Vikipediya Kend Meydani Arxiv Dekabr 2018 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Təftişçilərin seçilməsi qaydaları
Salam həmkarlar. Bildiyimiz kimi idarəçilərin və bürokratların seçilməsi qaydaları mövcuddur. Ancaq təftişçilər haqqında belə bir qayda yoxdur. Sizləri bu barədə müzakirəyə dəvət edirəm. Zəhmət olmasa müzakirələrdə iştirak edin. Bu barədə yekun qərar verək. Təftişçi qaydaları haqqında əlavə nəysə fikirləriniz varsa qeyd edə bilərsiniz. Hörmətlə--Turkmen müzakirə 18:00, 23 noyabr 2018 (UTC)
- Mən həmin müzakirədə dəfələrlə qeyd elədim. Burada da yazıram. Check user, yəni təftişçi seçim qaydaları metada yerləşən təftişçi qaydalarına əsasən qəbul olunur. Daxili qaydaya əsasən yox. Hörmətli Cekli829, sizə belə bir sual ünvanlamaq istəyirəm. Bildiyiniz kimi Təftişçi səsverməsini stüardlar yekunkaşdırır. Biz də misal üçün qayda qəbul elədik ki, 15 səs lehinə olsa, lehinə və əleyhinə 1/3 nisbəti olsa istifadəçi təftişçi ola bilər. Bəs sizcə stüard səsverməni hansı qaydaya əsasən yekunlaşdıracaq? Bu sualın cavabını düşünən zaman bəlkə nə demək və nəyi izah eləmək istədiyimi anlıyarsınız. Onu da qeyd edim ki, Təftişçi səhifəsində gedən səsverməni əsassız şəkildə dayandırmağınızı "statusdan sui istifadə etmək" kimi qəbul eliyirəm. Hörmətlə--eldarado ✉ 20:20, 23 noyabr 2018 (UTC)
Bu müzakirəni bu səhifədəki müzakirə səbəbindən açmışam. Bu status bürokrat tərəfindən verilmir stüard tərəfindən verilir. Özüdə ciddi statusdur. Bu bizdəki qaydalar metada da belədir və türkcə vikidə də + belədir. Heç kəsin əlavə təklifi olmasa səsverməni bərpa edəcəm.--Turkmen müzakirə 22:17, 23 noyabr 2018 (UTC)
- Seçki prinsipləri hazırlanmalıdır. Kim istəyir namizədliyini çek yuzerliyə verə bilməz. İndi mən də 30 istifadəçinin namizədliyini verim çek yuzer seçilmələri üçün? Bunun 25-i seçilsə azvikinin 25 çek yuzeri olacaq? Sonra onlara deyəcəksən ki, bir istifadəçinin İP-sini yoxla hərəsinin ağzından bir avaz çıxacaq. Hansı düz deyir, hansı yox gəl anla. Hələ 3 çek yuzerimiz olsa gərək elə edək ki, tam neytral istifadəçi və idarəçilərdən seçilsinlər. Sabah hansısa tanışının qəbahətini örtmək üçün onun İP-si ilə bağlı yoxlamada yanlış qərar verməsin. Elə olsa gərək bizim çek-yuzerlərin qərarlarını təzədən stüardlara yoxladaq. Day elə olacaqsa, onda neynirik çek-yuzeri? Elə birbaşa stüardlara müraciət edərik də. Məsələn, türk vikisi bizdən böyük vikidi 2 çek yuzeri var. İdarəçilərinin isə sayı qat-qat çoxdur. Digər vikilər də elə. Deməli, bunu tənzimləyən bir qayda var. Yoxsa elə kim istəyirsə 50+1 səs alıb çek yuzer ola bilər tələbi qoya bilərik? Onda gündə çek yuzer seçkisi keçiriləcək ki, azvikidə. Şərtlər qoyulmalıdır. Məsələn, "azvikidə çek yuzer sayı 3-dən (və ya 5-dən) artıq olmamalıdır". "İstifadəçi 1 il aktiv deyilsə onun çek yuzer statusu alınır". "İstifadəçi çek yuzer seçilmək üçün 85/100 nisbətində səs almalıdır". "3 çek yuzerdən biri idarəçilər, ikisi istifadəçilər arasından seçilir (və ya əksinə)". "Çek yuzer seçkisində ən azı 30 istifadəçi səs verməlidir", "Çek yuzer namizədi heç vaxt bloklu olmamalıdır (bu şərt olmayada bilər)", "Çek yuzer namizədi ən azı 3 il aktiv fəaliyyət göstərmiş olmalıdır (ayda 200 redaktə etmiş olmalıdır)" və s. Həm təcrübəli olduğunu, həm adekvat fəaliyyət göstərdiyini anlaya bilmək üçün bu şərtlər qoyula bilər. Yəni bunlar işlənib hazırlanmalıdır. Yoxsa 5 nəfər səs versin və onlardan 3-ü lehinədirsə istifadəçi çek yuzer seçilsin kimi şərt olar? O prinsiplərin qəbulu üçün normal sayıla bilər (əslində elə onun üçün də çox yumşaq tələblərdir). Hələlik bu qədər. --Sortilegus (müzakirə) 09:41, 24 noyabr 2018 (UTC)
- Sortilegus-un dediklərini səsverməyə çıxarıb qəbul etmək olar. Amma "Çek yuzer namizədi heç vaxt bloklu olmamalıdır" sözü ilə razı deyiləm. Bizdə elə istifadəçi yoxdur ki, təftişçiliyə layiq olsun, amma blokda olmasın.--Nəriman 10:40, 24 noyabr 2018 (UTC)
- Sortilegusun fikirləri tutarlıdır və qatılıram. Lakin elə birini seçməliyik ki, aktiv olsun. Facebookdan yazıb çağırmayaq. --Turkmen müzakirə 10:54, 24 noyabr 2018 (UTC)
- Hörmətli Sortilegus, özümüz üçün xüsusi qayda tərtib etməyimiz çox anlamsızdır. Çünki səsverməni yekunlaşdıracaq olan stüardlar bu qaydalara əsasən səsverməni yekunlaşdıracaqlar. Yuxarıda qeyd etdiyiniz şərtlərin çoxu da burada qeyd olunub zatən. Deyirsiz ki, 50+1 lə çek yuzer seçmək olmaz. Biz tutaq ki, qayda tərtib elədik və orda 50+1 lə seçilə bilmək bəndini əlavə etdik. Bu zaman stüardlar statusu 50+1 lə seçilən istifadəçiyə verəcək sizcə? təbii ki, verməyəcək. Ona görə də elə qayda tərtib etmək çox anlamsızdı. Biz sadəcə Təftiçi səhifəsinə kimlərin namizəd ola biləcəkləri barədə başlıq əlavə edə bilərik. Birdə metadakı qaydalar həmin səhifənin azərbaycan dili bölməsində, olduğu kimi tərcümə olunmalıdır. Hörmətlə--eldarado ✉ 11:35, 25 noyabr 2018 (UTC)
- Eldarado, biz nəyə görə 50+1-lə seçilə bilmək bəndini əlavə edək ki? Yəni biz o qədər təcrübəsizik ki, qayda qəbul edərkən elə bir səhvə yol verək? --►Cekli829 18:25, 25 noyabr 2018 (UTC)
- Hörmətli Sortilegus, özümüz üçün xüsusi qayda tərtib etməyimiz çox anlamsızdır. Çünki səsverməni yekunlaşdıracaq olan stüardlar bu qaydalara əsasən səsverməni yekunlaşdıracaqlar. Yuxarıda qeyd etdiyiniz şərtlərin çoxu da burada qeyd olunub zatən. Deyirsiz ki, 50+1 lə çek yuzer seçmək olmaz. Biz tutaq ki, qayda tərtib elədik və orda 50+1 lə seçilə bilmək bəndini əlavə etdik. Bu zaman stüardlar statusu 50+1 lə seçilən istifadəçiyə verəcək sizcə? təbii ki, verməyəcək. Ona görə də elə qayda tərtib etmək çox anlamsızdı. Biz sadəcə Təftiçi səhifəsinə kimlərin namizəd ola biləcəkləri barədə başlıq əlavə edə bilərik. Birdə metadakı qaydalar həmin səhifənin azərbaycan dili bölməsində, olduğu kimi tərcümə olunmalıdır. Hörmətlə--eldarado ✉ 11:35, 25 noyabr 2018 (UTC)
- Sortilegusun fikirləri tutarlıdır və qatılıram. Lakin elə birini seçməliyik ki, aktiv olsun. Facebookdan yazıb çağırmayaq. --Turkmen müzakirə 10:54, 24 noyabr 2018 (UTC)
- Eldarado ve Sortilegus Metadakı CheckUser qaydaları hörmətli Neriman2003 tərəfindən tərcümə edilib. Nərimana təşəkkürümü bildirirəm. --Turkmen müzakirə 17:59, 25 noyabr 2018 (UTC)
- Buyrun: meta:CheckUser policy/az--Nəriman 18:02, 25 noyabr 2018 (UTC)
- Əla. Təşəkkürlər Nəriman bəy.Qaldı bircə Təftişçi səhifəsinə "Kimlər namizəd ola bilər" bölməsinin hazırlanıb, ümumi razılıq əsasında əlavə olunması. Hörmətlə--eldarado ✉ 18:54, 25 noyabr 2018 (UTC)
Hörmətli Cekli829, mən orda misal çəkdim ki, məsələni izah edim. Görürəm ki, yenə anlamamısınız. --eldarado ✉ 18:59, 25 noyabr 2018 (UTC)
- Eldarado, o zaman Siz də VP:N-in hansı bəndini pozduğunuzu özünüz anlamağa çalışın. Lüzumsuz misallar çəkməyə heç bir zərurət yoxdur. Sadəcə yaxşı olardı ki, Siz də digər həmrakımız Turkmen kimi namizəd olduğunuz səsvermənin əsassız olduğu faktını qəbul edəsiniz. --►Cekli829 19:12, 25 noyabr 2018 (UTC)
- Aktiv idarəçilərin və istifadəçilərin bu cür müzakirələrdə qarşı - qarşıya gəlməsi məni üzür. Hamımız həmkarıq və bu dil bölməsinin inkişafını istəyirik. Xahiş edirəm, əlavə müzakirələrə və aqressiyaya yol verməyək. Bir birimizə qarşı hörmətimizi qoruyaq. Sadəcə yekun qərar verək və səsvermələr bərpa edilsin! Onsuzda səsvermələr hərşeyi həll edəcək. Mənim üçün CheckUser olmaq əsas deyil, bu vikinin inkişafıdır. Metadakı qaydalar tərcümə edilib və Sortilegusun fikirləri də elə metadakı qaydalar ilə üst üstə düşür. Artıq son qərarı verməyin vaxtıdır.--Turkmen müzakirə 19:21, 25 noyabr 2018 (UTC)
- 25-30 istifadçi, 70-80% səs də qarışıqlıq yaradacaq. Ya elə, ya belə olmalıdır. Məsələn, azvikinin indiki vəziyyətini nəzərə alıb minimum 25 səsverən sayı qəbul etmək olar. Amma dəstək 80% götürək. Bürokrat üçün 75%-di. Metadakı qanunu əsas götürüb, onların tələblərindəki plankanı aşağı salmadan öz prinsipimizi hazırlaya bilərik. Bir də ki, Metada elə yazılır ki, say 2-dən az olmasın, gəlin biz maksimumu da müəyyənləşdirək. 3, ya da 5 çek yuzer. Birinin yeri boşalanda səsvermə keçirmək olar. --Sortilegus (müzakirə) 19:42, 25 noyabr 2018 (UTC)
- Hörmətli Sortilegus, sizinlə razıyam. 5-ə ehtiyac yoxdu. 2 və ya 3 kifayət edər zənnimcə. --eldarado ✉ 21:03, 25 noyabr 2018 (UTC)
- Sortilegus, Eldarado, Cekli829 həmkarlar ortaq fikrə gəldiksə səsverməni başladımmı? Təklif edirəm təftişçi qaydalarına bölmə kimi əlavə edilsin (Vikipediya:Səsvermə/Təftişçilərin seçilməsi qaydaları). :) --Turkmen müzakirə 14:32, 26 noyabr 2018 (UTC)
- Təklif bəyənilsin. Əvvəlcə Vikipediya:Təftişçilərin seçilməsi qaydaları hazırlayıb səsverməyə çıxarmaq lazımdı. Metadakının əsasında hazırlayaq. 1 həftə ərzində təkliflərimizi verib müzakirə edək. Sonra səsverməsini keçirək. O səsvermə 50+1 olaraq hesablanacaq. Ondan sonra isə artıq təftişçi seçkisi keçirmək olar.--Sortilegus (müzakirə) 21:02, 26 noyabr 2018 (UTC)
- Sortilegus ilə razıyam. --►Cekli829 06:39, 27 noyabr 2018 (UTC)
- Təklif bəyənilsin. Əvvəlcə Vikipediya:Təftişçilərin seçilməsi qaydaları hazırlayıb səsverməyə çıxarmaq lazımdı. Metadakının əsasında hazırlayaq. 1 həftə ərzində təkliflərimizi verib müzakirə edək. Sonra səsverməsini keçirək. O səsvermə 50+1 olaraq hesablanacaq. Ondan sonra isə artıq təftişçi seçkisi keçirmək olar.--Sortilegus (müzakirə) 21:02, 26 noyabr 2018 (UTC)
- Sortilegus, Eldarado, Cekli829 həmkarlar ortaq fikrə gəldiksə səsverməni başladımmı? Təklif edirəm təftişçi qaydalarına bölmə kimi əlavə edilsin (Vikipediya:Səsvermə/Təftişçilərin seçilməsi qaydaları). :) --Turkmen müzakirə 14:32, 26 noyabr 2018 (UTC)
- Turkmen, Eldarado, Sortilegus, Cekli829, bir məqam var. Əgər Arbitraj komitəsi bizdə qəbul edilmiş olsa, səsverməyə ehtiyac qalmayacaq. Arbitrların seçdiyi istifadəçilər metaya təftişçi üçün müraciət edə biləcək.--Nəriman 11:36, 27 noyabr 2018 (UTC)
- Neriman2003, azvikidə Arbitraj Komitəsinin bütün qayda-qanunları, alt başlıqları və əlaqəli qaydaları tərcümə edilib və təkmilləşdirilib: Şablon:Arbitraj Komitəsi. Bir dəfə səsvermə keçirməyə cəhd də etmişdik, sadəcə səsvermə qaydalara zidd şəkildə yarıda dayandırıldı: Vikipediya:Səsvermə/Arbitraj Komitəsi--samral müzakirə 21:01, 30 noyabr 2018 (UTC)
Advanced Search
Fontain
Hörmətli idarəçilər! (White Demon, Wertuose). Asiya ayı bitmək üzrədir. Və Fountain proqramı [1] işləmir. Məqalələri yükləmək olmur.--namikilisu 17:58, 30 noyabr 2018 (UTC)
- Namikilisu, alət bu saytdadır.--Nəriman 18:12, 30 noyabr 2018 (UTC)
- Neriman2003, mən nəyi deyirəm? Elə onu göstərmişəm yuxarıda.Yeni yaratdığım məqaləni qeydə alınmır.--namikilisu 18:15, 30 noyabr 2018 (UTC)
- Namikilisu, alətin qurucusunun müzakirə səhifəsinə yaza bilərsiniz. Onuda deyim ki problem təkcə azvikidə deyil. Alətin qurucusunun (Le Loy) müzakirə səhifəsində bu problemlə bağlı bir neçə bildiriş var.--Nəriman 18:31, 30 noyabr 2018 (UTC)
Azərbaycan Silahlı Qüvvələri
İlk öncə hərkəsə salam.Azərbaycan Silahlı Qüvvələri məqaləsində Azərbaycan Silahlı qüvvələrinin ehtiyyat və personal qüvvələrinin sayısı düzgün verilməyib.Ehtiyyat qüvvə 530.000 olduğu halda orada 367.000 qeyd edilib.Xahiş edirəm ki, bu səhvə baxasınız-Hüseyn Samir (müzakirə) 16:46, 1 dekabr 2018 (UTC)
- Hüseyn Samir, mənbə göstərin zəhmət olmasa. Bunu məqalənin üzərində işləmiş istifadəçi (Azerifactory) ilə müzakirə etsəz yaxşı olar. --Nəriman 17:03, 1 dekabr 2018 (UTC)
- Neriman2003 Çox sağolun Nəriman bəy edəcəm.Birdə facebookda dostluğumu qəbul edərdiz zəhmət deyilsə--Hüseyn Samir (müzakirə) 17:34, 1 dekabr 2018 (UTC)
- Neriman2003 Nəriman bəy bir çox mənbələr var.Vikipediyada olan əsgər qoşun sayı Heydər Əliyevin prezident olan dövrləridir.İndi isə artıb.Hətta Youtube-da belə var.Saytlar belə yazır Hüseyn Samir yaz! 10:18, 6 dekabr 2018 (UTC)
- Azerifactory.--Nəriman 10:39, 6 dekabr 2018 (UTC)
- Neriman2003, nəzarət edirəm bu söhbətə amma bunu həmin səhifənin müzakirə səhifəsində etsək daha yaxşı olar.--Azerifactory (müzakirə) 13:38, 6 dekabr 2018 (UTC)
- Azerifactory bəy siz Azərbaycan Silahlı Qüvvələri məqaləsini işləmisiniz zəhmət deyilsə facebook hesabınızı yazın.Facebookda bu haqqda ətraflı danışaq.-- Hüseyn Samir yaz! 17:12, 6 dekabr 2018 (UTC)
- Azerifactory, Hüseyn Samir, bunu feysbukda yox müzakirə səhifəsində müzakirə etməliyik.--Azerifactory (müzakirə) 05:43, 7 dekabr 2018 (UTC)
Hüseyn Samirlə razıyam.--Anar Məmmədov (müzakirə) 15:12, 11 dekabr 2018 (UTC)
- Anar Məmmədov bir çox mənbələr var ki, onları sübut kimi göstərə bilərəm.Vikipediyada Azərbaycan Silahlı Qüvvələri məqaləsində yazılan şəxsi heyət və ehtiyyat sayı Heydər Əliyev prezident olan vaxtlarında olan qoşun sayıdır.Hal hazırda isə artıb.-- Hüseyn Samir yaz! 16:05, 11 dekabr 2018 (UTC)
- Azerifactory Müzakirə səhifəsinə yazdım, baxın.Qaldı mənbəyə Neriman2003 Türk vikipediyada Azərbaycan Silahlı Qüvvələrinin personalı və ehtiyyat qüvvəsi mən yazdığım kimi verilib.İstəyirsinizsə girib baxın.Bu ən düzgün mənbədir. -- Hüseyn Samir yaz! 09:40, 12 dekabr 2018 (UTC)
Sui-qəsd nəzəriyyəsi
Sui-qəsd nəzəriyyəsi məqaləsinin adı sizcə düzdür? Məncə konspirasiya teoriyası olmalıdır.--Azerifactory (müzakirə) 06:55, 2 dekabr 2018 (UTC)
- Məncə bəli Azerifactory. -- Babayev Müzakirə 15:38, 6 dekabr 2018 (UTC)
Azərbaycan dilində "teoriya" sözü yoxdur, o "nəzəriyyə"dir. --►Cekli829 11:42, 7 dekabr 2018 (UTC)
- Bəlkə "fərziyyə"?--Azerifactory (müzakirə) 11:50, 23 dekabr 2018 (UTC)
New Wikimedia password policy and requirements
Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
The Wikimedia Foundation security team is implementing a new password policy and requirements. You can learn more about the project on MediaWiki.org.
These new requirements will apply to new accounts and privileged accounts. New accounts will be required to create a password with a minimum length of 8 characters. Privileged accounts will be prompted to update their password to one that is at least 10 characters in length.
These changes are planned to be in effect on December 13th. If you think your work or tools will be affected by this change, please let us know on the talk page.
Təşəkkür!
Metro stansiya məqalələrindəki koordinat problemi
Salam. Bu gün metro stansiya məqalələrinə yeni şablon əlavə edərkən bir şey gördüm. Demək olar ki, bütün metro stansiya məqalələrində eyni koordinat göstərilib və bu koordinatda Bayıl qəsəbəsindəki bir nöqtəyə düşür. Bunu kimsə düzəldə bilər? Interfase, siz koordinatlar barədə təcrübəlisiniz. Düzəldə bilərsiniz?--Nəriman 21:58, 19 dekabr 2018 (UTC)
- Vikidatada eyni koordinatlardı.--Nəriman 23:30, 19 dekabr 2018 (UTC)
- Neriman2003 hansı stansiyalarda bu problem var? --Drabdullayev17 (müzakirə) 19:37, 23 dekabr 2018 (UTC)
- Drabdullayev17, artıq həll etmişəm. Məsələn Koroğlu metrostansiyası məqaləsi. Düzəltmişəm artıq.--Nəriman 19:40, 23 dekabr 2018 (UTC)
İstifadəçi adının dəyişdirilməsi
Salam. Mən istifadəçi adımda dəyişiklik etmək istəyirəm. Məlumatı olan zəhmət olmasa dəyişmə üsulunu mənə izah etsin. KmlSmdz 16:10, 21 dekabr 2018 (UTC)
- KmlSmdz, ad dəyişmək üçün bu səhifədə stüardlara müraciət etməlisiniz. "Instruction" bölməsində necə müraciət olunacağı qeyd olunub.--Nəriman 16:37, 21 dekabr 2018 (UTC)
- Neriman2003, dəstəyiniz üçün minnətdaram.KmlSmdz 21:10, 21 dekabr 2018 (UTC)
- KmlSmdz, bu səhifədə də müraciət edə bilərsiniz.--Nəriman 12:09, 22 dekabr 2018 (UTC)
- Neriman2003, artıq həll olundu, təşəkkür edirəm yardımınız üçün.Kamal.Sz 17:55, 23 dekabr 2018 (UTC)
- --Nəriman 16:57, 23 dekabr 2018 (UTC)
Şablon
Salam. Bir şablonla bağlı müraciət edirəm. Ziya Bünyadovun "Azərbaycan Atabəyləri Dövləti" adlı tədqiqat əsərində Eldənizlərin şacərəsi verilib (səh 212). Mümkünsə bu şablonu {{Atabəylər}} və ya {{Eldənizlər}} Azvikidə kim yarada bilər ?. Drabdullayev17-ə müraciət etdim, yəqin ki vaxt azlığından yerinə yetirə bilməyib. Neriman2003, Toghrul Rahimli bu şablona baxardınız bir zəhmət. Dərin hörmətlə,--Anar Məmmədov (müzakirə) 12:54, 23 dekabr 2018 (UTC)
- Anar Məmmədov, baxdım bu şablon {{Nəsil ağacı}} şablonu ilə hazırlanır. Düzü belə şablon heç hazırlamamışam. Hazırlaya bilsəm deyəcəm.--Nəriman 13:07, 23 dekabr 2018 (UTC)
Neriman2003 çox sağolun. Hazır vəziyyət olsa idi hazırlayardım. {{Cavanşirlər}} şablonunu ruvikidən baxıb hazırlamışdım. 0-dan hazırlaya bilmədim. Sizə uğurlar.--Anar Məmmədov (müzakirə) 13:08, 23 dekabr 2018 (UTC)
- Şablon yaradıldı. {{Atabəylər}}.--Anar Məmmədov (müzakirə) 17:48, 23 dekabr 2018 (UTC)
Commons
Salam. Hər kəsi burada və burada keçirilən səsvermələrdə şəkillərin saxlanılmasının lehinə səs verməyə dəvət edirəm. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 01:04, 25 dekabr 2018 (UTC)
- Salam, məndə eyni halla qarşılaşmışam. Bu səhifədə bir istifadəçi yerləşdirdiyim incəsənət xadimlərini silinməyə təqdim edib. Halbuki PD-Azerbaijan şablonuna əsasən 1970-ci ildən əvvəlki şəkillər Azərbaycanda ictimai mülk hesab olunur. Bu məsələdə də yardımçı olsanız, sevinərəm.--Toghrul Rahimli (müzakirə) 05:22, 25 dekabr 2018 (UTC)