Vikipediya Kend Meydani Arxiv Avqust 2017 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Şablonda istinad göstərmək
Salam! Sizdən rica edərdim ki, mənə şablonlarda istinad göstərmək prosedurunu izah edəsiniz. Hörmətlə Azerbaijaniboy (müzakirə) 14:36, 30 iyul 2017 (UTC)
- Salam. Məsələn, Şəki dövləti məqaləsinə diqqət yetirin. Bütün istinadlar, istinad şablonları ilə göstərilir. Aydın Məmmədov (müzakirə) 17:34, 30 iyul 2017 (UTC)
- Salam. Azerbaijaniboy, nümunə üçün bu məqaləyə də baxa bilərsiz.--samral müzakirə 06:42, 7 avqust 2017 (UTC)
Нужна помощь историка
Уважаемые коллеги, прошу прощения за обращения в ваш раздел на русском языке. Мне необходима помощь кого-то, кто знает русский язык и является историком по образованию. Речь идёт об оценке авторитетности источников на азербайджанском языке. --Удивленный1 (müzakirə) 23:08, 3 avqust 2017 (UTC)
Vikidata-Azərbaycanlılar ayı
Vikidata-Azərbaycanlılar ayı Qiymətləndirmə Komissiyasının üzvləri: Wertuose, Araz Yaquboglu və Sortilegus. Mən 30 avqustda Vikidata-Azərbaycanlılar ayı Mövzulu ayının planında yer alan Razi Nurullayev məqaləsini yaratmışam. Amma müstəqil şəkildə yox, öz qaralama səhifəmdə. 1 avqustda tam hazır olub və 3 avqustda müstəqil məqalə kimi yaratmışam. Bu məqaləni məndən Mövzulu ay fəaliyyəti kimi qəbul edə bilərsiz mi? Mümkündür mü? Qeyd edim ki, belə gecikməyin əsas səbəbi xeyir iş məsələm olub.--samral müzakirə 06:40, 7 avqust 2017 (UTC)
- Samral Allah səni xoşbəxt eləsin. Əslində ay bitəndən 10 günə qədər təqdim edə bilərsən. Amma gərək qaralama səhifənin adını dəyişib Razi Nurullayev edəydin. Onda iyul ayı olacaqdı tarixçədə. İndiki halda məncə doğru deyil qəbul etmək. Yenə də yoldaşlar da fikir bildirərlər baxarıq. --Araz Yaquboglu (müzakirə) 14:54, 7 avqust 2017 (UTC)
Bu məqalələr birləşdirilməlidirmi?
Xan Çoban imzalı şairlə Əbülqasım Nəbati yaradıcılığı eyni hesab edilir. O zaman bu məqalələr birləşdirilməlidirmi? --Araz Yaquboglu (müzakirə) 16:48, 7 avqust 2017 (UTC)
- Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.
- Araz müəllim, birinin doğum tarixi 1799, digərində isə 1812 göstərilib axı? Eyni şəxs olduqlarına əminsinizmi? Əgər elədirsə, bəlkə birini real şəxs, digərini isə personaj kimi saxlayaq? --►Cekli829 06:21, 11 avqust 2017 (UTC)
- Cekli, mən bu vaxta qədər bilmirdim. Göstərdiyim mənbədə məlum oldu ki, Nəbati Xançoban təxəllüsü ilə də yazırmış. Hətta, "Apardı sellər Saranı" mahnısı da onun imiş. --Araz Yaquboglu (müzakirə) 09:02, 11 avqust 2017 (UTC)
- Araz müəllim, birinin doğum tarixi 1799, digərində isə 1812 göstərilib axı? Eyni şəxs olduqlarına əminsinizmi? Əgər elədirsə, bəlkə birini real şəxs, digərini isə personaj kimi saxlayaq? --►Cekli829 06:21, 11 avqust 2017 (UTC)
Mündəricat
Bəzi məqalələrdə Mündəricat bölməsi itir nədənsə, bu niyə belədir?--Azerifactory (müzakirə) 22:08, 9 avqust 2017 (UTC)
- Deyəsən sistemdə nəsə dəyişiklik ediblər deyə belədir. Məndə də olur. Əsas redaktəyə basıb səhifəni yenidən yadda saxlayanda düzəlir.--White DemΩn (el psy congroo) 11:19, 10 avqust 2017 (UTC)
Share your thoughts on the draft strategy direction
Salam! I'm sorry that I'm not writing in Azeri. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin!
At the beginning of this year, we initiated a broad discussion to form a strategic direction that will unite and inspire people across the entire movement. This direction will be the foundation on which we will build clear plans and set priorities. More than 80 communities and groups have discussed and gave feedback on-wiki, in person, virtually, and through private surveys[strategy 1][strategy 2]. We researched readers and consulted more than 150 experts[strategy 3]. We looked at future trends that will affect our mission, and gathered feedback from partners and donors.
In July, a group of community volunteers and representatives from the strategy team took on a task of synthesizing this feedback into an early version of the strategic direction that the broader movement can review and discuss.
The first draft is ready. Please read, share, and discuss on the talk page. Based on your feedback, the drafting group will refine and finalize this direction through August.
Səfər bəyin bloklanması
Əziz idarəçi (Araz Yaquboğlu, Babək Akifoğlu, Baskervill, Nicat 49, Eminn) və istifadəçilər, bugün cənab Səfər bəy yaratdığı məqalələr ilə çalışmaq məqsədilə AzVikiyə daxil olaraq, onun cənab Cekli tərəfindən bloklandığını gördü və buna çox üzüldü və mən də buna çox kədərləndim. Çünki Səfər bəy AzVikinin yaranması dövründən etibarən, öz mükəmməl məqalələri ilə hər bir kəsdən fərqlənir. Hazırda onun Nizami Gəncəvinin əsərləri əsasında yaradılmış miniatürlər barəsində yaratdığı əsrarəngiz məqalələr də buna bariz nümunədir. Buna görə də, Səfər bəyin bloklanması qanuna tamamilə ziddir və buna görə də mən idarəçi dostlarımızdan xahiş edirəm ki, Səfər bəyin fəaliyyətini bərpa etsinlər, bloklamaqdan öncə hər bir şəxs xəbərdar olunmalıdır. Və yaxud istifadəçi ilə məsələ ilə bağlı diskuss həyata keçirilməlidir. Səfər bəy bizim ensiklopediyamızın ən dəyərli iştirakçılarındandır. Bunu nəzərə almağı sizdən xahiş edirəm. Sizə hörmətlə: --Farid Aliyev (müzakirə) 06:49, 18 avqust 2017 (UTC)
- Keete 37 dəyişiklikdən də göründüyü kimi Səfər bəy Nizaminin Azərbaycan şairi olduğu ifadəni məqalədən çıxarıb. Bəyəm Nizami Gəncəvi Azərbaycan şairi deyil? Böyük praktikası olan Səfər bəyin belə redaktəsi yolverilməzdir. Cekli829-un özünün bloku açmağı daha yaxşı olar. --Araz Yaquboglu (müzakirə) 16:02, 18 avqust 2017 (UTC)
- Araz Yaquboglu mənim hansısa redaktəm yolverilən deyil, ona görə bloklamaq lazımdı? Sizcə məqalədə elədiyi redaktəyə görə istifadəçinin bloklanması yol veriləndi? Əgər məqalənin mətnində hansısa mübahisəli məqamlar varsa belə məqamlar məqalənin müzakirə səhifəsində müzakirə edilməli, mənbələr və orda verilən məlumatlar tutuşdurularaq neytral məlumatın verilməsinə çalışılmalıdır. İstifadəçilərin məqalədə redaktəyə görə bloklanması, məqalənin isə heç bir səbəb olmadan (məqalələr yalnız hücuma məruz qaldığı, redaktə müharibəsi getdiyi halda bloklana bilər) redaktəyə bağlanması isə səlahiyyətdən sui-istifadədir. Əgər azvikidə hansısa konkret çərçivələr varsa deyin biz də bilək ki, həmin çərçivələrdən çıxmayaq. Konkret olaraq yazın filan mövzudan yazmaq, filan mənbələrə istinad etmək, filankəslərin adını çəkmək olmaz, çünki bu hallar filankəslərin xoşuna gəlmir. Bu halda zəhmət olmasa, azvikinin adından "azad" sözünü də çıxarın. Yox əgər mən yanılıramsa zəhmət olmasa səlahiyyətdən sui-istifadə halına göz yummayın. Bütün idarəçilərdən tələb edirəm səlahiyyətindən sui-istifadə etdiyinə görə Cekli829 cəzalandırılsın və Nizami Gəncəvi məqaləsi redaktə üçün açılsın. --sefer azeri 08:27, 20 avqust 2017 (UTC)
- Bu məsələyə bir şey deyə bilmərəm amma idarəçilərin xüsusi ilə Tərxan bəyin heç nəyi araşdırmadan, müzakirə etmədən, ikinci tərəfin fikirini öyrənmədən administrativ imkanlarından geninə-boluna istifadə edərək istifadəçiləri bloklaması yol verilməzdir--Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 10:03, 21 avqust 2017 (UTC)
Keyfiyyətin yüksəldilməsi üçün müraciət
Salamlar. Zəhmət olmasa, az:Kateqoriya:Kompotlar, az:Kateqoriya:Şirələr, az: Kateqoriya:Şərbətlər kateqoriyaları altındakı məqalələri siləsiniz. Gördüyünüz kimi bu məqalələr qaralama, intervikisiz, analoqsuz məqalələrdir. --Deleter (müzakirə) 22:42, 19 avqust 2017 (UTC)
- Cənab Deleter, kateqoriya müəyyən nmövuda olən məqalələrin toplusdur. Əksinə siz deyən məqalələr olmasa, həmin kateqoriyalar keyfiyyətsiz olar. Bu öz günahımızı özümüzkülərdən gizlətməyə oxşayır.--SHuseynov (müzakirə) 06:19, 20 avqust 2017 (UTC)
Deleter, bu məsələyi burda qaldırdım. Xahiş edirəm, ordaki müzakirəyə qoşun və gələcəkdə, belə şey tapsanız, bura yox, o səhifəyə müraciət edərsiniz. --Мурад 97 (müzakirə) 13:57, 3 sentyabr 2017 (UTC)- İndi gördüm ki, özünüz bunu artıq elədiniz. --Мурад 97 (müzakirə) 13:59, 3 sentyabr 2017 (UTC)
Dinlərin adı
Ötən dəfə kənd meydanında Keete 37 ilə etdiyim müzakirələr bu nəticəyi verdi ki, din adları ilə bağlı problemlər var. Belə ki, xristanlığın digər adı xaçpərəstlik, iudaizmin digər adı isə yəhudilik olduğu halda o, mənə etiraz etdi. Xahiş edirəm bu problemlərə baxasız.--SHuseynov (müzakirə) 06:34, 20 avqust 2017 (UTC)
- Cənab SHuseynov, Pərəst ifadəsi ümumiyyətlə dinlərə qarşı tətbiq olunmamalıdır. Misal üçün - şöhrətpərəst, xəyalpərəst kimi sözlər özündə daha çox neqativ konteks daşıyırlar. Çünki pərəst sözünün sinonimləri - aludəçi, bir şeyə düşkün olmaqdır. Əgər söhbət dini seçimdən gedirsə, burada nəyəsə pərəst olmaqdan söhbət gedə bilməz. Bu artıq doğuluşdan və ya sonradan edilmiş qərar və ya addımdır. Mən misal üçün pravoslavam və buna görə də pravoslav, pravoslavlıq, maksimum - ortodoks kilsəsinin nümayəndəsi kimi adların qeyd olunmasının tərəfdarıyam. --Farid Aliyev (müzakirə) 09:40, 21 avqust 2017 (UTC)
- Kim nəyə tərəfdir, onunla azvikidə cümlə yazası olsaq, işimiz çətin olacaq. "Pərəst" sözünün heç bir mənfi anlamı yoxdur. Fars kökənli sözdür, anlamları aşağıdakı kimidir:
- Cənab SHuseynov, Pərəst ifadəsi ümumiyyətlə dinlərə qarşı tətbiq olunmamalıdır. Misal üçün - şöhrətpərəst, xəyalpərəst kimi sözlər özündə daha çox neqativ konteks daşıyırlar. Çünki pərəst sözünün sinonimləri - aludəçi, bir şeyə düşkün olmaqdır. Əgər söhbət dini seçimdən gedirsə, burada nəyəsə pərəst olmaqdan söhbət gedə bilməz. Bu artıq doğuluşdan və ya sonradan edilmiş qərar və ya addımdır. Mən misal üçün pravoslavam və buna görə də pravoslav, pravoslavlıq, maksimum - ortodoks kilsəsinin nümayəndəsi kimi adların qeyd olunmasının tərəfdarıyam. --Farid Aliyev (müzakirə) 09:40, 21 avqust 2017 (UTC)
- 1. Sitayiş etmə, tapınma, ibadət etmə, səcdə etmə.
- 2. Dərin hörmət.
- 3. Məcazi mənada: məftunluq, həddindən artıq vurğunluq; məhəbbət
Dini mənada da heç bir mənfi mənası yoxdur. Azərbaycan dilinin orfoqrafiya lüğətində həm "xristianlıq" var, həm də "xaçpərəstlik" - sinonim sözlərdir. "Pərəst"i mənfi anlamda saysaq, onda "atəşpərəst"i neyləyəcəyik? "Atəştianlıq"-filan yazmalıyıq? --Sortilegus (müzakirə) 17:02, 21 avqust 2017 (UTC)
- Farid Aliyev göründüyü kimi burada da dini mənsubiyyətini xüsusi vurğulayır, amma "pərəst"i azvikidən silsək, sonra burada buna etiraz edən hər hansısa bir atəşpərəst vikiçi dostumuza cavab verə bilmərik.--Sortilegus (müzakirə) 17:05, 21 avqust 2017 (UTC)
- İudaizm və ya yəhudilik məsələsinə gəlincə - dinin adı iudaizmdir. Amma bu dinə sadəcə bir millət - yəhudilər sitayiş etdiyi üçün "yəhudilik" termini formalaşıb və Azərbaycan dilində oturuşub. Bu mənada iudaizmin yerinə yəhudilik işlənməsində də problem yoxdur. Məsələn, "türklük" kəliməsi də var, amma heç bir zaman dini bildirmək üçün işlənmir. Sadəcə millət qavramı ilə çevrələnir. Çünki müsəlman türk də var, şaman türk də var, xristian türk də var. --Sortilegus (müzakirə) 17:19, 21 avqust 2017 (UTC)
- Hər şey aydındır: Cənab Sortilegusun fikri ilə razıyam. Bir problem daha var. --SHuseynov (müzakirə)
- Farid Aliyev göründüyü kimi burada da dini mənsubiyyətini xüsusi vurğulayır, amma "pərəst"i azvikidən silsək, sonra burada buna etiraz edən hər hansısa bir atəşpərəst vikiçi dostumuza cavab verə bilmərik.--Sortilegus (müzakirə) 17:05, 21 avqust 2017 (UTC)
- Hörmətli SHuseynov, Kənd meydanı ümumiyyətlə azviki üçün əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün nəzərdə tutulmuşdur. Çünki burada nəsə yazanda biz çox sayda istifadəçinin diqqətini vikipediya redaktəsi kimi vacib işdən yayındırıb öz müzakirəmizə cəlb etmiş oluruq. Əgər sizin problem hesab etdiyiniz məsələ bütün azviki üçün əhəmiyyətlidirsə, ayrıca başlıq açıb burada müzakirəyə çıxarın. Yox əgər hansısa texniki, az əhəmiyyətli məsələlərlə bağlıdırsa, istənilən azviki idarəçisinin və ya aktiv istifadəçinin müzakirə səhifəsində bunu qeyd edə bilərsiniz. --Sortilegus (müzakirə) 21:28, 21 avqust 2017 (UTC)
- Bizim vikidə zərdüştilik məqaləsində belə bir cümlə var (istinadsız):
Zərdüşt dini məzdəizm, eləcə də digər dinlərin tarixində baş vermiş daxili təhəvvülata məruz qalmışdır. Bu baxımdan da Zərdüşt peyğəmbər tərəfindən yaradılmış və ilkin maqlar tərəfindən qəbul edilmiş Zərdüşt dini və onun dünya görüşünü Sasanilər dövründəki məzdəizm – daha dəqiqi atəşpərəstlik ilə eyniləşdirmək olmaz. |
Lakin mən Ayna uşaq ensiklopediyasının "Din. Əxlaqa aparan yol" kitabından (səh. 13) aşağıdakı cümnləni göstərirəm:
Elmdə zərdüştilik həm də sitayişinə çağırdığı baş tanrı Ahura Mazdanın adı ilə məzdəilik, od məbədinin məcusi qəbilələrindən çıxmış kahinlərin - dəsturların və mobidanların şərəfinə məcusilik, ayinçiliyində başlıca yer tutan atəşlə bağlı olaraq atəşpərəstlik, başlıca müqəddəs kitabı olan Avestanın adı ilə Avesta dini kimi tanınır. |
Zəhmət olmasa bi problemə də baxın.--SHuseynov (müzakirə) 06:56, 22 avqust 2017 (UTC)
Cümhuriyyət tələbələri
Salam. Cümhuriyyət tələbələri adlı məqalədə onlarla şəxsin adı göstərilmişdir. Bu şəxslərin bir çox haqqında da məqalə yaradılmışdır. Lakin onların çoxu qeyri-ensiklopedikdir. Bu məsələni necə həll edək? Bu məqalələri tək-tək müzakirəyə çıxaraq ya ümumilikdə? --Drabdullayev17 (müzakirə) 06:05, 22 avqust 2017 (UTC)
- Hamısı qalsın. --►Cekli829 07:01, 22 avqust 2017 (UTC)
- Hörmətli Cekli829, xahiş edirəm fikrinizi əsaslandırın. --Drabdullayev17 (müzakirə) 09:03, 22 avqust 2017 (UTC)
- Əvvəlcə Siz fikrinizi əsaslandırın. --►Cekli829 17:52, 23 avqust 2017 (UTC)
- Hörmətli Cekli829 buradakı bir çox haqqında məqalədə sadəcə bir iki cümlə yazılıb. Orada da Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə ali təhsil almaq üçün xaricə göndərilməsi haqqında və sonrakı taleyi barədə. Amma bu şəxslərin nəyə görə ensiklopedik olması haqqında heç bir məlumat yoxdur. Bu səbəblə onların silinməsi lazımdır. --Drabdullayev17 (müzakirə) 05:29, 26 avqust 2017 (UTC)
- Əvvəlcə Siz fikrinizi əsaslandırın. --►Cekli829 17:52, 23 avqust 2017 (UTC)
- Hörmətli Cekli829, xahiş edirəm fikrinizi əsaslandırın. --Drabdullayev17 (müzakirə) 09:03, 22 avqust 2017 (UTC)
Drabdullayev17 lazımlı məsələni müzakirəyə çıxarıb. Mənim fikrimcə, Cümhuriyyət tələbələri siyahısında olan bəzi adlar ensiklopedikdir. Məsələn, deyək ki, həmin siyahıdakı Abbas Atamalıbəyov haqqında məqalə ensiklopedik məqalədir. Amma məsələn, Nəbi Məmmədov haqqında məqaləni silib Cümhuriyyət tələbələri məqaləsində olan siyahıdakı "qeydlər" bölməsinə belə bir əlavə etmək mümkündür:
Şəkil | Adı və soyadı | Təhsil müəssisəsi | Fakültə | Təhsil illəri | Qeyd |
---|---|---|---|---|---|
[[Şəkil:|center|50px]] | Nəbi Məmmədov | Kiyev Dövlət Kommersiya İnstitutu | 1920-1925 | 1919-cu ildə Kiyev Dövlət Kommersiya İnstitutunun tələbəsi olmuş, maddi çətinlik üzündən təhsilini yanmçıq buraxıb geri qayıtmış və bütün sənədləri Kiyevdə qalmışdır. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini bitirmək üçün yenidən Kiyevə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. |
Yəni bu adamın əsas dəyəri cümhuriyyət dövrünün xaricə göndərilən tələbəsi olmasıdır. O vaxtı da cümhuriyyət deyəsən, cəmi 1 dəfə xaricə oxumağa tələbə göndərib. Amma indi hər il dövlət dəstəyi ilə yüzlərlə tələbə xaricə təhsil almaq üçün göndərilir. Belə çıxır ki, onların hamısı haqqında azvikidə məqalə ola bilər. Bu məsələ ilə bağlı həmin mövzunun çox dəyərli araşdırmaçısı, bizim həmkarımız, müzakirəsi gedən məqalələrin müəllifi Enver62-in də fikrini öyrənək.--Sortilegus (müzakirə) 20:55, 30 avqust 2017 (UTC)
Maddələrin adları
Mənim belə bir fikrim var. Vikipediyada maddələr haqqında olan məqalələrin adları beynəlxalq üsulla verilməyib. Məncə adlar beynəlxalq üsulla verilməlidir. Məsələn bu məqalənin adı "hidrogen-tetraoksosulfat(VI)" kimi olmalıdır.--Corc vaşington(Henri Cons Junior) 06:44, 22 avqust 2017 (UTC)
- Xeyr. İlk növbədə müvafiq adın Azərbaycan dilində olan formasından istifadə edilməlidir. --►Cekli829 07:03, 22 avqust 2017 (UTC)
- Bu istifadəçi məqalə yazmaqdan başqa nə ilə desən məşğul oldu.--Baskervill (müzakirə) 08:17, 22 avqust 2017 (UTC)
- Hörmətli Corc vaşington göstərilən məqalə 75 dildə var. Amma heç birində siz deyən qayda ilə adlandırma aparılmayıb. Siz dediyiniz ad ilə məqalə açıb mövcud məqaləyə istiqamətləndirmə verməyiniz daha məqsədə uyğun olar. --Drabdullayev17 (müzakirə) 09:07, 22 avqust 2017 (UTC)
- Corc vaşington, sizin qeyd etdiyiniz kimi məqaləni adlandırmaq düzgün deyil. Beynəlxalq nomenklaturaya görə adlandırmanı həmin məqalədə qeyd edə bilərsiniz. --Fortius-94 (Müzakirə) 09:16, 22 avqust 2017 (UTC)
- Hörmətli Corc vaşington göstərilən məqalə 75 dildə var. Amma heç birində siz deyən qayda ilə adlandırma aparılmayıb. Siz dediyiniz ad ilə məqalə açıb mövcud məqaləyə istiqamətləndirmə verməyiniz daha məqsədə uyğun olar. --Drabdullayev17 (müzakirə) 09:07, 22 avqust 2017 (UTC)
- Bu istifadəçi məqalə yazmaqdan başqa nə ilə desən məşğul oldu.--Baskervill (müzakirə) 08:17, 22 avqust 2017 (UTC)
Fikrimcə Qarabağımızın bu günkü qalibiyyət əldə etdiyi oyun, böyük tarixi əhəmiyyət daşıyır. Bu münasibətlə hərkəsi təbrik edirəm. --Rufet Turkmen | müzakirə 20:52, 23 avqust 2017 (UTC)
Aydın Məmmədovun məsələsi
Hörmətli həmkarlar! Sön günlərdə Aydın Məmmədov facebook vasitəsilə iddia etməyə çalışır ki, guya mən ədalətsiz şəkildə onu bloklamışam. Ədalətin öz yerini tapması üçün onun blokunu açıram və burada hər kəsi müzakirəyə dəvət edirəm. Və bürokratdan xahiş edirəm müzakirənin sonunda Aydın Məmmədovun müddətsiz bloklanması məsələsi üçün səsvermə başlatsın. Qoy vikicəmiyyət özü səs verib onun burada qalıb qalmayacağını qərar versin.--
ozumle bagli yaratdigim meqale
salam.Nicat 49 adli admin burada paslasdigim ozum haqqindaki meqaleni tam olaraq silib bunu hansi esasla etdiyi mene maraqlidir ozu bu yazini gorurse cavablandirmagini xais edirem — Bu imzasız yazı E1000 Hüsüyev (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 11:08, 27 avqust 2017 (UTC)
- Vikipediya istifadəçiləri ensiklopedik şəxs deyillərsə, özləri haqqında məqalə yarada bilməzlər. Bu cür informasiyanı onlar yalnız öz istifadəçi səhifələrində verə bilərlər! Və fəaliyyətinizə baxdıqda gördüm ki, Siz həqiqətən belə etmisiniz. Ona görə də Nicat49-un istifadəçi səhifənizdə etdiyi bu dəyişikliyi geri qaytardım. Görünür idarəçi həmkarım ad fəzasına fikir verməyib. Ona görə də belə bir vəziyyət yaranıb. Fəaliyyətinizdə uğurlar. --►Cekli829 07:33, 27 avqust 2017 (UTC)
Arxiv botu
Salam, arxiv botunu kimsə yarada bilər ki, URL-ləri arxivləşdirilsin.--Azerifactory (müzakirə) 13:10, 27 avqust 2017 (UTC)
- Belə bot türk vikisində yaxşı işləyir. --Araz Yaquboglu (müzakirə) 14:58, 27 avqust 2017 (UTC)
- Azerifactory, Araz Yaquboglu düz deyir. Belə bir bot trvikidə var və işləyir. Mən trvikidə adminlərdən birinə bu məsələ ilə bağlı müraciət etmişdim. Mənə dedilər ki, bu haqda müzakirə edib qərar qəbul etməlisiz. Yəni ki, səsvermə kimi bir şey. Ümumi razılıq olmalıdır. Sonra onun linkini meta-ya təqdim etməliyik. Bu haqda KM-də müzakirə başladacaqdım, sonradan yadımdan çıxdı.--samral müzakirə 15:51, 27 avqust 2017 (UTC)
- Samral, zəhmət olmasa, yenə də bu işə baxarsınız --Azerifactory (müzakirə) 18:57, 27 avqust 2017 (UTC)
- Hörmətli həmkarlar, dediyiniz botun türk vikisində istifadəçi səhifəsinə və ya fəaliyyət statistikasına keçid verin lütfən. --Sortilegus (müzakirə) 20:28, 30 avqust 2017 (UTC)
- Sortilegus YBot (tr:Kullanıcı:YBot) burada arxivlşdirmə edib. --Araz Yaquboglu (müzakirə) 14:08, 31 avqust 2017 (UTC)
- Azerifactory, gəlin elə burada səs formasında razılıq verək sonra bu müzakirə-razılığı metaya göndərərik.--samral müzakirə 06:30, 28 avqust 2017 (UTC)
- Lehinə:--samral müzakirə 06:30, 28 avqust 2017 (UTC)
- Lehinə:--Azerifactory (müzakirə) 12:59, 28 avqust 2017 (UTC)
- Lehinə: --Rufet Turkmen | müzakirə
- Lehinə:--Nicat49 ⋠müzakirə⋡ 17:23, 30 avqust 2017 (UTC)
Azərbaycan dilinin əlavə edilməsi
Salam, yaratdığım məqalələrdə azərbaycan dilinin əlavə edilməsi problemini yaşayıram. Belə ki, yazdığım məqlənin sol küncündə göstərilən dillər bölməsində bizim dil göstərilmir həmçinin cəhd etsəmdə əlavə edə bilmirəm. Zəhmət olmasa mənə aydın şəkildə izah edərdiz.--KmlSmdz (müzakirə) 15:25, 27 avqust 2017 (UTC)
- İnterviki əlavə etmək üçün soldakı Keçid əlavə et-ə basın. Sonra pəncərə açılacaq. Dil:-in qabağına Azərbaycanca yazın (ya da azwiki), Səhifə:nin də qabağında məqalənin digər dillərin birindəki versiyasının adını yazın və sonda Səhifəyə keçid ver-ə basın.--White DemΩn (el psy congroo) 14:49, 27 avqust 2017 (UTC)
- White Demon, Dediyiniz kimi etdim. Dil bölməsinə azbwiki yazdım, səhifə bölməsinə isə məqalənin ingilis dildə adını qeyd edib Səhifəyə keçid ver-ə bassam da "Göstərilmiş səhifə müvafiq saytda tapılmadı" yazısı gəlir.--KmlSmdz (müzakirə) 16:35, 28 avqust 2017 (UTC)
- Bağışlayın mənim səhvimdi. İngilis dilində adını qeyd edəcəksinizsə, Dil:-in qabağına enwiki yazın.--White DemΩn (el psy congroo) 15:42, 28 avqust 2017 (UTC)
Asiya Ayı/Noyabr
AzVikidə Asiya Ayı bu il təqvimində dekabr ayına yerləşdirilib. Halbuki Metada deyirlər ki, noyabrda olacaq. Təqvimimizi dəyişmək olar mı? --Мурад 97 (müzakirə) 14:20, 30 avqust 2017 (UTC)
- Мурад 97 olar, dəyişdim. --Araz Yaquboglu (müzakirə) 15:37, 30 avqust 2017 (UTC)
Google Reklamlar?
Salam. Bir az əvvəl vikipediyamızda Menorah məqaləsində Google reklamları gördüm. Mənim komputerimdə səhv var ya Vikipediya artıq reklam almağa başlayıb? --Drabdullayev17 (müzakirə) 05:40, 4 sentyabr 2017 (UTC)
- Həmin reklam yəqin ki, istifadə etdiyiniz brauzerlə bağlıdır. --►Cekli829 07:28, 4 sentyabr 2017 (UTC)
- Çox güman virusla bağlıdır. Bir dəfə kompüterimə düşən virus üzündən ancaq Vikipediyada deyil, digər saytlarda da dəxlisiz reklamlar görürdüm.--White DemΩn (el psy congroo) 16:17, 4 sentyabr 2017 (UTC)