Vikipediya Kend Meydani Arxiv Iyun 2014 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Formulaların yazılışı
Salam. Zəhmət olmasa Azərbaycan dilində olan məqalələrdən içərisində riyazi formula olan bir nümunə verə bilərsinizmi (əgər varsa)? Mümkünsə elə riyazi formul olsun ki, həm kəsr xətti, həm indeks, həm qüvvət və s. olsun. İngilis vikisindəki teqlərdən istifadə etməyə çalışdım amma xəta verdi. Öncədən dəstəyinizə görə təşəkkürlər. Nadir Hacıyev (talk) 13:34, 4 iyun 2014 (UTC)
- Salam Nadir Hacıyev. Buraya və bura baxa bilərsən. --Araz Yaquboglu (talk) 14:18, 4 iyun 2014 (UTC)
- Təşəkkür edirəm Nadir Hacıyev (talk) 14:25, 4 iyun 2014 (UTC)
Bern
AZ VIKI istifadəçi və idarəçilərinə salamlar. Mən bu yaxınlarda yeni portalın - Bern portalının yaradılmasına başlayacam. Bunun üçün mən artıq bir neçə məqalə yaratmışam və yaxın günlərdə əlavə olaraq Bern mövzusunda daha 10 məqalə yaradacam. Bu portal ilə bağlı olaraq, mənim sizin hamınızdan kiçik bir xahişim olacaq - AZ VİKİ-də Bern şəhərində doğulan məşhur insanlar barədə heç bir dənə də məqalə mövcud deyil. Portal üçün "tanınmış şəxsiyyətlər" kateqoriyasının vacibliyini nəzərə alsaq, Berndə doğulan məşhur şəxsiyyətlərdən biri haqda məqalə yaratmağınızı sizdən xahiş edirəm. Əslində bunu məndə edə bilərəm, bu problem deyil, sadəcə olaraq mən hal-hazırda Bern şəhərinin abidələri barədə məqalələr yaradıram.
Əqər bu şəxsiyyətlərin kim olduğunu bilməkdə çətinlik çəkirsənizsə, o zaman mən sizə bu insanların siyahısını göndərirəm - [1]. Onların heç olmazsa biri haqda məqalə yaradılsa, həm mənə, həm də AZ VİKİ-yə çox böyük kömək edərsiniz. Diqqətinizə görə təşəkkürlər. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 20:01, 9 iyun 2014 (UTC)
- İstifadəçi:Keete 37, hazırladığın "Bern portalı" layihəsinə dəstək məqsədilə Ferdinand Hodler məqaləsini yaratdım. --►Cekli829 13:23, 12 iyun 2014 (UTC)
- Cənab Cekli, yaratdığınız məqalə çox gözəldir, Sizə öz təşəkkürümü bildirirəm. Bu yaxınlarda mən tərəfdən yaradılacaq Portal üçün çox böyük kömək olacaq. Minnətdaram! --Keete 37 (Farid Aliev) (talk) 14:02, 12 iyun 2014 (UTC)
"Şəkili təhqir qrupu" adı qoyulan şəxslərin məsələsi
Dünəndən bu söhbətləri izləyirəm, elə-belə məsələ təsiri də bağışlamır; konkret ittihamdır ki, "free" ensiklopediyada nurçuluq və s. tərəfkeşliyi edilir. Düzü mən bilmirəm, bu söhbətlər haradan başlayıb, istəyirəm, idarəçilər bu məsələnin haradan qaynaqlandığı haqqında məlumat versinlər, onları da blokdan çıxarsınlar ki, elə burda-Kənd Meydanında fikirlərini səsləndirsinlər. Bu haqda bu gün Sortilegus bəyin müzakirə lövhəsinə də yazdım, cavabları "Haqlıyıq, qoymayacağıq sözlərini desinlər" şəklində oldu, hətta "kiber cinayət"dən, hüquq mühafizə orqanlarına verməkdən danışdı. Fikirlərimi bir də Sortilegus bəyin müzakirə lövhəsinə yazmağa ehtiyac görmədiyimə və bu məsələnin təkcə Sortilegus bəylə əlaqəli olmadığına görə buraya yazıram;
Ay qardaş, nə "kiber cinayət"? Burda da diktatorluqdur? Kiməsə başqa əlac buraxmırsınız deyə, gəlib vandalizm edəcək də. "Xəbərdarlıq"larını "ölüm təhdidi" kimi qələmə vermək lazım deyil. Onsuz da Azərbaycanca Vikipediya ürəkaçan vəziyyətdə deyil, bu söhbətlərdən sonra lap soyudassınız adamları. Ki, sabah bir şey yazsalar, polisə xəbər veriləcək, zibilə düşəcək. O qədər vandalizm edənlər var məqaləni silib "ela ela bunu maa neçeye verersen", söyüş yazanlar var ki. Özünüz şahidi olmusunuz, yəqin. Onları niyə "kiber cinayət"də günahlandırmırsınız? Halbuki onlar bu "cinayət"ə daha uyğun gəlirlər, nəinki etiraz üçün bunu edənlər. Deyirsiniz, təhqir ediblər blok eləmişik, mən bilmirəm nə yazıblar "təhqir" kimi görmüsünüz, amma bu "Xəbərdarlıq"larını "ölüm təhdidi" kimi görməyinizdən belə başa düşdüm ki, Allah bilir heç təhqir də olmayıb. Elə bir söz deyiblər ki, siz bunu təhqir, alçatmaq kimi görmüsünüz. Mənə "bizə bu sözü deyiblər. Sən olsaydın, nə edərdin?" sualları vermək də lazım deyil, idarəçi sizsiniz, siz bu məsələni yoluna qoymalı idiniz, söz haqqını əlindən almaqla və kimisə "vandalizm" əməllərini sonuncu çıxış yolu kimi göstərməməliydiniz.
Xahiş edirəm, bu barədə ətraflı məlumat verəsiniz, xüsusilə də başa düşdüyümcə, bu hadisənin baş qəhrəmanlarından biri Sefer azeri öz fikrini bildirsə, yerinə düşər. Sözügedən şəxsləri də blokdan çıxarmağınızı və onların da bunu gördükləri halda fikirlərini bildirməklərini xahiş edirəm. Çünki mənə siz deyən elə də "vandal" təsiri bağışlamadılar, amma buna baxmayaraq adi "Xəbərdarlıq"larına görə yazdıqları silinib və blok olunub. — Cavid Sumqayıtlı 18:16, 10 iyun 2014 (UTC)
- Cavid Sumqayıtlı, sən idarəçi olsaydın, bu təhqirin qarşılığında nə edərdin? Və nəzərə al ki, bu kütləvi xarakter alıb. Bütün bu planın təşkilatçısı da Şəkinin "İpəkçi" qəzetinin redaktoru Aydın Məmmədovdur, hansı ki, o, "Təhqirə görə: Xəbərdarlıqlara əhəmiyyət vermədən, idarəçilərlə kobud danışdığına və təhqir etdiyinə görə" Sefer azeri tərəfindən Vikipediyada haqlı olaraq müddətsiz bloklanmış İstifadəçi:Aydinsalisdir. --►Cekli829 18:28, 10 iyun 2014 (UTC)
- Məsələ day aydın oldu. Belə təhqir gözləmirdim, çünki "Xəbərdarlıq"larında "haqlı" yerə danışan şəxs imici vardı, day söyüş nədir, özü də idarəçilərin hamısına aid edib. Bəlkə də söyüş söyməsəydi, haqlı olardı, söyüşüylə korladı. Allah əcr versin. Bunları da yazdım ki, elə bu məsələni aydınlaşdırım, çünki dünəndən görürəm yazılarını. Sən də açıqlamaya dəyən keçidə görə çox sağol. — Cavid Sumqayıtlı 18:46, 10 iyun 2014 (UTC)
- Əgər bu istifadəçilər vandallığsız elə dediyiniz kimi, Kənd Meydanında sözlərini desəydilər - idarəçilər onları bloklamamalı idilər. Lakin, bunun əvəzinə bir neçə məqalələri yersiz bir müraciətin kopiyaları ilə körlayıblar. Niyə yersiz? Çünkü belə müraciətlərin yeri ancaq Kənd Meydanı ya da istifadəçilərin müzakirə səhifəsi olmalıdır. Tərsinə olanda isə oxucularımız narahat edilirlər, istədikləri məlumatı rahatla ala bilmirlər. Qeyd etdiyiniz istifadəçilər məhz belə bir vəziyyəti yaratdılar və buna görə də məncə, onları blok eləmək ədalətlidir.
- P.S. Cekli qeyd elədiyi təhqirləri haqqında mən öncə bilmirdim bu da özü özünə blok üçün bir səbəbdir. --Мурад 97 (talk) 23:36, 10 iyun 2014 (UTC)
- Bir də mənim Cekli üçün sualım var: "İpəkçi" haqqında məlumatı haradan aldınız? Onlarla bizim nə əlagəmiz var ki? --Мурад 97 (talk) 23:38, 10 iyun 2014 (UTC)
- Əslində, mən vikipediyada bu məsələ ilə bağlı hansısa məlumat vermək istəmirdim. Çünki, məsələ çoxdan vikipediya sərhəddlərini aşıb və şəxsi hücum xarakteri daşıyır. Bütün bu təhqirləri yazan (məncə ağıllı hərəkət eləmir, çünki, düşünməli idi ki, əgər söyüş söyürsə söydüyü adam da onun yaxınlarını və əzizlərini söyəcək, əgər kiminsə səviyyəsinə enib vikipediyaya söyüş yazmırıqsa, bu bizim o söyüşləri qarşılıqsız qoyduğumuz anlamına gəlmir. Çünki artıq lazımi orqanlara bu haqqda məlumat verilib və Aydın Məmmmədov şəxsən ən qısa zamanda bunun nəticəsini öz həyatında baş verəcək dəyişikliklərdə hiss edəcək) və məqalələri korlayan (uşaq kimi hərəkət edir, guya bilmir ki, onun etdiyi dəyişikliyi adi istifadəçi belə bir dəqiqəyə geri qaytara bilər) cəmi bir nəfər - Aydın Məmmədovdur və bu adam həm IP adresslərlə, həm də qeydiyyatdan keçirdiyi müxtəlif adlarla artıq uzun müddətdir ki, vikipediyanın işinə mane olmağa çalışır. Onun qarşısını almağa çalışan insanlara isə söyür və müxtəlif iftiralar atır. Ölkədə bir ara nurçu söhbətinin aktiv olmasından istifadə edib, həvəslənib iki idarəçimizi nurçu olmaqda ittiham edir. Halbuki, mən həmin iki şəxsi uzun illərdir ki, tanıyıram və onlar heç dindar adam da deyillər.)) Mənim ünvanıma yazdığı söyüşlər isə bu insanın normal psixikaya malik olmadığını göstərir və məncə bu cür insanın vikipediyada hansısa redaktə etməsi yolverilməzdir. Dünən idarəçilərimizdən birinə azvikinin bir müddətlik anonim istifadəçilərin redaktəsinə bağlanması haqqında müraciət etmişəm. Dəqiq bilmirəm, texniki baxımdan belə bir şey mümkündür, ya yox, amma məncə bununla azviki elə çox şey itirməz. Əvəzinə biz rahat məqalələrimizi işləyərik. Bir psixi problemli insan üzündən bir həftədən çoxdu ki, fikrimi toplayıb məqalə yarada bilmirəm. Hörmətlə --sefer azeri 18:54, 10 iyun 2014 (UTC)
- Hörmətli Мурад 97 burdan [2] baxa bilərsiz. --sefer azeri 19:01, 10 iyun 2014 (UTC)
- Əslində, mən vikipediyada bu məsələ ilə bağlı hansısa məlumat vermək istəmirdim. Çünki, məsələ çoxdan vikipediya sərhəddlərini aşıb və şəxsi hücum xarakteri daşıyır. Bütün bu təhqirləri yazan (məncə ağıllı hərəkət eləmir, çünki, düşünməli idi ki, əgər söyüş söyürsə söydüyü adam da onun yaxınlarını və əzizlərini söyəcək, əgər kiminsə səviyyəsinə enib vikipediyaya söyüş yazmırıqsa, bu bizim o söyüşləri qarşılıqsız qoyduğumuz anlamına gəlmir. Çünki artıq lazımi orqanlara bu haqqda məlumat verilib və Aydın Məmmmədov şəxsən ən qısa zamanda bunun nəticəsini öz həyatında baş verəcək dəyişikliklərdə hiss edəcək) və məqalələri korlayan (uşaq kimi hərəkət edir, guya bilmir ki, onun etdiyi dəyişikliyi adi istifadəçi belə bir dəqiqəyə geri qaytara bilər) cəmi bir nəfər - Aydın Məmmədovdur və bu adam həm IP adresslərlə, həm də qeydiyyatdan keçirdiyi müxtəlif adlarla artıq uzun müddətdir ki, vikipediyanın işinə mane olmağa çalışır. Onun qarşısını almağa çalışan insanlara isə söyür və müxtəlif iftiralar atır. Ölkədə bir ara nurçu söhbətinin aktiv olmasından istifadə edib, həvəslənib iki idarəçimizi nurçu olmaqda ittiham edir. Halbuki, mən həmin iki şəxsi uzun illərdir ki, tanıyıram və onlar heç dindar adam da deyillər.)) Mənim ünvanıma yazdığı söyüşlər isə bu insanın normal psixikaya malik olmadığını göstərir və məncə bu cür insanın vikipediyada hansısa redaktə etməsi yolverilməzdir. Dünən idarəçilərimizdən birinə azvikinin bir müddətlik anonim istifadəçilərin redaktəsinə bağlanması haqqında müraciət etmişəm. Dəqiq bilmirəm, texniki baxımdan belə bir şey mümkündür, ya yox, amma məncə bununla azviki elə çox şey itirməz. Əvəzinə biz rahat məqalələrimizi işləyərik. Bir psixi problemli insan üzündən bir həftədən çoxdu ki, fikrimi toplayıb məqalə yarada bilmirəm. Hörmətlə --sefer azeri 18:54, 10 iyun 2014 (UTC)
- Bir də mənim Cekli üçün sualım var: "İpəkçi" haqqında məlumatı haradan aldınız? Onlarla bizim nə əlagəmiz var ki? --Мурад 97 (talk) 23:38, 10 iyun 2014 (UTC)
- İndi baxıram ki, sefer azeri ensiklopedikliyi şübhə doğurmayan İpəkçi (qəzet) məqaləsini məlum məsələlərdən sonra silib. Bu isə, artıq qərəzlilikdir, Vikipediyada bunlara yol verilməməlidir. Sabah başqa birisinin elə mənim mübahisəm düşəndən sonra yaratdığım məqaləm ayrı vaxtı silinmədiyi halda mübahisədən sonra silinəcək? Bəlkə heç əziyyət çəkməyə dəyməz? Niyə istifadəçilər cəzalana bilir, amma idarəçilər yox?
- Ceklinin göstərdiyi söyüş məsələsinə görə blok olunması da, artıq şübhə doğurur. Bu adam söyüş yazmamışdan qabaq blok olunub. Bu haqda yazıda ətraflı yazır və yazdıqlarından belə başa düşdüm ki, "lotu" sözünü təhqir kimi göstərilib müddətsiz blok edilməsi elə vikipediya lotusu əlamətidir. "Lotu" sözünü təhqir görürsünüz? Qaldı ki, söyüş məsələsinə, bəli, düz eləməyib söyüb, amma hər nə qədər haqlıykən haqsız duruma düşsə də, haqsız eləmir. Yazdıqlarından belə başa düşdüm ki, mübahisənin yaranmasına səbəb olan mövzularda kifayət qədər əsaslıdır. Söyüş məsələsi isə şəxsi mövzuya keçir, bunu özünüz həll edərsiniz, çünki adam buna kimi normal şəkildə izah edib, ən axırda bunları deyib: "Siz gör nə qədər həddini aşmısınız ki, bu sözə görə istifədəçinin müdətsiz bloklamısınız. 7 illik idarəçi təcrübəniz budurmu? Sizə məni müddətsiz bloklamağı əmr edibdilərsə, deyərdiniz onun anasına, bacısına söyərdüm, buna görə məni müddətsiz bloklayardınız."
- Digər idarəçilərdən də bir xahiş etmək istəyirəm işləri, başları qarışıq olanlar bir kənara niyə belə məsələlərin böyüməsinə imkan verirsiniz, axı buna qədər müzakirə gedirdi sonra bir idarəçi öz idarəçi hüquqlarından istifadə edib istifadəçini blok eləyir, halbuki buna kimi yekun qərar vermək olardı. Ən azından istifadəçinin blok edilməsi səbəbi müzakirə olunmalıydı, hiss olunur ki, aktiv istifadəçi olub. Aktiv istifadəçini itirmək nəyinə lazımdır AzVikinin? — Cavid Sumqayıtlı 21:07, 10 iyun 2014 (UTC)
- Məncə də "darəçi vikipediyada lotuluq etməli deyil, vikipediyanın prinsiplərinə əməl etməlidir" cümləsində təhqiredici heçnə yoxdur. Burada "lotu" sözü heç kimə konkret olaraq ünvanlamamışdır. Bu istifadəçi bloklamaq üçün müxtəlif səbəblər var, lakin bu cümlə onların arasında deyil. --Мурад 97 (talk) 02:43, 11 iyun 2014 (UTC)
- Ola bilər ki, kimsə "lotu" sözünü normal qəbul edir, mənimçünsə bu söz təhqir xarakterlidir, bu düşüncəmə görə də, kiməsə izah verməli olduğumu düşünmürəm. O, ki qaldı, Şəki qəzeti məqaləsini silməyim, bəli, həmin məqalə ensiklopedik xarakter daşımır. Hansısa əyalət qəzeti haqqında vikipediyada niyə məqalə yaradılmalıdı ki? Hörmətli Sortilegus hər nə qədər jest edib, məqaləni bərpa etsə də, əminəm ki, əhəmiyyətlilik haqqında qanunun qəbul edilməsindən sonra bu məqalə də silinən çoxsaylı məqalələrdən biri olacaq. Bu özünü qrup adlandıran şəkililərlə hansısa dialoqa getməkdən birmənalı şəkildə imtina edirəm və onların (yuxarıda qeyd etmişdim ki, söhbət çox addan istifadə edən bir nəfərdən gedir) vikipediya üçün tamamilə faydasız olduğunu düşünürəm. Hörmətlə --sefer azeri 11:14, 11 iyun 2014 (UTC)
Heç bir müzakirəyə qoşulmayacağıma söz vermişdim. 8 ildir buradayam. Bir şeyi bilirəm emosiyaları cilovlaya bilməyəndə hər şey bitir. İstifadəçi etdiyi təhqirlərlə bütün haqlı olduğu məsələlərin üstündən xətt çəkdi. Geri dönüş yoxdu. Amma idarəçi də gərək "psixi problemli" filan deyə yazmasın. Yaradılan məqalənin birbaşa silinməsi düzgün deyil, müzakirə edilməlidir. Mənsə həmişəki kimi öz fikrimdə qalıram silməyə nə var ki, yaratmaq çətindi. Elə bu məqalələri silməyə meyllilik inkişafı dayandırıb. --Vüsal Ağayev (talk) 14:14, 11 iyun 2014 (UTC)
"Lotu" sözü özü özünə təhqir olsa ya da olmasa, qeyd etdiyim cümlədə o, bu sözü heç kimə ünvanlamamışdı. Ona görə o cümlə təhqir deyil. "Psixi problemlər" haqqında söhbət isə təhqiredicidir. Buna görə xahiş edirəm, istifadə etdiyiniz kəlmələri ehtiyatla seçin. --Мурад 97 (talk) 19:31, 11 iyun 2014 (UTC)
Bu istifadəçinin fəaliyyətinə baxmışam (istifadəçi Aydinsalisin) və deyə bilərəm ki, o heç də pis fəaliyyət göstərməyib (İdarəçilərin ona verdiyi mükafatlar buna sübutdur), idarəçilərin onu psixi problemli insan adlandırmaları isə tamamilə yolverilməz bir haldır, biz demokratik mühitdə yaşayırıq və öz mövqeyini bildirən adamı psixi xəstə adlandıran şəxsləri belə bloklamaq məncə düzgün olar. Çünki "lotu" sözü burada konkret birinə ünvanlanmayıb, ancaq psixi xəstə konkret olaraq o istifadəçiyə deyilib. Mən hətta o istifadəçinin bildirdiyi bir sıra məsələləri (yəni İpəkçidə yazılan bir sıra qeydləri) düzgün hesab edirəm, sadəcə olaraq o insan öz emosiyalarına hakim ola bilmədiyindən, söyüş söyməyə məcbur olub, buna görə də bloklanıb. Bu anlaşılan addımdır, lakin idarəçilərin cavab olaraq onu söyməsini mən tam olaraq yalnış bir hərəkət olduğunu düşünürəm. --Keete 37 (Farid Aliev) (talk) 14:53, 11 iyun 2014 (UTC)
- Əgər kimsə söyüş söyülməsinin normal hal olduğunu düşünürsə, buyurub, həmin söyüşləri öz ünvanına götürə bilər. Murad bəy, bir adamın ensiklopediyaya gəlib ağzına gələn küçə söyüşləri söyməsi sizcə normaal psixi vəziyyətin göstəricisidir? Bu cür adamı başqa necə adlandırmağı məsləhət görürsüz? Hörmətli Keete 37 (Farid Aliev), birincisi, həmin cümlədə "lotu" sözü konkret olaraq mənə ünvanlanmışdı, cümləni oxusanız özünüz bunu görərsiz. İkincisi, hər nə qədər aktiv olur-olsun, hər nə qədər emisiyasına hakim ola bilmirsə bu hər kəsin öz problemidir və bütün bunlar kiməsə başqa istifadəçilərə söyüş söyməyə icazə vermir deyə düşünürəm. Hörmətlə --sefer azeri 17:01, 11 iyun 2014 (UTC)
- Cənab sefer azeri, Siz İdarəçisiniz, siz başqalarına nümunə olmalısınız. Heç kəsin başqasını söyməyə ixtiyarı yoxdur və əqər o Sizi təhqir edibsə, onu bloklamaq sizin səlahiyyət çərçivənizdədir. Lakin onu təzədən söymək, məncə lazımsız hərəkətdir. Biz burada ümumi anlayışa, kompromissə, sülhə çalışmalıyıq, vəziyyətin bir azda gərginləşməsinə deyil. Məsələn, o öz internet səhifəsində (İpəkçidə) iddia edir ki, Siz tarix mövzularında məqalə yazarkən kitablardan kopya götürürsüz və bu müəllif hüquqlarının saymamazlığına gətirib çıxardır. Bu hipotez şübhəlidir mənim fikrimcə - yəni sizin tarix elmləri ilə maraqlandığınızı nəzərə alsaq bu iddia ola da bilər, olmaya da. Və mən hesab edirəm ki, bu yaxınlarda İdarəçilər və istifadəçilər arasında məhz bu problemlə əlaqədar görüş keçirilməsi böyük zərurət daşıyır. Ancaq bu görüşdə cənab Aydinsalis mütləq şəkildə iştirak etmək şərti ilə. Mən şəxsən istərdim ki, siz və cənab Aydınsalis tarix məqalələri ilə bağlı bu məsələni ortalığa atasınız. Əqər cənab Aydınsalis haqlıdırsa, qoy o sübutlar gətirsin, yox haqsızdırsa, Siz tamhüquqlu İdarəçi qismində onu müddətsiz və qeyri-şərtsiz Vikipediyadan uzaqlaşdıra bilərsiz. --Keete 37 (Farid Aliev) (talk) 17:17, 11 iyun 2014 (UTC)
- Hörmətli, Keete 37 (Farid Aliev), birincisi mən heç kimi söyməmişəm, özümü o səviyyəyə salıb həmin adama cavab vermədim. İkincisi, Aydın Məmmədovun hansısa şəkildə və ya adla vikipediyaya qayıtmasına birmənalı olaraq qarşıyam, nəinki onunla nəyisə müzakirə eləməyə. Normal polemika bacarığına malik olan istifadəçilərlə isə həmişə müzakirə etməyə hazıram. Buyurub, Midiya məqaləsinin müzakirəsinə baxa bilərsiz. İstifadəçilərimizdən biri ilə üç aydan artıq müzakirə aparmışdıq həmin məqalə üstündə. Müzakirələrimiz məqalənin təkmilləşdirilməsi ilə nəticələnmişdi. Demək istədiyim odur ki, normal danışıq qabiliyyəti olan istifadəçilərlə həmişə müzakirə aparırıq. O, ki qaldı, Aydın Məmmədovun iddiasına, məqalələri yazarkən mən əlbəttə ki, kitablardan istifadə edirəm və həmin kitabları da həm istinadlarda, həm də mənbələr siyahısında göstərirəm. Yəni hansısa müəllif hüququ pozuntusundan söz gedə bilməz. --sefer azeri 17:33, 11 iyun 2014 (UTC)
- Cənab sefer azeri, Siz İdarəçisiniz, siz başqalarına nümunə olmalısınız. Heç kəsin başqasını söyməyə ixtiyarı yoxdur və əqər o Sizi təhqir edibsə, onu bloklamaq sizin səlahiyyət çərçivənizdədir. Lakin onu təzədən söymək, məncə lazımsız hərəkətdir. Biz burada ümumi anlayışa, kompromissə, sülhə çalışmalıyıq, vəziyyətin bir azda gərginləşməsinə deyil. Məsələn, o öz internet səhifəsində (İpəkçidə) iddia edir ki, Siz tarix mövzularında məqalə yazarkən kitablardan kopya götürürsüz və bu müəllif hüquqlarının saymamazlığına gətirib çıxardır. Bu hipotez şübhəlidir mənim fikrimcə - yəni sizin tarix elmləri ilə maraqlandığınızı nəzərə alsaq bu iddia ola da bilər, olmaya da. Və mən hesab edirəm ki, bu yaxınlarda İdarəçilər və istifadəçilər arasında məhz bu problemlə əlaqədar görüş keçirilməsi böyük zərurət daşıyır. Ancaq bu görüşdə cənab Aydinsalis mütləq şəkildə iştirak etmək şərti ilə. Mən şəxsən istərdim ki, siz və cənab Aydınsalis tarix məqalələri ilə bağlı bu məsələni ortalığa atasınız. Əqər cənab Aydınsalis haqlıdırsa, qoy o sübutlar gətirsin, yox haqsızdırsa, Siz tamhüquqlu İdarəçi qismində onu müddətsiz və qeyri-şərtsiz Vikipediyadan uzaqlaşdıra bilərsiz. --Keete 37 (Farid Aliev) (talk) 17:17, 11 iyun 2014 (UTC)
- Cənab sefer azeri mən öz fikrimi bildirdim. Mən əslində cənab Aydinsalisin necə insan olduğunu bilmirəm, çünki mənim ümumiyyətlə burada heç bir İstifadəçi və İdarəçilərlə nə kontaktım, nə də Vikipediyadankənar dostluğum olub (Siz istisna olmaqla). Lakin mən hesab edirəm ki, insan hər nə olmasından asılı olmayaraq, onu psixi xəstə və buna bənzər diqər sözlər demək olmaz. O Sizi təhqir edib, səhv edib, belə istifadəçini mən şəxsən İdarəçi olsam ümumiyyətlə Vikipediyaya buraxmazdım. Lakin mən insanları təhqir etmərəm, özü də "psixi problemli" filan ifadələri ilə. Nə isə, yenədə Siz bilən yaxşıdır. Fəaliyyətinizdə uğurlar. --Keete 37 (Farid Aliev) (talk) 17:45, 11 iyun 2014 (UTC)
"Şəkili hakerlər dəstəsi"
Salam olsun Azvikinin qərəzsiz və vicdanlı istifadəçiləri və idarəçilərinə. Son 1-2 həftədir ki, lap hədlərini aşan anonim və hətta bəzi çoxsaylı istifadəçi adlarından istifadə edən bir qrup şəxs Vikipediyanın normal işini həqiqətən də pozmaqdadırlar. İdarəçilərin xəbərdarlıqlarına baxmayaraq yenə də öz "fəaliyyətləri"ndədirlər. Nə qədər səbr etmək, onların əlavə və dəyişikliklərini geri qaytarmaq olar. Bəlkə nəsə bir iş görmək lazımdır, harasa müraciət etmək lazımdır. Axı ən azı bizi müəyyən təbəqələrə qulluq etməkdə suçlayırlar. Nə qədər bizim əsəblərimizlə oynayacaqlar axı? İdarəçilər və aktiv istifadəçilər öz işlərini saxlayıb bir qrup insanın vandallıqlarının qarşısını alırlar. Bu günə qədər həqiqətən dözmüşdük. ShHQ adlı istifadəçinin bu günkü fəaliyyəti isə lap bizi özümüzdən çıxartdı. Həmkarlar nə təklif edirsiz? Neyniyək? --Araz Yaquboglu (talk) 14:06, 16 iyun 2014 (UTC)
- Salam
- Həqiqətən də bu istifadəçi və onun qeydiyyatdan keçirdiyi kukla istifadəçilər bütün AzViki əhlini əsəbiləşdirir. Mən artıq onun filan idarəçi nurçudur, filankəs pulnan ələ alınıb kimi yersiz və gülünc ifadələrini oxumaqdan təngə gəlmişəm. Əvvəllər bu istifadəçiyə qarşı rəğbətim var idi. Hətta onun "qara siyahı"ya saldığı idarəçinin haqsız olduğunu düşünürdüm. Amma son vaxtlar o çox həddini aşıb, əgər onunla qanun çərçivəsində mübarizə aparmasaq, başımızı hələ çox ağrıdacaq.--Şeyx Şamil Danış! 14:25, 16 iyun 2014 (UTC)
Məsələnin həllinə qeyri-standart yanaşma
Burada qrup yox, bir nəfərin fəaliyyət göstərdiyi aydındır, eyni dəst-xətt, eyni arqumentlərdir. Və çox təəssüf ki, bu bizim keçmiş fəal və maraqlı redaktələr edən həmkarlarımızdan biridir. Düzdür, administrativ yolla onun hərəkətlərinin qarşısı alınacaqdır. Ancaq mən məsələni bir qədər qeyri-adi yolla həll etməyi təklif edirəm.
Təklifim :
- İstifadəçi Aydınsalisin bloku bir müddət üçün ( məsələn, bir həftə) üçün götürülsün.
- Əvəzində o mübahisəli Şəki xanlığı məqaləsi barədə bir müddət ( təqribən, iki ay müddətinə) müzakirə qaldırmamağı öhdəliyini öz üzərinə götürür.
- O mübahisə etməməyi, sakitcə redaktə fəaliyyəti ilə məşğul olmaq öhdəliyini öz üzərinə götürür.
- İki aydan sonra o mübahisəli məqalə barədə öz fikrini bildirir. Əgər Səfər Azəri ilə razılığa gəlməsələr, o istənilən üç idarəçiyə müraciət edir və onların əksəriyyətinin qərarına tabe olacağını bildirir.
- Əgər o birinci bəndə əməl edirsə, bloku əlavə daha bir aya götürülür. Bir ay müddətinə sülh davam edərsə, fəaliyyətini problemsiz davam etdirir.
Fikrinizi bildirmənizi xahiş edirəm. Eyni zamanda Aydınsalis də hansısa bir İP-dən fikrini bildirsin ( o bunu bacarır).--Acategory (talk) 16:00, 16 iyun 2014 (UTC)
- İstənilən halda yazdığı söyüş və təhqirlərdən sonra bu şəxsin vikipediyaya qayıtmasının əlehinəyəm. Bu gün də olmasa, sabah mütləq problem yaradacaq deyə düşünürəm. --sefer azeri 19:34, 16 iyun 2014 (UTC)
- Həmin istifadəçinin yazdığı söyüşlərdən xəbərdaram. Lakin ona heç olmasa bir şans verilməsi gərəkdiyini düşünürəm. --Şeyx Şamil Danış! 19:52, 16 iyun 2014 (UTC)
- Bu mübahisəyə qoşulmaq istəmirdim ancaq bu haqda mənim də münasibətim belədir ki, heç bir mübahisə zamanı ədəb qaydalarından kənara çıxmaq olmaz - o ki qala söyüş yazmağa. Bütün istifadəçilərə hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:14, 16 iyun 2014 (UTC)
- Mən də cənab Sefer bəyin dediklərini tam olaraq dəstəkləyirəm, burada idarəçini təhqir ediblərsə, onu əlbəttə ki, Vikipeiyadan uzaqlaşdırmaq lazımdı. Lakin bir məsələ də var: o Şəkililər neçə gündür normal fəaliyyətə imkan yaratmırlar və buna görə də mən hesab edirəm ki, bir az kompromissə getsək pis olmaz - bir şərtlə ki, onlar yuxarıda qeyd olunan tələblərə uyğun hərəkət göstərsinlər. --Keete 37 (Farid Aliev) (talk) 20:19, 16 iyun 2014 (UTC)
- Bu mübahisəyə qoşulmaq istəmirdim ancaq bu haqda mənim də münasibətim belədir ki, heç bir mübahisə zamanı ədəb qaydalarından kənara çıxmaq olmaz - o ki qala söyüş yazmağa. Bütün istifadəçilərə hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:14, 16 iyun 2014 (UTC)
- O istifadəçi şəxsən mənimlə emeyl vasitəsilə yazışmalarımızı da öz saytlarına yerləşdirib. Heç vaxt gizli bir işim olmadığına görə hətta bunda da problem görmürəm. O yazışmanı da oxusanız görərsiz ki, orda məni və idarəçiləri MTN-ə işləməkdə, hansısa dövlət orqanlarından pul almaqda ittiham edir. Və açıq-aşkar deyir ki, sizi söyəcəm - mənə heç nə edə bilməzlər, uzağı 3-5 manat cərimələyəcək məhkəmə və s. Bu nurçu məsələsi təzəlikcə ortaya çıxdı, indi də idarəçiləri nurçuluqda ittiham edir. Son vaxtlar populyar mövzudu - görünür ondandır. Sabah deyəcək vəhabidirlər, birisügün nə bilim nədirlər. Birinci ittihamına şəxsən cavab yazmışdım, amma belə görürəm ki, bu ittihamları elə sağa-sola yağdırır, ona görə də idarəçinin borcu deyil ki, bir nəfərin belə sayaqlamalarını oturub cavablandırsın. Burda istifadəçinin psixi vəziyyəti ilə bağlı yazılanlar vardı - bununla bağlı bir söz deyə bilmərəm, amma hər halda redaktələrindən və küçə söyüşlərindən görünür ki, hərəkətləri adekvat olmayan birisidir. Bir də ki, bu adamın hərəkəti Azərbaycana, Azərbaycan dilinə qarşı düşmənçilikdir - əgər yüzlərlə adamın illərlə çəkdiyi əziyyəti, yaratdığı məqalələri belə silib yerinə küçə söyüşləri yazırsa. Nə var, nə var 2-3 məqalədə hansısa idarəçi bunun redaktələrini haqlı olaraq ləğv edib. Burda administrativ yolla bununla mübarizə aparacağıq, vikipediyadan kənarda isə hüquqi yolla. Belə şeylər çox görmüşük. Mən 6 ildir ki, idarəçiyəm və bu 6 illik fəaliyyətimdə olub ki, 24 saat da oturub Ermənistan İP-lərindən olan hücumların qarşısını almışıq. Bu düzdür erməniləri də keçdi, amma olsun. Qəsdən vikipediyaya zərər vurmağı qarşısına məqsəd qoyub. Lokal idarəçilərin müdafiə xətti vikipediyada birinci həlqədir, sonra qlobal redaktə geri qaytaranların müdafiə xətti var və s. və i. Sonda vandallıq edən İP xəttinin bir müddət bütün bloklanmasına qədər. Bu son addımdan da təbii ki, Azərbaycan vikipediyası müəyyən zərər görəcək, o İP xəttindən redaktə etmək istəyən istifadəçilər bunu edə bilməyəcklər. Bir də heç bir halda o istifadəçiyə və onun kuklalarına redaktə imkanı yaradılmayacaq. Əgər desək ki, gəl 1 ay redaktə elə, başına dönək sənin və s. bu presedent yaradacaq və sabah meydana nə bilim özlərini "bakılı haker dəstəsi", "şirvanlı haker dəstəsi", "qarabağlı haker dəstəsi" adlandıranlar çıxacaqlar və hamısı da tələb edəcəklər ki, biz sizi söyək, amma siz bizə redaktə etmək şəraiti yaradın. Mənim fikirlərim bu qədər. --Sortilegus (talk) 01:47, 17 iyun 2014 (UTC)
- Hörmətli həmkarımız Acategory-nin kompromis təklifini alqışlayıram; amma dəstəkləmirəm. Çünki edilən təhqirlər elə bir səviyyədədir ki, həmin şəxsin və ya şəxslərin AzVikidə fəaliyyətlərinin bərpasını məqsədəuyğun hesab etmirəm. Onların Vikipediyaya vurmuş olduqları maddi və mənəvi zərərin həcmi mənə barələrində müsbət rəy formalaşdırmağa imkan vermir. --►Cekli829 06:08, 17 iyun 2014 (UTC)
- Heç bir danışıq lazım deyil məncə. --Araz Yaquboglu (talk) 06:36, 17 iyun 2014 (UTC)
- Bu fake "ip"lərə qarşı sərt sanskiya tətbiq etmək lazımdır. Məncə də yalnız bir nəfər bu işnən məşğul olur. Özündən uydurduğu qrupa "hakerlər dəstəsi" deyir. Xakkerlik hara, sən hara. Adını belə düz deyənmədiyin bir şeyi necə edə bilərsən? Özdə bu xakkerlik deyil. Bu gün asanlıqla internet klublarda müxtəlif iplərlə girib özünü başqa birisi kimi tətbiq edə bilərsən. Ayrıca kifayət qədər də ip nömrəsini dəyişmək proqramları var. Azvikinin iş rejimini pozan bu şəxsin qarşısının tez bir zamanda alınmasını istəyərdim. Mən vikipediyanın imkanlarını daha geniş nəzərdə tuturdum. Hörmətlə →Seko Selimov 11:29, 18 iyun 2014 (UTC)
- Heç bir danışıq lazım deyil məncə. --Araz Yaquboglu (talk) 06:36, 17 iyun 2014 (UTC)
- Hörmətli həmkarımız Acategory-nin kompromis təklifini alqışlayıram; amma dəstəkləmirəm. Çünki edilən təhqirlər elə bir səviyyədədir ki, həmin şəxsin və ya şəxslərin AzVikidə fəaliyyətlərinin bərpasını məqsədəuyğun hesab etmirəm. Onların Vikipediyaya vurmuş olduqları maddi və mənəvi zərərin həcmi mənə barələrində müsbət rəy formalaşdırmağa imkan vermir. --►Cekli829 06:08, 17 iyun 2014 (UTC)
Burada idarəçilərin həmrəy olmasının səbəbi istifadəçinin etdiyi dözülməz təhqirlər, şər və böhtan xarakterli yazılarıdır. Aydındır ki, qrup filan yoxdur, tək fəaliyyət göstərir. Ona görə düşünürəm bloklu şəkildə ağzına gələni yazan şəxs sərbəst şəkildə bundan da artığını edəcəkdir. Hətta idarəçinin onun məqaləsini bərpa etməsini "vandal bərpa etdi" deyə dəyərləndirir. İşi pozanın vikipediyada işi yoxdur.
P.S.Acategory-nin təklifini humanizm baxımından müsbət dəyərləndirirəm. Təhqir olunan idarəçilərin içində olmasına rəğmən bu addımı atdı. Bu elə vikipediyada məsələyə ədalətli yanaşmaq istəyən idarəçilərin olduğunu sübut edir, qruplaşma filan kimi boş iddiaların üstündən xətt çəkir.
--Vüsal Ağayev (talk) 07:05, 19 iyun 2014 (UTC)
Nəticə
Əgər bir daha belə vandallıqlar olacaqsa onda həmkarlarım — nə edək! Fikirlərinizi yazın, əməli işə keçək. Şəxsən mən proseduru və hüquqi qaydaları o qədər də yaxşı bilmirəm. Həlli yolunu bilən varsa bir daha belə hal baş versə çəkinmədən işə başlasın. --Araz Yaquboglu (talk) 06:36, 17 iyun 2014 (UTC)
- Bir daha eyni söhbət, eyni hərəkət. --Araz Yaquboglu (talk) 11:29, 18 iyun 2014 (UTC)
- Bu da bir vandallıq --Araz Yaquboglu (talk) 19:27, 21 iyun 2014 (UTC)
- Bu da bir vandallıq --Araz Yaquboglu (talk) 18:42, 21 iyun 2014 (UTC)
- Bu da bir vandallıq --Araz Yaquboglu (talk) 03:46, 22 iyun 2014 (UTC)
Hörmətli Acategory, Məmmədov Aydın üçün bundan sonra yalnız 1 halda bağışlanma müzakirə oluna bilər. Necə ki, "İpəkçi" qəzetində AzViki əleyhinə məqalə dərc etmişdi, indi də eyni qəzetdə və onun saytında AzViki idarəçilərindən rəsmən üzr istəyərsə, o zaman AzVikidə onun bağışlanılması ilə bağlı müzakirələr aparıla bilər. --►Cekli829 13:29, 24 iyun 2014 (UTC)
- Məncə AZ Vikinin fəaliyyətini gəlizləşdirən, onun məqalələrini yararsız hala salan və ən əsası - idarəçi və istifadəçiləri təhqir edən bir insanın burada çalışmasına heç bir ehtiyac yoxdur. AZ Viki ola bilər elə yüksək templə məqalə sayını artırmasa da, yenə də stabil inkişaf edir. Bizə bu dəqiqə köməkçi əli lazımdır, destruktor əli deyil. Mən əvvəlcə hesab eirdim ki, Məmmədov Aydın yəqin öz problemi ilə əlaqədar burada uzun diskussiyalar aparır, lakin sonra gördüm ki, xeyir, o sadəcə olaraq məqalələri pis vəziyyətə salır, lazımsız əlavələr edir. --Keete 37 (Farid Aliev) (talk) 15:10, 24 iyun 2014 (UTC)
Kənd meydanındakı müzakirə ilə bağlı
Hörmətli Acategory. Kənd meydanında hansısa problemin həlli ilə bağlı olaraq mənim də adımı çəkdiyiniz və müzakirəyə dəvət etdiyiniz üçün təşəkkürlər. Lakin Kənd meydanı anonim istifadəçilər üçün mühafizə altında olduğundan sizə cavab verə bilmədim. Sizin müzakirə səhifəniz də həmçinin. Ona görə də fikrimi sizin müzakirə səhifənizə yox, istifadəçi səhifənizə yazmağa məcburam. Yəqin ki üzürlü hesab edəcəksiniz və yazdığımı Kənd meydanına köçürəcəksiniz.
Hansısa problemin həlli istiqamətində kompromis təkliflə çıxışınız çox yaxşı və cəsarətli addımdır, alqışlanmalıdır. Amma təəssüflər olsun ki, Azərbaycan dilində vikipediyanın böyük problemlərindən birini - idarəçi özbaşınalığını, həddindən artıq kiçiltmisiniz və istifadəçi Aydinsalisin blokunun müvəqqəti açılıb-açılmaması səviyyəsinə endirmisiniz. İstifadəçi Aydinsalisin blokunun açılması ilə Azərbaycan dilində vikipediyanın böyük problemlərindən birinin - idarəçi özbaşınalığının, çözülməsi nə dərəcədə real görünə bilər?
Nəzərdə tutduğunuz və indi "Şəki knyazlığı" adlanan məqalə ilə bağlı mənimlə istifadəçi Səfər Azəri arasında heç bir fikir ayrılığı yoxdur. Vaxtilə olub, o vikipediya qaydalarını pozmaq yolu ilə məqalənin adını dəyişib Herreti etmişdi, indi elə vəziyyət yarandı ki, özü "Şəki knyazlığı" adlandırmağa başlayıbdır. Amma yenə də vikipediya qaydalarını pozmaq yoilu ilə. Burada heç bir problem-peşməkan yoxdur. Məqaləni yaradanlar deyirlər ki, kim bu məqalənin knyazlıq adlanmasını istəyirsə azərbaycan dilində 5 akademik mənbədə "Şəki knyazlığı" ifadəsini göstərsin, sonra, məqaləni "Şəki knyazlığı" adlandırsın...
İndi iddia edirsiniz ki, "Şəkili təhqir dəstəsi" adı ilə heç bir qruplaşma-filan yoxdur. Bütün anonim hücumlar 1 istifadəçinin - yəni mənim, tərəfimdən edilmişdir. Onda bu fikriniz İstifadəçi:Cavid Sumqayıtlının heç bir əsas olmadan bloklanması demək deyilmi? Həmin istifadəçi yalnız bu sözünə görə 2 həftəlik bloklanmışdır. Özü də bu onun 2-ci haqsız blokudur, nə söyüb, nə vandallıq edib, nə bir pis iş görüb, bloklayırsınız!
Eləcə də Şəkixanovun başına görün |nə oyunlar açılıb və onu əvvəl heç bir əsas olmadan 3 günlük, sonra isə müddətsiz bloklamısınız. Qardaşı gəlib danışığa onu da bloklamısınız.
Lap axırda mənə acıq vermək üçün heç İpəkçi (qəzet) səhifəsini də silmişlər.
Hörmətli Acategory! İdarəçi özbaşınalıqlarına dair misallar, yalnız bunlar deyil, belə hallar tez-tez təkrar olunur, bütün istifadəçilər bu özbaşınalıqlardan, idarəçi diktaturasından əziyyət çəkir. Yəni demək istəyirəm ki, Azərbaycan dilində vikipediyanın problemi mən deyiləm, idarəçi özbaşınalığıdır. İdarəçi özbaşınalığının səbəbi isə budur ki, onlar üçün cəza tətbiq olunmur. İstədiyi məqaləni silir, istədiyi istifadəçini bloklayır, istədiyi məqaləni ürəyi istəyən kimi adlandırır, vikipediya prinsipləri isə qalır kənarda!
Yəni demək istəyirəm ki, blokumun açılıb-açılmaması məni əsla narahat etmir. Əlbəttə ki blokun açılmasını gündəmə gətirdiyinizə görə öz növbəmdə sizə təşəkkür edirəm, amma blok açılsa mənə nə olacaq, açılmasa nə olacaqdır? Onsuz da vikiediya ilə sağollaşmışam. Əsas məsələ idarəçi özbaşınalığına son qoyulmasıdır. Bu problemi aradan qaldıra bilsəniz, fəal istifadəçilərin sayı çoxalacaq, qaldıra bilməsəniz, indiki kimi burada 3-4 nəfərdaən başqa heç kim qalmayacaq...
Bir daha təşəkkürlər. Hörmətlə, --Aydın Məmmədov (talk) 19:41, 16 iyun 2014 (UTC)
Məsələ ilə bağlı hər bir tərəfin mövqeyi bir daha aydınıalşdı. Müzakirələrin nəticəsi olaraq mən də əksəriyyətin tərəfində olduğumu və vikipediya prinsiplərinin qorunmasının vacibliyini bildirirəm. --Acategory (talk) 03:46, 17 iyun 2014 (UTC)
- Salam. Mən vikipedia ile alış verişi olmayan adamam. Əvvala deyirəm ki menim 72 yaşım var. Kim istəsə telefonumu ve adresimi vere bilərəm. Yani bubaşdan yazdım ki mənə kukla demiyin. Uşaqlar xahiş etdi ki bu teksti bura qoyum. Mən də edirəm. Düz yazıb, yalan yazıb, siz bilərsiniz, o bilər. Dalıynan mənim işim yoxdu.
Kənd meydanındakı müzakirə ilə bağlı (2)
Hörmətli Acategory. Bir daha sizin istifadəçi səhifənizə yazdığım üçün üzr istəyirəm. Səbəbini siz bildiyiniz üçün zənnimcə əlavə izahat verməyimə ehtiyac yoxdur.
Göründüyü kimi Kənd meydanında heç kim mənim iradlarımı qərəzli və qeyri-obyektiv hesab etmədi.
Münasibət bildirənlər isə diqqəti əsas məsələdən yayındırmaq üçün mənim guya kiməsə, nə vaxtsa söyməyimi vurğulayırdılar. Hörmətli Acategory. Onların dedikləri yalnız ehtimallardır. Mən isə sübutlar göstərə bilərəm, idarəçilərdən kim mənə söyüb, hansı idarəçi nə vaxt vandallıq edib, hansı idərəçi mahiyyəti kifayət qədər şübhəli olan və Azərbaycan dövlətçiliyinə qarşı redaktələrə yol veriblər. Nurçu iddiası isə mənim tərəfimdən irəli sürülməyibdir. Bu iddianı edənlərin əllərindəki arqument, hansı ki açıqlayıblar, ondan ibarətdir ki Prezident aparatının vikipediyaya məsul şəxsi və dini quruimlarla iş üzrə şəxsi nurçu olub və həmin nurçular vikipediyanın idarəsini nurçuların əlinə veriblər... İddia edildiyinin əksinə olaraq cənab Sortilegusa da söyməmişəm. Yazmışam, "söyüləsi adam o yox sizsiniz, bunu internetdə edəcəyəm". Sözümün üstündə də durmuşam və yazışmanı internetdə yerləşdirmişəm. Mənin söyüşüm budur, elə bundan ibarətdir.
Hörmətli vikipediya istifadəçiləri. Mənim kiməsə söyməyim haqqında edilən bütün iddialar əsassızdır. O ki qaldı öz saytımda yazdığıma, mən orada da heç kimi söyməmişəm. Müddətsiz bloklanmağımın nə qədər qərəzli olduğunu belə ifadə etmişəm: Mən kiminsə anasına bacısına söyməmişəm ki, məni müddətsiz bloklamısınız! Mənim fikrim bu idi, indi həmin cümləni kimə necə lazımdırsa, elə də yozmaq istəyir.
Hörmətli vikipediya istifadəçiləri. Mən vikipediyaya qayıtmaq fikrində deyiləm. Lütfən hər şeyə açıq gözlə baxın. Əgər mənə vikipediyada fəaliyyət göstərmək lazımdırsa, siz bunun qarşısını ala bilməzsiniz. Başqa istifadəçi adı ilə qeydiyyatdan keçərdim və fəaliyyət göstərərdim. Nə edə bilərdiniz mənə? Elə indinin özündə, əminsinizmi ki vikipediyada mənim istifadəçi: Aydinsalis qədər redaktəsi olan 2-ci bir istifadəçi adım yoxdur? Əgər doğrudan da hər şey idarəçilərə əyan olursa, onda birini onlar tapsın, 3-nü də mən özüm deyərəm. Yəni demək istəyirəm ki mənim blokumun açılıb-açılmaması, mənim kiməsə söyüb-söyməməyimi müzakirə etmək mənasız bir işdir. Siz vikipediyanın əsas problemini - idarəçi özbaşınalığını, müzakirə etsəniz, bu ümumi iş üçün daha xeyirli olar.
Bir qədər əvvəl Cekli mənim aypimi blokladı. Niyə Cekli? Bu aypi vandallıq etməmişdi axı? Özünüz dəvət etmişdiniz, mən də dəvətinizi müsbət qarşılladım və həmin aypi ilə fikrimi yazdım. Üzr istəyirəm, belə hərəkət heç kişilikdən deyil. Kişisənsə get Sefer azerinin vandallıqla məşğul olan kuklalarını blokla. Sizə göstərdim və izahat verdim ki harda nə edib. Niyə bloklamadınız?
O ki qaldı məsələnin həlli ilə bağlı mənim təklifimə, təklif edirəm ki
- 1. Şəki ilə bağlı müntəzəm olaraq qərəzli redaktələrə yol verdiyinə görə istifadəçi Sefer azeri və onun klonlarına Şəki ilə bağlı məqalələləri redaktə etməsi qadağan olunsun.
- 2. İdarəçilər vandallıq halları istisna olmaqla heç bir məqaləni müzakirəsiz silməsinlər, məqalənin adını müzakirəsiz dəyişməsinlər və müzakirəsiz məqaləni mühafizə etməsinlər.
- 3. Arbitraj komitəsi yaradılsın.
- 4. Aministiya elan olunsun və bütün bloklar açılsın.
Əmin olun ki, idarəçilər öz səlahiyyətlərindən sui-istifadə etməsələr, qərəzli hərəkətlərə yol verməsələr, vikipediya prinsiplərini əldə rəhbər tutsalar, heç kimin, heç kimlə işi olmayacaqdır, vikipediyaçılar bir-iki il əvvəlki kimi həvəslə vikipediyanı zənginləşdirməklə məşğul olacaqlar. Vəssalam. Hörmətlə, --Aydın Məmmədov (talk) 8:54, 17 iyun 2014 (UTC)
Vikiverilənlər və Vikisitat
Məncə bunların adı səhv tərcümə edilib. Wikidata Vikiverilənlər yox, Vikiməlumat, Wikiquote isə Vikisitat yox, Vikialıntılar olmalıdır. Bu məsələ kimdən aslıdır? --Мурад 97 (talk) 19:52, 11 iyun 2014 (UTC)
- Sizin fikrinizin dəqiq doğruluğunu bilmirəm, ancaq belə problemlər bu gün azvikidə (həmçinin törəmələrində) var. Məsələn rusca "Файл", türkcə "dosya", ingiliscə "file" olan sözün azərbaycanca qarşılığı "şəkil" yox "fayl" olmalı idi. Bunun yanlışlığını bu tip fayllarda da görmək olur. →Seko Selimov 15:54, 11 iyun 2014 (UTC)
- Bunlar texniki məsələlərdir. Həll edilməsi mümkündür. Şəkil → Fayl ilə mən də razıyam. Wikiquote isə demək olar ki, hər yerdə Vikisitat kimi yazılır. Əgər haradasa "Wikiquote" qalıbsa, deməli həmin sistem məlumatları tam tərcümə olunmayıb. Wikidatanın Vikiverilənlər yox, Vikiməlumat olmasını isə müzakirə etmək lazımdır. --►Cekli829 04:29, 12 iyun 2014 (UTC)
Əvvəlcə "məlumat" və "verilənlər" anlayışları arasında fərqi bilmək lazımdır. Məlumat ümumi anlayışdır və Wikidata-ya heç uyğun gəlmir. Verilən (Data) isə kompüterdə emal olunmaq üçün nəzərdə tutulan informasiyaya deyilir. Odur ki, Viki-verilən və ya Vikiverilənlər mənaca daha yaxındır. --İrada (talk) 05:15, 12 iyun 2014 (UTC)
- Wikidata Vikiverilənlər yox, Vikiməlumat olmasını dəqiq deyə bilmərəm. Amma Wikiquote-nin Vikisitat olması doğrudur. Azərbaycanca alıntı sözündən çox sitat sözü işlənir.--samral müzakirə 13:53, 22 iyun 2014 (UTC)
Media Viewer is now live on this wiki
Greetings— and sorry for writing in English, please translate if it will help your community,
The Wikimedia Foundation's Multimedia team is happy to announce that Media Viewer was just released on this site today.
Media Viewer displays images in larger size when you click on their thumbnails, to provide a better viewing experience. Users can now view images faster and more clearly, without having to jump to separate pages — and its user interface is more intuitive, offering easy access to full-resolution images and information, with links to the file repository for editing. The tool has been tested extensively across all Wikimedia wikis over the past six months as a Beta Feature and has been released to the largest Wikipedias, all language Wikisources, and the English Wikivoyage already.
If you do not like this feature, you can easily turn it off by clicking on "Disable Media Viewer" at the bottom of the screen, pulling up the information panel (or in your your preferences) whether you have an account or not. Learn more in this Media Viewer Help page.
Please let us know if you have any questions or comments about Media Viewer. You are invited to share your feedback in this discussion on MediaWiki.org in any language, to help improve this feature. You are also welcome to take this quick survey in English, en français, o español.
We hope you enjoy Media Viewer. Many thanks to all the community members who helped make it possible. - Fabrice Florin (WMF) (talk) 21:54, 19 iyun 2014 (UTC)
--This message was sent using MassMessage. Was there an error? Report it!
SM və YM
Bizim vikidə hər hansısa məqalə başqa dildə olan vikidə SM və ya YM-dirsə bu sağdakı dil panelində görsənmir. Niyə ?--samral müzakirə 23:36, 20 iyun 2014 (UTC)
- Texniki problem var. Vandal hücumları başa çatdıqdan sonra bu kimi problemlərin həlli ilə məşğul olmaq mümkün ola bilər. --►Cekli829 20:40, 21 iyun 2014 (UTC)
- Bu da bir vandallıq.
- Bu da bir vandallıq
- Bu da bir vandallıq
- Bu da bir vandallıq --Araz Yaquboglu (talk) 14:51, 22 iyun 2014 (UTC)
- Allah onları hidayət eləsin nə deyim o.O --samral müzakirə 21:32, 22 iyun 2014 (UTC)
{{Animanqa}} və {{Yaponiya prefekturası}} şablonları
Bu şablonlar istifadə ediləndə bəzi problemlər yaranır.
- {{Animanqa}} şablonu məqalələrin yuxarı hissəsində }}} işarələri qoyur. Məsələn, Ölüm dəftəri və Seylor Mun məqalələrdə.
- {{Yaponiya prefekturası}} şablonda prefektura adının əvəzinə {{{Adı}}} işarəsi göstərilir. Bunun nümunəsini Hokkaydo prefekturası məqalədə görə bilərsiniz. --Мурад 97 (talk) 22:54, 28 iyun 2014 (UTC)