Vikipediya Kend Meydani Arxiv Dekabr 2010 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
46 min oldu
Gəlin bir qədər də könül açan işlərdən danışaq. Artıq Azərbaycan Vikipediyasında 41 min məqalə vardır. Birini də indi mən yaratdım oldu 41.002 məqalə. Hamını bu münasibətlə təbrik edir və tempi aşağı salmamağa cağırıram . Bu nəticədə dostlarımız Vaqo və Ceklinin fəaliyyəti xüsusi qeyd edilməlidir. --Acategory 15:48, 22 noyabr 2010 (UTC)
- Hamıya təbriklər. 50-minə az qalıb, ondan sonra da 100-ü haqlayarıq inşallah. Məqalə yaradanda əgər məqalənin adına alterativlər varsa bunları da yönləndirmə kimi yaratmğı unutmayın. Bu cür alternativlər rəsmi olmayan amma geniş yayılmış adlar və ya çox işlədilən səhv forma və s. ola bilər. --TimBitsتِمبِتس 16:09, 22 noyabr 2010 (UTC)
Cəmi bir günə 55 yeni məqalə. Biz hara gedirik ? --Acategory 11:09, 23 noyabr 2010 (UTC)
Azərbaycan Vikipediyasında məqalələrimizin sayı artıq 42 mindir. Hamını təbrik edir, əziyyəti olanlara isə xüsusi təşəkkür edirəm.--Acategory 19:06, 28 noyabr 2010 (UTC)
yaxşıdı. mənsiz xeyli irəliləmisiz.--Amon-Ra999 12:30, 29 noyabr 2010 (UTC)
Məqalə sayı artır, keyfiyyət göstəricisi isə azalmır. Çox sevindirici haldır. Bu son vaxtlar bizim fəal vikidaşların (bu ifadəni, səhv etmirəmsə, ilk dəfə İstifadəçi:Aruz burda işlədib, elə o vaxtdan öz aramızda bir zarafat kimi qalıb ki, "vikidaş" yazanda sözün müəlliflik hüququ ilə qorunduğunu mütləq qeyd etmək lazımdır:)) daha da fəallaşması və sıralarımıza yeni-yeni dostların qoşulması sayəsində mümkün olub. Bu hələ yüksəlişin başlanğıcıdır. İnşallah, gələn il AzVikinin tarixində görünməmiş yüksəliş ili olacaq.--Sortilegus 22:06, 29 noyabr 2010 (UTC)
Artıq 43 mindir...təbriklər.. :) --Rzalı 16:26, 1 dekabr 2010 (UTC)
Hamını təbrik edirəm. İnşalllah ayın sonunacan 50 min olar.--Vugar 1981 05:15, 2 dekabr 2010 (UTC)
Həqiqətən superdir eee)) Belə sürətlə məqalələrin sayı artır. Yaxşı!--Robert Langdon 15:51, 3 dekabr 2010 (UTC)
Belə fəaliyyət təqdirəlayiqdir. Uğur olsun!
--Vüsal Ağayev 16:28, 3 dekabr 2010 (UTC)
Təbriklər və Vagoya təşəkkürlər --Robert Langdon 12:00, 11 dekabr 2010 (UTC)
Çox mühüm sədd idi. İnşallah bundan da yüksəyinə çatarıq.--Vugar 1981 12:04, 11 dekabr 2010 (UTC)
Hamıya təşəkkürlər. Minimal hədəf 50000-dir, onu aşmaq da problem deyil, sadəcə, məqalə yaradan kimi keyfiyyət göstəricisi aşağı düşür. Hələ ki 22-də saxlamağa müyəssər oluruq, görək axırı nə olur :) --Vago 12:09, 11 dekabr 2010 (UTC)
Vago sən məqalələri yaratmaqda davam elə. Keyfiyyət göstəricisi mənlikdir. 20-yə kimi düşməsinin ziyanı yoxdur. --Cekli829 9:08, 13 dekabr 2010 (Cek vaxtı ilə)
- Keyfiyyət göstəricisi düşəndə (21.5 limitinıə nəzarət edirəm) hiss eləyirəm ki iş getmir, ona görə keyfiyyəti qaldırmaqla məşğul oluram. --Vago 07:13, 13 dekabr 2010 (UTC)
artıq 46 000 təbriklər ))--RamireZ 12:11, 18 dekabr 2010 (UTC)
Hədiyyə
Dostlar hədiyyə səhifəsini (baxın) Azərbaycan dilinə tərcümə etmişəm. Lakin yoxlamadan keçməsi lazımdır. Mən Azərbaycan dilini çox bilmədiyimdir ötəri yazım səhvləri ola bilər. Sizlər nəzarət edin əgər varsa redaktə etin sonra idarəyə göndəriləcək. E M P E R Y A N ✍ 18:36, 29 noyabr 2010 (UTC)
Burda mən mətn tərcüməsində xeyli dəyişiklik etdim. Rus variantını əsas götürmüşəm. İdarəçilərimiz və istifadəçilərimiz bir nəzər salsınlar, etiraz doğuran məqam yoxdursa yekun variant kimi qəbul edək. --Sortilegus 12:19, 1 dekabr 2010 (UTC)
- Azərbaycanlı olanların çoxu Rus dili bilirmi? E M P E R Y A N ✍ 12:38, 1 dekabr 2010 (UTC)
- Orta və yaşlı nəsil bilir. Gənclərin isə yalnız (təxminən) 60%-i və o da Bakıda. --Proger danış 19:24, 1 dekabr 2010 (UTC)
- Sovetlərdən yeni müstəqilliyinizi elan etmiş sayılırsınız. Görəsən ondan ötəri varmı? Sovetlərə asılı olmanızdan ötəri varmı? (Səhv başa düşülməsin, Cümləni tam kuramadım :)) E M P E R Y A N ✍ 13:44, 2 dekabr 2010 (UTC)
- O üzdən də mən cümlənin anlamını duya bilmədim :). --Proger danış 23:08, 3 dekabr 2010 (UTC)
Viza rejimi
Burda 2 əhəmiyyətli səhifənin yaradılmasına ehtiyac var. Birincisi, Azərbaycan Respublikasının vətəndaşı dünyanın hansı ölkəsinə gedəndə viza almalıdır, haradan almalıdır, neçə müddətə almalıdır, vizasız hansı ölkəyə gedə bilər. Azərbaycanla arasında qarşılıqlı və birtərəfli vizasız rejim olan ölkələrdə nə qədər qala bilər. Azərbaycan üçün qarşılıqlı və birtərəfli vizasız rejim, mən bildiyim qədər, Azərbaycanla MDB ölkələri, eləcə də Türkiyə, Gürcüstan və İran arasındadır. Amma orda da müəyyən vaxt məhdudiyyəti var. Tutaq ki, hansısa MDB ölkəsində bizim vətəndaş vizasız yalnız 1 ay, hansındasa 3 ay qala bilər və s. Bir də eyni məsələ Azərbaycana gələn xarici vətəndaşlar üçün necədir. Bu yaxınlarda bizdə bu sahədə müəyyən dəyişikliklər edildi, səhv etmirəmsə, hava limanında əcnəbi vətəndaşlara viza verilməsi ləğv olundu. Bunları bilən varsa, bu 2 səhifənin yaradılmasında bizə yardımçı olsun. --Sortilegus 21:52, 29 noyabr 2010 (UTC)
- Yəqin ki, bu səhifəni nəzərdə tutursunuz.-- Pərviz 23:01, 29 noyabr 2010 (UTC)
- Türkçe'ye çevrilmiş. Ancak güncellenmesi lazım sanırım.--Reality 19:16, 30 noyabr 2010 (UTC)
Bəli, biri bu səhifədir. Amma həm ingilis, həm də türk variantında məlumat natamamdır.--Sortilegus 12:21, 1 dekabr 2010 (UTC)
- Türk dilindən tərcümə edə bilərəm. E M P E R Y A N ✍ 12:41, 1 dekabr 2010 (UTC)
Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında--Bakuemil 13:24, 16 dekabr 2010 (UTC)
Vikisitat kimi yazılsa düzgün olmaz? İngilis vikidə Wikiquote yazılır. Həmçinində digər viki layihə adlarında bu problem var.-- Pərviz 22:09, 25 Oktyabr 2010 (UTC)
- Dəstəkləyirəm. Adi formada yazılsa daha yaxşıdır. --Proger danış 23:21, 6 noyabr 2010 (UTC)
İdarəçilər bu məsələyə fikir bildirsə yaxşı olar. Vikilayihənin adının dəyişdirilməsi (Wikiquote → Vikisitat) üçün bugzillaya müraciyyət etmək fikrindəyəm.-- Pərviz 23:15, 30 noyabr 2010 (UTC)
- Etiraz etmirəm --Irada 06:13, 1 dekabr 2010 (UTC)
Ciddi məsələdir. Dəyişikliyin edilməsi qərara alınsa çoxlu sistem məlumatlarında, şablonlarda da dəyişiklik etmək lazım gələcək. Ona görə məncə, hələ müzakirə edib konsensusa gələndən sonra Buqzillaya müraciət etmək olar. --Sortilegus 12:16, 1 dekabr 2010 (UTC)
Məncə indiki halı daha yaxşıdır. Həm də bu adı ilk dəfə görənlər üçün mürəkkəb "VikiSitat" sözünü əmələ gətirən 2 sadə sözün harada başlayıb, harada bitdiyini aydın şəkildə ifadə edir. Wertuose 13:56, 2 dekabr 2010 (UTC)
Bu problem kifayət qədər aktualdır. Amma onu elə buradaca yekunlaşdırmaq olar. Əgər VikiSitat dəyişilib Vikisitat olarsa, o zaman VikiLüğət, VikiKitab, VikiMənbə layihələrində də analoji addımı atmalıyıq. Yox, əgər VikiSitat qalarsa, o zaman bəs Vikipediya ilə bağlı hansı addım atılmalıdır? Cavab çox sadədir: Pediya adlı termin dilimizdə yoxdur. Ona görə də Vikipediya digər layihələrdən fərqli olaraq oilduğu kimi də qalmalıdır. Bütün bunları nəzərə alaraq fikrimcə dəyişiklik etmək olmaz. Yox əgər dəyişiklik edilməlidirsə, o zaman o dəyişikliyi ən qısa müddətdə etməli və böyük qüvvə sərf edərək, ən qısa vaxtda sistem məlumatlarında, şablonlarda, kateqoriyalarda və sair səhifələrdə də müvafiq dəyişiklik edilməlidir. Buna fiziki güc sərf etmədən bot vasitəsi ilə də nail olmaq mümkündür. Hər halda Sizə mənim cavabım aydın oldu. Mən hər iki variantı dəstəkləyirəm. --Cekli829 18:13, 2 dekabr 2010 (Cek vaxtı ilə)
- Sizcə "Versitet" adlı termin varmı? Yəqin razılaşacaqsız ki, yoxdur.-- Pərviz 22:14, 6 dekabr 2010 (UTC)
Məncə bu çox böyük problem deyil. Sistem məlumatları çox deyil bununla bağlı. İstəyirsinizsə siyahı hazırlaya bilərəm. Yekun nəticədən sonra dəyişiklik edərik. -- Pərviz 23:14, 2 dekabr 2010 (UTC)
- Hazırlayın. --Proger danış 11:29, 3 dekabr 2010 (UTC)
- Siyahı burdadır. Məncə bunu tezliklə həll etmək lazımdır. Vikilüğətə baxsanız görərsiniz ki, oranın Ana Səhifəsində "Vikilüğət" kimi yazılıb. Vikimənbədə isə "VikiMənbə". Loqo da fərqlidir. Hamısında uyğunluq olmalıdır.-- Pərviz 22:13, 6 dekabr 2010 (UTC)
"Vikipediya" və "Vikiversitet" layihələrinin adlarının bu formada yazılması təbiidir. I-də "Ensiklopediya" sözündəki "Ensiklo", II-də "Universitet" sözündəki "Uni" "Viki" sözü ilə əvəzlənib. Yəni, "Viki" hissəsini çıxaranda nə "Pediya", nə də "Versitet" ayrıca söz kimi mövcud ola bilməz və anlaşılmaz. Amma "VikiMənbə", "VikiSitat", "VikiKitab", "VikiLüğət"də sözün 2-ci hissəsi bütövdür və ona görə də böyük hərflərlə qeyd olunub. --Sortilegus 23:03, 6 dekabr 2010 (UTC)
- Əgər siz deyən kimi olsaydı, "Azərkörpütikinti", "Azərsu" və s. adlar da siz deyən kimi yəni, "AzərKörpüTikinti" və s. kimi yazılardı.-- Pərviz 00:43, 7 dekabr 2010 (UTC)
Mənə (bizə) bir dilçi desin görüm VikiLüğət yazılış forması nə vaxtdan bizdə qəbuldur? Axı bu cür yazılış ümumiyyətlə qəbul deyil. Vikilüğət. Vəssalam. Özümüzdən niyə nəsə qayıraq e? DəvəQuşu yazılır? Lütfən... --Proger danış 23:08, 6 dekabr 2010 (UTC)
Əgər ümumi layihənin adı "Dəvə" ilə başlayırsa, "DəvəQuşu" ola bilər. Layihənin bir qolunun adı "DəvəQuşu" olar, birinin adı "DəvəYunu". Amma "Dəvəpediya" və "Dəvəversitet" elə belə də yazılmalıdı:)--Sortilegus 23:40, 6 dekabr 2010 (UTC)
- Nə danışırsınız? Necə yəni layihənin adı "Dəvə" ilə başlayırsa ola bilər. "Dədə(H)aqqı" ilə başlasa da olmaz. Dəyişilməlidir. Heç bir vikidə belə deyil. Dilimizdəki qanuna da uyğun deyil. --Proger danış 23:43, 6 dekabr 2010 (UTC)
Azərbaycan dilində "sitat", "lüğət", "kitab" sözlərinin hansı sözlərlə bitişik formada işləndiyi hallarına rast gəlmisən?--Sortilegus 00:01, 7 dekabr 2010 (UTC)
- İş də orasındadır ki, özümüzdən durub çıxarmaq olmaz. Rastlaşmamışıq. Bəs hansı haqqla "VikiLüğət" olur? Rastlaşmamışıqsa elə Vikilüğət olsunda. Dilin yazılış qanuna daha uyğun elə Vikilüğətdir. Bilirsinizmi, Sortilegus bu elə bir məsələdir ki, burada çox tab gətirmək alınmayacaq. Məsələni səs vermə həddinə gətirib çıxarmayaq. Konsensus olmalıdır. Dilimizin yazılış qanununa daha çox kiçik hərflərlə yazmaq uyğundur. Məsələn: Vikilüğət, Vikikitab və sair. VikiLüğət, VikiKitab bu artıq özündən çıxarmadır. Bu cür yazılış düzgün deyil. Dilçi var burada? Bir yazsın sakitləşim də mən. Hətta bu cür yazılış formasının qəbul olunması belə səbəb deyil ki, məhz elə VikiLüğət formasında yazmaq lazımdır. Bu məsələnin özü belə müzakirə edilə bilər. İstənilən digər problem kimi. --Proger danış 00:24, 7 dekabr 2010 (UTC)
Azərbaycan irəli!
Bu gün - 1 dekabr 2010-cu il tarixi AzViki üçün çox uğurlu başladı. Belə ki, dünən - noyabrın son günündə 55-ci sırada olan vikipediyamız bu gün qeydə alınmış son göstəricilərə görə 53-cü pilləyə yüksəlmişdir. 1 iyun 2010-cu ildə əldən verdiyimiz 53-cü pilləyə yenidən qayıtmağımız münasibətilə bütün istifadəçilərimizi təbrik edirəm! Bu işdə xüsusi əməyi olanların hər birinə isə ayrı-ayrılıqda (xüsusilə Vagoya) təşəkkür edirəm! --Cekli829 10:00, 1 dekabr 2010 (Cek vaxtı ilə)
Çox şad oldum. Vagoya təşəkkürümü bildirirəm: Yorulmayasız :)--Irada 06:13, 1 dekabr 2010 (UTC)
Mən də şad oldum və bütün istifadəçiləri təbrik etməklə yanaşı birlikdə daha böyük nailiyyətlərə imza atmağımızı diləyirəm.--Vago 06:27, 1 dekabr 2010 (UTC)
Mən də çox sevindim. Yeni-yeni nailiyyətlərə imza atmaq ümidi ilə həamını təbrik edirəm.--Vugar 1981 06:49, 1 dekabr 2010 (UTC)
Məndə zəhməti keçən bütün Vikipediyaçıları təbrik edirəm.--Rzalı 07:28, 1 dekabr 2010 (UTC)
Vago eşq olsun! Eşq! Ciddi deyirəm! 45 mini aşana kimi belə də davam elə ;)). --Proger danış 09:04, 1 dekabr 2010 (UTC)
Əla! Növbəti hədəf gürcülərin vikipediyası -- Pərviz 10:17, 1 dekabr 2010 (UTC)
Eşq olsun! Təbriklər! --Sortilegus 12:11, 1 dekabr 2010 (UTC)
Əla! Gözəl nəticədir, amma, əla deyil! Gəlin AzVikini əla edək)--Robert Langdon 18:31, 1 dekabr 2010 (UTC)
Təbriklər. Vagoya da xüsusi təşəkkürlər. Bu templə gürcüləri 2-3 günə keçə bilərik :) Wertuose 13:51, 2 dekabr 2010 (UTC)
Təbriklər. --Axan.bulut 14:27, 2 dekabr 2010 (UTC)
Əziyyəti keçən hər kəsi, əsasən də Vagoyu çox çox təbrik edirəm. Sükanı belə saxla. :)--Bakuemil 23:23, 2 dekabr 2010 (UTC)
Ha! Vago sökür e! 44 mini aşmışıq. Super! :) Eşq olsun Vago-ya! --Proger danış 11:30, 3 dekabr 2010 (UTC)
Təbrik edirəm. Gürcülərin yanından ildırım sürəti ilə keçdik:))))) --Cekli829 16:05, 3 dekabr 2010 (Azərbaycan vaxtı ilə)
Təbriklər!!!!!! və Vagoya təşəkkürlər!!!! --Vugar 1981 12:11, 3 dekabr 2010 (UTC)
Azərbaycan Vikipediyasının yeni nailiyyətlərinə ürəkdən sevinir və hər bir vikifəalı təbrik edirəm. Xüsusi təbrik və təşəkkür dostumuz Vaqoya düşür. Günü-gündən həm kəmiyyət və keyfiyyət göstəriciləri addım-addım artır. Bu belə də olmalı idi. Səhər iki yeni məqalə yaratdım, oldu 42 min 276 məqalə . --Acategory 06:46, 4 dekabr 2010 (UTC)
Mən də yeni bir uğurumuz – AzVikinin 52-ci yerə yüksəlməsi münasibətilə bu işdə əməyi olan bütün Vikidaşlarıma minnətdarlıq edirəm. Yeni-yeni nailiyyətlərə imza atmamız ümidi ilə --Vago 07:14, 4 dekabr 2010 (UTC)
Məndə təbriklərə qoşuluram! Əməyi olan hər bir kəsə təşəkkürümü bidirirəm. Yeni-yeni zirvələri fəth etmək arzusu ilə:--Sultan11 20:13, 5 dekabr 2010 (UTC)
Hamını təbrik edirəm. İnşallah 1 ildən sonra 500 min məqalə olar.--Vugar 1981 12:05, 11 dekabr 2010 (UTC)
Keyfiyyəti necə artırmalı?
Yeni məqalələrin yaranması keyfiyyətlə əks təsir göstərir. Müzakirə səhifələrin yaradılması, eləcə də məqalələrə keçid verən məqalələrin (redirect olunan) yaradılması, həmçinin redaktələrin sayı keyfiyyətin yüksəlməsinə birbaşa təsir edir (istifadəçi səhifələrinin sayının artması da müəyyən qədər təsir göstərir). Məncə başqa təsirlər o dərəcədə də önəmli deyil.
Keyfiyyətin qalxmasına təsir edən təkliflərimdən biri bundan ibarətdir ki, gündəmdə olan film adlarında dəyişiklik edəndə, əvvəlki adı redirektlə saxlamaq lazımdır.
P.S.:Keyfiyyəti yoxlamaq üçün {{Keyfiyyət2}} şablonundan istifadə etmək olar.--Vago 11:34, 5 dekabr 2010 (UTC)
- Bu səhifədəki istifadəçilərə {{xg}} şablonu yerləşdirməklə ümumi səhifələrin sayının artmasına və keyfiyyətin artmasına səbəb olar.-- Pərviz 20:39, 5 dekabr 2010 (UTC)
- Adı yuxarıda istinad verilən bu səhifəyə düşən hər bir yeni istifadəçinin istifadəçi müzakirəsi səhifəsinə {{xg}} şablonu əlavə etməklə keyfiyyət göstəricisini artırmaq düzgün deyil. Həmin səhifədə "Yeni istifadəçi" kimi qeyd olunan istifadəçiləri "xg" şablonu ilə salamlamaq olar. "Fəaliyyət" bölməsi qırmızı keçidli olsa da (yəni AzVikidə 1 redaktə belə etməsə də). Çünki o istifadəçilər lokal - yəni yalnız AzVikidə qeydiyyatdan keçiblər. Hansı istifadəçi adının qarşısında "Hesab avtomatik yaradılmışdır" yazılıbsa onun "Fəaliyyət" bölməsi mütləq olmalıdır (yəni fəaliyyət statistikasına keçid olmalıdır — burda heç olmasa 1 redaktə etməlidir). Çünki həmin istifadəçilər qlobal qeydiyyatdan keçmiş istifadəçilərdir və çox böyük ehtimal ki, intervikidən istifadə edib AzVikidə səhifəni açıblar. --Sortilegus 23:30, 6 dekabr 2010 (UTC)
Baxsanız pis olmaz
bu linkdə Vikinin səhv məlumat verdiyi deyilir. Bunu o qədər də ciddi qəbul etmək olarmı? Vikidə həqiqətən belə səhvlər olur?--Robert Langdon 15:18, 6 dekabr 2010 (UTC)
- "wikipediya.org elə bir saytdı ki, orada hər kəs qeydiyyatdan keçə və istədiyi şəxs haqqında məlumat yerləşdirə bilər. Stadniklə bağlı oradakı məlumatlar qeyri-ciddidi. Onun doğum tarixi düzgün göstərilməyib. Bu məlumat tamamilə yalnışdı. Stadnik dekabrın 3-də dünyaya gəlib. Bu idmançının pasportunda və FİLA-nın rəsmi saytında belə göstərilib. Biz bunlara istinad edirik. Yəni bunlar tam rəsmi məlumatlardı",
Biz də FİLA-ya istinad edirik. FİLA-nın rəsmi saytında 03/06/1988 tarixi yazılıb. Görəsən fikir bildirməzdən əvvəl bunu araşdırıblar? Dəhşət... -- Pərviz 20:11, 6 dekabr 2010 (UTC)
Nurçuluq maddesi hakkinda
Ne yazikki azerbaycanca pek bilmiyorum, o yuzden kusuruma bakmayin, Amam Nurçuluq maddesinde bu kisim Nurçuluq#"Risaleyi Nur" və onu oxumağın məcburiyyətləri tamamen kaynaksiz ve cok ciddi iddialar iceriyor. Sayfanin tarafsizligi acisindan ya tamamen kaldirilmali yada guvenilir kaynaklar gosterilmelidir. Bu kisim ayrica bir internet sitesinden aynen kopyalanarak telif hakki ihlal edilmistir. Ayrica bu sitenin tarafsizligi da tartisilir. Sadece bir internet sitesinin soyledikleri aynen kopyalanip yapistirilarak Vikipediya maddesi olusturulmamali oyle degil mi? Yakamoz51 16:07, 8 dekabr 2010 (UTC)
- Öyle, ama şu an için bizim Vikipediyanın gelişimine katkı sağlaması sebebiyle o tür makaleleri ve kısımları silmiyoruz. İlerde makale sayı arttıkca gereksiz makaleleri ve ya kısımları tamamen sile bilir ve ya değiştire biliriz. Kayd etdiğiniz bölümde karşı olduğunuz düşünceler varsa, onları inkar eden ve ya gerçekte nasıl olduğunu açıklayan bir kaç kaynak gösterin, onlara bakıp gerekli düzeltmeleri yaparım. Wertuose 10:49, 10 dekabr 2010 (UTC)
- Nurçuluq#"Risaleyi Nur" və onu oxumağın məcburiyyətləri kisminda bir internet sitesinden yazi aynen kopyalanarak telif hakki da ihlal edilmistir. Buna ragmen "Öyle, ama şu an için bizim Vikipediyanın gelişimine katkı sağlaması sebebiyle o tür makaleleri ve kısımları silmiyoruz" denilebilir mi? Bu Vikipediya kurallarinin acik bir ihlali olmaz mi?
- Birde maddenin gelismesini beklemek icin; marjinal bir siteden kopyalanan kismin tutulmasi genel olarak Vikipediya'ya guveni sarsmaz mi? Yakamoz51 15:57, 10 dekabr 2010 (UTC)
1 milyon redaktə
Elə bu dəqiqə 1 milyonuncu redaktəni etdim. İnşallah yaxın vaxtlarda əvvəlcə 1 milyonuncu səhifəni və bir qədər sonra isə 1 milyonuncu məqaləni də yaradarıq. --Cekli829 18:41, 9 dekabr 2010 (Cek vaxtı ilə)
İnşalllah. Tezliklə. Çox mühüm sədd idi milyon ədədi. Bu da aşıldı.--Vugar 1981 14:44, 9 dekabr 2010 (UTC)
Hamını təbrik edirəm və yeni-yeni nailiyyətlər arzulayıram! --Vago 15:52, 9 dekabr 2010 (UTC)
Deyilən bütün xoş sözlərə mən də qoşuluram--Robert Langdon 16:31, 9 dekabr 2010 (UTC)
- Mən də hamını bu səviyyəyə çatdığımız üçün təbrik edirəm. sayı vikipediyanın ümumi keyfiyyətinin, dəyərinin artmasına ən çox səbəb olan amillərdəndir. Yarandığı gündən bəri milyon redaktə edərək bu günkü vikipediyanın ortaya çıxmasında iştirak edən hamını bir daha təbrik edirəm. Bu münasibətlə də bir elanım var: fikirləşdim ki, virtual hədiyyələr insanı ruhlandırmaq üçün yaxşı metod olsa da bəlkə əsl hədiyyə daha da güclü stimul verə bilər. Ona görə də əgər vikipediyada 2 milyonuncu redaktə gələn il bu vaxta qədər edilərsə onda həmin müddət ərzində ən çox redaktə etmiş istifadəçiyə şəxsən ən son model BlackBerry smartfonu təqdim etməyi fikirləşirəm. Bunu yaxın günlərdə rəsmi mükafat kimi təqdim edəcəm amma daha əvvəl əmin olmaq istədim ki, belə bir şey eləmək hansısa problem yarada bilməz ki? Yəni ya etik ya da vikipediya qaydaları cəhətdən. Hər hansı bir etiraz yoxdursa mən daha ətraflı məlumatın olacağı mükafat səhifəsi hazırlayaram. --TimBitsتِمبِتس 16:48, 9 dekabr 2010 (UTC)
- Əşi nə problem olasıdır? ) Nə qaydalara ziddir, nə də başqa şeylərə. Edin hədiyyənizi :). Alan adan məncə istənilən halda sevinəcək :). --Proger danış 18:28, 9 dekabr 2010 (UTC)
- Şərtlər ağırdır. Amma məndə artıq həvəs yarandı. Özünüzü yormayın, mənim olacaq. -- Pərviz 18:36, 9 dekabr 2010 (UTC)
Hamını Azərbaycan Vikipediyasında bir milyonuncu redaktə münasibətilə təbrik edirəm. İnkişaf və kollektivin çalışqanlığı ürək açır. Yeni uğurlara doğru irəli. --Acategory 08:45, 10 dekabr 2010 (UTC)
Yeni mükafat
Yuxarıda da elan etdiyim kimi 2 milyonuncu redaktə üçün yeni mükafat elan edirəm. Mükafatın detalları ilə Vikipediya:Milyon redaktə mükafatı səhifəsində tanış ola bilərsiz. Mükafatın hesablanması, idarə olunması və s. işlərində kömək etmək istəyən varsa çox yaxşı olardı. Bu, istifadəçilərin müsabiqədə iştiraklarına təsir etmir. Mükafatın həmtəsisçisi olmaq istəyənlər isə bu barədə mənə müraciət edə bilərlər. Bu halda həmtəsisçilər mükafatın qalibi ola bilməzlər. Həmtəsisçi olmaq üçün mükafatın yarısını öz boynuna götürmək şərt deyil amma minimum 10 faizi olmalıdır. --TimBitsتِمبِتس 16:29, 10 dekabr 2010 (UTC)
Təşəbbüs alqışlanır. Yaxşı olar ki, bu mükafatı səhifə kimi yox, şablon kimi yaradasan (digər istifadəçi mükafatları kimi) və detalları orda 2-3 cümlə ilə izah edəsən (məsələn, {{AzViki10000}} şablonunun "qeyd" hissəsində olduğu kimi). Bircə ondan qorxuram ki, biz 2 milyon redaktəyə çatana qədər "BlackBerry" telefonu "moddan" düşər, burda hər simkart, ya cinkart alana bu telefon onun üstündə hədiyyə edilər:) --Sortilegus 16:59, 10 dekabr 2010 (UTC)
- Şablon mükafatın özüdür, burda səhifə isə müsabiqə ilə bağlıdır, ola bilsin periodik olaraq yenilənsin, vəziyyətin nə yerdə olması və s. kimi məlumatlar olsun. Şablonda bütün bunları eləmək çətindi amma səhifənin içində şablonlardan istifadə eləmək olar, elə bunun üçün könüllülərin köməyini istəmişəm. Əslində mükafatın məqsədi də odur ki, 2 milyona çatmaq üçün bir də bu qədər müddət gözləməyək, bəlkə kənar stimul olsa daha sürətlə işlər görülər. Hər halda sınamağa dəyər. --TimBitsتِمبِتس 17:05, 10 dekabr 2010 (UTC)
Stimulverici mükafat kimi yaxşıdır. Amma AzVikinin fəal istifadəçiləri belə stimulverici mükafat oldu-olmadı öz daimi aktiv fəaliyyətlərini davam etdirəcəklər. Bu müsabiqəni sən öz şəxsi təşəbbüsün kimi AzVikidə apara bilərsən. --Sortilegus 17:23, 10 dekabr 2010 (UTC)
- Aktiv fəaliyyəti daha da aktivləşdirməyin ziyanı yoxdu. Həm də hazırki istifadəçilərin sayı məhdud olduğu üçün nə qədər aktiv olsalar da edə biləcəkləri şeylər də məhduddur. Əsas çalışmaq lazımdır ki, yeni istifadəçilər cəlb olunsun, qıraqdan baxan üçün də belə bir şey əlavə həvəs yarada bilər. Neçə ildir fəaliyyət göstərməyimizə baxmayaraq 1 milyon redaktə həddini indi keçmək hər halda inanmıram kiməsə məqbul olsun. Azərbaycanca vikipediya bundan daha yuxarılara layiqdir. Ümumən nəaliyyətlər nə olur olsun belə işlərdə heç vaxt əldə olunanla qane olmamaq lazımdır. Bu indiyə qədərki nəaliyyətlərin dəyərini azaltmır amma daha artığını istəmək və bunun üçün də indiyə qədərki fəaliyyətdən daha artığını göstərməyə çalışmaq uğur qazanmaq üçün əsasdır. Müsabiqə şəxsi təşəbbüsdən irəli gəlir amma bu işdə, həm də müsabiqənin tanıdılmasında digər vikipediyaçıların köməyini əsirgəməyəcəklərini ümid eliyirəm. --TimBitsتِمبِتس 17:40, 10 dekabr 2010 (UTC)
Yeni təşəbbüsü alqışlayıram. Yaxşı ki, bu təşəbbüs çoxdan olmayıb. Yoxsa indi redaktə milyoneri ola bilməzdim:))) Nəzərdə tutulan mükaftın isə dəyişdirilməsini istərdim. Ən yeni model BlackBerry smartfonundansa, Nokia E10 smartfonu məncə daha yaxşıdır. Nokia E10 — Mənim gələcək telefonum! --Cekli829 12:10, 11 dekabr 2010 (Cek vaxtı ilə)
- Nokia E10 mu? Onun satışlarını zar zor tapırıq biz:) Yeni telefonlar çıxdı bizdə. E M P E R Y A N ✍ 10:50, 11 dekabr 2010 (UTC)
- Eybi yoxdu, təki qarşıya qoyulan məqsəd yerinə yetsin, qalib olsun. Sonra danışarıq hansı model və s. Hələlik rəsmi olaraq BlackBerry qalsın. :) --TimBitsتِمبِتس 05:12, 15 dekabr 2010 (UTC)
Cənubi Azərbaycanca
İndi Azərbaycan Vikipediyada olan Cənubi Azərbaycanca səhifələri Wikimedia Incubatora istiqamətləndirilmeli. (incubator:wp/azb) E M P E R Y A N ✍ 18:05, 10 dekabr 2010 (UTC)
- Lazım deyil. Çünki "Cənubi Azərbaycanca" yoxdur və bu adda vikipediya açıla bilməz. Ərəb əlifbası ilə yazılmış Azərbaycan dilindədir!-- Pərviz 18:13, 10 dekabr 2010 (UTC)
İnkubatorda niyə azb-dir? Hər halda ayın 18-i bu məsələni hərtərəfli müzakirə edib, son nöqtəni qoymaq lazımdır. Əgər AzVikinin iki əlifbalı fəaliyyətini ideal səviyyədə təmin edə bilməsək, o zaman AzbVikinin açılmasına razılıq vermək lazım ola bilər. --Cekli829 12:01, 11 dekabr 2010 (Cek vaxtı ilə)
- Bu bizim razılığımızdan asılı bir məsələ deyil. Vikimedianın qaydaları belədir ki, dillər üçün bir layihə açılır, bir dil birdən çox əlifba ilə yazılırsa onda bütün bu formalar həmin layihədə əks olunur. Bunun necə ediləcəyi artıq həmin layihənin məsələsidir. Eyni dil üçün birdən artıq layihə açıla bilməz. Buna istisna Simple English layihəsidir ki, o da ingilis dilini yeni öyrənənlər üçündür və yeni qaydalar qəbul olunmazdan əvvəl açılıb. --TimBitsتِمبِتس 05:22, 15 dekabr 2010 (UTC)
Maddi kömək (Bağış) Kartika
Fundraising 2010/Kartika Appeal/az və Fundraising 2010/Lilaroja Appeal/az səhifəsini Azərbaycan dilinə tərcümə etdim. Lakin bəzi yazılma səhvləri var onları sizə verirəm. Çünki mən Azərbaycanca yazım qaydalarını heç bilmirəm :) Türk dilinə bənzəməsi artıq yazılma qaydaları deyə bir şey yox idi məndə :):) (Yaxşı bir şəkildə araşdırın mənə müəyyən olmaz :))E M P E R Y A N ✍ 09:22, 11 dekabr 2010 (UTC)
Dərhal dərc eləmiyin. Xeyli redaktə etmək lazımdır. 1-2 günə düzəldərik, sonra dərc olunar.--Sortilegus 17:20, 11 dekabr 2010 (UTC)
- Təşəkkürlər mən də digərlərini də həll edək:) E M P E R Y A N ✍ 11:49, 12 dekabr 2010 (UTC)
Bakıda növbəti Vikigörüş
18 dekabr 2010 tarixində Qafqaz Media Tədqiqatları Mərkəzinin ofisində Azərbaycan dilli Vikipediya istifadəçilərinin Bakı şəhərində sayca 4-cü, daha geniş tərkibli görüşü keçiriləcək. Görüşdə qarşımıza qoyduğumuz məqsədlər, ictimai birliyin təsis edilməsi, mükafat şurasının yaradılması, təşkilatlanma məsələləri, inkişaf tendesiyası həmçinin cari məsələlərinin müzakirəsi və idarəçi hesabatı olacaqdır.
Görüş səhifəsi burada yerləşir. İştirak etmək istəyənlər səhifədəki müvafiq bölmədə imzasını ata bilər. --Proger danış 17:18, 11 dekabr 2010 (UTC)
Vikipediyaçıları 4-cü görüşünün başlanmasına 4 saat qaldı:)--Sortilegus 09:40, 18 dekabr 2010 (UTC)
Deməli, saat 17:45-də Füzuli meydanındakı Füzuli heykəlinin qarşısında toplaşacağıq. --Sultan11 10:32, 18 dekabr 2010 (UTC)--Sultan11 10:32, 18 dekabr 2010 (UTC)
Vikipediya 10
Salamlar. 15 yanvar Vikipediyanın 10 yaşı tamam olur. Bununla bağlı dünyanın bir çox şəhərlərində vikipediyaçılar görüşüb bu günü qeyd edəcəklər. Ətraflı məlumat bu səhifədədir. Məncə bizim vikipediyada o günü qeyd etsə pis olmaz. :) -- Pərviz 19:13, 11 dekabr 2010 (UTC)
- Hesab edirəm ki, bu məsələ vikigörüşdə mütləq müzakirə olunmalıdır və yəqin ki, olunacaq da. Bununla bağlı nəsə təşkil etmək mümkündür. Görüşdə hamımız ətraflı müzakirə edərik. --Proger danış 19:19, 11 dekabr 2010 (UTC)
Bu məsələni də salaq 18-də keçiriləcək görüşün gündəliyinə.--Sortilegus 19:30, 11 dekabr 2010 (UTC) Türkiyədə keçirilməsi gözlənilir. Həm Vikimaniya üçün də bir bəhanə olacaq. Əgər Türkiyəyə gələ biləcək kəslər var isə gələ bilərlər :) E M P E R Y A N ✍ 12:06, 12 dekabr 2010 (UTC)
Yubileylə bağlı bu və bu loqolarda Cənubi Azərbaycana ehtiyac yoxdurmu? --Cekli829 9:37, 20 dekabr 2010 (Cek vaxtı ilə)
- Güney Azərbaycana ehtityac hər zaman var. Sadəcə hazırda dilin mərkəzi olan ölkələrə aiddir bu. Azərbaycan dili mərkəzi olub, ədəbi dilinin çoxlu daşıyıcısı olan məhz AR-di. --Proger danış 06:03, 20 dekabr 2010 (UTC)
Sizinlə tam razı deyiləm. Cənubda yaşayan dilimizin ədəbi daşıyıcıları heç də az deyil, baxmayaraq ki, vikipediyada onların sayı yox dərəcəsindədir. AR-də də bir neçə il öncə vikipediyaçıların sayı yox dərəcəsində idi. Cənubi Azərbaycanı hansısa bir formada burada nümayiş etdirmək lazımdır. Daha bir təklifim isə belədir: Bakıda, Təbriz küçəsində müvafiq bir yer tapıb yubileyi orada keçirmək lazımdır. Qoy cənublular bizdən inciməsin. --Cekli829 10:16, 20 dekabr 2010 (Cek vaxtı ilə)
- AR-də ədəbi dilin daşıyıcıları Güneydən çoxdur. İkincisi özünüz də qeyd edirsiniz ki, vikipediyada onların sayı olduqca azdır. Bu da göstəricilərdən biridir. Üçüncüsü hər bir viki bölməsi öz ölkəsini ya da düşdüyü regionu qeyd edir. Biz də bir region kimi versək gərək düşdüyümüz regionu, Cənubi Qafqazı (Azərbaycan, Gürcüstan, Ermənistan bir sahədə və üzərində böyük "10") verək. O üzdən yalnız Azərbaycan götürüldü. Ancaq sonuncu təklifiniz maraqlıdır. Təbriz küçəsi. Bax bu çox simvolikdir. Əladır hətta. Alınsa əlbət ki, əla olar. --Proger danış 08:51, 20 dekabr 2010 (UTC)
Təbriz küçəsini yaxşı tanımıram. Amma əminəm ki, yaxşı tanıyanlar orada əla bir yer müəyyənləşdirə bilər. Həmin yerin adı da Təbriz (kafesi və ya restoranı) olarsa çox yaxşı olar. Çalışacağam ki, mən də bu işlə yaxından maraqlanım. --Cekli829 13:04, 20 dekabr 2010 (Cek vaxtı ilə)
Logoların rəngi niyə qaradır. Axı yubileydi, matəm günü deyil. Məncə daha uyğun rəng seçilməlidir [1] --Irada 06:44, 20 dekabr 2010 (UTC)
- Loqolar rəsmidir. Orijinaldan istifadə olunub. Əlavə versiyalar da (başqa rəngdə) yükləniləcək. Azərbaycan Vikipediyasının layihənin 10 illiyinə həsr edilmiş bir neçə loqosu olacaq. Ancaq tədbirin loqosu sağdakıdır. Bu da rəsmidir və qoyulan (Vikipediyanın özündə) tələb və tövsiyyələrə tam cavab verir. Yəni biz heç nəyi özümüzdən kəşf etmirik :). --Proger danış 08:51, 20 dekabr 2010 (UTC)
Onlar qara rəngə üstünlük veriblərsə, bu o demək deyil ki, Azərbaycan xəritəsi və digər atributları da qara olmalıdır. Hər halda bu zövq məsələsidir. özünüz bilərsiniz :) Şəxsən mənim qətiyyən xoşuma gəlmir. Loqolara baxanda adama "vahimə" gəlir :) --Irada 09:24, 20 dekabr 2010 (UTC)
- İradə xanım, öz başına heç nə yoxdur. Hazırladığımız loqolar Vikipediyanın 10 illiyinə həsr olunmuş tövsiyyələr əsasında qurulub. Bundan əlavə, təkrar edirəm ki, rəngarəng digər loqolar da olacaq. Elə yuxarıda gördüyünüz Azərbaycan xəritəsinin mavi rəngi də hazırlanılıb. Rəsmi sağdakıdır. Əlavələr də olacaq. Yəni tezliklə.. ) --Proger danış 09:32, 20 dekabr 2010 (UTC)
Uğurlar olsun...:)--Irada 09:43, 20 dekabr 2010 (UTC)
Mavi rəngli xəritə çox uğursuzdur. Onu üç rəngli edin, vəssalam. Özünüzü yorub həştad dənə variant düzəltməyin. Biri yetər, maksimum iki dənə bəsdir.--Cekli829 14:27, 20 dekabr 2010 (Cek vaxtı ilə)
- Siz nə danışırsınız? Oxumaq yoxdur da yuxarıda yazılanları? Bu öz-başına iş deyil! Vikipediyanın 10 illiyi üçün konkret meyarlar var. Biz bu loqoları rəsmi təyin edilmiş tövsiyyələr əsasında qurmuşuq. Biz heç nəyi öz-başına etmirik! --Proger danış 10:53, 20 dekabr 2010 (UTC)
Yuxarıda yazılanların hamısını oxumuşam. Amma gürcülərin, botsvanalıların, estonların və s. loqolar bizimkindən daha yaxşıdır. --Cekli829 15:00, 20 dekabr 2010 (Cek vaxtı ilə)
- Avstraliya, Cənubi Amerika və Afrika yaddan çıxdı. Hərə özünə uyğun keçid verir ). Göstərdiyiniz loqolar ikinci dərəcəlidir. Biz də hazırlayırıq. Ancaq rəsmi yuxarıda, sağdakıdır. O düzgündür və Vikipediya 10-da qoyulan meyarlara cavab verir. Sizin yolladığınız isə ikinci dərəcəlidir. Onlar bizdə də olacaq. Elə onların bir hissəsi bəyənmədiyiniz qara və mavi rəngli Azərbaycan xəritələridir. Çox yəqin ki, bayraqla da olacaq. Ancaq unutmaq lazım deyil ki, bayrağımıza hazırki loqonu uyğunlaşdırmaq bir az problemlidir. Nəyə görə? Çünki bizdə mərkəzdə aypara və ulduz var. "10" və üzərindəki nöqtələr mütləq iştirak etməlidir. Yoxsa loqonun mənası itir. Axı 10 illik üçündür. Hal-hazırda düşünürük ki, bu rəqəmi necə bayrağa əlavə edək ki, heç kimin ruhu inciməsin. Məşğuluq. --Proger danış 11:18, 20 dekabr 2010 (UTC)
- Mənim də bir təklifim var:
Bir şeyi də nəzərə almaq olar: Cənubi Azərbaycanın da xəritəsini Azərbaycan Respublikasının xəritəsinə əlavə edib bir şey düzəltmək. Əslində bu daha məntiqlidir.--Vago 11:22, 20 dekabr 2010 (UTC)
Hörmətli Proger Ayparanı sıfırın üstünə gələcək şəkildə bir şey düzəltmək olar?--Bakuemil 11:43, 20 dekabr 2010 (UTC)
Cənubi Azərbaycanın xəritəsini Azərbaycan Respublikasının xəritəsinə əlavə etmək siyasi qalmaqal yarada bilər. Rənglərə gəlincə isə - hər rəngin öz mənası var. Mən loqoda boz rəngin tərəfdarıyam. Boz rəng hakimiyyət rəmzidir. (Bunu mənə indicə A.Zakirqızı xəbər verdi :)--Irada 11:41, 20 dekabr 2010 (UTC)
Boz rəngdən yəqin ki, ABŞ xalqının istifadə etməyə haqqı daha çox çatır, nəin ki, bizim...--Cekli829 15:49, 20 dekabr 2010 (Cek vaxtı ilə)
O halda bizə elə qara yaraşır...--Irada 12:28, 20 dekabr 2010 (UTC)
- Halal olsun ki Məhərrəmlik olduğunu nəzərə alırsınız :) --Vago 14:32, 20 dekabr 2010 (UTC)
Yaxşı Cazibə
Reklam olacaq amma mən ömürümdə belə bir dizi görmədim :). Adı Yaxşı Cazibə. Türk mədəniyyətinin nə qədər yaxşı və Avropalıların gündəlik həyatda nə qədər komik olduqlarını da izah edir. Türk dili anlıyorsunuzdur onsuz da baş rol oyunçusu onsuz da Azərbaycanca danışır :). İzlemenizi tövsiyə edirəm. :) Yaxşı vikilər. E M P E R Y A N ✍ 17:14, 12 dekabr 2010 (UTC)
" Yaxşı məqalə " kateqoriyası barədə
" Yaxşı məqalə " kateqoriyasının yaradılması ideyası müsbət haldır, bu vikipediyamızda yeni bir mərhələdir. Hesab edirəm ki, bu səhifə ilə biz vikipediyanın keyfiyyət göstəricilərini yaxşılaşdıra bilərik. Təşəbbüslərin sayı artacaq, adi məqalə ilə seçilmiş məqalə arasında yeni bir pillə yaranacaq.
Ancaq təşəbbüsü davam etdirmək lazımdır. " Yaxşı məqalə " kateqoriyasının şərtlərini və irəliləmə mərhələrini fikirləşmək lazımdır. Rus Vikipediyasındakı analoji qaydalara baxdım. Hesab edirəm ki, onu bir qədər dəyişməklə bizdə də tətbiq etmək olar. Etiraz etməsəniz onu mən işləyə bilərdim.
Həmçinin fikirləşirəm ki, ayrıca " seçilmiş məqalə laboratoriyası"na və ayrıca " yaxşı məqalə laboratoriyası"na ehtiyac yoxdur. Mövcud olan laboratoriyanın adını dəyişərək " seçilmiş və yaxşı məqalələr laboratoriyası" yaratmaq olar. Bunula da bir laboratoriya səhifəsinə daxil olmaqla hər ikisinə münasibət bildirmək olar. --Acategory 14:18, 14 dekabr 2010 (UTC)
- İşləyin əlbəttə ki. Kim etiraz edəcək ki? Bundan əlavə lab-ın adını sadəcə "Məqalə laboratoriyası" da qoymaq olar. --Proger danış 18:32, 14 dekabr 2010 (UTC)
Əla fikirdi bu həmdə məqalələrin keyfiyyətini qalxızar və məqaləni zənqinləşdirmək həvəsini artırar.
P.S inşAllah fikir realaşsa yaxı məqaləyə namizədliyi ilk özüm təklif edəcəm )) --RamireZ 19:20, 14 dekabr 2010 (UTC)
Mən bunu qarşıdakı görüşümüzdə müzakirə etməyi planlaşdırmışdım. Amma Acategorynin münasibəti fikrimi dəyişdi. Hesab edirəm ki, ilk növbədə yaxşı məqalə statusunun hansı məqalələrə şamil olunduğunu müəyyən etməliyik. Məsələn, ilk əvvəl indiyə kimi seçilmiş məqalə namizədi olmuş, lakin lazımi dəstəyi almamış məqalələrə avtomatik yaxşı məqalə statusu vermək məncə doğru olardı. Əgər razısınızsa, mən bu gün həmin məqalələrdə müvafiq şablonu yerləşdirərdim. --Cekli829 9:21, 15 dekabr 2010 (Cek vaxtı ilə)
Cekli sizinlə tam razıyam + --RamireZ 14:00, 15 dekabr 2010 (UTC)
" Seçilmiş məqalə " kateqoriyasının tələblərinə yeni təklif barədə
Son dövrlərdə Azərbaycan Vikipediyasında "seçilmiş" və "yaxşı" nominasiyalarına məqalələrin hazırlanması hər bir kəs kimi məni də çox də sevindirir. Yeni "yaxşı məqalə" nominasiyasının təsis edilməsi də işimizə xeyli təkan verir. Kəmiyyətin artması keyfiyyət göstəricilərinin də artırılmasını vacib edir. Təklif edirəm ki, "seçilmiş məqalə" şərtlərini bir qədər də gücləndirək. Bu tələblərdən biri kimi səsverməyə çıxarılan məqalələrin müəyyən minimum səs toplaması tələbi ola bilər. Məsələn, "seçilmiş məqalə" statusu almaq üçün azı 10 lehinə səs tələbi qoyulsun. Digər şərtlər də ola bilər.--Acategory 14:19, 15 dekabr 2010 (UTC)
10 lehinə? bəlkə lazımı qədər aktiv istifadəçi olmadı bəs onda seçilmiş məqalə öz statusun almasın? --RamireZ 14:41, 15 dekabr 2010 (UTC)
Təklif
rus inqilis və digər inkişaf etmiş vikilərdə viki həftələr var məsələn "Azərbaycan həftəsi" "Asiya həftəsi" və digər.Azərbaycan vikisində məqalələr sayı sürətlə artır."Həftələr" yaradılmaqla məqalə artmasını bir işə cəmləmək olar buda Az vikinin inkişafına müsbət təsir göstərər. hörmətlə --RamireZ 15:59, 15 dekabr 2010 (UTC)
- Belə layihə movcuddur. Amma hələ aktiv deyil. İnşallah yanvarın 1-ində Ana səhifənin yenilənməsindən sonra bu layihə aktivləşəcək. -- Pərviz 19:51, 15 dekabr 2010 (UTC)
- Bu təklifin aylarla bağlı variantı VikiGörüşdə müzakirə olunub. İnşallah, yeni ildən o məsələyə də qayıdılacaq.--Vago 16:51, 29 dekabr 2010 (UTC)
Idarəçilərin nəzərinə
Hörmətli idarəçilər. İstifadəçi Azeri Warrior tərəfindən 19 dekabrda [2] məqaləsi yaradılıb. Məqalədə bir mənbədən xeyli təhriflərlə və təhqir elementləri olan abzas yerləşdirilib. Bir neçə istifadəçi məqalənin müzakirə səhifəsində məqalənin qüsurlarına görə silinməsini təklif etsələr də məqalə yaradıcısı bundan uimtina edir. Digər tərəfdən təhrif və təhqirli abzas Vikiliks məqaləsində də yerləşdirilmişdir. Məsələnin araşdırılmasını və qiymət vermənizi xahiş edirəm. Hesab edirəm ki, istənilən mənbə təhrifsiz verilməli və ya tərcümə edilməli və kiminsə haqqında təhqirlərə yol verilməməlidir. Hörmətlə --Acategory 18:39, 19 dekabr 2010 (UTC)
AzViki 50-ci pillədə
Vikipediyamız tarixində ən yüksək pilləyə qalxıb: 50-ci yer! --Cekli829 14:11, 20 dekabr 2010 (Cek vaxtı ilə)
Afərin hamıya! Əla nəticədi. Daha yaxşı pillərin ümidi ilə!--Vugar 1981 15:25, 20 dekabr 2010 (UTC)
- Həm 47 min hədəfi götürülüb, həm də yaxşı nəticə sayılacaq 50-ci yerə yüksəldik. Hamını təbrik edir və sürəti aşağı salmamağa çağırıram. Zəhməti olan hər kəsə təşəkkürlər. Dostumuz Vaqoya isə xüsusi təşəkkürlər. Bu gün iki məqalə də mən yaratdım, nəticəmiz 47 min 058-ə qədər yüksəldi.--Acategory 18:31, 20 dekabr 2010 (UTC)
Əla bütün vikipediyaçılara və əməyi olan hər kəsə çox sağolumu bildirirəm.
P.S belə getsə 2011-ci ilin hədəfi olan 50.000 məqaləni aşacayıq )).Qarşıdan gələn bayramınız Mübarək!--RamireZ 18:41, 20 dekabr 2010 (UTC)
- Əslində bu 2010-cu ilin sonuna hesablanmış qeyri-rəsmi hədəf idi. Onu da təəsüf ki, keçə bilmədik. İndi bilmirəm, birdən birə Vago durub 3 min məqalə yaradar (:P) o başqa məsələ :D. --Proger danış 18:58, 20 dekabr 2010 (UTC)
2010-cu ilin sonu hələ 2011-ci ildidə demək olarki )) --RamireZ 19:01, 20 dekabr 2010 (UTC)
Bu uğura görə hamını təbrik edirəm. Belə davam etmək lazımdır. Bununla bərabər keyfiyyətə də fikir verək. Vikimizin göstərdiyi 5000 ən kiçik məqalədə demək olar ki, başlıqdan sonra heç nə yoxdur və ya cəmi bir neçə söz var...Məqalələri ətə-qana gətirmək kompaniyası keçirilsə pis olmaz.--Monakhfirst 19:13, 20 dekabr 2010 (UTC)
Monakhfirst keyfiyyətə görə narahat olmayın 1 yanvar Ana sahifə yenilənəndən sonra mövzulu aylar işə düşəcək və buda keyfiyyətin qalxmasına gətirib çıxaracag.--RamireZ 19:49, 20 dekabr 2010 (UTC)
Yaxşı fikirdir, sağ olun!--Monakhfirst 19:52, 20 dekabr 2010 (UTC)
Hərkəsi təbrik edirəm.Məndə öyrənməyə çalışıram.İnşallah 2011-ci il daha da irəliyə gedərik.--Rzalı 20:11, 20 dekabr 2010 (UTC)
Bütün vikipediyaçıları təbrik edirəm. Zəhməti olan hər kəsə; əlləriniz yorulmasın söyləyirəm. Yorulmayasınız. Hamıya uğurlar! --Sultan11 20:50, 20 dekabr 2010 (UTC)
AzVikinin bu uğuruna sevinən hər kəsə təşəkkür edirəm və müvəffəqiyyətlər arzulayıram!--Vago 06:50, 21 dekabr 2010 (UTC)
İdarəçi məsuliyyəti...
- 2011-ci ildə də Cekli829 ilə?
- Azərbaycandilli Vikipediyada Cekli829-un, yəni mənim 1 illik məsuliyyətli idarəçi fəaliyyətimin başa çatması ilə bağlı
- HESABAT
Əziz və hörmətli vikipediyaçılar,
başa çatmaqda olan 2010-cu il Azərbaycandilli Vikipediya üçün kifayət qədər uğurlu olduğu kimi, mənim üçün də xeyli əlamətdar olmuşdur. Ötən ilin sonunda — 22 dekabr 2009-cu ildə başlanmış və 3 yanvar 2010-cu il tarixində yekunlaşmış səsvermənin nəticələrinə əsasən idarəçi seçildim. Bir daha həmin səsvermədə iştirak edərək lehimə səs vermiş istifadəçilərə (Sortilegus, Eмϊn, Wertuose, Vüsal Ağayev, Sefer azeri, TimBitsتِمبِتس, Melikov Memmed, Elməddin Hacıyev, Ira, Reality006, Axan.bulut, Vago, Zergeroglu, Türk oğlan) dərin minnətdarlığımı bildirirəm.
Qarşıdan gələn yeni 2011-ci ilin ilk günlərində — 3 yanvar tarixində idarəçi seçilməyimin 1 ili tamam olur. Bu münasibətlə qarşıdakı 10 günün fəaliyyətimə o qədər də ciddi təsir etməyəcəyini və eyni zamanda bəzi istifadəçilərin müxtəlif vaxtlarda fəaliyyətimə etiraz etdiklərini nəzərə alaraq şəxsimlə bağlı etimad səsverməsinin keçirilməsini vacib hesab edirəm.
Etiraf edim ki, müxtəlif vaxtlarda idarəçilik fəaliyyətimdə müəyyən qüsurlar baş vermişdir. Fəaliyyətimdən irəli gələn bütün bu qüsurların əsas səbəbi isə şəraitə uyğun hərəkət etməyim olmuşdur. Zaman və məkan amillərinin təsirlərindən qaynaqlanan həmin səhvlərimi həmin müvafiq dövrlər üçün doğru hesab edirəm və mənə qarşı bəzi istifadəçilər tərəfindən barəmdə səsləndirilmiş administrativ ittihamlarla qətiyyən razılaşmıram. Və eyni zamanda hesab edirəm ki, bu 1 il ərzində mənə göstərilmiş etimadı da az da olsa lazımlı səviyyədə doğrulda bilmişəm. Əgər qarşıdakı müəyyən müddət ərzində də mənə etimad göstərsəniz və lehimə səs verərək idarəçi kimi qalmağıma etiraz etməsəniz, əmin ola bilərsiniz ki, sahib olduğum təcrübəmdən istifadə edərək imkan daxilində daha mükəmməl fəaliyyət göstərəcəyəm. Bu məqsədlə Sizləri 22 dekabr 2010-cu il tarixindən 3 yanvar 2011-ci il tarixinə qədər Vikipediya:İdarəçilər səhifəsində Vikipediyanın Səsvermə prinsipinə əsasən mənə etimad göstərmək üçün səs verməyə dəvət edirəm! Vikipediyanın Səsvermə prinsipinə əsasən mənim lehimə səs verəcək hər bir istifadəçiyə öncədən dərin minnətdarlığımı bildirirəm. Lehimə səs verməyəcək hər bir istifadəçinin səsinə isə hörmətlə yanaşacaq və onları anlamağa çalışacağam.
Amma son olaraq daha bir etiraf edim ki, idarəçi statusundan məhrum olunmağım mənə həqiqətən ciddi mənəvi zərbə olacaq. Və bu amil istifadəçi fəaliyyətimdə də heç şübhəsiz ki, özünü biruzə verəcək. Bu səbəbdən Azərbaycandilli Vikipediyada fəaliyyətimin zəiflənməsini müşahidə etmək çətin olmayacaq. Lakin çalışacağam ki, ən azından hazırda 842-ci pillədə olduğum VikiMedia Fondu üzrə redaktəçilər siyahısında minimum 1000-likdə mövqeyimi qoruyub saxlayım. Çünki o siyahıda az.wikipedia.org təmsilçilərini gördükdə çox məmnun oluram. İstənilən halda səsvermənin nəticələrinə hörmətlə yanaşacağam.
Hər kəsə uğurlar arzu edərək, qarşıdan gələn yeni il bayramı münasibəti ilə də Sizləri təbrik edirəm!
- Səs ver!
- O səsi mənə ver!
Dərin hörmət və ehtiramla, imza: Özüm! Hələ qurtarmayıb sözüm (fəal fəaliyyətim)! --Cekli829 13:00, 22 dekabr 2010 (Cek vaxtı ilə)
Şəkillər
Xahiş edirəm kimsə, buna münasibətini bildirsin.--Vugar 1981 11:09, 22 dekabr 2010 (UTC)
"Danışmaq gümüşdürsə, susmaq qızıldır.--Vugar 1981 13:12, 22 dekabr 2010 (UTC)
Yenə təkrara edirəm. Kimsə reaksiya verəcək ya yox.--Vugar 1981 05:21, 23 dekabr 2010 (UTC)
Məsələ sülh şəraitində həll olundu. Narahat etdiklərimin hamısından üzr istəyirəm.--N KOzi 11:58, 24 dekabr 2010 (UTC)
İdarəçilərin nəzərinə: Eyni tipli məqalələr
Xahiş edirəm, bu və bu məqalələri birləşdirin. Bu məqaləni isə silin.--Vugar 1981 06:25, 23 dekabr 2010 (UTC)
Xahiş edirəm, bu və bu məqalələri birləşdirin.--Vugar 1981 06:25, 23 dekabr 2010 (UTC)
- Hansı məqlələrin birləşdirilməsini təklif edirsinizsə, həmin məqalələrin hər ikisinə {{təkrarlanan məqalə}} şablonunu tətbiq edin.--Vago 08:09, 23 dekabr 2010 (UTC)
Təşəkkür edirəm.--Vugar 1981 08:13, 23 dekabr 2010 (UTC)
İdarəçilərin nəzərinə
İndicə İstifadəçi:Azeri Warrior məni [3] təhqir etdi. Zəhmət olmasa ölçü götürün. --Vugar 1981 14:21, 23 dekabr 2010 (UTC)
Mən heçkəsi təhqir etməmişəm belə-ki yazdığım atalar sözünü heçkəsə ünvanlamamışam bu isə təhqir deyil --RamireZ 15:56, 23 dekabr 2010 (UTC)
Görürəm ki, sizdə heç nə təhqir sayılmır. Nəticəyə cavabdeh deyiləm.--Vugar 1981 04:54, 24 dekabr 2010 (UTC)
"Kor kora kor deməsə bağrı çatlayar." Biurinci kor və ikinci kor kimdi.--Vugar 1981 04:57, 24 dekabr 2010 (UTC)
- Şərh ümumi səhifəyə yazılıb və bunun birbaşa Sizə ünvanlandığı haqqında bir söz demək çətindir. Bir də ki, indiki durumda bunlar xırda məsələlərdir, hansı tərəfə istəyirsən yoz, məqbul hesab oluna bilər. Məsələn korun biri elə mən, nə fərqi var birinci, yaxud ikinci. --Vago 08:15, 24 dekabr 2010 (UTC)
Azərbaycan və Türkiyə bayraq şəkli
Dostlar bir əskik var idi (mənə görə). Onu dünən hazırladım. (Şəkil:Nuvola Turkey and Azerbaijan flags.png) İki ölkə arasındakı dostluqları dəstəkləmək üçün istifadə edilə bilər. Hadi xeyirli olsun deyək. :) Əgər mümkün olsa Ermənistan bayrağını istifadə edərək edəcəyəm və vurma işarəsi qoyacağam. Buda Ermənistana qarşı olduğumuzu göstərəcək təbii. Bundan başqa, ABŞ-da erməni Qanun qəbul edilmədi. Baş nazirimiz Ərdoğan (Türkiyə) Əliyev ilə də görüşdülər. Səylər nəticəsində layihə qəbul edilmədi. Bu da Türk millətinə xeyirli olsun. Yaxşı vikilər. E M P E R Y A N ✍ 16:44, 24 dekabr 2010 (UTC)
Bayraqlar şəklinə, eyni zamanda çox xoş bir xəbərə gğrə Sizə dərin təşəkkürümü bildirirəm. Hörmətlə, --Irada 16:49, 24 dekabr 2010 (UTC)
Mən də təşəkkür edirəm. Hal-Ermənilərə inad nə varsa edərəm. Xocalı qırğınını etmələrinin səbəbi isə Böyük Ermənistanı yaratmaq üçünmüş. (Elə bir şey ola bilməyəcəyi üçün) Anlaya bilmədiyim bir şey var. Bu Qarabağ Respublikası müstəqil mi yoxsa Azərbaycan mı idarə edir? E M P E R Y A N ✍ 21:20, 24 dekabr 2010 (UTC)
- İlk növbədə qeyd edim ki, bayrağımızda ilk rəng göy deyil, mavidir. Onu mütləq düzəldin :). Dağlıq Qarabağa qaldıqda məsələ belədir: Dağlıq Qarabağ və ətrafındakı (7) rayonlar ermənilər tərəfindən idarə olunur. Orada özləri üçün və dünyada heç bir BMT üzvü tərəfindən tanınmayan Dağlıq Qarabağ Respublikasını yaradıblar. De-fakto respublikadır və müstəqildir (o da sənəddə, faktiki Ermənistan idarə edir), de-yure isə Azərbaycan ərazisidir. --Proger danış 21:39, 24 dekabr 2010 (UTC)
Azərbaycan bayrağında ilk rəng göy rəngdir.Qarabağa qaldıqda isə Progerlə tamami-ilə razıyam.Hörmətlə --JameS RamireZ 21:45, 24 dekabr 2010 (UTC)
- Azərbaycan konstitusiyası, maddə 23 (II): II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Siz hələ də bayrağınızın rənglərini bilmirsiniz? Bizdə deyəsən "Azərbaycan bayrağı" məqaləsində də göy qalıb. Bunu mütləq dəyişmək lazımdır. Elə konstitusiyaya müraciət etmədən, bayrağa baxdıqda anlamaq olur ki, bu türklərin qədimdən rəmzi olan (firuzəyi) mavi rəngdir. --Proger danış 21:53, 24 dekabr 2010 (UTC)
- O dalğalanma nəticəsində yaranmış Yəni problem yoxdur. Türkiyə bayrağı da orada çox qırmızı görünür. İndi Qarabağ yalnız sizin torpaqlarının olaraq görülər lakin siz idarə etmirsiniz. Yoxsa yanılır bilirəmmi? Biz bunları məktəbdə işləyirik. Xocalı qırğınının dəhşətini gördük həqiqətən ağlayacaq vəziyyətə gəldik. Nəysə kədərlənəcəyimizə intikamımızı almaq üçün çox çalışaq. Vətənə, millətə xeyirli olaq kafi. (Mənim yaşımdakiler üçün) E M P E R Y A N ✍ 22:38, 24 dekabr 2010 (UTC)
- Lap yaxşı :). Onu mavi edin. Gözləyəcəm :). Bəli, Dağlıq Qarabağ bizim torpaqlar ancaq işğal altında və biz oraları idarə etmirik. Türkiyə məktəblərində bu və Qarabağda baş vermiş vəhşiliklər (Xocalı qətliamı) haqda ətraflı danışılır? Nə gözəl! --Proger danış 22:59, 24 dekabr 2010 (UTC)
- O dalğalanma nəticəsində yaranmış Yəni problem yoxdur. Türkiyə bayrağı da orada çox qırmızı görünür. İndi Qarabağ yalnız sizin torpaqlarının olaraq görülər lakin siz idarə etmirsiniz. Yoxsa yanılır bilirəmmi? Biz bunları məktəbdə işləyirik. Xocalı qırğınının dəhşətini gördük həqiqətən ağlayacaq vəziyyətə gəldik. Nəysə kədərlənəcəyimizə intikamımızı almaq üçün çox çalışaq. Vətənə, millətə xeyirli olaq kafi. (Mənim yaşımdakiler üçün) E M P E R Y A N ✍ 22:38, 24 dekabr 2010 (UTC)
- Bəli Türk-İslam tarixi mövzusunda işlənir bunlar. Məqsəd bizi bunlarla qorxudaraq çox iş etməmiz və intiqam alma səviyyəsinə gəlməyimiz. Birinci siniflərdə yavaş-yavaş izah edilir sonra elə bir ehtiras gəlir ki ki bilemessiniz. İkinci sinifdəykən yoldaşımla Ermənistanı necə ala bilərik deyə konustugumuzu xatırlayıram. Bayrağı mən etdim amma iki hazır bayraq yalnız birləşdirdilər. Arkadaşa söyləyərəm düzəltməyə çalışır. E M P E R Y A N ✍ 12:13, 25 dekabr 2010 (UTC)
- Və indi başa düşdüm bizim Kipr adasını idarə etməyimiz kimi Ermənistanda Qarabağı idarə edir. E M P E R Y A N ✍ 12:15, 25 dekabr 2010 (UTC)
Kipr problemi ilə Qarabağ problemi arasında ciddi fərqlər var. --Cekli829 16:25, 25 dekabr 2010 (Cek vaxtı ilə)
Amma bu problemlərin tarixçəsinə baxsaq, açıq aydın görmək olar ki, onların yaranmasında əsas maraqlı tərəflər nə Türkiyə—Yunanıstan, nə də Azərbaycan—Ermənistan cütlükləri deyil. Əsas maraqlı tərəflər müvafiq regionlarda qazanı daim qaynar saxlamaq istəyən böyük dövlətlər və əsasən də onların arxasında duraraq, onları idarə edən gizli və böyük güclərdir. --Cekli829 16:29, 25 dekabr 2010 (Cek vaxtı ilə)
- Bilirsiniz ki ABŞ bir vaxt Ermənistanın yanında idi. Türkiyə inkişafa başlayanda çıxar üçün bizim tarafımıza keçdi. Birde Böyük Ermənistanı qurularsa Şərq Anadoludakı neft yataqları onların əllərinə keçəcək. Yəni biz istəsək Ermənistanı tükürsek yeneriz. Bir də maraq etdiyim mövzu daha var. Yaxşı, Azərbaycan səbəb Qarabağa saldırmıyor? E M P E R Y A N ✍ 18:14, 25 dekabr 2010 (UTC)
- Bir şey daha gözümə gözüktü. Rusiya Qarabağ müharibəsində Azərbaycana kömək etmiş. Baxın: tr:Şablon:Karabağ Savaşı E M P E R Y A N ✍ 20:29, 25 dekabr 2010 (UTC)
Ruslar Azərbaycana yox, Ermənistana kömək etmiş və etməkdədir. Baxın: Xocalı soyqırımı. Türk dilindəki Vikipediyada isə çox təəssüf ki, Azərbaycan torpaqları ilə bağlı belə məqalələr vardır: Kaşatag, Mardakert, Şaumyan. P.S. AzVikidə biz Ağrı dağını Ararat adlandırmırıq --Irada 02:18, 26 dekabr 2010 (UTC)
Azərbaycana kömək edib? )) 20 % toprakımız aqırlık ediyordu diyene yardım yapmışlar bize ruslar? O yardım yağın SSRİ dağılandan sonra Azərbaycana qalmış SSRİ-dən silahları idi --JameS RamireZ 13:02, 26 dekabr 2010 (UTC)
- Bəs o qismi anladım. Yaxşı, Gürcüstan və İranla problemləriniz nə? E M P E R Y A N ✍ 13:51, 26 dekabr 2010 (UTC)
12 əsrdə indiki Gürcüstan ərazisində Tiflis Müsəlman Əmirliyi var idi əmirliy Azərbaycanlılar tərəfindən yaradılmışdı.Daha sonra Bizans imperiyasının əqidəsi ilə erməni-gürcü feodalları tərəfindən dağıdıldı.Bundan sonra Azərbaycanlılar yalnız borçalı tərəfində çoxluq təşkil edirdilər son zamanlar isə Gürcüstan qədim Azərbaycan adlarını borçalıdı gürcüləşdirirlər.Amma bu elə-də böyük problem yaratmadı və Azərbaycan-Gürcüstan münasibətlərinə təsir etmədi.Amma İran məsələsi heçdə belə deyil.Belə-ki 1828-ci ildə Rusiya imperiyası və İran arasında bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan iki yerə bölünür Cənubi və Şimali Cənubi Azərbaycan İranda Şimali isə Rusiyada qalır.1945-ci ildə cənubi Azərbaycanda Azadistan dövləti yaradıldı bir neçə aydan sonra İran ordusu Cənubi Azərbaycana girərək güclə Azadistanı dağıtdı.1998-ci ildən İranda 25.000-30.000 Azərbaycanlı qeydə alınandan sonra İranda Azərbaycanlılar qeydə alınmamaqa başladı.İran həmdə Qarabağ müharibəsi zamanı Ermənistan ordusunu geyim yemək və silahlarla təmin edirdi.--JameS RamireZ 21:20, 26 dekabr 2010 (UTC)
- 45-ci ildə yaradılan dövlətin adı Azadistan yox, 21 Azər hərəkatı dövrünə aid Azərbaycan Demokrat Firqəsi olub. Azadistan 1920-ci ildə yaradılıb. --Proger danış 01:00, 27 dekabr 2010 (UTC)
- Yaxşı Cənubi Azərbaycan müstəqilliyini elan etdi Azərbaycan ilə birləşəcək mi? (Tapşırıqlarım üçün çox qatqı təmin edirsiniz. Təşəkkür edirəm sizlərə.) E M P E R Y A N ✍ 13:45, 27 dekabr 2010 (UTC)
Bu sualın cavabını bilmirəm amma yəqinki Cənubi Azərbaycan müstəqil olsa Azərbaycanlılarda milli ruh patriotizm güclənərki buda Cənubi və Şimali Azərbaycanın tək bir Azərbaycan olmağına gətirib çıxarar.İnşAllah --JameS RamireZ 14:24, 27 dekabr 2010 (UTC)
Əgər Cənubi Azərbaycan müstəqillik əldə edərsə, o zaman Azərbaycan Respublikası ilə birləşməsi üçün ÜMUMXALQ SƏSVERMƏSİnin keçirilməsinə ehtiyac yaranacaq. Əgər həmin REFERENDUM demokratik dəyərlər çərçivəsində baş tutarsa, təbii olaraq VAHİD AZƏRBAYCAN RESPUBLİKASI yaranacaq. Amma bu da hələ BÜTÖV AZƏRBAYCAN demək deyil. Bunun üçün İrəvana, Dərbəndə və digər tarixi torpaqlarımıza da ehtiyac var. XXI əsr Azərbaycan əsridir. XXI əsrin ilk 10 illiyində ötən əsrin son 10 illiyi ilə müqayisədə xeyli irəliləməyimiz, regionda və dünyada strateji mövqeyimizin artması buna əsas sübutdur. --Cekli829 18:33, 27 dekabr 2010 (Cek vaxtı ilə)
Heçkəs hakimiyyəti əlindan buraxmaq istəməz... Buna görədə "Səsvermə" Azərbaycanda olan həmişəki səsvermələr kimi olacaq.--JameS RamireZ 14:39, 27 dekabr 2010 (UTC)
Xahiş edirəm buranı siyasi söhbətlərin bazarına çevirməyəsiniz.--Vago 15:29, 27 dekabr 2010 (UTC)
SƏSVERMƏDƏ VANDALİZM
Hörmətli Vikipediya istifadəçiləri, mən indiyə kimi hər cür səsvermə görmüşdüm, belə səsvermə görməmişdim [4], [5].
Heç bir sübutum olmadığına görə, heç kəsi ittiham edə bilmərəm. Sadəçə olaraq hamıdan xahişim budur ki, diqqətli olun. Belə görürəm ki, hər kəsin adından səsvermədə istifadə edə bilərlər. --Irada 17:41, 25 dekabr 2010 (UTC)
Göstərilən keçidlərdə vandalizm hardadır ki?--Sortilegus 17:52, 25 dekabr 2010 (UTC)
IP-lərdən edilən bu cür redaktələr əslində uşaq hərəkətləridir. Bununla AzVikinin idarəçilərini səssaymada aldatmaq mümkün deyil. Əslində, mən səsvermə müddətinin daha qısa olmasını istərdim. Amma müzakirələrin gedişi onu göstərdi ki, hamıya "ürəyini boşaltmağa" imkan vermək lazımdır. Eybi yox, bu yeni ili də qızğın müzakirələr, "dava-dalaşlar" ilə qarşılayaq. Bir inanc da var ki, yeni ili necə qarşılayırsan, elə də yola salırsan. İnanclara inanan adam olmasam da, istərdim ki, bunun AzVikiyə dəxli olmasın.--Sortilegus 17:59, 25 dekabr 2010 (UTC)
- Çox maraqlıdır səs verən məlum yerinə səs verən isə naməlum. N.V. Qoqolun məhşur "Ölü canlar" əsəri yadıma düşdü (təki yanılmış olum ya da təsadüf bir şəxs tərəfindən edilmiş olsun, maraqlı tərəf olmamış olsun...). Görəsən "Ölü canların" özləri nə fikirdədir.--MrArifnajafov 18:20, 25 dekabr 2010 (UTC)
- Bu "vandalizm" hesab olunan əməlin mənbəyi də təqribən məlumdur. Belə ki, bir kərə yalan danışan min kərə də danışar. Çox təəssüf edirəm ki, vikipediyaçılar artıq el arasında "cındırlıq" adlanan formada mübarizə aparırlar.--Vago 18:25, 25 dekabr 2010 (UTC)
Bu nədi? Bu necə ifadə formasıdı, Vago. Vikipediyamız dağılır, xəbəriniz var. Xahiş edirəm, ifadələrimizə fikir verək. 5-10 nəfərik. Belə olmaz! Mən təklif edirəm bu Etimaddı Etibardı nədisə Səsverməsi dayandırılsın. Şəxsi münasibətlər, hücumlardan başqa heç bir şey görmürəm. Dəhşətə gəlməmək mümkün deyil. Zərərin yarısından da qayıtmaq xeyirdir.
--Vüsal Ağayev 19:44, 25 dekabr 2010 (UTC)
--N KOzi 14:33, 26 dekabr 2010 (UTC)
Ümumiyyətlə bu səsvermə az vikinin son iki ayda inkişaf tempini azı üç (3) dəfə aşağı saldı. Onun dayandırılması daha yaxşıdır.--N KOzi 14:38, 26 dekabr 2010 (UTC)
- Hər bir yaranmış bir zaman məhv olacaq. Bizə seçim hüququ verilib, biz də ondan istifadə edirik.
- P.S.: Nə qədər ki sağıq, AzVikini dağıtmaq istəyənlərin ölənlərinin ruhuna dua etməkdən başqa əlimizdən nə gələr?! Allah eləməmiş, AzViki dağılsa, və məni də bloklamasalar, mən də bu dağılmışda qırmızı görsənən "Müzakirəçilər" kateqoriyası yaradıb, onun üzvlərindən biri olacağam, vəssalam. Allah xeyirlisin eləsin! --Vago 11:34, 26 dekabr 2010 (UTC)
Vago, Sizə Vüsal da yazdı ki, (yazı texniki anlaşılmazlıq üzündən görünmür) bu cür ifadələr işlətmək olmaz. Vandalizmin kim tərəfindən edildiyi haqqında şəxsən mənim fikrim başqadır. Mən ki, burada heç kimi təhqir etmirəm, sübutum olmadığına görə, daha doğrusu dəqiq sübutum, susuram. Proses bu cür davam etsə, yəqin ki, mən də AzVikini tərk etməli olacam. Hamıya uğurlar.--Irada 02:34, 26 dekabr 2010 (UTC)
- Bircə bu çatmırdı. Siz niyə tərk edirsiz, tərk etməli olanlar bu addımı atmadıqları halda. Fikirlərinizə çox hörmət etsəm də qəti şəkildə bizi tərk etmənizə qarşıyam. Əgər bu addımı atsanız, vikidə həqiqətən də "böyük" dəyişikliklər baş verəcək və ardınızca bir çox aktiv istifadəçilər bu məkanı tərk edəcək. --sefer 14:34, 26 dekabr 2010
(UTC) İradə xanımın Vikipediyanı tərk etmək fikrini qəbul etmirik. Xahiş edirik, belə fikir səsləndirmiyin. Siz bizlərə həmişə lazımsınız.--Acategory 11:00, 26 dekabr 2010 (UTC)
İradə xanım, fikir mübadiləsindən sonra məsələyə bu cür münasibətimi anlayışlı qarşılamanıza şübhə etmirəm. Sizin isə sona qədər mübariz olmanıza arxayınam. Hörmətlə, --Vago 11:45, 26 dekabr 2010 (UTC)
!
Maşallah göz dəyməsin, deyəsən AzVikidə yenidən canlanma hiss olunur :) --Vago 11:04, 27 dekabr 2010 (UTC)
Bəli, çox xoş məsələdi. Bir həftəlik xaosdan sonra çox gözəl nəticədir.--N KOzi 15:02, 27 dekabr 2010 (UTC)
Vikimənbə
Hamını təbrik edirəm. Vikimənbə 2000 məqaləni keçdi.--N KOzi 10:45, 28 dekabr 2010 (UTC)
- Çox sağ olun, o gün olsun, AzViki 1000000 məqaləyə sahib olsun :) --Vago 10:50, 28 dekabr 2010 (UTC)
Portallar
Hesab edirəm ki, bəzi portallara əl gəzdirmək lazımdır. Portallarla işi stimullaşdırmaq üçün bəlkəm : Seçilmiş portal; ən aktiv portal (məqlə çeşidinə görə) mükafatları; ya Portal labaratoriyası kimi lahiyələr tətbiq edilsin. Bir misal çəkim: Coğrafi mövzuya aid məqalələr yetərincə olsa da coğrahiya portalı çox bəsitdir. Olmazdımı ki ora vətənimizin və dünyanın gözəl guşələrinə bio müxtəlifliyinə nadir bitkilərinə, iqtisadiyatına və s. aid məqalələr şəkillər əlavə olunsun. Portallar məqalələrin lokomativləridir. (çünki portal materialları: məqalələr, şəkillər, qrafik işlər həm məzmun həm də dizayn baxımından sanballı olmalıdır.) Az viki potensiyalını bunlara sərf etmək lazımdır, daha bir-birimizi didməyə, ləkələməyə yox. Hesab edirəm ki, idarəçilər bu işləri nəzarətə götürməlidirlər. Hər bir portal üzrə kuratorlar təyin olunsa daha düzgün olar. İdarəçilərin sayını lazım gəlsə təcrübəlilərin hesabına artırmaq da olar.--MrArifnajafov 12:59, 28 dekabr 2010 (UTC)
- Belə getsə, heç deyəsən idarəçiyə ehtiyac qalmayacaq. Hələ mənə çatmır ki, nəyi bölə bilmirik?! Həkim, yəqin METAdakı "biabırçılıq"dan sonra Siz də almanların üzünə baxa bilmirsiniz :))) --Vago 13:18, 28 dekabr 2010 (UTC)
- Sizi bilmirəm mənim üzüm həmişə ağdır. Özünüz haqqında pis fikirdə olmayın. Alman da ingilis də rus da bizim kimi iki əl-ayaq və bir başdan ibarətdir. (çox-çox üzr istəyirəm tualetə də bizim kimi gedirlər axı başqa usul kəşf olunmayıb.) Onlar da səhv etməyi, klounluq, paxıllıq, cığallıq etməyi bacarırlar. Fərq bircə reaksiyalardadır. Onlar olan hər hansı bir xoşagəlməz hadisəyə faciə kimi baxmırlar. Təbii qəbul edirlər. Bizlər isə kəsib tökməklə , yerlə sürüməklə "META" ilə hədələməklə və s.--MrArifnajafov 16:13, 28 dekabr 2010 (UTC)
MrArifnajafovla tam razıyam. Amma mən şəxsən portallarla 2011-ci ilin II rübündən sonra məşğul olmağı planlaşdırmışam. --Cekli829 17:19, 28 dekabr 2010 (Cek vaxtı ilə)
- Yaxşı olarki portalların iştirakçıları olsunlar mən artıq "tarix portalında" belə bir şey "Portal:Tarix/iştirakçılar" gerçəkləşdirmişəm amma aktiv olanlar yoxdur :( işitkarçılar portlallarda aktiv olsalar portallar inkişaf edər.--JameS RamireZ 16:26, 28 dekabr 2010 (UTC)
- Seçkilər qurtarsın, inşallah yubileyə qədər görüşərik, ondan sonra portallar da qaydasına düşəcək, Ana Səhifə də, bircə Şeytanın aramıza düşmənçilik toxumu səpməsinə imkan verməyək. --Vago 16:37, 28 dekabr 2010 (UTC)
Yeni məqalə haqqında
Salamlar. Mən bir məqalə yazdım: Open Directory Project. Onu vaxtım olduqca, yenə təkminləşdirəcəyəm və ona əlavələr edəcəyəm. Bu mənim 1-ci wikipedia məqaləmdir, ona görə həmin məqalə barədə sizin fikrimizi bilmək istəyirəm. Lütfən bir nəzərdən keçirin, texniki cəhətdən səhvə yol verməmişəm ki? Daha nə etməyim lazım idi? Sağ olun, hörmətlə, Aydınsalis 08:30, 29 dekabr 2010 (Bakı)
Əleykümə Salam,Məqaləniz yaxşı yeni istifadəçi üçün isə əladır.Məqalənizdə yazı yerində çoxlu xarici keçid qeyd etmisiniz amma yaxşı olardıkı oları pozub və oların yerinə daxili keçidlər əlavə edəsiz.Başqa bir səhv görmürəm.Sualınız olsa müzakirə səhifəmə yaza bilərsiz,gələcəy fəaliyətinizdə sizə uğurlar arzu eliyirəm.Hörmətlə --JameS RamireZ 15:01, 29 dekabr 2010 (UTC)
48000 oldu!
Azvikinin 48000-ci məqaləsini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə bütün VikiSevərlərə hədiyyə edirəm. --Vago 12:30, 29 dekabr 2010 (UTC)
Super oldu! --Cekli829 16:25, 29 dekabr 2010 (Cek vaxtı ilə)
Əla nəticədir. Xüsusilə 49-cu pilləyə qalxmağımız çox yaxşıdır. Belə demək mümkünsə Vago Azvikini lokomotiv kimi irəli aparır. Onun azvikiyə xeyri danılmazdır. Təşəkkürlər Vago! Belə davam et! --N KOzi 05:08, 30 dekabr 2010 (UTC)
Bayramlarınız mübarək!
31 dekabr — 4 yanvar tarixlərində virtual həyatdakı deyil, real həyatdakı ailəm ilə birlikdə olacağım üçün Sizin qarşıdan gələn bayramlarınızı indidən təbrik edirəm! Bütün dünya azərbaycanlılarına növbəti onillikdə daha böyük nailiyyətlər əldə etməyi arzu edirəm! İnanıram ki, 10 il sonra nəinki Azərbaycan, hətta bütün Dünya üstün zəka sahibi olan, yüksək intellektli insanlardan ibarət olacaq, yerdənkənar sivilizasiyalarla ünsiyyət qura biləcək, şər və böhtanı tamamilə məhv edəcəkdir. Haqqa-ədalətə ədavət qarışmayacaq, iftiralara son qoyulacaq, əsas strateji münasibət Ulu Yaradanın yaratdığı bütün varlıqların tutduqları mövqelərinin təbii olduğunun qəbul edilməsi olacaqdır. --Cekli829 14:55, 30 dekabr 2010 (Cek vaxtı ilə)
- Yaxşı sözlərdir ). Bahəm! --Proger danış 16:59, 30 dekabr 2010 (UTC)
Təşəkkür edirəm və təbrikə mən də qatılıram.--Vago 11:16, 30 dekabr 2010 (UTC)
Təşəkkür,sizinlə bahəm.Büdün vikipediyaçılara uğurlaz arzu edirəm bayramlarınız mübarək --JameS RamireZ 13:22, 30 dekabr 2010 (UTC)
Bütün Vikipediyaçıları və dünya azərbaycanlılarını qarşıdan gələn Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edir, hər kəsə uzun ömür, can sağlığı arzu edirəm. Yeni ildə hər kəsə işlərində müvəffəqiyyətlər arzulayıram.--Şahzadə 14:28, 30 dekabr 2010 (UTC)
Hamınız təbrik edirəm. Uğurlu illər ümidi ilə. --N KOzi 14:29, 30 dekabr 2010 (UTC)
- Hamını Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər kəsə ailə səadəti, uğurlar və uzun ömür arzu edirəm. Qoy yeni il eyni zamanda Azərbaycan Vikipediyası üçün də uğurlar ili olsun.--Acategory 17:12, 30 dekabr 2010 (UTC)
Mən də deyilən bütün xoş sözlərə və təbriklərə qoşuluram. Bayramlarınız mübarək!--Sortilegus 19:14, 30 dekabr 2010 (UTC)
Təbriklər Azərbaycanlılar!...Bu aralar Bizim Vikipediyamızda da həmrəyliyə böyük ehtiyac var.--Rzalı 19:28, 30 dekabr 2010 (UTC)
- Hamının həmrəylik bayramı mübarək. Mən vikipediyamızdakı həmrəyliyin və sağlam fikir mübadiləsi, əks mövqelərin hörmət daxilində ortaya qoyulub müzakirə edilməsi kimi halların dünyanın hər yerindəki azərbaycanlılar üçün nümunə olmasını diləyirəm. Hamıya yeni ildə uğurlar. --TimBitsتِمبِتس 19:40, 30 dekabr 2010 (UTC)
Mən də təbriklərə qoşuluram. Arzu edirəm ki, 2011-ci ildə daha da BİR olaq!--Vüsal Ağayev 07:37, 31 dekabr 2010 (UTC)
- Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə hamını təbrik edirəm. Arzu edirəm ki, 2011-ci ildə Vikigörüşlərimizi Şuşada, Xankəndində, Ağdamda keçirək. --Irada 14:43, 31 dekabr 2010 (UTC)
- Amin!-- Pərviz 14:48, 31 dekabr 2010 (UTC)
- Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə hamını təbrik edirəm. Arzu edirəm ki, 2011-ci ildə Vikigörüşlərimizi Şuşada, Xankəndində, Ağdamda keçirək. --Irada 14:43, 31 dekabr 2010 (UTC)
Hörmətli həmkərlar! Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə hər birinizi, sizin timsalınızda bütün azərbaycanlıları səmimi qəlbdən təbrik edir, sizlərə ən xoş arzularımı bildirirəm. Arzu edirəm ki, gələn il daha böyük nailiyyətlər qazanaq, mehriban olaq, uca zirvələr fəth edək. Səmimiyyətlə: --Sultan11 15:44, 31 dekabr 2010 (UTC)
men yeni istifadəçi kimi təbriklərə qoşuluram ve her kesi tebrik edirem.--Hemidova 13:21, 1 yanvar 2011 (UTC)
“Kreativ Gənclər” Kiçik Qrant müsabiqəsi
“Kreativ Gənclər” Kiçik Qrant müsabiqəsində “Azərbaycan dilində olan vikipediyada gənclərin fəaliyyəti və bu fəaliyyətin stimullaşdırılması yolları” layihəsi qalib gəlib. Mənim bu haqda məlumatın yalnız saytlarda yazılanlardır. Kimin daha çox xəbəri varsa xahiş edirəm bu məqaləni zənginləşdirsin : “Kreativ Gənclər” Kiçik Qrant müsabiqəsi. Hörmətlə, --Irada 14:40, 30 dekabr 2010 (UTC)
Mənim müəllifi olduğum layihədir. Müsabiqədə qalib olan 8 layihə arasında 1-ci yeri tutub. Son görüşümüzdə bu haqda da danışmışıq. Bəzi maraqlı təkliflər səslənib. Maliyyə dəstəyi ayrılandan sonra universitetlərdə, digər təhsil ocaqlarında Vikipediya dərslərinin keçirilməsi, mətbuatda bunların işıqlandırılması və s. nəzərdə tutulur. Belə məqalə bir az qeyri-ensiklopedikdir. Tədbirlər olandan sonra başqa ad və məzmun, məsələn, "Vikipediya dərsləri" və ya buna uyğun bir formada məqalə yaradıb içində tədbirlər barəsində məlumat vermək olar. --Sortilegus 19:12, 30 dekabr 2010 (UTC)
Məlumatlandırdığına görə təşəkkür edirəm. Ürəyincə deyilsə məqaləni silə bilərsən. --Irada 19:24, 30 dekabr 2010 (UTC)
Dəyməz. Hələlik qalsın ki, məlumatı olmayanlar müzakirəni oxuduqda söhbətin nədən getdiyini anlasınlar. --Sortilegus 19:32, 30 dekabr 2010 (UTC)
Ərəb əlifbası üçün həll.
Tacik dili Vikipediyada "Müzakirə" düyməsinin yanında bir ox işarəsi vardır. Buna basaraq Kiril əlifbası yoxsa Latın əlifbası bilərmi istifadə edəcəyini seçirsən. Burada da Ərəb əlifbasını artıracağıq olar bitər. E M P E R Y A N ✍ 14:21, 26 dekabr 2010 (UTC)
- Biz bu məsələni IV vikigörüşümüzdə müzakirə etmişik. O cür seçim yalnız tacik vikipediyasında deyil. Biz həmin təcrübəni (əgər düz başa düşmüşəmsə) Azərbaycan Vikipediyasında da tətbiq edəcəyik. --Proger danış 17:49, 26 dekabr 2010 (UTC)
- Yaxşı o zaman. Ancaq nə qədər erkən olsa o qədər gözəl olacaq. E M P E R Y A N ✍ 18:37, 26 dekabr 2010 (UTC)
Məncə artıq Cənubi Azərbaycan vikisi hazırlanır deyə ərəb əlifbasına artıq ehtiyac yoxdur --JameS RamireZ 21:03, 26 dekabr 2010 (UTC)
- Hazırlanmır. Hazırlamaq istəyirdilər. Alınmadı. İndidən belə də ümumiyyətlə alınmayacaq. --Proger danış 21:07, 26 dekabr 2010 (UTC)
Cənubi Azərbaycan Vikipediyasının yaranması məsələsi sual altındadır, çox ehtimal ki heç yaranmayacaq da, onun üçün də baxmayaraq ki, texniki cəhətdən həllini tapmayıb, AzVikinin ərəb əlifbasının da latın əlifbası ilə paralel işlənmə variantının hazırlanması gündəmdə olan məsələləridir. Əsas məsələ istəməkdir və bu istəyi yerinə yetirməyə təşəbbüs göstərməkdir. Bunun üçün ilk növbədə təcrübəli müzakirəçilərə, sonra da müzakirələrin nəticəsinin boşa getməməsi üçün AzVikiyə fayda vermək istəyən təcrbəli istifadəçilərə ehtiyac var. Heç kəs pessimist olmasın, kim nə təklif edirsə, buyura bilər. --Vago 07:23, 27 dekabr 2010 (UTC)
Поздравления
- Уважаемые коллеги, от имени всех Википедистов Грузинского раздела, разрешите поздравить вас с Новым Годом! Всего наилучшего в новом году!
- Dear colleagues, from the name of Georgian Wikipedians, allow me to congratulate you the New Year Holiday and wish all the best in the new, 2011 year!--Gaeser 20:45, 31 dekabr 2010 (UTC)
- Принимаем поздравления (;)) и так же от имени Азербайджанкой Википедии поздравляем википедистов Грузинского раздела с Новым Годом! Всех благ вам и счастья! И конечно же желаем больших и качественных статей! --Proger danış 21:25, 31 dekabr 2010 (UTC)
Поздравляю всех грузинских коллег С Новым Годом. Пусть 2011 год будет для наших народов удачным.--Irada 21:39, 31 dekabr 2010 (UTC)
Поздравляем вас уважаемые Грузинские коллеги с новым годом счастья вам и успехов. გილოცავთ თქვენი ახალი წელი შეიძლება ამ წლის წარმატებული ქართველი და აზერბაიჯანელი ხალხის სიხარული და წარმატებები თქვენ --JameS RamireZ 21:46, 31 dekabr 2010 (UTC)
Yeni iliniz mübarək !!!! --თეკა 22:32, 31 dekabr 2010 (UTC)