Vikipediya Kend Meydani Arxiv Avqust 2009 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Azərbaycan Vikipediyası 1 əlifba ilə
Bütün istifadəçiləri salamlayıram. Və əvvəlcədən qeyd edim ki, həddindən artıq mürəkkəb, mübahisəli və bizim üçün ağrılı bir məsələ ilə bağlı müzakirə açmaq istəyirəm. Şəxsən mən 2007-ci ilin avqust ayından AzVikidə fəaliyyət göstərirəm. Fəaliyyətim də hamının gözünün qabağındadı. Gələn ayın 11-də (yəni avqustun 11-də) burdakı fəaliyyətimin 2 ili tamam olur. Bu iki ildə AzVikinin inkişafı üçün əlimdən gələni əsirgəməmişəm. Ən əsası, sizlərin etimadını qazanmışam - əvvəlcə məni AzVikinin idarəçisi, sonra isə bürokratı seçmisiniz. Yəni mənə burda yaranan mübahisəli məsələləri həll etmək üçün müəyyən hüquqlar vermisiz. Və mən bu hüququmdan istifadə edib bu günəcən AzVikinin ən mübahisəli məsələsini həll etmək istəyirəm. Mənim fikrimcə AzViki 1 əlifba - latın əlifbası ilə olmalıdı. Mən bütün varlığımla Bütöv Azərbaycanın - cənublu-şimallı, şərqli-qərbli Böyük Azərbaycanın bərqərar olacağına inanıram. Və ona da inanıram ki, bu Vikipediya həmin bütövləşmənin mərkəzlərindən biri olacaq. Mən 1986-cı ildə məktəbin 1-ci sinfinə getmişəm. Onda kiril əlifbası öyrənmişəm - "а, б, в, г, д". İndi burda həmin əlifbayla yazılan məqalələri latına çevirirəm. Eyni işi (fərqli istiqamətdə - ərəbdən-latına) yerinə yetirən cənublu soydaşlarımız da var. Bəs onda niyə artıq problem yaradaq? Niyə 1 dil, ayrı-ayrı əlifbalar olsun? Mən də bu 2 ildə bu məsələylə bağlı çoxlu tərəddüdlər keçirmişəm - hətta burdakı yazışmalarımda da bunu oxuya bilərsiz. Amma bu mənim son gəldiyim qənaətdi - AzViki latın əlifbası ilə olmalıdı! Ərəb əlifbasını da öyrənək (necə ki, kirildən latına keçəndə hamımız latını öyrəndik)- cənublu soydaşlarımızdan kimsə burda ərəb əlifbası ilə nəsə yazanda latına çevirək. AzVikinin çox ağrılı probleminə toxunduğumu və bu problem ətrafında çəkişmələrin uzun sürəcəyini nəzərə alaraq müzakirələrin müddətinin konsensus (bütün istifadəçilərin həmrəyliyi) əldə olunacaq günə qədər uzadır, əks fikirlərin bildirilməsi və müdafiəsi üçün 1 həftə müddəti müəyyənləşdirirəm. Hörmətlə:--Sortilegus 21:50, 17 İyul 2009 (UTC)
- Salam. Məsələ orasındadır ki, azərbaycan dili faktiki olaraq iki əlifba ilə yazılır (əvvəllər kiril ilə də yazılırdı, indi artıq bu əlifba ilə nəşrlər filan yoxdur). Bu səbəbdən də vikipediyanın bu iki əlifbadan birini yox hesab edərək ancaq bir əlifbada olması variantı yoxdur ki, bunu müzakirə də edək. Yəni belə bir seçim yoxdur. Eyni dil üçün başqa əlifbada viki açıla bilməz. Burda gedilə biləcək yeganə yol o qalır ki, təxminən qazax vikisindəki kimi səhifələri avtomatik çevirən proqram tətbiq edək. Bu ideal həll deyil, çünki bu iki əlifbadan bir-birinə mükəmməl çevirən, xüsusən də azərbaycan dili üçün, proqram mən bildiyimə görə mövcud deyil. Amma indiki hal da lazımından artıq uzanıb. Biz yenə də ideal olmasa belə həmin həlli tətbiq edə, gələcəkdə daha yaxşı proqram yazılarsa əvəzində onu tətbiq edə bilərik. Ya da ki, kiril əlifbası kimi ərəb əlifbasının da istifadəsinə havaxtsa tədricən son qoyulsa onda tamamilə birəlifbalı sistemə keçilər amma bu uzaq gələcəyin işidir. İndki halda qazax vikipediyası variantı ən ağlabatan həll kimi gəlir. --TimBitsتِمبِتس 22:08, 17 İyul 2009 (UTC)
O nağıldı. Hamımız sənin kimi istifadəçi adımızın sonuna ərəb əlifbası ilə "quyquq" əlavə edək gərək onda. Azərbaycan dilində vikipediya deyil bura? Azərbaycan dili rəsmən Azərbaycan Respublikasının dilidir. Və bu dil latın əlifbası ilə yazılır. Başqa heç bir ölkədə Azərbaycan dili nəinki rəsmi, hətta qeyri-rəsmi, 2-ci, 5-ci dil də deyil. Qazaxlar elə yazır, belaruslar 2 vikipediya yaradıblar. İndi mən də ona istinad edib deyə bilərəm ki, ərəb əlifbası ilə bir başqa AzViki (hansının ki, yaranmasına etiraz etmişəm bu yaxınlarda) yaransın--Sortilegus 22:20, 17 İyul 2009 (UTC)
- İstiyən istədiyi kimi ad seçər bu tamam başqa məsələdi. Bilmirəm onda elə belə yarımçıq qalasıdı. Başqa vikipediya yaradılmayacaq, vikimedianın qaydaları buna icazə vermir. Belarus vikisi də keçmişdə yaradılmış vəziyyətd, indiki qaydalarla təsdiq oluna bilməz. Ona görə də bütün həllər bu vikipediyada ərəb əlifbasının istifadəsini əhatə etməlidir. Ərəb əifbasını istisna etmək variantı mövcud deyil. --TimBitsتِمبِتس 22:25, 17 İyul 2009 (UTC)
Ən azından texniki cəhətdən 1 vikipediyada 2 əlifbalı məqalələrin yaradılması mümkün deyil və mümkün olmayacaq. Müzakirə:دوغو تؤرکؤستان - bu müzakirə səhifəsinə və səhifənin məqaləsinə bax. Tutaq ki, biz latın əlifbası ilə "Meymun" məqaləsi yaratdıq, onun ərəb əlifbası ilə də qarşılığı yarandı, indi intervikilər hansı məqaləyə olmalıdı? Lap tutaq ki, proqram yaratdıq və bütün latın məqalələri ərəbə, ərəbləri latına (əlifbadan söhbət gedir) çevirdik. Onda belə çıxır ki, 100 000 məqaləmiz olanda, faktiki 50 000 məqalə sayılmalıdı?--Sortilegus 22:40, 17 İyul 2009 (UTC)
- Yox əslində qazax, serb, kürd və s. çoxəlifbalı vikipediyalarda tətbiq edilən sistem çox sadədir. Bir neçə sistem faylını dəyişməklə güzgü yaradıblar. Sistem bunu eyni fayl hesab edir, səhifəni, hərfi hər şəyi bir dənə olaraq qəbul edir. Sadəcə izləyiçiyə bunu seçdiyi əlifbadan asılı olaraq bu və ya digər əlifbada göstərir. Bunu tətbiq etmək çoxdan mümkün idi, indi də bir neçə günlük araşdırma, uzaqbaşı bir-iki vikimedia developeri ilə məsləhətləşmədən sonra tətbiq edilə bilər. Mən bunu 2006-cı ildə Bostondakı Vikimaniada da developerlərlə müzakirə etmişdim. Sadəcə olaraq əlifbaların xüsusiyyəti belədir ki, avtomat çevirmə kiril-latındakı kimi uğurlu olmur, bu səbəbdən də mən hələ o vaxtdan daha yaxşı sistemin yaradılmasına çalışmışam, keçmiş idtifadəçilərdən Sed, China da bu yönda müəyyən fəaliyyət göstərsə də təəsüf ki, onların fəaliyyətlərini dayandırması bizi bu qədər dala atıb. Amma minimum məqbul variant kimi yuxarıda dediyim həll mümkündür. --TimBitsتِمبِتس 22:52, 17 İyul 2009 (UTC)
Bizim variantda bu mümkün deyil. Ərəb əlifbası ilə (əski əlifba) yazılan mətnlərdə saitlər ixtisar olunur. Kirildən latına bəli - hərf-hərf çevrilir. O halda "güzgü variantı" olardı. Belə qeyri-mümkündü. Lap "güzgü" yaratsaq da, hansı məqalə adı əsas (intervikilərin istinad edəcəyi), hansı onun "əksi" olmalıdı?--Sortilegus 23:07, 17 İyul 2009 (UTC)
- Saitlər ixtisar olunur deyəndə həmişə olunmur amma bunun da bir standard qaydası yoxdur. Elə indiyə qədər mükəmməl çevirmə yarada bilməməyin səbəbi də budur- amma bu o demək deyil ki, həll yoxdur. Həll var sadəcə hal-hazırda tətbiq edilə biləcək həll ideal deyil və tədricən yaxşılaşdırılacaq. Başqa bucaqdan baxanda əslində belə bir həll özü tədricən standardlaşma yaranmasına kömək edə bilər. Məsəl üçün latın əlifbası ilə yaradılmış mətn yuxarıdan ərəb düyməsinə basdıqda ərəb əlibasına çevriləcək və ərəb əlifbasında birdən çox variant mümkün olduğu üçün bu səhv variant olmayacaq. Əksinə ərəb əlifbası ilə yazılmış mətnə latınla baxanda isə qüsurlar aydın görsənəcək və mətnin latın əlifbası ilə redaktə edilərək düzəldilməsi ilə hər iki əlifba üçün da standard variant ortaya çıxacaq. İnterviki məsələsi isə problem deyil. O baxır səhifənin yəni vikipediyanın əsas giriş səhifəsinin normal vəziyyətdə hansı əifbada olmağına. İndiki kimi latınla qoysaq ki, məncə belə məsləhətdir, onda bütüm intervikilər latına keçəcək. Başqa bir variant da odur ki, avtomatik olalaq ayın tək günlərində əsas səhifə bir əlifbada, cüt günlərində digərində olar bilər amma bu elə də böyük məsələ deyil, onu sonra da danışarıq. Bütün hallarda dediyim variantın tətbiqi birəlifbalı variantdan fərqli olmayacaq. Siz heç vaxt "ərəb" düyməsinə basaraq digər varianta baxmırsınızsa bunu heç yox kimi də qəbul edə bilərsiniz, bütün sistem sizin üçün latınla görsənəcək. İnanmıram ki, yuxarıda əlavə bir düymənin olması kimisə narahat etsin. --TimBitsتِمبِتس 23:31, 17 İyul 2009 (UTC)
- Azərbaycan Vikipediyasının birəlifbalı olmasını mən də arzulayıram, lakin, reallıq belədir ki, Cənubi Azərbaycandakı soydaşlarımız ərəb qrafikasında yazırlar və İranda latın qrafikası ilə Azərbaycan dili bizdəki kimi məktəblərdə tədris olunmur. Bu da o deməkdir ki, bizdə tədris sistemində dəyişiklik oldu və əlifba məcburi olaraq latına keçdi, əsasən də gənclər çətinlik çəkmədilər. İranda belə keçid mümkün deyil. Odur ki, ərəb qrafikası ilə yazılan məqalələrin saxlanmasının tərəfdarıyam. Bu gün Az-vikidə hər iki taydan Azərbaycan əhalisi fəaliyyət göstərir. Birəlifbalı etmək Az-vikinin qapılarını cənublu qardaşlarımızın üzünə bağlamaq demək olardı. Odur ki, mən razı deyiləm. --Ira 05:31, 18 İyul 2009 (UTC)
Gör sadə çıxış yolu ola-ola öz işimizi nə qədər müşkülə salırıq "ayın tək günləri intervikilər bir əlifbayla, cüt günləri başqa əlifbayla olsun", "düymə basılsın mətn ərəbdən latına çevrilsin, səhvlər düzəldilsin yenidən düymə basılsın latından ərəbə çevrilsin". Fakt budur ki, latın hərflərini bilməyə-bilməyə internetdə işləmək qeyri mümkündür. Ən azından cənublu soydaşlarımız vikipediyanın ünvanını yazanda "http.az.vikipedia.org" latın hərflərindən istifadə etmirlərmi? Elə təkcə bu adresin özündə Azərbaycan latın əlifbasının 12 hərfi var. Azərbaycan əlifbasının cəmi 4 fərqli hərfini öyrənmələri kifayətdir ki, latınla burda bizim kimi yaza bilsinlər. Əvvəl mən də elə fikirləşirdim ki, bəli cənubdan ərəb əlifbasıyla internetdə axtarış verəndə, vikinin bu əlifbayla yazılmış məqalələri açılacaq. Və bu məqalələr zənginləşdiriləcək və yeniləri yaradılacaq. Amma AzViki yaranandan bu günə qədər olan tendensiyaya fikir verin - burdakı ən fəal cənublu dostlarımız bir qayda olaraq latın hərfləriylə məqalələr yaradırlar və belə məqalələri zənginləşdirirlər. Bu gün AzVikidə 25 000-nə yaxın məqalə var. Onun neçəsi ərəb əlifbası ilədir? 1 200 - 1 300-ü. Bunların da 70% 2-3 cümləlik qaralama məqalələrdir ki, heç bir ensiklopedik əhəmiyyətə malik deyillər. Son iki ildə Azərbaycan vikisində cəmi 150-200 ərəb əlifbasıyla məqalə yaradılıb. Bu gün latın əlifbası bütün dünya türklərinin ortaq əlifbasına çevrilir. Yalnız Rusiyanın tərkibindəki türk xalqları kiril əlifbasından istifadə edirlər ki, onun da səbəbləri aydındır. İndi təsəvvür edək Azərbaycan vikipediyası (eləcə də türkmən) kirillə, türkiyə vikipediyası osmanlı dönəmindəki kimi ərəb əlifbası ilə yazılsaydı bu dərəcədə dillərimiz yaxın ola bir-birimizin yazdıqlarını oxuya bilərdik? Əlbəttə ki, yox. İndi cənublu soydaşlarımıza bu boyda geniş əhatə dairəsi olan latın əlifbasını bir qırağa qoyub, dar çevrəli ərəb əlifbası (söhbət ərəb əlifbasında yazılan türk dillərində mətnlərdən gedir) ilə məqalələr yaratmağı necə tövsiyyə edə bilərik? Əslində biz elə düşünürük ki, iki əlifbalı ensiklopediya yaratmaqla iki Azərbaycanı yaxınlaşdırırıq, amma daha dərindən düşünəndə anlaşılır ki, parçalanmanı bir az da dərinləşdiririk. Mən yenə öz mövqeyimdə qalıram və AzVikidə bütün texniki, yaradıcı (söhbət məqalələrin redaktəsindən gedir) problemlərin yeganə həlli yolunu bir əlifbalı - latın əlifbalı Vikipediya yaradılmasında görürəm. Hörmətlə:--Sortilegus 10:02, 18 İyul 2009 (UTC)
salamlar! kürdlər bu məsələni qaldırıblar. baxın:
--Axan.bulut 16:10, 18 İyul 2009 (UTC)
O formada qaraçılar da sabah özlərinə vikipediya yarada bilərlər (3-4 əlifba ilə). Əgər yaratmayıblarsa. Çünki dövlətləri yoxdur. Kürdlər də 2 əlifbalı vikini əsasən İraq (ərəb əlifbası) və Türkiyə (latın əlifbası) ərazisində yaşayan xalq kimi yaradıb. Amma axı biz "Allah vurmuşların" pis-yaxşı dövlətimiz var. Əlifba məsələsində də böyük yol keçmişik. 1 əsrdə 3 əlifba (ərəb-kiril-latın) dəyişmişik. Bunun min zülmünü görmüşük. Bu 2 əlifbalı vikipediya bizi yenə həmin bataqlığa sürükləyir. Sən - Axan.bulut - burda ən fəal cənublu qardaşlarımızdan biri kimi latın hərfləri ilə yazmırsanmı? O kəs ki, bu günəcən məktəbdə də, universitetdə də ərəb əlifbası ilə fars dili oxuyub-öyrənib, bu dildə yazıb. Çünki Azərbaycan dilində məktəb olmayıb və yoxdu da İranda. Amma evdə, yaxınlarınla, qohumlarınla azərbaycanca danışmısan. İndi o danışdığın kimi burda fikirlərini latın hərfləri ilə yazanda bir-birimizi anlayırıq. Elə gərək olsun ki, ərəb əlifbası ilə burda yazılar yazılsın və bir-birimizi anlamayaq? Bu bölücülükdü - bunu niyə axı başa düşmürsüz? --Sortilegus 21:28, 18 İyul 2009 (UTC)
- Hörmətli Sortilegus, mən demədim ki, məhz belə edək, sənin sualına cavab olaraq dedim ki, bu variant da mümkündür, detalları bir qərara gələndən sonra müzakirə edərik. Belə olan halda nəyə görə axı mənim demədim şeyi mənə istinad edirsən, hələ bir rişxənd edərək, ya da ki, istifadəçi adı seçiminə "quyruq əlavə etmək" deyib kimisə incitmək nəyə lazım? Məsələ açmısan gəlin arqumentlərlə danışaq. Arqumentlərə gəldikdə isə işin iki tərəfi var. Birincisi ümumi məqsədlər, nəyin daha yaxşı, daha sərfəli nəticə verib verməyəcəyi, ikincisi isə qaydalardan doğan texniki məsələlər. Birinci aspektlə bağlı yuxarıda gətirilən arqumentlərdə müəyyən haqlı nöqtələr olsa da ümumi gəlinən nəticə doğru deyil. Amma mən işin bu qisminə girməyəcəm, çünki bu tərəf həm çox uzun, kompleks və əsasən vikipediya ilə əlaqəsizdir. Ola bilsin ki, əslində mənim mövqeyim səhvdir, Sortilegus düz buyurur. İndiki halda bunu xırdalamaq yersizdi, imakan olsa vikipediyaçıların görüşünü təşkil edə bilsək bu məsələləri uzun-uzadı öz aramızda danışa bilərik. Mənim əsas toxunmaq istədiyim işin texniki tərəfidir. Vikipediya ensiklopediyalarını yaradan və idarə edən Cimmi Ueyls və onun yaratdığı, rəhbərlik etdiyi Vikimedia Fondudur. Bu fond da öz layihələrini necə istəyir elə də idarə etmək səlahiyyətinə malikdir. İstifadəçilər burda könüllü surətdə iştirak edir və bu qurumun qoyduğu qaydalara tabe olur. Bu qurum da müxtəlif dillərəki ensikloppediyaların yaradılması və idarə edilməsi üçün bir sıra qaydalar müəyyən edib. Bu qaydalardan da başlıcası bir dilin bir vikipediyada yazılmasıdır. Bir dil müxtəlif əlifbalarda yazılırsa bütün bu variantlar bir vikipediyada toplanır, ayrı əlifbalar üçün ayrı vikipediyalar açılmır. Bundan əlavə, heç bir yerdə rəsmi olaraq istifadə edilməyən, hətta süni dillər üçün də vikipediyalar açıla bilər, rəsmi dil olub omamağın, dövlətlə bağlılığın olmasının və ya olmamasının heç bir fərqi yoxdur. Bu vikimedianın qaydalarına heç bir təsir etmir. Vikimedia və Azərbaycan Respublikasının ortaq nöqtəsi azərbaycan dilidir, hər ikisi də bu dildən istifadə edir, biri rəsmi dil olaraq, digəri ensiklopediya yazmaq üçün. Bu iki qurumun bir-biri ilə başqa kəsişmə nöqtəsi olmadığı üçün birinin qayda və qanunları o birisinin üzərində təsirə malik deyil. Təxminən bir sxem çəksək belə bir şey olar:
- Vikimedia ====> azərbaycan dili <===== Azərbaycan Respublikası
- /\
- ||
- Ərəb əlifbası ilə yazan azərbaycanlılar
- Vikimedia ====> azərbaycan dili <===== Azərbaycan Respublikası
Bu bir faktdır ki, azərbaycan dili hal-hazırda iki əlifba ilə yazılır- latın və ərəb əlifbaları. Sadə məntiqlə belə deyək,
- FAKT BİR: hər hansı bir dil kimi azərbaycan dilinin də haqqı var ki, bu dildə vikipediya açılsın.
- FAKT İKİ:azərbaycan dili hal-hazırda ərəb və latın əlifbası ilə yazılır.
- FAKT ÜÇ: qaydalara görə müxtəlif əlifbalar eyni dilə aiddirsə bir vikipediya altında toplaşmalıdır.
- FAKT DÖRD: deməli hər iki əlifba hazırda yazdığımız vikidə əks olunmalıdır.
- FAKT BEŞ: bu artıq belədir.
- Yuxarıdakı faktların heç birini dəyişmək imkanımız olmadığı üçün gəlin bu şərtlərdən yaranan vəziyyəti necə optimum şəkildə idarə etməyə qərar verək. Bizim bundan sonrakı variantlarımız bunlardır:
a)Hal-hazırkı kimi qalsın heç nə dəyişməsin. (Məncə bu qeyri məqbuldur, hazırkı vəziyyət bütün mənfi cəhətləri bir yana ən azı elə bu kimi müzakirələrin bir neçə aydan bir təkrar olunacağını yəqin edir.) b)Hal-hazırki vəziyyət müvəqqəti olaraq qalsın amma artıq passiv olaraq gözləmək yerinə aktiv olaraq mütəxəssislərdən işin həlli üçün kömək istəyək. c)Qazax, kürd vikipediyalarındakı sistemi tətbiq etmək. Mən bu varianta üstünlük verirəm, ən azı ona görə ki, bu həll iki əlifbanın qarışmasını istəməyənlərin (mən də daxil) tələblərini yerinə yetirir. Diqqətiniz üçün təşəkkürlər. --TimBitsتِمبِتس 22:49, 18 İyul 2009 (UTC)
Mən də sənə fikirlərini ətraflı yazdığın üçün təşəkkür edirəm. Yuxarıda yazdıqlarımda özünə görə rişxənd tonu görürsənsə üzr istəyirəm. Amma bu məsələ həqiqətən də çox uzanıb və artıq bir idarəçi kimi məni qıcıqlandırmağa başlayıb. Çox qısa zamanda (olsun müsəlmanın qısası - deyək ki, bu ilin sonuna qədər) bu məsələni birdəfəlik həll etmək lazımdır. Yəni ki, birdəfəlik qərara gəlmək lazımdır - burda 1 əlifba işlənsin, ya iki. İki əlifbanın işlənməsi yekun qərara gəlinsə artıq texniki məsələlərlə məşğul olmaq olar. Amma heç bir böyük vikipediyada 2 əlifbadan istifadə olunmur. Burda mənim dedilkərimə kontrarqument kimi adları çəkilən vikipediyalar da kiçik vikipediyalardı. Azərbaycan vikipediyası isə artıq böyük, inkişaf etmiş vikipediya yolundadır. Mən əminəm ki, o vikipediyalar da maraqla gözləyirlər ki, biz bu problemi necə həll edəcəyik. Amma digər tərəfdən başqa məsələ də var. Məsələn, çox güman ki, kürd dili İraqda məktəblərdə ərəb əlifbası, Türkiyədə latın əlifbası ilə keçirilir. Qazaxıstanın yarısından çoxu rusdur, ona görə kirildən birdəfəlik imtina edə bilmirlər. Azərbaycan dili faktiki ərəb əlifbası ilə heç bir ölkədə tədris olunmur. Qalan bütün hansı ölkədə bu dil tədris olunursa (Azərbaycan, Gürcüstan, Rusiya və s. - bunların hamısında Azərbaycan məktəblərində bu dil tədris olunur) Azərbaycan dili latın əlifbası ilə keçirilir. Gürcüstanda gürcü, Rusiyada kiril əlifbası ilə öyrənilmir ki Azərbaycan dili? Bütün bunları, həm də bir əlifbanın cənubla şimalı daha da yaxınlaşdıracağını nəzərə alaraq mən bir əlifbalı vikipediyanın olmasını istəyirəm. Necə ki, Gürcüstandan, Rusiyadan və s. burda qeydiyyatdan keçib məqalələr yaradan və zənginləşdirən azərbaycanlılar latın əlifbasından faydalanır, eləcə də İrandan bura daxil olan azərbaycanlıların hərəkət etməsi yaxşı olardı (necə ki, bunu edirlər). Amma belədə bir dildə danışa-danışa öz aramızda əlifba maneəsi yaradırıq. --Sortilegus 17:28, 19 İyul 2009 (UTC)
Besət günü hamımıza mübarək olsun! Besətdən qabaqkı dövr 2 şeyə görə cahiliyyət dövrü adlanırdı. Birincisi ilk uşaq qız olduqda kişilər abır-həyasını qorumaq üçün onları diri-diri basdırırdılar, ikincisi isə insanların əksəriyyəti yazıb-oxumaq bilmirdi. Birinci səbəb indiki dövrdə cahiliyyət dövründən də betər olub: əvvəllər doğulandan sonra diri-diri basdırırdılar, indi isə doğulmadan öncə ana bətnində öldürürlər. İkinci səbəb isə o vaxtın tələbi ancaq yazıb-oxumaq idisə, indiki durumda bu ən azından kompüterdən istifadə etmək səviyyəsində olmalıdır. Azərbaycan Respublikasında insanların kompüterdən, xüsüsilə də İnternetdən istifadə etməsi üçün geniş imkanlar var. Cənab --Sortilegus və --TimBitsتِمبِتس , . Sizin iki-üç günlük mübahisənizi mən də oxudum. --TimBitsتِمبِتس , -in təklif etdiyi, istəyindən asılı olaraq bir səhifəni iki əlifbadan birində açıla bilməsi üçün veb-proqramı yazmaq mənə elə gəlir ki, elə də çətin olmamalıdır. Bunu etmək mümkün olsa, həm də bizlərin otuz milyonun istifadə edə biləcəyi bir əlifbada yazılmış vikipediya məlumatlarını oxumaq imkanımız olar (mənim üçün bu əlifbada sərbəst oxumam üçün bir az oxu vərdişinə yiyələnmək kifayət edər). Ancaq ərəb əlifbasından imtina etmək isə, otuz milyonun çox hissəsinin heç olmasa yazı-pozu öyrənə bilmək şansı olan hissəsinin azvikinin məlumatlarından ən azından latın əlifbasında sərbəst oxuyub yazmağı öyrənincəyə qədər keçən müddətdə məhrum etmək deməkdir. Bugünkü gündə bu bizə nə dərəcədə lazımdır?
Məni daha bir şey maraqlandırır: Cənubi Azərbaycanda insanlar ana dilində yazıb-oxumağı haradan öyrənirlər? Hər ikinizə dərin hörmətlə, Vago 13:04, 20 İyul 2009 (UTC)
Əgər biz latın, İrandakı saydaşlarımız ərəb əlifbasından istifadə edirsə, o zaman Gürcüstandakı soydaşlarımız gürcü, Dağıstandakılar kril, Ermənistana qayıdacaq məcburi köçkünlərimiz isə erməni əlifbasından istifadə etsinlər. Bu zaman anormal bir millət formalaşdırmış olarıq. Universal bir millət olmaq üçün çox dil bilmək lazımdır. Lakin bir dildə çox əlifbadan istifadə etmək anormallıqdır. Mən Sortilegusus fikirləri ilə razıyam. Azərbaycan bütün azərbaycanlıların vətəni olduğu kimi, azərbaycan dili də bütün azərbaycanlıların dövlət dilidir. Azərbaycan dilinin rəsmi əlifbası isə Latın Qrafikalı Azərbaycan Əlifbasıdır. Əgər gələcəkdə Cənubi Azərbaycan adlı dövlət yaranarsa mən inanıram ki, o dövlət Bütöv Azərbaycanın tərkibinə daxil olmamışdan Latın Qrafikalı Azərbaycan Əlifbasını mənimsəyəcəkdir. Bu baş verəcəkdir. Mütləq baş verəcəkdir!--Cekli829 18:40, 20 İyul 2009 (Cek vaxtı ilə)
Hörmətli --Cekli829! Allah bizə müstəqillik qismət edibsə, bu o demək deyil ki, 30000000 milyon baci-qardaşımızı ayaqlayıb, Siz də bizim kimi yaşamağa məcbursunuz deyək! Əks halda, yəqin ki onlara özgələrin elədiyindən başqa bir şey etmirik...Vago 13:51, 20 İyul 2009 (UTC)
- Salam. Mən bu söhbətləri mübahisədən daha çox müzakirə kimi görürəm, çünki arada qarşılıqlı anlayış mövcuddur, sadəcə məqsədə çatmağın ən düzgün yollarını götür-qoy edirik. Hörmətli Sortligeus, bu problem bütün vikipediyaçıların problemidir, siz əlavə narahatçılıq keçirməyin, idarəçi kimi sizə bu işdə məxsusi bir məsuliyyət düşmür. Ona görə də məncə lazım deyil ki, tez-bazar işi yola verək. Amma mən də razıyam ki, minimum ilin sonunadək bu məsələni arxada qoymaq lazımdır, hətta mümkün olsa payıza qədər. Mən bir məsələyə aydınlıq gətirim ki, şəxsən mənim üçün ərəb əlifbasının hər hansı bir xüsusi əhəmiyyəti yoxdur, eləcə də əslində latın əlifbasının. Hansı olur olsun, mən də istəyirəm ki, ideal olaraq bu dil bir standardla, bir əlifba ilə yazılsın. Amma bu o demək deyil ki, mənim bunu istəməyim bunun belə olduğunu göstərir. Mən fərqindəyəm ki, bu belə deyil. Orası düzdür ki, bütün böyük vikipediyalar bir əlifba ilə yazılır, əslində əksər dillər bir əlifba ilə yazılır amma əmin olun ki, biz doğurdan da analoqu olmayan xalqıq. Bu söhbəti çox uzataq olar amma yuxarıda yazdığım kimi və elə bu müzakirələrdə də gördüyümüz kimi bu söhbətin sonrası vikipediya ilə əlaqəsiz yerlərə gedib çıxır. Mən özüm də artıq işin texniki tərəfi ilə bağlı əlimdən gəldiyi qədər ətraflı izah etmişəm, başqa deməyə də bir qeydim yoxdur. Təkcə onu bildirmək istəyirəm ki, qadağan zehniyyətini doğru görmürəm. Məqsəd doğru olsa belə bu məqsədə çatmaq üçün insanların seçiminə qarşı gəlmək olmaz. Biz qoy hər iki əlifbada işləmək seçimini təmin edək, istəməyən işlətməsin, sadəcə işlətmək istəyənlərin haqqı əlindən alına bilməz. Həm də mən demirəm ki, bütün mümkün əlifbalarda işləmək imkanı verilsin, bu absurd olardı. Amma bu dil hansı əlifbalarla yazılırsa həmin əlifbalar da vikipediyada əks olunmalıdır. Ta o vaxta qədər ki, artıq əlifbalardan biri, məsələn keçmişdə kiril əlifbası nümuəsində oluğu kimi, tədricən istifadədən düşsün. --TimBitsتِمبِتس 14:33, 20 İyul 2009 (UTC)
Mənim burda uzun-uzadı izahlarla bir neçə ismarıcda yazdıqlarımı Cekli829 qısa bir ismarıcında əks elətdirib. Mənim mövqeyim də bundan ibarətdir. Bu məsələ doğrudan da çox uzanıb, burdakı müzakirə arxivlərinə baxsanız görərsiz ki, hər il ən azından bu məsələ 3-4 dəfə qaldırılır. Ona görə də bu müzakirənin sonunda yekun nəticəyə gəlməyimiz, lazım olarsa bu məsələni səsverməyə çıxarıb birdəfəlik həll etməyimiz gərəkdir. Amma tələsmədən. Bütün fəal istifadəçilərin fikrini öyrənəndən sonra. Və bundan sonra gələcəkdə bu məsələ bir daha hansı istifadəçi tərəfindən qaldırılacaqsa, ona bu müzakirəni oxumaq və səsvermənin (əgər keçiriləcəksə) nəticələri ilə tanış olmaq tövsiyyə edilsin. Bununla da AzViki yaranandan bu günə qədər onun ən böyük probleminə son qoymuş olacağıq. İndilik AzVikinin iki əlifbalı olmasını istəyən istifadəçilərin çoxluğu açıq-aydın görünür. Amma o nəzərə alınmır ki, Azərbaycan dili rəsmən bir ölkənin - Azərbaycan Respublikasının ana dilidir və bu dil latın əlifbası ilə yazılır. Bəli, İranda çoxlu sayda Azərbaycan dilində ərəb əlifbası (əski əlifba) ilə kitablar nəşr olunur. Eyni proses kiçik miqyasda Rusiyada da gedir - kiril əlifbaslı ilə Rusiyada yaşayan azərbaycanlılar üçün kitablar çap edilir. O, əsas gətirilir ki, Azərbaycanda 9 milyon, İranda (Cənu Azərbaycanda) 30 milyon azərbaycanlı yaşayır. Və onlar əski əlifbada yazıb-oxuyurlar. Onda say üstünlüyünü (3 dəfədən də artıq) nəzərə alıb əsas əlifba kimi burda ərəb əlifbasını qəbul edək də. Onu niyə etmirik? Mənim fikrimcə ancaq bir halda AzViki iki əlifbalı ola bilər - İranda Azərbaycan dili rəsmən ikinci dövlət dili kimi qəbul olunsa və bu dil məktəblərdə, universitetlərdə ərəb əlifbası ilə tədris edilsə. Amma ən gözəl variant o olar ki, elə İranda da Azərbaycan dilində məktəb, universitet yaratmağa imkan verilsə bu dil latın əlifbası ilə tədris olunsun. İndi biz burda 1 əlifba ilə - latın əlifbası ilə vikipediya yaradanda guya 30 milyonluq cənublu qardaşlarımızın üstündən xətt çəkməyimiz səhv fikirdir. Əksinə, bununla daha da yaxınlaşırıq. Bu halda bura cənublular üçün təkcə informasiya mənbəyi yox, həm də Azərbaycan dilinin qrammatikasını, dil qanunlarını öyrənmək üçün bir məktəbə çevrilir (hansı ki, İranda yoxdur). Var burda cənublu qardaşlarımız ki, latın əlifbası ilə yazmağa başlayanda, məqalələr yaradanda çox qarışıq cümlələr alınırdı (təxminən bizim Şəki və digər ləhcələrlə yazılmış yazıları xatırladırdı). Çünki bu dili İranda heç vaxt keçməyiblər, ancaq evdə danışıq dili kimi işlədiblər. Amma heç 3-4 ay keçmir ki, həmin istifadəçilər artıq latın əlifbası ilə normal yazmağa, cümlələr qurmağa başlayırlar. Biz bu istiqaməti əsas götürməliyik.--Sortilegus 19:16, 20 İyul 2009 (UTC)
- Vikipediyaya yeni gələndə ərəb əlifbası ilə yazıların çoxluğu məni qıcıqlandırırdı. Hazırda isə həm daha anlayışlı yanaşıram, həm də bu yazıların sayı əvvəlkindən azdır. Cekli829-un çəkdiyi misalda bir səhv diqqətimi cəlb etdi. Belə ki, Gürcüstanda, Rusiyada və ya hər hansı başqa ölkədə yaşayan azərbaycanlılar üçün formalaşmış əlifba sistemi yoxdur. Siz gürcü və ya erməni əlifbası ilə, lakin azərbaycan dilində yaza bilməzsiniz. Bunun üçün həmin əlifba Azərbaycan dilinin qaydalarına uyğunlaşdırılmalıdır. Ən əsası isə bu rəsmi səviyyədə qəbul olunmalıdır ki, bunu vikipediyada da qəbul etdirə bilək. Amma Cənubi Azərbaycanda istifadə olunan əlifba artıq 100 illərdir istifadədədir və nə vaxtsa onların bu əlifbadan imtina edəcəklərini düşünmürəm. Çünki bu əlifbanın onlar üçün hədsiz dərəcədə böyük tarixi-mədəni əhəmiyyəti var və ondan imtina heç də asan iş deyil. Bizdə və ya Türkiyədə bu dəyişikliyin baş verdiyi tarixi dövr tamam başqa olduğu üçün analogiya aparmaq yersiz olar.
Latın əlifbasının Azərbaycan Respublikasında rəsmi qəbul olunmuş əlifba olması o demək deyil ki, o avtomatik olaraq bütün dünya azərbaycanlıları üçün ümumi əlifbadır. Bizim yalnız mənəvi haqqımız var ki, dünyadakı yeganə azərbaycanlı dövləti kimi dünya azərbaycanlıları qarşısında belə bir tələb qoyaq. Amma İran azərbaycanlılarının da seçim haqqı var və hələ ki, bu seçim ərəb əlifbasından yanadır. Ona görə də faktiki vəziyyəti nəzərə alaraq 2 əlifbalı sistemi saxlamaq lazımdır. Ən əsası isə odur ki, hansımızın daha çox azərbaycanlı olduğunu istifadə etdiyimiz əlifba ilə ölçmək olmaz. Wertuose 05:27, 21 İyul 2009 (UTC)
Bütün əks fikirlərə hörmətlə yanaşıram, bununla belə öz mövqeyimdə də qalıram. Amma istəyirəm ki, daha çox fəal istifadəçimiz burda bu məsələyə öz münasibətini bildirsin. Artıq bunu da görürəm ki, bu məsələni birdəfəlik həll etməkdən ötrü səsvermənin keçirilməsi də qaçılmazdır. Amma səsvermənin oktyabr-noyabr aylarında keçirilməsini daha məqsədəuyğun sayıram (indi yay ayları və istifadəçi fəallığı zəif olduğuna görə). Əgər iki əlifbalı vikipediyanın olması qərara alınsa, onda ən geci 2010-cu ilin 1 yanvarına qədər bu sistemi texniki cəhətdən burda tətbiq etməliyik (bu halda mütləq bu işə proqramlaşdırmadan başı çıxan mütəxəssislər cəlb olunmalıdır), qərara alınsa ki, 1 əlifba olmalıdır, həmin tarixə qədər məqalələr latın əlifbalı məqalələrdə birləşdirilməlidir.--Sortilegus 17:26, 21 İyul 2009 (UTC)
- Səsvermə prinsip etibarı ilə keçirilə bilər amma iki şey nəzərə alınmalıdır: birincisi vikipediya demokratiya deyil və qərarların alınmasında da demokratik yollar, yəni səs çoxluğu deyil güclü arqument və konsensus daha əhəmiyyətlidir. Ona görə də ən yaxşısı bu olardı ki, gəlin danışıb hamının heç olmasa nisbətən məqbul hesab etdiyi ortaq bir qərar qəbul edək. İkincisi də ki, ümumi vikipediya ilə bağlı qaydaların dəyişdirilməsi istifadəçilərin iradəsi xaricindədir, nə qədər geniş konsensusun olmasına baxmayaraq. Bu məsələ ilə də bağlı qaydaların necə olduğunu yuxarıda demişəm. Əgər bu barədə şərhim düzdürsə bütün səsvermə variantları iki əlifbalı sistemlə bağlı olacaq, yəni ki, bir əlifbaya keçiş mümkün görsənmir.--TimBitsتِمبِتس 19:32, 21 İyul 2009 (UTC)
Elə konsensusun (həmrəyliyin) əldə edilməsi üçün mən də müzakirələrin davam etdirilməsinin tərəfdarıyam. "Hamının heç olmasa nisbətən məqbul hesab etdiyi ortaq bir qərar" ifadəsi düz deyil - burda ortaq razılığa gəlmək qeyri mümkündür - yəni ya "o yanlıq", ya da "bu yanlıq". Ya 1 əlifbalı vikipediya, ya da iki əlifbalı. Əgər 2 əlifbalı vikipediyanın olması qəbul edilsə (bunun üçün də səsvermə keçirilməsini vacib sayıram) mən bu qərara hörmətlə yanaşacam. Eləcə də bundan sonra burda vikipediyanın 1 əlifbalı olmasını istəyən istifadəçilər (bu günəcən burda qeydiyyatdan keçən və gələcəkdə qeydiyyatdan keçəcək). Burda, bu müzakirədə hər 2 mövqe kifayət qədər aydın tərzdə öz əksini tapıb. Ona görə də istifadəçilər bunları əsas götürüb qərar verə bilərlər. Vikipediya da elə böyük demokratik məkandır. Əgər istənilən şəxsə məqalələrə istədiyi redaktələri və əlavələri etmək imkanı verirsə. "bir əlifbaya keçiş mümkün görsənmir" fikrinə gəldikdə - bunun yolları çox sadədi. Cəmi 4-5 saata bütün vikipediyanı 1 əlifbalı sistemə (latın əlifbası) keçirə bilərəm. Amma 2 əlifbalı sistemə keçirmək üçün... bunun həlli yollarını tapın, bizə göstərin. Bu qeyri-mümkün məsələdir. AzVikinin 2 əlifbalı olması qərara alınsa bu yenə bizim işlərimizi ləngidəcək və vikipediyanın inkişafında bu günə qədər olduğu kimi əngəl törədəcək.--Sortilegus 21:06, 21 İyul 2009 (UTC)
- Elə mən ona görə deyirəm ki, müzakirə edib hamı üçün məqbul variant qəbul etmək lazımdır. Səsvermə ilə bunun edilməsi imkanı məhduddur. Mən bu məsələni birbaşa qaydalarla bağlı hesab etdiyim üçün variantlardan birində 1 əlifbalı vikipediya olan səsverməyə və onun nəticələrinə hörmət etmiyəcəm. Bəribaşdan deyim ki, fikrim bu cəhətdən aydın olsn. Elə şeylər var ki, onların dəyişdirilməsi bütün vikipediyaçılar 100% həmrəy olsa belə mümkün deyil. Bu da o qismdən olan məsələdir. Yox əgər mən düz şərh eləmirəmsə, bu qaydalarla bağlı məsələ deyilsə onda istəyən arqumentləri irəli sürə bilər. Mənim bu barədə arqumentlərim yuxarıda bir neçə dəfə təkrar olunub, əlavə izahata tələb olsa onu da təmin edə bilərəm. --TimBitsتِمبِتس 21:19, 21 İyul 2009 (UTC)
Yəni sən onu deyirsən ki, "özünüzü yormayın, boş-boşuna müzakirə etməyin, AzViki 1 əlifbalı ola bilməz və olmayacaq". Və onu təklif edirsən ki, məsləhətləşək, götür-qoy edək ki, necə 2 əlifbalı viki formalaşdıraq. Mənim də bu məsələdə fikirlərim yuxarıda aydın yazılıb (1 əlifbalı AzViki). İndi sən hansı qərarlara hörmət edəcəksən, hansılara etməyəcəksən - o öz işindi. Mən Vikicəmiyyət nə qərar qəbul edəcəksə (hətta mənim dəstəklədiyim mövqenin əksinə olsa belə) o qərara hörmət edəcəm. Ona görə tələsməyək, digər istifadəçilərin münasibətlərini də öyrənək.--Sortilegus 22:22, 21 İyul 2009 (UTC)
- İşə səhv tərəfdən baxma, mənim məqsədim vikicəmiyyətin rəyinə hörmətsizlik deyil təbii ki. Mən onu deyirəm ki, vikipediyanın qurulması və tənzimlənməsi barədə müəyyən qaydalar var ki, onu bu layihəni idarə edən Vikimedia müəyyən edir. Bir dilin müxtəlif yazılı formalarının da bir vikipediyada toplanması kimi. Burda vikicəmiyyətin qərar vermək səlahiyyəti yoxdur ki, bu qərar da qəbul edilsin ya yox. Məsələn sabah vikicəmiyyət səsvermə açıb tərəfsizlik prinsipini ləğv etsə və ya mənbələrə əsaslanmadan istifadəçilərin özfəaliyyətini burda dərc etməyə icazə verən qərar qəbul etsə, bunu sənin və mənim qəbul edib etməməyimizin nə əhəmiyyəti olacaq? Bütün hallarda bu qərarlar etibarsız olacaq. Yox əgər mən məsələni səhv şərh edirəmsə, bu vikipediyanın əsas qaydaları ilə əlaqədar deyilsə onda səsvermə keçirilə bilər amma gərək əvvəl mənim bu məsələni səhv şərh etdiyim göstərilə, bu göstərilərsə mən bunu qəbul etməyə hazıram, eləcə də səsverməni və onun nəticələrini. --TimBitsتِمبِتس 22:41, 21 İyul 2009 (UTC)
"Bir dil" deyəndə biz Azərbaycan dilini nəzərdə tuturuq axı. Azərbaycan dili də rəsmən 1 ölkədə işlənir (bütün danışıq, yazışma bu dildə aparılır). 2-ci belə bir ölkə yoxdur. Əgər biz bu gün qəbul eləsək ki, burda 2 əlifba olmalıdır (ərəb-latın), onda niyə kiril əlifbası ilə də 3-cü variant yaratmayaq? Rusiyada nə qədər azərbaycanlı yaşayır. Elə Azərbaycanın özündə yaşlı nəsildən kiril əlifbasını bilib latını bilməyən nə qədər adam var. 2 əlifba ancaq dövləti olmayan xalqların (bir neçə dövlətin ərazisinə səpələnən), ya da 2 rəsmi dövlət dili olan dpvlətlərin vikisindədir. Azərbaycan dilində ərəb-kirillə yazılmış məqalələr də toplansın da burda - qoy ərəblə yazan ərəblə yazsın, kirillə yazan kirillə - ərəb-latın bilən istifadəçilərimiz məqalələri ərəbdən latına, kiril-latın bilənlər kirildən latına çevirərlər.--Sortilegus 23:09, 21 İyul 2009 (UTC)
Wertuose, Vago və TimBitsin fikirlərini dəstəkləyirəm. Azərbaycan Vikipediyası iki əlifbada olmalıdır. 30 milyon azərbaycanlı ərəb əlifbası ilə yazır və onların gələcəkdə latın əlifbasını qəbul edib-etməyəcəkləri bilinmir. Əgər biz bu gün az-vikini 1 əlifbalı etsək mən 100% əminəm ki, ərəb əlifbalı ikinci aza-vikinin yaradılması haqqında metaya müraciətlər olacaq. O zaman nə baş verəcəyini isə mən daha aydın görürəm: anti-azərbaycan ruhlu farsların iştirakı ilə yeni Azərbaycan Vikipediyası yaranacaq. Digər tərəfdən ikinci az-vikinin yaranması sübut edəcək ki, İran azərbaycanlıları ilə Azərbaycan Respublikasındakı azərbaycanlılar ayrı-ayrı millətlərdir. Bu bizə lazımdır? --Ira 06:08, 22 İyul 2009 (UTC)
İkinci az-vikinin yaranması İran azərbaycanlıları ilə Azərbaycan Respublikasındakı azərbaycanlıların ayrı-ayrı millətlər olmasını sübut etməyəcək. O ki, qaldı anti-azərbaycan ruhlu farsların iştirakına... Onların cavabını 100% əminəm ki, 30 milyonluq cənublu soydaşlarımız vaxtı gəlib çatanda məharətlə verəcəklər. Mən ikinci az-vikinin yaranmasına tərəfdaram. Ərəb əlifbasını bildiyim üçün cənubi azərbaycanlılara kömək etməyə hazıram. Lakin hər halda qloballaşmanın sürətləndiyi müasir dövrdə hansı əlifbanın daha davamlı olacağını zaman göstərəcək!--Cekli829 12:14, 22 İyul 2009 (Cek vaxtı ilə)
Türk vikipediyasına baxmısız? 70 milyonluq türk 1-2 erməninin cavabını vermirsə, əksinə onları dəstəkləyirsə [3], ərəb əlifbası ilə yaranacaq az-vikidə erməni və farsların öhdəsindən gəlmək olacaq? Hələ nəzərə alsaq ki, İrandakı bir-çox azərbaycanlılar ermənilərlə dosturlar və hətta Ermənistana da gedib-gəlirlər, o zaman qəti bildirirəm ki, ərəb əlifbası ilə yeni az-vikinin yaradılması yeni bir antiazərbaycan ensiklopediyasının yaranması demək olacaq və mən bunun qəti əleyhinəyəm. P.S. Belə məsələləri müzakirə edərkən bir qədər beynəlxalq siyasətlə maraqlanmaq lazımdır.--Ira 07:37, 22 İyul 2009 (UTC)
Hörmətli Cekli829. Sizə tam yəqinliklə deyə bilərəm ki (bizdə insan ən mühüm işlərdə sözünün haqq olmasını sübut etmək üçün Allahı qoyub balasının canına and içir), ərəb əlfbası Quran əlifbası olması səbəbindən Qiyamətə qədər davam edəcək. Ancaq bugünkü gündə hansı əlifbanın davamlı olmasının məsələyə elə də aidiyyəti yoxdur.Axan.bulut nümayiş etdirdiyi, deməli praktik olaraq həyata keçirilmiş kürdlərin ikiəlifbalı səhifəsi ən gözəl variantdır. Bu hal seçilsə, hansı əlifbanın uzunömürlu olması səbəbindən AzVikinin heç bir acizliyi olmayacaq. Mən bilən, bu halda cənab Sortilegus-u ən çox düşündürən texniki məsələni necə həll edə bilməyimizdir. Məncə, qəlb qırmaqdansa, texniki problemlərimizi həll etmək daha düzgündür. Çünki, texniki problemləri tez bir zamanda həll edə bilərik. Bunu Azərbaycan Respublikasında həyata keçirə biləcək çox gənclərimiz var.Vago 08:32, 22 İyul 2009 (UTC)
Salamlar, mən hörmətli Cekli829 və Sortilegusun fikirlərini dəstəkləyirəm. Mənim tanıdığım bir neçə cənublu əvvəl bizim latin əlifbasını başa düshməsələr də sonralar canlarına cəfa verdilər və normal oxuya bildilər. İndi XXI əsrdir, kosmos əsri, futbol, raketa! Elə bir dövrdə yaşayırıq ki, hər bir şəxs ən azı ingilis dilində 1-ci leveldədir. Mən yekdilliklə yekdilliyin tərəfdarıyam! --Orxancalilov 10:48, 22 İyul 2009 (UTC)
Salam, cənablar. az vikinin bir əlifbalı olması yaxşı olar amma indi elə bir durumumuz yoxdur ki gələk ərəb əlifbasını vikimizdən silək.--Türk oğlan 18:39, 23 İyul 2009 (UTC)
Müzakirələrin gedişi onu göstərdi ki, əksər fəal istifadəçilərimiz AzVikinin 2 əlifba ilə yazılması tərəfdarıdır. Mən yenə öz mövqeyimdə qalıram. Bununla belə çoxluğun mövqeyinə hörmətlə yanaşıram. Bəyəndim, bəyənmədim qəbul etmək məcburiyyətindəyəm. Ona görə də, AzVikinin 1 əlifbalı olması üçün səsvermənin keçirilməsinə ehtiyac görünmür. İndən belə bütün gücümüzü sərf edib, heç olmasa bu ilin sonuna qədər 2 əlifbalı vikinin texniki məslələrini həll etməyə çalışmalıyıq. Əsas bazanı latın əlifbasında olan məqalələri götürməklə, ərəb əlifbalı vikinin ən azından test variantını hazırlamaq lazımdır. Texniki proqramlaşdırmadan başı çıxan və ya başı çıxan dost-tanışı olanlardan xahiş edirəm bu işdə bizə kömək göstərsinlər. Hörmətlə:--Sortilegus 12:13, 26 Avqust 2009 (UTC)
Tərcümə
Salamlar! Istifadechi hesabinda olan bir chokh metnler Ingilis dilindedir. Onlar niye tercume olunmur? Mence onlari tercume etmek chetin deyil, misal uchun:
- Nizamlamalarda izleme siyahisi bolumu:
- Hide edits by anonymous users from the watchlist - Qeydiyyatdan keçməmiş istifadəçilərin redaktələrini izləmə siyahısında gizlət
- Hide edits by logged in users from the watchlist - Daxil olmuş istifadəçilərin redaktələrini izləmə siyahısında gizlət
- Nizamlamalarda istifadechi profili bolumu:
- E-mail me when a page on my watchlist is changed - Izləmə siyahısında olan məqalə redaktə olunsa, mənə e-məktub gönder
- E-mail me when my user talk page is changed - Danışıqlarım səhifəsi redaktə olunsa, mənə e-məktub gonder
- E-mail me also for minor edits of pages - Həttda səhifələrə kiçik dəyişikliklər olsa belə, mənə e-məktub gönder
- Reveal my e-mail address in notification e-mails - Elektron adresimi xəbərdarliq e-məktublarda göstər
- Nizamlamalarda redakte bolumu:
- Enable enhanced editing toolbar - Zənginləşdirilmiş redaktə imkanlarını işə sal
Bir de ki, Notification - Xəbərdarliq kimi tercume oluna biler.
Administrative imkanlarim olsa, vaxt imkanlari daxilinde texniki ishlerde size komek ede bilerem. P.S. HTML ve CSS'i lazim olan seviyyede bilirem. Gülməmməd Sözün var:)? 21:50, 18 İyul 2009 (UTC)
- Salam Gülməmməd, sən elə göydəndüşmə oldun. Əgər css-dən başın çıxırsa, onda qazax və kürd dillərindəki vikipediyalara nəzər salıb ordakı çoxəlifbalı sistemin bizdə də tətbiqi barədə məsləhət verə bilərsən?--TimBitsتِمبِتس 05:03, 19 İyul 2009 (UTC)
- Salam TimBits, eger consensus olsa, chokhelifbali sistemin istifadesi texniki baximdan tamamile mumkundur. Mence hami razi olar ki, her bir yazib okhuya bilen Iran Azerisi latin elifbasi ile yazilan meqaleni mueyyen derecede okhuyub basha dushe biler, amma Azerbaycan Azerisi ereb elifbasi ile yazilan meqalenin hech adini bele basha dushmeycek. Meseleye bu prizmadan baxsaq, iki elifbali Vikipediyanin olmasi uchun consensus olsa, onda esas sehifenin latin elifbasi ile gosterilmesine ses vererdim.
P.S. Ə ə Ç ç Ğ ğ İ ı Ö ö Ş ş Ü ü herflerini istifade etmediyim uchun uzr isteyirem. Gülməmməd Sözün var:)? 17:19, 19 İyul 2009 (UTC)
- Salam TimBits, eger consensus olsa, chokhelifbali sistemin istifadesi texniki baximdan tamamile mumkundur. Mence hami razi olar ki, her bir yazib okhuya bilen Iran Azerisi latin elifbasi ile yazilan meqaleni mueyyen derecede okhuyub basha dushe biler, amma Azerbaycan Azerisi ereb elifbasi ile yazilan meqalenin hech adini bele basha dushmeycek. Meseleye bu prizmadan baxsaq, iki elifbali Vikipediyanin olmasi uchun consensus olsa, onda esas sehifenin latin elifbasi ile gosterilmesine ses vererdim.
Sistem məlumatları bizdə doğrudan da "bərbad" vəziyyətdədir. Mən qarşıma çıxdıqca bir-bir tərcümə edirəm (bu məsələdə əsasən 3 vikidən istifadə edirəm - yaxşı bildiyim rus və türk, eləcə də alababat bildiyim ingilis dili vikisinin sistem məlumatlarından (burda sistem məlumatları ingiliscədir - onların mətnlərini rus və türk dillərində olanlarla tutuşdurmaqla tərcümə edirəm)). Amma həddən artıq çoxdur belə məlumatlar. 1-2 adamın bütünlüklə onları tərcümə etmələri çətindir. Adminstrativ imkanlar da burda yalnız idarəçilərdədir - sistem fayllarına onlar dəyişikliklər edə bilərlər. Gördüyünüz kimi fəal idarəçi də burda cəmi 2 nəfərdir (maşallah, "urreynən" qabağa gedirik - vikistatistikada bu günə bizdən bir xana qabaqda olan island vikipediyasıdı - 22 idarəçiləri var, bir xana geridə olan uelsdi - 21 idarəçiləri var). Ona görə də imkan düşdükcə bu cür öz təkliflərinizi, tərcümə variantlarınızı burda yazın ki, idarəçilərin işi də asanlaşsın. Hörmətlə:--Sortilegus 20:37, 23 İyul 2009 (UTC)
Halal olsun Sortilegus! Deməli 1 Azərbaycanlı ən azı 10 uelslinin yaxud 10 islandlının gördüyü qədər iş görür. Şəxsən mən Sizinlə fəxr edirəm! Bu aralar başım Web-dizayn öyrənməyə (imkanı olan yardım əlini uzada bilər) bərk qarışıq olması səbəbindən Sizlərlə ayaqlaşa bilmədiyimdən üzülürəm. İnşallah bu gün öyrəndiklərim, nə vaxtsa AzViki məqalələrinə (PHP, JavaScript, MySql, HTML, Dreamweaver, FrontPage, CSS, XML və s.) çevrilər (öz aramızdı, Web-dizaynda da o qədər ingiliscə terminlər var ki, axırda Sizin kimi mən də məcbur olub ingilis dilini öyrənəcəm. Vago 12:54, 24 İyul 2009 (UTC)
- Sistem melumatlarini doghru shekilde Azerbaycan diline chevirmek uchun mence burda xususi muzakire bomesi yaratmaq lazimdir. Istifadechi sehifemde bezi tercume olunmali cumlelerin ve onlarin terumelerinin cedvelini tertib etmishem. Sistem fayllarina girishi olan istifadechiler onlardan yararlana biler. Gülməmməd Sözün var:)? 16:14, 24 İyul 2009 (UTC)
- Bunlardan hansi Password sozunun Azerbaycan diline doghru tercumesi ola biler: Şifr yoxsa Parol?. Burda Şifr ishledilir. --Gülməmməd Sözün var:)? 16:11, 6 Avqust 2009 (UTC)
Burda [4] "Parol" yazılıb.--Emin Mesaj 17:20, 6 Avqust 2009 (UTC)
- Onda qalsin parol. Emin burda tercumede komek ede bilersen? 140-a qeder mesajlari tercume etmishem. Orda texminen 1600-a yaxin tercume olunmamish ifadeler var. Gülməmməd Sözün var:)? 21:21, 6 Avqust 2009 (UTC)
Mən ordakı fəaliyyətinizi izləyirəm. Çox böyük bir işi başlamısız. Əlimdən gələn qədər Sizə kömək etməyə çalışacam (sistem məlumatlarının tərcümə olunmasında). Bu işi sona çatdırsaq, böyük bir uğura imza atmış olarıq. Hörmətlə:--Sortilegus 21:39, 6 Avqust 2009 (UTC)
- Sortilegus, desteyinize gore teshekkur edirem. Chokh isterdim burda tercume uchun xususi layihe sehifesi yaradilsin ve tercume ile elaqeli her shey sistematik olaraq orda muzakire edilsin (ehtiyac olsa). Bezi terminler var ki, onlarin tercumesi uchun umumi raziliq olmalidir. Gülməmməd Sözün var:)? 14:59, 7 Avqust 2009 (UTC)
Gülməmməd, mən ingilis dilini bilmədiyim üçün tərcümədə kömək edə bilmərəm.
"Try Beta" bu nə deməkdir. Səhifənin yuxarısında var.--Emin Mesaj 07:06, 7 Avqust 2009 (UTC)
- OK. Onda "never mind" (ustun vurma:) ). Programlarin istifadeye buraxilma dovru (w:Software release life cycle) bir neche merhelden ibaretdir. Hazirki esas merheleler evvelden bashlayaraq pre-alpha, alpha, beta, release candidate-buraxilasha namized (bezen gamma & delta), RTM (release to marketing-biznes meqsedi ile buraxilish), GA(general availability), Gold-qizil dovrulerinden ibaretdir. MediaWiki-ni inkishaf etdiren muhendisler yeni istifadechi interface-ini istifadeye buraxmagha hazirlashirlar. Bu beta dovrunde olan software oldughuna gore, en.wiki-de sinaqdan kechirmek riskli olardi. Bu sebebden ilk olaraq kichik layihelerde sinaqdan kechirmek qerarina gelibler. Ughurlu olsa, butun wiki layihelerde tedbiq olunacaq. Gülməmməd Sözün var:)? 14:59, 7 Avqust 2009 (UTC)
Sistem məlumatlarının tərcüməsi layihəsini necə görürsüz. Aşağıdakı nümunə yarayarmı işə? Əgər yarayarsa mən yavaş-yavaş başlayım tərtib etməyə, sonra tərcümələrə girişək. Mən bilən 5 variant kifayətdir. İnanmıram hər məlumatın 5-dən artıq tərcümə variantı ola. Aralarından ən uğurlularını seçərik. Hörmətlə: --Sortilegus 20:50, 7 Avqust 2009 (UTC)
VikiHədəf
- Azərbaycan Vikipediyasının Keyfiyyət (dərinlik) göstəricisi 22-yə yüksəlib!--Cekli829 16:45, 3 Avqust 2009 (Cek vaxtı ilə)
7 vikipediyanın göstəricisi bir-birinə çox yaxındır:) 2 min məqalə fərqi var 1-lə 7-cinin arasında. Hələlik bu 7-nin içində 2-ci yerdə duruş gətirə bilirik:) --Sortilegus 13:53, 3 Avqust 2009 (UTC)
- 55 Icelandic Íslenska m/s/ 25 396 k/g/ 29
- 56 Azeri Azərbaycan m/s/ 24 434 k/g/ 22
- 57 Welsh Cymraeg m/s/ 23 871 k/g/ 22
- 58 Albanian Shqip m/s/ 23 826 k/g/ 25
- 59 Marathi मराठी m/s/ 23 641 k/g/ 15
- 60 Serbo-Croatian Srpskohrvatski / Српскохрватски m/s/ 23 511 k/g/ 14
- 61 Bishnupriya Manipuri ইমার ঠার/বিষ্ণুপ্রিয়া মণিপুরী m/s/ 23 416 k/g/ 13
(m/s/ - məqalə sayı k/g/ - keyfiyyət göstəricisi)
- İnşallah, Azərbaycan Vikipediyasında məqalə sayı avqust ayının sonuna kimi 25 000-ə yüksələr. İl sonuna kimi isə 30 000 olar:)--Cekli829 9:32, 4 Avqust 2009 (Cek vaxtı ilə)
- Aynen öyle. Umarim Azerice Vikipedi madde sayısı bakımından İzlandaca, Boşnakça hatta Makedonca ve Estoncayı da geçer.--Beşiktaşlı48 19:35, 11 Avqust 2009 (UTC)
güney azərilərə birlik partiasi
arəb alfbasinda yazıçılardan bir vahdətli yazmax partiasi gərəkdir. kimsə mayildi güneylilərin alifbasinda yazilarimiz çoxalsin bir ayliğa sözləşaq. ve qərarlaşaq ta yaxçi və mohtəvali layihələr bir cöx titrajinda yüksəkləndiraq. --Bishak 22:33, 30 Avqust 2009 (UTC)بیشک beşik
Sözlər
Sistem məlumatı | İndiki tərcümə | Variant 1 | Variant 2 | Variant 3 | Variant 4 | Variant 5 |
---|---|---|---|---|---|---|
Hello world | Salam dünya | ? | ? | ? | ? | ? |
- Chox ela! Tercumesinde chetinlik chekdiyimiz sozleri burda muzakire ederik. Gülməmməd Sözün var:)? 01:08, 8 Avqust 2009 (UTC)
Yeni bir səhifə yaratdım - Sistem məlumatları-tərcümə. Başlayaq ümumiyyətlə tərcümə olunmayan sistem məlumatlarından. Məncə, 100-100 tərcümə eləsək yaxşıdır. Yuxarıdan üzüaşağı. Hələlik tərcümə olunmayan 100 sistem məlumatını bura daxil edirəm.--Sortilegus 14:06, 8 Avqust 2009 (UTC)
- Sistem muhendisleri burda tercume etmeyi meslehet bilmir. Translatewiki.net-de tercume etmeyin ustunluyu ondadir ki, orda olan tercumeler butun az.wiki layihelerinde (Wikipedia · Wiktionary · Wikibooks · Wikiquote · Wikisource · Wikinews · Wikiversity ve s.) tedbiq olunur. Bu sebebden mene de ele gelir ki, yalniz tercumesinde chetinlik chekdiyimiz melumatlari burda muzakire edek. Bunlardan elave, orda tercume etmek zehmeti burdan qat-qat azdir. Tercume etmek uchun ashaghidakilari etmek lazimdir:
- Hesab yarat.
- Istifadechi sehifesi yaradib bunu yaz: I would like to translate from English to Azerbaijani.
- Tercumechi huqunun verilmesi uchun xahish et. Onun üçün burda Your text here-nin yerine yaz: I would like to translate from English to Azerbaijani ve {{LanguageHeader|ISO-code}}-de ISO-code-u az (rus dili uchun ru) ile evez et. Sonra sehifeni qeyd et (--~~~~-ya toxunma).
- Sene bu huquqi verenden sonra, sehifenin sol terefinde Translation tool-e klik etsen, tercume olunmali MediaWiki versiyalarini goreceksen. Istedyine klik edib dili sech ve tercume etmeye bashla.
Chetinlik olsa, istifadechi sehifemde yaz. Ughurlar! 15:17, 8 Avqust 2009 (UTC) Gülməmməd Sözün var:)? 17:02, 8 Avqust 2009 (UTC)
O layihədən xəbərim var. Amma bilmirdim ki, orda tərcümə edilən sistem məlumatları bütün Azərbaycandilli layihələrə tətbiq olunur. O daha yaxşı variantdır onda. Amma burda da qalsın tərcümə layihəsi. Burda tərcümə olunanları da ora köçürərik. İş paralel getsə yaxşıdır. Çünki çox istifadəçinin o layihədən xəbəri yoxdur.--Sortilegus 15:42, 8 Avqust 2009 (UTC)
Translatewiki.net update
- Currently 33.86% of the MediaWiki messages and 0.11% of the messages of the extensions used by the Wikimedia Foundation projects have been localised. Please help us help your language by localising and proof reading at translatewiki.net. This is the recent localisation activity for your language. Thanks, GerardM 11:42, 2 Avqust 2009 (UTC)
- PS Please help us complete the most wanted messages..
- It can take a long time before your localised messages become available here on your wiki. The LocalisationUpdate extension will make messages available within two days. We hope that it will be operational in a months time.
Beta-versiya
Salam! Beta versiyaya keçmişəm, nəsə çox ləng işləyir, nədən? Bunu necə aradan qaldırmalı?Vago
Türkçe Vikihaber
- Türkçe Vikihaber bugün itibariyle açıldı. Türk dilleri içerisindeki tek Vikihaber olan Türkçe Vikihaber'e destek olmanız bizi mutlu edecektir. Herkeze iyi çalışmalar ve Azerice Vikipediye bol maddeler.--Reality006 19:39, 13 Avqust 2009 (UTC)
Türcə Vikixəbərə uğurlar. Bacardığımız qədər türk qardaşlarımıza dəstək olmağa çalışacağıq.
P.S. Millət, bəlkə biz də bir "tərpəşək":) Vikimedia fondunun Azərbaycan dilində mövcud olmayan cəmi 2 layihəsi qalıb - Vikiversitet və Vikixəbər. Vikiversitet bir az "qəliz" layihədi:) Ona hələ toxunmayaq. Amma "Vikixəbər"in yaradılması istiqamətində bəlkə işə başlayaq? Cəmi 4-5 fəal istifadəçi gündə 3-4 məlumat yerləşdirsə "Vikixəbərə" başlanğıc üçün pis olmaz. Amma gərək elə edək ki, "Vikikitab" və "Vikisitat" kimi layihəni başlı-başına buraxmayaq. Aktiv istifadəçilər alsınlar sazı görək nə deyirlər:) Hörmətlə:--Sortilegus 20:07, 13 Avqust 2009 (UTC)
- Desteğiniz için teşekkür ederim.--Reality006 21:09, 15 Avqust 2009 (UTC)
- İnşallah Azerice ve diğer Türk dillerinde de Vikihaber açılır.Beşiktaşlı48 16:15, 19 Avqust 2009 (UTC)
- İnşallah açılır. Bu arada Azeri ve diğer Türk kardeşlerimiz eğer Vikihaber açmak isterlerse şu sayfaya uğrasınlar. Bizim projemizde ilk başta buradaydı. Ve İngilizce sorunları yaşayan kullanıcılar varsa Türkçe Vikihaberden istedikleri şablonu çevirebilirler.--Reality006 20:41, 19 Avqust 2009 (UTC)
- Azərbaycan dilində də vikixəbər açılarsa çox yaxşı olar. İmkanım daxilində bu layihədə də maksimum səmərə ilə fəaliyyət göstərməyə çalışacağam.--Cekli829 9:00, 20 Avqust 2009 (Cek vaxtı ilə)
- Azerbaycan Portalı açılmıştır.--Reality006 21:06, 27 Avqust 2009 (UTC)
Alban xaç daşları
http://en.wikipedia.org/?q=Khachkars yaptığım tüm değişiklikler mazeretsiz siliniyor.Azerbaycan wikipedyasına bağlantıyı bile siliyorlar. http://en.wikipedia.org/?q=Talk:Khachkar verilen ceap: 25 August 2009 (UTC)
- Thank you for reminding us that the Azeri Wikipedia is a propaganda website, full of lies. It used to be said that a country gets the leaders it deserves, maybe we should update that to "a country gets the Wikipedia it deserves". Meowy 13:39, 25 August 2009 (UTC)
- Azerbaycanca Vikide kaynaklar çok az, bu doğrudur. Çok az sayda kişiden başka kimsenin ilgilenmediği bu Vikide aradığınız her bilgini bulabilirsiniz, bunu görmemek imkansız. Kaynak yok, ancak ne istersin onu bulursun, hiç de fena değil--Melikov Memmed 18:42, 25 Avqust 2009 (UTC)
Hər halda Azərbaycan Vikipediyasında erməniyönlü məqalələr yoxdur və Türk Vikipediyasındakı kimi ermənilər burada "Şuşi" [5], "Şaumyan" [6], [7] və s. kimi absurd məqalələr yarada bilmirlər. --Ira 05:21, 26 Avqust 2009 (UTC) Azerbaycan wikipedyasına bağlantıyı siliyorlar ya bukadar olur.
- Fəridə Məmmədova-Qafqaz Albaniyası və Albanlar,Bakı,2006
- D.A.Axundov-Azərbaycanın qədim dini abidələrinin memarlığı,Bakı,1974
- M.D.Axundov-Yer və zaman dünyanın mifoloji xəritəsində,Bakı,1980
- Qafqaz Albaniyası stelalarında dini simvolika və dünyanın mənzərəsi”,Azərbaycan abidələri dərgisi,I say,Bakı,1984 kaynaklarından yararlanılmış bu makale için.--İstifadəçi:Bahadur
Wertuose değişiklikler için sağol.--İstifadəçi:Bahadur
- Məncə Türkcə Vikidi Azərbaycan haqqında çox şey həqiqətən də doğru deyil. Ancaq bunun səbəbini bizim özümüzdə görürəm, orada çox az sayda azərbaycanlı var, məncə adları Atabəy və Qarapapaq olanlardan başqa heç bir kimsə yoxdur, nə üçün heç olmasa həftədə bir dəfə Azərbaycan haqqında bir maqalə hazırlayıb orada yerləşdirməyək. Axı başqa cür nəyi isə dəyişə bilməmiz mümkün deyil. Kimsə kömək etmək istərmi? Şəxsən mən Vikipediya üçün heç vaxtım olmasa da nə isə etməyə hazıram, kömək edin yetər.--Melikov Memmed 11:18, 26 Avqust 2009 (UTC)
- Türk Vikipediyasında Azərbaycan üçün təhqir olan bu cür məqalələrin yaradılmasının səbəbini mən özümüzdə yox, türk "qardaşlarımızda" görürəm. Axı az-vikidə də ermənilər Türkiyəyə qarşı böhtan məqalələr yaratmağa çalışırlar, amma buradakı fəal istifadəçilər buna imkan vermirlər. Əgər Türk Vikipediyasında da ermənilərlə biz "vuruşacayıqsa", onda azərbaycanlılara qarşı münasibətdə türkün rusdan, farsdan, ingilisdən və başqa millətlərdən nə fərqi --Ira 11:29, 26 Avqust 2009 (UTC)
- Reallıq bu. Görünür özümüzdən başqa heç kimə ümid etməməliyik. --Melikov Memmed 11:43, 26 Avqust 2009 (UTC)
Mən bir neçə ay bundan qabaq burda belə bir təklif vermişdim ki, Azərbaycan üçün önəmli olan 10-15 məqalə işləyib (Qarabağla, azərbaycanlıların soyqırımları ilə, Qərbi Azərbaycanla, ermənilərin özününküləşdirməyə çalışdıqları tarixi abidələrimizlə) onu rus, türk, ingilis dillərinə tərcümə edək və həmin dillərdə olan vikipediyalarda yerləşdirək. Belədə bizə çətin olacaq türk, rus, ingilis vikisində daim məqalələri nəzarətdə saxlamaq, ermənilərlə mübarizə aparmaq. Gerçəklik ondan ibarətdir ki, bütün böyük vikilərdə ermənilər ciddi təbliğat işləri aparırlar. Heç öz vikiləri yadlarına da düşmür. Biz öz 10-15 məqaləmizi yaradaq, bütün mənbələri onlara əlavə edək, sonra qoy onlar nə edirlər etsinlər. Mənbələr olandan sonra məlumatları silmək onlara çətin olacaq. Məsələn, Alban xaçları ilə bağlı Səfər Azəri burda dəyərli məqalə yaradıb, burdakı faktlarla ermənilərin bütün iddiaları alt-üst olur. Belə həssas məqalələri tərcümə etmək və digər vikilərə yerləşdirmək lazımdır. Rusca, ingiliscə internet mənbələri də nə qədər çox olsa o qədər yaxşıdır. --Sortilegus 12:07, 26 Avqust 2009 (UTC)
Şəhər məlumat qutusu
Kimsə "Location map" şablonu əsasında "Şəhər məlumat qutusu" şablonu hazırlasa çox yaxşı olar.
Əhali:
Telefon kodu:
Poçt kodu (Mərkəzi PŞ):
Nəqliyyat vasitəsi kodu:
İcra başçısı:
İnternet saytı:
--Melikov Memmed 18:08, 26 İyul 2009 (UTC)
"Şəhər" şablonunda bir sıra dəyişikliklər etmişəm. Fəal istifadəçilərdən xahiş edirəm ki, şəhərlər haqqında məqalə yaradarkən bunu nəzərə alsınlar. Həmçinin, hazırda mövcud olan şəhər məqalələrinə də bu şablondan irəli gələn müvafiq əlavələri edə bilərsiniz. Wertuose 04:21, 26 Avqust 2009 (UTC)
- Wertuose, salam. Şablonlara görə təşəkkürlər. --Ira 05:21, 26 Avqust 2009 (UTC)
- "Location map" şablonu əsasında "Yaşayış yeri məlumat qutusu" şablonu hazırlasaniz çox yaxşı olar, yəni koordinatları yazırıq şəhər və ya kəndin yeri Azərbaycan xəritəsində görünür.--Melikov Memmed 11:38, 26 Avqust 2009 (UTC)
- Demək olar ki, hazırdı. Xəritədə yeri göstərmək olur artıq. Bakı məqləsinə baxın. Bəlkə bir az əl gəzdirdim. Wertuose 08:05, 27 Avqust 2009 (UTC)
- Wertuose, təşəkkür edirəm! Məncə, xəritədə "Bakı" adı da yazılsa, daha yaxşı olar.Vago 08:22, 27 Avqust 2009 (UTC)
- Bakı sözünü qeyd etməyi unutmuşdum. Artıq düzəltdim. Amma bir məsələ var ki, digər ölkələrin xəritəsini hələ ki, qeyd etmək mümkün deyil. Çünki, hər ölkə üçün bunun kimi ayrıca şablon yaradılmalıdır. Bu da ki, çətin prosesdir. Gərək kimsə bütün fəaliyyətini buna yönəltsin. İngilis və rus vikilərində bu səhifələr çoxdan var: Location map by country templates, Позиционные карты. Wertuose 10:35, 27 Avqust 2009 (UTC)
- Wertuose, təşəkkür edirəm! Məncə, xəritədə "Bakı" adı da yazılsa, daha yaxşı olar.Vago 08:22, 27 Avqust 2009 (UTC)
- Demək olar ki, hazırdı. Xəritədə yeri göstərmək olur artıq. Bakı məqləsinə baxın. Bəlkə bir az əl gəzdirdim. Wertuose 08:05, 27 Avqust 2009 (UTC)
- "Location map" şablonu əsasında "Yaşayış yeri məlumat qutusu" şablonu hazırlasaniz çox yaxşı olar, yəni koordinatları yazırıq şəhər və ya kəndin yeri Azərbaycan xəritəsində görünür.--Melikov Memmed 11:38, 26 Avqust 2009 (UTC)
Şablonlara görə çox sağ ol, ancaq universal olmaq üçün elə edin ki, "Şəhərin gerbi" ve "Şəhərin şəkil adı" hissələrini boş buraxmaq mümkün olsun, indi bunu edəndə qatışır, nəzərə alın ki, bizim şəhərlərin çoxunun gerbi yoxdur.--Melikov Memmed 11:37, 27 Avqust 2009 (UTC)
- Həmin problem yalnız "Şəhərin şəkil adı" hissəsi ilə bağlı yaranır. İstənilən digər hissəni boş qoymaq olar. Həmin problemi də həll edərəm. Wertuose 11:55, 27 Avqust 2009 (UTC)
- O da düzəldi. Başqa problem olsa mənim və ya şablonun müzakirə səhifəsində xəbər verin. Əlavə bəndlər də daxil etmək olar. Wertuose 12:25, 27 Avqust 2009 (UTC)
- Wertuose, çox sağ ol, şablon əladır.--Melikov Memmed 16:57, 27 Avqust 2009 (UTC)
- O da düzəldi. Başqa problem olsa mənim və ya şablonun müzakirə səhifəsində xəbər verin. Əlavə bəndlər də daxil etmək olar. Wertuose 12:25, 27 Avqust 2009 (UTC)
Wikipediya ilə bağlı şok xəbər
- “Wikipediya” məqalələrinin oxucular tərəfindən redaktə edilməsini dayandıracaq! Bu xəbəri oxumaq bütün əhvalımı korladı...--Cekli829 13:23, 27 Avqust 2009 (Cek vaxtı ilə)
Bildiyim qədər yalnız şəxslər, təşkilatlar və mübahisəyə səbəb olan məqalələr redaktorlar tərəfindən yoxlanılacaq [8] --Ira 09:16, 27 Avqust 2009 (UTC)