Vikipediya Kend Meydani Arxiv Iyun 2018 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
New Wikipedia Library Accounts Available Now (May 2018)
Hello Wikimedians!
The Wikipedia Library is announcing signups today for free, full-access, accounts to research and tools as part of our Publisher Donation Program. You can sign up for new accounts and research materials on the Library Card platform:
- Rock's Backpages – Music articles and interviews from the 1950s onwards - 50 accounts
- Invaluable – Database of more than 50 million auctions and over 500,000 artists - 15 accounts
- Termsoup – Translation tool
Expansions
- Fold3 – Available content has more than doubled, now including new military collections from the UK, Australia, and New Zealand.
- Oxford University Press – The Scholarship collection now includes Electronic Enlightenment
- Alexander Street Press – Women and Social Movements Library now available
- Cambridge University Press – Orlando Collection now available
Many other partnerships with accounts available are listed on our partners page, including Baylor University Press, Loeb Classical Library, Cairn, Gale and Bloomsbury.
Do better research and help expand the use of high quality references across Wikipedia projects: sign up today!
--The Wikipedia Library Team 18:03, 30 may 2018 (UTC)
- You can host and coordinate signups for a Wikipedia Library branch in your own language. Please contact Ocaasi (WMF).
- This message was delivered via the Global Mass Message tool to The Wikipedia Library Global Delivery List.
Vikipediya:Seçilmiş məqalələr (vizual dəyişikliklər)
Vikipediya:Seçilmiş məqalələrdə Vizual dəyişikliklər etmişəm. Necədir? Qəliz deyl ki?--Azerifactory (müzakirə) 01:24, 2 iyun 2018 (UTC)
- Azerifactory, Sağ tərəfdə bir qədər boş hissə qalıb. Soldan bir başlığı götürüb sağa yerləşdirsək daha yaxşı görünər fikrimcə. --eldarado ✉ 11:35, 5 iyun 2018 (UTC)
- Eldarado, hələlik o boşdur, məqalələr təzə olsa, ora da dolacaq.--Azerifactory (müzakirə) 18:49, 5 iyun 2018 (UTC)
- Azerifactory, Sağdakı mövzularda məqalə artıqca, soldakı mövzularda olan məqalələrin artmaq ehtimalı da var. Buna görə də məntiqlə düşünəndə dediyinizi gözləməkdənsə bir neçə mövzunu sağa keçirmək daha yaxşı fikir olar. Hörmətlə--eldarado ✉ 18:59, 5 iyun 2018 (UTC)
Ana səhifədə xəbərlər bölməsi
Ana səhifədə xəbərlər bölməsini necə dəyişmək olar?--Azerifactory (müzakirə) 02:21, 3 iyun 2018 (UTC)
- Necə? Məsələn 4 iyundan etibarən Vikipediya:Ana Səhifə:Xəbərlər/23. Həftə 2018 olacaq.-- Nəriman Müzakirə 19:02, 3 iyun 2018 (UTC)
Patrul sistemində istifadəçi hüquqları haqqında səsvermə
Salam əziz həmkarlar bildiyimiz kimi patrul sistemi işə düşdü. Lakin burada patrul sistemində istifadəçi hüquqlarının işə düşməsi üçün bizdən yeni səsvermə tələb olunur. Zəhmət olmasa səsvermədə iştirak edərdiz. Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Cekli829, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Sultan11, Wertuose, White Demon, Anar Məmmədov, Aykhan Zayedzadeh, Samral, Wikipediya M, Sefer azeri, Fortius-94, Namikilisu, Masalli qasimli, KaraBakh, Enver62 və digər istifadəçiləri səsverməyə dəvət edirəm.--Rufet Turkmen (müzakirə) 17:28, 4 iyun 2018 (UTC)
- Lehinə:--Rufet Turkmen (müzakirə) 17:28, 4 iyun 2018 (UTC)
- Lehinə: -- Nəriman Müzakirə 17:28, 4 iyun 2018 (UTC)
- Lehinə: --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 17:30, 4 iyun 2018 (UTC)
- Lehinə: Ümid edirəm daha başqa şey tələb etməzlər.--White DemΩn (el psy congroo) 17:31, 4 iyun 2018 (UTC)
- Lehinə: Əla təşəbbüsdür.--Anar müzakirə 17:33, 4 iyun 2018 (UTC)
- Lehinə: --Araz Yaquboglu (müzakirə) 17:34, 4 iyun 2018 (UTC)
- Lehinə: Prezident seçəndə heç bu qədər əziyyətə düşmürük.--samral müzakirə 17:37, 4 iyun 2018 (UTC)
- Lehinə: --Şöhrət✉ 17:45, 4 iyun 2018 (UTC)
- Lehinə: --Mehdi Fəyyazlı (Fikrini de) 17:47, 4 iyun 2018 (UTC)
- Lehinə: icmamız üçün xeyirli uğurlu olsun.--eldarado ✉ 18:27, 4 iyun 2018 (UTC)
- Lehinə:__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 19:22, 4 iyun 2018 (UTC)
- Lehinə:--Azerifactory (müzakirə) 20:18, 4 iyun 2018 (UTC)
- Lehinə:--Wikipediya M (müzakirə) 03:50, 5 iyun 2018 (UTC)
- Lehinə:--KaraBakh (müzakirə) 05:04, 5 iyun 2018 (UTC)
- Lehinə:--namikilisu 11:28, 5 iyun 2018 (UTC)
- Lehinə:--Fortius-94 (Müzakirə) 19:03, 5 iyun 2018 (UTC)
- Lehinə: --Drabdullayev17 (müzakirə) 05:50, 8 iyun 2018 (UTC)
- Lehinə: --Vüqar02 (müzakirə) 23:06, 8 iyun 2018 (UTC)
- White Demon, inşallah.-- Nəriman Müzakirə 17:32, 4 iyun 2018 (UTC)
- Samral, Səs verə-verə gedirik. -- Nəriman Müzakirə 17:39, 4 iyun 2018 (UTC)
- Rufet Turkmen, Vikipediya:Patrul namizədləri səhifəsinin mühafizəsini götürəcəksiniz?-- Nəriman Müzakirə 18:16, 4 iyun 2018 (UTC)
Neriman2003 müzakirələr bitdikdən və qaydalar qəbul edildikdən sonra mühafizəni götürəcəm.--Rufet Turkmen (müzakirə) 18:19, 4 iyun 2018 (UTC)
- Bütün idarəçilərdən xahiş edirəm bura yazsınlar. Məndən başqa heç kim yazmır.-- Nəriman Müzakirə 19:29, 5 iyun 2018 (UTC)
Yekunlaşdırma
Qəbul edildi istifadəçi hüquqları AzWikiyə yüklənib.--Rufet Turkmen (müzakirə) 12:47, 14 iyun 2018 (UTC)
istifadəçi ququları yüklənib. Lakin FlaggRev (trviki və ruvikidə mövcud olan patrol sistemi) sisteminin yüklənməsi mümkün olmadı. İndiki halda standart patrol sistemi aktiv edilib ki, bununda vandalizmlə mübarizədə heç bir köməyi olmayacağını düşünürəm. Edilən redaktələr yenə birbaşa olaraq yayımlanacaq məqalədə. FlaggRev sisteminin yüklənməsinin bahalı olduğunu və artıq heç bir vikiyə yükləmədiklərini qeyd etdilər. --eldarado ✉ 12:32, 17 iyun 2018 (UTC)
- Əlavə olaraq bu zaman patrul və avtopatrulun heç bir rolu qalmır. Adi İstifadəçidən heçbir fərqi yoxdur. Təklif edirəm bu vəziyyətdə ən yaxşısı rolbakcer funksiyasını azvikidə yaradaq. --Rufet Turkmen (müzakirə)
- Eldarado, Rufet Turkmen, məncə
rolbaker
vəeditor
qrupları yaratmaq olar. Əlavəinterface-editor
adlı qrupda ola bilər.-- Nəriman Müzakirə 14:59, 18 iyun 2018 (UTC)
Ballıqayada soyqırım (1992)
Salam, bu məqalədə -> Ballıqaya soyqırımı (1992) şəkillərə baxmaq çox ağırdır. Bunlar silinməlidir yoxsa? --Azerifactory (müzakirə) 23:49, 4 iyun 2018 (UTC)
- Azerifactory qalsın. Məncə bunları görmək və bilmək hər bir türkün borcudur. --Rufet Turkmen (müzakirə) 04:21, 5 iyun 2018 (UTC)
- Rufet Turkmen-lə razıyam.-- Nəriman Müzakirə 06:23, 5 iyun 2018 (UTC)
- Qisas almaq hər bir müsəlmana vacib buyurulmuşdur!! Həddini aşmadan (təbii ki, əgər müsəlmanıqsa). Düşünürəm ermənilərin belə azğınlaşmasının əsas səbəbi cəzasızlıq sindromudur. Onlar tarixən bizləri məhv ediblər. Bizlər qisas almağa başlayanda ya ruslar ya nə bilim bir qüvvələr buna maneə olub. Şəkillərin qalması kinimizi artırmaq üçün deyil, unutmamağımız üçün olduqca, olduqca vacibdir.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 12:03, 5 iyun 2018 (UTC)
- Rufet Turkmen, Qolcomaq, ermənilərin murdar olduğunu heç kim danmır amma psixoloji baxımdan, belə şəkillər azyaşlı uşağlara pis təsir edir.--Azerifactory (müzakirə) 14:52, 5 iyun 2018 (UTC)
- Azerifactory Bu şəkillər sözsüz tariximizdir. Amma azyaşlı uşaqların baxmasıda psixologiyasına elədə yaxşı təsir etmir. Fikrimcə bu şəkillər üçün müəyyən qayda tətbiq olunsa yaxşı olar.--Anar müzakirə 15:35, 5 iyun 2018 (UTC)
- Azerifactory, mən Zəhra Quliyeva (körpə) məqaləsini yenidən quranda, fotoları baxı necə yerləşdirmişdim. Elə yerləşdirmək olar. 130.0.12.123 16:40, 5 iyun 2018 (UTC)
- Anonimin dediyi fikir yaxşıdır.-- Nəriman Müzakirə 16:55, 5 iyun 2018 (UTC)
- Azerifactory Silinməsin. Bu şəkillərə nəinki azyaşlılar, yetkinlər də baxanda pis olur. Senzura qoya bilərik. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 16:57, 5 iyun 2018 (UTC)
- Mən qətiyyətlə bu şəkillərin silinməsinin tərafdarı deyiləm, lakin digər həmkarların da qeyd etdikləri kimi bu şəkillər həm azyaşlılara həm də ki həssas insanlara mənfi təsir edə bilər. Buna görə də müəyyən formada həll etmək daha məqsədəuyğundur.-- Toqoo ✉ 17:04, 5 iyun 2018 (UTC)
- Fotolar silinməli deyil. Həmdə məqalənin adı düz deyil. Ballıqayada soyqırım yox, Ballıqaya soyqırımı olmalıdır. Biz axı Xocalıda soyqırım yox, Xocalı soyqırımı deyirik. 130.0.12.123 17:47, 5 iyun 2018 (UTC)
- Silinməli deyil. Anonim istifadəçinin fikirini bəyənirəm. Adı isə dəyişmək lazımdır._Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 18:05, 5 iyun 2018 (UTC)
- 24 nəfərin qətli soyqırım (digər adıyla genosid) sayılmır məncə. Bəlkəm məqalə adı "Ballıqaya qırğını", "Ballıqaya faciəsi" və ya "Ballıqaya hadisələri" olsun? --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 19:08, 5 iyun 2018 (UTC)
- Qolcomaq anonim istifadəçi Barselona99-dur.-- Nəriman Müzakirə 19:30, 5 iyun 2018 (UTC)
- Yəni ki, Barselona99-da hərdən bir yaxşı ideya verə bilər )) --130.0.12.123 20:04, 5 iyun 2018 (UTC)
- Edildi -- Nəriman Müzakirə 12:10, 17 iyun 2018 (UTC)
Xoş gəldiniz şablonu
Salam. Xoş gəldiniz şablonunu yenidən tərtib etmişəm. Razılıq olsa dəyişə bilərik. Tərtib etdiyim: 1-ci, 2-ci. -- Nəriman Müzakirə 08:06, 5 iyun 2018 (UTC)
- Salam. Bu mövzu bir dəfə müzakirə olunmuşdu və hazırki versiyanın saxlanılmasına qərar verilmişdi. Məncə hazırda mövcuz olan sadə versiya versiya daha yaxşıdı. Sizin hazırladığınız iki versiyadan isə ikinci daha yaxşıdı. --eldarado ✉ 11:21, 5 iyun 2018 (UTC)
- Birinci versiya daha ürəkaçandır, ancaq texniki və asanlıq baxımından ikinci versiya daha yaxşıdır. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 09:21, 7 iyun 2018 (UTC)
- Nəriman , yaratdığın hər iki versiya yaxşıdır. Amma, mənim fikrimcə, biz bu şablonu daha sadə tərtib etməliyik ki, yeni istifadəçilər çəkinməsin. Məsələn, digər layihələrə keçid vermək, seçilmiş məqalələr və başqa bir neçə məsələ var ki, onları yeni gələn istifadəçilər bilməsə də olar.--Emin ismarıc 16:20, 7 iyun 2018 (UTC)
- Emin, deyəsən 2-ci şablonu deyirsiniz. Seçilmiş məqalə şərtlərini çıxardaram. Amma digər dillərə keçid vermək bölməsilə interviki verməyi öyrətmək olar.-- Nəriman Müzakirə 06:31, 8 iyun 2018 (UTC)
- Wertuose, Araz Yaquboglu, Cekli829-un fikirləri maraqlı olardı.-- Nəriman Müzakirə 11:07, 18 iyun 2018 (UTC)
- Eminn, seçilmiş məqalə şərtlərini çıxartdım.-- Nəriman Müzakirə 11:12, 18 iyun 2018 (UTC)
Günün seçilmiş şəkli
Salam, Günün seçilmiş şəklini ana səhifədən götürdüm. Şablonu düzəltmək lazımdır. Biyabırçı haldadır --Azerifactory (müzakirə) 02:48, 6 iyun 2018 (UTC)
- Salam, Ehtiyac yoxdur. Düzəliş etmək istəyirsinizsə orada da edə bilərsiniz, Ana səhifədən götürməyə ehtiyac yoxdur. Əslində heç bir sorun yoxdur şablonda. Sadəcə əlavə olunan şəkillərin keçidlərini yoxlamaq lazımdı bir-bir. --eldarado ✉ 09:38, 8 iyun 2018 (UTC)
- Eldarado, mən neçə dəfə cəhd etsəmdə problemi tapa bilmədim. Amma Rus vikipediyasının şablonu çox xoşuma gəlir.--Azerifactory (müzakirə) 00:31, 11 iyun 2018 (UTC)
Qacetlər
Salam hərkəsə. Türkçə vikipediyada çox gözəl qacetlər var. Məsələn: Twinkle. Bunun vasitəsilə vandal hərəkətləri asanlıqla geri qaytarmaq, səhifəyə bir klikdə sil şablonu qoymaq və s. bunun kimi hərəkətləri etmək olar. Bizdə aktivləşdirilsə əla olar. Əslində elədə çətin deyil. Sadəcə idarəçilər buradakı MediaWiki adlar fəzasındakı səhifələri bizim vikidə yaratmalıdır. Məndə edə bilərəm amma yazılır ki, yaratmaq hüququnuz yoxdur. White Demon edə bilər məncə.-- Nəriman Müzakirə 06:07, 7 iyun 2018 (UTC)
- White Demon həll edib artıq. --eldarado ✉ 09:35, 8 iyun 2018 (UTC)
- eldarado, tam yox hələki. Bəzi sözlər türkcədi. -- Nəriman Müzakirə 09:36, 8 iyun 2018 (UTC)
- Twinkle olsa zor olar. --Azerifactory (müzakirə) 00:34, 11 iyun 2018 (UTC)
Daxili keçidlər
Salam. Vikipediyamızda il, gün, ay və rəqəmlərə bir çox daxili keçidlər verilib. Bunların heç bir əhəmiyyəti olmadığını düşünürəm, sizcə bunları saxlayaq ya çıxardaq. Bir çox böyük vikipediyada belə keçidlər verilmir. Lazım olan işləri mən özüm edəcəm amma burada müzakirə aparmağı özümə borc bildim. --Drabdullayev17 (müzakirə) 05:49, 8 iyun 2018 (UTC)
- Salam. Çıxarmaq doğru olmaz. Envikidə də var. Sadəcə təkrar keçidləri çıxarmaq lazımdır. Misal üçün: Bir məqalədə 10 dəfə 2018-ə keçid verilibsə, hər başqalıqda birini saxlayıb digərlərini çıxarmaq lazımdır. Məqalə yaradarkən də bunlara fikir vermək lazımdır. Bir dəfə keçid verdinizsə bir tarixə, təkrar təkrar keçid verməyin əhəmiyyəti yoxdur və ümumiyyətlə bu yalnız tarix və rəqəmlərə deyil, bütün keçidlərə aiddir. Məqalədə 15 dəfə "London" sözü işlənibsə hər dəfə daxili keçid vermək lazım deyil. --eldarado ✉ 09:33, 8 iyun 2018 (UTC)
- Eldar bəylə razıyam.-- Nəriman Müzakirə 12:17, 8 iyun 2018 (UTC)
- Hörmətli Eldarado bəy, envikidə yazılan qaydaya əsasən buna icazə verilmir. Sizcə tarixə və ya günə keçid verməyin nə əhəmiyyəti ola bilər? --Drabdullayev17 (müzakirə) 12:26, 9 iyun 2018 (UTC)
- O qayda envikiyə aiddir.-- Nəriman Müzakirə 18:23, 13 iyun 2018 (UTC)
- Hörmətli Neriman2003 bəy mən də bilirəm envikiyə aiddir. Sadəcə misal üçün yazdım. Amma bizdə də daxili keçidin verilib verilməməsi ilə bağlı konkret qayda yoxdur. Bu səbəbdən fikirlərinizi öyrənmək istədim. --Drabdullayev17 (müzakirə) 06:14, 14 iyun 2018 (UTC)
- Bizdəki qaydaların çoxu qəbul edilməyib. Məncə daxili keçidlər barədə qayda hazırlanıb səsverməyə çıxarıla bilər.-- Nəriman Müzakirə 10:51, 14 iyun 2018 (UTC)
"Beynəlxalq futbol turniri" şablonu problemi..
Salam,Beynəlxalq futbol turniri şablonunda problem var.Belə ki,ev sahibi ölkə parametri işləmir.Kim bu problemi həll edə bilirsə etsin zəhmət olmasa --Əhməd Qurbanov (müzakirə) 15:35, 9 iyun 2018 (UTC)
- ,Onsuz da şablonun "ev sahibi ölkə" parametri yoxdu ki. "Ölkə" parametri var. "Ölkə" parametri turnirin keçirildiyi ölkəni göstərmək üçündür.--White DemΩn (el psy congroo) 16:19, 9 iyun 2018 (UTC)
- White Demon,Məsələ burasındadı ki elə bu parametr işləmir də.-- Əhməd Qurbanov (müzakirə) 19:30, 11 iyun 2018
Mavi Fuqatelər
Dostlar, bu gün bir yenilik etdim. Vikipediyada hazırladığım Mavi Fuqatelər adlı məqalə əsasında həm də yutub kanalım üçün Martin Fuqatenin nəsli: genetik problemə görə dünyaya gələn mavi uşaqlar — Mavi Fuqatelər adlı video hazırladım. Azərbaycandilli oxucuları və izləyiciləri doğma dildə mümkün qədər çox informasiya ilə təmin etmək həqiqətən çox xoşdur. İmkan daxilində daha yaxşı işlər görməyə çalışmaq bundan sonra da mənim üçün aktual olacaq. Hamımıza uğurlar! --►Cekli829 09:58, 10 iyun 2018 (UTC)
"krım tatarları" yoxsa "Krım tatarları"
Salamlar. Burada Aykhan Zayedzadeh, Qolcomaq və mən arasında belə bir mübahisə yarandı ki, "Krım tatarları" və "krım tatarları" ifadələrindən hansı düzgündür. Hörmətli Qolcomaq iddia edir ki, Krım tatarları xalq adı olduğu üçün Krımın toponim olmasına baxmayaraq "krım tatarları" şəklində, yəni kiçik hərflə yazılmalı, bu məqalə də "Rumıniyada krım tatarları" adlanmalıdır. Mənlə Ayxan isə deyirik ki, içində toponim olduğuna görə böyük hərflə "Krım tatarları" yazılmalıdır və bu məqalə "Rumıniyada Krım tatarları" adlanmalıdır. Mən özüm "Krım tatarları" üçün xeyli etibarlı mənbə tapsam da, [1], [2], [3], [4], [5], [6], [7], [8], [9], [10], [11], [12], [13], [14], [15], [16] "krım tatarları" üçün etibarlı mənbə tapa bilmirəm və "Krım tatarları" variantını düzgün hesab edirəm. Vikicəmiyyətin fikrini bilmək istəyirəm.--White DemΩn (el psy congroo) 19:07, 11 iyun 2018 (UTC)
- Detallar burada---→Salam Aleykum. Həmkar bir məqalənuin adını dəyişdirməzdən öncə eyni parametrli məqalələrin adlarına nəzər yetirin. Dağıstan azərbaycanlıları, Türkiyədə krım tatarları, Rusiya azərbaycanlıları, Qazaxıstan almanları və s..__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 18:23, 10 iyun 2018 (UTC)
- Əleykümsalam cənab Qolcomaq. Məqalənin adındakı "Krım" sözünün baş hərfi böyüklə yazılmalıdır. Bu, yer adıdır. Məsələn, "Azərbaycan türkləri", "Türkiyə yəhudiləri" və ya "Cənubi Azərbaycan türkləri". --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 19:18, 10 iyun 2018 (UTC)
- Yalnışlığa yol verməyin. Burada Krımtatar və ya krım tatarları dedikdə bir xalq nəzərdə tutulur. Ad mənşəcə toponimlə bağlı olsa da artıq bir xalqın adı formasını alıb və təstiqlənib._Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 19:30, 10 iyun 2018 (UTC)
- Sizlə razı deyiləm, hörmətli Qolcomaq. Bu və bu mənbələrdə də cümlənin ortasında Krım tatarları verilib, krım tatarları yox. Xalq adı olsun, olmasın, yer adı həmişə böyük hərflə yazılır.--White DemΩn (el psy congroo) 21:39, 10 iyun 2018 (UTC)
- Google-da da nə qədər axtarsam da, cümlənin ortasında "krım tatarları" işlədilən yer tapmadım.--White DemΩn (el psy congroo) 21:42, 10 iyun 2018 (UTC)
- Azərbaycan dilinin qramatik qaydalarına görə xalq adları xüsusi isim sayılmır. Bu səbəbdən cümlənin əvvəlində gəlməsi istisna olaraq cümlənin digər hissələrində kiçik hərflə yazılır. Bir də təbii ki, əgər xüsusi vurğu altında "" '' və s. olsa verilir. Krımtatar və ya krım tatarları bir xalq adıdır, yəni ümumi isimdir. Əgər Krım türkləri, Sibir tatarları, Qafqaz tatarları deyilsə yer adları xüsusi isim olduğundan böyük yazılar. Lap uzağı o ola bilər ki, Krım tatarları Krımda yaşayan tatarlar analmında işlədilsə Krım sözü xüsusi isim olduğundan böyük yazıla bilər. Amma məqalənin adındakı krımtatarları bir xalqın ismini nəzərdə tutur. Googledə olub-olmamasının bir analmı yoxdur. Avropa xalqlarının bir hissəsi xalq adlarını böyük hərflərlə yazırlar (türklər, ingilislər almanlar, yunanlar). Şərq slaviyanları elə başda ruslar olmaqla, ukraylar, belaruslar və onların tərkibində yaşayan az saylı xaqların böyük əksəriyyətində xalq adları kiçik hərflərlə yazılır. Rus, başqırd, ukrayna, qazax və s. dillərdə krım tatarı ümüumi isim olaraq cümlənin əvvəli istisna olmaqla digər hissələrində kiçik yazılır. Deməyim odur ki, dilimizin qramatik qaydasına görə krımtatar (və ya krım tatarları) bir xalq adıdır və ümüumi isimdir bu səbəbdən kiçik yazılmalıdır.___Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 00:21, 11 iyun 2018 (UTC)
- Hörmətli Qolcomaq, tutalım ki, doğurdan da, bizim qrammatikamıza görə "krım tatarları" yazılmalıdır, "Krım tatarları" yox. Bəs onda niyə hər yerdə "Krım tatarları" yazırlar? Xeyli mənbə göstərə bilərəm ki, cümlənin ortasında "Krım tatarları" yazılıb: [17], [18], [19], [20], [21], [22], [23], [24], [25], [26], [27], [28], [29], [30], [31], [32]. Elə mənbə göstərə bilərsinizmi, "Krım tatarları" sözü kiçik hərflə ("krım tatarları") yazılsın?--White DemΩn (el psy congroo) 14:25, 11 iyun 2/font>]] 17:28, 4 iyun 2018 (UTC)
- Lehinə: --► Hörmətlə: [[İstifadəçi:Aykhan Zayedzadeh|018 (UTC)
- Cənab Qolcomaq, fikrinizin tamamilə səhv olduğuna inanıram. Burada işlədilən "Krım" sözü, "Azərbaycan", "Türkiyə" sözləri kimi yer adıdır. Deyək ki, bir məqalə yaradırıq. "Almaniyada Azərbaycan türkləri". Bu məqalədə sadəcə etnik qrupu türk, milliyətcə isə azərbaycanlı olan şəxslər nəzərdə tutulur. Yəqin ki, məqalənin adı "Almaniyada azərbaycan türkləri" olmayacaq. Krımtatar sözü cümlə ortasında kiçik hərflərlə yazılmalıdır. Nümunə göstərdiyiniz "ukrayna" sözü də böyük hərflə yazılmalıdır. Ukrayna ölkədir. Həmin ölkənin vətəndaşları ukraynalı, etnik baxımdan oralı olanlar isə "ukrayın" adlanır. Ölkənin dili ya Ukrayna dili, ya da ukrayın dili olur. Yenə deyirəm, burada istifadə edilən "Krım", "Azərbaycan" və "Ukrayna" sözləri yer adlarıdır, yer adları isə xüsusi isimlərdir, xüsusi isimlərin ilk hərfləri isə həmişə böyük hərflə yazılır. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 14:35, 11 iyun 2018 (UTC)
- Hörmətli Sərkan bəy. Bu saytların hec biri mənbə kimi azərbaycan dilinin qramatik qaydalarına uyumlu deyil. Nə olsun ki, lap minlərlə saytda belə yazılsın. Burada xalq istindən gedir. Lap mənbə istəyirsiniz buda mənbə: [www.interaztv.com/world/13969], [33], [34]. Zənnimcə yetərlidir. Antoqonis mövqe sərgiləmək bir fayda verməz. Qramatik qaydaları biz hazırlamırıq, alimlər hazırlayır və dilimizə tətbiq edir. Orfoqrafiyada da bu tətbiq edilir.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 14:49, 11 iyun 2018 (UTC)
- Aykhan Zayedzadeh acıda olsa deyəcəyəm ki, siz yuxarıda yazılanların heç birini anlamadınız görünən də odur ki, anlamayacaqsınız. söhbət xalq adından gedir. Krımtatar adında bir xalq vardır. Ancaq Azərbaycan tatarları və Azərbaycan ləzgiləri, Azərbaycan talışları və s ilaxır. Lap sizin dediyiniz Azərbaycan türklərini kəlməsini götürək - bizlər özümünüzü Azərbaycan türkləri adlandırırıq (öz adlandırma) amma dünyada Azərbaycan türkləri adında millət tanımırlar. Bizlər azəri, azərbaycanlı adlı milli kimliklə tanınırıq. Azərbaycan türkləri deyiləndə burada artıq Azərbaycanda yaşayan türk köklü, soylu, mənşəli, əsilli və s. anlamı daşıyan əhali nəzərdə tutulur. Mahiyyəti anlayın . Söhbət qramatik qaydalardan gedir__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 14:59, 11 iyun 2018 (UTC)
- Qolcomaq, problem burasındadır ki, siz mənim dediyimi anlamadız. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 15:27, 11 iyun 2018 (UTC)
- Hörmətli Qolcomaq, 3 mənbə atmısız. Birinci mənbə açılmır, nəsə problem var. İkinci mənbədə isə heç bir yerdə Krım sözünü kiçik hərflə yazmayıblar, hamısı böyükdür. Üçüncü mənbə isə bloqdur. Bloqların etibarsız mənbə olduğunu bilirsiniz, mən də bir bloq açıb istədiyimi yaza bilərəm. İddia edirsiz ki, bu saytların heç biri qrammatikamıza uyğun deyil. Bunlar hamısı etibarlı mənbələrdi. BBC, Euronews-a güvənməyək, nəyə güvənək? Üstəlik, dediyiniz qrammatik qayda harda yazılıb? Hansı mənbədə yazılıb ki, əgər xalq adının içində yer adı varsa, yenə də kiçik yazılmalıdır? Əksinə, bizim qrammatikamızda yazılıb ki, yer adları böyük hərflə yazılmalıdır.--White DemΩn (el psy congroo) 17:57, 11 iyun 2018 (UTC)
- Qolcomaq, mən Sərxan bəyin dediyini deyirdim, siz isə yanlış anlamısız. Belə gah irəli, gah da geriyə gedə-gedə heç bir yerə çata bilməyəcəyik. Bəlkə bu müzakirəni Kənd Meydanına çıxardaq? --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 18:07, 11 iyun 2018 (UTC)
- Elə mənbə göstərə bilərsinizmi, "Krım tatarları" sözü kiçik hərflə ("krım tatarları") yazılsın? yazan siz idiniz məndə elə qarşıma ilk çıxanları göstərdim ki , yəni yanılmayın var. Mən haqlı bildiyim işdən hec zaman əl cəkmərəm. Bu məsələ çoxluğun səs verməsi ilə həl ediləsi məsələ deyil ki, onun haqqında hansısa müzakirə açılsın. Məsələ ancaq filoloqlar, dilçi alimlər aydınlıq gətirə bilər. Krımtatar adlı bir xalqın varlığını qəbul edirsinizsə onda elə bilin ki səhvsiniz. Sərkan bəy deyirsiniz ki, qxalqın adının içində toponim varsa deməli böyük yazılmalıdır. Belə yazırsınızda onda niyə azərbaycanlı kiçik yazılır. Bu arqumentiniz əsassızdır. __Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 18:21, 11 iyun 2018 (UTC)
- Hörmətli Qolcomaq, 3 mənbə atmısız. Birinci mənbə açılmır, nəsə problem var. İkinci mənbədə isə heç bir yerdə Krım sözünü kiçik hərflə yazmayıblar, hamısı böyükdür. Üçüncü mənbə isə bloqdur. Bloqların etibarsız mənbə olduğunu bilirsiniz, mən də bir bloq açıb istədiyimi yaza bilərəm. İddia edirsiz ki, bu saytların heç biri qrammatikamıza uyğun deyil. Bunlar hamısı etibarlı mənbələrdi. BBC, Euronews-a güvənməyək, nəyə güvənək? Üstəlik, dediyiniz qrammatik qayda harda yazılıb? Hansı mənbədə yazılıb ki, əgər xalq adının içində yer adı varsa, yenə də kiçik yazılmalıdır? Əksinə, bizim qrammatikamızda yazılıb ki, yer adları böyük hərflə yazılmalıdır.--White DemΩn (el psy congroo) 17:57, 11 iyun 2018 (UTC)
- Cənab Qolcomaq, siz yenə fikirlərimizi baş-ayaq anlayırsız. Biz "azərbaycanlı", "iranlı", "yaponiyalı" kimi milliyət adlarından danışmırıq. Əgər hansısa bir xalq adında toponim ayrı verilibsə (Məsələn, Almaniyada Rusiya azərbaycanlıları və ya Rumıniyada Krım tatarları), böyük hərflə yazılmalıdır. Deyirsiniz ki, müzakirəyə veriləsi bir şey deyil və yalnız filoloq və dilçilərin həll edə biləcəyi işdir. Vikipediyada çoxlu AMEA işçisi fəaliyyət göstərir. Onların arasında yəqin ki, bir dilşünas olacaq. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 18:28, 11 iyun 2018 (UTC)
- Sizin bir azda olsa məntiqiniz olsa anlayarsınız. Sərkan bəy mənə yazır ki, "Hansı mənbədə yazılıb ki, əgər xalq adının içində yer adı varsa, yenə də kiçik yazılmalıdır? Əksinə, bizim qrammatikamızda yazılıb ki, yer adları böyük hərflə yazılmalıdır". Məndə cavabında xalq adının içində toponim adının olması hələ onun böyük hərflə yazılması imkanını vermədiyini bildirirəm.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 18:38, 11 iyun 2018 (UTC)
- Qolcomaq... cənab, xahiş edirəm, danışıq tərzinizə diqqət yetirin! Birincidə heç nə demədim, ancaq çox qabağa gedirsiz. Hər nəyisə, mən sizinlə müzakirə apara bilmirəm. Mən Venera deyirəm, siz onu Mars olaraq eşidirsiz. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 18:44, 11 iyun 2018 (UTC)
- Sizin bir azda olsa məntiqiniz olsa anlayarsınız. Sərkan bəy mənə yazır ki, "Hansı mənbədə yazılıb ki, əgər xalq adının içində yer adı varsa, yenə də kiçik yazılmalıdır? Əksinə, bizim qrammatikamızda yazılıb ki, yer adları böyük hərflə yazılmalıdır". Məndə cavabında xalq adının içində toponim adının olması hələ onun böyük hərflə yazılması imkanını vermədiyini bildirirəm.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 18:38, 11 iyun 2018 (UTC)
- Hörmətli Qolcomaq, mürəkkəb adlardan söhbət gedirdi, yəni söz birləşməsindən. "azərbaycanlı" sözü mürəkkəb ad deyil, düzəltmə sözdü sadəcə.
- Burada mənim sizi təhqir etməmdən söhbət belə gedə bilməz. Fikirləri ↑"baş-ayaq anlamaq" hər halda danışıq tərzinin yüksək səviyyəsi ola bilməz. Məntiqli olmamaq isə hər halda təhqir deyil. Məm nəyin bahasına olursa olsun haqlı olum düşüncəsi insanı doru qərar verməkdən uzaq edirr. Məsələyə antoqonis baxışdan baxmasaz gercəkliyin göz qabağında olasını görərsiniz. Hər halda bizə nə bir xeyr nə də bir zərər verə bilməyəcək məsələyə görə dalaşası və ya təhqirə keçəsi deyilik ki.___Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 19:04, 11 iyun 2018 (UTC)
- Cənab Qolcomaq, "bir az məntiqiniz olsa" (məntiqiniz yoxdur) kimi sözlər "axmaqsınız" mənasına gəlir. Birini təhqir etməklə "baş-ayaq" sözündən istifadə arasında çox böyük fərq var. Siz israrla əsas ideyamızdan, fikrimizdən qaçmağa çalışırsız. Sizə qısa şəkildə, son dəfə deyim. Əgər hansısa bir mürəkkəb adda (Məsələn, Azərbaycan Respublikası, Krım tatarları, Ayxan Zayıdzadə) yer adı (Məsələn, Krım, Azərbaycan, Ermənistan. Burada ermənistanlı, azərbaycanlı kimi sözlərdən bəhs olunmur.) varsa, bu zaman həmin yer adının ilk hərfi böyük şriftlə yazılır. Nümunə olaraq, Düsseldorfda Rusiya yəhudiləri. Burada "Rusiya" sözü böyük hərflə yazılmalıdır. Bunun əksini haradasa görmüsüz? --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 19:13, 11 iyun 2018 (UTC)
- "Krım tatarları" yazılırsa böyük hərflərlə yazılmalıdır. Əslində "krımtatar" sözü düz deyl və loru dildədir, çünki əksər xarici dillərdə bu "Krım tatarları" kimi gedir.--Azerifactory (müzakirə) 01:43, 12 iyun 2018 (UTC)
- Bildiyimiz kimi Azərbaycan dilində xalq adları kiçiklə yazılır. Bu məqalədə isə etnik azlıq haqqında yazılıb. Yəni xalq haqqında. Buna görədə kiçik hərflə yazılmalıdır.-- Nəriman Müzakirə 13:15, 12 iyun 2018 (UTC)
- Cənab Azerifactory ""krımtatar" sözü düz deyl və loru dildədir" deməyiniz çox yalnış bir fikirdir. Çünki bu xalq özünü məhs krımtatar olaraq adlandırır. Azətrbaycan leksikonunda isə xalqın adıda dili də bu cür adlandılır. __Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 13:26, 12 iyun 2018 (UTC)
- Cənab Qolcomaq, leksikonda bu sözün istinadını bizə göstərə bilərsiz? Google-de "krımtatar" sözünü yazanda cəmi 30 link çıxır, onun yarısıda blog və türkiyə saytlarıdır. BBC Azərbaycan özü "Krım-tatar lideri Çubarov" yazıb. Buyurun https://www.youtube.com/watch?v=uPGevhqFZsY --Azerifactory (müzakirə) 02:37, 13 iyun 2018 (UTC)
- Burada nəsə qlobal bir çey görmürəm. Yazılış formalarında gəldikdə Krım-tatar da, Krım tatar və krımtatar da yazılan kifayət qədər sayt aşkarlamaq mümkündür. Mən elmlər akademiyasında işləmirəm ki, sizin qarşınıza kitablar toplusunu yığım. Krım tatarları özlərini Qırımtatarlar adlandırırlar. Bu sözün loru olmasını qeyd edirsiniz. Mən yuxarıda da qeyd etmişəm ki, sohbət xalqın adından gedir. Bu türk, oğuz soylu toplum bir müstəqil xalq olaraq qəbul edilir. Deməli xalqın adı rəsmən təstiqlənibsə Krım tatarları artıq xalq adını ehtiva etdiyindən cümlə daxilində (cümlənin başında gəlməsi istisnadır) kiçik yazılmalıdır. Yox əgər Krım tatarları bir xalq adı deyil, bir bölgədə yaşayan toplumu nəzərdə tutursa (məsələn: Həştərxan tatarları, Sibir tatarları, Kazan tatarları və s.) yəni bir xalqın hansısa ərazidə kompakt şəkildə diasporasıdırsa o zaman təbii yer adı böyük yazılmalıdır. Cünki burada artıq söhbət xalqın adından getmir. Düşünürəm ki, burada uzun uzadı mübahisələr hansısa nəticəni əldə etməyə imkan verə bilməz. Bizə ancaq dilcilik sahəsində mütəxəsis kömək edə bilər.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 13:12, 13 iyun 2018 (UTC)
- Bildiyimiz kimi krımtatar xalqı müstəqil bir etnosdur. Krım tatarları isə onların köhnə adlarıdır. Necə ki bizə Azərbaycan tatarları, yaxud Azərbaycan türkləri deyiblər. Bizə Azərbaycan tatarları, yaxud Azərbaycan türkləri deyiləndə Azərbaycan sözü heç vaxt cümlə içində kiçik hərflə başlamayıb. Haradasa görmüşünüz bəyəm "azərbaycan tatarı" yazılsın? Amma bütün bunlar keçmişdə qalıb. Hal-hazırda bizim milliyyətimiz azərbaycanlı adlandığı kimi, onların da rəsmi adı krımtatar, yaxud "krım-tatar"dır. Dünya praktikasında heç bir xalqın adı iki sözdən ibarət olmur, olsa belə, bu sözlər bitişik, yaxud defislə yazılır. Çim Çen In (müzakirə) 20:33, 16 iyun 2018 (UTC)
Vikipediya və obyektivlik
Ana Səhifədə belə bir xəbər qeyd olunub: "Gürcüstan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan Bəşər Əsəd rejimi ilə bütün diplomatik əlaqələri kəsib." Suriya hökumətinə, prezidentinə rejim demək Vikipediyanın qaydalarına, obyektivliyinə ziddir. Biz Ərdoğanıq, AKP-yik ya Türkiyə hökumətiyik? Bu nə mövqedi?--samral müzakirə 10:43, 12 iyun 2018 (UTC)
- Samral, sputnik.az, bizimyol.info, bbc.com,yeniavaz.com və digər saytlarda Bəşər Əsəd rejimi yazılıb.-- Nəriman Müzakirə 13:11, 12 iyun 2018 (UTC)
- "Bəşər Əsədin rəhbərliyindəki Suriya hökuməti" və ya "Bəşər Əsədin rəhbərlik etdiyi Suriya hökuməti" yazılsa yaxşı olardı. Şəxsən mən, yaratdığım məqalələrdə "Bəşər Əsəd rejimi" ifadəsindən istifadə etmirəm. Onun yerinə sadəcə "Suriya hökuməti" yazıram. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 13:31, 12 iyun 2018 (UTC)
- Neriman2003, o qeyd etdiyin mənbələr həmişə obyektiv olmur. Necə ki, dünənlərdə Səddama, Qəddafiyə qarşı obyektiv deyildilər, bu gün də nə İrana qarşı obyektivdilər, nə Suriyaya qarşı, nə də Azərbaycana. O məntiqlə hərəkət etsək gərək Səudiyyə kralı Salmana da diktator filan yazaq.--samral müzakirə 18:39, 12 iyun 2018 (UTC)
- Samral, əgər səhv varsa, düzəldin. Burda bunu diskussiya etmək nə yaradacaq? --Azerifactory (müzakirə) 02:38, 13 iyun 2018 (UTC)
- Azerifactory, siz bəyəm bilmirsiz ki, idarəçi olmayan istifadəçilər Ana Səhifəni redaktə edə bilmir? Necə düzəldim?--samral müzakirə 09:41, 13 iyun 2018 (UTC)
- Samral, bax belə Vikipediya:Ana Səhifə:Xəbərlər/24. Həftə 2018. Alınmır?--Azerifactory (müzakirə) 10:11, 13 iyun 2018 (UTC)
- Azerifactory, belə yazılır: "Aşağıdakı səbəbə görə, bu səhifəni redaktə et hüququnuz yoxdur:
Bu səhifəyə kaskad mühafizəsi olan növbəti page keçid olduğu üçün redaktəyə bağlıdır:"--samral müzakirə 10:14, 13 iyun 2018 (UTC) - Problem həll olundu.--Azerifactory (müzakirə) 10:18, 13 iyun 2018 (UTC)
- Azerifactory, belə yazılır: "Aşağıdakı səbəbə görə, bu səhifəni redaktə et hüququnuz yoxdur:
- Kaskad mühafizə olmasa xəbərlər bölməsini daim yeniləyərəm.-- Nəriman Müzakirə 10:36, 13 iyun 2018 (UTC)
"Beynəlxalq Futbol Turniri" şablonunda əksiklik
Digər dillərdəki vikipediyalarda bu şablonda hər oyuna düşən tamaşaçı sayı da göstərilir.Lakin AzVikipediyada bu yoxdur.Bu parametri kim şablona əlavə edə bilirsə,zəhmət olmasa etsin-- Əhməd Qurbanov (müzakirə) 16:54, 15 iyun 2018 (UTC)
Azərbaycan
Mən Azərbaycan məqaləsini SM/YM etmək istəyirəm amma həmkarlara görə, bu məqaləyə status almaq üçün nə çatmır? English Wiki-də bu məqalənin 10 dəfə zəif versiyası status alıb.--Azerifactory (müzakirə) 13:05, 17 iyun 2018 (UTC)
- Azerifactory, biraz təkmilləşdirsəniz SM ola bilər. Məncə yaxın zamanda SSRİ məqaləsi üzərindədə işləyə bilərsiniz. Ru vikidə 375 min baytdır.-- Nəriman Müzakirə 13:18, 17 iyun 2018 (UTC)
- Neriman2003 SSRİ-nin bura nə dəxli var?--Azerifactory (müzakirə) 14:19, 17 iyun 2018 (UTC)
- Yəni sizə üzərində işləməyə mövzu lazım olsa.-- Nəriman Müzakirə 14:21, 17 iyun 2018 (UTC)
- Bir dəfə səsverməyə verilmişdi bu məqalə. Həmin səsvermədə ortaya atılan iradları qaldırsaz bəs olar, amma giriş hissəsinə "is a country in the South Caucasus region of Eurasia at the crossroads of Eastern Europe and Western Asia" cümləsini yerləşdirmək olar. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 14:32, 17 iyun 2018 (UTC)
- Azerifactory Afvikidə 60 445 bayt, 19 istinadı olan məqalə SM statusu alıb. Azvikidə 186 istinadı, 165 916 bayt olan məqalə ən azı YM statusu ala bilər. Bakı məqaləsidə statusa layiqdir.--Anar müzakirə 15:10, 17 iyun 2018 (UTC)
- Anar Məmmədov azvikini afvikiylə niyə müqayisə edirsiz? --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 15:52, 17 iyun 2018 (UTC)
- Düz deyir.-- Nəriman Müzakirə 16:41, 17 iyun 2018 (UTC)
Aykhan Zayedzadeh Olsun esviki. Bu məqalə həmin vikidə 166 min baytla status alıb. Azvikidə də statusa layiqdir.--Anar müzakirə 17:42, 17 iyun 2018 (UTC)
- Anar Məmmədov, orda əsas ban olunmuş istifadəçi Aydinsalisin mövzüdan kənar kommentləridi. Özüdə əsas keyfiyyət olmalıdır, baytlarla hər şeyi saysaq onda bir çox məqalə SM/YM almalıdır.--Azerifactory (müzakirə) 20:12, 17 iyun 2018 (UTC)
- Azerifactory mənim xarıtladığma görə Aydın bəy orada məlumatların doğru olmadığını deyirdi. Mingəçevirin əhali sayından, neftdən və kəlağayıdan söhbət açılmışdı. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 20:58, 17 iyun 2018 (UTC)
- Azerifactory ilə razıyam. Bayta görə SM/YM verilirsə, onda buradakı məqalələrə status verək.-- Nəriman Müzakirə 10:59, 18 iyun 2018 (UTC)
- Neriman2003 o məqalələrin bir çoxu status alıb.--Anar müzakirə 07:50, 19 iyun 2018 (UTC)
- Aykhan Zayedzadeh, o problemlər çoxdan aradan götütürülüb.--Azerifactory (müzakirə) 11:34, 18 iyun 2018 (UTC)
Rus Vikisində SM/YM məqalələri
Rus Vikisində əla SM/YM məqalələri var. Bunlardan bəzilərini mən Azərbaycan dilinə tərcümə etmişdim amma çox gözəl olar, bunlar Az.vikiyə tərcümə olunsa:
- ru:Гаджибеков, Узеир Абдул-Гусейн оглы Üzeyir Hacıbəyov
- ru:Азизбеков, Мешади Азиз-бек-оглы Məşədi Əzizbəyov
- ru:Аршин мал алан Arşın mal alan (operetta)
- ru:Бакинская операция Bakı əməliyyatı
- ru:Ашик-Гариб Aşıq Qərib dastanı
- ru:Восточная поэма на смерть Пушкина Puşkinin ölümünə Şərq poeması
- ru:Лейли и Меджнун (опера) Leyli və Məcnun (opera)
- ru:Кызылагаджский заповедник Qızılağac Dövlət Təbiət Qoruğu
- ru:Иблис (пьеса) İblis (pyes)
- ru:Дворец шекинских ханов Şəki xan sarayı
- ru:Магомаев, Абдул-Муслим Магомет оглы Müslüm Maqomayev (bəstəkar)
- ru:Мирза Кадым Эривани Mirzə Qədim İrəvani
- ru:Студенты Азербайджанской Демократической Республики за границей Cümhuriyyət tələbələri
- ru:Садыхджан Mirzə Sadıq
- ru:Не та, так эта O olmasın, bu olsun (operetta)
- ru:Мумтаз, Салман Salman Mümtaz
--Azerifactory (müzakirə) 20:26, 17 iyun 2018 (UTC)
- Azerifactory Şəki xan sarayı və İrəvani haqqında məqalələri mən işləyə bilərəm. --sefer azeri 05:33, 18 iyun 2018 (UTC)
- Azerifactory, rus dilini elədə yaxşı bilmirəm. Amma şablon lazım olsa deyə bilərsiniz :)-- Nəriman Müzakirə 10:57, 18 iyun 2018 (UTC)
- Sefer azeri, çox gözəl olar. Mən Sadıqcanı edəcəm. Salman Mümtazıda üzərimə götürürəm.--Azerifactory (müzakirə) 11:33, 18 iyun 2018 (UTC)
Azerifactory İblis dramı edərəm.--Anar müzakirə 07:47, 19 iyun 2018 (UTC)
Milli futbol komandaları
Salam. Milli futbol komandalarını: bu cür yazsaq, fikrimcə daha rahat olar: Azərbaycan MFK, Belçika MFK, Almaniya MFK, Niderland MFK, Kolumbiya MFK, Türkiyə MFK və s. Futbol klubları bu cür: Barselona FK (futbol klubu) yazılır. Milli futbol komandaları da bu cür yazılsa yaxşı olardı. Bu mövzuda Azerifactory, Aykhan Zayedzadeh və digərlərinin fikrin bilmək istərdim.--Anar müzakirə 05:54, 20 iyun 2018 (UTC)
- Məncə, pis fikirdir. EnVikidə FC Barcelonadır. Düzdür. Amma milli yığmalar haqqında olan məqalələr misal üçün belə deyil. Azerbaijan NFT. National Football Team. Çox pis və ağlabatmaz fikirdir. İndi məqalələr belə olmalıdır? Braziliya MFK. MFK, Mini Futbol Komandasına bənzəyir. 91.191.197.18 06:42, 20 iyun 2018 (UTC)
- Anar Məmmədov, belə olmaz. Azərbaycan dilinin öz standartı var. --Azerifactory (müzakirə) 10:19, 20 iyun 2018 (UTC)
- Bizdə daha çox FK kimi tanınır. Məsələn Barselona FK.-- Nəriman Müzakirə 11:37, 20 iyun 2018 (UTC)
- istiqamətləndirmə kimi vermək olar, amma rəsmi olaraq, "milli futbol komandası" yazılır. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 12:42, 20 iyun 2018 (UTC)
- Hörmətli Anar Məmmədov, belə zarafatlar etməyin :) --eldarado ✉ 12:59, 20 iyun 2018 (UTC)
- Eldar bəy )) 91.191.197.18 20:14, 20 iyun 2018 (UTC)
VP:SNS-də kütləvi sayda məqalə namizədləri və obyektivlik
Salam hörmətli həmkarlar. VP:SNS-ə kütləvi sayda məqalələr təqdim edilir. Bu nə dərəcədə obyektivlik, şəffaflıq və tərəfsizlik yaradır? Tək - tək təqdim etmək yaxşı olmazmı? Hər halda 1 məqalə olanda İstifadəçi rahat baxır və obyektiv fikrini irəli sürə bilir. Bu qədər məqalənin bir başlıq altında silinməyə namizəd təqdim edilməsi nə dərəcədə düzgündür? Məncə bunun bir çıxış yolu olmalıdır. Ya idarəçinin səlahiyyəti artırılmalı yəni, tək - tək məqalələr yox,mənbəsi olmayan və ümumən vikipediya standartlarına cavab verməyən məqalələr (məsələn, bu, bu və bu kimi məqalələr) birbaşa idarəçi tərəfindən silinməli, (bunu istifadəçi idarəçinin müzakirə səhifəsinə yazaraq bildirə, yaxud sil şablonu əlavə edərək idarəçini, bürokratı məlumatlandıra bilər), ya da məqalələr tək tək təqdim edilsin. Bəzi məqalələr varki, idarəçi onları silmir, hər halda heç kəs müzakirə səhifəsində uzun - uzadı müzakirəyə baş qoşmaq istəməz. Ancaq buna bir çarə də tapılmalıdır axı, kütləvi halda silinmə heçdə obyektiv deyil. Bir yolda Vikianbarın silinmə üsulundan istifadə etməkdir.--Rufet Turkmen (müzakirə) 14:53, 20 iyun 2018 (UTC)
- Salam. Mən VP:SNS-də fikrimi qeyd etdim artıq. Qəbul olunmuş qaydalara uyun olaraq hərəkət edilməlidi. Heç yerə qaçmırıq. Zatən ensiklopedik olmayan yüzlərlə məqalə (bəlkədə minlərlə) mövcuddur hal hazırda. Bu günə qədər qalıblar bir ayda gec silinsə heçnə olmaz. Ama əsas odur ki bir-bir və şəffaf şəkildə qərarlar verilsin. Buna görədə lütfən hər biriniz anlayışlı və diqqətli olun məqalələri silinməyə təqdim edərkən. Hörmətlə --eldarado ✉ 15:09, 20 iyun 2018 (UTC)
- Məncə məqalələr tək-tək çıxarılmalıdır müzakirəyə. Çünki bəzən toplu məqalələrin hər biri haqqında ayrı qərar vermək lazım gəlir. --Drabdullayev17 (müzakirə) 17:49, 20 iyun 2018 (UTC)
- Məncə VP:SNS-i laboratoriya kimi səhifənin altında etmək lazımdır. Məsələn Vikipediya:Silinməyə namizəd səhifələr#Emin Milli yox Vikipediya:Silinməyə namizəd səhifələr/Emin Milli. -- Nəriman Müzakirə 11:20, 24 iyun 2018 (UTC)
- Mən bu məsələlərdə hər 2 tərəfi başa düşürəm. Amma belə deyim də: Məqalələr tək-tək çıxarılmalıdır müzakirəyə amma aktyorlar, sənət adamları haqqında tam boş məqalələr müzakirəsiz silinməlidir.--Azerifactory (müzakirə) 13:41, 26 iyun 2018 (UTC)
Yeni hüquqlar
Salam, bildiyimiz kimi Azərbaycanca Vikipediyaya yeni hüquqlar yüklənib:
- Avtopatrul,
- patrul
Bu hüquqlara görə patrul yeni yaradılmış məqalə və redaktələri nəzərdən keçirə və bu haqda idarəçiyə məlumat verə, məqalənin qalması üçün müəyyən dəyişikliklər edə bilər. Bu hüquqlar heç bir qaydaya söykənmədiyi üçün əlbəttəki, onların verilməsi düzgün sayılmır. Təklif edirəm marağı olan istifadəçilər bu hüquqlara aid qanunları digər Vikipediyalardan tərcümə etsinlər, habelə AzViki istifadəçiləri də bu qaydaya öz fikirlərini bildirsinlər. Bir sözlə qaydalar rəsmi prinsiplərə çevrilsinlər. Hərə 3-4 cümlə əlavə etsə bitər, elədə böyük məzmunlu qaydalar deyil. Bu hüquqlar bizə verilibsə, məncə işlək vəziyyətə gətirilsə heçdə ziyanımıza olmaz. Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Cekli829, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Sultan11, Wertuose, White Demon, Anar Məmmədov, Aykhan Zayedzadeh, Samral, Wikipediya M, Sefer azeri, Fortius-94, Namikilisu, Masalli qasimli, KaraBakh, Enver62 zəhmət olmasa fikirlərinizi bölüşərdiz.--Rufet Turkmen (müzakirə) 18:59, 21 iyun 2018 (UTC)
- Salam, bu barədə fikirlərimi əvvəlki mövzuda qeyd etmişdim. FlaggedRevs patrol sisteminin aktivləşdirilməsi üçün nə qədər səy göstərsəmdə trviki və ruvikidəki sistemi gətirə bilmədim, sadə patrol sistemini aktiv edə bildik. Dedilər ki, artıq FlaggedRevs sistemini əlavə etmirik heç bir vikiyə. Bunun səbəbi isə bahalı olması və digər səbələrdi. Bu sadə patrul sisteminin də vandalizmə qarşı çoxda effektli olacağını düşünmürəm. Ama yenədə aktiv olubsa istifadə edək deyərdim. --eldarado ✉ 08:19, 22 iyun 2018 (UTC)
Eldarado sizi başa düşürəm bəy, haqlısız. Ancaq FlaggedRevs sistemi olmadan da bu sistemdən istifadə etmək olar (məsələn, burdan Ceklinin global hüquqlarına göz gəzdirsəz nə demək istədiyimi tam anlayacaqsız). Hər halda idarəçi hüquqlarından ikisi patrul və avtopatrula veriləcək.--Rufet Turkmen (müzakirə) 10:03, 22 iyun 2018 (UTC)
- Hörmətli Rufet Turkmen, bu sistemin nə olduğu bilirəm :) və mən istifadənin mümkün olmadığını demədim, istifadənin vandalizmə qarşı mübarizədə effekli olmayacağını dedim. Çünki azviki poatrol sisteminin aktivləşdirilməsini ən çox vandalizmlə mübarizə üçün istəyirdi. --eldarado ✉ 10:29, 22 iyun 2018 (UTC)
- Eldarado haqlısız. Səhv başa düşməyin, sizə yazarkən digər istifadəçilərin də mövzunun məğzini anlamaqlarını istədim o səbəbdən bu cür yazdım. Əziz həmkarlar sadəcə Vikipediya:Vikipediya əhalisi səhifəsinə patrul haqqında məlumatlar yerləşdirilməlidir. Əlavə olaraq patrulun əsas vəzifəsi olan təsdiqlənmə (Vikipediya:Səhifənin təsdiqlənməsi) tam tərcümə edilməlidir. Əlbəttəki bizdə FlaggedRevs olmadığı üçün ona aid olan funksiyalarıın tərcüməsinə ehtiyac yoxdur.--Rufet Turkmen (müzakirə) 10:43, 22 iyun 2018 (UTC)
- Hörmətli Rufet Turkmen, bu sistemin nə olduğu bilirəm :) və mən istifadənin mümkün olmadığını demədim, istifadənin vandalizmə qarşı mübarizədə effekli olmayacağını dedim. Çünki azviki poatrol sisteminin aktivləşdirilməsini ən çox vandalizmlə mübarizə üçün istəyirdi. --eldarado ✉ 10:29, 22 iyun 2018 (UTC)
- Rufet Turkmen bu linkdə hansı hissələri tərcümə edim?
--► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 13:01, 22 iyun 2018 (UTC)
- Aykhan Zayedzadeh ilk öncə təşəkkürlər. Azvikidə hansı hüquqlar varsa həmin hüquqlardan söhbət açılan hissələri məsələn, patrul və avtopatruldan, idarəçidən və bürokratdan. İndi fikir verdim həmçinin bu səhifə də tərcümə edilməlidir. Kim istəsə tərcümə edə bilər. Mənim imtahanlarım qurtaran kimi özümdə bu qaydaların üzərində işləyəcəm. Sadəcə olaraq hamı bir yerdə işləsə tez bitəcək.--Rufet Turkmen (müzakirə) 15:24, 22 iyun 2018 (UTC)
- Məncə editor, rollbacker qrupları yaratmaq olar.-- Nəriman Müzakirə 11:22, 24 iyun 2018 (UTC)
- Rufet Turkmen, Eldarado, təftişçini müfəttiş etsək olar?-- Nəriman Müzakirə 11:04, 28 iyun 2018 (UTC)
- Mәncә gәrәk yoxdur. Tәftişçi daha uyğundur.--eldarado ✉ 11:58, 28 iyun 2018 (UTC)
Neriman2003 avtopatrul ilə patrul qaydalarının yaradılması uzağı 2 saatlıq tərcümə işidir. Əl-ələ verib onları ərsəyə gətirə bilmirik. Təftişçi, rolbacker, editor kimi əsaslı və böyük mətnli qaydalara söykənən istifadəçi qruplarından danışmağa nə ehtiyac? Biz əlimizdə olanı dəyərləndirə bilmirik, əlimizdə olmayana can atmağın nə mənası?--Rufet Turkmen (müzakirə) 13:28, 28 iyun 2018 (UTC)
- Rufet Turkmen, o qaydaları mən tərcümə edərəm. Amma imtahana görə vaxtım yoxdur. İmtahandan sonra edərəm. Vandalizmlə mübarizə aparmaq üçün editor, rollbacker qrupları yaradılmalıdır.-- Nəriman Müzakirə 13:34, 28 iyun 2018 (UTC)
- Rollbacker funksiyası idarəçilərdə var ama çox nadir hallarda ehtiyac duyulur. Gələcəkdə ehtiyac duyula bilər ama zənnimcə indiki halda ehtiyac yoxdur. --eldarado ✉ 08:00, 29 iyun 2018 (UTC)