Vikipediya Kend Meydani Arxiv Dekabr 2007 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
20 000 yaxınlaşırıq yavaş-yavaş:) Ümid edirəm ki, 2008-ə 20 000-lik məqalə bazası olan Vikipedia kimi keçəcəyik. Dekabrın 31-nə qədər 100 məqalə məndən (90 "xaltura", 10 ətraflı məqalə):) Gəlin gücümüzü boş-boş mübahisələrə sərf etməyək və bütün problemlərin həllini yanvara saxlayaq. Bir geniş diskusiya açaq buradakı qanunlara dair. Bənd-bənd qanunları müzakirə edə, hətta yeni qanunlar müəyyənləşdirə bilərik. Yoxsa ki, indiki halda - bir idarəçi istefa verir, o biri idarəçilər bütün işlərini-güclərini atıb bir istifadəçi ilə "güləşirlər":) P.S. Vikipedia-ların keyfiyyət göstəriciləri haqda məlumat harda qeyd olunur? --Sortilegus 22:13, 24 dekabr 2007 (UTC)
Güləşmə məsələsini əla vurğuladın. Ancaq mən buna öyrəşmişəm. 20000-lik yox ola bilsin 19500-lük məqalə ilə bu il tamamlanacaq. Çünki burada fəaliyyət göstərən azdır, boş müzakirələrə vaxt sərf eən çoc. Sənin çağırışına cavb verən barmaqla sayılacaq. Çünki belə çağırışlar çox etmişəm, özüm deyib özüm eşitmişəm. Keyfiyyət göstəriciləri elə bu səhifədədir. Bizim depth 8-dir. Çox təəssüf.
--Vusal1981 22:36, 24 dekabr 2007 (UTC)
- Hamını salamlayıram. Əvvəla başlayım uğur3-də də vurğuldığım kəmiyyət-keyfiyyət məsələsindən. Razılaşıram ki, ilkin dövrlər mən də vikipediyada boş məqalələrin yaradılıb kəmiyyətin artırılmasının tərəfdarı idim amma indi yox. Öz statistik göstəricilərimizi artırmaq istəyini başa düşürəm, amma boş məqalələrdən bir şey çıxmayacaq. Azvikinin mövcud vəziyyətini indiki iqtisadiyyat kitablarımızdakı təsvir edilən sovet iqtisadiyyatına bənzəyir- rəqəmlərdə hər şey ideal, altda elə də bir şey yox.
- Keyfiyyət göstəricisi -elə həmin list-də depth.
- O ki, qaldı güləşməyə... boksa daha çox üstünlük verirəm :) Qarşı olanların nə səbəbdən qarşı çıxdıqları səbəbi əsla Vüsala olan münasibətdən irəli gəlmir. Dəfələrlə, əvvəlki şərhlərimdə Vüsalı bir istifadəçi kimi yüksək dəyərləndirdiyimi demişəm, əlavə deməyə ehtiyac görmürəm. Səsvermənin tarixçəsini və qarşı olanların şərhlərini oxuduqda onlarında bu cür hisslərdən uzaq olduğunu görmək olar. Əsl səbəb bu qanunun yararlı olmasıdır.
- Zarafatsız- mən viki cəmiyyətimizi o qədər də formalaşmış hesab etmirəm. Burada fəal istifadəçi azlığı çox böyük maneədir. Cəmiyyət formalaşmadığı üçün də bu cür səsvermələr daha çox şəxsi münasibət müstəvisində qurulur. Hər şeyin düzəlməsi üçün fəal istifadəçilər və zaman lazımdır.
- Keçək qanunlara. Vikipediyamızada qanun boşluğu çox genişdir. Mövcud qanunları müzakirə edə yeniləri yazılmalıdır. Təkcə qanun yox kömək səhifələrinə də böyük ehtiyac var. Bir dövr bu işə başlasamda sonrada heç kimdən bir dəstək görmədim. Sözün açığı bu da mənim həvəsimi öldürdü.
- Deyəsən uzun yazdım :D bu qədər bəsdir. Uğurlar--A_M_D m-f 16:15, 25 dekabr 2007 (UTC)
"Sən Vikimediya ilə birgə dünyanı dəyişməyə kömək edə bilərsən! Köməyinizi əsirgəməyin!" Bəs bunu nə yaxşı tərcümə edə bildiniz?) Mənim təklifim - "Köməyinizi əsirgəməyin" yerinə "Nəzir qutusu" yazılsın)--Sortilegus 00:30, 1 dekabr 2007 (UTC)
Əziz dostlar, Vikipedia sistemi ilə o qədər də yaxından tanış deyiləm, ona görə də yazımı səhf vasitə ilə göndərirəmsə( funksiyası), üzr istəyirəm. Mən bir şeyi əlavə etmək istərdim. Yuxarıdakı SƏN sözünün şrifti(FONT), Ə hərfinin normal göstərilməsinə imkan vermir. Əgər bu şrift "Tahoma" ilə əvəz olunsa, çox yaxşı olar. Musa Punhan 15:38, 30 dekabr 2007 (UTC)
- Bu nöqsanı məndə müşahidə etmişəm. Amma əksər vikilərdə bu fontdan istifadə edirlər. Ona görə bunun qalması yaxşıdır--A_M_D m-f 16:53, 30 dekabr 2007 (UTC)
- Salam. Bu məsələni tez həll eliyək, onsuz da neçə vaxtı bir şey eliyə bilməmişəm əlavə olaraq bu işlə məşğul olmağa vaxt itirmək istəmirəm.
- Faylları ona görə yükləyirəm ki, rapidshare-i silim. İndiki halda faylların burada qalması daha məqsədə uyğundur.
- Yuxarıda bu cür faylların hansı kriteriyaya görə qalacağı yazılıbdır. Bu kriteriyaya uyğun olmayanları, yəni ki, faylların mütləq əksəriyyəti SİLİNƏCƏK. Bu müzakirə mövzusu deyil.
- Vikimediyadan gəlib silmək istəyən olsa bunu müzakirə edərik.
- Vikimediyadan gəlməyə ehtiyac yoxdur, biz özümüz siləcəyik. Vikimediyadan o vikilərə birbaşa müdaxilə edilir ki, orda ya idarəçi olmur ya da idarəçilər hər hansı səbəbdən işlərini görmürlər. Deməzlər ki, sizə bu səlahiyyət verilib niyə qaydaların pozulmasına göz yumursuz? İstifadəçilər üçün bir neçə saniyədə bir fayl yükləmək asandir amma bunun məsuliyyəti həmin istifadəçidə olmur, hətta idarəçidə də. Uzaqbaşı niyə işimizi yerinə yetirmədiklərini deyəcəkələr, uzaqbaşı admin statusunu alacaqlar. Biz hamımız burda bir nikdən ibarət virtual şəxslərik. Bunun əsas məsuliyyəti isə Vikimediya təşkilatındadır. Məsələ orda deyil ki, hansısa azərbaycanlı rejissor və ya bəstəkar gedib Floridada Vikimediyanı məhkəməyə verəcək. Hətta bu ehtimal sıfır olsa belə heç kim, eləcə də Vikimediya təşkilatı qanunsuz iş görmək istəmir. Əgər problem varsa onu həll etmək yerinə, gözləyək, nə vaxt üstü açılsa onda baxarıq deməyin heç bir məntiqi yoxdur. Ümid edirəm bu məsələnin niyə vacib olduğu aydındır. Deyilsə məcburən yenə izah etməli olacağam amma buna güman vermirəm.
- Ancaq mən yuxarıdakı sualları irəli sürməklə başqa pozulmuş qaydaları bərpa etmək istəyirdim. Fayllara mənbə, lisenziya və.s Siz də idarəçi olaraq kömək etmək istəmədiniz.
- Mən kömək etmək istəməsəm niyə bu qədər bu işə fikir verim ki? Əlimdən gələn nə varsa mən bu işdə kömək göstərməyə həmişə hazıram.
- Ancaq mən yuxarıda bilə bilə o formada cavab yazdım və əmin oldum siz polemikanı çox sevirsiniz və iki cümləyə 10 cümlə cavab yaza bilirsiniz və buna vaxtınız var.
- Mən burda polemika apardığıma inanmıram. Mümkün qədər ətraflı cavab verməyə çalışıram ki, qaranlıq nöqtə qalmasın. Amma yuxarıdakı yazınızda özünüz də etiraf edirsiniz ki, polemikaya meylli hesab etdiyiniz istifadəçini bilə-bilə buna yönləndirmisiniz. İndiyə qədər bu müzakirəni istifadəçi qismində aparsam da, indi məcburam idarəçi kimi bu barədə xəbərdarlıq edim. Bu cür davranış (hər hansı bir istifadəçiyə qarşı) yenidən təkrar olarsa bloklana bilərsiniz.
- Çox qəribədir. Ancaq daha yuxarıdakı 5 cümləyə 2 cümlə səmərəli cavab yazmaq niyyətiniz yoxdur. Hər şeyi digər istifadəçilərin üzərinə atmayın.
- Mən çox istəyərdim ki, əlimdən gələn qədər işi başqa istifadəçilərin "üzərinə atım", sadəcə belə şeyləri çox üstünə götürmək istəyən yoxdur, məcbur oluruq hər işlə özümüz məşğul olaq. Kimin nəyə hansı üslubda cavab verməsi onun öz işidir. Başqalarının buna qarşı bir şey deməsi düzgün deyil. Mən yenə də deyirəm ki, nə əlimdən gəlir kömək etməyə hazıram. İndiyə qdərə də bunu etdiyimi fikirləşirəm. Ona görə də xahiş edirəm ki, ümumi şikayət yerinə spesifik məsələni göstərin, bildiyim bir şey varsa fikrimi deyim.
- Dərslərinizin yoğun olmadığı vaxtlarda da sizə təcrübəsizlik ucbatından mürəciət etdikdə köməkçi olmamısınız.
- Əslində son iki ildi yay tətilsiz fian dərs oxuduğum üçün dərsimin olmadığı vaxt yoxdu. Sadəcə nisbətən məşğul olduğum vaxtlar olur. Üçüncü dəfə də deyirəm ki, mən əlimdən gələn köməyi etməyə hazıram. Eləcə də yeni istifədəçilərə. Düzdür yeni istifadəçilərlə mən o qədər də məşğul olmuram, pozulan qaydalar barədə xəbərdarlıqdan başqa. Amma istifadəçi özü müraciət edərsə əlbətdə ki, kömək edirəm.
- Ancaq verilən sualların heç birinə cavab verilməməsini mən hörmətsilik kimi qəbul etdim. Əlbəttə siz buna məcbur deyilsiniz, amma, idarəçi olduğunuz unudaraq və söhbətin yalnız vikipediyanın inkişafından getdiyini nəzərə almayaraq məsələni şəxsi zəmində həll edirsiniz.
- Mən verilən (hətta çox vaxt verilməyən) suallara cavab verdiyimi hesab edirəm. Əgər nəzərimdən qaçan nəysə varsa sadəcə bura diqqəti çəkmək kifayətdir. İdarəçi və ya istifadəçilərin heç bir söhbəti şəxsi zəmində aparmasına icazə yoxdur. Əgər bu barədə dəliliniz varsa onda bu barədə müzakirə başladın, müzakirələrin nəticəsində iddianız təsdiq olunarsa, və istifadəçinin qaydanı pozduğu müəyyən olunarsa, əgər normal istifadəçidirsə vəziyyətdən asılı olaraq blok və ya xəbərdarlıq verilsin, əgər idarəçidirsə onda xəbərdarlıq və ya metaya müraciət edilərək idarəçiliyinin ləğv olunması istənsin. Əgər bunu etmirsinizsə onda yuxarıdakı ittihamı "polemika" üçün dediyiniz bəlli olar.
- Bizim bir birimizlə aramız olmaya bilər ancaq söhbət köməkli şəkildə vikipediyanı yaxşılaşdırmaqdan gedir.
- Mən çalışıram burdakı işimi mümkün qədər neytral qurum. Ona görə də kiminləsə aramın olduğunu və ya olmadığını hesab etmirəm. Daha doğrusu hamıyla aramın eyni olduğunu hesab edirəm və bu vəziyyəti nə baş verirsə versin dəyişməz görürəm. Əgər siz mənimlə aranızın olmadığını heasb edirsinizsə bu öz işinizdir, mən buna qarışa bilmərəm. Sadəcə bununla razı deyiləm. Mənim işim ortada olan məsələlərlədir, şəxslərlə deyil. --TimBitsتِمبِتس 15:50, 13 dekabr 2007 (UTC)
Salam. Azı əlli dəfə kömək etməyə hazıram dediniz ancaq yuxarıda verdiyim vəya müraciət etdiyim suallara cavab eşitmədim. Mən kömək etmək istəməsəm niyə bu qədər bu işə fikir verim ki? Əlimdən gələn nə varsa mən bu işdə kömək göstərməyə həmişə hazıram. cavab deyil.
Mənim isə planım və təklifim budur : Musiqi fayllarını birləşdirb 1-2 fayl şəklinə salmaq. Qaydaya görə 5 mb-a qədər musiqi faylı yükləmək olar. Yəni hətta 25 musiqi faylının sayını birləşdirərək ən çoxu 3 musiqi faylına endirmək olar. Ancaq bu böyük əziyyət və vaxt tələb edir. Ona görə də yavaş yavaş bunların hamısı olacaq. Məncə ən optimal variant budur. Mən idarəçilərə təklif edirəm ki, fayllar silinməsin, heç olmasa mənim burada əziyyətlərimi nəzərə alın, qoyun prblemi özüm həll edim.
O ki qaldı, Timbits, sizin "qəddarlıqla" böyük hərflərlə bildirməyiniz ki, biz faylları siləcəyik. Burada mənim çəkdiyim əziyyətlər bir yana qalsın. Gəlin qanun və qayda ilə danışaq. Siz bir idarəçi kimi keçən il bu vaxtdan mən faylları yükləyəndə mənə xəbərdarlıq etməliydiniz. Axı yeni üzv olan birisi hardan biləcək qayda-qanunu. Bunu siz DEMƏLİYDİNİZ. Ancaq indi məni bloklama ilə hədələyirsiniz. 15 dəqiqə məni bloklayan həmişəlik də bloklaya bilər. Hətta musiqi fayllarını yükləməyi mənə Mehrdad öyrətdi və təşəkkür etdi. O zaman siz harada idiniz. Niyə öz iradınızı bildirmədiniz və göz yumdunuz. 5000 fayl yüklədikdən sonra deyirsiniz. Ən böyük iradınız çalışın həddindən çox şəkil yükləməyin olub. Mən də şəkilləri azaltdım. Bütün günahları məndə yox bir az da özünüzdə axtarın. Obyektivlik adı altında bəzən böyük səhvlər edirsiniz. Axı biz hamımız AZƏRBAYCANLIYIQ. Deməli mənim bir illik əziyyətim bir gündə silinəcək. Haradadır burada ədalət.
Sizin siyasətiniz budur: Qoy nə istəyir eləsin sonra rahatlıqla qanunsuz məqamları silərik. Bəs xəbərdarlıq harada qaldı. İdarəçi vəzifəsini üzərinizə götürmüsünüzsə bunu DEMƏLİYDİNİZ. Mən ona borclu deyiləm, buna borclu deyiləmlə yaxayı kənara çəkmək olmaz. Nə isə çatışmayan cəhətlərimiz çoxdur. Kompromis ən uyğun vasitədir. Mən səbr səbr və səbr təklif edirəm. Qaşınmayan yerdən qan çıxarmayın. Mən də sizin kimi vikipediya üçün ən yaxşısını istəyirəm. Gəlin qanunları pozmayaq ancaq millət üçün bir az yan keçək... Mən bir az buradan database kimi istifadə edə bilərəm. Ancaq bir məqsədlə Azərbaycan kino musiqisi dünyada tanınsın. Artıq buna nail olmuşam. Mən bu mübahisənin sonunu görmürəm və sizdən suallarıma artıq cavab da istəmirəm. Hər kəs öz işi ilə məşğul olsun. Vəssalam. Gürcüləri keçmişik o gün olsun depthde de onları keçek ve Zaqafqaziyada birinci olaq. Mən öz adımdan müzakirəyə son qoyuram və zuallarıma cavab alınmadığı üçün haqlı olaraq sizin yazdıqlarınıza da cavab verməyəcəyəm.
--Vusal1981 19:23, 13 dekabr 2007 (UTC)
- Qoy onda 51-ci dəfə də olsa bildirim ki, mən əlimdən gələn köməyi etməyə hazıram. Yuxarıdakı yazının detallarına girməyəcəyəm, müzakirəyə son qoyduğunuz üçün. Sadəcə nəzərinizə çatdırdığım kimi bu faylların silinməsi müzakirə mövzusu deyil, ona görə də bu barədə müzakirə etməyəcəm. Artıq mənim indiyə qədər yazdıqlarımdan və sizin cavabınızdan da mövqeyimin aydın oluğu görsənir. Bu müzakirəyə burda son qoyuram.
Qeyd:Bloklama məsləsini isə xahiış edirəm konteksdən çıxarmayın, bu şəxsləri təhrik etməklə bağlı məsələyə aiddir. Eləcə də əvvəl aldığınız blok. Bunun fayl, lisenziya məsələsi ilə heç bir əlaqəsi yoxdur. --TimBitsتِمبِتس 21:43, 13 dekabr 2007 (UTC)
Armenia
You have 2 articles for Armenia: ائرمنیستان and Ermənistan]. If both are supposed to exist, only one can be linked from other Wikipedias. Cheers, 195.23.53.14 18:18, 28 noyabr 2007 (UTC)
Uğur 2
Az viki 52-ci oldu.
Zəhmət olmasa kömək edin
Salam. Mən Vikipediyada Fizika sahəsini zənginləşdirməkdə söz vermişəm. Və artıq başlamışam. Gözümə çarpan Maqnit sahəsi mövzusu oldu. Məqaləni inkşaf etdirmək də çətinlik çəkirəm. Çünki, Fizikanın ən əsas hissəsi riyazi hesablamalar və düsturlardır. Amma bilmirəm ki, düsturları necə yazım. Mathematical Formula düyməsinə basdım. LaTeX deyilən söz yazılır. Və Formula yazmağımı istəyir. Amma LaTeX dilini bilməliyəm. Mənim də LaTeX-dən başım çıxmır. Bunu necə öyrənə bilərəm? Çox xahiş edirəm ki, mənə kömək edəsiniz. Həqiqətən Fizika bölməsini zənginləşdirməyə böyük həvəsim var.Diqqətinizə görə təşəkkürlər.Şamil
- Bunlar kömək edəcək. Uğurlar--A_M_D m-f 18:19, 13 dekabr 2007 (UTC)
Kino Qrupu
Salamlar. Üzümü kino ilə maraqlanan istfadəçilərə tutmaq istəyirəm və Kino Qrupu belə bir qrup yaratmaq istəyirəm. Arzu edən və mənə kömək etmək istəyən varsa buyurub müraciət etsin. İzlədiym qədəriylə buradakı istifadəçilərdən Uannis, Mary, Brendmeister və s. istifadəçilər kino və tamaşa ilə ələqədar məqalələr yazırlar. Ümid edirəm ki, gələcəkdə daha da çoxlacağıq və mənim işim asanlaşacaq.
Bildiriş
Salamlar. Bir muddetdir heddinden artiq mesgul oldugum ucun idareci vezifelerini yerine yetire bilmirem. Bu veziyyetin uzun muddet deyismeyeceyi belli oldugu ucun Meta Vikiden statusumun kenarlasdirilmasini xahis etmisem. Gelecekde gerek gorsem yeniden namizedliyimi qoya bilerem. Tesekkurler. --TimBitsتِمبِتس 17:10, 17 dekabr 2007 (UTC)
- Buna ehtiyac yox idi. Bir müddətlik vikitətilə çıxmaqda olardı. Uğurlar--A_M_D m-f 15:42, 19 dekabr 2007 (UTC)
- İyi günler. Yöneticilikten ayrılmanız beni üzdü çünkü zaten Vikipediya'da çok az yönetici vardı. Her ne ise. Sizin Vikipediya'dan ayrılmanız kullanıcı sayısını da azaltacağından Vikipediya:Səsvermə kuralları imkansız hale gelecektir. Siz gitmeden bu konunun çözülmesi gerektiğine inanıyorum. Bana yardımcı olursanız sevinirim. Bu arada sizden boşalan yere sayın Vusal'ı yönetici yapsak da fena olmazdı hani:)--Uaaannis 08:20, 20 dekabr 2007 (UTC)
Bildiriş 2
Salam. Vikipediyada idarəçi sayının azalmasının qəti əleyhinəyəm. Və yuxarıdakı bildirişi anlayışla qarşılayıram. Ancaq idarəçi sayında azalma olmaması üçün öz idarəçilik namizədliyimi irəli sürmək fikrindəyəm. Burada ən çox işləyənlərdən biri olaraq bu vəzifənin də öhdəsindən gələ biləcəyimə inanıram. Öz etiraz və təkliflərinizi buraya bildirə bilərsiniz.
--Vusal1981 20:12, 18 dekabr 2007 (UTC)
Salamlar. Əlavə idarəçilərə ehtiyac görmürəm. İdarəçilərimiz kifayət qədərdir. İdarəçi sayını artırmaq üçün aktiv istifadəçilərimiz kifayət qədər deyil, Çalışın əvvəlki kimi aktiv olasınız, bu daha vacibdir. Uğurlar--A_M_D m-f 15:56, 19 dekabr 2007 (UTC)
Mən idarəçi seçilməyimə heç bir maneə görmürəm.
--Vusal1981 16:56, 19 dekabr 2007 (UTC)
- Mən də Vusal'in idarəçi seçilməsini dəstəklirəm...---- İğdirlisabri76müzakirə 17:09, 19 dekabr 2007 (UTC)
- Salamlar.
- Vüsal ilə kifayət qədər bir müddətdə (1,5 ildən çox) birgə fəaliyyət göstəririk. Bu müddət ərzində özünü vikipediyaya sərf etməsi azvikinin çox az sayda istifadəçilərinə xas olan keyfiyyət olub. Bu keyfiyyətinizə görə daim Vüsalı qiymətləndirməyə çalışmışam. Yəni vikipediyaçı kimi funksiyasını yetərincə gözəl yerinə yetirə bilib.
- Bu müddət ərzində idarəçi funksiyasını normal yerinə yetirə biləcəyizə maneə ola biləcək keyfiyyətlərinində az olmadığını müşahidə etdiyimi də deməliyəm. Səbəblər bunlardır:
- Əksər mübahisələrdə neytrallıq göstərmir. Bunu subyektiv fikir adlandıra bilərsiniz. Amma deməliyəm ki, bu fikir heç də həmişə bir nəfərin fikri olmayıb. Mübahisələri açıb oxumaq kifayətdir.
- Konfliktləri çox zaman şəxsi müstəviyə çəkir. Ən xoşlamadığım keyfiyyətdir. Bir balaca çətinliyə düşən kimi bu "kart"dan istifadə edərək mübahisəni uzadır.
- Ensiklopediyanın qurulması istiqamətində köklü səhv fikriləriniz var. Ən azından məqalələrdən şablon artırma məsələsində və hal-hazırda gülünc görünən bir səhv- Kino ilə heç bir məntiqi əlaqəsi olmayan şəxslərin bu kateqoriyya əlavə etmək, kinoya aid olan şəxslər üçün ayrıca doğum və ölüm ili kateqoriyayalar açmaq, vikipediyadan daha çox datebase kimi istifadəç etmək və s.
- Ümumiləşdirilmiş şəkildə ümid edirəm ki, fikirlərimi çatdıra bildim. Yuxarıda dediyim kimi Vüsal kimi enerjili istifadəçilər vikipediyanın inkişafında bir istifadəçi kimi çox böyük rol oynaya bilərlər, amma idarəçiliyin öhdəsindən yuxarıda sadaladığım səbəblər görə gələ biləcəyini inamım çox aşağadır.
- Əlavə müzakirələrə və daha konkret nöqsanlar göstərməyə daim hazıram. Hamıya uğurlar--A_M_D m-f 09:36, 20 dekabr 2007 (UTC)
Hamının Qurban bayramını təbrik edirəm və idarəçi seçkilərində mənə dəstək olacaqlara əvvəlcədən təşəkkürümü bildirirəm. Qalib gələcəyimə də əminəm!
--Vusal1981 13:38, 20 dekabr 2007 (UTC)
Istifadeci daha evvel bloklandigi ucun indiki halda namizedliyinin ireli surulmesini mumkun gormurem. Sesverme neticesinden asili olmayaraq etibarsiz sayilacaq. --TimBitsتِمبِتس 18:39, 20 dekabr 2007 (UTC)
Uğur 3
Az viki 51-ci oldu.-- İğdirlisabri76müzakirə 15:09, 19 dekabr 2007 (UTC)
Bu defa senin sayende oldu, galiba. Böyle devam edersen daha çok UĞUR olacak. Kutlarım.
--Vusal1981 16:54, 19 dekabr 2007 (UTC)
İndi də 50-nci oldu. :))-- İğdirlisabri76müzakirə 18:08, 19 dekabr 2007 (UTC)
- Sevindiricidir. Amma təəsüf ki, ancaq kəmiyyətdə :(
- Sizcə, keyfiyyatə fikir verməyin vaxtı çatmayıb? --A_M_D m-f 15:39, 25 dekabr 2007 (UTC)
Məlumat
Səsvermə qanuna dair edilmiş dəyişmə təklifi bu qanuna aid olan səhifəyə köçürülmüşdür.Qanun dəyişikliyinin ayrı-ayrı istifadəçilərin adı altında keçirilməsi düzgün deyil. Yeni səhifə - Vikipediya:Səsvermə/qaydaların dəyişdirilməsi1 --A_M_D m-f 18:01, 23 dekabr 2007 (UTC)
Bu fikirlə razıyam səsvermə yeni səhifədə davam etdirilir. Bir şərtlə ki, heç bir dəyişiklik edilməsin. Səsvermə bitənə qədər nə səsvermənin vaxtında nə də qaydalarında deyişiklik edilməməlidir. Bu artıq yeni bir səsvermənin mövzusudur.
--Vusal1981 18:31, 23 dekabr 2007 (UTC)
- Təklif artıq səsverməyə çıxarılıbsa heç bir ciddi dəyişiklikdən söhbət gedə bilməz. Uğurlar--A_M_D m-f 19:04, 23 dekabr 2007 (UTC)
Azərbaycan dili Fars əlifbası ilə
Hamını salamlayıram.
Mənə Mehrdad kimi adamlar lazımdır, kim ki Azərbaycan dilində Fars və Latın qrafikaları ilə sərbəst işləyə bilir.
Məqsədim, Azərbyacan dili üçün Latın-Fars və Fars-Latın əlifbaları arasında avtomatik çevirici proqram yaratmaqdır. Ən azından cəht etmək istəyirəm.
Hörmətlə, Çingiz.
İştirakçıların listəsi
Bizim Azvikinin sakinlərinin listəsinə harada baxmaq olar? Elə bir listə var?
Hörmətlə, Çingiz.
--China 630 19:34, 24 dekabr 2007 (UTC)
- Əlbəttə var. Buyur. Sağda istifadəçi qruplarını seçməklə həmin qrupa aid olan istifadəçiləri də görmək olar.
- Burayada bax, lazım ola bilər. --A_M_D m-f 15:37, 25 dekabr 2007 (UTC)
- Təşəkkür edirəm. --China 630 16:28, 25 dekabr 2007 (UTC)
Tərcümə proqramları
XƏBƏRDARLIQ!!!! Xahiş edirəm bu post reklam kimi qəbul olunmasın!!!!
İngilis - Azərbaycan, Azərbaycan - İngilis və Türk - Azərbaycan istiqamətlərində avtomatik tərcümə edə bilən bir proqram artıq yaradılıb. O proqramı siz bu ilin sonunda tam pulsuz olaraq rəsmi saytdan əldə edə bilərsiniz.
Özüm bu proqramı yaradan işçi qrupun tərkibində işlədiyimdən bu post sizin üçün reklam kimi görsənə bilər, mma bir daha təkrar edirəm, BU PROQRAM TAM PULSUZ OLACAQ və əminəm ki, Azvikinin kəskin sürətli inkişafına təkan verə bilər.
Hörmətlə, Çingiz.
--China 630 19:50, 24 dekabr 2007 (UTC)
Eşq olsun sizə! Çox böyük və dəyərli bir iş görürsüz. Sizə gələcək fəaliyyətinizdə uğurlar. Hörmətlə: --Sortilegus 20:09, 24 dekabr 2007 (UTC)
Mən bu məlumatı televiziyada gördüm və çox sevindim. Ancaq bu ilkin tərcümə olacaq. Sonradan qrammatiik düzəlişlərə ehtiyac olacaq.
--Vusal1981 20:52, 24 dekabr 2007 (UTC)
- Vüsal ilə tam razıyam. Avtomatik tərcümə olunan mətnləri bir başa burada yerləşdirmək məsləhət görülmür. Amma razılaşın ki, avtomatik tərcümə tərcümə prosesinin özünün sürətini dəfələrlə artıracaq və bizə əsasən son nəticənin korrektə etmək qalacaq.
- Hörmətlə, Çingiz. --China 630 09:35, 25 dekabr 2007 (UTC)
"Əlbətt dilmanc bizə çox kömək edəcək.--Vusal1981 13:52, 25 dekabr 2007 (UTC)
- Dilmancın 1.4.0.0 versiyası var amma onda türkcə tərcümə proqramı yoxdur. Yeniliklə əlavə etdiyinizə sevindim.
- Rəsmi sayt niyə işləmir?
- Proqram gözəl proqramdır amma qorxuram bundan sonra azvikidə digər vikipediyalardakı mətnlərin mexaniki tərcümə olunmuş versiyası olsun. Hamı asan yol axtarır. Uğurlar--A_M_D m-f 15:28, 25 dekabr 2007 (UTC)
- Hörmətli AMD rəsmi sayt tam normal işləyir. Zəhmət olmasa bir daha cəhd edin. Yeni versiya isə 2-3 gün ərzində saytda yerləşdiriləcək.
- İndi keçək sizin qorxduğunuz məsələyə:
- Birincisi bu tərcümə sisteminin verdiyi tərcümə keyfiyyəti heçdə aşağı olmayacaq (amma idealda demək olmaz).
- İkincisi isə, biz burda kimi aldatmağa yığışmışıq? Özümüz özümüzü? Məncə bu cür aşağı əməllərə burada toplaşanlardan heç kəs əl atmaz. Buna çox ümid edirəm.
- Hörmətlə, Çingiz. --China 630 16:24, 25 dekabr 2007 (UTC)
- Məndə çox ümid edirəm. Sayt isə indi işlədi. Bayaq dəqiq işləmirdi yada bakinternetin problemi vardı :D Uğurlar --A_M_D m-f 16:33, 25 dekabr 2007 (UTC)
Cavab
Hörmətli AMD. Elə bəlamız da bundadır. Bir şeyə cəhd göstəririk və sizin bildirdiyiniz kimi həvəsimiz ölür. Mən bunu qəbul etmirəm. Özümü tərifləmək fikrim yoxdur. Mən bir il ərzində köməksiz filansız Azərbaycan Kinosunu müəyyən mərtəbəyə gətirmişəm. Siz də istəsəydiniz təkbaşına bu işin öhdəsindən gələrdiniz. Necə ki Sortilegus ədəbiyyat bölümünü zənginləşdirir təkbaşına və digərləri.
O ki qaldı bizlərin sayəsində vikipediyanın bu 49-cu yerə gəlməsinə. Nə qədər etiraz etsəniz də bu il vikipediyamız üçün digər iki ilə nisbətən ən uğurlu il oldu. İlin əvvəlində məqalə 300o olduğundan depth 44 qədər görsənirdi. Halbuki 3000 məqalə üçün bu depth də az idi. Ən azından 70-80 olmalı idi. İndi söhbət 20000 məqalədən gedir əlbəttə depth aşağı düçəcək, çünki iki illik iş 1 ildə görüldü.
Bir də ki əminəm "boş məqalə"lərin çoxunun mənə aid olduğu üçün yenə məni iynələməyə çalışırsınız, il boyu siz və digər idarəçilər etdiyiniz kimi. Amma gördüyünüz kimi nə qədər mənə qarşı çıxsanız da mənim həvəsim ölmədi sizdən fərqli olaraq. Çünki buradakı istifadəçilər bir-birilərinin əməyini qiymətləndirirlər, bir neçə idarəçidən başqa. Burada bir az "şəxsi müstəvi" sezdim.
--Vusal1981 17:09, 25 dekabr 2007 (UTC)
- Vüsal heç kim heç kimi iylənələmir və buna daniyyət yoxdur. Fakt var və fakt əsasında fikir deyilib. Buyurun yenə də söhbəti şəxsi müstəviyə saldınız.
- Sayənizdə kəmiyyət göstəriciləri çox irəli gedib, bunu dəfələrlə demişəm. İndi isə kəmiyyətə fikir verməyin vaxtı çatmayıbmı?
- Çox xahiş edirəm mövzunu şəxsi müstəviyə çəkməyək. Uğurlar.--A_M_D m-f 17:14, 25 dekabr 2007 (UTC)
İƏ-EƏ-MÖ
Burada eramızdan öncəyə aid əsrlər İƏ kimi göstərmişdir. İƏ çox guman ki, ingilis dilindəki BC sözünü Azərbaycan dilinə hərfi tərcüməsidir və İsadan Əvvəl deməkdir. Lakin Azərbaycanda elmi ədəbiyyatlarda heç bir zaman İƏ işlədilməmişdir. Əvəzində eramızdan əvvəl (EƏ), miladdan öncə (MÖ) kimi terminlər işlədilmişdir.
Hanısı forma işlənsin- EƏ yoxsa MÖ (MƏ-də ola bilər)? Fikrimcə EƏ daha geniş versiyadır. Viki cəmiyyətin bu barədə fikrini bilmək maraqlı olardı.--A_M_D m-f 07:05, 26 dekabr 2007 (UTC)
1. EƏ--Vusal1981 08:02, 26 dekabr 2007 (UTC)
2. EƏ --China 630 15:20, 26 dekabr 2007 (UTC)
3. EƏ. Eə olsa lap yaxşı -- Ziya müzakirə fəal. 17:51, 26 dekabr 2007 (UTC)
4. "e.ə." daha düzgündür təbii ki. Bizim bütün tarix kitablarımızda və dərsliklərdə "e.ə." yazılır. "m.ö." daha çox müasir mətbuatımızda işlənir.--Sortilegus 22:55, 27 dekabr 2007 (UTC)
edildi--A_M_D m-f 20:11, 6 yanvar 2008 (UTC)
IRC kanal işlədi
Hamıya salamlar.
Bir az qurtdalandım oyana buyana və nəticədə deyəsən IRC kanalımız işlədi. Buyurub IRC kanalımıza söhbət edə bilərsiniz. İşə başlamaq üçün ilkin elementar lazım olan addımlar Türk qardaşlarımızın Vikisindən tərcümə edib yerləşdirmişəm.
Sual, irad və təkliflərinizi gözləyirəm.
Hörmətlə, Çingiz. --China 630 17:40, 26 dekabr 2007 (UTC)
Afərin. İlk təşəkkür məndən gəlsin. Yoxladım işləyir.
Səsvermə
Əziz dostlar. Səsvermə başa çatmışdır.
İlk öncə mənim irəli sürdüyüm fikirləri dəstəkləyənlərə dərindən təşəkkürümü bildirirəm. Hətta səsverməyə "mız" qoyulanda belə mənim təklifimi yerə salmayıb yenidən öz fikirlərinizi dəyişməyinizə görə sizə dərindən bir daha təşəkkürümü bildirirəm. Siz bununla burada kimin hansı hörmətə malik olduğunu göstərdiniz. Əminəm ki, mənim fəaliyyətimi təqdir edən 100-lərcə istifadəçi mövcuddur. Ona görə bu qədər xoş fikirlərin içərisində 1-2 nəfərin mənfi fikri mənə görə itib batır. Bir daha təşəkkür edirəm ki, mənim sözümü yerə salmadınız. Təkbaşına 10 səs topladım və 3 idarəçi isə mənə qarşı yalnız vur-tut 2 səs artıq yığa bildi.
Səsvermənin qalibi olduğum bariz görünür. Aruzun səsi hesablanmamalıdır. Çünki vaxt bitdikdən sonra səsvermədə iştirak edib. Əgər o səs hesblanmasa dəstək və qarşı çıxanların səsi 11 edir ki, bunun də 2/3-si edir 7 səs. Hətta haqsızca 4 səsin silinməsinə rəğmən yenə 7 səs toplamışam. O ki qaldı bir neytral səs. O da qarşı və dəstək səslərin arasında yarı bölünməlidir. Yenə nəticəyə baxsaq 7 səs yəni 2/3 səs dəstək edənlər çıxır və səsvermə baş tutmuş sayılır. 15 səsin haradan çıxdığını isə hələ də anlamıram, belə bir qayda heç yerdə yazılmayıb, yalnız 2/3 səs toplanılması yazılıb vəssalam. Ona görə burada geniş yazıb nəyisə sübut etməyə ehtiyac yoxdur. Hamı görür məsələnin nə yerdə olduğunu. O ki qaldı idarəçi səsverməsinə bu səhifəyə diqqətlə baxsanız AMD idarəçi seçilərkən yalnız 5 səs toplaya bilib. Halbuki 10 səs qaydası o vaxt da mövcud idi vəya mövcud olmasa belə 3 günə idarəçi seçilməyi gülünc səslənir. Belə asanlıqla idarəçi seçilən şəxslər indi digərlərinin fəaliyyətini vecə almayaraq öz bildiklərini edirlər.
Və sonda demək istərdim ki, mənim burada fəaliyyətimi davam etdirməyimi çox adam istəyir, 1-2 nəfər isə mənim burada həqiqətən fəaliyyətimi dayandırmağımı istəyir. Əziz istifadəçilər bu şansı onlara heç vaxt verməyəcəyəm və onları heç vaxt sevindirməyəcəyəm. Fəaliyyətimi tam qazla davam etdirirəm.
Vikipediyamızın inkişafını istəyən və inkişaf etdirən çox istifadəçi var. Və onlar dostluq və qardaşlıq münasibətləri quraraq bu vikipediya üçün əllərindən gələni edirlər. Burada idarəçi olmağa layiqli və indiki idarəçilərdən qat-qat daha çox iş görməyə layiq insanlar var. Sortilegus, Sabri, Uannis, Bakı66, İradə xanım, Mehri və adları yadımdan çıxan bir çox istifadəçilər var. Ancaq əminəm ki, onlar da namizədliklərini irəli sürsələr onların da qarşısı alınacaqdır. Necə ki, mənimlə Uannisin qarşısı alındı.
AMD, Timbits və Mehrdad il boyu özlərinin istifadəçi səhifələrinddən göründüyü kimi vikitətildədirlər. Ona görə də türk Memty məcbur olub gəlib burada da onların görməli olduğu işləri görür. Belə idarəçilik olmaz. Bir az çox işləyən idarəçi isə onlara lazım deyil. Nə olursa olsun vikipediyamız inkişaf edəcək. Mən də əlimdən gələni əsirgəməyəcəyəm. Burada bundan sonra yazılanlara cavab verməyəcəyəm. Çünki Məni 15 dəqiqəliyə erməni qızı üstündə bloklayan 1 illik də bloklaya bilər. Vəssalam.
- Salam.
- Əvvəla başlayım bir-başa mənə olan iradlardan. Biz idarəçi seçilərkən səsvermə qaydası qüvvədə deyildi. İlk və mövcud səsvermə qanunu 16 iyun 2007-də qəbul olundu ([2]). Bu dövrdən əvvəl seçilmiş olan idarəçilərin əksəri təxminən bu qədər səs toplanıb.
- Başqa bir məsələ isə azvikinin özəklərini qoymuş istifadəçilərə qarşı olan fikir. Bu insanlar bu vaxta kimi gördükləri işlərin özləri böyükdür. Onlar real iş görüblər. Onların bir müddətlik viki tətildə olmalarında heç bir nöqsan yoxdur. Bu insanların hər biri burada hörmətə layiqdirlər. Sizdən fərqli olaraq Memty-ni bu siyahıdan ayrı göstərmək fikrim yoxdur. Memty-ə öz növbəmdə dərin hörmətim var. Mən əminəm ki, Memty-nin mövqeyi başqa cür olsaydı ona tutulan iradlar da digərlərindən heç nə ilə fərqlənməyəcəkdi. Məhz Memty-ni siyahıdan ayırmanız sizin hansı prinsiplər əsasında fəaliyyət göstərmək istədiyinizi açıq göstərir.
- Burada aktiv istifadəçilərin adları çəkilib. Bu istifadəçilərin hər birini çox samballı, Azərbaycana və Azərbaycan dili üçün çalışan vətənpərvər, neytral və s. kimi yüksək keyfiyyələrə malik olan insanlar kimi tanıyıram. Hər birinə hörmətim dərindir. Uzun müddətdir Baki66 ilə tanışıq (vikipediyada münasiət qurmuşuq mənasında). Onda bu vaxta kimi müşahidə etdiyim keyfiyyətlərində həqiqətəndə idarəçiyə lazım olan keyfiyyətləri görürəm. Digər istifadəçilər-də öz növbəmdə aşağı qiymətlərndirmirəm, sadəcə qeydiyyat müddətləri azdır, ola bilsin ki, təcrübələri çatmaya. Amma Sortilegus (digərləri ilə lap az ünsiyyətdə olmuşam-çalışaram bu nöqsanı aradan qaldırım) bir müddət sonra namizədliyini irəli sürərsə, müsbət səs məndən. Nəinki onlar, Vüsal siz hətta yuxarıda və digər yerlərdə dəfələrlə sadaladığım keyfiyyətlərinizi düzəldə bilsəniz sizin namizədliyinizi mən irəli sürməyə hazıram.
- O ki, qaldı sizə mən sizin aktivliyinizi çox yüksək qiymətləndirirəm, amma dediyim kimi sizdə vikipediya fəlsəfəsinə ziddi fikirlər çoxdur. Ümid edirəm ki, bundan sonrada birlikdə vikipediyanı zənginləşdirəcəyik.
- Səsvermənin nəticələrin hesablanmasından şikayətiniz varsa buyurun konkret faktlar əsasında müzakirə edək. Heç bir səhvlik yoxdur. Lütfən qanun layihəsini diqqətlə oxuyun.
- Həmişəki kimi mövzunu şəxsi müstəvidə müzakirə etməyə meyillisiniz. lakin bəzi məsələlərə görə cavab verməyə bilməzdim.
- Uzun yazıb baş ağrıtmayım. Uğurlar--A_M_D m-f 19:43, 28 dekabr 2007 (UTC)
P.S. İndi baxdım. Həqiqətəndə səsvermədə neytral istifadəçilərin səsi nəzərə alınmayıb. Düzəltdim. uğurlarlar--A_M_D m-f 07:02, 29 dekabr 2007 (UTC)
- Hormetli Vusal bey. Bundan evvelki fealiyyetimde etimadinizi dogrulda bilmediyim ucun uzr isteyirem. Ele buna gore de idareci vezifesinden uzaqlasdim. Elave olaraq da aldiginiz blok kimese goe deyil oz fealiyyetinize gore olubdur. Qarsi teref ise anonim istifadeci idi ki, eslinde sizinnle mubahiseye qeder bir cox deyerli fealiyyetleri var idi. Anonim istifadeciye hansi esasla istifadeci adi uyduruldugu, bu bir yana qalsin, milliyeti ve hetta cinsiyyetinin de hansi usulla mueyyen edildiyi muemmalidir. Sehvini basa dusub bunu duzeltmek yerine bu ise bu qeder sey vermis adamlari haqsizcasina tenqid etmek mence en azindan etik deyil. Amma bu sizin seciminizdir, seciminizde serbestsiniz. --TimBitsتِمبِتس 12:40, 29 dekabr 2007 (UTC)
Vüsalın sonradan əvvəlki yazılarının daxilinə yazdığı fikrilər:Aruzun səsi hesablanmamalıdır. Çünki vaxt bitdikdən sonra səsvermədə iştirak edib. Əgər o səs hesblanmasa dəstək və qarşı çıxanların səsi 11 edir ki, bunun də 2/3-si edir 7 səs. Hətta haqsızca 4 səsin silinməsinə rəğmən yenə 7 səs toplamışam. O ki qaldı bir neytral səs. O da qarşı və dəstək səslərin arasında yarı bölünməlidir. Yenə nəticəyə baxsaq 7 səs yəni 2/3 səs dəstək edənlər çıxır və səsvermə baş tutmuş sayılır... ...Ona görə burada geniş yazıb nəyisə sübut etməyə ehtiyac yoxdur. Hamı görür məsələnin nə yerdə olduğunu... ...Belə asanlıqla idarəçi seçilən şəxslər indi digərlərinin fəaliyyətini vecə almayaraq öz bildiklərini edirlər.
- Vüsal yaxşı olardı ki, yeni yazdığınız hissələri əvvəlki yazılarınız içində orda-burda yerləşdirməyin. İstifadəçilərdə elə təsurat yarana bilər ki, bu hissələri cavablandırmaqdan çəkinirəm. Sonradan yazılan hissələri aşağıda bir yerdə yazmaq lazım idi.
- Yaxşı əvvəlcə siz özünüz izah edin - istifadəçini sonradan da olsa dəvət edirsiz, daha sonra qarşı səsverdiyini görüb səsini qəbul etmirsiz. Daha sonra heç vaxt səsvermədə mövcud olmayan vaxt təyin edir və bu vaxtdan sonra səsverən istifadəçilərin səslərinin qəbul edilmədiyini elan edirsiz. İstifadəçi səsvermənin bitdiyinin elan edilmədiyini görür və səs verir. Burada nə nöqsanlı hal var. Səs sayılır.
- Mənim niyyətim səsvermənin 27-si axşam hesablamaq idi. Lakin düşündüm ki, səsvermə səhifəsində 28-i qeyd edilib. Səsləri 27-si hesablasaydım sizin sonradan -"səsvermə səhifəsində 28 göstərilib, 28 yanvarın sona çatmasını gözləmək lazım idi" fikri ilə çıxış etməyəcəyinizə əmin olmadığım üçün səslərin hesablanmasını 28-i axşama saxladım.
- Başqa sualınız? Lütfən altdan yazın. Bu ümumi bir qaydadır
- Axırıncı yazdığınız sözlərə isə cavab vermək fikrim yoxdur, amma bilin bu qanun pozuntusu ilə yenidən bloklu ola bilərsiz. Şəxsə qarşı təcavüz olmamalıdır. Fikirlərimi müzakirələrdə bildirirəm, sizə dair isə heç bir mənfi söz işlətməməmişəm. Sizdə eyni qaydada fəaliyyət göstərməlisiniz. Bu qaydalara riayət etsəniz sevinərəm. Mövcud qaydalara riayət edin, dəyişdirməyə çalışmayın --A_M_D m-f 15:41, 29 dekabr 2007 (UTC)
Məqalələrin Silinməsi
Əziz dostlar. Əvvəla hamının qarşıdan gələn yeni ilini təbrik edirəm.
Bu gün çox böyük bir sürprizlə qarşılaşdım. İdarəçimiz AMD Aruzun mesajına cavab yazaraq mənim bir ildir ki, gecə gündüz bilmədən çəkdiyim əziyyəti bir göz qırpımnında silmək qərarına gəlib. Əlbəttə söhbət mənim yaratdığım boş məqalələrdən gedir. Min dəfə demişəm 1001-ci dəfədir deyirəm ki, məqsədim ikidir. 1-ci o məqalələri başqaları görüb inkişaf etirisin, ikincisi də vaxtım olduqda özüm inkişaf etdirim. Mən yayada məqalələri yaradanda idarəçilərdən heç kim mənə bildirmədi ki, məqalələr sonradan silinəcək, əksinə canı könüldən məni təbrik edirdilər. Onlar da biri də AMD idi. İndi isə rahatlıqla AMD deyir ki, məqalələr sürətlə silinəcək. Ona görə əgər kim mənim buradakı fəaliyyətimə yaxından bələddirsə xahiş edirəm öz fikrini yazsın. Yeni il qabağı belə məsələni açdığıma görə üzr istəyirəm. Ancaq məqalələrim silinməyə başlasa mən tamamilə fəaliyyyətimi burada dayandıracağam ki, bəziləri də bunu istəyir. Demokratiyanın olmadığı yerdə bir dəqiqə belə dayanmaram. Xahiş edirəm fikirlərinizi açıq deyin.
--Vusal1981 17:27, 29 dekabr 2007 (UTC)
Vüsal fikirlərimi bura təkrar yazmaq istəmirəm İcazənlə müzakirə səhifəmdəki fikirləri ümumilikdə bura köçürürəm:
Muzakirə səhifəmdə mövzunun adı: yaradilan bos meqaleler
salam AMD. son zamanlarda yuzlerce bos meqale yaradilib. en gulunc ornəyi Vüqar dir. hec bir melumat olmadigi kimi, bu sexsin kim oldugu bele belli deyil. soyad bele yoxdur. bu vikipediya pillelerinde azvikinin meqale sayisi ucun edilirse, bu tamamen menasiz oldugunu dusunurem. 20 mine yaxin meqale var ancaq bir dene bele seckin meqalemiz yoxdur hele. var yoxsa? Mence bu barede genis bir tartisma acmaq lazimdir kend meydaninda. Vusalin dediklerimden basa dusduyume gore, bos meqale yaratma isi onceden muzakire edilib. Yeni bos meqale yaradib oraya qoymaq, hem de onlarca. bu ne mena ifa edir?
Ayrica herhansi bir spesifik televiziya verilisi de meqale olmaga baslayib. Mene hec mentiqli gelmir. Elece de 1-2 defe bir verilisde calgi ifa etmis bir sexs haqqinda da meqaleler. azviki kulluk halina gelir hissine qapiliram.-Aruzmfəal11:18, 29 dekabr 2007 (UTC)
- Salam.
- Boş məqalələr haqqında fikrinlə tam razıyam. Bu cür məqalələr təkcə silmə kriteriyalarına görə deyil, sürətli silmə kriteriyalarına görə silinməlidirlər. Yəni bu cür məqalələri silmək üçün heç bir müzakirəyə ehtiyac yoxdur. Silinməlidir.
- Bu vəziyyət elə də uzun davam edə bilməz. Sadəcə 20.000 həddini gözləmək niyyətim var. Ümumi vikilərin siyahısına fikir vermisənsə vikilər 20.000-lik həddi keçməsi qeyd edilir. növbəti hədd 100.000-dir. Azvikinin 20.000 həddi keçəməsini arzulayıram. 20.000-dən sonra yaradılan hər bir boş məqalə 1-2 gün vikidə qala biləcək. Digərlərinin nə deməsindən asılı olmayaraq bu cür məqalələr sürətli silmə kriteriyalarına görə silinəcək.
- Vüsalla əvvəllər nə müzakirə aparılıbsa sona çatmamış-dondurulmuş qalıb. Səbəb Vüsalın zamanla düzgün yola gələcəyinə ümid etmək olub, amma dediyin kimi buna daim göz yummaq olmaz.
- Başqa bir məsələ-istifadəçinin nə mövqedən çıxış etməsindən asılı olmayaraq onunla azcada olsa kobud şəkildə danışmaq düzgün deyil. Qarşılıqlı hörməti gözləmək burada vacibdir.
- Belə gedərsə yaxınlarda bu mövzuda geniş bir müzakirə açmaq fikrim var. Müzakirələrdə fəal olmanı arzulardım. Uğurlar--A_M_D m-f 15:22, 29 dekabr 2007 (UTC)
Mənim yaratdığım məqalələri hansı haqla silirsiniz? Sizə 10-larca misal göstərə bilərəm ki, mənim açdığım məqalələri sonradan necə ikişaf etdiriblər. Mənə kömək edib həmin məqalələri inkişaf etdriməkdən deyirsiniz ki, onlar silinməlidir. KOBUDluğun ən yekəsini siz edirsiniz. mən yox. Ən böyük şəxsi qərəzliy də siz edirsiniz. Silirsiniz buyurun silin. Mən sizdən meta vikiyə şikayət edəcəyəm. Bu qədər ədalətsizlik olmaz artıq yetər. Mənim 47000 redaktəmə bir qram hörmət etmirsiniz. Özünüz isə 3 ildə vur tut 3000-4000 redaktə etmisiniz. Məqsədiniz nədir. Məni bloklamaq?
Məsələni Kənd mEydanında müzakirə etmədən heç bir hərəkət edə bilməzsiniz. Bəs yayda mən bu işə başlayanda məni tərifləyirdiniz? O zaman niyə bunları demədiniz. Buna ŞƏXSİ MÜSTƏVİ deyirlər. Vəsaalam.
--Vusal1981 17:14, 29 dekabr 2007 (UTC)
- İlk öncə qarşıdan gələn hər iki bayramınızı səmimi qəlbdən təbrik edirəm
- İkinci xəbərdarlıq - Kobud sözlər işlətməyin, digər istifadəçiləri kobud söz işlətməkdən çəkindirin.
- Mən məqalələrin nə əsasla silinə biləcəyini izah etmişəm. Buyurun digər vikilərə baxın (C-3). Bu mətn bütün vikilərdə təxminən eynidir. Bu cür məqalələr nəinki silmə kriteriyalarına hətta sürətli silmə kriteriyalarına görə dərhal silinməlidir. Bu vaxta kimi bu məqalələrin saxlanılması özü böyük güzəştdir.
- Məqsədim sizi bloklamaq olsaydı sizə bu qədər xəbərdarlıq etməzdim, dərhal bloklayardım. Birdə istifadəçi hər dəfə bloklanarkən onun bloklama müddəti artır. xəbəriniz olsun
- Vüsal statistik göstəriciləri, kəmiyyət ilə keyfiyyət məsələsini qarışdırmaq lazım deyil. Mən sizin ensiklopediya quruculuğu haqqında səhv fikirlərinizin olduğunu demişdim, bu isə sözlərimin bariz sübutu oldu. Şadam ki, bu məsələdə də yanılmamışam.
- O ki, qaldı sizin yaratdığınız məqalələrin zənginləşdirilməsinə- bu gülməli arqumentdir. Təsəvvür edin-şəxs vikipediyaya daxil olur və cəmiyyətin yaxşı tanıdığı bir şəxs haqqında məqalə yaratmaq istəyir. Bu şəxsin adını axtarır və görür ki boş, yalnız şablondan və kateqoriyadan ibarət bir səhifə var. Daha sonra başlayır zənginləşdirməyə. Yəni istifadəçi artıq bu şəxs haqqında məqalə yaratmağa meyilli idi. Sizin yaratdığınız boş məqalə olmasaydı belə o məqaləni yaradacaq və zənginləşdirəcəkdi. Beləliklə bu məqalələr statistik göstəriciləri artırmaqdan başqa bir şey deyil.
- Bilirəm dərhal yeni sual verəcəksiniz-"Siz idarəçilər hara baxırdınız, mən bu qədər əzad çəkmişəm indi isə siz onları silirsiniz" (Vüsal mən bu sözləri yazarkən sizin yeni mesaj yazmanızdan əsla xəbərim yox idi. Amma necə də düzgün tapmışam :) ). Cavab verirəm: Biz əvvəllərdə xəbərdarlıq etmişik- bu qədər boş məqalə yetər. Siz əhəmiyyət verməmisiz. Başqa bir tərəfdən qəbul edirəm: Mənim də daxilimdə balaca da olsa statistika canavarı var :) . Erməniləri və Gürcüləri (xüsusilə gürcüləri-çünki onların məqalə sayı bizim məqalə sayımızdan dəfələrlə artıq idi) statistik göstəricilərdə keçmək lazım idi. Ona görə də boş məqalələrlə də olsa 20.000-i keçməyin lazımlı olduğunu düşünürəm. Bu yeni statistik keyfiyyət mərhələsidir. Növbəti belə mərhələ 100.000-dir. Siz ki 100.000-i boş məqalərlərlə keçməyi planlaşdırmırsız?
- O ki, qaldı meta məsələsinə- inanın bunu çox istəyirəm. Çünki şahidi olmuşam ki, siz səhvlərinizi başqa vikilərdən dedikdə düzəldirsiz. Azvikidə deyilən sözü siz çox zaman ciddi qəbul etmirsiz. Ən azından şablon məsələsinin türk vikisində həll olunduğunu yadıma salanda bu yolun düzgün olacağı fikrindəyəm. Bəlkə də metadan bu məqalələri silmək üçün əlavə istifadəçilər gəldi.
- Çox xahiş edirəm - artıq bu məqalələri zənginləşdirməyə başlayın. Zənginləşdirmək üçün materialınız yoxdursa belə hay-kuyə də ehtiyac yoxdur.
- Uğurlar--A_M_D m-f 17:58, 29 dekabr 2007 (UTC)
O ki, qaldı sizin yaratdığınız məqalələrin zənginləşdirilməsinə- bu gülməli arqumentdir.
Mənim yazdıqlarım belə gülməlidirsə onda belə bir səhifə açın AMD-nin məsləhətləri. Biz də sizə müraciət edib məsləhət alaq ki, belə gülməli fikirləri yazmayaq. Hər halda özünüzü buranın məsləhət ağacı hesab etmisriniz. Yadıma siyasətçilərin kinematoqrafiyaya daxil olması mübahisəsi düşdü.
Söhbət həmin şəxsin məqaləni artıq inkişaf etdirmək niyətindən getmir. Söhbət bu qədər şəxsin adının bir arada gördüyünü görərək zəngin bir iş görüldüyün və sadəcə bu işin inkişafı üçün həvəsləndiyini təmin etməkdir. Baxın keçən il ən çox məndən başqa istifadəçilər müraciət edib hansı sahələrə meyl ediblər incəsənət və ədəbiyyat. O ki qaldı 100000 məqaləyə xatırladım ki, məqlələrin 80 faizi yaradılıb. 5 min məqalə mənə bəsdir ki, ondan sonra keçim məqalələrin inkişaf etdirilməsinə. Siz hələ də başa düşmürsünüz ki, mən təkəm. Şəxs haqqında məlumatım olmasa da, ən azında onun filmoqrafiyası doldurulacaq. Artıq bunbları sizə izah etməkdən barmaqlarım yorulub.
Şikayətə gəlincə artıq şikayət məktubunu hazırladım. Oraya sizin fəaliyyətinizin incələnməsi də daxildir. Bunu saqın xəbərdarlıq kimi qəbul etməyin. Olanı yazıram.
--Vusal1981 18:24, 29 dekabr 2007 (UTC)
- Sözləri kontekstdən çıxardıb ona şərh yazmaq heç də deyilmiş fikirə cavab vermək deyil.
- Deyirsiz ki, məqalələri zənginləşdirəcəksiz. Maraqlıdır sizə artıq bu məqalələri zənginləşdirməyə başalmağı nə maneçilik edir? İlk öncə yaratdığınız məqalələrin heç olmazsa 1000-ni zənginləşdirin, daha sonra başlayın növbəti 5000 məqalələri yaratmağa.
- Meta yerli vikilərdən icazə almadan idarəçi təyin edə bilər. Biri artıq var-drini. Hal-hazırda onun fəaliyyəti başqa istiqamətdədir. Amma istənilən an boş məqalələri məqalələri silməyə başlaya bilər. belə olduqda sizi müdafiə etməyə heç bir arqument olmayacaq. yaratdığınız məqalələri zənginləşdirməyə başlasanız "vüsal həqiqətəndə məqalələri zənginləşdirir, silmək lazım deyil" deyə bilərik.
- Meta-ya müraciət məsələsinə gəldikdə. Əvvəldə demişəm-bunu məndə çox arzulayıram. İdarəçiləri yalnız bir məsələ də günahka bilə bilərlər-niyə bu qədər boş məqalə yaradılmağa icazə verilib? Başqa heç nə də. Amma bu məqalələr sinidikdən sonra azvikidə məqalə sayının birdənbirə düşməsi heç də yaxşı olmayacaq.
- Uğurlar--A_M_D m-f 18:44, 29 dekabr 2007 (UTC)
Siz idarəçi kimi heç mənim gördüyüm işlərə baxmamısınız. Baxsaydınız belə gülməli yazmazdınız. Baxın hər gün mən ən azı 5 boş film-məqaləni zənginləşdirirəm. Ona görə təkrar-təkrar deyirəm ki, hələ vaxtım yoxdur. Bu zənginləşdirdiyim məqalələrdən də yeni şəxslər barədə məqalələr çıxır. Məqalə sayının aşağı düşməsini hamıdan az mən arzulayıram. Məncə metavikidən bu boş məqalələri görməyə bilməzlər. Görüblər və həqiqətən fikirləşiblər ki, "vüsal hər gün boş məqalələr yaratsa da daha öncə yaratdığı boş məqalələri də hər gün zənginləşdirir, silmək lazım deyil" deyə düşünürlər. Ona görə Drini mənim fəaliyyətimə toxunmur, sizdən başqa --Vusal1981 18:57, 29 dekabr 2007 (UTC)
- Əziz vikidaşlar. Belə kiçik bir təcrübə apardım. Azviki ilə məqalə sayısınca yaxın olan "simple english" və gurcustan vikisnde ve az-vikide 10 defe ixtiyari sehife linkine vurdum. neticeler: simple englishde bir dene de bos meqale yoxdur. gurcu qardaslarin 1 denesi bosdu. azvikide necedir sizce? 10undan 7si bos. Ferz edirem ki bu ixtiyari sehife linki heqiqeten random, ixtiyaridir və belə bir nəticəyə gəlmək olar ki, Azvikinin 70%zi bos meqaleden ibaretdir. yeni 20min*0.7=14min meqale. Yəni bir en az 5min bomboş məqaləmiz var. Məncə bu yolverilməzdir. bir iki dəfə azvikiye girən istər azerbaycanli istər basqa insan buranın boş olduğu təsəvvürü ilə gedəcəkdir.
- Şəxsi polemikalara girməyəcəm. Geniş qəbul edilmiş qaydalar var, ümumi standardlar var. Onlara hərkəs əməl eləməlidir. Bunu tələb etmək istər idarəçi istər istifadəçinin haqqıdır. Qaydaların olmadıği yerdə inkişaf olabilməz. Bunu üçün ciddi boş məqalə silmə/genişlətmə ən azından nə olduğuna dair bir iki cümlə girmə işinə girməyi təklif edirəm. Əslində ən önəmlisi də elə budur. Adətən mən şəxsən ensiklopediyanı bir şey haqqında çox qısa məlumat üçün istifadə edirəm. -Aruzmfəal18:59, 29 dekabr 2007 (UTC)
- Vüsal, təkcə sizin yox, bütün vikipediyaçıların fəaliyyətini izləyirəm, narahat olmayın. Fəaliyyətinizi yox, gətirdiyiniz arqumenti gülünc adlandırmışam. Görürəm gülünc sözü sizə rahatlıq vermir. Ona görə də Sizdən bu sözümə görə çox-çox üzr istəyirəm, mən əsasız arqument demək istəmişdim.
- Yaxşı 5 film zənginləşdirirsiz bunu bildik. Yeni məqalə yaratmağa sərf etdiyiniz vaxta artıq mövcud olanları zənginləşdirməyə nə deyirsiz? Necə olur ki, yaratmağa vaxt var zənginləşdirməyə isə yox.
- Vüqar kimi adları olan məqalələrə tutulan irad düzgün iraddır. Azərbaycanda ancaq 1 Vüqar var? ad-soyad olması çox vacibdir. Birdə yadımdadır yayda demişdiniz ki, adı yalnız hərflə (misal üçün A.Əliyev) göstərilmiş məqalələrdə adları tapıb yazacaqsız. 3-4 ay keçib üstündən nəticə yoxdur.
- Aruz, tam düz edib şəxsi polemikalara girişmirsən. Gətirdiyin arqument isə vikipediyanın ensiklopediya yox kataloq olmağa doğru getdiyini göstərir.--A_M_D m-f 19:40, 29 dekabr 2007 (UTC)
Əziz dostlar, mən bəzı yönlərdən Aruz'a qatılıram bəzı yönlərdən qatılmıram. Yaxşı, boş məqaləelərə ən azından birkaç cümlə yazılmalıdı. Lakin, yazarkən də dəyişik məqalələr də yazmalıyıx ki bu vikiye girən soydaşlarımız o məqalələri doldurabilsin. Zatan Gürcü ve Simple English vikilərinə buradan daha çox istifədəçi hali-hazırda aktivdir. Əgər bu vikide aktiv istifədəçilər artmazsa vikipediyamız inkişaf eliyəmməz. İstifədəçilər artarsa Vüsal'in də çəktiyi əziyyət boşuna gitməmiş olar. Mən də hem bu vikidə hem də Türk dili vikidə Vüsal kimin taslak(kısa) məqalə girirəm. Və Türk dili vikidə gördüyüm üzərə bu cür kısa məzmunlar zamanla inkişaf edir. Tüm bunları diqqətə almanızı xahiş edirəm və Azərbaycan vikisine bu cür bir kötülük yapmanızı istemirəm, çünkü hammımızın çaba sarf etdiyi bu vikinin məqalə sayısı düşməməlidir.-- İğdirlisabri76müzakirə 19:55, 29 dekabr 2007 (UTC)
- Sabri, mənimdə əsas istəyim elə sərf olunmuş zəhmətin hədər getməməsi, azvikinin statistik göstəricilərinin zəifləməməsidir. Amma bu cür vəziyyət daim davam da edə bilməz. Tr vikidə məqalələrin neçə faizi qaralama vəziyyətindədir-5%, 10%, 20%.... azvikidə 70% taslak. Mən deyirəm ki, artıq bu məqalələri zənginləşdirməyin vaxtı çatıb.
- Başqa cür düşünsəydim və niyyətim başqa olsaydı bu məqalələri sürətli silmə kriteriyalarına görə artıq çoxdan silmişdim. Uğurlar--A_M_D m-f 20:01, 29 dekabr 2007 (UTC)
Bir məqaləni mən ən az 3 saata zənginləşdirirəm. Ona görə depth 6 dan 8-ə yüksəlib. Yaratdığım boş məqalələr isə bu zənginləşdirdiklərimlə bilavasitə əlaqəlidir.
Adları bilinməyən şəxslərin isə tapan kimi dəyişdirirəm. Çünki sovet dövründə titrlərdə şəxslər soyadları ilə göstərilirdi. Ona görə filmdən filmə fərq var elə film var ki, adları ilə birgə göstərilir. Mən də o saat həmin şəxsin adını qeyd edirəm. Yəni bu tədqiqat işidir. Hər gün yeniliklərlə qarşılaşırsan. İstər şəkil olsun, istər adlar. Elə Vüqar adlı naməlum şəxsin də soyadını bilən kimi qeyd edəcəyəm. Hələlik həmin şəxs özünü titrlərdə Vüqar kimi təqdim edib. Elçin kimi, Anar kimi, Təhminə kimi. Məsələn Təhminə adlı aktrisanın soyadını mən bildiyim üçün onu Təhminə Məmmədova kimi təqdim etmişəm. İndicə baxdım 5-6 min məqalədən ən azı 2 min nəfərinin şəklini yrrləşdirmişəm. Buna vaxt tapıb etmişəmsə hələ böyük işdir.
Görürəm məqalələrin boşluğu sizi yaman narahat edir. Aruz (istehzalı şəxs) və AMD, ümumiyyətlə bütün istifadəçilərə müraciət edirəm. Siz özünüz də bu məqalələri zənginləşdirə bilərsiniz. Ən azından filmoqrafiyanı yazmaq olar. Misal olaraq göstərirəm. Çox sadə bir yol bu səhifəyə baxın.
Eynilə bütün şəxslərin adını yazıb hansı filmlərə çəkildiklərini öyrənə bilərsiniz və "boş" məqalələri zənginləşdirə bilərsiniz. İnddi deyəcəksiniz mənim vaxtım yoxdur, ya da ki, maraq dairəmə aid deyil. Onda əngəl olmayaraq imkan verin özüm bu işləri görüm. Hər halda mən də robot deyiləm, insanam əgər bir ildə 47000 redaktə etmişəmsə deməli boş məqalələri yaradıb qırağa çəkilməmişəm. Çünki düşünürəm ki, filmlər barədə məqalələr daha önəmlidir. Şəxsləri isə hələlik şəkillərini yerləşdirirəm. Sadəcə bu filmoqraifyalar yerləşsə depth 40-50-yə çata bilər.
Polemikanı isə mən hamıdan az istəyirəm.
--Vusal1981 20:15, 29 dekabr 2007 (UTC)
Merhaba arkadaşım Vüsal. Senden birkaç isteğim var. Bunlar;
1-)Artık yeni məqələ yaradmaq yerine olan məqələleri düzenlemek. Çünkü Vikipediya'nın məqələ sayısı arttı ama içleri boş. Bu birkaç haftaya qadar sorun olmaya başlar.
2-) Bu şəkil gibi ekran yakalama şəkillərini məqələ başına en fazla 1 tane yerleştirmen. Çünkü 1'den fazla ekran yakalama şəkili eklenmesi yasak.
3-)Vikipediden çox bir forum sitesindeymiş gibi duran Azərbaycan kinosu'nu vikipediye yakışır hale getirmek. Çünkü Vikipedide "Azərbaycan Kinosu#YENİ MƏQALƏLƏR|YENİ MƏQALƏLƏR" gibi bir başlık durmamalı (ensiklopediyalıka aykırı), başlıqlar qalın ve büyük xərf ile yazılmamalı (tarafsızlığa aykırı), "Azərbaycan Kinosu-Qısametrajlı Sənədli Televiziya Filmləri|Burada olduğu gibi" bazı film isimleri kalın olmamalı (tarafsızlığa aykırı),
- Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir.
gibi bir cümle vikipedide olmamalı (tarafsızlığa aykırı),
- FİLMİN BÜTÜN MUSİQİLƏRİNİ YÜKLƏ-MP3 böyle bir link meqelelere konmamalı. Baxınız tr:Vikipedi:Stil rehberi (bağlantı).
- 1. 1001-ci Qastrol (1974)-1____"Mediya:1001-ci_Qastrol_(1974)-1.ogg | YÜKLƏ
- "multi-listen item|filename=1001-ci_Qastrol_(1974)-1.ogg|title=fayl haqqında|format=Ogg"
Bu tür ogg dosyalarından 1 den fazla konmamalı.
- Sonuç olarak çoğu maqale Vikipediya:Beş əsas prinsipe uymamakttadır. Lütfen sözlerimi yanlış anlamayın, arkadaşlığımız bozulsun istemiyorum ve size değer veriyorum. Ben bir kaç konuda maqalelerde temizleme haraketlerine başvuracağım bana kömek edeseniz sevinirim. İyi akşamlar--Uaaannis 19:44, 29 dekabr 2007 (UTC)
- Uannis, TAM RAZI. --A_M_D m-f 19:49, 29 dekabr 2007 (UTC)
Uannis hangi bir harekete başlamadan önce müzakireye çıkar sonra. Bana yukarıdakı teklifime evet deyib komek eden olsa sənin irəli sürdüyün məslələri həll edə bilərəm.
1) Şəkillərin 4 dənə olması məncə probelm deyil onu da bir şəkildə birləşdirmişəm. Digərlərini də elə edə bilərəm. Çünki bir çox ingilis məqalələrində ən az 4 şəkil var. 1 şəkil yeterli deyil
2)Yeni məqalələri çıxarmaq və qalın hərflə yaılanları düzəltmək də problem deyil. Bu məqalələrə zərər verməz. Cümlələri də dəyişmək olar. Onları birbaşa kino kataloqundan köçürdüyüm üçün fikir verməmişəm.
3)Xarici keçid musiqi fayllarının gündə iki üçünü ləğv edirəm
4)Musiqi fayllarını ən az 3-4 ancaq çoxunu bir faylda birləşdirərək 1 fayla yığmaq olar. Ancaq Koroğludakı musiqiləri bir fayla yığmaq olmaz. çünki 5 mb- keçməməlidir. Bunu Timbitslə müzakirə etmişik. En vikide 3-4 ogg faylı olan syafalara da rast gelmişəm.
Bir daha deyirəm yuxarıdakıları düzəldə bilərəm. Bir şərtlə ki, mənə kömək edən çıxsın. Yəni bərabər olaraq şəxslər məqalələri inkişaf etsin. Çünki mən bu işləri gördükdən sonra yenə film-məaləylə başım qarışacaqdır. Burada səhvləri deyən çoxdur, ancaq yerinə yetirən az.
--Vusal1981 20:25, 29 dekabr 2007 (UTC)
Salam. Vusal bu meqaleleri yaradarken bu mesele acilmisdi ve indi meqaleleri yaratdigini, tedricen de terkibini zenginlesdireceyini demisdi ve bu cur qarsiliqli anlayis yaranmisdi. Eger dediyini edirse onda men indi bu meseleni yeniden qabartmaga sebeb gormurem. Eger bu zenginlesmenin sureti kimise qane etmirse (basa dusulen iraddir) elbetde ki, isin bir ucundan yapismaga hec kim mane olmur. --TimBitsتِمبِتس 20:37, 29 dekabr 2007 (UTC)
- Timbits xoş gördük. Qarşıdan gələn bayramlarında mübarək :)
- Məsələnin qabardılmasından artıq keçib. Əvvəldə dediyim kimi 20.000-ə ümumi vikipediya siyahısında yeni mərəhələ olduğu üçün bu üsullar bu sayı əldə edək amma daha sonra məqalələri zənginləşdirməyə başlayaq. Əlavə boş məqalələr yaradılarsa azviki kataloq olacaq, ensiklopediya yox. Yuxarıda ətraflı yazmışam.
- Vüsal, Uannisin başladığı işi alqışlayıram. Şəxs şablonlarının fərqləndirilməsi gözəl addımdır. Kateqoriya məsələsini də unutmaq lazım deyil-Kinoya aidiyyatı olmayan adamları bu kateqoriyadan çıxartmaq lazımdır. Bu barədə müzakirə səhifələrində geniş yazmışam.
- O ki, qaldı köməyə-sosiologiya, fəlsəfə, biologiya, kimya, fizika və s. fundamental elmlər sahəsində kifayət qədər mənəbəyə və biliyə malikəm. Təəssüf ki, kino və incəsənət sahəsində ədbiyyatda çox kasıbam. Sizə mənbə baxımından kömək edə bilməyəcəyəm amma texniki məsələlərdə-şablon, kateqoriya dəyişdirilməsi kimi məsələlərdə böyük məmuniyyətlə.
- Uğurlar--A_M_D m-f 20:49, 29 dekabr 2007 (UTC)
Alim olmaq lazım deyil. Bu səhifəyə bir daha baxın. Gogle Search
Oraya şəxslərin adını yazaraq çıxan filmləri şəxslərin filmoqrafiyalarına yerləşdirmək özü böyük bir proqresdir. Gündə 5 nəfər belə düzəldilə bilsə 3-4 aya depth- gürcüləri də keçərik. ÖZünüzün vaxtı yoxdursa digər tanıdığınız istifadəçilərə müraciət edin. Yenə deyirəm mənə kömək lazımdır. Ancaq ilmlərdə çəkilmə yoğunluğundan aslı olaraq siyasi şəxslərdən kino kateqoriyası götürülə bilər. Çox çəkilənlər isə artıq maraq doğurur. Hətta onlar üçün filmoqrafiya bölümünü açmaq lazımdır. Məsələn Heydər Əliyev üçün həm bölüm açılmalıdır. Həm də kateqoriya qoyulmalıdır. Bunlar ssonranın işləridir. İndi isə mənə köməkçi olsa gələn il bütün məqsədlərə çatarıq. Şəxslər barədə boş məqalələrə gəldikdə isə yen deyirəm onsuz da işin 80-90 faizi görnünüb. Qalıb 5-6 min bəlkə ddə az şəxs. Bu mənim təxminimdir. Onların əkəsriyyəti televiziya işçiləridir. Təşəkkürlər.
--Vusal1981 21:00, 29 dekabr 2007 (UTC)
- Burada tanışım demək olar ki, yoxdur. Əksərinin internetə çıxış imkanları çox azdır deyə buraya hələ ki, qoşula bilmirlər. Yoxsa burada aktiv istifadəçi problemi olmazdı.
- Vüsal kino kateqoriyasına kino sənayesinə aid olan şəxslərin adları salınmalıdır.Misal üçün - rejissorlar, aktyorlar, ssenaristlər, operatorlar, montajçılar, redaktorlar, film direktorlar, film menecerləri və s. kino kateqoriyasına aid edilməlidir. Heydər Əliyev və s. siyasi şəxslərdə eləcə də qeyri kino şəxslərinə aid məqalələrin daxilində müvafiq yerdə sadəcə haqqında olan filmlərin adını və ya ayrıca bölümdə bu barədə məlumat verməklə kifayətlənmək olar.
- Texniki məsələlərdə çalışaram kömək edim. Birdə televiziyanın hər texniki işçisi barəsində məqalə yaratmaq lazım deyil.
- Bu bizim ilk razılığımızdır deyəsən. Bundan əvvəl mübahisələrimizdə razılığa gəlməyimizi xatırlamıram.
- Uğurlar--A_M_D m-f 21:18, 29 dekabr 2007 (UTC)
Yenə razılığımız pozulacaq deyəsən. Çünki mən bütün kino işçilərinin adlarının salınması trəfdarıyam. Vikipediyanın bununla fərqlənməsini istəyirəm. Rejissorundan işıqçısına qədər. Kinomuzda canını qoyan elə işıqçı (kino işçisi) var ki, onların adı heç yerdə olmur. Burada olması və zənginləşdirilməsi əla olacaq.
O ki qaldı siyasi şəxslərə onları əsl kino işçiləri ilə qaırşdırmamaq üçün filmdə iştirak edənlər, arxiv kadrlarda işt. edənlər. və s.
--Vusal1981 21:32, 29 dekabr 2007 (UTC)
Bu cür mübahisələri bir tərəfə qoyup bu vikidəki boş məqalələri nəcə daha yaxşı inkişaf etdirəbiləriq onu fikirləşəx. Vüsal da bir vaxtlığına boş məqalə yaradmayı durdurup var olanları ən azından bir kaç cümlə ilə doldurabilərsə çox yaxşı olar.
Məncə fəal istifadəçilərin azlığının səbəbi, Azərbaycan'daki internet qullanımının zəifliği. İnternet qullanımının artması üçün xalqın ekonomisinin və şüurunun inkişaf etməsi lazımdı.-- İğdirlisabri76müzakirə 12:19, 30 dekabr 2007 (UTC)
- Kino işçilərinin əlbəttə. Bəzən görürsən ki, titrlərdə sürücülərin adlarını belə veririlər. Bu cürlərini salmaq lazım deyil demək istəmişdim.
- Kino haqqında məqalədə həmin kinoda hansı siyasi xadimlərin iştirak etdiyini yazmaq olar amma bu şəxsi kino kateqoriyasına salmaq düzgün deyil.
- Eyni adları və soyadları olan şəxslər haqqında məqalə yaradarkən istiqamətləndirmə səhifələrindən istifadə etmək düzgün olardı. yanlarına (I), (II) qoymaq lazım deyil. ata adları ilə və ya peşələri ilə fərqləndirmək lazımdır.
- Sabri, tam razı. İnternetə çıxış problemi var və ən pisi də budur ki, vikipediya kimi layihələrdə fəaliyyət göstərmək istəyənlərin çətinliyi bu cəhətdən daha artıqdır.
- Məndə elə neçə vaxtı deyirəm ki, boş məqalələri doldurmağın vaxtı çatıb. Uğurlar--A_M_D m-f 12:27, 30 dekabr 2007 (UTC)
Portal:Azərbaycan Kinosu
Azərbaycan Kinosu Portalı açıldı. Hamımıza xeyirli olsun. Dünya kinosu ilə əlaqədər Kino portalının da açılması diləyi ilə.
--Vusal1981 04:32, 30 dekabr 2007 (UTC)
Portalı açmağımı təqdir etdiyinizə görə sağ olun.
AMD İradə xanıma demisən ki, əyilmirəm. Sən mənim yerimə olsaydın həvəsin ölərdi ve heç vikipediyaya girməzdin. Sürücü şofer mənaında sürücü deyil relsə qoşulmuş ştativi irəli geri hərəkət etdirənə deyirlər. Dəqiqləşdirmə də olar ancaq məncə belə daha şıq görünür. Ancaq görürəm mənə kömək təklifimi havada qoydunuz. Boş məqalələrin doldurulmsaını istəmək azdır, iş görək lazımdır. Bunları istehza kimi qəbul etməyin. Sizdən konkret kömək etməyinizi istəyirəm. Yenə deyirəm 30 dəqiqə vaxt sərf rtməniz bəsdir ki, 3 aya vikipediyanın depthi gürcüləri keçsin. Hər halda mən belə təxmin edirəm. Sizə təklifim budur. Uannisin dediyi kimi hərflə və illər səhifələrində bəzi məqalələrin mükəmməlliyini fərqləndirərək və bilməyərək ki, qanun pozuntusudur necə deyərlər daha da qabarıq rənglə göstərmişəm. Sizdən xahişim səhifələrdəki bütün məqalələrin üstün bu qabarıqlığı götürməniz və digərlərindən fərqləndirməmənizi sağlamaqdır. Nə vaxt istərsəniz başlaya bilərsiniz. Yetər ki, bu işi boynunuza götürün.
İğdırlı proses artıq başlayıb. Dünən btün gecəni işləyib portal açdım. Uannis mənə yardım edir. Səndən də bir şeyi rica etsəm yardım edersenmi? Hatta gündə 30 dakika vaktini ayırsan bele. Boş makaleler suratla dolacaq. Yaani Uannise yardım edebilirsen əla olur. Mən şəxs mqalələrini ddoldura ilməsəm də, filmləri doldururam. 2000-dən fazla boş ffilm makalesi var. Onları doldurmaq daha vacib ve daha zordur. Yardım etmek isteyini görüyorum. O zaman Uaannise yardım et. Şöyel. Aşağıdakı linke lütfen bak.
Bu linke istenilen boş makaleni yaz. Çıkan filmleri copy edip şexslerin filmoqrafiya bölümüne göçür. İnan ki bunu yaparsan bana böyük yardım etmiş olursun. Mesela dün Uannis 10 dakikaya 5 sayfa doldurdu. Mesela şu sayfa : Abbas Qəhrəmanov. Uğurlar.
Üzümü hamıdan daha çox üzülən Aruza tuturam. Hörmətli Aruz yuxarıdakı təkliflərimdən birini sən də qəbul edib işə başlasan sevinrəm. Məni günhlandıraraq yaxanı kənara çəkmək asandır. Xahiş edirəm bir az da kömək edin. Yeenə deyirəm mən oyun oynamıram burada ancaq robot olmadığımı da yadınıza salın. Hələ ki, gücüm boş film məqaləlrini doldurmağa çatır. YENİ İLİNİZ MÜBARƏK. --Vusal1981 04:32, 30 dekabr 2007 (UTC)
- Vusal1981, mən sinematoqrafiya barəsində çox fikrim yoxdu və buna marağım da yoxdu. Sizə köməkçi vəzifəsinə girməyə də niyətim yoxdur. Fəalliyətiniz bir bölümünü təqdir etsəm də, bir o qədər də qalmaqal yaratmısınız. Bunu mümkün dərəcədə aradan qaldırmaq, səliqəyə salmaq istəyirəm. Və vikipediyada heç bir bölüm, heç bir məqalə kiməsə aid deyil. Biyologiya mənə aid deyil, kino da sizə. Ona görə də "öz işinizlə məşğu olun", "mənə köməkçi lazımdır" kimi anlayışlar mənasızdır. Vaxtınız olduğu qədər qəbul edilmiş qaydalar, standardlar çərçivəsində fəaliyyəti davam etdirmək lazımdır. Qachaqaç ilə başqa vikilərə keçmə yarışı açıqdır ki azvikiyə zərər vurur. Ayrıca mənə qarşı müraciətinizdə bir neçə yerdə kobudluq sərgiləyirsiniz. Bunu təcili sürətdə kəsməyi tələb edirəm, xahiş deyil. -Aruzmfəal14:33, 30 dekabr 2007 (UTC)
- Mən yazılarımı diqqətlə oxudum. Kobudluğa rast gəlmədim. Mənim məqaləm sözünə də rast gəlmədim. Əslində aprel ayından bəri burada heç bir iş görməyərk qəflətən haradansa otalığa çıxaraq aləmi bir-birinə qatan sizsiniz və məni polemikaya çağırırsınız. Mən sizi tanımıram və sizinlə ağız güləşi etməyə hövsələm də yoxdur. Tələbinizi isə özünüzə saxlayın. Təklif etdim. Davaya çevirdiniz. Hamı gözəl bilir ki, burada kim vikipediya üçün can yandırır. Kim könül bulandırır.