Vikipediya Kend Meydani Arxiv Avqust 2022 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Ad dəyişmə
- 1 Avqust (aerobatika eskdaronu)
- Belaya Rus (aerobatika eskdaronu)
- Berqutlar (aerobatika eskdaronu)
- Chinook (aerobatika eskdaronu)
- Tayfun (aerobatika eskdaronu)
- Yupiter (aerobatika eskdaronu) Zəhmət olmasa məqalələrin adında eskadron sözünü düzəldin
Bikar Orxan (müzakirə) 13:53, 1 avqust 2022 (UTC)
- Thunderbirds (aerobatika komandası) bu da eskadron olsun Bikar Orxan (müzakirə) 14:00, 1 avqust 2022 (UTC)
- Həll edildi. White Demツnyaz 14:06, 1 avqust 2022 (UTC)
- Təşəkkürlər.
- Al Fursan
- Baltic Bees
- Smoke Squadron bunların da tərcüməsini əlavə etmək lazımdı
- Bikar Orxan (müzakirə) 14:09, 1 avqust 2022 (UTC)
- Həll edildi. White Demツnyaz 14:14, 1 avqust 2022 (UTC)
- Təşəkkürlər! Bikar Orxan (müzakirə) 14:16, 1 avqust 2022 (UTC)
- Həll edildi. White Demツnyaz 14:14, 1 avqust 2022 (UTC)
- Təşəkkürlər.
- Həll edildi. White Demツnyaz 14:06, 1 avqust 2022 (UTC)
Community delegate registration for Wikimedia CEE Meeting 2022
Wikimedia CEE Meeting 2022 will take place on October 14-16. It is determined that the Azerbaijani Wikimedians User Group could be represented by 2 community delegates, who would have their expenses paid for participating in the events. The time for delegate registration is until August 15 (2 weeks left).
P.S: Sorry for You, please, You translate to the local language. Dušan Kreheľ (müzakirə) 16:57, 1 avqust 2022 (UTC)
- Dušan Kreheľ, thank you for the reminder. Our delegates will be registered today. "Azerbaijani Wikimedians User Group" decided that our representatives would be Toghrul R and Namikilisu — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 08:48, 2 avqust 2022 (UTC)
Kateqoriya
Hansı adlandırma düzgündür: "Kateqoriya:Qitələrə görə..." yoxsa "Kateqoriya:Qitələrinə görə..." ? Vikidə hal-hazırda hər iki variantda adlandırma mövcuddur. Surə 🗯 05:24, 3 avqust 2022 (UTC)
- "Qitələrinə görə" olmalıdır. "Ölkələrinə görə", "Şəhərlərinə görə" yazırıqsa, məntiqlə bu da belə olmalıdır. White Demツnyaz 19:58, 7 avqust 2022 (UTC)
- @İstifadəçi:White Demon həm "Ölkələrinə görə", həm də "Ölkələrə görə" tipində adlandırlımış kateqoriyalar mövcuddur. Surə 🗯 13:36, 9 avqust 2022 (UTC)
Poçt indeksləri
Azərbaycanın kənd məqalələrinin böyük bir hissəsində kənd üçün poçt indeksi göstərilib, amma göstərilən istinadda bu haqda heç bir məlumat yoxdur. (bax) Kəndlər üçün ayrı-ayrılıqda poçt indeksləri mövcuddursa, tam siyahını haradan tapa bilərəm? Surə 🗯 06:03, 4 avqust 2022 (UTC)
Vikimaniya 2022. Bakı görüşü
Hər kəsə salam. Bu ilin 13–14 avqust tarixlərində "Türkdilli vikimediyaçılar" istifadəçi qrupu "Vikimaniya 2022"nin tərkibində görüş keçirir. Oflayn və onlayn formatlarda keçiriləcək tədbirdə bir sıra görüşlər, editatonlar, təqdimatlar olacaq, həmçinin "Vikimaniya 2022"ni izləyəcəyik. Tədbir Bakı şəhərində keçiriləcək. Əlavə məlumatlar üçün "Vikimaniya 2022 Bakı görüşü"nün metaviki səhifəsinə nəzər yetirin. Tədbirə qoşulmaq istəyənlər bu formu doldura bilərlər. --► Hörmətlə: SolaVirum 15:45, 5 avqust 2022 (UTC)
- Tədbirdə ancaq Azərbaycan vikipediyaçıları iştirak edəcək? White Demツnyaz 15:56, 5 avqust 2022 (UTC)
- Hybrid tədbir olacaq. Offline iştırakçılar Azərbaycan vikipediyaçılar olacaq. Online qoşulanlar dünyanın müxtəlif yerlərində olan türkdilli vikipediyaçılar olacaq. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 16:45, 5 avqust 2022 (UTC)
- Keçidlər düzəldildi. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 16:59, 5 avqust 2022 (UTC)
Azərbaycan dilli Vikipediyada ilin vikipediyaçısının seçilməsi
Salam, hörmətli idarəçilər, istifadəçilər. Üç il əvvəl — 2019-cu ildə Azərbaycan dilli Vikipediyada ilin vikipediyaçısının seçilməsi üçün belə bir layihə hazırlanmışdı. Daha dəqiq desəm layihə ideyası irəli sürülmüşdü. Sonradan isə bu ideya unuduldu. Bu layihənin bərpa edilməsinin zamanının gəldiyini düşünürəm. Məncə ümumi olaraq sırf Azərbaycan dilli Vikipediyada ilin vikipediyaçısı seçilməli deyil, həmdə bir sıra mövzular üzrə ilin məqalələri seçilməlidir. Bununla bağlı ideyalarım var. İstəsəniz bölüşə bilərəm. Misal üçün elə rus dilli Vikipediyaya nəzər salaq. Belə bir layihələri var. Azərbaycan dilli Vikipediya ilə bağlı ideyam isə belədir. Birinci mərhələdə Münsiflər Heyəti yaradılır. Münsiflər Heyəti ən fəal 6 idarəçidən (misal üçün), ən fəal 2-4 istifadəçidən (misal üçün) seçilir. Daha sonra təqvim tərtib olunur. Misal üçün noyabr ayında prosedurlar aparılsın. 1-10 noyabrda istifadəçilər məqalələr təqdim edir. Bir istifadəçi bir mövzü üzrə bir məqalə təqdim edə bilər. Noyabrın 10-da bu prosedur bitir. Sonra gəlir Münsiflər Heyəti üzvləri. Misal üçün bir mövzü üzrə 15 məqalə təqdim olunub. Hər bir Münsiflər Heyəti üzvü 15 məqalədən 5 məqaləni seçir. Sonda ən çox səs toplayan 5 məqalə seçilir. Sonra isə əsas prosedur olur. Ümumi səsvermə prosesi. Səsovçuluğunun qarşısını almaq üçün "Qurultay üzvü" tipində bir qrup yaradılır. İl ərinzə ən fəal olan 50-60 istifadəçi seçilir. Həmin istifadəçilərin siyahısı tərtib olunur və hamısına eyni anda dəvət göndərilir. Əsas səsvermə 2 gün olur. İstifadəçilər sadəcə səs versinlər. Şərhə ehtiyyac yoxdur. Bir mövzü üzrə bir istifadəçi bir məqaləyə səs verə bilər. Sonda nəticələr hesablanır. İlin məqaləsi seçilən məqalələrə rus dilli Vikipediyada olan tipdə "ulduz"lar təqdim olunur. İlin vikipediyaçısının necə seçilməsi barədə isə hələ ideyam yoxdur. :-D Sizində şərhləriniz marağlıdır. Nə düşünürsünüz ? Belə bir layihə möhtəşəm olar məncə. Grenzsoldat✉ 19:02, 12 avqust 2022 (UTC)
- Məncə də əla olar həm də AzVikidə aktivlik də qalxar -- ⟨Qraf⟩061 (müzakirə) 19:11, 12 avqust 2022 (UTC)
- Məncə də fantastik olar. Vikidə də aktivlik qalxar, yeni töhfələr verilər. EVRRVE. (müzakirə) 19:20, 12 avqust 2022 (UTC)
- @Grenzsoldat, maraqlı təklifdir. İcra olunacaq mı? İnancım azdır. Amma yoxlamaq olar. - Dr.Wiki54 (müzakirə) 20:33, 12 avqust 2022 (UTC)
- Əsas layihənin birinci ilinin reallaşmasıdır. Ki təcrübə olsun. Sonra isə artıq asan olacaq. Əgər icazə versələr, səhifələrin yaradılmasıdır, qaydaların hazırlanmasıdır və s. işlərin hamısını özüm həll edə bilərəm. Sadəcə Münsiflər Heyəti necə seçilməlidir, bununla bağlı danışmaq lazımdır. Hamı elə deyir "əla ideyadır", amma bir rəy verən yoxdur. Grenzsoldat✉ 20:40, 12 avqust 2022 (UTC)
- Məqalə ilə bağlı təklifiniz maraqlıdır və səs ovçuluğu ilə bağlı təklif etdiyiniz addım əladır. "Münsiflər heyəti" ilə bağlı fikrim yoxdur, amma istifadəçinin seçilməsi iki hissədən ibarət ola bilər: statistik amil və vikicəmiyyətin düşüncəsi. Misalçün, namizədlər təqdim olunur (bu hissə ilə bağlı ideyası olanlar fikir bildirsə sevinərəm). Təqdim olunduqdan sonra bir neçə statiktik məlumat üzrə dəyərləndirmə aparılır. Misalçün, il ərzində günə düşən ortalama redaktə sayı, aktivlik müddəti, patrul sayı və s. Qeyd etdiklərim sadəcə nümunədir. Daha sonra bu məlumatlara əsasən istifadəçilər sıralanır. İkinci addım olaraq isə, səsvermə yaradılır. Səsvermədə "qurultay üzvləri" iştirak edir və hansısa istifadəçinin fəaliyyəti, aktivliyi, ünsiyyət bacarıqları və s. kimi vikicəmiyyətdəki mövqeyinə görə ona səsverməyi seçirlər. Buradakı səs sayına görə sıralama əvvəlki məlumatlara əlavə edir və sıralama avtomatik dəyişir (və ya elə olduğu kimi qalır). Nəticədə hər iki amilə görə birinci olan şəxs müvafiq ada layiq görülür. Sıralamada yer alan digər şəxslərə də barnstar göndərmək olar. Hələ ki, ani olaraq ağlıma ancaq bu gəldi. — Surə m 05:04, 13 avqust 2022 (UTC)
- Əsas layihənin birinci ilinin reallaşmasıdır. Ki təcrübə olsun. Sonra isə artıq asan olacaq. Əgər icazə versələr, səhifələrin yaradılmasıdır, qaydaların hazırlanmasıdır və s. işlərin hamısını özüm həll edə bilərəm. Sadəcə Münsiflər Heyəti necə seçilməlidir, bununla bağlı danışmaq lazımdır. Hamı elə deyir "əla ideyadır", amma bir rəy verən yoxdur. Grenzsoldat✉ 20:40, 12 avqust 2022 (UTC)
- Bugün Bakıda Vikimaniya tədbiri olacaq. Tədbirin proqramında İlin vikimediyaçısının seçilməsi də var. Şiroi Akuma 05:09, 13 avqust 2022 (UTC)
Vikimaniya 2022 Bakı görüşü
13-14 avqust tarixlərində Bakı şəhərində "Vikimaniya 2022 Bakı görüşü" keçirilib. Görüşün 1-ci günündə Vikimaniya 2022 konfransındakı təqdimatlara baxılmış, türkdilli ölkələrin vikipediyaçıları üçün təqdimatlar edilmiş və onların təqdimatları dinlənilmiş, 2-ci günündə isə türkdilli ölkələrin tarixi, mədəniyyəti və coğrafiyası barədə azərbaycanca Vikipediyada məqalələr yaradılmışdır. Aşağıda tədbirdən bəzi görüntülərlə tanış ola bilərsiniz. Tədbir zamanı hər iki gündə çəkilmiş bütün şəkillərlə isə buradan tanış ola bilərsiniz.
Şərhlər
- İştirak edən hər kəsə uğur olsun. Mən hesab etdim ki, xarici dil bilmədiyimdən iştirakım əhəmiyyətsizdir. Ona görə də maraq göstərmədim. Amma hər zaman vikipediyaçıların görüşünü alqışlamışam. Çünki vikinin inkişaf etməsi üçün görüşlərin keçirilməsi vacibdir. Və çalışdığım qədəri də hər görüşdə olmağa çalışmışam. — Araz Yaquboglu (müzakirə) 11:20, 16 avqust 2022 (UTC)
Həmin günlərdə avtomobil qəzası keçirtmişdim deyə iştirak edə bilmədim. Bütün iştirakçılara uğurlu iştiraklarına görə təşəkkür edirəm.— samral müzakirə 08:38, 20 avqust 2022 (UTC)
- Keçmiş olsun, Samral müəllim! Hörmətlə, dancewithdevil (müzakirə) 08:47, 20 avqust 2022 (UTC)
- @Dancewithdevil, təşəkkür edirəm, çox sağolun. Keçdi çox şükür. samral müzakirə 18:19, 20 avqust 2022 (UTC)
- @Samral bəy, keçmiş olsun. - Dr.Wiki54 (müzakirə) 11:09, 21 avqust 2022 (UTC)
- Keçmiş olsun Samral, yaxşısan indi? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:07, 23 avqust 2022 (UTC)
- @Dr.Wiki54, @Eldarado, çox şükür yaxşıyam. Maşın biraz əzilmişdi. O da ki, artıq təmir etdirmişəm. Təşəkkür edirəm diqqətinizə görə. Çox sağolun, var olun. samral müzakirə 07:57, 23 avqust 2022 (UTC)
- Keçmiş olsun Samral, yaxşısan indi? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:07, 23 avqust 2022 (UTC)
- @Samral bəy, keçmiş olsun. - Dr.Wiki54 (müzakirə) 11:09, 21 avqust 2022 (UTC)
- @Dancewithdevil, təşəkkür edirəm, çox sağolun. Keçdi çox şükür. samral müzakirə 18:19, 20 avqust 2022 (UTC)
Tərcümə ilə bağlı
Salam, bilmək istərdim digər vikilərdən tərcümə etdiyimiz məqalələrə mənbə, istinad daxil etmək vacibdir ya yox. Hatselate (müzakirə) 10:08, 16 avqust 2022 (UTC)
- @Hatselate, bəli. Hörmətlə, dancewithdevil (müzakirə) 10:16, 16 avqust 2022 (UTC)
- Təşəkkürlər cavab üçün. Hatselate (müzakirə) 10:30, 16 avqust 2022 (UTC)
- Təbii ki, vacibdir. Şiroi Akuma 10:38, 16 avqust 2022 (UTC)
- tərcümə etdiyiniz vikidə istifadə olunan mənbələrdən elə istifadə edə bilərsiniz. Atakhanli (müzakirə) 11:29, 18 avqust 2022 (UTC)
Müqayisə
Belə bir statistik müqayisəni göstərmək istərdim. Məqalə sayına görə bizdən bir pillə öndə olan Qalisiyaca Vikipediyadakı məqalələrin sayı 187,029 idi. Hal-hazırda bu say 188,127-dir. Heç bir ay keçməmiş layihədə 1,100-ə yaxın yeni məqalə yaradılıb. Bizdə heç ürəkaçan deyil. 27 iyulda tapdığım statistikada məqalə sayı arasındakı fərq 1,000-dən az idi, indi isə 2,000-i çoxdan ötüb keçib. --► Hörmətlə: SolaVirum 14:40, 16 avqust 2022 (UTC)
- Breobot adlı botları var, ona görə qısa müddətdə bu qədər məqalələri olub. Şiroi Akuma 14:49, 16 avqust 2022 (UTC)
- @Solavirum, əsas məqalə sayı yox, dərinlikdir. Necə deyərlər, kəmiyyət yox, keyfiyyət əsasdır. samral müzakirə 18:20, 20 avqust 2022 (UTC)
Passivlik
Salam. VP:SNS, VP:MN və VP:Q səhifələrində işlər çox ləngiyir. SNS-də artıq müzakirələrin sayı 100-ə çatır, VP:MN və VP:Q səhifələrin də isə bir çox məqalələr yoxlama və qiymətləndirmə gözləyir. Hələ KM-nı demirəm. Necə edək? Nə təklif edirsiniz? Hörmətlə, dancewithdevil (müzakirə) 11:25, 18 avqust 2022 (UTC)
- VP:SNS mövzusunda haqlısız amma vəziyyət artıq məncə əvvəlki kimi dəhşət pis deyil. SNS-nın dolub daşması əslində aktivliyin göstəricisidir digər hallardan fərqli olaraq. VP:MN və VP:Q isə məncə çox abartılır azvikidə. ucdan tutma demək olar ki, bütün məqalələrə yaxşı məqalə statusu verilir. düzdür bu ayrı müzakirə mövzusudur. amma, digər vikilərə baxıram, onların yaxşı məqalə statuslu məqalələri bizim seçilmiş məqalələrimiz kimidir. ucdan tutma hər məqaləyə yaxşı məqalə statusu verməyin nə mənası var? Atakhanli (müzakirə) 11:33, 18 avqust 2022 (UTC)
- @Atakhanli ilə razıyam. Passivlik məsələsinə gəldikdı isə May ayından bəri dəyişən heç bir şey yoxdur. - Dr.Wiki54 (müzakirə) 11:36, 18 avqust 2022 (UTC)
- SNS-in vəziyyətinin səbəbi odur ki, bir gündə az qala 10 məqalə təqdim olunur. Qaydalarda qeyd olunub ki, müzakirə ən azı 7 gün müddətinə sonlandırılmalıdır. Hal-hazırda SNS-də 11 avqustdan əvvəl təqdim olunmuş cəmi 5 namizəd var və onlardan 2-də konsensus əldə olunmayıb. Yəni hal-hazırda SNS-də sonlandırıla biləcək cəmi 3 müzakirə var. Uzağı SSK-ya görə vaxtından əvvəl sonlandırıla biləcək 2-3 yeni müzakirə də əlavə etsək, olur 5-6 müzakirə. — Surə m 11:48, 18 avqust 2022 (UTC)
- @Atakhanli ilə razıyam. Passivlik məsələsinə gəldikdı isə May ayından bəri dəyişən heç bir şey yoxdur. - Dr.Wiki54 (müzakirə) 11:36, 18 avqust 2022 (UTC)
- Hər şeyə görə burda başlıq açmayaq mümkünsə, yalnız önəmli və hər kəsi maraqlandıracaq ümumi mövzularda müzakirə açaq. Gündə 20 ədəd məqalə təklif olunanda 100 ədəd gözləmədə məqalə qalması çox normaldır və qərarlarında dəqiq olmaq ehtimalları təbii ki, aşağı düşür. Metada bəzi müraciətlər həftələrlə qalır gözləmədə. Bunu qabartmağın mənası yoxdur. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:45, 19 avqust 2022 (UTC)
- Gündə 20 namizədlik verəndə əlbəttə ki, belə hal olacaq. Şiroi Akuma 07:22, 19 avqust 2022 (UTC)
- Ümumiyyətlə, hazırda SNS-lə bağlı iradınız heç düz deyil. Hazırda SNS-də 100 başlıq olsa da, onların 80-inin üstündən 15 günlük müddət keçməyib. Şiroi Akuma 08:35, 19 avqust 2022 (UTC)
- @White Demon bəyə qatılıram. SNS-də passivlik yoxdur. Əksinə aktivlik var, bu da müsbət haldır. Dr.Wiki54 (müzakirə) 08:37, 19 avqust 2022 (UTC)
- Təəssüf ki, AzVikidə elə ən fəal yer SNS-dır. Bu gedişlə AzVikidə hansısa azərbaycanlı haqqında məqalə qalmayacaq. --► Hörmətlə: SolaVirum 12:44, 25 avqust 2022 (UTC)
- Bəzi istifadəçilər sanki qəsdlə çox sayda məqaləni silinməyə namizəd göstərirlər, cəmi 3-4 vikipediyaçının, özü də eyni adamların səsi ilə sildirirlər. Bir cümlə yazmayıb yüzlərlə məqaləni sildirən istifadəçilərin fəaliyyətini təftiş edəcəm, əgər fəaliyyətlərində qərəz olarsa qeyri-müəyyən müddətə bloklyacam. — Sortilegus (müzakirə) 12:49, 25 avqust 2022 (UTC)
- İnzibatçılar müzakirəni yekunlaşdırarkən səs sayına görə deyil, arqumentlərə görə qərar verməlidirlər. Ola bilər ki, 99 nəfər sadəcə "ensiklopedik deyil" yazsın, arqument göstərməsin, amma 1 istifadəçi konkret qaydalar göstərib arqument bildirir ki, ensiklopedikdir. Onda inzibatçı məqaləni saxlamalıdır. Əgər 3-4 istifadəçi kütləvi şəkildə arqument göstərmədən məqalə sildirməyi bacarırsa, əsas günah biz inzibatçılardadır deməli. Şiroi Akuma 16:22, 25 avqust 2022 (UTC)
- Bəzi istifadəçilər sanki qəsdlə çox sayda məqaləni silinməyə namizəd göstərirlər, cəmi 3-4 vikipediyaçının, özü də eyni adamların səsi ilə sildirirlər. Bir cümlə yazmayıb yüzlərlə məqaləni sildirən istifadəçilərin fəaliyyətini təftiş edəcəm, əgər fəaliyyətlərində qərəz olarsa qeyri-müəyyən müddətə bloklyacam. — Sortilegus (müzakirə) 12:49, 25 avqust 2022 (UTC)
- Təəssüf ki, AzVikidə elə ən fəal yer SNS-dır. Bu gedişlə AzVikidə hansısa azərbaycanlı haqqında məqalə qalmayacaq. --► Hörmətlə: SolaVirum 12:44, 25 avqust 2022 (UTC)
- @White Demon bəyə qatılıram. SNS-də passivlik yoxdur. Əksinə aktivlik var, bu da müsbət haldır. Dr.Wiki54 (müzakirə) 08:37, 19 avqust 2022 (UTC)
- Ümumiyyətlə, hazırda SNS-lə bağlı iradınız heç düz deyil. Hazırda SNS-də 100 başlıq olsa da, onların 80-inin üstündən 15 günlük müddət keçməyib. Şiroi Akuma 08:35, 19 avqust 2022 (UTC)
Kursiv
Azvikidə hansı anlayışlara aid məqalələrin adlandırlmasında kursiv (italic) hərflərdən istifadə edilir və ya edilməlidir? Envikidə bu anlayışlar üçün istifadə olunur. Bizdə sadəcə taksonlar üçün mövcuddur deyəsən. Surə m 14:49, 20 avqust 2022 (UTC)
- Düşünürəm ki, bunla bağlı qayda yazmaq lazımdır. Mən düşünürəm ki, xarici dildə olan istənilən başlıq kursivlə yazılmalıdır. Video oyun adları, xarici qəzet, jurnallar, albom və sinqllar və s. Şiroi Akuma 15:05, 20 avqust 2022 (UTC)
- Mən çalışıram ki, video oyun, sayt, jurnal və qəzet adlarında həmişə istifadə edim. --► Hörmətlə: SolaVirum 18:27, 20 avqust 2022 (UTC)
- Ümumi qaydanı hazırlamışam, bir tək kursivlə bağlı bölmə əlavə edilməyib hələ ki. Müvafiq bölmə ilə bağlı müzakirə edib qərar vermək lazımdır. — Surə m 06:13, 21 avqust 2022 (UTC)
- Bəs film? Hörmətlə, dancewithdevil (müzakirə) 09:10, 21 avqust 2022 (UTC)
- Elə isə belə bir qayda qəbul edək: "Transliterasiya edilməyən, yerli dildə olduğu kimi yazılan məqalə adları məqalənin başlığında və mətnin kursivlə yazılmalıdır." — Surə m 10:19, 21 avqust 2022 (UTC)
- @Sura Shukurlu yaxşı olar. Dr.Wiki54 (müzakirə) 11:08, 21 avqust 2022 (UTC)
- Elə isə belə bir qayda qəbul edək: "Transliterasiya edilməyən, yerli dildə olduğu kimi yazılan məqalə adları məqalənin başlığında və mətnin kursivlə yazılmalıdır." — Surə m 10:19, 21 avqust 2022 (UTC)
- Bəs film? Hörmətlə, dancewithdevil (müzakirə) 09:10, 21 avqust 2022 (UTC)
- Ümumi qaydanı hazırlamışam, bir tək kursivlə bağlı bölmə əlavə edilməyib hələ ki. Müvafiq bölmə ilə bağlı müzakirə edib qərar vermək lazımdır. — Surə m 06:13, 21 avqust 2022 (UTC)
Rəsmi sayt
Salam. Rəsmi saytlar istinad kimi göstərilə bilərmi? Hörmətlə, dancewithdevil (müzakirə) 09:11, 21 avqust 2022 (UTC)
- Göstərilə bilər. Şiroi Akuma 09:16, 21 avqust 2022 (UTC)
- Rəsmi sayt dedikdə onu nəzərdə tuturdum ki, məsələn, hər hansısa bir şirkət və ya şəxsin saytı öz məqaləsi üçün istinad mənbəyi ola bilərmi? Bu nə dərəcədə doğrudur? Hörmətlə, dancewithdevil (müzakirə) 09:22, 21 avqust 2022 (UTC)
- Şirkət öz rəsmi saytında şirkətin tarixi ilə bağlı məlumat paylaşıbsa niyə bu məlumat etibarsız hesab olunmalıdır? Şiroi Akuma 09:40, 21 avqust 2022 (UTC)
- Etibarsızdır demədim, sadəcə bu, doğrudurmu dedim. Hörmətlə, dancewithdevil (müzakirə) 09:48, 21 avqust 2022 (UTC)
- Vikipediya qaydalarını pozmursa, reklam, təhqir deyilsə, ciddi iddia yoxdursa (məsələn Azərbaycanda nömrə 1) niyə də yox. - Dr.Wiki54 (müzakirə) 11:08, 21 avqust 2022 (UTC)
- Fikrimcə hər hansı obyekt haqqındakı elementar məlumatlar (yarandığı tarix, üzv sayı, yerləşdiyi ərazi və s.) üçün həmin obyektin rəsmi veb saytından və ya hər hansı şəxsin müvafiq məlumatları (doğum və ya vəfat tarixi, həyatında baş vermiş hər hansı hadisənin tarixi və yeri) üçün şəxsin özünün özü haqında yazdığı kitabdan istifadə etmək olar. Amma şəxs və ya obyekt haqqında hər hansı bir məlumat və ya nailiyyət iddia olunura (məsələn: "filan mükafatı alıb") bu zaman üçüncü tərəf etibarlı mənbələr mütləq qeyd olunmaldır. — Surə m 16:09, 21 avqust 2022 (UTC)
- Bəli, razıyam. Hörmətlə, dancewithdevil (müzakirə) 12:06, 22 avqust 2022 (UTC)

Alimlərlə bağlı kriteriyalar
Salam hərkəsə. Düşünürəm ki, bu mövzuda artıq dəqiq qərar verilməli və bu müzakirə bu haqda açılmış sonuncu müzakirə olmalıdır. Ona görə də xahiş edirəm ki, hər kəs müzakirədə iştirak edərək öz fikrini açıq şəkildə ifadə etsin. Bildiyiniz üzrə, yaxın zamanlarda VP:EƏEX qaydasının səsverməsi keçirildi və qəbul edildi. Amma görünən odur ki, qayda azvikiyə uyğun deyil və əslində heç istifadə olunmur. Ümumiyyətlə, bu kimi qaydaların birbaşa olaraq başqa dildən tərcümə edilməsinə qarşıyam və düşünürəm ki, ümumi vikiqaydalar xaricində digər xüsusi müddəalar tərcümə edilməməli və vikicəmiyyətin qərarı ilə yazılmalıdır. İndi isə, vikicəmiyyətə müraciət edirəm: sizin fikrinizcə hər hansı elm adamını ensiklopedik edəcək müddəalar hansılardır? Ən əsası, hansı elmi ad şəxsi ensiklopedik edir? VP:SNS-dəki fikirlərdən belə başa düşdüm ki, azvikidə professor adını almış şəxslərin ensiklopedik olduğu qəbul edilir. Bu mövzuya münasibətiniz necədir? Başqa hansı təklifləriniz var? Ümumiyyətlə hansı mükafatların və elmi adların ensiklopedik yükü olduğunu düşürsünüz? Bayaq da qeyd etdiyim kimi, ümid edirəm bu sonuncu müzakirə olar. Müzakirə nəticəsində yeni qaydanın təşkil olunmasına başlanılacaq və bu müzakirədə iştirak etmiş hər kəs qaydanın yazılmasında iştirak etmiş olur. Surə m 08:53, 22 avqust 2022 (UTC)
- Hörmətli Toghrul R, Solavirum, Eldarado, Araz Yaquboglu və White Demon bu mövzudakı fikirləriniz maraqlıdır. — Surə m 06:33, 23 avqust 2022 (UTC)
Müzakirə
- bir də konkret mükafat adları da qeyd olunmalıdır ki, bu mükafatları alan şəxs ensiklopedikdir. məsələm əməkdar elm xadimi. Atakhanli (müzakirə) 09:01, 22 avqust 2022 (UTC)
- Əməkdar jurnalist adı alanlarada aydınlıq gətirilsə yaxşı olar. Fikrimcə jurnalistlərin SNS olunmasında bu məsələnin önəmi olar. E.Imanverified 21:20, 14 sentyabr 2022 (UTC)
- Əslində qayda normaldır. Amma tətbiq olunmur. Mən həmişə bu prinsipdən yanaşmışam professor ən ali ad qəvul edilsə də, haqqında etibarlı (AMEA və onun alt saytları nəzərdə tutulmur) mənbə yoxdursa, fəaliyyəti işıqlandırılmayıbsa, ensiklopedikliyi şübhə altındadır. SNS-də bir neçə dəfə müzakirələrə qoşulsam da, icmanın professordur=ensiklopedikdir anlayışını mənimsədiyini gördükdən sonra professor məqalələri ilə bağlı konsensus əldə edənədək namizədliklərdə şərh bildirməmə qərarı almışam. Eləcə də orden mükafat və s. Bəzən elə adama elə orden verirlər ki, haqqında 1 dənə də mənbə yoxdur. - Dr.Wiki54 (müzakirə) 09:17, 22 avqust 2022 (UTC)
- Şəxsi fikrimə görə şəxsi ensiklopedik edəcək əsas kriteriya onun müvafiq elm sahəsində hər hansı bir ilkə imza atması və ya hər hansı önəmli nailiyyət əldə etməsi və bunun etibarlı mənbələrdə öz yerini tapmasıdır. Yəni, mənim üçün hər hansı elm sahəsində böyük uğura imza atmış fəlsəfə doktoru və ya dosent, öz sahəsində heç bir fəaliyyəti ilə fərqlənməmiş professordan daha ensiklopedikdir. — Surə m 09:54, 22 avqust 2022 (UTC)
- @Sura Shukurlu, orası elədir. Amma bizdə o qaydaya riayət ediləcək mi? İnanmıram. - Dr.Wiki54 (müzakirə) 06:22, 23 avqust 2022 (UTC)
Səsvermə
Hər kəsə salam. Sizi Məqalə adları qaydasının qəbulu ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Surə m 06:09, 23 avqust 2022 (UTC)
- Salam, bu qayda nə vaxt müzakirə olundu? Keçid göstərin zəhmət olmasa. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:05, 23 avqust 2022 (UTC)
- Eldarado qaydaların qəbulu üçün ilk növbədə müzakirənin açılmalı olduğunu bilmirdim. Misalçün, bu və bu səsvermə üçün müzakirə tapa bilmədim KM-da. Odur ki, mən də həmin təcrübələrə əsaslanaraq birbaşa səsverməyə təqdim etdim. Üstəlik, ikinci səsvermə qeyri-inzibatçı tərəfindən yekunlaşdırılıb və rəsmi qayda olaraq qəbul edilib. Səhifədəki bir neçə səsvermənin niyə qeyri-inzibatçı tərəfindən sonlandırıldığını başa düşə bilmədim. — Surə m 08:05, 23 avqust 2022 (UTC)
- Bəli ilk öncə müzakirə olunmalıdı. Daha sonra səsveməyə çıxarılmalıdır. Müzakirəsiz və qeyri-inzibatçıların yekunlaşdırmaları ləğv olunmalı və həmin istifadəçilərə xəbərdarlıq olunmalıdır. Bu qaydanın qəbulu zamanı qayda qüvvədə deyildi lakin qeyri-inzibatçı yekunlaşdırıb, özü də daxil cəmi 5 səslə. Bu qayda da daxil inzibatçıların yekunlaşdırmadığı qaydalar qüvvədən düşməli, müzakirə olunub yenidən səsverməyə çıxarılmalıdır. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 08:28, 23 avqust 2022 (UTC)
- @Eldarado, mən tam başa düşmədim. Onsuz da qaydanın qəbulu üçün açılan səsvermə səhifəsi həm də qaydanı müzakirə etmək xüsusiyyəti daşıyır. Razı olmayanlar əlehinə, razı olanlar lehinə səs verir, kimsə də istəyəndə təklif verir. Şiroi Akuma 09:45, 23 avqust 2022 (UTC)
- Təbii ki, birinci KM-da bunla bağlı müzakirə açmaq daha yaxşıdır, amma bunla bağlı qaydamız varmı? Şiroi Akuma 09:46, 23 avqust 2022 (UTC)
- @Eldarado, mən tam başa düşmədim. Onsuz da qaydanın qəbulu üçün açılan səsvermə səhifəsi həm də qaydanı müzakirə etmək xüsusiyyəti daşıyır. Razı olmayanlar əlehinə, razı olanlar lehinə səs verir, kimsə də istəyəndə təklif verir. Şiroi Akuma 09:45, 23 avqust 2022 (UTC)
- Bəli ilk öncə müzakirə olunmalıdı. Daha sonra səsveməyə çıxarılmalıdır. Müzakirəsiz və qeyri-inzibatçıların yekunlaşdırmaları ləğv olunmalı və həmin istifadəçilərə xəbərdarlıq olunmalıdır. Bu qaydanın qəbulu zamanı qayda qüvvədə deyildi lakin qeyri-inzibatçı yekunlaşdırıb, özü də daxil cəmi 5 səslə. Bu qayda da daxil inzibatçıların yekunlaşdırmadığı qaydalar qüvvədən düşməli, müzakirə olunub yenidən səsverməyə çıxarılmalıdır. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 08:28, 23 avqust 2022 (UTC)
- Eldarado qaydaların qəbulu üçün ilk növbədə müzakirənin açılmalı olduğunu bilmirdim. Misalçün, bu və bu səsvermə üçün müzakirə tapa bilmədim KM-da. Odur ki, mən də həmin təcrübələrə əsaslanaraq birbaşa səsverməyə təqdim etdim. Üstəlik, ikinci səsvermə qeyri-inzibatçı tərəfindən yekunlaşdırılıb və rəsmi qayda olaraq qəbul edilib. Səhifədəki bir neçə səsvermənin niyə qeyri-inzibatçı tərəfindən sonlandırıldığını başa düşə bilmədim. — Surə m 08:05, 23 avqust 2022 (UTC)
- Elə isə KM-da müzakirə başladıram. — Surə m 08:41, 23 avqust 2022 (UTC)
- White Demon, əslində haqlısınız şərt deyil ama hər kəsi məlumatlandırmaq üçün müzakirə açılmalıdır. Əgər qaydalarla yanaşsaq məsələyə Müzakirələrin qeyri-inzibatçılar tərəfindən sonlandırılması qaydasını istifadəçi yekunlaşdırdığı üçün qəbul olunmamalıdır. Qəbul olunmadığı təqdirdə istifadəçilərin yekunlaşdırdığı bütün qaydalar qüvvədən düşməlidir. Misal üçün qeyd etdiyim bu qaydanın qəbulu prosesi zamanı görsəydim qarşı çıxardım. Düşünürəm ki, istisnalar olmalıdır. İstənilən müzakirəni və ya səsverməni istifadəçilər yekunlaşdırmamalıdır. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 11:54, 23 avqust 2022 (UTC)
- @İstifadəçi:Eldarado əslində belə qeyd edim, mən normalda bu hallarda müzakirə açıram və sözügedən qaydadakı bölmələrdən biri azvikiyə uyğunlaşdırılmalı idi deyə KM-da istifadəçilərin fikirlərini də öyrəndim. Ortada qayda olmadığı üçün şəxsi fikrimi deyəcəm, misalçün, əgər vikidə hər hansı yenilik və ya yeni qayda üçün səsvermə başladılacaqsa, razıyam, müzakirə açılmalıdır. Ki, zatən mən həmişə bundan yana olmuşam və müzakirə açmışam. Amma bu qayda zatən mövcuddur, "Məqalə adları" ilə bağlı qaydada heç bir yenilik yoxdur və sadəcə hal-hazırda istifadə olunan vikitəcrübəni rəsmi qayda halına salmışam və rəsmi prinsip kimi qəbul edilməsi üçün səsverməyə çıxarmışam. Sizcə bunun üçün müzakirəyə ehtyac var? Çünki onsuz aktivlik göz önündədir və bunu yuxarıda VP:EƏEX üçün açdığım müzakirədə də görə bilərsiniz. Surə m 12:04, 23 avqust 2022 (UTC)
- Müzakirə də açıram, iştirak edən olmur. Azvikidə qaydanın hazırlanması rahat işdir, qəbulu isə olduqca qəliz və vaxt aparan. Odur ki, qaydalarda ciddi boşluqlar var və bu da öz növbəsində problemlər yaradır. Surə m 12:48, 24 avqust 2022 (UTC)
- @İstifadəçi:Eldarado əslində belə qeyd edim, mən normalda bu hallarda müzakirə açıram və sözügedən qaydadakı bölmələrdən biri azvikiyə uyğunlaşdırılmalı idi deyə KM-da istifadəçilərin fikirlərini də öyrəndim. Ortada qayda olmadığı üçün şəxsi fikrimi deyəcəm, misalçün, əgər vikidə hər hansı yenilik və ya yeni qayda üçün səsvermə başladılacaqsa, razıyam, müzakirə açılmalıdır. Ki, zatən mən həmişə bundan yana olmuşam və müzakirə açmışam. Amma bu qayda zatən mövcuddur, "Məqalə adları" ilə bağlı qaydada heç bir yenilik yoxdur və sadəcə hal-hazırda istifadə olunan vikitəcrübəni rəsmi qayda halına salmışam və rəsmi prinsip kimi qəbul edilməsi üçün səsverməyə çıxarmışam. Sizcə bunun üçün müzakirəyə ehtyac var? Çünki onsuz aktivlik göz önündədir və bunu yuxarıda VP:EƏEX üçün açdığım müzakirədə də görə bilərsiniz. Surə m 12:04, 23 avqust 2022 (UTC)
- White Demon, əslində haqlısınız şərt deyil ama hər kəsi məlumatlandırmaq üçün müzakirə açılmalıdır. Əgər qaydalarla yanaşsaq məsələyə Müzakirələrin qeyri-inzibatçılar tərəfindən sonlandırılması qaydasını istifadəçi yekunlaşdırdığı üçün qəbul olunmamalıdır. Qəbul olunmadığı təqdirdə istifadəçilərin yekunlaşdırdığı bütün qaydalar qüvvədən düşməlidir. Misal üçün qeyd etdiyim bu qaydanın qəbulu prosesi zamanı görsəydim qarşı çıxardım. Düşünürəm ki, istisnalar olmalıdır. İstənilən müzakirəni və ya səsverməni istifadəçilər yekunlaşdırmamalıdır. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 11:54, 23 avqust 2022 (UTC)
Şablon
Salam. Bu şablonun hər 2 bəndini. "Mülki" və "Hərbi" olaraq ayırmaq lazımdı. Mən bacarmadım. Kömək eliyən olsa sevinərəm. Bikar Orxan (müzakirə) 11:23, 24 avqust 2022 (UTC)
- @İstifadəçi:Bikar Orxan mülkiyə hansılar daxil olmaldır, hərbiyə hansılar. Şablon daxilindəki mətndə iki hissəyə ayırın, mən də vizual olaraq düzəldim. Surə m 11:28, 24 avqust 2022 (UTC)
- Ayırdım. Qeyri-aktiv mülki olan məqalə hələ ki yoxdu. Sonra olacaq. Bikar Orxan (müzakirə) 11:38, 24 avqust 2022 (UTC)
- @İstifadəçi:Bikar Orxan birincilər mülki, ikincilər hərbi olmalı idi? Həll etdim. Surə m 12:33, 24 avqust 2022 (UTC)
- Təşəkkürlər! Əksinə idi, düzəltdim.Bikar Orxan (müzakirə) 12:40, 24 avqust 2022 (UTC)
- @İstifadəçi:Bikar Orxan birincilər mülki, ikincilər hərbi olmalı idi? Həll etdim. Surə m 12:33, 24 avqust 2022 (UTC)
- Ayırdım. Qeyri-aktiv mülki olan məqalə hələ ki yoxdu. Sonra olacaq. Bikar Orxan (müzakirə) 11:38, 24 avqust 2022 (UTC)
The 2022 Board of Trustees election Community Voting period is now open
Hi everyone,
The Community Voting period for the 2022 Board of Trustees election is now open. Here are some helpful links to get you the information you need to vote:
- Try the Election Compass, showing how candidates stand on 15 different topics.
- Read the candidate statements and answers to Affiliate questions
- Learn more about the skills the Board seeks and how the Analysis Committee found candidates align with those skills
If you are ready to vote, you may go to SecurePoll voting page to vote now. You may vote from August 23 at 00:00 UTC to September 6 at 23:59 UTC. To see about your voter eligibility, please visit the voter eligibility page.
Best,
Movement Strategy and Governance
This message was sent on behalf of the Board Selection Task Force and the Elections Committee
İslam sözünün böyük hərflə yazılması
Kateqoriya və məqalələrin adlandırılması zamanı "islam" sözünün böyük hərflə yazıldığını görürım. Halbuki din adlarının böyük hərflə yazılması barədə qaydaya rast gəlməmişəm. Hətta orfoqrafiya lüğətində və Milli eksiklopediyada kiçik hərflə verilib. Elə isə niyə "islam" sözünü böyük hərflə yazırıq? @Solavirum, @Samral, nə düşünürsüz? Şiroi Akuma 17:57, 27 avqust 2022 (UTC)
- "GrammarAzi" paylaşmışdı ki, kiçiklə yazılır. --► Hörmətlə: SolaVirum 21:42, 27 avqust 2022 (UTC)
- Beynəlxalq qaydalara əsasən böyüklə, milli qaydalarımıza əsasən kiçiklə yazılmalıdır. samral müzakirə 08:39, 28 avqust 2022 (UTC)
- Elə isə kateqoriya və məqalələrin adlarını buna uyğun dəyişdirəcəm. Başqasının etirazı yoxdursa. Şiroi Akuma 08:54, 28 avqust 2022 (UTC)
Formullarla bağlı
Mexaniki iş və Güc (fizika) məqalələrinə həmin fiziki kəmiyyətlərin düsturunu yazmaq istəyirəm. Amma necə edim bilmirəm. Vikipediyanın redaktə qaydalarında da tapa bilmədim. Zəhmət olmazsa, kömək edərdiniz. Hatselate (müzakirə) 09:21, 28 avqust 2022 (UTC)
- yerləşdir bölməsində riyazi formul və kimyəvi formul hissəsi var. həmçinin rahatlıq üçün ingilis dilindəki məqaləni redaktə et edib oradakı formulu kopyalayıb azərbaycan dilindəki məqaləyə yapışdıra bilərsiniz. çalışacaq. Atakhanli (müzakirə) 09:40, 28 avqust 2022 (UTC)
- Təşəkkürlər Hatselate (müzakirə) 10:51, 28 avqust 2022 (UTC)
Salmas Səhifəsinin böyük qismini silmək
Hərkəsə salamlar və sayqılar. Çoxlu zəhmətlə Salmas səhifəsini redaktə edib zənginləşdirdim ama @Eminn bütünlüklə silmiş səhifəyi https://az.wikipedia.org/?q=Salmas&action=history. Lütfən kömək edin.
@İstifadəçi:Qolcomaq, Atro S (müzakirə) 09:29, 28 avqust 2022 (UTC)
- Təəssüf ki, sizin əlavələriniz Azərbaycan dilində olmadığı üçün çıxarılıb. Hətta bir çox cümlə aydın şəkildə yazılmayıb. Məqalədə "qullanmaq" kimi Azərbaycan dilində olmayan bir çox söz işlətmisiz.
- Məqaləyə əlavə etdiyiniz bu abzasla tanış olun: "Tə'süflə Şəhərin genişlənməsi ve təpənin ətrafında bina tikmə gedişi, onun təxribinə ve bu dəyərli tarixi əsərin günü gündən aradan getməsinə səbəb olubdur. Bu tarixə qədər Əhrivan təpəsinil araşdırmaq və onun qidmətini dəqiqləşdirmək üçün gözəgəlim araşdırma olmayıbdır". Adicə bu abzasda nə qədər qrammatik və üslubi səhv var. Az qalsın hər cümlədə belə hal var. Şiroi Akuma 12:01, 28 avqust 2022 (UTC)
- @Akuma cinabları, Çox sağolun ki yazının niyə silindiyini açıqladınız. Ama insaf bu deyildimi onu islahı üçün mənə zaman tanıyardız???
- O səhifəni zənginləşdirməyə çox zaman ayırdım və 100ə yaxın fakt gətirdim. Hətta ayrı viki səhifələrindən bu yazıdan istifadə edib eynisini köçürmüşlər.
- Hədəfim Azvikini zənginləşdirməkdi. Yazıda səhvlərimin olması buna görədir ki Azerbaycanca yazmağı öz təlaşımla öyrənmişəm və heç təhsil almamışam.
- Umudum budur ki mənim səhifəni zənginləşdirmək hədəfimi anlayasız və yazdığımı bu sürətlə silməyəsiz və onu islah etməmə zaman tanıyasız. Sayqılarla Atro S (müzakirə) 08:07, 29 avqust 2022 (UTC)
- xoş niyyətiniz üçün təşəkkürlər. məqalə üzərində işləyən zaman {{İş gedir}} şablonu yerləşdirib redaktələrinizə davam edin. işləriniz tam bitdikdən sonra həmin şablonu götürün. bu zaman redaktələrinizə vandalizm deyilsə, müdaxilə edilməyəcək. amma nəzərə alın ki, mətn azərbaycanca olmalıdır. yoxsa yenidən geri qaytarılacaq. Atakhanli (müzakirə) 08:12, 29 avqust 2022 (UTC)
- Çox sağolun. Tez bir zamanda onu həll edəcəm.
- Fəqət mən məqaləni mümkündür düz geri qaytarabilmiyim mümkünsə siz qaytarın ki mənim səhvimlə məqalə bozulmasın. Sayqıyla Atro S (müzakirə) 08:21, 29 avqust 2022 (UTC)
- @İstifadəçi:Atro S təklif edirəm ki, məqalə üzərindəki işinizi burada davam etdirəsiniz. Məlumatları və mənbələri siz yerləşdirin, vaxtım olduqca mətni azərbaycan dilinə uyğunlaşdıracam və tərtibata əl gəzdirəcəm. Surə m 08:23, 29 avqust 2022 (UTC)
- Çox sağolun Surə m xanım. Tamamdır bu işi görərəm. yardımız üçün minnətdaram. Hərkəsdən təşəkkür edirəm. Atro S (müzakirə) 08:29, 29 avqust 2022 (UTC)
- xoş niyyətiniz üçün təşəkkürlər. məqalə üzərində işləyən zaman {{İş gedir}} şablonu yerləşdirib redaktələrinizə davam edin. işləriniz tam bitdikdən sonra həmin şablonu götürün. bu zaman redaktələrinizə vandalizm deyilsə, müdaxilə edilməyəcək. amma nəzərə alın ki, mətn azərbaycanca olmalıdır. yoxsa yenidən geri qaytarılacaq. Atakhanli (müzakirə) 08:12, 29 avqust 2022 (UTC)
Invitation to join the Movement Strategy Forum
Hello everyone,
The Movement Strategy Forum (MS Forum) is a multilingual collaborative space for all conversations about Movement Strategy implementation.
We are inviting all Movement participants to collaborate on the MS Forum. The goal of the forum is to build community collaboration, using an inclusive multilingual platform.
The Movement Strategy is a collaborative effort to imagine and build the future of the Wikimedia Movement. Anyone can contribute to the Movement Strategy, from a comment to a full-time project.
- Join this forum with your Wikimedia account, engage in conversations, and ask questions in your language.
The Movement Strategy and Governance team (MSG) launched the proposal for the MS Forum in May 2022. There was a 2-month community review period, which ended on 24 July 2022. The community review process included several questions that resulted in interesting conversations. You can read the Community Review Report.
We look forward to seeing you at the MS Forum!
Best regards,
the Movement Strategy and Governance Team
İşğaldan azad edilmiş məhv olmuş yaşayış məntəqələri
Hamıya salam. Təklif edirəm ki, İşğaldan azad edilmiş rayonlarımızın ən aşağısındakı bu tip şablonların hamısında dəyişiklik edək. Ya elə göstərdiyim nümunədəki kimi məhv olmuş yaşayış məntəqələrini (YM) kursivlə verək, ya da bu şablondakı kimi hər bölməni qruplaşdıraq. Məqsəd də odur ki, necə ki Ləğv edilmiş YM-ləri ayrı vermişik, məhv olmuşları da ayrı verək. Məsələn Zəngilan, Qubadlı və Cəbrayılın demək olar ki, bütün YM-ləri məhv edilib. Cəbrayılın 1 YM-i Aprel döyüşlərindən sonra bərpa edilib, Zəngilanda da 1 YM bu yaxınlarda ilk mərhələsi bərpa oldu və davam edir. Digər rayonlarda isə əsasən YM-lərinin yarısı (işğalda olmuş olanlar) məhv olub, yarısı isə qalır (hansılar ki, ya işğal edilməmişdi, ya da 94-ə qədər qaytarılmışdı, ya da Talış və Suqovuşan kimi keçmiş DQMV YM-ləri). Bu təklifi etməkdə bir məqsədim də odur ki, mətbuatda da qeyd edilib ki, zatən daha işğaldan edilmiş ərazilərdə inzibati vahidlər əvvəlki qədər olmayacaq. Elə Ağalı nümunəsi kimi. İşğaldan əvvəl Zəngilanın 3 Ağalı kəndi olduğu halda onların əsasında hər 3 kənd sakinləri üçün sadəcə 1 Ağalı kəndi inşa edildi. Həmçinin Ağdam şəhərinin rəsmi olaraq açıqlanmış yeni baş planına əsasən işğaldan əvvəl mövcud olmuş Ağdam şəhərinin ətrafında mövcud olmuş bir neçə kənd də ləğv edilərək Ağdam şəhərinə daxil edilib. samral müzakirə 18:45, 9 avqust 2022 (UTC)
- Salam. Yaxşı təklifdir. Məncə elə şablonda qruplaşdırmaq daha doğru olacaq. Hətta şablonda Qarabağ müharibəsi zamanı dağıdılmış yaşayış məntəqələri bölməsi yaratmaq da olar və qarşılarında, kursivlə, mötərizə içərisində qismən və ya tam qeyd etmək olar. Fikirinizi dəstəkləyirəm. Patriot Kor (müzakirə) 20:32, 9 avqust 2022 (UTC)
Ləğv olunmuş kəndləri Kənd qrupunun içində qruplaşdırmaq lazımdır, ayrıca yox. Kursivlə yazmaq kəndin məhv edildiyini bildirmək üçün aydın yol deyil. Şablona baxanda hardan başa düşüm ki, kursivlik kəndin məhv olunduğunu göstərir? Ən yaxşısı məhv edilmiş yaşayış məntəqələrinin yanında xəncər işarəsindən (†) istifadə etməkdir. Şablonun ən aşağısında da qeyd buraxmaq olar ki, † işarəsi məntəqənin məhv edildiyini göstərir. White Demツnyaz 21:05, 9 avqust 2022 (UTC)
- {{dagger}} şablonumuz da var özü də.— White Demツnyaz 21:07, 9 avqust 2022 (UTC)
- Yenə də istənilən halda, (qismən), (tam) sözlərinin istifadəsini vacib hesab edirəm. Çünkü qismən dağıdılmış və tam dağıdılmış yaşayış məntəqələri var. Patriot Kor (müzakirə) 04:06, 10 avqust 2022 (UTC)
- Hətta işğaldan sonra yaratdıqları kənd (Knaravan) də var. — Araz Yaquboglu (müzakirə) 05:34, 10 avqust 2022 (UTC)
- işərəsindən istifadə təklifi ilə razıyam. Knaravan kəndi kimi istisna hallar üçün isə həmin kəndin üstündə "*" işatəsi qoyub şablonun altında izah yerləşdirmək olar. Daha əvvəl başqa bir şablonda da bu üsula rast gəlmişəm.— Surə 🗯 10:54, 10 avqust 2022 (UTC)
- @Patriot Kor, əlbəttə qeyd etmək olar qismən söhbətini. Amma 99 faizi tam dağıdılıb. Qismən dağıdılan nə görmüşəm, nə də eşitmişəm. samral müzakirə 17:43, 10 avqust 2022 (UTC)
- Xeyir hörmətli həmkar. Belə deyil. Sizə təkcə Kəlbəcərdən, qismən dağıdılmış 30-a yaxın kənd saya bilərəm. Eyni zamanda Laçından və Ağdamdan. Patriot Kor (müzakirə) 18:06, 10 avqust 2022 (UTC)
- Hətta işğaldan sonra yaratdıqları kənd (Knaravan) də var. — Araz Yaquboglu (müzakirə) 05:34, 10 avqust 2022 (UTC)
- Yenə də istənilən halda, (qismən), (tam) sözlərinin istifadəsini vacib hesab edirəm. Çünkü qismən dağıdılmış və tam dağıdılmış yaşayış məntəqələri var. Patriot Kor (müzakirə) 04:06, 10 avqust 2022 (UTC)
- {{dagger}} şablonumuz da var özü də.— White Demツnyaz 21:07, 9 avqust 2022 (UTC)
- @White Demon, sizinlə razıyam. Sadəcə bir şey var ki, şablondaxili qruplaşdırma və xəncər işarəsinə izah üçün gərək bütün rayon şablonları da dəyişdirilə və navbox edilə. samral müzakirə 17:45, 10 avqust 2022 (UTC)
İndi şablonda nəyisə dəyişməyin nə anlamı var ki? Onsuz da zamanla bərpa prosesi zamanı kəndlərin həm adları, həm də sayı dəyişəcək. Onsuz da bu kəndlərin mütləq əksəriyyəti bir müddət sonra ləğv edilmiş kateqoriyasına keçəcək. — NKO zi 05:20, 11 avqust 2022 (UTC)
- Bunun üçün bir-bir daxil olub şablonları navbox etməyə ehtiyac yoxdur. "Azərbaycan rayonları" şablonuna əlavələr ediləcək sadəcə. Surə 🗯 05:28, 11 avqust 2022 (UTC)
- P.S. hər iki versiyaya uyğun nümunə hazırladım. Dəyişikliklər {{Azərbaycan rayonları}} şablonuna ediləcək və bu şablondan istifadə edilmiş rayon şablonlarına düzəliş edilmədiyi halda görüntüdə heç bir dəyişiklik baş verməyəcək. — Surə 🗯 05:48, 11 avqust 2022 (UTC)
- @Sura Shukurlu, təşəkkür edirəm. Yuxarıdakı şablona mən də 1-2 düzəliş və əlavələr etdim. Və göründüyü kimi hər çeşid, hər cür informasiya təqdim etmə prinipi baxımından yuxarıdakı şablon ən münasibidir. samral müzakirə 08:35, 20 avqust 2022 (UTC)
- @Sura Shukurlu, 1-ci şablonda Şəhər və qəsəbə bölməsinə də kəndlərdəki kimi mövcud, məhv seçimləri əlavə etmək lazımdır. Məsələn Zəngilanda mövcudun qarşısında yoxdur yazarıq və ya boş qoyarıq. Zəngilan şəhərini məhv edilmiş siyahıya yazarıq. samral müzakirə 11:12, 1 sentyabr 2022 (UTC)
- @İstifadəçi:Samral Həll etdim. Surə m 07:55, 2 sentyabr 2022 (UTC)
- @Sura Shukurlu, əla. Təşəkkür edirəm. Məncə artıq müzakirəni yekunlaşdıra bilərik. 1-ci nümunə üzrə çalışacam işğaldan azad edilmiş və işğalda (və ya neytralda) olan yaşayış məntəqələrimiz üzrə qruplaşdırmalar aparım. samral müzakirə 14:32, 2 sentyabr 2022 (UTC)
- @İstifadəçi:Samral Həll etdim. Surə m 07:55, 2 sentyabr 2022 (UTC)
- P.S. hər iki versiyaya uyğun nümunə hazırladım. Dəyişikliklər {{Azərbaycan rayonları}} şablonuna ediləcək və bu şablondan istifadə edilmiş rayon şablonlarına düzəliş edilmədiyi halda görüntüdə heç bir dəyişiklik baş verməyəcək. — Surə 🗯 05:48, 11 avqust 2022 (UTC)
"Məqalə adları" ilə bağlı qaydanın qəbulu
Qayda məqalələrin adlandırılması ilə bağlı ümumi müddəaları ehtiva edir. Müxtəlif anlayışlara aid məqalələrin adlandırılması üçün xüsusi qaydalar səhifənin sağındakı qutudan da göründüyü kimi ayrı-ayrı səhifələr daxilində yaradılacaq. Qaydanın hazırlanmasında envikidə qəbul edilmiş qaydalardan istifadə edilib və azvikidə qəbul edilmiş standartlara uyğunlaşdırılaraq qısa, konkret və effektiv müddəalara yer verilib. Səhifənin əvvəlki vəziyyəti ilə buradan tanış ola bilərsiniz. — Surə m 08:53, 23 avqust 2022 (UTC)
Şərhlər
- Etirazım yoxdur. İlkin versiya olaraq yaxşıdır. - Dr.Wiki54 (müzakirə) 12:53, 24 avqust 2022 (UTC)
- Qaydaları oxudum, xoşuma gəldi. Xüsusilə, ad dəyişikliyi bölməsi. Qəbul etmək olar. Alternativ yer adları məsələsinə bir az toxunmaq istəyərdim. Bu yaxınlarda Yeni Zelandiya yaponları məqaləsini işləyərkən EnVikidə belə bir qəribə məqalə ilə rastlaşdım: Matiu / Somes Island. Adanın həm maori, həm Avropa adı olduğu üçün məqalə belə adlandırılıb. Bizdə belə adlandırmalar mümkün ola bilərmi, Sura Shukurlu?— Şiroi Akuma 13:10, 24 avqust 2022 (UTC)
- @İstifadəçi:White Demon Bu iki ifadə fərqli-fərqli alternativ adlar deyil, adanın rəsmi adı "Matiu/Somes"-dir. Ki, envikidəki adlandırılma qaydalarında da altenativ adlar üçün belə bir müddəa nəzərdə tutulmayıb. Surə m 13:23, 24 avqust 2022 (UTC)
- Bunlar iki fərqli adlar olub, amma Yeni Zelandiya hökuməti indi bunları birləşdirib rəsmi adı kimi verir. Maraqlıdır ki, məsələn, bu adanın rəsmi adı Goat Island/Rakiriri olsa da, adlandırılma zamanı sadəcə Rakiriri istifadə ediblər. Baş aça bilmədim. Şiroi Akuma 13:38, 24 avqust 2022 (UTC)
- Əslində məqalənin adı mövzunun rəsmi adı yox, mənbələrdə daha çox işlənən adı olmaldır. Birinci adanın adı mənbələrdə rəsmi adı ilə qeyd olunub. İkinci ada üçün də eyni situasiya mövcud olsa da, envikidə səbəbsiz yerə adı dəyişib Rakiriri qoyublar. Halbuki, heç bir mənbə də Rakiriri adına rast gəlmədim. Yəni hər iki məqalənin adı "ikili" olmalı idi. Surə m 17:53, 24 avqust 2022 (UTC)
- Mənə bir şey maraqlıdır, qaydada deyilir ki, dırnaq işarəsi istifadə olunmamalıdır. Elə isə, mükafat adlarının (məsələn, "Britaniya imperiyası" ordeni) hamısının adı dəyişdiriləcək? Şiroi Akuma 18:10, 24 avqust 2022 (UTC)
- Haqlısınız. Azvikidə bu cür adlandırma olub-olmadığı ilə bağlı öyrənmək üçün müvafiq işarəni axtarışa vermişdim, amma görünür axtarış həmin işarəni qəbul etmir. Mükafat adlarını isə tamamilə unutmuşam. İstisna hal olaraq əlavə etdim. Başqa hanısa anlayışda belə adlandırma mövcuddurmu? Surə m 18:42, 24 avqust 2022 (UTC)
- Məncə də olmamalıdır. Məqalə daxilində və məqalə başlığında dəyişikliyə yol vermək olar məncə. Birincisi, kateqoriyalaşdırmaq çətinləşdirir dırnaq işarəsi ilə məqalə adını başlatmaq. Bu məntiqlə, hərbi əməliyyat adları da dırnaq işarəsi ilə yazılmalıdır? --► Hörmətlə: SolaVirum 19:52, 24 avqust 2022 (UTC)
- Tam razıyam. Azərbaycan dilində film, jurnal, kitab, əsər, klub və s. adları dırnaq içərisində yazılmalı olsa da, bunu ancaq məqalənin mətnində vermək lazımdır. Film, klub və s. adlandırarkən heç kim dırnaq işarəsindən istifadə etmədiyi halda niyə mükafatlarda istifadə edirik? Şiroi Akuma 20:46, 24 avqust 2022 (UTC)
- Rəsmi mənbələrdə mükafat adları dırnaq daxilində verilir. Amma ona qalsa əsər adları da dırnaqla qeyd olunur. Surə m 06:13, 25 avqust 2022 (UTC)
- Tam razıyam. Azərbaycan dilində film, jurnal, kitab, əsər, klub və s. adları dırnaq içərisində yazılmalı olsa da, bunu ancaq məqalənin mətnində vermək lazımdır. Film, klub və s. adlandırarkən heç kim dırnaq işarəsindən istifadə etmədiyi halda niyə mükafatlarda istifadə edirik? Şiroi Akuma 20:46, 24 avqust 2022 (UTC)
- Mənə bir şey maraqlıdır, qaydada deyilir ki, dırnaq işarəsi istifadə olunmamalıdır. Elə isə, mükafat adlarının (məsələn, "Britaniya imperiyası" ordeni) hamısının adı dəyişdiriləcək? Şiroi Akuma 18:10, 24 avqust 2022 (UTC)
- Əslində məqalənin adı mövzunun rəsmi adı yox, mənbələrdə daha çox işlənən adı olmaldır. Birinci adanın adı mənbələrdə rəsmi adı ilə qeyd olunub. İkinci ada üçün də eyni situasiya mövcud olsa da, envikidə səbəbsiz yerə adı dəyişib Rakiriri qoyublar. Halbuki, heç bir mənbə də Rakiriri adına rast gəlmədim. Yəni hər iki məqalənin adı "ikili" olmalı idi. Surə m 17:53, 24 avqust 2022 (UTC)
- Bunlar iki fərqli adlar olub, amma Yeni Zelandiya hökuməti indi bunları birləşdirib rəsmi adı kimi verir. Maraqlıdır ki, məsələn, bu adanın rəsmi adı Goat Island/Rakiriri olsa da, adlandırılma zamanı sadəcə Rakiriri istifadə ediblər. Baş aça bilmədim. Şiroi Akuma 13:38, 24 avqust 2022 (UTC)
- @İstifadəçi:White Demon Bu iki ifadə fərqli-fərqli alternativ adlar deyil, adanın rəsmi adı "Matiu/Somes"-dir. Ki, envikidəki adlandırılma qaydalarında da altenativ adlar üçün belə bir müddəa nəzərdə tutulmayıb. Surə m 13:23, 24 avqust 2022 (UTC)
- Son qərar nə oldu, ümumiyyətlə qayda ilə bağlı hər hansı problem yoxdursa səsverməyə çıxarıram.— Surə m 08:07, 30 avqust 2022 (UTC)
- Etiraz yoxdur, uğurlar. E.Imanverified 17:04, 1 sentyabr 2022 (UTC)