Vikipediya Kend Meydani Arxiv Iyun 2013 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Azvikinin hansi botlara ehtiyaci var?
Alismayilov (talk) 13:45, 14 aprel 2013 (UTC)
- Məqalə yaratmaq üçün botların aktiv fəaliyyətinə ehtiyac var. Adi istifadəçilər çox aşağı sürətlə məqalə sayını artıra bilir. --Thunder Storm (talk) 04:58, 7 may 2013 (UTC)
- Avtomatik şablonlar yaratmaq olar. Birdə mənim ağlıma avtomatik lazımsız səhifələri silmək gəlir. Moderatorlar xeyli vaxt sərf edirlər, lazımsız səhifələri silmək üçün. Alismayilov (talk) 23:45, 17 iyun 2013 (UTC)
- Mən bot yaratmaq üçün bir neçə dəfə qeydiyyatdan keçmək istədim, xəta verdi. Başa düşmədim niyə. Error belə idi: Daxili xəta Keçid et: naviqasiya, axtar [5faaf58b] 2013-06-18 00:21:48: Fatal exception of type MWException . Bunun səbəbini bilən var? Alismayilov (talk) 00:25, 18 iyun 2013 (UTC)
- Avtomatik şablonlar yaratmaq olar. Birdə mənim ağlıma avtomatik lazımsız səhifələri silmək gəlir. Moderatorlar xeyli vaxt sərf edirlər, lazımsız səhifələri silmək üçün. Alismayilov (talk) 23:45, 17 iyun 2013 (UTC)
Vikipediya ilə bağlı seminarlar
Vikipediyanı daha geniş kütlələrə çatdırmaq üçün mütləq müxtəlif təşkilat və qurumlarda seminarlar təşkil etmək lazımdır. Mən bir necə təşkilatla danışıqlar aparmışdım və ilk olaraq İrəlinin üzərində dayandım. Seminarlarda spiker kimi mən iştirak edəcəm və layihə iştirakçılarına vikipediyanın iş prinsipləri, fəaliyyət göstərmək qaydaları və ümumiyyətlə vikipediya barədə bütün məlumatları verəcəm. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. Hörmətlə:--Baskervill (talk) 10:05, 30 may 2013 (UTC)
- Uğurlar arzulayıram. --NKO zi 10:27, 30 may 2013 (UTC)
- Təşəkkür edirəm. Seminarlar başlayanda bu barədə daha ətraflı məlumatlar verəcəm və orada yaşadığım təcrübələri burada bölüşəcəm. --Baskervill (talk) 13:00, 30 may 2013 (UTC)
Dəstəkləyirəm və uğurlar diləyirəm, Baskervill. --Babək Akifoğlu (talk) 14:00, 30 may 2013 (UTC)
- Uğurlar həmkar. Yaxşı olar ki, Bakıdakı fəal istifadəçilərimizdən, idarəçilərimizdən də Baskervill-ə yardım edən olsun. Seminarlardan bir şəkilli kollaj hazırlamağı da unutmayın.--Sortilegus (talk) 10:15, 31 may 2013 (UTC)
- Əlbəttə də şəkillər mütləq olacaq. Dərin təşəkkür edirəm hər kəsə.--Baskervill (talk) 11:41, 4 iyun 2013 (UTC)
DİQQƏT!!! Panorama azadlığı
Hörmətli Vikipediyaçılar! Bir çoxlarınızın xəbəri var ki, Azərbaycan ərazisində Panoram azadlığı ilə bağlı məsələ son dövrlərdə vikipediyada işimizin təşkilində ciddi problemlər yaratmaqdadır. Bu problemin aradan qaldırılması üçün artıq qeyri-rəsmi şəkildə MM-ə müraciət etmişəm və millət vəkillərimizdən biri bu məsələ ilə məşğul olur. Lakin rəsmi şəkildə azvikiçilər adından müraciət edilməsi məsələnin həllini daha da sürətləndirəcək. Bu səbəbdən də məktubun mətninin hazırlanmasında bütün vikipediyaçıları, xüsusilə idarəçiləri aktiv olmağa səsləyirəm. Məktub mətninin hazırlanması və müzakirələrVikipediya:Azərbaycan Respublikasının Milli Məclisinə müraciət səhifəsində aparılacaq. Müzakirələr 2 iyun saat 19:00-a kimi davam edəcək və verilmiş təkliflər nəzərə alınmaqla yekun məktub mətni hazırlanaraq həm rəsmi şəkildə məktub şəklində MM-ə təqdim ediləcək, həm də açıq məktub şəklində bir neçə media orqanı vasitəsiylə müraciət olunacaq. Hər kəsi müzakirələrdə və məktubun hazırlanmasında aktiv olmağa səsləyirəm. Hörmətlə--sefer azeri 14:46 31 may 2012 (UTC)
Mətbuat vikipediyaçıların müraciətinə diqqət ayırır
Artıq mətbuat da vikipediyaçıların Milli Məclis sədri cənab Oqtay Əsədova müraciətinə diqqət ayırmağa başladı: Azərbaycan vikipediyaçıları Milli Məclis sədrinə müraciət etdilər Hörmətlə--sefer azeri 23:44 11 iyun 2012 (UTC)
- Artıq məşhur olduq )))))) --►Şahdağlı Cekli 19:02, 11 iyun 2013 (UTC)
Azərbaycan vikipediyaçıları Milli Məclis sədrindən kömək istədilər…--sefer azeri 13:08 12 iyun 2012 (UTC)
- Bu da bu → femida.az --►Şahdağlı Cekli 08:44, 12 iyun 2013 (UTC)
- Bir qrup vikipediya redaktoru Milli Məclisə müraciət etdi --sefer azeri 13:49 12 iyun 2012 (UTC)
- Bu gün Azadlıq Radiosunda Azərbaycan Vikipediyası və onun problemləri müraciət olunacaq... Saat 19:00-da maraqlananlar dinləyə bilər.--sefer azeri 18:07 12 iyun 2012 (UTC)
- Azadlıq Radiosunda Vikipediyanı müzakirə etdik. Verilişi canlı izləyə bilməyənlər burdan baxa bilərlər. --sefer azeri 21:39 12 iyun 2012 (UTC)
- Bu gün Azadlıq Radiosunda Azərbaycan Vikipediyası və onun problemləri müraciət olunacaq... Saat 19:00-da maraqlananlar dinləyə bilər.--sefer azeri 18:07 12 iyun 2012 (UTC)
- Bir qrup vikipediya redaktoru Milli Məclisə müraciət etdi --sefer azeri 13:49 12 iyun 2012 (UTC)
Trademark discussion
Hi, apologies for posting this in English, but I wanted to alert your community to a discussion on Meta about potential changes to the Wikimedia Trademark Policy. Please translate this statement if you can. We hope that you will all participate in the discussion; we also welcome translations of the legal team’s statement into as many languages as possible and encourage you to voice your thoughts there. Please see the Trademark practices discussion (on Meta-Wiki) for more information. Thank you! --Mdennis (WMF) (talk)
Təkmilləşdirmə
Salam.Hamınızı bu şablonu təkmilləşdirməyə dəvət edirəm!Hörmətlə:--Şeyx Şamil Danış! 09:17, 10 iyun 2013 (UTC)
Şablon:Şəhər
Bu şablonun Əsası qoyulub və Əvvəlki adı bölmələri ilə problem var. --Мурад 97 (talk) 17:01, 12 iyun 2013 (UTC)
Azadlıq Radiosu Vikipediya haqqında
Virtual ensiklopediya --Мурад 97 (talk) 23:19, 12 iyun 2013 (UTC)
- Mənə elə gəlir ki, Azərbaycan Vikipediyasının səviyyəsi Türkiyəninkindən daha yüksəkdir. Məqalələrin sayından çox keyfiyyəti önəmlidir. --Stern88888 (talk) 12:22, 16 iyun 2013 (UTC)
İdarəçi səsverməsi
Bu səhifədə Babək Abbaszadənin idarəçi seçilməsi üçün səsvermə keçirilir. Səsvermədə iştirak etməyiniz xahiş olunur!--Vüsal Ağayev (talk) 19:06, 12 iyun 2013 (UTC)
- Xeyirli olsun! --►Şahdağlı Cekli 19:12, 12 iyun 2013 (UTC)
Free Research Accounts from Leading Medical Publisher. Come and Sign up!
gets Wikipedia editors free access to reliable sources that are behind paywalls. I want to alert you to our latest donation.
- Cochrane Collaboration is an independent medical nonprofit organization that conducts systematic reviews of randomized controlled trials of health-care interventions, which it then publishes in the Cochrane Library.
- Cochrane has generously agreed to give free, full-access accounts to medical editors. Individual access would otherwise cost between $300 and $800 per account.
- If you are active as a medical editor, come and sign up :)
Cheers, 20:56, 16 iyun 2013 (UTC)
- Hallo, I am a medical doctor, I would like to use Cochrane to write articles for Azerbaijani Wikipedia. Where should I sign my name? --Stern88888 (talk) 04:31, 19 iyun 2013 (UTC)
Cochrane Library Sign-up (correct link)
My apologies for the incorrect link: You can sign up for ' accounts at the . Cheers, 21:31, 16 iyun 2013 (UTC)
Прочитайте, Вы будете неприятно удивлены
Почему армянам проще работать с Википедией чем азербайджанцам? http://www.1news.az/analytics/20130618100645052.html --Keete 37
Wiki Days seminarları
Məlum olduğu kimi mən Azərbaycanca vikipediyanın idarəçilərdən biri kimi İrəlidə silsilə seminarlar keçəcəm. Əvvəlcədən qeyd etmək istərdim ki, burada mənim hansısa siyasi və ya başqa bir niyyətim yoxdur. Tək istəyim siravi insanlar üçün Azərbaycanca vikipediyanı daha əl catan və yaxın etməkdir. 2 gündən sonra müraciət edəcək şəxslər arasında intervuların götürülməsinə başlayacam. Ən önəmli niyyətim Azvikidə daimi fəaliyyət göstərəcək 4-5 nəfər vikiçini vikipediyamıza qazandırmaqdır. Bir məsələnidə qeyd etmək istərdim. Mən yazmışdım ki, seminarlarda vikipediya da fəaliyyət göstərən şəxslərin iştirak etməsi məqbul deyil. Bu fikir bəzi vikipediyaçılarımız tərəfindən bir mənalı şəkildə qarşılanmayıb. Unutmaq olmaz ki, bu bir viki görüş deyil və orada olan insanlara vikipediya və orada fəaliyyət göstərməyin yolları barədə məlumatlar veriləcək. Sizcə notariusları bir yerə yığıb onlara notariat hərəkətləri barədə məlumat verməyin bir mənası varmı? Bu adamın işi budur və onsuzda bunu bilir.
Seminarlada qonaq olmaq istəyən və gəlib öz təkliflərini vermək istəyən şəxslər, buyurub gələ bilərlər. Bu barədə daha ətraflı məlumatı istifadəçi səhifəmdə yaradılan xüsusi bölmədə tanış ola biləcəksiniz. Hörmətlə:--Baskervill (talk) 22:23, 19 iyun 2013 (UTC)
- Uğur olsun! --►Şahdağlı Cekli 13:54, 20 iyun 2013 (UTC)
- 58 nəfər müraciət edib və sabahdan müraciətçilərin müsahibəsi mərhələsinə başlanacaq. --Baskervill (talk) 17:43, 20 iyun 2013 (UTC)
- Uğurlar!--Sortilegus (talk) 22:30, 20 iyun 2013 (UTC)
- Siyasi niyyətiniz olmasaydı, bu seminar İrəlidə keçməzdi) --Мурад 97 (talk) 15:29, 21 iyun 2013 (UTC)
- Мурад 97 bizim əsil niyyətimizin öyrənilməsinin bir yolu var, oda ki, gəlib bizim seminarlarda iştirak etmək. Mənim Azərbaycanda siyasətlə məşğul olmaq kimi bir niyyətim yoxdur. --Baskervill (talk) 19:06, 21 iyun 2013 (UTC)
- Мурад 97 əgər Allah ömür versə digər təşkilatlarda bu işi icra edəcəm və siz o zaman İrəlinin sadəcə bir vasitə olduğuna şahid olacaqsanız. --Baskervill (talk) 23:07, 21 iyun 2013 (UTC)
Düşünürəm ki, əgər bu layihə vikipediyamızın inkişafına yönəlmiş bir vasitədirsə, bunun harada keçirilməsi ikinci dərəcəli məsələdir. Şəxsən məni Vikidays-in keçirildiyi məkan yox, onun sonda şahidi olacağımız nəticələri maraqlandırır. Bu Azvikini böhrandan çıxarmaq üçün atılmış addımdır - deyə düşünürəm. --Babək Akifoğlu (talk) 09:52, 22 iyun 2013 (UTC)
Əlişəkər bəy Baharlı
"Əlişəkər bəy Baharlı və onun nəslinin görkəmli övladları" məqaləm ("Bütöv Azərbaycan" qəzeti, 11-17 iyul 2011-ci il) əsasında Vikipediyada Əlişəkər bəy Baharlı adlı məqalə hazırlayaraq qəzetdəki məqaləmə istinad etdim. Lakin "Azadlıq" qəzetinin bu günkü sayında "Baharlı soyadının ilk daşıyıcısı" adlı "Araşdırma" başlığı ilə maqələ dərc edilmiş, cəmi bir yerdə mənə istinad edilmiş, demək olar ki, məqaləm köçürülmüşdür. Bununla da müəlliflik hüququm pozulmuşdur. Əlişəkər bəy Baharlı haqqında öz məqaləmə istinadən həmin məqaləni Vikipediyaya daxil edərkən məqsədim bu böyük şəxsiyyəti təbliğ etmək idi. --Orxan Zakir (talk) 08:38, 22 iyun 2013 (UTC)
- Vikipediyadakı məqaləyə görə müəllif hüquqlarının pozulması davası açmaq olmaz. Çünki məqalənizdən məlumatları bura yerləşdirəndə artıq o məlumatlara görə müəllif hüquqlarından imtina etmisniz. Amma "Bütöv Azərbaycan" qəzetindəki məqalənizə görə müəllif hüquqlarınızın pozulması ilə bağlı iddia qaldıra bilərsiniz. --Sortilegus (talk) 21:29, 22 iyun 2013 (UTC)
Müəlliflik hüququmun pozulmasını Vikipediyadakı məqaləyə görə deyil, "Bütöv Azərbaycan" qəzetindəki məqaləyə əsasən olduğunu bilirəm. VikipediyadakıƏlişəkər bəy Baharlı məqaləsində müəllifi olduğum "Əlişəkər bəy Baharlı və onun nəslinin görkəmli övladları" ("Bütöv Azərbaycan" qəzeti, 11-17 iyul 2011-ci il) məqaləsinə 1 yerdə mənbə, 8 yerdə isə istinad yazmışam. "Azadlıq" qəzetində həmin məqalənin aşağısında müəlliflik hüququmun pozulması ilə bağlı iradımı bildirdim. Onlar dünən mənə "baş verən anlaşılmazlığa görə sizdən üzr istəyirik. Sabahkı sayımızda baş verən texniki xəta ilə bağlı düzəlişi görə bilərsiniz" yazdılar, lakin qəzetin bu günkü sayında düzəliş verilmədi.--Orxan Zakir (talk) 04:14, 23 iyun 2013 (UTC)
(Sorry for writing in English. You can translate the proposal.)
Should X!'s edit counter retain the opt-in requirement? Your input is strongly encouraged. Voice your input here.—cyberpower ChatAutomation 04:08, 23 iyun 2013 (UTC)
- Distributed via Global message delivery. (Wrong page? Fix here.)