Vikipediya Kend Meydani Arxiv Avqust 2018 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Vikimaniya 2018, Keyptaun.
Hörmətli Vikipediya istifadəçiləri,
Bildiyiniz kimi, Cənubi Afrikanın Keyptaun şəhərində 18-22 iyul tarixləri arasında sayca 14-cü Vikimaniya konfransı keçirilmişdir. Vikimediya Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu konfransda az-vikini təmsil etdim. Təəssüflər olsun ki, hər il olduğu kimi bu ildə Vikimediya fondu Azərbaycandan yalnız bir nəfərə iştirak üçün təqaüd ayırdı. Ümid edirəm ki, növbəti illərdə Vikimaniya, istifadəçilərimizin böyük marağına səbəb olacaq və daha geniş heyətlə təmsil olunacağıq.
Bir qədər builki konfrans barədə məlumat vermək istərdim. Konfrans Keyptaun şəhərində yerləşən “Southern Sun Cape Sun” otelində baş tutdu. Otelin ilk üç mərtəbəsində yerləşən və ümumilikdə 7 konfrans zalında təxminən 130-dan çox təqdimat və müzakirələr baş tutdu. İlk iki gün (18-19 iyul) “Hackathon” adlandırılan və əsasən proqramlaşdırma dilləri ilə işləyə bilən istifadəçilərin görüşləri keçirildi. Burada Vikimediyanın digər layihələrində mövcud olan boşluqlar, təhlükəsizlik məsələləri, Vikidata, Commons və s. geniş müzakirə olundu.
İyulun 20-də konfransın rəsmi açılış mərasimində “Vikimediya Cənubi Afrika”nın sədri Duqlas Skott açılış nitqi ilə çıxış etdi. Açılış mərasiminin videosunu buradan izləyə bilərsiniz.
Builki konfransın xüsusi bir hissəsi Afrika ölkələrinin Vikipediyalarına həsr olundu. Afrikada mövcud olan müxtəlif kiçik xalqların vikipediyaçıları burada iştirak edərək, öz fəaliyyətləri, gördükləri işlər və qarşılaşdıqları problemlər barədə məlumatlar verdilər. Təqdimatlar barədə çox yazıb sizi yormaq istəmirəm. Təqdimatların böyük bir hissəsi lentə alınaraq YouTube səhifəsində yayımlandı. Maraqlanmaq istəyənlər buradan izləyə bilərlər həmin təqdimatları.
Konfransın davam etdiyi 3 gün ərzində çox sayda vikimediyaçı ilə tanış oldum. Fərqli ölkələrdən olan vikipediyaçılarla söhbət etmək, fikir mübadiləsi aparmaq həqiqətən çox gözəl hisslərdir. Kaarel adlı Vikimedia fondunun əməkdaşı ilə Vikipediyanın mobil tətbiqetməsi barədə maraqlı müzakirəmiz oldu. Vikipediyanın mobil versiyasında fəaliyyət göstərmənin nə qədər çətin və yararsız olduğu vurğulandı və hal hazırda bu sorunların aradan qaldırılması üzərində çalışıldığı qeyd olundu.
Maraqlı məqamlardan biri builki tədbirdə Hindistandan 25 vikipediyaçının iştirakı, Türkiyədən isə heç bir kəsin iştirak etməməsi oldu.
Son olaraq: Geri dönməyimə iki gün qalmış telefonumun Keyptaunda oğurlanmasına baxmayaraq, Cənubi Afrikadan və Vikimaniya tədbirindən xoş təəssüratlarla döndüm. :) Çəkdiyim şəkillərin böyük əksəriyyəti telefonla birlikdə getdiyinə görə buraya bağlanış mərasimində çəkilən qrup şəklini yerləşdirirəm :)
Hörmətlə --eldarado ✉ 17:26, 28 iyul 2018 (UTC)
- Telefon üçün keçmiş olsun)) Hansı mövzularda müzakirələr getdi? Hansı problemlərdən danışdılar?--White DemΩn (el psy congroo) 18:18, 28 iyul 2018 (UTC)
- 2019 üçün İrəvanı namizəd etmişdilər. 2020-yə bizdə Bakını edək.Eldarado, Google Photos-a baxın şəkilər adətən orayada düşür.--Nəriman 11:37, 29 iyul 2018 (UTC)
- White Demon, Ən maraqlılarından biri Vikidata haqqında oldu. Vikidatanın son bir il ərzindəki inkişafından və hazırda olan boşluqlarından söhbət açıldı. Yeri gəlmişkən Vikidata ilə məqalə yaratmağı bilməyən istifadəçilər bu keçiddən yararlana bilərlər. Bundan başqa müəllif hüquqları, offlayn vikipediya, GLAM və.s mövzularda da təqdimatlar və müzakirələr baş tutdu. --eldarado ✉ 20:03, 29 iyul 2018 (UTC)
- Neriman2003, Google photosu bağlamışdım :(( --eldarado ✉ 20:04, 29 iyul 2018 (UTC)
- White Demon, Ən maraqlılarından biri Vikidata haqqında oldu. Vikidatanın son bir il ərzindəki inkişafından və hazırda olan boşluqlarından söhbət açıldı. Yeri gəlmişkən Vikidata ilə məqalə yaratmağı bilməyən istifadəçilər bu keçiddən yararlana bilərlər. Bundan başqa müəllif hüquqları, offlayn vikipediya, GLAM və.s mövzularda da təqdimatlar və müzakirələr baş tutdu. --eldarado ✉ 20:03, 29 iyul 2018 (UTC)
Eldarado, məncə bu il Vikimediya Fondu Azərbaycandan heç də yalnız bir nəfərin iştirakı üçün təqaüd ayırmayıb. Bu şəkildən görünür ki, İrina Safaryan da Azərbaycan torpaqlarından Keyptauna gedib. Özü də "Artsakh" adı ilə. Orada bu məsələdən xəbərin oldumu? Təşkilatçılara hər hansısa bir formada etiraz etdinmi? --►Cekli829 11:16, 31 iyul 2018 (UTC)
- Cekli829, mən bilən axı fond təqaüdü ölkələrə görə yox, vikipediyalara görə ayırır. Elə deyil ki? Yəqin o da HyViki adından müraciət edib gedib. Məsələn, mən Azərbaycanda yaşasam, amma YaponVikisində aktiv fəaliyyət göstərsəm, JaViki adından təqaüd ala bilməm ki? Mən elə başa düşürəm.--White DemΩn (el psy congroo) 11:30, 31 iyul 2018 (UTC)
- White Demon, bu şəklə diqqətlə baxsan, təşkilatçılar tərəfindən hazırlanan bəcikdə ölkə adının "Artsakh", təşkilat adının isə "Stepanakert Wikiclub" yazıldığını görmək olar. Əgər Eldaradonun bundan xəbəri olmayıb və etiraz etməyibsə, o zaman düşünürəm ki, biz - AzViki istifadəçiləri bu məsələ ilə bağlı olaraq, Vikimediya Fonduna öz etirazımızı mütləq bildirməliyik. --►Cekli829 12:44, 31 iyul 2018 (UTC)
- Mən də indi fikir verdim. Həqiqətən düz etməyiblər. Düşünürəm ki, Vikimaniya kimi tədbirdə bu cür tərəfsizlik pozuntularına yol verilməməlidir (idi).--White DemΩn (el psy congroo) 13:01, 31 iyul 2018 (UTC)
- Cekli829, Orda olduğum müddətdə həmin şəxslə ünsiyyətim olmadığı üçün bunu məndə sonra commonsda gördüm. Onu da qeyd edim ki, badge üzərində ölkə adı yazılmalıdı deyə bir tələb yox idi. Ad, soyadla bərabər kimi istifadəçi adını, kimi yaşadğı şəhəri, ölkəni və ya Vikimediya ilə bağlı üzvü olduqları birliklərin adlarını və s. yazdırır. Əgər şərt olsaydı və hamı o bölmədə təmsil etdiyi dövlətin adını qeyd eləsəydi o zaman etiraz etməyimiz daha doğru olardı zənnimcə.--eldarado ✉ 20:01, 1 avqust 2018 (UTC)
- Məsələ ondadır ki, bəcik təşkilatçılar tərəfindən hazırlanıb. Gərək onlar belə məqamda neytral mövqe ortaya qoysunlar. --►Cekli829 06:47, 2 avqust 2018 (UTC)
- Eldarado əvvəlcə səni viki icmanı uğurla təmsil etdiyin üçün təbrik və təşəkkür edirəm. Telefonunun itməsinə üzüldüm, əsas olan odur ki, özün yaxşısan və imkan vermə ki, telefona görə Afrikanı pis xatırlayasan. Cekli829 erməni qızının bəcikinin üzərində yazılanlar ciddi problem deyil. Tədbirə getməmişdən əvvəl internet üzərindən bir forum doldurursan və həmin forumda bəcikin üzərində nəyin yazılmasına qərar verirsən. Görünən odur ki, orada yazılan yer adlarını heç yoxlamırlar da. --Baskervill (müzakirə) 07:15, 2 avqust 2018 (UTC)
- Məsələ ondadır ki, bəcik təşkilatçılar tərəfindən hazırlanıb. Gərək onlar belə məqamda neytral mövqe ortaya qoysunlar. --►Cekli829 06:47, 2 avqust 2018 (UTC)
- Cekli829, Orda olduğum müddətdə həmin şəxslə ünsiyyətim olmadığı üçün bunu məndə sonra commonsda gördüm. Onu da qeyd edim ki, badge üzərində ölkə adı yazılmalıdı deyə bir tələb yox idi. Ad, soyadla bərabər kimi istifadəçi adını, kimi yaşadğı şəhəri, ölkəni və ya Vikimediya ilə bağlı üzvü olduqları birliklərin adlarını və s. yazdırır. Əgər şərt olsaydı və hamı o bölmədə təmsil etdiyi dövlətin adını qeyd eləsəydi o zaman etiraz etməyimiz daha doğru olardı zənnimcə.--eldarado ✉ 20:01, 1 avqust 2018 (UTC)
- Mən də indi fikir verdim. Həqiqətən düz etməyiblər. Düşünürəm ki, Vikimaniya kimi tədbirdə bu cür tərəfsizlik pozuntularına yol verilməməlidir (idi).--White DemΩn (el psy congroo) 13:01, 31 iyul 2018 (UTC)
- White Demon, bu şəklə diqqətlə baxsan, təşkilatçılar tərəfindən hazırlanan bəcikdə ölkə adının "Artsakh", təşkilat adının isə "Stepanakert Wikiclub" yazıldığını görmək olar. Əgər Eldaradonun bundan xəbəri olmayıb və etiraz etməyibsə, o zaman düşünürəm ki, biz - AzViki istifadəçiləri bu məsələ ilə bağlı olaraq, Vikimediya Fonduna öz etirazımızı mütləq bildirməliyik. --►Cekli829 12:44, 31 iyul 2018 (UTC)
New user group for editing sitewide CSS/JS
(Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin)
Hi all!
To improve the security of our readers and editors, permission handling for CSS/JS pages has changed. (These are pages like MediaWiki:Common.css
and MediaWiki:Vector.js
which contain code that is executed in the browsers of users of the site.)
A new user group, interface-admin
, has been created.
Starting four weeks from now, only members of this group will be able edit CSS/JS pages that they do not own (that is, any page ending with .css
or .js
that is either in the MediaWiki:
namespace or is another user's user subpage).
You can learn more about the motivation behind the change here.
Please add users who need to edit CSS/JS to the new group (this can be done the same way new administrators are added, by stewards or local bureaucrats). This is a dangerous permission; a malicious user or a hacker taking over the account of a careless interface-admin can abuse it in far worse ways than admin permissions could be abused. Please only assign it to users who need it, who are trusted by the community, and who follow common basic password and computer security practices (use strong passwords, do not reuse passwords, use two-factor authentication if possible, do not install software of questionable origin on your machine, use antivirus software if that's a standard thing in your environment).
Thanks!
Tgr (talk) 13:08, 30 iyul 2018 (UTC) (via global message delivery)
Sual
Salam, Musa Manarovu və ya Branimir Subaşiçi Azərbaycanlı saymaq olar? Söhbət etnosdan yox, millətdən gedir.--Azerifactory (müzakirə) 10:16, 1 avqust 2018 (UTC)
- Düşünürəm ki, yox. Çünki Musa Manarovun milliyəti lək olaraq yazılıb. Branimir Subaşiç isə sadəcə Azərbaycanda futbolçudur. Məqalənin özündədə serb əsilli olduğu yazılıb.--Nəriman 10:34, 1 avqust 2018 (UTC)
։Sualda yalnışlıq var. Millət və ya etnos arasında fərqlilik elədə kəskin deyil. Bilmirəm Azəırbaycan vətəndaşıdır ya yox? Əgər ölkə vətəndaşıdırsa Azərbaycanlı kimi yazmaq olar. Vətəndaşlıq olaraq Azərbaycan vətəndaşları milli kimliyindən asılı olmayaraq azərbaycanlı adlandırılır._Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 11:11, 1 avqust 2018 (UTC)
- Bəli, niyə olmaz ki? Həmişə belə etmişik, ərəb əsilli Braziliya ölkə muğənnisi kimi. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 23:10, 1 avqust 2018 (UTC)
- Belə məsələlər çox mübahisəlidir. Əgər Musa Manarovu sırf Bakıda anadan olduğu üçün azərbaycanlı hesab ediriksə, o zaman Bakıda anadan olmuş İsveç millisinin və "Hammarbü" FK-nın futbolçusu Ciloan Hamadı da azərbaycanlı hesab edə bilərikmi? Və yaxud da Bakıda anadan olmuş Harri Kasparovu? Branimir Subaşiç misalına isə uyğun olan çox idmançılar var. Məsələn, futbolçu Badri Kvaratsxeliya, boksçu Lorenso Sotomayor və başqaları... Düşünürəm ki, biz onların heç birini azərbaycanlı hesab etməməliyik. Çünki onların azərbaycanlılara qan bağlılığı yoxdur. Onlar sadəcə Azərbaycanda anadan olanlar və yaxud da Azərbaycanı təmsil edənlərdir. --►Cekli829 06:56, 2 avqust 2018 (UTC)
- Cənab Cekli829 Bakıda anadan olub xaricdə yaşayan Azərbaycan əsilli olur. Ha, əgər Azərbaycanda rus ailəsində doğulub, xarici bir ölkəni təmsil ediraə Azərbaycan və rus əsilli olur. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 08:41, 2 avqust 2018 (UTC)
- Azərbaycan Respublikasının vətəndaşları və milliyyətcə azərbaycanlı olanlar "azərbaycanlı" sayılmalıdır, mən belə düşünürəm. Hansısa əcnəbi Azərbaycanda doğula bilər, amma onun azərbaycanlılarla qan qohumluğu yoxsa, ya da AR vətəndaşı deyilsə "azərbaycanlı" sayılmamalıdır.--White DemΩn (el psy congroo) 13:55, 2 avqust 2018 (UTC)
- Cekli829, bəs Nataliya Məmmədova? Mən onu Azərbaycanlı sayıram. Həyatının uzun müddətini Azərbaycanda keçirən insanı Azərbaycanlı saymaq olmaz? --Azerifactory (müzakirə) 15:22, 2 avqust 2018 (UTC)
- Sualınızın cavabı mübahisəlidir. --►Cekli829 12:41, 3 avqust 2018 (UTC)
- Mübahisələr hamısı nəyisə adı ilə çağırmamağımızdan irəli gəlir. Azərbaycanlı vətənsdaşlıqdır. Bu ölkənin bütün vətəndaşları azərbaycanlıdır. Pasportda nə yazılıb o önəmlidir. Rus və ya rusiyalı, Gürcü və ya gürcüstanlı, erməni və ya ermənistanlı._Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 19:35, 3 avqust 2018 (UTC)
- Qolcomaq, tam razıyam. Xarici ölkələrdə belə problemlər yoxdu. Milliyət - nationality, etnik tərkib - ethnicity. Yəni Avstriyada hindistanlı doğulsa - o, hindistan əsilli Avstriyalı sayılır --Azerifactory (müzakirə) 18:26, 5 avqust 2018 (UTC)
- Cekli829, bəs Nataliya Məmmədova? Mən onu Azərbaycanlı sayıram. Həyatının uzun müddətini Azərbaycanda keçirən insanı Azərbaycanlı saymaq olmaz? --Azerifactory (müzakirə) 15:22, 2 avqust 2018 (UTC)
MAR yoxsa Mərkəzi Afrika Respublikası?
Söhbət ancaq MAR-a deyil, bu cür qısaltmaya malik olan ABŞ, CAR və digər ölkələrə də aiddir. Bu cür ölkələrlə bağlı məqalə, şablon və kateqoriyaların adlandırılması zamanı nə edək? Məsələn, tutalım MAR-ı götürək. Bəzi kateqoriyalarda Mərkəzi Afrika Respublikası adından istifadə olunsa da, bəzilərində qısaca MAR sözündən istifadə olunub. Standartlaşma yoxdur. Eyni halda başqa dövlətlərin kateqoriyalarında da müşahidə olunur. İstəyirəm fikrinizi bilim ki, standartlaşma aparaq. Hansından istifadə edək? Qısaltmadan yoxsa uzun addan? Məsələn, "MAR milli parkları" adında məqalə yaratmalıyıq yoxsa "Mərkəzi Afrika Respublikası milli parkları"? Bəs əsl məqalə necə olsun? MAR yoxsa Mərkəzi Afrika Respublikası?--White DemΩn (el psy congroo) 19:45, 1 avqust 2018 (UTC)
- Kateqoriyalarda, eləcə də şablonlarda həmişə qısaltmalardan istifadə edilir. Məqalələrdə başlıq tam şəkildə, qısaltma isə istiqamətləndirmə formasında verilir. Envikidə və rusvikidə (əsasən rusvikidə) belə gedir. Yeri gəlmişkən, nazirliklərin adını necə yazmalıyıq. Xarici vikilərin hamısında Müdafiə Nazirliyi (Avstriya), Daxili İşlər Nazirliyi (Azərbaycan) və s. formada verilir. Bizdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi formasında verilir. İndi necə edək? Danimarka krallığı Ətraf Mühit Nazirliyi? --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 23:04, 1 avqust 2018 (UTC)
- Məncə qısa formada olsa daha yaxşı olar. Çünki SSRİ Ali Soveti haqqında məlumat axtaran oxucu onu Sovet Sosialist Respublikaları İttifaqı Ali Soveti yox, SSRİ Ali Soveti olaraq axtaracaq.--Nəriman 12:48, 2 avqust 2018 (UTC)
E-mail ilə bağlı problem.
Mənə hansısa istifadəçi buradan mail yollayanda bildiriş gəlir, lakin mailimə həmin mesaj gəlmir. Əvvəl işləyirdi normal son zamanlarda isə gəlmir. Yalnız Vikipediyada bildiriş gəlir. Bu nədən ola bilər? Belə problemlə rastlaşan başqa kimsə var? --eldarado ✉ 21:27, 1 avqust 2018 (UTC)
- White Demon, diqqətiniz üçün təşəkkür edirəm. Test mesajınız gəldi. Mail-lər "Junk" bölməsinə gəlirmiş :) Hətta əvvəlki mesajları belə ordan tapdım. --eldarado ✉ 23:03, 1 avqust 2018 (UTC)
- Əla :)--White DemΩn (el psy congroo) 23:36, 1 avqust 2018 (UTC)
Patrul sisteminin Azvikidə tətbiqinə başlayırıq.
Hörmətli Vikipediya istifadəçiləri,
Uzun zamandı azvikiyə gətirməyə çalışdığımız patrul sistemi artıq hazırdı. Patrulların azvikidə vandalizmin qarşısının alınmasında xüsusi köməyi olacaq. Patrul olmaq üçün Vikipediya:Patrul namizədləri səhifəsində namizədliyi vermək lazımdır. Namizədlik irəli sürüldükdən sonra idarəçilər həmin istifadəçinin fəaliyyətini yoxlayaraq ona patrul ststusunu verəcəklər. Avtopatrullar da idarəçilər tərəfindən seçiləcək. Onlar patrullar yükünü xeyli azaldacaq. Çünki avtopatrulların yaratdıqları məqalələr və etdikləri hər bir dəyişiklik avtomatik patrullanmış kimi qeyd olunacaq. Patrullar da müəyyən müddətdən sonra güvənli istifadəçiləri avtoparul olması üçün idarəçilərə məsləhət görə bilərlər. Lakin bu zaman da son qərarı idarəçilər həmin istifadəçinin fəaliyyətini yolayaraq qərar verəcəklər. Daha ətraflı məlumat üçün Vikipediya:Patrullar, Vikipediya:Avtopatrullar və Vikipediya:Patrul namizədləri səhifələrini gözdən keçirə bilərsiz. Hər hansısa sualınız varsa bu başlıq altında qeyd edə bilərsiniz. Son olaraq patrul sisteminin azviki-də tətbiqində köməklik göstərən hər kəsə, xüsusəndə Neriman2003-ə təşəkkürlər. Hörmətlə --eldarado ✉ 21:35, 2 avqust 2018 (UTC)
- Eldarado, indi idarəçilər avtomatik olaraq avtopatruldur, amma patrul deyil? İdarəçilərin də patrul namizdəliyi verməsi lazımdır? (başa düşdüyüm qədəri ilə hə)--White DemΩn (el psy congroo) 21:42, 2 avqust 2018 (UTC)
- White Demon, Xeyr idarəçilərin patrul olmasına ehtiyac yoxdur. Çünki idarəçilərdə bu funksiya zatən var. Onlar idarəçi statusları ilə həm redaktələri həmdə yeni yaradılan məqalələri patrullaya bilirlər. İdarəçilər, bürokratlar, avtopatrullar və patrulların bütün redaktələri avtomatik patrullanmış olacaq. --eldarado ✉ 21:46, 2 avqust 2018 (UTC)
- Eldarado, bəzi şeyləri aydınlaşdırmaq istəyirəm:
- White Demon, Xeyr idarəçilərin patrul olmasına ehtiyac yoxdur. Çünki idarəçilərdə bu funksiya zatən var. Onlar idarəçi statusları ilə həm redaktələri həmdə yeni yaradılan məqalələri patrullaya bilirlər. İdarəçilər, bürokratlar, avtopatrullar və patrulların bütün redaktələri avtomatik patrullanmış olacaq. --eldarado ✉ 21:46, 2 avqust 2018 (UTC)
1. Bizim, yəni idarəçilərin, istifadəçi hüquqlarımızı göstərən səhifədə avtopatrul və patrul xanaları boşdur. İndi onları qeyd etməyin nəsə üstünlüyü var idarəçilərə? 2. YeniSəhifələr siyahısında xeyli redaktə var ki, sarı rəngdə deyil, amma redaktə avtopatrul ya da idarəçi tərəfindən edilməyib. Əgər istifadəçi avtopatrul və idarəçi deyilsə, sarı rəngdə görünməli deyil redaktəsi? 3. Patrulu idarəçilər necə seçəcək? Səsvermə? Müzakirə? Məsələn, bi nəfər namizədlik versə, 3 idarəçi dəstəkləsə, 3 idarəçi qarşı çıxsa necə olacaq?--White DemΩn (el psy congroo) 21:53, 2 avqust 2018 (UTC)
- White Demon, 1. Xeyr yoxdur. Patrul statusunda olan imkanlar idarəçi statusunda da var. Ona görədə bir anlamı yoxdur. Mən dünən test üçün özümə bir günlük patrul statusu verib yoxladım. 2. Bəli haqlısız çoxsu sarı deyil çünki onları idarəçilər patrullayır. Sizdə bir sarı məqaləyə daxil olaraq, məqaləni yoxlayıb ən altda [Səhifəni patrullanmış kimi işarələ] seçimi ilə patrullaya bilərsiniz. Hazırda sarı rəngdə olanlar patrullanmayanlardı. Məndə boş zamanım olanda bir bir yoxlayıb patrullayıram. Birazdan bu işdə patrullarda bizə kömək olacaq. 3. Patrullar vikiyə heç bir ziyan verə bilməyəcəklərini nəzərə alsaq, heç bir səsverməyə ehtiyac yoxdur. Normal, tərəfsiz, aktif fəaliyyəti olan patrul olmaq istəyən hər kəsi seçə bilərik. İstifadəçi namizədliyini irəli sürəcək. Bunu görən idarəçilərdən biri istifadəçinin bütün fəaliyyətini yoxlayıb qərar verəcək.--eldarado ✉ 22:19, 2 avqust 2018 (UTC)
- Eldarado, White Demon, bildiyimiz kimi Vikipediya:Patrul namizədləri səhifəsində sadəcə öz namizədliyimiz verə bilirdik. Bunu düzəltdim. Artıq bir şəxsin namizədliyini başqa bir şəxs verə bilər.--Nəriman 11:12, 4 avqust 2018 (UTC)
- Hörmətli Neriman2003, Bu anlamsız oldu biraz. Patrul çalışmaq istəyən buna özü qərar verməlidir, niyə kimsə onu məsləhət görsün ki? Bəlkə heç patrul kimi çalışmaq istəmir. --eldarado ✉ 20:30, 4 avqust 2018 (UTC)
AzViki idarəçilərinin görüşü.
Salam hörmətli vikipediyaçılar,
Bu gün AzViki idarəçilərinin kiçik görüşü baş tutdu. Görüş zamanı bir sıra mövzular müzakirə olundu. İstərdim onlardan bəziləri haqqında sizləri də məlumatlandırım. Görüşdə müzakirə olunan mövzulardan biri Barselona99 adlı istifadəçinin blok məsələsi oldu. Son olaraq istifadəçinin blokunun noyabr ayının 1-də açılacağı qərara alındı.
Laboratoriya mövzusunda da bəzi fikirlər irəli sürürldü. Məqalələrin status almasında keçirilən səsvermələrə diqqətin zəyif olması, istifadəçilərin məqalələri yaxşı incələmədən səs vermələri və səsvermələrin yekunlaşdırılması məsələlərində müzakirələr olundu. Sonda isə yaxın zamanda Səsvermə qaydalarında bir sıra dəyişikliklər olunması və viki cəmiyyət tərəfində dəyişikliklərin yenidən qəbul olunması qərara alındı.
Müzakirə olunan önəmli mövzulardan biri də "Vikimediya Azərbaycan"nın rəsmi olaraq yaradılması oldu. Bunun üçün tələb olunan şərtlərin yaxın müddət ərzində hazırlanması və fonda təqdim olunması müzakirə olundu.
Gələn il İsveçdə baş tutacaq olan Vikimaniya 2019 beynəlxalq konfransında daha yaxşı təşkilatlanıb, ən azı 3 nəfərlə təmsil olunmağı qarşımıza məqsəd qoyduq. Bunlardan bir nəfər fond tərəfindən təqdim olunan təqaüdlə, digər iki nəfər isə müxtəlif qurum və təşkilatlardan əldə olunacaq maddi dəstəklə həyata keçirməyi planladıq.
Babək Akifoğlu, Eminn, Nicat49, Wertuose, White Demon unutduğum mövzu oldusa lütfən başlıq altında əlavə edin. Bugünki vikigörüş üçün hər birinizə təşəkkür edirəm. Hörmətlə--eldarado ✉ 19:39, 3 avqust 2018 (UTC)
- Salam cənab Eldarado. Şəkilləriniz oldu ? Varsa, hardan baxmaq olar ?--Anar 12:56, 4 avqust 2018 (UTC)
- Təəssüf ki, səhhətimlə əlaqədar olaraq görüşdə iştirak etmək imkanım olmadı. Düşünürəm ki, qarşıdakı aylar ərzində əsas diqqətimizi "Vikimaniya-2019"-a ayırmalıyıq. Mümkün qədər böyük bir heyətlə həmin tədbirdə ölkəmizi təmsil edə bilsək əla olar. --►Cekli829 06:37, 6 avqust 2018 (UTC)
- Hörmətli Anar Məmmədov, Çox təəssüflər ki, keyfiyyətli şəkil çəkilmədiyi üçün heç yerə yükləmədik. Hörmətli Cekli829, sizinlə razıyam. Hazırda ən önəmli məsələ Vikimaniya 2019 və Vikimediya Azərbaycan olmalıdı və yaxın bir il ərzində bunların üzərində çalışmalıyıq. --eldarado ✉ 11:09, 6 avqust 2018 (UTC)
Sual
Dostlar salam, niyə azvikinin ana səhivəsindən ingiliscə vikinin ana səhivəsinə keçid var, ancaq ingiliscə vikipediyanın ana səhivəsindən azvikinin ana səhivəsinə keçid yoxdur? ( dillər göstərilən bölmə) Şöhrət✉ 11:32, 6 avqust 2018 (UTC)
- Çünki Envikidə daha çox məqaləyə sahib layihələrə üstünlük verilib. Biz 50-ci yerlərdəyik.--White DemΩn (el psy congroo) 12:09, 6 avqust 2018 (UTC)
- Şöhrət, məncə fərqli əlifbalı vikiləri yerləşdirmək istəyiblər.--Nəriman 15:32, 6 avqust 2018 (UTC)
Vikicəmiyyətin potensialının gücləndirilməsi təşəbbüsü
Hörmətli vikicəmiyyət, Biz sizə necə kömək edə biləcəyimizi öyrənmək istəyirik və bu səbəbdən sizdən bu sorğuda iştirak etməyinizi xahiş edirik.
İndi isə daha ətraflı:
Biz nə soruşuruq. Vikimedia könüllülərinin bu sorğuya verəcəkləri cavablar Mərkəzi və Şərqi Avropa regionundakı vikicəmiyyətlər və yerli Vikimedia təşkilatlarının üstün və zəif cəhətləri barədə bizə məlumat verəcək. Biz sizdən sizin vikicəmiyyətin və (əgər varsa) yerli Vikimedia təşkilatının imkan və bacarıqları barədə soruşacağıq.
Nə üçün soruşuruq. Bu sorğunun qısa və uzunmüddətli məqsədləri var. Qısamüddətli məqsəd qarşıdan gələn, Lvovdakı Mərkəzi və Şərqi Avropa vikipediyaçılarının görüşündə imkan və bacarıqların təkmilləşdirilməsi sahəsində faydalı təqdimat sessiyaları hazırlamaqdır. Uzunmüddətli məqsəd Vikimedia Fondunun “Vikicəmiyyətin potensialının gücləndirilməsi təşəbbüsü (VPG)” çərçivəsində əlavə tədbirlərin planlaşdırıla bilməsi üçün məlumat təmin etməkdir. Sizin vikicəmiyyətin təmin edəcəyi əhəmiyyətli məlumat vikicəmiyyətiniz üçün yararlı təlim və dəstək verilməsi ehtimalını artıracaq və vikicəmiyyətinizin potensialının uzunmüddətli gücləndirilməsinə kömək edəcək.
Siz nə cavab verə bilərsiniz. Əgər sizin vikicəmiyyətdə bu məsələ ilə bağlı müzakirə olubsa, siz onun nəticələrini bildirə bilərsiniz. (Müzakirə olmayıb? O zaman başlaya bilərsiniz.) Yaxud siz yalnız öz fikrinizi bildirə bilərsiniz. Hər ikisi qəbul ediləndir; siz hətta sorğunu bir neçə dəfə doldura bilərsiniz.
Biz cavabları nə vaxta kimi istəyirik. 1 sentyabr çox gözəl dedlayn olardı.
Növbəti nədir. Bu sizə son müraciətimiz deyil. Sorğunu dolduran şəxslərdən sonrakı mərhələdə müsahibə vermələrini xahiş etməyimiz də mümkündür. Biz sizin vikicəmiyyəti anlamaq istəyirik.
Lütfən, bu sorğunu cavablandırın. (Bu sorğu Qualtrics tərəfindən host olunur və onların Təhlükəsizlik Siyasəti və İstifadə Şərtlərinə uyğun idarə edilir.)
WMCEEM2018 Təşkilat Komitəsi və şəxsən mənim adımdan çoxlu təşəkkürlər! VPG proqram inzibatçısı. -- Asaf (WMF) (müzakirə) 11:49, 7 avqust 2018 (UTC)
Salam. Səyyad Aran məqaləsindən SM statusu alınıb. Amma məqaləyə YM statusu verilməyib. Məqalə YM olmalıdır. Bu barədə Cekli829, Nicat49, Araz Yaquboglu, White Demon, Sortilegus, Eldarado kimi idarəçilərin fikrin bilmək istərdim.--Anar 17:24, 8 avqust 2018 (UTC)
- Anar Məmmədov və Neriman2003, ancaq idarəçilər məqalənin statusunu ala bilər. Siz burada yenədə nə oyun açırsız? Keçən dəfə mən sizə qeyd etdim ki, mən o vaxt statusları alanda, Baskervill ilə razılığa gəldik ki, bu işlərə ilin sonunda baxılacaq. Bundan əlavə, son 3 ildə status alan məqalələrin statusu alına bilməz. Sizə bunu nə qədər deməliyəm?
P.S Hələ sizin burada [[1]] saxta Vikipediya:Laboratoriya/Səyyad Aran yaratmağınızda gözümdən yayılmayıb.
--Azerifactory (müzakirə) 23:47, 8 avqust 2018 (UTC)
- Hörmətli, Azerifactory, hörmətsizlik kimi çıxmasın, Baskervill ilə razılığa gəlməyinizin nə dəxlisi var, anlamadım. Burda bütöv bir vikicəmiyyətdən söhbət gedir. İndi iki istifadəçi razılığa gəldi deyə, bütün vikicəmiyyət buna uymalıdırmı? Ortada konkret bir qayda yazılı şəkildə olmalıdır və hərəkətlərimiz onlara əsaslanmalıdır. Amma yoxdu. Şəxsən mən bu işlərə ilin sonunda baxılmasının tərəfdarı deyiləm.--White DemΩn (el psy congroo) 00:15, 9 avqust 2018 (UTC)
- Hörmətli Azerifactory, Anar Məmmədov və Neriman2003, Vikipediya qaydalarına əsasən məqalə seçilmiş statusu aldıqdan ən tezi 3 il yox 6 ay sonra statusun geri alınması üçün səsvermə başladıla bilər. Məqalədən statusun alınması üçün səsverməyə, səsvermə hüququ olan istənilən istifadəçi çıxara bilər. Bir şərtlə ki, heç bir halda qərəzli olmamalıdır. Heç bir şərti pozmayan məqalənin statusunun geri alınması üçün səsvermə başladan istifadəçiyə xəbərdarlıq edilir. Məqalədən SM statusunun alınıb YM statusunun verilməsi isə qaydalarda əks olunmadığı üçün status birbaşa alınmalıdı. Bəlkə gələcəkdə bunu qaydalara əlavə etdikdən sonra edə bilərik. Hörmətlə --eldarado ✉ 08:00, 9 avqust 2018 (UTC)
Anar Məmmədov son aylarda AzVikiyə ara-sıra daxil olduğum üçün belə məsələlərə o qədər də diqqət etmirəm. Düşünürəm ki, o statusu almaq ümimiyyətlə düzgün deyildi. Çünki məqalə SM tələblərinə tam cavab verir. --►Cekli829 12:52, 9 avqust 2018 (UTC)
Cekli829 Razıyam sizinlə.--Anar 12:53, 9 avqust 2018 (UTC)
Ay Neriman2003, Səyyad Aran məqaləsindən SM statusunun alınması ilə bağlı səsverməni sən başlatmısan. Deyə bilərsənmi ki, bunu hansı qaydaya əsasən etmisən? Axı bizdə hələ Seçilmiş məqalə statusunun geri alınması ilə bağlı qayda qəbul olunmayıb?! --►Cekli829 06:10, 10 avqust 2018 (UTC)
- Salam hərkəsə. Vaxtım olmadığından vikiyə girə bilməmişəm. Cekli829, bundan əvvəldə statusun alınması üçün səsvermələr keçirilib. Onlara niyə etiraz etmədiz? Mən səsverməni başlatdım, vikicəmiyyət səs verdi status alındı. Heç kimdə etiraz etmədi. Sadəcə Azerifactory müzakirə səhifəmə yazdı ki ilin axırında edilməlidir.--Nəriman 09:15, 11 avqust 2018 (UTC)
- Neriman2003 əgər son dövrlərdə o qədər də aktiv olmamışamsa, bundan indi xəbərim olubsa və Sizə belə bir sual ünvanlamağa haqqım çatmır? Bütün bunlar onu göstərir ki, vikicəmiyyət sadəcə qaydasız hərəkət edir. Belə bir fəaliyyət AzViki üçün yaxşı bir gələcək vədd etmir. --►Cekli829 15:01, 12 avqust 2018 (UTC)
Məqalənin status alması üçün keçirilən səsvermələr
Salam hörmətli həmkarlar. Mən təklif edirəm ki, VP:L, VP:YMN, VP:SMN və VP:SSN səhifələrində məqalələrin səsvermə müddətini azaldaq. 15 gün fikrimcə çoxdur. Bəzən məqalə 3 səslə 15 gün gözləyir və axırda qəbul edilir. Belə təklif edirəm ki, müddəti 10 günə yaxud 7 günə endirək. --Rufet Turkmen (müzakirə) 08:49, 9 avqust 2018 (UTC)
+.--Anar 11:48, 9 avqust 2018 (UTC)
- Tətbiq etmək olar --Anar Kərimxanov (müzakirə) 11:57, 9 avqust 2018 (UTC)
- Fikrimcə 15 gün normal müddətdir, 7-10 gün məncə azdır.--White DemΩnyo! 12:03, 9 avqust 2018 (UTC)
Qaydaları dəyişmək lazımdır. Amma bu formada müddəti dəyişməklə yox. Sadəcə səslə də bu işi həll etmək düzgün deyil. Bu sahədə qərarların müzakirələr nəticəsində qəbul olunması daha yaxşı olardı. --►Cekli829 12:05, 9 avqust 2018 (UTC)
White Demon ilə həmfikirəm. --Мурад 97 (müzakirə) 13:03, 9 avqust 2018 (UTC)
- Mənim fikirimcə müddət normaldır.
Hörmətli Cekli829 siz: "Sadəcə səslə də bu işi həll etmək düzgün deyil. Bu sahədə qərarların müzakirələr nəticəsində qəbul olunması daha yaxşı olardı." bu fikri, məqalələrin status alması üçün deyirsiniz yoxsa, təklif olunan 10 gün müddət üçün? Hörmətlə Patriot Kor (müzakirə) 13:27, 9 avqust 2018 (UTC)
- Məqalə statusları ilə bağlı bütün mövcud qaydalar üçün. --►Cekli829 13:29, 9 avqust 2018 (UTC)
- Sәsvermә müddәtinin azaldılmasına razı deyilәm vә 15 günün normal olduğunu düşünürәm. Bu mövzu ilә bağlı da son görüşdә geniş müzakirә apardıq. Ortaq razılaşdığımız qәrar bu oldu ki, mәqalәnin status alması üçün keçirilәn sәsvermәdә әsasәn müzakirә üstün tutulsun vә yekunlaşdıdma buna görә icra olunsun. Misal üçün mәqalәyә 15 nәfәr sadәcә lehinә sәs verib. Bir nәfәr isә tutarlı әsas gәtirәrәk әleyhinә sәs verib. Bu zaman mәqalәnin yekunlaşdırılması zamanı әleyhinә qәrar çıxarılmalıdı. Yaxın gәlәcәkdә bunu qaydalara әlavә edib viki cәmiyyәt qarşısında müzakirәyә çıxarmaq lazımdır. --eldarado ✉ 13:55, 9 avqust 2018 (UTC)
- Cekli829, sәsvermә müddәtinin azaldılmasına mәn tam əleyhinəyəm. Adam var, 2-3 gün istirahətdə olur - 15 gün idealdır. Hər şeyə tələm-tələsik status veririksə onda Labı ləğv edin. O ki, qaldı statusların məqalələrdən alınmasına, qaydaları tərtib edin.--Azerifactory (müzakirə) 14:23, 9 avqust 2018 (UTC)
- Sәsvermә müddәtinin azaldılmasına razı deyilәm vә 15 günün normal olduğunu düşünürәm. Bu mövzu ilә bağlı da son görüşdә geniş müzakirә apardıq. Ortaq razılaşdığımız qәrar bu oldu ki, mәqalәnin status alması üçün keçirilәn sәsvermәdә әsasәn müzakirә üstün tutulsun vә yekunlaşdıdma buna görә icra olunsun. Misal üçün mәqalәyә 15 nәfәr sadәcә lehinә sәs verib. Bir nәfәr isә tutarlı әsas gәtirәrәk әleyhinә sәs verib. Bu zaman mәqalәnin yekunlaşdırılması zamanı әleyhinә qәrar çıxarılmalıdı. Yaxın gәlәcәkdә bunu qaydalara әlavә edib viki cәmiyyәt qarşısında müzakirәyә çıxarmaq lazımdır. --eldarado ✉ 13:55, 9 avqust 2018 (UTC)
։Məqalənin status alması iki mərhələli səs verədən keçir. Bunun ikinci səsverməsinin müddəti 10 günlük olması qəbul ediləndir. Çünki birinci səsvermə müddətində demək olar ki, bir çox əyri-əksiklər artıq həll edilir. Sadəcə məqaləni laborotoriyaya təqdim edən şəxs, onu təqdim etməmişdən bir müddət öncə onun üzərində ciddi işləyib sonra təqdim etməlidir. Birdə məqalənin status alması üçün onun əhəmiyyətliyi, xarici görünüşü, həcmi, cümlənin qramatik qruluşu əsas götürməklə qiymətləndirilməli halda, digər vikipediyalarda status alıb arqumenti ilə əsas gətirilib laborotoriyaya təqdim edilməməlidir. Bu hallar bizim vikipediyada çox görülür. Elə məqələlər var ki, xarici vikipediyada statusu var, amma yuxarıda adını çəkdiyim heç bir meyyara uymur. Bununla belə envikidə statusu var bizdədə almalıdır düşüncəsi ilə oda status alır.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 14:47, 9 avqust 2018 (UTC)
- Eldarado, elə həmin müzakirədən sonra səs çoxluğuna deyil, müzakirəyə əsaslanan yeni qaydalar üzərində işləyirəm: İstifadəçi:White Demon/SMN--White DemΩnyo! 15:50, 9 avqust 2018 (UTC)
- White Demon, Әla.--eldarado ✉ 16:47, 9 avqust 2018 (UTC)
- Bizə lazım olan elə budur.--Anar Kərimxanov (müzakirə) 17:08, 9 avqust 2018 (UTC)
- White Demon, Әla.--eldarado ✉ 16:47, 9 avqust 2018 (UTC)
- Əgər bir arqument nəticəni ləğv edəcəksə onda səsverməyə nə ehtiyac var. Sadəcə verilən hər səs əsaslandırılmalıdır. Özüdə tutarlı şəkildə ki, bu səslər lehinə və ya əlehinə buna görə verilir._Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 17:46, 9 avqust 2018 (UTC)
- Bəylər 1 ay səsvermə keçirilir bunu birdəfəlik etmək olmazmı? Laboratoriyada istifadəçini məqalə qane edirsə, ikinci dəfə də onsuz lehinə səs verəcək. 2 dəfə 15 gün səsvermə keçirilir. Əgər VP:L - də istifadəçi məqalə üzərində iradlarını bildirdisə və onun iradları ilə bağlı problemlər aradan qaldırıldısa deməli həmin istifadəçi onsuzda VP:YMN-da bu məqalənin lehinə səs verəcək. Eyni şeyi ikinci dəfə təkrarlamağa ehtiyac olmadığını düşünürəm. --Rufet Turkmen (müzakirə) 01:42, 10 avqust 2018 (UTC)
- Rufet Turkmen, çox vaxt troll istifadəçilər 2-ci dəfə səs vermir.--Azerifactory (müzakirə) 22:58, 11 avqust 2018 (UTC)
- Müddətin azaldılmasında bitərəfəm. Amma laboratoriya 1 mərhələli edilməlidir.--Nəriman 12:53, 12 avqust 2018 (UTC)
- Səsvermə müddətinin azaldılmasının tərəftarı olanları anlamıram. Nə üçün tələsik məqalələrə status qazandırmağın tərəftarısız? Buna nə ehtiyac var? Bir ay olmasın iki ay olsun. Əsas olan səsvermənin şəffaflığı deyil? O zaman bunun üzərində çalışmalıyıq. Hansı ki, hörmətli White Demon bunun üzərində çalışır. Yaxın günlərdə yəqin ki, müzakirəyə çıxarar. Hörmətlə --eldarado ✉ 12:58, 12 avqust 2018 (UTC)
Kateqoriyalarda əlifba sırasının tətbiq olunması
Salamlar. Məlum məsələdir ki, bilən bilir, AzVikidə kateqoriyadakı məqalələr Azərbaycan əlifbasına görə deyil, ingilis əlifbasına görə sıralanır. Məsələn, Kateqoriya:Azərbaycan rayonları kateqoriyasına baxsaz görərsiz ki, "Ş" və "İ" sırası ən sondadı, "X" sırası isə "U"-dan sonra gəlir. Halbuki bizim əlifba ilə uyğunlaşmadığını bilirik. Bütün kateqoriyalarda elədi. Əvvəl elə bilirdim ki, bunu düzəltmək olmur, sonra öyrəndim ki, Fabrikatora müraciət etsək, əlifba sırasını düzəldə bilərlər (bir az vaxt aparan iş olsa da). Lakin Fabrikatorda əvvəlcə vikicəmiyyətin ümumi razılığı tələb olunur. Xahiş edirəm, bu fikri dəstəkləyənlər {{Dəstək}} şablonu qoysunlar. Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Cekli829, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Sultan11, Wertuose, White Demon, Anar Məmmədov, Aykhan Zayedzadeh, Samral, Wikipediya M, Sefer azeri, Fortius-94, Namikilisu, Masalli qasimli, Neriman2003, Rufet Turkmen, Drabdullayev17.--White Demツnyo! 16:21, 11 avqust 2018 (UTC)
- Lehinə: Əslində çox asan həll oluna bilən bir problemdir amma mütləq Fabrikatora müraciət etməliyik. --Drabdullayev17 (müzakirə) 16:24, 11 avqust 2018 (UTC)
- Lehinə: --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 16:31, 11 avqust 2018 (UTC)
- Lehinə:--Anar 16:34, 11 avqust 2018 (UTC)
- Lehinə:--Nicat49 ⋠müzakirə⋡ 16:38, 11 avqust 2018 (UTC)
- Lehinə:--Anar Kərimxanov (müzakirə) 16:48, 11 avqust 2018 (UTC)
- Lehinə:--samral müzakirə 17:02, 11 avqust 2018 (UTC)
- Lehinə:-_Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 17:14, 11 avqust 2018 (UTC)
- Lehinə: --Mehdi Fəyyazlı (Fikrini de) 17:17, 11 avqust 2018 (UTC)
- Lehinə: Hələ 5 il öncə bu barədə maraqlanmışdım. --Araz Yaquboglu (müzakirə) 17:35, 11 avqust 2018 (UTC)
- Lehinə:--Nəriman 17:52, 11 avqust 2018 (UTC)
- Lehinə:\Support--Rufet Turkmen (müzakirə) 18:44, 11 avqust 2018 (UTC)
- Lehinə:--Wikipediya M (müzakirə) 18:49, 11 avqust 2018 (UTC)
- Lehinə:--Sortilegus (müzakirə) 19:24, 11 avqust 2018 (UTC)
- Lehinə:----eldarado ✉ 20:30, 11 avqust 2018 (UTC)
- Lehinə: Bu məni çoxdan narahat edirdi.--Azerifactory (müzakirə) 22:56, 11 avqust 2018 (UTC)
- Lehinə:--namikilisu 06:47, 12 avqust 2018 (UTC)
- Lehinə: -- ■ Sultan mesaj 16:46, 15 avqust 2018 (UTC)
- Müraciət edilmişdir.--White Demツnyo! 21:20, 11 avqust 2018 (UTC)
- White Demon, problem həll olundu, yoxsa? -- Hüseynzadə (müzakirə) 21:35, 16 avqust 2018 (UTC)
- Uyğun kod dəyişikliyi edib Gerritə təqdim etmək lazımdır. Düzdü, bu haqda məlumatlı olmadığım üçün hələ etməmişəm, amma bir istifadəçi bilirəm, ondan kömək istəyəcəm.--White Demツnyo! 15:42, 17 avqust 2018 (UTC)
- White Demon, problem həll olundu, yoxsa? -- Hüseynzadə (müzakirə) 21:35, 16 avqust 2018 (UTC)
- Yerinə yetirildi. Artıq kateqoriyalarda Azərbaycan əlifbası üzrə məqalə və kateqoriyalar sıralanır. Lazım olan kodu Gerritə yüklədiyinə görə Superyetkinə təşəkkürlər.--White Demツnyo! 12:22, 29 avqust 2018 (UTC)
100000 məqalə
Səlam. Cənubi Azərbaycanca Vikipediya 100000 məqaləyə çatdı. bu Müvəffəqiyyəti bütün Azərbaycanlılara təbrik edirəm.--Alp Er Tunqa (müzakirə) 18:56, 11 avqust 2018 (UTC)
- Təbrik edirəm. Amma bir az təəccübləndim. Yadıma gəlir ki, 1-2 il əvvəl cəmi 10 min məqalə var idi.--White Demツnyo! 19:14, 11 avqust 2018 (UTC)
- Mən də təbrik edirəm. White Demon, məqalələrin əksəriyyəti qaralama halında olan kiçik məqalələrdi, onların seçilmiş məqaləsi ana səhifəni 3-4 aydır ki, tərk etmir. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 19:16, 11 avqust 2018 (UTC)
Təbriklər!--Nəriman 07:24, 12 avqust 2018 (UTC)
- Təbrik edirəm. --Anar Kərimxanov (müzakirə) 07:33, 12 avqust 2018 (UTC)
- Əsas olan məqalə sayı yox, viki-dərinlikdi. Yəni miqdar yox, keyfiyyət. Yenə də təbrik edirəm.--samral müzakirə 10:15, 12 avqust 2018 (UTC)
- Təbrik edirəm amma çox gözəl olar, ərəb dilindən Latın qrafikasına keçsək --Azerifactory (müzakirə) 23:11, 14 avqust 2018 (UTC)
- Gec olsa da, təbriklər! :) -- Hüseynzadə (müzakirə) 21:33, 16 avqust 2018 (UTC)
YouTube şablonu
Hər kəsə salam. Dostlar, YouTube şablonunda səhv və texniki xəta var. Belə ki, məsələn "Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu" məqaləsinin "Xarici keçidlər" bölməsində bu fondun rəsmi YouTube kanalını göstərmək istəyirəm. Kanalın linki budu: https://www.youtube.com/channel/UCDCCpspCIX9i2k9KweMUgiA/ Bu formada {{YouTube| channel = UCDCCpspCIX9i2k9KweMUgiA }} yazıb yayımlayıram, bu cür görünür Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu istifadəçi kanalı — YouTube . Link səhv çevrilir, yəni "channel" əvəzinə "user" yazılır: https://www.youtube.com/user/UCDCCpspCIX9i2k9KweMUgiA , yəni beləliklə linkə düzgün keçid vermir və görünüşdə də istifadəçi sözü yazılır. Hansı ki, əslində bu cür görünməlidir: Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu — YouTube kanalı . Çünki "user" olanda "istifadəçi kanalı" yazılmalıdır, "channel"dısa sadəcə kanal yazılmalıdır. YouTube-da kanalı olanlar bilər, YouTube-da "user channel", yəni "istifadəçi kanalı" və "channel" anlayışları fərqlidir. İndi bu problemi həll etməkdə kim yardımçı ola bilər?--samral müzakirə 10:33, 12 avqust 2018 (UTC)
- Samral, düzəltdim.--Nəriman 12:01, 12 avqust 2018 (UTC)
- Neriman2003, çox sağol, linkdə "channel"in "user" olması düzəlib, amma hələ də "Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu kanalı — YouTube" formasında göstərir. Elə edə bilərsənmi ki belə göstərsin: "Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu — YouTube kanalı"--samral müzakirə 13:45, 12 avqust 2018 (UTC)
- Neriman2003 indi isə belə bir (kateqoriyalarda) xəta verir.--► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 20:31, 12 avqust 2018 (UTC)
- Aykhan Zayedzadeh həll etdim.--Drabdullayev17 (müzakirə) 07:13, 13 avqust 2018 (UTC)
- Drabdullayev17, mənim sonuncu deidyimi də həll edə bilərsən?--samral müzakirə 19:37, 14 avqust 2018 (UTC)
- Samral, düzəltdim. Təkrar yoxlaya bilərsən? --Drabdullayev17 (müzakirə) 06:10, 15 avqust 2018 (UTC)
- Neriman2003 indi isə belə bir (kateqoriyalarda) xəta verir.--► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 20:31, 12 avqust 2018 (UTC)
- Neriman2003, çox sağol, linkdə "channel"in "user" olması düzəlib, amma hələ də "Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu kanalı — YouTube" formasında göstərir. Elə edə bilərsənmi ki belə göstərsin: "Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu — YouTube kanalı"--samral müzakirə 13:45, 12 avqust 2018 (UTC)
- Drabdullayev17, Ora kanalı yazmayın. Çünki video linki verilən məqalələrdə adı kanal kimi göstəriləcək.--Nəriman 06:24, 15 avqust 2018 (UTC)
- Drabdullayev17, xeyr, düzəlməyib, yenə də "Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu — YouTube kanalı" formasında yox, "Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu kanalı — YouTube" formasında göstərir.--samral müzakirə 08:20, 15 avqust 2018 (UTC)
- Samral, onu etsək bütün video keçidləri kanal kimi görünəcək.--Nəriman 08:40, 15 avqust 2018 (UTC)
- Neriman2003, nə dəxli var? Bunu da edək. Video keçidləri də elə video keçid kimi görünsün. Kanal söhbətini {{YouTube|channel=}} formasında edirik, videonu isə tamam başqa cür. Bunlar, yəni bu iki ayrı şey niyə bir-birilə əlaqəli olmalıdır ki?--samral müzakirə 17:36, 15 avqust 2018 (UTC)
Samral, şablonun tərkibinə baxsanız görərsiniz ki ilk hissədə link parametrlər vasitəsilə düzəlir və sonda Link - YouTube formasında çıxır.--Nəriman 16:22, 16 avqust 2018 (UTC)
Vikipediya:VikiLayihə Video oyunlar
Hərkəsə salamlar! Bir qədər vaxt aldı, amma nəhayət Video oyunlar VikiLayihəsini tam yaratdım. İstəyən istifadəçi qoşulub töhfə verə bilər. Əlavə olaraq, iştirakçılar öz istifadəçi səhifələrinə {{İstifadəçi VLVO}} şablonunu yerləşdirə bilər. Əgər hansısa bir istifadəçinin bu layihəyə töhfə verəcəyini düşünürsünüzsə, {{VLVO xg}} şablonundan istifadə edərək onları bu layihəyə qoşulmağa dəvət edə bilərsiniz! Layihə üzərində görməli çox iş var. Kateqoriyalardan tutmuş məqalələrə qədər. Buna görə də video oyunlar mövzusunu əhatə edən səhifələrə töhfə verən hərkəsə təşəkkür edirəm. Bu layihənin yaradılmasında mənə kömək edən White Demona (Ariqato!) minnətdarlığımı bildirirəm. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 21:57, 12 avqust 2018 (UTC)
- Aykhan Zayedzadeh, böyük zövqlə! -- Hüseynzadə (müzakirə) 08:39, 13 avqust 2018 (UTC)
- Aleykuma Salam. Çox təəssüf mənim maraqıandığım sahələrə aid olmadığından sizə kömək edə bilməyəcəyəm. Hörmətlə-Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 10:36, 13 avqust 2018 (UTC)
- Bunu niyə "VikiLayihə:Video oyunlar" yox, "Vikipediya:VikiLayihə Video oyunlar" formasında etmisiz?--samral müzakirə 19:38, 14 avqust 2018 (UTC)
- Hörmətli Samral, Azərbaycanca Vikipediyada fəaliyyət göstərən hər bir VikiLayihə (bundan əvvəl ABŞ və Anime və manqa VikiLayihələri mövcud olub) belə formada olduğundan etdim. Onsuz da vikilərin çoxun belə gedir. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 05:43, 15 avqust 2018 (UTC)
- Aykhan Zayedzadeh, Samral, bizə Vikilayihə adlar fəzası almaq lazımdır.--Nəriman 06:26, 15 avqust 2018 (UTC)
- Neriman2003, alaq da o fəzanı. Necə alırlar?--samral müzakirə 17:38, 15 avqust 2018 (UTC)
- Salam, dəvətiniz üçün sizlərə dərin minnətdarlığı bildirirəm. Son dönəmdə vikipediyada çox az aktiv olmağım səbəbilə köməklik göstərə bilməyəcəyəm, lakin əlimdən gəldiyi qədər dəstək olmağa çalışacağam. Toqoo ✉ 15:41, 16 avqust 2018 (UTC)
VikiLayihə Azərbaycan tarixi və Musiqi
Hərkəsə salamlar! Artıq Vikipediya:VikiLayihə Video oyunlar portalından sonra, Vikipediya:VikiLayihə Musiqi və Vikipediya:VikiLayihə Azərbaycan tarixi portalları da fəaliyyət göstərir. Bütün tarix və musiqi sevənlər, qoşulub töhfə verə bilər.--Azerifactory (müzakirə) 11:54, 14 avqust 2018 (UTC)
Hamının diqqətinə!
Azərbaycanda pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılması, saytlarda yerləşdirilməsi qanunla qadağandır. Yayılması qadağan edilən informasiyaların dərc olunduğu saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması müvafiq qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.
Elektron Təhlükəsizlik Xidmətindən KİV-ə daxil olan məlumata görə, fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən saytın və onun domen adının sahibinə, o cümlədən host provayderə yazılı xəbərdarlıq edilir. 8 saat ərzində yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə, Xidmət tərəfindən həmin saytın ölkə ərzisində fəaliyyətinin məhdudlaşdırılması barədə müvafiq məhkəmə instansiyalarına müraciət olunur.
Qeyd edim ki, artıq aidiyyatı qurumların müraciəti əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən bəzi qeyri-etik məzmunlu saytlarla əlaqədar məhkəmə instansiyalarına müraciət olunub və onların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib.
Hörmətli vikipediyaçı həmkarlarım, bunu yazmaqda məqsədim odur ki, AzVikidə müvafiq mövzularla bağlı mümkün qədər diqqətli olun. Əks halda Vikipediyanın Azərbaycan ərazisində fəaliyyətinin məhdudlaşdırılması qaçınılmaz olacaq. --►Cekli829 11:58, 15 avqust 2018 (UTC)
- Cekli829 yəni Aleksis Teksas, eləcə də Uşaq nikahı kimi məqalələr silinməlidir? Azərbaycan Respublikasının Milli Məclisinə edir bilmirəm artıq... --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 12:13, 15 avqust 2018 (UTC)
- Aykhan Zayedzadeh, əgər Elektron Təhlükəsizlik Xidməti tərəfindən həmin məqalələrin silinməsi tələb edilərsə təbii ki, onları silməliyik və yaxud da hansısa texniki bir üsul ilə ölkə ərazisindən o məqalələrə baxışı məhdudlaşdırmaq lazım olacaq. Hələlik isə qanunun tələbləri dəyişilənə qədər müvafiq mövzularla bağlı hansısa bir fəaliyyət göstərməmək lazımdır. --►Cekli829 12:26, 15 avqust 2018 (UTC)
- Cekli829, onsuz da uşaq pronoqrafiyası mövzusunda fəaliyyət demək olar ki yoxdur. İnanmıram da bu mövzuya maraq göstərənlər olsun. Amma Elektron Təhlükəsizlik Xidmətinin məcburiyyəti ilə məqalələrin silinməsi məsələsinə isti baxmıram. Hətta bütün ölkədə Vikipediyaya məhdudiyyət qoyulsa belə, vikifəlsəfənin daha önəmli olduğunu və hansı sanksiya tətbiq olunur olsun Vikipediyanın prisnipləri ilə hərəkət etməyin daha önəmli olduğunu düşünürəm.--White Demツnyo! 12:42, 15 avqust 2018 (UTC)
- White Demon, əsas vikifəlsəfə Vikipediyanın və vikipediyaçıların təhlükəsiz fəaliyyətinin təmin edilməsidir. Əgər Vikipediyaya görə vikipediyaçıya təhlükə yaranacaqsa (həbs, fiziki və ya mənəvi təzyiq, maddi ziyan və s. formalarda), o zaman vikifəlsəfədən ilk növbədə vikipediyaçının xilası üçün faydalanmaq lazımdır. --►Cekli829 12:58, 15 avqust 2018 (UTC)
- Cekli829, onsuz da uşaq pronoqrafiyası mövzusunda fəaliyyət demək olar ki yoxdur. İnanmıram da bu mövzuya maraq göstərənlər olsun. Amma Elektron Təhlükəsizlik Xidmətinin məcburiyyəti ilə məqalələrin silinməsi məsələsinə isti baxmıram. Hətta bütün ölkədə Vikipediyaya məhdudiyyət qoyulsa belə, vikifəlsəfənin daha önəmli olduğunu və hansı sanksiya tətbiq olunur olsun Vikipediyanın prisnipləri ilə hərəkət etməyin daha önəmli olduğunu düşünürəm.--White Demツnyo! 12:42, 15 avqust 2018 (UTC)
- Aykhan Zayedzadeh, əgər Elektron Təhlükəsizlik Xidməti tərəfindən həmin məqalələrin silinməsi tələb edilərsə təbii ki, onları silməliyik və yaxud da hansısa texniki bir üsul ilə ölkə ərazisindən o məqalələrə baxışı məhdudlaşdırmaq lazım olacaq. Hələlik isə qanunun tələbləri dəyişilənə qədər müvafiq mövzularla bağlı hansısa bir fəaliyyət göstərməmək lazımdır. --►Cekli829 12:26, 15 avqust 2018 (UTC)
- Cekli829 o zaman VPN, hətta Onion kimi qurğulardan istifadə edərik. Əgər bu problem yaratsa, Cimmi Uelslə məsləhətləşməli olacağıq. Pornoqrafiyaya gəldikdə isə, White Demon, məncə penis və anal dəlik kimi məqalələr də bizim millətin düşüncəsinə görə "pornoqrafiya" sayılır. Ən azından müfəssəl (ing. explicit) məzmun sayılırlar. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 16:14, 15 avqust 2018 (UTC)
- Cekli829 ilə razıyam.--samral müzakirə 18:25, 15 avqust 2018 (UTC)
- Çox vacib qanundur və Cekli829 ilə razıyam, ehtiyatlı olmalıyıq yoxsa Vikimiz zərər çəkər.--Azerifactory (müzakirə) 01:59, 16 avqust 2018 (UTC)
- Cekli829 ilə razıyam.--samral müzakirə 18:25, 15 avqust 2018 (UTC)
- Çox gözəl. Əla qərardır. Onda bu dövlət qurumları televiziyalarda olan reklam roliklərinə də diqqət yetirsinlər. Reklamlarda kifayət qədər qadağa qoyulası material var. Məlum səbəblərdən adını çəkmirəm. Təki bu mövzu ilə yekunlaşsın qadağalar razıyam. Da siyasi mötivli məqalələrə də qadağa qoyulmasın.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 09:44, 16 avqust 2018 (UTC)
- Hörmətli həmkarlar Vikipediyadakı məqalələr informasiya vermək məqsədi daşıdığı üçün inanmıram ki, hansısa dövlət qurumu və ya məhkəmə buna qarşı çıxa. Ona qalsa bəzi orta məktəb dərsilikləri və ATU-nun bir çox dərsliyi qadağan olunmalıdır. --Drabdullayev17 (müzakirə) 19:08, 16 avqust 2018 (UTC)
- Drabdullayev17 elə oldu-olmadı, bura Vikipediyadır. VikiMedianın qərargahı ABŞ-da yerləşir, bu o deməkdir ki, Azərbaycanca Vikipediya Azərbaycan Respublikasının qanunlarına yox, Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının qanunlarına riayət etməlidir. Bu qanundan əvvəl də biz uşaq pornoqrafiyasının təsvirlərini paylaşa bilməzdik, çünki ABŞ-da bu qadağandır. Lakin yazılı şəkildə məlumatlandırmaya icazə var. Vikipediyanı bloklasalar, bloklasınlar. VPN adlı bir proqram var. Quraşdırmaq da çox asandır. Türkcə Vikipediyaya türkiyəlilər belə daxil olurlar. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 19:18, 16 avqust 2018 (UTC)
- Hörmətli Aykhan Zayedzadeh onu mən də bilirəm VikiMedia ABŞ-da yerləşir. Ona qalsa bağlanılmaq istənilən saytların demək olar ki, hamısı ölkə xaricində fəaliyyət göstərir. Yəni dövlətin buna qadağa qoyma hüququ var. Amma qadağa olsa siz deyən üsuldan istifadə etmək olar. --Drabdullayev17 (müzakirə) 19:40, 17 avqust 2018 (UTC)
- Drabdullayev17 elə oldu-olmadı, bura Vikipediyadır. VikiMedianın qərargahı ABŞ-da yerləşir, bu o deməkdir ki, Azərbaycanca Vikipediya Azərbaycan Respublikasının qanunlarına yox, Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının qanunlarına riayət etməlidir. Bu qanundan əvvəl də biz uşaq pornoqrafiyasının təsvirlərini paylaşa bilməzdik, çünki ABŞ-da bu qadağandır. Lakin yazılı şəkildə məlumatlandırmaya icazə var. Vikipediyanı bloklasalar, bloklasınlar. VPN adlı bir proqram var. Quraşdırmaq da çox asandır. Türkcə Vikipediyaya türkiyəlilər belə daxil olurlar. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 19:18, 16 avqust 2018 (UTC)
Yeni mövzulu ay
Salam hərkəsə. Mövzulu ayda sentyabr ayı boşdur. Əvvəldən orada Neft ayı yerləşdirilmişdi. Amma planı hazır olmadığına görə dekabr ayına çəkildi. İndi sentyabr ayına 4 ay təklifim var. Aviasiya, İnternet, Televiziya, CAR. Bunlardan biri seçilsə planı hazırlamağı öz üzərimə götürürəm.--Nəriman 11:03, 16 avqust 2018 (UTC)
- Salam Neriman2003 aktiv olmayan Vikipediya:VikiLayihə Cənubi Afrika Respublikası var məncə bu layihənin də inkişafı üçün CAR ayı keçirilsə əla olardı. Uğurlar.--Rufet Turkmen (müzakirə) 11:13, 16 avqust 2018 (UTC)
- Neriman2003, Aviasiya ayına ehtiyac yoxdur, keçən ilin axırlarında Nəqliyyat ayı keçirmişdik. Rufet Turkmen, layihə səhifəsinin mətninin çox hissəsi türkcədir, amma razıyam. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 14:58, 16 avqust 2018 (UTC)
- CAR ayı maraqlı olardı. Xeyli boşluq gördüm bu mövzuda. Üstəlik, bu yaxınlarda Vikimaniya CAR-da keçirilmişdi. Yerinə düşərdi))--White Demツnyo! 16:26, 16 avqust 2018 (UTC)
- Salam. Mən də CAR ayını dəstəkləyirəm. Gələn ayı CAR ayı etmək olar. Planın yaradılmasında kömək edə bilərəm. --eldarado ✉ 16:28, 16 avqust 2018 (UTC)
- CAR ayı maraqlı olardı. Xeyli boşluq gördüm bu mövzuda. Üstəlik, bu yaxınlarda Vikimaniya CAR-da keçirilmişdi. Yerinə düşərdi))--White Demツnyo! 16:26, 16 avqust 2018 (UTC)
- Hörmətli Eldarado axı neft ayının təklifini siz vermişdiniz. Özünüzdə ayı hazırlayacağını demişdiniz.... Mövzu kifayət qədər var. Elə boşluqlarda. O mövzulara üz tutmaq lazımdır ki, onun nəticəsində vikipediyamız qazansın. Yəni daha çox məqalə, kateqoriya, şablon, şəkil və s əıldə edilsin. Təklifim "fauna ayı"dır. Həm də özümdə fəal iştirak edə bilərəm. Və yaxud da Hərb ayı artıq hazırdır. Önə çəkmək olar.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 17:30, 16 avqust 2018 (UTC)
- Eynən elə olmuşdu. Lakin dekabr ayına çəkməli olduq Neft ayını. Sentyabr ayına isə ümumi razılığa əsasən bir mövzu seçib hazırlamalıyıq.--eldarado ✉ 17:50, 16 avqust 2018 (UTC)
- Neriman2003, Aviasiya ayına ehtiyac yoxdur, keçən ilin axırlarında Nəqliyyat ayı keçirmişdik. Rufet Turkmen, layihə səhifəsinin mətninin çox hissəsi türkcədir, amma razıyam. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 14:58, 16 avqust 2018 (UTC)
- Yekunlaşdırma: CAR ayına etiraz olmadığı üçün Mövzulu ay layihəsi çərçivəsində oktyabr ayına "CAR ayı" təyin olundu. Hərb ayı sentyabra çəkildi. Daha ətraflı. --eldarado ✉ 12:57, 19 avqust 2018 (UTC)
"XXX Hava Limanı" yoxsa "XXX hava limanı"
Hər kəsə salam. Bu mövzu bir müddət öncə burada müzakirə olunmuşdu. Kiçik yazılmasına razılaşmışdıq. Lakin burada yenidən bu mövzu müzakirəyə çıxarıldı. Eyni zamanda Azərbaycan dilinin orfoqrafiya qaydalarında, bu mövzuya yaxın bənd var. Onu da buraya yerləşdirirəm:
31. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi ...
Yuxarıda keçidini verdiyim hər iki müzakirə ilə tanış olub fikrinizi bildirin lütfən. --eldarado ✉ 18:48, 16 avqust 2018 (UTC)
- Həm Azərbaycanca Vikipediyadakı ilk redaktəmi paylaşan gündən bəri "XXX Hava Limanı" yazılış formasını dəstəkləmişəm. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 18:53, 16 avqust 2018 (UTC)
- Əslində hər iki variantın da çox işləndiyini görürəm. Amma bir variantı seçməliyik ki standartlaşma olsun. Bu dəfə "XXX Hava Limanı" variantının tərəfindəyəm (yuxarıdakı bəndə əsaslanaraq).--White Demツnyo! 18:55, 16 avqust 2018 (UTC)
- Rəsmi qayadaya görə "XXX Hava Limanı" olmalıdır deyə mən də bu variantı dəstəkləyirəm. --Drabdullayev17 (müzakirə) 19:00, 16 avqust 2018 (UTC)
- "XXX Hava Limanı" olmalıdır. -- Hüseynzadə (müzakirə) 21:07, 16 avqust 2018 (UTC)
- Rəsmi qayadaya görə "XXX Hava Limanı" olmalıdır deyə mən də bu variantı dəstəkləyirəm. --Drabdullayev17 (müzakirə) 19:00, 16 avqust 2018 (UTC)
- Əslində hər iki variantın da çox işləndiyini görürəm. Amma bir variantı seçməliyik ki standartlaşma olsun. Bu dəfə "XXX Hava Limanı" variantının tərəfindəyəm (yuxarıdakı bəndə əsaslanaraq).--White Demツnyo! 18:55, 16 avqust 2018 (UTC)
- XXX Hava Limanı olmalıdır.--Nəriman 04:55, 17 avqust 2018 (UTC)
- Yekunlaşdırma: Bütün hava limanları məqalələrinin adlarında XXX Hava Limanı, XXX Beynəlxalq Hava Limanı və XXX Regional Hava Limanı standartında düzəlişlər edildi.--eldarado ✉ 12:42, 19 avqust 2018 (UTC)
Üzeyir Mehdizadə
Şəxsi fikirlər kənara, Üzeyir Mehdizadə - meyxanaçıdır yoxsa müğənnidir?--Azerifactory (müzakirə) 21:13, 16 avqust 2018 (UTC)
- Şəxsən qulaq asmıram, növü mənlik deyil. Buna baxmayaraq, mən bilən meyxanaları çoxdur, ancaq müğənni adına layiq olacaq mahnıları da var. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 21:16, 16 avqust 2018 (UTC)
- Azerifactory buna qulaq asandan sonra belə fikirləşirəmki, müğənnidir. Çünki meyxanaya bənzəmir.--Rufet Turkmen (müzakirə) 21:27, 16 avqust 2018 (UTC)
- Məncə o özünü nə isteyirsə saysın, janrı pop musiqidir.--Azerifactory (müzakirə) 21:29, 16 avqust 2018 (UTC)
- Məncə müğənnidir. Meyxanaçı olduğunu indi eşidirəm.--Nəriman 04:54, 17 avqust 2018 (UTC)
Cümhuriyyət tələbələri
Salam. Bir il əvvəl Cümhuriyyət tələbələri məqaləsindəki şəxslərə aid məqalələrin silinməsi məsələsini gündəmə gətirmişdim. O vaxt Cekli829 buna qarşı çıxsa da, Sortilegus Enver62-nin bu mövzuda fikrini bilmək istəmişdi. İndi həm Enver62, həm də digər istifadəçilərdən xahiş edirəm öz fikirlərini bildirsinlər. --Drabdullayev17 (müzakirə) 19:54, 17 avqust 2018 (UTC)
- O vaxt Sortilegus-un etdiyi qeydlə razıyam. O, tələbələrin bəziləri ensiklopeikdir, bəziləri yox. Sırf AXC tərəfindən xaricdə təhsil almağa göndərilmək şəxsi ensiklopedik etmir. Siyahıda cədvəl şəklində yanında həmin şəxs haqqında məlumat vermək olar.--White Demツnyo! 20:01, 17 avqust 2018 (UTC)
- White Demon-la razıyam. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 20:40, 17 avqust 2018 (UTC)
Formula 1 ayı
Salam. Sentyabr ayının Formula 1 ayı olmasını təklif edirəm . Plan artıq hazırdır. https://az.m.wikipedia.org/?q=İstifadəçi:Babayevv/Plan --Babayevv (müzakirə) 04:25, 18 avqust 2018 (UTC)
- Qalsın: Salam. Sırf Formula 1 yox. Əgər hamı razıdırsa "Avtoidman ayı" keçirmək olar fikrimcə. --eldarado ✉ 06:11, 18 avqust 2018 (UTC)
Olsun. Plan necədi? --Babayevv (müzakirə) 06:43, 18 avqust 2018 (UTC)
- Avtoidman ayı olsa, lap yaxşı olar. Buraya Ralli, Moto GP, Formula 3, Formula 2, Naskar, Formula 1000, BOSS GP və s. kimi yarışları əlavə edə bilərsiniz. --Anar Kərimxanov (müzakirə) 09:31, 18 avqust 2018 (UTC)
- Istifadəcilər raziligini bildirsinlər siz deyən plan sentyabra kimi hazirlayaram.
Anar kerimxanov , Araz Yaquboglu , Azerifactory, Babək Akifoğlu , Baskervill , Cekli829, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Sultan11, Wertuose, White Demon, Anar Məmmədov, Aykhan Zayedzadeh, Samral, Wikipediya M , Sefer azeri, Fortius-94, Namikilisu, Masalli qasimli, Neriman2003, Rufet Turkmen, Drabdullayev17. --Babayevv (müzakirə) 10:18, 18 avqust 2018 (UTC)
- Əleyhinə: ehtiyac yoxdur, idman ayı keçirmişdik bir neçə ay əvvəl. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!)
- Əleyhinə: Təklifim Fauna ayıdır. Çünki buna daha çox ehtiyac var. Bizə hazırda daha çox kütləni cəlb edə biləcək və nəticəsi yüksək olan, ehiyac duyulan mövzular lazımdır__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 10:58, 18 avqust 2018 (UTC)
- Əleyhinə: Qolcomaq ilə tam razıyam. Fərqli ayları təşkil etsək, daha yaxşı olar.--Anar Kərimxanov (müzakirə) 11:01, 18 avqust 2018 (UTC)
- Əleyhinə: Məncə də, fərqli aylar olsa yaxşı olar.--Wikipediya M (müzakirə) 11:09, 18 avqust 2018 (UTC)
- Qolcomaq, məncə hələlik hərb ayını qabağa çəkək. Oktyabrada birlikdə Fauna ayı hazırlayaq.--Nəriman 11:11, 18 avqust 2018 (UTC)
- Əleyhinə: Artıq neçənci dəfədir ki, idmanla bağlı aylar keçirilməsi istəlinir. "Basketbol", "Futbol" və ümumiləşdirici olaraq "İdman ayı" keçirildi. Fikrimcə daha ehtiyac duyulan mövzulara müraciət etməliyik. Sentyabra "Anime və manqa ayı" olsa yaxşı olar. Bu mövzuda White Demon, Aykhan Zayedzadeh-nin fikrini bilmək istərdim. Məsələn bu, bu, bu və s. buna bənzər kateqoriyalardakı məqalələrin yaradılması yaxşı olardı.--Anar 11:25, 18 avqust 2018 (UTC)
- Anime və manqa ayının Əleyhinə:yəm. Birincisi, düzdü, hələ də boşluqlar olsa da, son 3 ildə bu mövzuda xeyli məqalə yaradılıb. İkincisi, mən onsuz da mütəmadi olaraq anime və manqa məqalələri yaradıram və zənginləşdirirəm. Bizə elə ay lazımdı ki, başqa vaxtlarda yaradılmayan məqalələr bu ayda yaradılsın.--White Demツnyo! 11:34, 18 avqust 2018 (UTC)
- Üstəlik mövzulu ayda bəzən görürəm ki, bir cümləli keyfiyyətsiz məqalələr yaradılır. Code Geass, Fate/stay night, Parasyte kimi məşhur animanqalar haqda 1 cümləlik məqalələr görsəm ürəyim çətin dözə)))--White Demツnyo! 11:40, 18 avqust 2018 (UTC)
- Anime və manqa ayının Əleyhinə:yəm. Birincisi, düzdü, hələ də boşluqlar olsa da, son 3 ildə bu mövzuda xeyli məqalə yaradılıb. İkincisi, mən onsuz da mütəmadi olaraq anime və manqa məqalələri yaradıram və zənginləşdirirəm. Bizə elə ay lazımdı ki, başqa vaxtlarda yaradılmayan məqalələr bu ayda yaradılsın.--White Demツnyo! 11:34, 18 avqust 2018 (UTC)
- Əleyhinə: Aktual deyl --Azerifactory (müzakirə) 12:30, 18 avqust 2018 (UTC)
- Lehinə: Bu mövzu barədə azvikidə məlumat boşluğu xeyli özünü büruzə verir. Belə bir ayın keçirilməsi çox yaxşı olardı. --Əhməd Qurbanov (müzakirə) 19:35, 18 avqust 2018 (UTC)
- Anar Məmmədov animanqa və video oyunlar kimi mövzularla sadəcə bir-iki istifadəçi maraqlanır. Mövzulu aylarda iştirak edən istifadəçilərin önəmli bir hissəsi ingilis dilini bilmir. Bu niyə əhəmiyyətlidir? Çünki bu cür məqalələr əsasən envikidə olur. Hə, demirəm boşluqlqr yoxdu, ancaq Sərxan bəy animanqa mövzusunda çox, özü də çox işləyib. Demək olar ki, bu mövzuda 300-dən çox məqalə yaradıb. Anime və manqa ayı nəzəri mənada yaxşı, praktiki mənada isə pis bir fikirdir. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 23:19, 18 avqust 2018 (UTC)
Cavablarım
- Aykhan Zayedzadeh idman ayı keçirilib bu doğrudur, lakin orda bir azda olsa avtoidmana yer ayrılmışdı?
- Qolcomaq Formula 1-ə daha çox ehtiyac var, bunu plandan görmək olar və bu planı dəfələrlə artırmaq olar.
- Anar Məmmədov idmanla bağlı aylar çox istənir, çünki vikipediyanın buna doğurdanda ehtiyacı var.
- Azerifactory Artıq 3 ildir Azərbaycanda bu yarışma keçirilir və mənə elə gəlir ki futboldan sonra ən çox aktual olan idman məhz elə Formula 1-dir.
Növbəti istifadəçilərin fikrini gözləyirəm(eləcə də cavabları).
--Babayevv (müzakirə) 12:43, 18 avqust 2018 (UTC)
- Hörmətli Babayevv. Söhbət planın azlığından deyil. Bu yarışmada iştrak edəcək iştirakçıların və yazılacaq məqalələr sayının çoxluğundan gedir. Söhbət tələb və təklifdən gedir. Sizin təklifiniz pis deyil sadəcə onu qran-pri yarışları keçirilən ayda təşkil etmək daha yaxşı olar. Bu zaman ona maraqda yüksək olacaqdır. Hərb ayı artıq hazırdır. Nərimanın fikiri ilə razılaşıb onu qabağa çəkmək olar. Oktyabrı isə hazırlamağa qarşıda kifayət qədər vaxtımız olar. Oktyabra Fauna ayını təklif edirəm.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 16:39, 18 avqust 2018 (UTC)
- Qolcomaq fikirləriniz ilə razılaşıram. Sadəcə Formula üzrə qran-pri yarışları təxmini 8 ay ərzində baş tutur. )))--Anar Kərimxanov (müzakirə) 18:33, 18 avqust 2018 (UTC)
Qolçomaq gəlin hərb ayını qabağa çəkib oktyabrı avtoidman ayı elan edək. Mən də plana ona kimi Anarın dediyi mövzuları əlavə edərəm. Fauna ayı isə dekabrda olar. --Babayevv (müzakirə) 04:27, 19 avqust 2018 (UTC)
- Babayevv, noyabra heç nə əlavə etmək olmaz. Çünki hər il noyabrda Asiya ölkələri arasında Asiya ayı (WAM) keçirilir.--Nəriman 04:55, 19 avqust 2018 (UTC)
Neriman2003 onda fauan qoy qalsın gələn ilə çünki indi avtoidmana ehtiyac faunadan qatqat çoxdur. --Babayevv (müzakirə) 06:26, 19 avqust 2018 (UTC)
- Hörmətli Anar kerimxanov, Zəhmət olmasa redaktələrimə bu kimi müdaxilələr etməyin. --eldarado ✉ 08:48, 19 avqust 2018 (UTC)
Əziz vikipediyaçılar qərar verin hansı ayı keçirək yoxsa görürəm ki bu müzakirə bitən deyil --Babayevv (müzakirə) 09:07, 19 avqust 2018 (UTC)
- Qran-pri yarışı dedikdə mən Bakı qran-prisini nəzərdə tutmuşam. Dəqiq bilmirəm. Apreldə ya mayda baş tutacaq. Mövzulu ayın keçirilən yarışma ilə üst-üstə düşməsi ona marağın yüksək olmasına səbəb olar. Belə düşünürəm.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 10:20, 19 avqust 2018 (UTC)
- Nə isə heç keçirməyin bu ayı planı da özüm dolduram əgər marağıvız belə yoxdusa. --Babayevv (müzakirə) 13:08, 19 avqust 2018 (UTC)
- Yekunlaşdırma: Vikicəmiyyətin bu mövzuya marağının az olduğu üçün "Avtoidman ayı"nın keçirilməsi növbəti ilə qədər təxirə salındı.Hörmətlə --eldarado ✉ 12:46, 19 avqust 2018 (UTC)
Statuslu məqalələr
Salam hərkəsə. İlk öncə hamının Qurban bayramını təbrik edirəm. Vikicəmiyyətə belə bir müraciətim olacaq. VP:SV qaydalarına əsasən məqalənin status alması üçün keçirilən səvemənin baş tutması üçün ən azı 10 istifadəçi bu səsvermədə iştirak etməlidir, lakin bu qaydaya cavab verməyən məqalələr də status alır. Sizcə bu nə qədər doğrudur? Xahiş edirəm fikrinizi izah edəsiniz. --Drabdullayev17 (müzakirə) 12:49, 22 avqust 2018 (UTC)
- Bunu son vikigörüşdə də müzakirə etmişdik. Təəssüf ki, qayda real həyatla, praktika ilə uzlaşmır. Az hallarda 10 istifadəçi səs verir. Namizəd səhifələrində ümumiyyətlə. Bu qaydanı dəyişdirmək lazımdır.--White Demツnyo! 12:54, 22 avqust 2018 (UTC)
- Məncə əgər müzakirə ilə status verməyə keçmiriksə hələ ki, Metadakı kimi səslərin 80% toplamalıdır qaydası daha uyğundur. --Rufet Turkmen (müzakirə) 18:50, 22 avqust 2018 (UTC)
- Mənə elə gəlir ki bu qayda dogrudur və onu dəyisdirmək lazım deyil. Qaydaları dəyisməyin yerinə isə əksinə istifadəciləri səsvermələrə cəlb etmək lazimdir. --Babayevv (müzakirə) 07:14, 23 avqust 2018 (UTC)
Bayram
- Butun vikipediya əhlini qurban bayrami munasibətilə təbrik edirəm. --Babayevv (müzakirə) 13:41, 22 avqust 2018 (UTC)
- Babayevv, bahəm.--samral müzakirə 15:29, 23 avqust 2018 (UTC)
- Babayevv sizinlə bahəm.--Anar 18:41, 23 avqust 2018 (UTC)
- Babayevv, bahəm.--samral müzakirə 15:29, 23 avqust 2018 (UTC)
Təklif
Salam vikipediyaçılar. Sizə bir təklifim var. Mən vikiyə girəndə qarşıma belə bir yazı çıxır.
Welcome, Babayevv
Təklifim isə odu ki, bu yazı Azərbaycan dilinə uyğunlaşdırılsın, çünki bura azərbaycanca vikipediyadır. 2 versiyam var.
- Xoş gəldiniz, XXXXXX
- Salam, XXXXXX
Digərlərinin də versiyalarını və fikirlərini gözləyirəm.
Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Cekli829, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Sultan11, Wertuose, White Demon, Anar Məmmədov, Aykhan Zayedzadeh, Samral, Wikipediya M, Sefer azeri, Fortius-94, Namikilisu, Masalli qasimli, Neriman2003, Rufet Turkmen, Drabdullayev17 --Babayevv (müzakirə) 08:41, 23 avqust 2018 (UTC)
- Əleykum salam Babayevv. Fikrimcə Xoş gəldiniz, XXXXXX olsa, daha yaxşı olar. Ümumiyyətlə Azvikidə bəzi sözlər ingiliscə yazılıb. Onları da Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. Hörmətlə: --Mehdi Fəyyazlı (Fikrini de) 09:06, 23 avqust 2018 (UTC)
- Duz deyirsiz Masalli qasimli. Məsələn elə səhifələrin altinda.
Last edited on 23 avqust, at 10:10
Buna da belə bir təklifim var.
Son dəfə 23 avqust saat 10:10 redaktə edilib.
Szin də təklifivizi bilmək maraqli olardi. --Babayevv (müzakirə) 09:12, 23 avqust 2018 (UTC)
- Bəli Babayevv. Son dəfə 23 avqust saat 10:10 redaktə edilib. tərcümə olunmalıdır. Məsələn: türk və rus dilli vikipediyada bu cür sözlər çoxdan tərcümə olunub. --Mehdi Fəyyazlı (Fikrini de) 09:59, 23 avqust 2018 (UTC)
- Masalli qasimli mən də elə ona gorə bu təklifi ortaya atdim. Amma gorurəm səs ciximir.(sizdən basqa). --Babayevv (müzakirə) 10:08, 23 avqust 2018 (UTC)
p.s. Siz avtoidmanla maraqlanirsiz? --Babayevv (müzakirə) 10:11, 23 avqust 2018 (UTC)
- Hormətli Masalli qasimli bu dediklərimizi siz edə bilərsiz? --Babayev (mesaj yaz) 11:19, 23 avqust 2018 (UTC)
- Həm də bu problem yalniz telefonla baglidir. Komputerdə duz yazir. --Babayev (mesaj yaz) 11:35, 23 avqust 2018 (UTC)
- Babayevv, bunun üçün ortaya təklif atmaq lazım deyil. Tərcümə etmək istəyirsizsə həmin ingilis sözlərini, TranslateWiki-yə getməlisiz.--White Demツnyo! 11:51, 23 avqust 2018 (UTC)
- İn şə Allah bu məsələlər öz həllini tapacaq. Siz çalışdığınız qədər tərcümələr edin. Mən də sizə bu işdə kömək edərəm. Bəli maraqlanıram. Amma avtoidmanla bağlı məqalə yaratmamışam. --Mehdi Fəyyazlı (Fikrini de) 11:55, 23 avqust 2018 (UTC)
- oldu --Babayev (mesaj yaz) 14:17, 23 avqust 2018 (UTC)
Editing of sitewide CSS/JS is only possible for interface administrators from now
(Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin)
Hi all,
as announced previously, permission handling for CSS/JS pages has changed: only members of the interface-admin
(İnterfeys inzibatçıları) group, and a few highly privileged global groups such as stewards, can edit CSS/JS pages that they do not own (that is, any page ending with .css or .js that is either in the MediaWiki: namespace or is another user's user subpage). This is done to improve the security of readers and editors of Wikimedia projects. More information is available at Creation of separate user group for editing sitewide CSS/JS. If you encounter any unexpected problems, please contact me or file a bug.
Thanks!
Tgr (talk) 12:39, 27 avqust 2018 (UTC) (via global message delivery)
İnterfeys idarəçiləri
Salamlar. Bundan əvvəlki başlıqda da qeyd edildiyi kimi bugündən etibarən ancaq interfeys idarəçisi statusu olan istifadəçilər .js
və .css
səhifələrini redaktə edə biləcəklər (yoxlaya bilərsiz). İdarəçilər də bu status olmadan bu səhifələri redaktə edə bilməcəyəklər. Buna görə də İnterfeys idarəçisi namizədləri adlı səhifə təşkil etmişəm. Namizədlərə bu status bürokratlar tərəfindən veriləcək.(Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Cekli829, Eminn,Nicat49, Qolcomaq, Rufet Turkmen, SortilegusSultan11, Wertuose, Samral, Neriman2003, Sefer azeri, Anar Məmmədov, Drabdullayev17, Aykhan Zayedzadeh) Qadcetlərlə maraqlananlar, MediaWiki ad fazasında redaktə təcrübəsi olanlar, bu ad fazasında tez-tez redaktə edənlər, texniki problemlərlə və yeniliklərlə maraqlananların status üçün müraciət etməsi uyğundur. Statusu alıb istifadə edilməməsi xoş hal deyil.--White Demツnyo! 22:02, 27 avqust 2018 (UTC)
- White Demon burda interfeys idarəçiləri var. Mən vikimənbədə səsvermə başlatdım. Fikrimcə Vikimənbədə hotcat-dan başqa gadget olmadığını nəzərə alsaq. Vikimənbəyə daha çox lazımdır. Ən azından Azvikidəki gadgetləri oraya köçürmək olar.--Rufet Turkmen (müzakirə) 22:32, 27 avqust 2018 (UTC)
- Rufet Turkmen, Vikimənbədə bürokrat yoxdur axı, statusu sizə kim verəcək?--White Demツnyo! 22:36, 27 avqust 2018 (UTC)
- White Demon o səbəbdən səsvermə başlatmışam. Zəhmət olmasa yazdığım şərhə diqqət edərdiz. Bürokrat olmadığı üçün metaya müraciət edəcəm.--Rufet Turkmen (müzakirə) 22:37, 27 avqust 2018 (UTC)
- İndi fikir verdim))--White Demツnyo! 22:38, 27 avqust 2018 (UTC)
- White Demon o səbəbdən səsvermə başlatmışam. Zəhmət olmasa yazdığım şərhə diqqət edərdiz. Bürokrat olmadığı üçün metaya müraciət edəcəm.--Rufet Turkmen (müzakirə) 22:37, 27 avqust 2018 (UTC)
- Rufet Turkmen, Vikimənbədə bürokrat yoxdur axı, statusu sizə kim verəcək?--White Demツnyo! 22:36, 27 avqust 2018 (UTC)
Sual
Salam əziz vikipediya istifadəçiləri və idarəçiləri. İslamiada qazanılmış yüksək nailiyyətlərə görə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin üzvlərini orden, medal, diplomlarla təltif edib? Əgər bilən varsa sərəncamın linkini mənə verərdi. Öncədən təşəkkür edirəm. (Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Cekli829, Eminn,Nicat49, Qolcomaq, Rufet Turkmen, SortilegusSultan11, Wertuose, Samral, Neriman2003, Sefer azeri, White Demon, Drabdullayev17, Aykhan Zayedzadeh)--Anar 13:38, 29 avqust 2018 (UTC)