Vikipediya Kend Meydani Arxiv Dekabr 2014 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Məqalələrə şəklin əlavə olunması
Salam. Rəssamlıq ayı ilə bağlı Vinsent Van Qoqun Ulduzlu gecə (tablo) məqaləsini yaratdım. Lakin məqalələrə şəkil yerləşdirə bilmirəm. Şəkil əlavə etmək qaydasını mənə öyrətsəz çox sevinərəm. Təşəkkürlər. - — Bu imzasız yazı Ayxan Əhmədzadə (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 03:13, 1 dekabr 2014 (UTC)
- Hörmətli Ayxan Əhmədzadə lütfən şərhlərdən sonra öz imzanızı əlavə etməyi unutmayın. Bunun üçün yuxarı bölümdə (mavi rəngli imza işarəsi) olan imza və vaxt qeydi keçidinin üzərinə klik etməniz kifayətdir. O ki, qaldı şəkil əlavə etmək məsələsinə siz ilk növbədə redaktə qaydaları ilə tanış olun. Həmin məqaləyə şəkili idarəçilərdənbiri əlavə edib. Diqqətlə baxaraq bunu özünüz üçün müəyyənləşdirə bilərsiniz. Hörmətlə:--Baskervill (talk) 00:57, 2 dekabr 2014 (UTC)
Diyarı → Ölkəsi
Hörmətli həmkarlar salam. Bildiyiniz kimi Rusiyanın 9 subyekti (azviki-də hazırki vəziyyətdə adları ilə: Krasnoyarsk diyarı, Altay diyarı, Zabaykal diyarı, Kamçatka diyarı, Krasnodar diyarı, Perm diyarı, Primorsk diyarı, Stavropol diyarı, Xabarovsk diyarı) край adlanır. Bu sözün rus dilində olan izahına, həmçinin ASE-də bu inzibati-ərazi vahidinin "ölkə" kimi verilməsinə (məs.: V cild, Bakı, 1981, səh. 107) əsaslanaraq bu subyektlərin barəsində olan məqalə adlarında diyar sözünü ölkə sözü ilə əvəz etmək istəyirəm. Əlbəttə bu halda bütün keçidləri düzəldəcəm (məs.: Krasnoyarsk diyarı ilə bağlı). Hörmətli idarəçilərin və digər istifadəçilərin münasibətini bilmək istərdim, əgər etiraz edən yoxdursa bunu bu gün sona çatdırım. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 10:13, 2 dekabr 2014 (UTC)
- "Ölkə" məncə burda doğru deyil axı. "Ölkə" biz rusların "страна" dediklərinə deyirik. "Край" bizim dildə məhz "diyar"dır. İndi məsələn, "Krasnoyarsk diyarı"na "Krasnoyarsk ölkəsi" deməliyik? Axtarış sistemində də Rusiyanın diyarlarının "ölkə" adlandırılması ilə bağlı bir nəticə belə yoxdu. ASE-də doğrudan da məhz belədirmi? Hörmətlə:--Sortilegus (talk) 10:53, 2 dekabr 2014 (UTC)
- Qətiyyən olmaz. Bir də ki, mən də baxdım. Məsələn: Perm vilayəti — RSFSR-də vilayət. Kimi yazılıb. (ASE, VII cild səh. 504) --Araz Yaquboglu (talk) 15:54, 2 dekabr 2014 (UTC)
- Həmkarlar bağışlayın bir az gec cavab yazdım. Araz bəy ASE, VIII cild, 1984, səh. 12-də Primorye ölkəsi yazılıb məqalə adı. Biz həmin inzibati vahidi Primorsk diyarı adlandırmışıq azviki-də. Perm vilayəti (oblastı) 1983-cü ildə (ASE, VII cild nəşr ediləndə) var idi, ancaq Perm krayı 2005-ci ildə təşkil edilib. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 17:57, 2 dekabr 2014 (UTC)
- Bəli, əvvəllər ölkə kimi tərcümə olunurdu. Ölkə ilə vilayət inzibati vahidlərinin fərqi isə budur ki, ölkənin tərkibində muxtar vilayət olurdu. Tərkibində belə bir şey olmayan yeganə kray isə Primorski idi, bu da ola bilər ki, həmin krayın daha əvvəl respublika olması ilə əlaqədar idi. Hal-hazırda Rusiyada kray və vilayət inzibati ərazi vahidlərinin statusu arasında heç bir hüquqi fərq yoxdur, başqa sözlə, krayların tərkiblərindəki muxtar vilaytətlər artıq çoxdan respublika olublar və krayın yox, Federasiyanın subyektidirlər. Ona görə biz krayları da vilayət kimi yaza bilərik. Amma ən yaxşısı, elə əvvəlki kimi yazmaqdır, Altay ölkəsi və s... Bir də ki, hansı etibarlı mənbədə göstərilir ki Altay ölkə deyil, diyardır? Belə mənbələr çoxdursa, diyar yazın. Varmı belə mənbələr? Hörmətlə, --Afrasiyab (talk) 16:34, 2 dekabr 2014 (UTC)
- Qətiyyən olmaz. Bir də ki, mən də baxdım. Məsələn: Perm vilayəti — RSFSR-də vilayət. Kimi yazılıb. (ASE, VII cild səh. 504) --Araz Yaquboglu (talk) 15:54, 2 dekabr 2014 (UTC)
Вики-сабантуй
Приглашаю всех в вики-сабантуй который пройдет 24-26 апреля 2015 года в Уфе. Регистрация тут. Срок подачи заявок: до 31 марта 2015 года включительно. --Kaiyr (talk) 17:35, 2 dekabr 2014 (UTC)
Yeni səhifələr
Salam həmkarlar. Təklif edirəm ki, Yeni səhifələr linki sol paneldə Son dəyişikliklər sözünün yanında da olsun. Çünki istənilən bir səhifədə işi bitirəndən sonra Yeni səhifələrə keçmək üçün məcbur olub sol paneldən son dəyişikliklər üzərində vurmalı, o açılmalı sonra oradan da yeni səhifələrə keçməli olursan. Bu da vaxt itkisidir. Digər vikilərdə, məsələn RuVikidə mən təklif etdiyim kimidir. --Araz Yaquboglu (talk) 17:06, 3 dekabr 2014 (UTC)
- Mən artıq razıyam. Məncə də belə rahat olar -- Serkanland 19:37, 3 dekabr 2014 (UTC)
- Təkilifinizə mən də qatılıram.--Asparux Xan Bulqar (talk) 19:47, 3 dekabr 2014 (UTC)
Kömək lazımdır
Bütün Azərbaycan Vikipediyasının idarəçi və istifadəçilərini salamlayıram. Bu gün mən Kraliça Annanın yay sarayı haqqında məqalə yaratmağa başladım. Lakin indi mənim həmin məqalə ilə bağlı kiçik problemim var: sağdakı məlumat aynasında "Şablon:FormattingError" yazıları əmələ gəlir, mən problemin nədə olduğunu açığı anlamadım. Həmişə istifadə etdiyim şablonda indi niyə error yazısı əmələ gəlir? Bu problemi həll etməkdə mənə köməklik göstərə bilərsinizmi? Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 09:38, 4 dekabr 2014 (UTC)
- Başlığı böyük hərflərlə daxil edin. Hörmətlə --Dağlı95 (talk) 10:00, 4 dekabr 2014 (UTC)
Əslində mən də bu şablonla eyni problemi bir neçə dəfə yaşamışam. Şablonu yenidən copy-paste edib yerləşdirin, bəlkə alındı. --Serk@nl@nd 10:48, 4 dekabr 2014 (UTC)
Hamıya salam. Bu iki məqalədə hal-hazırda vandalizm prosesi gedir. Sacilər dövləti 879-cu ildə yaradılıb. Ancaq hal-hazırda məqalələrdə bu il 889-cu il olaraq göstərilir. Hörmətlə : --Kim Yushin (talk) 17:24, 9 dekabr 2014 (UTC)
Salam --Kim Yushin. Sacilər dövləti məqaləsini mən redaktə etmişdim. Zəhmət olmasa AMEA Azərbaycan tarixi II cild səh. 313-ə bax. Sacilər dövlətinin yaranma tarixi 879-cu il yox 889-cu ildi və dövlətin banisi də Əbu-s-Sac Divdad deyil. Həmçinin Azərbaycan tarixi I cild (Z.Bünyadovun və Y.Yusifovun redakəsi ilə) səh. 287 baxa bilərsiniz. Hörmətlə : --İstifadəçi:Nuriyev77 (talk) 14:50, 21 dekabr 2014 (UTC)
Xəttlər yox xətlər
Mən bilən Azərbaycan dilinə görə bu söz t hərflərindən birini itirir. Ona görədə bu kateqoriyanın adı səhvdir: [1] Hörmətlə : --Kim Yushin (talk) 13:24, 10 dekabr 2014 (UTC)
- Həll edildi. --Araz Yaquboglu (talk) 13:43, 10 dekabr 2014 (UTC)
Bloklama
Hörmətli Baskervill, "Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir" qaydalarının "İstifadəçilərə hücum və ya onların şəxsiyyətlərinin alçaldılması", "Vikipediya:İdarəçilərin fəaliyyəti" qaydalarının "Vikipediya istifadəçilərinə münasibət" maddələrinin tələblərini kobud surətdə pozduğunuz üçün "Vikipediya:Bloklama qaydaları"nın "Bloklanma səbəbləri" maddəsinin 4-cü bəndini əsas tutaraq, sizin təcrübəli və Vikipediya üçün faydalı istifadəçi və idarəçi olduğunuzu nəzərə alaraq, müxtəlif müzakirə səhifələrində digər istifadəçilərə qarşı son günlər mütəmadi xarakter alan etik normalardan çox-çox kənar, Vikipediya idarəçisinə yaraşmayan, təhqiramiz və şəxsiyyəti alçaldan şərhlərinizə görə 5 gün müddətinə bloklanırsınız. Nəzərə alın ki, bloku vaxtından əvvəl açmaq cəhdlərinizə görə blok müddətiniz artırıla, həmçinin Vikipediya çərçivəsində digər intizam tədbirləri görülə bilər.
Bloklanmanıza səbəb olan şərhləriniz bunlardır: [2], [3], [4], [5], [6], [7].
Xahiş edirəm ki, blok müddətində aşağıdakı qaydalarla yaxından tanış olasınız və istifadəçilərlə münasibətdə daha çox dözümlülük nümayiş etdirəsiniz, çünki idarəçi statusu sizə şəxsi məqsədlərdə istifadə üçün deyil, Vikipediyanın inkişaf etdirilməsində rol oynamağınız üçün verilib.
- Vikipediya:Beş əsas prinsip
- Vikipediya:İdarəçilərin fəaliyyəti
- Vikipediya:Etiket
- Vikipediya:Nəzakət
- Vikipediya döyüş meydanı deyil
- Vikipediya:Xoş niyyətli olduğunuzu göstərin
Ümid edirəm ki, yuxarıda qeyd edilənləri nəzərə alıb gələcək fəaliyyətinizdə müsbət yöndə dəyişikliklər edəcəksiniz. Hörmətlə, Wertuose (talk) 20:01, 14 dekabr 2014 (UTC)
- İadrəçi Wertuose-un mövqeyni dəsətkləyirəm. Azərbaycanca vikipediyada idarəçi --Acategory (talk) 20:21, 15 dekabr 2014 (UTC)
Cənab Wertuose sizin tərəfinizdən atılan bu addıma görə qətiyyən təəccüblənmədim. Çünki bu sizin mənə qarşı atdığınız ilk yox sayca ikinci belə addımdır. Bir idarəçi digər bir idarəçini bloklayırsa bunu Azvikidə müzakirə etmədənmi edir ? :) Yəni siz digərlər şəxslərlə "Azvikidə" hər-hansısa bir məsləhətləşmə apardınızmı ?! Söhbət bu ensiklopediyadan gedir, hər hansısa sosial şəbəkədə yaradılan qrupda aparılan müzakirədən yox əlbəttə də. Birdə siz nədən qərara gəldiniz ki, məni 5 gün müddətinə bloklamaq bütün məsələləri həll edəcək ? Bəlkə mən 5 günə yox 5 aya "ağıllanacam". Sizin etdiyiniz bu hərəkət özbaşınalıqdır. İndi bu ifadəmidə sizə qarşı təhqir olaraq qəbul edib ürəyiniz istəyən qərar verərsiniz. Mən viki cəmiyyətin birlikdə qəbul etdiyi qərarlara əsla etiraz etmərəm sadəcə "birlikdə" kiminsə fərdi formada verdiyi qərara yox. Digər idarəçilərin bu məsələyə öz münasibətini bildirməməsi və güya təhqir edilən şəxsin ağzına su alıb susması məncə bir daha onu göstərir ki, hardasa müəyyən söhbətlər aparılıb və məni sizin əlinizlə 5 günlük bloklayıblar. Mənim niyyətim Azvikinin işini pozmaq deyil. Gündəlik patrul nəzarəti edirəm və vandalizmə məruz qalan məqalələri bərpa edirəm. Elə siz məni bloklayandan sonra fikir verdim bir necə qeyri-ensiklopedik məqalə yaradılıb və siz onlara əl vurmamısız. Bilmirəm, bəlkə də vaxtınız olmayıb redaktə etməyə. Ancaq nə özünüz redaktə edirsiniz, nə də bir başqasını redaktə etməyə qoyursunuz. Nəsə əşi--Baskervill (talk) 20:09, 15 dekabr 2014 (UTC)
- Cənab Baskervillinin bıoklanması tamamilə doğru addımdır. Vikipediyanın daxili intizam qaydaları bütün istifadəçilərə aiddir və cənab Baskervilli də istisna təşkil etmirdi. İddia etdiyi məsləhətləşmələr və s. və ilaxır kimi fərziyələr isə tamamilə əsassızdır. Guya mənim Keete 37 ilə birlikdə nonun fəaliyyətini pozmağa cəhd etməyimiz isə gülməlidir. Belə ki Kobani blokadası məqaləsinin adını müzakirə etməyimi guya onun fəaliyyətini pozmaq kimi qiymətləndirir??? Hörmətlə, Afrasiyab (talk) 18:13, 16 dekabr 2014 (UTC)
New Wikipedia Library Accounts Now Available (December 2014)
Apologies for writing in English, please help translate this into your local language. Hello Wikimedians!
The Wikipedia Library is announcing signups today for, free, full-access accounts to published research as part of our Publisher Donation Program. You can sign up for new accounts and research materials from:
- Elsevier - science and medicine journals and books
- Royal Society of Chemistry - chemistry journals
- Pelican Books - ebook monographs
- Public Catalogue Foundation- art books
Other partnerships with accounts available are listed on our partners page. Do better research and help expand the use of high quality references across Wikipedia projects: sign up today!
--The Wikipedia Library Team.00:22, 18 dekabr 2014 (UTC)
- You can host and coordinate signups for a Wikipedia Library branch in your own language. Please contact Ocaasi (WMF).
- This message was delivered via the Global Mass Message tool to The Wikipedia Library Global Delivery List.
Bloklanmam barədə bir necə söz
Və budur mənim 5 günlük bloklanma müddətim başa çatdı. Yenidən Azviki üçün nələrsə edə bilmək çox xoşdur. Bu bir necə gündə həyatımda ciddi anlamda nələrinsə çatmadığını hiss edirdim. Mənim son 5 ilim Azvikini düşünməklə keçib. Hər zamanda belə bir arzum olub ki, bir gün hamı Azvikidən bezib getsədə mən gecənin bir aləmində bura üçün nələrsə etməliyəm. Qısa zamanda göstərdiyim məhsuldar fəaliyyət nəticəsində idarəçi belə seçilmişdim. Hamı kimi gah yorulurdum, gah bezirdim, ancaq ağıllı başa düşünəndə Azvikinin mənim üçün olan əvəzsiz dəyərini daha dərindən anlayırdım. Azviki üçün əvəz olunmaz heç bir idarəçi və ya istifadəçi yoxdur. Mənim niyyətim də zatən heç bir zaman əvəzedilməz olmaq deyildi. Mən hər zaman burada olacam. 5 il əvvəl olduğumu və 5 il sonra olacağı kimi. Allah nə qədər ömür versə yəni.. O ki, qaldı bloklanma məsələmə, dediyim sözlərə görə 1 qram belə peşiman deyiləm. Mən sözü dedim və buna görə cəzamı çəkdim. Bu baxımdan məsələni qapanmış hesab etmək olar.
Mən hər bir kəsi şəffaf olmağa dəvət edirəm. Tək şəffat olmaqla iş bitmir, təəssüf ki. Ədalətli olmaqda şəffaf olmaq qədər mühüm bir məsələdir. Bu 5 gün ərzində özüm üçün bir mühüm qərarı verdim. Tək fəaliyyət göstərməyi. Burada gördüklərim sözüm əsil mənasında məni iyrəndirdi. Bundan sonra heç bir açıq-gizli qrupda olmadan (zatən buna qədər də yox idim) alnı açıq şəkildə işləyəcəm. Hansısa qrupda olanlarada pis baxmıram. Əgər niyyət Azvikinin inkişafına nail olmaqdırsa, niyə də yox ? "İnkişafına" sözünü şəxsi-inkişafı anlamında dərk edənlərin olduğuna əminəm. Birdə bəzi insanların məni provaqasiyaya cəlb etmələri barədə demək istərdim. Sizdə bu gündən etibarən heç nə alınmayacaq. Bir çoxları arzu edir ki, bu Baskervilldə cəhənnəm olsaydı canımız qurtarardı.
Ancaq mən hər zaman burada olacam. Bir idarəçi kimi, bir istifadəçi və ya bir viki sevər kimi. Hörmətlə:--Baskervill müzakirə 21:48, 19 dekabr 2014 (UTC)
- Hər birimizə xoş niyyətlərimizdə uğurlar. Allah hər bir kəsin köməyi olsun. Azərbaycanca Vikipediyamızı (və həmçinin digər viki layihələri) genişləndirək, zənginləşdirək, inkişaf etdirək.--samral müzakirə 22:26, 19 dekabr 2014 (UTC)
- Bir daha uğurlar.!--namikilisu 18:38, 22 dekabr 2014 (UTC)
Kömək lazımdır
Hamıya salam. Kimsə mənə istinad göstərməyin qaydasını izah edə bilər? Hörmətlə : --İstifadəçi:Nuriyev77 (talk) 14:54, 21 dekabr 2014 (UTC)
Salam Hörmətli Nuriyev77 Azvikidə istinad göstərmək bir az gəliz məsələdir. Yenə də prosesi bildiyim formada sizə izah etməyə çalışacam. Məsələn Tunis prezidenti olan Beji Caid Essebsinin Azvikidə olan məqaləsində istinad şablonundan istifadə olunub.
- I addım - Siz istinad əlavə etmək istədiyiniz hər hansısa bir məqalənin sonluq bölümlərinə İstinad başlığı adlı bir bölmə əlavə edirsiniz. Bölmənin aşağı hissəsində olan adlı yazınıda copy etməyi unutmayın.
- II addım - İstinad vermək istədiyiniz cümlənin sonuna refarans teqini əlavə etməlisiniz və mənbəni həmin teqin arasında yazmalısınız. Daha aydın formada anlamaq üçün yuxarıda nümunə kimi göstərilən məqaləyə baxmağınız kifayətdir. Burada aydınca göstərilib.
Bunu öyrənməyin ən rahat yolu hər hansısa məqalədə praktik etməkdir. Siz nümunə kimi bir məqalədə bunu yoxlayın. Yəni gəlin ilk dəfəni birlikdə edək ondan sonra prosesi özünüz görəcəksiniz. Hörmətlə:--Baskervill müzakirə 23:07, 23 dekabr 2014 (UTC)
Servis olarak değişiklik değerlendirme
Hörmətli dostlar,
Vikipedi’nin en kuvvetli araçları değişiklik kalitesini belirlemek için makine sınıflandırmasından (tr:Makine öğrenimi) faydalanırlar. Maalesef bunların çok azı oluşturdukları değerlendirmelerinin kullanılmasını sağlayacak kamuya açık bir UPA/API yayınlamaktalar – ve genellikle bunlar genelde sadece İngilizce Vikipedi’de çalıştırılıyor. Bu projede biz değişilşikler için makine sınıflandırma değerlendirmelerini sağlayacak kamuca sorgulanabilir bir UPA geliştireceğiz. Bizim inancımız bu gibi bir servisin sağlamakla güçlü yeni araçların yaratılmasını ve olan araçların geliştirilmesini kolaylaştıracağız.
Bunun için Wikimedia sponsorluğunda Meta:servis olarak değişiklik değerlendirme başlığında bir araştırma yürütmekteyiz. Projemizin önemli hedeflerinden birisi İngilizce Vikipedide çalışan User:ClueBot NG, Huggle ve STiki gibi araçların değerlendirmelerini kendi geliştirdiğimiz sistemde birleştirmek ve kendi makine sınıflandırma ile vardığımız değerlerlendirmeler ile bu araçların değerlendirmelerinin bileşkesi ile daha doğru sonuçlara ulaşmak. Geliştirdiğimiz bu sonucun öncelikle Azerice, Portekizce ve Türkçe Vikipedilerde uygulamayı ve kullanıma açmayı hedeflemekteyiz. Daha ilerisinde geliştirdiğimiz sistemi diğer dillere de uygulamayı ve kullanıma açmayı hedefliyoruz.
Biz makine sınıflandırılasında gözetimli öğrenme (en:Supervised learning) kullanıyoruz ve bunun için sistemin belli miktar verinin insanlarca/elle tasnifi gerekiyor. Sistemimizi Azerice Vikipedi’ye uyarlayabilmemiz için yardımınıza ihtiyacımız var. Soru ve görüşlerinize açığız.
-- とある白い猫 chi? 18:09, 23 dekabr 2014 (UTC)
- Merhaba. Ne gibi yardıma ihtiyacınız var? Elle tasnifine ihtiyaç olan veriler hangisidir? Daha detaylı anlatırsanız, belki yardım etmek isteyenlerde çok olur.--Wertuose (talk) 19:31, 26 dekabr 2014 (UTC)
- İki konuda yardıma ihtiyacımız var.
- Birincisi, projede toollabs:wikidata-game gibi bir oyunlaştırma () düşünüyoruz. Bütün katılımcılardan toplamda 1000-1500 adet elle girdi bize önemli bir aşama kat ettiriş olacak. Girdi sayısı arttıkça oyunu kendi kendini geliştiren bir döngü ile daha anlamlı öneriler sunmaya başlayacak.
- İkincisi, Azerice için bir :en:Stemmer ihtiyacımız var. Kullanıma uygun stemmer biliyor musunuz? Yoksa Azeri Vikipediya topluluğu bir stemmer oluşturabilir mi? Biz teknik destek sağlasakta Azerice anadili olanların yardımına ihtiyacımız var. Türkçe Stemmer (kod) bir başlangıç olarak düşünülebilir fakat Türkçe stemmer ile Azerice stemmer arasında önemli farklar olacaktır.
- -- とある白い猫 chi? 14:39, 31 dekabr 2014 (UTC)
- İki konuda yardıma ihtiyacımız var.
Portal:Coğrafiya
Köməyiniz lazım. Coğrafiya portalında " Bu ayda ..." bölməsində arxiv yaratmaq və hər ay orada məlumatların ardıcıl göstərilməsini istəyirəm. Lütfən kömək edin.--namikilisu 15:31, 27 dekabr 2014 (UTC)
Proqram Şablonu
Burda Şablon:Proqram səhifəsi var. Şablon çox pis yığılıb. Yəni bölmələr azdı. en.wikipedia.org-da buna baxdım. Lazım olan hər şey var. Özüm redaktə etmək istədim, amma baş çıxara bilmədim. Düzünü desək çox da baxmadım. Adminlərdən biri bu şablona düzəliş etməlidir. N1C4T97 (talk) 10:52, 28 dekabr 2014 (UTC) https://az.wikipedia.org/?q=%C5%9Eablon:Proqram
Hello
Hello dear Superyetkin,Actif on SWMT and x-wiki patroller,i would like to help this wiki to fight vandalism and spam. Is it possible to get my edits automatically checked? and also IP blokundan azad olma ? I have sysop on two wiki and various rights across other projects. Regards and wonderful holiday! --Grind24 (talk) 16:26, 28 dekabr 2014 (UTC)
Azviki üçün daha bir il arxada qalır..
Yeni ilin gəlməsinə az müddət qalıb. Azviki üçün daha bir il arxada qalmaqadadır. 2014-cü ili bizim milli ensiklopediyamız üçün düşərli saymaq olar. Məqalələrimizin sayı 100.000 həddi keçdi, dərinliyin artırılmasına və daha keyfiyyətli məqalələrin yaradılmasına xüsusi önəm verildi. Yenilik sayıla biləcək Xəbərlər şablonu əlavə edildi. Baş verən proseslər təkcə Azviki daxilində yox eyni zamanda ətrafda müşahidə edildi. Keçirilən tədbirlərin, konfrans və mərasimlərin sayı məncə bu illərə qədər baş tutanların arasında daha çox oldu. Öz adıma deyə bilməsəmdə vikipedistlər üçün əlamətdar bir hadisə hesab edilə biləcək "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun yaradılmasında Azərbaycan dilində olan elektron ensiklopediya Vikipediya üçün mühüm bir addım oldu. 2015-ci ildə bu il ərzində əldə edə biləcəyimiz uğurların ən azı 2 qatını əldə edə bilsək bu artıq bizim üçün sözün əsil mənasında inkişaf olar.
İdarəçilərdən: Acategory, Araz Yaquboglu, Babək Akifoğlu, Cekli829, İrada, NKOzi, Proger, Sefer azeri, Sortilegus, Vusal1981, Sultan11, Wertuose Fəal istifadəçilərdən: Eagle94, E-citizen, Asparux Xan Bulqar, Verman1, Enver62, Melikov Memmed, Cavidaga, Keetle 37, Kim Yushin, Turalhemidli, Ayşad Əsgərli, Ilkinhemidov, Interfase, Şeyx Şamil, Tubus, Serkanland, Sohraboglu, Yusif Sərrac, Samral və adını çəkmədiyim (unutduğum və ya yadıma sala bilmədiyim üçün üzr istəyirəm) hər bir vikipedistə 2015-ci ildə bu ilkindən daha məhsuldar bir mövsüm arzu edirəm. Yeni iliniz mübarək ! Dərin hörmətlə:--Baskervill müzakirə 03:11, 30 dekabr 2014 (UTC)
- Çox sağ olun Baskervill. Dəyərli və gözəl ifadələriniz üçün minnətdaram. Mən də şəxsən sizi təbrik edir, hamılıqla bayramımız mübarək deyirəm. --Araz Yaquboglu (talk) 05:57, 30 dekabr 2014 (UTC)
- Sağ ol Baskervill. Məndə hamını təbrik edirəm. Vikipediyamıza da yeni uğurlar arzulayıram. --Kim Yushin (talk) 06:18, 30 dekabr 2014 (UTC)
- Çox sağ olun. Məndə Sizin və digər istifadəçilərin bayramını təbrik edirəm. Yeni iliniz uğurlu olsun!--Melikov Memmed⇒email 06:44, 30 dekabr 2014 (UTC)
- Çox sağ olun. Məndə sizin və digər istifadəçilərin yeni təqvim ilini təbrik edirəm. Hamınıza sağlıq və işlərinizdə uğurlar arzu edirəm !--Asparux Xan Bulqar (talk) 10:02, 30 dekabr 2014 (UTC)
- Təşəkkürlər. Hər bir kəsi təbrik edirəm və yeni ildə daha böyük uğurlar arzu edirəm.--namikilisu 18:25, 30 dekabr 2014 (UTC)
- Təşəkkür edirəm hörmətli Baskervill! Biz artiq bir ailəyik və yeni ilimizin ilk dəqiqəsi münasibetile hamini tebrik edirem!--Şeyx Şamil Danış! 20:01, 31 dekabr 2014 (UTC)
- Təşəkkürlər. Hər bir kəsi təbrik edirəm və yeni ildə daha böyük uğurlar arzu edirəm.--namikilisu 18:25, 30 dekabr 2014 (UTC)
- Sağ ol Baskervill. Məndə hamını təbrik edirəm. Vikipediyamıza da yeni uğurlar arzulayıram. --Kim Yushin (talk) 06:18, 30 dekabr 2014 (UTC)
- Çox sağ olun Baskervill. Dəyərli və gözəl ifadələriniz üçün minnətdaram. Mən də şəxsən sizi təbrik edir, hamılıqla bayramımız mübarək deyirəm. --Araz Yaquboglu (talk) 05:57, 30 dekabr 2014 (UTC)
Qars vilayəti - Qars ili
Salam hörmətli həmkarlar. İdarəçilərdən xahiş edirəm əgər münkündürsə Qars vilayəti > Qars ili istiqamətlənməsini ləğv etsinlər. Bu istiqamətlənməyə görə Qars vilayəti məqaləsini yarada bilmirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:03, 31 dekabr 2014 (UTC)
Xahişiniz yerinə yetirildi. Eyni zamanda hesab edirəm ki, həmkarımız Asparux Xan Bulqar öz fəaliyyəti və vikikollektivlə səmimi müansibətinə görə idarəçi olmağa layiqdir. Bu məsələni müzakirə etməyi təklif edirəm.--Acategory (talk) 12:58, 31 dekabr 2014 (UTC)
- Hörmətli həmkar təşəkkür edirəm !--Asparux Xan Bulqar (talk) 13:04, 31 dekabr 2014 (UTC)
Mənbə tapmadım
30 dekabr 2014-cü il tarixində istifdəçi Eminn [8] səhifəsində idarəçi NKOzi (müzakirə • töhfələr • statistikalar)nin idarəçilikdən imtina etməsini əsas gətirərək onun adını idarəçilər siyahısından silmişdi. Mən maraqlansam da idarəçi həmkarımızın heç yerdə belə bəyanatına rast gəlmədim. İkinci isə, Eminə böyük hörmətim olsa da, əgər belə hal baş versəydi, bu proseduru bürokrat həyata keçirməlidir. Bu səbəbdən onun etdiyi düzəlişi geri qaytardım. Azərbaycanca idarəçilərdən biri --Acategory (talk) 13:33, 31 dekabr 2014 (UTC)
NKOzi 6 dekabr tarixində metaya müraciət edərək bütün vikilayihələrdəki statuslarından imtina edib. Yoxlamaq üçün bura baxa bilərsiniz [9], NKOzinin adı yoxdur. Mən NKOzidən idarəçilik statusu almamışam, sizin fikir vermədiyinizə fikir verib düzəliş etmişəm.--Emin • ismarış 14:43, 31 dekabr 2014 (UTC)
- Hesab edirəm ki, bu həmkarımızın səhfidir, o ilk növbədə onu idarəçi seçən azərbaycanca vikipediya istifadəçilərinə müraciət etməli idi. Onu idarəçi meta deyil, bizlər idarəçi seçmişik. Gələn dəfə kimsə idarəçilik statusundan imtina etmək istəsə, bunu nəzərə almasını xahiş edirəm.
- Hörmətli həmkarımız Eminn. Zəhmətinizə hörmət edirəm, amma bu kimi prosedurları bürokrat həyata keçirməlidir, yoxsa anlaşılmazlıq yarana bilər.`Hörmətlə --Acategory (talk) 15:25, 31 dekabr 2014 (UTC)
- Bu hər hansı prosedur deyil, redaktədir. Kimin etməsinin fərqi yoxdur. Hal-hazırda idarəçi olmayan şəxsin adının orda olmağı anlaşılmazlıq yarada bilər, ona görə yenidən silirəm.--Emin • ismarış 17:16, 31 dekabr 2014 (UTC)