Vikipediya Kend Meydani Arxiv Iyun 2024 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Azvikidə son zamanlarda çoxlu sayda müxtəlif qaydalar hazırlanır və qəbul edilir. Cari vəziyyət yadıma Arbitraj Komitəsi söhbətini saldı. Bir necə il bundan əvvəl sözügedən komitə ilə bağlı ayrıca səhifə hazırlanmış və çoxlu sayda məzmun tərcümə edilmişdi. Hətta maraqlı bir loqo belə hazırlanıb. Təklif edirəm ki, icma bu məsələni bir daha müzakirə etsin və üçü inzibatçı, ikisi istifadəçilərdən olmaq şərti ilə 5 nəfərlik arbitaj komitəsi seçilsin. Bu günə qədər bunu yoxlamaq qismət olmayıb, məncə mütləq yoxlamaq lazımdır.— Kholat Syakhl (müzakirə) 04:33, 2 iyun 2024 (UTC)
- @Nemoralis, @Solavirum, @Sortilegus, @Sura Shukurlu, @Atakhanli, @Eldarado, @Araz Yaquboglu, @White Demon, @Gadir, @Bikar, @Turkmen, @Toghrul R, @Nicat49, @Eminn, @Wertuose mövzu ilə bağlı fikirləriniz maraqlı olardı. Kholat Syakhl (müzakirə) 04:36, 2 iyun 2024 (UTC)
- Yuxarıdakı başlıqda fikrimi qeyd etmişəm bu barədə. Əlavə edəcəyim bir şey yoxdur. Hörmətlə, Gadirmüzakirə 04:36, 2 iyun 2024 (UTC)
- @Gadir, hazırkı aktivlik hansı tərəfdən mane olur prosesə ? Məsələn belə bir komitənin aktiv formada fəaliyyət göstərməsi üçün nə qədər aktiv istifadəçi tələb olunur ? Kholat Syakhl (müzakirə) 04:38, 2 iyun 2024 (UTC)
- Uzağa getmək lazım deyil, elə burdakı başlıqlara diqqət yetirə bilərsiniz. Bunlara maraq yoxdursa, onun idarəsi heç cürə mümkün olmayacaq. Digər yandan, qaydalar tam hazır deyil, bu da əsas məsələdir. Hörmətlə, Gadirmüzakirə 04:41, 2 iyun 2024 (UTC)
- @Gadir başlığı 10 dəqiqə əvvəl açmışam. Hal-hazırda Bakıda saat səhər 8:00-dır. İcma günə yeni başlayır. Bu qədər tələsik qərar verməyiniz nə dərəcədə doğrudur sizcə. Kholat Syakhl (müzakirə) 04:43, 2 iyun 2024 (UTC)
- Bu Komitənin yaradılması Azvikipediya üçün çox faydalı olacağını düşünürəm -- ☞QRAF☜ (✉ → ♕) 04:41, 2 iyun 2024 (UTC)
- Məncə, hələlik yuxarıdakını sınayaq, buna da vaxt gələr. Hörmətlə, Gadirmüzakirə 04:42, 2 iyun 2024 (UTC)
- @Gadir arbitaj komitəsinin yaradılması istifadəçilərdə də ciddi həvəs yaradacaq. Mövzud vəziyyətdə idarəçi sözü hər nə qədər inzibatçı sözü ilə əvəzlənsə də, istifadəçilər həlledici məsələlərdə o qədər də rol oynamırlar. Ən azından 1 il müddətinə sınaqdan keçirmək olar məncə. Digər tərəfdən ilk baxışdan bir çox qaydanın hazır olduğu görünür. Sizcə, mövzu ilə bağlı hansı qayda dilimizə tərcümə edilməyib ? Kholat Syakhl (müzakirə) 04:45, 2 iyun 2024 (UTC)
- Hər zaman Arbitraj Komitəsinin və İdarə Heyətinin yaradılmasını dəstəkləmişəm. Bu iki məsələni gecikdirmək olmaz. Patriot (müzakirə) 07:37, 2 iyun 2024 (UTC)
- @Gadir arbitaj komitəsinin yaradılması istifadəçilərdə də ciddi həvəs yaradacaq. Mövzud vəziyyətdə idarəçi sözü hər nə qədər inzibatçı sözü ilə əvəzlənsə də, istifadəçilər həlledici məsələlərdə o qədər də rol oynamırlar. Ən azından 1 il müddətinə sınaqdan keçirmək olar məncə. Digər tərəfdən ilk baxışdan bir çox qaydanın hazır olduğu görünür. Sizcə, mövzu ilə bağlı hansı qayda dilimizə tərcümə edilməyib ? Kholat Syakhl (müzakirə) 04:45, 2 iyun 2024 (UTC)
- Məncə, hələlik yuxarıdakını sınayaq, buna da vaxt gələr. Hörmətlə, Gadirmüzakirə 04:42, 2 iyun 2024 (UTC)
- Uzağa getmək lazım deyil, elə burdakı başlıqlara diqqət yetirə bilərsiniz. Bunlara maraq yoxdursa, onun idarəsi heç cürə mümkün olmayacaq. Digər yandan, qaydalar tam hazır deyil, bu da əsas məsələdir. Hörmətlə, Gadirmüzakirə 04:41, 2 iyun 2024 (UTC)
- @Gadir, hazırkı aktivlik hansı tərəfdən mane olur prosesə ? Məsələn belə bir komitənin aktiv formada fəaliyyət göstərməsi üçün nə qədər aktiv istifadəçi tələb olunur ? Kholat Syakhl (müzakirə) 04:38, 2 iyun 2024 (UTC)
- Mən bizim kimi kiçik bir icmada effektiv olacağını düşünmürəm. Kosmik Ozan utora! 08:33, 2 iyun 2024 (UTC)
- @White Demon Arbitaj üçün necə aktiv istifadəçi tələb olunur ? Kholat Syakhl (müzakirə) 09:32, 2 iyun 2024 (UTC)
- Yuxarıdakı başlıqda fikrimi qeyd etmişəm bu barədə. Əlavə edəcəyim bir şey yoxdur. Hörmətlə, Gadirmüzakirə 04:36, 2 iyun 2024 (UTC)
- @Kholat Syakhl, belə başa düşdüm ki, arbitraj komitəsinin 5 nəfərlik heyətinə üzv olmaq istəyirsiz? — Bikar müzakirə 08:26, 2 iyun 2024 (UTC)
- @Bikar, yox elə bir niyyətim yoxdur. Nədən elə başa düşdüz ? Kholat Syakhl (müzakirə) 08:33, 2 iyun 2024 (UTC)
- Yuxarıda Şikayət səhifəsinin işlək olmayacağı barədə narahatlıq olduğu halda, birbaşa arbitraj komitəsi yaratmağımızı dəstəkləməyiniz o təssüratı yaratdı, qaydalarımız da tam olmadığını bilirsiz. — Bikar müzakirə 08:38, 2 iyun 2024 (UTC)
- @Bikar hazır olmayan qaydalar hansılardır ? Bu arbitaj söhbəti hansısa şikayət səhifəsindən daha önəmlidir və bu məsələ 10 ildən çoxdur ki, öz həllini gözləyir. Kholat Syakhl (müzakirə) 08:50, 2 iyun 2024 (UTC)
- Yuxarıda Şikayət səhifəsinin işlək olmayacağı barədə narahatlıq olduğu halda, birbaşa arbitraj komitəsi yaratmağımızı dəstəkləməyiniz o təssüratı yaratdı, qaydalarımız da tam olmadığını bilirsiz. — Bikar müzakirə 08:38, 2 iyun 2024 (UTC)
- @Bikar, yox elə bir niyyətim yoxdur. Nədən elə başa düşdüz ? Kholat Syakhl (müzakirə) 08:33, 2 iyun 2024 (UTC)
- Bunla bağlı fikirlərimi daha öncə qeyd etmişəm, misal üçün bizdə hələ də səhifə mühafizəsi ilə bağlı qaydalar yoxdur. Nemoralis (müzakirə) 15:51, 2 iyun 2024 (UTC)
- Əslində Arbitraj Komitəsinin qurulması yaxşı olardı. Bu, inzibatçıların öz fəaliyyətlərində daha diqqətli olmasına gətirib çıxara bilər. Çünki Arbitraj Komitəsi ən üst qərarverici qurum olur və orada inzibatçı statusu olmayan redaktorlar da iştirak edir. Amma bu komitənin qurulması üçün neçə dəfə cəhd olub, hamısı yarımçıq qalıb. Aktiv redaktor sayı az olduğu üçün problemlər ortaya çıxır. Məsələn, son inzibatçı seçkilərinə baxın - eyni redaktorlar namizəd olur, seçilir, ya seçilmir, yenidən namizəd olur, eyni inzibatçılar statusdan hansısa səbəbə görə imtina edir, sonra yenə gəlib seçilir, səsvermələrdə eyni istifadəçilər münasibət bildirir. İki inzibatçı səsverməsi arasında heç 2-3 yeni səs olur, ya olmur. Belə olanda Arbitraj üçün ümumiyyətlə yeni istifadəçi namizədi, elə inzibatçı namizədi də tapmaq çətin olacaq. Yenə eyni aktiv redaktorlar hər 2-3 ildən bir gəlib Arbitrajda təmsil olunacaqlar, dəyişiklik olmayandan sonra Arbitrajın fəaliyyəti də narazılıq doğuracaq. Amma təbii ki, gələcəkdə aktivlik artarsa, mütləq belə bir komitə lazımdır.— Sortilegus (müzakirə) 08:11, 3 iyun 2024 (UTC)
- Gözəl. Bir şeyi nəzərə almırsınız ki, AK üçün aktivliklə (istifadəçi sayı) bərabər qaydaların da hazır olması mütləqdir. Qəbul olmayan bir çox vacib qaydalar var, yəni heç o mövzuda maraqlı deyilik, görünür. Bunlar olmadan axsaq olacaq. Öncə VP:İMZ kimi mənasız bir səhifə var, gəlin onu ləğv edək, bu işə VP:Ş ilə başlayaq, növbəti illərdə vəziyyətə uyğun bunu da müzakirə edib tətbiq edərik. Necə deyərlər, pillə-pillə. Vikipediya demokratiya deyil, amma diktatura, monarxiya da deyil. Demoraktiya gözəl şeydir, eyni hüquqluğu, bərabərliyi sözdə yox, əsl mənada əməldə, işdə tətbiq edək. Bu da AK üçün gedən yolda ciddi irəliləyiş və təcrübə, müsbət addım olar. Digər yandan, həvəs deyəndəki bu, çox ciddi mövzudur, məqalə yarışması deyil axı, həvəs də olsun. Sadəcə həvəs həll etmir belə şeyləri, daha çoxu lazımdır. Hörmətlə, Gadirmüzakirə 11:43, 3 iyun 2024 (UTC)
- Problem odur ki, şəffaflıq olması üçün, Arbitraj Komitəsinin şəffaf qərarları verməsi üçün üzvləri də müəyyən vaxtdan bir yenilənməlidir. Eyni adamlar həmişə olmamalıdır. Yəni ədalətli bir AK istəyiriksə, ədalətli, tərəfsiz qərarlar verən ən az 10-15 aktiv istifadəçimiz olmalıdır (mənim fikrimcə). Yəni 5 nəfər seçməklə məsələ bitmir. Bizdə isə bu cür 10-15 istifadəçi yoxdur, ona görə də düşünürəm ki, bu formada AK qurulsa, yenə eyni proseslər müşahidə olunacaq. Bunlar mənim şəxsi fikirlərimdir. Kosmik Ozan utora! 13:06, 3 iyun 2024 (UTC)
- Əslində Arbitraj Komitəsinin qurulması yaxşı olardı. Bu, inzibatçıların öz fəaliyyətlərində daha diqqətli olmasına gətirib çıxara bilər. Çünki Arbitraj Komitəsi ən üst qərarverici qurum olur və orada inzibatçı statusu olmayan redaktorlar da iştirak edir. Amma bu komitənin qurulması üçün neçə dəfə cəhd olub, hamısı yarımçıq qalıb. Aktiv redaktor sayı az olduğu üçün problemlər ortaya çıxır. Məsələn, son inzibatçı seçkilərinə baxın - eyni redaktorlar namizəd olur, seçilir, ya seçilmir, yenidən namizəd olur, eyni inzibatçılar statusdan hansısa səbəbə görə imtina edir, sonra yenə gəlib seçilir, səsvermələrdə eyni istifadəçilər münasibət bildirir. İki inzibatçı səsverməsi arasında heç 2-3 yeni səs olur, ya olmur. Belə olanda Arbitraj üçün ümumiyyətlə yeni istifadəçi namizədi, elə inzibatçı namizədi də tapmaq çətin olacaq. Yenə eyni aktiv redaktorlar hər 2-3 ildən bir gəlib Arbitrajda təmsil olunacaqlar, dəyişiklik olmayandan sonra Arbitrajın fəaliyyəti də narazılıq doğuracaq. Amma təbii ki, gələcəkdə aktivlik artarsa, mütləq belə bir komitə lazımdır.— Sortilegus (müzakirə) 08:11, 3 iyun 2024 (UTC)
- Arbitraj Komitəsinin qurulmasını indiki halda gündəmdə tutmağı bir az mənasız hesab edirəm. Və bütün hallarda komitənin istinad edəcəyi qaydalar işlənib hazırlanmalıdır Atakhanli (müzakirə) 12:33, 3 iyun 2024 (UTC)
- Bizim icma üçün işə yaramayacağını əksinə problemlər gətirəcəyini düşünürəm. Xüsusən də tərəfsizlik mövzusunda. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:28, 4 iyun 2024 (UTC)
SM Brothers Holding adlı istifadəçinin günahsız yerə müddətsiz bloklanması
Hamıya salam. Gadir, az əvvəl SM Brothers Holding adlı istifadəçini müddətsiz blokladı. SM Brothers Holding Azviki üçün hər zaman faydalı istifadəçilərdən biri olub və fəaliyyəti ərzində maraqlı məqalələr yaradıb. İstifadəçi haqqında hər hansısa bir şikayətin olmasını belə xatırlamıram. İstifadəçi adı qəribə görünsə də, fəaliyyətində reklam məzmunları demək olar ki, olmayıb. Ən azından mənim belə bir fakt yadıma gəlmir. Gadir isə istifadəçinin istifadəçi səhifəsini silərək onu müddətsiz bloklayıb və müzakirə səhifəsinə yazıb ki, istifadəçi VP:MÜƏSSİSƏADI kriteriyasına zidd olduğu üçün uyğunsuz hesab edilib və buna görə bloklanıb. Maraqlıdır ki, həmkara bununla bağlı 1 dəfə də olsun xəbərdarlıq edilməyib ki, zəhmət olmasa istifadəçi adınızı dəyişin. Digər maraqlı məqam ondan ibarətdir ki, sözügedən VP:MÜƏSSİSƏADI kriteriyasında yazılıb ki, bu cür istifadəçi adlarına sahib, lakin əlaqəli məqalələrdə problemli şəkildə redaktə etməyən istifadəçilər bloklanmamalıdır. Qeyd etdiyim kimi SM Brothers Holding hər hansısa reklam məzmunlu əlaqəli redaktəsi yoxdur. Həmin qaydada göstərilir ki, Bunun əvəzinə, istifadəçi adlarını dəyişdirməyə təşviq edilməlidirlər. Gadir, siz hansısa təşviq prosesi, müzakirəsi aparmısızmı istifadəçi ilə ? İcmada illərlə fəaliyyət göstərmiş istifadəçilərə qarşı bu tipli münasibət qəbuledilməzdir. Kimisə bu formada silib, atmaq qətiyyən doğru deyil.
- @Nemoralis, @Solavirum, @Sortilegus, @Sura Shukurlu, @Atakhanli, @Eldarado, @Araz Yaquboglu, @White Demon, @Gadir, @Bikar, @Turkmen, @Toghrul R, @Nicat49, @Eminn, @Wertuose sizlər nə düşünürsüz bu barədə.— Kholat Syakhl (müzakirə) 12:04, 4 iyun 2024 (UTC)
- Müraciətə müzakirə səhifəmdə cavab vermişəm. Bu barədə təcrübəli həmkarlarla danışmışam, əslində prosedur belə də olmalıdır, yəni bloklanıb mesaj qoyulmalıdır, mesaj qoyanda məhəl qoymurlar çox vaxt. @Kholat Syakhl, hər şey normalar çərçivəsindədir və bu istifadəçi istifadəçi adına görə tərəfimdən bloklanan ilk istifadəçi deyil. Hər birinə də məlumatlandırıcı mesaj buraxıram. Hörmətlə, Gadirmüzakirə 12:06, 4 iyun 2024 (UTC)
- @Gadir, mən öz töhfələrimi verməyə qaldığım yerdən davam edirəm. Son yaratdığım məqalələrə baxıb bunu görə bilərsiniz. İstinad etdiyiniz müvafiq qaydada yazılıb ki, istifadəçi birinci məsələ ilə bağlı məlumatlandırılmalıdır, siz isə adamı bir başa bloklamısız. Həmçinin qeyd edilib ki, bu cür istifadəçi adlarına sahib, lakin əlaqəli məqalələrdə problemli şəkildə redaktə etməyən istifadəçilər bloklanmamalıdır. Mən sizə sual edirəm ki, sözügedən şəxsin əlaqəli məqalələrdə hər hansısa problemli redaktəsini görmüsüzmü ? Müddətsiz bloklanmış şəxsin müzakirə səhifəsində son olaraq qeyd etmisiz ki, lütfən Vikipediyada fəaliyyətinizə davam etmək istəyirsinizsə, uyğun bir ad seçərək dəyişdirilməsi üçün bura qeyd edin yaxud uyğun adda yeni bir hesab yaradın. Ciddisiz ? Bura hara tam olaraq ? Müddətsiz bloklanmış şəxs necə harasa müraciət edəcək ? Kiminsə 10 illik profilini bloklayıb, yenisi açmağını tələb etmək barədə qaydada bir bənd varmı ? Kholat Syakhl (müzakirə) 12:12, 4 iyun 2024 (UTC)
- Açığı, bu istifadəçinin niyə görə bloklandığını başa düşmürəm. İstifadəçi düz 6 ildir ki, redaktə etmir. 6 il. Belə olan halda istifadəçinin birdən birə durduq yerə bloklanmasının vikipediya üçün hansı əhəmiyyəti var? Özü də istifadəçiyə bununla bağlı heç bir xəbərdarlıq edilməyib. Düzü, edilsə belə, cavab verməyəcəkdi çox güman ki. Blok xətrinə blok edildiyini görürəm sadəcə. Kosmik Ozan utora! 12:18, 4 iyun 2024 (UTC)
- @White Demon, məsələn, təhqirli bir adı illər sonra görüb bloklamaq yanlışdır? Bu da onun kimi bir şeydir. Sadəcə burada təhqir yox, reklam elementi var. Blok xətrinə deyil. xeyr. Mən namizəd olanda inzibatçı seçilərsəm, istifadəçi adlarının təftişini görəcəyim işlərdən biri kimi qeyd etmişəm, ona əsasən bu addımı atmışam. Fəaliyyətə başlayarsa, müraciət edər və dəyişdirilib açılar. @Kholat Syakhl, lütfən diqqətlə oxuyun, fəaliyyətinə görə yox, istifadəçi adına görə bloklanıb. Belə çox hesab bloklamışam, nəyə görə məhz bu istifadəçidə belə başlıq açdığınızı anlamıram. Hörmətlə, Gadirmüzakirə 12:21, 4 iyun 2024 (UTC)
- @Gadir, çünkü sözügedən şəxs icmanın bir parcasıdır və 5 il fəaliyyət göstərməməsi onun ömürlük bloklanması üçün əsas vermir. Mən demirəm ki, istifadəçini fəaliyyətinə görə bloklamısız. Başa düşdüm ki, bu addım tərəfinizdən ona görə atılıb ki, istifadəçi adı problemlidir. Bəs siz həmin şəxsi bu barədə məlumatlandırmısızmı ? İstinad etdiyiniz qayda belə istifadəçilərin bu barədə məlumatlandırılmasını tələb edir. Həmçinin qeyd olunub ki, əlaqəli məqalələrdə problemli şəkildə redaktə etməyən istifadəçilər bloklanmamalıdır. @Gadir, istifadəçinin hər hansısa əlaqəli məqalələrdə problemli redaktələri varmı ? Varsa bunlar hansılardır ? Digər tərəfdən bloklanmış şəxs necə müraciət edəcək ki, bəs mən istifadəçi adımı dəyişdirməyə razıyam, lütfən mənim blokumu açın. Təzə hesab yaratmalıdır ? :) Kholat Syakhl (müzakirə) 12:28, 4 iyun 2024 (UTC)
- @White Demon, məsələn, təhqirli bir adı illər sonra görüb bloklamaq yanlışdır? Bu da onun kimi bir şeydir. Sadəcə burada təhqir yox, reklam elementi var. Blok xətrinə deyil. xeyr. Mən namizəd olanda inzibatçı seçilərsəm, istifadəçi adlarının təftişini görəcəyim işlərdən biri kimi qeyd etmişəm, ona əsasən bu addımı atmışam. Fəaliyyətə başlayarsa, müraciət edər və dəyişdirilib açılar. @Kholat Syakhl, lütfən diqqətlə oxuyun, fəaliyyətinə görə yox, istifadəçi adına görə bloklanıb. Belə çox hesab bloklamışam, nəyə görə məhz bu istifadəçidə belə başlıq açdığınızı anlamıram. Hörmətlə, Gadirmüzakirə 12:21, 4 iyun 2024 (UTC)
- Mənim fikrimcə istifadəyə mesaj yazıb adının dəyişdirilməsi təklif edilməli və sonra keçmiş ad silinməli idi. Araz Yaquboglu (müzakirə) 12:10, 4 iyun 2024 (UTC)
- 5 ildən artıqdır aktiv deyil. Nə vaxtsa bu hesab fəaliyyətə başlarsa, zatən addəyişmə üçün qeyd edilən səhifəyə müraciət edəcək. Hörmətlə, Gadirmüzakirə 12:11, 4 iyun 2024 (UTC)
- @Gadir, aktiv olmaması müddətsiz bloklanması üçün əsas verirmi ? İstifadəçi reklam məzmunlu fəaliyyət göstərməyib və qaydaları pozmayıb. İstifadəçi adı qaydalara zidd ola bilər və birinci şəxsin özünü bu barədə məlumatlandırmaq lazım deyildimi sizcə ? Çox problemli bir addım atmısız məncə. İnanın ki, sizin bu hərəkətinizi burada heç kim dəstəkləməyəcək. Həmin məntiqlə mənim istifadəçi profilimi də, bloklaya bilərsiniz ki, bu adda Rusiyada rok qrupu fəaliyyət göstərir. Yox ? Kholat Syakhl (müzakirə) 12:15, 4 iyun 2024 (UTC)
- 5 ildir ki, aktiv deyilsə, niyə bloklamısız onda? Kosmik Ozan utora! 12:20, 4 iyun 2024 (UTC)
- Zamanın fərqi yoxdur. Vaxtında addım atılmayıb və gec də olsa, mən gördüm və müvafiq addımı atdım. Belə etiraz edirsinizsə, bloku aça bilərsiniz. Amma əsassız olacaq, çünki yanlış addım atmamışam. Hörmətlə, Gadirmüzakirə 12:23, 4 iyun 2024 (UTC)
- Salam @Kholat Syakhl, bu standart prosedurdur, @Gadir səhv etməyib. Turkmen müzakirə 12:30, 4 iyun 2024 (UTC)
- @Turkmen, istifadəçini mövzu ilə bağlı məlumatlandırılmamasını doğru hesab edirsiz ? Blok zamanı istinad edilən qaydada göstərilib ki, əlaqəli məqalələrdə problemli şəkildə redaktə etməyən istifadəçilər bloklanmamalıdır. İstifadəçinin hər hansısa problemli redaktəsi yoxdur axı. Kholat Syakhl (müzakirə) 12:32, 4 iyun 2024 (UTC)
- Sadəcə başa düşmürəm ki, bu istifadəçiyə qabaqcadan xəbərdarlıq edib istifadəçi adını dəyişmək barədə xahiş edildiyi halda, eyni prosedur bu istifadəçi üçün yerinə yetirilməyib. Kosmik Ozan utora! 12:36, 4 iyun 2024 (UTC)
- Söhbət blokun haqlı olub-olmamasından getmir. Razıyam ki, blok "haqlıdır". Söhbət əhəmiyyətli olub-olmamasından gedir. 6 ildir ki, fəaliyyətsiz olan istifadəçinin heç belə temadan xəbəri yoxdur yəqin ki. Ən azından bu barədə xəbərdarlıq edilməli idi. Kosmik Ozan utora! 12:33, 4 iyun 2024 (UTC)
- Zəhmət olmasa, yuxarıdakına cavab verin. Təhqir olsa, əhəmiyyətli olmayacaq yenə də? Digər vikilərdə bu istiqamətdə operativ addımlar atılır. Bizdə həmin vaxt gözdən qaça bilir və müəyyən müddət sonra görə bilirik. Viki üçün daha vacib məsələlərin belə müzakirəsinin getməsini və belə iştirak görməyi çox istərdim.. Məsələn, diqqətdən kənar qalan qaydalarla bağlı. Açmağınızı da ona görə demirəm ki, səhv etmişəm, yəni belə açın ki, töhfə verən müzakirələrə davam edə bilək, mümkün qədər. Və blok xətrinə əməliyyat görmədiyimi xüsusi bildirmək istəyirəm, fəaliyyətlərimə nəzər yetirsəniz, görərsiniz ki, IP-ləri belə, mümkün qədər çalışıram bloklamayım, sadəcə davam etdikləri halda qısa bir blok müddəti təyin edirəm. Hörmətlə, Gadirmüzakirə 12:43, 4 iyun 2024 (UTC)
- @Gadir siz mənim suallarıma cavab vermirsiniz. Sizdən xahiş edirəm ki, mənim aşağıdakı suallarıma cavab verin.
- İstifadəçini bloklayan zaman MÜƏSSİSƏADI qaydasına istinad etmisiz və həmin qaydada yazılıb ki, əlaqəli məqalələrdə problemli şəkildə redaktə etməyən istifadəçilər bloklanmamalıdır. İstifadəçinin əlaqəli məqalələrdə hər hansısa problemli redaktəsi tərəfinizdən aşkarlanıbmı ?
- İstifadəçi müddətsiz bloklanması ilə bağlı tərəfinizdən hər hansısa bir xəbərdarlıq alıbmı ? 5 ildir bura girmədiyini əsas gətirib müddətsiz bloklanması nə dərəcədə doğrudur ?
- VP:MÜƏSSİSƏADI qaydasında göstərilib ki, istifadəçilər bunun əvəzinə, istifadəçi adlarını dəyişdirməyə təşviq edilməlidirlər. Hər hansısa bir təşviq prosesi baş verib ?
- Kholat Syakhl (müzakirə) 12:50, 4 iyun 2024 (UTC)
- Buna nəzər yetirin: VP:İQNOR. :) Hörmətlə, Gadirmüzakirə 12:52, 4 iyun 2024 (UTC)
- @Gadir, yəni məni İQNOR edirsiz ? Bir şey başa düşmədim yazdığınızdan. Kholat Syakhl (müzakirə) 13:02, 4 iyun 2024 (UTC)
- Sizi yox, dəyişməz olmayan qaydaları. Beş əsas prinsip xaric, qaydada da deyildiyi kimi, "Əgər hansısa bir qayda Vikipediyaya töhfə verməyinizə və onu təkmilləşdirməyinizə mane olursa, o zaman ona məhəl qoymayın.". Beş əsas prinsipin beşinci sütunu da bunu təsdiqləyir. Mən bunu etmişəm. Hörmətlə, Gadirmüzakirə 13:07, 4 iyun 2024 (UTC)
- @Gadir kimisə müddətsiz bloklamaq Vikipediyanı təkmilləşdirmək hesab olunmur. Məqalə yazmaq, problemləri aradan qaldırmaq hesab olunur — Toghrul R (m) 13:27, 4 iyun 2024 (UTC)
- Təlimatlar bütün səhifələri əhatə edir. Mən həm də orada ona vurğu edirəm ki, təlimat səhv ola bilər, amma Vikipediyanın dəyişməz qanunları yoxdur. Hörmətlə, Gadirmüzakirə 13:31, 4 iyun 2024 (UTC)
- @Gadir kimisə müddətsiz bloklamaq Vikipediyanı təkmilləşdirmək hesab olunmur. Məqalə yazmaq, problemləri aradan qaldırmaq hesab olunur — Toghrul R (m) 13:27, 4 iyun 2024 (UTC)
- Sizi yox, dəyişməz olmayan qaydaları. Beş əsas prinsip xaric, qaydada da deyildiyi kimi, "Əgər hansısa bir qayda Vikipediyaya töhfə verməyinizə və onu təkmilləşdirməyinizə mane olursa, o zaman ona məhəl qoymayın.". Beş əsas prinsipin beşinci sütunu da bunu təsdiqləyir. Mən bunu etmişəm. Hörmətlə, Gadirmüzakirə 13:07, 4 iyun 2024 (UTC)
- @Gadir, yəni məni İQNOR edirsiz ? Bir şey başa düşmədim yazdığınızdan. Kholat Syakhl (müzakirə) 13:02, 4 iyun 2024 (UTC)
- Buna nəzər yetirin: VP:İQNOR. :) Hörmətlə, Gadirmüzakirə 12:52, 4 iyun 2024 (UTC)
- @Gadir siz mənim suallarıma cavab vermirsiniz. Sizdən xahiş edirəm ki, mənim aşağıdakı suallarıma cavab verin.
- Zəhmət olmasa, yuxarıdakına cavab verin. Təhqir olsa, əhəmiyyətli olmayacaq yenə də? Digər vikilərdə bu istiqamətdə operativ addımlar atılır. Bizdə həmin vaxt gözdən qaça bilir və müəyyən müddət sonra görə bilirik. Viki üçün daha vacib məsələlərin belə müzakirəsinin getməsini və belə iştirak görməyi çox istərdim.. Məsələn, diqqətdən kənar qalan qaydalarla bağlı. Açmağınızı da ona görə demirəm ki, səhv etmişəm, yəni belə açın ki, töhfə verən müzakirələrə davam edə bilək, mümkün qədər. Və blok xətrinə əməliyyat görmədiyimi xüsusi bildirmək istəyirəm, fəaliyyətlərimə nəzər yetirsəniz, görərsiniz ki, IP-ləri belə, mümkün qədər çalışıram bloklamayım, sadəcə davam etdikləri halda qısa bir blok müddəti təyin edirəm. Hörmətlə, Gadirmüzakirə 12:43, 4 iyun 2024 (UTC)
- Salam @Kholat Syakhl, bu standart prosedurdur, @Gadir səhv etməyib. Turkmen müzakirə 12:30, 4 iyun 2024 (UTC)
- Zamanın fərqi yoxdur. Vaxtında addım atılmayıb və gec də olsa, mən gördüm və müvafiq addımı atdım. Belə etiraz edirsinizsə, bloku aça bilərsiniz. Amma əsassız olacaq, çünki yanlış addım atmamışam. Hörmətlə, Gadirmüzakirə 12:23, 4 iyun 2024 (UTC)
- 5 ildən artıqdır aktiv deyil. Nə vaxtsa bu hesab fəaliyyətə başlarsa, zatən addəyişmə üçün qeyd edilən səhifəyə müraciət edəcək. Hörmətlə, Gadirmüzakirə 12:11, 4 iyun 2024 (UTC)
- İstifadəçi adının hansısa şirkəti təmsil etməsinə dair sübut varmı? "SM Brothers" adlı şirkətlər qrupu varsa, ayrı məsələ. Yoxdursa, bunun şirkət adı olduğunu heç kəs deyə bilməz — Toghrul R (m) 12:53, 4 iyun 2024 (UTC)
- Necə yəni? Mən indi "XYZ MMC" adlı hesab yaradıb fəaliyyət göstərə bilərəm? Təbii ki, xeyr. Bu ad faktiki reklam mahiyyəti daşıyır və istifadəsi uyğunsuzdur. Burada əsas şərhlər istifadəçinin uzun müddət fəaliyyətsiz olmasıdır, uyğunsuz olmadığını qeyd etməyiblər. Hörmətlə, Gadirmüzakirə 13:03, 4 iyun 2024 (UTC)
- @Gadir siz necə deyə bilərsiniz ki, oradakı "holding" sözü hansı mənadadır? Bu söz omonimdir. Həm isim formasında başqa mənaları var, həm də feil formasında.
- Mən digər şərhlərdən əlavə, bunun da blok üçün əsassız olduğunu düşünürəm. Əgər hansısa brendin, müəssisənin adını yazsaydı, razı olardım. Faktiki olmayan bir adın sonuna "holding" sözü yazılıb deyə onu müəssisə kimi qeydə almaq düzgün deyil. — Toghrul R (m) 13:23, 4 iyun 2024 (UTC)
- Axtarışda nəticələr də çıxır. Omonim olsun, burada hansı məna ilə qeyd olunduğu açıqdır. Həm də ki, siz qeyd etdiz və paylaşılan istifadədən şübhələndim indi. Hörmətlə, Gadirmüzakirə 13:32, 4 iyun 2024 (UTC)
- @Gadir Ümumiyyətlə, ortada dəqiq heç nə yoxdur. Bir məsələni də qeyd edim. İstifadəçi adları ilə bağlı qayda 2021-ci ildə qəbul edilib. İstifadəçi isə 2018-ci ildən qeyri-aktivdir. Yəni istifadəçi fəaliyyət göstərən müddətdə bu adla bağlı problem olmayıb, çünki qaydalarda bu əks olunmayıb. Yeni qaydalar qəbul edildikdə vaxtilə icazə verilən məsələlərə görə blok tətbiq edilmir, onlara görə ittiham edilmir. Buna görə də bloku açmağınızı təklif edirəm. İstifadəçiyə e-poçt göndərərək adını dəyişdirməsi ilə bağlı müraciətin edilməsi ən optimal variantdır. — Toghrul R (m) 13:38, 4 iyun 2024 (UTC)
- @Toghrul R, məsələnin lüzumsuz yerə çox uzandığını düşünürəm, daha vacib, amma lazımi diqqəti görməyən məsələrimiz var. Onların da heç deyilsə, bunun yarısı qədər diqqət görməsini diləyirəm. Dediyinizdən belə çıxır ki, müəllif hüquqları ilə bağlı da qaydamız qəbul olunmayıb, bu o demək deyil ki, indi bu qaydaları pozan istifadəçilərə blok şamil oluna bilməz. Yəqin o qaydanın qəbulundan əvvəl təhqir ehtiva edən adlar bloklanmış olar, nəzakət qaydaları qəbul edilmədən öncə də nəzakətsizlik hallarına görə bloklar həyata keçirilmiş olar. Yanlış mövqedir. Hə, o vaxtı qayda yox idi, amma indi var, lakin indi bu o demək deyil ki, o vaxtı qayda olmayıb deyə tədbir görülməməlidir. Bunlar ümumi qəbul olunmuş, riayət edilən prinsiplərdir, sadəcə rəsmi olaraq qəbul edilməmiş olması pozmağa yol vermir. Kukla istifadəsi ilə də bağlı rəsmi olaraq qəbul edilmiş qaydamız yoxdur, amma ümumi qəbul olunmuş normalara uyuruq və uymaq məcburiyyətindəyik, bunu da yaxşı bilirik. E-poçt da bloksuz xəbərdarlıq verməklə eynidir, ona da çox vaxt məhəl qoymurlar, amma faktiki fəaliyyətə davam etmək üçün blokdan sonrakı müraciətə baxmağa məcbur olurlar. Doğru olan da elə budur, digər viki təcrübələrdə də eynidir, indi bizdə inzibati proseslər ləng gedir, gözdən yayınıb, qaydalar olmayıb və s. heç bir halda mazərət ola bilməz. İnzibatçı kimi istifadəçi adlarını təftiş edirəm, indi hər belə blok icra edəndə belə müzakirələr ortaya çıxacaq? Ya da bloklanması ilə bağlı müzakirələr getməlidir? İstifadəçi adı ilə bağlı sualıma da cavab vermədiniz. Təsadüfi adlar yazıb şirkət təəssüratı yaradıb fəaliyyət göstərmək olarmı? Yaşayan insanların adlarını istifadə etmək kimi oldu, irqi, cinsi, siyasi, dini, təbliği adlar da bura aiddir. Mövqeyimi dəstəkləyirəm və qərarımın arxasındayam, buyurun, özünüz müzakirə edin, qərar verin, kifayət qədər aydınlıq verdiyimi düşünürəm və mən bu müzakirədən çəkilirəm. Hörmətlə, Gadirmüzakirə 13:55, 4 iyun 2024 (UTC)
- @Gadir mənim müzakirəni qızışdırmaq kimi bir niyyətim yoxdur. Fikir vermişəm ki, hər dəfə eyni ritorikadan istifadə edirsiz. Hər dəfə icmanı ya məqalə yaratmağa, yada ki, öz enerjilərini başqa istiqamətə sərf etməyi tövsiyyə edirsiz. Yuxarıda bir çox həmkar tərəfinizdən tətbiq edilmiş bloku doğru hesab etmədiyini zatən ifadə edib. Kholat Syakhl (müzakirə) 14:34, 4 iyun 2024 (UTC)
- @Gadir məsələni siz böyütmüsünüz. Həmin istifadəçi adını içi mən qarışıq bütün inzibatçıların gördüyünə əminəm. Nümunə göstərdiyiniz müəlliflik hüququnun pozulması da, nəzakətsizlik də bloklama qaydalarında uzun müddətdir, təsbit edilib. Bu məsələdə isə nə istifadəçi adının reklam olduğu sübut edilib, nə də istifadəçiyə adının dəyişdirilməsi ilə bağlı müraciət edilib.
- Qaydalar isə geriyə şamil edilmir. Hər bir qaydanın üzərində yazılmış tarix buna dəlalət edir. Qərarı siz verdiyiniz üçün sizə müraciət edilməsi normaldır. Müzakirədən çəkilmək həll yolu deyil. — Toghrul R (m) 14:35, 4 iyun 2024 (UTC)
- @Toghrul R, məsələnin lüzumsuz yerə çox uzandığını düşünürəm, daha vacib, amma lazımi diqqəti görməyən məsələrimiz var. Onların da heç deyilsə, bunun yarısı qədər diqqət görməsini diləyirəm. Dediyinizdən belə çıxır ki, müəllif hüquqları ilə bağlı da qaydamız qəbul olunmayıb, bu o demək deyil ki, indi bu qaydaları pozan istifadəçilərə blok şamil oluna bilməz. Yəqin o qaydanın qəbulundan əvvəl təhqir ehtiva edən adlar bloklanmış olar, nəzakət qaydaları qəbul edilmədən öncə də nəzakətsizlik hallarına görə bloklar həyata keçirilmiş olar. Yanlış mövqedir. Hə, o vaxtı qayda yox idi, amma indi var, lakin indi bu o demək deyil ki, o vaxtı qayda olmayıb deyə tədbir görülməməlidir. Bunlar ümumi qəbul olunmuş, riayət edilən prinsiplərdir, sadəcə rəsmi olaraq qəbul edilməmiş olması pozmağa yol vermir. Kukla istifadəsi ilə də bağlı rəsmi olaraq qəbul edilmiş qaydamız yoxdur, amma ümumi qəbul olunmuş normalara uyuruq və uymaq məcburiyyətindəyik, bunu da yaxşı bilirik. E-poçt da bloksuz xəbərdarlıq verməklə eynidir, ona da çox vaxt məhəl qoymurlar, amma faktiki fəaliyyətə davam etmək üçün blokdan sonrakı müraciətə baxmağa məcbur olurlar. Doğru olan da elə budur, digər viki təcrübələrdə də eynidir, indi bizdə inzibati proseslər ləng gedir, gözdən yayınıb, qaydalar olmayıb və s. heç bir halda mazərət ola bilməz. İnzibatçı kimi istifadəçi adlarını təftiş edirəm, indi hər belə blok icra edəndə belə müzakirələr ortaya çıxacaq? Ya da bloklanması ilə bağlı müzakirələr getməlidir? İstifadəçi adı ilə bağlı sualıma da cavab vermədiniz. Təsadüfi adlar yazıb şirkət təəssüratı yaradıb fəaliyyət göstərmək olarmı? Yaşayan insanların adlarını istifadə etmək kimi oldu, irqi, cinsi, siyasi, dini, təbliği adlar da bura aiddir. Mövqeyimi dəstəkləyirəm və qərarımın arxasındayam, buyurun, özünüz müzakirə edin, qərar verin, kifayət qədər aydınlıq verdiyimi düşünürəm və mən bu müzakirədən çəkilirəm. Hörmətlə, Gadirmüzakirə 13:55, 4 iyun 2024 (UTC)
- @Gadir hansı nəticələr çıxır ? Yuxarıda sizə ünvanladığım sualları cavabsız qoymusuz. İstifadəçini müddətsiz bloklayıb, sonra nədənsə şübhələnmək sizcə peşəkar davranışdır ? Kholat Syakhl (müzakirə) 13:39, 4 iyun 2024 (UTC)
- @Gadir Ümumiyyətlə, ortada dəqiq heç nə yoxdur. Bir məsələni də qeyd edim. İstifadəçi adları ilə bağlı qayda 2021-ci ildə qəbul edilib. İstifadəçi isə 2018-ci ildən qeyri-aktivdir. Yəni istifadəçi fəaliyyət göstərən müddətdə bu adla bağlı problem olmayıb, çünki qaydalarda bu əks olunmayıb. Yeni qaydalar qəbul edildikdə vaxtilə icazə verilən məsələlərə görə blok tətbiq edilmir, onlara görə ittiham edilmir. Buna görə də bloku açmağınızı təklif edirəm. İstifadəçiyə e-poçt göndərərək adını dəyişdirməsi ilə bağlı müraciətin edilməsi ən optimal variantdır. — Toghrul R (m) 13:38, 4 iyun 2024 (UTC)
- Axtarışda nəticələr də çıxır. Omonim olsun, burada hansı məna ilə qeyd olunduğu açıqdır. Həm də ki, siz qeyd etdiz və paylaşılan istifadədən şübhələndim indi. Hörmətlə, Gadirmüzakirə 13:32, 4 iyun 2024 (UTC)
- Necə yəni? Mən indi "XYZ MMC" adlı hesab yaradıb fəaliyyət göstərə bilərəm? Təbii ki, xeyr. Bu ad faktiki reklam mahiyyəti daşıyır və istifadəsi uyğunsuzdur. Burada əsas şərhlər istifadəçinin uzun müddət fəaliyyətsiz olmasıdır, uyğunsuz olmadığını qeyd etməyiblər. Hörmətlə, Gadirmüzakirə 13:03, 4 iyun 2024 (UTC)
- Gadir, yanlış etmək ayıb deyil. Yeni inzibatçı seçilmisiz həvəslisiniz və daha çox çalışmaq istəyirsiniz. Bu yaxşı haldır və başa düşüləndir. Lakin daha yaxşı olar ki, iradları da qəbul etməyi bacarasınız. Mənim illərlə inzibatçı təcrübəm olmasına baxmayaraq bəzən indi də nəyisə yanlış edirəm və iradlardan sonra düzəldirəm. Ümid edirəm siz də buna diqqət yetirərsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 19:23, 4 iyun 2024 (UTC)
- İstifadəçinin ən azından xəbərdarlıqsız bloklanmasını mən də doğru hesab etmirəm. Ümumiyyətlə, bu istifadəçi adı məsələsi xeyli manipulyasiya imkanı verir, bu məsələdə bir az diqqətli olmaq lazımdır. İnzibatçının da üstünə çox getməyi doğru hesab etmirəm, yeni inzibatçıdır, zamanla bu işlərdə təcrübə toplayacaq. Yeni inzibatçı seçiləndə hər birimizin bu texniki əməliyyatlarla bağlı xətalarımız olub. — Sortilegus (müzakirə) 10:36, 5 iyun 2024 (UTC)
- İstifadəçinin blok səbəbi kimi qeyd olunan VP:MÜƏSSİSƏADI kriteriyasında açıq şəkildə qeyd olunub ki "Bu cür istifadəçi adlarına sahib, lakin əlaqəli məqalələrdə problemli şəkildə redaktə etməyən istifadəçilər bloklanmamalıdır. Bunun əvəzinə, istifadəçi adlarını dəyişdirməyə təşviq edilməlidirlər". Bir qrup inzibatçı ilə məsləhətləşməyiniz heç nəyi dəyişdirmir, istinad etdiyiniz qaydada açıq şəkildə ilk öncə bildiriş göndərməli olduğunuz qeyd olunub, amma o hissəni görməzdən gəlmisiniz. Eyni zamanda, bu istifadəçi fəaliyyətdə olduğu zaman İstifadəçi adları qaydası ümumiyyətlə mövcud deyildi. Qaydanın səhifəsini mən 2021-ci ildə yaratmışam hətta. Sonradan səsverməyə çıxartmışam və qəbul edilib. Həmçinin xatırladığım qədərilə "SM Brothers Holding"dəki qardaşlar @Salmanland və @Corc vaşington adlı istifadəçilər idi. Paylaşılan istifadə halları və s. olub mu bilmirəm amma bu artıq başqa bir müzakirənin mövzusudur. Yuxarıda digər inzibatçıların da bloka etiraz etməsini nəzərə alaraq bloku ləğv edirəm və istifadəçiyə addəyişikliyi ilə bağlı bildirişi göndərirəm. Nə vaxtsa aktiv olsa baxıb fikir bildirər. Bəzən könüllü layihədə olduğumuzu unuduruq. Nemoralis (müzakirə) 15:37, 5 iyun 2024 (UTC)
- @Nemoralis, indiyə qədər yeni hesabdan keçən reklam adları bloklamışam. Deməli bunlara da öncə bildiriş göndərməli idim? Bu qaydanı təkmilləşdirməklə bağlı müzakirə açacağam. @Turkmen qeyd etdiyi kimi, standart prosedur belədir, bloklanır və bildiriş göndərilir, istifadəçi də təlimatları izləyir və blok götürülür. Hörmətlə, Gadirmüzakirə 15:55, 5 iyun 2024 (UTC)
- O standart prosedur harda yazılıb? İstinad etdiyiniz qayda elə demir axı. Nemoralis (müzakirə) 15:56, 5 iyun 2024 (UTC)
- @Nemoralis, indiyə qədər yeni hesabdan keçən reklam adları bloklamışam. Deməli bunlara da öncə bildiriş göndərməli idim? Bu qaydanı təkmilləşdirməklə bağlı müzakirə açacağam. @Turkmen qeyd etdiyi kimi, standart prosedur belədir, bloklanır və bildiriş göndərilir, istifadəçi də təlimatları izləyir və blok götürülür. Hörmətlə, Gadirmüzakirə 15:55, 5 iyun 2024 (UTC)
200.000 məqalə loqosu
Salam. Bu loqo 25 gündür var. Nə qədər müddət ya da məqalə sayına gələnə kimi qalmalıdır? 201.000 olanda çıxaraq? Hörmətlə, Gadirmüzakirə 12:30, 5 iyun 2024 (UTC)
- Martdakı müzakirədə bir müddətlik yazılıb. Demək olar ki 1 aya yaxın idi ki loqo istifadə olunurdu. Çıxartdım. Nemoralis (müzakirə) 15:43, 5 iyun 2024 (UTC)
Announcing the first Universal Code of Conduct Coordinating Committee
- You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Hello,
The scrutineers have finished reviewing the vote results. We are following up with the results of the first Universal Code of Conduct Coordinating Committee (U4C) election.
We are pleased to announce the following individuals as regional members of the U4C, who will fulfill a two-year term:
- North America (USA and Canada)
- –
- Northern and Western Europe
- Latin America and Caribbean
- –
- Central and East Europe (CEE)
- —
- Sub-Saharan Africa
- –
- Middle East and North Africa
- East, South East Asia and Pacific (ESEAP)
- South Asia
- –
The following individuals are elected to be community-at-large members of the U4C, fulfilling a one-year term:
- Barkeep49
- Superpes15
- Civvì
- Luke081515
- –
- –
- –
- –
Thank you again to everyone who participated in this process and much appreciation to the candidates for your leadership and dedication to the Wikimedia movement and community.
Over the next few weeks, the U4C will begin meeting and planning the 2024-25 year in supporting the implementation and review of the UCoC and Enforcement Guidelines. Follow their work on Meta-wiki.
On behalf of the UCoC project team,
İcra başçısı → siyasətçi → dövlət xadimi
Salam. İcra başçısı tituldur, statusdur, necə ki, "prezident", "nazir" yazmaq doğru deyil. Vəzifə də olsa, peşə özü "siyasətçi", "dövlət xadimi", hətta digər peşələr də ola bilər. Ona görə də bu titul da dəqiqləşdirmə kimi silinməli, dəqiqləşdirmələrə lazımı halında şəxslərin peşələri əlavə olunmalıdır. "İcra başçısı" da bu qəbildəndir, "dövlət xadimi", yaxud da "siyasətçi" yazmağı təklif edirəm. Mənə görə, "siyasətçi" daha uyğundur və bu, ümumidir. Deyə bilərsiniz ki, siyasətçi deyillər, amma siyasətin içindədirlər və siyasi vəzifə daşıyırlar axı. "Dövlət xadimi" peşədir, yoxsa titul? Hörmətlə, Gadirmüzakirə 14:35, 6 iyun 2024 (UTC)
The final text of the Wikimedia Movement Charter is now on Meta
- You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Hi everyone,
The final text of the Wikimedia Movement Charter is now up on Meta in more than 20 languages for your reading.
What is the Wikimedia Movement Charter?
The Wikimedia Movement Charter is a proposed document to define roles and responsibilities for all the members and entities of the Wikimedia movement, including the creation of a new body – the Global Council – for movement governance.
Join the Wikimedia Movement Charter “Launch Party”
Join the “Launch Party” on June 20, 2024 at 14.00-15.00 UTC (your local time). During this call, we will celebrate the release of the final Charter and present the content of the Charter. Join and learn about the Charter before casting your vote.
Movement Charter ratification vote
Voting will commence on SecurePoll on June 25, 2024 at 00:01 UTC and will conclude on July 9, 2024 at 23:59 UTC. You can read more about the voting process, eligibility criteria, and other details on Meta.
If you have any questions, please leave a comment on the Meta talk page or email the MCDC at [email protected].
On behalf of the MCDC,
RamzyM (WMF) 08:44, 11 iyun 2024 (UTC)
- Eyni vaxtda bu, "dövlət xadimi" dəqiqləşdirmələri üçün də keçərlidir, bəlkə onları "siyasətçi" olaraq standartlaşdıraq? Dövlət xadimi olmaq, elə hakimiyyətlə əlaqəli olub siyasətçi olmaqdır. Hörmətlə, Gadirmüzakirə 15:25, 6 iyun 2024 (UTC)
- hər dövlət xadiminə siyasətçi demək düzgün olmaya bilir axı. Sırf təhsil sektorunda, səhiyyə sektorunda çalışan dövlət xadimləri misal Atakhanli (müzakirə) 20:02, 10 iyun 2024 (UTC)
- O zaman onlara da müvafiq dəqiqləşdirmələri qeyd edək. Dövlət xadimi sizcə daha çox peşədir ya titul? Hörmətlə, Gadirmüzakirə 20:51, 10 iyun 2024 (UTC)
- Dövlət xadimi niyə yazmalıyıq ki. Misal, jurnalist həm də siyasi-ictimai xadimdir, ora ən əsas peşəsi yazılacaq hər halda. Bunlar termindirlər sadəcə, mütləq peşə deyillər. Hörmətlə, Gadirmüzakirə 20:54, 10 iyun 2024 (UTC)
- Adətən "icra başçısı", "deputat" kimi fərqləndirmələr/dəqiqləşdirmələr uzun olmaması üçün istifadə olunur. Məsələn: Əhmədov Əhməd 1942 təvəllüdlü deputat olub, Əhmədov Əhməd 1947 təvəllüdlü nazir, Əhmədov Əhməd 1965 təvəllüdlü isə icra başçısı. Hər birinə (siyasətçi, 19..) yazmaq yerinə (nazir), (deputat), (icra başçısı) yazmaq daha lakonik olur. Dövlət xadimi isə daha çox bürokratlarda/texnokratlarda istifadə olunur. Elə dövlət xadimləri var ki, siyasi fəaliyyətləri yoxdur. Elə siyasətçilər də var ki bürokratik fəaliyyətləri yoxdur. Məsələn, sizin keçən dəfə misal çəkdiyiniz Mehman Hüseynov-u dəqiqləşdirəsi olsaq jurnalist demək daha düzgündür, çünki əsas fəaliyyəti bu üzrə olub. Digər misal Etibar Əliyev deputat seçilənə qədər təhsil ekspertliyi ilə tanınırdı. Baxmayaraq ki, uzun müddət siyasi fəaliyyəti olmuşdu Müsavat və BQP-də. - Dr.Wiki54 (müzakirə) 21:01, 10 iyun 2024 (UTC)
- @Dr.Wiki54 ilə tamamilə razıyam. Əsas fəaliyyətə baxmaq lazımdır. Ümumiləşdirmək problemlərə yol açacaq — Toghrul R (m) 09:31, 11 iyun 2024 (UTC)
- Adətən "icra başçısı", "deputat" kimi fərqləndirmələr/dəqiqləşdirmələr uzun olmaması üçün istifadə olunur. Məsələn: Əhmədov Əhməd 1942 təvəllüdlü deputat olub, Əhmədov Əhməd 1947 təvəllüdlü nazir, Əhmədov Əhməd 1965 təvəllüdlü isə icra başçısı. Hər birinə (siyasətçi, 19..) yazmaq yerinə (nazir), (deputat), (icra başçısı) yazmaq daha lakonik olur. Dövlət xadimi isə daha çox bürokratlarda/texnokratlarda istifadə olunur. Elə dövlət xadimləri var ki, siyasi fəaliyyətləri yoxdur. Elə siyasətçilər də var ki bürokratik fəaliyyətləri yoxdur. Məsələn, sizin keçən dəfə misal çəkdiyiniz Mehman Hüseynov-u dəqiqləşdirəsi olsaq jurnalist demək daha düzgündür, çünki əsas fəaliyyəti bu üzrə olub. Digər misal Etibar Əliyev deputat seçilənə qədər təhsil ekspertliyi ilə tanınırdı. Baxmayaraq ki, uzun müddət siyasi fəaliyyəti olmuşdu Müsavat və BQP-də. - Dr.Wiki54 (müzakirə) 21:01, 10 iyun 2024 (UTC)
- Dövlət xadimi niyə yazmalıyıq ki. Misal, jurnalist həm də siyasi-ictimai xadimdir, ora ən əsas peşəsi yazılacaq hər halda. Bunlar termindirlər sadəcə, mütləq peşə deyillər. Hörmətlə, Gadirmüzakirə 20:54, 10 iyun 2024 (UTC)
- O zaman onlara da müvafiq dəqiqləşdirmələri qeyd edək. Dövlət xadimi sizcə daha çox peşədir ya titul? Hörmətlə, Gadirmüzakirə 20:51, 10 iyun 2024 (UTC)
- hər dövlət xadiminə siyasətçi demək düzgün olmaya bilir axı. Sırf təhsil sektorunda, səhiyyə sektorunda çalışan dövlət xadimləri misal Atakhanli (müzakirə) 20:02, 10 iyun 2024 (UTC)
Tibbi məsələlər üçün qeyri-tibbi mənbələr
AzVikinin bir sıra məqalədə tibbnən bağlı məlumat qeyri-tibbi mənbələrdən verilir. Məsələn, xurma məqaləsində, bu meyvənin "faydaları" haqqında məlumat verilir. Mənbələrinə baxdım, ikisindən heç biri tibb və ya botanika ilə bağlı mənbə deyil. Birisində "ekstrasens" reklamı var. Və bu cür onlarla məqalə var (məs. qarpız - mənbəsiz, idman - mənbəsiz, saqqal - dini sayta keçid var, sauna - qeyri-elmi mənbə, və s.). Məncə, bu çox böyük problemimizdir. Bu cür məqalələrə görə AzVikinin reputasiyası pozulur. Buna qarşı tədbir görməyə təklif edirəm. Tək başına bunu çözmək çətin olacaq. Мурад 97 (müzakirə) 18:41, 11 iyun 2024 (UTC)
- Bu kimi məzmun problemlərini mən də görürəm və diqqətimdədir. Hələ də davam edir. Problem çoxdur, amma tək başına çözməyə müqtədir deyiləm. Hörmətlə, Gadirmüzakirə 18:44, 11 iyun 2024 (UTC)
- razıyam. o tip mənbələrin əksəriyyəti reklam üçün əlavə olunu məqaləyə Atakhanli (müzakirə) 17:48, 12 iyun 2024 (UTC)
- Bir çoxu köhnə məqalələrdi, qabağıma çıxdıqca aradan çıxarmağa çalışıram. — Bikar müzakirə 17:52, 12 iyun 2024 (UTC)
QHT-lər, ictimai birliklər və təşkilatlar tərəfindən verilən mükafatlar
Salam. Mənə maraqlıdır ki, məqalələrdə bu barədə məlumatlar əhəmiyyətli sayılıb verilməlidirmi? Bunun üçün müvafiq qurumların məqaləsi olduğu haldamı vermək olar? Hörmətlə, Gadirmüzakirə 12:56, 13 iyun 2024 (UTC)
- @Gadir bu mövzu türklərin sözü olmasın çox uçu açıq bir məsələdir. Azərbaycanda minlərlə QHT rəsmi formada qeydiyyatdan keçib və bunların bir çoxunun bir otaqdan ibarət ofisləri var. Bakıda hardasa mükafat hazırlamaq, sertifikat çap etmək 2x2 kimi sadə bir şeydir. Digər tərəfədən isə ölkədə mütləq əksəriyyət tərəfindən qəbul edilmiş, tanınmış QHT-lərdə mövcuddur. QHT-lər haqqında ensiklopediklik meyarları təsbit edilmdən bu mövzuda hansısa nəticənin əldə olunması mümkünsüz görünür. Oxşar vəziyyət ictimai birliklər və təşkilatlara da şamil edilə bilər. Kholat Syakhl (müzakirə) 09:28, 14 iyun 2024 (UTC)
- Kholat Syakhl ilə razıyam. — Bikar müzakirə 20:57, 14 iyun 2024 (UTC)
- Ensiklopedik mükafatdırsa, hə, əlavə edilməlidir. Nemoralis (müzakirə) 21:05, 14 iyun 2024 (UTC)
Məqalələrə ingilis dilində məqalə adlarının əlavə edilməsi
Salam. İngilis dilinin dünyada vacib axtarış dili olduğunu nəzərə alaraq məqalələrin başlığının ingilis dilinə tərcüməsini də məqalədə vermək istəyərdim. Beləliklə, xarici oxucular ən azından axtardıqları mövzudakı məqalənin azvikidə olduğunu bilərdilər və tərcümə proqramları vasitəsilə məqaləni tərcümə edib oxuyardılar. Məsələn, Azərbaycan ziyarətgahları məqaləsində başlığın yanında mötərizədə "Azerbaijani pilgrimage sites" yazmaq olar. Bunun haqqında nə düşünürsüz? Bunu qayda şəklində vikipediya edək mi?-- Abutalub (müzakirə) 05:25, 15 iyun 2024 (UTC)
- @Abutalub, bunun üçün İngiliscə Vikipediya var. Bura Azərbaycanca Vikipediyadır. Dr.Wiki54 (müzakirə) 09:08, 15 iyun 2024 (UTC)
- Dr.Wiki ilə razıyam, əhəmiyyətsiz təklifdir. --► Hörmətlə: SolaVirum 11:04, 15 iyun 2024 (UTC)
- @Abutalub Azvikidə təzə-təzə fəaliyyətə başlayanda mən siz deyəni edirdim. Sonradan bu xasiyyətimi tərgitdim. Həmkarların dediyi kimi bunun üçün ingiliscə vikipediya mövcuddur. Azərbaycanla əlaqəsi olan bir mövzunu sırf ingilis dili dünya dilidir deyə, ingiliscə başlıq verməyi doğru hesab etmirən. Sadəcə, bu mövzu yadıma başqa bir məsələni saldı. Tutaq ki, ukrayn bir səhra komandiri müharibədə həlak olub və biz məqalənin başləğında həmin şəxsin öz ana dilindəki adını verə bilərikmi ? Bəzi hallarda həmin ifadələr də silinir. Kholat Syakhl (müzakirə) 11:12, 15 iyun 2024 (UTC)
- Ehtiyac yoxdur. Şəxslərdə mötərizədə öz ana dillərində vermək olar sadəcə. Albom, musiqi, film, serialları da (ki, film və serialları yanlış da olsa, tərcümə edirik zatən) gərək onda verək. Hörmətlə, Gadirmüzakirə 12:01, 15 iyun 2024 (UTC)
- @Abutalub Wikidata ingilis dilində hissəsinə verə bilərsiniz. bu daha faydalı olar. digər şəxs də axtaranda görəcək. Atakhanli (müzakirə) 15:57, 15 iyun 2024 (UTC)
Qurban bayramı
Salam əziz və hörmətli həmkarlar sizləri Qurban bayramı münasibətilə təbrik edirəm. Vusalsuvarov1996 (müzakirə) 02:42, 16 iyun 2024 (UTC)
- Çox sağolun diqqətiniz üçün 🙏🏻 Atakhanli (müzakirə) 08:17, 16 iyun 2024 (UTC)
- Sizdə sağolun 🙏🙏🙏 Vusalsuvarov1996 (müzakirə) 17:07, 16 iyun 2024 (UTC)
- Təşəkkür edirəm, sizinlə bahəm. Deyəsən mənim kimi hamının başı Avro 2024-ə qarışıb, ona görə təbriki alan olmayıb 😅— Sura Shukurlu (müzakirə) 17:12, 16 iyun 2024 (UTC)
- @Sura Shukurlu Ola bilər 😂😂 Vusalsuvarov1996 (müzakirə) 03:46, 17 iyun 2024 (UTC)
- Bahəm, mən də hamının bayramını təbrik edirəm. — Bikar müzakirə 17:14, 16 iyun 2024 (UTC)
Kütləvi kiçik düzəliş redaktəçiləri
Hörmətli icma. Yəqin ki, yaxın günlərdə və aylarda, kiçik düzəlişlərlə, bəzən hər sözdən sonra, bəzən hətta, nöqtə və vergüldən sonra edilən dəyişiklikləri paylaşan bir neçə istifadəçinin fərqindəsiniz. Bu istifadəçilərin heç birinin heç də təcrübəsiz istifadəçi olduqlarını zənn etmirəm. Əksinə çox təcrübəli istifadəçilər olduqlarını düşünürəm. Eyni zamanda diqqətimi çəkən məqamlardan biri də budur ki, bu tipdə istifadəçilərin 90%-i xanım istifadəçilərdirlər və açıq adlardan istifadə edirlər. Əksəriyyətinin redaktələrində eynilik aşkar olunur. Demək olar standart tipdə dəyişikliklər edirlər. Təqribən eyni saat aralıqlarında redaktələrə başladıqlarını müşahidə etmişəm. Bu haqqda nə düşünürsünüz? Məqsədli şəkildə redaktə sayı artırmağa yönəldikləri (və ya yönəldildikləri) və bir nöqtədən idarə olunduqları qənaətindəyəm. Hörmətlə, Patriot (müzakirə) 09:30, 7 iyun 2024 (UTC)
- Çox güman ki, AMEA-nın işçiləridir. Araz Yaquboglu (müzakirə) 10:51, 7 iyun 2024 (UTC)
- @Araz Yaquboglu haqqlarında bir tədbir görülməlidir. Bu gedişlə 1 ay sonra redaktə sayları 10000-i keçəcək. Və mənə elə gəlir ki, səsvermə hüququ qazanmaq üçün kütləvi redaktələr aparılır. Patriot (müzakirə) 10:54, 7 iyun 2024 (UTC)
- Razıyam, lap deyək nəsə təlim olsun, heç xəbərdarlıqlara da məhəl qoymadan davam edirlər. Kütləvi belə redaktələr xoş qarşılanmır. Belə artıq yaxın vaxtda bir neçə istifadəçiyə xəbərdarlıqlar olunduğunu görmüşəm (özüm də etmişəm). Hörmətlə, Gadirmüzakirə 10:57, 7 iyun 2024 (UTC)
- @Araz Yaquboglu haqqlarında bir tədbir görülməlidir. Bu gedişlə 1 ay sonra redaktə sayları 10000-i keçəcək. Və mənə elə gəlir ki, səsvermə hüququ qazanmaq üçün kütləvi redaktələr aparılır. Patriot (müzakirə) 10:54, 7 iyun 2024 (UTC)
- vəziyyəti götürmək üçün edirlər)) ordu yığırlar 😅 çox güman ki, eyni adamdılar. 2-3. hər işçinin adına da istifadəçi yaradıblar. nəsə olanda da deyəcəklər ki, bəs filankəsin profilidir (real işçinin adına yaradıblar deyə). halbuki idarə edənlər 2-3 nəfərdilər. elə bilirlər ki, nəysə)) Atakhanli (müzakirə) 16:37, 7 iyun 2024 (UTC)
- @Atakhanli, çekyuzer etdirəsən bəlkə? Elə olsa, rahat blok tətbiq edərik. Hörmətlə, Gadirmüzakirə 18:35, 7 iyun 2024 (UTC)
- Öyrətmək kimi olmasın, istifadəçi səhifələrində eyni yerdə çalışdıqları və ip paylaşdıqları barədə məlumat olmadığı müddətcə Checkuser nəticəsinə görə rahatlıqla bloklana bilərlər. Əgər hesablar arxasında dayandığını iddia etdiyiniz 2-3 nəfər hər hansı ehtiyyat tədbiri görməyiblərsə. — Bikar müzakirə 18:39, 7 iyun 2024 (UTC)
- Bilirəm, bəzən xoşniyyət göstərib bilmədiyini düşünənlər də olur, çünki bu barədə xg şablonunda heç nə yazılmır. Adam hardan bilsin? Təbii haldır da, bilməyə bilər. Mən bunu belə yox, normal redaktə edənlərə aid edirəm. Hörmətlə, Gadirmüzakirə 18:43, 7 iyun 2024 (UTC)
- İki istifadəçimiz vardı, uzun illərdir bir IP-dən fəaliyyət göstərirdilər, istifadəçi səhifələrinə hardasa keçən il bu barədə qeyd əlavə edilmişdi. Hörmətlə, Gadirmüzakirə 18:45, 7 iyun 2024 (UTC)
- Digər vikilərin təcrübəsində, hə, sən deyəndi. Elə edirlər. Hörmətlə, Gadirmüzakirə 18:46, 7 iyun 2024 (UTC)
- Lap eyni yerdə iş görüb açıqlama versinlər. Sonra gəlib kütləvi səsvermələrdə iştirak yolverilməzdir. "MEATPUPPET" adlanır bu. Hörmətlə, Gadirmüzakirə 18:50, 7 iyun 2024 (UTC)
- ümumiyyətlə maraqlıdır. eyni iş yerləri qeyd etsine. 2-3 adam yığışıb 10-15 real ad-soyadlı iş yoldaşının adına hesablar açsa və redaktələr etsə və səsvermə hüquq qazansa bu necə olacaq? hansı ki, qeyd də edir ki, eyni iş yeridir. checkuser edəndə də eyni iş yeri çıxır. və o adamlar real işçilərin ad soyadlarına uyğun istifadəçi yaratdıqları üçün lap iş yeri vəsiqəsin də göndərir ki, bax filankəsov filankəs həqiqətən də burada işləyir. (Halbuki o profili idarə edən başqadır) Atakhanli (müzakirə) 20:11, 7 iyun 2024 (UTC)
- Öyrətmək kimi olmasın, istifadəçi səhifələrində eyni yerdə çalışdıqları və ip paylaşdıqları barədə məlumat olmadığı müddətcə Checkuser nəticəsinə görə rahatlıqla bloklana bilərlər. Əgər hesablar arxasında dayandığını iddia etdiyiniz 2-3 nəfər hər hansı ehtiyyat tədbiri görməyiblərsə. — Bikar müzakirə 18:39, 7 iyun 2024 (UTC)
- @Atakhanli, çekyuzer etdirəsən bəlkə? Elə olsa, rahat blok tətbiq edərik. Hörmətlə, Gadirmüzakirə 18:35, 7 iyun 2024 (UTC)
- Səsvermə tələblərini keçmək üçün edirlərsə belə bir texniki tələb qoya bilərik ki, redaktələrindən müvafiq teqləri çıxanda qalan redaktə sayı X-i keçsin. Misal üçün keçid tövsiyəsi, AWB kimi teqlər. Nemoralis (müzakirə) 20:02, 7 iyun 2024 (UTC)
- Sübut olunduğu halda haqlı olaraq bloklamaq daha asan olmaz? Amma olar, VP:İBSQ qaydalarına görə etmək olar. Hörmətlə, Gadirmüzakirə 20:11, 7 iyun 2024 (UTC)
- Fərqli-fərqli şeylərdən danışırıq Gadir. Nemoralis (müzakirə) 20:19, 7 iyun 2024 (UTC)
- Yoo anladım, bir dəfə oxşar mövzuda danışmışdıq ki, səsvermə hüququ olan istifadəçilər səsvermələrdən xəbərdar olsun. Dediyinizi də anladım, normal redaktələr sayılsın deyirsiz, kiçik şeylər yox. Hörmətlə, Gadirmüzakirə 20:21, 7 iyun 2024 (UTC)
- Ümumiyyətlə eyni ip ilə səsvermələrə qadağa qaydası işləyib hazırlasaq əla olar. Eyni ip qadağası ancaq güvənilən istifadəçilər üçün keçərsiz olsun. yəni bilirik ki, misal bunlar eyni evdə yaşasalar da, fikirləri müstəqildir. Atakhanli (müzakirə) 20:25, 7 iyun 2024 (UTC)
- Əslində elə olmalıdı, amma gəl ki, onu kim qiymətləndirə bilər — Bikar müzakirə 20:27, 7 iyun 2024 (UTC)
- Fərqli-fərqli şeylərdən danışırıq Gadir. Nemoralis (müzakirə) 20:19, 7 iyun 2024 (UTC)
- İdeya yaxşıdı amma kim hesablıyacaq? Elə bir filterimiz var? — Bikar müzakirə 20:24, 7 iyun 2024 (UTC)
- Yaratmağı 2x2-di :) Amma guya onda taktika dəyişməyəcəklər? Hörmətlə, Gadirmüzakirə 20:25, 7 iyun 2024 (UTC)
- Heç bir viki birdən-birə ideal qaydalara sahib olmuyub. Bizim tam hesab etdiyimiz vikilərdə belə problem var(olmasaydı arbitraj komitəsi nəyə lazım idi?), hər dəfə qaydalar sərtləşdikcə daha keyfiyyətli müzakirələr(səsvermələr) olacaq. — Bikar müzakirə 20:27, 7 iyun 2024 (UTC)
- Yaratmağı 2x2-di :) Amma guya onda taktika dəyişməyəcəklər? Hörmətlə, Gadirmüzakirə 20:25, 7 iyun 2024 (UTC)
- Mən indilik bu məsələ bəllidir niyə açılıb, ona uyğun təklif edirəm ki, bu istifadəçilərin siyahısı (yəni istifadəçi adları) bura qeyd olunsun və yoxlayıb yekun qərara uyğun da müvafiq addımları ataq. Hörmətlə, Gadirmüzakirə 20:44, 7 iyun 2024 (UTC)
- Həmin istifadəçilərin ümumi vikipediyaya faydası varsa bloklanmalarının tərəfdarı deyiləm. Əvvəlcə hər birinə xəbərdarlıq edilməsi daha doğru olardı. Əgər xəbərdarlıqlara məhəl qoymasalar, o zaman 3 aylıq blok müddəti təyin etmək mümkündür. Kholat Syakhl (müzakirə) 06:09, 8 iyun 2024 (UTC)
- @Patriot Kor, həmin istifadəçilərinin istifadəçi adlarını bura qeyd edə bilərsinizmi? Hörmətlə, Gadirmüzakirə 09:50, 8 iyun 2024 (UTC)
- @Gadir hələlik ən çox gözə çarpan istifadəçilər bunlardır: @NarminSafarova94, @Nərmin Həsənova Tərlan, @Nigar Isayeva, @Seyidnisə. Bu istifadəçilərin ən son fəaliyyətləri bütün istifadəçilərin diqqətini çəkəcək. Patriot (müzakirə) 08:49, 9 iyun 2024 (UTC)
- Salam, yazılanları oxudum və təəcübləndim. Bildiyiniz kimi biz könüllü olaraq fəaliyyət göstəririk və bunu Azərbaycan vikipediyası güclənməsi naminə edilrik. Bu çərçivədə görülən işlərin həcmi bizim üçün əhəmiyyət kəsb etmir, beləki böyük həcmli məqalələrin, istərsə də sizin qeyd etdiyiniz kiçik redaktələri eyni vaciblikdə görürük. Əgər redaktalərlə bağlı hansısa qadağalar varsa, xahiş edirəm bildirin bizdə onları tətbiq edək. Könüllülük prinsipləri əsasında görülən işlərə blokların qoyulması, redaktalərlə bağlı inkişaf prosesini zəiflədər. Təşəkkür edirəm. Nigar Isayeva (müzakirə) 17:09, 9 iyun 2024 (UTC)
- @Gadir hələlik ən çox gözə çarpan istifadəçilər bunlardır: @NarminSafarova94, @Nərmin Həsənova Tərlan, @Nigar Isayeva, @Seyidnisə. Bu istifadəçilərin ən son fəaliyyətləri bütün istifadəçilərin diqqətini çəkəcək. Patriot (müzakirə) 08:49, 9 iyun 2024 (UTC)
- @Patriot Kor, həmin istifadəçilərinin istifadəçi adlarını bura qeyd edə bilərsinizmi? Hörmətlə, Gadirmüzakirə 09:50, 8 iyun 2024 (UTC)
- Həmin istifadəçilərin ümumi vikipediyaya faydası varsa bloklanmalarının tərəfdarı deyiləm. Əvvəlcə hər birinə xəbərdarlıq edilməsi daha doğru olardı. Əgər xəbərdarlıqlara məhəl qoymasalar, o zaman 3 aylıq blok müddəti təyin etmək mümkündür. Kholat Syakhl (müzakirə) 06:09, 8 iyun 2024 (UTC)
- Sübut olunduğu halda haqlı olaraq bloklamaq daha asan olmaz? Amma olar, VP:İBSQ qaydalarına görə etmək olar. Hörmətlə, Gadirmüzakirə 20:11, 7 iyun 2024 (UTC)
- Salam,burada qeyd olunan iradları bundan sonra həmişə olduğu kimi nəzərə alacam. Bu günə qədər edilmiş xəbərdarlıqlara laqeyd qalmamışam.Qeyd olunan ittihamlarla razılaşmıram. Mənim vikipediya fəaliyyətim yalnız kiçik redaktə düzəlişləri etməkdən ibarət deyil. Xahiş edirəm, fəaliyyətim ətraflı şəkildə araşdırıldıqdan sonra bloklanma qərarı alınsın. Araşdırmadan, fəaliyyətim gözaardı edilərək bloklanma qərarına qarşıyam. İkinci bir məsələsə isə mən tək-tək redaktə etməyin qadağan olduğunu bilmirdim. Təlimlərdə bu məlumat verilməyib. Əgər tək-tək redaktə etmək qadağandırsa, vikipediya qaydalarına ziddirsə bir də belə hal yaşanmayacaq. Təşəkkürlər. Seyidnisə (müzakirə) 09:33, 9 iyun 2024 (UTC)
- Hörmətli @Seyidnisə, burada qeyd olunanlara xahiş edirəm diqqətli nəzər yetirin. Sizin faəliyyətinizin yalnız kiçik redaktələrdən ibarət olunduğu yox, son fəaliyyətlərinizin kiçik redaktələr üzərində qurulduğu bildirilir. Və xüsusi ilə qeyd edim ki, vikipediyada belə bir qadağa yoxdur. Ola da bilməz. İstəsəniz 5 hərfdən ibarət sözü 5 dəyişikliklə də yaza bilərsiniz. Lakin təcrübəli istifadəçilər bu kimi halları süni redaktə sayının artırlması kimi qiymətləndirəcək. Eyni zamanda siz patrulların işini çətinləşdirirsiniz. Hələ ki, blokdan söhbət getmir. Bu müzakirə sizlərin diqqətinizi buraya çəkmək və fəaliyyətinizdəki yanlışları düzəltməyə yönəlib. Fəaliyyətinizdə uğurlar! Patriot (müzakirə) 09:43, 9 iyun 2024 (UTC)
- Hörmətli Vikipediyaçılar, ümidvaram ki, gününüz xoş və aydın keçir.
Yazılanları oxudum, burada məqalə düzəlişlərinə baxıb nələrsə öyrəndiyim, xəbərdarlıq kimi istifadəçi müzakirəmə mesaj qoyan istifadəçilərin də dəyərli fikirlərini oxudum, hamısına da böyük hörmətlə yanaşıram. Şəxsi fikirləridir. Sadəcə, bildirmək istərdim ki, öz tərəfimdən hansısa səsvermədə iştirak etmək, hansısa burada qaydaları təbiq etmək üçün bot olaraq fəaliyyət göstərmək mənə maraqlı deyil. Buranı yeni-yeni öyrənirəm və tək məqsədim tibb sahəsi üzrə kontent sayını maksimum qədər artırmaqdır və bunları rus dilindən tərcümə əsasında edirəm. Bu yolda hansısa səhvləri edəndə mənə bildirməyinizi və ən əsası da təcrübənizi mənimlə bölüşməyinizi (daha yumşaq formada olsa, minnətdar olaram) xahiş edirəm. @Gadir son bildirişləri də nəzərə almışam, məqalələrin üzərindən bir də keçəcəm.— NarminSafarova94 (müzakirə) 09:07, 9 iyun 2024 (UTC)
- Hörmətli @NarminSafarova94, siz də son fəaliyyətlərinizə nəzər yetirsəniz görərsiniz ki, bəzən hər sözdən sonra, hər vergüldən sonra dəyişiklikləri paylaşmısınız. Bu istər istəməz təcrübəli istifadəçilərdə şüphə doğuracaq. Fəaliyyətinizdə uğurlar! Patriot (müzakirə) 09:47, 9 iyun 2024 (UTC)
- Kiçik redaktələrdən də daha böyük problem varsa, o da məqalələrin məzmunu ilə bağlıdır. Maşın tərcümələr dəb halıbı alıb artıq, yenisi, köhnəsi demədən kim oldu bu fəaliyyətlə məşğul olur. Belə görürəm, bu istiqamətdə xəbərdarlıqlara məhəl qoyulmazsa, Vikipediyanı destruktiv mühitdən qorumaq üçün son həll yolu kimi, yeni-köhnə həmin istifadəçilərin dərs çıxarmaları üçün də bloklama funksiyasından istifadə etmək lazım gələcək. Hər həftə-ay bu məsələlər yetərincə vaxtımızı alıb bizi inkişafdan geri qoyur zatən. Hörmətlə, Gadirmüzakirə 12:03, 9 iyun 2024 (UTC)
- Məqalələr uzun müddət o halda məqalə kimi qala bilməz. Qaralamaya köçürərəm, siz isə təkrar-təkrar yaradırsınız, lütfən bunu etməyin, məzmundan heç nə başa düşülmür. İş tam bitməmiş məqalə kimi açmağa davam etməyin, bitirib yayımlanması üçün elə müraciət edin. Çox xahiş edirəm ki, nəzərə alasınız. Hörmətlə, Gadirmüzakirə 11:56, 9 iyun 2024 (UTC)
Salam, yazılanların hər birini diqqətlə oxudum. Mənə qaranlıq qalan bir neçə məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm. Əvvəla, mən bugünə qədər vikipediyada əsaslı redaktələr etmişəm, yeni məqalələr yaratmışam. Xüsusilə İraq-türkmanları ilə bağlı işlərim təqdirəlayiqdir. Belə olan halda niyə etdiyim kiçik redaktələr sizi narahat edir? Ümumiyyətlə belə bir qanun varmı ki, vikipediyada kiçik redaktə etmək olmaz. Varsa diqqətdə saxlayaram çünki bu haqqda məlumatım yoxdur. Yəqin ki təsdiqliyərsiniz ki vikipediya da içi səhvliklərlə dolu kifayət qədər çox məqalə var və bunların əksəriyyətinə silinməlidir başlığı qoyulmayıb,eyni zamanda ümumiyyətlə bu tip məqalələrin silinməsi haqqında düşünülmür də. Sonuncu dəfə Cəfər Cabbarlı məqaləsinə nəzər yetirərkən necə səhvlərlə dolu olduğunu gördüm və düzəltməyə başladım. Qeyd edim ki, səhv məqalə olmasına baxmayaraq silinməli olduğuna dair heç bir məlumat yox idi. Əməkdaşlarınızdan biri xəbərdarlıq vermədən etdiyim düzəlişləri sildi və səbəbini soruşanda istinad qoyduğum halda istinadın olmadığını bəhanə gətirdi. Bildirəndəki etmişdim cavabı “nəzərimdən qaçıb yəqin” oldu. Sözü gedən məqalə silinməli olan halda qalır amma mənim düzəlişlərim silinir Niyə? Artıq mən burada bir qərəzin olduğunu düşünürəm. İkinci bir məsələ AMEA işçiləri ilə bağlı ittihamınıza cavab olaraq onu deyə bilərəm ki, bəli, mən həmin müəəssisədə elmi işçiyəm. İstifadəçi adımdan da göründüyü kimi profilimi gizli tutmuram, çünki buna ehtiyac duymuram. AMEA qeyri-ciddi qürum deyil ki, işçilərinin ad, soyadından istifadə edib burada saxtakarlıqla , fırıldaqçılıqla məşğul olsun. Son olaraq, sizin fəaliyyətinizlə müqayisə olaraq mən bu sahədə yeni olduğum üçün müəyyən səhvliklərə, qeyri-peşəkarlığa yol verə bilərəm və belə olduğu halda deyilən iradları nəzərdə saxlayır və müəyyən düzəlişlər edirəm. Amma ittihamları heç bir halda qəbul etmir və bu qədər Azərbaycan vikipediyasına xeyir verdiyim halda bloklanmağı qəbul etmirəm. Nərmin Həsənova Tərlan (müzakirə) 16:03, 9 iyun 2024 (UTC)
Adları qeyd olunan bütün istifadəçilərin kifayət qədər təcrübəli istifadəçilər olduqları qənaətimdə yanılmamışam.— Patriot (müzakirə) 16:08, 9 iyun 2024 (UTC)
Nigar Isayeva, Nərmin Həsənova Tərlan, "Azərbaycan vikipediyası" deyə bir şey mövcud deyil, bura Azərbaycanca Vikipediyadır. Fikrimcə, bu vəziyyətdə söhbəti blokdan yox, səsvermə haqqında qaydaların gücləndirməsi haqqında aparmalıyıq, artıq. — Мурад 97 (müzakirə) 21:06, 9 iyun 2024 (UTC)
- Tamam. Amma uyğunsuz məqalələr və fəaliyyətlər barədə yoxlanılıb tədbirlər alınmalıdır. Müəllif hüquqları, yanlış və səhv tərcümələr, mənbəsiz məzmun, SK pozuntuları, necə gəldi baxıb-etmədən əhəmiyyətli-əhəmiyyətsiz kiçik redaktələlər, keçid funkiyasından yanlış keçidlər vermə, redaktə sayı artırmağa çalışmalar, müzakirədə iştirak edə bilib qərarlara təsir etmə gücü üçün səsvermə hüququ qazanmalar və qruplaşmalar və s. Tam hamısı barədə yazılı qaydalarımız olmasa da, ümumi qəbul edilmiş standartlarımız var, onlara uymalıyıq, bunlar çox-çox vacib məsələlədir. Vikipediyanın redaktə mühitini ciddi şəkildə pozur. Ələlxüsus bütün bunları edib xəbərbarlıqları da iqnor edib davam edənlər. Bu şəkildə Vikipediyanın keyfiyyəti də aşağı düşür, vaxtında Vikipediyanı bu məzmunlardan təmizləməli və tədbirlər görməliyik, sonra gec və məşəqqətli olacaq. Ona görə də indidən gözardı etməyək lütfən. Kəmiyyət/keyfiyyət nisbətini nizamlamaq lazımdır. Qaydaların təkmilləşdirilməsi mövzusunda da diqqət və etina göstərməliyik. Mən bu mövzuda bildirəcəklərimi bildirdim. Hörmətlə, Gadirmüzakirə 21:17, 9 iyun 2024 (UTC)
- @Gadir hər 4 istifadəçi məsələyə cavabsız qalmadı və hər biri 1 kliklə uzun uzadı cavablar verə bildi. Bu onu göstərir ki, dediyim kimi yuxarıda irəli sürülən "təcrübəsizlik" iddiaları sadəcə fikirləri başqa yönə çəkmək üçündür. İstifadəçilər kifayət qədər təcrübəli, səlis yaza bilən və vikipediya qaydaları ilə çox yaxşı tanış istifadəçilərdirlər. Ümid edirəm bu müzakirədən sonra bəzi istifadəçilər, təcrübəli istifadəçilərin heç də vikipediyanı nəzarətsiz buraxmadığını anlayacaq və süni redaktə sayının artırılması istiqamətindəki fəaliyyətlərindən əl çəkəcəklər. Patriot (müzakirə) 06:04, 10 iyun 2024 (UTC)
- İcma olaraq az fikir gəlib hələlik. Ümid edirəm, icma bu məsələdə səssiz qalmayacaq və tədbir görəcək. Amma razıyam, burada bloklanmamaq üçün yazdılar, müzakirə səhifələrində iqnor edirdilər. Hörmətlə, Gadirmüzakirə 06:09, 10 iyun 2024 (UTC)
- Hələlik blokun əleyhinəyəm. Tədbir görülməsinin və xəbərdarlıq edilməsinin tərəfdarıyam. Patriot (müzakirə) 06:31, 10 iyun 2024 (UTC)
- @Patriot Kor sözegedən şəxslərin təcrübəli olmaqları icmaya necə problem yarada bilər ki ? İnsanların üzərinə bu formada getməyi doğru hesab etmirəm. Kateqoriya alətləri, bot proqramlarlada gündə onlarla redaktə edən istifadəçilər var.. Kholat Syakhl (müzakirə) 11:54, 10 iyun 2024 (UTC)
- Zənnimcə, təcrübəli olduqları qruplaşıb viki üçün gedən önəmli proseslərə təsir göstərmək xarakteri daşıya bilər. Patriot-un bunu qeyd etdiyi qənaətindəyəm. Digər məsələdə də daha aktiv olmaq lazımdır, mən də bacardığım qədər maraqlanıram. Hörmətlə, Gadirmüzakirə 11:57, 10 iyun 2024 (UTC)
- @Gadir belə olsa belə məqsədləri baş tutmayacaq. Kütləvi dəvət, səsvermə, hansısa qərara təsir göstərmə cəhdləri özünü tez ələ verən xüsusiyyətlərdir. Azviki kimi nisbətən kiçik icmalarda nəyisə ələ ala bilməkdən ötrü gərək illərlə çalışasan. Kholat Syakhl (müzakirə) 12:00, 10 iyun 2024 (UTC)
- @Kholat Syakhl sözü gedən istifadəçilərin təcrübəli olmaqlarının icmaya problem yaratdığını demirik. Mən deyirəm ki, təcrübəli ola-ola, bir kilklə bu qədər böyük məzmuna malik cavablar yaza bilə-bilə, hər sözdən sonra, redaktə edib paylaşım edib, süni artımla məşğul olurlar. Bu sizin fikrinizcə də ciddi problem deyilmi? Adları qeyd olunan istifadəçilərin son fəaliyyətləri məqsədli şəkildə redaktə sayının artırılmasından başqa bir şey deyil. Kateqoriya və bot-lar konkret vikipediyanın xeyrinədir. Düşünün ki, mən sizə təkcə bu cavabı 20 redaktə ilə verirəm. Bu sizin üçün narahatlıq yaradacaq məsələ olmaz? Həm də xəbərdarlıq edildiyi halda? Qruplaşma məsələsinə gəldikdə isə bu həmişə bizim icma üçün ən təhlükəli və qarşısıalınmaz məsələdir ki, bu hadisə də onun başlanğıcıdır. Patriot (müzakirə) 06:44, 11 iyun 2024 (UTC)
- @Patriot Kor dediyiniz formada bunu ciddi problem hesab etmirəm. Sizin mənə bir cavabı 20 redaktə ilə verməyiniz şəxsən mənə heç bir problem yaratmaz. Bunları sizin sualınıza cavab olaraq verirəm. Əlbəttə, bir həmkarın hər redaktədən sorna yayımlamaq düyməsini sıxmasını doğru hesab etmirəm. Bu proses normal-anormal müstəvisində yox, qaydalar əsasında tənzimlənməlidir. Qaydalarda belə bir tələb varmı ki, istifadəçi bir rəyi yazarkən dəfələrlə redaktə edə bilməz ? Əgər yoxdursa, həmin bəndi hazırlayıb qaydalara əlavə etmək gərəkdir və yalnız bundan sonra sözügedən şəxslərə xəbərdarlıq verilə bilər. Hər bir halda həmin şəxslərin özləri artıq müzakirəsi gedən və icmanı müəyyən mənada narahat etmiş məsələ haqqında məlumatlıdırlar. Digər tərərfdən tutaq ki, onların məqsədi öz aralarında kimisə inzibatçı seçmək və yaxud seçdirməkdir və buna görə də süni formada səsvermə hüququ əldə etməyə çalışırlar. Azviki 2006-cı illərin vikipediyası deyil. Burada inzibatçı kimi mühüm bir statusu daşıya bilmək üçün icmanın hər tərəfini etimadını qazanmış olmalısan və buna görə də rahat 3-4 il vaxt sərf olunur. Mümkün səsvermə prosesində səs ovçuluğu və ya bənzəri hallar baş versə, inanıram ki, müvafiq həmkarlar bunun qarşısını dərhal alacaqlar. Kholat Syakhl (müzakirə) 09:16, 14 iyun 2024 (UTC)
- Patriot Kor fikrini düzgün izah edə bilmədi. Söhbət avtopartul olmayan istifadəçilərin anlaqlı şəkildə redaktə sayı artırmaq üçün etdiyi redaktələrdən gedir. — Bikar müzakirə 13:31, 14 iyun 2024 (UTC)
- @Patriot Kor dediyiniz formada bunu ciddi problem hesab etmirəm. Sizin mənə bir cavabı 20 redaktə ilə verməyiniz şəxsən mənə heç bir problem yaratmaz. Bunları sizin sualınıza cavab olaraq verirəm. Əlbəttə, bir həmkarın hər redaktədən sorna yayımlamaq düyməsini sıxmasını doğru hesab etmirəm. Bu proses normal-anormal müstəvisində yox, qaydalar əsasında tənzimlənməlidir. Qaydalarda belə bir tələb varmı ki, istifadəçi bir rəyi yazarkən dəfələrlə redaktə edə bilməz ? Əgər yoxdursa, həmin bəndi hazırlayıb qaydalara əlavə etmək gərəkdir və yalnız bundan sonra sözügedən şəxslərə xəbərdarlıq verilə bilər. Hər bir halda həmin şəxslərin özləri artıq müzakirəsi gedən və icmanı müəyyən mənada narahat etmiş məsələ haqqında məlumatlıdırlar. Digər tərərfdən tutaq ki, onların məqsədi öz aralarında kimisə inzibatçı seçmək və yaxud seçdirməkdir və buna görə də süni formada səsvermə hüququ əldə etməyə çalışırlar. Azviki 2006-cı illərin vikipediyası deyil. Burada inzibatçı kimi mühüm bir statusu daşıya bilmək üçün icmanın hər tərəfini etimadını qazanmış olmalısan və buna görə də rahat 3-4 il vaxt sərf olunur. Mümkün səsvermə prosesində səs ovçuluğu və ya bənzəri hallar baş versə, inanıram ki, müvafiq həmkarlar bunun qarşısını dərhal alacaqlar. Kholat Syakhl (müzakirə) 09:16, 14 iyun 2024 (UTC)
- Zənnimcə, təcrübəli olduqları qruplaşıb viki üçün gedən önəmli proseslərə təsir göstərmək xarakteri daşıya bilər. Patriot-un bunu qeyd etdiyi qənaətindəyəm. Digər məsələdə də daha aktiv olmaq lazımdır, mən də bacardığım qədər maraqlanıram. Hörmətlə, Gadirmüzakirə 11:57, 10 iyun 2024 (UTC)
- İcma olaraq az fikir gəlib hələlik. Ümid edirəm, icma bu məsələdə səssiz qalmayacaq və tədbir görəcək. Amma razıyam, burada bloklanmamaq üçün yazdılar, müzakirə səhifələrində iqnor edirdilər. Hörmətlə, Gadirmüzakirə 06:09, 10 iyun 2024 (UTC)
- @Gadir hər 4 istifadəçi məsələyə cavabsız qalmadı və hər biri 1 kliklə uzun uzadı cavablar verə bildi. Bu onu göstərir ki, dediyim kimi yuxarıda irəli sürülən "təcrübəsizlik" iddiaları sadəcə fikirləri başqa yönə çəkmək üçündür. İstifadəçilər kifayət qədər təcrübəli, səlis yaza bilən və vikipediya qaydaları ilə çox yaxşı tanış istifadəçilərdirlər. Ümid edirəm bu müzakirədən sonra bəzi istifadəçilər, təcrübəli istifadəçilərin heç də vikipediyanı nəzarətsiz buraxmadığını anlayacaq və süni redaktə sayının artırılması istiqamətindəki fəaliyyətlərindən əl çəkəcəklər. Patriot (müzakirə) 06:04, 10 iyun 2024 (UTC)
- @NarminSafarova94, @Nigar Isayeva, @Nərmin Həsənova Tərlan, @Seyidnisə zəhmət olmasa istifadəçi səhifənizdə eyni yerdə işlədiyinizi (əgər elədirsə, inkar edirsinizsə texniki yoxlanış aparılacaq) və eyni IP ünvandan redaktələr etdiyinizi qeyd edin. Burdakı problem sizin bir mərkəzdən idarə olunub profillərinizin keçiriləcək müxtəlif səsvermələrin saxtalaşdırılmasında istifadə olunması narahatçılığıdır. Belə bir fakt aşkar olunsa əlaqəli bütün profillərə müddətsiz blok tətbiq olunacaq. Nemoralis (müzakirə) 21:05, 14 iyun 2024 (UTC)
- Salam, hörmətli həmkarlar. Məndə haqqımda düşünülən bu düzgün olmayan fikirlərə son qoymaq üçün İP yoxlanışlarının aparılmasını sizdən xahiş edirəm. Qeyd etdiyiniz şəxslərlərlə isə mənim hec bir əlaqəm yoxdu.Yeganə məqsədim tibbi məqalələrin təcümələrini etməklə tibb sahəsinə müəyyən qatqıda bulunmaqdır. NarminSafarova94 (müzakirə) 11:42, 18 iyun 2024 (UTC)
- @Nigar Isayeva, @Nərmin Həsənova Tərlan, @Seyidnisə, sizlər də bu barədə açıqlama verəcəksiniz? Hörmətlə, Gadirmüzakirə 01:32, 22 iyun 2024 (UTC)
- Salam, Nizami Gencevi adına Edebiyyat İnstitutunda çalişiram, müəssisemiz terefinden Merkezi Elmi Kitabxanada keçirilen vikipediya telimlerine gönderilmişik.Adı çekilen şexsler ile elaqem yoxdur, fealiyyetim müsteqildir. Eyni İP adresine geldik ise telim zamanı qeydiyyatdan iş yerimizde keçmek tapşirildiğina esasen orda qeydiyyatdan keçmiwem. Könüllü Vikipediya telimleri Ümumi formada Milli Elmler Akademiyasının bütün İnstitutları terefinden heyata keçirilmiwdir. Seyidnisə (müzakirə) 06:28, 22 iyun 2024 (UTC)
- Salam. Mən yuxarıda da qeyd etdiyim kimi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşıyam. Yenə yuxarıda bildirdiyim iradlara hələ cavab almamışam. AMEA bütün institutlarının əməkdaşlarını MEK tərəfindən keçirilən vikipediya təlimlərinə qoşulmağa dəvət etmişdi. Təlimdə iştirak edən öyrədicilər də bilirlər ki, çox əməkdaş ilk başlarda təlimə gəlsələr də iki-üç dərsdən sonra əksəriyyəti təlimi davam etdirmək istəmədi. Bir neçə səbəbi olsa da əsas səbəblərindən biri burada tam təmannasız xidmət göstərmək lazım olması idi. Digər tərəfdən təlimi bitirib sertifikat alan şəxslərdən bugün də aktiv olmayan, ümumiyyətlə heç maraq göstərməyən vikipediya istifadəçiləri var. Bütün bunları bilərək və görərək mənim etdiyim vikipediya xidmətlərimi nəzərə almayaraq niyə də hələ bu söhbətlərin getdiyini kənardan “mafya” təsiri bağışlanıldığımı anlamış deyiləm. İP adresinə gəlincə bizə təlim keçiriləndə bizə tapşırıldı ki, hər kəs öz adıyla profil yaratsın və qeydiyyatdan MEK dən kənarda keçirilsin. Ona görə də mən qeydiyyatdan keçəndə AMEA da keçmişəm. Digər adı çəkilən istifadəçilər harda necə qeydiyyatdan keçib bilmirəm və ümumiyyətlə onlarla birgə vikipediya fəaliyyətim yoxdur. Çünki bu mənim şəxsi profilim, şəxsi təşəbbüsümdür. Nərmin Həsənova Tərlan (müzakirə) 06:37, 22 iyun 2024 (UTC)
- Salam. Men AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşıyam. MEK tərəfindən təşkil olunmuş təlimlərdə məndə iştirak etmişəm. Təlimlərdən sonra fəaliyyətimi aktiv şəkildə davam etdirməyə çalışmışam. Bu fəaliyyət dövründə təlimlərdə bizə bildirilən, göstərilən, qeyd olunan bütün qaydalara,qanunlara maksimal dərəcədə əməl etmişəm. Bu qədər müzakirəyə səbəb olacaq hansı əməl etdiyimi bilmirəm. Siz iradınızı bildirdiz, məndə cavab olaraq sizə nəzərə alacağımı bildirdim. Niyə hələ də müzakirələr davam edir. İP adresinə gəldikdə isə yuxarıda qeyd olunduğu kimi təlimçilərin bildirişi üzrə AMEA-nın İP adresi üzrə qeydiyyatdan keçmişəm. Bu mənim şəxsi profilimdi, və mən könüllü olaraq fəaliyyətimə davam etmək istiyirəm. Nigar Isayeva (müzakirə) 03:22, 24 iyun 2024 (UTC)
- @NarminSafarova94, @Nigar Isayeva, @Nərmin Həsənova Tərlan, @Seyidnisə, 20+ gün keçib və siz hələ də istifadəçi səhifənizə müvafiq açıqlama yerləşdirməmisiniz. Zəhmət olmasa bu qeyd etdiyiniz məlumatları istifadəçi səhifənizdə qeyd edin. Texniki yoxlanışda eyni şəbəkədə olduğunuz bildirilib. Məlumat əlavə etməsəniz profilləriniz bloklanacaq. Nemoralis (müzakirə) 20:25, 4 iyul 2024 (UTC)
- Salam, hansı hissede ve nece qeyd etmek lazìmdir? Seyidnisə (müzakirə) 03:21, 5 iyul 2024 (UTC)
- Salam. hansı hissədə və hansı məlumatı qeyd etmək lazım olduğunu deyərdiz, zəhmət olmasa. NarminSafarova94 (müzakirə) 08:55, 5 iyul 2024 (UTC)
- Mənim dediyiniz şəxslərnən eyni şəbəkədən olmağım mümkün deyil. Nəyə əsasən bu müəyyən olunub? NarminSafarova94 (müzakirə) 08:56, 5 iyul 2024 (UTC)
- @Nemoralis, orada bütün istifadəçilərin eyni IP-dən istifadə etdikləri yazılmayıb, "bəziləri"nin eyni şəbəkədə olduğu yazılıb. Siz bu istifadəçilərin hamsının eyni IP-də və eyni yerdə olduğunu dəqiqləşdirmisinzmi? Bundan əvvəl təlim keçdikləri üçün də eyni IP-dən daxilolma mümkündür. Bunlar tam araşdırılıbmı? Əgər bunlar üçün konkret səbəb yoxdursa, burada bu istifadəçiləri niyə belə sıxırsınız? Səbəb nədirki, anlaya bilmirəm. Turkmen müzakirə 12:06, 5 iyul 2024 (UTC)
- Bunlar hamsı yeni istifadəçilərdir və əgər dediyimiz kimi "təhlükəlidilərsə" bunu hələ zaman göstərəcək. İndi bir məqalənin üstündə 5 redaktə etdiklərinə görə mühakimə altına düşmələri və belə sıxılmaları anlamsızdır. Həmçinin ensiklopediyanı genişləndirmək istəyən istifadəçilərə mane olmaq düzgün deyil. Gələcəkdə konkret "təhlükə" yaranarsa nəysə etmək olar. İndi isə bunlar sadəcə "fərziyyədir". Turkmen müzakirə 12:10, 5 iyul 2024 (UTC)
- İstifadəçilərin hansısa quruma bağlı olmağı, ümumiyyətlə bizi niyə narahat etməlidir? Əgər ortada hərhansı konkret müdaxilə, konkret pozuculuq və konkret saxtakarlıq yoxdursa. Və həmçinin VMF dura-dura bu layihənin müdafiəsi bizimmi öhtəmizdədir? Biz burada bəzən inzibatçıyıq və konkret əsaslarla silməliyik, bərpa etməliyik və blok etməliyik. --Turkmen müzakirə 12:15, 5 iyul 2024 (UTC)
- @Turkmen, hamısı eyni institutun əməkdaşıdır və eyni təlimlərdə iştirak edib amma necə olursa bir birilərini tanımırlar. Təlimin üzərindən isə 1 ildən çox vaxt keçib, yəni IP ünvanın eyni çıxmasını təlimlə əlaqələndirmək olmaz.@NarminSafarova94, @Nigar Isayeva, @Nərmin Həsənova Tərlan, @Seyidnisə, İstifadəçi səhifənizdə Ədəbiyyat İnstitutu ilə əlaqənizi və birgə redaktə etdiyiniz (eyni internet bağlantısından) istifadəçilərin adlarını qeyd edin. Nemoralis (müzakirə) 12:16, 5 iyul 2024 (UTC)
- Məni narahat edir, bu AMEA-nın ilk belə təşəbbüsü deyil. Nemoralis (müzakirə) 12:17, 5 iyul 2024 (UTC)
- Mən hələ də anlamış deyiləm ki, niyə eyni internet bağlantısından istifadə etdiyimizi düşünürsünüz? Əlinizdə isbatınız varmı? Mən öz evimdə oturub işləyirəm, biri dağda biri aranda işləyir. Haradan biz eyni internet bağlantısı oluruq. Sadəcə qeydiyyatdan AMEA da keçmişik. Bu qədər vəssaalam. Mən yuxarıda nə qədər irad bildirmişəm heç birinə aydınlıq gətirməyib heç kəs. Deməli, mənim suallarım sizi maraqlandırmır, gördüyüm işlər gözardı edilir. Buradan belə bir nəticəyə gəlirəm ki, sizin istəyiniz və məqsədiniz Azərbaycan dilli vikipediyanın inkişafı yox yalnızca şəxsi mənafeyinizdir. Nərmin Həsənova Tərlan (müzakirə) 12:22, 5 iyul 2024 (UTC)
- @Nemoralis, atdığınız linkdə 3 fərqli qurumun adı çəkilir axı. Turkmen müzakirə 12:23, 5 iyul 2024 (UTC)
- Nezerinize çatdırmaq isteyirem ki, telimde iştirak eden şexsler her biri eyni gün ve saatda iştirak etmeyib, hetta ferdi şekilde qoşulan emekdaşlar da var idi.Diger bir mesele ise beli, tebii haldır, hamı bir-birini tanıyacaq deye bir şey yoxdur. İnstitutda müxtelif şöbe ve şöbe emekdaşları fealiyyet gösterir. Seyidnisə (müzakirə) 12:23, 5 iyul 2024 (UTC)
- Təşəkkür edirəm diqqətiniz üçün. Mövcud olan problem vikipediyanın işləksizliyidir. Sözü gedən təlimlərdən sonra xüsusilə Ədəbiyyat İnstitutunun əməkdaşlarının fəaliyyətindən sonra vikipediyanən ədəbiyyat hissəsilə bağlı məqalələrdə dirçəlmə müşahidə olundu. Amma bütün bunlar nəzərə alınmır. Nərmin Həsənova Tərlan (müzakirə) 12:25, 5 iyul 2024 (UTC)
- @Nərmin Həsənova Tərlan, sizin fəaliyyətinizin mənim şəxsi mənafeyimə nə dəxli var? Eyni institutun əməkdaşısız, zəhmət çəkib istifadəçi səhifənizdə məlumat verməlisiniz. Vermirsinizsə hesabınız bloklanacaq.@Turkmen, O 3 fərqli qurumun içərisində Ədəbiyyat İnstitutu yoxdur? Bu təlimlərin uzun müddət əvvəl olmadığı demək deyil. Təftişçi məlumatlarının sistemdə neçə gün qaldığını siz də bilirsiniz.@Seyidnisə, eyni yerdə çalışan istifadəçilər profillərində məlumat verməlidirlər. Nemoralis (müzakirə) 12:30, 5 iyul 2024 (UTC)
- Men öz sehifemde adı çekilen qurumda fealiyyet gösterdiyimi qeyd ede bilerem,bu problem deyil. Sadece diger insanlarle elaqeli şekilde fealiyyet göstermirem. Seyidnisə (müzakirə) 12:33, 5 iyul 2024 (UTC)
- Mən profilimdə lazımı məlumatı çoxdan qeyd etmişəm. Və siz deməmişdən öncə yuxarıda iki dəfə qeyd etmişəmki mən hansı müəssisədə çalışıram. Nərmin Həsənova Tərlan (müzakirə) 12:34, 5 iyul 2024 (UTC)
- @Seyidnisə, zəhmət olmasa. Digərləri ilə əlaqəli şəkildə fəaliyyət göstərmək qadağan deyil, saxtakarlıq, pozuculuq fəaliyyəti olmadığı müddətcə. Nemoralis (müzakirə) 12:44, 5 iyul 2024 (UTC)
- Salam Mən həvəsli iştirakçıyam.Dediyiniz şəxslərnən mənim İP adresim eyni ola bilməz.Yoxlamalarda nəsə səhvlik var.Əyər yenə də nəyisə qeyd eləməliyəmsə zəhmət olmasa, mənə bunu harda qeyd edəciyim haqda məlumat verəsiniz. NarminSafarova94 (müzakirə) 15:44, 8 iyul 2024 (UTC)
- Sizin adınız o siyahıda yoxdur, siz də Ədəbiyyat İnstitunun əməkdaşısısınızsa (və ya digər institutun) istifadəçi səhifənizə məlumat əlavə edin zəhmət olmasa. Nemoralis (müzakirə) 15:51, 8 iyul 2024 (UTC)
- @Nemoralis Check olunub? Atakhanli (müzakirə) 18:27, 8 iyul 2024 (UTC)
- Sizin adınız o siyahıda yoxdur, siz də Ədəbiyyat İnstitunun əməkdaşısısınızsa (və ya digər institutun) istifadəçi səhifənizə məlumat əlavə edin zəhmət olmasa. Nemoralis (müzakirə) 15:51, 8 iyul 2024 (UTC)
- @Nərmin Həsənova Tərlan, sizin fəaliyyətinizin mənim şəxsi mənafeyimə nə dəxli var? Eyni institutun əməkdaşısız, zəhmət çəkib istifadəçi səhifənizdə məlumat verməlisiniz. Vermirsinizsə hesabınız bloklanacaq.@Turkmen, O 3 fərqli qurumun içərisində Ədəbiyyat İnstitutu yoxdur? Bu təlimlərin uzun müddət əvvəl olmadığı demək deyil. Təftişçi məlumatlarının sistemdə neçə gün qaldığını siz də bilirsiniz.@Seyidnisə, eyni yerdə çalışan istifadəçilər profillərində məlumat verməlidirlər. Nemoralis (müzakirə) 12:30, 5 iyul 2024 (UTC)
- İstifadəçilərin hansısa quruma bağlı olmağı, ümumiyyətlə bizi niyə narahat etməlidir? Əgər ortada hərhansı konkret müdaxilə, konkret pozuculuq və konkret saxtakarlıq yoxdursa. Və həmçinin VMF dura-dura bu layihənin müdafiəsi bizimmi öhtəmizdədir? Biz burada bəzən inzibatçıyıq və konkret əsaslarla silməliyik, bərpa etməliyik və blok etməliyik. --Turkmen müzakirə 12:15, 5 iyul 2024 (UTC)
- Bunlar hamsı yeni istifadəçilərdir və əgər dediyimiz kimi "təhlükəlidilərsə" bunu hələ zaman göstərəcək. İndi bir məqalənin üstündə 5 redaktə etdiklərinə görə mühakimə altına düşmələri və belə sıxılmaları anlamsızdır. Həmçinin ensiklopediyanı genişləndirmək istəyən istifadəçilərə mane olmaq düzgün deyil. Gələcəkdə konkret "təhlükə" yaranarsa nəysə etmək olar. İndi isə bunlar sadəcə "fərziyyədir". Turkmen müzakirə 12:10, 5 iyul 2024 (UTC)
- @Nemoralis, orada bütün istifadəçilərin eyni IP-dən istifadə etdikləri yazılmayıb, "bəziləri"nin eyni şəbəkədə olduğu yazılıb. Siz bu istifadəçilərin hamsının eyni IP-də və eyni yerdə olduğunu dəqiqləşdirmisinzmi? Bundan əvvəl təlim keçdikləri üçün də eyni IP-dən daxilolma mümkündür. Bunlar tam araşdırılıbmı? Əgər bunlar üçün konkret səbəb yoxdursa, burada bu istifadəçiləri niyə belə sıxırsınız? Səbəb nədirki, anlaya bilmirəm. Turkmen müzakirə 12:06, 5 iyul 2024 (UTC)
2024 Vikimaniya
2024-cü ildəki Vikimaniya tədbiri Polşanın Katovitse şəhərində keçiriləcək. Azərbaycanlı vikimediaçıların iştirak etdiyi tədbirlər adlı səhifəni güncəl tutmaq adına sözügedən tədbirdə iştirak edəcək və ya etmək ehtimalı olan icma mənsubarının kimliyini bilmək istərdim. :@Nemoralis, @Solavirum, @Sortilegus, @Sura Shukurlu, @Atakhanli, @Eldarado, @Araz Yaquboglu, @White Demon, @Gadir, @Bikar, @Turkmen, @Toghrul R, @Nicat49, @Eminn, @Wertuose, @A.Aida88 bu barədə məlumatınız varmı ? — Kholat Syakhl (müzakirə) 23:09, 12 iyun 2024 (UTC)
- Hələ tam dəqiq deyil, amma mənim iştirak edəcəyim ehtimal olunur. Kosmik Ozan utora! 23:16, 12 iyun 2024 (UTC)
- @White Demon, dəqiq olmayan siz tərəfdən olan hansısa məsələdir ya fond tərəfdən ? Kholat Syakhl (müzakirə) 04:41, 13 iyun 2024 (UTC)
- Viza məsələsi ilə bağlı çətinlik var, o həll olunmalıdır. Kosmik Ozan utora! 10:37, 13 iyun 2024 (UTC)
- @White Demon, suallarıma görə üzürlü hesab edin, sadəcə maraqlı olduğu üçün soruşuram və cavab verməyə də bilərsiz. Siz fonddan tam təqaüd qazanmısız və bununla bağlı müvafiq dəvətnamə məktubu almısızmı ? Əgər İçərişəhər tərəfdə olan Polşa səfiriyi sizə qarşı süründürməçilik edirsə, nisbətən daha loyal viza siyasəti olan Macarıstanı yoxlayın. Polşa səfirliyi bəzən Polşada qanuni oturumu olan azərbaycanlıların ailə birləşməsi sənədlərini belə məqsdəli formada ləngidir. Son illərdə sözügedən ölkəyə çoxlu sayda azərbaycanlı və Gürcüstan azərbaycanlısı gedib və ona görə onlarda bizlərə qarşı mənfi fikirlər formalaşıb. Kholat Syakhl (müzakirə) 09:21, 14 iyun 2024 (UTC)
- Viza məsələsi ilə bağlı çətinlik var, o həll olunmalıdır. Kosmik Ozan utora! 10:37, 13 iyun 2024 (UTC)
- @White Demon, dəqiq olmayan siz tərəfdən olan hansısa məsələdir ya fond tərəfdən ? Kholat Syakhl (müzakirə) 04:41, 13 iyun 2024 (UTC)
- Mən də əmin deyiləm, hələlik avqustdakı cədvəlim məlum olmadığına görə. — Мурад 97 (müzakirə) 23:33, 12 iyun 2024 (UTC)
- Mən Fonddan White Demon qəbul alıb deyə bilirəm. Aida xanım isə öz hesabına gedəcək deyəsən. Nemoralis (müzakirə) 23:40, 12 iyun 2024 (UTC)
- Hər kəsə salam. Bəli məndə getməyə çalışıram. Viza ilə bağlı problemlər var. Bildiyiniz kimi Polşa səfirliyi püşkatma ilə qəbul etdiyi üçün gecikmələrdən dolayı gecikir. --A.Aida88 (müzakirə) 07:15, 23 iyun 2024 (UTC)
- @White Demon və @A.Aida88 viza məsələsi ilə bağlı olan məsələ öz həllini tapdı ? Kholat Syakhl (müzakirə) 08:23, 29 iyun 2024 (UTC)
- Mənim vizamla bağlı problem hələdə qüvvədədir A.Aida88 (müzakirə) 09:24, 29 iyun 2024 (UTC)
- Səfirliyə müraciətimi etmişəm, 1 həftəyə cavabımı alacam. Kosmik Ozan utora! 10:23, 29 iyun 2024 (UTC)
- @White Demon və @A.Aida88 viza məsələsi ilə bağlı olan məsələ öz həllini tapdı ? Kholat Syakhl (müzakirə) 08:23, 29 iyun 2024 (UTC)
Salam, həmkarlar. Azərbaycan dilində "yoxlanılabilərlik" sözünə heç yerdə rast gəlmək mümkün deyil. İnternetdə axtarış edəndə yalnız Vikipediya və onun güzgüsü olan saytlardan məlumatlar çıxır. Buna görə də dilimizdə mövcud olmayan bu söz dəyişdirilməlidir. Mənim təkliflərim "VP:Məlumatların təsdiqlənməsi", "VP:Təsdiqlənmə mümkünlüyü" və "VP:Yoxlanma mümkünlüyü"dür. Fikirləriniz maraqlıdır — Toghrul R (m) 11:08, 25 iyun 2024 (UTC)
- Məncə çox uzaq getməyək, elə VP:Yoxlanıla bilmə qoyaq. Kosmik Ozan utora! 22:04, 25 iyun 2024 (UTC)
- Təsdiqlənmə imkanı, Sübut olunma, @White Demon dediyi kimi Yoxlanıla bilmə, Doğrulanma, Doğrulama kimi təkliflər irəli sürmək olar. Patriot (müzakirə) 15:55, 26 iyun 2024 (UTC)
- Yoxlanıla bilmə məncə daha yaxşıdır Atakhanli (müzakirə) 18:50, 26 iyun 2024 (UTC)
- Belə çıxır ki, onda "Ensiklopedik əhəmiyyətlilik" də ləğv edilməlidir (yəni dəyişdirilməli)? Nəticələr Vikipediya ilə məhduddur. Hörmətlə, Gadirmüzakirə 15:16, 28 iyun 2024 (UTC)
- Hər iki söz bizim dildə işlənir. Kosmik Ozan utora! 16:06, 28 iyun 2024 (UTC)
- Birbaşa elə söz var? Yəni onda "Yoxlanılabilərlik (həmçinin "bilənlik")" də sözlər ayrı-ayrı qeyd olunub işlənsə olar? Hörmətlə, Gadirmüzakirə 16:09, 28 iyun 2024 (UTC)
- Hər iki söz bizim dildə işlənir. Kosmik Ozan utora! 16:06, 28 iyun 2024 (UTC)
- Belə çıxır ki, onda "Ensiklopedik əhəmiyyətlilik" də ləğv edilməlidir (yəni dəyişdirilməli)? Nəticələr Vikipediya ilə məhduddur. Hörmətlə, Gadirmüzakirə 15:16, 28 iyun 2024 (UTC)
- Azərbaycan dilində "bil" hissəciyi söz birləşməsi yaratdıqda "-a/ə bilmək" şəklində olur. Yəni, hissəcik qoşulduğu sözdən ayrı yazılır və söz birləşməsi əmələ gətirir. Türk dilində isə "bilmək" hissəciyi mütləq qoşulduğu sözə bitişik yazılır. Bu baxımdan @Toghrul R haqlıdır. O ki qaldı dəyişməyə, mənim fikrimcə məğzi ifadə edən ən "politik korrekt" ifadə "Məlumatların təsdiqlənməsi" və ya "Təsdiqlənmə mümkünlüyü"dür. - Dr.Wiki54 (müzakirə) 22:23, 29 iyun 2024 (UTC)
- Şərhləriniz üçün təşəkkürlər. Səhifənin adını "Yoxlanıla bilmə" olaraq dəyişdim. İndiki adı normaldır, fikrimcə. — Toghrul R (m) 16:49, 11 iyul 2024 (UTC)
- @Toghrul R, indiki vəziyyətdə uyğun versiyadır. Gələcəkdə geniş müzakirə edib alternativ variantları dəyərləndirmək də olar. Hörmətlə, Gadirmüzakirə 20:50, 11 iyul 2024 (UTC)
- Şərhləriniz üçün təşəkkürlər. Səhifənin adını "Yoxlanıla bilmə" olaraq dəyişdim. İndiki adı normaldır, fikrimcə. — Toghrul R (m) 16:49, 11 iyul 2024 (UTC)
2024 Yay Vikidüşərgəsi
Salam hörmətli Vikipediyaçılar. 31 iyul - 4 avqust tarixlərində Şəki şəhərində keçiriləcək "Gənclər ilə Vikipediyanı öyrənək, öyrədək və paylaşaq" yay düşərgəsinə qeydiyyat açıldı! Qeydiyyatdan keçmək üçün /İştirak bölməsindəki linkə keçid edin. Suallarınızı buraya və ya wikicamp wikimedia.az ünvanına yaza bilərsiniz. Son qeydiyyat tarixi: 19 iyul 2024, 23:59 Nemoralis (müzakirə) 22:07, 28 iyun 2024 (UTC)
- Loqo gözəl alınıb bu arada. Kosmik Ozan utora! 02:04, 29 iyun 2024 (UTC)
- @Kurmanbek sağolsun :) Nemoralis (müzakirə) 05:05, 29 iyun 2024 (UTC)
- Tədbir iştirakçılarına uğurlar arzulayıram, təşkilatçılara isə təşəkkür edirəm ki, belə bir əziyyətli işi hər il təşkil etməkdən yorulmurlar. Kholat Syakhl (müzakirə) 08:24, 29 iyun 2024 (UTC)
- Gözəl loqodur, müəllif Kurmanbek-ə təşəkkürlər! Dr.Wiki54 (müzakirə) 22:19, 29 iyun 2024 (UTC)
- Tədbir iştirakçılarına uğurlar arzulayıram, təşkilatçılara isə təşəkkür edirəm ki, belə bir əziyyətli işi hər il təşkil etməkdən yorulmurlar. Kholat Syakhl (müzakirə) 08:24, 29 iyun 2024 (UTC)
- @Kurmanbek sağolsun :) Nemoralis (müzakirə) 05:05, 29 iyun 2024 (UTC)
Qiymətləndirmə
Salam. Sizləri Vikipediya:Qiymətləndirmə səhifəsindəki bölmələrdə davam edən müzakirələrdə iştirak etməyə dəvət edirəm. Keçən ildən qalan başlıqlar var. Yekunlaşdıra bilmək üçün iştirakınız vacibdir. Hörmətlə, Gadirmüzakirə 07:19, 1 iyul 2024 (UTC)
Voting to ratify the Wikimedia Movement Charter is ending soon
- You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Hello everyone,
This is a kind reminder that the voting period to ratify the Wikimedia Movement Charter will be closed on July 9, 2024, at 23:59 UTC.
If you have not voted yet, please vote on SecurePoll.
On behalf of the Charter Electoral Commission,