Vikipediya Kend Meydani Arxiv Dekabr 2015 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Məzuniyyət
Bütün viki cəmiyyəti salamlayıram. 6 aylıq xidmətin ardından 10 günlük məzuniyyətə gəlmişəm. Elə evə girən kimi ilk işim internetə daxil olub Azvikidə son baş verənləri izləmək oldu. Gördüklərim məni doğurdan sevindirdi. Azb vikinin sürətli inkişafı, latın qrafikalı məqalələrin sayının 100 minlik həddi keçməsi, yeni istifadəçilərin sıralarımıza qoşulması, Serkanlandın idarəçi seçilməsi və digər başqa məsələlər çox müsbət dəyişikliklərdir. Arxivdə aparılan müzakirələrdən oxuduğuma görə bəzi yoldaşlar botla kütləvi məqalələr yaratmaq arzusundadır. Onlara layiqli cavab verilsədə yenidən öz əməllərindən əl çəkməyiblər.
Cənab Wertuose tərəfindən həmin şəxslərə cavab verilsədə nala-mıxa vurmağa davam edirlər. Bu məsələnin ciddi nəzarətdə saxlanılmasını hər bir idarəçidən rica edirəm. Xüsusi ilə Sortilegus, Sefer azeri Cekli829 və Serkanland-ın botla yaradıla biləcək məqalələrə qarşı daha diqqətli olmalarını rica edirəm. Həm bilirsiniz 11 min ərəb əlibalı məqaləni silən biri kimi həmin yaradıla biləcək məqalələrin silinməsidə elə də çətin olmaz :) Vandalizm halına qarşı mübarizədə gördüyüm qədəri ilə pis getmir.
Son olaraq Bilirsinizmi və Xəbərlər bölmələrində gündəlik aktivlik və dəyişikliklərin nəzərə alınmasını rica edərdim. Yəni yeniliklər olduğu halda çox gecikmə olmadan əlavə olunardı. Ümüd edirəm ki, elə belədir. --Baskervill müzakirə 11:36, 1 dekabr 2015 (UTC)
- Mən onsuz da bot ilə yaradılan məqalələrə qarşıyam. Bu, keyfiyyəti azaldır.--Serk@nl@nd 11:38, 1 dekabr 2015 (UTC)
- Qarşı olmaq bəzən kifayət etmir cənab Serk@nl@nd. Botla məqalə yaratmağa cəht edən istifadəçiləri daim nəzarət altında saxlamaq lazımdır.--Baskervill müzakirə 11:44, 1 dekabr 2015 (UTC)
- Bot əleyhinə deyiləm. Babat bir bot yarada bilsək, gələcəkdə onu hərbi xidmətə də göndərmək olar. ː) Yaxşı istirahətlər Baskervill, məzuniyyətin xoş keçsinǃ --►Cekli829 12:21, 1 dekabr 2015 (UTC)
- Xoş gəlmisiniz, Baskervill. Qeyd etdiyiniz kimi, fəaliyyətimizdə müəyyən irəliləyişlər var, amma hələ gediləsi yolumuz çoxdur. Əgər Bakıdasınızsa, bu həftənin şənbə günü "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun üzvləri ilə birlikdə bir görüş keçirməyi təklif edirəm.--Wertuose (müzakirə) 05:43, 2 dekabr 2015 (UTC)
- Gözün aydın Baskervill. Gün olsun xidməti tam bitirib gələsiz. Birlikdə daha güclüyük. --Araz Yaquboglu (müzakirə) 06:18, 2 dekabr 2015 (UTC)
- Xoş gəlmisiniz, Baskervill. Qeyd etdiyiniz kimi, fəaliyyətimizdə müəyyən irəliləyişlər var, amma hələ gediləsi yolumuz çoxdur. Əgər Bakıdasınızsa, bu həftənin şənbə günü "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun üzvləri ilə birlikdə bir görüş keçirməyi təklif edirəm.--Wertuose (müzakirə) 05:43, 2 dekabr 2015 (UTC)
- Bot əleyhinə deyiləm. Babat bir bot yarada bilsək, gələcəkdə onu hərbi xidmətə də göndərmək olar. ː) Yaxşı istirahətlər Baskervill, məzuniyyətin xoş keçsinǃ --►Cekli829 12:21, 1 dekabr 2015 (UTC)
- Qarşı olmaq bəzən kifayət etmir cənab Serk@nl@nd. Botla məqalə yaratmağa cəht edən istifadəçiləri daim nəzarət altında saxlamaq lazımdır.--Baskervill müzakirə 11:44, 1 dekabr 2015 (UTC)
- Bütün xoş sözlərə görə hər bir kəsə təşəkkürlər. Cənab Wertuose baxdığım qədəri ilə şənbə günü ayın 4-ünə təsadüf edir. Əgər həmin gün bir viki görüş varsa iştirak etməm mümkündür. Mümkün olsa bu barədə facebookda daha ətraflı məlumat verərdiniz. --Baskervill müzakirə 07:08, 2 dekabr 2015 (UTC)
- Xoş gəlmisən Baskervill müzakirə. O gün olsun tam sağ-salamat bitirib gələsən əsgərliyi.--Müsəlmanislam (müzakirə) 22:19, 2 dekabr 2015 (UTC)
- Xoş gəldin. Xoş məzuniyyətlər. Tezliklə hərbi xidmətidə başa vurasan. --Namikilisu 11:09, 5 dekabr 2015 (UTC)
- Bütün xoş sözlərə görə hər bir kəsə təşəkkürlər. Cənab Wertuose baxdığım qədəri ilə şənbə günü ayın 4-ünə təsadüf edir. Əgər həmin gün bir viki görüş varsa iştirak etməm mümkündür. Mümkün olsa bu barədə facebookda daha ətraflı məlumat verərdiniz. --Baskervill müzakirə 07:08, 2 dekabr 2015 (UTC)
Community Wishlist Survey
Hi everyone! Apologies for posting this in English. Translations are very welcome.
We're beginning the second part of the Community Tech team's Community Wishlist Survey, and we're inviting all active contributors to vote on the proposals that have been submitted.
Thanks to you and other Wikimedia contributors, 111 proposals were submitted to the team. We've split the proposals into categories, and now it's time to vote! You can vote for any proposal listed on the pages, using the {{Support}} tag. Feel free to add comments pro or con, but only support votes will be counted. The voting period will be 2 weeks, ending on December 14.
The proposals with the most support votes will be the team's top priority backlog to investigate and address. Thank you for participating, and we're looking forward to hearing what you think!
Community Tech via
MediaWiki message delivery (müzakirə) 14:38, 1 dekabr 2015 (UTC)
İP ünvanlardan redaktələr
Salam. İP ünvanlardan vikipediyaya edilən redaktələrin 90%-i vandalizm olur. Ən yaxşı halda məqalələrə istinadsız əlavələr edilir. Təklif edirəm ki, İP ünvanlardan redaktələri bloklayaq.--Emin • ismarış 18:43, 5 dekabr 2015 (UTC)
- Lehinə: Mən də İP ünvanlardan redaktələrin bloklanmasının tərəfdarıyam. --Zaur Turan (1994) (Müzakirə) 18:46, 5 dekabr 2015 (UTC)
- Lehinə: Mən də IP ünvanlardan edilən redaktələrin məhdudlaşdırılmasının tərəfdarıyam. IP-lər nadir hallarda faydalı redaktələr edirlər, edilən faydalı redaktələr də əsasən hərf səhvlərinin düzəldilməsindən ibarətdir. Demək olar ki, vandalizm hallarının 80%-i IP-lərdən baş verir. Xüsusilə son dövrlərdə söyüş və təhqirdən istifadə edən IP-lər müşahidə etmişəm ki, fəaliyyətlərindən eyni şəxsə aid olduqları bəlli olur.--Serk@nl@nd 18:48, 5 dekabr 2015 (UTC)
- Əleyhinə: Mən isə Vikipediyaçıların çoxu kimi ilk redaktələrimi məhz IP ünvanımdam eləyirdim. Bu Vikipediyaya yeni üzvlər cəlb etmək üçün ən nəticəli yoldur. --Мурад 97 (müzakirə) 19:06, 5 dekabr 2015 (UTC)
- Lehinə: Son 10 gündə şəxsən məni boğaza yığıb IP-lərdən edilən vandal redaktələr. Ru və Tr vikidə patrul sistemi var. Zənnimcə IP-ləri başdan bloklamaq yox həmin sistemi təqbiq etmək azvikiyə daha faydalı olar.--Asparux Xan Bulqar (müzakirə) 19:22, 5 dekabr 2015 (UTC)
- Lehinə: Eminin təklifini dəstəkləyirəm.--sefer azeri 19:57, 5 dekabr 2015 (UTC)
Şərh: Emin, əksəriyyət lehinə olacağı halda bunun həyata keçirilməsi necə mümkün olacaq? Bilirəm ki, bir-bir bütün səhifələrdə İP-lərin fəaliyyətini məhdudlaşdırmaq mükmündür. Bəs kütləvi halda necə? META-ya müraciət edərəkmi? Onu da deyim ki, heç bir vikilayihədə hələ ki, belə bir absurd məhdudiyyətə rast gəlməmişəm (Əgər varsa, xahiş edirəm ki, bu barədə məni məlumatlandırın). Çünki İP-lər – anonim istifadəçilər Vikipediyada qeydiyyatdan keçmədən fəaliyyət göstərən şəxslərdir. Və onlar digər istifadəçi qrupları ilə birlikdə Vikipediya əhalisini təşkil edirlər. --►Asiya səfiri Cekli 20:03, 5 dekabr 2015 (UTC)
- Lehinə: Mənim fikrim Asparux Xan Bulqar-ın fikri ilə tam üst-üstə düşür. İndilik idarəçilər avtomatik olaraq patrul da olurlar. Amma o sistemi tətbiq edib patrul funksiyasını fəal istifadəçilərə də vermək lazımdır. Digər tərəfdən İP-dən vandallıq edənlər yazdıqlarının dərhal səhifədə əks olunmadığını görüb "həvəsdən düşürlər". Bu mənada, İP-dən redaktələrin yoxlanılmamış görünməməsi həm də bir psixoloji təsirdir.--Sortilegus (müzakirə) 20:05, 5 dekabr 2015 (UTC)
Şərh: Sortilegus, mən deyəsən anlamadım. Söhbət patrul sisteminin tətbiqindənmi gedir, ya İP-lərin bloklanmasından? Onsuz da vandallıq edənləri bloklayırıq. Qabaqcadan hamısını bloklamğın nə mənası var ki? Vikipediya hər kəsə açıq ensiklopediya deyilmi? --►Asiya səfiri Cekli 20:16, 5 dekabr 2015 (UTC)
- Şərh: Cekli829 söhbət İP-dən olunan redaktələrin bloklanmasından (səhifədə dərhal görünməməsindən) gedir. Patrul yoxlayandan sonra bu redaktələr səhifədə görünür. Təbii ki, İP-lərdən redaktələrin qadağan olunması mümkün deyil. Bu, vikipediya prinsiplərinə ziddir (hər kəsin redaktə edə biləcəyi ensiklopediya). --Sortilegus (müzakirə) 20:23, 5 dekabr 2015 (UTC)
- Deməli burada başladılan müzakirə - kiçik səsvermə heç də düzgün tərzdə başladılmayıb. --►Asiya səfiri Cekli 20:33, 5 dekabr 2015 (UTC)
- Səsvermə deyil, hər halda daha çox müzakirə. Kənd meydanında səsvermə olmur. Hansısa mənada razıyam - kimsə belə başa düşə bilər ki, İP redaktələrin qadağan olunması istənilir. Amma təbii ki, burda söhbət İP redaktələrin bloklanmasından, yəni dərhal görünməməsindən gedir. İP redaktələrin ümumiyyətlə qarağan olunması isə qeyri-mümkündür.--Sortilegus (müzakirə) 20:43, 5 dekabr 2015 (UTC)
- Lehinə: Hər zaman demişəm və bu gündə deyirəm ki, İP-dən gələcək xeyr bizə lazım deyil. İP redaktələrinin məhdudlaşdırılması Azvikinin daha yaxşı qorunmasına köməklik edəcək. Əgər İP-lərlə bağlı məsələ belə ciddi olmasaydı tr, ru və ya digər vikilər İP ilə redaktə etməyi belə müşgül vəziyyətə gətirməzdilər.--Baskervill müzakirə 20:26, 5 dekabr 2015 (UTC)
- Patrul yoxlamasına tabe tutmaq qaydasının tətbiqini tezlşdirmək gərəkdir: son 30 gündə naməlum istifadəçilərin vandal redaktələri əvvəlkinə nisbətdə xeyli artıb.--Asparux Xan Bulqar (müzakirə) 10:14, 7 dekabr 2015 (UTC)
- Əleyhinə: Tələsik qərar qəbul etməyə lüzüm yox. Ola bilər kimsə yetərincə dəyərli əlavələr və ya dəyişikliklər etsin İP ünvandan. Vandalizmlə məşğul olanlar varsa əyər, idarəçilərin görəvi onları təsbit edib bloklamaqdır.--Namikilisu 12:18, 7 dekabr 2015 (UTC)
- Məsələ ayrı cür qoyulmuşdu amma indi başqa cür müzakirə edilir: İP-lərin redaktə imkanlarının bağlanılmasını yox Patrul sisteminə tabe tutlmasını müzakirə edirik; həmkarlar mümkünsə öncəki yazıların gedişatı ilə tanış olun.--Asparux Xan Bulqar (müzakirə) 12:34, 7 dekabr 2015 (UTC)
- Hörmətli Aydın Məmmədov (Shekikhanov) siz narahat olmayın bütün bu texniki problemlər aradan qaldırılacaq. Ölümdən başqa hər şeyə çarə var.--Asparux Xan Bulqar (müzakirə) 13:00, 7 dekabr 2015 (UTC)
- Hörmətli Namikilisu son zamanlar elə bir vəziyyət yaranıb ki, idarəçilərin sözügedən İP-ləri təsbit edib bloklaması mümkünsüz hal alıb. Bəzən eyni zamanda üç-dörd İP tərəfindən vandal xarakterli hücumlar təşkil edilir və biz bunlara nəzarət edə bilmirik. İP-lərlə edilən redaktələrin nəzarətə götürülməsi rus, türk, ingilis kimi vikipediyalarda çoxdan mövcuddur. Buradan belə bir nəticə çıxır ki, anonim istifadəçilər problemi təkcə bizim yox qlobal vikipediyaların problemidir. Azvikidə fəaliyyət göstərmək arzusunda olan bir şəxs, özünə mütləq bir istifadəçi adı açmağa ərinməməlidir. Shekikhanov adı ilə yazan və öz yazı üslubu ilə kimliyində şübhə doğurmayan yoldaşa isə səbirli olmağı məsləhət görərdim. Asparux Xan Bulqar gözəl qeyd etdi ki, yuxarıda aparılan müzakirə ilə yaxından tanış olun. Məqsədimiz bütün İP redaktələrinin məhdudlaşdırılması yox, vandalıq edəcəyinə şübhə yeri olmayan İP-lərin məhdudlaşdırımasıdır. Hörmətlə:--Baskervill müzakirə 15:31, 7 dekabr 2015 (UTC)
- Hörmətli Aydın Məmmədov (Shekikhanov) siz narahat olmayın bütün bu texniki problemlər aradan qaldırılacaq. Ölümdən başqa hər şeyə çarə var.--Asparux Xan Bulqar (müzakirə) 13:00, 7 dekabr 2015 (UTC)
- Məsələ ayrı cür qoyulmuşdu amma indi başqa cür müzakirə edilir: İP-lərin redaktə imkanlarının bağlanılmasını yox Patrul sisteminə tabe tutlmasını müzakirə edirik; həmkarlar mümkünsə öncəki yazıların gedişatı ilə tanış olun.--Asparux Xan Bulqar (müzakirə) 12:34, 7 dekabr 2015 (UTC)
- Deməli burada başladılan müzakirə - kiçik səsvermə heç də düzgün tərzdə başladılmayıb. --►Asiya səfiri Cekli 20:33, 5 dekabr 2015 (UTC)
- Lehinə: --Nəsibli Təhmasib (Müzakirə) 20:56, 7 dekabr 2015 (UTC)
- Əleyhinə: Vikipediya hər kəs üçün açıq olmalıdır, əks halda bir qrup qeydiyyatdan keçmiş şəxslər üçün açıq olacaqsa, onda daha nəyə lazımdır, Britannika Ensiklopediyası var, orada da bir qrup, həm də peşəkar müəlliflər tərəfindən məqalələr yazılır. Vandalızmin qarşısını almaq üçün Patrul sistemi lazımdır, vandal nə yazır yazsın, ancaq yoxlanılmadan görünmür, bir-iki vandallıq və həvəsdən düşəcək. --Melikov Memmed⇒email 06:33, 8 dekabr 2015 (UTC)
- Əleyhinə: Hətta ingilis dilli vikipediyada ip ünvandan redaktə etmək olur.Alismayilov (müzakirə) 09:41, 8 dekabr 2015 (UTC)
- Əleyhinə olan yoldaşların özü sözügedən İP-lərin zərərsizləşdirilməsi ilə bağlı heç bir iş görməyiblər.--Baskervill müzakirə 09:49, 8 dekabr 2015 (UTC)
- Xeyr. Şəxsən mən görmüşəm. Dəfələrlə vandal məqalələrə {{sil}} şablonu qoyurdum. --Мурад 97 (müzakirə) 10:45, 8 dekabr 2015 (UTC)
- Vandallıq edən konkret IP-lərin müəyyən müddətə idarəçilər onsuz da bloklaya bilərlər. Müddətsiz bloklamaq, dynamic IP-lər bir yana, hətta static IP üçün də bəzən problem yaradır, eyni serverdən müxtəlif insanlar istifadə edə bilər. Burada söhbət məhz bütün IP redaktələrinin birdəfəlik məhdudlaşdırılmasından gedir, bu isə Vikipediya ruhuna ziddir, həmin gündən AzViki hər kəsin redaktə edə biləcəyi açıq online ensiklopediya deyil, ancaq "nick"i olan bir qrup qeydiyyatdan keçmiş istifadəçilər üçün online ensiklopediya olacaq.--Melikov Memmed⇒email 11:12, 8 dekabr 2015 (UTC)
- Xeyr. Şəxsən mən görmüşəm. Dəfələrlə vandal məqalələrə {{sil}} şablonu qoyurdum. --Мурад 97 (müzakirə) 10:45, 8 dekabr 2015 (UTC)
- Əleyhinə olan yoldaşların özü sözügedən İP-lərin zərərsizləşdirilməsi ilə bağlı heç bir iş görməyiblər.--Baskervill müzakirə 09:49, 8 dekabr 2015 (UTC)
Əleyhinə: Belə görürəm ki, Emin nəsə təklif etmək istəyib. Amma istəyini düzgün təklif etməyib. Ona görə də mövcud təklifin tərəfdarı deyiləm. Necə yəni İP ünvanlardan redaktələri bloklayaq? Bu təklifin lehinə olan bütün istifadəçilərin də nəzərinə çatdırıram ki, bu texniki cəhətdən hələ ki, mümkün deyil və heç bir vikilayihədə də belə bir qadağa mövcud deyil. Amma patrul sisteminin tətbiqini həyata keçirmək olar. --►Asiya səfiri Cekli 11:09, 8 dekabr 2015 (UTC)
- Lehinə:--Azerifactory (müzakirə) 06:06, 9 dekabr 2015 (UTC)
- Əleyhinə: İnhisarçılığın tam əlenəyəm! Vikipediyanın inkişafına mənfi təsir göstərə bilər. Əksinə yeni qoşulanları təşviq etmək lazımdır. Deyək ki, əgər biri peşəkar deyil ancaq təcrübəsi artdıqca Azvikiyə tövhəsi bəlkədə bizdəndə yüksək ola bilər. Açıq ensiklopediyada bu tip addımlar düzgün deyildir. Düzdür bəzən yersiz redaktələr və bəzəndə bütün məqalənin silinməsi həyata keçirilir. Bu halların qarşısını almaq üçün bloklama ən optimal mühafizə variantıdır. Sadəcə olaraq İdarəçilər və Avtiv istifadəçilər tərəfindən günlük redaktələrə nəzarət olunmalıdır --Qolçomaq (müzakirə) 12:42, 9 dekabr 2015 (UTC)
Səsvermə
Az-vikidə IP-redaktələrin patrullanması sisteminin tətbiq olunması üçün səsvermə başlatdım. Səsvermə hüququ olan istifadəçilərdən bu səsvermədə iştirak etmələrini və fikirlərini həmin səhifədə ifadə etmələrini xahiş edirəm.--Wertuose (müzakirə) 09:14, 10 dekabr 2015 (UTC)
Lua error YM şablon
Salam, Şablon:YM da yeni edilən dəyişikliklərdən sonra koordinatlar yazılmayan YM şablonlarında "Lua error in Module:WikidataCoords at line 44: attempt to call field 'formatProperty' (a nil value)." səhvi çıxır. Şimla, Kərbəla, Tolyatti və s səhifələrə baxa bilərsiz. Lütfən, YM şablonunda bu səhvin çıxmaması üçün düzəliş edə bilərsiz? — Bu imzasız yazı Alismayilov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Salam. Əslində ən yaxşı yol koordinatları əlavə etməkdir. Sadaladığınız məqalələrə koordinatlar əlavə etdim. Hər halda bütün şəhər və YM məqalələrinə koordinat artırılmalıdır.--Serk@nl@nd 11:14, 8 dekabr 2015 (UTC)
- Belə olmağı normal deyil. Qiymət boş olanda, səhv çıxmamıldır. Error çıxan digər məqalələr: https://az.wikipedia.org/?q=X%C3%BCsusi:Axtar&limit=100&offset=0&profile=default&search=lua+error . Bəlkə də hələ indekslənməyən başqa məqalələr də var. Alismayilov (müzakirə) 18:14, 8 dekabr 2015 (UTC)
- Sayt bölməsi ilə bağlı problem olmayacaq, amma gərək koordinatlar mütləq əlavə olunsun. --Zaur Turan (1994) (Müzakirə) 06:54, 9 dekabr 2015 (UTC)
Bot məqalə - səs vermə
Salam. Dünən təqribən 70-ə yaxın Almaniya şəhəri haqqında məqaləni botla yaratdım. Siyahıya buradan baxa bilərsiz (ilk 70): Məqalələr . Hörmətli idarəçimiz İstifadəçi:Baskervill mənə belə məqalələr yaratmağın mənasız olduğunu bildirdi. Hal-hazırda bu məqalələrdə əsas problem, şəhər adlarının bizim dildə olmamasıdır. Bunu isə birlikdə adların siyahısını çıxararaq (mən artıq alman şəhərlərini crawl etmişəm, siyahını onlayn Google sheetə filan qoya bilərəm) və onları birlikdə çevirdikdən sonra, məqalələrin daha düzgün formada yaradılmasına nail olmaq olar. Ümumiyyətlə, belə məqalələr yaratmağın əleyhinə yoxsa leyhinəsiz? Şəxsən mən belə məqalələrin əllə yaradılan Jedward kimi məqalələrdən geri qaldığını düşünmürəm. Fərq isə ondadır ki, insan əməyinə qənaet etmiş oluruq. Qərar isə təbii ki, sizindir. Alismayilov (müzakirə) 08:47, 9 dekabr 2015 (UTC)
- Düşünürəm ki, dünən axşam sizin müzakirə səhifənizə yazanda fikirimi düzgün ifadə edə bilməmişəm. Bu gün Azvikidə mövcud olan 100.000+ məqalənin 40-50 mini müxtəlif bot proqramları ilə yaradılıb. Bura qalaktikalar barədə yaradılan 10 min məqaləni (NGC 7792) və bitkilər barədə yaradılan 30 mindən (Euphorbia mangelsdorffii) çox məqalə daxildir. Hal-hazırda 2 məqalədən birinin botla yaradıldığını nəzərə alıb botla məqalə yaradılmasını şəxsən düzgün hesab etmirəm. Deyə bilərsiniz ki, botla məqalə yaradılmasında pis nə var ? Ümumiyyətlə, vikipediyalar yazılma üslublarına görə 2 qrupa bölünə bilər - botla tələm-tələsik yazılan vikilər və əsil elektron ensiklopediya kimi əllə zənginləşdirilən vikipediyalar. Fikrimin daha aydın izah olunması üçün Varay dilində olan vikipediyaya nəzər salın. Sözügedən vikidə 1,259,388 məqalə olsada normal oxunmalı 10 məqalə belə yoxdur. Səbəbi isə oranın bir vikipediya yox, sözün əsil mənasında zibilxana olmasıdır. Hər zaman demişəm və bu gün bir daha təkrar edirəm ki, ermənilərin, gürcülərin, qazaxların öz vikipediyalarında botla yaratdıqları məqalələrdən təsirlənib, onlarla məqalə yarışına girməməliyik. Bizim üçün örnək yunan və türk vikiləri olmalıdır. Tərəfinizdən alman şəhərləri ilə bağlı olan məqalələrə çəkilən əziyyəti yüksək qiymətləndirirəm. Təklif edirəm ki, botla 1.000-.1.500 məqalədən çox məqalə yaratmayasınız. Hər bir kütləvi məqalə əlavəsində isə viki cəmiyyətin ümumi razılığını almaq lazımdır. Ümüd edirəm ki, tərəfinizdən botla yaradılacaq məqalələrin ümumi sayı 2.000 dən çox olmayacaqdır. Hörmətlə:--Baskervill müzakirə 10:07, 9 dekabr 2015 (UTC)
- Mən şəxsən həmişə bota qarşı əlehinə olmuşam. Baskervill ilə razıyam. Botlar heç vaxt insan kimi genişhəcmli məqalələr yarada bilməz. Ancaq kiçikhəcmli məqalələr yarada bilərlər. Botla məqalə yaratmaq dərinliyi azaldır, keyfiyyətə mənfi təsir göstərir. Əlbəttə, kəmiyyət də vacibdir. Amma digər vikiləri ötmək üçün təm-tələsik məqalələr yaratmaq lazım deyil. Digər vikilərə nisbətən irəlidə görsənmək əlbəttə ki, yaxşıdır. Amma bunu bizim əsas hədəfimizə çevirməməliyik. Bizim məqsədimiz oxucular üçün normal dildə yazılan genişhəcmli onlayn ensiklopediya yaratmaqdır. Botla ancaq kiçik həcmli məqalələri yaratmaq olar. Məsələn, en:Category:Rivers of Mongolia kimi məqalələri. Amma genişhəcmli məqalələri 1-2 cümlə şəklində botla yaratmağa müsbət baxmıram. Bu həm də həmin mövzuda genişhəcmli məqalə yaratmaq istəyən istifadəçiləri də həvəsdən sala bilər (xüsusilə yeni istifadəçiləri).--Serk@nl@nd 10:21, 9 dekabr 2015 (UTC)
- Yuxarıda səsləndirilən fikirlərlə razıyam. Çox təəssüf ki, azviki istifadəçilərinin (əksər idarəçilər də daxil olmaqla) məqalə yaratma fəaliyyətləri o səviyyədədir ki, problemi botlarla həll eləmək haqqında düşünürük. Hər aktiv istifadəçi həftədə bircə dənə normal məqalə yaratsa və ya bərbad vəziyyətdə olan məqalələrdən birini zənginləşdirsə belə problemimiz də olmazdı. Amma təəssüf ki...--sefer azeri 10:29, 9 dekabr 2015 (UTC)
- Aktivlik Azvikinin 10 ildən çoxdur ki, davam edən bir problemidir. Problemlərin və çətinliklərin olduğunu hamı qəbul edir. Sadəcə bunlardan çıxış yolu botla məqalələrin yaradılmasından keçmir. Cəmiyyətin intellektual kəsimi tam formalaşmayana qədər vəziyyət belə davam edəcək. İnanıram ki, Alismayilov botla kütləvi formada məqalələr yaratmayayacaq və həmin məqalələri yaradan zaman belə viki cəmiyyətin yüksək həssaslığını nəzərə alacaq. --Baskervill müzakirə 10:45, 9 dekabr 2015 (UTC)
- Hörmətli İstifadəçi:Baskervill, ətraflı izah üçün təşəkkür edirəm. Mənim məqsədim bacardığım formada AzVikiyə kömək etmək idi. Mənim məqsədim hansısa viki və ya kiminləsə yarışa girmək deyildi. Bacardığım və həvəsim olduğu bir iş görmək idi və eyni zamanda faydalı olmaq idi. Əgər belə məqalələrin heç kimə faydası yoxdursa, onda bu işi dayandırıram. Digər istifadəçilərin bildirdikləri fikirlərə görə də təşəkkür edirəm. Alismayilov (müzakirə) 10:53, 9 dekabr 2015 (UTC)
- Cənab Alismayilov düşünürəm ki, öz fikrimi sizə düzgün şəkildə izah edə bilməmişəm. Sizin bu fikirdən daşınmağınızı istəmirik. Əgər belə bir fikir olsaydı bunu əvvələcədən burada botla məqalələrin yaradılmasına icazə verilmir - deməklə ifadə etmiş olardıq. Bəlkədə sizin tərəfinizdən yaradılacaq məqalələr doğurdanda gələcəkdə Azviki üçün faydalı olacaq və bunu yaxın zamanda sizdən başqa heç kim etməyəcək. İş orasındadır ki, botla yaradıla biləcək məqalələrin bizə xeyir, yoxsa ziyan gətirə biləcəyini əvvəlcədən təyin etmək çox çətin olur. Sizin yaratdığınız 70 məqalə normaldır. Təklif edirəm ki, əlinizdə Almaniyanın şəhərləri barədə olan bütün məqalələri sistemə əlavə edəsiniz və daha sonrakı məqalələrlə bağlı viki cəmiyyəti məlumatlandırasınız. Məsələn burada yeni bir başlıq açıb, "əlimdə İspaniyanın yaşayış məntəqələləri ilə bağlı 5.000 məqalə var və istəyirəm ki, bunları sistemə əlavə edim" yazsanız məncə daha effektiv olar. İnanıram ki, cənab Wertuose yerdə qalan məsələlər barədə özü sizi məlumatlandırıb. Fəaliyyətiniz hər bir zaman dəyərlidir. Uğurlar--Baskervill müzakirə 11:45, 9 dekabr 2015 (UTC)
- Müəyyən mövzularda botla məqalə yaradılmasının əleyhinə deyiləm. O mövzuların ki, onlar üzrə nə vaxtsa istifadəçilər tərəfindən məqalə yaradılması ehtimalı demək olar ki, yoxdur. Məhz buna görə də Almaniya şəhərləri mövzusu ilə başlamağın az-vikinin ziyanına olmayacağını düşündük. Lakin bu botun yaratdığı məqalələrdə bəzi çatışmazlıqlar var və onlar aradan qaldırılmadan məqalə yaradılmasının əleyhinəyəm. Mənim bu botdan istədiyim o idi ki, Vikidatadan və ya digər dillərdəki vikilərdən mümkün qədər çox informasiyanı istifadə etsin. Məqaləyə xarici keçidləri və istinadları, qardaşlaşmış şəhərlər haqda bölməni və bəzi digər rəqəmlə ifadə oluna bilən məlumatları daxil etsin. Bu məlumatlar həmin şəhər haqda ilkin təəssürat yaratmaq üçün kifayətdir. Getdiyi şəhərin əhali sayını, dəniz səviyyəsindən hündürlüyünü, telefon kodunu və hansı saat qurşağında yerləşdiyini bilmək istəyən insanlar üçün tamamilə kifayət qədər informasiya olacaqdır. Aydın məsələdir ki, en-vikinin özündə 3-4 cümlədən ibarət olan məqalə bizdə 6-7 cümlədən ibarət olmayacaq, ona görə də belə kiçik şəhərlər haqda bot-məqalələrin yaradılmasını dəstəkləyirəm.--Wertuose (müzakirə) 15:02, 9 dekabr 2015 (UTC)
- Məncədə məqalələri botla, tələm-tələsik yaratmağa lüzüm yox. Say arxasınca qaçmaqdansa, keyfiyyət axtarışına çıxmaq daha məqsədə uyğun.--Namikilisu 15:27, 9 dekabr 2015 (UTC)
- Belə məqalələrin sayı 3-4 mindən çox olmamalıdır. Təsəvvür edin ki, Azvikidə 120.000 min məqalə var və bunların təkcə 20 mini Almaniyada yerləşən yaşayış yerləri barədədir. Belədə çox gülməli bir məqam ortaya çıxır. Məsələn Almaniyada yerləşən çox kiçik bir yaşayış yeri barədə bir tək Azvikidə məqalə olur və həmin yer barədə heç almanca vikidədə məqalə olmur. Sözügedən vəziyyət volapük vikipediyasında tez-tez rast gəlinir. Mənim istəmədiyim bax budur. Yoxsa hər ölkə barəsində bir necə min botla yaradılmış məqalənin, elədə ziyanı olmaz məncə.--Baskervill müzakirə 20:58, 9 dekabr 2015 (UTC)
- Botun nə demək olduğunu çox istifadəçilər hələ də başa düşmür və ya başa düşmək istəmir. Nəzərə almaq lazımdır ki, bot insanı əvəz etmir, bot insanın edə bilməyəcəyi, yaxud etmək istəməyəcəyi işləri yerinə yetirmək üçündür. Hansısa kateqoriyanın adını, yaxud məqalələrdəki standart səhvləri düzəltmək üçün gözünü xarab edib günün 24 saatını kompüterin qabağında oturmaqdansa, botla eyni işi yarım saata görmək olar. Eynilə də bu məqalə məsələsində elədir, heç kim 100 il də qalsa, oturub İKS, İQREK, ALFA və ya BETA ölkəsinin kiçik şəhərləri haqda məqalələr yaratmayacaq, amma az-vikidə Azərbaycan dilində həmin şəhər haqda məlumatın olması heç olmamasından yaxşıdır. Bu təkcə şəhərlərə aid deyil, bu misalı bir çox başqa mövzular barədə də çəkmək olar. "Az-vikidə Almaniya şəhərləri haqda 20 min məqalə" və "alman şəhərləri barədə heç almanca vikidə olmayıb yalnız az-vikidə olan məqalələr" barədə qorxulu hekayələrlə istifadəçiləri qorxutmaq və bu işi görən şəxsləri işdən soyutmaq lazım deyil, çünki heç kimin belə planı yoxdur və bu heç real da deyil, çünki Almaniyada cəmi 2060 şəhər və qəsəbə var və bot yalnız digər vikilərdə məqaləsi olan şəhərlər barədə məqalə yarada bilər və istəsək yalnız əhalisi 10, 20, 50 və ya 100 mindən az olan şəhərlər haqda yaradar, qalanlarını isə istifadəçilərin öhdəsinə buraxarıq. Təkliflər də məhz bu detallar üzərində olsa, daha konstruktiv olar, həm az-viki, həm də gələcəkdə bot təkmilləşdikcə istifadəçilərin özü üçün də faydalı olar. Bir də nəzərə alın ki, "Almaniya şəhərləri" mövzusu sadəcə sınaq məqsədlidir və botun imkanlarını yoxlamaq üçün bu mövzu ilə işə başlanılıb.--Wertuose (müzakirə) 06:12, 10 dekabr 2015 (UTC)
- Belə məqalələrin sayı 3-4 mindən çox olmamalıdır. Təsəvvür edin ki, Azvikidə 120.000 min məqalə var və bunların təkcə 20 mini Almaniyada yerləşən yaşayış yerləri barədədir. Belədə çox gülməli bir məqam ortaya çıxır. Məsələn Almaniyada yerləşən çox kiçik bir yaşayış yeri barədə bir tək Azvikidə məqalə olur və həmin yer barədə heç almanca vikidədə məqalə olmur. Sözügedən vəziyyət volapük vikipediyasında tez-tez rast gəlinir. Mənim istəmədiyim bax budur. Yoxsa hər ölkə barəsində bir necə min botla yaradılmış məqalənin, elədə ziyanı olmaz məncə.--Baskervill müzakirə 20:58, 9 dekabr 2015 (UTC)
- Məncədə məqalələri botla, tələm-tələsik yaratmağa lüzüm yox. Say arxasınca qaçmaqdansa, keyfiyyət axtarışına çıxmaq daha məqsədə uyğun.--Namikilisu 15:27, 9 dekabr 2015 (UTC)
- Müəyyən mövzularda botla məqalə yaradılmasının əleyhinə deyiləm. O mövzuların ki, onlar üzrə nə vaxtsa istifadəçilər tərəfindən məqalə yaradılması ehtimalı demək olar ki, yoxdur. Məhz buna görə də Almaniya şəhərləri mövzusu ilə başlamağın az-vikinin ziyanına olmayacağını düşündük. Lakin bu botun yaratdığı məqalələrdə bəzi çatışmazlıqlar var və onlar aradan qaldırılmadan məqalə yaradılmasının əleyhinəyəm. Mənim bu botdan istədiyim o idi ki, Vikidatadan və ya digər dillərdəki vikilərdən mümkün qədər çox informasiyanı istifadə etsin. Məqaləyə xarici keçidləri və istinadları, qardaşlaşmış şəhərlər haqda bölməni və bəzi digər rəqəmlə ifadə oluna bilən məlumatları daxil etsin. Bu məlumatlar həmin şəhər haqda ilkin təəssürat yaratmaq üçün kifayətdir. Getdiyi şəhərin əhali sayını, dəniz səviyyəsindən hündürlüyünü, telefon kodunu və hansı saat qurşağında yerləşdiyini bilmək istəyən insanlar üçün tamamilə kifayət qədər informasiya olacaqdır. Aydın məsələdir ki, en-vikinin özündə 3-4 cümlədən ibarət olan məqalə bizdə 6-7 cümlədən ibarət olmayacaq, ona görə də belə kiçik şəhərlər haqda bot-məqalələrin yaradılmasını dəstəkləyirəm.--Wertuose (müzakirə) 15:02, 9 dekabr 2015 (UTC)
- Cənab Alismayilov düşünürəm ki, öz fikrimi sizə düzgün şəkildə izah edə bilməmişəm. Sizin bu fikirdən daşınmağınızı istəmirik. Əgər belə bir fikir olsaydı bunu əvvələcədən burada botla məqalələrin yaradılmasına icazə verilmir - deməklə ifadə etmiş olardıq. Bəlkədə sizin tərəfinizdən yaradılacaq məqalələr doğurdanda gələcəkdə Azviki üçün faydalı olacaq və bunu yaxın zamanda sizdən başqa heç kim etməyəcək. İş orasındadır ki, botla yaradıla biləcək məqalələrin bizə xeyir, yoxsa ziyan gətirə biləcəyini əvvəlcədən təyin etmək çox çətin olur. Sizin yaratdığınız 70 məqalə normaldır. Təklif edirəm ki, əlinizdə Almaniyanın şəhərləri barədə olan bütün məqalələri sistemə əlavə edəsiniz və daha sonrakı məqalələrlə bağlı viki cəmiyyəti məlumatlandırasınız. Məsələn burada yeni bir başlıq açıb, "əlimdə İspaniyanın yaşayış məntəqələləri ilə bağlı 5.000 məqalə var və istəyirəm ki, bunları sistemə əlavə edim" yazsanız məncə daha effektiv olar. İnanıram ki, cənab Wertuose yerdə qalan məsələlər barədə özü sizi məlumatlandırıb. Fəaliyyətiniz hər bir zaman dəyərlidir. Uğurlar--Baskervill müzakirə 11:45, 9 dekabr 2015 (UTC)
- Hörmətli İstifadəçi:Baskervill, ətraflı izah üçün təşəkkür edirəm. Mənim məqsədim bacardığım formada AzVikiyə kömək etmək idi. Mənim məqsədim hansısa viki və ya kiminləsə yarışa girmək deyildi. Bacardığım və həvəsim olduğu bir iş görmək idi və eyni zamanda faydalı olmaq idi. Əgər belə məqalələrin heç kimə faydası yoxdursa, onda bu işi dayandırıram. Digər istifadəçilərin bildirdikləri fikirlərə görə də təşəkkür edirəm. Alismayilov (müzakirə) 10:53, 9 dekabr 2015 (UTC)
- Aktivlik Azvikinin 10 ildən çoxdur ki, davam edən bir problemidir. Problemlərin və çətinliklərin olduğunu hamı qəbul edir. Sadəcə bunlardan çıxış yolu botla məqalələrin yaradılmasından keçmir. Cəmiyyətin intellektual kəsimi tam formalaşmayana qədər vəziyyət belə davam edəcək. İnanıram ki, Alismayilov botla kütləvi formada məqalələr yaratmayayacaq və həmin məqalələri yaradan zaman belə viki cəmiyyətin yüksək həssaslığını nəzərə alacaq. --Baskervill müzakirə 10:45, 9 dekabr 2015 (UTC)
- Yuxarıda səsləndirilən fikirlərlə razıyam. Çox təəssüf ki, azviki istifadəçilərinin (əksər idarəçilər də daxil olmaqla) məqalə yaratma fəaliyyətləri o səviyyədədir ki, problemi botlarla həll eləmək haqqında düşünürük. Hər aktiv istifadəçi həftədə bircə dənə normal məqalə yaratsa və ya bərbad vəziyyətdə olan məqalələrdən birini zənginləşdirsə belə problemimiz də olmazdı. Amma təəssüf ki...--sefer azeri 10:29, 9 dekabr 2015 (UTC)
- Mən şəxsən həmişə bota qarşı əlehinə olmuşam. Baskervill ilə razıyam. Botlar heç vaxt insan kimi genişhəcmli məqalələr yarada bilməz. Ancaq kiçikhəcmli məqalələr yarada bilərlər. Botla məqalə yaratmaq dərinliyi azaldır, keyfiyyətə mənfi təsir göstərir. Əlbəttə, kəmiyyət də vacibdir. Amma digər vikiləri ötmək üçün təm-tələsik məqalələr yaratmaq lazım deyil. Digər vikilərə nisbətən irəlidə görsənmək əlbəttə ki, yaxşıdır. Amma bunu bizim əsas hədəfimizə çevirməməliyik. Bizim məqsədimiz oxucular üçün normal dildə yazılan genişhəcmli onlayn ensiklopediya yaratmaqdır. Botla ancaq kiçik həcmli məqalələri yaratmaq olar. Məsələn, en:Category:Rivers of Mongolia kimi məqalələri. Amma genişhəcmli məqalələri 1-2 cümlə şəklində botla yaratmağa müsbət baxmıram. Bu həm də həmin mövzuda genişhəcmli məqalə yaratmaq istəyən istifadəçiləri də həvəsdən sala bilər (xüsusilə yeni istifadəçiləri).--Serk@nl@nd 10:21, 9 dekabr 2015 (UTC)
Alismayilov, mən botla məqalə yaratmağın tərəfdarıyam. Bir şərtlə ki, həmin məqalələr qüsursuz və ən azı 1-2 normal cümlədən ibarət olsun. Bu məqsədlə də hər zaman ilk başda test xarakterli işlər görüb, mümkün ola biləcək qüsurları üzə çıxarmaq və daha sonra botla qüsursuz məqalələrin yaradılmasını kütləviləşdirmək olar. Əlavə olaraq da təklif edirəm ki, yaxşı olar ki, mövcud istifadəçi adınız ilə bot fəaliyyətini həyata keçirməyin. Sırf bu məqsədlərlə istifadə etmək üçün adında "bot" sözü olan yeni bir istifadəçi yaradın. --►Asiya səfiri Cekli 07:37, 10 dekabr 2015 (UTC)
- Məncə botla bir məqalənin tam ətraflı və doğru yaradəlması mümkün deyil. Amma məqalənin müəyyən hissələrində bunu tətbiq etmək olar. Bu vaxta qənaət deməkdir. Məsələn mən ABŞ-da yaşayış yerləri haqqında məqalə yaradarkən belə bir bot mənə çox kömək edər. Orada olan əhali, iqlim və bunun kimi standart cümlələrə malik hissələri bot özü əlavə etsə mənim işim ən azından 40-50 % azalmış olar. Bununla da iki qat artıq məqalə yaratmağa nail olaram. Amma bütün məqalənin bot tərəfindən yaradılmasının əleyhinəyəm. Hörmətlə Aabdullayev851 (müzakirə) 09:04, 10 dekabr 2015 (UTC)
Bu cür səsvermə Vikipediya ruhuna ziddir. Vikipediyanın əsas qaydalardan biri olan VP:VND qaydasında deyilir ki, Vikipediya demokratiya deyil. Yəni, sitat: Mübahisələr zamanı həqiqəti üzə çıxarmaq üçün müzakirə, konsensus əldə edilməsi daha prioritetlidir, nəinki səsvermə. Başqa sözlə, heç də çoxluğun fikri Vikipediyanın rəsmi qaydası kimi qəbul edilməməlidir. Səsvermələr qadağan deyil, amma onlar bu cür məsələləri həll etmək üçün deyillər: <...> müəyyən məsələlərin həll edilməsində səsvermə daha təsirli rol oynaya bilər, məsələn Silinməyə namizəd göstərilmiş məqalələrin silinməsinə dair səsvermə. --Мурад 97 (müzakirə) 11:17, 10 dekabr 2015 (UTC)
- Baskervill tamamilə düz deyir. Varayca vikipediya şəxsən mənim də diqqətimi çəkmişdi və baxmışdım. Konkret olaraq rəzillikdi. Onların yerinə mən utandım. Sırf məqalə sayına görə belə etmək düzgün deyil. Əsas olan kəmiyyət yox, keyfiyyətdir. Şəxsən mən azvikinin 100 min məqaləsini varayca vikinin milyon məqaləsinə dəyişmərəm. Mənə elə gəlir ki, belə getsə vikimediya fondu belə vikilərin sıralamasında birinci meyar kimi məqalə sayını yox, dərinliyi götürəcək. Botla yaradılacaq və yaradılmış 1-2 cümləlik məqalələrə də qarşıyam. Çünki mənasız işdi. Bizə məqalə sayı artırmaq yox, keyfiyyəti artırmaq lazımdır.--samral müzakirə 20:20, 11 dekabr 2015 (UTC)
- Dərinlik də, əslində, o qədər də vacib göstərici deyil. Onu da məqalə sayını kimi süni şəkildə qaldırmaq olar (məsələn üçün, elə həmin botlarla bir tipli kiçik redaktələr eləyərək, Serboxorvat Vikipediyada kimi). AzVikidə bu lazımsız və əslində heçnəyi göstərməyən göstəriciyə niyə bu qədər çox diqqət ayrılır, başa düşmürəm. --Мурад 97 (müzakirə) 23:47, 11 dekabr 2015 (UTC)
- Əleyhinə: - botla yaradılan məqalə birmənalı olaraq mənim əziyyətimə edilən hörmətsizlikdir. Mən əziyyət çəkim həftələrlə məqalə tərcümə edib yerləşdirim, bot isə bir cümləlik mənasız bir şey? Qəbuledilməz bir haldır bu! --Keete 37 (Farid Aliev) (müzakirə) 10:07, 12 dekabr 2015 (UTC)
- Özür dileyerek kendi dilimde yazmak istiyorum ve burada en son yazılan görüşe karşı bir cevabım olacak. "Ben haftalarca eziyet çekerek tercüme yapıyorum, bot ise bir cümlelik manasız bir şey?" diyorsunuz. Öncelikle botla yapılan bir işin bir veya birkaç cümleden olduğunu iddia etmek basit bir çarpıtmadan ibaret; 2 cümle x 1 milyon maddeden bahsediliyorsa (misal olarak) elde edilen yazılı metin 2 milyon cümleye tekabül ediyor. Çok uzun kaliteli bir maddeyi örneğin 1000 cümleden ibaret olsa bu yapılan iş 2000 adet kaliteli veya uzun maddeye denk demektir. Önce bunu hatırlatmak isterim. İkinci olarak her yapılan işe lütfen öznel (kişisel, subjektif) argümanla yaklaşmayınız. Sizin bir iş için eziyet çekmiş olmanız o işi daha değerli kılmadığı gibi botla iş yapan insanların eziyet çekmediğini de iddia edemezsiniz. Bir örnek vermek istiyorum. Ben Türkçe Vikipedi'de kısa futbol maddelerinin daha kısa sürede açılabilmesini sağlayan bir araç geliştirmek için 100 saatten fazla zaman harcadım; ve sizin burada topluluk olarak aşağıladığınız Varayca Vikipedi projesindeki tür maddelerini Türkçe'ye kazandırmak için de bir çalışmam oldu. Buradakine benzer itirazlar yüzünden henüz hayata geçmeyen bu proje için de ayrıca bir 100 saatten fazla zaman harcadım. Demek ki, biz uğraşıyoruz, başkaları uğraşmadan botla madde açıyor demek çok sığ, çok düşüncesizce bir yaklaşım. Şu an Türkçe Vikipedi'de Köy Çeşmesinde devam eden tartışmaları (ve oradaki bağlantıları takip ederek eski tartışmaları) izleyebilirsiniz. Eğer sizin; infobox şablonuyla olsun, iki cümlelik tanımıyla ve kategorilendirmeye olsun toplamda 10 dakikadan fazla sürecek bir işi bir başka arkadaşınız birkaç saniyede yaptırabiliyorsa, burada bu işi aşağılamanız değil. Takdir etmeniz gerekir. Saygılarımla--Alperen (müzakirə) 18:11, 13 dekabr 2015 (UTC)
- Kiminsə mən məqalələri özüm yaratmışam deyə, başqası bot ilə məqalə yarada bilməz kimi dar düşüncəli və eqoist yanaşmaları burada olmamalıdır. Botla məqalə yaratmağın əziyyəti bəzən əl ilə yazılan məqalələrdən daha çox olur. Bot ilə məqalə yaratmaq mütləq olaraq kor-koranə məqalələr yaratmaq demək deyil, əl ilə uzun müddətə yazıla biləcək bir-iki cümləlik yazıları daha tez yazmaq üsuludur. İngilis dilində olan 5 milyondan çox məqalənin əksəriyyəti bot ilə yaradılıb, daha sonra isə istifadəçilər tərəfindən həmin məqalələr zənginlədirilib. Məhz belə üsul Vikipediyanın inkişaf etdirə bilər. Yoxsa keçən əsrdən qalma ancaq əl ilə məqalə yazmaq kimi köhnə fikirlər heç vaxt sürətli inkişafa apara bilməz. --Thunder Storm (müzakirə) 06:52, 19 dekabr 2015 (UTC)
- Dərinlik də, əslində, o qədər də vacib göstərici deyil. Onu da məqalə sayını kimi süni şəkildə qaldırmaq olar (məsələn üçün, elə həmin botlarla bir tipli kiçik redaktələr eləyərək, Serboxorvat Vikipediyada kimi). AzVikidə bu lazımsız və əslində heçnəyi göstərməyən göstəriciyə niyə bu qədər çox diqqət ayrılır, başa düşmürəm. --Мурад 97 (müzakirə) 23:47, 11 dekabr 2015 (UTC)
New Wikipedia Library Accounts Available Now (December 2015)
Hello Wikimedians!
The Wikipedia Library is announcing signups today for, free, full-access accounts to published research as part of our Publisher Donation Program. You can sign up for new accounts and research materials from:
- Gale - multidisciplinary periodicals, newspapers, and reference sources - 10 accounts
- Brill - academic e-books and journals in English, Dutch, and other languages - 25 accounts
- Finnish Literature Society (in Finnish)
- Magiran (in Farsi) - scientific journal articles - 100 articles
- Civilica (in Farsi) - Iranian journal articles, seminars, and conferences - 50 accounts
Many other partnerships with accounts available are listed on our partners page, including EBSCO, DeGruyter, and Newspaperarchive.com. Do better research and help expand the use of high quality references across Wikipedia projects: sign up today!
--The Wikipedia Library Team 01:01, 11 December 2015 (UTC)
- Help us a start Wikipedia Library in your language! Email us at [email protected]
- This message was delivered via the Global Mass Message tool to The Wikipedia Library Global Delivery List.
Wikidata şəhərlər - Azərbaycanca label
Wikidatadan şəhərlərin siyahısını çıxardım. Wikidatada 25286 şəhər var. Onların çox hissəsinin Azərbaycanca adı yoxdur, bir hissəsinin adı isə ərəb əlifbası ilə yazılıbdır. Siyahını Google Spreadsheetə köçürdüm və hər kəs üçün paylaşıram. Həvəsi və vaxtı olanlar, Azərbaycanca labelları girib wikidatada düzəldə bilərlər. Siyahı.
Modullar
Salam. Vikilüğtdə bir modulda problemim var. Modullarla işləməyi bacaran varsa xahiş edirəm bura yazsın. İndidən təşəkkürlər. Aabdullayev851 (müzakirə) 10:10, 13 dekabr 2015 (UTC)
Dəyişiklikləri geri qaytarmaq
Salam. İzlədiyim qədəri ilə müxtəlif İP-lərdən vandalizm müşahidə edirəm. Bunları mümkün qədər geri qaytarıram amma elə məqalə olur ki orada iki müxtəlif redaktə olur. Onu avtomatik olaraq necə əvvəlki versiyasına qaytara bilərəm? Aabdullayev851 (müzakirə) 17:53, 17 dekabr 2015 (UTC)
- Salam. Bu funksiya ancaq idarəçilərə aiddir.--Serk@nl@nd 18:10, 17 dekabr 2015 (UTC)
- Başa düşdüm. Təşəkkürlər. Aabdullayev851 (müzakirə) 18:22, 17 dekabr 2015 (UTC)
This is a message from the Wikimedia Foundation. Translations are available.
As many of you know, January 15 is Wikipedia’s 15th Birthday!
People around the world are getting involved in the celebration and have started adding their events on Meta Page. While we are celebrating Wikipedia's birthday, we hope that all projects and affiliates will be able to utilize this celebration to raise awareness of our community's efforts.
Haven’t started planning? Don’t worry, there’s lots of ways to get involved. Here are some ideas:
- Join/host an event. We already have more than 80, and hope to have many more.
- Talk to local press. In the past 15 years, Wikipedia has accomplished extraordinary things. We’ve made a handy summary of milestones and encourage you to add your own. More resources, including a press release template and resources on working with the media, are also available.
- Design a Wikipedia 15 logo. In place of a single icon for Wikipedia 15, we’re making dozens. Add your own with something fun and representative of your community. Just use the visual guide so they share a common sensibility.
- Share a message on social media. Tell the world what Wikipedia means to you, and add #wikipedia15 to the post. We might re-tweet or share your message!
Everything is linked on the Wikipedia 15 Meta page. You’ll find a set of ten data visualization works that you can show at your events, and a list of all the Wikipedia 15 logos that community members have already designed.
If you have any questions, please contact Zachary McCune or Joe Sutherland.
Thanks and Happy nearly Wikipedia 15!
-The Wikimedia Foundation Communications team
Posted by the MediaWiki message delivery, 20:58, 18 dekabr 2015 (UTC) • Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin • Kömək
Bütün istifadəçiləri salamlayıram. Bu iki kənd haqqında çox az məlumat olduğu üçün kəndlərin coğrafi kordinatlarını müəyyən etməkdə çətinlik çəkirəm. Burdan aydın olur ki, Qayadibi adlı kənd indi var, amma Qarağatlı kəndi yoxdur. Qarağatlı kəndi 1999-cu ildə yaradılıb və 2009-cu ildə var imiş. Ancaq indi Qarağatlı kəndi haqda heç bir məlumat tapa bilmədim. Bilən varmı bu kənd ləğv edilibmi ?--Asparux Xan Bulqar (müzakirə) 09:55, 19 dekabr 2015 (UTC)
İdarəçiliyə namizədlik
İdarəçilik üçün öz namizədliyimi irəli sürmüşəm. Xahiş edirəm səsvermə təşkil edəsiniz. --Aabdullayev851 (müzakirə) 19:32, 19 dekabr 2015 (UTC)
- Aabdullayev851 ərizə vermək lazım deyil, birbaşa Vikipediya:İdarəçilər səhifəsində səsvermə təşkil edə bilərsiz.--Serk@nl@nd 19:39, 19 dekabr 2015 (UTC)
- Serkanland orada neçə namizədliyi irəli sürə bilərəm? Kömək edə bilərsən? --Aabdullayev851 (müzakirə) 20:14, 19 dekabr 2015 (UTC)
- Aabdullayev851 buyurun, burada səsverməni başlatdım.--Serk@nl@nd 21:08, 19 dekabr 2015 (UTC)
- Serkanland təşəkkür edirəm. --Aabdullayev851 (müzakirə) 04:55, 20 dekabr 2015 (UTC)
- Aabdullayev851 buyurun, burada səsverməni başlatdım.--Serk@nl@nd 21:08, 19 dekabr 2015 (UTC)
- Serkanland orada neçə namizədliyi irəli sürə bilərəm? Kömək edə bilərsən? --Aabdullayev851 (müzakirə) 20:14, 19 dekabr 2015 (UTC)
- Vikilüğət
- Səsvermə:Aabdullayev851 [1] Xahiş edirəm idarəçi olması üçün məlumat verin.--Sinan (müzakirə) 06:06, 21 dekabr 2015 (UTC)
Süzgəclər
Hörmətli Mavrikantın təkliflərindən sonra Azərbaycanca Vikipediyada 23 yeni süzgəc əlavə etdim. Süzgəclərin çoxu anonim və yeni istifadəçilərin potensial vandalizm hallarınının qarşısını almaq üçün yaradılıb. Bəzilərini sınaqdan keçirmişəm və işləyir. Süzgəclərdə müzakirə şablonlarının silinməsi, çox qısa məqalənin yaradılması, kateqoriyalardan sonra mətnin əlavəsi, yeni istifadəçinin başqa istifadəçini səhifəsinin adını dəyişdirməsi, istinadların silinməsi, imzanın qoyulması, "bağırmalar" və s. kimi vandalizm hallarının qarşısını almaq nəzərdə tutulub. Wertuosedən istərdim ki, süzgəcləri təftiş etsin. Ola bilər ki, gözümdən bir şey qaçıb.--Serk@nl@nd 15:58, 20 dekabr 2015 (UTC)
Bu səyfə nədən heç bir müzakirə aparılmadan və səs vermə olmadan silinib? Bu şəxs heçdə qeyri-ensiklopedik birisi deyil. Azından şair, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin yaradıcısı və ilk sədridir (2008 - 2015). Həmçinin 2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən "2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ" ilə mükafatlandırılıb. Və 7 kitab müəllifidir. Yetərincə başqa faktlarda göstərmək mümkündür və səyfədə zatən göstərilmişdir. Yetərincə mənbələrdə göstərilmişdir.--Namikilisu 13:08, 22 dekabr 2015 (UTC)
- Namikilisu bəy məqaləni burada müzakirəyə çıxara bilərsiz.--samral müzakirə 22:21, 23 dekabr 2015 (UTC)
Ölkə adlarında dövlət quruluşları
Bu məsələni standartlaşmalıyıq, yoxsa çaşqınlıq alınır. Məsələn üçün, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni məqaləsində Krallığı sözü böyük hərfdən, İngiltərə krallığı məqaləsində isə kiçik hərfdən yazılır. Daha çox nümunə var: Səfəvi İmperiyası və Yaponiya imperiyası. Həmin problem sənət əsərləri haqqında məqalələrdə də var. Məsələn üçün, Qaranlıq Krallıq, Günəş imperiyası (film, 1987), Odlar yurdu (film, 1967), Odlar Yurdu (konsept). Öz də burada ən gülməli odur ki, Qaranlıq Krallıq xəyali bir qurumdur, Günəş İmperiyası isə Yaponiya İmperiyasının ləqəbidir (yəni Azərbaycan üçün Odlar Yurdu kimi) və xəyali qurumun adı böyü hərfdən, əsl dövlətin adı isə kiçik hərfdən yazılır. --Мурад 97 (müzakirə) 19:15, 22 dekabr 2015 (UTC)
- Standartlaşma deyəndə, əslində Azərbaycan dilinin qrammatikasını nəzər almalıyıq. Azərbaycan dilində dövlət adlarının bütün sözləri böyüklə yazılır. Fikrimcə, Yaponiya imperiyası yox, Yaponiya İmperiyası daha doğru olar. Düşünürəm ki, eyni hal uydurma qurumlar üçün də keçərlidir. Günəş İmperiyası məncə səhv ifadə deyil. Qaranlıq Krallıq ifadəsinə gəldikdə isə düşünürəm ki, düzgündür. Çünki "Qaranlıq" burada konkret olaraq sifət kimi işlənməyib. Məsələn, mən hətta ruslarda da görmüşdüm ki, Qaranlıq Krallıq ifadəsində Krallıq sözünü böyük yazsınlar: [2]. Amma "Qadağan olunmuş krallıq" kimi ifadələrdə krallıq sözü kiçiklə yazılmalıdır.--Serk@nl@nd 19:34, 22 dekabr 2015 (UTC)
- Razıyam. --Мурад 97 (müzakirə) 19:37, 22 dekabr 2015 (UTC)
- 2013-cüdə də həmin şeyi yazırdım, lakin bir şey çıxmayıb və Vikipediyamızda Azərbaycan dilinin qaydalarının pozulması davam edilib. --Мурад 97 (müzakirə) 19:44, 22 dekabr 2015 (UTC)
Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Lider nəşriyyat”, 2004
- 29. … dövrlərin … adlarının birinci sözünün birinci hərfi böyük yazılır
- 30. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır--Melikov Memmed⇒email 05:40, 23 dekabr 2015 (UTC)
- Təəsüf ki, burada Odlar Yurdu, Günəş İmperiyası və xəyli dövlətlərin adları ilə neyniyək yazılmır. Bir də necə yəni, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır. İndi Quba rayonu ifadəsində Rayonu sözü böyük hərfdən yazmalıyıq? Bu da axı vilayət kimi inzibati bir vahiddir.--Мурад 97 (müzakirə) 10:58, 23 dekabr 2015 (UTC)
- Odlar yurdu, Günəş imperiyası, Səfəvi imperiyası və s... balaca yazılır. "Rayon"un böyük yazılması göstərilmədiyi üçün balaca yazılır--Melikov Memmed⇒email 13:21, 23 dekabr 2015 (UTC)
- Necə yəni, Səfəvi İmperiyası balaca yazılır? Onda Azərbaycan Respublikası ifadəsində respublika sözünü də balaca yazaq? --Мурад 97 (müzakirə) 19:25, 23 dekabr 2015 (UTC)
- Qaydalarda çox aydın yazılıb "Ölkələrin ... rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır", yəni Azərbaycan Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və s... "Səfəvi imperiyası" rəsmi ad deyil, sadəcə imperiya olmuş konkret bir dövləti bildirmək üçün işlədilir, yəni "… dövrlərin … adlarının birinci sözünün birinci hərfi böyük yazılır", əks halda "Filan bəylik", "Filan xanlıq", "Filan knyazlıq" və s... də bütün sözlər böyük yazılmalı idi, bu isə hazırkı qaydalara ziddir. Sadəcə hətta KİV orfoqrafiya qaydalarına əməl etmədiklərindən Vikipediya üçün sadə adların yazılışı bu cür problemlər yaradır--Melikov Memmed⇒email 05:04, 24 dekabr 2015 (UTC)
- Onda isə Səfəvi imperiyasının rəsmi adını tapmalıyıq (əminəm ki, 300 ildən çox mövcud olan bu dövlətin rəsmi adı var idi) və məqalə adını bu rəsmi adına dəyişdirməliyik. Və yenə də, göstərdiyiniz qaydada yalnız rəsmi adlardan söhbət gedir, qeyri-rəsmi adlarnan neyniyək deyilmir. Yəni, bu məsələ hələ də adyınlaşmayıb. --Мурад 97 (müzakirə) 16:29, 24 dekabr 2015 (UTC)
- Məsələn, bir şey: tutalım ki, bir əsərdə uydurma dövlətdən söhbət gedir. Amma əsərin içində bu uydurma dövlətin rəsmi adı var. Bəs o zaman nə etməliyik?--Serk@nl@nd 16:40, 24 dekabr 2015 (UTC)
- Tarixi dövlətlərin bir çoxunun nəinki rəsmi, hətta ümumiyyətlə öz dövründə necə adlandırılması məlum deyil. Yəni bu dövlətlərin "rəsmi" adları heç tarixçilərə də məlum deyil. O zamanlar heç "rəsmi", "imperiya" kimi anlayışlar belə yox idi. Vikipediyaçı araşdırma aparmamalıdır, mənbə əsasında yazmalıdır, dilimizə hörmət əlaməti olaraq orfoqrafiya qaydalarına da ciddi əməl etmək lazımdır, nə qədər kəm-kəsiri olsa da. Latın qrafikalı digər dillərdə insan, məntəqə adları orginala uyğun yazılır, dövlət, qəzet və s... bu kimi adlarda bütün sözlər böyük hərflə yazılır, məsələ daha praktiki və asandır. Təəssüf ki, bizdə hələ bu qəbul olmayıb. Qaydalarda uydurma dövlətlər haqqında əlavə heç nə olmadığı üçün təbii ki, onların da yazılışı ümumi qaydalar əsasında olmalıdır. Əgər burada "rəsmi" məsələsini müzakirə etsək, daha çox xoş məram göstərib qəbul edə bilərik ki, elə rəsmi dövlətlər var ki, uydurma dövlətlərdən daha çox uydurmadır, deməli uydurma dövlətlər də "rəsmi" ola bilər.--Melikov Memmed⇒email 06:12, 25 dekabr 2015 (UTC)
- "Tarixi dövlətlərin bir çoxunun nəinki rəsmi, hətta ümumiyyətlə öz dövründə necə adlandırılması məlum deyil. Yəni bu dövlətlərin "rəsmi" adları heç tarixçilərə də məlum deyil. O zamanlar heç "rəsmi", "imperiya" kimi anlayışlar belə yox idi. Vikipediyaçı araşdırma aparmamalıdır, mənbə əsasında yazmalıdır". Yəni indi qaydalarımızda bu anlaşılmazlığına görə bütün tarixi dövlətlərinin quruluşlarının adlranını mənbə tapana dək kiçik hərfdən yazmalıyıq? Məncə, bu mənasız və vaxt itiricidir. Əziyyət çəkən, bunnan məşqul olmağa istəyən birini görmürəm və bu o deməkdir ki, əslində böyük hərfdən yazmalı olan dövlətlər elə kiçik hərfnən qalacaqlar. "Qaydalarda uydurma dövlətlər haqqında əlavə heç nə olmadığı üçün təbii ki, onların da yazılışı ümumi qaydalar əsasında olmalıdır." Mövcud olmayan bir şeyin əsasında yazaq, yəni? --Мурад 97 (müzakirə) 11:38, 25 dekabr 2015 (UTC)
- Hazırda mövcud olan ölkələrin rəsmi adlarını bütün sözlərini böyük yazın. Yerdə qalan tarixi dövlətlər üçün "29. … dövrlərin … adlarının birinci sözünün birinci hərfi böyük yazılır" bəndini istifadə edin. --Melikov Memmed⇒email 12:46, 25 dekabr 2015 (UTC)
- Lakin, bu bənd ikinci sözü haqqında heçnə demir. Yəni, ikinci söz ilə əlaqədər bir qayda ya qeyri-mövcuddur, ya da biz onu hələ tapmamışıq. Vikipediyanı isə tapılmayan və ya qeyri-mövcud qaydalar əsasında yazmaq olmaz. --Мурад 97 (müzakirə) 12:52, 25 dekabr 2015 (UTC)

Hər kəsi salamlayıram. Dünəndən artıq Azərbaycandilli Vikipediya üçün Huggle (azərb. Haqql) proqramını aktiv hala gətirmişəm. Huggle antivandalizm proqramıdır. Vandalizmə qarşı daha ciddi, daha sistemli, daha sürətli mübarizə aparmağa imkan verir. Proqramı yükləmək, daha sonra isə istifadəçi adı və şifrə ilə daxil olmaq lazımdır. Daxil olduqdan sonra "System → Change provider → Wiki" əməliyyatını yerinə yetirmək lazımdır ki, sol paneldə son dəyişikliklər yüklənsin və vandalizm hallarını qaytarmaq mümkün olsun. Huggle-nin üstünlükləri bunlardır:
- Xüsusi mexanizmlərdən istifadə edərək son dəyişikliklərdən vandalizm ola biləcək redaktələri seçir.
- Son dəyişikliklərə baxaraq "özü üçün ağ siyahı" yaradır. İstifadəçiyə imkan verir ki, IP ilə edilən dəyişiklikləri təcrübəli istifadəçilərin redaktələrindən ayırd edə bilsin.
- Vandalizm hallarını daha sürətli qaytarmağa imkan verir.
- ni edən istifadəçiyə birbaşa xəbərdarlıq göndərməyə imkan verir. Xəbərdarlıqlar çeşidlənib.
Proqramla maraqlanan istifadəçilər onu buradan yükləyə bilərlər: Huggle yüklə
Huggle interfeysini tərcümə etmək ilə maraqlananlar: Translate Wiki
Əvvəlcə Test Vikipediyada sınaqdan keçirməniz məsləhət görülür.--Serk@nl@nd 18:19, 24 dekabr 2015 (UTC)
- Əla proqramdır, dəyişikləri izləmək çox rahatdır--Melikov Memmed⇒email 07:13, 25 dekabr 2015 (UTC)
VisualEditor News #6—2015
Did you know?
Read this in another language • Subscription list for this multilingual newsletter
Since the last newsletter, the visual editor team has fixed many bugs and expanded the mathematics formula tool. Their workboard is available in Phabricator. Their current priorities are improving support for languages such as Japanese and Arabic, and providing rich-media tools for formulæ, charts, galleries and uploading.
Recent improvements
You can switch from the wikitext editor to the visual editor after you start editing. The LaTeX mathematics formula editor has been significantly expanded. (T118616) You can see the formula as you change the LaTeX code. You can click buttons to insert the correct LaTeX code for many symbols.
Future changes
The single edit tab project will combine the "" and "Mənbəni redaktə et" tabs into a single "" tab, like the system already used on the mobile website. (T102398, T58337) Initially, the "" tab will open whichever editing environment you used last time. Your last editing choice will be stored as a cookie for logged-out users and as an account preference for logged-in editors. Logged-in editors will be able to set a default editor in the tab of Special:Preferences in the drop-down menu about " rejimi:".
The visual editor will be offered to all editors at the following Wikipedias in early 2016: Amharic, Buginese, Min Dong, Cree, Manx, Hakka, Armenian, Georgian, Pontic, Serbo-Croatian, Tigrinya, Mingrelian, Zhuang, and Min Nan. (T116523) Please post your comments and the language(s) that you tested at the feedback thread on mediawiki.org. The developers would like to know how well it works. Please tell them what kind of computer, web browser, and keyboard you are using.
In 2016, the feedback pages for the visual editor on many Wikipedias will be redirected to mediawiki.org. (T92661)
Testing opportunities
- Please try the new system for the single edit tab on test2.wikipedia.org. You can edit while logged out to see how it works for logged-out editors, or you can create a separate account to be able to set your account's preferences. Please share your thoughts about the single edit tab system at the feedback topic on mediawiki.org or sign up for formal user research (type "single edit tab" in the question about other areas you're interested in). The new system has not been finalized, and your feedback can affect the outcome. The team particularly wants your thoughts about the options in Special:Preferences. The current choices in Special:Preferences are:
- Axırınca redaktorumu yadda saxla,
- Mümkün olduğu halda həmişə vizual redaktoru aç,
- Mümkün olduğu halda həmişə mənbə redaktorunu aç, and
- Mənə hər iki redaktor bölməsini də göstər. (This is the current state for people already using the visual editor. None of these options will be visible if you have disabled the visual editor in your preferences at that wiki.)
- Can you read and type in Korean or Japanese? Language engineer David Chan needs people who know which tools people use to type in some languages. If you speak Japanese or Korean, you can help him test support for these languages. Please see the instructions at What to test if you can help, and report it on Phabricator (Korean - Japanese) or on Wikipedia (Korean - Japanese).
If you aren't reading this in your favorite language, then please help us with translations! Subscribe to the Translators mailing list or contact us directly, so that we can notify you when the next issue is ready. Təşəkkür!
Salam. Quranı ilk dəfə azərbaycan dilinə kim tərcümə edib? Vikidəki hər iki məqalədə (Mir Məhəmməd Kərim ağa və Məhəmməd Mövlazadə) fərqli şəxslər üçün eyni iddia var.--Shahrux (müzakirə) 21:14, 29 dekabr 2015 (UTC)
Bir mənbə: Akademik V.M.Məmmədəliyev akademik Z.M.Bünyadovla sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. --Shahrux (müzakirə) 21:23, 29 dekabr 2015 (UTC)
- Burada Mir Məhəmmməd Kərim ağadır.milli.az--Serk@nl@nd 21:26, 29 dekabr 2015 (UTC)
- Uzun Həsən də XV əsrdə Quranı Azərbaycan dilinə tərcümə etdirmişdirsə, məsələ lap qəlizləşir--Melikov Memmed⇒email 08:22, 30 dekabr 2015 (UTC)
- Mən bu məqaləni yazarkən Möhsün Nağısoylunun kitablarına baxmışam. Heç o, Uzun Həsənin Quranı tərcümə etməsindən danışmır.--Shahrux (müzakirə) 08:29, 30 dekabr 2015 (UTC)
- Bunu Türkiyə tarixçiləri İlhan Erdem və Kazım Paydaş yazır--Melikov Memmed⇒email 11:58, 30 dekabr 2015 (UTC)
- O halda Mir Məhəmməd Kərim ağa və Məhəmməd Mövlazadə məqalələrindən "ilk dəfə'"ni silməliyik.--Shahrux (müzakirə) 15:53, 30 dekabr 2015 (UTC)
- Bunu Türkiyə tarixçiləri İlhan Erdem və Kazım Paydaş yazır--Melikov Memmed⇒email 11:58, 30 dekabr 2015 (UTC)
- Mən bu məqaləni yazarkən Möhsün Nağısoylunun kitablarına baxmışam. Heç o, Uzun Həsənin Quranı tərcümə etməsindən danışmır.--Shahrux (müzakirə) 08:29, 30 dekabr 2015 (UTC)
- Uzun Həsən də XV əsrdə Quranı Azərbaycan dilinə tərcümə etdirmişdirsə, məsələ lap qəlizləşir--Melikov Memmed⇒email 08:22, 30 dekabr 2015 (UTC)
Shahrux, mən bildiyimə görə "Qurani-Kərim"i Azərbaycan dilinə Mir Məhəmməd Kərim ağa 1906-cı, Məhəmməd Mövlazadə isə 1908-ci ildə tərcümə edib. --►Asiya səfiri Cekli 16:23, 30 dekabr 2015 (UTC)
- Bu məqalədə yazır ki, Mir Məhəmməd Kərim ağa Mircəfərzadə... Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə çevirən, ilk dəfə bu müqəddəs kitabın 3 cilddən ibarət təfsirini (izahı) yazan... O həmçinin müqəddəs kitabımızın üç cildlik təfsirini (izahı) yazır və Quranla birgə milyonçu Hacı Zeynalabdın Tağıyevin köməkliyi ilə 1904-cü ildə Kaspi qəzetinin Bəhariyə mət-bəəsində çap etdirir. Bu məqalədə də belə bir cümləyə rast gəldim. Azərbaycan tarixində ilk dəfə Quranı Azərbaycan türkcəsinə tərcümə etdirən tanınmış xeyirsevər Hacı Zeynalabdin Tağıyev, onu Yusif Ziyanın vasitəsilə 1907-ci ildə İstanbula Sultan Əbdülhəmidə hədiyyə olaraq göndərmişdir. --samral müzakirə 11:50, 31 dekabr 2015 (UTC)
- Hamınıza təşəkkür edirəm. Məhəmməd Mövlazadə məqaləsindən "ilk dəfə" ifadəsini sildim.--Shahrux (müzakirə) 11:58, 31 dekabr 2015 (UTC)
- Bu jurnalda 38-ci səhifədə də mövzumuzla bağlı dəyərli məlumatlar var.--samral müzakirə 13:39, 31 dekabr 2015 (UTC)
- Burada da mövzumuzla əlaqədar maraqlı məlumat var.--samral müzakirə 13:53, 31 dekabr 2015 (UTC)