Vikipediya Kend Meydani Arxiv Avqust 2016 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Gürcüstan-Azərbaycan birgə layihəsi
Əziz Azərbaycan Vikipediyaçıları!!! Mən gürcü Vikipediyası adına sizə birgə Gürcüstan-Azərbaycan birgə əməkdaşlıg layihəsi təklif edirəm (gürcü vikisi artıg başlayıb işləməyə). Bu bir aylıg layihə ərzində Gürcü vikisi Azərbaycan hakında və siz Gürcüstan hakında məgalələr yazacaksınız (gürcü vikisi cox istəyir gürcü kəndlari hakında informasiya yazılsın azvikida, bizdə Azer. kəndləri hakında yazmaya başlamışig (Babək və Julfa kəndlari artıq yazılıb)). Mən ümidvaram siz mənim və Gürcü vikisinin təklifini gəbul edəcaksiniz, bununla'da bizim vikidostlugumuz başlayacaq!!! Saygıyla -- Mehman97 (müzakirə) 20:47, 4 avqust 2016 (UTC)
- İki vikipediya arasında belə layihə təşkil etmək maraqlı fikirdir. Amma hazırda AzVikidə Braziliya ayı keçirilir. İki layihəni birdən keçirmək hansı effekti verəcək, bilmirəm.--White DemΩn (müzakirə) 20:58, 4 avqust 2016 (UTC)
- Bizde yer ay temetik keçirerik, mesela bu ay GANAdan yazırıq, biz bu lahiyeyi oktyabr ayında teşkil etmeq isteyirik ve onageder herşeyi teşkil etmeq olar. -- Mehman97 (müzakirə) 21:26, 4 avqust 2016 (UTC)
- Digər istifadəçilərin də rəylərini gözləyirəm.--White DemΩn (müzakirə) 22:24, 4 avqust 2016 (UTC)
- Fikrimcə biz bunu sentyabr ayı üçün Mövzulu ay layihəsində etsək yaxşı olar. Bu vəziyyətdə o qədər effekt verməyəcək. --Araz Yaquboglu (müzakirə) 04:37, 5 avqust 2016 (UTC)
- Digər istifadəçilərin də rəylərini gözləyirəm.--White DemΩn (müzakirə) 22:24, 4 avqust 2016 (UTC)
- Bizde yer ay temetik keçirerik, mesela bu ay GANAdan yazırıq, biz bu lahiyeyi oktyabr ayında teşkil etmeq isteyirik ve onageder herşeyi teşkil etmeq olar. -- Mehman97 (müzakirə) 21:26, 4 avqust 2016 (UTC)
- Maraqlı təklifdir, mən də dəstəkləyirəm. Lakin, fikrimcə mövzu seçimini bir qədər də genişləndirib, təkcə coğrafiya yox, həm də tarix və mədəniyyətlə bağlı məqalələr yaradılmasını təklif etmək lazımdır. --sefer azeri 11:05, 9 avqust 2016 (UTC)
Filosofların adları
Mən Antik fəlsəfə bölməsini yaratmaq işini görürəm. Burada belə bir problem var. Biz rus terminologiyasının dalınca ya dünya elminin dalınca getməliyik?
Məsələn ruslar deyir Posidoni, dünya isə deyir PosidoniUS. Latın və yunan dillərində də məhz Posidoniusdur, Posidoni deyil. Həm də bu Posidoni azərbaycanca pis səslənir. Və bütün başqa adlar da belə.
Vergili ruscadır - dünya dillərində VergiliUSdur. Latınca da belədir. Həm də azərbaycanda orası azdır ki pis səslənir, hələ Vergili olur - vergi verən. Vergi nazirliyinə gedək? Bunu Vergilius deyək ki, gülməli çıxmasın də...
Paneti ruslardadır --- dünya dillərində PanetiUSdur. Latınca da belədir.
Və s.
İndi mən dünya elmini rəhbər tutub bu adları dünya dillərinə və orjinala uyğun verirəm. Sonra gəlib görürəm ki, onları russayağılara çeviriblər.
Biz keçmiş sovet düşüncəsindən azad olmaq istəyirik, ya yox? Bunu həll edək ki, mən də işimi bilim. Yoxsa əziyyət çəkirəm, gəlib görürəm dəyişdiriblər.--Aydın Əlizadə (müzakirə) 06:50, 6 avqust 2016 (UTC)
- Salam hörmətli Aydın Əlizadə. Biz keçmiş sovet düşüncəsindən azad olmaq istəyirik, amma bu inqilabi dəyişikliyi vikipediya edə bilməz. Vikipediya istinadlara əsaslanaraq yazılan virtual ensiklopediyadır. Əgər siz deyək ki, Azərbaycan dilində yeni nəşr olunan ensiklopediyalarda və ya deyək ki, AMEA-nın tarix, ədəbiyyat institutlarının etibarlı mənbə sayılacaq nəşrlərində və s. etibarlı mənbələrdə "Vergili" deyil, "VergiliUS" yazılışına rast gəlsəniz, o zaman burada məqalənin adını da o cür dəyişə bilərik. Amma sovet dövründə də, indi də etibarlı kağız nəşrlərimiz "Vergili" yazırsa, biz də burada elə yazacağıq. Başqa çıxış yolumuz yoxdur. --Sortilegus (müzakirə) 20:46, 7 avqust 2016 (UTC)
Salam hörmətli Sortilegus! Çox yaxşıdır ki, sovet düşüncəsindən aralanma istəyi var. Əsas istəkdir. O ki qaldı bunun əsasına, əsası elə mənim "Antik Fəlsəfə Tarixi" adlı kitabımdır. Bu Azərbaycan dilində buna aid yeganə müasir tədqiqatdır. Orada mən hər şeyi dünya elminə uyğun etmişəm. Kitab AMEAnın Fəlsəfə institutunun elmi şurasının qərarı ilə çap edilib. Ona görə də düzəltdiyim məqalələrdə adlar qoy mən etdiyim kimi qalsın. Buna həmən AMEAdan əsas var.
O ki qaldı köhnə yazılara ya da indiki bəzi yazarlara, onlar elə russayağı ona görə yazırlar ki, dünya elmindən xəbərsizdilər. Elə sovet kitablarında nə olub, onu da köçürdürlər.
Bizim isə bu Vikipediyada bütün dünya təqqiqatlarına girmək imkanımız var. Ona görə də biz dəyişməliyik hər şeyi. Biz etməsək, kim edəcək?
Bu səbəbdən xahiş edirəm ki, Posidoni səhifəsinin adını Posidoniusa dəyişəsiniz. Yoxsa mən bunu bir-iki dəfə edəndən sonra mənim ad dəyişmə hüququmu qadağan etdilər. Əsas yenə də mənim kitabımdır, orada istinad var, mənbə göstərilib.--Aydın Əlizadə (müzakirə) 09:03, 8 avqust 2016 (UTC)
- Hörmətli Aydın Əlizadə, bu məsələ hər halda ciddi müzakirə olunmalıdır. Bir sizin kitaba istinad edib bütün adları dəyişsək bu hər halda doğru olmaz. Üstəlik, özünüz də deyirsiniz ki, kitabınız yeganə müasir tədqiqatdır. Çünki bizim gənclər məktəbdən tutmuş universitetə qədər hər yerdə deyək ki, "Aristotel" öyrənirlər, indi biz bunu "Aristoteles" eləsək bu yanlış olar. Bütün sistem dəyişməlidir ki, sonra da vikipediyada bu dəyişsin. Biz vikipediyada tədqiqatları oxumuruq. Mümkünsə bu səhifə ilə Vikipediya:Vikipediya nə deyil? və oradakı müzakirə mövzumuza aid "Vikipediya şəxsi tədqiqat yeri deyil" bölməsi ilə tanış olun. Ona görə də yunan, roma adlarını indilik sovet dövründə olduğu kimi verməkdən başqa çıxış yolumuz yoxdur. Hörmətlə:--Sortilegus (müzakirə) 18:13, 8 avqust 2016 (UTC)
Hürmətli Sortilegus, anladım sizi. Yəni bizim dünya elmi ilə ayaqlaşmaq imkanımız mümkün deyil və millət sonsuzluğa qədər geriləməyə məhkumdur. Olsun, hər halda bu millətin dərdini çəkmək mənə qalmayıb.
Ancaq onda gəlin belə edək: Məsəmələn indi açdığım Selsus, Panetius və s bu kimi filosofların adları qoy mən verdiyim kimi qalsın. Çünki onları azərbaycanlılar ilk dəfə öz dillərində məndən oxuyacaqlar. Onların adları tədris proqramlarda olmayıb, onlar haqqında tədqiqatlar da yoxdur. Elə ilk dəfə mən yazmışam. Belə olsa necə? --Aydın Əlizadə (müzakirə) 18:26, 8 avqust 2016 (UTC)
- Əgər sovet dövründə və indiki vaxtda Azərbaycan dilində nəşr olunan dərsliklərdə, ensiklopediyalarda, etibarlı mənbə sayıla biləcək akademik nəşrlərdə o şəxslərin adları yoxdursa, hələlik qala bilər təbii ki. Siz elə öz kitabınıza istinad yerləşdirin o məqalələrə, adlara etiraz edən istifadəçilərimiz artıq adlandırma ilə bağlı etibarlı mənbə özləri axtarsınlar. Amma Platon, Aristotel, Vergili və s. və s. çox sayda o dövrün filosof və yazıçılarının adları rus dilinin təsiri ilə artıq bizim dildə bu cür "oturuşub". Onları biz vikipediyada dəyişib orijinala yaxın edə bilmərik. Hörmətlə:--Sortilegus (müzakirə) 20:21, 8 avqust 2016 (UTC)
Oldu. Bu yaxşı anlaşmadır. Çox sağolun.--Aydın Əlizadə (müzakirə) 07:27, 9 avqust 2016 (UTC)
- Aydın müəllim. Ruscaya istinadın bir müsbət cəhəti var, sözü olduğu kimi götürmək olur. Vergilius rusca Vergili yazılırsa biz də elə bu varianta üstünlük verə bilərik. Ola bilər ki, latın, yaxud yunan dilində sozün sonunda yazılan us şəkilçisi oxunmur. Çünki, ingilis dilində də Vergilius yox, Virgil yazılıb. Fransız dilində Virgile, italyan dilində Virgilio, ispan dilində Virgilio. Bunlara baxmayaraq siz nəyə görə Vergilini Vergilus kimi yazmaq istəyirsiniz, anlamaq olmur? Vergili-nin Vergili (talantlı) kimi tələffüz edilməməsi üçün isə yardımçı işarələrdən, məsələn vurğu işarəsindən və saitin uzandığını bildirən işarədən istifadə edilməlidir. Amma mən nəsə bizim vikipediyada belə işarələrdən istifadə edilməsinə təsadüf etməmişəm. Gec də olsa bunlardan istifadəyə başlamaq lazım olduğunu düşünürəm, əlbəttə ki əgər indiyə qədər istifadə edilməyibsə. Al.xonder (müzakirə) 14:12, 12 avqust 2016 (UTC)
Hörmətli Al.xonder, bu ruslar öz dillərinə uyğun veriblər hər şeyi. Bəlkə də yaxşı ediblər özləri üçün. Onların dillərinə uyğundur bu səslənmələr. Ancaq Azərbaycan dilində gərək düşünək ki, biz rus elminə, ya dünya elminə uyğunlaşırıq. Mən özün üçün bu məsələni həll etmişəm. Ancaq dünya elminə doğru gedilməlidir. Ruslara istinad vermək yaxşıdır, ancaq dünya reallıqlarını nəzərə alaraq. Həm də elə eləmək lazımdır ki azərbaycanca gülməli və kobud səslənməsin. Hər halda dünya dilləri qabağımızdadır. Baxaq alman, ingilis, ispan necə deyir, onlaara görə də ümumi nəticəyə gəlmək lazımdır. Həm də türklərə baxılmalıdır. Məncə biz türklərlə də yaxın terminologiyaya doğru getməliyik. --Aydın Əlizadə (müzakirə) 18:19, 18 avqust 2016 (UTC)
Məqalə adları
Əsənliklər,həmkarlar.Burada bir Anadolu türkü olan həmkarımız və dostum Onur beg 20000 məqalə yaradarkən dil tərcüməsi zamanı yalnışlıqlar edir.Buna görə də bir sıra məqalələr silinməli və ya adları dəyişilməlidir.Zəhmət olmasa,bunları edin:
- Dedeаqаç məqaləsini silmək lazımdır, çün dədəağac adlı məqalə var.
- Şərqi Makedoniya və Trakya məqalənin adı Şərqi Makedoniya və Frakiya adı ilə əvəzlənməlidir.
- Hüseyn bin Əli et-Türki məqaləsinin adı Hüseyn ibn Əli ət-Türki olaraq dəyişməlidir.
- Artuk bəy məqaləsinin adı Artuq bəy olaraq dəyişməlidir.
- Artuklu bəyliyi məqaləsinin adı Artuqlu bəyliyi olaraq əvəzlənməlidir.
- Trakiya məqaləsi silinməlidir, çün Frakiya adlı məqalə var.
İndidən təşəkkür edirəm. --AzerbaijanRoya (müzakirə) 09:44, 9 avqust 2016 (UTC)
WikiTurkic
I invite you to discuss m:User talk:Рөстәм Нурыев/WikiTurkic --Рөстәм Нурыев (müzakirə) 14:20, 9 avqust 2016 (UTC)
Save/Publish
The Editing team is planning to change the name of the “Səhifəni yayımla” button to “Səhifəni yayımla” and “Dəyişiklikləri yayımla”. “Səhifəni yayımla” will be used when you create a new page. “Dəyişiklikləri yayımla” will be used when you change an existing page. The names will be consistent in all editing environments.[1][2]
This change will probably happen during the week of 30 August 2016. The change will be announced in Tech News when it happens.
If you are fluent in a language other than English, please check the status of translations at translatewiki.net for “Səhifəni yayımla” and “Dəyişiklikləri yayımla”.
The main reason for this change is to avoid confusion for new editors. Repeated user research studies with new editors have shown that some new editors believed that “Səhifəni yayımla” would save a private copy of a new page in their accounts, rather than permanently publishing their changes on the web. It is important for this part of the user interface to be clear, since it is difficult to remove public information after it is published. We believe that the confusion caused by the “Səhifəni yayımla” button increases the workload for experienced editors, who have to clean up the information that people unintentionally disclose, and report it to the functionaries and stewards to suppress it. Clarifying what the button does will reduce this problem.
Beyond that, the goal is to make all the wikis and languages more consistent, and some wikis made this change many years ago. The Legal team at the Wikimedia Foundation supports this change. Making the edit interface easier to understand will make it easier to handle licensing and privacy questions that may arise.
Any help pages or other basic documentation about how to edit pages will also need to be updated, on-wiki and elsewhere. On wiki pages, you can use the wikitext codes {{int:Publishpage}}
and {{int:Publishchanges}}
to display the new labels in the user's preferred language. For the language settings in your account preferences, these wikitext codes produce “Səhifəni yayımla” and “Dəyişiklikləri yayımla”.
Please share this news with community members who teach new editors and with others who may be interested.
Whatamidoing (WMF) (talk) 18:02, 9 avqust 2016 (UTC)
- Yuxarıdakıların hamısını tərcümə etməyə vaxtım olmasa da, qısaca bildirim ki, 30 avqust 2016-cı ildən etibarən ən aşağıda "Səhifəni qeyd et" yazısı əvəzinə "Səhifəni yayımla" və "Dəyişiklikləri yayımla" yazılarını görəcəyik. Bunun da əsas səbəbi yeni istifadəçiləri çaşdırmamaq imiş. Artıq translatewiki-də uyğun tərcümələri etmişəm [3],[4]--White DemΩn (müzakirə) 18:22, 9 avqust 2016 (UTC)
Стандартная марка
Salam. Стандартная марка azərbaycan dilinə necə tərcümə edilir?--Shahrux (müzakirə) 20:22, 10 avqust 2016 (UTC)
- Standart poçt markası və ya standart marka --Aabdullayev851 (müzakirə) 11:57, 12 avqust 2016 (UTC)
- Təşəkkürlər, Aabdullayev851. Dediyiniz variantı internetdə axtaranda tapmamışdım. Ona görə əmin deyildim.--Shahrux (müzakirə) 14:27, 12 avqust 2016 (UTC)
- Bir də полупочто́вые ма́рки və Почтовый блок azərbaycan dilində necə deyilir?--Shahrux (müzakirə) 14:50, 12 avqust 2016 (UTC)
- Почтовый блок - poçt bloku. Полупочто́вые ма́рки isə məncə Xeyirxah markaları olacaq. -Мурад 97 (müzakirə) 15:30, 12 avqust 2016 (UTC)
- Полупочто́вые ма́рки ikinci addır, asas adı "Почто́во-благотвори́тельные ма́рки", yəni "poçt-xeyriyyə markaları"dır. Al.xonder (müzakirə) 15:35, 12 avqust 2016 (UTC)
- Hər ikinizə kömək üçün təşəkkür edirəm.--Shahrux (müzakirə) 16:05, 12 avqust 2016 (UTC)
- Полупочто́вые ма́рки ikinci addır, asas adı "Почто́во-благотвори́тельные ма́рки", yəni "poçt-xeyriyyə markaları"dır. Al.xonder (müzakirə) 15:35, 12 avqust 2016 (UTC)
- Почтовый блок - poçt bloku. Полупочто́вые ма́рки isə məncə Xeyirxah markaları olacaq. -Мурад 97 (müzakirə) 15:30, 12 avqust 2016 (UTC)
- Bir də полупочто́вые ма́рки və Почтовый блок azərbaycan dilində necə deyilir?--Shahrux (müzakirə) 14:50, 12 avqust 2016 (UTC)
- Təşəkkürlər, Aabdullayev851. Dediyiniz variantı internetdə axtaranda tapmamışdım. Ona görə əmin deyildim.--Shahrux (müzakirə) 14:27, 12 avqust 2016 (UTC)
Şablon yaratmaq xahişi
Salam!
Burada oxudum ki, şablonu yaratmaq üçün müraciət edilməlidir və iştirakçılar onu yaratmağa kömək edəcəklər.
Mənə ANTİK FƏLFƏFƏ adlı şablon lazımdır ki, bu mövzuda açdığım məqalələrdə onu yerləşdirim. Şablonun quruluşunu bu sxem üzrə etmək lazımdır. Orada bütün linklər aktivdir. Çox sağolun. --Aydın Əlizadə (müzakirə) 11:31, 15 avqust 2016 (UTC)
- Salam Aydın Əlizadə. Hansısa digər vikipediyada varmı siz istədiyiniz və ya ona bənzər şablon? Varsa ona buradan keçid verin, təcrübəli istifadəçiləimiz ona uyğun burada şablon yarada bilsinlər. --Sortilegus (müzakirə) 10:04, 16 avqust 2016 (UTC)
Ferekid məqaləsi
Ferekid Bu məqalədən başqa dillərə keçid verəndə səhv etdim. Keçidi Pherecydes of Syros məqaləsinə vermək lazımdır. Onu zəhmət olmasa düzəldin, mən bilmirəm necə edim. --Aydın Əlizadə (müzakirə) 19:12, 15 avqust 2016 (UTC)
- Həll etdim.--White DemΩn (müzakirə) 19:47, 15 avqust 2016 (UTC)
Təşəkkür edirəm --Aydın Əlizadə (müzakirə) 04:06, 16 avqust 2016 (UTC)
Planetlər
Salam. Planet məqalələrinin başlığındakı Ütarid, Zöhrə, Mərrix və Müştəri yazılması nə dərəcə zəruridir? --Yusif Sərrac (müzakirə) 14:08, 20 avqust 2016 (UTC)
- Fars-ərəb sözləri olan "Mərrix", "Müştəri" və s. kimi planet adlarının yazılmasında heç bir zərurət yoxdur. --Farid Aliyev (müzakirə) 16:27, 20 avqust 2016 (UTC)
- Mən də heç bir zərurət görmürəm, ancaq sadaladığım adlar planetlərin məqalələrində giriş hissədə verilib, əsas adla yanaşı. Qalması üçün xüsusi bir səbəb yoxdursa, ləğv edərdim. --Yusif Sərrac (müzakirə) 19:18, 20 avqust 2016 (UTC)
- Hal-hazırda bu adlar işlədilmir. Amma klassik Azərbaycan adabiyyatında işlənib. Məktəb dərsliklərindəki klassik ədəbiyyat nümunələrində Venera yox, Zöhrə yazılır. Əgər əsas adla yanaşı yazılmasını istəmirsizsə, girişdə, məsələn, Venera üçün belə göstərin: "Klassik Azərbaycan ədəbiyyatında "Zöhrə" adı ilə tanınır. Al.xonder (müzakirə) 19:34, 20 avqust 2016 (UTC)
- Mən burda Al.xonderlə razıyam.--Azerifactory (müzakirə) 02:11, 21 avqust 2016 (UTC)
- Evimizdə ASE adlanan qırmızı ensiklopediyanın ikinci cildi var. Venera məqaləsinin girişi belədir
- Mən də heç bir zərurət görmürəm, ancaq sadaladığım adlar planetlərin məqalələrində giriş hissədə verilib, əsas adla yanaşı. Qalması üçün xüsusi bir səbəb yoxdursa, ləğv edərdim. --Yusif Sərrac (müzakirə) 19:18, 20 avqust 2016 (UTC)
«VENERA (Zöhrə) – Günəş sisteminin Günəşə yaxınlığına görə ikinci planei».
Məncə problemin ən doğru həlli bu ola bilər. İkinci ad mötərizəyə alınmalıdır. Fikrimcə heç bir narazılıq olmayacaq. Al.xonder (müzakirə) 11:13, 21 avqust 2016 (UTC)
- Təklif və düşüncələriniz üçün sağ olun. --Yusif Sərrac (müzakirə) 16:58, 21 avqust 2016 (UTC)
- Yusif Sərrac, Adla yanaşı və ya adın qarşısında mötərizədə yazmağa ehtiyac yoxdur. Giriş bölməsində aşağıda 1 cümlə ilə verilə bilər ki, Şərqdə və Klassik Azərbaycan ədəbiyyatında filan adla tanınır.--samral müzakirə 13:00, 23 avqust 2016 (UTC)
Salam həmkarlar. Bu günə qədər mən bu şairləri ayrı-ayrı şəxs olduqlarını zənn edirdim. Bu gün vikimənbədə redaktələrim zamanı bu iki şairin şeirlərinin bir-birinə qarışdığını gördüm. Yəni eyni bir şairdilər belə çıxdı ki. Axı başqa-başqa yerdə doğulduqları da məlumdu. Necə bilirsiz bunları birləşdirəkmi? --Araz Yaquboglu (müzakirə) 13:16, 21 avqust 2016 (UTC)
- Şeirlərin qarışdırılması adlarının oxşarlığına görə mümkündür. Amma onlar bir şəxs hesab etmək mümkün deyil. Biri Oğuzda yaşayıb, o biri Qarabağda. Oğuzda yaşayan şairin kəndi, belə görünür ki, indi onun adını daşıyır. Al.xonder (müzakirə) 14:14, 21 avqust 2016 (UTC)
Səhl ibn Sunbat məsələsi
Meqalanin MS-də yazdığıma kimsə cavab verməmişdir. Məqsədim məqaləni təkminləşdirmək, zənginləşdirmək və məqalədəki səhvləri düzəltmək olub. Amm 1 aydır ki, Səhl ibn Sunbat məqaləsinin redaktəsi bağlı olduğundan, heç nə edə bilmirəm. Bir məqalənin redaktəsinə başlamaq üçün aylarla gözləməyin nə mənası vas? Al.xonder (müzakirə) 09:51, 22 avqust 2016 (UTC)
Şablon:Filosof
Hörmətli həmkarlar.
Şablon:Filosof - da "sələfləri" və "xələfləri" adlı başlıqlar var. Onlar doğru məna vermir. İngiliscə həmin başlıqlar "influences" və "influenced" - dir. Yəni "Təsirlənmiş" və "Təsir etmiş". Ona görə də o yerləri "TƏSİRLƏNMİŞLƏRİ və "TƏSİR ETMİŞLƏRİ" - yə dəyişmək lazımdır. Yəni orada söhbət sələf-xələf yox, ideyaların təsir etməsindən gedir. Xahiş edirəm o yeri düzəldəsiniz. --Aydın Əlizadə (müzakirə) 13:06, 22 avqust 2016 (UTC)
- Həll etdim.--White DemΩn (müzakirə) 13:13, 22 avqust 2016 (UTC)
Çox sağolun. --Aydın Əlizadə (müzakirə) 17:01, 22 avqust 2016 (UTC)
Azərbaycanlılar
Əsənliklər, həmkarlar.Niyə siz Azərbaycan məqaləsində "türklər" sözünü dəyişib Azərbaycanlılar edirsiniz? Məgər ləzgilər, talışlar Azərbaycanlı deyilmi? Adını çəkdiyim xalqlar da Azərbaycanlıdır, sadəcə Türk deyillər.Amma ora Azərbaycanlı yazılanda yalnışlıq olur. Xahiş edirəm, mənə izah edin. Bu arada mən bunu məqalənin müzakirə səhifəsində yazmışdım, amma vecinə alan olmadı. Təşəkkürlər. --AzerbaijanRoya (müzakirə) 17:51, 23 avqust 2016 (UTC)
- Çox xahiş edirəm - bu politkorrekt, bu siyasətyönümlü mövzuları gəlin qoyaq bir kənara. Standartda nədirsə, o da yazılmalıdır. Pantürkist nöqteyi-nəzərindən yox, qanun və ümumən qəbul olunmuş standartlara əsasən redaktə edilməlidir. --Farid Aliyev (müzakirə) 18:10, 23 avqust 2016 (UTC)
- AzerbaijanRoya siz əvvəlcə "azərbaycanlılar" və "türk" sözlərinin cümlə işində kiçik hərflə başlamalı olduğunu öyrənməlisiniz. Niyə "talışlar"ı və "ləzgilər"i belə yazırsız, amma "azərbaycanlılar"la və "türk"ləri yox? Bunun səbəbini izah edə bilərsizmi? Al.xonder (müzakirə) 18:55, 23 avqust 2016 (UTC)
Al.xonder, bununla neçənci dəfədir ki, siz mənim yazı işimə qatışırsınız.Mənim yazımın sizə nə aidiyyatı var axı?Hər şey müəyyən hörmət dərəcəsindədir.Mənim necə yazmağımın heç kimə aidiyyatı yoxdur.Bir daha belə etsəniz, sizi şikayət edəcəm.Yetər artıq.Sizin kimilərə görə vikiyə girmək belə istəmirəm.Və sizin nəzərinizə mən Türkləri üstün tutduğum üçün belə də edirəm.Dəfələrlə dediyim kimi məqalədə belə yazmıram.Məndən də sizə kiçicik bir məsləhət, yazılarınızı yazdıqdan sonra tez peşman olmayın. --AzerbaijanRoya (müzakirə) 19:04, 23 avqust 2016 (UTC)
Farid Aliyev, dedim axı, mən səbəb istəyirəm.Yazımda nə kimi pantürklük gördünüz?Sadəcə sual verirəm son dərəcə hörmətlə.Və cavab da istəyirəm.Məgər ləzgi, talış və digərləri Azərbaycanlı deyilmi? --AzerbaijanRoya (müzakirə) 19:07, 23 avqust 2016 (UTC)
- Cənab AzerbaijanRoya, talış və ləzgi AR-nın vətəndaşlarıdırlar, lakin bir xalq və millət olaraq özeyniləşdirmək xüsusiyyətlərinə malikdirlər. Talış və azərbaycanlını bir xalq kimi eyniləşdirmək düzgün deyil və "azərbaycanlı" sözü olduğu halda, "türk" sözündən istifadə etmək nə qədər düzgündür, bu bir az gəliz məsələdir. --Farid Aliyev (müzakirə) 19:13, 23 avqust 2016 (UTC)
Farid Aliyev, xeyr, xeyr, mən sizdən yalnız bunu soruşuram.Talışlar Azərbaycanlı deyil?Azərbaycan bir coğrafi məkan adıdır və burada yaşayanlar da buralı olurlar.Azərbaycanlı deyə bir etnik qrup tarixdə heç zaman olmayıb, ola da bilməz. --AzerbaijanRoya (müzakirə) 19:16, 23 avqust 2016 (UTC)
- AzerbaijanRoya mən niyə yazılarımı yazdıqdan sonra tez peşman olmalıyam ki? Bundan başqa siz deyirsiniz "Azərbaycanlı deyə bir etnik qrup tarixdə heç zaman olmayıb, ola da bilməz". Bunu siz deyirsiniz, biz niyə sizə inanmalıyıq, bir özünüzə sual verə bilərsinizmi? Dövlətimizin qanunları var, konstitusiyası var, ensiklopediyaları var, akademiyası var. Biz onlara yox sizə inanaqmı? Ukraynalı necə, belə bir etnik qrup da yoxdur sizin fikrinizcə? Bəlkə ukraynalı əvəzinə rus yazaq? Al.xonder (müzakirə) 19:33, 23 avqust 2016 (UTC)
- Cənab AzerbaijanRoya, sizin açdığınız bu mövzu mən deyərdim ki, vaxtaşırı olaraq müxtəlif istifadəçilər tərəfindən buraya gətirilir və son nöqtə olaraq da birmənalı olaraq "azərbaycanlı" terminindən istifadə edilməsinə dair yekdil qərar qəbul olunur. Xalqın adı, onun yaşadığı coğrafi məkana əsaslanır, Necə ki, tarixən Alleman vilayəti olub, orada yaşamış german tayfalarına alman adı verilib, necə ki, Flandriya adlı bölgə olub, onun ərazisində yaşayan xalqa flamand adı verilib, o cür də Azərbaycan adlı tarixi vilayətdə yaşayan türkdilli xalqa Azərbaycanlı adı verilib. Bu qədər sadə yəni. Bilirsiz, bu populist, türkşüvənd tipli ismarıclar Vikipediyada çox səslənir. Məsələn bütün Azərbaycan KİV-lərində İsrailin Yerusəlim şəhərini burda çalışan istifadəçilər nəyəsə görə Qüds olaraq görməyi arzulayırlar, bu yenə də o populist, pantürkist yanaşma ilə əlaqələnir və Vikipediyanın neytral fəaliyyəti üçün tamamilə ziddir. --Farid Aliyev (müzakirə) 19:35, 23 avqust 2016 (UTC)
- Azərbaycanlıarla bağlı Farid Aliyevin fikri tam doğrudur. Amma Qüds məsələsində səhvdir. Biz Rusiya şəhəri Астрахань ı Həştərxan kimi yazırıq. Yerusəlimi isə Qüds kimi. Bu bizim arzumuz deyil. Bizim dilimizdə belə yazılır, biz də belə yazılıq. Arzu isə azərbaycanlıları türk yazmaqdır. Çoxu bunu arzulayır, amma sonda yaza bilmirdilər, çünki qaydalara uyğun gəlmirdi. İndi Milli ensiklopediyaya istinad edid dəyişiblər. Amma çox keçməyəcək. Mən daha əvvəl yazmışdım ki Milli ensiklopediya etibarsız elan edilməlidir. İkincisi isə burada hələ Qüds məqaləsi yoxdur, hansısa 2-ci dərəcəli məqaləyə istinad edilib. Bir də ki, Qüds İsrailin şəhəri deyil, Fələstinin paytaxtıdır. İsrail bu şəhərin bir hissəsini işğal edib. Al.xonder (müzakirə) 19:44, 23 avqust 2016 (UTC)
- Cənab AzerbaijanRoya, sizin açdığınız bu mövzu mən deyərdim ki, vaxtaşırı olaraq müxtəlif istifadəçilər tərəfindən buraya gətirilir və son nöqtə olaraq da birmənalı olaraq "azərbaycanlı" terminindən istifadə edilməsinə dair yekdil qərar qəbul olunur. Xalqın adı, onun yaşadığı coğrafi məkana əsaslanır, Necə ki, tarixən Alleman vilayəti olub, orada yaşamış german tayfalarına alman adı verilib, necə ki, Flandriya adlı bölgə olub, onun ərazisində yaşayan xalqa flamand adı verilib, o cür də Azərbaycan adlı tarixi vilayətdə yaşayan türkdilli xalqa Azərbaycanlı adı verilib. Bu qədər sadə yəni. Bilirsiz, bu populist, türkşüvənd tipli ismarıclar Vikipediyada çox səslənir. Məsələn bütün Azərbaycan KİV-lərində İsrailin Yerusəlim şəhərini burda çalışan istifadəçilər nəyəsə görə Qüds olaraq görməyi arzulayırlar, bu yenə də o populist, pantürkist yanaşma ilə əlaqələnir və Vikipediyanın neytral fəaliyyəti üçün tamamilə ziddir. --Farid Aliyev (müzakirə) 19:35, 23 avqust 2016 (UTC)
- AzerbaijanRoya mən niyə yazılarımı yazdıqdan sonra tez peşman olmalıyam ki? Bundan başqa siz deyirsiniz "Azərbaycanlı deyə bir etnik qrup tarixdə heç zaman olmayıb, ola da bilməz". Bunu siz deyirsiniz, biz niyə sizə inanmalıyıq, bir özünüzə sual verə bilərsinizmi? Dövlətimizin qanunları var, konstitusiyası var, ensiklopediyaları var, akademiyası var. Biz onlara yox sizə inanaqmı? Ukraynalı necə, belə bir etnik qrup da yoxdur sizin fikrinizcə? Bəlkə ukraynalı əvəzinə rus yazaq? Al.xonder (müzakirə) 19:33, 23 avqust 2016 (UTC)
Al.xonder, sizə bir söz deyim.Siz əvvəla mövzunu dəyişməyin.Siz mənə cavab verin.Mənim yazı stilimdən sizə nə axı? Və qaydalara yox, vikipediyaçıların maraqlarına uyğun gəlmir. --AzerbaijanRoya (müzakirə) 19:53, 23 avqust 2016 (UTC)
Farid Aliyev, hörmətli həmkar, axı mən deyirəm ki, talışlar da Azərbaycanlıdır.Yoxsa bununla razı deyilsiniz? --AzerbaijanRoya (müzakirə) 19:53, 23 avqust 2016 (UTC)
- Röya xanım. Sizin bildirdiyiniz fikir həqiqətdir. Ümumiyyətlə azərbaycanlı adında bir millət heç bir zaman olmayıb. Bu sadəcə məna etibari ilə Azərbaycan adlı məmləkətdə yaşayan əhali anlamında işlədilir. O ki qaldı bizim millətimiz olan Azərbaycan türklərinə, bu millətin formalaşdıran 80-85 % Oğuz türkləri və yerdə qalan hissəni isə qıpçaq türkləri iştirak etmişdir. Təbii ki hər şeyin öz adı ilə çağrılması zənnimcə daha düzgün olardı. Mən sizlə bu məsələdə məhrəy olsamda onu bilin ki, Bir ərəbin qeyri ərəbdən heç bir üstünlüyü olmadığı kimi, qeyri ərəbin də ərəbdən heç bir üstünlüyü yoxdur.Qolçomaq (müzakirə) 19:58, 23 avqust 2016 (UTC)
Qolçomaq, hörmətli həmkar, sizinlə tam olaraq razıyam.İkinci məsələyə gəldikdə isə bunun mənim üçün vikidə heç bir əhəmiyyəti yoxdur.Təşəkkür edirəm. --AzerbaijanRoya (müzakirə) 20:15, 23 avqust 2016 (UTC)
- AzerbaijanRoya mən sizə bir-neçə sual verdim, amma cavab vermədiniz. Buna baxmayaraq sizin sualınıza cavab verəcəyəm. Yazı sitilinizin mənə o dəxli var ki, yazınızdakı yanlışlıqlar bir həmkar kimi məni narahat edir və mən bunu sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm.
- Qolçomaq azərbaycanlı süzünün bir mənası yoxdur. Etnik mənada da işlədilə bilər, yaşayış mənasında da. Məsələn ukraynalı həm millət adıdır, həm də Ukraynada yaşayanlara deyilir. 1-ci mənada işləndikdə etnik ukraynalıar, yəni xaxollar, 2-ci mənada işləndikdə isə milliyyətindən asılı olmayaraq Ukraynada yaşayan bütün şəxslər, o cümlədən tatarlar, qaqauzlar, ermənilər, polyaklar, yəhudilər, ən nəhayət ruslar da ukraynalı hesab oluna bilər. Al.xonder (müzakirə) 20:45, 23 avqust 2016 (UTC)
Al.xonder, ola bilər sizi rahatsız etsin, məsələn sizin də mənim yazıma qatışmanız məni rahatsız edir.Sizdən son dərəcə xahiş edirəm ki, artıq mənim yazı işimə qatışmaqdan əl çəkin.Bununla artıq ikinci dəfədir ki, siz yenə də mənim yazıma diqqət edirsiniz.Sizin mənim yazı stilimə yox, yazımın mövzusuna diqqət yetirməyiniz daha xoş olacaq.Dediyim kimi mən məqalələrdə əlimdən gəldiyi qədər doğru yazmağa (öz lüğətimizdəki sözlərdən istifadə etməyə) çalışıram.Bu söhbəti bağlasaq, daha xoş olacaq.Necə deyərlər, "az danış, məqalə yaz".Təşəkkürlər! --AzerbaijanRoya (müzakirə) 08:38, 24 avqust 2016 (UTC)
- AzerbaijanRoya yazmışsız ki, yazıma qatışmağım sizi rahatsız edir. Sonra isə yazınızın mövzusuna toxunağımın sizə xoş olacağını qeyd etmişsiz. Sizin bütün suallarınızı cavablandırdığım halda, siz mənim suallarıma cavab vermədiz. İndi isə nəyə görə szin yazı üslubunuza qarışdığımın səbəbini deyim. Bildiyiniz kimi vikipedia sosial şəbəkə, əyləncə yeri deyil. Burada gənclər, professorlar, müəllimlər, müxtəlif peşə sahibləri çalışırlar. Siz evdə ananıza, atanıza, ya müəlliminizə, ya tanışlarınıza və yaxınlarınıza salam əvəzinə "əsənliklər" deyirsinizmi? Siz belə etsəniz onlar bunu hörmətsizlik kimi anlayacaqlar. Vikipediya da belə. Salam əvəzinə "əsənliklər"i şəxsən mən hörmətsizlik kimi başa düşürəm. Yeni istifadəçi olduğunuz üçün bunu sizə heç kim qadağan etmir. Amma buna görə nə vaxtsa xəbərdarlıq alacaqdınız. Azərbaycan və türkləri böyük, talış və ləzgiləri kiçik yazmağınıza izahat da başqalarının heysiyyatına toxunur. Burada milli-ayrı seçkintilik etmək olmaz. Bu barədə daha yazmayacağam. Həmkar kimi öz borcumu artıqlaması ilə yerinə yetirdim. Nəzərinizə bir daha çatdırmaq istəyirəm ki, Sizin bütün suallarınızı cavablandırdığım halda, siz mənim suallarıma cavab vermədiz. Al.xonder (müzakirə) 09:48, 24 avqust 2016 (UTC)
Al.xonder, əziz həmkar, əgər sizi belə maraqlandırırsa, mən tanışlarıma da "əsənliklər" deməyə çalışıram.Və ərəbcə deyil də, Azərbaycan türkcəsində danışmaq hörmətsizlikmi hesab olunur?Bu dediyiniz çox yalnışdır.Və mən burada yeni istifadəçi deyiləm.Mənim hesabım burada 2 ilə yaxındır ki, mövcuddur.Lakin çox az girməyə çalışıram.Məni kim xəbərdar edirsə, etsin.Mən həmişə çalışacağam ki, öz dilimdə danışım.Mənim yazıma da rəy bildirməyin, sizdən son dərəcə xahiş edirəm.İndi isə sağ olun, əziz həmkar! --AzerbaijanRoya (müzakirə) 10:01, 24 avqust 2016 (UTC)
- AzerbaijanRoya, mən dedim bu məsələ bitdi, keçək əsas məsələyə. Sonra isə yazınızın mövzusuna toxunağımın sizə xoş olacağını qeyd etmişsiz. Mən də həmin mövzuya toxunmuşam və sizə bir neçə sual vermişəm. Amma hər dəfə bunu sizə xatırlatsam da, suallarıma vavab verməyi unudursunuz. Siz suallara cavab verməyəcəkdinizsə, onda niyə müzakirə açmışdınız? Al.xonder (müzakirə) 10:09, 24 avqust 2016 (UTC)
Al.xonder, çox gözəl.Buyurun, sualınızı verin.Hansı sualı verdiyinizi anlamadım.Zəhmət deyilsə, bir daha təkrar edərdiniz. --AzerbaijanRoya (müzakirə) 10:10, 24 avqust 2016 (UTC)
- Mən bir sualı neçə dəfə yazmalıyam? Yuxarıda yazdıqlarımı oxuyun, sual işarəsi ilə bitən cümlələrə diqqət yetirin. Məsələn yazmışdım, Bundan başqa siz deyirsiniz "Azərbaycanlı deyə bir etnik qrup tarixdə heç zaman olmayıb, ola da bilməz". Bunu siz deyirsiniz, biz niyə sizə inanmalıyıq, bir özünüzə sual verə bilərsinizmi? Dövlətimizin qanunları var, konstitusiyası var, ensiklopediyaları var, akademiyası var. Biz onlara yox sizə inanaqmı? Ukraynalı necə, belə bir etnik qrup da yoxdur sizin fikrinizcə? Bəlkə ukraynalı əvəzinə rus yazaq? Al.xonder (müzakirə) 10:14, 24 avqust 2016 (UTC)
Al.xonder, mən sizə deyirəm ki, talışlar da Azərbaycanlıdır.Azərbaycanlı bir etnik qrup deyil.Bunu yalnız mən demirəm.Bu hər yerdə belədir.Əgər belə deyilsə, onda niyə talışların şəxsiyyət vəsiqəsinə "azərbaycanlı" yazılır?Məgər onlar iranlıdırlar?Xeyr!Onlar da Azərbaycanlıdırlar.Sadəcə türk deyillər.Biz bu məqalədə "Azərbaycanlı" yazmaqla böyük yalnış edirik.Çün Azərbaycanlı deyə bir etnik qrup yoxdur.Mən sizdən yalnızca bunu soruşuram.Talışlar Azərbaycanlı deyilmi? --AzerbaijanRoya (müzakirə) 10:31, 24 avqust 2016 (UTC)
- Mənim suallarıma cavab vermək fikriniz yoxdur deyəsən. Sizin sonuncu sualın cavabını isə mən artıq yazmışam, yenə də yazımmı? Talışlar azərbaycanlıdır sualı 2 mənada verilə bilər. 1-ci etnik mənada, 3-ci yaşayış yeri mənasında. Etnik mənada, talışlar talışdırlar, azərbaycanlı deyillər. Yaşayış yeri mənasında Azərbaycanda yaşadıqlarına görə azərbaycanlıdırlar. necə ki Bakıda yaşayanlar bakılıdırlar, amma bakılı etnik məna daşımır, yaşadığı yeri bildirir. Paspor məsələsində heç kimin pasportunda milliyyət yazılmır. O cümlədən İranda da heç kimin pasportunda fars, türk, kürd də yazılmır, iranlı yazılır, Azərbaycandakı kimi. Al.xonder (müzakirə) 10:43, 24 avqust 2016 (UTC)
Ukraynalı məsələsini sizə izah edim.Ukrayna vətəndaşları özlərini slavyan yox, ukraynalı adlandırırlar.Onlar digər azlıqlara isə öz adları ilə müraciət edirlər.Lakin bizdə fərqi yoxdur.Kim kimdir, kim nədir.Hamı Azərbaycanlıdır bizdə.Və İran və Azərbaycanı müqayisə etmək qəribədir.Çün İranın əhalisinin əsası olan farslar İranda heç əhalinin 50%-ini keçmir.Amma bizdə isə əhalinin əsas hissəsi olan Azərbaycan türkləri əhalinin böyük bir hissəsini əhatə edir.İran bunu edərək digər millətdən olanları iranlılaşdırır, lakin biz bunu etməklə nə məqsəd güdürük, bunu heç mən də bilmirəm.Ukraynalılardan fərqli olaraq bizdə isə digər xalqlar da Azərbaycanlı adlandırılır. --AzerbaijanRoya (müzakirə) 11:05, 24 avqust 2016 (UTC)
- Siz bir şeyi başa düşə bilmirsiniz hələ. Azərbaycanlı və ukraynalı sözlərinin hər birinin 2 mənası var. Biri etnik, 2-cisi isə vətəndaşlıq. Bizdə əhalinin siyahıyaalınması keçirilir. Etnik mənsubiyyətinə görə talışlar, talış, ləzgilər ləzgi, udinlər udin, ruslar rus, erməni erməni kimi kimi qeydə alınır. Əgər siz deyən kimi hamı azərbaycanlı yazılırsa, onda Azərbaycanda yaşayan rusların, talışların və s.lərin sayı haradan yaranır? İkincisi isə yenə əsas sualdan yayındınız. Bir millət olaraq azərbaycanlıların rəsmi adı azərbaycanlıdır. BMT də bunu qəbul edir, akademiyalar da, konstitusiyamız da. Siz də başlamsınızki, azərbaycanlı adında etnik qrup yoxdur, ola bilməz. Biz sizə inanaq, ya akademiyaya, konstitusiyaya, rəsmi sənədlərə? Al.xonder (müzakirə) 11:43, 24 avqust 2016 (UTC)
Özüm Türkcüyəm. Xalqımızın adı Azərbaycanlılardır. --Мурад 97 (müzakirə) 19:35, 24 avqust 2016 (UTC)
Qüds - Yerusəlim məsələsi
Milli Ensiklopediyanın 3-cü-7-ci əsrlər Azərbaycan tarixi bölməsinə istinad edilməklə, Qüds şəhəri məqaləsinin adı Yerusəlim kimi dəyişdirilib. 3-7-ci əsrlərdə şəhər əlbəttə ki Yerusəlim adlana bilərdi. Kitabın fəlsəfə bolməsində 523-cü səhifədə isə Qüds yazılıb. Mənbənin 184-cü səhifəsində Konstantinopl yazılır deyə, biz Stambulun adını Konstantinipol yazmalıyıq bəyəm? Qüds şəhəri Fələstinin rəsmi paytaxtıdır. Bütün müsəlmanlar şəhəri Qüds adı ilə tanıyır, azərbaycanlılar da o cümlədən. Xahiş edirəm məqalənin əvvəlki adı qaytarılsın Al.xonder (müzakirə) 21:29, 23 avqust 2016 (UTC)
Xahiş edirəm bu şablonu yerində yerləşdirəsiniz
Erkən Xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
--Aydın Əlizadə (müzakirə) 13:37, 24 avqust 2016 (UTC)
- Həll edildi--sefer azeri 10:03, 25 avqust 2016 (UTC)
Çox sağolun --Aydın Əlizadə (müzakirə) 10:09, 25 avqust 2016 (UTC)
Best Live-action Film
Salam. Best Live-action Film azərbaycan dilinə necə tərcümə olunur?--Shahrux (müzakirə) 20:12, 24 avqust 2016 (UTC)
- Salam, Shahrux. "Ən yaxşı bədii film" kimi tərcümə edilməlidir. --Babək Akifoğlu (müzakirə) 20:22, 24 avqust 2016 (UTC)(UTC)
- Təşəkkürlər.--Shahrux (müzakirə) 20:26, 24 avqust 2016 (UTC)
Bu gün 10 000-ci redaktəmi etdim!
Bu gün 10 000-ci redaktəmi etdim! Bunu sevdiyim bir lətifə ilə qeyd etmək istəyirəm:
Yaşlı və kifir katibə səhər işə gəlib öz rəisini görən kimi deyir: "Sabahınız xeyir, şef". Gözəl və cavan katibə isə yuxudan tez durub rəisini oyadır: "Artıq səhərdir, şef".
Bütün həmkarlarıma uğurlar. --Azerifactory (müzakirə) 06:11, 25 avqust 2016 (UTC)
Günün seçilmiş şəkli
Təsadüfdür, ya yox, mənim üçün maraqlı deyi, rus dilində vikipedianın 1-ci səhifəsində olan günün şəkli, azərbaycan dilində olan vikipedianın 1-ci səhifəsindəki günün şəkli ilə eynidir. Amma ruscada şəklin altında izah da var, azərbaycancada heç nə yoxdur. Bizdə də izah olsa idi pis olmazdı. Al.xonder (müzakirə) 15:29, 25 avqust 2016 (UTC)
Bizim vikidə artıq şəkillər seçilmiş statusu almır. Kommonsda hansı şəkil status alırsa və günün şəklidirsə [5] , o göstərilir.--Shahrux (müzakirə) 15:48, 25 avqust 2016 (UTC)
- Onda rusca vikipediyada da belədir. Amma yaxşı olar ki, ruscadakı kimi bizdə də izah verilsin. Al.xonder (müzakirə) 16:48, 25 avqust 2016 (UTC)
- Günün seçilmiş şəkli yerində niyə [[Şəkil: |300x300px]] durub? Olimpiyski (müzakirə) 13:04, 28 avqust 2016 (UTC)
- Onda rusca vikipediyada da belədir. Amma yaxşı olar ki, ruscadakı kimi bizdə də izah verilsin. Al.xonder (müzakirə) 16:48, 25 avqust 2016 (UTC)
Vikilüğətdə səsvermə
Salam. İngilis dilli vikilüğətdə mövcud olan Appendix ad fəzasının bizim Vikilüğətdə də olması üçün fabrikatora müraciət etdim. Müraciətin müsbət nəticələnməsi üçün səsvermə keçirilməsi vacibdir. Bu səbəblə səsvermə təşkil etməli olduq. Xahiş edirik öz fikrinizi bildirəsiniz. Səsvermə Viklüğətin Kənd meydanında keçirilir. --Aabdullayev851 (müzakirə) 17:53, 26 avqust 2016 (UTC)
Masonluq
Masonluq məqaləsini English Wikidən tərcümə etmək istəyirəm amma səhifə bağlıdır.--Azerifactory (müzakirə) 04:58, 27 avqust 2016 (UTC)--Azerifactory (müzakirə) 04:58, 27 avqust 2016 (UTC)
- Azerifactory həll edildi. edə bilərsiz. --Araz Yaquboglu (müzakirə) 07:27, 27 avqust 2016 (UTC)
Şablon:Qarabağ tarixi
Salam. Bu şablonun intervikisi düzgün deyil. Kimsə düzəldə bilər?--Shahrux (müzakirə) 16:22, 30 avqust 2016 (UTC)
- Düzəltdim.--White DemΩn (müzakirə) 16:45, 30 avqust 2016 (UTC)
New Wikipedia Library accounts available now (August 2016)
Hello Wikimedians!
The Wikipedia Library is announcing signups today for free, full-access, accounts to published research as part of our publisher donation program. You can now sign up for new accounts and research materials from:
- Nomos – Primarily German-language publisher of law and social sciences books and journals - 25 accounts
- World Scientific – Scientific, technical, and medical journals - 50 accounts
- Edinburgh University Press – Humanities and social sciences journals - 25 accounts
- American Psychological Association – Psychology books and journals - 10 accounts
- Emerald – Journals on a range of topics including business, education, health care, and engineering - 10 accounts
Many other partnerships with accounts available are listed on our partners page, including Project MUSE, EBSCO, DeGruyter, Gale and Newspaperarchive.com.
Do better research and help expand the use of high quality references across Wikipedia projects: sign up today!
--The Wikipedia Library Team 18:39, 30 avqust 2016 (UTC)
- You can host and coordinate signups for a Wikipedia Library branch in your own language! Please contact Ocaasi (WMF).
- This message was delivered via the Global Mass Message tool to The Wikipedia Library Global Delivery List.
Xalid Əsgərovun fotoları
Bu şəkilləri Vikiyə yükləmək olar? http://1905.az/c%C9%99bh%C9%99d%C9%99n-c%C9%99bh%C9%99y%C9%99/
--Azerifactory (müzakirə) 05:54, 28 avqust 2016 (UTC)
- White Demon?--Azerifactory (müzakirə) 22:20, 3 sentyabr 2016 (UTC)
- Fikrimcə yox. Çünki nə müəllifin icazəsi var, nə də onları bizim vikiyə yükləmək üçün uyğun lisenziya.--White DemΩn (müzakirə) 22:30, 3 sentyabr 2016 (UTC)