Vikipediya Kend Meydani Arxiv Iyun 2008 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
İllər
Salam. İllər kateqoriyasında belə bir problem var - (hələlik o qədər də ciddi problem deyil, amma gələcəkdə çox ciddi problemə çevrilə bilər) - hər bir il ayrıca kateqoriya olur və həmin kateqoriyada o ildə doğulan və vəfat edən şəxslərin tarixi, baş verən hadisələr qeyd olunur. Məsələn, "Ömər Xəyyam" məqaləsinə baxa bilərsiz - Məqalənin kateqoriyaları - 1048 doğulanlar - 1131 ilində vəfat edənlər (uyğunsuzluq var - onda gərək olsun "1131 vəfat edənlər"). Belə kateqoriyalaşdırma nə dərəcədə düzgündü? Standart kimi təklif edirəm - Məsələn, 1048-ci ildə doğulanlar - 1048-ci ildə vəfat edənlər - 1048-ci ildə baş verən hadisələr (və ya sadəcə, 1048-ci il-hadisələr (məncə, bu variant daha məqbuldu)). Fikrinizi bilmək maraqlı olardı. Hörmətlə: --Sortilegus 15:46, 28 Aprel 2008 (UTC)
İng. vp-nin təcrübəsinə baxsaq Born in 1048 yazılır. Born 1048 yazılmır. Deməli Biz də 1048-ci ildə doğulanlar, 1048-ci ildə vəfat edənlər, 1048-ci ilin hadisələri. Yəni nədən qrammatikanı pozaq. Mən də belə səhvlər etmişəm. Ancaq indi səhv etdiyimi başa düşürəm.
--Vüsal Ağayev 16:21, 28 Aprel 2008 (UTC)
- XXXX-ci ildə doğulanlar və ya XXXX-ci ildə vəfat edənlər. Daha qısa variant təklif edən varmı?--A_M_D m-f 15:37, 5 May 2008 (UTC)
Bundan da qısa nə variant?:) XXXX-ci ildə ölənlər - hərf sayına görə bu bir az qısadı:) Amma "vəfat edənlər" daha məqsədəuyğundu:) "Hadisələr" - müzakirə olunmalıdı. 2 variant XXXX-ci il-hadisələr" və ya "XXXX-ci ilin hadisələri". Mən 1-ci varianta üstünlük verirəm. Ümumilikdə aşağıdakı kimi:
- XXXX-ci ildə doğulanlar;
- XXXX-ci ildə vəfat edənlər;
- XXXX-ci il-hadisələr;
Hörmətlə: --Sortilegus 21:22, 10 May 2008 (UTC)
- Hangisine karar verildi arkadaşlar? Bu tür ayrıntılar bir an önce karara kavuşturulmalı. Madde sayısı arttıkça baş edilemez sorunlara yol açacaktır. Benim ilk geldiğimde 6.000 kadar madde vardı ve bir sürü şablon ve benzeri için çok zorlansamda elimden geldiğince yapmaya çalıştım. İllər konusu da bunların içinde el atamadığım konulardan birisidir. Bir süredir maddeleri izliyorum ama katkı veremiyorum. Bulunduğum yerde kendi bilgisayarım yanımda olmadığı içinde Azeri font sorunum nedeniyle yazmak istemiyorum. Bu illər konusunu açıklığa kavuşturalım en azından boş anlarımda onları onararak katkı verebilirim. Sevgilerimle.--Etrüsk 22:45, 21 May 2008 (UTC)
Salam Etrüsk. Mən də səninlə razıyam ki, məqalə sayı artandan sonra xeyli çətin olacaq bu məsələni həll eləmək. Mən öz təkliflərimi vermişəm. Bu məsələdə qərar vermək tək bir istifadəçinin və ya idarəçinin ixtiyarında deyil. Amma nəzərə alsaq ki, burda mən fəaliyyət göstərdiyim bir ilə yaxın müddətdə cəmi 1 fəal idarəçi və 5-6 istifadəçi görmüşəm - onlardan da 3-ü (1 idarəçi - 2 istifadəçi (özümü tərifləmək olmasın - yəni biri mən)) bu məsələylə bağlı burda fikirlərini bildiriblər - məncə daha 2-3 fəal istifadəçi fikrini bildirsə bu məsələni həll etmək olar. Əgər nəzərdə tutulan dəyişikliklərin qəbul olunması qərara alınsa, qısa zaman içində şəxsən mən sözügedən kateqoriyaları düzəldə bilərəm. Bi işdə mənə yardımçı olsanız, çox sevinərəm. Hörmətlə:--Sortilegus 20:08, 27 May 2008 (UTC)
- Məsələdə burasındadır ki, fəal istifadəçilər fikirlərini bildirmirlər. Keçən dəfə də belə bir hal yarandı-az bir qism istifadəçi fikrini bildirdi və mövcud format qəbul edildi. indi isə başqa bir qism bunun dəyişdirilməsini təklif edir. dəyişdirdikdən sonra bu müzakirədə istifadə etməyənlər yeni bir versiya irəli sürə bilərlər və beləliklə sonsuz. Muzakirədə mümkün qədər çox istifadəçi iştirak etməlidir. uğurlar--A_M_D m-f 13:32, 30 May 2008 (UTC)
- Tənqiddən nəticə çıxardaraq, o qədər də fəal olmasam da öz fikrimi bildirmək lazım gəldiyi üçün deməliyəm ki, yuxarıdakı təkliflərdə göstərilmiş bütün variantlar mənim üçün məqbuldur, sonda qəbul olunacaq qərara mən də əvvəlcədən razıyam və bu xüsusda gələcəkdə mənim tərəfimdən hansısa problem yaradılmayacaq. --TimBitsتِمبِتس 13:43, 30 May 2008 (UTC)
- Nəticəni elan etmək tez olsa da bildirmək istəyirəm ki, İstifadəçi Sabriyə artıq burada əksəriyyətin qəbul etdiyi varianti təklif etdim. Və artıq o kateqoriyalar yaratmağa başlayıb. Əgər etirazı olan varsa yazsın buraya müzakirəni davam etdirək.
--Vüsal Ağayev 18:45, 31 May 2008 (UTC)
Mən yuxarıda ing. vp-dən nümunə gətirmişdim orada Born in xxxx-dir, Born xxxx deyil ki. Ona görə tərcümədə "ci" daha müvafiqdir. Rus vp-də d "v" kimi işlənilir. Родившиеся в 1954 году kimi.
--Vüsal Ağayev 19:34, 31 May 2008 (UTC)
"Ölənlər" - düzdür, hərf sayına görə "Vəfat edənlər"dən qısadır, amma hər dilin etiketləri var - bizim dildə kobud səslənir. Ona görə "Vəfat edənlər" variantını təklif etmişəm. Müzakirə olunan bu məsələdə "cı-ci-cu-cü" şəkilçisiz ümumiyyətlə kateqoriyalaşdırmanın əleyhinəyəm. Amma hələ ki, müzakirə gedir burda. Ona görə sonda əgər belə bir variant qəbul olunsa qərara hörmətlə yanaşacam. Mən öz təkliflərimi vermişəm. Sabrinin yaratdığı kateqoriyalara da baxdım - burda müzakirə gedən bir vaxtda düzgün saymıram onun bu hərəkətini. Müzakirələrin nəticəsini gözləmək olardı ən azından. Yaratdığı kateqoriyalar arasında da səhvlər var - mən təklif etdiyim variantda - yeni kateqoriya yaradıb "1836-ci ildə vəfat edənlər" (orfoqrafik səhv). "Doğulanlar" - ümumiyyətlə, yenə köhnə hamam, köhnə tas. Hər halda bir az da gözləyək. Bəlkə daha maraqlı təkliflər oldu. Amd-nin fikriylə razıyam ki, bu məsələdə "oyun-oyuncaq" oynamaq olmasın. Hörmətlə: --Sortilegus 20:53, 31 May 2008 (UTC)
Mən razıyam ki, müzakirə bitmədən fəaliyyətə keçmək olmaz. Ancaq burada hətta aktiv istifadəçilər belə müzakirədə öz fikirlərini yazmağa ərinirlər. Bir müzakirə bu qədər uzadılsa deməli qərara yalnız 1 ilə gələ bilərik. "Oyun-oyuncaq" məsələsini isə heç anlamadım. Oyunçunun heç olmasa adını yazın. Orfoqrafik səhvi mən artıq Sabriyə bildirmişəm. --Vüsal Ağayev 01:12, 1 İyun 2008 (UTC)
- Bəli, Vüsalin əvvəldə mənə etdiyi təklif məqbul gəlir. "Doğulanlar" ismi məncə də vikipediyana münasib düşmür. Ancaq məşğul vəziyyətlərim olduğu üçün vikipediyada çox redaktə edəbilmirəm, yinə də buraya daxil oldukça kateqoriyaları dəyiştirirdim lakin Sortilegus'a da qatılıram. Və birkaç həftə maraqlı təkliflər üçün bu fəaliyyətə ara verməyi uyğun görürəm. Hörmətlə...-- İğdirlisabri76müzakirə 19:09, 2 İyun 2008 (UTC)
- Sabri - qeydimi nəzərə aldığına görə sənə təşəkkürlər. Amma kateqoriyaların yaradılması elə bir məsələdir ki, burda xüsusilə diqqətli olmaq lazımdır. Kateqoriya adı - həm qısa və lakonik olmalıdır, həm də dilin orqoqrafik və digər qaydalarına cavab verməlidir. "İllər" kateqoriyasının yaradılmasına isə xüsusilə diqqətlə yanaşmaq gərəkdir. Çünki bu birbaşa "Şəxslər", "Hadisələr" və s. və i. - demək olar ki, Vikipediyadakı bütün məqalələrlə bağlı bir kateqoriyadır. Sənin buradakı fəaliyyətini maraqla izləyirəm və yüksək qiymətləndirirəm. Əsasən da, yeni qeydiyyatdan keçən istifadəçilərə Vikipediya haqqında ilkin olaraq məlumat verməni. Amma kateqoriyalar yaratmağa tələsmə. Məsələn, buradakı təkliflər qəbul olunsa "İllər"lə bağlı bu günlərdə yaratdığın kateqoriyaların yarısını silinəcək. Hörmətlə: --Sortilegus 19:42, 2 İyun 2008 (UTC)
- Vüsal, 1 ilə qərara gələk, amma birdəfəlik qərar olsun. Burda problem yoxdur. Yoxsa ki, indi kateqoriyaları yaradaq, sonra yenə istifadəçilərdən kimlərsə bu məsələni müzakirəyə çıxarsın, yenidən dəyişikliklər edilsin - bu düzgün deyil. "Oyun-oyuncaq" deyəndə də bunu nəzərdə tuturam. Hörmətlə: --Sortilegus 19:51, 2 İyun 2008 (UTC)
- Bu variant Doğum-xxxx və Ölüm-xxxx - bəlkə də olar. Amma bu bilirsən nəyə oxşayacaq bir az - Doğum evlərində hər doğulan uşağın qoluna birka bağlayıb nömrələr yazırlar 40-cı, 56-cı və sair, ya uzaq-uzaq morqlarda yiyəsi tapılmayan meyitləri belə nömrələyirlər:) İndi biz də deyirsən burda "birkalama" əməliyyatı aparaq - Filankəs Doğum-xxxx Ölüm-xxxx:) Başa düşülməyinə təbii ki, başa düşüləcək. Amma məncə mən təklif etdiyim variant daha məqbuldur. Həm aydındır, həm də Azərbaycan dilinin qanunlarına tam cavab verir. Ancaq ruslar demişkən nastaivat eləmirəm. Hörmətlə:--Sortilegus 13:40, 5 İyun 2008 (UTC)
- Mən bilən artıq bu məsələylə bağlı qərar qəbul etmək olar. Mənim təklif etdiyim variantlara elə bir ciddi etiraz görmədim. Məncə - qəbul olunmuş - saymaq olar.
P.S. Amd - mən "Tarixi-Nadiri" yarıya qədər oxumuşam - amma orda "stol-qarğa" məsələsinə rast gəlməmişəm:) Soruşmaq ayıb olmasın - bir-birinə nəyə görə oxşayırlar?") Hörmətlə:--Sortilegus 17:25, 18 İyun 2008 (UTC)
- Məncə normal Azərbaycan dilində yazsaq yaxşı olar. Bunun üçün də ilk təklif olunan variantları dəstəkləyirəm. Yəni "XXXX-ci4 ildə doğulanlar", "XXXX-ci4 ildə vəfat edənlər". Hadisələrlə bağlı isə "XXXX-ci4 ilin hadisələri". Əgər "XXXX-ci il - Hadisələr" yazacayıqsa, onda gərək "XXXX-ci4 il - Doğulanlar" və "XXXX-ci4 il - Vəfat edənlər" yazaq ki, bu da məncə düzgün alınmır. Prinsip bütün kateqoriyalar üçün eyni olmalıdır. Wertuose 04:34, 19 İyun 2008 (UTC)
- Wertuose - təklif müəllifi kimi etiraz etmirəm. "XXXX-ci ilin hadisələri" variantı tam məqbul variantdır. Hörmətlə: --Sortilegus 15:36, 19 İyun 2008 (UTC)
Təklif qəbul olunmuş sayılır. Dəyişikliklərə başlayıram. Hörmətlə: --Sortilegus 17:16, 27 İyun 2008 (UTC)
Permission Error
Buraya yeni gələn istifadəçilər bəzi problemlərlə rastlaşır. Bunlardan biri şəkil yükləmə yəni qarşıya yüklə səhifəsində Permission error yazısının yazılmasıdır. Yeni istifadəçilərdən İstifadəçi:Ramil1981 və İstifadəçi:Qarabagli Bey bunu mənə telefon vasitəsilə bildirmişlər. Ancaq mən problemin həlli yolunu bilmirəm. Bilən varsa kömək əlini uzatsın. Əgər iki nəfər eyni problemlə rastlaşıbsa deməli digər yeni istifadəçilərdə də bu mövcuddur.
--Vüsal Ağayev 06:50, 2 İyun 2008 (UTC)
- Düzdür son zamanlar (yuxarı bax) bu cür şikayət artıq ikincidir amma bunu başqa cür izah edə bilmirəm-istifadəçilər yükləmə əməliyyatını düzgün yerinə yetirə bilmirlər, adi istifadəçilərə (permission) icazə verilməyən səhifələrə keçid göstərirlər və ona görə də belə bir mesaj çıxır. digər, uzun müddət vikidə işləyən və fayl yükləyən istifadəçilərin necə, şikayətləri var? bu vaxta kimi eşitməmişəm, demək bu yeni istifadəçilərin yükləmə qaydalarını bilməmələrindədir.uğurlar--A_M_D m-f 20:04, 2 İyun 2008 (UTC)
- Mənə müraciət edən istifadəçilər Qarşıya yüklə səhifəsinə tıqlayanda qarşılarına Permission Error çıxdığını deyirlər. Bunun yükləmə qaydaları ilə nə əlaqəsi var ki? Yükləmə qaydaları o zaman pozulur ki, icazə verilməyən fayla tipi yüklənsin. Ancaq ilk adım atılmağa belə icazə verilmir. Xüsusilə yeni istifadəçilərə. Çox qəribədir. Yəni onlar səhifəni belə görmürlər(Upload səhifəsini).
--Vüsal Ağayev 20:42, 2 İyun 2008 (UTC)
Problem həll olunub hər halda. İstifadəçilərin ikisi də şəkil yükləyiblər artıq.
--Vüsal Ağayev 15:03, 7 İyun 2008 (UTC)
- Bu durum diğer vikipediyalar içinde geçerli genel/umumi bir durumdur. Aza olur olmaz tam olarak imkanları kullanamıyorlar ancak imzalarını atabiliyorlar. Tüm fonksiyonları ifa edebilmek için azalıktan sonra 3-4 gün gibi bir süreden sonra vikipediya onlara tüm erişim iznini otomatik olarak vermeye başlıyor. Düşünürümki vikipediya yazılımı bu hadise ile kötü niyetli kullanımların önünü kapatmak istemektedir. En geç dördüncü gün erişim sınırsız olacaktır. Sabır :))--Etrüsk 15:46, 19 İyun 2008 (UTC)
Azərbaycancalaşdırılmaya ehtiyacı olan məqalələr
Hörmətli, vikidaşlar. Azvikidə Azərbaycan dilində və ya onun ləhcələrində (söhbət Türk dillərindən getmir, məhz Azərbaycan dilinin ləhcələri-şimal və cənub) olmayan məqalələr var. Onlar qaydalara uyğun olaraq bir müddətdən sonra silinirlər. Bu barədə əvvəllərdə müzakirələr aparılmışdır. Lakin elə məqalələr vardır ki, həcmlərinə görə onların saxlanılmasını düzgün hesab edə bilərsiniz. Əvvəldən belə bir yazı yerləşdirməyə ehtiyac gördüm ki,bu kateqoriyada olan iri həcmli məqalələri ya bütövlüklə yada qismən Azərbaycan dilinə çevirəsiniz ki, sonradan əlavə problemlər ortaya çıxmasın.
{{qaralama-az}} şablonu o məqalələrə qoyulur ki, onlarda həddən artıq orfoqrafik səhv vardır və ya məqalədə bədii dildən uzaqlaşmalar, ayrı-ayrı ləhcələrə aid olan sözlər çoxdur. Bu şablondan Azərbaycan dilində yaxın olan dillər üçün istifadə etməyin. Təşəkkürlər və uğurlar--A_M_D m-f 17:55, 8 İyun 2008 (UTC)
+P.S. Bu cür məqalələrin bir qismi, son dəyişikliklərdən də görüldüyü kimi, artıq silinmişdir. Bu məqalələrdən hər-hansısa birinin bərpasını yuxarıda göstərilən nöqsanları aradan qaldırmaq üçün istəsəniz böyük məmuniyyətlə istəyinizi həyata keçirməyə hazıram :) bir daha uğurlar--A_M_D m-f 17:57, 8 İyun 2008 (UTC)
Həmin məqalələrə harada baxmaq mümkündür? Heç olmasa siyahısı ilə tanış olmaq olar?
Wertuose 11:57, 9 İyun 2008 (UTC)
Yuxarıda AMD tərəfindən göstərilib. Aşağıdakı kateqoriyadan tapmaq olar.
--Vüsal Ağayev 12:45, 9 İyun 2008 (UTC)
Həmin kateqoriyada 100-ə yaxın məqalə var və onların əksəriyyəti Türkiyə türkcəsindədir. Tələm-tələsik bu məqalələrin silinməsini düzgün saymıram. Çünki içlərində doğrudan da əhəmiyyətliləri var. Türkiyə türkcəsini də çoxumuz bilirik. Yəni bu məqalələrin bir müddət sonra Azərbaycan türkcəsinə uyğunlaşdırılması tam realdır. Silməyə tələsmək lazım deyil. Ümumiyyətlə burda idarəçilər məqalələri necə silirlər - mən burada gördüyüm qədər "sil" şablonu yerləşdirilən və silinəcək məqalələr kateqoriyasına göndərilən məqalələr bir müddət sonra silinir. Qaralama kateqoriyalarındakı məqalələr də bu cür silinir? Hörmətlə: --Sortilegus 22:12, 9 İyun 2008 (UTC)
- Məqalələr bir müddət sonra silinir ki,-məqalənin silinməsini düzgün hesab etməyənlər bu müddətdə fikirlərini bildirsinlər. Fikir ayrılığı çox geniş olarsa məqalələrin silinməsinə görə müzakirə başlanılır. O ki, qaldı konkret bu məqalələrə bu məqalələr çoox uzun müddətdir ki, qalıblar (tarixçələrinə bax). Birdəki bu məqalələr tr-vikidəki anoloji məqalələrin güzgü versiyalarıdır-necə var elədə köçürülüb. Məqalə məzmununu silib, yerinə trvikinin məqaləsinə link versək daha məntiqli çıxar. Bu məqalələrin redaktəsi üçün kifayət qədər vaxt ayrılmışdı. Uğurlar--A_M_D m-f 07:29, 10 İyun 2008 (UTC)
Məncə o məqalələr ki Azərbaycan dilində və ləhcələrində dəyil və onu yaradan məqaləni uygunlaşdirma üçün çalışmayıb tez silinməlidirlər. Ama qarala (Az) kateqoriyasına daxil elə məqalələrdə var ki orta səviyyədə Azərbaycancalaşıblar, bunların hesabını gərək o kopyia olmuş və heç iş onların üstündə görülməmış məqalələrdən ayıraq gərək. Misal üçün baxın bu məqaləyə ve tarixçəsinə Padşah, yalnız şablon götürülməyıb! Habelə Paytaxtlar siyahısı Uannis oldugca çalışıb bu məqaləni Azərbaycancalaşdırsın. Başqa belə yarı çevrilmiş məqalələrdən bunlar da var : Aysel Gürəl, Alaca. Olabilər ki Türkiyəli dostlarımız məqalələnin Azərbaycancalaşdırılmasında çalışıblar ama bu işdə səhvlər ediblər və Azərbaycan dilinin ədəbi şivəsindən uzaqlaşıblar. Məncə belə məqalələrin düzəlişinin ahəmmiyətli olduğunu başqa istifadəçilərə bildirərək onlardan yardım istəməliyik. O məqalələr ki Azərbaycancalaşdirma üçün onu yaradan çalışıb onları mümkün qədər silməməliyik. Mehrdad 18:13, 10 İyun 2008 (UTC)
Türkiyə Vikisini Azəri dilinə çevirmək
Salam!
Mən bu mövzuya əvvələr toxunmuşdum indi yenədə qayıdıram. Qardaş ölkənin Vikisində indiyə 109.107 məqalə var. Biz bunları çox qısa bir zamanda Azəri dilinə çevirib öz Vikimizdə yerləşdirə bilərik. Bununçün "Dilmanc" adlı tərcümə proqramı var (http://www.dilmanc.az/az/dilmanc/download). Özüm bu layihənin tərkibində işlədiyim üçün, xahiş edirəm bu postu reklam kimi qəbul etməyəsiz. Bu proqram axı doğurdanda işimizi asanlaşdırır. Təsəvür edinki Vikidə 50 aktiv iştirakçı var, hərəsi gündə cəmi 10 məqalə proqram köməyi ilə tərcümə edib xırda redaktədən sonra Vikidə yerləşdirə bilər. Beləliklə biz 1 ay ərzində (30 gün x 50 nəfər x 10 məqalə) 15.000 məqalə toplaya bilərik. Məncə bu heçdə pis rəqəm deyil.
PS: bu proqram tam pulsuzdur və heç bir kommersiya məqsədi daşımır.
Qeyd və iradlarınızı səbirsizliklə gözləyirəm.
Hörmətlə, Çingiz.
--China 630 06:59, 11 İyun 2008 (UTC)
- Çina, bir daha xoş gəlmisən, çoxdandır görünmürdün.
- Dilmanc həqiqətəndə çox gözəl proqramdır, lakin onun tərcüməsi insan tərcüməsi ilə əvəz edilə bilməz. Misal üçün ən son klassisizim məqaləsinin ilk cümləsi- Klassisizm ədəbiyyatda köhnə Yunan və Roma sənətini təməl alan tarixi yanaşma və estetik tutumdur. Bu cümlənin mənasını mən tam başa düşə bilmədim. Yəni dilmancda tərcümədən sonra belə istifadəçi bu cümləni yenidən yazmalıdır. nəzərə alsaq ki, Türkiyə Türkçəsini demək olar ki, əksər vikipediyaçılar başa düşürlər onda maşın tərcüməsinə heç ehtiyac qalmadı. Sözün açığı 18500 məqaləsi olan vikinin məqalələrini keyfiyyət baxımından bu gün azvikinin malik olduğu məqalələrdən qat-qat üstün olmalıdır. Bu cür addımdan sonra məqalə sayı vurub kəllə çarxa çıxacaq, keyfiyyət göstəricisi isə elə bir dərinliyə düşəcək ki, oradan onun çıxardılması çox çətin olacaq. Artıq azvikidə vikipediyanın ümumi devizlərindən birinə çevrilmiş "keyfiyyət, kəmiyyət yox" devizinə uyğun hərəkət etsək gözəl olar.
- Başqa bir məsələ-bu cür addımın vikipediya prinsiplərinə zidd olmasıdır. Müəyyən məsələləri götürmək və hissələri tərcümə etmək olar, ancaq bu cür gezge versiyalar yaratmaq lazım deyil.
- Uğurlar--A_M_D m-f 12:12, 11 İyun 2008 (UTC)
- Dilmanc verdiyi tərcümə maşın tərcüməsidir və bu tərcümə insan tərcüməsindən hələki zəifdir. Amma sürət göstəricilərinə görə bu cür proqramlar əvəzedilməzdi. Məs.: insan 2500 simvoldan ibarət olan bir mətni 30 dəq. ərzində tərcümə edər. Proqram isə bunu 3 saniyə ərzində edir, və insana sadəcə olan və alınan mətnləri qısa bir zaman ərzində müqayisə edib redaktə etmək qalır. Məncə bu proqram istifadə etmək demək deyilki insan bu prosesdə iştirak etmir.
- Hörmətlə, Çingiz --China 630 12:48, 11 İyun 2008 (UTC)
- Salam. Açığı bu gün mən ilk dəfə olaraq proqramı endirdim və yoxladım. Çox gözəl proqram alınıb. Buna görə sizi təbrik etmək lazımdır. Xüsusilə Türkçə-Azərbaycanca tərcümə daha gözəl alınır. Belə baxanda 5 cümləni 1 saniyəyə tərcümə etdi və mən üzərində sonradan 3 dəqiqəyə düzəlişlər etdim, tərcümə hazır oldu. Gələcəkdə türk vp-dən kinematoqrafiyaa ilə bağlı məqalələri buraya yerləşdirəcəyəm.
- Burada aktiv istifadəçi 50 nəfər deyil, 5 nəfərdir. O ki qaldı keyfiyyət göstəricisinin aşağı düşməsinə türk vikipediyadan buraya gözəl məqalələri köçürüb, dilmancla tərcümə etməklə keyfiyyət yəni depth aşağı düşməyəcək, əksinə qalxacaq. Yalnız tamamilə boş məqalələr olanda depthin aşağı düşə bilmə ehtimalı var.
- Hörmətli China. Bir iradım da odur ki, proqramda Azərbaycanca-Türkcə tərcümə variantı da olsaydı yaxşı olardı. Çünkü burada bir neçə türk qardaşlarımızı məqalələri türk dilinə tərcümə edərkən çətinlik çəkirlər. Məsələn İstifadəçi: Bahar artıq bir ildir ki, Azərbaycan kinolarının və aktyorlarının məqalələrini türk dilinə tərcümə edərək tr vp-də yerləşdirir. Ancaq bəzən çox çətinlik çəkir. Bu iradı və ya təklifi nəzərə alsanız sevinərəm.
--Vüsal Ağayev 13:40, 11 İyun 2008 (UTC)
- Salam, Vüsal bəy. Fikrinizi bildirdiyiniz üçün minnətdaram. Sizin təklifinizdə çox gözəldir, amma çox təəsüf ki, Türkcə-Azərbaycanca tərcümə variantı hələlik bu layihənin planına daxil edilməyib. Ümid edək ki, bu məsələdə tezliklə öz həllini tapacaq.
- Hörmətlə, Çingiz. --China 630 09:32, 23 İyun 2008 (UTC)
Ana sehifedeki meqaleler
Ana sehifede yerleshen meqaleler niye yenilenmir? Hec olmasa heftede ve ya 2 heftede 1 defe yenilense yaxshi olar. Gorduyum qederile bunun ucun kifayet qeder maraqli meqaleler var. Wertuose 05:38, 11 İyun 2008 (UTC)
- Maraqlı hesab etdiyiniz məqalələri Vikipediya:Fəal məzmun-a daxil edin. Məqalələr adətən ayda bir dəfə yenilənir. Fəal məmzun layiqli məqalələr olarsa bunu lap gündə etmək olar.Uğurlar--A_M_D m-f 05:41, 11 İyun 2008 (UTC)
yeni qaydalar
Son zamanlar müzakirələrdəki aktivliyi görüb belə bir məsələni də vikicəmiyyətin nəzərinə sürmək istəyirəm. Elsanaturk ilə birlikdə bir neçə qayda məqalələri uzun müddət əvvəl tərcümə etmişik. Sözün açığı bu məqalələri Elsanaturkle birlikdə müzakirə çıxartmaq, tənqidlərə qarşı birgə cavab vermək niyyətində idim, bu müddət müzakirəyə çıxartmamağımın səbəbi də bu idi. Lakin artıq yubatmaq olmaz. Buyurun yeni policy məqalələri. Oxuyun, tənqidlərinizi və düzəlişlərinizi çox böyük sevinclə gözləyirəm:
- Vikipediya:Konsensus
- Vikipediya:Mübahisələrin həlli
- Vikipediya:Qanunla təhdid olmaz
- Vikipediya:Şəxsi hücum olmaz
- Vikipediya:Etiket
- Vikipediya:Vikipediya nə deyil
- Vikipediya:Orijinal tədqiqata yer verməmək (və ya orijinal tədqiqat)
- Vikipediya:Spam
- Vikipediya:Neytrallıq
Qanunlara düzəliş etmək niyyətində olsanız, lap əla. Bir məqalə də yarımçıq tərcümə olunub. bir müddət sonra onu da müzakirəyə çıxaracağam. Uğurlar--A_M_D m-f 06:08, 11 İyun 2008 (UTC)
- Məncə şu səhifədəki qaydalar birə-bir tərcümə edilməli. Bazı qaydalar tərcümə edilib, ancaq hamını tərcümə etməq məncə lazım gəlir...-- İğdirlisabri76müzakirə 17:18, 11 İyun 2008 (UTC)