Vikipediya Kend Meydani Arxiv Dekabr 2019 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
olunmuş məqaləni əlavə etmək olmur
Salam həmkarlar. Mən mövzulu ay çərçivəsində redaktə etdiyim Skandinaviya məqaləsini bura əlavə edə bilmirəm. Qeyd olunur ki, məqalə dekabr ayı ərzində yaradılmayıb. İdarəçilərdən kömək etmələrini xahiş edirəm.Murad İsmayılzadə (müzakirə)
- Salam Murad İsmayılzadə, düzəltdim, işləməlidir. Zəhmət olmasa indi yoxlayın. --eldarado ✉ 19:32, 3 dekabr 2019 (UTC)
Transliterasiya
Hər kəsə salam, iki məqalənin adının transliterasiyasında Solavirum ilə fikir ayrılığı yaşadıq. Zəhmət olmasa bu iki məqalənin doğru transliterasiyası ilə bağlı fikirlərinizi qeyd edin. Xüsusəndə adlandırmalarda fəal olan Nicat49, White Demon və Araz Yaquboglu-nun fikirlərini bildirmələri yaxşı olardı. Məqalələr bunlardır: en:Geri and Freki və en:Huginn and Muninn. Hörmətlə --eldarado ✉ 22:35, 8 dekabr 2019 (UTC)
- Mən belə qeyd edərdim: Qeri və Freki, Huqin və Munin--Azerifactory (müzakirə) 23:00, 8 dekabr 2019 (UTC)
Bu keçiddə lazımi qayda zatən verilib. "3.8. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, general, genezis, geologiya, gigiyena, etimologiya, gitara və s.". Bu, müzakirə mövzusu deyil əslində. Yəni, Azərbaycanın rəsmi adı Azərbaycan Respublikasıdırsa, səs çoxluğu ilə Azərbaycan Cümhuriyyəti olaraq yazmayacağıq. Özüm də adların transliterasiyalarına nümunə gətirə bilərəm. Qeorqi yox, Georgi; Qerda yox, Gerda yazırıq; Qerard yox, Gerard; Qetafe yox, Getafe; Qina yox, Gina; Qerman yox, German; və s. İndi sualım odur, Azerifactory, iddianızı əsaslandıra bilərsiniz? --► Hörmətlə: SolaVirum 00:47, 9 dekabr 2019 (UTC)
- Solavirum bu qaydalara bizdə riayyət olunmur. Steven Gerard-a - biz Stiven Qerard demirik ki? Stiven Cerard deyilir--Azerifactory (müzakirə) 00:51, 9 dekabr 2019 (UTC)
- Hörmətli Solavirum, mən sizinlə razı deyiləm və müzakirə səhifənizdə qeyd etdiyim kimi bura da qeyd edirəm. Gerard adı müxtəlif dillərdə tələffüzünə görə bizim dilə Cerard, Qerard və ya Jerar kimi transliterasiya ola bilir. Misal üçün : Jerar Pike, Cerard Kloson, Qerard Merkator hər üçünün də adı Gerarddı. Digər qeyd elədiyiniz adlar da həmçinin. Misal üçün fransız şəxslərə Cerard deyə bilməzsiz. Misal üçün: Jerar Filip, Jerar Dezarq, Jerar Depardye və s. hamısının adı Gerarddı. --eldarado ✉ 01:11, 9 dekabr 2019 (UTC)
- Solavirum bu qaydalara bizdə riayyət olunmur. Steven Gerard-a - biz Stiven Qerard demirik ki? Stiven Cerard deyilir--Azerifactory (müzakirə) 00:51, 9 dekabr 2019 (UTC)
- Hörmətli Solavirum, baxır hansı dildən alınıb? "Getafe" sözünün "Qetafe" oxunması mümkün deyil, bu söz "Xetafe"dir. Bəhsi keçən adlar isə alınma söz deyil. Nə vaxt lüğətə düşər o zaman alınma söz olar. İndiki halda bunlar sadəcə realidir. Realilər isə alınma söz sayılmır. HulaguKaan (müzakirə) 08:03, 9 dekabr 2019 (UTC)
- Azerifactory səhv deyirsiniz. Məsəlüçün, Gerard Merkator deyirik. --► Hörmətlə: SolaVirum 10:23, 9 dekabr 2019 (UTC)
- Eldarado, Gerard Merkator məqaləsinin adını niyə təhrif edirsiniz? İnternetə Qerard Merkator yazanda 0 mənbə çıxır. Hər bir Azərbaycandilli mənbə də Gerard Merkator yazılır. Düzü, belə bir hərəkəti sizdən gözləmirdim. Sizdən xahişim, "Qerard Merkator" yazılı 1 dənə Azərbaycandilli mənbə göstərin. --► Hörmətlə: SolaVirum 10:26, 9 dekabr 2019 (UTC)
- HulaguKaan, düzdü, Xetafe yazılır, bizim Vikidə səhv yazıblar. Adları nə vaxtdan lüğətə salırlar :D --► Hörmətlə: SolaVirum 10:29, 9 dekabr 2019 (UTC)
- Solavirum, sizin göstərdiyiniz qayda da elə lüğətə aiddir, səhv salırsız. Qerard olmalıdı, fikir versəniz ruscavikidə də Q ilə transliterasiya olunub. Müzakirə yekunlaşana kimi bu mövzu ilə əlaqəli məqalələrdə ad dəyişikliyi etməyin. Hörmətlə --eldarado ✉ 11:32, 9 dekabr 2019 (UTC)
- Eldarado, adamı hövsələdən çıxarırsınız. RUS DİLİNDƏ "G" HƏRFİ VAR?!?!?!!?! --► Hörmətlə: SolaVirum 12:33, 9 dekabr 2019 (UTC)
- Solavirum, sizin göstərdiyiniz qayda da elə lüğətə aiddir, səhv salırsız. Qerard olmalıdı, fikir versəniz ruscavikidə də Q ilə transliterasiya olunub. Müzakirə yekunlaşana kimi bu mövzu ilə əlaqəli məqalələrdə ad dəyişikliyi etməyin. Hörmətlə --eldarado ✉ 11:32, 9 dekabr 2019 (UTC)
- Eldarado, Gerard yerinə Qerard yazıldığı bir mənbə göstərin. --► Hörmətlə: SolaVirum 12:34, 9 dekabr 2019 (UTC)
- Solavirum, elə məhz lüğətə düşmədiyi üçün reali olaraq qalır. :)yəni toponim, oykonim vs. reali olaraq sayılmağa davam edir hələ ki. Onların alınma söz sayılmaları üçün linqvistika elmində güclü sübut yoxdur hələ ki. Bəhsi keçən adların niyə ingilis dilindəki oxunuş variantı əsas götürüb mən də bilmirəm. Qədim skandinav dillərində necə tələffüz edildiyinə dair mənbə yoxdur yəqin, bəlkə də ingilis dili vasitəsilə dünyaya çatdırıldığı üçün belədir. Mən də Azerifactory kimi "Qeri və Freki, Huqin və Munin" versiyalarından yanayam. HulaguKaan (müzakirə) 13:16, 9 dekabr 2019 (UTC)
- HulaguKaan, tələffüzün buna nə dəxli? Söhbət tələffüzdən getsəydi, elə durub Abraham yerinə Əbrıhım, Conson yerinə Consn yazardıq. --► Hörmətlə: SolaVirum 13:34, 9 dekabr 2019 (UTC)
Hərkəsə salam. Bu mövzuda bir qədər araşdırma apardım. Bizim dildə etibarlı hesab olunacaq Skandinav dastanları adlı kitab tapdım. Kitabın tərcüməçisi — nasir, dramaturq, publisist, tərcüməçi, 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Yusif Əzimzadədir. Kitabın məsələn 24-cü səhifəsində qeyd olunub — Dünya hökmdarının çiyinlərində iki qarğa əyləşib: Quqin və Mumin, ayaqlarının yanında da, Qeri və Freki adlı canavarlar uzanıb. Mənbəyə əsaslanaraq Quqin və Mumin / Qeri və Freki yazılışının lehinəyəm. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 13:35, 9 dekabr 2019 (UTC)
- Solavirum, dəxlisini öyrənmək üçün gərək Qılıncxan Bayramov-la uzun söhbət edəsiniz. Onu bura yazmaq xeyli vaxt aparar. HulaguKaan (müzakirə) 13:38, 9 dekabr 2019 (UTC)
- Qeri və Freki, Huqin və Munin kimi düşünürəm. --Araz Yaquboglu (müzakirə) 14:01, 9 dekabr 2019 (UTC)
- Nicat49, okey, ona razıyam. Heç olmazsa mənbə göstərən bir adan var. Bəs Merkator? Nə vaxtdan Gerard Merkator yerinə Qerard Merkator yazmışıq? --► Hörmətlə: SolaVirum 14:21, 9 dekabr 2019 (UTC)
- Solavirum, ilk olaraq deyin görüm bu nə danışıq tərzidir? məktəbdə sinif yoldaşlarınızla söhbət edirsiz? yoxsa məhəllədə yoldaşlarınızla? Bloklananda da idarəçiləri haqsız çıxarmağa çalışırsız sosial şəbəkələrdə. Transliterasiya məsələsi biraz qarışıq olduğu üçün əksər zaman müzakirəyə ehtiyac var. Bu iki adlandırma ilə bağlı da fikirlərimdən əmin olsaydım zatən müzakirə açmazdım. Lakin görünür yanılmamışam. Siz boş boşuna məsələni qabartmısınız. Gerard Mercator məqaləsində məncə Qerard olmalıdır lakin bizim mənbələrdə Gerard olduğu üçün adlandırmanı Gerard olaraq dəyişəcəyəm. Digər iki adlandırma isə Quqin və Mumin və Qeri və Freki olaraq dəyişdiriləcək. Hörmətlə --eldarado ✉ 20:03, 9 dekabr 2019 (UTC)
- Eldarado, iki gündür ki, mənbə göstərməyərək arqument aparırsınız, sonra da özünüzü müdafiə etməyə çalışırsınız. Belə "məktəbli" söhbətlərinin də başını buraxın zəhmət olmazsa. Özünüzü "məhəllə yoldaşı" olaraq görürsünüzsə, o mənlik deyil. Xeyir, q/g məsələsində haqlı deyilsiniz. Sadəcə əlimizdə olan yeganə mənbədə belədir deyə bunu qəbul etməli oldum. Bu qədər. --► Hörmətlə: SolaVirum 21:54, 9 dekabr 2019 (UTC)
- Bu arada, mən burada bloklanmalı heç bir şey etmədim. Nə təhqir, nə də elə bir şey. Hətta burada qaydanı siz pozursunuz. --► Hörmətlə: SolaVirum 21:55, 9 dekabr 2019 (UTC)
- Məqalə adlarının "Qeri və Freki, Huqin və Munin" olaraq qeyd olunması qərara alındı. Solavirum, sizə isə son dəfə xəbərdarlıq edirəm. İstifadəçilərə qarşı nəzakətli olun. --eldarado ✉ 23:15, 9 dekabr 2019 (UTC)
Gəmi və ekspedisiya adları
Salamlar, vikicəmiyyət. Bu barədə transliterasiya bölməsinə də yazdım, ancaq bir cavab çıxmadı və burada da hazır bu mövzu açılıb deyə soruşmaq istəyirəm. Amundsenin Cənub qütbünə ekspedisiyası məqaləsini işləyərkən gəmi və ekspedisiya adları ilə bağlı xeyli problem yaşadım. Bu barədə digər KİV-də də bir məlumat tapılmır. Misal üçün Discovery gəmisini Diskaveri olaraq yazmalıyıq, yoxsa Kəşf kimi? Ya da Maud gəmisini transliterasiya edərkən Mod (ruviki belə qeyd edib) mu Maudmu yazmalıyıq? Hər bir üzvün məsələylə bağlı fikirləri maraqlı olardı. İndidən təşəkkürlər. Hörmətlə :AfraimMammadov (müzakirə) 17:35, 9 dekabr 2019 (UTC)
- AfraimMammadov, RRS Discovery-ni nəzərdə tutursunuzsa gəmi adları bildiyim qədəri ilə olduğu kimi qalır. Misal üçün: RMS Titanic. Hörmətlə --eldarado ✉ 20:05, 9 dekabr 2019 (UTC)
- Bəli, onu nəzərdə tuturdum. Təşəkkürlər eldarado. AfraimMammadov (müzakirə) 16:32, 10 dekabr 2019 (UTC)
- Gəmilərin olduğu kimi yazılması uyğundur. --Yusif Sərrac (müzakirə) 14:56, 12 dekabr 2019 (UTC)
- Bəli, onu nəzərdə tuturdum. Təşəkkürlər eldarado. AfraimMammadov (müzakirə) 16:32, 10 dekabr 2019 (UTC)
Qaydaların pozulması.
Hərkəsə salam. Baskervill-in Vikipediyada bir neçə kukla hesabının olmasından şübhələnirəm (Chupmessahi, Μεχμανά və Magauz). Şübhələnməyimin səbəbi budur ki, Baskervill və qeyd etdiyim digər 3 istifadəçi hesabının dəsti-xətti eynidir. Həmçinin Chupmessahi hesabı Vikipediyaya yeni qatılmasına baxmayaraq təcrübəli redaktələr edir. Diqqət etsəz, 11:12, 26 noyabr 2019 tarixində Chupmessahi hesabı ilə iki istifadəçinin müzakirə səhifəsinə (1, 2) Xoş gəlmisiz mesajı əlavə edilib. Görünür Baskervill istifadəçi hesablarını qarışdırıb. Çünki ardınca 11:13, 27 noyabr 2019 tarixində bu əməliyyat Baskervill tərəfindən davam etdirilib. Həmçinin Chupmessahi hesabı vasitəsilə Turkmenin istifadəçi səhifəsindən Baskervill tərəfindən verilmiş mükafatlar çıxarılıb. Sonra isə redaktə geri qaytarılıb. Chupmessahi istifadəçi hesabı ilə Laboratoriyada bir neçə müzakirədə iştirak edilib (1, 2, 3, 4). Bu müzakirələrdə Baskervill də iştirak edib. Əgər həqiqətən də hesab(lar) Baskervill-ə aiddirsə bu Saxtakarlıq və bir neçə hesabdan sui-istifadə sayılır. Ümid edirəm ki, istifadəçi məni yanlış anlamaz, ortada tutarlı səbəblər var və bunlar doğrudursa azvikinin inkişafı üçün qarşısı alınmalıdır. Təklif edirəm ki, Checkuser-ə müraciət olunsun və hesabların həqiqətən də Baskervill-ə aid olub-olmadığı yoxlanılsın. Sadəcə checkuser olunmasının lehinə və ya əleyinə olaraq şərh yazmağınız kifayətdir. Hörmətlə--eldarado ✉ 09:46, 29 noyabr 2019 (UTC)
- Lehinə: Mən yoxlanmağının tərəfindəyəm, daha bir səbəb var: buradakı redaktə ilə doğum tarixi 19 may tarixindən 18 may tarixinə dəyişdirilmişdir. Eyni zamanda Baskervillin doğum tarixi də hesabında 19 may olaraq qeyd olunub. Bütün bunlar məncə checkuser olunmasına səbəb olacaq faktlardır. --eldarado ✉ 09:56, 29 noyabr 2019 (UTC)
- Lehinə: Eldarado-nun iddiaları, xüsusilə doğum tarixlərinin gününə qədər dəqiq olması faktı olduqca tutarlıdır. Şəffaflıq və istifadəçilərin kimliyinin dəqiqləşdirilməsi məqsədilə Checkuser-ə müraciəti vacib hesab edirəm. — Toghrul Rahimli • M/F 10:33, 29 noyabr 2019 (UTC)
- Lehinə: Eldaradonun qeyd etdiyi nüanslar çox tutarlı faktlardır.--samral müzakirə 10:54, 29 noyabr 2019 (UTC)
- Lehinə:, yoxlanılsın. Həmkarlarımla razıyam, kifayət qədər ciddi məsələdir. Burada əsasən iki nüans diqqətimi cəlb etdi. Biri Toghrul Rahimli-nin də qeyd etdiyi kimi doğum tarixlərinin gününə qədər dəqiq olması, digəri isə mənim istifadəçi səhifəmdən məhz Baskervill tərəfindən vaxtilə verilən mükafatların çıxarılması.--Turkmen müzakirə 13:34, 29 noyabr 2019 (UTC)
- Lehinə:, əlbəttə yoxlanılsa yaxşı olar. Eldarado-nun şərhləri yoxlanılmağı labüd edir. --Araz Yaquboglu (müzakirə) 14:40, 29 noyabr 2019 (UTC)
- Lehinə: həqiqətə uyğun oldu olmadı, hərtərəfli şəkildə yoxlanılması daha yaxşı olar. --► Hörmətlə: SolaVirum 17:11, 29 noyabr 2019 (UTC)
- Şərh: yoxlayan kim olacaq ki? Və yoxlama nə cür keçirilməli? --Мурад 97 (müzakirə) 20:50, 30 noyabr 2019 (UTC)
- @Мурад 97: bunu yalnız təftişçi yoxlaya bilər. Bizim Vikipediyamızda bu hüquqa malik istifadəçi olmadığı üçün metaya müraciət ediləcək. --Drabdullayev17 (müzakirə) 21:35, 30 noyabr 2019 (UTC)
- Drabdullayev17, hazırda AzVikidə bu statusu olan istifadəçi yoxdur. --Мурад 97 (müzakirə) 21:58, 30 noyabr 2019 (UTC)
- @Мурад 97: bunu yalnız təftişçi yoxlaya bilər. Bizim Vikipediyamızda bu hüquqa malik istifadəçi olmadığı üçün metaya müraciət ediləcək. --Drabdullayev17 (müzakirə) 21:35, 30 noyabr 2019 (UTC)
- Lehinə: belə bir şeyin olmasına inanmıram. Amma yenə də kifayət qədər dəlil var və bunlar məndə şübhə yaradır. Bu şübhələrin aradan qaldırılması üçün mütləq proses həyata keçirilməlidir. Hörmətli idarəçimizin belə bir addım atacağına inanmıram. --Drabdullayev17 (müzakirə) 21:38, 30 noyabr 2019 (UTC)
- Lehinə:--Azerifactory (müzakirə) 00:36, 1 dekabr 2019 (UTC)
- Şərh: Eldarado Bunun üçün belə müzakirə açıb səsvermə keçirməyə nə ehtiyac var ki? Bir bürokrat kimi siz bu cür müzakirəsiz də isitadəçinin kukla hesablarını yoxlatdıra bilərsiniz. Mən də, Baskervill-də daxil bütün bürokrat və idarəçilərin də kukla hesabı olduğu ehtimal etdiyi hesablarını yoxlatdıra bilərsiniz. Hətta məsələn, deyək ki, mən Baskervill-in sizin qeyd etdiyiniz deyil, başqa kukla hesablarının olduğunu ehtimal edə bilərəm. Mən də onları yoxlada bilərəm. Bunun üçün də mənə bu cür müzakirə açmağa ehtiyac yoxdu. --Sortilegus (müzakirə) 07:25, 6 dekabr 2019 (UTC)
- Şərh: Sortilegus, bunu bilirəm, lakin əməl olunmur. Müzakirə tələb etdilər. Müzakirə açıldı yenə yoxlamırlar. Səbəbini isə anlamıram. --eldarado ✉ 07:29, 6 dekabr 2019 (UTC)
- Cavab: Eldarado proses başlayıb axı. Yəni yoxlama gedir. Bir az səbrli olmaq lazımdır sadəcə. --Drabdullayev17 (müzakirə) 09:01, 7 dekabr 2019 (UTC)
- Drabdullayev17 təftişçi yoxlaması üçün 1 dəqiqədən az vaxt bəs edir.--Turkmen müzakirə 14:54, 7 dekabr 2019 (UTC)
- Cavab: Eldarado proses başlayıb axı. Yəni yoxlama gedir. Bir az səbrli olmaq lazımdır sadəcə. --Drabdullayev17 (müzakirə) 09:01, 7 dekabr 2019 (UTC)
- Lehinə:, Çox ümid edirəm ki, verdiyimiz qərarlarla yanılacağıq və şüphələrimizə tezliklə son qoyulacaq! --Patriot Kor (müzakirə) 19:57, 9 dekabr 2019 (UTC)
Yekunlaşdırma: Yekdilliklə qəbul olundu. Məsələ ilə bağlı müvafiq addımlar atılıb. Hörmətlə — Toghrul Rahimli • M/F 05:39, 11 dekabr 2019 (UTC)
Nəticə
Təsdiqləndi
Stüard tərəfindən hesablar araşdırıldı. Araşdırma nəticəsində məlum oldu ki, Chupmessahi hesabı Baskervillə aid kukla hesabdır. Digər iki hesab isə köhnə olduğu üçün məlumat əldə etmək mümkün olmadı. Hamınıza hörmətlə, Turkmen müzakirə 19:49, 20 dekabr 2019 (UTC)
- Şərh: Hər ehtimala qarşı qeyd edimki, ikinci mərhələdə Baskervill-in etimad səsverməsi yenidən başladılmalı və istifadəçiyə 6 aylıq bloklama tətbiq edilməlidir. Kukla hesab Chubmessahi isə qeyri-müəyyən müddətə bloklanmalıdır. Bu addımların heç biri tərəfimdən atılmayacaq (heç bu addımların atılmasını məndən istəyən varmıki?). Çünki burdakı müzakirədə olduğu kimi istifadəçilərin mənim haqqımda Baskervill ilə şəxsi prinsiplərim olduğunu düşünmələlərini və yenidən dilə gətirmələrini istəmirəm. Düşünürəm ki, əslində həqiqi ədalət Cəlal adlı istifadəçiyə tətbiq edilən texniki əməliyyətların eynilə burada tətbiq edilməsi olardı. Sonda isə mən birmənalı olaraq bu müzakirədən çəkilirəm və qərarı digər idarəçi həmkarlarıma buraxıram. --Turkmen müzakirə 15:40, 21 dekabr 2019 (UTC)
- Şərh: Özü cavab versin ki, bu nə məsələdir, niyə belə edib. Ciddi ittihamdır, bir idarəçimizin belə bir addıma görə bir vaxtlar səlahiyyətlərini almışıq. MrArifnajafov və kukla hesabı Tubus idi. --Sortilegus (müzakirə) 00:11, 22 dekabr 2019 (UTC)
- Chupmessahi və Baskervill-in eyni istifadəçi olduğu təsdiqlənib. İki istifadəçi hesabıyla da səsvermələrdə iştirak edib. Məsələn, |Vikipediya:Laboratoriya/Ermənistan parlamentinə silahlı hücum məqaləsinin səsverməsində 18 noyabrda bir istifadəçi, 25 noyabrda isə digər istifadəçi hesabından səs verib. 6 dekabrda isə bir səsi silib. Bunu necə anlamaq olar ki? --Sortilegus (müzakirə) 00:18, 22 dekabr 2019 (UTC)
- Şərh: Özü cavab versin ki, bu nə məsələdir, niyə belə edib. Ciddi ittihamdır, bir idarəçimizin belə bir addıma görə bir vaxtlar səlahiyyətlərini almışıq. MrArifnajafov və kukla hesabı Tubus idi. --Sortilegus (müzakirə) 00:11, 22 dekabr 2019 (UTC)
- Bir tərəfdə bürokrat digər tərəfdə isə bürokrat olmaq üçün var qüvvəsi ilə çalışan, ancaq viki cəmiyyətin qərarı əsasında buna layiq görülməyən və bunun səbəbini məndə görən idarəçi. Etiraf edirəm ki, Chupmessahi istifadəçi profili mənim tərəfimdən yardılıb və burada məqsəd həmin profil vasitəsi ilə bəzi məqalələrin yaradılması olub. Mən hesab edirdim ki, başqa bir profil açıb kimisə təhqir etməsən, hansısa kiritik müzakirədə iştirak edib, həmin müzakirənin gedişatına yön verməsən, bir sözlə bu və ya digər formada müəyyən zərərli fəaliyyətlər göstərməsən digər bir istifadəçi hesabının açılmasının qorxusu yoxdur. Labda olan məqalələrə səsverməyimin səbəbi isə oradakı aktivliyin çox aşağı olması ilə bağlı olub. Belə ki, Labda olan məqalələrə görə Azvikinin aktiv idarəçi və istifadəçi kütləsinə facebook üzərindən həmişə mesajlar göndərmişəm və onları səsvermələrdə fəal olmağa dəvət etmişəm. Qısa zamanda başa düşdüm ki, başqa bir istifadəçi profili işlətməyim səhv addımdır və bu barədə əsas istifadəçi profilimdə məlumat verməyim mütləqdir.
Doğrusu belə bir qanunun olmasından dəqiq xəbərim yox idi və yol verilmiş səhlənkar davranışa görə, etimadını zədələdiyim hər bir viki cəmiyyət üzvündən səmimi formada üzr istəyirəm. Chupmessahi profilindən verilmiş bütün səslər tərəfimdən silinmişdir və həmin profil birdəfəlik tərk edilmişdir. Vikipediya mənim üçün çoxdan xobbi, maraq sahəsi olmaqdan çıxıb. Vikipediya (söhbət Azvikidən gedir) mənim gündəlik formada baş çəkdiyim bir sayt və məsuliyyətlə yanaşdığım bir işimdir artıq. Laboratoriyada olan arxivləşdirmələr, həftənin seçilmiş və yaxşı məqalələrinin seçilməsi, Xəbərlər bölməsinin yenilənməsi və SNS səhifəsindəki məqalələrin silinməsi kimi proseslərin icrası üçün mənə mütləq formada idarəçi statusu lazımdır. Başa düşürəm ki, idarəçi olan şəxs belə hərəkətlərə yol verməməlidir, ancaq burada məqsədli formada atılmış heç bir addım yoxdur. İdarəçi müzakirəsindən daha çox məsələnin istifadəçilərində iştirak edə biləcəyi bir müzakirə əsasında həll olunmasının tərəfindəyəm. Viki cəmiyyət qarşısında boynumuz qıldan incədir. Sadəcə burada olan çox, amma çox incə bir necə məqamı sizlərin diqqətinizə çatdırmaq istəyirəm. Yuxarıdakı "Nəticə" başlığını Turkmen yaradıb və ilk iki rəyi Azvikinin ilk bürorkatı olmuş Sortilegus yazıb. İndi isə gəlin bu iki yoldaşının əsas dərdinin Azvikinin inkişafı, şəffaflıq, düzgünlük olmadığını, əksinə mən olduğumu faktlarla qısa formada sübut edək.
1) 2019-cu ilin 17 iyun tarixində icmanın iradəsi əsasında bürokrat seçildikdən bir müddət sonra Sortilegus tərəfindən İdarəçi Müzakirəsi səhifəsində Baskervill (B)-ə bürokrat statusunun verilməsi adlı başlıq yaradılıb və orada cənab idarəçimiz isbat etməyə çalışıb ki, mənə bu status düşmür. Təbii ki, icma idarəçinin bu təklifini rədd edib. 2) 2019-cu ilin 5 oktyabr tarixində Turkmen tərəfindən Meta müraciət edilib və tələb olunub ki, Baskervill və Gabbaninin eyni şəxs olması yoxlanılsın. Yoxlamanın nəticəsi mənfi çıxıb. Buradan belə nəticə çıxır ki, Turkmen hər gün oturub fikirləşir ki, görəsən hansı istifadəçi ilə Baskervill eyni ola bilər. Əgər o bunu başqa istifadəçi və ya idarəçilər haqqında da düşünsəydi, ən azından bir dəfə başqa bir şəxsin yoxlanılmasını tələb edərdi.
3) 2019-cu ilin noyabr ayında yenə də, Turkmen tərəfindən Baskervill-in idarəçi və bürokrat hüquqlarının alınması ilə bağlı səsvermənin təşkil edilməsi tələbi irəli sürülüb və cənab idarəçimiz Sortilegus müəllim başda olmaqla özünə daha dörd tərəfdar tapa bilib. Həmin müzakirədə geniş şərh yazanlardan və fikirini ciddi cəhdlə əsaslandırmağa çalışanlardan biri də, məhz cənab bürorkatdan başqası deyil.
4) Turkmen tərəfindən başladılan sonuncu müzakirədən də göründüyü kimi stüardlar idarəçinin mənə qarşı qərəzli olduğunu başa düşüblər və bu qarşılaşdırmanın aparılmasına maraqlı olmayıblar. Turkmenin təkidlərindən sonra qarşılaşdırılma baş tutub.
5) Yuxarıda göstərmiş olduğum tutarlı faktlar bir daha sübut edir ki, məqsəd mənim Azərbaycanca vikipediyda olan 10 illik fəaliyyətimə son qoymaq, məni susdurmaqdan ibarətdir. Bakıda olduğum zaman baş vermiş bir sıra xoşagəlməz hadisələr haqqında danışıb heç kimin qanını qaraltmaq istəmirəm, ancaq bilin bu arzunuz hələm-hələm baş tutmayacaq. Turkmenin bu müsahibəsindən göründüyü kimi idarəçi populizmə və özünü reklama meyillidir və ciddi formada bürokrat olmaq istəyir ki, bəlkə bir gün stüardda seçildi. Cənab Turkmen ingilis dili bilməyən adamı stüard seçməzlər, sizin məsələ lap Cekli829-un doğma kəndində vikimaniya təşkil etməsi təklifinə döndü. Cənab idarəçimizin Gəncə şəhərində yaradılmış YAP Gəncə şəhər təşkilatında "Vikipediya" Metodik mərkəzinin rəhbəri olduğunu da qeyd etmək lazımdır.
6) Mənim heç bir vikipediyaçı ilə problemim yoxdur. 2019-cu ildəki fəaliyyətini Baskervillə mübarizəyə həsr edən cənab Turkmen hələ cavandır. Özü şahiddir ki, ilk dəfə ona idarəçi olmağı təklif edənlərdən biri də mən olmuşam və özü bunun üçün tez olduğunu bildirmişdi. Doğrudur Turkmen idarəçi olmaq sizin üçün çox tez idi və bu tezlik hələ də belə olaraq qalır.
7) Son sözü viki cəmiyyət versin. İcma qarşısında boynumuz qıldan incədir. Ədalətli və şəffaf müzakirə əsaslı səsvermə tələb edirəm.
Hörmətlə;--Baskervill (müzakirə) 04:38, 22 dekabr 2019 (UTC)
Şərh: Hörmətli Baskervill sizin məsələ ilə bağlı verdiyiniz izahın əksər hissəsi bu mövzu ilə əlaqəli deyil. Əgər Turkmen ilə şəxsi problemləriniz varsa, onlar haqda bura yazmalı deyilsiniz. Məsələ sizin bir neçə hesab işlədərək qaydanı pozmanızdır və inanmıram ki, siz bu qaydanı bilmirdiniz — bürokrat statusuna çatan və 10 illik fəaliyyəti olan şəxsin bloklama qaydalarının birinci və ikinci bəndini bilməməsi nə dərəcə anlaşılandır? Mən sizə həm bu statusunuzun yenidən bərpa olunmasında, həm də statusun alınmamasında dəstək olmuş, fəaliyyətinizin şəffaf olacağına inanmışdım. Təəssüf edirəm. — Toghrul Rahimli • M/F 10:02, 22 dekabr 2019 (UTC)
- Baskervill bu nə açıqlamadır? Sən indi ürəyin nə istəyir edəcəksən azvikidə - idarəçi seçiləndən sonra 6 ay gözləmədən o dəqiqə bürokrat seçkisini başladacaqsan, kukla hesablar açıb səsvermələrdə iştirak edəcəksən, irad yazanda da sənə deyəcəksən ki, bunlar mənimlə düşmənçilik edirlər? Onda azvikinin bütün prinsiplərinə bir bənd əlavə edək ki, "Bu prinsip Baskervill xaric hamıya şamil edilir". Qanunsuzluqlar edirsən, 20-25 nəfər də (3-4-ü də idarəçi olmaqla) nə eləsən səni dəstəkləyən qrup yığmısan başına, ümumiyyətlə heç nəyi vecinə almırsan. Ay nə bilim "idarəçi olmalıyam ki, gecə azvikiyə nəzarət edim", "bürokrat olmalıyam ki, stüard olacam", "idarəçi qalmalıyam ki, ana səhifədə xəbərlər bölümünü yeniləyirəm" - bunlar nə əsaslardır belə? Azvikinin ana səhifəsi sən idarəçi olmamışdan qabaq da olub, sən idarəçi olmasan da olacaq. Olacaq da, yenilənəcək də. Normalda kukla hesabı müəyyən edilən idarəçi özü dərhal üzr istəyib, abrına qısılıb istefa verməlidir, bir müdddət utandığından ortalıqda görünməməlidir. Sən isə onu-bunu hələ bir ittiham da edirsən. İdarəçi, bürokrat belə kukla hesabı açıb iki hesabla səsvermədə iştirak edirsə, statusu olmayan istifadəçidən hansı prinsipə əməl etməsini istəyə bilərik ki? Onda hamı elə ürəyi nə istəyir eləsin, üstü açılanda da desin ki, "boynum qıldan incədi, sən canı bağışlayın" - bununla da iş bitsin. --Sortilegus (müzakirə) 13:21, 22 dekabr 2019 (UTC)
- AzVikidə son baş verənlərdən dəhşətə gəlməmək mümkün deyil. Adam bilmir gülsün, yoxsa ağlasın. Tragikomediya buna deyirlər hər halda. Kukla hesabının olduğu ortaya çıxan istifadəçi, idarəçi, bürokrat, 10 illik fəaliyyəti olan Baskervill, + idarəçi və istifadəçilər arasında xeyli dostu olan biridi deyə ona fərqli reaksiya verilir. Hətta demək olar ki, reaksiya verilmir. Bir başqası olsaydı eyni hərəkəti edən dərhal bloklanmalı olduğu halda, necə ki daha əvvəl oxşar hal olanda bloklanılıb, bu istifadəçimiz isə nəyinki bloklanır, hətta ona şans verilir ki uzun-uzadı özünü müdafiə etsin. Mən namizədəm seçkilərdə, heç bu uzunda seçki platformam yoxdu. Türklərdə bu şeyin çox gözəl adı var "torpil", bizdəki qarşılığını tapa bilmədim. Üz verəndə astar istəmək misali cənab "müttəhim" hələ bir durub özünümüdafiə manifestində buna qarşı olan idarəçi və bürokrata ittihamlar səsləndirib. Halbuki o sözləri arasındakı Turkmenin Gəncə YAP sədri olması filan şəxsi həyatın Vikidə açıqlanmasıdı ki, hər şeyi bir kənara qoysaq bu özü də kifayət efir ki, Baskervill uzunmüddətli, hətta qaydalara əsasən səhv etmirəmsə ömürlük bloklansın. Kimdən niyə qorxuruq? Hələ Turkmen-dən heç gözləməzdim. Gör Baskervill necə hiyləgər şahmat gedişləri edir ki, Turkmen indidən yazıb mən çəkilirəm bu söhbətdən falan filan. Cəzası bəlli olan qayda pozuntusunun nəticələndirməmək nə deməkdi axı? Bu lap şeyə oxşadıye Elçibəyin hakimiyyətinin son vaxtlarında xarici işlər naziri olan Tofiq Qasımovun Heydər Əliyevdən sonra "Mən vəzifəmi dondururam" deməsinə. Necə ki bir nazir öz vəzifəsini dondura bilməz, eləcə də bir idarəçi öz səlahiyyətini dondura, ertələyə bilməz. Bacarmırsa çıxmalı, yerinə daha layiqlisi gəlməlidi. Turkmen, incimə dost acı söyler. Gör Baskervill-ə necə ayrıcalıq, müstəsnalıq tanınıb ki, özünümüdafiə manifestinin sonunda sırtıq kimi hələ bir səsvermə tələb edir, bunun cəzasının verilə bilməsi üçün. Nə əla məmləkət. Onda sabahdan dostumu tanışımı qohum əqrəbamı yığım AzVikiyə. Ürəyim istəyən qanunsuzluğu edim, insanlara hədə qorxu gəlim, söhbətə çağırım, kukla hesab açım, sonra söhbətin üstü açılanda da deyim ki, siz mənə qarşı qərəzlisiz, səsvermə tələb edirəm. Səsvermədə də dost tanış hesabına qalib gəlib, beləcə cəzalandırılmayım və oxşar qanunsuzluqlarıma davam edim. Zordu ki...--samral müzakirə 18:20, 22 dekabr 2019 (UTC)
- Baskervill siz hansı ixtiyarla mənim şəxsi məlumatlarımı açığa çıxarırsız?! Mən öz adımı və soyadımı öz istifadəçi səhifəmdə qeyd etməmişəm, yaxud sizə belə bir icazə də verməmişəm. Hansı ixtiyarla? Bu gedişlə davam etsəz qlobal bloklanmağınız haqqında metada RFC açacam. Şərhlərinizdəki linkləri çıxarıram və həmçinin revizyonları silirəm. Kukla hesablarınızla vikicəmiyyəti barmağına dolamağa çalışan sizsiniz. Sonra da deyirsiz filankəslər mənimlə prinsip aparır. Mən burda olduğum müddətcə siz heçbir qayda pozuntusuna yola verə bilməzsiniz. Bacarmazsınız. Ən azından vikinəzakət və etikadan uzaq deyiləm. Saxta hesabla erməni rəqqasə haqqında məqalə yaradan sizsiniz mən yox. Habelə bürokrat statusum barədə narahat olmayın inşallah yay aylarında, yaxud metadakı idarəçi namizədliyim bitən kimi bu yaxınlarda yenidən namizədlik verəcəm. Demişdim heçnə yazmayacam lakin şəxsi məlumatlarımın açığa çıxarılması məni yenidən məcbur etdi.--Turkmen müzakirə 19:09, 22 dekabr 2019 (UTC)
- Samral deyirsən niyə heçbir hərəkətə keçmirsən. Gərək vikicəmiyyət mənim qərarımla razılaşsın ki, mən hərəkətə keçim. Ortada 2 idarəçidən başqa heç kimin fikri yoxdur. Mən özbaşıma nə edim? Bu mənim şəxsi düşüncəmdir, əgər yanlış danışıramsa hərkəstən üzr istəyirəm. Lakin artıq mənə elə gəlir ki, Vikipediya şəxsi dostuqlarla, tanışlıqlarla idarə olunur. Sadə istifadəçiyə bloklama tətbiq etməyə nə var? Di gəl söhbət yaxın əlaqəyə gəldikdə xətrinə dəyər düşüncəsi ilə hərəkət edilir sanki. Mənim azvikidəki idarəçiliyimi ilk Cekli829 dəstəkləyib və Cekli829-la çox gözəl şəxsi əlaqələrim olub. Ancaq qaydaları pozanda məndə ona qarşı gəlmişəm. Bu ensiklopediya Azərbaycan gənclərinin oxuması, savadlanması üçündür, ona qarşı gəlmək, qaydalarını pozmaq nə dərəcədə düzgündür?--Turkmen müzakirə 19:25, 22 dekabr 2019 (UTC)
- Söhbət yavaş-yavaş mən deyən tərəfə gəlib çıxır. Hər şeydən əvvəl Turkmenin Kənd Meydanında yazmış olduğu və daha sonra sildiyi bu şərhə fikir verin. İdarəçi, məni yaratmış olduğum məqaləyə görə günahlandırır və öz fəaliyyətinin mənim fəaliyyətimdən qat-qat üstün olduğunu bildirərək, mənə hədə-qorxu gəlir. Samral bəy, mənə qarşı işlətmiş olduğunuz sözlərə görə sizi 7 günlük bloklamaq məcburiyyətində qaldım. Mən nə zaman Ürəyim istəyən qanunsuzluğu edim, insanlara hədə qorxu gəlim, söhbətə çağırım, - belə hərəkətlərə yol vermişəm ? Sİzlər, bir işi də tam görə bilmirsiz :)) Adam öz niyyətini bu qədər açıq formada bəyan etməz axı, dostlar. Turkmen siz hansı ixtiyarla open source (açıq mənbə) olan və mənim tərəfimdən paylaşılan Youtube və Facebook linklərini kənd meydanından sildiniz ? Hansı əsasla bunu etdiniz ? Nə zamandan YouTube linki paylaşmaq, şəxsi həyata müdaxilə oldu ? Digər idarəçi və istifadəçilərin həmin linkləri görməsini istəmirsiniz ? Zəhmət olmasa mənim yazılarımı geri qaytarın və başqalarının imzalarına hörmət edin, əks halda özüm edəcəm bunu. --Baskervill (müzakirə) 22:08, 22 dekabr 2019 (UTC)
- Samral deyirsən niyə heçbir hərəkətə keçmirsən. Gərək vikicəmiyyət mənim qərarımla razılaşsın ki, mən hərəkətə keçim. Ortada 2 idarəçidən başqa heç kimin fikri yoxdur. Mən özbaşıma nə edim? Bu mənim şəxsi düşüncəmdir, əgər yanlış danışıramsa hərkəstən üzr istəyirəm. Lakin artıq mənə elə gəlir ki, Vikipediya şəxsi dostuqlarla, tanışlıqlarla idarə olunur. Sadə istifadəçiyə bloklama tətbiq etməyə nə var? Di gəl söhbət yaxın əlaqəyə gəldikdə xətrinə dəyər düşüncəsi ilə hərəkət edilir sanki. Mənim azvikidəki idarəçiliyimi ilk Cekli829 dəstəkləyib və Cekli829-la çox gözəl şəxsi əlaqələrim olub. Ancaq qaydaları pozanda məndə ona qarşı gəlmişəm. Bu ensiklopediya Azərbaycan gənclərinin oxuması, savadlanması üçündür, ona qarşı gəlmək, qaydalarını pozmaq nə dərəcədə düzgündür?--Turkmen müzakirə 19:25, 22 dekabr 2019 (UTC)
- Baskervill siz hansı ixtiyarla mənim şəxsi məlumatlarımı açığa çıxarırsız?! Mən öz adımı və soyadımı öz istifadəçi səhifəmdə qeyd etməmişəm, yaxud sizə belə bir icazə də verməmişəm. Hansı ixtiyarla? Bu gedişlə davam etsəz qlobal bloklanmağınız haqqında metada RFC açacam. Şərhlərinizdəki linkləri çıxarıram və həmçinin revizyonları silirəm. Kukla hesablarınızla vikicəmiyyəti barmağına dolamağa çalışan sizsiniz. Sonra da deyirsiz filankəslər mənimlə prinsip aparır. Mən burda olduğum müddətcə siz heçbir qayda pozuntusuna yola verə bilməzsiniz. Bacarmazsınız. Ən azından vikinəzakət və etikadan uzaq deyiləm. Saxta hesabla erməni rəqqasə haqqında məqalə yaradan sizsiniz mən yox. Habelə bürokrat statusum barədə narahat olmayın inşallah yay aylarında, yaxud metadakı idarəçi namizədliyim bitən kimi bu yaxınlarda yenidən namizədlik verəcəm. Demişdim heçnə yazmayacam lakin şəxsi məlumatlarımın açığa çıxarılması məni yenidən məcbur etdi.--Turkmen müzakirə 19:09, 22 dekabr 2019 (UTC)
- Turkmen mən bilmirəm ki, sizin mənimlə olan probleminiz nədir. İnsanların məsələ barəsində tam məlumatlı olmağını istəmirsiniz. Vikipediyanın idarəçisi olan bir şəxsin YAP Gəncə təşkilatında metodik mərkəz yaratması və müəyyən mənada həmin mərkəzlə əlaqəli olması çox ciddi bir faktdır. Unutmayaq ki, YAP, Türkiyədə hakimiyyətdə olan AKP-ni dəstəkləyir və həmin AKP dolayı yolla Türkiyə ərazisində Vikipediyanı 2 ildən çoxdur ki, bloklayıb. Mənim bura əlavə etmiş olduğum və açıq mənbə olan bir YouTube linkini hansı qayda, əsas və hüquqla silirsiniz ? İnsanların məsələ barəsində daha doğru məlumat almasını istəmirsiniz ? Mənim rəylərimə müdaxilə etməyin, başqalarının imzalarına hörmət edin.
Turkmen Şamaxı şəhərində anadan olmuş, erməni bir qadın haqqında məqalə yaratmaqda nə problem var ki ? Armen Ohanyan Qarabağ müharibəsində iştirak edib ? Bəs, Sortilegusun "Arsax Qəhrəmanı" haqqında yaratmış olduğu (Vitali Balasanyan) bu məqaləni görmüsünüzmü ? Yoxsa, sizin işiniz ancaq, mənim fəaliyyətimi izləməkdən ibarətdir ? Deyirsiniz ki, heç kim şəxsi əlaqələrdən o tərəfə keçmir və digər yoldaşlar məsələrə sizin kimi reaksiya vermirlər. Bəli, bütün bunların əslində çox sadə səbəbləri var. Bakı şəhərində yaşadığım müddət ərzində onlarla, yüzlərlə vikipediyaçı ilə şəxsən görşümüşəm və dəfələrlə rəsmi-qeyri rəsmi viki görüşlərə qatılmışam. Hamı mənim necə bir adam olduğumu çox gözəl bilir və hamı onu da bilir ki, sizin bu məqsədli fəaliyyətinizin arxasında qərəz dayanıb. Ay camaat mən bürokrat olmaq istəyirəm, ancaq bunun üçün birinci Baskervilli qlobal bloklamaq lazımdır ki, mənim bürorkatlığa gedən yolum açılsın, düşüncəsi ilə sizə heç kim dəstək verməz. --Baskervill (müzakirə) 22:32, 22 dekabr 2019 (UTC)
- Şərh: Axşamınız xeyir. Məsələyə mən də fikrimi bildirim. İlk olaraq hər kəsi sakit və nəzakətli formada müzakirəyə dəvət edirəm. Kiçik şeyləri global problem kimi qabartmağın anlamı yoxdur. Ortada qayda pozuntusu var və bunun üçün gərəkli prosedur tədbir olunacaq təbii ki. Qarşısını ala bilmədiyimiz azvikiyə zərərli və davam edən bir hərəkət görmürəm. Varsa zəhmət olmasa bildirin mənə də. Bir qayda pozuntusu var bunun üçün də prosedur tədbiq olunacaq. Qaldı ki, şəxsi məlumat söhbətinə youtubeun mən də açıq mənbə olduğu düşünürəm ona görə də global blok tələb etmək anlamsızdır. Hörmətlə --eldarado ✉ 22:59, 22 dekabr 2019 (UTC)
- Mövzuya neytral yanaşıram. Turkmen, "Bacarmazsınız. Görünür 4 illik fəaliyyətim sizin 10 illik fəaliyyətinizdən qat-qat üstündür." və Samral "Gör Baskervill-ə necə ayrıcalıq, müstəsnalıq tanınıb ki, özünümüdafiə manifestinin sonunda sırtıq kimi hələ bir səsvermə tələb edir, bunun cəzasının verilə bilməsi üçün." açıq aşkar qaydaların tapdalanmasıdır. Yəni ki, 4-5 nəfər bir adamın üstünə düşübsə, bu o demək deyil ki, qaydaları əzib keçmək lazımdır. Ümid edirəm ki, idarəçilər nəsə reaksiya bildirər bu məsələyə qarşı.
P.S. Baskervilli qorumuram, nə də ki ona qarşı çıxıram. Sadəcə Baskervill diqqət mərkəzindədir deyə bu nüansları qeyd edən olmayacaqdı. --► Hörmətlə: SolaVirum 23:13, 22 dekabr 2019 (UTC)
- Samralın bloku məni təhqir etməsinə baxmayaraq tərəfimdən açıldı ki, müzakirədə iştirak edə bilsin. Cənab idarəçilərin birindən xahiş edirəm ki, sözügedən istifadəçini yuxarıda yazmış olduğu sözlərə görə bloklasınlar. Solavirum çox gözəl qeyd etdiniz ki, 4-5 adam (daha dəqiq 3 adam) üstümə düşüb və ona görə də, Turkmen 10 dəfə də, "Bacarmazsınız. Görünür 4 illik fəaliyyətim sizin 10 illik fəaliyyətinizdən qat-qat üstündür." tipli sözlər yazsa heç kim ona güldən ağır söz deməyəcək. Başqa bir profildən yaratmış olduğum məqaləyə görə hansı ağılla məni global olaraq bloklanmağa dəvət edirlər başa düşmürəm. Keçmiş idarəçi İrada kimi heç kimi sosial şəbəkələr üzərindən təhdid, təhqir etməmişəm, Vikipediyada ümumi işin gedişatını pozmamışam, heç bir məqaləni pul qarşılığılında yaratmamışam, əksinə hər zaman cibimdən pul qoyub, tədbir təşkil etmişəm ki, Azərbaycan insanı Vikipediyanı daha yaxından tanısın. İndi insanlar bu kimi fəaliyyətlərimə görə məni tanıyırsa və mənə qarşı münasibət göstərmirlərsə buna görə nə edə bilərəm ki ? Viki cəmiyyətə ritorik bir müraciət edirəm ki, Yoldaşlar, xahiş edirəm ki, mənim idarəçi və bürokrat statuslarımın əlimdən alınması üçün səy göstərəsiniz. Turkmenin Bürokrat seçilməsi və Sortilegusun ona xeyir-dua verməsi üçün bütün bunlar çox vacibdir. Hamı sosial şəbəkə üzərindən məndən soruşur ki, Turkmen sizdən nə istəyir ? 2019-cu il ərzində idarəçi tərəfdən əlimdə olan idarəçi və bürokat statuslarının alınması üçün bir necə dəfə cəhd göstərilib. 2 aydan bir idarəçi kimliyi bizə məlum olmayan istifadəçilərin mənimlə olan oxşarlıqlarının yoxlanılması üçün metaya müraciət edir. Məqsədli və planlı formada məni Vikipediyadan kənarlaşdırmağa çalışır və özünün 4 illik fəaliyyətini mənim 10 illik fəaliyətimdən üstün tutur. Mən qarşı tərəfdən fərqli olaraq heç bir zaman hansısa TV-də özümü viki qəhrəman kimi təqdim etməmişəm, ancaq Turkmen yoldaş bunu edib. Facebook sosial şəbəkəsində public olaraq paylaşılmış və 73 min nəfər izləyicisi olan bir videonun burada paylaşılması şəxsi həyata müdaxilə olaraq görünür. Daha ciddi məsələ isə Turkmenin Gəncə şəhərində metodik mərkəz yaratması və bu barədə də, xəbər tipli video məzmunun hazırlanması ilə bağlıdır. Turkmen heç bir halda Gəncədə baş tutmuş və hakim siyasi partiyanın nümayəndələrinin iştirakı ilə baş tutmuş görüş haqqında icmanı məlumatlandırmayıb və bu formada olan suallara cavab verməkdənsə, durub mənim paylaşdığım video linkləri silir. Çünki ona sərf etmir bu barədə danışmaq.
Bir daha qeyd edirəm ki, Vikipediya mənim üçün çoxdan xobbi və ya bir maraq sahəsi olmaqdan çıxıb və gündəlik olaraq azı 1, həftə sonları isə 2-4 saatımı Vikipediyaya həsr edirəm. Yeni gələn istifadəçilərin müzakirə səhifəsinə xoş gəldin şablonunun əlavə edilməsi, Labın arxivləşdirilməsi, Ana səhifənin yenilənməsi kimi fəaliyyətləri icra edən idarəçilərdən biri mənəm. Başqa bir istifadəçi hesabı açdığım və həmin istifadəçi hesabı haqqımda öz istifadəçi profilimdə məlumat vermədiyim üçün bir daha hamıdan üzr istəyirəm və tutmuş olduğum bu əmələ görə peşiman olduğumu ifadə edirəm. Həmin istifadəçi hesabı üzərindən heç bir istifadəçi, idarəçi təhdid, təhqir olunmayıb və heç bir kirtik səsvermədə iştirak etməmişdir. Bir daha belə bir halın baş verməyəcəyinə söz verirəm. Son olaraq hesab edirəm ki, Turkmen üçün Vikipediya və burada əziyyəti, zəhməti olan insanlardan daha çox öz maraqları daha üstündür. Adlarını bura qeyd edəcəyim istifadəçi və idarəçilərin məsələ barədə fikir bildirməklərini rica edirəm. Ümumiyyətlə, bütün icma bu məsələdə fəal olmalıdır və yazılan yazılarla yaxından tanış olmalıdır. Babək Akifoğlu, White Demon, Nicat49, Azerifactory, Qolcomaq, Yusif Sərrac, Drabdullayev17, Qızılbaş, Keete 37, Sefer azeri və digər yoldaşların fikirləri çox önəmlidir. --Baskervill (müzakirə) 01:40, 23 dekabr 2019 (UTC)
- Şərh: Mövzuda neytralam. Məncə bir işi digər işlərlə qarışdırmaq yaxşı hal deyl. Faktlarla danışmaq lazımdır. Baskervillin fəaliyyətinə hörmətim var amma qaydanı pozub. Xüsusi ilə idarəçi ola-ola bu qaydanı pozması üzücü haldır. Turkmenin şəxsi həyatının burda müzakirəsi yaxşı deyl amma SolaVirum düz qeyd edib, Samral-ın kommenti artıq şəxsə hücümdur. Turkmən heç bir qayda pozmayıb, bir yerdə sadəcə Baskervilə bir az sərt cavab verib. Bunun nəticəsində belə nəticələr çıxarıram:
- Baskervil: Kukla hesab açıb, Turkmenin şəxsi həyatını müzakirə edib. Yol verilməzdir. Nəticə: İdarəçi statusu alınmalı, 6 aydan sonra təzədən idarəçi olmağa namizədliyini verə bilər
- Turkmen: Heç bir qayda pozmayıb amma ümid edirəm sərt ifadələrdən uzaq olar.
- Samral: Baskervilə qarşı kobud ifadələrdən istifadə edib. Bu onun ilk kobudluğu deyl. Dəfələrlə ona xəbərdarlıq edilib, belə kobud ifadələrə görə. Nəticə: Uzun müddət ban
Eldarado kimi düşünürəm və yekun qərar verəndə ümid edirəm, mənim bu fikirimi nəzərə alar.. --Azerifactory (müzakirə) 02:38, 23 dekabr 2019 (UTC)
- Cənab Azerifactory zəhmət olmasa mənə başa salın ki, YouTube və Facebook tərəfindən public formada paylaşılmış videolar nə zamandan kiminsə şəxsi həyatı və yaxud şəxsi həyatına müdaxilə sayılır ? 2019-cu il ərzində yuxardakı şəxslərin mənim əllərimdəki statusları almaq üçün necə dəfə cəhd etdiklərini gördünüzmü ? Onlardan niyə soruşmursunz ki, sizin Baskervill ilə olan probleminiz nədən ibarətdir ? Samral yuxarıda yazmış olduğu şərhi ilə məni təhqir edib və tərəfimdən blokanıb. Daha sonra şəxsin müzakirənin tərəfi olmadığı halda, özünü tərəf Turkmenin dostu olduğunu nəzərə alaraq , istifadəçinin blokunu açdım, ancaq xahiş edirəm ki, idarəçilərdən kimsə bu məsələyə baxsın. --Baskervill (müzakirə) 03:53, 23 dekabr 2019 (UTC)
- Baskervillin qocaman fəaliyyəti içi mən qarışıq vikipediyada olan hər kəsə məlumdur. İlk növbədə, nəzakətli formada müzakirə aparmaq lazımdır. Əlbəttə, ortada qayda pozuntusu var, buna görə də cəza tətbiq olunacaq. Lakin digər istifadəçilərin şəxsi hücüm ehtiva edən yazıları yolverilməzdir. Baskervill açdığı hesabla 3-4 məqalə yaradıb və cəmi 5 səsvermədə iştirak edib. Buna görə kimisə "sırtıq" adlandırmaq və yaxud bir linkə, məlumata görə məsələni qlobal bloklanmağa doğru aparmaq düzgün olmaz. Ortada qayda pozuntusu var və bu da nəzakətli formada cəza tətbiqi ilə sonlandırılacaqdır. Hörmətlə.--Maqamedd (müzakirə) 04:09, 23 dekabr 2019 (UTC)
- İdarəçi və bürokrat Baskervill, müzakirədə nəzakət və etika qaydalarını pozduğu üçün tərəfimdən 18 günlük bloklanmışdır. Global blok fikrimcə tərəfli təklifdir və heç bir əsas yoxdur. Misal üçün istifadəçi Maqamedd bir müddət öncə fərqli iki hesabdan sui istifadə edərək 6 aylıq bloklanmış blokunun bitməyinə bir ay qalmış müzakirə ilə açılmışdır. O zaman istifadəçi getdiyini deyib hesab hesabla gələrək vikicəmiyyəti ələ salmışdı. İndiki halda isə Baskervill hesabın ona aid olmadığını qeyd etməmişdir. Günahını boynuna alaraq vikicəmiyyətdən üzr istəmişdir. Zərərli istifadəçi olduğunu düşünmürəm. Özünə də təklif edirəm ki, bloku açmağa cəhd göstərməsin və blok müddəti bitdikdən sonra (və ya öz müzakirə səhifəsində) vikicəmiyyət qarşısında bu halı bir daha təkrarlamayacağını qeyd etsin və hər iki hesabın eyni ip-dən idarə olunduğunu hesab səhifələrində qeyd etsin. Bu hal baş verməzsə blok müddəti uzadıla bilər. Şəxsi məlumatların paylaşılmasının şahidi olmadığım üçün blok yalnız yuxarıda qeyd etdiyim qaydaları pozduğu üçündür. Qərarımla razı olmayanlar statusunun alınmasını tələb edənlər qaydalara əsasən İM səhifəsində etimadla bağlı səsvermə başlada bilərlər.
- İstifadəçi Samral, həm sosial şəbəkədə olan vikipediya başlığı altında olan qrupda həm də burada istifadəçiyə qarşı nəzakət və etika qaydalarının pozulmasına, istifadəçini təhqir edib, ələ salmasına görə tərəfimdən 16 günlük bloklanmışdır. Bloka etirazı olanlar öz müzakirə səhifələrində mədəni şəkildə etiraz edə bilərlər.
- İdarəçi Turkmen, nəzakət qaydalarını ciddi şəkildə pozduğunuz üçün, bu halla il dəfə rastlaşdığım üçün sizə sərt xəbərdarlıq edirəm idarəçilər nə olur olsun, nəzakətli, səbirli və nümunəvi olmalıdırlar.
- İstifadəçi Masalli qasimli, Vikimedia fondunun illik konfransında bu mövzularda müzakirələrdə iştirak etmişəm. Sosial şəbəkədə belə olsa vikipediya mövzulu müzakirələrdə və açıq paylaşılan yazılarda istifadəçini təhqir etmək qəbul edilməzdir. İstifadəçi sosial şəbəkədə azvikipediyanın böyük qisminin iştirak etdiyi qrupda istifadəçilər əleyhinə şər, böhtan atmaqla yanaşı ağıq təhdidlər etmişdir. İstifadəçinin zərərli fəaliyyətini də nəzərə alaraq 2 illik blok tədbiq etmişəm. Bu müddəti öz fikrimə əsasən qeyd etmişəm təbii ki, etirazı olan idarəçilər varsa burada qeyd edə bilər və blok müddəti yenidən müzakirə oluna bilər. Lakin onu deyə bilərəm ki, zərərli istifadəçiləri həmişə vikipediyadan uzaqlaşdırmağa həvəsləndirməliyik. Misal üçün eyni qaydanı pozan zərərli istifadəçi ilə xeyirli istifadəçilər eyni müddətli blok tətbiq olunmamalıdır. Biri uzaqlaşdırılması üçün digərini isə qalması və dərs çıxarması üçün həvəsləndirilməlidir. Hörmətlə --eldarado ✉ 07:26, 23 dekabr 2019 (UTC)
Önəmli qeyd: İdarəçi müzakirəsi səhifəsində etimad səsverməsi başladılmışdır. Yekun qərarı ilk öncə idarəçilər daha sonra isə viki cəmiyyət verməlidir. Hörmətlə --eldarado ✉ 07:47, 23 dekabr 2019 (UTC)
Primary sources
Salam. Zəhmət olmasa, kimsə bizdə də bu şablonu yarada bilər? Məncə, bu şablona həddindən artıq çox ehtiyac var AzVikidə.--samral müzakirə 09:13, 10 dekabr 2019 (UTC)
- Salam, Samral, yaratmaq olduqca asandır, amma dilimizə yaxşı tərcümə olunmalıdır. Məsələn, Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində silinə bilər. Məqaləyə mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. — Belə yaxşıdır? — Toghrul Rahimli • M/F 13:47, 13 dekabr 2019 (UTC)
- @Toghrul Rahimli, əladır, təşəkkür edirəm. Bircə nəticəsində sözündən sonra o sözdən aralı də ədatını artırmaq olar. Həmçinin "Məqaləyə mənbələr əlavə etməklə" cümləsinin əvəzinə "Məqaləyə obyektiv və etibarlı istinad və mənbələr əlavə etməklə" də yazmaq olar məncə.--samral müzakirə 11:57, 14 dekabr 2019 (UTC)
- @Samral, buyurun. Obyektiv ifadədisini çıxardım, çünki məncə, onu təyin etmək mümkün deyil. İngiliscə Vikipediyadakı qaydadan bir sitat: "Wikipedia articles are required to present a neutral point of view. However, reliable sources are not required to be neutral, unbiased, or objective." — "Vikipediya məqalələrində neytral nöqteyi-nəzər təqdim olunmalıdır. Buna baxmayaraq, etibarlı mənbələrin neytral, tərəfsiz və ya obyektiv olması tələb olunmur."
- Şablon buradadır: {{İlkin mənbələr}}. — Toghrul Rahimli • M/F 17:27, 14 dekabr 2019 (UTC)
- Toghrul Rahimli, axşamınız xeyir. Infobox yaradılma proseduru necədir bilirsiz? Bunun üçün verə biləcəyiniz bir xarici keçid (video və s.) var? Ölkə iqtisadiyyatı ilə bağlı bu infobox-a bizdə ehtiyac var deyə düşünürəm. AfraimMammadov (müzakirə) 17:47, 14 dekabr 2019 (UTC)
- @AfraimMammadov, hər vaxtınız xeyir. Sizə kömək edə bilərəm. İqtisadiyyat üzrə anlayışım zəif olduğu üçün bəzi parametrlərin tərcüməsi mənim üçün çətindir. İstəsəniz, müzakirə səhifəmə şablonda olacaq parametrləri yaza bilərsiniz. — Toghrul Rahimli • M/F 18:03, 14 dekabr 2019 (UTC)
- Toghrul Rahimli, axşamınız xeyir. Infobox yaradılma proseduru necədir bilirsiz? Bunun üçün verə biləcəyiniz bir xarici keçid (video və s.) var? Ölkə iqtisadiyyatı ilə bağlı bu infobox-a bizdə ehtiyac var deyə düşünürəm. AfraimMammadov (müzakirə) 17:47, 14 dekabr 2019 (UTC)
- @Toghrul Rahimli, əladır, təşəkkür edirəm. Bircə nəticəsində sözündən sonra o sözdən aralı də ədatını artırmaq olar. Həmçinin "Məqaləyə mənbələr əlavə etməklə" cümləsinin əvəzinə "Məqaləyə obyektiv və etibarlı istinad və mənbələr əlavə etməklə" də yazmaq olar məncə.--samral müzakirə 11:57, 14 dekabr 2019 (UTC)
Commons problemi
Salam həmkarlar! Bir müddət əvvəl ümumi qərar ilə "Faylı yüklə" funksiyası "Commons"a istiqamətləndirilib, ancaq bu, səhv qərardır. Mən düşünmüşdüm ki, "Fayl yüklə" funksiyası yerindəcə qalacaq, amma "Alətlər" bölməsindən yığışdırılacaq. Səhv qərar olmasının səbəbi də budur: Film, komiks, video oyun və s. kimi incəsənət nümunələrinin afişaları lisenziyalıdır, "Commons"a yüklənmir, ancaq bizdə də "Fayl yüklə" funksiyası yoxdur, yəni "Azərbaycanca Vikipediya" portalına şəkil yükləmək olmur. Bayaqları bir məqalədə şablona filmin şəklini əlavə etmək istədim, "Commons"a istiqamətləndirdi. Necə edək indi? "Commons"a yükləsək siləcəklər. Bu məsələni tezliklə həll etmək lazımdır. Eldarado, Toghrul Rahimli, Turkmen White Demon --► Hörmətlə: SolaVirum 17:34, 15 dekabr 2019 (UTC)
- Salam hörmətli Solavirum. Xüsusi:Upload keçidi vasitəsilə Azvikiyə lokal fayl yükləmək mümkündür. --Turkmen müzakirə 17:55, 15 dekabr 2019 (UTC)
- Turkmen, təşəkkür edirəm bəy! --► Hörmətlə: SolaVirum 21:22, 15 dekabr 2019 (UTC)
- @Solavirum, bundan əlavə müzakirə səhifəndə {{xg}} şablonu qalırsa, o şablonda solda alt-alta seçimlər ki var, aşağıdan yuxarı 3-cü seçim olan "Fayl yüklə" bölməsi vasitəsilə də yükləyə bilərsən.--samral müzakirə 06:37, 16 dekabr 2019 (UTC)
- Turkmen, niyə fayl yüklə sol tərəfdə Commons-a amma verdiyiniz link köhnə varianta aparır, 2-sini bir yerdə və ya fayl yüklənin aşağısına nəsə əlavə etmək olmaz?--Azerifactory (müzakirə) 01:19, 17 dekabr 2019 (UTC)
- Hörmətli Azerifactory, alətlər panelindən birbaşa Commons-a yönləndirmənin səbəbi Azvikiyə lokal yükləmə trafikini azaltmağa hesablanıb. Ancaq lokal yüklələmələr saxlanılıb. Səbəbi isə Solavirum-un yuxarda qeyd etdiyi kimi film, komiks, video oyun və s. kimi incəsənət nümunələrinin afişaları lisenziyalıdır. Onları birbaşa Commonsa yüklədikdə müəllif hüququ pozuntusu olduğu üçün silinir. Buna görə də digər vikilərdə olduğu kimi bu tip fayllar lokal yükləmə əsasında vikiyə əlavə edilməlidir.--Turkmen müzakirə 15:43, 17 dekabr 2019 (UTC)
- Turkmen, niyə fayl yüklə sol tərəfdə Commons-a amma verdiyiniz link köhnə varianta aparır, 2-sini bir yerdə və ya fayl yüklənin aşağısına nəsə əlavə etmək olmaz?--Azerifactory (müzakirə) 01:19, 17 dekabr 2019 (UTC)
Mövzulu aylar
Gələcəkdə "Biznes ayı" və "Memarlıq ayı" olsa yaxşı olar. Bizdə belə mövzular çox azdır və çox zəif yazılıb.--Azerifactory (müzakirə) 04:12, 17 dekabr 2019 (UTC)
- Yanvar və Fevral ayları məlumdur artıq. Sonrası üçün razılıq əldə etmək olar.--eldarado ✉ 12:55, 17 dekabr 2019 (UTC)
Real TV-nin vikipediya buraxılışları
Salam. Son bir ayda Real TV-də Vikipediya əleyhinə iki süjet yayımlanıb (Tarixə real baxış və Yalançı vikipediyaçılığa son!). Bunların telekanalın müstəqil ideyaları olmadığı qənaətindəyəm. Düşünürəm və qorxuram ki, Rusiyada Vikipediya bloklansa, eyni addım Azərbaycanda da atıla bilər. İstifadəçilərin əksəriyyətinin Azərbaycanda yaşamağını nəzərə alsaq, belə bir addım Azərbaycanca Vikipediyaya çox böyük zərbə olar. Ona görə də, Real TV-nin qaldırdığı məsələləri diqqətdə saxlamalı və həmin məqalələrin məzmununa diqqət yetirməliyik. Mənbəsiz məlumatlar silmək və tərəfsiz formada yazmaq lazımdır. Telekanalların cəmiyyətə təsir imkanları bizdən qat-qat çoxdur və ona görə belə buraxılışlar çox olsa, bu, bizə qarşı olan münasibətə mənfi təsir edəcək. Ona görə reallıqları nəzərə almalıyıq.--Eminn ismarıc 07:24, 17 dekabr 2019 (UTC)
- Məncə ciddiyə alınası məsələ deyil. Hər kəs bilir ki, ölkədə vikipediyaya girişin bağlanmağı Azərbaycan üçün çox pis nəticələnək. Hazırda Azad olduğu üçün hamı müdxilə edə bilir, yanlış məlumatları çıxarır. Lakin bağlansa kənardan (ölkə xaricindən) müdaxilələr artacaq və bunun qarşısını almaq daha da çətinləşəcək. Eynən Türkiyədəki kimi. Yəni olan bizə olacaq. Yanlış və tərəfli məqalələrin sayı artacaq. Local girişi bağlamaq gözdən pərdə asmaq kimidir. Belə müsahibələrə zaman sərf etmək əvəzinə tərəfli və yanlış məlumatları açıq və azad olan ensiklopediyamızdan çıxarmağa sərf etmək daha yaxşı olardı. Bütün bunlar üçün öz zamanlarını sərf edən könüllü vikipediyaçıları günahlandırmaq, onları "yalançı" adlandırmaq doğru olmaz. Günahlandırılası kimisə axtarırıqsa azərbaycanca bilən və danışan hər bir kəsi günahlandırmalıyıq. --eldarado ✉ 13:21, 17 dekabr 2019 (UTC)
- Eldarado, əminsiniz ki, bunu hər kəs bilir? Mən də başa düşürəm ki, olan bizə olacaq, ona görə olmaması üçün addımlar atmaq lazımdır. Vikipediya qədər çox istifadə olunmasa da, bir neçə il əvvəl bir neçə sayta girişi bağladılar. Mümkün belə halın qarşısını almalıyıq.--Eminn ismarıc 14:07, 17 dekabr 2019 (UTC)
- Eldarado kimi düşünürəm. Bizi böyük ölkələrlə bir etməyin, turizm sektorunu öldürər. REAL TV isə propaqanda və populistdilər--Azerifactory (müzakirə) 18:52, 18 dekabr 2019 (UTC)
- Biz bu məsələ ilə bağlı heç nə edə bilmərik. Problem Azviki ilə bağlı deyil, 90% ingiliscə vikipediya başda olmaqla bir çox xarici dillərdəki vikipediyalarda mövcud olan və Azərbaycana qarşı yazılmış məqalələrdən gedir söhbət. Türkiyədə Vikipediya bağlanandan sonra Vikimedia Fondu səbəb olaraq göstərilmiş məqalələrdə, bütün dəyişiklikləri etsə də, saytın bloku qaldırılmadı və bu fakt bir daha onu göstərir ki, həmin məqalələr bir bəhanə idi. Vikipediyaçılar azad insanlardır və kiminsə xoşuna gəlmək üçün hansısa məqalədə nəyisə dəyişdirməkdənsə, yerli-dibli bağlanmaq daha gözəl olardı. İnşallah belə bir addım atılmaz və mövzu gündəmdən düşər, əks halda qorxunun əcələ faydası olmayacaq. Hörmətlə:--Baskervill (müzakirə) 09:43, 19 dekabr 2019 (UTC)
- Zatən bu hökumətin özünü qamçılamaqdan başqa fəaliyyətini müşahidə etməmişəm. Əgər bu planı gerçəkləşdirsələr və vikipediyada mövcudluğunu qoruyub saxlayan söz azadlığını tam olaraq bağlamış olacaqlar. Amma mübarizə aparmaq, bitərəflikdən çıxış edərək (vətənimizin mövqeyini qorumaqla) fəaliyyətimizi əlimizdən ala bilməzlər. Zatən düşünürəm ki, bu addım sonda bu hökumətin batmasına gətirib çıxaracaq.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 22:17, 20 dekabr 2019 (UTC)
Azərbaycan ədəbiyyatının xronologiyası
Mən Azərbaycan ədəbiyyatının xronologiyasını yazmaq istəyirəm. Məqalədə tanınmış Azərbaycan şair və yazıçıların yazdığı məqalələrin siyahısı olacaq. Məsələn
- 1935: Mikayıl Müşfiq - Kəndli və ilan
- 1937: Mikayıl Müşfiq - Çağlayan
Kim nə düşünür? — Bu imzasız yazı Azerifactory (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 01:44, 19 dekabr 2019 (UTC)
- "Tanınmış" klişesi qeyri-müəyyən klişedir. Birinə görə bir yazıçı tanınmışdır, digərinə görə bir başqa. Ora o qədər yazıçının əsərini əlavə edəcəklər ki, nəzarət etmək və yoxlamaq mümkün olmayacaq. Həm də mən bilən digər vikilərdə də heç belə praktika yoxdur. Məsələn, rus vikisində "Rus ədəbiyyatı xronologiyası", ya fransız vikisində "Fransız ədəbiyyatı xronologiyası" var?--Sortilegus (müzakirə) 00:25, 22 dekabr 2019 (UTC)
- Hörmətli Sortilegus buyurub buradan baxa bilərsiniz. --Drabdullayev17 (müzakirə) 04:03, 26 dekabr 2019 (UTC)
- Drabdullayev17, istinada görə təşəkkürlər. Varsa olsun. Dəstəkləyirəm, hətta mümkün olarsa zənginləşdirə də bilərəm o siyahını. Amma o intervikilərdən də görünür ki, yeni bir praktikadır. Sözün düzü mən 11 il bundan qabaq Azərbaycan şair və yazıçılarının siyahısı kimi bir siyahı yaratdım azvikidə. Məqsədim o idi ki, cəmiyyətdə tanınan, ən azından Azərbaycan Yazıçılar Birliyi ilə bağlılığı olan adamların siyahısını qurum, sonra təftiş edim və görüm ki, hansı haqqında məqalə vikipedik olar, hansı haqqında yox. Bu gün o siyahını yaratmağa peşmanam :) Çünki bizdə maşallah 2 adamdan biri şair və ya yazıçıdı, hamı başladı o siyahıya babasının, nənəsinin, atasının, kirvəsinin adını yazıb sonra da onun haqqında məqalə yaratmağa. Bir ara siyahını silmək istədim, amma artıq intervikiləri olduğuna görə silə də bilmədim. Bu təşəbbüsün də elə bir şey olmasından qorxuram. --Sortilegus (müzakirə) 16:42, 27 dekabr 2019 (UTC)
- Sortilegus, sadəcə belə məqalələri mühafizə edirsən və vəssalam.--Azerifactory (müzakirə) 00:17, 3 yanvar 2020 (UTC)
- Hörmətli Sortilegus buyurub buradan baxa bilərsiniz. --Drabdullayev17 (müzakirə) 04:03, 26 dekabr 2019 (UTC)