Vikipediya Kend Meydani Arxiv Avqust 2020 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Sual
Salam. Tez-tez kiçik sualları buraya daşıdığımın fərqindəyəm, amma ən aktiv bölmə buradır və bəzi qaranlıq məqamları dəqiqləşdirmək istəyirəm. Birinci sualım inzibati vahidlərlə bağlıdır. Nümunə üçün, hansı variant daha doğrudur: Beca vilayəti, yoxsa Beca (vilayət)?. Azvikidəki inzibati vahidlərin böyük əksəriyyəti nümunədəki kimi, yəni 1. variantdadır. Çox az qismi isə ruvikiyə uyğun olaraq 2. variantla verilib.(Ardenlər (departament)) İkisindən biri seçilsə və gələcək məqalələr də hamısı eyni standartla yaradılsa daha yaxşı olar.
- İkinci sualım isə kiçik bir nüansdır. Məsələn: Fransanın yoxsa Fransanın? Çünki qarşıma çıxdıqca bu yazılışı 1. versiya ilə dəyişdirirəm və bunu son günlərdə AWB ilə kütləvi şəkildə etməyə başlamışam. Hansı yazılış daha doğrudursa ondan da istifadə edilsin. Çünki bu tip standartlar bütün vikilərdə var və vizual görünüşdə də olsa məqalənin keyfiyyətini artırır. — Sofy ₪ 16:50, 2 avqust 2020 (UTC)
- Birincidə ikinci, ikincidə isə birinci doğrudur. İkincidə birinci stil kitabçasına daxil edilməli idi əslində, amma daxil edilməyib; tənbəllər ikinci variantı, işgüzarlar isə birinci variantı seçir. Asrb123 (müzakirə) 17:15, 2 avqust 2020 (UTC)
- Şərh: Turkmen, Eldarado, Toghrul Rahimli bu istifadəçi VP:N qaydalarının 1, 5, 8, 11, 12 və 14-cü bəndlərini pozduğundan bloklanmalıdır. "tənbəllər ikinci variantı, işgüzarlar isə birinci variantı seçir". Bu nədir indi? Bu nə ədəbsizlikdir?! İndi sən mənə –
kodundan istifadə etməyi dəstəkləyən bir şəxsə durub burada "tənbəl" deyirsən. --► Hörmətlə: SolaVirum 13:25, 5 avqust 2020 (UTC)
- Şərh: Məncə, istifadəçi u:Tofiq Kərimli (Aydınsalis)-dir. Elədirsə, əlavə hesablar istifadə etdiyi üçün bloklamaq lazımdır. — Toghrul Rahimli • M/F 13:36, 5 avqust 2020 (UTC)
- Şərh: Nə yalan deyim, mənə də elə gəlir, ancaq kimisə kukla hesab olmaqla ittiham etmək istəmirəm. Ən yaxşısı çekyuzerə müraciət etməkdir. --► Hörmətlə: SolaVirum 13:41, 5 avqust 2020 (UTC)
- Qeyd etdiyim ikinci mövzu hələ də aydınlaşdırılmayıb. Mövzuyla bağlı fikir ayrılığı mövcuddur. Dəqiqləşdirilsə və KM-də açılan başlqlarla birlikdə bu kimi kiçik nüanslar artıq müvafiq qaydalara əlavə edilsə pis olmaz. Yoxsa hər məqalə, hər standart sadəcə şəxsi fikirlərə əsaslanacaq və Vikipediya açıq ensiklopediya yox, sadəcə azad platform olacaq. — Sofy ₪ 10:48, 5 avqust 2020 (UTC)
- Sofy2004, Beca (vilayət) və
Fransanın
variantları doğrudur. Vilayət məsələsində onu deyim ki, bu, Azərbaycan ensiklopediya üslubudur, hansı ki, ruscadan götürülüb.məsələsində isə fikrim belədir: Azərbaycan dilinin qrammatikası ingilis dilinin qrammatikasından fərqlidir. Apostrof yoxdur və şəkilçilər doludur. Belə halda envikidəki kimi linkləri rahatlıqla sözün kökünə sala bilmirik. Bəli, mən linkləri keçid verilən məqalənin başlığına uyğun yerləşdirməyi daha üstün tuturam, elə daha məqsədəuyğundur. Təbii ki, buna icma da rəy bildirməlidir. Həmçinin, AWB ilə konsensus olmadan siz dediyiniz kimi, "fikir ayrılığı" olan mövzularda kütləvi dəyişikliklər etməz olmaz. --► Hörmətlə: SolaVirum 13:29, 5 avqust 2020 (UTC)
- Solavirum, <nowiki/>-dən məqalədə cümlələr arasında istifadə olunmur. Onun başlıca məqsədi mətnin viki formata çevirməməkdir. Bu işarədən şablonların hazırlanmasında və ya hansısa parametri müzakirə edəndə işlədilir. Bütün vikilərdə belədir. — Toghrul Rahimli • M/F 13:36, 5 avqust 2020 (UTC)
- Toghrul Rahimli, Solavirum Qüds məqaləsinin adını Yerisəlim edilməsi üçün burada yalan məlumat verərək vikipediyaçıları çaşdırmaq istədiyinə və görə bloklanmaıdır. Və orada onun yalan danışdığını dəqiq göstərdiyimə görə mənə burada böhtan ataraq təhdid etdiyinə görə də bloklana bilər. Asrb123 (müzakirə) 15:58, 8 avqust 2020 (UTC)
- Asrb123, bu nə gülməli iddialardır?
- Toghrul Rahimli, Solavirum Qüds məqaləsinin adını Yerisəlim edilməsi üçün burada yalan məlumat verərək vikipediyaçıları çaşdırmaq istədiyinə və görə bloklanmaıdır. Və orada onun yalan danışdığını dəqiq göstərdiyimə görə mənə burada böhtan ataraq təhdid etdiyinə görə də bloklana bilər. Asrb123 (müzakirə) 15:58, 8 avqust 2020 (UTC)
- Solavirum, <nowiki/>-dən məqalədə cümlələr arasında istifadə olunmur. Onun başlıca məqsədi mətnin viki formata çevirməməkdir. Bu işarədən şablonların hazırlanmasında və ya hansısa parametri müzakirə edəndə işlədilir. Bütün vikilərdə belədir. — Toghrul Rahimli • M/F 13:36, 5 avqust 2020 (UTC)
- Sofy2004, Beca (vilayət) və
- Şərh: Məncə, istifadəçi u:Tofiq Kərimli (Aydınsalis)-dir. Elədirsə, əlavə hesablar istifadə etdiyi üçün bloklamaq lazımdır. — Toghrul Rahimli • M/F 13:36, 5 avqust 2020 (UTC)
- "Azərbaycan Dövlət İnformasiya Agentliyi burada və burada Yerusəlim olaraq qeyd edib" yazmışam, yazmamışam ki, AzərTAc-ın hər bir xəbərində elə yazılıb.
- "Yalan məlumat" vermək özü də. Bu, özü yalan məlumatdır elə.
- "Yalan danışdığını dəqiq göstərdiyimə görə". Yuxarıda olduğu kimi, əsassız ittihamdır.
- "Mənə burada böhtan ataraq". Mən nə vaxt böhtan atdım? Yazmısınız ki, filan kəs tənbəldir, filan kəs ağıllı. Nədir bu? Tərif?
- "Təhdid etdiyinə görə". Təhdid "qorxutma, hədələmə; hədə, qorxu, hədə-qorxu" deməkdir. Kiminsə qaydaları pozduğunu qeyd etmək təhdiddirsə, eyni şeyi siz də əsassızca etdiniz yuxarıda.
Bu etdikləriniz özü Nəzakət qaydalarının 1-ci, 4-cü, 7-ci, 8-ci və 15-ci bəndlərini pozur ki, siz bunu dalbadal iki dəfə etmisiniz. --► Hörmətlə: SolaVirum 16:11, 8 avqust 2020 (UTC)
- Solavirum, siz burada yalan məlumat verərək vikipediyaçıları çaşdırmaq istədiyərək yazmışınız: Yerusəlim olmalıdır. "İsrail səfirliyi, eləcə də Azərbaycan Dövlət İnformasiya Agentliyi burada və burada Yerusəlim olaraq qeyd edib". Sual olunur, Azərbaycan Dövlət İnformasiya Agentliyində iki dəfə Yerusəlim getdiyinə görə Azvikidə Qüds məqaləsinin adı Yerusəlim edilməlidirmi? Bu yalan deyilsə bəs nədir? Bəs Azərtacda 1000-dən yuxarı Qüds adının getdiyini gizlətmək nədir? Orada yalanınıza tutarlı cavab verdiyimə görə qisas məqsədi ilə burada mənə böhtan atırsınız. Amma yaxşı olardı ki, bunun əvəzinə orada yalan danışdığınıza görə üzr istəyərdiniz. Tənbəl məsələsində heç bir qayda pozuntusu yoxdur. Yazdığınız, "kodundan istifadə etməyi dəstəkləyən bir şəxsə durub burada "tənbəl" deyirsən" cümləsi isə nəzakət qaydalarının pozulmasıdır. Və mən əslində heç nowiki kodunu da nəzərdə tutmamışdım, heç onu görməmişəm də, çünki görünmürdü, mən hesab edirəm ki, [[Azərbaycan]]da yazmaq tənbəlfəndi, yəni tənbəllik, [[Azərbaycan|Azərbaycanda]] yazmaq isə işgüzarıqdır. Və birinci variantın stil kitabçasına daxil edilməli olduğunu təklif edirdim. Heç sizinlə danışmırdım, suala cavab verirdim, Yerusəlimin qisasını almaq üçün söhbətə müdaxilə edərək təhqir olunduğunuzu iddia edərək mənə böhtan atdınız. Asrb123 (müzakirə) 18:45, 8 avqust 2020 (UTC)
- Artıq sözüm yoxdur. Üçüncü tərəf fikir bildirsə, yaxşı olur. Çünki burada artıq müzakirənin məğzi fırladılır başlanğıc nöqtəsinə. Mən deyirəm ki, ikisini qeyd etmişəm, bu istifadəçi isə elə davranır ki, guya bütün AzərTAc belə qeyd edib yazmışam. --► Hörmətlə: SolaVirum 21:56, 8 avqust 2020 (UTC)
- Solavirum, sizə sualımı təkrar etməyə məcbur oluram, zəhmət olmasa cavab verin: Azərbaycan Dövlət İnformasiya Agentliyində iki dəfə Yerusəlim getdiyinə görə Azvikidə Qüds məqaləsinin adı Yerusəlim edilməlidirmi? Bu yalan deyilsə bəs nədir? Və tövsiyə edirəm ki, "müzakirənin məğzi fırladılır" ifadələri işlətməyəsiniz. Asrb123 (müzakirə) 22:34, 8 avqust 2020 (UTC)
Technical Wishes: FileExporter and FileImporter become default features on all Wikis
The FileExporter and FileImporter will become a default features on all wikis until August 7, 2020. They are planned to help you to move files from your local wiki to Wikimedia Commons easier while keeping all original file information (Description, Source, Date, Author, View History) intact. Additionally, the move is documented in the files view history. How does it work?
Step 1: If you are an auto-confirmed user, you will see a link "Move file to Wikimedia Commons" on the local file page.
Step 2: When you click on this link, the FileImporter checks if the file can in fact be moved to Wikimedia Commons. These checks are performed based on the wiki's configuration file which is created and maintained by each local wiki community.
Step 3: If the file is compatible with Wikimedia Commons, you will be taken to an import page, at which you can update or add information regarding the file, such as the description. You can also add the 'Now Commons' template to the file on the local wiki by clicking the corresponding check box in the import form. Admins can delete the file from the local wiki by enabling the corresponding checkbox. By clicking on the 'Import' button at the end of the page, the file is imported to Wikimedia Commons.
If you want to know more about the FileImporter extension or the Technical Wishes Project, follow the links. --For the Technical Wishes Team:Laboratoriya
Hörmətli vikipediya istifadəçiləri və idarəçilər, təklif edirəm ki, yeni sistemə keçirilmiş laboratriyanın məqalə namizədləri bölməsində məqalənin qiymətləndirməyə təqdim olunma meyarlarını yoxlayarkən, əgər məqalə qrammatik normalar baxımından problemlidirsə, məqaləni nəzərdən keçirən idarəçi mütləq olaraq onda hansı qrammatik səhvlərin olduğunu qeyd etsin.-- Şöhrət✉ 06:16, 8 avqust 2020 (UTC)
- Şöhrət, idarəçi bunların hamısını bir-bir qeyd etməyə məcbur olmamalıdır. Çünki qeyd edən yerdə bunu özü də redaktə edə bilər. Onda da məqaləni namizəd kimi irəli sürən istifadəçinin nə əhəmiyyəti qalır? --► Hörmətlə: SolaVirum 14:07, 8 avqust 2020 (UTC)
- Solavirum, hesab edirəm ki, namizəd məqalənin qrammatik normalarının qarşısında sadəcə " " işarəsinin qoyulması və əlavə bir qeydin olmaması qeyri-müəyyənlik yaradır. Həmçinin idarəçinin məqaləni redaktə etməsi və ya problemlərini qeyd etməsi (demirəm ki, bütün səhvləri deməyə məcbur olsun) o məqaləni təqdim edən istifadəçinin gələcəkdə nələrə diqqət yetirməsi baxımından əhəmiyyət daşıya bilər.-- Şöhrət✉ 14:40, 8 avqust 2020 (UTC)
- Şöhrət, müəyyən istifadəçinin qrammatik normalardan bixəbər olması niyə hansısa bir idarəçinin problemi olmalıdır ki? Uzağa getmirəm, Vikipediyada on minlərlə məqalə var ki, qrammatik normalara hörmət edir. Sözügedən istifadəçi onlara baxıb səhvini öyrənə bilməz? Niyə hansısa idarəçi istifadəçilərə Azərbaycan dili dərsi keçmək məcburiyyətində qalır ki? --► Hörmətlə: SolaVirum 15:49, 8 avqust 2020 (UTC)
- Solavirum, hesab edirəm ki, namizəd məqalənin qrammatik normalarının qarşısında sadəcə " " işarəsinin qoyulması və əlavə bir qeydin olmaması qeyri-müəyyənlik yaradır. Həmçinin idarəçinin məqaləni redaktə etməsi və ya problemlərini qeyd etməsi (demirəm ki, bütün səhvləri deməyə məcbur olsun) o məqaləni təqdim edən istifadəçinin gələcəkdə nələrə diqqət yetirməsi baxımından əhəmiyyət daşıya bilər.-- Şöhrət✉ 14:40, 8 avqust 2020 (UTC)
Mövzulu ay
Hər kəsə salam, son aylar mövzulu ay çox zəif keçir və çox az sayda məqalə yaradılır. Buna görə də düşünürəm ki, növbəti aylar üçün mövzunu birlikdə seçək ki, hər kəsə maraqlı mövzu olsun. Lütfən hansı mövzuda məqalələr yaratmaq istəyirsinizsə qeyd edin və biz də növbəti aylarda həmin mövzuları seçək. Bu arada Geyim ayı üçün fountain alətin müsabiqənin səhifəsinə əlavə olundu artıq. Gecikdiyi üçün üzr istəyirik. Hörmətlə — eldarado ✉ 08:30, 14 avqust 2020 (UTC)
- Keete 37 "Yəhudi ayı"nı təklif etmişdi bir dəfə. Sizcə keçirək belə bir mövzulu ay? Sələb yürüşləri də bu mövzuya aid olsa, sevə-sevə qoşularam. --► Hörmətlə: SolaVirum 22:26, 14 avqust 2020 (UTC)
- Çox maraqlı mövzudu, mən də Keete 37-nin təklifini dəstəkləyirəm. — sefer azeri 08:37, 15 avqust 2020 (UTC)
- Sefer azeri ilə həmfikirəm.— Turkmen müzakirə 12:17, 15 avqust 2020 (UTC)
- Çox maraqlı mövzudu, mən də Keete 37-nin təklifini dəstəkləyirəm. — sefer azeri 08:37, 15 avqust 2020 (UTC)
- O zaman gələn həftə hazırlayaram "Yəhudi ayı"nı — eldarado ✉ 09:36, 16 avqust 2020 (UTC)
Sual
Hərkəsə salam. Soruşduğum sual şəxslə başlıdır. Yəni məqaləsini hazırlamağa hazırlaşdığım şəxs Respublikanın əməkdar müəlimidir. Qadındır, təzəlikcə rəhmətə gedib. 25 il Bakı şəhərində elə bir məktəbin direktoru olub. Nüfuzlu pedaqoq-idarəçilərdən idi. Uzun müddət Təhsil Nazirliyi Pedaqoji şurasının üzvü olub. Ümumilikdə 50 ilə yaxın pedaqoji təcrübəsi vardır. Rəhbərlik etdiyi məktəb Bakı şəhərində sayılıb-seçilən məktəblərdən olub. Hər il məktəbi bitirənlərin ən azı 80% Ali məktəblərə qəbul olunublar. Sualım isə ondan ibarətdir ki, bu şəxs ensiklopedik sayıla bilər? Yəni şəxsin məqaləsi Vikipediyada yaradıla bilərmi. — Rövşən İşık (müzakirə) 11:15, 14 avqust 2020 (UTC)
- Əleykum salam, Rövşən İşık. Zəhmət olmasa, Siz də şəxslərin ensiklopedik əhəmiyyətliliyi haqqında qəbul edilməmiş qaydaları əks olunmuş Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) səhifəsinə göz gəzdirin. Məncə, rəhmətliyin işi peşə ilə əlaqədar olub və yalnız "Əməkdar müəllim" adına layiq görülüb. Bu ad isə ensiklopedik əhəmiyyətliliyi özündə ehtiva edir, ya yox, sual altındadır. Çünki bu cür şəxslər respublikada az deyil, elə biri mənim müəllimim olmuş şəxs. Müəllim üçün nə uğur hesab edilir, təbii ki şagirdlərinin nailiyyəti. Məsələn, şagirdləri Respublika Olimpiadasının qalibi olmuşdur. Adı da ona görə verdilər ki, 5-ci sinifdən 11-ci sinfə qədər sinif rəhbəri və riyaziyyat müəllimi olduğu bir sinifdə 25 şagirdin hamısı yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş və hətta onlardan biri 700 bal toplamışdı. Amma yenə də Ensiklopedik əhəmiyyətlilik qaydalarını dəqiqləşdirmək lazımdır. Ümid edirəm ki, hörmətli idarəçilərin hamısı nə vaxtsa buna da zaman sərf edəcəklər, — ən azı idarəçi olaraq boyunlarına götürdüyü vəzifə borcu olaraq, heç olmasa bu cür Vikipediyanın əhəmiyyətli məsələlərinin müzakirələrində yaxından iştirak edəcəklər.→Vago ms 06:41, 15 avqust 2020 (UTC)
- Salam. Məncə, şəxs ensiklopedik deyil. Təkcə müstəqil Azərbaycanda "Əməkdar müəllim" fəxri adını almış şəxslərin sayı çoxdur, minlərlədir. Əgər neytral yanaşsaq, gərək keçmiş müttəfiq dövlətlərdə bu adı almış şəxslərə də birbaşa məqalələr yaradılsın. Ümumiyyətlə, fəxri adın laureat sayı çoxdursa, onu alan şəxsin fəaliyyətinin ensiklopedikliyi araşdırılmalıdır. Məsələn, Nəriman Əliyev təkcə bu fəxri ada yox sahib olmayıb, eləcə də həmin dövrün ən tanınmış xanəndələrindən olub, məşhur "Melodiya" şirkətində valları çıxıb. Həmin dövrdə yaşayan, bu musiqi janrını sevən şəxslər tərəfindən tanınıb. Onu da qeyd etmək olar ki, məktəb direktorunun bu ada layiq görülməsi daha asandır. Təhsil aldığım orta məktəbdə də belə idi. Hörmətlə, — Toghrul Rahimli • M/F 19:00, 15 avqust 2020 (UTC)
Yeni şablon
Salam. Digər vikilərdə da belə bir şablon var:{{Kömək edin}}. Bu şablonun vəzifəsi ondan ibarətdir ki, sualı olan istifadəçi (xüsusilə yeni istifadəçilər) bu şablonu öz müzakirə səhifələrinə qoyaraq ardınca suallarını yazırlar. Bu şablon qoyulmuş səhifə avtomatik olaraq Vikipediya:Kömək istəyənlər (hələlik belə adlandırdım) kateqoriyasına əlavə olunur və həmin kateqoriyanı yoxlayan təcrübəli istifadəçilər/idarəçilər sualı cavablandırır və ya problemi həll edir və müəyyən dəyişikliyi etməklə səhifəni kateqoriyadan çıxarır. Bu bir çox viki təcrübədə var və aktiv istifadə olunur. Təklifim ondan ibarətdir ki, bu şablon haqqında {{xg}} şablonunda yerləşdirilsin ki, yeni istifadəçilərin bundan xəbəri olsun. Ruvikidə də belədir. Şablonu ruvikidəki versiyaya əsasən hazırladım, çünki daha yığcam və vizual olaraq əlverişlidir. Rus dilini bilmədiyim üçün şablondakı bəzi mətnləri tərcümə edə bilmədim. Həmin bölmələrdə kömək etsəniz sevinərəm. Hörmətlə: Sofy ₪ 12:59, 15 avqust 2020 (UTC)
- Əleykum salam. Rusca olan hissələri bacardığım qədər tərcümə etdim. Digər məsələlər idarəçilərin öhdəsindədir. Hörmətlə, →Vago ms 13:22, 15 avqust 2020 (UTC)
- Salam. Təklif olunan bu sistemi bəyəndim. Belə olduğu halda Vikipediya yeni dəyərli istifadəçilər qazana bilər. Əgər hər kəs razıdırsa, bunu {{xg}} şablonuna əlavə etməkdə heç bir problem görmürəm. Hörmətlə — Toghrul Rahimli • M/F 18:43, 15 avqust 2020 (UTC)
- Əlavə edilsin. — Araz Yaquboglu (müzakirə) 19:31, 15 avqust 2020 (UTC)
- Əla fikirdir. Əlavə edilməsi məqsədəuyğundur. — Drabdullayev17 (müzakirə) 09:12, 16 avqust 2020 (UTC)
- Yaxşı fikirdir. — eldarado ✉ 09:38, 16 avqust 2020 (UTC)
- Əla fikirdir. Əlavə edilməsi məqsədəuyğundur. — Drabdullayev17 (müzakirə) 09:12, 16 avqust 2020 (UTC)
- Əlavə edilsin. — Araz Yaquboglu (müzakirə) 19:31, 15 avqust 2020 (UTC)
Vikipediya:Qəbul olunmamış qaydaların siyahısı
Salam. Vikipediyanın qəbul olunmamış qaydalarının siyahısı. Nə məsləhət görürsünüz? →Vago ms 10:55, 3 avqust 2020 (UTC)
- Düşünürəm ki, Vikipediya:Vandalizm səhifəsi səsverməyə çıxarıla bilər. →Vago ms 13:13, 3 avqust 2020 (UTC)
- Salam Vago. Çox heyifki bu məsələlərdə aktivlik yoxdur. Məsələn bu müzakirə.— Turkmen müzakirə 18:47, 3 avqust 2020 (UTC)
- Salam Turkmen. Məncə, bu cür səsvermələrə Kənd meydanında da yönləndirmə qoymaq lazımdır ki, hamının məlumatı olsun. Vandalimlə bağlı qaydanı səsverməyə çıxara bilərsinizmi? Kənd meydanında da işıqlandıraq. Hesab edirəm ki, təkcə hörmətli İdarəçi və Bürokratlar münasibət bildirsələr kifayət edər.→Vago ms 18:55, 3 avqust 2020 (UTC)
- Vago KM-da keçid verilmişdi bu haqda. Vandalizmlə bağlı qaydanı inşallah 2-3 gündən sonra səsverməyə qoyaram. Hələki müzakirə yeni başlayıb, ola bilər ki, təklif və ya əlavələr olsun.— Turkmen müzakirə 19:05, 3 avqust 2020 (UTC)
- Qəbul edildi Vago Qaydanın rəsmi prinsip olması ilə bağlı səsvermə/müzakirə başladıldı. Rəsmi prinsiplərin qəbulu ilə bağlı qaydalar önəmlidir. Zəhmət olmasa iştirak edək.— Turkmen müzakirə 20:17, 9 avqust 2020 (UTC)
- Vago KM-da keçid verilmişdi bu haqda. Vandalizmlə bağlı qaydanı inşallah 2-3 gündən sonra səsverməyə qoyaram. Hələki müzakirə yeni başlayıb, ola bilər ki, təklif və ya əlavələr olsun.— Turkmen müzakirə 19:05, 3 avqust 2020 (UTC)
- Salam Turkmen. Məncə, bu cür səsvermələrə Kənd meydanında da yönləndirmə qoymaq lazımdır ki, hamının məlumatı olsun. Vandalimlə bağlı qaydanı səsverməyə çıxara bilərsinizmi? Kənd meydanında da işıqlandıraq. Hesab edirəm ki, təkcə hörmətli İdarəçi və Bürokratlar münasibət bildirsələr kifayət edər.→Vago ms 18:55, 3 avqust 2020 (UTC)
- Salam Vago. Çox heyifki bu məsələlərdə aktivlik yoxdur. Məsələn bu müzakirə.— Turkmen müzakirə 18:47, 3 avqust 2020 (UTC)
Türkcə xüsusi adlar
Salam! Trwiki Azərbaycanda çox istifadə olunan wikilərdəndir. Bizdə türk məqalələri az, dolğun olmadığı üçün, türkcə bilənlərin sayı da çox olduğu üçün trwiki-dən çox istifadə olunur.Bir başqa səbəb də azwiki-dəki tərcümə (google translate-i aid etmirəm) problemləridir. Rəsmi mənbələrdə olduğu kimi adları qəribə də olsa türkcədən türkcəyə tərcümə edirik. Məsələn: Rəcəb Tayyib Ərdoğan. Amma yer və digər xüsusi adlarda istifadə etmirik. Məsələn Bolqarıstanda olan Qırcaəli bölgəsinin adını özümüzünküləşdirmişik, amma Türkiyədəki Kocaeli original versiyasında qalıb. Başqa bir misal Gönülçelen (teleserial, 2010) adı necə var elə qalıb. Təklif edirəm ki, ya bir mənalı olaraq Türkcədən Türkcəyə tərcümə olmasın (ehtiyac görülmür çünkü), ya da tərcümə vacibdirsə istisnasız olsun. Hörmətlə Dr.Wiki54 (müzakirə) 20:15, 17 avqust 2020 (UTC)
- Qaydalara əsasən, tələb olunur. Durub özümüzdən "yox, gəl belə etməyək" deyə bilmərik. O şəhər və serial adı da yanlış yazılıb. Məsələn, Trend.az Qocaeli yazıb. --► Hörmətlə: SolaVirum 23:02, 17 avqust 2020 (UTC)
- Onda bütün adlar tərcümə olunmalıdır elə deyil mi?Dr.Wiki54 (müzakirə) 20:46, 18 avqust 2020 (UTC)
- Əslində, hə. Ancaq, deyəsən, soyadlarda həmişə elə deyil. Məsələn, AMK-da Orxan Pamuk yazılıb, Orxan "Pambıq" yox. Lakin, belə bir məsələ var ki, Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytında türk hərbi vəzifəlilərinin adları qəti şəkildə tərcümə olunmayıb. --► Hörmətlə: SolaVirum 02:35, 19 avqust 2020 (UTC)
- Mən də bunu nəzərdə tururam elə. Qarışıqlıq var. Dr.Wiki54 (müzakirə) 21:03, 19 avqust 2020 (UTC)
- Əslində, hə. Ancaq, deyəsən, soyadlarda həmişə elə deyil. Məsələn, AMK-da Orxan Pamuk yazılıb, Orxan "Pambıq" yox. Lakin, belə bir məsələ var ki, Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytında türk hərbi vəzifəlilərinin adları qəti şəkildə tərcümə olunmayıb. --► Hörmətlə: SolaVirum 02:35, 19 avqust 2020 (UTC)
- Onda bütün adlar tərcümə olunmalıdır elə deyil mi?Dr.Wiki54 (müzakirə) 20:46, 18 avqust 2020 (UTC)
Qüds ya Yerusəlim
Hər kəsə salam.Demək olarki çox adama qaranlıq qalan məsələ ilə bağlı buraya yazmaq istədim.Hər vikidə ayrı-ayrı yazılır;Bəziləri Qüds, bəziləri Yerusəlim bəziləri isə Beytülmüqəddəs deyə.Müzkirənin arxivini oxuduqdan sonra başa düşdüm ki bəzi istifadəçilər də mənim kimi bu işdə qərarı verməyə çətinlik çəkirlər.İsrail siyasətçiləri və partiyaları ilə bağlı məqalələri tez-tez yaratdığım üçün tez-tez məndə bu işdə çətinlik çəkirəm.Söyləmək istədiyim məqalə adı standart olaraq necə olmalıdır:Yerusəlim ya Qüds?Qeyd edimki şəhərin gerbində də Yerusəlim olaraq qeyd edilib:יְרוּשָׁלַיִם--İruşlim --Advellerd 08:47, 5 avqust 2020 (UTC)
- Ermənistanın gerbində Haystan yazılıb, Ermənistan məqaləsinin adı Haystan olsun? Asrb123 (müzakirə) 13:03, 5 avqust 2020 (UTC)
- Yerusəlim olmalıdır. İsrail səfirliyi, eləcə də Azərbaycan Dövlət İnformasiya Agentliyi burada və burada Yerusəlim olaraq qeyd edib. --► Hörmətlə: SolaVirum 13:20, 5 avqust 2020 (UTC)
- Azərtacda 1 640 dəfə "Qüds" adı çəkilib, bəs bunu niyə görmürsünüz? Asrb123 (müzakirə) 18:31, 5 avqust 2020 (UTC)
- Yerusəlim olmalıdır. İsrail səfirliyi, eləcə də Azərbaycan Dövlət İnformasiya Agentliyi burada və burada Yerusəlim olaraq qeyd edib. --► Hörmətlə: SolaVirum 13:20, 5 avqust 2020 (UTC)
- Sual: @Advellerd, siz əminsiz mi Qüds məqaləsinin müzakirəsinin arxivini diqqətlə oxumusuz? @Solavirum, sualımı şərhinizə əsasən sizə də aid etmək olar.— samral müzakirə 19:57, 9 avqust 2020 (UTC)
- Mövzu ilə bağlı səsvermə əsaslı müzakirə aparılmalı və yekun qərar qəbul edilməlidir. — Baskervill (müzakirə) 20:57, 9 avqust 2020 (UTC)
- @Baskervill, niyə görə səsvermə əsaslı? Vikipediyanın prinsiplərindən biri odur ki, Vikipediya demokratiya deyil. Bu səsvermə, səs sayı labda qalmışdı, çox şükür ki, o da yıəışdırıldı. Bu tip məsələlər bütün nümunəvi böyük vikilərdə məntiqli, mənbəli, arqumentli, ədəbli müzakirələrlə həll edilir. Bizdə də adətən o cür olur. Və bu Qüds məqaləsi də məhz o cür olub.— samral müzakirə 19:32, 10 avqust 2020 (UTC)
- Eksperiment bura yeri deyl. Ümumi konsensus var bu haqqda - məqalənin adı Qüds olmalı, amma Yerusəlim kimi getsə problem olmaz. samral ilə razıyam — Azerifactory (müzakirə) 11:34, 25 avqust 2020 (UTC)— Azerifactory (müzakirə) 11:34, 25 avqust 2020 (UTC)
- @Baskervill, niyə görə səsvermə əsaslı? Vikipediyanın prinsiplərindən biri odur ki, Vikipediya demokratiya deyil. Bu səsvermə, səs sayı labda qalmışdı, çox şükür ki, o da yıəışdırıldı. Bu tip məsələlər bütün nümunəvi böyük vikilərdə məntiqli, mənbəli, arqumentli, ədəbli müzakirələrlə həll edilir. Bizdə də adətən o cür olur. Və bu Qüds məqaləsi də məhz o cür olub.— samral müzakirə 19:32, 10 avqust 2020 (UTC)
Səsvermə və müzakirələrdə 10 nəfər həddi
Salam hər kəsə. Bir neçə qaydamızda olsa da hazırda nə səsvermələrdə, nə də müzakirələrdə 10 nəfər iştirak etmir. Bu isə işlərin uzanmasına, yavaşlamasına, ya da baş tutmamasına gətirib çıxarır. Təklifim budur ki, 10 nəfər məsələsini ya ümumi çıxaraq, ya da sayı aşağı endirək. Hörmətlə,— Turkmen müzakirə 18:21, 17 avqust 2020 (UTC)
- O rəqəmi yarıya endirmək yaxşı olardı. --► Hörmətlə: SolaVirum 23:01, 17 avqust 2020 (UTC)
- Salam. Narahatçılığınızı başa düşürəm, 15 idarəçisi olan vikipediyada vikipediya qaydaları ilə bağlı müzakirə və səsvermədə 10 nəfər iştirak etməyəcəksə, bir atalar məsəli yada düşür... Hörmətlə, →Vago ms 18:31, 18 avqust 2020 (UTC)
- Solavirum təklif edirəm ki, tamamən çıxrılsın. Çünki bu say məsələsi işləri çox ləngidir. İstifadəçi aktivliyi bundan da aşağı düşəndə yenə problemlər yaranacaq. Gərək birdə facebookdan adam yığılsın. Bu isə sadəcə dəhşətdir. Axı bu məsələlər viki daxilində həll edilməlidir. Mən bu yaxında bir neçə dəfə facebookdakı vikipediya qrupunda paylaşım edib, istifadəçi dəvət etmişəm qaydalarla bağlı səsvermələrə. Amma idarəçi səsvermələrində qalsın. İdarəçi səsverməsi ciddi işdir. Oraya müdaxilə etmək istəmirəm. — Turkmen müzakirə 19:42, 18 avqust 2020 (UTC)
- Mən düşünürəm ki, bu qayda səsvermələrdən sui-istifadə olunmasına qarşı alınmış bir tədbirdir. Amma, hə, idarəçi səsverməsində saxlayaq bunu, digərlərində aradan qaldıraq. --► Hörmətlə: SolaVirum 23:04, 18 avqust 2020 (UTC)
- Solavirum təklif edirəm ki, tamamən çıxrılsın. Çünki bu say məsələsi işləri çox ləngidir. İstifadəçi aktivliyi bundan da aşağı düşəndə yenə problemlər yaranacaq. Gərək birdə facebookdan adam yığılsın. Bu isə sadəcə dəhşətdir. Axı bu məsələlər viki daxilində həll edilməlidir. Mən bu yaxında bir neçə dəfə facebookdakı vikipediya qrupunda paylaşım edib, istifadəçi dəvət etmişəm qaydalarla bağlı səsvermələrə. Amma idarəçi səsvermələrində qalsın. İdarəçi səsverməsi ciddi işdir. Oraya müdaxilə etmək istəmirəm. — Turkmen müzakirə 19:42, 18 avqust 2020 (UTC)
Vikipediya:Səsvermə/Seçilmiş siyahı, seçilmiş məqalə və yaxşı məqalə namizədlərində və qaydaların qəbulu üçün səsvermələrdə 10 nəfər həddinin götürülməsi— Turkmen müzakirə 17:55, 25 avqust 2020 (UTC)
Salam hər kəsə! Zəhmət olmazsa, başlıqda qeyd olunan qayda üçün keçirilən SƏSVERMƏdə iştirak edin. --► Hörmətlə: SolaVirum 02:30, 19 avqust 2020 (UTC)
Salam. Bildiyiniz kimi ümumi pəncərənin yuxarı sağ küncündə müəyyən panel var ki, orada istifadəçi fəaliyyətini göstərən keçid verilib. Həmin yazı hesapa daxil olmazdan əvvəl "fəaliyyətim" kimi görünsə də, hesapa daxil olduqdan sonra "fəaliyyətlərim" kimi görünür. Təklif edirəm ki, həmin yazılar eyniləşdirilsin və vahid şəkildə "fəaliyyətim" olaraq qeyd edilsin. Çünki cəm halında işlənməsinin heç bir mənası yoxdur. Onu da qeyd edim ki, vikipediyanın digər dil versiyalarına da ([1], [2], [3]) daxil olduqda həmin paneldəki yazı "fəaliyyətim" olaraq görünür. Bu mövzu müzakirə olunub müvafiq dəyişiklik olunsa faydalı olar. — Sofy ₪ 13:21, 20 avqust 2020 (UTC)
- Mən, ümumiyyətlə, bu bölmənin "Töhfələrim" kimi adlandırılmasını istərdim, çünki Vikipediyada redaktə edən şəxs bu platformada təkcə fəaliyyət göstərmir, eləcə də töhfə verir. — Toghrul Rahimli • M/F 14:26, 22 avqust 2020 (UTC)
- Bəziləri ziyan verir, ora baxıb, öz əməllərini vikipediyaya töhfə hesab edəcək. :) →Vago ms 17:54, 22 avqust 2020 (UTC)
- Orada Fəaliyyətdə ciddi bir problem görmürəm. Amma orada "Nizamlamalar" əvəzinə "Parametrlərim" yazılsa daha düz olar. Çünki Azərbaycan dilində "Nizamlamalar" sözü heç yerdə işlənmir və buna görə də mənası aydın deyil. Asrb123 (müzakirə) 19:28, 22 avqust 2020 (UTC)
- Bəziləri ziyan verir, ora baxıb, öz əməllərini vikipediyaya töhfə hesab edəcək. :) →Vago ms 17:54, 22 avqust 2020 (UTC)
- Tərcümə bu səhifədə yox, translatewiki.net saytında edilməlidir.— NMW03 (müzakirə) 03:09, 24 avqust 2020 (UTC)
- @NMW03, əgər eyni səhifə lokalda da, translatewiki-də də varsa, yalnız lokaldakı nəzərə alınır. Silindikdə translatewiki-dəki işə düşür. — Toghrul Rahimli • M/F 13:37, 24 avqust 2020 (UTC)
DVTY şablonu
Salam hamıya. Mən artıq neçə dəfə görürəm ki, {{DVTY}} şablonu məlumatı düz göstərmir. Məsələn, kimsə Bakıda doğulub, amma məqalədə yazılıb ki, Mingəçevirdə doğulub. Şablon qutusunda bir məlumat, məqalədə digər. Oxucu belə dəqiqsizlikdə çaşır. Bundan əlavə şablon ölkə barədə məlumat göstərmir. Xahiş edirəm hamı fikir bildirsin— Azerifactory (müzakirə) 16:53, 25 avqust 2020 (UTC)
- Salam Azerifactory. Şablon məlumatları Vikidatadan idxal edir. Əgər yanlışlıq olursa Vikidata üzərindən redaktə edib düzəldə bilərsiniz.— Turkmen müzakirə 20:03, 25 avqust 2020 (UTC)
- Şablon əla şablondur. Problem varsa, vikiverilənlər bağlıdır. Yəni, {{DVTY}} şablonunu ümumiyyətlə ləğb etdikdən sonra durub burada manual formada dəyişmək problemi kökündən düzəltməyəcək. --► Hörmətlə: SolaVirum 22:33, 25 avqust 2020 (UTC)
- Şablon əladı. Səhvlər vikidatada redaktə edilməlidi. Artıq bir çox vikiçilər vikidatada redaktələr edirlər. Bu inkişaf üçün müsbət bir haldı. — Araz Yaquboglu (müzakirə) 04:50, 26 avqust 2020 (UTC)
- Şablon əla şablondur. Problem varsa, vikiverilənlər bağlıdır. Yəni, {{DVTY}} şablonunu ümumiyyətlə ləğb etdikdən sonra durub burada manual formada dəyişmək problemi kökündən düzəltməyəcək. --► Hörmətlə: SolaVirum 22:33, 25 avqust 2020 (UTC)
Important: maintenance operation on September 1st
Read this message in another language • Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
The Wikimedia Foundation will be testing its secondary data centre. This will make sure that Wikipedia and the other Wikimedia wikis can stay online even after a disaster. To make sure everything is working, the Wikimedia Technology department needs to do a planned test. This test will show if they can reliably switch from one data centre to the other. It requires many teams to prepare for the test and to be available to fix any unexpected problems.
They will switch all traffic to the secondary data centre on Tuesday, September 1st 2020.
Unfortunately, because of some limitations in MediaWiki, all editing must stop while the switch is made. We apologize for this disruption, and we are working to minimize it in the future.
You will be able to read, but not edit, all wikis for a short period of time.
- You will not be able to edit for up to an hour on Tuesday, September 1st. The test will start at 14:00 UTC (15:00 BST, 16:00 CEST, 10:00 EDT, 19:30 IST, 07:00 PDT, 23:00 JST, and in New Zealand at 02:00 NZST on Wednesday September 2).
- If you try to edit or save during these times, you will see an error message. We hope that no edits will be lost during these minutes, but we can't guarantee it. If you see the error message, then please wait until everything is back to normal. Then you should be able to save your edit. But, we recommend that you make a copy of your changes first, just in case.
Other effects:
- Background jobs will be slower and some may be dropped. Red links might not be updated as quickly as normal. If you create an article that is already linked somewhere else, the link will stay red longer than usual. Some long-running scripts will have to be stopped.
- There will be code freezes for the week of September 1st, 2020. Non-essential code deployments will not happen.
This project may be postponed if necessary. You can read the schedule at wikitech.wikimedia.org. Any changes will be announced in the schedule. There will be more notifications about this. Please share this information with your community.
Vikipediya:Üç dəfə geri qaytarmaq qaydası
Salam. Üç dəfə geri qaytarmaq qaydasının, həmçinin bu qaydaya uyğun olaraq qayda pozanlara {{3GQ}} şablonu ilə xəbərdarlığın edilməsi ilə əlaqədar müzakirə aparılaraq, qaydanın qəbul olunmasına dair səsvermənin keçirilməsini təklif edirəm. Münasibət bildirənlərə öncədən təşəkkür edirəm. Hörmətlə, →Vago ms 21:56, 12 avqust 2020 (UTC)
- Vago, təşəbbüs üçün təşəkkür edirəm. Çox gözəl ideyadır! İngiliscə Vikipediyada çox işlənən bir şeydir. Belə-belə qaydalarla "oturuşmuş" istifadəçilər arasında baş verən potensial mübahisələri sakinləşdirmək olar. Çünki redaktə müharibələri əsasən istifadəçilərin etdiyi redaktələrlə bağlı izahat verməməklərindən və ya müzakirə etməyə meylli olmamaqlarından irəli gəlir. --► Hörmətlə: SolaVirum 19:40, 13 avqust 2020 (UTC)
- Bir neçə gün sonra rəsmi prinsipə namizəd edəcəm.— Turkmen müzakirə 12:17, 15 avqust 2020 (UTC)
- Vikipediya:Səsvermə/Üç dəfə geri qaytarmaq qaydası— Turkmen müzakirə 12:47, 25 avqust 2020 (UTC)
Edittools
Salam. MediaWiki:Edittools səhifəsində şablonları iki qrupa ayırdım: "Müzakirə və məzmun şablonları" və "Bildiriş şablonları". Həmçinin "Doğum/vəfat tarixi və yaşı" şablonlarını tez-tez istifadə olunmadığına görə o siyahıdan çıxardım.— Eminn ismarıc 11:41, 30 avqust 2020 (UTC)
- Salam Eminn, təşəkkürlər. {{Vikianbar kateqoriyası}} şablonu müzakirə və məzmun şablonlar içərisində olsa daha düzgün olmazdımı?— Turkmen müzakirə 18:47, 30 avqust 2020 (UTC)
Televerilişlər
Salam, mən bəzi "Nəzər nöqtəsi" və s. tanınmış televerilişlər haqqında məqalələr hazırlamaq istəyirəm. Hansı "iconic" verilişlər haqqında məqalə yaratmaq olar?
- Bundan əlavə bəzi məqəlalərdə verilişlərin adı müxtəlif gedir. Məsələn hansı düzdür?
- Nəzər nöqtəsi
- Nəzər nöqtəsi (veriliş)
- Nəzər nöqtəsi (veriliş, 2007)
— Azerifactory (müzakirə) 22:21, 30 avqust 2020 (UTC)
- Azerifactory, "Nəzər nöqtəsi (veriliş, 2007)" şəklində olmalıdır standart olaraq, qalanları səhvdir. --► Hörmətlə: SolaVirum 23:12, 30 avqust 2020 (UTC)
Adın transliterasiyası
Salam həmkarlar. Robert Eggers adı dilimizə necə transliterasiya olunur? Bilirik ki, Qərb mənşəli adlarda incə saitlərdən əvvəl "q" səsi verən hərf gəlirsə, "g" kimi yazılır. Bu qayda sadəcə bir hərfə şamil olunduğundan, blogger sözü dilimizə bloger kimi keçib. Bəs bu adı necə edək? "Eggers" və "Eqqers" düzgün variantlar olmadıqlarından əlimizdə sadəcə "Egers" və "Eqgers" qalır. --► Hörmətlə: SolaVirum 01:16, 31 avqust 2020 (UTC)
- AZƏRTAC səhv şəkildə "Robert Eqqres" yazıb.
- Robert Eqqers — Azerifactory (müzakirə) 01:29, 31 avqust 2020 (UTC)
- Orfoqrafiya lüğətində "bloger" sözü yoxdu axı. Mən çox yerdə "bloqqer" işləndiyini görürəm.— 127-ci yapon imperatoru 06:37, 31 avqust 2020 (UTC)
- White Demon, doğrudan? Bəlkə yeniləmək yaddan çıxıb? Çünki həmişə ağlımda olsa da, ilk dəfə "Grammar Azi" səhifəsində görmüşdüm. Bu arada, Azerifactory, çox sağol. --► Hörmətlə: SolaVirum 08:55, 31 avqust 2020 (UTC)