş Şaumyan rayonu və Qasım İsmayılov rayonuna daxil olan bütün y.məntəqələri bizdədir) heç bir kəndi işğal olunmayıb. Xocavəndin bir kəndi belə azad olunmayıb, əhali yaşamayan bir hissə əlimizdədir. Beləki 1994-də hücum istiqaməti Füzuli, Qazax və Daşkəsən-Kəlbəcər istiqaməti idi. Füzuli istiqamətində Füzulinin 21 kəndi və bir qəsəbəsi (138,600 hektar ərazinin təxminən 50,000 hektarı), Cəbrayılın 1 kəndi azad edilib. Kəlbəcərdə ağır məğlibiyyətlə geri çəkilmə olub Qazaxda isə daha 4 kənd itirilib. Füzuli rayonunun İranla sərhəd xətti tamamiylə bizdədir. Cəbrayılın Araz sahilində yerləşən Cocuq Mərcanlı kəndi də azad edilib. Tərtərə verilmiş keçmiş Mardakert rayonunun 28 kəndindən 13-ü və Ağdərə şəhəri ermənilərin işğalındadır. Ancaq bunları təsdiq etmək dövlət mənbələri ilə münkün görünmədi mənə ona görə digər istifadəçilərə müraciət etdim.--Asparux Xan Bulqar (talk) 09:03, 26 iyul 2012 (UTC)
- Sizin sual "26 noyabr 1991-ci il tarixində DQMV ləğv edilərək onun Hədrud rayonu (679 km²) və Martuni rayonu (779 km²) əraziləri hesabına Xocavənd rayonu (1458 km²) təşkil edilmişdir. Ermənilərə görə hazırda Azərbaycan Ordusu keçmiş DQMV-nin 120 km² ərazisinə (Mardakert rayonunun 108.5 km²-i, Martuni rayonunun 11.5 km²-i) nəzarət etməkdədir. Bu məlumatlar doğrudurmu?" Cavab "Doğrudur." "Xocavəndin bir kəndi belə azad olunmayıb, əhali yaşamayan bir hissə əlimizdədir" Sualınızda Xocavəndin hansısa kəndinin azad olub-olmaması haqqında bir şey yoxdur "əhali yaşamayan bir hissə əlimizdədir", bu da Martuni rayonunun 11.5 km²-i (ru:Наргизтепе). Əhali yaşamayan yerlər də ərazidir. Sonrakı sualınız, "digər bütün işğal olunmuş rayonlar barədə məlumat", məncə biz heç dəqiq necə faiz torpaqlarımızın işğal olunduğu haqqında azərbaycan mənbələrinə əsaslanan ümumi məlumatı bilmiriksə (yuxardakı suala cavab yazan olmadı), ayrı-ayrı ərazilər haqqında bu bir az da çətin olacaq. --Melikov Memmed⇒email 09:28, 26 iyul 2012 (UTC)
- bu bölməni bütün məlumatların sintezindən nisbətən dəqiq məlumatları əldə edəcəyimə ümid edirəm.--Asparux Xan Bulqar (talk) 09:53, 26 iyul 2012 (UTC)
ویکینین بیرلیگی
{{{1}}} ازربایجان دیلینده ویکی:من عرب الفبالا یازان ایستیفادچی ایستیرم نظریمی بیلدیرم.بو ویکی یکی خطله یازیلیر منجه بو یکی خط له یازماق بیزیم اوچون یعنی ازربایجانچیلار اوچون بیر پروبلم دیر.و بونون اوچون گرگ بیر چاره قیلاق.منیم اوچون لاتینجه یازماق بیر از چئتین دیر ولی بونا امینم کی عرب الفبا بیزیم اوچون یاخشی دئیر--E thp 09:23, 26 iyul 2012 (UTC)
سالاملار. آزربایجان ویکیپئدییاسینین همیشهلیق موشکوللریندن بیریسی، بو ویکینین ایکی حیصصهیه بولونمهسیدیر: لاتین و عرب خططینه اولان مقالهلر. البتته بو ویکینین فضاسی بیرجوردور کی گویا لاتین الیفباسی عرب الیفباسینا ترجیح وئریلیبدیر. یادیمدادیر کی کئچهجکده سول الده اولان ابزارلار و همده صحیفهلرین اوستونده اولان لینکلر، لاتین الیفباسیندان علاوه، عرب الیفباسینادا یازیلمیشدیرلار. آمما سونرا بروکراتلارین بیریسی، عرب الیفباسینا اولان کلیمهلری سیلدی. بونلاردان علاوه، رئداکته صحیفهلرینینده شراییطی بیرجوردور کی عرب الیفباسیایله اویغون دئییل. بونلار بیر سیرا موشکوللردیرلر کی آزویکینین شکیلینه مربوطدورلار. بیر آیری طرفدنده عرب خططیایله فععالییت ائدن ایستیفادهچیلرین ساییسی چوخ چوخ آزدیر و بو سایینین بیر سیراسیدا (مثلن اوزوم) چوخلو واختلار آفلاین اولورلار. نتیجهده عرب خططینه اولان مقالهلرینه نظارت ائتمک اولمور؛ نییه کی لاتین خططی ایستیفادهچیلری بو خططی دوشونمورلر. هر ویکینین گوجلنمهسی اوچون گرک بیر یاخشی گلهجک نظرده آلینا تا او ویکینین ایستیفادهچیلرینه بیر دستک اولموش اولا. آمما نئجه کی گورونولور، بیر حالدا کی ایران تورکلرینین ساییسی بو اولکهنین فارسلاریله برابرلیق ائدیر، فارسلارین ویکیسینین مینلرجه فععال ایستیفادهچیسی واردیر کی سحردن آخشاماقدر و حتتا گئجه چاغلاری بو ویکییه نظارت ائدیرلر؛ آمما ایران تورکلریندن تکجه بیر نئچه نفری آزویکینین عرب خططیایله ایشبیرلیق ائدیرلر. بئله نظره گلیر کی گلهجکدهده بیر بویوک ایتتیفاق دوشمهیه و بو شراییط داوام ائده. پس حقیقتن عرب خططی ایستیفادهچیلرینین ایشلری بیر نوع واخت کئچیردمه سایاگلیر. آمما لاتین الیفباسینین ایستیفادهچیلرینین هم ساییسی و همده مقالهلری چوخدور. بیرحالدا کی اونلارین نوفوسلاری بیزه گوره آزدیر. بیر آیری طرفدن هم آزربایجان رئسپوبلیکاسی و همده تورکیه رئسپوبلیکاسینین قاباقکی خططلری همین عرب خططیمیش و بونلار سونرالاردا اوز خططلرینی لاتینه چئویریبلر؛ نییه کی لاتین الیفباسیندا سسلرین هامیسی یازیلیر و تورک دیلی اوچون چوخ یاخشی بیر الیفبادیر. بیر حالدا کی عرب الیفباسیندا سسلرین چوخو یازیلماییب، بو مسئله تورک دیلی کیمی بیر چتین دیل اوچون، بیر بویوک موشکولدور. آیری طرفدن آزربایجان دیلینی عرب خططینه یازماق، بو دیلین گوزللیقیندان اسکیلدیر. هرحالدا آزربایجان دیلی بیر واحید دیل اولاراق، گرک بیر واحید خططیده اولسون. تورک دیللرینین عرب خططینه یازماقلاری، یاخشی دئییل. ایندی حتتا ایران تورکلریده چوخراق لاتین الیفباسیندان ایستیفاده ائدیرلر و بو الیفبایا علاقه گوستریب، اونو اوز الیفبالاری بیلدیریرلر. منیم نظریمه بیز گرک عرب خططینین او مقالهلرینی کی کئیفییتلری یوخاریدیر، لاتینه چئویرک و اونلاری کی کئیفییتلری آشاغیدیر و لاتین خططینده اوخشار مقالهلری کامیلتردیرلر (خوصوصایله رباتایله یارادیلان مقالهلری) سیلک و اونلارین تایلارینی لاتین خططینده یارالداق. بو مسئله گرک تئزلیقجا یئرینه دوشه تا گلهجکده اوخشار موشکوللرین قاباغی آلینا. عرب خططینین بعضی مقالهلری مومکوندور آزربایجان ویکیپئدییاسینین ائعتیبارینی آزالدا. بو منیم نظریمدیر. حورمتله. --ElmAxtar 09:45, 26 iyul 2012 (UTC)
- منده موافقم بو عرب الفبالا هئچ بیر گلجک یوخدور.وتکجه بیزیم انرژینی الدن آلیر .بیز گرگ آز ویکینین پیشرفتینه باخاق و هئرچند منیم اوچون چتیندیر ولی رسمی لاتین الفبانی انکیشاف وئرک تا بیزیم دیله اعتیبار گلسین..--E thp 10:06, 26 iyul 2012 (UTC)
حقیقتن بئلنچیدیر سعیدبهی. بیز گرک سعی ائدک لاتین الفیبایله مقاله یازان دوستلاریمینیزا قوشولاق. لاتین مقالهلرینی تکمیل ائدک و تورکوسو آزربایجان ویکیپئدییاسی بیرپارچا اولا. ایندی چوخلو مقالهلر کی بیز عرب خططینده یارالدیریق، لاتین خططینده مووجوددورلار. یعنی بیزیم ایشیمینیزین آزربایجان دیلینین اینکیشافی یولوندا هئچ بیر اثری اولمور. ایندی یئنیدن باشلاماق زامانی دئییل. بیز گرک تکجه لاتین خططی اوستونده تمرکوز ائدک و قیسا مقالهلرینی تکمیل ائدک. گرک هامیمینیز بیر اولاق. --ElmAxtar 12:47, 26 iyul 2012 (UTC)
سلام.منده سیزین نظرینیز ایله موافقیم.چون عرب الیفبا ایله یارادیلان مقاله لر دوبلیکات مقاله اولماقلارینا باخمایاراق آزویکیده یئنی مقاله حساب اولونورلار و بو پروبلئم یارادیر ،آمما گله جه کده آزویکیده حتمن قازاقجا ویکی کیمی اوچ الیفبالی اولا بیلر یعنی بیر الیفبا ایله یازیلا و آوتومات شکیلده ایکی دیگر الیفبایادا چئوریله.حورمتله،--Orartu (talk) 13:08, 26 iyul 2012 (UTC)
- بو یاخشیدیر لاتینجه چالیشاق وگلجکده عرب الفبالا یازیلا البته منجه عرب الفبا بیزیم اوچون هئچ نیاز دئیر بیزیم رسمی خطی میز لاتین دیر ویا شاید لاتین اولا.عرب الفبالا فعال ایستیفادچی یوخدیر واگر بیزده چالیشماساغ امینم که بو الفبا هئچ پیشرفت ئتمئمیش بیر حالدا درا بونادا گرک توجه ئدک کی عرب الفبالا اوخویان یوخدور ولی لاتینجه ویکیدن ایستیفاده ئدئ وار دیر.--E thp 15:25, 26 iyul 2012 (UTC)
اورارتو و سعیدبهیین سوزلرینین تأییدینده، گلهجکده عرب الیفباسی اوچونده مقالهلری لاتین الیفباسیندان چئویرمک اولار؛ آمما هرحالدا گرک بو مسئلهیه توججوه ائدک کی آزربایجان دیلینین عرب الیفباسینین اوخویانی یوخدور و یادا چوخ آزدیر؛ نییه کی بو الیفبایله اولان مقالهلرده رئداکته چوخ آز سایدا اولونور و تکجه بیر نئچه نفر ایستیفادهچیدیر کی بونلاری یازیب، اونلارا نظارت ائدیرلر. بو بونو گوستریر کی بیزیم خالقیمینیز چوخراق آیری ویکیلردن ایستیفاده ائدیرلر (خوصوصایله فارس ویکیسی کی ایرانین رسمی دیلیدیر) و تورکوسو بو الیفبانین هئچ یئرده رسمی اولماماسی، بو مسئلهیه سبب اولوبدور. آمما آزربایجان رئسپوبلیکاسیندا لاتین الیفباسینین اوخویانی چوخدور. هرحالدا اگرسه بیرگون ایراندادا آزربایجان دیلی رسمی اولسا، آرخایین اولون کی لاتین الیفباسی بو دیلین اصلی الیفباسی اولاجاقدیر. ایندیده کی گورورسونوز ایراندا اولان بیر سیرا تورک شاعیرلر و یازیچیلار، عرب خططیندن ایستیفاده ائدیرلر، بونا گورهدیر کی بیزیم خالقیمینیز بو خططایله تانیشلیغی چوخدور و اودا فارس دیلینین رسمی اولماسیندان نشأت تاپیر. بو یازیچیلار هرهسی بیزیم دیلیمینیز اوچون هرنهجور کی سئویرلر، قایدا تنظیم ائدیرلر و کیتاب یازیرلار. آمما هرحالدا آزربایجان دیلینین تکجه بیر رسمی خططینین اولماسی گرکدیر. اوستاوسته ویکینین یازماسیندان اصلی هدف، آیریلارینین بو یازیلاردان ایستیفاده ائتمهلریدیر. بیر زامان کی هئچکس بو یازیلاری اوخومور، نییه گرک بئلنچی بیر مقالهلر یازیلالار، ویکینین فضاسی بیهوده ایشقال اولوب و بو صحیفهلر اوچون هزینه اولونا؟ --ElmAxtar 18:24, 26 iyul 2012 (UTC)
لاتین الیفبا ایله مقاله یاراداق آمما گرک مئتادا ایسته یک کی آزربایجان ویکی سینده ده قازاق ویکی سی کیمی اوچ الیفبانی بیربیرینه چئویرمه ک ایمکانی یارادیلسین هئچ قازاق دا عرب الیفبادان ایستیفاده ائتمیر آمما یئنه ده عرب الیفباسی کی اونلارین کئچمیش تاریخلرینین بیر حیصه سی دیر ائحیا ائدیبلر--Orartu (talk) 18:38, 26 iyul 2012 (UTC)
چوخ قشنگ بیر فیکیردیر. من تکجه امیربهیینده نظرینی بیلمک ایستهییرم. اگر اونلاردا بیزه دستک وئرسهلر، مئتایا گئدهریک. --ElmAxtar 18:55, 26 iyul 2012 (UTC)
- امیربهیینده نظرینی بیلمک لازیمدیر سونرا تصمیم توتارق--E thp 19:09, 26 iyul 2012 (UTC)
من سیزین نظرلرینیزه حورمت ائدیرم. و اونون اونونده باش اهییرم. آنجاق شخصن یازدیقلارینیزلا موافیق دئییرم.))) باخین بو کندلر مقالهسین کی ایکی-اوچ سطیرلیک یارادمیشیق چوخلو وبلاگلاردا قویولوبدور. هامی اینتئرنتده اوز کندینین، شهرینین آدین آختاریر و اونو وئبلاگیندا قویور و....))) لاتین الیفباسین اویرهنمک و او الیفبادا یازماق البتده کی لازیمدیر و بونا هئچ بیر شوبهه یوخدور. من بئله فیکر ائدیرم کی گونئیلیلرین چوخو هله لاتین الیفباسین اوخویا بیلمیرلر. اونلار عرب الیفباسیندا چتینلیکله اوخویورلار. بیز پیللهنی بیردن آتیلا بیلمریک. هله تورکونو اوخویا بیلمهیهن نئجه گلیب لاتین الیفبالی ویکییه قوشولاجاق. قوشولماق ایستهسهیدی ایندی چوخدان قوشولموشدو.))) دئدییم کیمی من یازدیقلارینیزلا تام موخالیف اولماغیما باخمایاراق نظرلرینیزه حورمتله یاناشیرام.))) دانیشیغین سونوجو هر نه اولورسا اولسون منیم طرفیمدن قبول اولماغینا امین اولون. هامینیزا حورمتله--Əmir İbrahimi *danışıq* 04:46, 27 iyul 2012 (UTC)
- منجه اوراتو خانیم دئدیگی یاخشیدیر واوتاماتیک لاتیندن عربه چئویرمک یاخشیدیر.البت عرب الفبالا رئداک ئتمک امکانی اولماقل لازمدیر.--E thp 09:44, 27 iyul 2012 (UTC)
امیربهی آزویکی اوچون چوخلو زحمتلر چکیبدیرلر و اونلارین نظرلری، منیمده نظریمدیر. سعیدبهیین بویوردوغونداندا بئله باشا دوشورم کی اونلاردا عرب خططینین حیفظ اولونماسینا اینانیرلار؛ نییه کی عرب خططینه اولان مقالهلرین رئداکته ائتمهسی، تکجه ایندی کی شراییطده مومکوندور. هرحالدا بو ایکی یولداشین زحمتلری یاددان چیخمالی دئییل و من اوزوم شخصن آزویکیده چوخ آز فععالییت ائدمیشم. پس منده ایندی کی شراییطین قالماسیایله موافیقیم. اینشاللاه کی عرب خططی ائله یئره چاتسین کی اونون مقالهلرینین و ایستیفادهچیلرینین ساییسی لاتین خططیایله برابرلیق ائدسین. حورمتله. --ElmAxtar 06:52, 28 iyul 2012 (UTC)
لاتين-عرب مسالهسين "پروبلئم"ه چئويرنلرين جاوابين وئرمك لازيم گلهجك. من بونون اوچون لازيم اولان اونريلري وئرهجهيهم. يا بير دفعهليك بيزي رسمييهته تانيييب، عرب اليفبالي بولومون حوقوقون قايدا صورتتينده يازيلاجاق و يا كونلوم ايستهمهيه-ايستهمهيه آيري بير سونوجا گلهجهييك. اوغورلار--Əmir İbrahimi *danışıq* 11:46, 29 iyul 2012 (UTC)
- منیم امیر بهی دئدیی سوزلره اینانماقلا عرب الفبانی گوجلندیرمگی دئستک ئدیرم و رسمی ودقیق قائدهلری یازماقی طلب ئدیرم.مثل سئسوئرمگ قوانینی و گروهی نظرینه پایبند اولماق /مثل کورفز مقاله سینینه باخاراق بیزیم دئدیگلر وسئسیمیز هئچ تانیندی.--E thp 12:58, 29 iyul 2012 (UTC)
Azərbaycanın milli gülü
Hansı gül,Azərbaycanın milli gülüdür?--Orartu (talk) 18:40, 26 iyul 2012 (UTC)
Bəyəm belə bir anlayış var ki? Varsa onda Xarı Bülbül ola bilər. Ancaq Qarabağda bitir. --RM-WaRRioR (talk) 20:27, 26 iyul 2012 (UTC)
- Bəli qızıl gül ABŞ və İranın (işə bax) milli gülüdür. Azərbaycanın milli gülü yoxdur. --Melikov Memmed⇒email 04:06, 27 iyul 2012 (UTC)
Hörmətli Melikov Memmed. Mən onu nəzərdə tutmurdum. Mən Azərbaycana məxsus milli gülü nəzərdə tutaraq ""Bəyəm belə bir anlayış var ki" ifadəsini yazmışdım. Tamamilə düz vurğulamısınız. Məsəlçün qanqal da Şotlandiyanın qeyri-rəsmi rəmzlərindən sayılır. --RM-WaRRioR (talk) 07:13, 27 iyul 2012 (UTC)
Azərbaycanın qeyri rəsmi olaraq da milli gülü yoxdur mu? Məsələn Yaponiyanın rəsmi milli gülü yoxdur amma qeyri rəsmi olaraq varıdır:Sakura və Payızgülü
Xarı Bülbül Azərbaycandan başqa çox az yerdə bitir. Əgər konkret belə bir anlayış axtarırsınızsa, məncə Xarı Bülbüldən daha uyğun nümunə tapmayacaqsınız. --Babək Akifoğlu (talk) 09:15, 27 iyul 2012 (UTC)
Hamınıza təşəkkürlər--Orartu (talk) 17:36, 27 iyul 2012 (UTC)
- Azərbaycan əsası olmayan, ancaq insanların inandığı miflərdən biri də Xarı Bülbüldür. Uzun müddət əvvəlcə "bu gül Şuşadan başqa heç yerdə bitmir", sonra "Qarabağdan başqa", daha sonra "Azərbaycandan başqa heç yerdə bitmir" deyib bizi inandırmışlar. Babək Akifoğlu düz yazıb ki, Xarı Bülbül Azərbaycandan başqa yerlərdə də bitir, Ophrys məqaləsində "ofris cinsinin 50-dən çox növü var" yazılıb, Xarı Bülbül isə (ophrys caucasica və ya ophrys mammosa) deyəsən Rusiyanın da milli gülü ola bilər (ru:Офрис кавказская) --Melikov Memmed⇒email 04:56, 28 iyul 2012 (UTC)
- Azərbaycanın milli gülü yoxdur. Xarıbülbül mənim ən sevdiyim gül olsa da milli gül deyil. Amma Azərbaycanda gül kultu var - bu, 1990-cı ilin 20 yanvarından sonra yaranıb və qərənfil gülüdür. 20 yanvar hadisələrinə qədər Azərbaycanda qərənfil gülünü, məsələn, kiminsə ad gününü təbrik etmək üçün buket şəklində ona hədiyyə etmək olardı, gənc oğlan sevdiyi gənc qıza bağışlaya bilərdi. Amma 20 yanvardan sonra qərənfil matəm gülünə çevrildi. Bu gün Azərbaycanda demək olar ki, hamı rəhmətə getmiş əzizlərinin, qohumlarının, tanışlarının qəbrinin üstünə qərənfil qoyur. Bununla belə, məncə, qərənfili Azərbaycanın milli gülü kimi qeyd etmək olmaz.--Sortilegus (talk) 17:34, 28 iyul 2012 (UTC)
Tərtər rayonunun kəndləri
Sən demə Ağdərə rayonunun hansı yaşayış məntəqələrinin onun ləğvi zamanı Tərtər rayonunun inzibati tabeçiliyinə verildiyinə dair viki-də olduqca qarışıqlıq var: məsələn Həsənqaya (əvvəlki adı Marquşevan) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.--Həsənqaya (also, Gasankaya, Haykajur, Leninavan, and Margushevan) is a village in the Tartar Rayon of Azerbaijan., Şıxarx — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində qəsəbə. 1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Marağa əyalətindən Qarabağa köçürüldü. Onlar məskunlaşdıqları ərazini Marağa adlandırdılar. Sonralar kəndin adı erməniləşdirilərək Marağaşen olmuşdur. 1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilmişdir. 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar abidə ucaldılmışdır. Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstü daşla örtülmüşdür. 1992-ci ildə kəndə ərazidəki Şıxarxının adı verildi.----Марага (Шихарх) (азерб. Marağa/Şıxarx, арм. Մարաղա) — посёлок городского типа в Закавказье. Согласно административно-территориальному делению Азербайджанской Республики, фактически контролирующего посёлок, расположен в Тертерском районе Азербайджана, согласно административно-территориальному делению Нагорно-Карабахской Республики - в Мартакертском районе НКР. До 30.06.1954 село Маргушеван (Марагашен), в 30.06.1954 - 29.12.1992 село Ленинаван. Расположен на правом берегу р. Тертер (приток Куры), в 24 км к Ю.-З. от ж.-д. станции Барда. və bu --Marağa — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.---dəhşətdi. Söhbət 1 qəsəbədən gedir, yerli camaat ona hələ 1992-də də Marquşevan deyirdi. 1992-nin 10 aprelində biz onu aldıq ancaq sonra itirdik. 1994-də isə səhv etmirəmsə birdəfəlik aldıq indi bizdədir. Azərbaycan dilli vikidə Kəlbəcər, Tərtər, Ağdam, Xocalı rayonlarının kəndləri haqqında səhifələri yazanlar niyə doğru araştırma aparmayıblar. məsələn yazılır ki rayonda 74 kənd var amma kənd siyahısına baxırsan orada 59 kənd adı qeyd edilib. Məsələn Kiçan kəndi Ağdərədən alınıb Ağdama verilib, amma Tərtərin kəndlərinin siyahısına salınıb.--Asparux Xan Bulqar (talk) 05:51, 27 iyul 2012 (UTC)
IGF!
Прочтите, пожалуйста, сообщение от фонда Викимедиа на странице Vikipediya müzakirəsi:Görüş#IGF in Baku. Это может вас заинтересовать. | Please read an announcment at Vikipediya müzakirəsi:Görüş#IGF in Baku. It may interest you. |
Azərbaycanın 2012-ci il London olimpiadasında ilk medalı
Valentin Xristov (çəkisi 56 kq) ağır atletika üzrə Azərbaycana ilk medalı (bürünc) qazandırdı. Uğurlu olsun !--Asparux Xan Bulqar (talk) 19:58, 29 iyul 2012 (UTC)
Azərbaycandilli vikipediya iştirakçılarını Azərbaycanın ilk medalı münasibəti ilə təbrik edirəm.--Acategory (talk) 20:24, 29 iyul 2012 (UTC)
- İdmançımızı təbrik edirəm. Ümüd edirəm ki, ən qısa zamanda qızıl medal əldə edərik. Birdə bu şəxs haqqında Azvikidə məqalə yoxdur. Ən qısa zamanda yaradılsa yaxşı olar.--Baskervill (talk) 20:31, 29 iyul 2012 (UTC)
Tarixdə bu gün
Bu bölmədə diqqətli olmaq lazımdır. "Xristofor Kolumb Mayya qəbiləsindən olan təmsilçiləri görən ilk insan oldu" nə deməkdir? --Melikov Memmed⇒email 05:09, 30 iyul 2012 (UTC)
- İnsan əvəzinə Avropalı oldu yazılsa daha doğru olar !--Asparux Xan Bulqar (talk) 05:40, 30 iyul 2012 (UTC)
- Düzəldildi. Məlumat verdiyiniz üçün təşəkkür edirəm. --►CEKLİde gəlsin 06:20, 30 iyul 2012 (UTC)
- Bəlkə "Mayya qəbiləsindən olan təmsilçiləri görən ilk avropalı" Bartolomeo olmuşdur?--Melikov Memmed⇒email 06:27, 30 iyul 2012 (UTC)
- Bəlkələrə son qoymaq üçün gərək "Avropadan olan təmsilçiləri görən ilk mayyalı"nı dəqiqləşdirək. Elə bu səbəbdən o cümləni çıxardıram. --►CEKLİde gəlsin 06:34, 30 iyul 2012 (UTC)
- 30 июля — Колумб подошёл к северному берегу земли, населённой народом майя (Гондурас). Бартоломе высадился на материк и формально вступил во владение страной.--Melikov Memmed⇒email 06:37, 30 iyul 2012 (UTC)
- Əlavə olundu. Təşəkkür! --►CEKLİde gəlsin 06:42, 30 iyul 2012 (UTC)
- Bəlkələrə son qoymaq üçün gərək "Avropadan olan təmsilçiləri görən ilk mayyalı"nı dəqiqləşdirək. Elə bu səbəbdən o cümləni çıxardıram. --►CEKLİde gəlsin 06:34, 30 iyul 2012 (UTC)
- Bəlkə "Mayya qəbiləsindən olan təmsilçiləri görən ilk avropalı" Bartolomeo olmuşdur?--Melikov Memmed⇒email 06:27, 30 iyul 2012 (UTC)