Vikipediya Kend Meydani Arxiv Avqust 2013 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Translation requests into Azerbaijani
Hello, I am a member of the international team of Wiki Loves Monuments who takes care of the upload campaigns used with the picture contest Wiki Loves Monuments next month. For these upload campaigns we need to translate some templates into various languages so that as much as possible people can participate in their own language.
In Azerbaijani we need translations for the following templates:
- Commons:Template:Wiki Loves Monuments 2013 (used on files to mark they are uploaded during the contest)
- To translate: This image was uploaded as part of Wiki Loves Monuments 2013.
- Azerbaijani: Bu şəkil Viki Abidələri Sevir 2013 müsabiqəsinin bir parçası kimi yüklənilib.
- Commons:Template:Upload campaign header Wiki Loves Monuments August (used above the upload wizard saying that the picture contest has not started yet)
- To translate: Wiki Loves Monuments 2013 has not started yet.
- Azerbaijani: Viki Abidələri Sevir 2013 hələ başlamayıb.
- To translate: Wiki Loves Monuments will start in September. You may still share your images, but they will not be eligible for the competition.
- Azerbaijani: Viki Abidələri Sevir sentyabrda başlayacaq. Siz indi öz şəkillərinizlə rahat paylaşa bilərsiniz, ancaq onlar müsabiqə üçün münasib olmayacaqlar.
- Commons:Template:Upload campaign header Wiki Loves Monuments finished (used above the upload wizard saying that the picture contest is over)
- To translate: Wiki Loves Monuments 2013 is closed.
- Azerbaijani: Viki Abidələri Sevir 2013 bağlıdır
- To translate: You may still share your images, but they will not be part of the competition.
- Azerbaijani: Siz indi öz şəkillərinizlə rahat paylaşa bilərsiniz, ancaq onlar müsabiqəyə aid olmayacaqlar.
- Commons:Template:Upload campaign header Wiki Loves Monuments no contest (used above the upload wizard of a country which does not participate)
- To translate: This country does not participate this year in Wiki Loves Monuments 2013.
- Azerbaijani: Bu ölkə bu il Viki Abidələri Sevir 2013 müsabiqəsində iştirak etmir.
- To translate: You are welcome to upload pictures with this upload wizard, but they will not be part of the photo competition.
- Azerbaijani: Siz bu yardımçı yükləmə proqramının köməyi ilə şəkilləri yükləyə bilərsiniz, ancaq onlar foto müsabiqəyə aid olmayacaqlar.
- Commons:Template:Upload campaign use Wiki Loves Monuments (used after someone has uploaded a file)
- To translate: Thank you for submitting your photos to Wiki Loves Monuments.
- Azerbaijani: Viki Abidələri Sevir 2013 müsabiqəsi üçün şəkillərinizi təqdim etdiyinizə görə çox sağolun.
- To translate: Our volunteers will add photos to the relevant articles and lists.
- Azerbaijani: Bizim könüllülər fotoları müvafiq məqalələrə və siyahılara əlavə edəcəklər.
- For a label above a field where uploaders can enter the (unique) identifier (code) of a monument:
- To translate: Monument ID
- Azerbaijani: Abidənin kodu
- For above the upload wizard during September:
- To translate: Wiki Loves Monuments 2013 Azerbaijan Upload Wizard.
- Azerbaijani: Viki Abidələri Sevir 2013 Azərbaycan Yardımçı Yükləmə Proqramı.
- To translate: Website of the contest
- Azerbaijani: Müsabiqənin vebsaytı
- To translate: Other countries
- Azerbaijani: Digər ölkələr
You can translate the lines on Commons by creating a subpage with the translation, or put the translation below here or above under the English lines and I will create the subpage on Commons. The ones without a link should be translated here. I will visit this page the coming days. Thanks for the help! Romaine/Romaine (talk) 02:22, 4 avqust 2013 (UTC)
- Translations transferred to Commons, thanks for translating! Romaine (talk) 17:07, 13 avqust 2013 (UTC)
Qrammatik səhvlər
Hamıya salam. Kateqoriya başlığında qrammatik səhv varsa, onu necə düzəltmək olar? Məsələn, belə bir kateqoriya var "ürək patalogiyaları". Qrammatik cəhətdən "patologiya" olmalıdır.
Azərbaycan sözlüklərində söz qrammatik cəhətdən yanlış yazılıbsa, Vikipediyada da bu yanlışlıq davam etdirilməlidir? Bütün dünya dillərində yazılır "higiyena", Rus dilindən başqa, çünki ruscada H hərfi yoxdur. Azərbaycan sözlüklərində və vikipediyasında bu söz "Gigiyena" kimi gedir. --Stern88888 (talk) 08:16, 4 avqust 2013 (UTC)
- Salam. Bunlar ayrı-ayrı məsələlərdir. Birində doğrudan da qrammatik səhv var - Kateqoriya:Ürək patalogiyaları. Azərbaycan dilində qrammatik cəhətdən düzgün yazılış Kateqoriya:Ürək patologiyaları olmalıdır. Bu səhvi düzəltməyin yeganə yolu həmin kateqoriyadakı məqalələrdə sonda kateqoriya adında düzəliş edib onları adı düzgün yazılan yeni kateqoriyaya köçürməkdir. Amma bu halda yaxşı olar ki, kateqoriyanın digər vikilərdə də mövcud olub-olmadığını yoxlayaq. Məsələn, bizdə bu kateqoriyada digər vikilərdəki analoji kateqoriyalara keçid yoxdur. İkinci halda - Azərbaycan sözlüklərində sözün yanlış yazılması məsələsi - burda yanlış olsa da lüğətləri, müxtəlif etibarlı mənbələri (məsələn, bu halda tibb kitabları, ensiklopediyalar və s.) əsas götürməliyik. Hamısında (və ya əksəriyyətində) bu cür yazılıbsa, biz də belə yazmalıyıq. Çünki artıq bu sözün Azərbaycan dilindəki mənbələrdə səhv və ya doğru yazılmasını araşdırmaq bizim işimiz deyil. Biz burda tədqiqat aparmırıq və sadəcə etibarlı mənbələrə əsaslanırıq. Hörmətlə:--Sortilegus (talk) 22:02, 23 avqust 2013 (UTC)
Bu nədir belə?!
Представители Азербайджана примут участие в международной конференции "Викимания-2013"
Bu məqalədə yazılıb:
Руководители "Википедии" на азербайджанском языке - Ровшан Рамизоглу и Эльгюн Аталыев - примут участие в международной конференции "Викимания-2013", которая пройдет в Гонконге с 7 по 11 августа, сообщили Trend Life в пресс-службе Клуба интеллектуальной молодежи "Хазар".
Руководители nə deməktir? Kimdir bu iki adam? --Мурад 97 (talk) 17:35, 5 avqust 2013 (UTC)
Опять мальчишечки поехали за счет дай-дайюшек, погулять по свету))) -- İstifadəçi:Keete 37
- Да пусть едут куда хотят. Чего это вдруг их нашими "руководителями" называют при том что мы даже не знаем, кто это. --Мурад 97 (talk) 18:31, 5 avqust 2013 (UTC)
- Sizdən qat-qat təcrübəli istifadəçilərə qarşı təhqirə keçməyin! --Babək Akifoğlu (talk) 21:34, 5 avqust 2013 (UTC)
Бабек не обижайтесь, их тут никто не обзывает, по той простой причине, что даже не знали до сегодняшнего дня об их существовании. Ну ей богу, о чем они там будут говорить? Почему статей мало? - Ответ лень. Для этого напрягать себя и ехать в такую даль - как-то утопизмом веет. А понятие того что они умнее нас или то что они профессионалы - да ладно, здесь люди делают статьи и я и Вы и все остальные. Мурад, ну конечно Вы правы на 100%, мне это и не надо. Просто наши эти профессиональные участники не понимают, что если они поедут хоть в Антарктиду и встретятся с самим императорским пингвином, проблему они не решат. Проблема лишь в них самих и в других менее активных участниках, составляющих почти 88% от общего кол-ва, нужно создавать качественные статьи, не нужно гонятся за количеством. Вот и всё. (talk)
- Keete, куда едут участники АзВики и зачем, меня не касается и абсолютно не волнует. Это их личная жизнь и Я не могу, да и не имею права быть против. Проблема в том, что их представляют как "руководителей" АзВики при том, что у нас тут и должности такой то нет. --Мурад 97 (talk) 19:18, 6 avqust 2013 (UTC)
Babək bəy, əgər burada bir təhqir gördünüz isə, xahiş edirəm: ona göstərin. AzVikidə "руководитель", yəni "rəhbər edən" bir istifadəçi yoxdur (hətta belə bir vəzifə yoxdur). Və onların fəaliyyəti necə olursa olsun (lap AzVikinin redaktə edən tək iki istifadəçi olsunlar bilə), onları rəhbər kimi burada heç kim seçmədi. --Мурад 97 (talk) 19:14, 6 avqust 2013 (UTC)
- Hörmətli Keete və Мурад 97 həmin istifadəçilərlə 2007-2008-ci illərdən vikipediyada birgə çalışırıq. Sadəcə son dövrlərdə şəxsi işləri ilə bağlı bir qədər aktivlik göstərə bilmirlər. Yəni hələ sizin vikipediyaya gəlmənizdən çox-çox qabaq vikipediyaçılar tərəfindən hər iki istifadəçi səs çoxluğu ilə idarəçi seçilib. Kimliklərini açıqlamayacam, istəsələr özləri səfərdən qayıtdıqdan sonra məlumat verərlər. Amma vikigörüşlərə baxsanız hər iki idarəçimiz haqqında məlumat ala bilərsiz. Bir də ki, Rövşən və Elgün birinci dəfə deyil ki, Azvikini təmsil edirlər. Əminəm ki, bu dəfə də bu təmsilçilik uğurlu alınacaq. Bir qədər səbr edin, beş gün sonra özləri siləri məlumatlandırarlar. Hörmətlə --sefer azeri 15:50, 6 avqust 2013 (UTC)
- İdarəçi AzVikidə "rəhbər edən" deyil. --Мурад 97 (talk) 21:16, 6 avqust 2013 (UTC)
- Məncə statusun önəmi yoxdu, əsas faydalı olmaqdı. --sefer azeri 18:15, 6 avqust 2013 (UTC)
- Bu müzakirə istifadəçilərin faydası haqqında deyil: KİV-də verilmiş AzViki haqqında yalnış məlumat haqqındadır. --Мурад 97 (talk) 23:20, 6 avqust 2013 (UTC)
- Məncə statusun önəmi yoxdu, əsas faydalı olmaqdı. --sefer azeri 18:15, 6 avqust 2013 (UTC)
- İdarəçi AzVikidə "rəhbər edən" deyil. --Мурад 97 (talk) 21:16, 6 avqust 2013 (UTC)
- Müzakirəni indi gördüm:) Həmin "komsomollardan" biri mənəm - Rövşən Ramizoğlu:) Digəri bizim bir başqa idarəçimizdir. Əslində səfərqabağı ikimizin birgə "525-ci qəzet"də müsahibəmiz dərc olunmuşdu. Orda həm Vikipediya, həm Vikimania haqqında ətraflı məlumat vermişdik. Bəzi saytlar, əsasən də rusdilli saytlar görünür o müsahibədən məlumatları götürüb bu cür informasiyalar yayıblar. Bəziləri "idarəçi"ni burda Muradın qeyd etdiyi kimi "руководитель" yazıblar, 1-2 saytda hətta belə məlumata rast gəldim ki, ilk dəfədir Azərbaycandan kimsə Vikimaniaya qatılır. Halbuki bu mənim 3-cü Vikimaniya konfransım idi, digər idarəçimiz isə 2-ci dəfəydi ki, belə konfransa qatılırdı. Müsahibədə səhv etmirəmsə sadəcə belə bir fikir vardı ki, Azərbaycandan bu il ilk dəfə olaraq 2 vikipediyaçı Vikimaniaya qatılır. Yəni bu məsələnin izahı bu qədər. --Sortilegus (talk) 19:27, 23 avqust 2013 (UTC)
- Mən də onu deyirəm. Məsələ ondadır ki, bəzi saytlar AzViki haqqında yalnış məlumat verirlər. Buna qarşı nəsə eləməliyik. Bəzi istifadəçilər isə elə biliblər ki, mən bunu Vikimaniyaya uçan təmsilçilərimizə qarşı yazıram. --Мурад 97 (talk) 03:30, 26 avqust 2013 (UTC)
Şablonlar
Salam. Mən yeni istifadəçiyəm. 2012-ci ildə Azvikiyə daxil olsam da şablon çatışmazlığı üzündən buranı tərk edim. İndi yenidən qayıtmışam və şablonu necə hazırlamağın mümkün olduğunu öyrənmək istəyirəm. Pərviz Abdullayev (talk) 18:27, 14 avqust 2013 (UTC)
HTTPS for users with an account
Greetings. Starting on August 21 (tomorrow), all users with an account will be using HTTPS to access Wikimedia sites. HTTPS brings better security and improves your privacy. More information is available at m:HTTPS.
If HTTPS causes problems for you, tell us on bugzilla, on IRC (in the #wikimedia-operations
channel) or on meta. If you can't use the other methods, you can also send an e-mail to [email protected]
.
Greg Grossmeier (via the Global message delivery system). 18:43, 20 avqust 2013 (UTC) (wrong page? You can fix it.)
Qiorqi, Qiorqiy, Giorgi, yoxsa Giorgiy?
Bu adı necə yazmalıyam? İki məqalə taptım: XI Georgi və XII Georgiy. İndi onlardan hansıda düzgün yazılış istifadə edilir, yoxsa ikisi də səhf? --Мурад 97 (talk) 23:36, 23 avqust 2013 (UTC)
- "Georgi" yazılışı düzgündü. Əslində bu cür transliterasiyada da biz rusların variantını əsas götürürük. Amma rus adlarının və ya rus dilinə transliterasiya olunmuş bu cür adların Azərbaycan dilində oturuşmuş bir yazı forması da mövcuddur. Məsələn, "Георгий" bizim dilə "Georgi", "Григорий" "Qriqori", "Дмитрий" "Dmitri", "Афанасий" "Afanasi" kimi transliterasiya olunur. Yəni rusların "й" hərfi yazılmır. Bu proses eynilə soyadların transliterasiyasında da baş verir. Məsələn, "Фёдор Достоевский" "Fyodor Dostoyevski" kimi və s. --Sortilegus (talk) 19:40, 23 avqust 2013 (UTC)
- Georgi əgər ABŞ prezidentidirsə, "Corc" kimi yazmalıyıq. --Aydın Məmmədov (talk) 20:40, 24 avqust 2013 (UTC)
Şablon. Musiqiçi
Şablonda bəzi dəyişikliklər lazımdı. Deməli, təkcə Doğum Tarixi yox, məncə Doğum tarixi və yeri yazmaq lazımdır. Bundan başqa fəaliyyəti olan bölmədə yazılanlar redaktəni saxlayanda məqalədə görsənmir.
Həmçinin şablonda iki dəfə musiqi aləti yazılıb. --Pr. Mariarti (talk) 16:22, 24 avqust 2013 (UTC)
Kənd Meydanına diqqət yetirən var?
Salamlar. Məndən Rus Vikipediyasında xahiş etdilər ki Bakıda tikilən yeni lahiyə haqqında məqalənin yazılmasında köməklik göstərim. Söhbət bu lahiyədən gedir. Rus və İngilis dillərində geniş məlumat var. Öz dilimizdə də olsa yaxşı olardı. Təəsüf ki, mənim Rus Vikipediyasında işim çox olduğundan özüm məqaləni yaza bilmirəm. Əgər kimsə bu işi öz üzərinə götürə bilsəydi çox yaxşı olardı. --Interfase (talk) 21:42, 25 avqust 2013 (UTC)
- Mən məqalə hazırlayıram. Yaxın günlərdə yerləşdirəcəm. --sefer azeri 20:04, 4 sentyabr 2013 (UTC)
Cavanşir müəllim aramızdan ayrılmışdır. Lütfən səhifəyə girib ürək sözlərinizi yazın. --NKO zi 07:23, 26 avqust 2013 (UTC)
Viki Abidələri Sevir 2013
Sentyabr ayında Viki Abidələri Sevir 2013 müsabiqəsi başlayacaq. Azərbaycanlı istifadəçilər Azərbaycanda yerləşən abidələrin fotoşəkillərini çəkib və Commonsa yükləyib bu müsabiqədə iştirak edə bilərlər. --Interfase (talk) 13:54, 27 avqust 2013 (UTC)
- Viki müsabiqələrini çox bəyənirəm. Bu müsabiqənin də maraqlı olacağına əminəm. Mütləq iştirak etmək lazımdır. --►Şahdağlı Cekli 04:38, 28 avqust 2013 (UTC)
- Viki Abidələri Sevir, ancaq Commons-dan bütün Azərbaycan abidələrinin şəkli silinir ([1]), məsələni həll etmək üçün Vikipediya:Azərbaycan_Respublikasının_Milli_Məclisinə_müraciət də təsirsiz qaldı. Məlumat üçün ermənilər bu məsələni qanun vasitəsi ilə tam yoluna qoyublar (13.04.2013). "Commons:Freedom of panorama" məsələsi həll edilməyincə, Azərbaycandakı bütün yeni bina və abidələri Viki sevən deyil. --Melikov Memmed⇒email 06:02, 29 avqust 2013 (UTC)
- İndi nə edək? Milli Məclisdə öz lobbini yaradağ?) --Мурад 97 (talk) 21:04, 29 avqust 2013 (UTC)
- Xeyir, bütün Azərbaycan abidələrinin şəkli silinmir. Əgər memarının vəfatından 70 il keçibsə onda abidənin şəkilini saxlayırlar. Əgər memar məlum deyilsə onda əgər abidə 70 il əvvəl ucaldırıbsa abidənin şəkilini silə bilməzlər. Narahat olmayın. Azərbaycanda xeyli qədim abidə var. Elə təkcə Bakının İçəri şəhərini götürək. Hələ mən köhnə yaşayış evlərini demirəm.
- İndi keçək əsas məsələyə. Azərbaycan abıdələrini bu şəkildə siyahılaşdırmaq lazımdır. Mən öz öhtəmə Bakını və Şəkini götürmüşəm. Kim digər rayonların abidələrinin siyahısını tarada bilər. --Interfase (talk) 16:57, 29 avqust 2013 (UTC)
- Mən Gəncə və Qəbələdəki abidələrin siyahısını yaratmağa çalışacam.--sefer azeri 17:17, 29 avqust 2013 (UTC)
- Heykəllərnən isə nə olacaq? --Мурад 97 (talk) 22:35, 29 avqust 2013 (UTC)
- Milli Məclisin payız sessiyasında qanunla bağlı məsələyə baxılacaq. Narahat olmayın, hələlik commonsa yüklənməsinə məhdudiyyət olmayan abidələrimizin şəkillərini yükləyək, heykəllər və müasir binaların şəkillərini yükləmək asandı. Məndə 90 faizin şəkli var, qanunu gözləyirəm. Amma tarixi abidələrimizin şəkillərinin çəkilməsi lazımdı. Mən Gəncə və Şəkiyə (mümkün olsa bir də Qəbələyə) səfər etməyə çalışacam. Həmin bölgələrdəki abidələrin şəkillərini çəkəcəm. Hər istifadəçi bir rayonun abidələrini çəksə xeyli mühüm iş görmüş olarıq. Naxçıvan bölgəsində yüzlərlə abidə var, eləcə də Qərb və Şimal-QƏrb bölgələrində yüzlərlə abidə var ki, şəklinə ehtiyac duyuruq. --sefer azeri 18:40, 29 avqust 2013 (UTC)
- Heykəllərnən isə nə olacaq? --Мурад 97 (talk) 22:35, 29 avqust 2013 (UTC)
- Mən Gəncə və Qəbələdəki abidələrin siyahısını yaratmağa çalışacam.--sefer azeri 17:17, 29 avqust 2013 (UTC)
- İndi nə edək? Milli Məclisdə öz lobbini yaradağ?) --Мурад 97 (talk) 21:04, 29 avqust 2013 (UTC)
- Viki Abidələri Sevir, ancaq Commons-dan bütün Azərbaycan abidələrinin şəkli silinir ([1]), məsələni həll etmək üçün Vikipediya:Azərbaycan_Respublikasının_Milli_Məclisinə_müraciət də təsirsiz qaldı. Məlumat üçün ermənilər bu məsələni qanun vasitəsi ilə tam yoluna qoyublar (13.04.2013). "Commons:Freedom of panorama" məsələsi həll edilməyincə, Azərbaycandakı bütün yeni bina və abidələri Viki sevən deyil. --Melikov Memmed⇒email 06:02, 29 avqust 2013 (UTC)
- Bakıdakı heykəllərdən heçbirini yükləmək olmaz (bakının ən birinci heykəli Sabirin heykəlidir, indi Balaxanldadır, müəlifi Keylisidir (1872-1950)). Ancaq cəkiləcək abidə çoxdur.
- Sefer azeri, fotoşəkilləti bütün sentyabr ayı ərzində yükləmək olar. Ancaq rəsmi siyahılar daha tez hazır olmalıdır ki, müsabiqənin Data Base-nə salınsın. Heş olmasa gələn həftə bütün siyahılar tamam olmalıdır. Həm də bu iştirakçılar üçün asan olar. --Interfase (talk) 20:56, 29 avqust 2013 (UTC)
- İnterfase dediyi kimi bütün abidələrin şəklini silə bilməzlər. Bu layihə bu il Vikimaniada haqqında ən çox danışılan layihələrdən biri idi. Böyük vikipediyaların demək olar ki, hamısı bu layihəyə böyük diqqət ayırırlar. Təəssüf ki, bizim istifadəçilər yenə də həmişəki kimi hər şeyi öz gücləri hesabına edirlər. Halbuki, Mədəniyyət və Turizm Nazirliyi, digər əlaqədar qurumlar belə bir layihənin həyata keçirilməsində vikipediyaçılardan da çox maraqlı olmalıdırlar. Belə qurumlar bu şəkillərin çəkilməsi və vikipediyaya yüklənilməsi üçün büdcə formalaşdırmalıdırlar. Şəkilləri çəkəcək şəxsin rayonlara, kəndlərə səfərlərini maliyyələşdirməlidirlər (fotoqrafın fotoaparatının alınmasından tutmuş rayonlarda qalacağı qonaq evlərinin xərcini ödəməyə qədər). Hər halda heç olmasa çalışıb Bakıdakı yaşı 70-dən çox olan abidələrin şəkillərini çəkib yükləmək lazımdı. --Sortilegus (talk) 19:46, 29 avqust 2013 (UTC)
DİQQƏT. Abidələrin siyahısını yaradmaq istəyənlər bu şablondan istifadə etməlidilər. Belə olduqca asandır. --Interfase (talk) 23:11, 29 avqust 2013 (UTC)
VACİB SUAL: Abidələrin şəkilləri istifadə etməyə imkan verməyən qanun heykəllərə də aiddir? --Мурад 97 (talk) 14:18, 30 avqust 2013 (UTC)
- Bəli. --►Şahdağlı Cekli 13:41, 30 avqust 2013 (UTC)
- Bu abidəyə də həmçinin. --Interfase (talk) 14:21, 30 avqust 2013 (UTC)
- Sumqayıtı əlavə etdim. --►Şahdağlı Cekli 15:33, 31 avqust 2013 (UTC)
- Bu abidəyə də həmçinin. --Interfase (talk) 14:21, 30 avqust 2013 (UTC)
- Layihə ilə bağlı "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarından da mütləq istifadə etmək lazımdır. --►Şahdağlı Cekli 15:36, 31 avqust 2013 (UTC)
Заявление!
Участника под именем İstifadəçi:Sortilegus нужно заблокировать - он не участник, он вандал. Хватит да, достали Вы уже, сколько можно говорить не уродуйте статьи созданные мною если с ними все в порядке. Их проверял Babək Akifoğlu. Я еще раз говорю - мои статьи будет проверять Babek Akifoğlu! Люди вроде Sortilegus'а трогать статьи созданные мною я запрещаю. Он месяцами не появлялся, спал-спал,а я щяс проснулся и как дерганный стирает все подряд. Мне что, пожаловаться? Сколько можно терпеть. Поэтому да, в аз вики никто не хочет работать. Из-за таких как Sortilegus. İstifadəçi:Keete 37
- К подобным заявлениям, а именно обвинения в нарушении правила VP:V, в Википедии принято прилагать ссылки к конкретным случаям с нарушением данным участником данного правила. В противном случае, заявление теряет смысл. --Мурад 97 (talk) 20:12, 29 avqust 2013 (UTC)
- Salam. Bu nə danışıq tərzidir? Lütfən istifadəçilərlə etik çərçivələr daxilində ünsiyyət qurun. Artıq təcrübəsiz istifadəçi də deyilsiniz ki, sizi vikipediya prinsiplərini öyrənməyə dəvət edim. Siz artıq onu bilməlydiniz ki, vikipediyada yaradılan məqalələr heç kimin mülkiyyəti deyil və kiməsə sizin yazdığınız hansısa məqaləni redaktə etməyi qadağan etmək olmaz. Hələlik şifahi xəbərdarlıqla kifayətlənirəm. Bu cür hallar təkrarlanarsa əvvəlcə qısamüddətli, sonra isə uzun müddətli blok alacaqsınız. Mənim qeyri-aktiv fəaliyyətimlə bağlı iradınıza isə öz istifadəçi səhifənizdəki bu şəkilə baxmaqla cavab tapa bilərsiniz. Səhv etmirəmsə cəmi 2 ay bundan əvvəlin statistikasıdır. --Sortilegus (talk) 15:13, 29 avqust 2013 (UTC)
- İstifadəçini bloklamaq üçün səbəbi görmürəm. İstifadə etdiyi "вандал" sözü Vikipediyanın terminologiyadandır (VP:V). Vikipediya prinsipləri bilməməyi də heç bir qaydanı pozmur. Amma, buna baxmıyaraq özüm də dəvətinizə qatılıb Keete 37 istifadəçidən Vikipediyanın prinsipləri və qaydaları oxumağa xahiş edirəm. --Мурад 97 (talk) 20:36, 29 avqust 2013 (UTC)
- Tək o söz deyi ki. Bir ismarıcda 4-5 qayda pozuntusunu mən göstərim: "Я еще раз говорю - мои статьи будет проверять Babek Akifoğlu!" Vikipediya qaydalarına görə istifadəçilərlə şərtlə danışmaq, onların qarşısında şərt qoymaq olmaz. Eyni ilə bu cümlədəki kimi "Люди вроде Sortilegus'а трогать статьи созданные мною я запрещаю.". "он не участник, он вандал" və Поэтому да, в аз вики никто не хочет работать. Из-за таких как Sortilegus. Bu da şəxsə hücumdur. Hələlik istifadəçinin nəticə çıxaracığına ümid edərək xəbərdarlıqla kifayətlənirəm. Təsəvvür eləyin ki, azvikidə hamı bir-biri ilə bu cür danışmağa başlasa nə olar.--Sortilegus (talk) 15:44, 29 avqust 2013 (UTC)
- Razı deyiləm. Bu şəxsə hücüm deyil. Bax bu şəxsə təhqirdir və ancaq bundan sonra blok üçün səbəb var (əvvəl isə yox idi, sözümdən imtina etmirəm). --Мурад 97 (talk) 20:49, 29 avqust 2013 (UTC)
- Tək o söz deyi ki. Bir ismarıcda 4-5 qayda pozuntusunu mən göstərim: "Я еще раз говорю - мои статьи будет проверять Babek Akifoğlu!" Vikipediya qaydalarına görə istifadəçilərlə şərtlə danışmaq, onların qarşısında şərt qoymaq olmaz. Eyni ilə bu cümlədəki kimi "Люди вроде Sortilegus'а трогать статьи созданные мною я запрещаю.". "он не участник, он вандал" və Поэтому да, в аз вики никто не хочет работать. Из-за таких как Sortilegus. Bu da şəxsə hücumdur. Hələlik istifadəçinin nəticə çıxaracığına ümid edərək xəbərdarlıqla kifayətlənirəm. Təsəvvür eləyin ki, azvikidə hamı bir-biri ilə bu cür danışmağa başlasa nə olar.--Sortilegus (talk) 15:44, 29 avqust 2013 (UTC)
- İstifadəçini bloklamaq üçün səbəbi görmürəm. İstifadə etdiyi "вандал" sözü Vikipediyanın terminologiyadandır (VP:V). Vikipediya prinsipləri bilməməyi də heç bir qaydanı pozmur. Amma, buna baxmıyaraq özüm də dəvətinizə qatılıb Keete 37 istifadəçidən Vikipediyanın prinsipləri və qaydaları oxumağa xahiş edirəm. --Мурад 97 (talk) 20:36, 29 avqust 2013 (UTC)
- Xəbərdarlıq olunub. Hər halda ümid edək ki, iş bloklanma ilə bitməyəcək. --Sortilegus (talk) 15:57, 29 avqust 2013 (UTC)
- Можете меня заблокировать! Не боюсь я никого и заткнуть мне рот никто не имеет права. Мы живем в демократической стране. Дискриминации нету места. А Вы многоуважаемый Мурад, ничё не знаете и сидите устроив там себе Швейцарию. Заблокируйте меня - я не нуждаюсь в Ваших условностях. Я человек знающий свои права. Вижу да какие Вы статьи создаете - статьи из 1 единственного предложения. Даже смотреть на такие статьи стыдно. А все из-за лени. Потому что не хотите сидеть и попотеть над статьей. Я с сегодняшнего дня перейду в русскую Википедию, там меня хотя бы любят и ценят как участника. Желаю Вам удачи дорогие, думаю без меня Вам будет легче, а меня без вас.
- Salam. Bu nə danışıq tərzidir? Lütfən istifadəçilərlə etik çərçivələr daxilində ünsiyyət qurun. Artıq təcrübəsiz istifadəçi də deyilsiniz ki, sizi vikipediya prinsiplərini öyrənməyə dəvət edim. Siz artıq onu bilməlydiniz ki, vikipediyada yaradılan məqalələr heç kimin mülkiyyəti deyil və kiməsə sizin yazdığınız hansısa məqaləni redaktə etməyi qadağan etmək olmaz. Hələlik şifahi xəbərdarlıqla kifayətlənirəm. Bu cür hallar təkrarlanarsa əvvəlcə qısamüddətli, sonra isə uzun müddətli blok alacaqsınız. Mənim qeyri-aktiv fəaliyyətimlə bağlı iradınıza isə öz istifadəçi səhifənizdəki bu şəkilə baxmaqla cavab tapa bilərsiniz. Səhv etmirəmsə cəmi 2 ay bundan əvvəlin statistikasıdır. --Sortilegus (talk) 15:13, 29 avqust 2013 (UTC)
P.S. Извинятся не собираюсь! ))) Keete 37
- Azvikiçilərin bir-biri ilə belə münasibətdə olmasına təəssüfümü bildirirəm... Əslində bu səviyyəyə çatacaq o qədər də böyük problemli məsələ deyildi. Normal müzakirə və sual-cavab əsasında redaktənin səbəbi soruşula, izah əldə edilə və "problem" sakitcə həll oluna bilərdi. İstənilən işdə səbrli olmaq və etik çərçivələri gözləmək önəmlidir, bir daha bu iki dəyərli istifadəçinin belə münaqişəsini böyük təəssüflə qarşılayıram... --Babək Akifoğlu (talk) 19:39, 29 avqust 2013 (UTC)
- İstifadəçilərin bu cür həddini aşan ifadələrinə görə dərhal və qeyd-şərtsiz ən azı 1 həftə müddətinə bloklanması zəruridir. Əks təqdirdə bu istifadəçilər özlərini Vikipediyada həddindən artıq sərbəst hiss etməyə başlayırlar və qaydaları pozmaqda davam edirlər. Sonda da müddətsiz bloklanma ilə nəticələnir. Ona görə də əvvəlcədən yumşaqlıq göstərmək lazım deyil. Bu həm də qayda pozan istifadəçinin özü üçün də faydalıdır. Bunu nəzərə alaraq, istifadəçi Keete 37 (müzakirə • töhfələr • statistikalar) tərəfimdən 1 həftə müddətinə bloklanmışdır. Wertuose (talk) 06:05, 4 sentyabr 2013 (UTC)
- Bu istifadəçinin yazdıqları ilə ətraflı tanış olduqdan sonra blok müddətini 1 ayadək artırdım. Bu cür hədsiz aqressivliyə və qayda pozuntularına niyə indiyədək göz yumulduğunu anlamıram. İdarəçilərin bir nömrəli vəzifəsi Vikipediyada qaydalara riayət olunmasına nəzarət etməkdən ibarətdir. İstifadəçinin bu şəkildə açıq-aşkar təhqirlərinin cavabsız qalmasına yol verilməməli idi. Belə etinasızlıq onu daha da həvəsləndirir. Wertuose (talk) 06:36, 4 sentyabr 2013 (UTC)
- İstifadəçilərin bu cür həddini aşan ifadələrinə görə dərhal və qeyd-şərtsiz ən azı 1 həftə müddətinə bloklanması zəruridir. Əks təqdirdə bu istifadəçilər özlərini Vikipediyada həddindən artıq sərbəst hiss etməyə başlayırlar və qaydaları pozmaqda davam edirlər. Sonda da müddətsiz bloklanma ilə nəticələnir. Ona görə də əvvəlcədən yumşaqlıq göstərmək lazım deyil. Bu həm də qayda pozan istifadəçinin özü üçün də faydalıdır. Bunu nəzərə alaraq, istifadəçi Keete 37 (müzakirə • töhfələr • statistikalar) tərəfimdən 1 həftə müddətinə bloklanmışdır. Wertuose (talk) 06:05, 4 sentyabr 2013 (UTC)
Səhv adlar
Salam. Portuqaliyanın paytaxtı Porto-nun aid olduğu məqalə "Portu" olaraq qeyd olunub hətta bu şəhərin adını daşıyan futbol klubunun məqaləsində "Portu"dur. bütün dünya bu şəhərə Porto dediyi halda biz niyə ruslar Portu deyir deyə oların dediyini götürməliyik ? Mən klubun adın dəyişdim adminlərimizdən də xahiş edərdim şəəhərin adını dəyişsin. --Shahin Khan (talk) 10:13, 30 avqust 2013 (UTC)
- Portuqaliyanın paytaxtı Lissabon şəhəridir. "Portu"ya gəldikdə isə, bu ad bizim dilimizə dil qaydalarına uyğun olaraq, transliterasiya olunub. --►Şahdağlı Cekli 13:56, 30 avqust 2013 (UTC)