Vikipediya Kend Meydani Arxiv Aprel 2014 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Türkiyədə bələdiyyə seçkiləri
Bütün istifadəçiləri salamlayıram. Sizlərdən bir məsələdə münasibətinizi bildirməyi rica edirəm: 2014 Türkiye yerel seçimleri məqaləsi bizim vikidə yazılarsa necə adlandırılmalıdır ?! Mənim təklifim belədir: Türkiyədə bələdiyyə seçkiləri (2014) şəklində adlandırılmasıdır. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 16:47, 1 aprel 2014 (UTC)
- Türkiyədə yerli seçkiləri (2014) --Мурад 97 (talk) 21:54, 1 aprel 2014 (UTC)
- Hörmətli Murad bəy: yerli seçkiləri nəsə düzgün səslənmir axı: Türkiyədə lokal seçkilər (2014) yazsaydınız yəqin variant olaraq qəbul edilə bilər deyə düşünürəm. --Asparux Xan Bulqar (talk) 16:59, 1 aprel 2014 (UTC)
- Məncə düzgün adlandırmadır. Bir də ki, məqaləni yaradıb redaktə edərək zənginləşdirin. Ad düz olmasa sonradan dəyişdirilər. --Araz Yaquboglu (talk) 16:56, 1 aprel 2014 (UTC)
- Sadəcə məlumatım yoxdur: bundan öncə (2009-cu ildən əvvəl) Türkiyədə bələdiyyə başçıları iqtidara seçki ilə yoxsa təyinatla gəliblər.--Asparux Xan Bulqar (talk) 17:02, 1 aprel 2014 (UTC)
- Asparux Xan, yerli sözü lokal sözü ilə sinonimdirlər. --Мурад 97 (talk) 22:07, 1 aprel 2014 (UTC)
- Dəyərli həmkarlar diqqətinizə görə təşəkkür edirəm. Aydınlaşdırdım ki (özüm üçün), bu bələdiyyə seçkiləri 1930-dan bəri keçirilir. İnşallah imkan olsa tam alınmasa sizlərin timsalında digər istifadəçilərin də köməyi ilə bu seçkilər haqqında məqalələr yaradacağıq. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 17:15, 1 aprel 2014 (UTC)
- Şəxsən mənim fikrimcə, bu mövzu ilə bağlı heç məqalə yaradılmasa daha yaxşı olar. Buna səbəb, birincisi, bu seçkilər hələ də davam edir, deməli yaradılacaq məqalə də eyni ilə hadisə boyu genişlənərək, seçkilər bitdikdə ətraflı məlumat verməlidir. Əgər Siz məqaləni iki cümləlik yaradacaqsanızsa, o zaman özünüzə əziyyət verməyinizə bir lüzum yoxdur. Çünki bu son vaxtlar 100 000 məqalə toplamaq məqsədilə çoxlu sayda 2-3 cümləlik məqalələr yaradıldı. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 17:22, 1 aprel 2014 (UTC)
- Hörmətli həmkar iki cümləlik məqalə yaratmaq fikrim yoxdur. Səhv etmirəmsə artıq yekunlaşmış seçkinin nəticələri elan olunmuşdur.--Asparux Xan Bulqar (talk) 17:28, 1 aprel 2014 (UTC)
- Şəxsən mənim fikrimcə, bu mövzu ilə bağlı heç məqalə yaradılmasa daha yaxşı olar. Buna səbəb, birincisi, bu seçkilər hələ də davam edir, deməli yaradılacaq məqalə də eyni ilə hadisə boyu genişlənərək, seçkilər bitdikdə ətraflı məlumat verməlidir. Əgər Siz məqaləni iki cümləlik yaradacaqsanızsa, o zaman özünüzə əziyyət verməyinizə bir lüzum yoxdur. Çünki bu son vaxtlar 100 000 məqalə toplamaq məqsədilə çoxlu sayda 2-3 cümləlik məqalələr yaradıldı. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 17:22, 1 aprel 2014 (UTC)
- Məncə "Türkiyədə bələdiyyə seçkiləri" forması daha doğru.Yerəl və ya yerli sözünü daha dəqiq əvəz edən bələdiyyə sözü var.Nədən ondan istifadə etməyək.--Atilla (talk) 13:06, 2 aprel 2014 (UTC)
- Başqa bir variant olaraq belə bir adlandırma da təklif etmək olar: Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər (2014). Başqa bi problem daha var ki, mənim bu tipdə məqalələr yaratmağımı bir az ləngidir: YSK-nın saytı işləmir və rəsmi istinadlar olmadan belə məqalələr yaratmaq da məqsədə uyğun deyil !--Asparux Xan Bulqar (talk) 13:56, 2 aprel 2014 (UTC)
Vikidə yeni görünüş
Vikipediyada düzəldilən yeni vizual görünüş məncə əladır. Şriftlərin dəyişməsi əla alınıb. --Araz Yaquboglu (talk) 08:55, 4 aprel 2014 (UTC)
- Düzü mən heç bəyənmədim. Kim tərəfindən edilibsə lütfən səbəbləri barədə də məlumat verilsin. Əvvəlcə elə zənn etdim ki, mənim kompüterimdən yaranan bir problemə görə belədir. Mütləq bir səbəb vardır və məndə o səbibi dinləmək istərdim. Hörmətlə:--Baskervill (talk) 15:56, 4 aprel 2014 (UTC)
- Bir az baxdım digər vikilərdə də belədir. Sadəcə bu sistem bizdə yaramır. Bunun üçün Kənd meydanı sözündə olan Ə hərfinə baxmaq kifayət edir. Hörmətlə:--Baskervill (talk) 15:57, 4 aprel 2014 (UTC)
- Baskervilllə tam razıyam. Yeni görünüş şablonlardakı ölçülərə də təsir edib. --Seko Selimov (talk) 16:02, 4 aprel 2014 (UTC)
- Deyəsən heç kimin bu yararsız və mənasız yeni dizaynla bağlı fikiri yoxdur. Bu qədər məsuliyyətsiz və laqeyid yanaşmanın səbəbini anlamaq olmur. --Baskervill (talk) 08:52, 5 aprel 2014 (UTC)
- Dəyişiklik baxımından məncə yaxşıdır. Lakin bunu heç olmasa Times New Roman şrifti kimi etsəymişlər, daha yaxşı olarmış. Çünki bir çox kitablar da bu şriftlə nəşr olunur. Oxucuların gözü Times New Roman şriftinə daha çox uyğunlaşıb. --Araz Yaquboglu (talk) 09:02, 5 aprel 2014 (UTC)
- @Baskervill, bu zövq məsələsidir. Məsələn, mən bunu məsuliyyətsiz və laqeyid yanaşma hesab etmirəm. Çünki özüm mətn redaktorlarında əksər vaxtlarda bu tip şriftlərdən istifadə edirəm. Mənim üçün bu daha yararlı və mənalıdır. Çünki belələri daha çox xoşuma gəlir və gözüm buna öyrəşib. Şriftləri bu vəziyyətə kim salıbsa, onlara minnətdaram. @Araz müəllim, "Times New Roman" mənim bəyənmədiyim şriftlərdən biridir. :( Amma təbii ki, yaxşı olardı ki, narazı istifadəçilər üçün də seçim imkanı olaydı. Amma məncə belə imkan yaradılıb. Fikrimcə hər bir istifadəçi öz Nizamlamalarında müvafiq dəyişikliyi edib, zövqünə uyğun formanı seçə bilər. Bunun üçün bu link sizlərə faydalı ola bilər: Xüsusi:Nizamlamalar#mw-prefsection-rendering. --►Cekli829 10:04, 5 aprel 2014 (UTC)
- Dəyişiklik baxımından məncə yaxşıdır. Lakin bunu heç olmasa Times New Roman şrifti kimi etsəymişlər, daha yaxşı olarmış. Çünki bir çox kitablar da bu şriftlə nəşr olunur. Oxucuların gözü Times New Roman şriftinə daha çox uyğunlaşıb. --Araz Yaquboglu (talk) 09:02, 5 aprel 2014 (UTC)
- Deyəsən heç kimin bu yararsız və mənasız yeni dizaynla bağlı fikiri yoxdur. Bu qədər məsuliyyətsiz və laqeyid yanaşmanın səbəbini anlamaq olmur. --Baskervill (talk) 08:52, 5 aprel 2014 (UTC)
Axırınıcı min yeni məqalə barədə
Yüz mininci məqalə 25 mart tarixində yaradıldı. Artıq aktivimizdə 101 min məqalə var, axırıncı min yeni məqalə 11 günə yaradılıb. Əvvələr hər günə 20 yeni məqalə yaraılırdı və hər ay cəmi 600 yeni məqalə yaradılırdı. İndi isə bu templə bir aya 3 min, ilə isə 30 - 40 min yeni məqalə yaradılacaq. Yəni sürət beş dəfə artıb. Bu nəticədə həm köhnə, həm yeni istifadəçilərin əməyi böyükdür. Ancaq hesab edirəm ki, virtual ensiklopediya yaradıcılığına yeni həvəskarları cəlb etməli, vikipediyanın təbliğini genişləndirməliyik.--Acategory (talk) 19:29, 5 aprel 2014 (UTC)
Qazax Sement Zavodu
Qazax Sement Zavodu adlı yaratdığım məqaləni kim və hansı səbəbdən sildi? Bir məqaləni silərkən nəyə görə məqalənin silinmə səbəbi qeyd edilmir? Xahiş edirəm bunu mənə biriniz izah edin — Bu imzasız yazı RuST4M-RSA (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 20:22, 9 aprel 2014 (UTC)
- Salam. Cavab burada verilib. --Araz Yaquboglu (talk) 16:03, 9 aprel 2014 (UTC)
Viki Yeri Sevir 2014
Əziz və hörmətli vikipediyaçılar!
Bu ilin may ayında Viki Yeri Sevir 2014 müsabiqəsi keçiriləcək. Bu müsabiqə dünyada olan təbii sərvətlərin şəkillərini Vikimediya Commonsa yükləmək məqasədini daşıyır. Bu il Azərbaycan da müsabiqədə iştirak edəcək. Azərbaycanda yerləşən vəhşi təbiət ərazilərinin, Azərbaycanın flora və faunasının şəkilləri də qaliblər sırasına düşə bilərlər.
Müsabiqədə iştirak etmək üçün şəkillər may ayında yüklənilməlidirsə də, şəkillərin özlərini nə vax istəsəniz çəkə bilərziniz. Ona görə gördüyünüz təbiətin şəkillərini çəkməkdən çəkinməyin. Bununla və müsabiqədə iştirak etməklə siz nəinki Azərbaycan Vikipediyasını, hətta digər dillərdə olan Azərbaycana aid olan məqalələri xeyli inkişaf etdirməkdə kömək edə bilərsiniz. Həvəsi və istəyi olan vikipediyaçıları bu işə dəvət edirəm! Hamıya uğurlar!
Əgər hansısa bir sualınız və ya çətinliyiniz olsa, mənə müraciət edə bilərsiniz. Hörmətlə, --Interfase (talk) 05:12, 10 aprel 2014 (UTC)
- Hörmətli Interfase sizin bu sahə üzrə olan fəaliyyətinizi maraqla izləyirəm və bu möhtəşəm fəaliyyətə görə sizə təşəkkür edirəm. Həqiqətəndə Vikimedia Fondu tərəfindən dəstəklənən bu tipli lahiyələrində bizim vikidə təşkil edilməsi çox müsbət bir haldır və tam əminəm ki, tərəfinizdən aparılan bu fəaliyyət Azərbaycan dilində olan Vikipediyanın inkişafına bir başa təsir göstərəcəkdir. Buna görə bir daha təşəkkürlər və işlərinizdə uğurlar. Hörmətlə:--Baskervill (talk) 19:30, 15 aprel 2014 (UTC)
- Mən də Baskervillin fikirlərinə qoşuluram. Həqiqətən də Interfasenin fəaliyyəti təqdirəlayiqdir. İmkanlarım olsa idi mən də orada fəaliyyət göstərərdim. --Araz Yaquboglu (talk) 12:08, 16 aprel 2014 (UTC)
Təşəkkür edirəm. Ümidvaram ki, müsabiqənin keçirələcəyi müddət ərzində Azərbaycanın təbiətinə aid çoxlu sayda fotoşəkil yükləniləcək. Bütün Azərbaycan Vikipediyasının iştirakçılarının bu müsabiqədə iştirak etməklərini arzulayıram. --Interfase (talk) 13:21, 17 aprel 2014 (UTC)
Azərbaycan təbiətinə aid müəllifi olduğum 1000-dən çox şəkil kompyuterimdə vaxtını gözləyir :) --►Cekli829 17:20, 18 aprel 2014 (UTC)
Ehtiyac olan şablon
Azvikidə Həmçinin bax şablonu yoxdur. Halbuki, yüzdən artıq vikidə mövcuddur (saymışam :)) Bu şablon kateqoriyalara keçid vermək üçün çox işə yarayır. Yaratdığım məqalərin bir çoxunda bu şablona ehtiyac var. Olsa, çox köməyi olar. Təcürübəli istifadəçilərdən bu işlə maraqlanmağı xahiş edərdim --Seko Selimov (talk) 18:42, 12 aprel 2014 (UTC)
- Hazırdı → {{Həmçinin bax}}.--Sortilegus (talk) 21:09, 17 aprel 2014 (UTC)
Türkmənistanın inzibati-ərazi bölgüsü
Hörmətli həmkarlar salamlar ! Sizi Türkmənistanın inzibati ərazi bölgüsündə adlandırmaların Azərbaycan dilinə transliterasiyası ilə əlaqədar fikirlərinizi bildirməyi rica edirəm. Demək belə:
- Etrap - inzibati vahidi. Bizdə bu bölgü rayon adlanır. Əslində bizim dilə transliterasiya olunsa bu vahid Ətraf adlanmalıdır. Səbəb Türkmən dilində F hərfi yoxdur, onun yerinə P hərfi istifadə olunur.
- Oba - yaşayış məntəqəsi. Bizdə kənd.
- Şəhərçə - yaşayış məntəqəsi. Bizdə qəsəbə.
- Gənəşlik - inzibati vahidi. Bizdə bu bölgü kənd inzibati-ərazi dairəsi bölgüsünə uyğundur.
Sizdən ricam: məsələn - Marı vilayətində Vəkilbazar etrapı var. Bu inzibati vahid haqqında səhifə yaradılarkən onu necə adlandıraq ? Hörmətlə !--Asparux Xan Bulqar (talk) 08:16, 14 aprel 2014 (UTC)
- Bu məsələni bir neçə dəfə müzakirə etmişdik. O ölkədə inzibati-ərazi vahidinin adı necədirsə onu elə də saxlayırıq. Çünki bizim inzibati-ərazi bölgüsünə uyğunlaşdıranda heç də həmişə hamısı üst-üstə düşmür. --Sortilegus (talk) 20:32, 17 aprel 2014 (UTC)
Qeyri ensiklopedik şəxslər
Azvikidə son günlər yaradılan bəzi məqalələr sizlərin diqqətinə təqdim etmək istəyirəm. Düşünürəm ki, bu şəxslər barədə məqalələrin olması bizdə mənfi bir tendensiyaya səbəb ola bilər. O zaman gərək biz bütün müəllimlər barədə Azvikidə məqalələrin yaradılmasına icazə verək. Heç bir uğurlu olmayan və ən əsası Respublika miqyasında tanınmayan şəxslər barədə məqalələrin yaradılması nə dərəcədə düzgündür əziz yoldaşlar:
- Səbinə Tarverdiyeva
- Sevinc Musayeva
- Nigar Sultanova
- Raziyə Balayeva
- Kifayət Gözəlova
- Nüşabə Hüseynova
- Sahibə Qafarova
- Könül Aslanova
- Etibar Nəcəfov
Bu şəxslərin hər hansısa bir ensiklopedik çəkisi varmı? Əlbəttə də müxtəlif elmi adları ola bilər, ancaq birdə nəzərə salın ki, Azərbaycanda bu elmi adları daşıyan nə qədər insan var? Birdə şəxsən mən düşünürəm ki, Azviki Lütfi Zadə kimi alimlərimiz üçün daha münasibdir. Yuxarıda adı göstərilən şəxslərin heç birini tanımıram və onlara qarşı hər-hansısa bir qərəzimin olmasından söhbət belə gedə bilməz. Sadəcə bu hal bizim üçün çox mənfi bir tendensiyanın başlanğıcını qoya bilər. Səhərisi gün bir məktəbli burada gəlib öz rəsm müəllim barədə məqalə yaradanda həmin məqaləni silməyə heç kimin mənəvi haqqı çatmayacaq. Hörmətlə:--Baskervill (talk) 18:53, 17 aprel 2014 (UTC)
- Baxdım. Səhv etmirəmsə hamısı Bakı Slavyan Universitetinin müəllimləridir. Son 1-2 ayda bu universitet rektorun tapşırığı ilə "Vikiuniversitet" layihəsini həyata keçirir. Çox böyük ehtimal ki, bu layihə çərçivəsində bu şəxslər, universitetin fakültələri, mərkəzləri haqqında məlumatlar yaradırlar. Amma görünür təcrübəsizlik üzündən bəzən qeyri-ensiklopedik şəxslər haqqında da məqalələr yaradılır. Dərhal qarşısını kəsib fəaliyyətlərini qadağan etmək lazım deyil. Yaratdıqları 10 məqalədən deyək ki, qeyri-ensiklopedik olan 2-sini sonradan silmək daha məqsədəuyğundur, nəinki bütün fəaliyyətlərini burda qadağan edib həvəsdən salmaq. Bu layihələrini gerçəkləşdirsələr BSU haqqında dəyərli məqalələrin sayı yəqin ki, Xəzər Universiteti haqqında olan məqalələrə çatacaq. Bu siyahıdakıların da heç də hamısı qeyri-ensiklopedik şəxslər deyil. Orda məsələn, millət vəkili olan da var. Layihələri bitəndən mən sonra onların fəaliyyətini tam təftiş edərəm. --Sortilegus (talk) 20:30, 17 aprel 2014 (UTC)
- Elə məncə də, BSU Azərbaycanın ən tanınmış universitetlərdən biri olduğuna görə, orada işləyən bəzi şəxslər haqqında məqalərərin Vikipediyada olduğu normaldır. Amma bu deməməlidir ki, hər bir müəllim, professor və hətta doktor haqqında Vikipediyada məqalə olmalıdır. Bu məqalələr yoxlanmalıdılar. Qeyd etdiyiniz tendensiya isə AzVikidə çoxdan başladı: bir baxın bizdə tək bir filmdə çəkilən aktyorlar haqqında neçə dənə məqalə var. Məsələn üçün, Əmir Tağıyev məqaləsi. --Мурад 97 (talk) 01:46, 18 aprel 2014 (UTC)
- 1 filmdə çəkilən aktyor yox, hətta 1 filmdə deyək ki, sürücü olmuş, yəni filmin heyətini maşınla çəkiliş meydanına aparıb-gətirmiş - məsələn, Nizami Əsədov məqaləsi kimi məqalələr də mövcuddur. Hamısı zaman-zaman arıtlanacaq. Professor, adətən hansısa elmi ixtirası, yeniliyi olmuş şəxslər olur və onların hamısı bir qayda olaraq ensiklopedik şəxslərdi. Elmlər namizdələri məqalələri arıtlanmalıdır. --Sortilegus (talk) 21:06, 17 aprel 2014 (UTC)
- Mən də Sortilegusun fikirləri ilə razıyam. Hələ ki, onları ruhdan salmaq olmaz. Bəzi yeni istifadəçilər belə məqalələr yaratsa da sonralar daha aktiv istifadəçiyə çeviriləndə və peşəkar olanda artıq özləri də buna yol verməyəcəklər. Bəlkə də elə özləri öz yaratdıqları qeyri-ensiklopedik məqalələri siləcəklər. Çalışdığımız qədər onların istifadəçi müzakirəsi səhifələrində xoşluqla onlara başa salmalıyıq. --Araz Yaquboglu (talk) 04:28, 18 aprel 2014 (UTC)
- 1 filmdə çəkilən aktyor yox, hətta 1 filmdə deyək ki, sürücü olmuş, yəni filmin heyətini maşınla çəkiliş meydanına aparıb-gətirmiş - məsələn, Nizami Əsədov məqaləsi kimi məqalələr də mövcuddur. Hamısı zaman-zaman arıtlanacaq. Professor, adətən hansısa elmi ixtirası, yeniliyi olmuş şəxslər olur və onların hamısı bir qayda olaraq ensiklopedik şəxslərdi. Elmlər namizdələri məqalələri arıtlanmalıdır. --Sortilegus (talk) 21:06, 17 aprel 2014 (UTC)
- Elə məncə də, BSU Azərbaycanın ən tanınmış universitetlərdən biri olduğuna görə, orada işləyən bəzi şəxslər haqqında məqalərərin Vikipediyada olduğu normaldır. Amma bu deməməlidir ki, hər bir müəllim, professor və hətta doktor haqqında Vikipediyada məqalə olmalıdır. Bu məqalələr yoxlanmalıdılar. Qeyd etdiyiniz tendensiya isə AzVikidə çoxdan başladı: bir baxın bizdə tək bir filmdə çəkilən aktyorlar haqqında neçə dənə məqalə var. Məsələn üçün, Əmir Tağıyev məqaləsi. --Мурад 97 (talk) 01:46, 18 aprel 2014 (UTC)
Konkret olaraq, bu mövzu ilə bağlı qeyd edim ki, adları göstərilən bu şəxsləri ensiklopedik şəxs hesab etmək olar. Ən azından bunu praktiki baza roluna malik EnViki nümunəsinə əsaslanaraq etmək olar. Orada elə məqalələr var ki, məsələn, "Mançester Yunayted"in heyətində cəmi 1 oyunda meydana çıxmış şəxs ensiklopedik şəxs hesab olunur. Hesab edirəm ki, müzakirə oluna biləcək əsas məsələ isə məqalə məzmununun Vikiqaydalara uyğun gəlib-gəlməməsi ilə bağlı olmalıdır. --►Cekli829 04:49, 18 aprel 2014 (UTC)
- Bəli biz daha çox istifadəçiləri başa salmalıyıq ki, Viki qaydalarla məqaləni qurun (hətta vizual belə). Onlar daha çox mənbələrə istinad etsinlər. Şablonları məqaləyə uyğun yerləşdirsinlər və s. və i.a. --Araz Yaquboglu (talk) 05:16, 18 aprel 2014 (UTC)
- Yeri gəlmişkən, məqalələrin vizual hissəsi barədə: biz bunları bəzi istifadəçilərə izah etmədiyimizə görə ortaya bu cür məqalələr çıxır. --Мурад 97 (talk) 10:30, 18 aprel 2014 (UTC)
- Əslində yuxarıda ki,müəllimləri bizlər tanımayada bilərik,kimlərsə ensiklopedik kimlərsə qeyri-ensiklopedik şəxslər ola bilər.Məncə tələsməyə gərək yox.Aydınlaşdırmaq,saf çürük etmək lazım.Və həmdə doğru fikirdi bu yaradılan səyfələrin silinməsi,müəlliflərin ruhdan salıması ilə nəticələnə bilər.--Atilla (talk) 05:57, 18 aprel 2014 (UTC)
- Tərxanın sözünə qüvvət ingilis dilində hər nöqtəyə dair məqalə yaradılırsa bizdə niyə yaradılmasın. Məncə də yaradılmasının bir zərəri yoxdur.--samral müzakirə 10:43, 20 aprel 2014 (UTC)
- Razı deyiləm. Belə olsa, bura ensiklopediya yox, zibil qabı olacaq. Ümid edirəm ki, Vikipediya üçün belə gələcəyi istəyən aramızda yoxdur. --Мурад 97 (talk) 19:02, 20 aprel 2014 (UTC)
- Mənə görə xoş deyil. Əgər bir gün bizim viki də ingilis dilli vikipediyanın yarısı qədər inkişaf edərsə o zaman bu cür sahələrə yönəlmək olar. Mehdi Hüseynzadə və.b kimi şəxsiyyətlərimiz haqqında düz əməlli məqalənin olmadığı vaxtda belə məqalələrin artırılması düzgün proses deyil. Düşünürəm ki, userlər viki-ensiklopediyaya daha faydalı ola biləcək mövzulara yönləndirilməlidir. --Seko Selimov (talk) 14:22, 20 aprel 2014 (UTC)
- AzVikidə şəxslər haqqında məqalələrin çoxunun faktiki qeyri-ensiklopedik şəxslər haqqında olduğunu nəzərə alaraq hansısa ayrıca bir məqalənin və ya məqalələrin bu meyar əsasında silinməsi çox böyük ədalətsizlik olar. "Qeyri-ensiklopedik şəxs məsələsi" AzViki üçün aktual deyil--Melikov Memmed⇒email 09:25, 21 aprel 2014 (UTC)
- Mənə görə xoş deyil. Əgər bir gün bizim viki də ingilis dilli vikipediyanın yarısı qədər inkişaf edərsə o zaman bu cür sahələrə yönəlmək olar. Mehdi Hüseynzadə və.b kimi şəxsiyyətlərimiz haqqında düz əməlli məqalənin olmadığı vaxtda belə məqalələrin artırılması düzgün proses deyil. Düşünürəm ki, userlər viki-ensiklopediyaya daha faydalı ola biləcək mövzulara yönləndirilməlidir. --Seko Selimov (talk) 14:22, 20 aprel 2014 (UTC)
- Razı deyiləm. Belə olsa, bura ensiklopediya yox, zibil qabı olacaq. Ümid edirəm ki, Vikipediya üçün belə gələcəyi istəyən aramızda yoxdur. --Мурад 97 (talk) 19:02, 20 aprel 2014 (UTC)
- Tərxanın sözünə qüvvət ingilis dilində hər nöqtəyə dair məqalə yaradılırsa bizdə niyə yaradılmasın. Məncə də yaradılmasının bir zərəri yoxdur.--samral müzakirə 10:43, 20 aprel 2014 (UTC)
Şəkil yerləşdirmək
Salam. Mən yeni istifadəçiyəm. Vikiməqaləyə şəkil necə yerləşdirilir? — Bu imzasız yazı Elman Nəsirov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 13:42, 19 aprel 2014 (UTC)
Hörmətli istifadəçi. Kənd meydanında hər yeni sual və ya mövzu səhifənin axırıncı mövzusundan sonra yazılır. Fikrinizi bildirdikdən sonra mütləq imza qoyun. Onun üçün yazı modelinin üstündəki qələm işarəsinə oxla basmaq kifayətdir. Siz yeni olduğunuza görə hələ sizə şəkil yükləməyə razılıq açılmır. O proseduru ayrıca izah edərik. Sizə yeni olan istənilən sualı verə bilərsiniz. Azərbaycanca vikipediyada idarəçilərdən biri --Acategory (talk) 09:09, 19 aprel 2014 (UTC)
Məqalə istə bölməsi
Vikipediyamızda məqalə seçimi biraz məsuliyyətli və vacib bir işdir.Ama Məqalə istə bölməsində olan boş məqalələrin sayı azdır və seçim etmək həqiqətəndə çətindir istifadəçilərə.İdarəçilərdən xahişim bu bölməyə biraz diqqət ayrılsınki məqalə seçimi asanlaşsın biraz -- Ilkinhemidov 17:09, 21 aprel 2014 (UTC)
- Əgər sizin üçün ordakı məqalələrdən seçim etmək çətindir, 1000 məqalə siyahıya baxa bilərsiniz. --Мурад 97 (talk) 03:05, 22 aprel 2014 (UTC)
Azərbaycanca Vikipediyanın rəsmi facebook qrupu
Günügündən inkişaf edən Azərbaycanca Vikipediyanın məncə rəsmi bir facebook qrupu da olmalıdır. Mən təklif edirəm ki, əksəriyyətimizin də üzvü olduğumuz bu qrup https://www.facebook.com/groups/azwiki/ Azərbaycanca Vikipediyanın rəsmi facebook qrupu olsun.--samral müzakirə 19:49, 21 aprel 2014 (UTC)
- Nəzərə almaq lazımdır ki, hər bir idarəçi və ya faəl vikipedist həmin qrupda yoxdur. --Baskervill (talk) 14:33, 22 aprel 2014 (UTC)
- Facebook qrupunun rəsmi olub-olmaması ciddi məsələ deyil, məncə. Vikipediya istifadəçilərinin əlaqə qurmağına kömək etsin, bəsdir.--Emin • ismarış 15:22, 22 aprel 2014 (UTC)
Əməlli başlı saytımız var. O niyə işləmir? --Мурад 97 (talk) 01:11, 23 aprel 2014 (UTC)
- Məncə facebook qrupunun olması lazım deyil. Biz burada kiminləsə tanış olub-görüşmək məqsədilə çalışmırıq. Vikipediyanı birgə inkişaf etsək kifayətdir. --Keete 37 (Farid Aliev) (talk) 20:19, 22 aprel 2014 (UTC)
- Sözün düzü məndə buna dəhşətli bir zərurət görmürəm. --Baskervill (talk) 20:47, 22 aprel 2014 (UTC)
Facebookda qrupun olması lazımdır. İstifadəçilərin bir-birini tanıması vikipediyaya xeyir verər. Amma qrupun rəsmi olub-olmaması ciddi məsələ deyil.--Emin • ismarış 15:15, 23 aprel 2014 (UTC)
Müəlliflərin AzVikiyə töhfələri
Azərbaycanca Vikipediyada yeni bir ənənənin başlandığını demək olar. Doğrudur, bu əvvəllər də müxtəlif formalarda mövcud olmuşdur. Bu dəfə isə, nisbətən daha fərqli və daha dəqiq və daha zəngin...
İlk əvvəl iş yoldaşım Yaqut xanımın razılığı ilə müəllifi olduğu məqalələr əsasında AzVikidə 2 məqalə yaratdım:
Daha sonra isə "Rabitə dünyası" qəzetinin əməkdaşı Həqiqət xanımın köməkliyi ilə həmkarı Cahangir Atakişiyevin razılığını alaraq, müəllifi olduğu məqalələr əsasında azı 50 təkmil məqalə yarada biləcək qədər informasiya əldə etdim ki, bunlardan da istifadə edərək son 20 saatda AzVikidə 9 universitet haqqında məqalə yaratmışam:
- Darmştadt Texniki Universiteti
- İlmenau Texniki Universiteti
- Karlsrue Texniki İnstitutu
- Qabrovo Texniki Universiteti
- Brno Texniki Universiteti
- Tallin Texniki Universiteti
- Milan Politexnik Universiteti
- Kaunas Texnologiya Universiteti
- Daşkənd İnformasiya Texnologiyaları Universiteti
Digər müəllifləri də - xüsusilə KİV-də ensiklopedik məqalələri dərc olunmuş müəllifləri də vikiçilərlə əməkdaşlıq etməyə, Azərbaycanca Vikipediyaya töhfə verməyə dəvət edirəm. Bu Azərbaycanca Vikipediyanın daha da sürətli inkişafına səbəb olacaq ki, nəticədə də Azərbaycan dilində zəngin ensiklopedik məlumat bazası yaranacaq.
Azərbaycanca Vikipediyaya töhfə vermiş və töhfə verəcək hər bir şəxsə təşəkkürlər! --►Cekli829 15:10, 27 aprel 2014 (UTC)
- Bu ənənə halını alsa çox əla olar. Vikipediya üçün əvəzsiz bir xidmət olardı. --Araz Yaquboglu (talk) 15:45, 27 aprel 2014 (UTC)