Vikipediya Kend Meydani Arxiv Aprel 2019 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Yenilik
Salam həmkarlar. İndi gördüm ki, kimsə Azvikidə yenilik edib. Rusca vikidə olduğu kimi bizdə də məqalədən dəqiqləşdirmə səhifəsinə daxili keçid veriləndə rəngli görsənir. Sevindim. 3-4 gün öncə düşünürdüm ki, kimə müraciət edim ki, onu bizdə də etsin. Kim edibsə bəri başdan təşəkkürlər. --Araz Yaquboglu (müzakirə) 14:20, 31 mart 2019 (UTC)
- Toghrul Rahimli deyəsən yuxarıda yazdığımı siz etmisiz. Eyni ad-soyadlılarda olmazmı ki dəqiqləşdirmə şablonu qoyulmasın? Əslində elə Şablon:Eyni ad-soyadlı özü dəqiqləşmə deyilmi. İki şablona ehtiyac yoxdu. Bəlkə bunu da yaratdğınız yeni nəyəsə əlavə edəsiz. --Araz Yaquboglu (müzakirə) 14:25, 31 mart 2019 (UTC)
- Hörmətli Araz Yaquboglu, həmin funksiyanı mən əlavə etdim. Əslində birinci versiya 3 sözlük kod idi, ona görə də istisna hallar üçün funksiyalar əlavə olunmamışdı. Artıq yeni versiyanı tətbiq etdim. Sınaqdan keçirmək lazımdır. Bütün eyni ad-soyadlıların siyahısı kateqoriyasındakı məqalələrə {{dəqiqləşdirmə}} şablonu əlavə edib, daha da təkmilləşdirmək olar. Şablon:Eyni ad-soyadlı heç bir xüsusi parametrə sahib olmadığından onu kod tanımır, təəssüf ki. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 14:35, 31 mart 2019 (UTC)
- Toghrul Rahimli məncə ru vikidə Şablon:Eyni ad-soyadlı şablonunun alternativi var (SAA). Bəlkə onu tətbiq edək. Bax: Müslüm Maqomayev. --Araz Yaquboglu (müzakirə) 16:07, 31 mart 2019 (UTC)
- Araz Yaquboglu, əlbəttə. Buna görə hazırkı bütün şablonları dəyişmək və indikilər ilə işləyə biləcək formaya gətirmək lazımdır, edəcəm. Bu arada, az öncə redaktənizi geri qaytardığım üçün üzr istəyirəm. Qədceti sınaqdan keçirərkən təsadüfən oldu. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 16:20, 31 mart 2019 (UTC)
- Toghrul Rahimli elə bildim ki yanlışlıq olub. Narahat olmayın. Şablonları işləyəndə səhifələrdə mən də dəyişikliyə yardımçı olaram. --Araz Yaquboglu (müzakirə) 16:26, 31 mart 2019 (UTC)
- Salam, Araz Yaquboglu, köhnə şablonlarda ciddi dəyişiklik etmədən həmin keçidləri təmin edə bildim. Burdakı nümunələrə baxa bilərsiniz. ya dəqiqləşdirmə, ya da ad-soyad şablonu yazsanız, qırmızı keçid əmələ gələcək. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 08:34, 1 aprel 2019 (UTC)
- Toghrul Rahimli çox sağ olun. İndi baxacam. --Araz Yaquboglu (müzakirə) 14:26, 1 aprel 2019 (UTC)
- Salam, Araz Yaquboglu, köhnə şablonlarda ciddi dəyişiklik etmədən həmin keçidləri təmin edə bildim. Burdakı nümunələrə baxa bilərsiniz. ya dəqiqləşdirmə, ya da ad-soyad şablonu yazsanız, qırmızı keçid əmələ gələcək. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 08:34, 1 aprel 2019 (UTC)
- Toghrul Rahimli elə bildim ki yanlışlıq olub. Narahat olmayın. Şablonları işləyəndə səhifələrdə mən də dəyişikliyə yardımçı olaram. --Araz Yaquboglu (müzakirə) 16:26, 31 mart 2019 (UTC)
- Araz Yaquboglu, əlbəttə. Buna görə hazırkı bütün şablonları dəyişmək və indikilər ilə işləyə biləcək formaya gətirmək lazımdır, edəcəm. Bu arada, az öncə redaktənizi geri qaytardığım üçün üzr istəyirəm. Qədceti sınaqdan keçirərkən təsadüfən oldu. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 16:20, 31 mart 2019 (UTC)
- Toghrul Rahimli məncə ru vikidə Şablon:Eyni ad-soyadlı şablonunun alternativi var (SAA). Bəlkə onu tətbiq edək. Bax: Müslüm Maqomayev. --Araz Yaquboglu (müzakirə) 16:07, 31 mart 2019 (UTC)
- Yaxşıdır amma qadjet kimi olsa daha effektiv olar. Çünki səhifədə çox rənglərin olmasını tərəfdarı deyləm. Adamın gözü ağrayır--Azerifactory (müzakirə) 00:32, 2 aprel 2019 (UTC)
- Azerifactory, qədcet formasına salmaq mümkündür. Lakin çox insanın elə bir funksiyadan xəbəri olmayacaq. Ona görə həmişə işləyəcək şəkildə etdim. Məsələn, Türkmənçay müqaviləsi səhifəsinə baxın, görün nə qədər problem var. Bu tip problemlər aradan qaldırılmalıdır.--Toghrul Rahimli (müzakirə) 07:06, 2 aprel 2019 (UTC)
- Bu yeniliyi heç bəyənmədim. Dəfələrlə qeyd etmişdim ki, ciddi visual dəyəişikliklər müzakirəsiz olunmasın ama əməl edilmir. Yenə də qeyd edirəm belə məsələlər icra olunmamışdan əvvəl müzakirə olunmalıdı. Hörmətlə--eldarado ✉ 07:52, 2 aprel 2019 (UTC)
- Eldarado, bu, vizual dəyişiklik deyil. Həmçinin test mərhələsindədir. Rəng, işləmə mexanizmi kimi təklifiniz varsa, bildirə bilərsiniz. Əgər ortaq qərar olarsa, qədcetə çevirərəm, siz də nizamlamalardan onu söndürə bilərsiniz.--Toghrul Rahimli (müzakirə) 09:04, 2 aprel 2019 (UTC)
- Bu yeniliyi heç bəyənmədim. Dəfələrlə qeyd etmişdim ki, ciddi visual dəyəişikliklər müzakirəsiz olunmasın ama əməl edilmir. Yenə də qeyd edirəm belə məsələlər icra olunmamışdan əvvəl müzakirə olunmalıdı. Hörmətlə--eldarado ✉ 07:52, 2 aprel 2019 (UTC)
- Yoldaşlar bu çox əla bir funksiyadır. Rənfli görən kimi redaktə edib düzəliş edirik. Bu da vikinin inkişafı üçün əhəmiyyətlidir. --Araz Yaquboglu (müzakirə) 13:01, 2 aprel 2019 (UTC)
- Məncə qadcet yaxşıdır və Eldorado ilə razıyam, visual dəyəişikliklər müzakirəsiz olmasın gələk. Vizual dəyişikliyi spesifik interfeys üçün də etmək olar. Onda hamı razı olar.--Azerifactory (müzakirə) 13:09, 2 aprel 2019 (UTC)
- Qadcet kimi olsun, buna kimsə etiraz etməz. İstəyən aktivləşdirər. Hörmətlə--eldarado ✉ 05:29, 3 aprel 2019 (UTC)
- Eldarado ilə razıyam. Qadcet kimi olması daha məqsədəuyğundur. Amma şəxsən mən o qadceti aktivləşdirəcəyim üçün belə qalmasında da heç bir problem görmürəm. Bir sözlə, hər iki variant mənə uyğundur. --►Cekli829 05:36, 3 aprel 2019 (UTC)
- Qadcet kimi olsun, buna kimsə etiraz etməz. İstəyən aktivləşdirər. Hörmətlə--eldarado ✉ 05:29, 3 aprel 2019 (UTC)
- Məncə qadcet yaxşıdır və Eldorado ilə razıyam, visual dəyəişikliklər müzakirəsiz olmasın gələk. Vizual dəyişikliyi spesifik interfeys üçün də etmək olar. Onda hamı razı olar.--Azerifactory (müzakirə) 13:09, 2 aprel 2019 (UTC)
- Hörmətli Araz Yaquboglu, Eldarado, Azerifactory, Cekli829, qədcetə çevirdim. Bəzi digər qəcetlərdən fərqli olaraq elə etdim ki, normal halda aktiv olmur. Yalnız ilk öncə qədcetlərə daxil olub aktivləşdirmək lazımdır. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 05:40, 3 aprel 2019 (UTC)
- Hörmətli Toghrul Rahimli, təşəkkürlər. Əlinizə sağlıq. Yeniliklərə qarşı deyiləm, hər yenilik inkişafdır. Sadəcə hər kəs istədiyi şablonda istədiyi dəyişikliyi etsə qarışıqlıq olar. Ona görə də ilk olaraq test səhifələrində tətbiq edin. Daha sonra müzakirə. Razılıq olandan sonra icra olunsun. Hörmətlə --eldarado ✉ 05:51, 3 aprel 2019 (UTC)
- Təşəkkürlər.--Azerifactory (müzakirə) 08:12, 3 aprel 2019 (UTC)
- Hörmətli Araz Yaquboglu, həmin funksiyanı mən əlavə etdim. Əslində birinci versiya 3 sözlük kod idi, ona görə də istisna hallar üçün funksiyalar əlavə olunmamışdı. Artıq yeni versiyanı tətbiq etdim. Sınaqdan keçirmək lazımdır. Bütün eyni ad-soyadlıların siyahısı kateqoriyasındakı məqalələrə {{dəqiqləşdirmə}} şablonu əlavə edib, daha da təkmilləşdirmək olar. Şablon:Eyni ad-soyadlı heç bir xüsusi parametrə sahib olmadığından onu kod tanımır, təəssüf ki. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 14:35, 31 mart 2019 (UTC)
Arxivləşdirmə aləti
Salam. Arxivləşdirməni daha rahat hala salmaq üçün azvikidə yeni qacet yaratmışam: TəkKlikdəArxivləşdirmə. Bu qacet sayəsində müzakirə səhifələrini bir klikdə arxivə köçürə bilərsiniz. Aktivləşdirmək üçün lazım olanlar: İstifadəçi:NMW03/TəkKlikdəArxivləşdirmə səhifəsində mövcuddur. Mən öz müzakirə səhifəmdə test etdim. Yaxşı işləyir. Düşünürəm ki KM, SNS bunla arxivləşdirilsə yaxşı olar.--NMW03 (müzakirə) 17:41, 2 aprel 2019 (UTC)
- Salam, NMW03, qadcetə görə təşəkkürlər. Amma məncə azvikidə elə də tez-tez arxivləşdirmə olmadığından, qadcetin lazımlılıq dərəcəsi aşağıdır. SNS və Kənd meydanı ayda 2-3 dəfə arxivləşdirilir o da bir neçə dəqiqəyə.--Toghrul Rahimli (müzakirə) 07:24, 3 aprel 2019 (UTC)
- Bunu bot edə bilməz?--Azerifactory (müzakirə) 08:13, 3 aprel 2019 (UTC)
- Azerifactory, əlbəttə ki, edə bilər. Lakin həmin botu kodlaşdırmağa saatlarla vaxt lazımdır.--Toghrul Rahimli (müzakirə) 08:40, 3 aprel 2019 (UTC)
- Bot olsa əla olar, çünki onsuzda belə çox zaman alacaq.--Azerifactory (müzakirə) 11:35, 3 aprel 2019 (UTC)
- Bunu bot edə bilməz?--Azerifactory (müzakirə) 08:13, 3 aprel 2019 (UTC)
- Azerifactory, bu qacet zaman aparmır. Bölmənin üzərində "Arxivləşdir" yazısına kliklədikdə həmin bölmə burdan silinib arxivə köçürülür.--NMW03 (müzakirə) 17:47, 3 aprel 2019 (UTC)
- Başlığı görəndə elə bildim link arxivləşdirməsindən söhbət gedir, sevinmişdim :)--White Demツnyo! 18:25, 3 aprel 2019 (UTC)
- NMW03 əvvəllər White Demon asan istinad aləti hazırlamışdı. Sonralar işləmədi. Çox yaxşı idi. O üzrədə vaxt edib bir işləyin. Bir də ki Trvikidə məqalələrdəki istinadları arxivləşdirmə botu var. O da tətbiq edilsə super olar. --Araz Yaquboglu (müzakirə) 04:52, 4 aprel 2019 (UTC)
- White Demon mən də. Araz Yaquboglu düzdü. Arxivləşdirmə botu bizdə də olsa əla olar.--samral müzakirə 18:14, 4 aprel 2019 (UTC)
Mention?
Salam, həmkarlar. Sizin fikrinizcə bildirişlərdə və digər bir sıra səhifələrdə qarşımıza çıxan "mention" sözünü hansı söz ilə əvəzləmək daha uyğun olar? Qeyd etmək yoxsa adını çəkmək? Əgər belə olacaqsa ayrılıqda "mentions" necə olacaq, qeyd etmələr yoxsa adını çəkmələr?
$1 mentioned you on $2 in $3.
→ $1 $2 səhifəsinin $3 bölməsində sizin adınızı çəkdi.
və ya $1 sizi $2 səhifəsinin $3 bölməsində qeyd etdi.
İdeya və təklifləri öyrənib ortaq qərar qəbul etmək lazımdır. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 07:21, 3 aprel 2019 (UTC)
- qeyd etmək / qeyd olunub --Azerifactory (müzakirə) 11:36, 3 aprel 2019 (UTC)
Şəxs şablonlarında çıxan hədsiz problemlər
Hamıya salam. Toghrul Rahimli yoldaşın şəxs şablonları üzərində etdiyi əlavə və dəyişikliklərdən hamı xəbərdardır. Qeyd etmək istərdim ki, mövcud dəyişikliklər nəticəsində Azvikidə on minlərlə şəxs haqqındakı məqalə yararsız vəziyyətə düşüb. Bəli, tam olaraq yararsız vəziyyətə. Bəhailik barəsində məqalə yaradan zaman bunu bir daha görmək imkanım oldu. Bəhaullah və Əbdül-Bəha Abbas məqalələrinə baxmağınız kifayətdir. Hər iki şəxsin məqaləsində atası, anası, övladları bölmələrində ingilis dilindəki məqalələrə keçidlər göstərilib və həmin keçidlər boşdur. Oxşar vəziyyət, şəxslər haqqında yaradılmış onlarla məqalədə də mövcuddur. İndi deyəcəksiniz ki, bunun səbəbi filan şeydir, peşiman məsələdir. Doğrusu bunun səbəbi heç mənə maraqlı deyil. Zəhmət olmasa, necə məqalələri bu vəziyyətə salmsınızsa, əvvəlki vəziyyəti bərpa edin. --Baskervill (müzakirə) 16:13, 4 aprel 2019 (UTC)
- Baskervill, keçid boş deyil axı. Vikidataya keçid verir. Ordan istədiyiniz dilə keçib həmin məqalə barədə oxuya bilərsiniz. Həmçinin həmin vikidataya keçən keçidin məqaləsini azvikidə yaradıb keçid verəndə şablonda avtomatik düzəlir.--NMW03 (müzakirə) 16:16, 4 aprel 2019 (UTC)
Hörmətli Baskervill. Siz yəqin Vikidatanın zəngin funksiyaları ilə yaxından tanış deyilsiniz. Onun kateqoriya yaratma, dövrlərə uyğun parametrləri uyğunlaşdırma kimi imkanları var. Hətta biraz da dərinə gedib, ürəyimiz istəyən funksiyaları qura bilərik. İngiliscə yazıları problem hesab etmək olmaz. Mən sizə bunu necə həll etmək barədə təlimat yazmışdım. Yenə də şəkillərlə bura instruksiyanı əlavə edirəm: 1) Vikidataya keçidə daxil olumaq və buradakı kimi redaktə səhifəsinə keçmək, 2) azərbaycan dilində adı əlavə edib sadəcə publish etmək və 3) səhifədə nəticəsini görmək mümkündür. Çətin bir şey yoxdur. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 17:34, 4 aprel 2019 (UTC)
- Toghrul Rahimli zəhmət olmasa bura əlavə etmiş olduğunuz üç keçidə bir baxın görün hansı işləyir. İddia edirsiniz ki, burada çətin bir şey yoxdur. Fakt odur ki, sizin bu fəaliyyətiniz "öz-fəaliyyətdən" başqa bir şey deyil. Belə ki, Vikipediyaya daxil olan şəxslərin 99% oxuculardan ibarətdir və onlar orada mavi bir keçidin olduğunu gördükləri zamanı onun mövcud olan başqa bir məqalə olduğunu zənn edəcəklər. Yuxarıda yazdığınız təlimatı bu sayta hər gün daxil olan yüz minlərlə şəxsə bir-bir izah etməyə hazırsınızmı ? İngiliscə yazıları problem hesab etmək olmaz ? 100% problem hesab etmək olmaz ? BAŞDAN AYAĞA PROBLEMDİR, PROBLEM ! Siz zəhmət olmasa bizlərə bir izah edin görək, nəyə görə burada şəxslər haqqında yaradılmış on minlərlə məqaləyə girib bir-bir nələrisə düzəltməliyik ? Siz bizim üzərimizə hansı əsasla bu qədər iş yıxırsınız ? Hamı sizin bu fəaliyyətinizi elə bəh-bəhnən tərifləmişdi ki, demişdim ki, yəgin nəsə maraqlı bir iş mövcuddur ortada. Zəhmət olmasa vikidatada etmiş olduğunuz bu son əlavələrin hamısını geri qaytarın. Hörmətlə:--Baskervill (müzakirə) 18:40, 4 aprel 2019 (UTC)
- Baskervill, zəhmət olmasa, mənlə nidayla danışmayın. Yağlı yazılardan istifadə etmək və nəzakətdən qırağa çıxmaq idarəçiyə yaraşmaz. Birinci bir-birimizə hörmət edək və nəzakətlə müzakirə aparıb məsələni həll edək. Siz problemi soruşdunuz, mən də həlli qaydasını dedim. Bu məsələ bütün vikilərdə (envikidən başqa) var. Şablonlardan vikidatanı ayırmaq 2 dəqiqəlik məsələdir. Amma mən bunun əleyhinəyəm. Bəzi parametrlərə elə kod yerləşdirmək olar ki, azərbaycan dilində qarşılığı-məqaləsi yoxdursa, onu göstərməz.--Toghrul Rahimli (müzakirə) 18:49, 4 aprel 2019 (UTC)
- Toghrul Rahimli zəhmət olmasa bura əlavə etmiş olduğunuz üç keçidə bir baxın görün hansı işləyir. İddia edirsiniz ki, burada çətin bir şey yoxdur. Fakt odur ki, sizin bu fəaliyyətiniz "öz-fəaliyyətdən" başqa bir şey deyil. Belə ki, Vikipediyaya daxil olan şəxslərin 99% oxuculardan ibarətdir və onlar orada mavi bir keçidin olduğunu gördükləri zamanı onun mövcud olan başqa bir məqalə olduğunu zənn edəcəklər. Yuxarıda yazdığınız təlimatı bu sayta hər gün daxil olan yüz minlərlə şəxsə bir-bir izah etməyə hazırsınızmı ? İngiliscə yazıları problem hesab etmək olmaz ? 100% problem hesab etmək olmaz ? BAŞDAN AYAĞA PROBLEMDİR, PROBLEM ! Siz zəhmət olmasa bizlərə bir izah edin görək, nəyə görə burada şəxslər haqqında yaradılmış on minlərlə məqaləyə girib bir-bir nələrisə düzəltməliyik ? Siz bizim üzərimizə hansı əsasla bu qədər iş yıxırsınız ? Hamı sizin bu fəaliyyətinizi elə bəh-bəhnən tərifləmişdi ki, demişdim ki, yəgin nəsə maraqlı bir iş mövcuddur ortada. Zəhmət olmasa vikidatada etmiş olduğunuz bu son əlavələrin hamısını geri qaytarın. Hörmətlə:--Baskervill (müzakirə) 18:40, 4 aprel 2019 (UTC)
- Baskervill həmin o ingilis dilindəki mətnləri Vikiverilənlər üzərindən Azərbaycan dilinə tərcümə edə bilərsiniz. Bu funksiyanın ləğvinə fikrim: tamilə Əleyhinə:. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 18:45, 4 aprel 2019 (UTC)
- Toghrul Rahimli zəhmət olmasa həmin kodun yerləşdirilməsi məsələsində fəaliyyət göstərin. Bu sadəcə bir ricadır. Fakt ondan ibarətdir ki, şəxslərlə bağlı olan məqalələrdə çoxlu sayda şablon xətaları mövcuddur və siravi oxucu üçün bu xətaların nədən qaynaqlandığını bilmək heç də maraqlı deyil. Bir də, yuxarıda üç ədəd keçid linki təqdim etmisiniz ki, heç biri işləmir, açılmır. --Baskervill (müzakirə) 19:53, 4 aprel 2019 (UTC)
- Toghrul Rahimli zəhmət olmasa Şeyx Bəhai məqaləsində şəxsin doğum yerinə fikir verin. Bu tip problemləri necə həll etmək olar ? Söhbət bir-bir məqalələrə girib düzəltməkdən yox, ümumi formada həll olunmasından gedir. --Baskervill (müzakirə) 20:03, 4 aprel 2019 (UTC)
- Mən nə qədər çalışsam da, Vikidatada ingilis sözlərini bizim dilə keçirə bilmirəm. Sadəcə bunun yolunu bura yazın--Azerifactory (müzakirə) 00:33, 5 aprel 2019 (UTC)
- Toghrul Rahimli zəhmət olmasa həmin kodun yerləşdirilməsi məsələsində fəaliyyət göstərin. Bu sadəcə bir ricadır. Fakt ondan ibarətdir ki, şəxslərlə bağlı olan məqalələrdə çoxlu sayda şablon xətaları mövcuddur və siravi oxucu üçün bu xətaların nədən qaynaqlandığını bilmək heç də maraqlı deyil. Bir də, yuxarıda üç ədəd keçid linki təqdim etmisiniz ki, heç biri işləmir, açılmır. --Baskervill (müzakirə) 19:53, 4 aprel 2019 (UTC)
- Hörmətli Baskervill, sizi anlayıram. Əslində bu günə qədər kimsə bu məsələdən narazılıq etmədiyi üçün modullara ciddi şəkildə əl dəyməmişəm. Belə bir təklifim var ki, əgər elementin azərbaycanca "label"ı varsa, amma məqaləsi yoxdursa, qara rəngdə olsun və keçid verməsin. Hər ikisi də varsa keçid versin. Heç biri yoxdursa, ümumiyyətlə, görünməsin. Bu arqumentləri kod daxilində qurmaq üçün vaxt lazımdır. Sonuncu göstərdiyiniz məqalədəki problemin aradan qaldırmağın tək yolu ya redaktə edib, adını yazmaq, ya da "-" işarəsi qoymaqdır. Həmin məqalənin rus, ispan versiyasına baxın, ingiliscə sözlər/qarışıq arqumentlər var. Doğum/vəfat yerini siləndə qarışır, çünki şəxs antik sayılır və həmin dövr üçün ərazilər tarixi baxımdan mübahisəlidir. Ümumiyyətlə, doğum/ölüm yeri parametrlərinin vikidatadan ayrılmasını heç kəs istəməz. Şəkillərin keçidinin işləməməsi isə yəqin ki, sizin yaşadığınız yerdə saytı bloklanmasından irəli gəlir. Azerifactory, belə bir problem mənim digər kompüterimdə mövcud idi. Vikidatanı nizamlamalardan azərbaycan dilinə çevirin, ən yuxarıdakı azərbaycanca "label"-a dilimizdəki qarşılığını yazın, publish edin.--Toghrul Rahimli (müzakirə) 05:30, 5 aprel 2019 (UTC)
- Mən vikidata ilə bağlı şablonların işləməsindən razıyam. Və Vikidatadan əlaqənin kəsilməsinə qarşıyam. --Araz Yaquboglu (müzakirə) 07:42, 5 aprel 2019 (UTC)
- Toghrul Rahimli, minnətdaram. Axır ki, işlədi ;) Əleyhinə: Mən də Vikidatadan əlaqənin kəsilməsinə qarşıyam. --Azerifactory (müzakirə) 10:25, 6 aprel 2019 (UTC)
- Mən vikidata ilə bağlı şablonların işləməsindən razıyam. Və Vikidatadan əlaqənin kəsilməsinə qarşıyam. --Araz Yaquboglu (müzakirə) 07:42, 5 aprel 2019 (UTC)
- Hər kəsə salam. Hörmətli Toghrul Rahimli, mən artıq sizə nə qədər deyim ki, şablonlarda dəyişiklikləri müzakirəsiz etməyin?? Mən başa düşürəm siz də azvikinin inkişafı üçün çalışırsız və pis niyyətiniz yoxdur. Lakin bunu elə etmək lazımdır ki, heç kəs narazı olmasın. Tətbiq yaxşıdı ama bu müzakirə olunmalıdır ki, şablonların hansı bölmələri vikidata ilə əlaqəli olsun (misal üçünü: şəkil, doğum tarixi və s.). Bu bəzi vikilərdə istifadə olunur bəzilərində isə yox. Biz də öz qərarımızı geniş bir müzakirə ilə qəbul etməliyik. Qərar alınmalıdır ki, şablonların hansı bölmələri vikidata ilə əlaqəli olsun, daha sonra isə icra etməyə başlamalıyıq. Mən bu mövzu ilə bağlı yanlış nə deyirəm? Nə üçün hər dəfə müzakirəsiz istənilən şablonda istədiyiniz dəyişikliyi edirsiz? Bunu müzakirə ilə etmək çətindirmi? O zaman daha çox istifadəçinin rəğbətini qazanmazsınızmı? Mən sizdən son olaraq rica edirəm ki, şablonlarda(xüsusən də 100+ məqalədə istifadə olunan) hansısa ciddi dəyişiklik etməmişdən öncə bunu vikicəmiyyət arasında müzakirəyə çıxarın və müzakirə sonrası qərara əsasən icra etməyə başlayın. Əks halda fəaliyyətinizlə bağlı lazımi tədbirlərin görülməsi üçün hərəkətə keçəcəyəm. Hörmətlə --eldarado ✉ 13:01, 7 aprel 2019 (UTC)
- Eldarado, nədən söhbət açdığınızı anlamıram. Bugünədək şablonlardan {{şəxs}} formasında məqalələrdə istifadə edən siz deyilsinizmi? 7 aydır ki, bu sistemi tətbiq etmişəm. Bu mövzunu Baskervill açanadək niyə fikir bildirməmişdiniz? Həmçinin tünd yazılardan istifadə etməyin, bu, yazını oxunaqlı və vurğulu etmir.--Toghrul Rahimli (müzakirə) 13:18, 7 aprel 2019 (UTC)
- Hörmətli Toghrul Rahimli, şablonlarda dəyişiklik etməzdən öncə ediləcək dəyişikliklə bağlı müəyyən müzakirə olunmalıdır. Bunu anlamadınız? Tam olaraq nəyi anlamadığınızı qeyd etsəniz ətraflı izah etməyə çalışaram. Mənim vikidə olan hər bir dəyişikliyi eyni anda və davamlı izləməyə imkanım yoxdur. Bu da normal haldır. Yalnız bir iki dəfə {{şəxs}} formasında dəyişiklik etmişəm test məqsədli, yəni əmin olmadığınız cümlələri bu formada yazmayın. 7 aydır tətbiq etmisiniz ama mənim sizin 7 aylıq fəaliyyətinizi incələməyə vaxtım yoxdur. Məsələ üzə çıxıb, aktuallaşıb və mən də mövzuya müdaxilə etmişəm. Bu qədər aqqressiv cavaba ehtiyac yoxdur. Yenə də qeyd edirəm ki, azvikiyə ziyan vurmaq məqsədinizin olmadığını başa düşürəm, görürəm ki, müsbət işlər görməyə cəhd edirsiniz, bunun üçün mən də sizə təşəkkür edirəm. Lakin yuxarı da qeyd etdiklərimə əməl edin. Hörmətlə --eldarado ✉ 13:46, 7 aprel 2019 (UTC)
- Eldarado, nədən söhbət açdığınızı anlamıram. Bugünədək şablonlardan {{şəxs}} formasında məqalələrdə istifadə edən siz deyilsinizmi? 7 aydır ki, bu sistemi tətbiq etmişəm. Bu mövzunu Baskervill açanadək niyə fikir bildirməmişdiniz? Həmçinin tünd yazılardan istifadə etməyin, bu, yazını oxunaqlı və vurğulu etmir.--Toghrul Rahimli (müzakirə) 13:18, 7 aprel 2019 (UTC)
Səhifə bərpa etmə kriteriyaları
Salam hörmətli həmkarlar. Səhifə bərpa etmə kriteriyaları barədə fikirlərinizi və istədiyiniz məntiqi məzmunu əlavə edə bilərsiz. Hələlik müzakirə aparıb normal vəziyyətə gətirək, ortaq fikrə gəldikdən sonra səsvermə ilə qəbul edək. Belə düşünürəm ki, silmə kriteriyaları olduğu kimi bərpa etmə kriteriyaları da olmalıdır. Yenədə yekun nəticə ortaq qərarla olacaq. Hörmətlə,--Turkmen müzakirə 00:42, 8 aprel 2019 (UTC)
- Yaxşı fikirdir amma əsasən güclü aktuallıq olsa, bərpa etmək olar. --Azerifactory (müzakirə) 21:21, 8 aprel 2019 (UTC)
Read-only mode for up to 30 minutes on 11 April
10:56, 8 aprel 2019 (UTC)
Sual
Ayrı-seçkilik etmirəm amma olimpiya çempionları Şərif Şərifovu və Radik İsayevi azərbaycanlı saymaq olar ya yox? Məncə uğura baxmayaraq, onlar daha çox legionerdirlər--Azerifactory (müzakirə) 05:11, 11 aprel 2019 (UTC)
- Mən deyəndə ki, məsələn azərbaycanlı şahmatçı yox, Azərbaycan şahmatçısı, deylmişdi ki, fərqi yoxdur. Bu amili biz Stil kitabçasına yerləşdirməliyik. Azərbaycanlı yox, Azərbaycan; Amerikan yox, ABŞ; Türk yox, Türkiyə və s. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 09:03, 12 aprel 2019 (UTC)
- Aykhan Zayedzadeh ilə razıyam. Millət baxımından problem yaşamamaq üçün ən yaxşı variant təmsil etdiyi ölkəni yazmaqdır.--Toghrul Rahimli (müzakirə) 17:17, 12 aprel 2019 (UTC)
Wikimedia Foundation Medium-Term Plan feedback request
Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Şablon
Salam. Kim bu məqaləni yarada bilər ? Daha dəqiq, bu məqaləni eyni ilə edə bilər ? CalalC99 (mesaj) 17:55, 12 aprel 2019 (UTC)
- Toghrul Rahimli, bu işi həll edində :-) CalalC99 (mesaj) 18:05, 12 aprel 2019 (UTC)
- CalalC99, şablonun yenidən yığılması saatlarla vaxt aparacaq. İndiki halında da kifayət qədər parametr var. NMW03 (müzakirə) 18:08, 12 aprel 2019 (UTC)
- Kifayət qədər parametrin olub-olmamasından söhbət getmir ? Vizual görünüşdən gedir. CalalC99 (mesaj) 18:10, 12 aprel 2019 (UTC)
- CalalC99, inanın vizual görünüş bizdə daha yaxşıdır. Envikidə şablon sadəcə bir rəngdə olur. Bizdə isə hər ölkənin rəngində.--NMW03 (müzakirə) 18:12, 12 aprel 2019 (UTC)
- O tərəfinidə demirəm. Kəsmələri deyirəm, arada olan. Keçidləridə deyirəm. Bizdə düzgün verilməyib. Ümumi verilib. Amma hər dövlət üçün lazımdır. CalalC99 (mesaj) 18:14, 12 aprel 2019 (UTC)
- Test səhifəmdə test etməyə başlayıram. CalalC99 (mesaj) 18:17, 12 aprel 2019 (UTC)
- O tərəfinidə demirəm. Kəsmələri deyirəm, arada olan. Keçidləridə deyirəm. Bizdə düzgün verilməyib. Ümumi verilib. Amma hər dövlət üçün lazımdır. CalalC99 (mesaj) 18:14, 12 aprel 2019 (UTC)
- CalalC99, inanın vizual görünüş bizdə daha yaxşıdır. Envikidə şablon sadəcə bir rəngdə olur. Bizdə isə hər ölkənin rəngində.--NMW03 (müzakirə) 18:12, 12 aprel 2019 (UTC)
- Kifayət qədər parametrin olub-olmamasından söhbət getmir ? Vizual görünüşdən gedir. CalalC99 (mesaj) 18:10, 12 aprel 2019 (UTC)
- CalalC99, şablonun yenidən yığılması saatlarla vaxt aparacaq. İndiki halında da kifayət qədər parametr var. NMW03 (müzakirə) 18:08, 12 aprel 2019 (UTC)
Sortilegus və vandalizm haqqında
Hərkəsə salam olsun. Mən Sortilegus-a dəfələrlə demişdim ki, bəzən sildiyi kateqoriyalarda səhv mövqe tutmuş olur, ancaq o, israrla bu faəliyyətinə davam etdi. İndi Gözlənilən video oyunlar kateqoriyası və onun alt-kateqoriyası olduğu kateqoriyaları silib. Bu, sadəcə özbaşınalıqdır. Bu cür fəaliyyət xoşagəlməzdir və qarşısı dərhal alınmalıdır, çünki bu, açıq-aşkar vandalizmdir və ümumi işin pozuntusudur. İndi həmin səhifələri bərpa etməyə çalışıram, ancaq silinən səhifələrin tam məzmunu görünmədiyindən tam alınmır. Bütün idarəçilərdən tələb edirəm ki, bu istifadəçini tənbeh etsinlər. Görünür ki, idarəçi statusu olmayan istifadəçələrə məhəl qoymur. Həmçinin, xahiş edirəm kimsə bu kateqoriyaları bərpa etmək mövzusunda mənə kömək etsin. Əgər "biz yaradaq, o silsin" prosesi davam edəcəksə, o zaman Vikipediyada fəaliyyət göstərməyin heç bir mənası yoxdur. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 10:39, 13 aprel 2019 (UTC)
- Aykhan Zayedzadeh salam. Görünür ki kateqoriya boş olub ki silinib. İstifadəsiz kateqoriyanı Sortilegus silir. İçində məqalə olanı silməz. Bir də ki, o uşaq deyil ki, kimsə onu tənbeh edə. Müzakirə aparmaq başqa, sizin dediyiniz başqa. İfadələrinizdə diqqətli olun. --Araz Yaquboglu (müzakirə) 14:12, 13 aprel 2019 (UTC)
- Araz Yaquboglu, ancaq uşaqlarımı tənbeh edirlər? Məsəlüçün, müəllimlər də tənbeh olunur. Zənnimcə müəllim olmaq üçün 18 yaşdan yuxarı olmaq lazımdır ki, həmin yaşı keçən şəxslər uşaq sayılmır. Əgər Sortilegus ancaq boş kateqoriyaları silirsə, o zaman Vikipediya:Silinəcək səhifələr kateqoriyasını da silsin. O kateqoriyaya da {{Boş kateqoriya}} şablonu yerləşdirilmişdi. O, bu şablona məhəl qoymadan silib bu kateqoriyanı. Üstəlik, o, bir şablona daxil olan ({{Gözlənilən oyun}}) kateqoriyanı sildi. Əgər bu mövzunu əvvəllər onunla günlərlə müzakirə etməsə idim, bu qədər əsəbləşməzdim. Siz də bilirsiniz ki, Vikipediyada qərarlar konsensusla, müzakirələrlə alınır. Sortilegus müzakirə aça bilərdi, amma yox, belə etmədi. Durub 20-dən çox kateqoriyanı sildi ki, bizim işimiz artsın :) --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 14:23, 13 aprel 2019 (UTC)
- Keçən il mənim də yaratdığım bir neçə kateqoriyanı məzmununun boş olduğunu qeyd edərək silmişdi, halbuki tərkibində 5-6 məqalə vardı. Daha sonra onlardan biri bərpa olundu.--Firuze Nesibli (müzakirə) 16:24, 13 aprel 2019 (UTC)
- Salam. Çalışın buradakı "İstifadəsiz fayllar", "İstifadəsiz kateqoriyalar, "İstifadəsiz şablonlar" bölmələrinə düşməsin yaratdığınız şablonlar, kateqoriyalar, fayllar. Onlar müzakirəsiz silinir. Bu o demək deyil ki, onlar qeyri-ensiklopedikdir. Gələcəkdə yaradıla bilər. Sadəcə konkret o an istifadəsiz olduğu üçün silinir. Yoxsa, məsələn mən Kateqoriya:2025-ci ildə vəfat edənlər kateqoriyası yarada bilərəm və iddia edərəm ki, bu lazımlı və ensiklopedik kateqoriyadır. Təbii ki, bu belədir və 6 il sonra belə bir kateqoriya 1000 % yaradılacaq. Amma indilik yaradılsa siləcəm. Bir sözlə, əvvəlcə məqaləni yaradın, sonra onun kateqoriyasını. O zaman heç kim o kateqoriyanı silməz. Şəkilləri də eləcə. Əvvəlcə "Armud" məqaləsini yaradıb sonra armud şəkli yükləyin. Yoxsa ki, armud şəklini yükləyirəm, çünki onsuz da nə vaxtsa armud məqaləsi yaradılacaq deyə düşünməyin. Şablonlar da eləcə. Hörmətlə:--Sortilegus (müzakirə) 21:01, 13 aprel 2019 (UTC)
- Keçən il mənim də yaratdığım bir neçə kateqoriyanı məzmununun boş olduğunu qeyd edərək silmişdi, halbuki tərkibində 5-6 məqalə vardı. Daha sonra onlardan biri bərpa olundu.--Firuze Nesibli (müzakirə) 16:24, 13 aprel 2019 (UTC)
- Araz Yaquboglu, ancaq uşaqlarımı tənbeh edirlər? Məsəlüçün, müəllimlər də tənbeh olunur. Zənnimcə müəllim olmaq üçün 18 yaşdan yuxarı olmaq lazımdır ki, həmin yaşı keçən şəxslər uşaq sayılmır. Əgər Sortilegus ancaq boş kateqoriyaları silirsə, o zaman Vikipediya:Silinəcək səhifələr kateqoriyasını da silsin. O kateqoriyaya da {{Boş kateqoriya}} şablonu yerləşdirilmişdi. O, bu şablona məhəl qoymadan silib bu kateqoriyanı. Üstəlik, o, bir şablona daxil olan ({{Gözlənilən oyun}}) kateqoriyanı sildi. Əgər bu mövzunu əvvəllər onunla günlərlə müzakirə etməsə idim, bu qədər əsəbləşməzdim. Siz də bilirsiniz ki, Vikipediyada qərarlar konsensusla, müzakirələrlə alınır. Sortilegus müzakirə aça bilərdi, amma yox, belə etmədi. Durub 20-dən çox kateqoriyanı sildi ki, bizim işimiz artsın :) --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 14:23, 13 aprel 2019 (UTC)
Sortilegus, bunu bilirəm, ancaq bir şey var ki, mən birinci məqaləni, daha sonra şablonu və kateqoriyanı yaratmışam. Həmin şablon, o cümlədən onun kateqoriyası Fallout 76 və Battlefield 5 məqalələrinə keçid verirdi, fəqət noyabr ayında onların ikisi də satışa çıxarıldı və mən həmin şablonu oralardan çıxarmalı oldum. Mütəmadi şəkildə gözlənilən video oyunlar haqda məqalə yaratmaq ən azından mənim üçün mümkün deyil, çünki mən çalışıram ki, bu mövzuda həmişə ətraflı məqalələr yaradım və hər dəfəsində bu kateqoriyanı və ona daxil olanları silməniz hər şeyi çətinləşdirir. Sırf buna görə də bu məsələ 2025-ci ildə vəfat edənlər kateqoriyasından fərqlidir. Əksi olsa nəinki KM, heç müzakirə səhifəsinə belə yazmazdım. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 05:32, 14 aprel 2019 (UTC)
- Hörmətli Aykhan Zayedzadeh, əslində siz haqlısınız Gözlənilən video oyunlar kateqoriyası silinməməlidir. Envikidə bu kateqoriyada yüzdən çox məqalə var. Təbii ki, azvikidə bu mövzuda məqalələr yaradan kifayət qədər istifadəçi olmadığı üçün tez tez o kateqoriya boş qalır. Lakin bu o demək deyil ki, hər dəfə silinib yenidən yaradılmalıdı. Bu aydın məsələdi. Sadəcə düşünürəm ki, məsələni bu qədər qabartmağa ehtiyac yoxdur. Çox güman ki, diqqətsizlik edilərək silinib. Hörmətlə --eldarado ✉ 10:02, 14 aprel 2019 (UTC)
- Yuxarıdakı iradlarla tam razıyam. Hörmətli Sortilegus dəfələrlə intervikisi olan və boş olmayan kateqoriyaları silib. İrad bildirdik də isə absurd səbəblər irəli sürür. Heç bir vaxt qarşısındakının fikrini dinləmək istəmir. Bunu dəfələrlə özünə də bildirmişəm. --Drabdullayev17 (müzakirə) 17:41, 16 aprel 2019 (UTC)
- Hörmətli Aykhan Zayedzadeh, əslində siz haqlısınız Gözlənilən video oyunlar kateqoriyası silinməməlidir. Envikidə bu kateqoriyada yüzdən çox məqalə var. Təbii ki, azvikidə bu mövzuda məqalələr yaradan kifayət qədər istifadəçi olmadığı üçün tez tez o kateqoriya boş qalır. Lakin bu o demək deyil ki, hər dəfə silinib yenidən yaradılmalıdı. Bu aydın məsələdi. Sadəcə düşünürəm ki, məsələni bu qədər qabartmağa ehtiyac yoxdur. Çox güman ki, diqqətsizlik edilərək silinib. Hörmətlə --eldarado ✉ 10:02, 14 aprel 2019 (UTC)
Şəki dövləti məqaləsində vizual dəyişikliklər
Şəki dövləti məqaləsində vizual dəyişikliklər etmək lazımdır. Atrnerseh bölməsi ilə II Kvirike olan yerləri lazımdır. Kim bunu həll edə bilər?--Azerifactory (müzakirə) 02:07, 15 aprel 2019 (UTC)
- Azerifactory, konkret olaraq necə dəyişikliklər?--NMW03 (müzakirə) 09:05, 15 aprel 2019 (UTC)
- NMW03, şəkillər çox böyükdür və bəzi yerlərdə həddən çox artıqdır--Azerifactory (müzakirə) 03:01, 16 aprel 2019 (UTC)
Formula 1 komandası Şablonu
Bu şablon işləmir. Buradakı məqalədən baxa bilərsiz. Zəhmət olmasa düzəldin. NMW03, Eldarado, Aykhan Zayedzadeh --Nuray95 (müzakirə) 03:24, 17 aprel 2019 (UTC)
- Nuray95, nəyi işləmir? Həmin məqalədə bütün parametrləri yoxladım. Hamısı işləyir.--NMW03 (müzakirə) 09:39, 16 aprel 2019 (UTC)
NMW03, yoxladığınıza görə işlədi. Təşəkkürlər. Rusdilli Vikipediya bu şablona aid digər başlıqlar var onlarıda əlavə etsəz yaxşı olardı. --Nuray95 (müzakirə) 10:06, 16 aprel 2019 (UTC)
Vikipediya:Laboratoriya-da problem
Salam, VP:L-də digər məqalələr və siyahı bölməsi görsənmir. Xəta isə Vikipediya:Laboratoriya/Ulduzlararası (film, 2014) səhifəsindədir. Bu cür olanda VP:L-də bütün xətalar düzəlir. Konkret bilmirəm xəta səhifənin hansı hissəsindədir. Mən nə qədər çalışdım düzəldə bilmədim. Kim bilirsə bir zəhmət əl gəzdirsən. Təşəkkürlər.--Turkmen müzakirə 19:28, 16 aprel 2019 (UTC)
- Salam. Deyəsən problem düzəldi. Qeyd etdiyiniz şablonun bağlanğıcı var idi amma sonu yox. Ən aşağıda cədvəli bağlamaq üçün 2 sətirlik simvollar yoxa çıxmışdı deyə aşağıdakı namizədlik qutularını da "udurdu". Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 19:35, 16 aprel 2019 (UTC)
Toghrul Rahimli təşəkkür edirəm. --Turkmen müzakirə 19:53, 16 aprel 2019 (UTC)
Discord serveri
Salam. Digər vikilərdədə olduğunu nəzərə alıb azviki üçün discord serveri açmışam. Discordun ən yaxşı funksiyası səsli danışa bilmə funksiyasıdır. Yəni bir səs otağında kiçik viki-toplantı aparmaq olar =D. Bu linkə klikləyərək gələ bilərsiniz. Discordu həm telefon, həmdə kompüterdə istifadə etmək mümkündür.--NMW03 (müzakirə) 20:37, 16 aprel 2019 (UTC)
Qarabağ müharibəsi şəhidləri
Hamıya salamlar. Uzun müddətdir ki, AzVikidə mövcud olan problemlərdən biri "Şəhidlər" kateqoriyasında olan məqalələrlə bağlıdır. Hamımıza bəllidir ki, həmin məqalələrin böyük əksəriyyəti qeyri-ensiklopedik şəxslər haqqındadır. Buna baxmayaraq, həssas məsələ olduğunu nəzərə alaraq, özüm də daxil olmaqla, bir sıra istifadəçilərimiz həmin məqalələrin silinməsinin tərəfdarı deyilik. Lakin gec-tez o məqalələrlə bağlı bir tədbir görülməlidir. Ona görə də bu problemin həlli ilə bağlı bir ideyam var. Hamımız bilirik ki, Vikilayihələr heç də yalnız Vikipediyadan ibarət deyil. Konkret bu məsələ ilə bağlı Vikikitabın imkanlarından istifadə etməyi təklif edirəm. Məsələn, Vikikitabda "Qarabağ müharibəsi şəhidləri" adlı bir kitab yaradıb, Vikipediyadan silinəcək olan şəhid məqalələrinin o layihəyə köçürülməsini təklif edirəm. Amma istərdim ki, bu zaman müvafiq məqalələrin tarixçələrini də Vikikitaba köçürək. Amma bunu necə edəcəyimizi hələ ki, bilmirəm. Ona görə də bu müzakirədə fikirlərinizi öyrənmək istəyirəm. --►Cekli829 08:22, 17 aprel 2019 (UTC)
- Salam, Cekli829. Fikrinizi dəstəkləyirəm. Vikikitab çox az istifadə statistikasına amma yüksək traffikə malikdir. Şəhidlərin adlarını Google-da axtarış verənlər ilk 3 nəticə arasında məqaləni tapa biləcəklər. Lakin məncə həmin məqalələrin tarixçəsini ora köçürmək mümkün olmayacaq. Həmin məqalələri bir-bir yaratmaq lazım olacaq. Bunun üçün işi bölüb birlikdə fəaliyyət göstərmək olar.--Toghrul Rahimli (müzakirə) 11:48, 17 aprel 2019 (UTC)
- Cekli829, Toghrul Rahimli, tarixçələri köçürmək mümkündür. Bunun üçün import funksiyasını aktivləşdirmək lazımdı. O zaman mümkün olacaq.--NMW03 (müzakirə) 14:33, 17 aprel 2019 (UTC)
VikiLayihə ABŞ
Salam Vikipediya əhli. ABŞ VikiLayihəsi işləyir? Yaradılmalı olan məqalələrə necə baxmaq olar?--Ayxan İsmayılov (müzakirə) 16:26, 18 aprel 2019 (UTC)
- Salam Ayxan İsmayılov, işləyir. Sizə nə kömək lazımdır? --Drabdullayev17 (müzakirə) 17:02, 18 aprel 2019 (UTC)
- Drabdullayev17, məqalə yaratmaq istəyirəm, ama "görüləcək işlər" siyahısında heç nə qalmayıb. Yəni soruşurdum ki, bitib bu layihə? --Ayxan İsmayılov (müzakirə) 14:33, 17 aprel 2019 (UTC)
Basklar ölkəsi
Salam yoldaşlar. Basklar ölkəsi, məqaləsinə daxil olarkən məqalənin üzərində şablon xətası verir. Bunun səbəbi sizcə nədir ? Məqalə üzərində sonuncu müdaxilə tərəfimdən, 2 il bundan əvvəl edilib. Toghrul Rahimli bu barədə nə deyə bilərsiniz ? --Baskervill (müzakirə) 01:43, 20 aprel 2019 (UTC)
- Salam, Baskervill. Ölkə adını sadə şəkildə yazmaq lazımdır, çünki şablon rəngini ona uyğun götürür. Həmin hissə flaqifikasiya şablonuna bağlanıb ki, bayraq yerləşsin. Həll etdim.--Toghrul Rahimli (müzakirə) 07:05, 20 aprel 2019 (UTC)
Yüksək vəzifə adları artıq belə yazılacaq
Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na əsasən yüksək dövlət vəzifələrinin yazılış qaydaları müəyyənləşib.
Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.
Eyni zamanda tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.
Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılması təsdiqlənib: İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılır.
Yeni normaya əsasən, Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.
Bununla yanaşı, bundan sonra fəxri adların özək hissəsini təşkil edən ilk sözün böyük hərflə, sonrakı sözlərin isə kiçik hərflə yazılması təsdiqlənib: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.
Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır.--Azerifactory (müzakirə) 12:05, 20 aprel 2019 (UTC)
- Azerifactory, təşəkkürlər. -- Hüseynzadə (müzakirə) 16:46, 20 aprel 2019 (UTC)
Yeni yazılış
RƏSMİ: Nazirlər kabineti təsdiq etdi. "Word", "Web-site", "William" kimi alınma sözlər Azərbaycan dilində "Vörd", "Veb-sayt", "Vilyam" kimi yazılacaq. |
Salam. Bu tipdə yazılar sosial medyada və bəzi xəbər saytlarında dolaşır. Haqqında məlumatı olan varmı? Əgər doğrudursa, bir xeyli redaktəyə ehtiyac olacaq Azərbaycan Vikipediyasında. -- Hüseynzadə (müzakirə) 16:46, 20 aprel 2019 (UTC)
- Hüseynzadə, mən ümumi olaraq əcnəbi brendlərin ingiliscə və dırnaq arası yazılmasının tərəfdarıyam. Niyə? Çünki, bizdə indiyə kimi ingiliscədən Az.dilinə standart yoxdur. Məsələn "William" sözünü biri "Uilyam", digəri "Uilliam" və ya "Vilyam" yazır. Sadəcə gələkə avtomatik olsun "W" - "V" və ya "Ui" olsun. Amma belə məsələ də var: Şotlandiyada "Milngavie" sözü "Milngavi" kimi yox, "Moqay" kimi oxunur.--Azerifactory (müzakirə) 00:11, 21 aprel 2019 (UTC)
- Hüseynzadə, rəsmi mənbə olmadan heç nəyi dəyişə bilmərik.--NMW03 (müzakirə) 11:55, 21 aprel 2019 (UTC)
- Təşəkkürlər. -- Hüseynzadə (müzakirə) 13:31, 21 aprel 2019 (UTC)
- Rəsmi qərar veriləndən sonra dəyişmək olar. Onu da botu olan yoldaşlar dəyişərlər. Bu daha effektiv olar. --Araz Yaquboglu (müzakirə) 16:18, 21 aprel 2019 (UTC)
- Rəsmi qərar qəbul olunub. Hətta bu barədə video da hazırlamışam. --►Cekli829 06:17, 24 aprel 2019 (UTC)
- Rəsmi qərar veriləndən sonra dəyişmək olar. Onu da botu olan yoldaşlar dəyişərlər. Bu daha effektiv olar. --Araz Yaquboglu (müzakirə) 16:18, 21 aprel 2019 (UTC)
- Təşəkkürlər. -- Hüseynzadə (müzakirə) 13:31, 21 aprel 2019 (UTC)
- Cekli829, sən də fürsət düşən kimi kanalıvı reklam edirsən ))). Bildik də YouTuber-sən )--samral müzakirə 17:46, 24 aprel 2019 (UTC)
Rus və Ukrayna sözləri
Salam, bizdə Dimitri sözünü Dmitri etdim və hamıya çox məsləhət görürəm ki, rus və Ukrayna olan sözlərini standart qayda ilə yazmaq lazımdır. Əgər bilmirsizsə burda həmkarlardan soruşun.--Azerifactory (müzakirə) 02:44, 23 aprel 2019 (UTC)
Red. müharibəsi
Hörmətli istifadəçilər və idarəçilər. NMW03 adlı istifadəçi bu məqalədə mənimlə red. müharibəsi aparır. Xahiş edirəm nəzər yetirəsiniz. CalalC99 (mesaj) 14:50, 24 aprel 2019 (UTC)
- Siz nə üçün etdiyim redaktəni geri qaytarmağınızın səbəbini deyə bilərsiniz? NMW03 (müzakirə) 14:51, 24 aprel 2019 (UTC)
- Məqalədən iş gedir şablonunu çıxartmısız və məndə ondan sonra redaktə etmişəm. NMW03 (müzakirə) 14:51, 24 aprel 2019 (UTC)
- NMW03, səbəb göstərməmişəm ? CalalC99 (mesaj) 14:52, 24 aprel 2019 (UTC)
- "File və Şəкil arasında fərq yoxdur, «» və "" arasında fərq elədə ciddi deyil, [[]] isə əкsərriyəti səhv yerləşdirilir, digərlərini isə həll edirəm." File və Şəkil arasında fərq yoxdursa niyə azərbaycanca variant yox file olmalıdır? «» və "" arasında fərq böyükdür. Bizdə «» istifadə olunmur. “” işarələrindən istifadə edə bilərsiniz. Keçidlərin heç biri səhv deyil. Bunların hamısını xüsusi qacet ilə edirəm. Bunlar tənzimləmə işləridir. Zəhmət olmasa belə mövzular üçün hər dəfə KM-nı məşğul etməyin. NMW03 (müzakirə) 14:57, 24 aprel 2019 (UTC)
- NMW03 bizdə «»-dən istifadə olunur. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 05:43, 25 aprel 2019 (UTC)
- CalalC99, zəhmət olmasa etiket və nəzakət qaydalarına riayət edin. Burda heçnə kiminsə zövqü ilə yazılmır. Stil kitabçasına nəzər salın. Birdə, zəhmət olmasa mənim yazılarımın başındakı * işarəsini qoşa nöqtə ilə əvəzləməyin.--NMW03 (müzakirə) 10:38, 25 aprel 2019 (UTC)
- NMW03, mən həmin qaydalara riayət edirəm. Qoşa nöqtələrə isə əvəz etmərəm bir daha. CalalC99 (mesaj) 10:44, 25 aprel 2019 (UTC)
- NMW03, orada dırnaq dedikdə həm "", həm “”, həm ”„, həm də ki «» nəzərdə tutulub. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 11:35, 25 aprel 2019 (UTC)
- NMW03, mən həmin qaydalara riayət edirəm. Qoşa nöqtələrə isə əvəz etmərəm bir daha. CalalC99 (mesaj) 10:44, 25 aprel 2019 (UTC)
Hörmətli CalalC99, NMW03 etdiyi redaktədə haqlıdır. Məqalədə səhvlər olduqca çoxdur. Əsas da təyini söz birləşmələrində. Rəsmi mənbədə necədir, elə qeyd etmək lazımdır. Qeyd edim ki, «» işarəsi rusca vikidə istifadə olunur. Bizdə "" işarələri daha uyğundur. File
HTML kodudur ona görə də o hər yerdə işləyəcək. Azvikidə isə Şəkil
istifadə olunmalıdır. Siz şablonlarda da bu redaktəni edirsiniz. Halbuki heç bir məna kəsb etmir. Lütfən, redaktə müharibəsi etməyin və məqalələrin adını dəyişərkən müzakirə edin. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 07:02, 26 aprel 2019 (UTC)
- Calalın işi-gücü vaxt almaqdı. Dəfələrlə məsləhət olunub ki, mənasız yerə müzakirə aparma. Dərnaq işarəsini keçən həftə onun məqaləsində dəyişib özünə də demişəm. Yenə də edir. Bir də belə olsa blok olunacaq. --Araz Yaquboglu (müzakirə) 08:26, 26 aprel 2019 (UTC)
- Mən onu artıq 2 aylıq blok etdim. Yaxşı məsləhətləri çox təəsüf ki, anlamır.--Azerifactory (müzakirə) 00:12, 28 aprel 2019 (UTC)
- NMW03, dəfələrlə olub ki, yuxarıda yazdığınızın əksinə olaraq, məqaləmi bitirməmiş və üzərindən iş gedir şablonunu götürməmiş məqaləyə müdaxilə etmisiz. Xahiş edirəm, birdə olmasın. Hörmətlə, --Qızılbaş (müzakirə) 11:03, 7 may 2019 (UTC)
- Qızılbaş, azvikidə patrul statusum var və buda kifayət edirki səhifələri nəzarətdə saxlayım. Nəzarətdə saxlayarkən redaktə etmək lazım olur. Onuda deyimki bəzi istifadəçilər iş gedir şablonunu məqaləyə əlavə edir və uzun müddət redaktə etmir. Bunu sizdədə müşahidə etmişəm--NMW03 (müzakirə) 11:18, 7 may 2019 (UTC)
- Salam, Nəriman bəy. Statusun var, Allah başacan eləsin, ondan da böyük statuslara sahiblənəsən. Bəli, 2-3 məqalədə olub ki, iş gedir şablonu qoymuşam sonra uzun müddət davam etdirə bilməmişəm. Amma ümumiyyətlə götürdükdə səhv deyirsiniz, çünki bu cəmi 2-3 məqalədə olub. Amma iradım belə hallara deyil. Xahiş edirəm ki, gördünüz ki, məqalə indi, bugün və ya dünən yaradılıb, hal-hazırda da üzərində redaktələr edirəm (misal olaraq özümü deyirəm, bunu başqalarına da etməyinizi görmüşəm) , o məqaləyə müdaxilə etməyin. Çünki elə olan halda insanın beynində qurduğu formul dağılır, işə köklənmək çətinləşir. Patrulsan deyə mane olmalısan kimi bir şey yoxdu. Ümid edirəm, izah edə bildim. Təşəkkür edirəm. Hörmətlə,--Qızılbaş (müzakirə) 05:44, 8 may 2019 (UTC)