Vikipediya Kend Meydani Arxiv Iyun 2022 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Vandalizm
Salam. Kimsə bu məqalədə (Andres İnyesta) axmaq yazılan şablonu düzəldib Səid Məmədli mesajını silə bilər? — Azerifactory (müzakirə) 21:09, 1 iyun 2022 (UTC)
- Salam, , həll etdim, ancaq məqaləni qaydasına salmaq və yeniləmək lazımdır. Lavici mesaj? 21:41, 1 iyun 2022 (UTC)
Həmçinin bax bölməsi
Salam. Həmçinin bax bölməsi bütün vikilərdə istinadların üstündə gedir, niyə bizdə bəzi istifadəçilər onu istinadların sonuna atır? Bu həm oxucunu yorur və praktika baxımından effektiv deyil çünki çox adamlar istinadlardan sonra aşağını az oxuyurlar və ya heç oxumurlar.— Azerifactory (müzakirə) 08:52, 3 iyun 2022 (UTC)
- Düzdü, mən həmişə istinadların üstündə verirəm. İstinadların altında verəndə gözə batmır. White Demツnyaz 10:39, 3 iyun 2022 (UTC)
- Düz deyirsiniz. Əlavə olaraq, o başlıqdan ifrat çox istifadə edirlər. --► Hörmətlə: SolaVirum 11:58, 3 iyun 2022 (UTC)
- Həmçinin bax oxucu üçün əlavə oxudu. Oxucuya istinaddan sonra heç nə maraqlı deyil. Ardıcıllıq belə olmalıdı: Həmçinin bax, İstinadlar və Xarici keçidlər. — Araz Yaquboglu (müzakirə) 12:41, 3 iyun 2022 (UTC)
- Araz bəylə razıyam. Lavici mesaj? 12:46, 3 iyun 2022 (UTC)
- Razıyam. Daha əvvəl də qeyd etdiyim kimi, bu tipli elementar şeylər stil kitabçasında yer almalıdır. Bunlara məqalənin sonunda istifadə olunan şablonları da aid etmək olar Surə 🗯 18:54, 3 iyun 2022 (UTC)
- Mən hər dəfə qarışdırıram, necə istifadə edəcəyimizə dair konkret qayda yoxdur. Gərək VP:SK başdan əməlli redaktə olunub yenilənsin. - Dr.Wiki54 (müzakirə) 20:38, 3 iyun 2022 (UTC)
- Araz Yaquboglu Mən də onu deyirəm. Gələcəkdə gələk belə nöqsanlar olmasın. Bəlkə bunu qaydalara əlavə edək?— Azerifactory (müzakirə) 20:12, 5 iyun 2022 (UTC)
- Həmçinin bax oxucu üçün əlavə oxudu. Oxucuya istinaddan sonra heç nə maraqlı deyil. Ardıcıllıq belə olmalıdı: Həmçinin bax, İstinadlar və Xarici keçidlər. — Araz Yaquboglu (müzakirə) 12:41, 3 iyun 2022 (UTC)
Stil kitabçasına əlavələr
Salam. Buradakı səsvermədə iştirak etməyinizi xahiş edirəm. İki ildən bir olsa da, Stil kitabçasının genişləndirilməsi lazımlı bir şeydir. --► Hörmətlə: SolaVirum 20:19, 5 iyun 2022 (UTC)
- Dəhşət passivlik var, vacib əlavələrdir, amma məndən başqa heç kim səs verməyib. White Demツnyaz 13:18, 11 iyun 2022 (UTC)
- @Solavirum, Təklif edərdim ki, 1-2 ay ərzində də olsa stil kitabçası qaydası başdan ayağa tərcümə edilsin. Hər dəfə hissə hissə edilməsindən və səsvermələrin olmasından daha yaxşı olar. - Dr.Wiki54 (müzakirə) 10:02, 12 iyun 2022 (UTC)
- Bəli, yuxarıdakı fikirə qatılıram. Bir zəhmət. Lavici mesaj? 23:14, 12 iyun 2022 (UTC)
VP:RSGVS layihə səhifəsi üçün müvafiq bot istifadəyə verildi
Salam hər kəsə. Burada əldə edilən konsensusa əsasən, bu səhifəni artıq əllə yeniləməyə ehtiyac yoxdu. Müvafiq bot hər gün yeniləyəcək siyahını. Vikimizə görə ilk ən çox redaktəyə sahib 100 istifadəçinin adı siyahıda yer alacaq. Adı siyahıda olanlar {{İstifadəçi töhfə}} və {{İstifadəçi töhfə topicon}} istifadəçi şablonlarını istifadə edə bilərlər. Xeyirli uğurlu olsun! Lavici mesaj? 21:31, 6 iyun 2022 (UTC)
- Lavici, əladır, lakin sualım olacaq. Əvvəlki dizaynı qaytarmaq mümkündürmü? --► Hörmətlə: SolaVirum 22:18, 6 iyun 2022 (UTC)
- Solavirum, botun sahibi demişdi ki, botun hazırki versiyasına ilk redaktə tarixi və qeyd bölmələri daxil deyil. Mən də lazım olan formada tərtib edə bilərsiniz demişdim. Məncə belə də pis deyil. Lavici mesaj? 22:52, 6 iyun 2022 (UTC)
Vikidata İstanbul 2022
Hörmətli həmkarlar,
İstanbul Vikidata Konfransı/Təlim Günləri üçün təqaüd müraciətlərinin artıq açıq olduğunu elan etməkdən məmnunam. Əgər türk icmasını təmsil edirsinizsə, türk dillərində Vikimediya layihələrində fəal iştirak edirsinizsə və ya Cənubi Qafqaz (İran da daxil olmaqla) bölgə icmalarından/dillərindən birini təmsil edirsinizsə, təqaüd üçün müraciət edə bilərsiniz. Müraciət formu 30 iyun 2022-ci il, 23:59 UTC tarixinə qədər açıqdır.
- Ərizəçilər tam təqaüd üçün müraciət edə biləcəklər. Tam təqaüdə daxil olan, şəxsin gediş-dönüş səyahəti, birgə yaşayış və yemək xərcləri "Türkdilli vikimediyaçılar" istifadəçi qrupu tərəfindən təşkil edilən konfrans zamanı qarşılanacaq.
- Konfrans 21-23 oktyabr 2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.
- Türk Vikimediyaçıları üçün 2022 Vikidata Təlimləri haqqında ətraflı məlumat əldə etmək üçün ziyarət edin: https://w.wiki/53dX
- Təqaüd, qeydiyyat və ərizə forması haqqında ətraflı məlumat əldə etmək üçün müraciət edin: https://w.wiki/5FFv
Həmçinin, biz sizi "Türkdilli vikimediyaçılar" istifadəçi qrupu layihələri, tədbirləri haqqında məlumat və xəbərlər əldə etmək üçün poçt siyahımıza (https://w.wiki/5FFw) abunə olmağı tövsiyə edirik. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:15, 7 iyun 2022 (UTC)
Bədii ifadələr
Xatırlayıram ki, bir dəfə bununla bağlı White Demon öz etirazını bildirmişdi. Mən yenə diqqəti bu mövzuya çəkmək istəyirəm. "Anadan olmuşdur", "dünyaya göz açmışdır", "vəfat etmişdir", "dünyasını dəyişmişdir", "haqq dünyasına nazil olmuşdur", "bu dünyadan köç etmişdir" və s. kimi ifadələr qəti şəkildə neytral və vikipediyaya uyğun deyil. Mən təklif edirəm ki, bot vasitəsilə hamısı ölümlə bağlı olan "ölmüşdür/öldü", doğumla bağlı olanlar isə "doğulmuşdur" ilə dəyişdirilsin. Fikirləriniz maraqlıdır - Dr.Wiki54 (müzakirə) 09:07, 7 iyun 2022 (UTC)
- Vəfatla bağlı bütün kateqoriyaları ölümlə dəyişmək lazımdır. Eləcə də, bir çox məqalədə görmək olar ki, başlıqda "tanınmış", "məşhur", "görkəmli" kimi sifətlərdən istifadə olunur ki, bu da düzgün deyil, vikimübaliğədir. Məndə bunlardan istifadə etmişəm, yaratdığım məqalələri təftiş etməyin vaxtı gəlib keçir. White Demツnyaz 09:15, 7 iyun 2022 (UTC)
- @White Demon, mən də "vəfat" və "anadan oldu" ifadələrindən istifadə etmişəm. Amma botlarla bunu rahatca dəyişmək olar. Konsensus olsa. Dr.Wiki54 (müzakirə) 09:16, 7 iyun 2022 (UTC)
- Mən "vəfat"dan artıq neçə müddətdir ki, istifadə etmirəm, "ölmüşdür" yazıram. White Demツnyaz 09:18, 7 iyun 2022 (UTC)
- @White Demon, mən də "vəfat" və "anadan oldu" ifadələrindən istifadə etmişəm. Amma botlarla bunu rahatca dəyişmək olar. Konsensus olsa. Dr.Wiki54 (müzakirə) 09:16, 7 iyun 2022 (UTC)
- Razıyam. Fikirimdə idi. Öldü/ölmüşdür və ya həlak oldu/olmuşdur da yaza bilərik ya da hər ikisi. Bu çox da fərq etmir. Şəhid oldu/olmuşdur kimi və qeyd edilən digər ifadələr də kütləvi şəkildə çıxarılmalıdır, vikimübaliğəli sifətlər də eləcə. Doğumla bağlı olanlar isə standart qayda da doğuldu/doğulmuşdur şəklində olsun. Lavici mesaj? 13:06, 7 iyun 2022 (UTC)
- "Vəfat etmək" və "anadan olmaq" ifadələri ilə bağlı fikirlərlə razı deyiləm. Bu ifadələr bədiilik və məcazilik daşımır. "Anadan olmaq" ifadəsi ilə bağlı tərəddüd edirəm, amma "vəfat etmək" feili "ölmək" feili ilə eynidir. Tək fərq ifadənin mənşəyi (səhv etmirəmsə ərəbcədən dilimizə keçib) və mürəkkəb feil olmasıdır. Hər iki ifadədən publisistik üslubda, yerli mediada geniş istifadə olunur. Elmi üslubda da istifadəsinin geniş olduğunu zənn edirəm. Digər qalan ifadələr frazeoloji birləşmələrdir ki, bu ifadələrdən publisistik və elmi üslubda istifadə edilmir və birmənalı şəkildə vikidə də istifadə edilməməlidir. — Surə 🗯 20:22, 7 iyun 2022 (UTC)
- Fikrimcə, ən neytralı "ölmüşdür"dü. "Doğulmuşdur" daha doğru ifadədir hesab edirəm. Məncə, standart olsun, yoxsa hər məqalədə fərqli cür yazılmasın. Məsələn, şəhidlərə "şəhid oldu" yerinə "həlak oldu" ya da "öldü" yazmaq lazımdır. Lavici mesaj? 10:58, 8 iyun 2022 (UTC)
- Şablonlardakı "vəfat" sözlərini də "ölüm" olaraq dəyişdirmək lazımdır. Lavici mesaj? 14:50, 8 iyun 2022 (UTC)
- "vəfat etmək" ifadəsi bədiiliyə görə deyil, evfemizm olduğu üçün istifadə edilməməlidir. Filan şəxsə qarşı hörmət bildirən ifadədir, neytrallığı pozur. Türkçə Vikipediyada "vefat etti" ifadəsi əvəzinə "öldü" ifadəsinin istifadə olunmalı olduğu bildirilir. Eyni qayda EnVikidə də keçərlidir. "Anadan olmaq" isə evfemizm olmadığı üçün istifadə oluna bilər. White Demツnyaz 15:50, 8 iyun 2022 (UTC)
- Mən bu barədə Qaxda keçirilən vikidüşərgədə Eminn ilə danışmışdım, amma fikrimi dəyişmişdim. Doğrudan, "vəfat etmək" niyə bədii ifadədir ki? "Ölmək" çox birbaşa səslənmir, hətta pis çıxmır? Səhv etmirəmsə, ensiklopediyalarda da belə istifadə olunur. "Vəfat etmək" və ya "həlak olmaq", lakin ikinci spesifik hallara aid edilir deyə "vəfat etmək" daha ümumi istifadə olunur. "Anadan olmaq"da da problem görmürəm. --► Hörmətlə: SolaVirum 17:29, 8 iyun 2022 (UTC)
- O biri ifadələrlə razıyam amma. --► Hörmətlə: SolaVirum 17:29, 8 iyun 2022 (UTC)
- @Solavirum, mən ədəbiyyatşünas deyiləm, amma "vəfat etmək" və "anadan olmaq" ifadələri məndə daha çox bədii ifadə təsüratı yaradır. Bəlkə də yanılıram. - Dr.Wiki54 (müzakirə) 17:33, 8 iyun 2022 (UTC)
- Dr.Wiki54, Azərbaycan Milli Ensiklopediyası "vəfat etmək" ifadəsindən istifadə edib, "anadan olmaq" ifadəsindən də. --► Hörmətlə: SolaVirum 17:37, 8 iyun 2022 (UTC)
- @Solavirum, mən ədəbiyyatşünas deyiləm, amma "vəfat etmək" və "anadan olmaq" ifadələri məndə daha çox bədii ifadə təsüratı yaradır. Bəlkə də yanılıram. - Dr.Wiki54 (müzakirə) 17:33, 8 iyun 2022 (UTC)
- Qeyd etdiyim kimi, evfemizmdir. Digər vikipediyalardan da nümunə gətirmişəm ki, evfemizmlərdən istifadəyə düzgün yanaşılmır. AME-də arada baxırsan, başlıqda "görkəmli" kimi sözlərdən istifadə olunur. İndi "görkəmli" yazırlarsa onda biz də vikimübaliğə etməliyik? Vikipediya müstəqil ensiklopediyadır. White Demツnyaz 18:00, 8 iyun 2022 (UTC)
- @White Demon, qatılıram. Bizim ensiklopediyaların vəziyyəti onsuz da ürək açan deyil. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası qrammatik səhvlərlə, mübaliğələrlə doludur. AME-nin möhtəviyyatından xəbərim yoxdur. Amma onun da ürək açan vəziyyətdə olduğunu düşünmürəm. Dr.Wiki54 (müzakirə) 18:06, 8 iyun 2022 (UTC)
- AME milli ensiklopediya olduğu üçün orada tərəfli yanaşma ilə qarşılaşmaq təəccüblü deyil. Amma bu o demək deyil ki, deməli biz də tərəfli olmalıyıq. White Demツnyaz 18:44, 8 iyun 2022 (UTC)
- White Demon, "anadan olmaq", "vəfat etmək" vikimübaliğə və ya tərəflilikdir ki? Nümunə çəkməyimin səbəbi o deyil ki. Dr.Wiki54, mənbələrdə qrammatik səhvlərin olması normaldır. --► Hörmətlə: SolaVirum 19:59, 8 iyun 2022 (UTC)
- Vikipediya:Yoxlanılabilərlik#Neytrallıq: "Etibarlı mənbələrin bir çoxu əslində neytral deyil. Vikipediyaçıların fəaliyyəti sadəcə etibarlı mənbələrin qeyd etdiklərini ümumiləşdirməkdir". --► Hörmətlə: SolaVirum 20:01, 8 iyun 2022 (UTC)
- Anadan olmaq yox. Vəfat etmək ifadəsi kiminsə ölümünə hörmətlə yanaşmaq, nəzakətlə yanaşmaq üçün istifadə olunur, buna görə də evfemizm hesab olunur. White Demツnyaz 20:06, 8 iyun 2022 (UTC)
- Başa düşürəm, lakin "ölmək" kobud səslənmir yenə də? Rəsmi dilin sərhədi deyil bir baxımdan? --► Hörmətlə: SolaVirum 20:08, 8 iyun 2022 (UTC)
- Gəbərmək də ölmək deməkdir yəni. --► Hörmətlə: SolaVirum 20:09, 8 iyun 2022 (UTC)
- Gəbərmək təhqir mənasında işlənir, tərəflidir (mənbədə qeyd olunduğu kimi). Kimə görə kobud, nəyə görə kobud? Məsələn, mənə görə "ölmək" kobud səslənmir. White Demツnyaz 20:11, 8 iyun 2022 (UTC)
- Gəbərmək də ölmək deməkdir yəni. --► Hörmətlə: SolaVirum 20:09, 8 iyun 2022 (UTC)
- Başa düşürəm, lakin "ölmək" kobud səslənmir yenə də? Rəsmi dilin sərhədi deyil bir baxımdan? --► Hörmətlə: SolaVirum 20:08, 8 iyun 2022 (UTC)
- White Demon, "anadan olmaq", "vəfat etmək" vikimübaliğə və ya tərəflilikdir ki? Nümunə çəkməyimin səbəbi o deyil ki. Dr.Wiki54, mənbələrdə qrammatik səhvlərin olması normaldır. --► Hörmətlə: SolaVirum 19:59, 8 iyun 2022 (UTC)
- AME milli ensiklopediya olduğu üçün orada tərəfli yanaşma ilə qarşılaşmaq təəccüblü deyil. Amma bu o demək deyil ki, deməli biz də tərəfli olmalıyıq. White Demツnyaz 18:44, 8 iyun 2022 (UTC)
- @White Demon, qatılıram. Bizim ensiklopediyaların vəziyyəti onsuz da ürək açan deyil. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası qrammatik səhvlərlə, mübaliğələrlə doludur. AME-nin möhtəviyyatından xəbərim yoxdur. Amma onun da ürək açan vəziyyətdə olduğunu düşünmürəm. Dr.Wiki54 (müzakirə) 18:06, 8 iyun 2022 (UTC)
- O biri ifadələrlə razıyam amma. --► Hörmətlə: SolaVirum 17:29, 8 iyun 2022 (UTC)
- Mən bu barədə Qaxda keçirilən vikidüşərgədə Eminn ilə danışmışdım, amma fikrimi dəyişmişdim. Doğrudan, "vəfat etmək" niyə bədii ifadədir ki? "Ölmək" çox birbaşa səslənmir, hətta pis çıxmır? Səhv etmirəmsə, ensiklopediyalarda da belə istifadə olunur. "Vəfat etmək" və ya "həlak olmaq", lakin ikinci spesifik hallara aid edilir deyə "vəfat etmək" daha ümumi istifadə olunur. "Anadan olmaq"da da problem görmürəm. --► Hörmətlə: SolaVirum 17:29, 8 iyun 2022 (UTC)
- "Vəfat etmək" və "anadan olmaq" ifadələri ilə bağlı fikirlərlə razı deyiləm. Bu ifadələr bədiilik və məcazilik daşımır. "Anadan olmaq" ifadəsi ilə bağlı tərəddüd edirəm, amma "vəfat etmək" feili "ölmək" feili ilə eynidir. Tək fərq ifadənin mənşəyi (səhv etmirəmsə ərəbcədən dilimizə keçib) və mürəkkəb feil olmasıdır. Hər iki ifadədən publisistik üslubda, yerli mediada geniş istifadə olunur. Elmi üslubda da istifadəsinin geniş olduğunu zənn edirəm. Digər qalan ifadələr frazeoloji birləşmələrdir ki, bu ifadələrdən publisistik və elmi üslubda istifadə edilmir və birmənalı şəkildə vikidə də istifadə edilməməlidir. — Surə 🗯 20:22, 7 iyun 2022 (UTC)
- Niyə ki? "Ölmək" niyə kobud səslənsin ki? Mənə normal gəlir. "Gəbərmək" artıq təhqirdir. Görkəmli, şəhid və s. kimi ifadələr zatən mövcuddur məqalələrdə. Bura milli yox, tərəfsiz, azad ensiklopediyadır. "Anadan olmaq" yerinə standart şəkildə "doğulmaq" olar, şablon və kateqoriyalardakı kimi. Lavici mesaj? 01:11, 9 iyun 2022 (UTC)
- Ölmək daha düz səslənir.— Azerifactory (müzakirə) 23:12, 11 iyun 2022 (UTC)
Bu nə şablon və nə başlıqdır? Lavici mesaj? 01:06, 8 iyun 2022 (UTC)
- Lavici normaldır, lakin adı dəyişdirilə bilər bəlkə. Buradakı istifadəsinə nəzər yetirin. --► Hörmətlə: SolaVirum 15:43, 8 iyun 2022 (UTC)
- Yəni, belə bir şablona ehtiyac həqiqətən var ki? Məqsədi nədir və xüsusi nə imkan sağlayır? Yüzlərlə məqalə bağlıdır bu şablona. Təmizləyib, silmək lazımdır məncə. Bu şablonu yaratma ehtiyacını necə görüblər görəsən? Əllə daxil etmək olmazdı o məlumatları? Lavici mesaj? 23:54, 8 iyun 2022 (UTC)
- Lavici şablonun tərkibinə baxdıqda belə başa düşürəm ki məqalələri avtomatik olaraq Əlifba sırasına görə qalaktikalar kateqoriyasına əlavə etmək üçün istifadə olunub. — Drabdullayev17 (müzakirə) 10:23, 10 iyun 2022 (UTC)
- Drabdullayev17, bunun üçün zatən "qalaktika" şablonu var. Lavici mesaj? 10:54, 10 iyun 2022 (UTC)
- Lavici şablonun tərkibinə baxdıqda belə başa düşürəm ki məqalələri avtomatik olaraq Əlifba sırasına görə qalaktikalar kateqoriyasına əlavə etmək üçün istifadə olunub. — Drabdullayev17 (müzakirə) 10:23, 10 iyun 2022 (UTC)
- Yəni, belə bir şablona ehtiyac həqiqətən var ki? Məqsədi nədir və xüsusi nə imkan sağlayır? Yüzlərlə məqalə bağlıdır bu şablona. Təmizləyib, silmək lazımdır məncə. Bu şablonu yaratma ehtiyacını necə görüblər görəsən? Əllə daxil etmək olmazdı o məlumatları? Lavici mesaj? 23:54, 8 iyun 2022 (UTC)
YM, SM, SS
Salam həmkarlar. Sizləri ənənəvi olaraq buradakı YM, SM, SS səsvermələrinə fikirlərinizi bildirməyə dəvət edirəm. Lavici mesaj? 03:37, 8 iyun 2022 (UTC)
News.milli.az reliable?
Hello all! While working on Deli Mike, I found this piece by news.milli.az while doing a search for more sources. I was wondering if this website is considered a reliable outlet for this kind of stuff and how they are reliable, as from experience on the Turkish Wikipedia I know that they do engage in some BLP PR activities. Thanks in advance! ~Styyxmüzakirə 19:45, 8 iyun 2022 (UTC)
- Styyx, it is reliable enough in terms of Azerbaijani standards. It has its own article in English Wikipedia. --► Hörmətlə: SolaVirum 19:57, 8 iyun 2022 (UTC)
- Solavirum Ah, thanks! I feel stupid for not being able to find it on my own. :D ~Styyxmüzakirə 19:59, 8 iyun 2022 (UTC)
Dini məqalələr
Ben Bilal (müzakirə • töhfələr • statistikalar)
İstifadəçi dinlə ələqəli məqalələrə kütləvi şəkildə iri həcmli məzmunlar əlavə edir, fəaliyyətini təftiş etmək lazımdır. Lavici mesaj? 09:41, 9 iyun 2022 (UTC)
Burocan, istifadəçinin yaratdığı bütün məqalələr və mövcud məqalələrə etdiyi əlavələr qrammatik səhvlərlə doludur, bundan əlavə, əlavələri mübahisə doğurur. Maşın tərcüməsindən məzmunu olduğu kimi əlavə edir, müvafiq məqalələri silin, redaktələri geri qaytarın, zəhmət olmasa. Lavici mesaj? 14:18, 12 iyun 2022 (UTC)
- @Lavici, bildirdiyiniz üçün təşəkkür edirəm. İstifadəçiyə müraciət edib, fəaliyyətini detallı nəzərdən keçirəcəyəm. Gələcəkdə, operativlik cəhətdən bu qəbildən olan müraciətləri VP:İM üzərindən etməyinizi rica edirəm. Burocan (müzakirə) 15:28, 12 iyun 2022 (UTC)
- Burocan, aydındır. Əslində bura ona görə yazmışdım ki, bəlkə hər hansı istifadəçi nəzər yetirər. Ancaq nəzər yetirən olmadı təəssüf ki. Lavici mesaj? 15:45, 12 iyun 2022 (UTC)
Teleserial yoxsa sadəcə serial?
Bizdə serialla bağlı kateqoriyaların və məqalələrin bəzilərində serial, bəzilərində teleserial adlandırılmasından istifadə olunur. Təklif edirəm ki, teleserial əvəzinə sadəcə serial adlandırılmasından istifadə olunsun. Miniseriallar üçün də bu hal keçərli olsun. Çünki onsuz da teleserial serialın növüdür, üstəlik hazırda bir çox serial televiziyada deyil, onlayn platformalarda yayımlanır. Netflix, HBO Max, Disney+ kimi.
Amma anlamadığım bir şey var. Məsələn, hazırda izlədiyim və sadəcə Disney+ platformasında yayımlanan Ms.Marvel serialının adı EnVikidə "Ms. Marvel (TV series)" kimi gedir. Axı bu serial televiziyada yayımlanmır, sadəcə Disney+ vasitəsilə yayımlanır. Onda bu ad niyə? Sefer azeri, Solavirum, nə düşünürsüz?— White Demツnyaz 09:31, 12 iyun 2022 (UTC)
- @White Demon, ümumiyyətlə teleserial ifadəsi məncə artıq istifadə olunmur. 2010-a qədər aktual olardı. Bəlkə də ingiliscə "series" başqa mənada anlaşılmasın deyə (məsələn: kitab) "TV series" yazırlar? Türklər "dizi" deyirlər, amma onun da başqa mənaları var. Yəni daxili qərarla bir şry etmək olar. - Dr.Wiki54 (müzakirə) 10:04, 12 iyun 2022 (UTC)
- Ola bilər, ingiliscə "series" başqa mənalarda da işlənə bilir. Bizdə "serial" bir mənadadır. Film, kitab serialı demirik, film seriyası, kitab seriyası deyirik. White Demツnyaz 10:35, 12 iyun 2022 (UTC)
- Nümunə haqqında detalları envikidəki müzakirə səhifəsində soruşa bilərsiniz. Məncə də "teleserial" olmalıdır. Serialın müxtəlif mənası ola bilər, sadəcə mediaya xas bir anlayış deyil. --► Hörmətlə: SolaVirum 13:59, 12 iyun 2022 (UTC)
- Solavirum ilə razıyam. Həm serial müxtəlif növlərdə ola bilər, teleserial, miniserial, internet serialı və s. Bunları qarışdırmamaq gərəkdir. Lavici mesaj? 14:03, 12 iyun 2022 (UTC)
- "Serial"ın Azərbaycan dilində isim kimi başqa hansı mənaları var? İzahlı lüğətdə sadəcə bir mənasına gəldim: "Vahid fabulası və eyni qəhrəmanları olan çoxseriyalı film". White Demツnyaz 14:31, 12 iyun 2022 (UTC)
- White Demon Azərbaycan dilinə gəldikcə çox qəlizləşir axı. Vusal1981-in məqalələri vardı, xatırlayıram, orada bir filmə və ya teleseriala on bir min cür ad qoyulurdu. Çoxseriyalı bədii film məsələn. --► Hörmətlə: SolaVirum 14:48, 12 iyun 2022 (UTC)
- Tərifin səhv olduğuna qatılıram, amma mən tərifdən yox, sözün özündən danışıram. Azərbaycan dilində "serial" başqa hansı mənadadır ki? White Demツnyaz 14:54, 12 iyun 2022 (UTC)
- "Serial" dedikdə sadəcə "teleserial" nəzərdə tutulmur axı. "Cizgi serial"a necə serial yaza bilərik? Musiqidə "serializm" və radioda "radioserial" terminləri var məsələn. Düzdü, bizdə istifadə edilmir bəlkə də. Ola bilsin ki, bəzən janr və ölkə də işlənsin. Məsələn, "romantik teleserial", "alman teleserialı" və s. İndi biz bunlara "romantik serial" və "alman serialı" yazacağıq? Olduğu kimi də yazılmalıdır. "Romantik alman serialı" yox "Romantik alman teleserialı". Qarışıqlıqlar olacağından olduğu kimi də qalsın. Eləcə də, bir çox digər fərqli mənaları var. [1],[2]. Lavici mesaj? 15:42, 12 iyun 2022 (UTC)
- Cizgi serialı serial kimi yazmağı təklif etmədim ki. Söhbət teleserial sözündən gedir. Cizgi teleserialı yazmırıq ki, cizgi serialı yazmağ təklif edim. Biz serial adlandırmalarındada onsuz da janrı və ölkəni qeyd etmirik, ili qeyd edirik sadəcə. Göstərdiyiniz linklərdə ya ingilis dilindəki "serial" sözünün mənası verilib, ya da sifət halındakı serial sözünün (serial nəşr) mənası verilib. Mənsə isim halında olan Azərbaycan sözündən danışıram. Bu linkdə "serial" sözü ingiliscə-azərbaycanca lüğətdən olan ingilis sözüdür, Azərbaycan sözü deyil, fikir versəz, tərcüməsində "serial" sözü göstərilməyib. White Demツnyaz 15:54, 12 iyun 2022 (UTC)
- Haqlısınız da, "teleserial"ı "serial" kimi yazsaq, onda gərək hamısını ümumi adı ilə yazaq. Məsələn, eyni-adlı 2 romantik alman serialı var. Biri cizgidir, digəri teleserial. Necə olacaq? Ümumiyyətlə, bu mənasız dəqiqləşdirmələr ("teleserial, 2022") formatında olanların hamısı yığışdırılmalıdır. Nə janr, nə il, nə də ölkə heç biri lazım deyil. Sadəcə lüzumu hallarında istifadə olunmalıdırlar. Belə düşünürəm ki, bu məsələni həll etsək, bu da siz istədiyiniz kimi həll ediləcək. Lavici mesaj? 16:06, 12 iyun 2022 (UTC)
- Məncə, "serial" kimi işlənməsi daha məqsədəuyğundur. Çünki serial ifadəsinin özü ardıcıl seriyaları olan layihəni bildirmək üçün istifadə olunur. Sadəcə olaraq Azərbaycanda daha çox serial anlayışı televiziyada nümayiş etdirilən çoxsaylı epizodlardan ibarət filmlərlə assosiyasiya olunduğu üçün bir qədər qəribə səslənir. @White Demon, işin qəribə tərəfi, qeyd etdiyiniz hal Netfliks platforması üzərindən yayımlanan seriallar üçün də keçərlidir. TV-də nümayiş olunmayan seriallar "TV Drama Series" alt başlığında yerləşdirilir. Bir ehtimal kimi, bəlkə də məqalə tərtib olunanda tərtibatçı elə izlədiyi platformadan məqalə başlığını birbaşa daxil edib. Burocan (müzakirə) 16:06, 12 iyun 2022 (UTC)
- Burocan, qeyd etdiyim kimi, bu teleserial ola bilər, cizgi serialı ola bilər, internet serialı, miniserial və s. Müəyyən qarışıqlıqlara səbəb olacağını düşünürəm, belə daha aydın formadadır. Lavici mesaj? 16:24, 12 iyun 2022 (UTC)
- Burocan, inanmıram. Səhv olsaydı, çoxdan dəyişərdilər. Ən doğrusu məqalənin müzakirə səhifəsində soruşmaqdır, elə halda çaş-başlıq qalmaz. --► Hörmətlə: SolaVirum 22:04, 12 iyun 2022 (UTC)
- Solavirum, keçid xahiş edəcəm. Lavici mesaj? 23:02, 12 iyun 2022 (UTC)
- Məncə teleserial olmalıdır. Çünki yuxarıda da göstərildiyi kimi seriala cizgi serialı, internet serialı, miniserial da daxildir. Buna görə elə teleserial kimi də qalmalıdır. Amma il məsələsini müzakirə etmək olar. — Drabdullayev17 (müzakirə) 10:18, 15 iyun 2022 (UTC)
- Solavirum, keçid xahiş edəcəm. Lavici mesaj? 23:02, 12 iyun 2022 (UTC)
- Cizgi serialı serial kimi yazmağı təklif etmədim ki. Söhbət teleserial sözündən gedir. Cizgi teleserialı yazmırıq ki, cizgi serialı yazmağ təklif edim. Biz serial adlandırmalarındada onsuz da janrı və ölkəni qeyd etmirik, ili qeyd edirik sadəcə. Göstərdiyiniz linklərdə ya ingilis dilindəki "serial" sözünün mənası verilib, ya da sifət halındakı serial sözünün (serial nəşr) mənası verilib. Mənsə isim halında olan Azərbaycan sözündən danışıram. Bu linkdə "serial" sözü ingiliscə-azərbaycanca lüğətdən olan ingilis sözüdür, Azərbaycan sözü deyil, fikir versəz, tərcüməsində "serial" sözü göstərilməyib. White Demツnyaz 15:54, 12 iyun 2022 (UTC)
- "Serial" dedikdə sadəcə "teleserial" nəzərdə tutulmur axı. "Cizgi serial"a necə serial yaza bilərik? Musiqidə "serializm" və radioda "radioserial" terminləri var məsələn. Düzdü, bizdə istifadə edilmir bəlkə də. Ola bilsin ki, bəzən janr və ölkə də işlənsin. Məsələn, "romantik teleserial", "alman teleserialı" və s. İndi biz bunlara "romantik serial" və "alman serialı" yazacağıq? Olduğu kimi də yazılmalıdır. "Romantik alman serialı" yox "Romantik alman teleserialı". Qarışıqlıqlar olacağından olduğu kimi də qalsın. Eləcə də, bir çox digər fərqli mənaları var. [1],[2]. Lavici mesaj? 15:42, 12 iyun 2022 (UTC)
- Tərifin səhv olduğuna qatılıram, amma mən tərifdən yox, sözün özündən danışıram. Azərbaycan dilində "serial" başqa hansı mənadadır ki? White Demツnyaz 14:54, 12 iyun 2022 (UTC)
- White Demon Azərbaycan dilinə gəldikcə çox qəlizləşir axı. Vusal1981-in məqalələri vardı, xatırlayıram, orada bir filmə və ya teleseriala on bir min cür ad qoyulurdu. Çoxseriyalı bədii film məsələn. --► Hörmətlə: SolaVirum 14:48, 12 iyun 2022 (UTC)
- Nümunə haqqında detalları envikidəki müzakirə səhifəsində soruşa bilərsiniz. Məncə də "teleserial" olmalıdır. Serialın müxtəlif mənası ola bilər, sadəcə mediaya xas bir anlayış deyil. --► Hörmətlə: SolaVirum 13:59, 12 iyun 2022 (UTC)
- Ola bilər, ingiliscə "series" başqa mənalarda da işlənə bilir. Bizdə "serial" bir mənadadır. Film, kitab serialı demirik, film seriyası, kitab seriyası deyirik. White Demツnyaz 10:35, 12 iyun 2022 (UTC)
Məqalə sayı
Azərbaycanca Vikipediyadakı məqalələrin sayını necə artıraq? Yəni, gözəçarpan dəyişiklik yoxdur bu sayda. Bu layihədə son bir ildə 3 min məqalə yaradılıb, ümumi olaraq 2019-cu ildən 40 min məqalə yaradılıb (indiki 183 mindir). Son bir ildə nə olubsa, AzViki "ölüb". Əvvəlki sürətlə getsəydik Cənubi Azərbaycanca Vikipediyaya çatardıq say baxımından. Mən Ermənicə Vikipediyaya baxdım, keyfiyyəti bizimkindən çox azdır, Cənubi Azərbaycanca Vikipediyanı demirəm hələ. Buna baxmayaraq, ikisi də bizdən qabaqdadır. Kənd məqalələrini təklif etmişdim, konsensus da çıxmışdı, lakin tətbiq etmək lazımdır. --► Hörmətlə: SolaVirum 22:20, 12 iyun 2022 (UTC)
- @Solavirum, mənim üçün məqalə sayısı önəmli deyil. Sadəcə hansısa xəbər saytları üçün başlığa lazım olan detal kimidir. Ancaq kənd məqalələri məsələsi tətbiq oluna bilər. Bir də nəzərimə çarpan budur ki, mütəmadi olaraq KM-də kimsə nəsə təklif verir, hamı dəstəkləyir, qəbul olunur. Müzakirə arxivlənir vəssalam. İcra etmək qalır. Bu da çox pis haldır. - Dr.Wiki54 (müzakirə) 22:30, 12 iyun 2022 (UTC)
- Təklifi verən şəxs maraqlanmalıdır. Lavici mesaj? 22:56, 12 iyun 2022 (UTC)
- Mənə görə əsas keyfiyyətdir. Çoxlu qaralama formada məqalədənsə az olsun amma yaxşı olsun. O ki, qaldı məqalələrə - bizdə çox az texnologiyaya və tibbə aid məqalə var. Hələ Çinin mədəniyyətinə aid demək olar ki, məqalə yoxdur — Azerifactory (müzakirə) 00:20, 13 iyun 2022 (UTC)
- Mövzulu ayları aktivləşdirmək lazımdı. — Araz Yaquboglu (müzakirə) 06:38, 13 iyun 2022 (UTC)
- rəqəmsal texnologiyalar, FinTech, maliyyə, investisiya haqqında məqalələr yox səviyyəsindədir. bu yöndə təşviq yönündə addımlar atılsa çox gözəl olar. azərbaycan dilinin qrammatikasına aid olan məqalələrin əksəriyyəti isə bərbad vəziyyətdədir. ana dilinə həsr olunan ay çox maraqlı alınar misal. Atakhanli (müzakirə) 22:52, 13 iyun 2022 (UTC)
- Mövzulu ayları aktivləşdirmək lazımdı. — Araz Yaquboglu (müzakirə) 06:38, 13 iyun 2022 (UTC)
- Mənə görə əsas keyfiyyətdir. Çoxlu qaralama formada məqalədənsə az olsun amma yaxşı olsun. O ki, qaldı məqalələrə - bizdə çox az texnologiyaya və tibbə aid məqalə var. Hələ Çinin mədəniyyətinə aid demək olar ki, məqalə yoxdur — Azerifactory (müzakirə) 00:20, 13 iyun 2022 (UTC)
- Təklifi verən şəxs maraqlanmalıdır. Lavici mesaj? 22:56, 12 iyun 2022 (UTC)
- Əvvəlki sürət deyəndə hansı sürət? Son bir ildə 3000 məqalə yaradılmayıb, düz 10.104 məqalə yaradılıb. Ümumiyyətlə, illik yeni məqalə sayına baxanda görürük ki, 2015-ci ildən bu yanada hər il AzVikidə ən az 9 min məqalə yaradılır. Hətta son 3 ildə bu rəqəm 12 minin üstündədir. Yəni keçmiş dövrə görə sürətimiz artıb. Sadəcə 2022-ci il bizim üçün pis keçir, yeni məqalə kasadlığı var konkret. Odur ki, "AzViki ölüb" demək üçün tezdir. Yeni məqalə tempində problem yoxdur, məqalə silmə statistikalarına baxmaq lazımdır. Ona görə yerimizdə saymış ola bilərik. White Demツnyaz 10:01, 13 iyun 2022 (UTC)
- mən qaralama halında 1 cümləlik (bəzi hallarda heç o da olmur) məqalələrin yaradılması tərəfində deyiləm. hətta silinməsi daha məqsədəuyğun olardı (bu ayrı mövzu çıxarır artıq) süni şəkildə say artırmağa ehtiyac yoxdur məncə. amma kənd məqalələri, ümumiyyətlə şəhər, rayon və digər yaşayış məntəqələri ilə bağlı məqalələrin sayı məncə ciddi şəkildə artırılmalıdır. (xüsusən də xarici. nə qədər rayon, şəhər və s. qabağıma çıxır ki, məşhurdur amma məqaləsi yoxdur) bunla bot da məşğul olsa olar. çünki DVTY şablonu qoyanda və ya vikidatadan məlumat idxal olunanda haqqında məqalə olmadığına görə paneldə əks olunmur. bu da çox pisdir. Atakhanli (müzakirə) 22:47, 13 iyun 2022 (UTC)
- Bəs qaralama şablonu nə üçündür onda? Boş yerə? Məsləhət olsa, heç yaradılmazdı. Az məzmunlu məqalələri mövzu-mövzu kateqoriyalara yığmalıyıq. Mən, ümumiyyətlə, məqalələrin silinməsinin əleyhinəyəm (təbii ki, ensiklopediklik şərtlərinə cavab verənlərin). Qalsa yaxşı olar, nəin ki, VP:M1 və VP:M3-dən silinməyi yaxşıdır. Çox vaxt vikipediyaya daxil olurlar və baxırlar ki, filan şəxs haqda məqalə varmı, varsa, əlavələr edilir çox vaxt, ancaq yoxdursa yaratmırlar. Ona görə də hamısı qalmalıdır. Burada məqalə sayı önəmli deyil, ensiklopedik mövzuları niyə silirik ki? Sortilegus demiş, şablonlar vasitəsilə vikidatadan onsuz da kifayət qədər məlumat idxal edilir də. Müvafiq qaralama şablonlarını əlavə edək, qalsınlar da. Niyə mütləq silməliyik ki? Lavici mesaj? 01:21, 14 iyun 2022 (UTC)
- Onu da qeyd edim ki, botla yaradılması daha məqsədəuyğun olduğu üçün bu üsulla yaradılmış məqalələrə çox vaxt qaralama şablonu qoyulmur. Burda söhbət süni şəkildə artılmadan getmir. Ümumiyyətlə bu məqalələrə ehtiyac var. Və əgər botla yaratmaq mümkündürsə, niyə də olmasın? — Surə 🗯 14:58, 14 iyun 2022 (UTC)
- Bu yaxınlarda Güney Azərbaycanın kəndləri ilə əlaqəli qarşıma eyni istifadəçi tərəfindən yaradılmış çox sayda məqalə çıxdı. Hər biri 1 neçə cümlədən ibarət və müəllifə xoşniyyətli olaraq müraciət etdim ki, müvafiq qaralama şablonlarından istifadə etsin, ancaq məni düz başa düşmədi. Lavici mesaj? 15:57, 14 iyun 2022 (UTC)
- @İstifadəçi:Lavici əslində demək istədiyim bəzən qoyulmamalıdır. Səbəb də odur ki, qaralama olmasına həcm qərar vermir. Əgər mövzu haqqında max məlumat budursa, elə isə niyə qaralama şablonu qoyulsun? Amma əgər siz dediyiniz kimi sırf prembuladan ibarətdirsə, onda müvafiq şablon yerləşdirilməlidir. Surə 🗯 16:42, 14 iyun 2022 (UTC)
- @Sura Shukurlu, təbii ki, həcmə görə yox. Max məlumat olan mövzulara qoyulmamalıdır zatən. Ancaq mən bəhs etdiyim məqalələr genişləndirilə biləcək türdən olduğu üçün qeyd etmişəm. Məqalələrdə 1 cümlə var oda "Əhalisi" altbaşlığında. Məsələn, Qışlaq-i Hacıabışhacırəhim (Biləsuvar). Lavici mesaj? 14:00, 15 iyun 2022 (UTC)
- @İstifadəçi:Lavici əslində demək istədiyim bəzən qoyulmamalıdır. Səbəb də odur ki, qaralama olmasına həcm qərar vermir. Əgər mövzu haqqında max məlumat budursa, elə isə niyə qaralama şablonu qoyulsun? Amma əgər siz dediyiniz kimi sırf prembuladan ibarətdirsə, onda müvafiq şablon yerləşdirilməlidir. Surə 🗯 16:42, 14 iyun 2022 (UTC)
- Bu yaxınlarda Güney Azərbaycanın kəndləri ilə əlaqəli qarşıma eyni istifadəçi tərəfindən yaradılmış çox sayda məqalə çıxdı. Hər biri 1 neçə cümlədən ibarət və müəllifə xoşniyyətli olaraq müraciət etdim ki, müvafiq qaralama şablonlarından istifadə etsin, ancaq məni düz başa düşmədi. Lavici mesaj? 15:57, 14 iyun 2022 (UTC)
- İllərə görə yeni məqalə sayı
- Onu da qeyd edim ki, botla yaradılması daha məqsədəuyğun olduğu üçün bu üsulla yaradılmış məqalələrə çox vaxt qaralama şablonu qoyulmur. Burda söhbət süni şəkildə artılmadan getmir. Ümumiyyətlə bu məqalələrə ehtiyac var. Və əgər botla yaratmaq mümkündürsə, niyə də olmasın? — Surə 🗯 14:58, 14 iyun 2022 (UTC)
- Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb.
- Bəs qaralama şablonu nə üçündür onda? Boş yerə? Məsləhət olsa, heç yaradılmazdı. Az məzmunlu məqalələri mövzu-mövzu kateqoriyalara yığmalıyıq. Mən, ümumiyyətlə, məqalələrin silinməsinin əleyhinəyəm (təbii ki, ensiklopediklik şərtlərinə cavab verənlərin). Qalsa yaxşı olar, nəin ki, VP:M1 və VP:M3-dən silinməyi yaxşıdır. Çox vaxt vikipediyaya daxil olurlar və baxırlar ki, filan şəxs haqda məqalə varmı, varsa, əlavələr edilir çox vaxt, ancaq yoxdursa yaratmırlar. Ona görə də hamısı qalmalıdır. Burada məqalə sayı önəmli deyil, ensiklopedik mövzuları niyə silirik ki? Sortilegus demiş, şablonlar vasitəsilə vikidatadan onsuz da kifayət qədər məlumat idxal edilir də. Müvafiq qaralama şablonlarını əlavə edək, qalsınlar da. Niyə mütləq silməliyik ki? Lavici mesaj? 01:21, 14 iyun 2022 (UTC)
Ensiklopedik əhəmiyyətlilik (şəxslər) səhifəsinin "Hərbçilər" altbaşlığına məzmun əlavə etmək ilə bağlı səsvermə
Salam. Xahiş edirəm ki, buradakı səsvermədə iştirak edəsiniz. Artıq 3-cü dəfədir. Digərlərinə 3 lehinə səs gəldi sadəcə. Ancaq qəbulu üçün yetərli deyil. Lavici mesaj? 00:01, 13 iyun 2022 (UTC)
Solavirum, yenə eyni vəziyyət. İşarələmək məcburiyyətindəyik deyəsən. Lavici mesaj? 00:40, 15 iyun 2022 (UTC)
- Son bir ayda nəsə etmiş istifadəçilərin bir qismini teq edirəm bura — Xeyal, Azerifactory, Araz Yaquboglu, Keete 37, Onyeddi, White Demon, Qraf061, Sortilegus, Rövşən İşık, Burocan, Samral, Sevindiknesiboglu2008, Sword313, Wikipediya M, Xayala Mammadli, Atakhanli, Dr.Wiki54, Musa Səmədov, Santorica. --► Hörmətlə: SolaVirum 00:46, 15 iyun 2022 (UTC)
- və Toghrul R, Verman1. Lavici mesaj? 14:20, 17 iyun 2022 (UTC)
- Qaydanı oxudum. Belə başa düşdüm ki, Vətən müharibəsi şəhidləri haqqında olan məqalələr silinəcək. Açığı mən buna qarşıyam. 3 min məqalə ilə heç nə olan deyil vikiyə və qaydada elə etmək lazımdı ki 3 min məqalə aid edilməsin. — Araz Yaquboglu (müzakirə) 05:41, 15 iyun 2022 (UTC)
- Araz bəy, yanaşmanızı doğru qəbul etmirəm. Bu məntiqlə istənilən şəxs haqda məqalə yaradaq və heç nə olan deyil, hansısa yeri də dar etmir deyək. Burada sadəcə ensiklopedik şəxslər haqda məqalələr mövcud olmalıdır. Vikipediyanı milliləşdirmək doğru deyil. Lavici mesaj? 14:05, 15 iyun 2022 (UTC)
Solavirum, White Demon, yəqin ki, bu qaydalar qəbul edildikdən sonra müvafiq əməliyyatlar tətbiq ediləcək. Buna baxmayaraq, yuxarıdakı müzakirə 1 aydan çoxdur davam edir və hələ də yekun nəticə yoxdur. Ümumiyyətlə, iştirak yoxdur. 4-5 nəfərdən başqa. Lavici mesaj? 14:16, 15 iyun 2022 (UTC)
- İstifadəçilərin çoxu fikir bildirmək istəmir deyəsən. Belə görünür ki, bir çox istifadəçi özü də başa düşür ki, məqalələr qeyri-ensiklopedikdir, amma silinmələri ilə bağlı məsələdə həvəssizdirlər. Şəhid məqalələrinin kütləvi şəkildə silinməsi sosial mediada da gündəm olsa, təəccüblənmərəm. Necə ki, McDonald's-ın başına oyun açdılar, o cür. White Demツnyaz 14:23, 15 iyun 2022 (UTC)
- Olacaq əlbəttə. İstifadəçilərin çoxu da bu səbəbdən şərh bildirmir deyə düşünürəm. Silinsə belə media ilə qalmayacaq hər-halda. Burada da müəyyən söz-söhbətlər gedəcək. Lavici mesaj? 14:35, 15 iyun 2022 (UTC)
- ümumiyyətlə bütün şəhid məqalələrinə yenidən baxılmalıdır, milli qəhrəmanlar, yüksək rütbəlilər və bəzi hərbiçilər (Xudayar Yusifzadə kimi) istisna hamısı silinməlidir. şəhidlər haqqında xeyli portallar var, çoxu da dövlət dəstəyi ilə yaradılır. vikidə hərəsinə aid məqalə olmasına ehtiyac yoxdur. tezliklə qərar qəbul olunmasa və icra aparılmasa işlər daha da qəlizləşəcək. (artıq qazi məqalələri yaratmağa cəhd edirlər) vikidə hər hərbi münaqişə, müharibənin şəhidləri bir siyahı şəklində vikidə yığılsa bəs edər məncə. (məsələm ikinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı kimi.) və sonra həmin məqalələr mühafizə olunsun ki, hər adam əlavələr, redaktələr edə bilməsin. xüsusən də medalla təltif olunanlar. bir şəxs (və ya şəxslər) bu işi öz üzərinə götürsün. hər orden, medal almış şəxslərin siyahısın yaratsın mənbələr ilə birlikdə. daha sonra mühafizə olunsun. çünki mənbəsiz nə qədər əlavə edən var. Atakhanli (müzakirə) 15:54, 15 iyun 2022 (UTC)
- Yuxarıdakı fikirlərlə razıyam. Lavici mesaj? 16:05, 15 iyun 2022 (UTC)
- Atakhanli, səs verməyi unutmusunuz :) Lavici mesaj? 16:09, 15 iyun 2022 (UTC)
- iştirak etdim, üstümə Molotov kokteyli atılmasa yaxşıdır :)) Atakhanli (müzakirə) 16:13, 15 iyun 2022 (UTC)
- @Lavici fikrləri ilə razıyam. Əslində ensiklopedik olmayan bir çox şəhid məqalələri mövcuddur. Hələ də yeni şəhid məqalələri hazirlanır çoxusu da ensklopetik deyil məqalələrin sayı artdıqca problem yaranacaq sonra da kütləvi halda silinəcək və bu da bəzi qrumlar tərəfindən səs-küyə səbəb olacaq bu məsələ tez bir vaxta öz həllini tapmalıdır. -- Hörmətlə: Qraf 061 (müzakirə) 16:22, 15 iyun 2022 (UTC)
- Mən özüm şəhid məqalələrinin saxlanılmasının tərəfdarıyam əslində. --► Hörmətlə: SolaVirum 18:54, 15 iyun 2022 (UTC)
- Solavirum, necə yəni? Axı qaydanı elə siz özünüz hazırlamısız? Deyəsən, hazırlayanda eyni fikirdə deyil idiniz. dancewithdevil (müzakirə) 16:03, 21 iyun 2022 (UTC)
- İşlədiyimiz platforma online ensiklopediyadırsa, onun keyfiyyəti də adı qədər ensiklopedik olmalıdır. Şəxsi fikrimə gəlincə şəhidlərlə bağlı bugünə qədər yaradılmış məqalələrin silinməsi zənnimcə müəyyən problemlər yarada bilər. Amma bundan sonra yaradılmasının qarşısı alınmalıdır. Əminəm siz idarəçilər doğru olan qərarı qəbul edəcəksiniz. Hörmətlə:— Xayala Mammadli (müzakirə) 05:21, 16 iyun 2022 (UTC)
- İndiki halda problem budur: Məqalələr silinməli, amma problem yaranmamalıdır. Qeyd edildiyi kimi, bu mövzu mediada belə gündəm ola bilər. Elə isə belə bir fikir irəli sürürəm: məqalələrin silinməsinə tələsilməsin və silinməzdən əvvəl şəhidlərin adları qeyd olunmuş siyahı səliqəyə salınsın və hətta mümkünsə, status üçün hazırlansın. Zatən sözügedən məqalələrdəki elementar məlumatlar həmin siyahıda yer alacaq. Məqalələr ölçücə kiçikdir və əgər məlumatlar bir araya gəlsə və tələblərə uyğun hazırlansa statusa layiq siyahı ortaya çıxacaq. Daha sonra bu siyahının işlənib hazırlandığını və status aldığını mediada işıqlandırmaq olar. Bu halda məqalələrin silinməsi deyərdim ki, heç bir problem və "səs-küy" yaratmayacaq, hətta bəlkə də, siyahının hazırlanması olduqca yaxşı qarşılanacq. Həmçinin, bu mövzuda daha əvvəlcədən açıqlama verilməsi cəmiyyətin reaksiyasını dəyişəcək. — Surə 🗯 14:55, 16 iyun 2022 (UTC)
- @Sura Shukurlu, sizinlə tamamilə razıyam. Sözügedən məqalələrin bir siyahıya köçürülməsi mümkün neqativ halların qarşısını ala bilər. Burocan (müzakirə) 23:56, 17 iyun 2022 (UTC)
- İndiki halda problem budur: Məqalələr silinməli, amma problem yaranmamalıdır. Qeyd edildiyi kimi, bu mövzu mediada belə gündəm ola bilər. Elə isə belə bir fikir irəli sürürəm: məqalələrin silinməsinə tələsilməsin və silinməzdən əvvəl şəhidlərin adları qeyd olunmuş siyahı səliqəyə salınsın və hətta mümkünsə, status üçün hazırlansın. Zatən sözügedən məqalələrdəki elementar məlumatlar həmin siyahıda yer alacaq. Məqalələr ölçücə kiçikdir və əgər məlumatlar bir araya gəlsə və tələblərə uyğun hazırlansa statusa layiq siyahı ortaya çıxacaq. Daha sonra bu siyahının işlənib hazırlandığını və status aldığını mediada işıqlandırmaq olar. Bu halda məqalələrin silinməsi deyərdim ki, heç bir problem və "səs-küy" yaratmayacaq, hətta bəlkə də, siyahının hazırlanması olduqca yaxşı qarşılanacq. Həmçinin, bu mövzuda daha əvvəlcədən açıqlama verilməsi cəmiyyətin reaksiyasını dəyişəcək. — Surə 🗯 14:55, 16 iyun 2022 (UTC)
Kamança ustası
Salam. Azərbaycanca dilində daha çox hansı termin istifadə olunur - kamança ustası - kamança ifaçısı - kamançaçalan - kamançaçı?— Azerifactory (müzakirə) 19:57, 17 iyun 2022 (UTC)
- Orfoqrafiya lüğətində "kamançaçalan" sözü yoxdur, "kamançaçı" var. Kamança ifaçısı da səhv ifadə deyil, sinonimdir. Kamança ustası başqa məna vermir ki? Kamança ustası, yəni kamançanı düzəltməklə məşğul olan şəxs. White Demツnyaz 20:01, 17 iyun 2022 (UTC)
- Amma bəzi lüğətlərdə "kamançaçalan" sözü gördüm. İngiliscə-azərbaycanca lüğətdə olduğu kimi. White Demツnyaz 20:02, 17 iyun 2022 (UTC)
- Sonuncu seçim hansı olsun? Məncə kamança ifaçısı daha düz olar— Azerifactory (müzakirə) 14:40, 19 iyun 2022 (UTC)
- Google-də belə gedir.

- kamança ustası - 17,500 results
- kamançaçalan - 1,360 results
- kamança ifaçısı - 17,700 results
- kamançaçı - 3,080 results
— Azerifactory (müzakirə) 14:42, 19 iyun 2022 (UTC)
- Kamançaçalan və kamança ifaçısı — ikisi də olar. Muğam ensiklopediyasında da belədir — Toghrul R (m) 07:50, 20 iyun 2022 (UTC)
Elm adamları dalğası
Hərbi xadimlərdən sonra vikiyə yeni bir güclü dalğa gəlir, elm adamları dalğası. ümumiyyətlə azviki 3 hissəyə bölünür, 1-ci hərbi xadimlər, (qazi, maxe, şəhid, şəhid olmadan şəhid kimi qələmə verilən hərbi qulluqçular və s.) 2-ci hissə elm adamları və 3-cü hissə digər məqalələr. azviki o qədər elm adamlarımız barədə məqalələrlə dolub daşır ki, Cənubi Koreya, Finlandiya bizi əzəli rəqib kimi görəcək. fəlsəfə doktorları adına (bəzi hallarda heç bu adı belə almayıblar) yüzlərlə məqalə var, hansı ki, hamısı alim şablonu istifadə edir. və hər gün bir neçə professor, elmlər namizədi adı ilə məqalələr yaradılır. SNS-da proffessorlar qalır, alimlər qalır. okay, amma artıq hiss edirəm ki, bəzi məqalələrdə alim olmayan şəxslər belə alim olaraq qələmə verilir. əksər hallarda mənbə kimi təqdim olunan resurs onlayn olmadığına görə ümumiyyətlə belə bir resurs varmı, ondan belə əmin ola bilmirik, qaldı ki, yoxlamaq. ümumiyyətlə qərar verməliyik. kim qalmalıdır? ümumiyyətlə alim kimə deyirik? bütün professorlar, bütün elmlər namizədi qalmalıdırmı? envikidə hansısa alim barədə məqaləyə nəzər yetirəndə geniş mənbələr, ixtiralar, patenti alınmış işlər görürəm. bizim alim kimi qələmə verdiyimiz şəxslərin ən böyük uğuru sadəcə hansısa məqaləsinin çap olunmasıdır. (çox halda belə məqalə ümumiyyətlə varmı, yoxmu onu belə yoxlaya bilmirik). əlbəttə heç bir şəxsi küçümsəmirəm, elm dəyərlidir. ancaq düşünürəm ki, bu yöndə çox ciddi qərarlar qəbul edilməlidir və qərarlar netləşdirilməlidir. böyük əksəri məqalələrin qalıb-qalmaması müzakirəli olmamalıdır. məqalənin ilk hissəsində alim yazılıb, professor qeyd olunub, elmlər namizədidir arqumenti ilə qalmamalıdır. düşünürəm ki, bütün dünya ölkələrinin professorları nüfuzludur, yəqin ki, belə bir data var, hansı ki, oraya bütün proffessorların adı, soyadı yerləşdirilir. həmin məqalələrdəki şəxslərin ad və soyadı o mənbə ilə yoxlanmalıdır.
elmi məqalələrin hansısa xarici elmi jurnalda çap olunması elə də böyük bir şey deyil, hətta kiçik şeydir. yüklü dərəcədə elmi jurnallarda məqalə çapı pulladır (bu rüşvət deyil, rəsmi olaraq belədir). qısaca pulunu ver məqaləni çap elətdir. (təbii ki, nüfuzlu, məqalə çapı çox çətin olan jurnallar istisnadır). hətta hansısa tələbə belə çox rahatlıqla öz elmi məqaləsini (elmi məqalə yazmaq da çətin bir iş deyil) xarici jurnalda çap elətdirə bilər (hətta ödənişsiz çap edən jurnallar da var). böyük beynəlxalq uğur kimi verilən, ayrıca böyük başlıqlar açılan, ağız dolusu danışılan alimlərimizin də "qloballaşması" elə bu yandadır. ((qlobal desək də, əksər hallarda heç jurnalın əhatə dairəsi postsovet məkanından o tərəfə də çıxa bilmir). lap bütün bunlar belə olmasaydı belə, hansısa elmi məqalənin çapı kəşf, ixtira demək deyildir.
AMEA isə sağ olsun, məqalə dərci ilə bağlı hansısa elmi jurnalla azvikini dolaşdırıb, illərdir ki, düyünü çözə bilmir.
demək olar ki, bütün universitetlərdə dərslik kimi istifadə olunan kitabları öz müəllimləri yazır (bütün ixtisaslarda olmasa da, bəzi ixtisaslarda bu belədir). çünki universitetlər buna məcburdur. hansısa universitet digər universitet müəlliminin dərsliyini öz universitetində tədris etməyə göz yummadığı üçün dərsliyin hazırlanmasını öz müəlliminə tapşırır. yəni dərslik müəllifi olmaq şişirdiləcək bir şey deyil (istisnalar təbii ki var). və indiki halda dərslik çap elətdirmək, ümumiyyətlə kitab çap elətdirmək olduqca sadədir. hətta demək olar ki, bütün kursların öz dərslikləri olur. bir adamın kitabı çap olunması onu ensiklopedik etməməlidir. (yenə də, təbii ki, istisnalar var cümləsi).
hansısa elmi konfransda da iştirak (hətta çıxış etmək) da böyük bir şey deyil, əksər universitetlərin bir-biri ilə memorandumu olur və öz təşkil etdiyi elmi konfranslara öz heyətlərini mübadilə edirlər. bundan əlavə beynəlxalq donor təşkilatları var ki, onlar hər ölkəyə yer ayırır və bütün xərcləri qarşılamaqla bərabər həmin ölkədəki konfransda iştirakına şərait yaradırlar. (yenə də, təbii ki, istisnalar var cümləsi).
hansısa "alim"-in xarici ölkəyə gedib, orada "təcrübə" əldə etməsi də böyük şey deyil, çünki onlarla mübadilə proqramı var ki, bütün universitetlər bunlara qoşulub. məntiqini rahat belə izah edim, azərbaycandan hər universitetdən bir neçə müəllim digər xarici universitetə gedir (xaricdə təcrübə keçir), onların da bir neçə müəllimi azərbaycana gəlir (onlara görə də onlar xaricdə təcrübə keçir). həmin mübadiləyə qoşulacaq adamları universitet özü seçir, fəlsəfə doktoru adın belə olmasa gedə bilərsən. (bilməyənlərə deyim ki, fəlsəfə doktoru qulağa nə qədər xoş səslənsə də, bu adı almaq da olduqca sadədir)
əvvəlki məqalələrə göz gəzdirilmək şərti ilə (əminəm ən az 80% məqalə silinəcək) yeni bu tip məqalələrə tutarlı baryer qoymalıyıq.
inanmaq istərdim ki, səsverməyə AMEA-çılar müdaxilə etməyəcək. Atakhanli (müzakirə) 03:27, 18 iyun 2022 (UTC)
- Məncə, indiki halda VP:EƏEX qayda olaraq kifayət qədər müfəssəldir. Ancaq müəyyən qədər elmi sferaya aidiyyatım olduğu üçün bəzi məqamlara şərhimi vermək istərdim.
- Əvvəla onu qeyd edim ki, xaricdə məqalə çapının çətinliyi qeyd olunduğu kimi hansısa ödənişdən yox, birbaşa jurnalın impakt faktorundan asılıdır. Şəxsi təcrübəmdən bilirəm ki, zaman-zaman hətta 18 aydan da artıq çəkən yoxlama prosesi olub. Ancaq dünyanın hər yerində hətta vebsaytı belə olmayan "jurnallar" mövcuddur ki, onsuz da biraz sahə üzrə məlumatı olanlar bu cürə nəşrləri aşkar edə bilirlər.
- Zamanında yerli alimlərin nəşrləri üçün Ali Attestasiya Komissiyası siyahısında olan jurnalların mötəbər hesab olunması məsələsi qaldırıldı və bu qismən VP:EƏEX-də öz əksini tapdı.
- Hər professor ensiklopedik hesab olunacaq deyə bir qayda yoxdur, fikimcə, VP:EƏEX kriteriyaları kifayət qədər əhatəlidir. Sadəcə qaydaya düzgün istinad olunmalıdır.
- Bütün professorların məlumatlarının təmərküzləşdiyi platforma bildiyimə görə mövcud deyil. Ancaq sahələr üzrə istinad sıralamaları, hərçənd müəyyən mənada müzakirəyə açıq olsa da, ailmlərin nüfuzlarının əsas göstəricisi hesab olunur.
- Dərslik müəllifi olmaq bir alim üçün olduqca əhəmiyyətlidir. Çünki nəticə etibarilə şəxs akademik təsir yarada bilir. Dərsliklər ümumən dünyanın hər yerində bəzi assosiyasiyalar, yaxud orqanlar tərəfindən (Məs.: Azərbaycanda Təhsil Nazirliyi) barəsində rəy verilərək təsdiq olunur. Yəni ki, hər kitab dərslik olaraq tədris oluna bilməz.
- Konfransda iştirak, mübadilə proqramı (o halda ki, mübadilə olunduğu müəssisədə ingiliscə "Academic tenure" adlanan elmi təyinat imtiyazına sahib olmur) kimi faktorlar ensiklopediklik cəhətdən əhəmiyyətli deyil. Burocan (müzakirə) 04:25, 18 iyun 2022 (UTC)
- şərh üçün təşəkkürlər, amma tam olaraq iradmı, dəstəkmi məqsədlidir başa düşmədim, amma əlbəttə, bunların hamısın nəzərə alaraq yazmışam. sözümün canı bu tip məqalələr SNS-ya çıxarılanda "proffessordur qalsın", "elmlər namizədidir qalsın", "dərslik müəllifidir qalsın", "xaricdə təcrübələri var, böyük adamdır", "15 xarici ölkədə məqaləsi dərc olunub" deyilib saxlanılır. və əksər hallarda da müəlliflər özü bunlara fokuslanaraq məqalələrin "parladır". bütün bunları nəzərə alaraq diqqət çəkmək istəmişəm ki, bunlar böyük bir şey deyil əslində.
- jurnal mövzusuna gələndə. qeyd etdiyim kimi, istisnalar əlbəttə ki, var. və qeyd etdiyim kimi, pul rüşvət xarakterli deyil, jurnalların işləmə prinsipi belədir. və əlbəttə ki, ümumiyyətlə pulla olmayan və ya pulla olsa da yoxlanması uzun çəkən nüfuzlu jurnallar var. yəni bunları uzun-uzun izah etməyə ehtiyac yoxdur məncə. amma əksər alimimizin məqaləsi qeyd etdiyim kimi, postsovetdən o tərəfə çıxmayıb heç, o ki, qaldı ciddi yoxlamalı jurnalları boş verin, pulla nüfuzlu jurnalda dərc ola.
- xarici jurnallarda məqalələrin çapı, alimdən daha çox universitetlər üçün olduqca əhəmiyyətlidir. çünki platformalar universitet rank-ın təyin edəndə universitetdə çalışan neçə alimin, kadrın hansı jurnallarda (jurnal rankından və s.) neçə məqaləsinin dərc olunmasına xüsusi önəm verirlər. ona görə də universitetlər buna xususi can atırlar. və bundan əlavə bu lokal bazar üçün də bir marketinq və PR alətidir. universitetlər bunun üçün rəsmi olaraq pul ayırır. hansısa aliminin hansısa jurnalda məqaləsin çap elətdirib "alimimizin elmi məqaləsi dünyaca məşhur jurnalda dərc olunub" başlığı üçün.
- və digər faktorlar da var, məsələm alimin rankı (onun elmi məqaləsinə digər araşdırmaçı şəxslər, alimlər tərəfindən neçə dəfə istinad olunub və s).
- bu yöndə uğurlu, görkəmli alimlərimiz də var, hansı ki, dünya alimləri tərəfindən tanınan, qəbuledilən. məsələm şəxsən tanıdığım Elçin Süleymanov. (mövzunun açılması yaxşı oldu, məqaləyə editlər lazım olduğunu gördüm).
- digər şeylərin əlavə izaha ehtiyacı yoxdur məncə, fikrimin əsas hissəsin çatdıra bildim.
- təkrar şərhiniz üçün təşəkkürlər. Atakhanli (müzakirə) 02:17, 19 iyun 2022 (UTC)
- Elm adamlarının ensiklopedikliyi hər vikidə mübahisə doğurur. Bir dəfə EnVikidə bir alimin məqaləsini silmişdilər, demişdilər ki, bu şəxs alim kimi qeyri-ensiklopedikdir. Bir müddət sonra həmin şəxs Nobel alanda mübahisəyə səbəb olmuşdu ki, Nobel mükafatı almaq üçün kifayət qədər elmi töhfəsi olan adamın Vikipediyada məqaləsi yoxdur. White Demツnyaz 12:47, 18 iyun 2022 (UTC)
- Problem qaydalarda deyil. Problem ondadır ki, o qədər məqalə yeni kriteriyalara uyğun olaraq bir-bir yoxlanılmalıdır. Zaman keçdikcə daha da artacaq bu məqalələr. — Surə 🗯 16:21, 18 iyun 2022 (UTC)
- təklif edirəm ki, Şablon:Əhəmiyyət kimi bir şablon yaradılsın, hansı ki, bu sırf elm adamlarına məxsus olsun və şablondakı mətn sırf elm adamının e/ə-nə aid olsun və qaydalara uyğun ensiklopedik etmək üçün qısaca nələr əlavə oluna bilər onlar qeyd olunsun (məsələm aldığı mükafatlar, kəşfləri, ixtiraları və s.). və eyni zamanda bu şablon istifadə olunan bütün məqalələr uyğun bir kateqoriyaya yığılsın (səhv eləmirəmsə sura xanım belə bir kateqoriya yaratdı artıq). və edit olunmayan məqalələr yavaş-yavaş silinməyə başlanılsın. amma məqalələri silmək üçün bu şablonu gözləməyək. konkrer "alim" donu geyindirilmiş heç bir əhəmiyyəti olmayan şəxslər mövcuddur. böyük elmi işçi, laborant, baş laborant və s. həmçinin fəlsəfə doktorlarını silə-silə gedək məsələm. Atakhanli (müzakirə) 01:47, 19 iyun 2022 (UTC)
- Düzgün və yerində tənqiddir. Böyük təcrübəyə malik istifadəçilər belə yeni qaydalara tam hakim deyil. Buna görə də zaman-zaman problemlər yaşanır. Oxşar mövzu diaspor, iş adamlarında da var. Amma qaydalara əsasən konkret olaraq dosentlər, elmi fəaliyyəti olmayan məktəb müəllimləri, qabaqcıl müəllim, əməkdar müəllim və s. müzakirəsiz silinir. Digərlərinə isə etirazlar həmişə olur. - Dr.Wiki54 (müzakirə) 12:53, 19 iyun 2022 (UTC)
- Yaxın zamanlarda məqalələrin kütləvi təftişi və təkmilləşdirilməsi ilə bağlı irəli sürəcəyim layihə hazırlayıram. Həmin layihə daxilində müvafiq şablon yaradılacaq. Amma indiki halda bu prosesi gözləməyərək özüm qeyd edilən məqalələrin üzərində işləməyə başlacam. — Surə 🗯 14:17, 19 iyun 2022 (UTC)
- Düzgün və yerində tənqiddir. Böyük təcrübəyə malik istifadəçilər belə yeni qaydalara tam hakim deyil. Buna görə də zaman-zaman problemlər yaşanır. Oxşar mövzu diaspor, iş adamlarında da var. Amma qaydalara əsasən konkret olaraq dosentlər, elmi fəaliyyəti olmayan məktəb müəllimləri, qabaqcıl müəllim, əməkdar müəllim və s. müzakirəsiz silinir. Digərlərinə isə etirazlar həmişə olur. - Dr.Wiki54 (müzakirə) 12:53, 19 iyun 2022 (UTC)
Обновление улучшенного интерфейса настольной версии
Привет. Я хотел поделиться с вами обновленной информацией о проекте улучшенного интерфейса настольной версии, над которым команда «Веб» Фонда Викимедиа работала последние несколько лет. Наша работа почти завершена! 🎉
Мы хотели бы, чтобы эти функции стали по умолчанию для читателей и редакторов во всех вики. В ближайшие недели мы начнем обсуждение для других вики, включая ваш. 🗓️ Мы с удовольствием ознакомимся с вашими предложениями!
Цели проекта - сделать интерфейс более гостеприимным и удобным для читателей и полезным для опытных пользователей. Проект состоит из ряда улучшенных функций, которые облегчают чтение и изучение, навигацию по странице, поиск, переключение между языками, использование вкладок статей и пользовательского меню и многое другое. Эта функция уже доступно по умолчанию для читателей и редакторов в 30 разделах, включая французскую, португальскую и персидскую Википедию.
Эти изменения доступны только пользователям стиля Vector. Те, кто использует Monobook или Timeless, не будут затронуты.
- Новейшие функции
- Содержание - наша версия удобна для того, чтобы найти, получить контекст страницы и перемещаться по странице без необходимости прокрутки. В настоящее время оно тестируется на наших пробных вики-сайтах. Оно также доступно для редакторов, которые выбрали внешний вид для Вики «Вектор 2022».
- Инструменты страницы - теперь на боковой панели есть два типа ссылок. Существуют действия и инструменты для отдельных страниц (например, связанные правки) и ссылки обще-википедийного характера (например, свежие правки). Мы собираемся разделить их на два интуитивно понятных меню.
- Как включить улучшения
- Можно включить самостоятельно на вкладке Внешний вид в настройках, выбрав "Vektor (2022)". Такую же опцию можно включить в глобальных настройках для всех разделов.
- В тех разделах, где изменения включены по умолчанию, зарегистрированные пользователи могут переключится на Vector. Для этого есть легко доступная ссылка на боковой панели.
- Узнайте больше и присоединяйтесь к нам
Если вы хотите следить за прогрессом нашего проекта, вы можете подписаться на нашу рассылку. Вы можете ознакомиться страницей проекта, проверить наше ЧаВо, написать на странице обсуждения проекта и присоединиться к онлайн-встрече с нами.
Спасибо! SGrabarczuk (WMF) (обс.) 02:45, 21 iyun 2022 (UTC)
Azərbaycanca Vikipediyanın "son dəyişikliklər" bölməsində yeni filterlərin yaradılması
Salam hörmətli həmkarlar, təəssüf ki, azvikidəki hazırki durum vandalizm hallarının qarşısını almağımızı çətinləşdirir, məqalələrə demək olar ki, normal əlavələr çox az-az edilir. Təklif edirəm, İngiliscə Vikipediyadakı filter sistemini azvikiyə də gətirək. Bu sistem ən problemli redaktələri tapıb üzə çıxara bilir və həmçinin əksini də edir.— Turkmen müzakirə 15:02, 12 iyun 2022 (UTC)
- Lehinə: Turkmen müzakirə 15:02, 12 iyun 2022 (UTC)
- Lehinə: Lavici mesaj? 15:13, 12 iyun 2022 (UTC)
- Lehinə:— White Demツnyaz 22:37, 12 iyun 2022 (UTC)
- Lehinə: - Dr.Wiki54 (müzakirə) 22:54, 12 iyun 2022 (UTC)
- Lehinə: — Azerifactory (müzakirə) 00:21, 13 iyun 2022 (UTC)
- Lehinə: — Araz Yaquboglu (müzakirə) 06:34, 13 iyun 2022 (UTC)
- Lehinə: Dəstəkləyirəm.— Eminn (müzakirə) 16:09, 15 iyun 2022 (UTC)
- Lehinə: — Surə 🗯 18:18, 16 iyun 2022 (UTC)
- Lehinə: -- Qraf 061 (müzakirə) 18:43, 16 iyun 2022 (UTC)
- Lehinə: - Onyeddi (müzakirə) 07:02, 26 iyun 2022 (UTC)
Şərhlər
Bu filter əlavələrin nə dərəcədə problemli olmasını hansı meyarlara əsasən müəyyən edir? White Demツnyaz 15:16, 12 iyun 2022 (UTC)
- Bu təklifi dəstəkləyirəm, ancaq məncə "sürüm kontrolu" kimi bir sistem gətirməsək əbəsdir. Lavici mesaj? 15:18, 12 iyun 2022 (UTC)
- Lavici nəzəri olaraq yaxşıdır, amma praktikada alınmır. TrVikidə "sürüm kontrolu"nu yoxlayan yoxdur demək olar. --► Hörmətlə: SolaVirum 22:05, 12 iyun 2022 (UTC)
- @Solavirum, deməzdim. Sadəcə müəyyən müddət bu iş nəzərdən kənarda qaldığı üçün qalaq olmuşdu. Hal-hazırda müəyyən təşviq edici vasitələrlə bu qalaq 5000-nin altına endirilib. Hardasa bizdəki passivlik nümunəsi. - Dr.Wiki54 (müzakirə) 22:10, 12 iyun 2022 (UTC)
- Solavirum, deyəsən, en wikidə də bənzəri sistem mövcuddur. Hər halda son dəyişiklərdə redaktələr zaman-zaman itir və hazırda xəbərimiz olmayan neçə-neçə məqalədə vandalizm olub və eləcə də qalıb. Bütün redaktələri göstərən (əsasən də, patrullanmayı gözləyən) sistem olsa və fərq etmir, yoxlayanda görünsün və ya yoxlamadan. Ancaq görə bilək hamısını ki, tam nəzarət edə bilək. Pis olar ki? Lavici mesaj? 23:01, 12 iyun 2022 (UTC)
- Lavici nəzəri olaraq yaxşıdır, amma praktikada alınmır. TrVikidə "sürüm kontrolu"nu yoxlayan yoxdur demək olar. --► Hörmətlə: SolaVirum 22:05, 12 iyun 2022 (UTC)
- @White Demon salam, məqalədən mənbənin, şablonun çıxarılması, məzmun çıxarılması, məzmunun önəmli miqdarda dəyişilməsi və s. envikidəki versiyasına keçid vermişəm oradan praktika da etmək olar. Turkmen müzakirə 18:24, 12 iyun 2022 (UTC)
- Qəbul edildi— Turkmen müzakirə 19:32, 30 iyun 2022 (UTC)
Azərbaycanca Vikipediyaya təftişçi hüququnun idxalı ilə bağlı
Salam. Düşünürəm ki, bizə də bu hüquq idxal edilməlidir və təklif edirəm ki, edilsin də. Bununla bağlı qəbul edilmiş qaydalarımız var; (bax). Təftişçi ola biləcək istifadəçilər VP:Təftişçilər səhifəsində namizəd ola bilərlər. Bildiyim qədəriylə də, bu hüququ bürokratlar yox, metadakı stüardlar verə bilər ancaq. Tr vikidə belə mövcuddur. Bizdə niyə olmasın ki? Metaya müraciət etməkdən daha rahat və asan olar. Və hər kəs ingiliscə bilməyə bilər. Mövqeyinizi aşağıda bildirməyinizi xahiş edirəm. Hörmətlə, Lavici mesaj? 15:42, 15 iyun 2022 (UTC)
- Lehinə: Lavici mesaj? 15:42, 15 iyun 2022 (UTC)
- Lehinə: eynilə, çox yaxşı olar və azvikidə də ciddi şəkildə ehtiyac var. Atakhanli (müzakirə) 15:46, 15 iyun 2022 (UTC)
- Lehinə: fikrimcə çox lazımlı bir hüquqdur. Qraf 061 (müzakirə) 15:58, 15 iyun 2022 (UTC)
- Əleyhinə: Hal-hazırda statusu istifadə edə bilmək üçün yox sadəcə əldə etmək üçün bir çox istifadəçi var. Ona görə əlavə hüquqların əlavə problemlər yarada biləcəyini düşünürəm.— Eminn (müzakirə) 16:06, 15 iyun 2022 (UTC)
- Əleyhinə: Emin düz deyir, AzViki kimi aktivliyin az olduğu bir yerdə son illərdə xeyli hüquq idxal edilir. Təftişçilik ciddi bir hüquqdur, şərtlərə baxdıqda artıq bunu başa düşürsən. Vikicəmiyyətin ciddi nəzarəti lazımdır, halbuki bizdə inzibatçıların fəaliyyətinə belə bəzən düzgün nəzarət edilmir. Bununla bağlı AzVikidə problemlər yaşamaqdansa, bala-bala Metaya müraciət etməyi üstün tuturam. Metaya müraciət etmək daha narahat və çətin deyil, guya bu hüquq bizə idxal olunsa təftişçilər Metadakılardan daha tez müraciətlərə baxacaqlar ki?— White Demツnyaz 16:46, 15 iyun 2022 (UTC)
- Əleyhinə: Azərbaycanda tətbiqi problem yarada bilər deyə düşünürəm. --► Hörmətlə: SolaVirum 18:59, 15 iyun 2022 (UTC)
- Əleyhinə:— Turkmen müzakirə 20:23, 15 iyun 2022 (UTC)
- Əleyhinə: White Demon kimi düşünürəm.— Azerifactory (müzakirə) 00:06, 16 iyun 2022 (UTC)
- Bitərəf: ehtiyac var və bəzi inzibatçılara vermək olar deyə düşünürəm. Amma azvikidə qısamüddətli fəaliyyətimin olduğunu nəzərə alaraq, təcrübəli inzibatçıların qeyd etdiyi nüanslara görə tərəddüd edirəm. — Surə 🗯 15:15, 16 iyun 2022 (UTC)
- Bitərəf: məncə, çox lazımlı hüquqdur, lakin azviki kiçik olduğu üçün buna o qədər də ehtiyac qalmır. Gələcəkdə tətbiqinə daha yaxşı şərait yaranacağını ümid edirəm. — Toghrul R (m) 07:49, 17 iyun 2022 (UTC)
- Əleyhinə: - Dr.Wiki54 (müzakirə) 12:50, 19 iyun 2022 (UTC)
Şərhlər
- Eminn, salam. Hüquq üçün sadəcə inzibatçılar müraciət etsələr yaxşı olar. Əlavə olaraq, viki daxilində bu hüquqa çox ehtiyac var zənnimcə. Lavici mesaj? 16:08, 15 iyun 2022 (UTC)
- Lavici, inzibatçıların fəaliyyəti ilə bağlı vəziyyət nə dərəcədə yaxşıdır ki? Son bir aydakı müzakirələri unutmayaq. Bu, inzibatçı hüququnu daha cəlbedici olacaq. İndiki halda birmənalı şəkildə əleyhinəyəm. — Eminn (müzakirə) 16:12, 15 iyun 2022 (UTC)
- təftişçilik üzrə təcrübəsi olanlara verilsə daha yaxşı olar. və patrulların əksəriyyəti fəaliyyəti boyunca nəyisə patrul edəndə təftiş etmiş olur onsuz da. sırf idarəçilərə verilməsi mənasızdır, yerinə bir idarəçi və ya bürokrat güvənilən şəxslər üçün özü müraciət edə bilər.Atakhanli (müzakirə) 16:23, 15 iyun 2022 (UTC)
- Eminn, fikrimcə, passivlik məsələsi və müəyyən şəxslərin bu hüquqa sadəcə yiyələnmək istəməsi idxal olunmaması üçün əsas təşkil etmir. Ciddi şəkildə bu hüquqa ehtiyac duyulduğunu hiss edirəm. Ən pis halda, 1 aktiv istifadəçini təftişçi seçərik, olar bitər. Siz ki, yenilik tərəfdarı istifadəçisiniz, xatırlayıram ki, ötən aylarda bir neçə hüquq və yenilik təklif etmişdim ki, dəstəkləmişdiniz. Elə siz özünüz, bu barədə təcrübəniz varsa və də istəsəniz bu hüquq üçün müraciət edə bilərsiniz. Atakhanli, təftişçi olacaq şəxsin mütləq şəkildə inzibatçı və ya bürokrat olması gərəkmir təbii ki. Ancaq düşünürəm ki, daha etibarlılıq baxımından bu qrupdan olan istifadəçilərə verilsin bu hüquq hələlik. Əlbəttə ki, qərarı icma verəcək. Lavici mesaj? 16:34, 15 iyun 2022 (UTC)
- Lavici, mən daha çox istifadəçiyə veriləcək, Vikipediyanın işini təkmilləşdirəcək hüquqların əlavə edilməsini dəstəkləyirəm. Amma bu hüquq bir qədər imtiyaz verir. Bəzən, ümumiyyətlə, bürokrat statusunun Azvikidə ləğv edilməsinin lazım olduğunu düşünürəm. İnzibatçılardan birinin iki il əvvəl kukla hesabınlar işlətdiyi müəyyən olunmuşdu. Belə halın təkrarlanmayacağına zəmanət yoxdur. Ona görə bu statusun idxal edilməməsini istəyirəm.— Eminn (müzakirə) 16:42, 15 iyun 2022 (UTC)
- Eminn, White Demon, əvvala qeyd etdiklərim başqa cür başa düşülməsin, hər bir istifadəçinin fəaliyyəti Vikipediya üçün dəyərlidir. İnzibatçının fəaliyyətinə nəzarət deyəndəki VP:İHGA bu yaxınlarda qəbul edilmədi. Əleyhinə səs verənlərin isə hamısı inzibatçılar idi. 2-3 inzibatçıdan başqa leyhinə səs verən olmadı. Düzü, o məsələdə bitərəf idim. Nə edək? Passiv inzibatçılardan bəlkə hüquqularının alınmasını səsverməyə çıxaraq? Nəticəsi bəllidir. Mən bir şeyi başa düşə bilmirəm ki, deyirlər ki, layihə könüllüdür, yəni, inzibatçı passiv də ola bilər, istifadəçi kimi. İstifadəçi ilə inzibatçını niyə müqayisə edirik? İnzibatçını icma seçir axı. Şəxsən bu fikirlə razı deyiləm, onda hər tərcübəli istifadəçini seçək inzibatçı, fəaliyyət göstərməsin, statusu da qalsın. İnzibatçı namizədliyi verəndə, əsaslı səbəblər yazırsan, icmaya vəədlər verirsən. Ancaq bir müddət sonra yaddan çıxır hamısı da. İstifadəçiykən aktiv fəaliyyət göstərirsən, inzibatçı seçilirsən yox. Belə baxıram ki, hamısı inzibatçı seçilənə qədərdir. Passiv olan ən yaxşısı inzibatçı olmasın. Passivlik də 1 həftə olar, 2 həftə olar, 1 ay olar. Metada 2 il fəaliyyətsizlik qaydası var, belə çıxır ki, ildə ya da ayda 3-4 redaktə etsən də olar? Bu qədər passivlik olar? Səhifələrdə vandalizm yığılır qalır, müraciətlər uzun müddət cavabsız qalır, ən pis halda, 2-3 eyni aktiv inzibatçı var, onlar baxırlar müraciətlərə. Əvəzləyən də yox, sadəcə eyni şəxslər. Belə olan halda da, o 3 nəfərdə baxa bilər sadəcə. Qısacası, inzibatçı olan şəxs bacardığı qədər aktiv olmalıdır. Yox ola bilmirsə, imtina etməlidir və yerinə aktiv və təcrübəli istifadəçilərdən seçilməlidir. Burada sayçoxluğu yaratmaq lazım deyil. İndi fikir verin 5-10 il keçib və hələ də eyni istifadəçilərin hamısı inzibatçıdır? İnzibatçı alətləri ilə inzibatçı işləri yerinə yetirməyən inzibatçıların hüquqularının alınmasını səsverməyə çıxarmaq lazımdır. Digər tərəfdən bu hüququn kifayət qədər ciddi olduğunu bilirəm və qəbul edilərsə, aktiv istifadəçilərdən hələlik 1-ini təftişçi seçərdik. Mən Toğrulu təklif edərdim, etirazı yoxdursa. İnzibatçı kimi də fəaliyyəti yaxşıdır. Niyə özümüzdə olmasın da metaya müraciət edək ki? Olarsa, daha əlçatan olacaq, metaya müraciət etməyə ehtiyac qalmayacaq. Hazırda bu hüquqa azviki daxilində olduqca çox ehtiyac var. Lokal vikilərdə də var bu hüquq. Məncə, aktiv istifadəçini seçsək, problem olmayacaq. İnzibatçılar üçün isə indiki halda etimad səsvermələrinin təşkil edilməsini təklif edirəm. Lavici mesaj? 18:24, 15 iyun 2022 (UTC)
- Sizinlə müəyyən qədər razıyam, amma inzibatçı o hüququ alıbsa deməli özünü təsdiqləyə bilib, təcrübəsi də var. adam öz hüququndan sui-istifadə etmirsə, vikipediyanın fəaliyyətinə əngəllər yaratmırsa o hüququ ondan almağın nə mənası var? əlbəttə aktivlik çox ciddi problemdir, bu o vaxt da mövzu açılanda müzakirə olunmuşdu geniş. amma ümumiyyətlə gözləgörünə bilən bir şey dəyişilməyib, bu fəallıq mövzusu açıldıqca uzana-uzana gedəcək. ən sadə misal, Vikipediya: Liqası. 1.2. Liqanın məqsədi Azərbaycanca Vikipediyada fəallığı artırmaqdır. yəni sırf istifadəçilər arasında fəallığın artırılması üçün təşkil olunan layihə. amma cədvələ baxın, Mart ayı ümumiyyətlə boşdur. deməli heç bir inzabatçının mart ayı heç bu yadlarına belə düşməyib. Ayın qalibi növbəti ayın birinci günü açıqlanır. və indiki ay. ayın 17-sidir, yekun hələ də vurulmayıb. yəni qısaca, istifadəçilərin fəallığını artırmaq üçün təşkil olunan layihə inzibatçıların özünün belə yadından çıxıb)) bu məncə cari vəziyyəti açıqlayan ən yaxşı detaldır. əvvəl bu işlə patrul @Xeyal bəy məşğul olurdu, o da indi aktiv deyil, əvəzləyicisi də yoxdur. yəni tutaq ki, inzibatçı hüquqları alındı, vəziyyət daha da pis olacaq. heç olmasa ara-sıra fəaliyyətləri olur. digər mövzular onsuz da müzakirədə danışılmışdı. mühafizə üçün müraciətlər, SNS və s..
- amma bütün hallarda fakt odur ki, bu hüquq azviki üçün lazımdır, hüquq idxal olunub güvənli istifadəçiyə verilməlidir, onsuz da gec-tez ediləcək bu. əgər indi ehtiyac varsa niyə gecikdirilsin? aktiv inzibatçılardan 2-sində qala bilər hüquq. və əsas məsələ güvən. bu gün azviki öz inzibatçısına güvənmir. Atakhanli (müzakirə) 13:05, 17 iyun 2022 (UTC)
- Təəssüf ki, mən sizinlə razı deyiləm. Zənnimcə, yanaşmanız yanlışdır. Mənası odur ki, o zaman siz, mən başda olmaqla bütün təcrübəli istifadəçiləri inzibatçı seçək. Fəaliyyətdə göstərməyək, nə zərəri var ki? Mənasız olan boş yerə sayçoxluğu yaratmaqdır. Sui-istifadə etmirsə, yəni, 10 ildə passiv qalmasında problem yoxdur? :) İnzibatçı olanda, üzərinə böyük məsuliyyət götürürsən. Amma hazırda bunu görmürəm. Heç əvəzləyici də yoxdur, eyni şəxslərdir hamısı. 3-4 eyni aktiv istifadəçi. Belə olan halda, düşünürəm ki, sadəcə onlarda baxa bilərlər, nəzarət edə bilərlər Vikipediyaya (onsuz hazırki vəziyyət də belədir). Demək istədiyim, 3-4 nəfər maraqlanırsa bütün bu işlərlə, digər inzibatçılara nə gərək var? Güvənib, etibar edib veribsə, o demək deyil ki, bir ömür inzibatçı qalmalı və passiv olmalıdırlar. Mütləq alınması üçün sui-istifadə etməlidir yəni? Düşünün ki, eyni şəxslər 10 ildən sonra da hələ inzibatçıdır. Çox normaldı? Fəaliyyət göstərsən deyərəm hə, yox passivsən deyil. Demək istədiyim odur ki, hüquq üçün fəaliyyət göstərmək doğru deyil. İnzibatçı hüququ olmadan fəaliyyət göstərmək olmur? Hər-halda belə hal təkcə bizdə var. Vaxtı gələndə getməsini bilməlisən məncə. Təbii ki, hər birinin fəaliyyəti vacibdir Vikipediya üçün. Passiv olan şəxslər yerini digər aktiv və təcrübəli istifadəçilərə buraxmalıdırlar. Yoxsa yeni istifadəçiləri inzibatçı seçsək, hazırkılar da yerində qalsalar, 50 inzibatçımız olar, nə gözəl. Azdı, bəlkə 100 edək? Hamını seçək getsin ee. Nə olacaq ki? Nə qəşəngdi, bu gedişlə, elə olacaq onsuz da. Ayda bir dəfə müraciətə baxmaqdansa, heç elə baxmamaq yaxşıdır. Kəmiyyət yox, keyfiyyət. VP:RL ilə məşğul olmağı düşünürəm, ancaq istəsəz sizdə maraqlana bilərsiniz, buyurun. Hörmətlə, Lavici mesaj? 13:47, 17 iyun 2022 (UTC)
- aha, mən müzakirə səhifənizdə də qeyd etmişdim, əgər ki, siz özünüzü inzibatçı hüququ alacaq qədər hazır hiss edirsinizsə və yetəri qədər təcrübəlisinizsə niyə də yox? və @Dr.Wiki54 ən ideal namizəd. mənim isə yaxın gələcək üçün belə bir hədəfim yoxdur heç. əmin deyiləm amma deyəsən belə qərar var ki, 2 il fəaliyyətsiz qaldıqda hüquq alınır. bunu 6 aya qədər düşürtmək olar (təbii ki, üzürlü səbəblər xaric). say çoxluğu problem yaratmır, sui-istifadə olunmursa bütün hallarda vikinin xeyrinədir. VP:RL-ya gəldikdə isə belə baxımsız qalacaqsa layihə sonlandırılsa və ya 1 aydan bir seçilmək yerinə vaxtı 3 aydan bir seçilməsinə kimi dəyişdirmək olar. amma indiki halda dediyim kimi istifadəçilər arasında fəallığı artırmaq üçün təşkil olunan layihənin idarə heyəti tərəfindən belə baxımsız qalmağı həqiqi mənada ayıbdır. indiki halda keyfiyyəti artımağın yolu idarəçi sayını artırmaqdır. və eyni zamanda təcrübəli istifadəçilər yetişdirmək. gənclər evi, gənclər fondu və s. ilə əməkdaşlıq, ortaq layihələr, təlim, konsultasiyalar və s., qrantlı mövzulu aylar..
- hüququn alınması fəallığı artırmayacaq. çünki onsuz da fəal adam barmaqla sayılası qədərdir, indiki passiv dediyimiz idarəçilər nə də olsa ara-sıra nəsə edir, düşünün ki, onlardan da məhrum olacayıq. dediyim budur. Atakhanli (müzakirə) 14:57, 17 iyun 2022 (UTC)
- Təəssüf ki, mən sizinlə razı deyiləm. Zənnimcə, yanaşmanız yanlışdır. Mənası odur ki, o zaman siz, mən başda olmaqla bütün təcrübəli istifadəçiləri inzibatçı seçək. Fəaliyyətdə göstərməyək, nə zərəri var ki? Mənasız olan boş yerə sayçoxluğu yaratmaqdır. Sui-istifadə etmirsə, yəni, 10 ildə passiv qalmasında problem yoxdur? :) İnzibatçı olanda, üzərinə böyük məsuliyyət götürürsən. Amma hazırda bunu görmürəm. Heç əvəzləyici də yoxdur, eyni şəxslərdir hamısı. 3-4 eyni aktiv istifadəçi. Belə olan halda, düşünürəm ki, sadəcə onlarda baxa bilərlər, nəzarət edə bilərlər Vikipediyaya (onsuz hazırki vəziyyət də belədir). Demək istədiyim, 3-4 nəfər maraqlanırsa bütün bu işlərlə, digər inzibatçılara nə gərək var? Güvənib, etibar edib veribsə, o demək deyil ki, bir ömür inzibatçı qalmalı və passiv olmalıdırlar. Mütləq alınması üçün sui-istifadə etməlidir yəni? Düşünün ki, eyni şəxslər 10 ildən sonra da hələ inzibatçıdır. Çox normaldı? Fəaliyyət göstərsən deyərəm hə, yox passivsən deyil. Demək istədiyim odur ki, hüquq üçün fəaliyyət göstərmək doğru deyil. İnzibatçı hüququ olmadan fəaliyyət göstərmək olmur? Hər-halda belə hal təkcə bizdə var. Vaxtı gələndə getməsini bilməlisən məncə. Təbii ki, hər birinin fəaliyyəti vacibdir Vikipediya üçün. Passiv olan şəxslər yerini digər aktiv və təcrübəli istifadəçilərə buraxmalıdırlar. Yoxsa yeni istifadəçiləri inzibatçı seçsək, hazırkılar da yerində qalsalar, 50 inzibatçımız olar, nə gözəl. Azdı, bəlkə 100 edək? Hamını seçək getsin ee. Nə olacaq ki? Nə qəşəngdi, bu gedişlə, elə olacaq onsuz da. Ayda bir dəfə müraciətə baxmaqdansa, heç elə baxmamaq yaxşıdır. Kəmiyyət yox, keyfiyyət. VP:RL ilə məşğul olmağı düşünürəm, ancaq istəsəz sizdə maraqlana bilərsiniz, buyurun. Hörmətlə, Lavici mesaj? 13:47, 17 iyun 2022 (UTC)
- Lavici, fikirlərinizlə tamamilə razıyam. Amma hal-hazırda bu hüququn fayda verməyəciyini düşünürəm. Səsvermələrlə bağlı son illərdə xoş olmayan vəziyyət var, xüsusən sosial şəbəkələrdə istifadəçilərə səsvermələrlə bağlı təzyiqlər edilir. Buna görə təftişçi hüququnun düzgün istifadə edə bilməyəcək istifadəçilər tərəfindən əldə edilməsi ehtimalı var. Toghrul R və Nicat49-u təftişçi kimi görmək istəyərəm, amma indi yox.— Eminn (müzakirə) 18:41, 15 iyun 2022 (UTC)
- Təftişçilərin istifadəçilərin bir qədər şəxsi hesab edilə biləcək məlumatlarına baxa bilirlər deyə problem görürəm burada. Sabah birigün hansısa istifadəçinin "başını ağrıtmaq" üçün istifadə edilə bilər. --► Hörmətlə: SolaVirum 19:00, 15 iyun 2022 (UTC)
- Eminn, bu hüquqa həqiqətən çox ehtiyac var. Bir də baxırsan ki, səsvermələrdə kukla hesablar var, gərək hər dəfə metaya müraciət edəsən, çox vaxt edilmir də heç və ya etmək istəyənlər də etməsini bilmir. Bizdə kukla hesablara qarşı mübarizə görmürəm. Eyni istifadəçi müxtəlif hesablardan gəlir ya səs verir ya da pozucu fəaliyyətlə məşğul olur, bloklanmır da. Amma bu hüquq olsa, başqa cür olacağını düşünürəm. Solavirum, o bizlərdən asılıdır bir az da, hüquq doğru şəxsə verildiyi müddətçə problem yoxdur. Digər vikilərdəkilərdə də təftişçilər həmin məlumatlara baxa bilirlər. Elə istifadəçi seçək ki, sonra "başımız ağrımasın" da :) İllərin təcrübəsi və vikipediyaçısı Sortilegus da ola bilər. White Demon, Azerifactory, hər kəs ingiliscə bilməyə və ya metaya müraciət etməyi bacarmaya bilər. Başqasından xahiş etməlidir? Bunu edənə qədər öz vikisindəki təftişçiyə müraciət etməsi daha asan və optimal olar. Lavici mesaj? 01:15, 16 iyun 2022 (UTC)
- Bir məqamı qeyd etmək lazımdır ki, qaydalara görə AzVikidə 2 təftişçi olmalıdır, 1 yox. İstifadəçinin təftişçi olması üçün isə azı 25 lehinə səs almalı və lehinə səslər ümumi səslərin ən az 70 %-ni təşkil etməlidir. 20 illik AzViki tarixində bu şərtləri ödəyən cəmi 4 səsvermə ilə qarşılaşdım arxivlərdə (ən son Burocan-ın inzibatçı səsverməsi). Çünki Meta deyir ki, əgər təftişçi azı 25 lehinə səs almırsa, deməli bu layihə təftişçi hüququna ehtiyac duyacaq qədər aktiv deyil. White Demツnyaz 02:15, 16 iyun 2022 (UTC)
- Əvvala onu qeyd etməliyəm ki, bu hüququn idxalını ona görə təklif edib və müzakirəyə çıxarmadım ki, mən ya da qeyrisi bu hüquqa sadəcə yiyələnsin və ya başqa məqsədlər və maraqları üçün istifadə etsin. Çox etibarlı istifadəçilərə bu hüququ vermək lazımdır ki, işimiz asanlaşsın. Çünki buna ehtiyac var. Toghrul R, məncə, kiçik Vikipediya deyib, keçməyək. SNS/BNS və eləcə də, digər səhifələrdə VP:KUKLA baş alıb gedir, vəziyyət pisdir. Siz ki, bunu çox yaxşı bilirsiniz. Bunun üçün hər dəfəsində metaya müraciət etməkdənsə, özümüz həll edə bilərik. Hüququ etibarlı əllərə təslim etmək lazımdır sadəcə. Mən 2 təftişçi seçiləcəksə, bunun birinin sizin olmağınızı istərdim, məmnuniyyətlə. Texniki işləri yaxşı bilirsiniz və bacaracağınıza inanıram. Digəri isə ya Sortilegus (15 ildən çoxdur redaktə edir), ya da Turkmen (qlobal sysop-dur) ola bilər, mənim düşüncəmə görə. Hətta deyərdim ki, 3 təftişçi seçək, çünki qeyd etdiyim istifadəçilərin bu hüquqdan sui-istifadə edəcəklərini düşünmürəm. White Demon, bu hüququn idxalı yenilik və inkişafdan daha çox zərurətdir məncə. Fikrimcə, səs-seçki problem deyil, əvvəllər daha çox iştirak olurdu (layihə daha aktiv idi, təftişçiyə ehtiyac yox idisə, indi var, gecikmişik). O aktivlikdən əsar-əlamər yoxdur, buna baxmayaraq, doğru şəxsləri seçərsək, 25 səsin toplanacağına və seçiləcəklərinə inanıram. Bir istifadəçini də təftişçi olaraq seçə bilərdik əslində. Çünki təftişçi mütləq bürokrat ya da inzibatçı olmalıdır deyə bir qayda yoxdur. Amma hazırda inzibatçılardan seçməyi daha uyğun və üstün görürəm. Hazırda da tr vikidə bir patrulun namizədliyini veriblər. Səsverməsi də davam edir. İndi idxal edilməsə bu hüquq, 2030-da bu barədə danışarıq birdə yəqin ki. Lavici mesaj? 10:09, 17 iyun 2022 (UTC)
- Bir məqamı qeyd etmək lazımdır ki, qaydalara görə AzVikidə 2 təftişçi olmalıdır, 1 yox. İstifadəçinin təftişçi olması üçün isə azı 25 lehinə səs almalı və lehinə səslər ümumi səslərin ən az 70 %-ni təşkil etməlidir. 20 illik AzViki tarixində bu şərtləri ödəyən cəmi 4 səsvermə ilə qarşılaşdım arxivlərdə (ən son Burocan-ın inzibatçı səsverməsi). Çünki Meta deyir ki, əgər təftişçi azı 25 lehinə səs almırsa, deməli bu layihə təftişçi hüququna ehtiyac duyacaq qədər aktiv deyil. White Demツnyaz 02:15, 16 iyun 2022 (UTC)
- Qəbul edilmədi — Turkmen müzakirə 12:23, 6 iyul 2022 (UTC)
"İkihəftəlik iş" layihəsi
Mövzulu ayın ləğv olunmasından sonra Azərbaycanca Vikipediyada layihə boşluğu yaranıb. Mövzulu ay həqiqətən də AzVikiyə rəng qatan layihələrdən biri idi, amma son dövrlərdə aktivlik aşağı düşdüyü üçün artıq keçirilməməsi başadüşüləndir. Bir tərəfdən də vikipediyanın məqalə sayını artıracaq ya da spesifik mövzulardakı boşluqları dolduracaq mütəmadı layihəyə ehtiyacı var.
Məsələn, mənim təklif etdiyim ideyalardan biri "İkihəftəlik iş"dir. Bir az TrViki-dəkinə oxşar layihədir. İkihəftəlik müddət üçün bir mövzu təyin edirik. Amma Mövzulu aydan fərqli olaraq bu layihədə mövzular ümumi yox, daha spesifik olur. Məsələn, Namibiya, ABŞ musiqisi, Avstraliya coğrafiyası, Şirniyyatlar, Video oyun terminləri və s. Hər iki həftənin axırında mövzunu yekunlaşdıranda sıralama olmur, əvəzinə bir kvota qoyulur. Məsələn, bu kvota 15 məqalə olsun. İki həftə ərzində mövzu çərçivəsində azı 4K həcmi olan 15 məqalə yaradan hər şəxs həmin mövzunun ulduzuna layiq görülür (istinadları və Azərbaycan dilinə uyğunluğu da gözləməklə). Tutalım, mövzu Namibiyadır, Namibiya haqqında 15 məqalə yaradan istənilən şəxs sonda Namibiya ulduzuna layiq görülür. Ən çox məqalə yaradan şəxs (azı 30 məqalə yaratmalı) Namibiya ulduzu ilə yanaşı, yanında Qızıl ulduz da qazana bilər.
Əslində bu layihə "İkihəftəlik" yox, "Həftəlik" də ola bilər. Amma AzVikidəki aktivliyi nəzərə alanda hər mövzunun iki həftə davam etməsini daha məntiqli hesab edirəm. Bu ideya haqqında fikirləriniz nələrdir? AzVikidə məqalə sayını və aktivliyi artıracaq mütəmadi bir layihə haqqında kimin nə fikri var? Araz Yaquboglu, Sortilegus, Solavirum, Qolcomaq, Azerifactory, Sefer azeri, Turkmen, Dr.Wiki54, Toghrul R, Eldarado, Eminn, Keete 37, Sura Shukurlu, Wertuose, Drabdullayev17, Nicat49, Atakhanli, Burocan, dancewithdevil.— White Demツnyaz 16:34, 21 iyun 2022 (UTC)
- White Demon, salam. Bilmirəm, niyə bildiriş gəlmədi, amma təklifinizi dəstəkləyirəm. 3-4 həftə də olar, day 1 ay oldu ki bu :) Həqiqətən aktivlik çox aşağıdır. Məncə, yeni yaradılacaq məqalələrin mütləq əksəriyyəti problemli olacaq. Təklif edirəm ki, mövcud məqalələrin məzmunlarını genişləndirmək olsun sadəcə. Öz adıyla, "Təkmilləşdirmə ayı". Hörmətlə, dancewithdevil (müzakirə) 17:13, 21 iyun 2022 (UTC)
- Hörmətli @Dancewithdevil sizin fikrinizə qatılıram məncə də məqalələri təkmilləşdirib genişləndirmək olsa yaxşı olar çunki bir çox məqalələr məzmun baxımından genişləndirməyə ehtiyac var -- Hörmətlə: Qraf 061 (müzakirə) 17:23, 21 iyun 2022 (UTC)
- White Demon mövzu aylarda çoxlu məqalələr yaradılır ki, onların bir qismi aylar sonra silinirdi. Çoxusu "ala-başına kül-başına" formada hazırlanırdı. Təklifin əleyhinə deyiləm amma. --► Hörmətlə: SolaVirum 17:33, 21 iyun 2022 (UTC)
- Guya indi "ala-başına kül-başına" məqalələr yaradılmır?) Hər gün yeni məqalələr bölməsində vikiləşdirilməmiş, qarışıq, başlığı, kateqoriyası olmayan məqalələrlə qarşılaşıram. White Demツnyaz 18:14, 21 iyun 2022 (UTC)
- @White Demon, @Solavirum ilə razıyam. - Dr.Wiki54 (müzakirə) 18:44, 21 iyun 2022 (UTC)
- dancewithdevil, "Təkmilləşdirilmə ayı" keçirilmişdi, amma nəticələri yoxlayan olmamışdı. --► Hörmətlə: SolaVirum 17:34, 21 iyun 2022 (UTC)
- Mən də əslində buna bənzər bir layihə təklif edəcəkdim. Amma mənim təklifimdə məqalə yaradılmasından daha çox təkmilləşdirilməsinə önəm verilirdi. İndiki halda əleyhinə deyiləm. Bununla birlikdə illik layihə də etmək olar əslində :D Misalçün 2023 ili üçün sırf idman məqalələrinə fokuslanaq. Hməin ili "İdman ili" adlandıra da bilərik ki, bu da çox "orijinal" fikir olacaq ))) — Surə 🗯 18:46, 21 iyun 2022 (UTC)
- White Demon, təklifinizi dəstəkləyirəm. Beləcə bir mövzu ətrafında məzmunun artırılmasına nail olarıq, həmçinin mövzu seçməkdə çətinlik çəkən istifadəçilərə kömək olacaq. Mən həftəlik mövzuların seçilməsini dəstəkləyirəm, müəyyən həddi keçən bütün istifadəçilərə ulduz verilməsi ideyası da çox yaxşıdır. Əvvəlki layihələrdə ən çox xal toplayan istifadəçilər qalib olurdu, ona görə bəzən kütləvi olaraq keyfiyyətsiz məqalələr yaradılırdı. Növbəti həftədən başlayaq.— Eminn (müzakirə) 18:50, 21 iyun 2022 (UTC)
- Həftəlik yoxsa ikihəftəlik? Hansı daha yaxşıdır? White Demツnyaz 19:02, 21 iyun 2022 (UTC)
- Gəlin ən yaxşısı, 15 gün edək. Adını da qoyaq "Mövzulu yarımay" :d Necədir? Təkmilləşdirmə dedikdə, yəqin ki, təkcə əlavələr yox, mətnin azərbaycan dilinə uyğunlaşdırılması, mənbə əlavələri və s. kimi nüanslar da buna aid edilir? Eləmi? dancewithdevil (müzakirə) 19:07, 21 iyun 2022 (UTC)
- Belə adlar gülməli səslənir. Sadəcə "Məqalə layihəsi/marafonu(?)" kimi bir şey etmək olar məncə. --► Hörmətlə: SolaVirum 19:11, 21 iyun 2022 (UTC)
- Məqalə layihəsi yox, amma Məqalə marafonu pis deyil. White Demツnyaz 19:13, 21 iyun 2022 (UTC)
- Belə adlar gülməli səslənir. Sadəcə "Məqalə layihəsi/marafonu(?)" kimi bir şey etmək olar məncə. --► Hörmətlə: SolaVirum 19:11, 21 iyun 2022 (UTC)
- Gəlin ən yaxşısı, 15 gün edək. Adını da qoyaq "Mövzulu yarımay" :d Necədir? Təkmilləşdirmə dedikdə, yəqin ki, təkcə əlavələr yox, mətnin azərbaycan dilinə uyğunlaşdırılması, mənbə əlavələri və s. kimi nüanslar da buna aid edilir? Eləmi? dancewithdevil (müzakirə) 19:07, 21 iyun 2022 (UTC)
- Həftəlik yoxsa ikihəftəlik? Hansı daha yaxşıdır? White Demツnyaz 19:02, 21 iyun 2022 (UTC)
- təklif edirəm ki, bunu layihə halına salıb viki qaydalarına uyğun layihə formasında donor təşkilatlara və maraqlı təşkilatlara təqdim edək, onlar qrant ayırsa iş daha professional və motivasiyalı olacaq. layihədə real mükafatlar (pul mükafatı, hədiyyələr) olacağından xeyli insan qatılacaq və daha rəqəbətli olacaq. və qaliblər məqalə sayına görə yox ciddi əsaslandırmalar ilə seçiləcək, layihə çərçivəsində real qiymətləndirmə komissiyası və s. də təşkil olunacaq təbii. mən əvvəl bu tip şey üzərində düşünmüşdüm, sonra araya başqa şeylər girdi deyə qaldı. layihənin hazırlanması üçün bürokrat dəstəyi də lazımdır. çünki müxtəlif öhdəliklər var. Atakhanli (müzakirə) 21:55, 21 iyun 2022 (UTC)
- Yaxşı fikirdi. 15 gün yaxşıdır fikrimcə. — Araz Yaquboglu (müzakirə) 04:28, 22 iyun 2022 (UTC)
- Maraq olacaqsa əgər razıyam. Həmişə bur cür təklifləri dəstəkləmişəm. Mənim tərəfimdən hər hansısa dəstəyə ehtiyac yaranarsa çəkinmədən müraciət edə bilərsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:00, 22 iyun 2022 (UTC)
- 2 həftə mövzusuna tərəddüdlə yanaşıram. Mövzulu ay layihəsinin belə yoxlanılmasında ləngimə müşahidə olunurdu. Fikrimcə bu layihədə müddət standart olmasın, mövzudan aslı olaraq dəyişsin. Planın həcmi və əhatə dairsəinə uyğun olaraq müddət 2-3 həftə, 1 ay, 1 ay yarım və ya 2 ay olaraq təyin edilə bilər. Yəni hər mövzuda təşkilatçı tərəfindən müəyyən müddət təyin edilsin. Bundan əlavə bu layihəyə təkcə məqalə yaradılmasını və təkmilləşdirilməsini deyil, şəkil yüklənməsini də aid etmək olar. Əhatə dairəsi nə qədər geniş olsa həm bir o qədər faydalı, həm də iştirakçılar üçün maraqlı olar. — Surə 🗯 18:38, 23 iyun 2022 (UTC)
- Nəticə nə oldu? Məncə mövzqulu ay qayıtsa yaxşı olar amma yoxlama məsələsini kim edəcək? Çox istiyərdim bizdə Qadın futboluna aid mövzulu ay olsun.— Azerifactory (müzakirə) 01:24, 26 iyun 2022 (UTC)
- Mövzulu ayı müzakirə etmirik, yeni layihə müzakirə edirik. White Demツnyaz 01:29, 26 iyun 2022 (UTC)
- Əslində belə bir nüans var ki, biz özümüz də bilmədən "Mövzulu ay"ı bərpa edirik burda. Bu tam olaraq Laboratoriya sistemindən iki mərhələli sistemə keçdiyimiz prosesə bənzəyir. Hansı ki, biz yeni sistemə keçdikdə artıq səsvermədən deyil, müzakirədən istifadə ediləcəyini deyirdik. Sonra isə tək fərqin eyni prosesin iki mərhələyə bölünməsindən ibarət olduğunu gördük. İndi isə eyni layihənin müddətini və adını dəyişərək fərqli layihə olaraq qəbul etməyə çalışırıq. Bu arada, bu layihə haqqında da müzakirə aparıldı, qəbul edildi, amma davam etdirilmədi. Eldarado qeyd etdiyim layihə ilə bağlı fikriniz maraqlıdır. — Surə 🗯 18:41, 7 iyul 2022 (UTC)
- Sura xanımın fikirlərinə qatılıram. Hörmətlə, dancewithdevil (müzakirə) 12:19, 8 iyul 2022 (UTC)

Restore düyməsi
Salam. Bizdə bu düymə niyə yoxdur? Bilməyənlər üçün deyim ki, bu düymə vasitəsilə səhifələrdə 2 və ya daha artıq şəxslər tərəfindən edilmiş redaktələri bir tıkla, bu düymə sayəsində ən sonuncu sağlam versiyaya gətirə bilərik. Bunu əllə edirik hazırda. dancewithdevil (müzakirə) 03:51, 22 iyun 2022 (UTC)
Toghrul R, salam. Mövzu barədə sizin fikirləriniz maraqlıdır. dancewithdevil (müzakirə) 18:42, 22 iyun 2022 (UTC)
- dancewithdevil, salam. Bu funksiya harada var? Vikidatadan başqa — Toghrul R (m) 14:25, 23 iyun 2022 (UTC)
- Toghrul R, salam. Vikidata da gördüyümü xatırlayıram. Başqa yerdə yoxdur ki? Qəribədir. dancewithdevil (müzakirə) 15:20, 23 iyun 2022 (UTC)
- Bu funksiyanın yoxluğu mənə də çətinlik yaradırdı və bu yaxınlarda istifadəçilərdən biri də bu haqda mənə müraciət etdi. Həqiqətən də, niyə belə bir funksiya digər layihələrə əlavə edilməyib? — Surə 🗯 18:40, 23 iyun 2022 (UTC)
- Belə bir funksiya yoxdur, təəssüf ki. Kənd meydanında "wishlist" elanı veriləndə bu barədə təkliflər edə bilərsiniz — Toghrul R (m) 06:17, 24 iyun 2022 (UTC)
- Qlobal tvinkle qoşmaqla həll etmək olar. Turkmen müzakirə 09:34, 5 iyul 2022 (UTC)
- Turkmen, məntiqlidir dediyiniz. Qlobal tvinkle-də belə bir funksiya mövcuddur, bəli. Hörmətlə, dancewithdevil (müzakirə) 12:05, 5 iyul 2022 (UTC)
- Qlobal tvinkle qoşmaqla həll etmək olar. Turkmen müzakirə 09:34, 5 iyul 2022 (UTC)
- Belə bir funksiya yoxdur, təəssüf ki. Kənd meydanında "wishlist" elanı veriləndə bu barədə təkliflər edə bilərsiniz — Toghrul R (m) 06:17, 24 iyun 2022 (UTC)
- Bu funksiyanın yoxluğu mənə də çətinlik yaradırdı və bu yaxınlarda istifadəçilərdən biri də bu haqda mənə müraciət etdi. Həqiqətən də, niyə belə bir funksiya digər layihələrə əlavə edilməyib? — Surə 🗯 18:40, 23 iyun 2022 (UTC)
- Toghrul R, salam. Vikidata da gördüyümü xatırlayıram. Başqa yerdə yoxdur ki? Qəribədir. dancewithdevil (müzakirə) 15:20, 23 iyun 2022 (UTC)
Neçə vaxtdır ki, Yaponiya haqqında olan və 1983-cü ildə buraxılmış Kodansha ensiklopediyası əsasında Qayrayqo, Yoşimasu Todo, Yoşioka Yayoy, Toranomon insidenti və s. kimi bir çox məqalə yaradıram. Ensiklopediya əsasında Kirayəçi-fermer mübahisələri (Yaponiya) kimi yaponca Vikipediyadan başqa heç bir dil bölməsində olmayan məqalələrin Azərbaycan dilindəki versiyalarını yaratmaq olar. Ensiklopediyanın 8 cildini də Libgen saytından yükləmək mümkündür. Solavirum kimi bəzən ensiklopediyalar əsasında məqalə yaradan istifadəçilərə maraqlı olar deyə düşündüm.— White Demツnyaz 17:21, 23 iyun 2022 (UTC)
- Endirdim. Baxacağam. --► Hörmətlə: SolaVirum 20:23, 24 iyun 2022 (UTC)
İlin günləri layihəsi
Salam təxminən 1 il layihənin üzərində işlədikdən sonra Az.Vikidə bütün təqvimin günlərini səhmana salmışam. Əvvəl ki, kimi xaos və anarxiya deyil. Layihə nəticəsində:
- Bütün əhəmiyyətli hadisələr istinadlıdır
- Bütün səhifələr eyni qaydada işlənilib
- Şəkillər əlavə edilib. Sadəcə bir məqamı qeyd etmək istəyirəm. Eyni şəxsin fotosunu 2-dəfə əlavə etmək lazım deyil. Məsələn, Üzeyir Hacıbəyovun doğum günündə onun rəsmi varsa, ölüm günündə əlavə etmək lazım deyil.
- İnzibatçılardan sadəcə vandalizmin qabağını almasını çox istəyirəm.
- Azərbaycan tarixnin mühüm günləri əlavə olunub amma faktlar olduqca əlavə edirəm.
- Hər bir şəxsi demək olar ki, illərini İngilis vikisi ilə yoxlayaraq əlavə etmişəm çünki bizdə xeyli məqalədə doğum və ya ölüm günləri (əsasən 2015-dən əvvəl yaranan məqalələrdə) düz qeyd olunmayıb ya da ki, adamın doğulduğu gün qeyd olunmasa da, Az.vikidə səhv olaraq 1 yanvar (misal kimi) yazılıb.
Növbəti addımlar
- Çox istiyərdim ki, bizdəki illər məqalələri də belə formatda işlənsin
- 1990-cı illər və digər onillikləri də əlavə etmək olar.
- Boş bölmə şablonlu bölmələr var amma onlar get-gedə azalırlar.
- Kiminsə doğumunu və ya ölümünü qeyd edəndə, xahiş edirəm doğum və ölüm səhifəsində də eyni qaydada yazın.
P.S White Demon Təqvim ili ulduzu üçün təşəkkürlər.— Azerifactory (müzakirə) 23:44, 23 iyun 2022 (UTC)
- Azerifactory, əməyiniz üçün təşəkkür edirəm və təklif edirəm ki, bu səhifələrin hamısı vandalizm və spam hallarının qarşısını almaq məqsədi ilə qeyri-müəyyən müddətə mühafizə olunsun. (sadəcə təsdiqlənmiş istifadəçilərə icazə verilsin). dancewithdevil (müzakirə) 23:50, 23 iyun 2022 (UTC)
Təklifə aşağıda münasibət bildirməyinizi xahiş edirəm. dancewithdevil (müzakirə) 00:22, 24 iyun 2022 (UTC)
Sadəcə təsdiqlənmiş istifadəçilər redaktə edə bilsin və sadəcə inzibatçılar addəyişmə edə bilsinlər şəklində müddətsiz mühafizə edilsin. dancewithdevil (müzakirə) 00:22, 24 iyun 2022 (UTC)
- Lehinə: dancewithdevil (müzakirə) 00:22, 24 iyun 2022 (UTC)
- Lehinə: təsdiqlənmiş istifadəçilər olsa əla olar. Çünki aypilər ancaq axmaq məlumatlar əlavə edirlər— Azerifactory (müzakirə) 00:48, 24 iyun 2022 (UTC)
- Lehinə: Məhz bu səhifələrə İP-lər tərəfindən adətən konstruktiv redaktələrin sayı çox az olur. İndiki halı səliqəlidir, təşəkkürlər, Azerifactory. — Burocan (müzakirə) 00:52, 24 iyun 2022 (UTC)
- Lehinə: Yalnız təsdiqlənmiş istifadəçilər olsa yaxşı olar. Çünki, IP-lər ancaq yalan məlumatlar əlavə edirlər. EVRRVE. (müzakirə) 05:10, 24 iyun 2022 (UTC)
- Əleyhinə: vikipediya prinsiplərinə ziddir. — Araz Yaquboglu (müzakirə) 07:01, 24 iyun 2022 (UTC)
- Əleyhinə: yuxarıdakı rəyə əsasən. --► Hörmətlə: SolaVirum 20:24, 24 iyun 2022 (UTC)
- Əleyhinə: o halda mühafizə etmək olar ki, məqalə o qədər əhatəli olsun ki, artıq əlavə edilməyən çox nadir şey qalsın. və bu halda da əlavələrin çoxu ya q/e olacaq ya da vandalizm. onda mühafizə etmək olar. sırf belə tip məqalələrdə də inanmıram o hala çata. qısaca qarşıyam. Atakhanli (müzakirə) 20:39, 24 iyun 2022 (UTC)
- Əleyhinə: Qeyd edilən fikirlərlə razıyam. — Surə 🗯 15:26, 25 iyun 2022 (UTC)
- Əleyhinə: Mən də təklifə qarşıyam. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:49, 7 iyul 2022 (UTC)
Yekunlaşdırma: Təklif qəbul edilmədi. Hörmətlə, dancewithdevil (müzakirə) 19:51, 14 iyul 2022 (UTC)
Şərhlər
Araz Yaquboglu, Solavirum, Atakhanli, Sura Shukurlu, bilirəm, bura açıq ensiklopediyadır. Əvvəl mənim də belə bir fikrim yox idi. Ancaq və ancaq bu səhifələrə IP-lərdən normal redaktələr gəlmir. Ya nə isə vandalizm olur, ya da öz adlarını əlavə edirlər. İngilis vikisində də dediyim formada mühafizə edilib bu səhifələr. İstifadəçi də üstündə işləyib, sağ olsun. Məncə, buna nəzarət etmək (spam, vandalizm geri qaytarmaq) əlavə vaxt itkisidir və ondansa, mühafizə edək bir yolluq. Bəzi bölmələrin boş olması da problem deyil, hər halda əvvəlkindən yaxşıdır və vaxtilə dolacaq o bölmələrdə. Yoxsa, IP-lərə qalsa mənbəsiz əlinə keçəni, yalan-yanlış məlumatları əlavə edəcəklər oraya. Sizləri və digər həmkarları bütün bunları nəzərə alaraq, lehinə fikir bildirməyə dəvət edirəm. Təşəkkürlər. Hörmətlə, dancewithdevil (müzakirə) 03:36, 26 iyun 2022 (UTC)
- Bu məntiqlə gərək bütün səhifələri mühafizə edək ki, nəzarət etməyək, əlavə vaxt itkisidir. Məsələn, 3 mart məqaləsində cəmi 1 dəfə vandalizm halı qeydə alınıb (2018-ci ildə). İndi 4 ildir ki, vandalizm halı qeydə alınmayan səhifəyə niyə durduq yerə mühafizə tətbiq edək. Yaxşısı budur ki, tez-tez vandalizm hallarının qeydə alındığı gün məqalələrin siyahısı tərtib olunsun, onlara mühafizə tətbiq edək. White Demツnyaz 05:34, 26 iyun 2022 (UTC)
- White Demon, başqa məqalələrə yox, ancaq sırf bu səhifələrə IP-lər tərəfindən düz-əməlli redaktələr edilmir. "Azerifactory" onsuz da sözügedən səhifələri nəzarətdə saxlayır. Yenə də mühafizə edilsə pis olmaz. İş yükümüz azalar. Statuslu və bir sıra vacib səhifələr də qoruna bilər. Sadəcə vandalizm olanda qorunması mütləq deyil. Vandalizmin qarşısını almaq üçün mühafizə etmək lazımdır. Onsuz da IP-lər tərəfindən vacib redaktələr edilmir və bir çox hallarda da vandalizm olur qeyd etdiyim səhifələrdə. Qoy redaktə etmək istəyən qeydiyyatdan keçsin. Hamısı qorunsun. dancewithdevil (müzakirə) 05:54, 26 iyun 2022 (UTC)
Yetim müzakirə səhifələri
İstifadəçilər, xüsusilə, inzibatçılar üçün yararlı olan bir alət kəşf etmişəm. Yetim, yəni səhifəsi olmayan müzakirə səhifələrinin siyahısını verir. Sürətli silmə kriteriyalarına görə səhifənin özü mövcud deyilsə, müzakirə səhifəsi də silinməlidir. Bu alətdən istifadə edərək bugün nə qədər müzakirə səhifəsi silmişəm və hələ də iş bitməyib. Silinmiş məqalələrin müzakirə səhifələri, məqalə kimi yaradılmış və qeyri-ensiklopedik məzmuna malik müzakirə səhifələri, boş müzakirə səhifələri, hətta söyüş olan müzakirə səhifələrinə də rast gəldim. İnzibatçılar bu alətdən istifadə edərək bu cür mənasız müzakirə səhifələrini silə bilərlər.— White Demツnyaz 07:19, 25 iyun 2022 (UTC)
- White Demon axşam fikir verdim, yaxşı təşəbbüsdür. Buna baxmyaraq, müzakirələrin bəzilərini yönləndirmək olar. Məsələn, "Şişqaya əməliyyatı"nın müzakirəsini "Şişqaya" məqaləsinin müzakirəsinə yerləşdirmək olardı deyə düşünürəm. --► Hörmətlə: SolaVirum 12:42, 25 iyun 2022 (UTC)
- Əgər həmin məqalə Şişqaya məqaləsinə birləşdirilsəydi, hə. Amma Şişqaya məqaləsində əməliyyatın adı belə keçmir. Ona görə bir-birilərindən əlaqəsiz məqalələr kimi görünür. White Demツnyaz 13:07, 25 iyun 2022 (UTC)
- Qabağıma birləşdirilə biləcək müzakirələr çıxanda birləşdirirəm. Məsələn, Üçmüqəddəs kilsəsi (Şəki) məqaləsi Dairəvi məbəd məqaləsi ilə eyni olduğu üçün silinib, müzakirə səhifəsi isə 7 ildi ki, qalıb. Dairəvi məbədin müzakirə səhifəsinə birləşdirdim. White Demツnyaz 13:26, 25 iyun 2022 (UTC)
- White Demon, yaxşı alətdir. Təşəkkürlər bəy. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:59, 7 iyul 2022 (UTC)
Transliterasiya səhifəsi
Bu səhifə niyə artıq istifadə edilmir ki? dancewithdevil (müzakirə) 19:27, 27 iyun 2022 (UTC)
- Aktivlik səbəbindən. Bura baxan az olur, ora baxan heç olmayacaq demək olar. --► Hörmətlə: SolaVirum 22:15, 27 iyun 2022 (UTC)
- Aktivləşdirib keçidini bura yerləşdirmək lazımdır. Aktivlik olsa, "təkliflər" üçün zad ayrı bölmələr də olardı. dancewithdevil (müzakirə) 03:17, 28 iyun 2022 (UTC)
- Ümumiyyətlə, bura məqalələrin adlandırılması ilə əlaqədar bölmə açsaq yaxşı olar. Müzakirə səhifələrinə işarələsən də baxan azdır çünki. dancewithdevil (müzakirə) 23:36, 29 iyun 2022 (UTC)
- @İstifadəçi:Dancewithdevil qeyd edilən bölmənin istifadə edilməməsinin səbəbi ehtiyacın az olmasıdır. Bu mövzuda mənim özümüm hər hansı problemi olduqda oraya müraciət edərəm ki, zatən səhifədəki üç başlıqdan ikisini də mən açmışam) Amma ehtiyac yoxdusa, sual yoxdursa əlbəttə bölmə boş qalacaq. Surə 🗯 18:26, 7 iyul 2022 (UTC)
- Sura Shukurlu, bu mövzuda bəzi məsələlər var ki, onları müvafiq səhifəyə təqdim etməyi düşünürdüm. Ancaq aktiv deyil təəssüf ki. KM-da belə aktivlik göz önündəykən ora kimsə baxmaz hər halda. Hörmətlə, dancewithdevil (müzakirə) 12:12, 8 iyul 2022 (UTC)
- dancewithdevil təqdim edin, mən baxım — Surə 🗯 14:00, 8 iyul 2022 (UTC)
- Sura Shukurlu, ah, təşəkkür edirəm) Hörmətlə, dancewithdevil (müzakirə) 14:03, 8 iyul 2022 (UTC)