Vikipediya Kend Meydani Arxiv Iyun 2009 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Azərbaycan Vikipediyası - istifadəçi sayı 10 000+
Hamıya salam. 2009-un iyun ayına yeni bir yuvarlaq rekordla qədəm qoyduq - Azərbaycan Vikipediyasında qeydiyyatdan keçən istifadəçilərin sayı 10 000-i adladı. Bir tərəfdən adam sevinmək istəyir, bir tərəfdən kədərlənir - bu 10 000 adamın hərəsi cəmi 10 keyfiyyətli məqalə yaratsaydı, indi burda məqalə sayı 100 000-i keçmişdi. Bu statistikanı görəndə aktiv istifadəçilərin qədrini adam daha yaxşı bilir:) Hörmətlə:--Sortilegus 16:10, 1 İyun 2009 (UTC)
23000-ci məqalə münasibətilə bütün istifadəçiləri təbrik edirəm.-- Emin ► 16:26, 2 İyun 2009 (UTC)
10 000+ istifadəçilər üçün 23 000 meqalə çox azdır. Elə o 23 000 meqalenin təxminən 15 000-i Vüsal tərəfindən yazılmış film məqalələridir. Məncə bu göstəriciyə təbrik düşmür. Aktiv olun uşaqlar! Məqalə sayı 100 000-ə çatsa mən hamını ürəkdən təbrik edəcəm. Amma qorxuram o günü görməyim :( --Orxancalilov 17:00, 25 İyun 2009 (UTC)
VikiMənbə
s:VikiMənbə:Kənd Meydanı#İdarəçi-- Emin ► 19:39, 2 İyun 2009 (UTC)
Əslində, bu çox vacib məsələdir. Biz bütün səylərimizi Vikipediyanın inkişafına yönəltmişik. Amma digər layihələr bir qədər kölgədə qalıb. Vikipediyadan başqa heç bir Azərbaycan dilli VikiLayihədə idarəçimiz yoxdu. Yaxşı olar ki, bu məsələni də tezliklə yoluna qoyaq.--Sortilegus 19:48, 2 İyun 2009 (UTC)
Digərlərində Vikilüğətdən başqa idarəçi lazım deyil, heç 100 məqalə yoxdur. VikiMənbədə namizəd(lər)i müəyyənləşdirək lazımdır. Ayın axırına qədər problem həll olsa, çox yaxşı olar. Bir də müzakirəni VikiMənbədə davam etdirmək lazımdır.-- Emin ► 20:02, 2 İyun 2009 (UTC)
Müzakirəni burda aparmaq lazımdır ki, fəal istifadəçilər qatılsınlar (əksəriyyəti digər Azərbaycandilli layihələrdə də qeydiyyatdan keçib), mövqelərini bildirsinlər, namizədləri müəyyənləşdirək və həmin layihələrdə səsvermələr keçirək. O biri layihələrdə ki, idarəçilər üçün minimum 10 səs barajı yoxdu. Ona görə də burda aktiv istifadəçilərin müəyyənləşdirəcəyi və onların xeyir duasını alan namizədlər idarəçi seçiləcəklər. --Sortilegus 20:21, 2 İyun 2009 (UTC)
VikiMənbədə 600-dən çox məqalə olmasına baxmayaraq, hələ idarəçi yoxdur. Ümumiyyətlə cəmi Azərbaycan dilində olan VikiMənbədən başqa cəmi 3 dildə olan VikiMənbədə idarəçi yoxdur ki, o VikiMənbələrdə olan məqalə sayı çox azdır (Anglo-Saxon:4 məqalə, Faroese:11 məqalə, Haitian:26 məqalə). Cəmi 223 məqalə olan Slovak VikiMənbəsində 2, 345 məqalə olan Bolqar VikiMənbəsində 5 idarəçi var. Erməni VikiMənbəsində də var. Bu cəhətdən düşməndən, çox təəssüflər olsun ki, geri qalırıq.-- Emin ► 07:47, 3 İyun 2009 (UTC)
- VikiMənbədə [1] fəal idarıçinin olması vacibdir. Bildiyim qədər Mehrdad orada idarəçi seçilməli idi [2] , lakin çoxdandır ki, ondan xəbər yoxdur. --Ira 09:45, 3 İyun 2009 (UTC)
O səsvermədən 2 ildən çox vaxt keçib.-- Emin ► 12:11, 3 İyun 2009 (UTC)
VikiMənbədə görüləsi elə də çox iş yoxdur. Ən çox həmin layihəyə hazırda Eminlə İradə xanım nəzarət edir. Mən sizin hər ikinizin orada idarəçi seçilməniz təklifini irəli sürürəm. Çox iş olmadığına görə də yəqin ki, buradakı işləriniz yarımçıq qalmayacaq. Elə həftədə 1 dəfə 1-2 saat vaxtınızı sərf etsəniz VikiMənbədəki problemləri yoluna qoya biləcəksiniz. VikiLüğətdə mən bilən 1 idarəçi var (dünən araşdırdım). Özü də xeyli iş görüb, VikiLüğəti hər halda nəyəsə oxşadıb. VikiSitat və VikiKitab layihələri ilə bağlı təklifləri olanlar varsa, buyursunlar. --Sortilegus 15:35, 3 İyun 2009 (UTC)
Adımın VikiMənbə idarəçi namizədləri arasında çəkilməsi məni çox sevindirdi. Vikipediyada idarəçilikdən imtina etdim (dərslərlə bağlı), həm indi yaydı, dərslər yoxdur, həm də VikiMənbədə iş az olduğundan idarəçi olmağa razıyam. İndi həm Vikipediyada, həm də VikiMənbədə normal fəaliyyət göstərə bilərəm. Amma, ola bilsin, məktəb vaxtı burdakı fəaliyyətim bir az azalacaq. Yəqin ki, yazımdan elə başa düşdünüz ki, bu məsələni özümün idarəçi olmağım üçün açdım (cümlələri elə qurmuşam ki, özüm də elə başa düşdüm :-)). Amma, qətiyyən, bu belə deyil.Mən yalnız idarəçi cəhətdən Azərbaycan VikiMənbənin digərlərindən geri qaldığı üçün müzakirəni başlatdım.
Digər vikilayələrə gəldikdə isə, Sortilegus, bu səhifədə [3] idarəçi sayı 0 göstərilib. Deyəsən, orada Sinan müvəqqəti idarəçi olub. Çox təəssüflər olsun ki, erməni vikilüğətindəki mətnlərin sayı da (6729), idarəçilərin sayı (biz də yoxdur, onlarda:2) bizdən çoxdur.-- Emin ► 19:28, 3 İyun 2009 (UTC)
- VikiMənbədə hələ ki, 1 idarəçi də bəs edər. Odur ki, Emin daha yaxşı namizəddir. Səsverməni VikiMənbədə keçirmək lazımdır. Kənd Meydanında istinad qoymaqla buradakı istifadəçiləri oradakı səsverməyə cəlb etmək olar. Amma gərək səs verənlər VikiMənbədə heç olmasa 10-15 redaktə etmiş olsunlar. Bu daha düzgün olar. Hörmətlə, --Ira 07:27, 4 İyun 2009 (UTC)
Mən də Ira ilə razıyam. Emin ►nin namizədliyini dəstəkləyirəm. --Cekli829 12:41, 4 İyun 2009 (UTC)
VikiMənbədə idarəçi seçkiləri
Vikimedia fondunun azərbaycandilli layihələrindən biri olan VikiMənbədə idarəçi seçkiləri keçirilir. 4 mart, 2009-tarixinə qədər bu layihədə qeydiyyatdan keçən, orada 10-dan artıq redaktə edən istifadəçilərdən seçkidə iştirak etmələrini və öz mövqelərini bildirmələrini rica edirəm (bu səhifədə VikiMənbə:İdarəçilər). Səsvermə 4 iyun-18 iyun 2009-cu il tarixində keçiriləcək və onun nəticələri 19 iyun 2009-cu il tarixində elan ediləcək. Hörmətlə:--Sortilegus 20:41, 4 İyun 2009 (UTC)
- Sortilegus, salam. Bəlkə, səsvermədə iştirak etmək istəyən istifadəçilər üçün hələlik zaman məhdudiyyəti qoymayaq? 4 mart, 2009-tarixinə qədər qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı çox azdır və indi aktiv olan istifadəçilərin çoxu bu səsvermədə iştirak edə bilməyəcəklər. Zaman məhdudiyyəti olmasa buradakı hər bir istifadəçi VikiMənbədə tez bir zamanda 10 redaktə edib, səs verə biləcəkdir. Hörmətlə, --Ira 05:15, 5 İyun 2009 (UTC)
Elə də eləmək olar. Amma onda belə çıxır ki, biz bunu sırf seçkilərə görə etmişik. VikiMənbədə onsuz da idarəçi seçilmək üçün hələ 10 səs limiti qoyulmayıb. Ona görə də namizəd lehinə 3-4 səs alsa kifayət edər. Bu da mən bilən problem deyil. Eminn hamının etimadını qazanmış istifadəçilərdəndir. Hörmətlə:--Sortilegus 12:38, 5 İyun 2009 (UTC)
Vikipediya
http://www.az-wikipedia.com, Vikipediya odur???-- Emin ► 08:39, 5 İyun 2009 (UTC)
Kimsə sayt yaradıb burdakı materialları ora köçürür. Bunun ziyanı yoxdur. AzVikinin reklamıdır. Əslində Vikipediyanın da başlıca məqsədi biliklərin yayılmasıdır. Heç kim burda yazdıqlarının başqa yerə köçürülməməsində israr edə bilməz. Hörmətlə:--Sortilegus 15:01, 5 İyun 2009 (UTC)
elə məqsəd budur!--Axan.bulut 15:12, 5 İyun 2009 (UTC)
TÜRK DİLİNDƏKİ VİKİPEDİYADA ERMƏNİLƏRİN VANDALLIĞI DAVAM EDİR
- http://tr.wikipedia.org/?q=Azerbaycan_hanl%C4%B1klar%C4%B1&diff=prev&oldid=5749078
- http://tr.wikipedia.org/?q=Karaba%C4%9F_Hanl%C4%B1%C4%9F%C4%B1&diff=5718674&oldid=5707921
Kommentarisiz, --Ira 06:56, 9 İyun 2009 (UTC)
Nə qədər ki, Takabeg orda var, bu bitən deyil.-- Emin ► 07:04, 9 İyun 2009 (UTC)
O, istifadəçinin son dövrlər fəaliyyətini mən izləyirəm - Azərbaycanla bağlı məqalələrlə xüsusilə məşğuldur. Bizim burdakı istifadəçilərin də orda yazışmalarına baxıram - Eminin bloklanmasından da xəbərim var. Çalışıb orda onun redaktələrinə mümkün qədər sakit reaksiya vermək, mənbə istədikcə mənbə əlavə etmək lazımdır. Çünki kəskin reaksiya verməyin bizə heç bir xeyri yoxdur. Daha da "qızışır", hər cümləyə yox, sözə mənbə istəyir. Onda burda gərək işimizi atıb türk vikisindəki məqalələrlə məşğul olaq. Bir müddət ümumiyyətlə reaksiya verməyin. Bilmirəm ermənidir, erməni deyil - amma üstünə getdikcə, lap türk olsa da, ermənilərin maraqlarına uyğun mövqe sərgiləyir. Hörmətlə:--Sortilegus 16:32, 9 İyun 2009 (UTC)
100% ermənidir. Türk vikipediyasındakı istifadəçi adım:Eminn95.-- Emin ► 18:01, 9 İyun 2009 (UTC)
Lap ermənidirsə də - istifadəçi səhifəsinə Azərbaycan bayrağı yerləşdirməklə onu yerində oturtmaq olar? Burda kimsə səninlə sənin orda apardığın formada mübarizə aparsa (yəni sənin istifadəçi səhifəndə erməni bayrağı yerləşdirsə) mən onu dərhal bloklayaram. Ermənidirsə də türk dilini yaxşı bilir. İndi nə oldu 1 erməni türk dilini yaxşı bildi, 1 türk dilini belə yaxşı bilən azərbaycanlı tapılmadı ki, onunla orda döş-döşə gəlsin? Tədricən orda problemlər həll olunacaq. Heç bir tarixi fakt əbədi inkar oluna bilməz. Türk vikisində də Azərbaycanla bağlı məqalələrdə həqiqətlər öz gerçək həllini tapacaq. Eləcə də ingilis, rus və s. vikilərdə. Sadəcə bir az hövsələ lazımdı. Əsas məsələ yenə də deyirəm, AzVikinin inkişafıdır --Sortilegus 18:25, 9 İyun 2009 (UTC)
Türk wikipedyasında ben çok mücadele veriyorum.Ama sanırım sınırsız atmayı düşünüyorlar beni.Ben sizleri gerçekten çok sevdim. http://tr.wikipedia.org/?q=Vikipedi:Silinmeye_aday_maddeler/Kay%C4%B1t/2009_Haziran Tüm azerbaycanla ilgi maddeler yok ediliyor.
- http://tr.wikipedia.org/?q=Biz_Bizim_Da%C4%9Flar%C4%B1m%C4%B1zd%C4%B1r — Bu imzasız yazı 85.100.42.44 (m) tərəfindən əlavə edilib;
Biz gözləməyə adət etmişik, 17 ildir gözləyirik. Bunu da gözləyərik.-- Emin ► 12:43, 12 İyun 2009 (UTC) Ben gözleyemiyecem. Türkiye wikipedyasından sınırsız atıldım.Neden atıldığımı araştırırsınız.Türk demedim dikkat edin.ben burda wikipedya kurallarına uygun olarak faliyetlerime devam edicem.Siz istemeyene kadar.
- http://tr.wikipedia.org/?q=Kullan%C4%B1c%C4%B1_mesaj:85.100.42.44 — Bu imzasız yazı 85.100.42.44 (m) tərəfindən əlavə edilib;
TÜRK VİKİPEDİYASINDA ÜÇÜNCÜ DƏFƏ BLOKLANDIM! SƏBƏBİNƏ ÖZÜNÜZ BAXIN.-- Emin ► 13:44, 13 İyun 2009 (UTC)
Senin yaptığın güzel çalışmalar görülüyor okadar.Ben kendi ülkesine sahip olan bir genç görüyorum.Bunu anlayamazlar onlar. — Bu imzasız yazı 85.100.42.44 (m) tərəfindən əlavə edilib;
Nəhayət, ingilis vikisinin ana səhifəsində Azərbaycanca Vikipediyaya da keçid verildi.-- Emin ► 16:47, 13 İyun 2009 (UTC)
Emeği geçen herkezi kutlarım. — Bu imzasız yazı 85.100.42.44 (m) tərəfindən əlavə edilib;
tr:Kullanıcı mesaj:Vusal1981#Azeri Vikipediden Selamlar | Vüsal Takabegə "kardeş" deyir. Fəaliyyətini təqdir edir.-- Emin ► 16:05, 15 İyun 2009 (UTC)
Ama sonunda pişman olmuş Vüsal .Tanıyamadım seni demiş.
Takabeg, belki de beni hatırlamıyorsun! Ben Azeri vikipediden Vusal1981. Geçen yıl seni gerçek ve tarafsız bir vikipedist sanarak sana takdir mesajı yazmıştım. Ama ne yazık ki, gerçek yüzünü bu yıl göstermiş oldun. Onunçin sana yazdıklarımı noktasına kadar geri alıyorum ve böylece senin tabirince desek bir azeri milliyetçisi olarak suçumu temizlemiş oluyorum.
--Vusal1981 10:48, 20 Nisan 2009 (UTC) Vüsal burda en değer verdiğim insanlardan. — Bu imzasız yazı 85.100.42.44 (m) tərəfindən əlavə edilib;
Mən burdakı istifadəçilərin Türk vikisindəki müzakirə səhifələrinə nəzər salırdım. Vüsalın elə yazdığını görüb təəccübləndim. Ona görə bura yazdım. Üzr istəyirəm.
Bir də orda yazmışdı ki, Azərbaycanda da olub.-- Emin ► 16:21, 15 İyun 2009 (UTC)
Takabegin silmek istediği madde ve sebebi
Osmanlı, Türkiye ve Ermeniler ,İlgili maddelerde yer alan cümlelerin kopyalarından ibaret olup orijinal içerik yoktur. Şablon:Osmanlı'da ve Türkiye'de Ermeniler yeterli. Belki bu şablon da belli bir görüş ile okuyuculara empoze ediyor olabilir. Takabeg ileti 07:30, 14 Haziran 2009 (UTC)
- keçid Türk Vikipediyasında erməni təsirinin nə qədər güclü olduğunu bir daha sübut edir. Orada Xocalı soyqırımı ilə bağlı məqalə də silinməyə çıxarılsa əsla təəccüblənmərəm. Hər bir təcrübəli Vikipediya istifadəçisi çox gözəl bilir ki, məqalənin silinməsini istədikdə yüz cür səbəb tapmaq olar. Ermənilər törətdikləri cinayətləri hətta Vikipediyada belə ört-basdır etmək istəyirlər.--Ira 13:35, 14 İyun 2009 (UTC)
- Türkcə Vikipediya əsla Ermənilərin əlində deyil. Bu sübut deyildir. Tərəfsiz Dünyagörüşü Prinsipinin bir çox müzakirəyə yol gətirməsi normal. Xüsusilə Takabegin sildirmək istədiyi məqalələrə baxsanız o məqalələrin Türkcə Vikipediya xaricində yalnız Azəricə Vikipediyada olduğunu görə bilərik. Ayrıca 3. partiya qaynaq da lazımdır. Bu olmadığı müddətcə ensiklopediyaya uyğun olmaz. Misal, tr:Azerbaycanlıların Soyqırım Günü məqaləsi varkən tr:Ermeni Soyqırımını Xatırlama Günü məqaləsinin də olması tərəfsizlik üçün əhəmiyyətli. Comerdli Katliamı və Dağ Yahudilerine yönelik katliam kafi qaynağa sahib deyil və internetdə axtarılınca da tapılmır. Bu məsələ məncə vikipedi deyil. Əsas məsələ digər internetdəki məlumatlardır...-- İğdirlisabri76müzakirə 13:57, 16 İyun 2009 (UTC)
O hərəkətlərə haqq qazandırmaq mümkün deyil. Bəyəm türk vikisində bütün məqalələr o biri vikilərlə bağlanılıb? Bir qalıb Azərbaycanla bağlı bu silinməyə göndərilən məqalələr? Vikipediyanın da elə prinsipi bundan ibarətdir ki - əvvəlcə məqalə yaradılır sonra ona zaman-zaman müxtəlif mənbələr əlavə olunur. O məqalələrdə də hamısında mənbələr var. Sadəcə bir istifadəçi - ifadəmə görə üzr istəyirəm - "qızışıb" düşüb Azərbaycanlılar və azərbaycanlıların soyqırımı ilə bağlı məqalələrin canına, etiraz reaksiyaları da gördükcə daha da "coşur". Bir dur deyən də yoxdur. --Sortilegus 14:16, 16 İyun 2009 (UTC)
Sortilegus ilə tam razıyam. Türk Vikipediyasında Vikipediya qaydalarına uyğun gəlməyən, silinəcək çox məqalələr vardır. Amma Azərbaycanla bağlı məqalələr silinir (hər birində mənbə göstərilməsinə baxmayaraq) və ya vandalizmə məruz qalırlar (Yuxarıda keçidləri göstərmişəm). Bunun da bir izahı var: Ermənilərin vəhşiliklərini ört basdır etmək, Azərbaycanla bağlı həqiqətləri gizlətmək. --Ira 05:11, 17 İyun 2009 (UTC)
Alt alta silinecek maddelerin Azerbaycanla ilgili olması tesadüf değildir sanırım.Milliyetçi duygularla Ermeni soykırımını anma gününü silmek istendiğim söylenmiş.Madde içinde osmalıda yapılan soykırımı ibaresi vardı bunu hiç mi görmediniz?Kelime şu şekildeydi:Her yıl 24 Nisan'da, 1915 - 1923 yılları arasında Osmanlı Devletinde yaşanan "Ermeni Soykırımı" kurbanlarını anmak için törenler düzenlenmektedir.
- http://tr.wikipedia.org/?q=Ermeni_Soyk%C4%B1r%C4%B1m%C4%B1n%C4%B1_Anma_G%C3%BCn%C3%BC&oldid=5766787 benim yaptığım değişiklik ve ardından Takabegin http://tr.wikipedia.org/?q=Ermeni_Soyk%C4%B1r%C4%B1m%C4%B1n%C4%B1_Anma_G%C3%BCn%C3%BC&oldid=5766808 yaptığı değişiklik.Kimin milliyetçi davrandığı açık ve nettir.
Translatewiki.net update
- Currently 34.46% of the MediaWiki messages and 0.12% of the messages of the extensions used by the Wikimedia Foundation projects have been localised. Please help us help your language by localising and proof reading at translatewiki.net. This is the recent localisation activity for your language. Thanks, GerardM 07:19, 17 İyun 2009 (UTC)
- PS Please help us complete the most wanted messages..
- It can take a long time before your localised messages become available here on your wiki. The LocalisationUpdate extension will make messages available within two days. If you want this functionality, you have to ask the MediaWiki developers.
Dəstək
Bu mesajı yazmağın nə qədər düzgün olduğunu (olmadığını) bilmirəm. amma yazıram.
-- Emin ► 17:57, 18 İyun 2009 (UTC)
Problem görmürəm. Şəxsən mən düzgün sayıram və dəstəkləyirəm. Təşəkkürlər. Hörmətlə, --Ira 12:02, 19 İyun 2009 (UTC)
Bir dəfə dəqiq yadımda deyil 4-5 ay bundan qabaq bu saytlardan birini yazmışdım ki, dəstək olaq, gördüm silinib. Anonim istifadəçi silmişdi.-- Emin ► 16:38, 19 İyun 2009 (UTC)
Şəhər yoxsa rayon
Salam. Azərbaycan Vikipediyasında çox səhv bir şey ilə qarşılaşırsan. Şəhərin adını yazanda rayon çıxır. Məsələn Ağdaş, Kəlbəcər, Ağdam başlıqları uyğun olaraq Ağdaş rayonunu, Kəlbəcər rayonunu, Ağdam rayonunu bildirir. Bu ağılasığmaz bir şeydir, indiyə qədər və bundan sonra da heç bir ensiklopediyada belə bir şey olmayıb və olada bilməzdi. Ağdaş sözü yalnız Ağdaş şəhərini bildirir, yəni bu şəhərin adıdır, Ağdaş rayonu demək deyil. Bu şəhərlər bu adları ilə əsrlədir ki var, hətta yeni yaranmış və sadəcə inzibati-ərazi bölgüsü olan rayonlar da məhz öz adlarını bu şəhər adlarından almışlar, yoxsa Azərbaycan Vikipediyasında olduğu kimi əksinə deyil. Aydındır ki, indi bunu dəyişdirmək bəzi qarma-qarışıqlar yaradacaq, ancaq bu o qədər əhəmiyyətli bir şeydir ki, bu səhvi mütlər düzəltmək lazımdır, “Zərərin yarısından da qayıtmaq xeyirdir”.--Melikov Memmed 04:52, 19 İyun 2009 (UTC)
Salam. Vikipediyaya bir daha xoş gəlmisiniz! Dediklərinizlə 100-də 100 razıyam. Bu çox ciddi məsələdir və bir müddət burda ən aktual problemlərdən biri idi. Amma sonra belə qərara gəlindi ki, tutaq ki, Şamaxı yazılanda rayon nəzərdə tutulsun, amma şəhər bu formada verilsin Şamaxı (şəhər) və Şamaxı şəhəri bu varianta istiqamətləndirilsin. Eləcə də Şamaxı rayonu Şamaxı səhifəsinə istiqamətləndirilsin. Bunun belə olmasının səbəbini izah edim - Şamaxı şəhərinə burdakı məqalələrdə Şamaxı rayonuna olan qədər keçid verilmir. Nə qədər şəxs Şamaxı rayonunun müxtəlif kəndlərində anadan olub - təbii ki, şəhərdə anadan olanlardan qat-qat çoxdur. Onların hər birinin məqaləsində onda gərək hər dəfə rayonun adı Şamaxı rayonu və ya Şamaxı (rayon) kimi qeyd edilsin. Amma belədə sadəcə Şamaxı yazanda rayon haqqında məqaləyə keçid verir. Eləcə də rayonun kəndləri haqqında olan məqalələrin hamısında rayonun səhifəsinə keçid var. Bu bütün rayonlara aiddir. Bakı, Gəncə kimi 2-3 iri şəhər istisna olunmaqla yanında əlavəsi olmayan (rayon, rayonu) bütün adlar rayonlara keçid verir. Ümid edirəm fikrimi izah edə bildim. Hörmətlə:--Sortilegus 10:39, 19 İyun 2009 (UTC)
Mən Sizinlə tam razıyam, praktiki cəhətdən bu olduqca rahatdır. Ancaq Vikipediya bir ensiklopediyadır, qaydalara əməl olunmalıdır. Bir də məsələyə bir az kənardan baxmaq lazımdır, bizim dünya millətləri içində fəxr edə biləcəyimiz az şeylərdən biri bizim şəhərlərimizdir, kimə isə rahat olsun deyə bugün onların adlarına şərik qoşmaq düz deyil. Hələ ki, çox gec deyil Siz düz prinsipi qəbul edin, müəyyən çətinliklərdan sonra hər şey yoluna düşəcək. Azərbaycanca Vikipediyada məqalələrin sayı gün-gündən artır, sonra bunu düzəltmək qeyri-mümkün olacaq. Nə qədər çətin olsa da Siz bunu edə bilərsiniz.--Melikov Memmed 11:29, 19 İyun 2009 (UTC)
Bu çox ciddi məsələdir. Və öz mövqeyimi müdafiə etsəm də, beynimin hansısa bir nöqtəsində sizinlə razılaşmaya bilmirəm. Amma belə ciddi məsələlərin həllində mənim təkbaşına qərar qəbul etmək ixtiyarım yoxdur. Əgər razısızsa, mən bizim burdakı yazışmamızı Kənd meydanına köçürüm. Bizim burda çox dəyərli istifadəçilərimiz var - onlarla birlikdə bu problemi müzakirə edib bir qərara gələk. Necə deyərlər - "Ağıl ağıldan üstündür". İnanıram ki, razılıq verib Kənd meydanında gedən müzakirələrdə də fəal iştirak edəcəksiz.
P.S. Amma doğrudan da, bu dəyişiklik qəbul olunsa burda minlərlə məqalədə düzəlişlər etmək lazım gələcək və bu zaman bot (avtomatik proqram) yardımına ehtiyacımız olacaq. Hörmətlə:--Sortilegus 11:50, 19 İyun 2009 (UTC)
Anlayışınız üçün çox sağ olun!--Melikov Memmed 12:09, 19 İyun 2009 (UTC)
İstifadəçilərdən xahiş edirəm bu məsələylə bağlı öz fikirlərini bildirsinlər. Hörmətlə:--Sortilegus 12:29, 19 İyun 2009 (UTC)
- Salam. Melikov Memmedin təklifi ilə razıyam. Yəni Ağdam, Kəlbəcər və s. yazdıqda şəhərlər, Ağdam rayonu, Kəlbəcər rayonu yazıldıqda isə rayonlar nəzərdə tutulsun. --Ira 17:17, 19 İyun 2009 (UTC)
Bu variant olar. Amma çox böyük problemlər yaradacaq. Tutaq ki, bizdə Kateqoriya:Azərbaycanda doğulanlar kateqoriyası var. Onun da içində Kateqoriya:Ağdamda doğulanlar və s. Biz burda Ağdamı rayon kimi götürmüşük. Bu rayonun inzibati mərkəzində (Ağdam şəhərində) və ya hansısa kəndində doğulmasından asılı olmayaraq bütün şəxsləri (Ağdam rayonunda doğulanları) bu kateqoriyaya salmışıq. İndi şəhər kimi qəbul etsək bütün kateqoriya dəyişməlidir. Burda artıq sırf Ağdam şəhərində doğulan şəxslər qalmalıdır. Amma indiki halda "Ağdam" - bu rayon haqda olan məqaləyə keçid verir, "Ağdamda doğulanlar" kateqoriyasına da bu rayonda doğulan şəxslər salınıb. Gələcəkdə hətta şəxsləri doğulduğu kəndlərə və qəsəbələrə görə ayırıb bu kateqoriyaya ("Ağdamda doğulanlar") aid edə bilərik. Tutaq ki, "Gülablıda doğulanlar" və s. və i. Bir də əlavə edərik "Ağdam şəhərində doğulanlar". Bura da salarıq rayonun inzibati mərkəzində - şəhərdə doğulan şəxsləri. Bu dediklərim bütün rayonlara aiddir. --Sortilegus 17:49, 19 İyun 2009 (UTC)
Məncə, Kateqoriya:Ağdamda doğulanlar kimi kateqoriyaların dəyişdirilməsinə ehtiyac yoxdur. Burada hər kəs Ağdam adının ümumi rayona aid olduğunu başa düşəcək. Onsuz da şəxs rayonun hər-hansı bir kəndində doğulubsa, doğum yeri kateqoriyası ümumi götütülür. İndi əsas məsələ rayonlar və şəhərlər üçün konkret ad göstəricisi seçməkdir.--Ira 18:06, 19 İyun 2009 (UTC)
Ümumiləşdiririksə onda rayon şəhərdən daha ümumi ərazi bölgüsüdür. Niyə öz işimizi çətinə salaq ki? "Ağdam" rayon - istiqamətləndirmə səhifələri → "Ağdam rayonu", "Ağdam rayonu". "Ağdam (şəhər)" - istiqamətləndirmə səhifələri → "Ağdam şəhəri". Mən bu variantı təklif edirəm (yəni hazırda bir çox məqalələrdə mövcud olan). --Sortilegus 18:21, 19 İyun 2009 (UTC)
Mən indi baxdım: Biz şəxslər şablonunda "Doğum Yeri = Ağdam" yazarkən bunu rayon qəbul etmişik. Demək əgər dəyişəsi olsaq bütün şəxslər haqqında məqalələr bir-bir dəyişməlidir. Bu isə bir neçə illik iş deməkdir. Odur ki, dediyinlə razıyam - istiqamətləndirmələr qoyaq, vəssəlam. "Ağdam" dedikdə də rayon başa düşülsün. --Ira 18:32, 19 İyun 2009 (UTC)
Elə məni də qorxudan odur da:) AzVikinin də maşallah 70%-i şəxslər haqqında olan məqalələrdi. Amma elə ikimiz müzakirə aparmayaq. Başqa həmkarlarımız da fikirlərini bildirsinlər. Prinsipcə qərar qəbul olunsa tutaq ki, "Ağdam" yazanda rayona yox, şəhərə keçid verilməlidi bot düzəldib dəyişmək olar. Amma mən mövcud variantın qalmasını daha düzgün sayıram. --Sortilegus 18:42, 19 İyun 2009 (UTC)
- Mənim təklifim budur ki, respublika tabeliyindəki şəhərlərin adı sadə variantda birbaşa şəhər məqaləsinə aid olsun. Məqalənin əvvəlində isə aydınlaşdırma şablonu ilə digər mənalar verilsin. Respublika tabeliyində olmayan, yəni respublikaya daxil olan inzibati rayonların tərkibində şəhər statusu olan yerlər isə indiki variantda qalsın. Bunda da məntiq ondan ibarətdir ki, əgər bir şəhər hər hansı bir rayona bağlı olmadan şəhər olaraq tanınırsa bu həmin adın ən çox işləndiyi halın da həmin şəhərə aid olduğunu deməyə əsas verir. Yox əgər hansısa inzibati rayon daxilindədirsə onda əksinə. Məncə burda qəti ayrım aparmaq yenə də çətindir amma təxmini olaraq belə bir variant tətbiq edilə bilər. Bundan başqa sırf tarixi cəhətdən baxmaq da düz deyil. Məsələn, hazırda Şəki şəhəri və Şəki rayonu mövcuddur. Bu subyektlərin Şəki adlanmasının səbəbi əvvəllər mövcud olmuş Şəki xanlığının bu ərazidə yerləşməsi ilə bağlıdır. Amma əvvəllər Şəki xanlığının mərkəzi olmuş qədim Şəki şəhəri daşqın nəticəsində dağılmış, daha sonra xanlığın mərkəzi o vaxt Nuxa adlanan yerə köçürülmüşdür. Daha sonra da Nuxanın adı dəyişilərək Şəki olmuşdur. Yəni ki, Şəki rayonunun ərazisinin bu adla adlanması şəhərin Şəki adlanmasından daha qədimdir amma buna baxmayaraq mən Şəki məqalə adının birbaşa şəhərə aid olmasını düzgün hesab edirəm, çünki bu adla daha çox şəhər özü nəzərdə tutulur. Mənim fikrim bu qədər, vaxtım az olduğu üçün yəqin ki, bu müzakirənin davamında iştirak edə bilməyəcəm. Uğurlar. --TimBitsتِمبِتس 05:22, 20 İyun 2009 (UTC)
Bir az qəliz dildə yazılıb yuxarıdakı ismarıc, amma təxminən TimBitsin nə demək istədiyini anladım:) Onda belə edək - kənd və qəsəbələri qoyaq bir qırağa (çünki bu halda üst-üstə düşən adlar olanda dəqiqləşdirmə səhifələrindən istifadə edirik. Məsələn: Yenikənd. Bu variant mən bilən heç kimdə etiraz doğurmaz. Və digər vikipediyalarda da ən istifadə olunan variantdır). Rayon və şəhərlərə dair mən bir siyahı hazırlayım: hansı rayonun və ya şəhərin adını necə yazaq, hansı səhifələrdən bu əsas varianta istiqamətləndirmələr verək və s. O siyahını burda müzakirəyə çıxaraq, konsensus əldə edək. Çünki Melikov Memmed haqlıdır. Bu problemi nə qədər tez həll etsək o qədər xeyrimizədir. Məqalə sayı artandan sonra işimiz çətinləşəcək. Mən 1 həftəyə siyahını hazırlayaram və müzakirəyə çıxararam. Elə bu müzakirənin davamı olar. Hörmətlə:--Sortilegus 20:42, 20 İyun 2009 (UTC)
Ağdaban Katliamı, Kugark Katliamı ...
Hörmətli Vikipediya istifadəçiləri! Bildiyiniz kimi Türk dilindəki Vikipediyada ermənilər və onların havadarları çox fəaldılar. Azərbaycanlılara qarşı törədilən erməni vəhşiliklərini ört basdır etmək üçün bu mövzularda məqalələri min bir bəhanələrlə silmək istəyirlər: http://tr.wikipedia.org/?q=Kugark_Katliamı, http://tr.wikipedia.org/?q=Ağdaban_Katliamı və s.
Xahiş edirəm, kimim vaxtı və imkanı varsa bu məqalələri mənbələrlə zənginləşdirin. Hörmətlə, --Ira 13:10, 21 İyun 2009 (UTC)
[[6]] mail atılıp kaynak isteyemezmiyiz? — Bu imzasız yazı 85.100.42.44 (m) tərəfindən əlavə edilib;
- Vikipediya qeyri-rəsmi sayt olduğundan dövlət təşkilatları Vikipediyada rəsmi şəkildə iştirak edə bilməzlər. Vikipediya könüllü istifadəçilərin fəaliyyəti üzərində qurulmuşdur. AMEA-nın institutları isə dövlət təşkilatlarıdırlar.--Ira 22:30, 21 İyun 2009 (UTC)
Ellerinde var olan kaynak isimleri olabilir. — Bu imzasız yazı 85.100.42.44 (m) tərəfindən əlavə edilib;
Ira xanım, bu Türkcə Vikipediyada Azərbaycan haqqında yazılar elə bil ancaq ermənilər tərəfindən yazılır, orada Azərbaycan üzrə bir "akademik" var - Takabeg, yəqin erməni dığasıdır, o Andranik haqqında elə bir məqalə yazmışdır ki, bunun Türk Vikipediyasında olmasına şübhə etdim. Düzü Türk Vikipediyasında "erməniçilik" baş alıb gedir --Melikov Memmed 06:53, 22 İyun 2009 (UTC)
- Melikov Memmed, ben Türkçe Vikipedi'denim. Siz lütfen kaynak bulmaya çalışın, gerisini ben hallederim. Kaynaklar güvenilir olursa sevinirim.--Gökçe Yörük 10:25, 22 İyun 2009 (UTC)
- Ağdaban faciəsi
- Occupation of the Kelbajar region
- Ağdaban faciəsi
- XX əsrin dəhşətlərindən biri - Ağdaban faciələri. İ. Səfərli. 2009. --Melikov Memmed 11:41, 22 İyun 2009 (UTC)
- Arkadaşlar, yabancı medyadan bulursanız daha iyi olur. Teşekkürler.--Gökçe Yörük 15:21, 22 İyun 2009 (UTC)
Dağ Yahudilerine yönelik katliam,Ağdaban Katliamı, Comerdli Katliamı,Kugark Katliamı artık türkçe wikipediada yok silindi. — Bu imzasız yazı 85.100.42.44 (m) tərəfindən əlavə edilib; [[7]] adlı kullanıcı ilede lütfen beni birdaha karşılaştırmayın.Nasıl bir oy kullandığı maddeler hakkında açık ve net ortadadır. — Bu imzasız yazı 85.100.42.44 (m) tərəfindən əlavə edilib;
- [[8]] sıradaki madde.silinecek.Düşman yerine karşı yazılır.Neden siliniyor bir anlasam. — Bu imzasız yazı 85.100.42.44 (m) tərəfindən əlavə edilib;
- [[9]] — Bu imzasız yazı 85.100.42.44 (m) tərəfindən əlavə edilib;
Türk Dilindəki Vikipediyada Azərbaycanlıların qetliamlarının silinmesi
http://tr.wikipedia.org/?q=Vikipedi:Silinmeye_aday_maddeler/Kay%C4%B1t/2009_Haziran
Türk dilində Vikipediya
Bu tip mövzuların müzakirəsi məncə çox uzandı. Araşdırmalarım da mənə onu deməyə əsas verir ki, bunda maraqlı olanlar var. Türkiyə Vikipediyasında qeydiyyatdan keçməyən istifadəçi (lər), məqalələr yaradır, orda 1 qeydiyyatdan keçən istifadəçi bu məqalələri silməyə göndərir, 3-4 eyni istifadəçi həmin məqalələrin silinməsinə səs verir, burda qeydiyyatdan keçməyən istifadəçi haray-həşir qoparır... Məqsədin də nə olduğunu yaxşı anlayıram. Türkiyə və Azərbaycan vikipediyaları arasında nifaq salmaq (böyük mənada Türkiyə və Azərbaycan arasında). Bu da ki, açıq-aydın erməni siyasətinin təzahürüdü. Ona görə də, bundan sonra burda belə müzakirələrin açılmasına şəxsən mən imkan verməyəcəm. Türkiyə vikipediyasında nə baş verir, hansı məqalələr yaradılır, hansı məqalələr silinir - bütün bunlar orda da (Türkiyə vikipediyasında) müzakirəyə çıxarılmalıdır və həll edilməlidir. Azərbaycan vikipediyasının kənd meydanında Azərbaycan Vikipediyasına aid məsələlər müzakirə olunmalıdır. Hörmətlə:--Sortilegus 00:21, 29 İyun 2009 (UTC)
Digər vikilərdə qeydiyyatsız istifadəçilər fəaliyyətlərini dayandırmasalar və ya qeydiyyatdan keçməsələr onların IP ünvanları bloklanır. Məncə bizdə də belə sərt qaydalara ehtiyac var. Wertuose 09:35, 29 İyun 2009 (UTC)