Vikipediya Kend Meydani Arxiv Iyul 2016 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Peer review
Azərbaycanlıların siyahısı məqaləsi sizcə necədir? Bu məqaləyə nə çatışmır?--Azerifactory (müzakirə) 05:44, 1 iyul 2016 (UTC)
- Adi siyahıdır. Düşünmürəm ki, statusa layiqdir.--Ağ iβlis (müzakirə) 10:18, 1 iyul 2016 (UTC)
Compact Links coming soon to this wiki
Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Hello, I wanted to give a heads up about an upcoming feature for this wiki which you may seen already in Tech News. Compact Language Links has been available as a beta-feature on all Wikimedia wikis since 2014. With compact language links enabled, users are shown a much shorter list of languages on the interlanguage link section of an article (see image). This will be enabled as a feature in the coming week for all users, which can be turned on or off using a preference setting. We look forward to your feedback and please do let us know if you have any questions. Details about Compact Language Links can be read in the project documentation.
Due to the large scale enablement of this feature, we have had to use MassMessage for this message and as a result it is only written in English. We will really appreciate if this message can be translated for other users of this wiki. The main announcement can also be translated on this page. Thank you. On behalf of the Wikimedia Language team: Runa Bhattacharjee (WMF) (talk)-12:57, 1 iyul 2016 (UTC)
Wikipedia to the Moon: invitation to edit
Three weeks ago, you were invited to vote on how to take Wikipedia articles to the Moon. Community voting is over and the winning idea is to send all ‘’featured articles and lists’’ to the Moon. This decision means that, starting today, Wikipedians from all language communities are warmly invited to intensively work on their best articles and lists, and submit them to Wikipedia to the Moon. The central site to coordinate between communities will be Meta-Wiki. You will find an overview and more information there. Hopefully, we will be able to represent as many languages as possible, to show Wikipedia’s diversity. Please feel kindly invited to edit on behalf of your community and tell us about your work on featured content!
Best, Moon team at Wikimedia Deutschland 14:10, 1 iyul 2016 (UTC)
Editing News #2—2016
Read this in another language • Subscription list for this multilingual newsletter
Since the last newsletter, the VisualEditor Team has fixed many bugs. Their workboard is available in Phabricator. Their current priorities are improving support for Arabic and Indic scripts, and adapting the visual editor to the needs of the Wikivoyages and Wikisources.
Recent changes
The visual editor is now available to all users at most Wikivoyages. It was also enabled for all contributors at the French Wikinews.
The single edit tab feature combines the "" and "Mənbəni redaktə et" tabs into a single "" tab. It has been deployed to several Wikipedias, including Hungarian, Polish, English and Japanese Wikipedias, as well as to all Wikivoyages. At these wikis, you can change your settings for this feature in the "" tab of Special:Preferences. The team is now reviewing the feedback and considering ways to improve the design before rolling it out to more people.
Future changes
The "Səhifəni yayımla" button will say "Səhifəni yayımla". This will affect both the visual and wikitext editing systems. More information is available on Meta.
The visual editor will be offered to all editors at the remaining "Phase 6" Wikipedias during the next few months. The developers want to know whether typing in your language feels natural in the visual editor. Please post your comments and the language(s) that you tested at the feedback thread on mediawiki.org. This will affect several languages, including: Arabic, Hindi, Thai, Tamil, Marathi, Malayalam, Urdu, Persian, Bengali, Assamese, Aramaic and others.
The team is working with the volunteer developers who power Wikisource to provide the visual editor there, for opt-in testing right now and eventually for all users. (T138966)
The team is working on a modern wikitext editor. It will look like the visual editor, and be able to use the citoid service and other modern tools. This new editing system may become available as a Beta Feature on desktop devices around September 2016. You can read about this project in a general status update on the Wikimedia mailing list.
Let's work together
- Do you teach new editors how to use the visual editor? Did you help set up the Citoid automatic reference feature for your wiki? Have you written or imported TemplateData for your most important citation templates? Would you be willing to help new editors and small communities with the visual editor? Please sign up for the new VisualEditor Community Taskforce.
- Learn how to improve the "automagical" citoid referencing system in the visual editor, by creating Zotero translators for popular sources in your language! Watch the Tech Talk by Sebastian Karcher for more information.
If you aren't reading this in your preferred language, then please help us with translations! Subscribe to the Translators mailing list or contact us directly, so that we can notify you when the next issue is ready. Təşəkkür!
Erməni və Fars Diasporası
Salam, İngiliscə Vikipediyada Azərbaycana aid məqalələrə baxıram hamısı təhrif olunub. Məsələn Azərbaycan xalqı haqqında məqalədə Azərbaycanlıların Türk mənşəli xalq olmadığı Fars mənşəli olduğu yazılıb. Azərbaycan şairləri Fars şairləri kimi qələmə verilib. Azərbaycan dövlətləri də öz yerində. Bunnan əlavə Erməni diasporası da var. Hər bir məqaləyə düzəliş edirlər. Misal üçün Azerbaijani Armed Forces məqaləsində Azərbaycan ordusunun üdcəsini mən 7.5 eləmişdim və qabağına da mənbəsini yazmışdım. Hansı ki, mənbə xarici bir saytdan götürülüb. Yəni, dəqiqdir. Səhərisi gün bir istifadəçi dəyişdi onu. Mən yenidən düzəliş etdim. Bir neçə dəfə bu hal təkrarlandı. Heç bir xeyri olmadı. Sizdən xahişim o, məqalələrə nəzər yetirəsiniz. Bilirəm bununla diasporamız məşğul olmalıdır. Təəssüf ki, olmurlar. N1C4T97 (müzakirə) 13:54, 4 iyul 2016 (UTC)
- Vikipediya açıq ensiklopediya olduğu üçün maraqlı tərəflərin güçlü nəzarəti olmayan məqalələrdə hərə öz səviyyəsinə görə istədiyini əlavə edir, istədiyini silir. Gərək hər kəs öz əlavələrinə də nəzarət etsin, lazım gələrsə mübahisə aparsın. Başqa yolu yoxdur.--Melikov Memmed⇒email 11:58, 5 iyul 2016 (UTC)
- Bir-birimizə dəstək çıxmalıyıq. Onlar həmişə dəstək olurlar deyə istədiklərini edirlər.
Sizinlə tam razıyam.Bu yöndə biz də müəyyən addımlar atmalıyıq. --AzerbaijanRoya (müzakirə) 10:00, 12 iyul 2016 (UTC)
- Təklif edirəm ki, bir cəmiyyət yaradaq. N1C4T97 (müzakirə) 11:49, 19 iyul 2016 (UTC)
- Yazdığınız məlumat qeyri-dəqiqdir. Bu səhifəyə baxsanız, həmin rəqəmin qeyd etdiyinizin yarısı qədər olduğunu görərsiniz. --Eks-istifadəçi (müzakirə) 12:45, 19 iyul 2016 (UTC)
- Təklif edirəm ki, bir cəmiyyət yaradaq. N1C4T97 (müzakirə) 11:49, 19 iyul 2016 (UTC)
Open call for Project Grants
Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin:
- Greetings! The Project Grants program is accepting proposals from July 1st to August 2nd to fund new tools, research, offline outreach (including editathon series, workshops, etc), online organizing (including contests), and other experiments that enhance the work of Wikimedia volunteers.
- Whether you need a small or large amount of funds, Project Grants can support you and your team’s project development time in addition to project expenses such as materials, travel, and rental space.
- Submit a grant request or draft your proposal in IdeaLab
- Get help with your proposal in an upcoming Hangout session
- Learn from examples of completed Individual Engagement Grants or Project and Event Grants
- Also accepting candidates to join the Project Grants Committee through July 15.
- With thanks, I JethroBT (WMF) 15:25, 5 iyul 2016 (UTC)
Hərbi xidmətin tamamlanması ilə bağlı
Hər birinizi salamlayıram. 1 il 4 gün bundan əvvəl başlanan hərbi xidmət həyatım dünən rəsmən tamamlandı. Hərbidə olduğum müddət ərzində məlum səbəblərdən azvikidə fəaliyyət göstərə bilməsəmdə əlimdən gələn qədər fəaliyyətini izləməyə çalışırdım. Azb vikinin normal tempdə inkişaf etməsi və Azvikinin 1 il əvvəldə olduğu kimi kəmiyyət yox keyfiyyət dəyərlərinin əsas götürərək öz işinə davam etməsi sevindirici haldır. Burda olmadığım müddət ərzində baş vermiş arzulanan və ya arzulanmayan hadisələr barədə məni məlumatlandırsanız sevinərdim. İdarəçi kimi öz üzərimə düşən işin öhtəsindən gəlməyə çalışacağam. Hörmətlə:--Baskervill müzakirə 09:48, 6 iyul 2016 (UTC)
- Qayıtmağınız münasibətilə təbrik edirəm. Yenə burada gözəl işlər görəcəyinizdən əminəm.--White DemΩn (müzakirə) 10:02, 6 iyul 2016 (UTC)
- Təbriklər. Xoş gəldin. --Araz Yaquboglu (müzakirə) 15:37, 6 iyul 2016 (UTC)
- Xoş gəldin. --Azerifactory (müzakirə) 23:50, 6 iyul 2016 (UTC)
- Hərbi xidməti bitirməyiniz və Ramazan bayramı münasibəti ilə təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram.--Qolçomaq (müzakirə) 05:08, 7 iyul 2016 (UTC)
- Təbrik edirəm. Xoş gəldiniz. --IBAnk (müzakirə) 08:30, 7 iyul 2016 (UTC)
Compact Language Links enabled in this wiki today
Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Compact Language Links has been available as a beta-feature on all Wikimedia wikis since 2014. With compact language links enabled, users are shown a much shorter list of languages on the interlanguage link section of an article (see image). Based on several factors, this shorter list of languages is expected to be more relevant for them and valuable for finding similar content in a language known to them. More information about compact language links can be found in the documentation.
From today onwards, compact language links has been enabled as the default listing of interlanguage links on this wiki. However, using the button at the bottom, you will be able to see a longer list of all the languages the article has been written in. The setting for this compact list can be changed by using the checkbox under User Preferences -> Appearance -> Languages
The compact language links feature has been tested extensively by the Wikimedia Language team, which developed it. However, in case there are any problems or other feedback please let us know on the project talk page. It is to be noted that on some wikis the presence of an existing older gadget that was used for a similar purpose may cause an interference for compact language list. We would like to bring this to the attention of the admins of this wiki. Full details are on this phabricator ticket (in English).
Due to the large scale enablement of this feature, we have had to use MassMessage for this announcement and as a result it is only written in English. We will really appreciate if this message can be translated for other users of this wiki. Thank you. On behalf of the Wikimedia Language team: Runa Bhattacharjee (WMF) (talk)-03:03, 8 iyul 2016 (UTC)
İstifadəçi məlumatı
Salam. Şablon:İstifadəçi məlumatının dizaynı o qədər də qənayətbəxş deyil. Test versiya hazırlamışam: İstifadəçi:IBAnk/sandbox. Dizaynı belə vəziyyətə salsaq problem yaranmaz? Razısınızsa, şablonda belə dəyişikliyi edim. --IBAnk (müzakirə) 20:49, 9 iyul 2016 (UTC)
- Bu şablondan digər vikilərdə görmüşəm. Amma daha yaxşısı budur ki, "İstifadəçi məlumatı 2" adı ilə ayrı şablon kimi yaradılsın. Çünki indiki halla təklif edilən hal arasında çox böyük dizayn fərqi var. Bu şablondan mən istifadəçi səhifəmdə də istifadə edirəm və istifadəçi səhifəmdə təklif edilən halın pis görünəcəyini düşünürəm.--White DemΩn (müzakirə) 21:08, 9 iyul 2016 (UTC)
- Əslində fərqli bir versiyalardı. Məncə də "İstifadəçi məlumatı 2" kimi yaradıla bilər. --Araz Yaquboglu (müzakirə) 05:56, 10 iyul 2016 (UTC)
- Fikirlərinizə görə təşəkkürlər. "İstifadəçi məlumatı 2" kimi yaratdım. --IBAnk (müzakirə) 10:11, 10 iyul 2016 (UTC)
- Əslində fərqli bir versiyalardı. Məncə də "İstifadəçi məlumatı 2" kimi yaradıla bilər. --Araz Yaquboglu (müzakirə) 05:56, 10 iyul 2016 (UTC)
Təklif
Salam həmkarlar. Mənim bir təklifim var. Gəlin 100 məşhur Azərbaycanlının siyahısını dərc edək. --Barselona2000 (müzakirə) 08:12, 10 iyul 2016 (UTC)
- 100 məşhur azərbaycanlının siyahısını bizdən əvvəl kimsə tərtib etməlidir. Sonra bu siyahı etibarlı mənbələrdə dərc edilməlidir. Bunlar varsa burada həmin siyahını dərc etməyə ehtiyac yoxdur. Yoxdursa, biz özümüzdən siyahı icad edə bilmərik. Al.xonder (müzakirə) 13:44, 10 iyul 2016 (UTC)
- Barselona2000 siyahı yox, VikiLayihə yaratmaq olar məncə. Bir neçə il əvvəl ruvikidə "Şimal intibahının yüz şah əsəri" adlı layihə yaradıldı və layihə çərçivəsində tərtib edilmiş yüzlük siyahıya daxil olan əsərlər haqqında normal səviyyəli məqalələr yaradıldı, bir neçə məqalə yaxşı və seçilmiş statusu aldı. Əgər real iş görmək üçün təklif səsləndirmisizsə belə bir layihəni "Yüz məşhur azərbaycanlı" adı ilə yaratmaq olar və daha sonra həmin şəxslər haqqında olan məqalələr üzərində işlənilər. Yox sadəcə siyahı tərtib etmək istəyirsizsə, məncə, bunun üçün vaxt sərf etməyə dəyməz. Hörmətlə --sefer azeri 14:29, 10 iyul 2016 (UTC)
- Sefer azeri mən bunu elə belə siyahı olsun deyə demirəm. Gəlin hamı real iş görək və məncə Yüz məşhur Azərbaycanlı pis təklif deyil. Azərbaycan tarixində iz buraxan şəxsiyyətlət çoxdu. Mən bununla bağlı yekun qərarımı Avro 2016 sonra versəm olar. --Barselona2000 (müzakirə) 15:16, 10 iyul 2016 (UTC)
- Barselona2000 siyahı yox, VikiLayihə yaratmaq olar məncə. Bir neçə il əvvəl ruvikidə "Şimal intibahının yüz şah əsəri" adlı layihə yaradıldı və layihə çərçivəsində tərtib edilmiş yüzlük siyahıya daxil olan əsərlər haqqında normal səviyyəli məqalələr yaradıldı, bir neçə məqalə yaxşı və seçilmiş statusu aldı. Əgər real iş görmək üçün təklif səsləndirmisizsə belə bir layihəni "Yüz məşhur azərbaycanlı" adı ilə yaratmaq olar və daha sonra həmin şəxslər haqqında olan məqalələr üzərində işlənilər. Yox sadəcə siyahı tərtib etmək istəyirsizsə, məncə, bunun üçün vaxt sərf etməyə dəyməz. Hörmətlə --sefer azeri 14:29, 10 iyul 2016 (UTC)
- Mən öz siyahımı yaratmışam: 100 Ən Böyük Azərbaycanlı--Azerifactory (müzakirə) 01:42, 11 iyul 2016 (UTC)
- Vaxtınız varsa həmin məqalələrdən hər birinin aylıq ziyarətçi sayını da siyahıda qeyd edin. Onda hənsı şəxsin daha populyar olduğunu da bilmək olar. Və siyahınızda şəxsləri populyarlığına görə sıralaya bilərsiniz. Al.xonder (müzakirə) 08:38, 11 iyul 2016 (UTC)
- 100 məşhur azərbaycanlının siyahısını bizdən əvvəl kimsə tərtib etməlidir. Sonra bu siyahı etibarlı mənbələrdə dərc edilməlidir. Bunlar varsa burada həmin siyahını dərc etməyə ehtiyac yoxdur. Yoxdursa, biz özümüzdən siyahı icad edə bilmərik. Al.xonder (müzakirə) 13:44, 10 iyul 2016 (UTC)
Tərcüməçi
Salam. Mənə yaxşı onlayn ingiliscə-azərbaycanca tərcüməçi deyə bilərsiniz. --Barselona2000 (müzakirə) 09:52, 11 iyul 2016 (UTC)
Əsənliklər,düşünürəm ki,Dilmanc qənaətbəxşdir. --AzerbaijanRoya (müzakirə) 10:02, 12 iyul 2016 (UTC)
IP ünvanlar
IP ünvanları necə görmək olar? --Nobelll (müzakirə) 10:15, 11 iyul 2016 (UTC)
Azərbaycan Milli Ensiklopediyasının etibarsız hesab edilməsi
Hörmətli dostlar. Kaspi vilayəti məqaləsinin adı Xəzər vilayəti kimi dəyişdirilib. Bu doğru deyil. Çünki bu vilayət Kaspi adıyla yaradılıb və cəmi 4-5 il mövcud olub. Lakin son illər nəşr olunmuş Azərbaycan Milli Ensiklopediyasında vilayətin adı Xəzər vilayəti kimi qeyd olunub. Milli Ensiklopediya etibarlı mənbə hesab edilsə də, etibarlı mənbə şərtlərinə cavab vermir. Hansı səhifəsində ki Kaspi vilayəti əvəzinə Xəzər vilayəti yazılıb, eyni yerdə xeyli kobud səhvlərə də yol verilir. Bildiyiniz kimi etibarlı mənbədə kobud səhvlər olmalı deyil və kobud səhvlər olan mənbə etibarlı hesab edilməməlidir. İndi Milli Ensiklopediyada Kaspi vilayəti əvəzinə Xəzər vilayəti yazılan kiçik bir hissədə nə qədər səhv olduğuna fikir verək:
- 1844 ildə Qafqaz canişinliyi yaradıldı. Şimali Azərbaycanda keçmiş əyalətlərin yerində yaradılmış qəzalar, əsasən, Xəzər vilayətinin tərkibində birləşdirildi və Gürcüstan-İmeritiya quberniyasına qatıldı. 1846 ildə Xəzər vilayətinin yerində Şamaxı quderniyası, 1849-cu ildə isə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının yerində İrəvan quberniyası yaradıldı. Gəncə torpaqları Gürcüstan İmeretiya quberniyasının tərkibində qaldı. (Azərbaycan Milli Ensiklopediyası//Tarix// Azərbaycan 19 əsrin 30–cu illərində – 20 sərin əvvəllərində, səh. 264–265. Məsul katib akademik T. M. Nağıyev ).
- Bu cəmi 2-3 cümlədə səhvlər bunlardır:
- 1.Qafqaz canişinliyi 1844-cü ildə yox, 1785-ci ildə yaradılıb. 1796-cı ildə ləğv edilib və 1844-də bərpa edilib. Yəni 1844-cü ildə Qafqaz canişinliyi yaradılmayıb, bərpa edilib.
- 2."Şimali Azərbaycanda keçmiş əyalətlərin yerində yaradılmış qəzalar, əsasən, " 1844-cü ildə Qafqaz canişinliyi bərpa edilərkən yox, 1840-cı ildə Kaspi vilayəti yaradılarkən Kaspi vilayətinin tərkibində birləşdirilib.
- 3. Və bunlar 1844-cü ildə Gürcüstan-İmeritiya quberniyasının tərkibinə qatılmayıb. Kaspi vilayəti özü quberniya səviyyəli inzibati vahid idi. Yəni Kaspi vilayəti heç vaxt Gürcüstan-İmeritiya quberniyasının tərkibində olmayıb.
- 4. Gəncə torpaqları "1849-cu ildə isə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının yerində İrəvan quberniyası yaradıl"arkən yox, Kaspi vilayəti yaradılarkən Gürcüstan-İmeritiya quberniyasının tərkibində qalıb. 1849-cu ildə isə Gürcüstan-İmeritiya quberniyası artıq yox idi. Bu quberniya 1846-cı ildə ləğv edilmişdi. Gəncə torpaqları, 1849-cu ildə Tiflis quberniyasının tərkibində olub.
- Bu cəmi 2-3 cümlədə səhvlər bunlardır:
Xahiş edirəm Bütün bunları nəzərə alınsın və Azərbaycan Milli ensiklopediyasındakı bu hissə yol verilmiş kobud səhvlərə görə etibarsız hesab edilsin və Xəzər vilayəti məqaləsinin adı yenidən Kaspi vilayəti edilsin. Göz qabağındadır ki həmin hissəni yazan adam mövzudan tamamilə bixəbər olub. Bir gün görə bilərik ki, belə "savadlı" adamlardan biri "Kaspi qəzeti" məqləsinin adını "Xəzər" qəzeti edib. Nə edəcəyik o zaman? Onun redaktəsi ilə razılaşacağıq? Al.xonder (müzakirə) 15:29, 11 iyul 2016 (UTC)
- 1.Qafqaz canişinliyinin yaranma tarixi dedikdə əsasən 1844-cü il nəzərdə tutulur. Heç kim bu tarixi bərpa tarixi kimi götürmür. Əksinə, bərpa tarixi kimi 1905-ci ilin fevralı götürülür.
- 3. Bu faktla razıyam.
- 4. Bu faktla da razıyam. 1846-cı il 14 dekabr fərmanı ilə quberniya ləğv edilmişdi, Yelizavetpol qəzası Tiflis quberniyasının tərkibində qalmışdı.
Lakin iki tərəddüdüm var. Birincisi, tarixlə çox maraqlanmasam da, qarşıma daha çox Xəzər vilayəti variantı çıxır, nəinki Kaspi vilayəti. İkincisi, Azərbaycan Milli Ensiklopediyası kimi mənbənin sadəcə yuxarıdakı qeyd olunan faktlara görə etibarsız hesab edilməsi nə dərəcədə doğrudur?--White DemΩn (müzakirə) 10:47, 12 iyul 2016 (UTC)
- Hörmətli White Demon. Yazdığıma bildirdiyiniz münasibətə və iradınıza görə sizə minnətdaram. Mən də tarixi yaxından bilmirəm. Qafqaz canişinliyinin 1785-ci ildə təsis edilməsini isə buradan oxudum. Siz dediyiniz kimi, canişinlik 1905-ci ildə də bərpa olunub. Amma bu 2-ci bərpa idi. 1-ci bərpa 1844-cü ildə olub. Əgər AME-dakı sözügedən hissəni yazanlar Kaspi vilayətinin Gürcüstan-İmeritiya quberniyasının tərkibində olduğunu yazırsa, deməli, canişinliyin nə vaxt yarandığını və nə vaxt bərpa edildiyini də bilmir. Bu qədər savadı olan adamların Kaspi vilayətini Xəzər vilayəti kimi yazması da təbiidir. Sabah bunlardan biri Kaspi qəzetinin adını da Xəzər qəzeti yazarsa, biz bunu qəbul etməliyikmi? Yaxud Kaspiananı Xəzəriana yazsa bunu udmalıyıqmı? Başqa sözlə Kaspi vilayətinin adının müasir dövrdə Xəzər vilayəti kimi yazılması savadsızlıqdan başqa bir şey deyil və vikipediyada buna yol verməməliyik. Məqalədə mən Kaspi vilayəti adı üçün 10 mənbə göstərdim. Bu mənbələrin hamısı 21-ci əsrdə çap olunub. AME-nın etibarsız hesab edilməsinə etirazınızı da qəbul edirəm. Mən hələlik yalnız həmin hissənin etibarsız hesab edilməsini istəmişəm. Əgər başqa yoldaşlar AME-da belə hallarla qarşılaşarlarsa və bu çoxsaylı olarsa o zaman AME-nın adını vikipediyanın etibarlı mənbələri siyahısından çıxarılması doğru olar. Al.xonder (müzakirə) 11:20, 12 iyul 2016 (UTC)
Əziz (Xristianlıq)
Əsənliklər,zəhmət olmasa, Əziz (Xristianlıq) səhifəsinin ismini Müqəddəs (Xristianlıq) ismi ilə əvəz edin.Təşəkkür edirəm. --AzerbaijanRoya (müzakirə) 09:53, 12 iyul 2016 (UTC)
Məqalənin adının dəyişdirilməsi
Əsənliklər,zəhmət olmasa, Diriliş (film) məqaləsinin adını Diriliş (film, 2015) olaraq dəyişdirərdiniz.Təşəkkür edirəm. --AzerbaijanRoya (müzakirə) 09:52, 12 iyul 2016 (UTC)
- Salam. Mümkünsə keçidi göstərin, çünki yazdığınız şəkildə adı olan məqalə yoxdur.--Flagellum Dei (müzakirə) 10:04, 12 iyul 2016 (UTC)
sefer azeri artıq dəyişdirmişdi.Səbəb bundadır.Diqqətiniz üçün minnətdaram. --AzerbaijanRoya (müzakirə) 11:02, 12 iyul 2016 (UTC)
Asena
Əsənliklər, mən yaradacağım Asena məqaləsinin adını necə qoymalıyam?Çün Asena adlı məqalə bitki növünü bildirir,mənim yazacağım məqalə isə türk mifologiyası ilə bağlıdır.Buna görə də hər iki ad dəyişilməlidir,ya necə?Əgər dəyişdirmək lazımdırsa,zəhmət olmasa,adını dəyişdirərdiniz digər məqalənin. --AzerbaijanRoya (müzakirə) 05:57, 13 iyul 2016 (UTC)
Azerifactory, bəs digərinin adı dəyişilməməlidir? --AzerbaijanRoya (müzakirə) 14:29, 14 iyul 2016 (UTC)
- AzerbaijanRoya, o da dəyişəcək --Azerifactory (müzakirə) 14:57, 14 iyul 2016 (UTC)
Azerifactory, bəs o nə olacaq? --AzerbaijanRoya (müzakirə) 14:58, 14 iyul 2016 (UTC)
- Çıxış yolu budur: Asena (dəqiqləşdirmə). Digər dillərdə də var. --Araz Yaquboglu (müzakirə) 15:21, 14 iyul 2016 (UTC)
Araz Yaquboglu, digər məqalə dəyişməyəcəkmi? --AzerbaijanRoya (müzakirə) 16:18, 14 iyul 2016 (UTC)
- AzerbaijanRoya siz digər məqaləni neynirsiz. Yeni məqalənin adlanması üçün şərait var. --Araz Yaquboglu (müzakirə) 06:08, 15 iyul 2016 (UTC)
Araz Yaquboglu, anladım, çox sağ olun. --AzerbaijanRoya (müzakirə) 08:56, 15 iyul 2016 (UTC)
- Hörmətli AzerbaijanRoya, siz bir qayda olaraq Kənd meydanında müraciətinizə "əsənliklər" sözü ilə başlayırsınız. Bunun mənası mənə aydın olmadığı kimi, digər həmkarlara da yəqin ki aydın deyil. Təxmini güman edə bilərik ki, bu söz "yoldaşlar", "həmkarlar" mənasındadır. Amma mən dəqiq bilmədiyim kimi, yoldaşlar da yəqin ki bunu dəqiq bilmirlər. Mümkünsə bu sözün mənasını bizim üçün izah edin. Və bizim üçün aydınlaşdırın ki, nəyə görə Azərbaycan ədəbi dilində olmayan sözlə, Azərbaycan ədəbi dilində istifadə edilməyən müraciət formasını seçmişiniz? Al.xonder (müzakirə) 10:40, 15 iyul 2016 (UTC)
Al.xonder, hörmətli həmkar, bunun səbəbi ondadır ki,mən əsl Azərbaycan türkcəsində olan əsənliklər sözünü ərəb sözü olan salamdan üstün tuturam.Amma əfsuslar olsun ki, bu söz lüğətimizdə yoxdur.Mən də istəyirəm ki, dilimiz xarici sözlərdən təmizlənsin.Ümid edirəm ki,məni anlayışla qarşılayarsınız. --AzerbaijanRoya (müzakirə) 11:23, 15 iyul 2016 (UTC)
- Hörmətli AzerbaijanRoya. Azərbaycan dilindəki feil, say, sifət və şəkilçilər istisna olmaqla yerdə qalan sözlərin 90 faizi ərəb-fars mənşəlidir, 9 faizi isə Avropa Bu qədər sözü dilimizdən çıxarsaq biz 1 faiz isimlə fikrimizi necə ifadə edə bilərik? Fikrimizi birtəhər ifadə edə bilsək, bir birimizi necə anlaya bilərik? Sizin yazdığınız "əsənliklər"i biz başa düşmürüksə, özünüz yazdığınızı, yalnız özünüz başa düşürsünüzsə, onu kimə yazırsınız? Mən sizi "əsənliklər" əvəzinə salam yazmağa məcbur etmək fikrində deyiləm. Amma məsləhətdir ki, müraciətlərinizi və redaktələrinizi ədəbi dilimizin normalarına uyğun edəsiniz. Əks halda müraciətləriniz çətin başa düşüləcək, redaktələriniz isə ləğv ediləcəkdir. Al.xonder (müzakirə) 12:21, 15 iyul 2016 (UTC)
Al.xonder, ilk olaraq bunu deyim ki,saydıqlarınızı çıxsaq,dilimizdə elə də çox söz qalmır.Həmçinin bu faizləri haradan tapdığınızı da bilmirəm,amma böyük ehtimalla yalnış yazmısınız.İkinci məsələyə gəldikdə isə kim anlayacaq yazmışsınız,artıq mənim sayəmdə əsənliklərin salam olduğunu bildiniz.Elə deyilmi?Həmçinin,hər halda mən məqalələrdə öz lüğətimizdə olanları yazıram və bunu mən də çox yaxşı bilirəm ki,elə yazsam, silinəcək.Bunu xatırlatmağa ehtiyac yoxdur deyə düşünürəm.Düşüncələrinizə hörmətlə yanaşıram, amma mən heç zaman öz dilimin sözü ola-ola, xarici söz işlətməyəcəyəm. --AzerbaijanRoya (müzakirə) 14:58, 15 iyul 2016 (UTC)
- Mən də sizin düşüncələrinizə hörmətlə yanaşıram. Bununla yanaşı nəzərinizə çatdırmaq istəyirəm ki, xarici söz işlətməyəcəyinizi dediyiniz son cümlənizdə, fikrinizi ifadə etmək üçün neçə dənə ərəb-fars mənşəli söz işlətmiş olubsunuz və həmin sözləri mən sizin üçün yağlı hərflərlə işarələdim: Düşüncələrinizə hörmətlə yanaşıram, amma mən heç zaman öz dilimin sözü ola-ola, xarici söz işlətməyəcəyəm. Al.xonder (müzakirə) 15:36, 15 iyul 2016 (UTC)
Al.xonder, dedim axı, öz dilimdə qarşılığı olanda.Diqqətli oxuyun, əziz həmkar. Və bayaqkı yazıma düzəliş edim, çalışacağam.--AzerbaijanRoya (müzakirə) 18:18, 15 iyul 2016 (UTC)
- 100 il əvvəlin qəzetlərinə nəzər salmaq imkanınız varsa, görə bilərsiniz ki, o dövrdə azərbaycanlılar tamam başqa cür yazırdılar. İndi o dövrdə yazılanları biz çətinliklə başa düşürük, bəzən heç anlamırıq. Mən 100 il əvvəlin dili ilə yazsam, burda mənə gülərlər. Sizin işlətdiyiniz "əsənliklər" sözü isə deyəsən heç 100 il əvvəlin sözü də deyil, bəlkə 1000 il əvvəlin sözüdür. Sizə uğurlar. Əmin olun ki, məqsədim sizə kömək etmək idi. Al.xonder (müzakirə) 18:37, 15 iyul 2016 (UTC)
Al.xonder, istəyir lap 1000 il olsun, vəzifəm əsl Azərbaycan türkcəsində danışmaqdır.Uğurlar, əsən qalın. --AzerbaijanRoya (müzakirə) 18:40, 15 iyul 2016 (UTC)
- Mübahisə etməyə ehtiyac yoxdur. Dilimizin özünü qoruma mexanizmləri vardır. Məsələn Ahəng qanunu və iltisaqilik. O ki, qaldı alınma sözlərin çoxluğuna dil işlədildikcə tədricən dilimizdə özləşmənin sonucu olaraq çıxdaş olacaqdır. Qondarma sözlər yaradaraq dilimizi korlamağa ehtiyac yoxdur. Məsələn:İşiqfor, zəncirbənd və s. Hörmətlə--Qolçomaq (müzakirə) 20:02, 29 iyul 2016 (UTC)
Qarabağ müharibəsi
https://en.wikipedia.org/?q=Nagorno-Karabakh_War bu məqaləni Azərbaycan dilinə tərcümə etsəm seçilmiş status alar?--Azerifactory (müzakirə) 21:44, 17 iyul 2016 (UTC)
- Salam. Olduğu kimi tərcümə etsəz, bir az da təkmilləşdirib status almasına nail olmaq olar. İşləmək istəsəz kömək edərəm. Hörmətlə --sefer azeri 06:22, 23 iyul 2016 (UTC)
- sefer azeri ilə razıyam.--samral müzakirə 10:42, 27 iyul 2016 (UTC)
- sefer azeri və Samral, onda gəlin bu prosesə başlayaq. Məncə çox gözəl və bütün Azərbaycan xalqı bundan faydalanar.--Azerifactory (müzakirə) 05:26, 15 avqust 2016 (UTC)
- sefer azeri ilə razıyam.--samral müzakirə 10:42, 27 iyul 2016 (UTC)
- Azerifactory, mən ingiliscə bilmirəm.--samral müzakirə 07:24, 15 avqust 2016 (UTC)
Səhl ibn Sunbat
Cənab sefer azeri Səhl ibn Sunbat məqaləsində etdiyim dəyişiklikləri niyə ləğv edir? Mən izah etdim ki, Səhl Kürün sol sahilindəki Şəkinin hakimi olub, rus vikipediyasında da belədir. Mənbələr də belə deyir. Səhlin oğlunun adı isə Hovhanes yox, Müəvviyyə olub. Ovhanes hələ bilinmir kimdir. Atrnersdes isə Səhl ibn Sunbatın oğlu yox, Sünik hakimi Vasakın oğlu olub. Albaniya tarixində belə yazılır: "Этого Вараз-Трдата и сына его Степанноса в тот же час убил их родственник Нерсеh, сын Пилипа, в монастыре Дадои ванк, что в Хорадзоре. Тогда, после этой беды Спрам, жена убитого, обрела мужскую храбрость и, взяв оставшуюся в живых дочь свою, преодолела трудный ночной путь и укрылась в крепости Хачена. Она заботясь о доме своем, выдала свою дочь Спрам за Атрнерсеhа, сына Саhла из рода hАйка, владетеля Сюника, завладевшего силой гаваром Гелама. Сын его, Атрнерсеh, [таким образом] встретился с благоразумной женщиной, и жили они в страхе Божьем, вели благочестивую жизнь и были любимы в стране своей." (КНИГА ТРЕТЬЯ ИСТОРИИ СТРАНЫ АЛУАНК, КНИГА ТРЕТЬЯ ГЛАВА XXIII Перевод с древнеармянского Ш.В.Смбатяна). Bildiyiniz kimi Səhl Hayk nəslindən olmayıb, Zərmehr nəslindən idi və Aranşahik idi. Burada adı çəkilən Səhl isə başqa Səhl olub, çox güman ki Vasak olub. Açın oxuyun Sünik tarixini, görün Sünikin Səhl ibn Sunbat adlı hakımi olubmu? Ziya Bünyadov tərcümə etdiyi Albaniya tarixində qeyd edir: "Adərnerse ibn İshaq əl-Xaçeninin adına Təbəridə (III, s. 1416) də rast gəlinir". Bu isə o deməkdir ki, Xaçın hakimi Adərnersenin atası Səhl ibn Sunbat yox, İsaq idi, daha doğrusu Vasaq idi. Balkə də Vasaqın oğlu Saak olub. Səhl ibn Sunbatın Hovhanes adlı oğlunun olması da səhvdir. Mənbələr onun yalnız Müəvviyyə adlı oğlunun adını çəkirlər. Məqalədə mənbələr göstərərək redaktələr edirəm və redaktələrimi əsaslandırıram, bundan sonra da kim başa düşmürsə izah da edə bilərəm. Lakin başqası gəlir nə əsaslandırır, nə izah edir, nə mənbə göstərir, amma redaktəmi geri qaytarır. Bunu necə başa düşək? Al.xonder (müzakirə) 09:35, 22 iyul 2016 (UTC)
- Al.xonder status almış məqalələrə istədiyiniz kimi dəyişiklik edə bilməzsiz. Çünki məqalənin status alması üçün səs vermiş şəxslər məhz sizin irad bildirdiyiniz versiyaya səs veriblər. Hansısa məqalə ilə bağlı fikirlərinizi kənd meydanına yox, məqalənin müzakirə səhifəsinə yazmalısız. Vikipediya şəxsi tədqiqat yeri deyil. Zəhmət olmasa qaydalarla tanış olun. Hörmətlə --sefer azeri 06:24, 23 iyul 2016 (UTC)
- Vikipediya şəxsi tədqiqat yeri deyil. Bu qaydanı bilirəm və heç bir tədqiqatla da məşğul deyiləm. Səhifəyə daxil etdiyim informasiyanın arxasında etibarlı mənbələr durur. Dünən Səhl ibn Sunbatın oğlu kimi göstərdiyiniz Hovannes səhifəsini qaydaya saldım. İndi hamı görə bilər ki, o heç də Səhlin oğlu deyilmiş. Əvəzində isə Səhlin həqiqi oğlu Müaviyə məqaləsini yaratdım. Doğru olmayan bir şey yazdımmı? Bu gün isə Səhlin digər oğlu kimi göstərdiyiniz Atrnerseh səhifəsini qaydaya salmağı planlaşdırıram. Ümidvaram ki dəyişikliklərim sizi qane edəcək.
- Deyirsiniz status almış məqalənin dəyişdirilməsinə yol verilmir. Harada yazılıb bu? Bəs niyə mən Aspaziya səhifəsini dəyişəndə heç nə demədiniz? Axı ona səs verənlər, orfoqrafiq səhvlərlə dolu versiyasına səs vermişdilər. Amma mən Səhl ibn Sunbat səhifəsində 2-3 dəyişiklik edən kimi 2 IP-mi blokladız, sonra səhifəni redaktə üçün bağlı etdiz. Qaydalar buna yol verir? Əslində isə siz bilərəkdən, ya bilməyərəkdən, erməni təbliğat maşınına xidmət etmiş olursuz. Ermənilər, sizdən, məndən daha yaxşı bilirlər ki, Səhl ibn Sunbat kimdir, onun uşaqları kimdir, soykökü necədir. Amma hər şeyi olduğu kimi yazmaq onlar üçün sərfəli deyil. Bilərəkdən Səhllə Vasaqı qarışdırırlar ki, Albaniyada ermənilərin hakimiyyətdə olduğunu dünyaya çatdırsınlar. Siz isə ermənilər tərəfindən hazırlanmış səhifələri olduğu kimi bizim vikiyə daxil edirsiniz və təbliğ edirsiz. Bu azmış kimi ermənilərin yazdıqlarının dəyişdirilməsinə də imkan vermirsiz. Səhifə o zaman mühafizə oluna bilər ki, orada redaktə müharibəsi getsin. Mühafizə edilməlidir ki, redaktə müharibəsi edənlər bir müddət sakitləşsinlər. Bu səhifədə isə redaktə müharibəsi getməyib. Son dörd ay ərzində məndən başqa heç kim səhifəyə əl vurmamışdı. İmkan verərdiniz, redaktələrimi tamamlayardım, sonra nəşə doğru deyildisə, əsaslandırardız və geri qaytarardız. Niyə belə etmədiz? Zəhmət olmasa indi belə edin. Götürün mühafizəni. Hörmətlə -- Al.xonder (müzakirə) 10:13, 23 iyul 2016 (UTC)
Yüksək-istifadə və yüksək-risk şablonları
İngilis və digər dilli vikipediyalarda mövcud olan yüksək istifadə və yüksək risk şablonlarını bizim vikipediyada da lazım olduğunu düşünərək bu şablonları yaratdım. Amma mən belə bir çətinlik qarşısında qaldım ki, ingilis dilli vikipediyada yüksək istifadə həddi 2000-10000 səhifədə istifadə edilən səhifələrə, yüksək risk həddi isə 10000-dən çox səhifədə istifadə edilən səhifələrə aid edilir. Sizcə bizim vikipediyamızda bu hədd necə müəyyən edilməlidir? Məncə 200-1000 arası yüksək istifadə, 1000-dən çox yüksək risk hesab edilə bilər. Fikirlərinizi bildirməkdən çəkinməyin. Hörmətlə Aabdullayev851 (müzakirə) 19:38, 29 iyul 2016 (UTC).