Vikipediya Kend Meydani Arxiv Iyun 2020 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Sual
- Salam. Mənə həmişə bir mövzu qaranlıq qalıb: Məsələn, bir tam onda beş 1.5 yazılmalıdır yoxsa 1,5? Və ya əksinə min beş yüz 1.500 yazılmalıdır yoxsa 1,500? Məqalələrin çoxunda 1,500 nümunəsində olduğu kimi gördüyüm üçün belə də yazırdım. Yəni kəsr hissəli ədədləri nöqtə ilə, yüzlüklər/minliklər və s. isə vergüllə. Amma dəqiqləşdirmək istədim çünki digər vikilərdə və bəzi məqalələrdə bu qarışıq mövzuya çevrilir. — Sofy ₪ 07:32, 27 may 2020 (UTC)
- Hörmətli Sofy2004, kəsrlərdə vergül istifadə olunur, yüzlüklər/minliklər isə nöqtə ilə ayrılır.—Drabdullayev17 (müzakirə) 09:37, 27 may 2020 (UTC)
- @Drabdullayev17, və @Sofy2004, qeyd etdiyiniz nöqtə-vergül, həmçinin bəzi digər bu kimi məsələlərin müxtəlif dillərin hər birində öz qaydaları var. Azərbaycan dilinin qaydalarını ən yaxşı Microsoft Windows proqramının regional tənzimləmələrində Azərbaycan dilini seçməklə görə bilərsiniz. Konkret sualda göstərdiyiniz nümunələrdə 1.5 ingilis dilinin qaydasıdır, bizdə 1,5 olmalıdır. 1.500 və 1,500 isə biri Avropa, digəri ingilis-Amerikan üslubudur, bizdə isə nöqtə-vergülsüz 1500 şəklində yazılmalıdır.--Wertuose (müzakirə) 08:45, 31 may 2020 (UTC)
- Hörmətli Sofy2004, kəsrlərdə vergül istifadə olunur, yüzlüklər/minliklər isə nöqtə ilə ayrılır.—Drabdullayev17 (müzakirə) 09:37, 27 may 2020 (UTC)
Fərqli şrift
Salam. Bir müddət əvvəl Ermənistan məqaləsinin adının fərqli şriftlə yazıldığını görmüş və müzakirə səhifəsinə qeyd etmişdim. İndi isə Azərbaycan məqaləsinin adının da eyni şəkildə yazıldığını gördüm. Məqalənin müzakirə səhifəsində də bu barədə qeyd edilib. Bir daha diqqətinizə çatdırmaq istədim.— Sofy ₪ 07:46, 5 iyun 2020 (UTC)
- Hörmətli Sofy2004 və Samral problemin səbəbi {{Şərq Tərəfdaşlığı}} şablonunda idi. Həll etdim. — Drabdullayev17 (müzakirə) 09:32, 5 iyun 2020 (UTC)
MetaWiki'nin AZwiki üzerine uyguladığı hükümler çifte standarttır - hepinizi meradaki yeni RFC-ye davet ediyorum
Okuyunuz o linki. İngilizce bilmeyenler için özet:
Metawikide küresel mahkeme komitesi yoktur, her wikipedia (azwiki trwiki enwiki vs) bağımsızdır, adminlerin aldığı kararlar yerel wiki-toplumların değerlendirmesine ve takdirine bağlıdır. Ama gelin görün ki AZ.wiki söz konusu olunca tüm bunları yok saymışlar ve AZwiki üzerine hüküm vermişler, bir admin birini blockladı diye adminlikten etmişler
RFC sayfasında linkleriyle beraber hepsini anlattım, uzun da değil RFC. Hepinizi bekliyorum, AZ.wiki diğer vikilerden eksik değil, çifte standarta sessiz kalmayın --Ruhubelent (müzakirə) 15:23, 5 iyun 2020 (UTC)
- Katılımınız çok önemlidir arkadaşlar, AZwiki Azeri dilindeki akademik kaynaklara göre yazılmalıdır, meta-daki bir avuç insanın size sayfaları nasıl yazacağınızı dikta etmesini kabullenmeyin. AZ akademik kaynaklar "Qondarma soykırım" diyorsa öyle yazın, siz metadakilerin marabası değilsiniz, onlar da sizin ağanız-efendiniz değil. Bu ağa-maraba diktasını mı kabulleneceksiniz? --Ruhubelent (müzakirə) 18:50, 5 iyun 2020 (UTC)
Urgent Help
Please help us translate the text (in bold) to your language Join WPWP Campaign to improve Wikipedia articles with photos and win a prize. Thanks for your help. T Cells (müzakirə) 09:02, 6 iyun 2020 (UTC)
Vikipediya:İstifadəçi səhifəsi qaydaları
Səhifənin rəsmi prinsipə çevrilməsi üçün ilk müzakirədə yetərincə istifadəçi iştirak etmədiyi üçün və bəzi istifadəçilər qaydanı yanlış anladıqları üçün prinsipin səsverməsini yenidən təşkil etdim.— Turkmen müzakirə 23:01, 9 iyun 2020 (UTC)
- Turkmen, bax məsələn götürək mənim istifadəçi səhifəmi (İS). Mənim İS-im bu qaydaya ziddi? Deyilsə, bəs onda konkret nə formada olan bir İS bu qaydaya ziddi?— samral müzakirə 11:06, 11 iyun 2020 (UTC)
- Samral xeyir sənin istifadəçi səhifən qaydaya zidd deyil. İstifadəçi fəaliyyətin haqqında istədiyin qədər yaza bilərsən. Hətta özün haqqında da 1-2 abzaslıq yaza bilərsən, şəklini yerləşdirə bilərsən, alt səhifələri yerləşdirə bilərsən, qaralama kimi istifadə edə bilərsən. Envikinin özündə böyük ölçüdə istifadəçi səhifələri minlərlədir. Mən qaydanı tərtib edərkən envikidən də yaralanmışam. Zidd olan odur ki, istifadəçi səhifəni məqalə tipində istifadə edə bilməzsən, məqalə şablonlarından, məqalə kateqoriyalardan istifadə edə bilməzsən, reklam xarakterli, spam xarakterli istifadə edə bilməzsən və s.--Turkmen müzakirə 12:28, 11 iyun 2020 (UTC)
- Rəsmi prinsip kimi qəbul edildi.— Turkmen müzakirə 08:34, 24 iyun 2020 (UTC)
Salam. Zəhmət olmazsa, namizədlərə bu işi görən idarəçilərdən biri baxsın. 2 həftə olacaq kı, məqalələr gözləyir. Bu layihə yeni irəli sürülüb, lakin məsuliyyətsizlik müşahidə olunur. Laboratoriya sistemində bu qədər gözlənildiyini xatırlamıram. Hörmətlə.--Maqamedd (müzakirə) 10:49, 11 iyun 2020 (UTC)
Editing news 2020 #2
Read this in another language • Subscription list for this multilingual newsletter
This issue of the Editing newsletter includes information the Talk pages project, an effort to help contributors communicate on wiki more easily.
- Reply tool: This is available as a Beta Feature at the four partner wikis (Arabic, Dutch, French, and Hungarian Wikipedias). The Beta Feature is called "Müzakirə alətləri". The Beta Feature will get new features soon. The new features include writing comments in a new visual editing mode and pinging other users by typing
@
. You can test the new features on the Beta Cluster now. Some other wikis will have a chance to try the Beta Feature in the coming months. - New requirements for user signatures: Soon, users will not be able to save invalid custom signatures in Special:Preferences. This will reduce signature spoofing, prevent page corruption, and make new talk page tools more reliable. Most editors will not be affected.
- New discussion tool: The Editing team is beginning work on a simpler process for starting new discussions. You can see the initial design on the project page.
- Research on the use of talk pages: The Editing team worked with the Wikimedia research team to study how talk pages help editors improve articles. We learned that new editors who use talk pages make more edits to the main namespace than new editors who don't use talk pages.
20:32, 17 iyun 2020 (UTC)
Sürətli silmə kriteriyalarına (VP:SSK) maşın tərcüməsi bölməsinin artırılması
Salam hörmətli həmkarlar təklif edirəm maşın tərcüməsi olan məqalələr sürətli silinsinlər. Belə ki, bu tip məqalələrə "qaralama-az şablonu"(heçbir viki təcrübədə olmayan şablon) yerləşdirsək də səhifələrə sonradan heçbir düzəliş edilmir və illərlə səhifələr o vəziyyətdə qalırlar. Təbii ki, bu da vikinin nüfuzuna ziyan vurur. — Turkmen müzakirə 00:40, 8 iyun 2020 (UTC)
- Turkmen, sizinlə tamamilə razıyam. Və əlavə edim ki, bizdə Vikipediya:Səhifə silmə kriteriyaları olsa da Vikipediya:Sürətli silmə kriteriyaları yoxdur təəssüf ki. Mütləq olmalıdır. Düzdür, VP:SSK-da "Müzakirə edilmədən silinən məqalələr" bölməsi olsa da, düşünürəm ki, bu kifayət deyil.— samral müzakirə 15:17, 8 iyun 2020 (UTC)
- Belə səhifələr dərhal silinməlidir. Qaralama şablonunu qoymağa da ehtiyac yoxdur. — Thunder Storm (müzakirə) 21:48, 11 iyun 2020 (UTC)
- Bu haqda səsvermə başladıldı. Lütfən hamı iştirak etsin.— Turkmen müzakirə 09:17, 24 iyun 2020 (UTC)
- Belə səhifələr dərhal silinməlidir. Qaralama şablonunu qoymağa da ehtiyac yoxdur. — Thunder Storm (müzakirə) 21:48, 11 iyun 2020 (UTC)
- Qəbul edildi — Turkmen müzakirə 20:22, 15 iyul 2020 (UTC)
Şəxs: Adı, atasının adı, soyadı
Salam. Şəxslərlə bağlı məqalələrdə ilk cümlədə şəxsin adı, atasının adı, soyadı bir neçə formada verilib. Standart forma necə olmalıdır?
- 1) Həsənov Əli Hüseyn oğlu
- 2) Əli Hüseyn oğlu Həsənov
- 3) Əli Həsənov
- 4) Həsənov Əli
- 5) Əli Həsənov (tam adı: Əli Hüseyn oğlu Həsənov)
- və s.
- Bu məsələ Stil kitabçasında əksini tapmalıdırmı?→Vago ms 20:51, 14 iyun 2020 (UTC)
Bildiyim qədərilə belə: Adı; ata adı/orta adı (middle name); soyadı. Əgər təxəllüsü varsa, eyni prosesi təkrarlayıb, daha sonra isə mötərizə daxilində yazılmalıdır: təxəllüsü: təxəllüs. --► Hörmətlə: SolaVirum 04:08, 15 iyun 2020 (UTC)
- Salam. Müstəqil Azərbaycan Azərbaycan SSR-də buraxılmış kitablarda ikinci variant kimi verilir. Vikipediyada da düşünürəm ki, standart belə olmalıdır. 5-ci versiya isə bütün ensiklopediya normalarına ziddir. Ata adının verilməsi üçün ad-soyadı təkrarlamaq yaxşı görünmür, çünki hər kəsin tam adı var. Bu praktika bütün vikilərdə belədir.
- Digər bir məsələ isə d. və ö. kimi yazılardır. Fikir versək, Türkiyədən başqa heç bir ölkədə qəbirlərin üzərinə belə yazı yazılmır. Aydın məsələdir ki, mötərizədə verilən birinci tarix doğumu, ikinci isə ölümü görsədir. Şablonda bu barədə məlumat verilir. Eləcə də doğum yeri. Bütün inzibati vahidləri yazmaq da estetiklikdən çıxır. Məsələn,
Allahverdi Bağırov (tam adı: Allahverdi Teymur oğlu Bağırov; d. 22 aprel 1946, Ağdam, Azərbaycan SSR, SSRİ — ö. 12 iyun 1992, Ağdam, Azərbaycan)
→
Allahverdi Teymur oğlu Bağırov (22 aprel 1946, Ağdam — 12 iyun 1992, Ağdam)
- Ümidvaram bu məsələ həllini tapar. Çünki məsələ Vikipediya standartlarına gəldikdə hərə müxtəlif fikirdədir. — Toghrul Rahimli • M/F 07:51, 15 iyun 2020 (UTC)
- Stil kitabçasına görə illərdən sonra şəkilçi də yazılmalıdır (7-ci bənd), ona görə (22 aprel 1946, Ağdam — 12 iyun 1992, Ağdam) yox, (22 aprel 1946-ci il, Ağdam — 12 iyun 1992-ci il, Ağdam) yazıla bilər. Ya da Stil kitabçasında dəyişiklik edilməlidir ki, illərdən sonra bəzi hallarda şəkilçi və il sözü yazılmaya da bilər. Həmçinin təklif edirəm ki, tam ad göstəriləndə birinci familiya, sonra ad, sonra ata adı göstərilsin. ASE və AME-da birinci familiya yazılır. Burada məqalənin adında olmasa da, heç olmasa tam adda birinci familiyanı göstərək. Tofiq Kərimli (müzakirə) 15:04, 16 iyun 2020 (UTC)
- Məncə Allahverdi Bağırovun versiyası düzdür çünki, elə adam var ki, ləqəblə gedir. Məsələn Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) — Azerifactory (müzakirə) 02:55, 19 iyun 2020 (UTC)
- @Azerifactory, sizinlə həmfikirəm, amma burada ad/soyadda fərqlilik yoxdur. Allahverdi Bağırov da qalıb. — Toghrul Rahimli • M/F 10:45, 19 iyun 2020 (UTC)
- Məncə Allahverdi Bağırovun versiyası düzdür çünki, elə adam var ki, ləqəblə gedir. Məsələn Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) — Azerifactory (müzakirə) 02:55, 19 iyun 2020 (UTC)
- Stil kitabçasına görə illərdən sonra şəkilçi də yazılmalıdır (7-ci bənd), ona görə (22 aprel 1946, Ağdam — 12 iyun 1992, Ağdam) yox, (22 aprel 1946-ci il, Ağdam — 12 iyun 1992-ci il, Ağdam) yazıla bilər. Ya da Stil kitabçasında dəyişiklik edilməlidir ki, illərdən sonra bəzi hallarda şəkilçi və il sözü yazılmaya da bilər. Həmçinin təklif edirəm ki, tam ad göstəriləndə birinci familiya, sonra ad, sonra ata adı göstərilsin. ASE və AME-da birinci familiya yazılır. Burada məqalənin adında olmasa da, heç olmasa tam adda birinci familiyanı göstərək. Tofiq Kərimli (müzakirə) 15:04, 16 iyun 2020 (UTC)
- Azerifactory ilə razıyam. Məsələn Əbülfəz Elçibəy də həmçinin. Belə yazılmağı düzgündür də: Əbülfəz Elçibəy (tam adı: Əbülfəz Qədirqulu oğlu Əliyev; ...— samral müzakirə 08:29, 19 iyun 2020 (UTC)
- "Tam ad"da soyadını birinci yazmaq daha çox ensiklopedik görünür məncə. Tofiq Kərimli (müzakirə) 22:27, 19 iyun 2020 (UTC)
- Məncə Toghrul Rahimli və Samral dediyim variant ən düzdür. Çünki ata adını çox adamlar deyənda yada salmırlar. Ona görə gəlin edək - o adam hansı adla tanınır (Məsələn - Fikrət Sadıqov və ya təxəllüslü Fikrət Sadıq), daha sonra tam adı. Bunu da hər yerdə istifadə edək— Azerifactory (müzakirə) 01:19, 20 iyun 2020 (UTC)
- Belə başa düşürəm ki, məqalə adı ləqəblə olmasa ad, atasının adı, soyadı: Allahverdi Teymur oğlu Bağırov (22 aprel 1946, Ağdam — 12 iyun 1992, Ağdam), ləqəblə olanda isə tam adın göstərilən qaydada mötərizə içərisində verilməsi münasib görülür: Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə, ...) →Vago ms 06:45, 20 iyun 2020 (UTC)
- "Tam adı:" sözünü yazmağa heç bir ehtiyac yoxdur, çünki bu əslində tam ad deyil, bir az uzun addır, ad+ata adı+familiyadan ibarətdir AAF. Terminalogiyada bunun öz adı varmən unutmuşam, kimsə bilirsə yazsın. Burada mübahisələn əsas şey d. və ö. sablonlarından bundan sonra istifadə etmək, ya etməməkdir və mən mübahisələndirirəm ki, tam adda birinci familiya yazılmalıdır. Mən izah etdim ki, ASE və AME-də birinci familiya yazılır, bizim ensiklopedik qaydalarımız belədir. İkinci əlavə edim ki, axtarış sistemi üçün də bu variantın olması lazımdır məncə. Məısələn. məqalənin adı Kənan Məmmədovdur. Kimsə internet axtarışda "Məmmədov Kənan" axtararsa, "Kənan Məmmədov" məqaləsi üzə çıxmaya bilər. Amma məqalədə bir yerdə, mən təklif etdiyim kimi, tam adda birinci familiya yazılarsa, "Məmmədov Kənan" axtarəşında "Kənan Məmmədov" məqaləsi də görünməlidir. Mən fikrimi məntiqəuyğun olaraq izah edirəm, zənnimcə bunu qəbul etməmək üçün heç bir əsas yoxdur. Tofiq Kərimli (müzakirə) 16:18, 20 iyun 2020 (UTC)
- @Tofiq Kərimli, bunun üçün {{DEFAULTSORT:Soyad, Ad}} vardır. Əslində, onu bot vasitəsilə əlavə etmək mümkündür, sadəcə geniş praktikaya çevirmək çətinləşəcək. Quqlda axtarışda isə bu, demək olar ki, fərq etmir, "SEO" sadəcə açar sözlər vasitəsilə nizamlanır. — Toghrul Rahimli • M/F 12:02, 21 iyun 2020 (UTC)
- @Toghrul Rahimli, amma mən görürəm ki internet axtarışda ciddi fərq var. Məsələn bu "Rəşid bəy Əfəndiyev" axtarışının nəticəsi, AzViki birincidir. Bu isə "Əfəndiyev Rəşid bəy" axtarışı, Azviki gözə dəymir, ən azından birinci onluqda görünmür. Şəki Ensiklopediyasında isə fərq etmir, bu "Əsgər Xəlilov" axtarışının nəticəsi, 1-ci yer (şəkillərdən sonra); bu isə "Xəlilov Əsgər" axtarışının nəticəsi, yenə birinci yer. Mən bilirəm ki müzakirə boş bir şeydir, görüntü üçündür. Bağlı qapılar arasında nəyəsə qərar verilibsə, müzakirə və səsvermə heç nəyi dəyişməməlidir. Tofiq Kərimli (müzakirə) 14:32, 21 iyun 2020 (UTC)
- Hörmətli @Tofiq Kərimli,, Azvikinin fəal istifadəçiləri o qədər də çox deyil ki, bu cür məsələlər bağlı qapı arxasında həll olunsun. →Vago ms 19:39, 21 iyun 2020 (UTC)
- Hörmətli @Vago, amma Azvikinin fəal istifadəçilərinin o qədər də çox olmaması hər şeyin bağlı qapılar arxasında planlaşdırılmasının karantiyası deyil. Fəal istifadəçilərin sayı çox da olsa, az da olsa hər şeyə bir nəfər qərar verir, görünən budur. Mən aşağıda kateqoriya izahında səhvi göstərdim, bir həftədir, bunu düzəldən yoxdur. Çünki qərar vermək səlahiyyəti olan şəxsin kefi belə istəyir. Onu Azviki əsla maraqlandırmır, onu maraqlandıran budur ki, nə edim vəziyyət daha da pis olsun? Bir də stil kitabçasında söz düşmüşkən, nəzərinizə çatdırmaq istəyirəm ki, məcə azərbaycan dilində "stil" sözü yoxdur. Üslubdur bizdə. Tofiq Kərimli (müzakirə) 18:55, 26 iyun 2020 (UTC)
- Hörmətli @Tofiq Kərimli,, yanlış düşünürsünüz. Burada bir nəfərin qərarı ilə məsələ həll olunmur. Vikipediyada fəaliyyət könüllülük əsasındadır. Burada kimisə məcbur etmək də olmaz ki, bu işləri görməlisən. Stil sözü isə üslub sözü ilə sinonim sözlərdir və məncə orfoqrafiya lüğətində əksini tapıb. →Vago ms 21:22, 26 iyun 2020 (UTC)
- Hörmətli @Vago, lüğətə "stil" sözünün daxil edilib-edilməməsi ilə bağlı mübahisə etmirəm. Amma "üslub" sözünün daha geniş işlənməsinə, daha anlaşılan olmasına siz də yəqin ki mübahisə etməzsiniz. Bəli, "Stil kitabçası" əvəzinə "Üslub qaydaları", yaxud sadəvcə "üslub" daha doğru seçim ola bilərdi, ən azından başlığı oxuyan şəxs söhbətin nədən getdiyini daha tez anlaya bilərdi. O ki qaldı heç kimi heç nəyə məcbur etməmək məsələsinə, bu doğru fikir deyil, idarəçilər onlara edilən müraciətləri ən qısa zaman ərzində cavablandırmağa borcludurlar. Bu idarəçilər haqqında qaydada göstərilib. İdarəçilər yalnız istefa vermək məsələsində sərbəst seçim edə bilərlər, səlahiyyətlərini icra edə bilmirlərsə istefa versinlər, istefa versinlər ki, idarəçi səlahiyyətlərini icra edə bilənlər idarəçi olsunlar. İdarəçi, bürokrat titul deyil, vəzifədir. Vəzifəni daşıyan şəxs, öz vəzifəsini yerinə yetirməlidir. Vəzifəsini yerinə yetirmirsə, biz ona yaxşı yol deyə bilərik.Tofiq Kərimli (müzakirə) 21:54, 26 iyun 2020 (UTC)
- Hörmətli @Tofiq Kərimli,, mən sadəcə stil sözünün də dilimizdə olduğunu qeyd etdim. "Stil kitabçası"nı "Üslub kitabçası"na dəyişilməsinin mənim üçün elə də əhəmiyyəti yoxdur. İdarəçilərin olunan müraciətə vaxtında reaksiya verməsinə gəlincə, mən də belə bir müraciət etmişəm, bürokrat və idarəçilərdən heç kim reaksiya verməyib. AzVikidəki vəziyyətin o qədər də qənaətbəxş olmadığını görürəm. Çünki Aktiv fəaliyyət göstərdiyim vaxtı, xatırımda düzgün qalıbsa, AzViki ən azı 48-ci pillədə idi. 9 ilə 60 mindən də az məqalə yaranıb, Cənubi Azərbaycanca Vikipediya yaradılıb, qısa zamanda bizdən irəli keçib, halbuki 40 milyonluq kontingentin təmsilçilərini ikiəlifbalı rejimə keçməklə AzVikidə saxlaya bilərdik. Bu cür vəziyyəti görə-görə durub kiminsə xətrinə dəyən deyiləm ki, bu bizik! Siz də hansı idarəçinin işində qaydalar çərçivəsində nöqsan görürsünüzsə, bu haqda onu xəbərdarlıq edin. Əhəmiyyət verməzsə, idarəçilik bayrağının alınması tələbini qoyun. →Vago ms 10:45, 27 iyun 2020 (UTC)
- Hörmətli @Vago, əslində burada nə baş verməsinin bizim üçün - şəkili vikipediyaçılar üçün heç bir əhəmiyyəti yoxdur daha, biz dedik, dedik, yorulduq, 2019-cu ildə öz Vikipediyamızı - sheki.wiki-ni yaratdıq, orada indiyədək heç bir mbahisə olmayıb. Belə görünür ki burada mübahisə yaratmaqda maraqlı tərəflər var. Tofiq Kərimli (müzakirə) 11:34, 27 iyun 2020 (UTC)

- AME-də 3 nəfər bu cür verilib (olduğu kimi verirəm):
- "ƏHMƏD CƏMİL (Əhmәd Sәttar oğlu Cәmilzadә; 20.10.1913, İrәvan – 27.9. 1977, Bakı)"
- ƏFƏNDİYEV (Əfәndizadә) Rәşid bәy İsmayıl bәy oğlu
- ƏFƏNDİYEV (Əfәndizad ә) Rәşid bәy İsmayıl bәy oğlu (24.5.1863, Şәki – 31.8. 1942, Şәki)"
- ƏHMƏDOV Əli Rəcəb oğlu
- ƏHMƏDOV Əli Rәcәb oğlu (5.05.1934, Kürdәmir r-nunun Qağacılı k.)
- Stil rəngarəngliyi hiss olunur.→Vago ms 20:07, 20 iyun 2020 (UTC)
- Bu versiyadakı mötərizə daxilindəki qeydləri uyğun hesab edirəm. Sadəcə ayların adı tam yazılmalıdır viki-normalara görə. — Toghrul Rahimli • M/F 11:49, 21 iyun 2020 (UTC)
- Məncə hansı variant üzərində dayanacıqsa, Stil kitabçasına əlavə edilmək üçün bununla bağlı ayrıca səsvermə keçirilsə yaxşı olar.→Vago ms 11:57, 21 iyun 2020 (UTC)
- Azərbaycan Sovet Ensiklopediyasında d. işarəsindən istifadə edilir, amma şəxs sağ olarkən. Yalnız sağ olan şəxlərin doğum tarixi göstərilərkəd d. işarəsi qoyulur, vəfat etmişlərdə nə d. , nə də ö. işarəsindən istifadə olunmur. Asrb123 (müzakirə) 12:47, 9 iyul 2020 (UTC)
Şəxslər haqqında məqalələr
Salam. Təklif edirəm ki, şəxslər haqqında məqalə yaradıldıqda, şəxsin ensiklopedik əhəmiyyət daşımaması kimdəsə şübhə oyadırsa, məqalə müəllifinə Vikipediya meyarlarını göstərərək, həmin şəxsin bu qaydaların hansına əsasən Ensiklopedik şəxs olmasını tələb etsin. Belə bir sübüt olmadığı təqdirdə İdarəçilərin məsələni yerindəcə həll etməsi daha asan olar. Şəxsin ensiklopedik əhəmiyyətli olduğu müəyyən olunarsa, daha sonra zənginləşdirmək tələbi qoyulsun. Bununla həm də istifadəçi "əməyin qar suyuna dönsün" məsəlinin öna şamil olmasından da azad olar.→Vago ms 07:30, 16 iyun 2020 (UTC)
- Razıyam + düşünürəm ki, yeni şablon yaradılmalı və məqaləni silinməyə namizəd təklif edən istifadəçi bu şablonu məqalə yaradıcısının müzakirə səhifəsinə yerləşdirməlidir. Bu digər vikitəcrübələrdə də var.— Turkmen müzakirə 10:22, 24 iyun 2020 (UTC)
en:Wikipedia:Articles for deletion/Aurat (word) has been relisted to generate a more thorough discussion and clearer consensus. Bookku (müzakirə) 04:09, 20 iyun 2020 (UTC)
Ay adları, illər və tarixlərə keçidlərin verilməməsi haqqında təklif
Salam həmkarlar. Stil kitabçası mənim bu saytda ən çox əhəmiyyət verdiyim qaydalardan biridir. Təklif edirəm ki, ay adları, illər, tarixlər və rəqəmlərə keçidlərin verilməsi qaydadan kənar bir redaktə kimi qəbul edilsin. Bu, onsuz da tətbiq olunur. Sadaladıqlarıma keçidlərin verilməsi həm əlverişli deyil, həm də ki qeyri-estetik görünür. Təklif edirəm ki, Vikipediya:Stil kitabçası/Keçid vermə səhifəsinin məzmunu "Keçid vermə" altbaşlığı altında Vikipediya:Stil kitabçası səhifəsinə köçürülsün. Məsələ haqqında səsvermə buradadır. --► Hörmətlə: SolaVirum 08:02, 24 iyun 2020 (UTC)
Kateqoriya göstəricisində səhv
İstənilən kateqiriyanı açanda altında avtomatık sözlər yazılır. Məsələn, Kateqoriya:Əlifba sırasına görə yazıçı və şairlər kateqoriyasında kateqoruya adının altında yazılır: "Cəmi 2.754 səhifədən aşağıdakı 200 səhifə bu kateqoriyadadır." Amma aslində yazılmalı idi ki, "Bu kateqoriyada 2.754 səhifə var, yaxud məqalə var və bunlardan 200 səhifə aşağıda göstərilir." /languages/i18n/az.json fayılında müvafiq dəyişiklik ediləcəyinə ümidvaram. Tofiq Kərimli (müzakirə) 20:49, 24 iyun 2020 (UTC)
- — NMW03 (müzakirə) 04:06, 25 iyun 2020 (UTC)
- NMW03, siz işarəsi qoyoaraq məsələnin həll edildiyini göstərirsiniz, mən isə baxıram heç nə dəyişməyib, "Cəmi 2.754 səhifədən aşağıdakı 200 səhifə bu kateqoriyadadır" yazılıb. Tofiq Kərimli (müzakirə) 13:43, 25 iyun 2020 (UTC)
- @Tofiq Kərimli, "Bu kateqoriyada 2.754 səhifə var və onlardan 200-ü aşağıda göstərilir." daha uyğun deyil? --► Hörmətlə: SolaVirum 00:56, 27 iyun 2020 (UTC)
- @Solavirum, "Bu kateqoriyada 2.754 səhifə var və onlardan 200-ü aşağıda göstərilir, əlbəttə uyğundur, elə mən də bunu deyirəm, amma orada əvvəlki variant qalmaqdadır: Cəmi 2.766 səhifədən aşağıdakı 200 səhifə bu kateqoriyadadır, AzVikinin yarandığı 15 il ərzində buna heç kimin diqqət yetirmədiyinə, onlarla belə səhvlərin hələ də davam etdiyinə, mən dediyim halda, mənim dediyimə də əhəmiyyət verilmədiyinə görə isə yalnız təəssüflənmək olar. Tofiq Kərimli (müzakirə) 09:28, 27 iyun 2020 (UTC)
- @Tofiq Kərimli, "Bu kateqoriyada 2.754 səhifə var və onlardan 200-ü aşağıda göstərilir." daha uyğun deyil? --► Hörmətlə: SolaVirum 00:56, 27 iyun 2020 (UTC)
- NMW03, siz işarəsi qoyoaraq məsələnin həll edildiyini göstərirsiniz, mən isə baxıram heç nə dəyişməyib, "Cəmi 2.754 səhifədən aşağıdakı 200 səhifə bu kateqoriyadadır" yazılıb. Tofiq Kərimli (müzakirə) 13:43, 25 iyun 2020 (UTC)
- Hal-hazırda orada yazı belədir: "Cəmi 2.794 səhifədən aşağıdakı 200 səhifə bu kateqoriyadadır. Bu kateqoriyada 2.794 səhifə var, yaxud məqalə var və bunlardan 200 səhifə aşağıda göstərilir". Burada "Cəmi 2.794 səhifədən aşağıdakı 200 səhifə bu kateqoriyadadır" nə deməkdir? 200 səhifə bu kateqoriyadan sonra "bu kateqoriyada 2794 səhifə var"ın necə başa düşək? Əvvəl deyilən kimi olmalıdır: "Bu kateqoriyada 2.754 səhifə var və onlardan 200-ü aşağıda göstərilirAsrb123 (müzakirə) 12:53, 9 iyul 2020 (UTC)
- Asrb123, dəyişmişəm. Deyəsən kimsə həmin dəyişiklikliyi təsdiq etməlidir.— NMW03 (müzakirə) 11:29, 14 iyul 2020 (UTC)
Görkəmli şəxsiyyətlər
- Bu mövzu haqqında Kənd meydanında bir dəfə müzakirə aparıldığını xatırlayıram, amma müzakirəni tapa bilmədim. Bəzi YM məqalələrində, xüsusən də Azərbaycanın inzibati vahidlərində "Görkəmli şəxsiyyətləri" bölməsi daim var və ən geniş bölmə də məhz bu olur. Məncə bu mövzuda da müəyyən qayda və ya standart tətbiq edilməlidir. Keçid verməyən, yəni ensiklopedik olmayan şəxslər bölməyə yerləşdirilməməlidir. Bu mövzunun da stil kitabçasında yer alması və ya bir standart olaraq qəbul edilməsi faydalı olar deyə düşünürəm. — Sofy ₪ 08:47, 25 iyun 2020 (UTC)
- Sofy2004 razıyam.Bəzən anonim və ya yeni qeydiyyatdan keçmiş istifadəçilər Azərbaycanın müxtəlif kəndləri haqda olan səhifələrdə qohumları və ya özləri haqda boş və q/e məlumatları yerləşdirirlər.Təəsüf ki hal-hazırda bəzi səhifələr bu problemlərlə tez-tez qarşılaşırlar.Ancaq belə qayda yaratmaq heç nəyi dəyişdirməyəcək.Çünki bəzi istifadəçilər ensiklopedik belə olsa stil kitabçasına uyğun məqalə yarada bilmirlər.--Advellerd Talk 16:00, 25 iyun 2020 (UTC)
- RuVikidə bu problem aradan qaldırılıb, “Görkəmli şəxsiyyətləri” seçmək üçün də mənbə tələb olunur. Məsələn, göstərmək lazımdır ki, bu yer haqqında olan kitabda, mənbədə, saytda, bu adam bu yerin görkəmli şəxsi kimi göstərilir. Mənim alternativ bir təklifim var. Yerin yalnız 5 nəfər görkəmli şəxsin adını yazmaq, bundan artıq yazmamaq, 6-cı isə həmin yerdə anadan olanlar kateqoriyasına keçid vermək: Məsələn, Gəncə üçün:
:Kateqoriya:Gəncədə_doğulanlar
Kateqoriya:Gəncədə_doğulanlar Tofiq Kərimli (müzakirə) 22:18, 1 iyul 2020 (UTC)
- RuVikidə bu problem aradan qaldırılıb, “Görkəmli şəxsiyyətləri” seçmək üçün də mənbə tələb olunur. Məsələn, göstərmək lazımdır ki, bu yer haqqında olan kitabda, mənbədə, saytda, bu adam bu yerin görkəmli şəxsi kimi göstərilir. Mənim alternativ bir təklifim var. Yerin yalnız 5 nəfər görkəmli şəxsin adını yazmaq, bundan artıq yazmamaq, 6-cı isə həmin yerdə anadan olanlar kateqoriyasına keçid vermək: Məsələn, Gəncə üçün:
- Sofy2004 razıyam.Bəzən anonim və ya yeni qeydiyyatdan keçmiş istifadəçilər Azərbaycanın müxtəlif kəndləri haqda olan səhifələrdə qohumları və ya özləri haqda boş və q/e məlumatları yerləşdirirlər.Təəsüf ki hal-hazırda bəzi səhifələr bu problemlərlə tez-tez qarşılaşırlar.Ancaq belə qayda yaratmaq heç nəyi dəyişdirməyəcək.Çünki bəzi istifadəçilər ensiklopedik belə olsa stil kitabçasına uyğun məqalə yarada bilmirlər.--Advellerd Talk 16:00, 25 iyun 2020 (UTC)
Tofiq Kərimli salam.Yeni istifadəçilər (əsasən də anonim istifadəçilər) öz kəndlərində yaşayan demək olarki, tanıdıqları hər kəsin adını səhifəyə qeyd edirlər.Belə səhifələri görəndə çalışdığım qədər q/e məzmunları silməyə çalışıram.Amma yenədə qarşılarını almaq mümkün olmur.Məncə bu səhifələri mühafizə etmək lazımdır.--Advellerd Talk 08:45, 2 iyul 2020 (UTC)
- Advellerd söhbət "Görkəmli şəxsiyyətləri" bölməsi ilə bağlı standartların tətbiq edilməsindən gedir. Mən bu istiqamətdə öx təkliflərimi irəli sürdüm. Birini də əlavə edə bilərəm, həmin bölmələrdə yalnız Vikipediyada haqqında məqalə olan şəxslərin adını yazmaq. Amma bu müzakirənin, belə müzakirələrin vaxtı hələ yetişməyib. Burada qeyd edilən iradlar və irəli sürülən təkliflərin reallaşdırmaq üçün mexanizm yoxdur. Bir sözlə mən də daxil olmaqla, burada müzakirələrdə iştirak etmək boş-boş işlərdir, vaxt itkisindən başqa bir şey deyil. İndiyədək bütün müzakirələr nəticəsiz qaldığı kimi, bu müzakirə, bundan sonrakı müzakirələrin də nəticəsiz qalacağına heç bir şübhə ola bilməz. Tofiq Kərimli (müzakirə) 09:33, 2 iyul 2020 (UTC)
Müasir ruhanilər
Salam. Dövrümüzün ruhaniləri haqqında Ensiklopedik əhəmiyyətlilik tələbləri necə olmalıdır? Məsələn, Hacı Ramil Bədəlov, Axund Azər, Ağarəşid Talıbov bu tələblərə cavab verirmi?→Vago ms 11:37, 25 iyun 2020 (UTC)
- @Vago, məncə məsələn Hacı Şahinin ensiklopedikliyi heç kim üçün şübhəli deyil. Bundan əlavə həbsi və bu həbsin müstəqil mətbuatda geniş əks-səda doğurması səbəbilə Hacı Abgül, Şeyx Cavid, Şeyx Sərdar və s. də ensiklopedikdi məncə. Bundan əlavə Hacı Əhlimanın məqaləsini bir dəfə SNS etmişdilər deyə o məqalənin üstündə işləyib silinməməsinə nail olmuşdum. Mövsüm Səmədov kimi məqalələr də qeyd etdiyim oxşar səbəblərdən ensiklopedikliyi şübhəsizdi məncə. Xülasə deməli nəsə kriteriyası olmalıdır: Kitabları, məqalələri, həbs, siyasilik, tanınmışlıq və s.— samral müzakirə 07:36, 27 iyun 2020 (UTC)
- Hacı Şahin məqaləsinə baxdım, məqalə ensiklopedik hazılansa da şəxs ensiklopedik deyil. Girişə diqqət yetirək: "Azərbaycanlı ilahiyyatçı - din xadimi: “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri (2007 — h.h.): Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi". Burada şəxsin ensiklopedik olduğunu göstərən heç nə yoxdur. Nə ictimai birliyin sədri olması, nə də Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olması onu ensiklopedik etmir. Tofiq Kərimli (müzakirə) 09:40, 27 iyun 2020 (UTC)
- @Samral,, Dini cameədə Hacı Ramili demək olar ki, böyük əksəriyyət tanıyır, Axund Azər ruhani olmaqla bərabər, Respublikada tanınmış qəzəl ustadları arasında öndə gedənlərdəndir. Ağa Rəşid əsasən Quran təfsiri istiqamətində fəaliyyət göstərir. Əslində məşhurluq kriteriyasına görə, bunlar müəyyənləşdirilməlidir.→Vago ms 10:20, 27 iyun 2020 (UTC)
- Hörmətli @Tofiq Kərimli,, Hacı Şahin şəxslərin ensiklopedik əhəmiyyətliliyi kateqoriyasında "“Tanınmış” və “populyar” anlamındakı “məşhur” ifadəsi heç də ikinci dərəcəli deyil." cümləsinə istinad edilsə, ensiklopedik şəxs olur. Ən azı hamı qəbul edir ki, Azərbaycanın 1 nömrəli xətibi Hacı Şahindir.→Vago ms 10:24, 27 iyun 2020 (UTC)
- Hörmətli @Vago, “tanınmış” və “populyar” anlamındakı “məşhur” ifadəsinə istinad etmək üçün əsas olmalıdır. Qeyd etdiyim kimi, nə ictimai birliyin sədri olması, nə də Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olması onu ensiklopedik etmir, etmirsə, deməli, məşhur da etmir, populyar da etmir. Kim onun məşhur və populyar olduğunu israr edirsə, zəhmət olmasa, əsaslandırsın, niyə məşhur və populyardır? Bu qədər sadə. Tofiq Kərimli (müzakirə) 11:17, 27 iyun 2020 (UTC)
- Hörmətli @Tofiq Kərimli,, əgər elə düşünürsünüzsə, Silinməyə namizədlər səhifəsinə müraciət edin.→Vago ms 06:02, 28 iyun 2020 (UTC)
- Hörmətli @Vago, bir məqalə ilə heç nə düzəlməyəcək, üstəlik, həmin məqalənin qalması, yaxud silinməsi mənim üçün heç bir əhəmiyyət daşımır. Mən yalnız qaydanı izah etməyə çalışdım. Düşünürəm ki, redaktorlar qaydaları yaxşı bilsələr daha az səhvə yol verərlər. Tofiq Kərimli (müzakirə) 12:23, 28 iyun 2020 (UTC)
- Hörmətli @Tofiq Kərimli,, əgər elə düşünürsünüzsə, Silinməyə namizədlər səhifəsinə müraciət edin.→Vago ms 06:02, 28 iyun 2020 (UTC)
- Hörmətli @Vago, “tanınmış” və “populyar” anlamındakı “məşhur” ifadəsinə istinad etmək üçün əsas olmalıdır. Qeyd etdiyim kimi, nə ictimai birliyin sədri olması, nə də Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olması onu ensiklopedik etmir, etmirsə, deməli, məşhur da etmir, populyar da etmir. Kim onun məşhur və populyar olduğunu israr edirsə, zəhmət olmasa, əsaslandırsın, niyə məşhur və populyardır? Bu qədər sadə. Tofiq Kərimli (müzakirə) 11:17, 27 iyun 2020 (UTC)
- Hörmətli @Tofiq Kərimli,, Hacı Şahin şəxslərin ensiklopedik əhəmiyyətliliyi kateqoriyasında "“Tanınmış” və “populyar” anlamındakı “məşhur” ifadəsi heç də ikinci dərəcəli deyil." cümləsinə istinad edilsə, ensiklopedik şəxs olur. Ən azı hamı qəbul edir ki, Azərbaycanın 1 nömrəli xətibi Hacı Şahindir.→Vago ms 10:24, 27 iyun 2020 (UTC)
“Məşhur” demişkən, Vikimübaliğə qaydalarına da baxmaq lazımdır. --► Hörmətlə: SolaVirum 11:22, 30 iyun 2020 (UTC)