Vikipediya Kend Meydani Arxiv Fevral 2015 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Nə baş verib?
Azərbaycanca Vikipediyanın sol panelinə nə olub? Layihələr, yaxşı məqalələr, labarotoriya, seçilmiş məqalələr, Mövzulu aya olan keçidlər yığışdırılıb. Üstəlik redaktə zamanı səhifənin aşağısında olan köməkçi işarələr də yoxa çıxıb və müəyyən çətinlik yaradır. --Serk@nl@nd 17:54, 5 fevral 2015 (UTC)
Hər şey düzəldi )) --Serk@nl@nd 10:32, 6 fevral 2015 (UTC)
Stüard seçkiləri
Azərbaycanca Vikipediyanın idarəçisi Cekli829 stüardlığa namizəddir. Dəstək olun: [1].--Emin • ismarış 15:30, 9 fevral 2015 (UTC)
- Məlumat verdiyiniz üçün təşəkkür edirəm. Uyğun münasibət bildirildi.--Asparux Xan Bulqar (talk) 16:15, 9 fevral 2015 (UTC)
- Məndə səs verdim. Cekli829 Azviki üçün böyük zəhmət çəkən bir şəxsdir və onun stüard olaraq fəaliyyət göstərməsi bizim üçün irəliyə doğru atılmış növbəti bir addım olardı. Ancaq görünən odur ki, bu yaxın zamanlarda mümkün olan deyil. Çünki yoldaş bununla səhv xatırlamıramsa 6 və ya 7-ci dəfədir ki, namizəd olur. Artıq ona qarşı səs verən insanlar qrupu belə formalaşıb. Əlehinə səsverənlərdə Ceklinin fəaliyyətsiz olmasından və hər hansısa bir ünvanlanmış sorğunu cavablandırmamasından danışır. Başqa bir sözlə burada stüard olmaq üçün ingilis dilini cek dili qədər təmiz bilmək lazımdır. Yenədə bizdən səs vermək idi və inanıram ki, Cekli829 bir gün bi arzusuna çatacaq. Hörmətlə:--Baskervill müzakirə 19:52, 11 fevral 2015 (UTC)
Salam həmkarlar. Xəbəriniz varmı e-qanun.az saytı sistemlərində dəyişiklik ediblər deyə o sayta istinad verdiyimiz məqalələrdəki linklər işləmir. Bunu necə həll etmək olar. E-qanun.az saytına vikidə istinadlar lap çoxdur. --Araz Yaquboglu (talk) 08:38, 11 fevral 2015 (UTC)
- Son dövrdə o saytda mütəmadi olaraq belə problemlər yaranır. Hələlik gözləyək. Qeyd edim ki, istinadlardakı sənədlərin adı, tarixi, nömrəsi və s. dəqiqdir. Ona görə də sadəcə müvafiq sənədə olan keçidi dəyişmək lazım gələcək. Bir müddət sonra yavaş-yavaş bu dəyişiklikləri edərik. --►Cekli829 09:12, 11 fevral 2015 (UTC)
Şamaxı quberniyası > Bakı quberniyası istiqamətlənməsi
Salam həmkarlar. Şamaxı quberniyası (1846-1859-cu illərdə mövcud olub) məqaləsi yaratmaq istəyirəm amma avtoyönlənmə ilə Bakı quberniyası məqaləsinə istiqamətlənmə gedir. İdarəçilərdən rica edirəm münkünsə bunu ləğv edin. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 13:40, 12 fevral 2015 (UTC)
Abbasmirzə Şərifzadə
Abbasmirzə Şərifzadə haqqında məqalə Rus Vikipediyasında seçilmiş məqalə seçilib. Fikirimcə bizim Vikipediyada da bu məqaləni ən azı o səviyəyə çatdırmaq lazımdır. Kimsə tərcümə edə bilər? --Interfase (talk) 20:55, 12 fevral 2015 (UTC)
- Üzeyir Hacıbəyli məqaləsi ruscada da, azrbaycancada da SM-dir. Gəl ki ruscasına baxanda ciddi səviyyə fərqi hiss olunur. ÜMumiyyətlə bir xeyli məqalələr var ki, onlar ruvikidə azvikidəkinən çox geniş, əhatəli və istinadlıdır.--samral müzakirə 12:57, 13 fevral 2015 (UTC)
Futbol yığma komandası şablonu
"Şablon:Futbol yığma komandası" və futbol heyəti xeyli səhvlər var. Kimse ingilis versiyası kimi English template şablonu dəyişdirə bilər?--Xoncha (talk) 12:30, 14 fevral 2015 (UTC)
- Kimsə mənə bu məsələdə kömək edəcək?--Xoncha (talk) 12:51, 15 fevral 2015 (UTC)
- Salam Xoncha. İstifadəçi Eminnin bu istiqamət üzrə təcrübəsi var. Onun müzakirə səhifəsinə yaza bilərsiz. Ümid edirəm ki, kömək edəcək. Hörmətlə:--Zaur Turan (1994) (Söhbət) 14:18, 15 fevral 2015 (UTC)
Kiril qrafikalı əlifbalı dillər siyahısı layihəsini bitirdim
19 aprel 2014-cü il tarixində adıçəkilən layihəni başladım və bu gün onu yekunlaşdırdım. Layihə 9 dil qrupu üzrə 115 dil üzrə məlumatları birləşdirir. Layihəni tamamlmaq üçün bu müddətdə 59 yeni məqalə yaratmalı oldum. Məqalələrin hələ yetkin səviyyəyə hələ tam çatmadığına da bilirəm, amma tamamlanmaq üçün mümkün baza yaradıldı.
Ötən illərdə Əlifba sırasına görə paytaxtların siyahısı layihəsini də bitirmiş və yüzə qədər paytaxt haqqında yeni məqalə yaratmışdım.--Acategory (talk) 02:20, 15 fevral 2015 (UTC)
- Çox gözəl! Təşəkkürlər! --►Cekli829 16:00, 15 fevral 2015 (UTC)
- Əla. Amma hörmətli Acategory, siz axı həm də idarəçisiniz və mən də sizin müzakirə səhifənizdə sizə yazmışam, amma az qala bir aydır ki, sizdən heç bir reaksiya yoxdur. Mən axı sizə tapmaca yazmamışam ki, siz mənə cavab verə bilmirsiniz?! Mən vikipediya qaydasının pozulmasını və saxtakarlığı göstərmişəm, niyə susursunuz?
Cənab Acategory, evinizdə kanalizasiya xətti deşilərsə nə edərsiniz? Məsəən, mən belə bir vəziyyətdə dərhal nasazlığı aradan qaldırmağa çalışaram, bəs siz? Vikipediyada da 100 min məqalə var, hər birinə baxmağa mənim ömrüm çatmaz, ona görə hansı məqalədə düzgün olmayan bir şey görsəm, dərhal aradan qaldırmağa çalışıram. Amma siz heç nə etmək istəmirsiniz, yəni yuxarıda dediyim kimi çirkab suyun evinizə dolmasını seyr eləməklə kifayətlənirsiniz. Mən düşünürəm ki, hal-hazırda vikipediyada məqalə yaratmaq vacib deyil, vacib odur ki. qaydalar işləsin, sağlam mühüt olsun. Şəxsən məni ayrı-ayrı istifadəçilər eyni "pryom"la 5-6 dəfə mübahisəyə təhrik etmiş, saatlarla vaxtımı almışlar. Biri deyir ki, guya çin dilinin bilir, filan şey çin dilində filan cür yazılır, ona görə də biz də çin dilində olduğu kimi yazmalıyıq. Amma sonda məlum olur ki, çin dilini mən ondan yaxşı bilirəmmiş. Eləcə də biri gürcü dilini, biri çex dilini bildiyini iddia edir, hətta təhrifi əsaslandırmaq üçün Çexiyada yaşadıqlarını da vurğulayırlar. Digər biri isə yenə də eyni "pryom"la azərbaycanca temini rədd edərək, ingilis dilində termini vikipediyaya tətbiq edir, sonra isə televizora çıxıb, iddia edir ki guya başqa istifadəçilər başqa dildə mənbələdən istifadə edərək vikipediyanı bərbad hala salırlar, halbuki azərbaycanca termeni vikipediyadan çıxaran, qaydaları pozaraq başqa dildə temini vikipediyaya tətbiq edən elə özüdür! Cənab Acategory, vaxtınızı aldığım üçün üzr istəyirəm. Sizdən daha heç nə istəmirəm, çünki göz qabağındadır ki, sizə məlumat yazdım, amma heç bir reaksiya göstərmədiniz. Yalnız bir məsləhət istəyirəm, burada cərəyan edən qeyri-sağlam mühit haqqında hara şikayət etməliyəm? Vikipediyanın baş idarəsi ilə hansı link vasitəsi ilə əlaqə saxlayım? Bəlkə burada baş verənləri ictimailəşdirim? Televiziyalardan birində açıq görüş təşkil edim, siz də gəlin, orada niyə belə hərəkətlər etdiyinizi izah edin? ya Azadlıq radiosunda bir veriliş hazırlayaq, elə beləcə? Əvvəlcədən təşəkkür edirəm. Hörmətlə, --Afrasiyab (talk) 18:21, 16 fevral 2015 (UTC)
- Yenə Afrasyab, yenə təhqir. Əgər saxtakar deyərkən məni nəzərdə tutursunuzsa deyim ki, vikipediyada heç kəs saxtakarlıqda sizin əlinizə su tökə bilməz. Bir neçə ay əvvəl dediz ki, Azərbaycanlılar məqaləsini ruscadan tərcümə edəcəksiz etdinizmi xeyr. Məqaləni biabırçı günə salmaqdan başqa bir şey etmədiz. Bəlkə də məqsədiniz elə Azərbaycanlılar məqaləsinin bu əndrabadi kökə salınması idi. Əvvəlcədən təşəkkür edirəm. Hörmətlə, --Yuşin (münazirə) 18:39, 16 fevral 2015 (UTC)
- Сənab Kim Yushin! Məsələn, Praqa qalası məqaləsindəki 15:10, 9 yanvar 2015 tarixli redaktə belə adlanır: "Keete 37 Praqa Qradı səhifəsinin adını yönləndirmənin əksinə dəyişərək, Praqa qəsri adlandırdı: cənab Afrasiyabın vandal hərəkəti. Mən vikipediya qaydalarına uyğun olaraq mənbə göstərmişəm, Keete 37 isə heç bir mənbə göstərmir, hələ üstəlik məni vandal hərəkətə yol verməkdə ittiham edir?! Başqa istifaçini vandallıqda ittiham etmək ağır ittihamdır, siz isə indi məni heç bir əsas olmadan saxtakarlıqda və kimisə təhqir etməkdə ittiham edirsiniz?! Vikipediya qaydalarına görə siz sübut göstərə bilmirsinizsə dərhal bloklanmalısınız! Bundan başqa Keete 37 burada mənə böhtan da atmışdır iddia etmişdir ki guya mən bütün istifadəçiləri söymüşəm?! lakin heç kim ona və sizə güldən ağır söz deməyəcəkdir, çünki vikipediya qaydaları işləmir, mən bu qaydaların işləməsi üçün mübarizə aparıram, onlar və siz isə işləməməsi uğrunda çalışırsınız, çünki işləsə onlar və siz bloklanmalısınız, özü də dərhal, müddətsiz bloklanmalısınız!!! Azərbaycanlılar məqaləsinə gəldikdə isə, mən məqalənin yarımçıq qalmasının səbəblərini izah etmişəm, müzakirə səhifəmi oxuya bilərsiniz. Məqalənin bərbad hala salmağım barədə ittihamlara da tutarlı cavab vermişəm, açın baxın, bu indiki versiya, bu isə əvvəlki versiya, niyə vikiictimaiyyəti aldatmağa çalışırsınız və iddia edirsiniz ki, guya mən məqaləni bərbad hala salmışam?! Hörmətlə, --Afrasiyab (talk) 19:28, 16 fevral 2015 (UTC)
- Siz deyildiz deyən vikipediyanı ermənilərə qoyub gedə bilmərəm. Bundan böyük təhqir yoxdur. Siz dəfələrlə Azərbaycanlılar məqaləsini bitiricəyinizi söyləmisiz, ancaq bunu etməmisiz. Bunun adı nədir? Sadəcə bu sizə sərf eləmədiyi üçün "pryom" göstərirsiz. Ancaq narahat olmağa dəyməz, mən inanıram ki, bir istifadəçimiz bu məqaləni yenidən başlayaraq yaradacaq. Dərin hörmətlərlə--Yuşin (münazirə) 19:40, 16 fevral 2015 (UTC)
- Cənab Kim Yushin! Yuxarıda bir yanlışlıq olmuşdu, sizin adınızı başqa istifadəçinin adı ilə dolaşıq salmışdım, yanlışlığı aradan qaldırdım. Sonr isə xahiş edirəm mənim sözlərimi təhrif etməyin, mən bunu yazmışam: "Mənim fikrimcə vikipediyadan getmək, torpağı erməniyə təhvil verib Bakıya gəlmək kimi bir işdir." Sonra da sizin üçün izah etmişəm ki, "Torpağı qorumaq hər bir azərbaycanlının müqəddəs borcu olduğu kimi, azərbaycan vikipediyasını da qorumaq da hər bir azərbaycanlının borcudur, buranı tərk etmək, yaxud ana torpağı tərk etmək, mənmim üçün eyni şeydir. Üzr istəyirəm, siz niyə burada özünüzü təhqir olunmuş hesab edirsiniz? Mən ki torpağı erməniyə verməkdən yazmışam, vikipediyanı erməniyə verməkdən yazmamışam ki?! Yaxud sizi erməni adlandırmamışam ki?!" Bununla da mənimlə razılaşdınız, indi nə istəyirsiniz? Siz indi burada mənim cənab Acategorya yazdığımda kimisə təhqir etdiyimi, hətta saxtakarlıq etdiyimi iddia etmisiniz. Göstərin görüm mən harda saxtakarlıq etmişəm və burada kimi təhqir etmişəm? Göstərə bilmirsinizsə vikipediya qaydalarına görə bloklanmalısınız. Azərbaycanlılar məqaləsinə gəldikdə isə yazdığınız yenə də yanlışdır. Əslində mən məqalənin tərcüməsini başa çatdıra bilməyəcəyimi əvvəlcədən demişdim, baxın: . Niyə yalan danışırsınız və eyni sözləri təkrar eləyə-eləyə durursunuz? Yuxarıda bəhs elədiyim "pryom"la siz mənim nə qədər vaxtımı almısınız? Mən sizə Tamaranın titulunun azvikidə "kraliça" kimi yazılmasının doğru olmadığı barədə nə qədər izahat verdim? Axırda yenə də qaydanı pozdunuz, ASE-nin adını məqalədən sildiniz?! Siz qəsdən belə edirsinizmi? Həmin məqaləyə 1 ay əvvəl baxmışdım, orada bir dənə doğru-dürüst cümlə görmədim, buna baxmayaraq seçilmiş məqaləyə namizəddir, sabh isə baş məqalə olacaqdır! Bundan əvvəl də Rusiya inqlabı ilə bağlı məni mübahisəyə təhrik etmişdiniz. Görüntü yaranır ki, mən istifadəçilərlə dil tapa bilmirəm, mübahisəyə meyilliyəm. Amma heç deyən yoxdur ki, mən vikipediya qaydalarının tələblərinə uyğun redaktələr edirəm, mənimlə mübahisə edənlər isə qaydaları bilməyənlər. yaxud qəsdən pozanlardır. Hörmətlə, --Afrasiyab (talk) 20:48, 16 fevral 2015 (UTC)
- Böyük Tamara məqaləsində hansı səhvlər var ?--Yuşin (münazirə) 21:04, 16 fevral 2015 (UTC)
- Siz o məqalədə məni çox yordunuz, sizə dönə-dönə izah etsəm də ki ASE-nin adı məqalədən silinə bilməz, çünki etibarlı mənbədir, orada Tamaranın "çariça" olması göstərilir və bu mütləq məqalədə qeyd olunmalıdır, siz amma ASE-nin adını sildiniz, əvəzində Britannika və İranikaya keçid verdiniz. Əvəzində isə digər bir əcnəbi mənbəyə istinad edərək mep'enin çar olmasını göstərirsiniz. Axı mən nə qədər vaxt sərf elədim, sizə izah etdim və razılaşdıq ki. mep'enin azərbaycan dilinə dəqiq tərcüməsi hökmdar, yaxud padşah ola bilər?! Ümumiyyətlə sizin tərcümə etdiyiniz bütün məqalələrin dili bərbad vəziyyətdə olur. Sizdən sonra mütləq azərbaycan dilini yaxşı bilən bir nəfər həmin məqaləyə əl gəzdirməlidir, mən o məqalə barədə bundan başqa heç nə deməyəcəyəm, çünki bir söz desəm, deyəcəklər, yenə də mübahisə edir. Həm də artıq mənə məlumdur ki, sizinlə nəyisə müzakirə etmək həddindən artıq çətin işdir və əminəm ki siz müzakirəni qəsdən çətinləşdirirsiniz.
- Böyük Tamara məqaləsində hansı səhvlər var ?--Yuşin (münazirə) 21:04, 16 fevral 2015 (UTC)
O ki qaldı Azərbaycanlılar məqaləsinin tamamlamağa, bu mənim üçün heç də çətin bir iş deyil, hələ üstəlik ildə bir on dənə elə məqalə də yarada bilərəm, əlavə olaraq 100-lə kiçik həcmli məqalələr də yarada bilərəm. Amma bir şərtlə ki, vikipediyada sağlam mühit olsun. Əks halda heç nə olmayacaqdır, heç bir ziyalı vikipediyaya gəlməyəcəkdir. Adicə bir misal, mənə lazım idimi ki, Tamaranın azvikidə kraliça adlanmağının mümkün olmaması barədə sizinlə 3-4 gün müzakirə aparım? Axı niyə bunu siz özünüz bilmirdiniz? Bilmirsinizsə, niyə Tamara haqqında məqalə yaradırsınız? Bu barədə vəssalam, mən bundan artıq danışmaq və heç bir suala cavab vermək istəmirəm. Hörmətlə, --Afrasiyab (talk) 21:40, 16 fevral 2015 (UTC)
Xarici adların yazılış qaydası
Salam, yəginki hər kəs nə vaxtsa kinoya və yada hansısa aktyora aid məqalə hazırlayanda onu bizim Vikipediyamızda necə adlandıracağı düşünür. Məsələn bilmirsən Conni Depp səhfəsini belə yazassan, yada Johny Depp . Birincisi, mənim fikrimcə bizim əlifbamızla onların adlarını yazmağ həm pis görünür həmdə savadssız. Düşünürəmki, bizim userlərin belə yazmaların səbəbi rus dillindən həvəslənməsidi, amma unutmayaqki onların qrafikası başqadı, bizdə isə avropalılarla eynidi. Yerinə gəlsə məsələn Genarro adı, həm ingilislər, həm almanlar, həm franssızlar onu helədə yazır „Gennaro”, yalnız bizimkilər isə „Cennaro”. Yadaki məhşur Harry Potter kitabı, bütün avropa onu Harry kimi tanıyır bizdə isə Harrİ, çox gülünc vericidi məncə. İkincisidə, şəxs adları xüsusi adlardır və əcnəbi dildə orijinallıq saxlanmaqla yazılmalıdır. Məsələn: „Johnaton” adı almanlar onu „Dschonatan”-a dəyişdirmilər, elə necədə varsa helədə yazırlar. Burda transkripsiyadan istifadə etməyə ehtiyac yoxdu, əgər həmişə necə səsləndiyirdiyimiz kimi yazsaq idik, onda gərək xarici dillərdən keçmə sözlərinidə helə yazardıq, halbuki biz belə etmirik: probelmi prAblem yazmırıqki, yada kompyuteri kAmpyuter. Üçüncüsü isə bizim əlifbamızda olmayan hərifləri onların daha uyğunu ilə əvəz edə bilərik: W hərifini V-yla (Wikipedia-Vikipediya)
Təklifim budurki bir qayda, nizam qoyulsun bu barədə, belə adlar öz orijinal dilldə yazılmalıdı. Bununla bağlı Vikipediyada „məqalə yarat” və sayır öyrədici funksiya daşlyan məqalələrdə yazılsın.
Hörmətlə --Hilal knight (talk) 21:20, 16 fevral 2015 (UTC)
- Bu məsələ çox müzakirə olunub bizim vikidə. Biz özümüzdən yenilik çıxarıb şəxs adlarını əcnəbi dildə olduğu kimi yaza bilmərik. Azərbaycan dilinə həmişə bu adlar transliterasiya olunub. Ruscanın təsiridir, nədir - hər halda bu belədir. Bir də transliterasiyanın heç bir zərəri yoxdur. Gedin bir 3-cü sinif şagirdinə deyin ki, "Shakespeare" adını oxusun. Sonra da "Şekspir" yazın onu oxusun. --Sortilegus (talk) 22:04, 16 fevral 2015 (UTC)
- Duzdur hormetli Sortilegus. Bes onda Trapezund imperiyası meqalesinin adini niye ingilisce yazirsiniz? Bunu azerbayca yazilmasini istediyim uchun, meni niye bloklayirlar?
- Mən ingilis dilli vətəndaş kimi Sortilegus-la təmiz razıyam. Transliterasiya olmalıdır.--Xoncha (talk) 22:32, 16 fevral 2015 (UTC)
Yeniliklərdən niyə qorxurssuzki? Məgər bizim köhnə sistemimiz o qədər idealdıki, onu dəyişmək olmaz? Həmdə əksinə biz onu transkripsiyaynan yazanda özümüzdən Amerika açmağ kimi olur. Yəni baxın məsələn: Ernest Hemingway. Biri onu yazacaq Ernest Xeminquey, o biri Ernest Hemingey, Ernest Heminguey, bəs bu biabırçılığ olmayacaq? Əgər çıxış yolu varsa niyə istifadə etmiyəkki? Sadəcə rahat olsun deyə bizim dildə yazılış formasında keçidlər etmək olar, amma məqalənin adı orijinal dildə olmalıdı axı.--Hilal knight (talk) 16:09, 17 fevral 2015 (UTC)
- Mən nə vaxt Trapezund imperiyasının adını ingiliscə yazmışam və harda yazmışam? Məqalənin tarixçəsinə baxın, heç mənim bir redaktəm də yoxdur o məqalədə. Yeniliklərə gəldikdə isə hörmətli Hilal knight - vikipediyanın təməl prinsiplərindən biri budur ki, burada heç bir yenilik, orijinal tədqiqat olmamalıdır. Olan şeylərə əsaslanaraq, onlar mənbə göstərilərək məqalələr yazılır. Burda yeniliklər eləməyə başlasaq inandırım sizi fantaziyası o qədər güclü istifadəçilərimiz var ki, itin adını pişik yazarlar, pişiyin adını siçan. Ernest Hemingway yazılırsa baxacağıq bizdə ensiklopedik mənbələrdə bu ad necə yazılıb (ASE, yazıçılar haqqında ensiklopedik kitablar və s.), elə də yazacağıq. Əgər az da olsa işlənən başqa variantları da varsa onları da əsas varianta istiqamətləndirəcəyik. Amma orijinalda burda adlar yazmağa başlasaq məsələn, Friedrich Nietzsche kimi adı bu filosofu tanımayan 20 adamı Bakıda küçədə saxlayıb soruşun 19-u doğru oxuya bilməyəcək. Bunu bir qırağa qoyaq. Bizim belə bir yenilik etməyimiz üçün Azərbaycan dili ilə əlaqəli qurumlar (AMEA Dilçilik institutu və s.) qərar verməlidirlər, bu şəxslərin adları dərsliklərdə, dövri mətbuatda, küçə adlarında və s. orijinalda yazılmalıdır və biz də vikipediyada bu adlandırma sisteminə keçməliyik. Bunun başqa heç bir çıxış yolu yoxdur.--Sortilegus (talk) 23:05, 17 fevral 2015 (UTC)
- Hörmətli Sortilegus. "Bes onda Trapezund imperiyası meqalesinin adini niye ingilisce yazirsiniz?" sual cümləsində konkret olaraq siz-yəni cənab Sortilegus nəzərdə tutulmayıbdır, idarəçilər nəzərdə tutulubdur. Əgər yeniliyin tətbiq olunmasına qarşısınızsa, onda zəhmət olmasa, Trapezund imperiyası məqaləsinin adını azərbaycanca yazın. Əvvəlcədən təşəkkürlər.
- Nəyin müzakirəsi gedir, siz nədən danışırsız. İngiliscə vikiyə baxdım - ingiliscə olsaydı "Empire of Trebizond" olardı. Onda adını azərbaycanca yazardım. İndi də adı azərbaycancadır. Sadəcə hansı variant olmalıdır "Trapezund imperiyası" yoxsa, "Trabzon imperiyası" onu mən bilmirəm. Tarix mənim araşdırma sahəmə daxil deyil. Səfər Azəriyə müraciət edin.--Sortilegus (talk) 12:23, 18 fevral 2015 (UTC)
- Cenab, incilisce Trebizond sozunun transkripsiyasi, rusca Трапезу́нд sozunun transliterasiyasi azerbaycan vikipediyasina getirilib, azerbaycan dilindeki Trabzon imperiyası termininden ise qaydalara zidd olaraq imtina edilibdir. Maraqlidir, siz hansi variantin doqru olduqunu bilmirsiniz, amma nece oluba Trapezundun azerbaycan dilinde olduqunu qeti shekilde bildirirsiniz?! Yoxdur azerbaycan dilinde bele bir termin! Vikipediya:Məqalənin adlandırılması qaydalarına görə, "Məqalənin adı mümkün qədər qısa və aydın olmalıdır. Azərbaycanca danışan oxucunun ən çox tanış olduğu varianta üstünlük verilməlidir, bu mubahisə yaradarsa onda Azərbaycan dilində olan ensiklopediya, dərslik və ya akademik nəşrlərdə istifadə olunmuş varianta üstünlük verilməlidir." ASE-de diger etibarli menbelerde Trabzon imperiyası yazilibdir!
- Özünüz də deyirsiniz ki, transliterasiya Azərbaycan dilinə gətirilib. Bu o deməkdir ki, ad artıq Azərbaycan dilindədir. Burda isə müzakirə xarici dildə olan adların olduğu kimi Azərbaycan dilində yazılmasının düzgün olub-olmamasından gedir və bu məsələni qaldıran istifadəçi transliterasiyanın düzgün olmadığını söyləyir. Yaxşı-yaxşı yuxarıda yazılan şərhləri oxusanız bunu görərsiniz. Yox əgər mübahisə etmək xatirinə mübahisə etmək istəyirsinizsə mənim buna vaxtım və həvəsim yoxdur. ASE-də Trabzon imperiyası yazılması məsələsini isə məqalənin müzakirə səhifəsində müzakirəyə çıxarın. Kənd meydanı bir-bir məqalə adlarının müzakirəsi üçün nəzərdə tutulmayıb.--Sortilegus (talk) 19:40, 19 fevral 2015 (UTC)
- Cənab, mən bu müzakirəyə qoşulmaqla əvvəl sizin mövqeyinizi dəstəklədim, sonra isə eyni məsələdə ikili standartların olduğunu nəzərinizə çatdırdım. Siz məndən də yaxşı bilirsiniz ki, məqalə adı necə olmalıdır. Məndən də yaxşı bilirsiniz ki, azərbaycan dilində "Trapezund imperiyası" termini yoxdur, bizdə "Trabzon imperiyası" yazılır. Buna baxmayaraq, mənim sözlərimi təsdiqləməkdən yayınırsınız və mübahisə yaradırsınız. Siz bilirsiniz ki, azərbaycan dilində "Trapezund imperiyası" terminin işlənməsini iddia etmək yalnız sözdür və tərəfli iddiadır. Ortada istinad üçün heç bir mənbə yoxdur. Heç bir mənbəyə istinad etmədən mənimlə mübahisə etməkdəndsə, məqalənin adını vikipediya qaydalarına uyüunlaşdıraraq "Trabzon imperiyası" adlandırsaydınız, daha doğru olmazdımı? — Bu imzasız yazı 188.226.253.252 (m) tərəfindən əlavə edilib; 14:24, 20 fevral 2015 (UTC)
Əlifba ilə əlaqədər bir şərhim var: bu adlar məsələsi qaldıranda hər dəfə eyni dəlili görürəm. "Bizdə artıq kiril əlifbası yox, latın əlifbasıdır. Latın əlifbalı bütün dillərdə isə adlar eyni cür yazılır". Lakin, bu doğru deyil. Mən indi Latviyada təhsil alıram və yavaş-yavaş onların dilini də öyrənməyə çalışıram. Latış dilin əlifbası həmişə latın qrafikada idi, SSRİ onu kirilə çevirmədilər. Və bu dilin qaydalarına görə bəzi adlara və soyadlara axırda -s hərfi əlavə olunur. Məsələn üçün, Castin Timberleyk onlarda Džastins Timberleiks kimi yazırlar. --Мурад 97 (talk) 21:34, 19 fevral 2015 (UTC)
Azərbaycan məqaləsi
Bu məqalə (Azərbaycan ən çox oxunan məqalələrdən biridir və mən bu məqaləni ingilis versiyası kimi təkmilləşdirmək istəyirəm amma mənə dəstək lazımdır.--Xoncha (talk) 12:49, 17 fevral 2015 (UTC)
- Hörmətli həmkar salam. Sizə kömək etmək istərdim və sizin bu işinizi alqışlayıram, ancaq vaxt edə bilmirəm, olanda isə Qars vilayəti məqaləsini bitirməyə çalışıram. Sadəcə yazdım ki, biləsiz bu işə biganə deyiləm amma söz vermək kimi imkanım da sadəcə yoxdur. Baxdım ortaq izlədiyimiz məqalələrdə yaxşıya doğru dəyişikliklər etmisiz: sizə buna görə təşəkkür edirəm. Ancaq üzürlü saymağınızı da xahiş edirəm, amma imkan tapdıqca sizə yardım edəcəm bu məqalədə. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 13:02, 17 fevral 2015 (UTC)
- Çox sağ olun, Asparux Xan Bulqar. Mən demirəm bu saniyə qutaraq məqaləni amma hissə-hissə dəyişklər aparmaq lazımdır.--Xoncha (talk) 15:34, 17 fevral 2015 (UTC)
- Hörmətli həmkar salam. Sizə kömək etmək istərdim və sizin bu işinizi alqışlayıram, ancaq vaxt edə bilmirəm, olanda isə Qars vilayəti məqaləsini bitirməyə çalışıram. Sadəcə yazdım ki, biləsiz bu işə biganə deyiləm amma söz vermək kimi imkanım da sadəcə yoxdur. Baxdım ortaq izlədiyimiz məqalələrdə yaxşıya doğru dəyişikliklər etmisiz: sizə buna görə təşəkkür edirəm. Ancaq üzürlü saymağınızı da xahiş edirəm, amma imkan tapdıqca sizə yardım edəcəm bu məqalədə. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 13:02, 17 fevral 2015 (UTC)
Laboratoriyaya namizəd siyahısı problemi
Laboratoriyaya namizəd siyahısı bölməsi bizim Vikipediya üçün əsaslı problemlə çevirlmək üzrədir. İstənilən istifadəçi və ya idarəçi həmin bölmədə olan məqaləni götürüb Laboratoriyaya əlavə edə bilir. Nəticədə labda inanılmaz sıxlıq yaranır. Hal-hazırda idarəçi namizədi olan bir dostumuz laboratoriya bölməsinin ləğv edilməsini təklif etsədə mən daha fərqli bir məsələni təklif edirəm. Məqalələrin Laboratoriyaya daxil edilməsi ilə konkret 2 idarəçi məşğul olsun. Bu sahədə maraqlı olan Zaur Turan(1994), Samral və digər aktiv yoldaşlar seçilmiş və ya yaxşı məqalə namizədi kimi görmək istədikləri məqaləni həmin şəxslərə bildirsin və onlarda zamanı gələndə məqaləni laba daxil etsin. Bunu ona görə deyirəm ki, həmin 2 nəfər labda sıxlığın yaranmamasına nəzarət edəcək. Yoxsa kimin ürəyi hansı məqaləni istəyir ora əlavə etsə, yaxın gələcəkdə bizi nəyin gözlədiyni yəgin ki, deməyə ehtiyac yoxdur. Hörmətlə:--Baskervill müzakirə 14:02, 17 fevral 2015 (UTC)
- Fikrimcə Laboratoriyaya namizəd siyahısına daxil edilən məqalə heç də 100% Laboratoriyaya çıxarılmalı deyil. Əgər layiq deyilsə çıxarılmasın. --Araz Yaquboglu (talk) 14:17, 17 fevral 2015 (UTC)
- Laboratoriyaya namizəd siyahısına əlavə edilmiş məqalələrin hamısı heç də laboratoriyaya daxil edilməli deyil. İstifadəçilər ora istədikləri qədər məqalə daxil eliyə bilərlər. Məqalə laboratoriyaya daxil edilmirsə arxivləşdirilməlidi. Bu qədər sadə. --sefer azeri 16:05, 17 fevral 2015 (UTC)
- Fikrimcə Laboratoriyaya namizəd siyahısına daxil edilən məqalə heç də 100% Laboratoriyaya çıxarılmalı deyil. Əgər layiq deyilsə çıxarılmasın. --Araz Yaquboglu (talk) 14:17, 17 fevral 2015 (UTC)
Bu məqaləni seçilmiş siyahıdan silmək lazımdır. Məqalə də nə stadion, nə Qarabağın axrıncı uğurlarından heç nə yoxdur.--Xoncha (talk) 17:30, 17 fevral 2015 (UTC)
- Əfsuslar ki, vikipediyada nə qədər belə seçilmiş məqalə var. Məsələn, Elvis Presli və Napoleon Bonapart məqalələri də seçilmiş statusuna layiq deyil. Ancaq bu məqalələrin statusunu itirməsi üçün Vikipediya:Silinməyə namizəd məqalələr kimi bir səhifə yaratmaq lazımdır.--Yuşin (münazirə) 17:42, 17 fevral 2015 (UTC)
- Belə məqalələri sadəcə təkmilləşdirmək lazımdır. --►Cekli829 17:44, 17 fevral 2015 (UTC)
- Məncə də Vikipediya:Silinməyə namizəd seçilmiş məqalələr səhifə yaratmaq lazımdır. Özü də burda çətin bir şey yoxdur.--Xoncha (talk) 17:47, 17 fevral 2015 (UTC)
- Cekli829, düzdür amma onda onun seçilmiş statusu silinməlidir. Çünki, seçilmiş status - hazır məqalə sayılır. Onları yaxşı məqalə mövzusuna keçirmək lazımdır.--Xoncha (talk) 17:52, 17 fevral 2015 (UTC)
- Razı deyiləm. Hazırda "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu 1-28 fevral 2015-ci il tarixlərində "London ayı" keçirir. Yaxşı olar ki, növbəti aylardan biri "Seçilmiş məqalələrin təkmilləşdirilməsi ayı" olsun. O zaman mövcud problemlərin də aradan qaldırılması mümkün olar. --►Cekli829 17:55, 17 fevral 2015 (UTC)
- Cekli829, düzdür amma onda onun seçilmiş statusu silinməlidir. Çünki, seçilmiş status - hazır məqalə sayılır. Onları yaxşı məqalə mövzusuna keçirmək lazımdır.--Xoncha (talk) 17:52, 17 fevral 2015 (UTC)
- Məncə də Vikipediya:Silinməyə namizəd seçilmiş məqalələr səhifə yaratmaq lazımdır. Özü də burda çətin bir şey yoxdur.--Xoncha (talk) 17:47, 17 fevral 2015 (UTC)
- Belə məqalələri sadəcə təkmilləşdirmək lazımdır. --►Cekli829 17:44, 17 fevral 2015 (UTC)
- Mən razı. Gəlin gələn ayı "Seçilmiş məqalələrin təkmilləşdirilməsi ayı" edək.--Xoncha (talk) 17:57, 17 fevral 2015 (UTC)
- Mövzulu ay məsələsi özünü doğrultmayan bir mövzudur. "Seçilmiş məqalələrin təkmilləşdirilməsi ayı" qulağa xoş səslənsədə reallıq bundan ibarətdir ki, orada heç kim fəaliyyət göstərəməyəcək. Necə ki, indi London ayında bir şey edən yoxdur. Mən təklif edərdim ki, bəzi seçilmiş məqalələrin statusunun alınması üçün səsvermə və yaxud lahiyə təşkil edilsin. Seçilmiş bir məqalənin silinməsi hansı məntiqə sığır ? Bunu düşünən adamın çəkdiyindən verin mənə lütfən. Hörmətlə:--Baskervill müzakirə 18:05, 17 fevral 2015 (UTC)
- Məqalələrin silinməsi fikri ilə mən də razı deyiləm. Ancaq əgər kifayət qədər etibarlı yazılmayıbsa onun statusunun alınması münkün variantlardan biri ola bilər.--Asparux Xan Bulqar (talk) 18:08, 17 fevral 2015 (UTC)
- Mövzulu ay məsələsi özünü doğrultmayan bir mövzudur. "Seçilmiş məqalələrin təkmilləşdirilməsi ayı" qulağa xoş səslənsədə reallıq bundan ibarətdir ki, orada heç kim fəaliyyət göstərəməyəcək. Necə ki, indi London ayında bir şey edən yoxdur. Mən təklif edərdim ki, bəzi seçilmiş məqalələrin statusunun alınması üçün səsvermə və yaxud lahiyə təşkil edilsin. Seçilmiş bir məqalənin silinməsi hansı məntiqə sığır ? Bunu düşünən adamın çəkdiyindən verin mənə lütfən. Hörmətlə:--Baskervill müzakirə 18:05, 17 fevral 2015 (UTC)
- Söhbət "Məqalələrin silinməsi"ndən yox, onun "seçilmiş statusunun silinməsi"ndən gedir. If article fails featured status, it needs to be demoted.--Xoncha (talk) 18:10, 17 fevral 2015 (UTC)
- Gələn ay Şərqi Avropa ölkələri ayı olacaq, amma növbəti aylardan birini bu mövzuya həsr eləmək olar. --sefer azeri 18:13, 17 fevral 2015 (UTC)
- Qeyd edilən məqalənin vəziyyəti yaxşı deyil. Statusu alınmalı və ya dəyişdirilməli başqa məqalələr də var. O prinsipləri təkmilləşdirdikdən sonra bu məsələlər də həllini tapacaq, güman edirəm.--Emin • ismarış 18:53, 17 fevral 2015 (UTC)
- Gələn ay Şərqi Avropa ölkələri ayı olacaq, amma növbəti aylardan birini bu mövzuya həsr eləmək olar. --sefer azeri 18:13, 17 fevral 2015 (UTC)
Buyurun mövzunu yaratdım. Xahiş edirəm, Seçilmiş məqalələri təqdim edəsiz.--Xoncha (talk) 22:29, 17 fevral 2015 (UTC)
Məqalələrin silinməsi
İdarəçilərdən xahiş edirəm ki, məqalələrin dəqiqliyini yoxladıqdan sonra silib-silməmək qərarını versinlər. Bir çox hallarda normal məqalələr belə silinir. Səbəbi ətraflı izah edilmir. Çünki vaxt sərf edərək məqalə yaratdıqdan sonra onun ətraflı verilməyən səbəbə görə silinməsini görmək necə təsir edir yəqin ki bilirsiniz. Bəzi idarəçilər isə onlara bununla bağlı sualı cavablandırmaq belə istəmirlər.--Mehdi4444 01:13, 18 fevral 2015 (UTC)
Azərbaycan dili və Azəricə
Salam həmkarlar. Azərbaycan dili məqaləsinin digər vikilərdə başlığına baxıram ki, bəziləridə Azəri adı keçir. Azəri adı da özünüz yaxşı bilirsiz ki, hardan gəlir. Yəni, siyasi məsələdir. Mən bir neçə gün bundan qabaq tr vikidə müzakirə mövzusuna bunu bildirmişəm. Amma başqa istifadəçilərin rəyi də lazımdı. Zəhmət olmasa bu linkə girib ən aşağıda mənim açdığım başlığa dəstək olasınız. İndidən təşəkkürlər. --Pantürk (talk) 06:08, 18 fevral 2015 (UTC)
- Cənab Pantürk. Hər bir dilin öz ənənəsi var və siz bu ənənəni dəyişə bilməzsiniz. Azərbaycan dilində "gürcü dili" yazılır, gürcü dilinin özündə isə başqa cürdür. Türklər azərbaycan dilinə "Azəri dili" deyirlərsə, deməli, vikipediyada da belə yazacaqlar və biz bundan narahat olmamalıyıq. Mən məsləhət görürəm ki, bu məsələ ilə bağlı mübahisələrdə vaxtınızı itirməyəsiniz. — Bu imzasız yazı 164.215.99.108 (m) tərəfindən əlavə edilib; 10:32, 18 fevral 2015 (UTC)
- Azəri dili tamam başqa dildir. İran mənşəli dildir.(Ümumiyyətlə varlığı təsdiqlənməyib) Bizim dilimiz isə türk mənşəli. Hörmətlər Pantürk (talk) 06:48, 18 fevral 2015 (UTC)
- Bu artıq bizim problem deyil, biz bunu müzakirə edə bilmərik, həm də nəinki türk dilində, azərbaycan dilində də bəzən azəri dili azərbaycan dili anlayışını bildirə bilir. — Bu imzasız yazı 5.10.244.195 (m) tərəfindən əlavə edilib; 2:19, 18 fevral 2015 (UTC)
- Azəri dili tamam başqa dildir. İran mənşəli dildir.(Ümumiyyətlə varlığı təsdiqlənməyib) Bizim dilimiz isə türk mənşəli. Hörmətlər Pantürk (talk) 06:48, 18 fevral 2015 (UTC)
- Türk Vikipediyasında ikisi də ayırd edilib : Azerice və Azerice (İran dili). Hər dildə başqa cür qrammatika olur. --Serk@nl@nd 10:33, 18 fevral 2015 (UTC)
- Bilirəm Serkanland. Görmüşəm onu. Amma bir yerdə ki, dövlət bunu Azərbaycan dili kimi qəbul edirsə, buna Azeri deyilməsi nə dərəcədə düzgündür axı? Ordakıların bir çoxu bununla razıdır demək olar ki hər şey tamamlanıb. Sadəcə biz tərəfdən (yəni azvikidən) də bir neçə rəy olsa idi yaxşı olardı. --Pantürk (talk) 07:02, 20 fevral 2015 (UTC)
Sumerki
Hörmətli həmkarlar. Nədən rus vikipediyasında olan "Sumerki" səyfəsindən azərbaycan dilinə keçid də "Şəfəq" səyfəsi gəlir, ancaq geriyə dönən zaman artıq rus dilində ki, müvafiq Zarya səyfəsinə yönləndirilir.--namikilisu 13:20, 18 fevral 2015 (UTC)
- Həll edildi. Vikidata problemi idi. --Araz Yaquboglu (talk) 14:21, 18 fevral 2015 (UTC)
Bir müddətdir ki, İstifadəçi qutuları adlı bölmənin səhmana salınması ilə məşğulam. Yaratdığım İstifadəçi qutuları adlı şablon ilə istifadəçilər öz səhifələrinə daha rahat formada istifadəçi qutuları əlavə edə biləcəklər. Əvvəllər bir çox vikipedistlər digər vikipedistlərin səhifələrində olan qutulardan faydalandırdısa indi hamısını bir çətir altında toplamışıq. Bilmirəm nə dərəcədə uğurlu alınıb :)--Baskervill müzakirə 19:17, 18 fevral 2015 (UTC)
- Əla fikirdir. Amma genişləndirmək lazımdı ayrı-ayrı bölmələri. --Serk@nl@nd 20:00, 18 fevral 2015 (UTC)
- Mən əlimizdə olan bütün istifadəçi qutularını sistemləşdirməyə başlamışam. Sadəcə bizdə olmayan və çox böyük maraq doğuran bəzi istifadəçi qutuları var ki, onlarında tərcümə edilməsi mərhələsi başlanılıb. Burada əsas hədəfim hər bir şəxsə istifadəçi qutuları yaratmaq barədə biliklər verməkdir. Elə əsas səhifədə bu biliyi öyrətmək üçün açılıb. --Baskervill müzakirə 10:41, 19 fevral 2015 (UTC)
- Qəşəng! Əllərinə sağlıq Baskervill. --►Cekli829 10:41, 20 fevral 2015 (UTC)
- Təşəkkürlər..--namikilisu 10:49, 20 fevral 2015 (UTC)
- Mən əlimizdə olan bütün istifadəçi qutularını sistemləşdirməyə başlamışam. Sadəcə bizdə olmayan və çox böyük maraq doğuran bəzi istifadəçi qutuları var ki, onlarında tərcümə edilməsi mərhələsi başlanılıb. Burada əsas hədəfim hər bir şəxsə istifadəçi qutuları yaratmaq barədə biliklər verməkdir. Elə əsas səhifədə bu biliyi öyrətmək üçün açılıb. --Baskervill müzakirə 10:41, 19 fevral 2015 (UTC)
Kənd meydanı itib
Niyə məndə əsas səhifədən solda kənd meydanı bölməsi itib?--Xoncha (talk) 02:03, 19 fevral 2015 (UTC)
- Adı ictimai portal olub ?!--Asparux Xan Bulqar (talk) 08:42, 19 fevral 2015 (UTC)
- Görünüş odur ki, ağalardan biri Kənd meydanı adını ictimai portal formasında dəyişib. Əslində burada bir necə variant vardı hər zaman. Ana səhifə və yaxud Baş səhifə, Kənd meydanı - İctimai portal və digər. Sadəcə belə mühüm bir dəyişikliyi edən şəxs gərək viki cəmiyyəti bu barədə məlumatlandısın və birdə niyə Kənd meydanı adını dəyişdirməyib onada bir açıqlama gətirsin. Mümkündürsə əgər :)--Baskervill müzakirə 10:36, 19 fevral 2015 (UTC)
- Artıq düzəldi :))--Asparux Xan Bulqar (talk) 07:46, 20 fevral 2015 (UTC)
- Görünüş odur ki, ağalardan biri Kənd meydanı adını ictimai portal formasında dəyişib. Əslində burada bir necə variant vardı hər zaman. Ana səhifə və yaxud Baş səhifə, Kənd meydanı - İctimai portal və digər. Sadəcə belə mühüm bir dəyişikliyi edən şəxs gərək viki cəmiyyəti bu barədə məlumatlandısın və birdə niyə Kənd meydanı adını dəyişdirməyib onada bir açıqlama gətirsin. Mümkündürsə əgər :)--Baskervill müzakirə 10:36, 19 fevral 2015 (UTC)
Ərəb əlifbalı məqalələr
Bütün həmkarları salamlayıram. İdarəçilərdən bir ricam var: əgər münkünsə deyin ərəb əlifbalı məqalələri kim silir ?--Asparux Xan Bulqar (talk) 07:48, 20 fevral 2015 (UTC)
- Əsasən bu işlə məşğul olan həmkarımız Baskervilldir. Silinmiş məqalələrə olan yönləndirmələr isə "Xətalı istiqamətləndirmələr" bölməsinə düşəndən sonra mən və Cekli829 silirik. --Araz Yaquboglu (talk) 08:47, 20 fevral 2015 (UTC)
- Hörmətli həmkar mən bir güneyli həmkarımız ilə əlaqə saxlayıram: razılaşdıq ki, ərəb yazısı ilə olan bütün məqalələri proyekt halında olan azbviki-yə köçürsün. Ancaq ərəb yazısı ilə olan məqalələri idarəçilər daha çox sürətlə silirlər və o da kopyalama işini çatdıra bilmir.--Asparux Xan Bulqar (talk) 08:55, 20 fevral 2015 (UTC)
- Bir məsələ var: yoldaşlardan biri iddia edir ki, azbviki-ni qanunən yaratmaq münkün deyil. Guya bir dilə iki viki nəzərdə tutulmayıb. Məlumat olan idarəçilərdən xahiş edirəm bu məsələyə aydınlıq gətirsin. Əgər bu iş elə ümidsizdirsə onda ərəb yazısı ilə azərbaycan viki-si həm ikisi birlikdə həm də ayrıca azbviki lahiyəsi batmışdır deməkdir.--Asparux Xan Bulqar (talk) 08:58, 20 fevral 2015 (UTC)
- Hörmətli həmkar mən bir güneyli həmkarımız ilə əlaqə saxlayıram: razılaşdıq ki, ərəb yazısı ilə olan bütün məqalələri proyekt halında olan azbviki-yə köçürsün. Ancaq ərəb yazısı ilə olan məqalələri idarəçilər daha çox sürətlə silirlər və o da kopyalama işini çatdıra bilmir.--Asparux Xan Bulqar (talk) 08:55, 20 fevral 2015 (UTC)
- Əsasən bu işlə məşğul olan həmkarımız Baskervilldir. Silinmiş məqalələrə olan yönləndirmələr isə "Xətalı istiqamətləndirmələr" bölməsinə düşəndən sonra mən və Cekli829 silirik. --Araz Yaquboglu (talk) 08:47, 20 fevral 2015 (UTC)
- Ərəb əlifbalı məqalələrin silinməsi prosesi ilə mən məşğul oluram. Ümümi əldə olunmuş razılaşmaya əsasən ərəb əlifbalə məqalələrin bizim vikidən çıxarılması qərara alındı. Məndə 2014-cü ilin iyun ayından işə başladım. 14.000 məqalədən 4.980 məqaləyə qədər endirdim göstəricini. Məqalələri silərkən bir mənalı şəkildə botlar tərəfindən yaradılan, bir-iki cümləlik məqalələrin silinməsinə diqqət edilir. Bu günə qədər geniş həcmli məqalələr silinməyib. Cənab Asparux Xan Bulqar siz həmin şəxsə deyin ki, onun iyun ayına qədər zamanı var. Yəni həcmi böyük olan məqalələri Azb vikiyə köçürdə bilər. Bu proses böyük bir ehtimalla 7-8 ay da davam edəcək və biz məqalələri birdən yox mərhələli şəkildə silinməsinə üstünlük veririk.
- O ki, qaldı Azb vikinin inkubatorda açılmasına, şəxsən məncə bu mümkün olacaq bir məsələdir. İnkubatorda gedən prosesləri diqqətlə izləyirəm. 2014-cü ildə orada cəmi 1 vikipediya açılıb. Keçən ilin 6 noyabr tarixində açılan Maitili vikipediyasının 35 milyon istifadəçisi var. Bundan əvvəl ki, ildə (2013) isə cəmi 2 vikipediya fəaliyyətə başlayıb. Buradan belə bir nəticə çıxır ki, hər hansısa bir vikinin açılması elədə asant məsələ deyil. Azb vikinin açılması üçün isə konkret olaraq burada olan qırmızıların yaşıl olması lazımdır. Cənublu soydaşlarımızın İnkubatorda olan aktivliyinə söz ola bilməz. Prosesin belə davam edəcəyi halda bu il və ya gələn il Azbnin açıla biləcəyinə inanıram. Hələlik qızğın yarış 4 viki arasında gedir: Şimali Luricə, Kokanicə, Talışca və Cənubi Azərbaycanca.
- Son olaraq onu qeyd edim ki, başqa şəxslərin burada nəsə deməsinin elədə bir əhəmiyyəti yoxdur. Yəni bu günə qədər italiyan dili ilə bağlı 11, alman dili ilə bağlı isə 7 vikipediya açılıb. Sadəcə sistemi fəaliyyət göstərmək, daim meta ilə əlaqədə olmaq tələb olunur. Azb orada olan ən aktiv 5 lahiyədən biridir. Bir az da cəht göstərilsə düşünürəm ki, açılmaq ehtimalı yüksəkdir. Bu məsələdə Azviki kollektivi olaraq əlimizdən gələni etməyə hazır olduğumuzda düşünürəm. Həmin vikini açılması Azərbaycan dilinin virtual olaraq bölünməsi yox daha inkişaf etməsi ilə nəticələnək. Buna ən bariz nümunə kimi iki müstəqil domendə fəaliyyət göstərən kürd vikipediyalarını qeyd etmək olar. Latın Əlifbalı kürd vikipediyası, Sorani dialektində olan ərəb əlifbalı kürd vikipediyası və bunlarla yanaşı kürdlərin inkubatorda olan 3 əlavə viki lahiyələri belə var: Kürd dilinə yaxın olan Ləkicə, Şimali kürdcə və Kurmanc ləhcəsi ilə. Bir başqa xalq belə bir nəticəni əldə edə bilirsə biz niyə etməyək ? Hörmətlə:--Baskervill müzakirə 10:36, 20 fevral 2015 (UTC)
- İçində məlumat olan ərəb əlifbalı 1 məqalə belə silinməyib. Ancaq botlar vasitəsilə yaradılan və içində 1 şablon cümlə olan - tutaq ki, "Ərdəbil Cənubi Azərbaycanın Ərdəbil ostanında bir şəhər" kimi məqalələr silinib ki, onlar da botla süni şəkildə 1 ay içində yaradıldığından və məqsədin süni şəkildə azvikidə ərəb əlifbalı məqalələrin sayının 10 000-ə çatdırılması olduğundan elə o vaxt silinməli idi, hələ gec silinib. Ərəb əlifbalı təxminən 1500-ə yaxın içində məlumat olan normal məqalə var ki, Nihat onları kateqoriyalaşdıracaq və sonra mən burda bizim idarəçilərə müraciət edəcəm ki, onları inkubatordakı azbvikiyə köçürməyə bizə yardımçı olsunlar. O silinən 1 cümləlik məqalələri azbvikiyə köçürməyə ehtiyac yoxdur, onu orda ərəb əlifbası ilə yazan soydaşlarımız istəsələr 2 ayda 50 000 elə məqalə yaradarlar. --Sortilegus (talk) 22:24, 20 fevral 2015 (UTC)
- Rövşən müəllimin dediklərinin hər biri tamamilə doğrudur. Biz üzərində əziyyət olan məqalələrin silinməməsinə xüsusi özən göstəririk. Şəxsən düşünmürəm ki, cənublu soydaşlarımız botla yaradılan məqalələri AZB vikisinə əlavə etmək istəsinlər. Çünki meta botla "zənginləşdirilən" bir viki lahiyəyə ciddi gözlə yanaşmaz. Ona görə də cənubdan olan soydaşların yetərincə zamanları var ki, köçürmə işlərinə davam etsinlər. Bir müddətdən sonra isə bizdə onlara bu işdə kömək edəcəyik. İnsanların əziyyətlərini yerdə qalmayacağına ümüd edirik. Hörmətlə:--Baskervill müzakirə 14:13, 22 fevral 2015 (UTC)
- Sizin bu fikrinizə qarşı etirazım yoxdur, çünki münasibət haqlıdır. Ancaq mən zənn edirəm ki, ərəb yazısı ilə azərbaycan dilində yazan güneyli həmyerlilərimizin aktivliyi heç ümidverici deyil. Cəmi iki aktiv istifadəçi var, o iki nəfərdən ən aktiv olanı 2 aydan sonra fəaliyyətini dayandıracaq. Həmkarlar zənn edirəm ki, biz artıq azbviki-nin yaranması üçün aktivləşməliyik: çünki iki qrafikanın bir yerdə işləməsi artıq labüd olan uğursuzluğa düçar olub. Bütün güneyli təcrübəli istifadəçilər kütləvi şəkildə vikini tərk ediblər. Bircə yolu azbvikinin yaranmasıdır. Bizi kim yönləndirə bilər ?--Asparux Xan Bulqar (talk) 18:37, 22 fevral 2015 (UTC)
- Rövşən müəllimin dediklərinin hər biri tamamilə doğrudur. Biz üzərində əziyyət olan məqalələrin silinməməsinə xüsusi özən göstəririk. Şəxsən düşünmürəm ki, cənublu soydaşlarımız botla yaradılan məqalələri AZB vikisinə əlavə etmək istəsinlər. Çünki meta botla "zənginləşdirilən" bir viki lahiyəyə ciddi gözlə yanaşmaz. Ona görə də cənubdan olan soydaşların yetərincə zamanları var ki, köçürmə işlərinə davam etsinlər. Bir müddətdən sonra isə bizdə onlara bu işdə kömək edəcəyik. İnsanların əziyyətlərini yerdə qalmayacağına ümüd edirik. Hörmətlə:--Baskervill müzakirə 14:13, 22 fevral 2015 (UTC)
- Bizim istifadəçilərdən ancaq ərəb qrafikasını bilənlər kömək edə bilərlər. Onlar ilkin mərhələdə - məqalələrin ora köçürülməsi işinə öz töhfələrini verə bilərlər.--Sortilegus (talk) 13:06, 28 fevral 2015 (UTC)
Şəkil necə yerləşdirim
Salam. Mən şəkil yerləşdirə bilmirəm qurduğum məqaləyə. Xahiş edirəm kömək edin --CemileChicek (talk) 11:40, 22 fevral 2015 (UTC)
- Salam, CemileChicek. Bu cür videom var. Keyfiyyətsiz olsa da kömək edəcəyini düşünürəm --Serk@nl@nd 13:14, 22 fevral 2015 (UTC)
Azvikidə vandallıq leqallaşdırılıbdırmı?
Cənablar, bir müddət əvvəl Azərbaycanlılar məqaləsi üzərində mükəmməl iş getdi, azvikidə heç bir məqaləyə bənzəməyəcək mükəmməl bir məqalə olacaqdı. Lakin idarəçi Sortilegus buna müxtəlif yollarla mane olmağa başladı (məsələn, bax: ), nəticədə məqalə yarımçıq qaldı, məqaləni hazırlayan isə məqaləni başa çatdırmağın onun üçün heç də çətin olmadığını deyən kimi, məqaləni hazırlamağa başlayan andan sayca 3-cü dəfə və müddətsiz bloklandı! Sonra isə məqalənin ilkin variantı bərpa olundu. Bu barədə cənab Sortilegus müzakirə səhifəsinə yazılsa da və nəzərinə çatdırılsa da ki, 100-dən çox etibarlı mənbənin silinməsi vandallıq deməkdir, o, nəinki nəticə çıxarmadı, hətta əvəzində müzakirə səhifəsini mühafizə etdi, yazılanları isə sildi. Cənablar, məqalənin minbir əziyyət və zəhmət hesabına əmələ gəlmiş bu versiyasının ləğv olunması, vandallıq deyilmi?! Əgər vandallıqdırsa, niyə tədbir görülmür? — Bu imzasız yazı 188.226.220.27 (m) tərəfindən əlavə edilib; 22:16, 22 fevral 2015 (UTC)
- Afrasiyabın Sefer azeri tərəfindən müddətsiz bloklanması düzgün deyil. Bloklanma səbəbi kimi isə istifadəçinin sözünün üzərində durmadığı və tez-tez qalmaqal yaratdığı göstərilib. Kimisə sözünün üzərində durmadığı üçün müddətsiz blokamaq nə deməkdir ? Afrasiyab dəfələrlə verdiyi sözlərin üzərində dayanmayıb və ona olan etimadı pozub. Bu ayrı məsələnin mövzusudur, ancaq buna görə belə radikal qərar qəbul etmək qeyri-peşəkar addımdır. İdarəçiləri istifadəçilərə qarşı daha təmkinli olmağa dəvət edirəm. Hörmətlə:--Baskervill müzakirə 19:35, 22 fevral 2015 (UTC)
- Həmin ad altında fəaliyyət göstərən şəxs şəkili Aydın Məmmədovdur. Baş qoşmağa dəyməz.--sefer azeri 19:38, 22 fevral 2015 (UTC)
- Afrasiyaba bundan sonrakı müddətdə burada müzakirələri dayandırmağı və ona "facebook" vasitəsilə mənimlə əlaqə yaratmağı təklif edirəm. Əgər inansam ki, o həqiqətən də Aydın Məmmədov deyil və həmçinin apardığı müzakirələrin sayını azaltmağa söz versə, mən də söz verirəm ki, onun blokunu açacam. Hər halda başqa idarəçilər və xüsusilə də Sefer azeri inanıram ki, buna etiraz etməz. --►Cekli829 19:43, 22 fevral 2015 (UTC)
- Həmin ad altında fəaliyyət göstərən şəxs şəkili Aydın Məmmədovdur. Baş qoşmağa dəyməz.--sefer azeri 19:38, 22 fevral 2015 (UTC)
- Bax bu oldu günün xəbəri. Doğurdan şok bir məlumatdır. Məndə necə dəfə Afrasiyabdan öz kimliyini açıqlaması barədə müraciət etsəmdə hər səfərində dövlət adamı olduğunu və işlədiyi yerə görə bunu edə bilməyəcəyini deyirdi. İndiki vəziyyət belə gətirdi o zaman Afrasiyab öz real kimliyini elan edənə qədər bu məsələ üzərində olan mövqeyimi dəyişdirirəm. Blokama müddətini isə 1 həftədən 1 ilə qaldırdım. Nələr gördük biz burada ilahi.. --Baskervill müzakirə 19:45, 22 fevral 2015 (UTC)
- Cekli829 tərəfindən edilən təklif əladır. Doğrudur bir necə idarəçi Afrasiyab ilə dil tapmaq üçün məsuliyyəti öz üzərinə götürmüşdü, ancaq düşünürəm ki, onun kimliyi ilə bağlı olan şübhələr aradan qalacağı təqdirdə məsələ yenidən baxmaq olar. Əks halda bu söhbət bağlanıb.--Baskervill müzakirə 19:47, 22 fevral 2015 (UTC)
- Əslində Afrasiyabın öz kimliyini açıqlamamaq hüququ var. Amma mövcud vəziyyət onu şübhəli duruma saldığı üçün müvafiq böhrandan qurtulmağın əsas yollarından biri onun kimliyi ilə bağlı idarəçilərin məlumat əldə etmələrindədir. Onu da qeyd edim ki, əgər kimliyi ilə bağlı məlumatı mənə açıqlasa, bu barədə digər idarəçilərə onun istəyi olmadan məlumat verməyəcəyəm. Sadəcə şübhələndiyimiz şəxs olmadığı barədə bildirəcəyəm. --►Cekli829 19:53, 22 fevral 2015 (UTC)
- Cekli829 tərəfindən edilən təklif əladır. Doğrudur bir necə idarəçi Afrasiyab ilə dil tapmaq üçün məsuliyyəti öz üzərinə götürmüşdü, ancaq düşünürəm ki, onun kimliyi ilə bağlı olan şübhələr aradan qalacağı təqdirdə məsələ yenidən baxmaq olar. Əks halda bu söhbət bağlanıb.--Baskervill müzakirə 19:47, 22 fevral 2015 (UTC)
- Bu Məmmədov kimdir ki? --Мурад 97 (talk) 09:56, 23 fevral 2015 (UTC)
- Hörmətli cənablar. Diqqətinizə, fikrinizi bildirdiyinizə və ən nəhayət blokumu heç olmasa müddətli etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Hamınızın fikrinə hörmətlə yanaşıram. Mənim bloklanmağıma səbəb olan cümləmi, elə burada, bir az yuxarıda oxuya bilərsiniz, yazdığım bu idi: "O ki qaldı Azərbaycanlılar məqaləsinin tamamlamağa, bu mənim üçün heç də çətin bir iş deyil, hələ üstəlik ildə bir on dənə elə məqalə də yarada bilərəm, əlavə olaraq 100-lə kiçik həcmli məqalələr də yarada bilərəm. Amma bir şərtlə ki, vikipediyada sağlam mühit olsun. Əks halda heç nə olmayacaqdır, heç bir ziyalı vikipediyaya gəlməyəcəkdir. Adicə bir misal, mənə lazım idimi ki, Tamaranın azvikidə kraliça adlanmağının mümkün olmaması barədə sizinlə 3-4 gün müzakirə aparım? Axı niyə bunu siz özünüz bilmirdiniz? Bilmirsinizsə, niyə Tamara haqqında məqalə yaradırsınız? Bu barədə vəssalam, mən bundan artıq danışmaq və heç bir suala cavab vermək istəmirəm". Nə qədər gülməli olsa da, bunu yazan kimi bloklanmışam. Azərbaycanlılar məqaləsində əvvəl və bundan sonra baş verənləri də nəzərə alsanız, təxminən əmin ola bilərsiniz ki, doğrudan da elə məhz sonuncu yazdığıma görə bloklanmışam. Mənim ildə 10 dənə "Azərbaycanlılar" məqaləsi kimi məqalə yarada biləcəyimi qeyd etməyim, görünür kimisə bərk narahat etmişdir. Cənab Cekli82-nin təklifinə də hörmətlə yanaşıram. Müzakirələrin sayını azaltmaq barədə deyə bilərəm ki, mən razı, mənə lazımdırmı kiminləsə mübahisə etmək? Amma mübahisəni yaradan tərəflər var və əvvəlcə onları zərərsizləşdirməlisiniz. Mən bir məqaləni yaradacağam, yaxud bir məqaləni redaktə etmək istəyəcəyəm, gəlib adını dəyişəcəklər. Mən etibarlı mənbə göstərəcəyəm, vikipediya qaydalarına əsaslanacağam, o isə vikipediya qaydalarını bir kənara atıb, görüntü üçün yalançı mənbələr göstərəcək və nəticədə uzun-uzadı mübahisə başlayacaqdır. Məsələn, bu proses barədə Trabzon imperiyası məqaləsi ilə bağlı burada ətraflı məlumat vermişəm. Indi isə eyni proses Yerusəlim məqaləsində davam edir. Yəni tək mən yox, digər istifadəçilər də qəsdən sıxışdırılır, onların redaktələrinə qəsdən maneçilik törədilir. Bir deyən yoxdur, ay cənab sefer azeri məqalənin adını niyə özbaşına dəyişirsən? Niyə vikipediya qaydalarını pozursan? Niyə məqaləni mühafizə edirsən? Məqalədə hansı vandallıq halı baş verdi ki, sən onu mühafizə etdin?! Hörmətli Cekli82, bir daha qeyd edirəm ki, müzakirələrin sayını azaltmaq barədə sizin təklifinizlə tam razıyam, amma yuxarıda yazdığım hallarda (Trabzon, Yerusəlim kimi məsələlər) sizə müraciət edəcəyəm, problemi siz aradan qaldırın. O ki qaldı "facebook" vasitəsilə sizinlə əlaqə yaratmaq təklifinizə, bu təklifinizə də hörmətlə yanaşıram. Amma sonra deməyəcəklər ki, bu saxta hesabdır, yaxud atasınındır, ya oğlunundur və s.? Kompüterim fevralın 2-dən xarabdır, 1-2 həftəyə ancaq düzələcəkdir, indi oturmuşam, işdə, yanımdakı yoldaşlarım hamısı Facedədir, onların hesabı ilə sizə dostluq yollasam necə olacaqdır? Yalan niyə deyim, vikipediyada baş verənlərdən çox mütəəssir olmuşam, ehtiyat edirəm. Həm də mən artıq bir az əvvəl adı çəkilən Aydin Məmmədovun yazdıqlarını da oxumuşam və onun yazdıqlarının doğru olduğunu görürəm. Yəni burada ona edilənlər, indi mənə və başqalarına edilir. Hörmətli Cekli82. Əgər siz mənim Aydin Məmmədov olub-olmamağı bilmək istəyirsinizsə, onda ən yaxşısı budur ki, Aydin Məmmədovun blokunu da götürəsiniz. Bu halda mənim və onun eyni, yaxud ayrı-ayrı istifadəçilər olmağını çox asanlıqla biləcəksiniz. Belə etməyiniz, vikipediya qaydalarına tam uyğundur. Çünki, nəzərə almalısınız ki, qaydaya görə İstifadəçini bloklayan idarəçinin məqsədi ilk növbədə vandalizmin və Vikipediyaya vurulacaq hər-hansı ziyanın qarşısını almaqdır. Nəzərə almaq lazımdır ki, bloklanma qisas yox, xəbərdarlıq və qoruyucu vasitədir. İstifadəçinin bloklanması Vikipediyanın və Vikipediya cəmiyyətinin normal fəaliyyət göstərməsinə qarşı yönəlmiş hərəkətin qarşısını almaqdır. Aydin Məmmədovun vikipediyaya ziyan vuracağını, yaxud vandallıq edəcəyini düşünmürsünüzsə, niyə də blokunu aradan qaldırmayasınız ki? Mənə elə gəlir ki, o da mənim kimi qisasçılıq zəminində bloklanmışdır. Bir daha hamınıza təşəkkür edirəm. Qoyun o da gəlsin, mən də gəlim, baqa blokluların da blokunu açın, hamımız əl-ələ verib sizinlə birlikdə işləyək, bunu nəyi pisdir ki? Hörmətlə, — Bu imzasız yazı 128.199.41.247 (m) tərəfindən əlavə edilib; 12:07, 22 fevral 2015 (UTC)
- İstifadəçi Afrasiyab, Aydin Məmmədov və bu kimi inslanlarla realda görüşüb, problemləri, ziddiyyətləri birgə müzakirə edib sonda hər hansı bir nəticəyə gəlmək mümükün deyilmi? Məncə fəal istifadəçiləri anlaşmazlıq üzündən birdəfəlik itirmək bizlərə xeyir gətirməz.--namikilisu 16:30, 23 fevral 2015 (UTC)
IP ilə müzakirə aparan Afrasiyabın nəzərinə çatdırıram ki, siz mənim təklifimi düzgün dəyərləndirmədiniz. Amma buna baxmayaraq, ümumi işin xeyrinə olacağını düşünərək mən sizin (Afrasiyab və Aydinsalis) blokunuzu açıram . Qarşılığında isə uzun və yorucu müzakirələrdən uzaq durmağınızı və münaqişədə olduğunuz tərəflərlə (istifadəçilərlə/idarəçilərlə) münasibətlərin normallaşdırılması istiqamətində fəaliyyət göstərməyinizi tələb edirəm. Fəaliyyətinizdə uğurlarǃ --►Cekli829 05:28, 24 fevral 2015 (UTC)
- Sizə təşəkkür edirəm, başqa nə neyə bilərəm ki? Əmin olun ki etimadınızı doğruldağam. Hörmətlə --Afrasiyab 9:44, 24 vevral 2015 (UTC)
- --►Cekli829 Çox doğru qərar qəbul etdiz. Mən sizin bu qərarınızı dəstəkəyirəm. Və inanıram ki, blokunu açdığınız hər 2 istifadəçi etimadı layiqincə doğruldacaq.--samral müzakirə 19:09, 24 fevral 2015 (UTC)
- Mən Ceklinin bu qərarını dəstəkləmirəm. Bu addımı ilə düşünürəm ki, idarəçi öz üzərinə böyük məsuliyyət götürmüş oldu. Çünki hər iki istifadəçinin fəaliyyəti vikipediyanın işinin pozulmasına, istifadəçi və idarəçilərin təhqir olunmasına yönəlmişdi. İdarəçilərin tez-tez istifadəçini bloklayıb bloku qaldırmalarını da düzgün saymadığım üçün bloku yenidən bərpa etmirəm. Əgər bəzi iddialara görə hər iki nik altında 1 istifadəçi fəaliyyət göstərirsə biz bunu çox qısa zamanda təsbit edib hər iki istifadəçi hesabını birdəfəlik bloklayacağıq və bundan sonra heç bir idarəçi bu bloku açmayacaq. Əgər ayrı-ayrı istifadəçilərdirlərsə mən onlara müzakirələrə qoşulmayıb fəaliyyətlərini davam etdirməyi tövsiyə edərdim. İstənilən halda bu qərardan yaranacaq hər bir problemin məsuliyyəti idarəçi Ceklinin üzərinə düşəcək və onun idarəçi reputasiyasına zərbə olacaq. --Sortilegus (talk) 19:19, 24 fevral 2015 (UTC)
- Mən də Tərxan bəyə təşəkkür edirəm. Hesab edirəm ki, onun qərarı bir qədər, bəlkə də əslində xeyli gecikmiş olsa da vikipediya prinsiplərinə tam uyğundur. Hörmətli Sortilegus, məni 1 ildən çox blokda saxlamaqla vikipediya bir şey qazanıbmı? Mənim işlədiyim mövzuları, başqası davam etdiribmi? Hər iki sualımın bir cavabı var: yox! Doğrusunu desəm mən özüm də vikipediyaya qayıtmaq fikrində deyildim. Bir qədər tərəddüd etdim və burada idarəçi-aktiv istifadəçi münasibətlərinin yaxşılığa doğru xeyli dəyişdiyini gördükdən sonra mənə elə gəldi ki, artıq vikipediyada fəaliyyətimi bərpa etməyin vaxtı yetişibdir. Əvvəl aktiv istifadəçinin şikayətinə baxan olmurdu, idarəçi nə istəsə, o olmalı idi. İndi vəziyyət dəyişibdir. Aktiv istifadəçilər də öz hüquq və imtiyazlarından yararlana bilirlər. Odur ki, Tərxan bəyin qərarını dəstəkləyirəm və ona bir daha təşəkkür edirəm. --Aydın Məmmədov (talk) 19:34, 24 fevral 2015 (UTC)
- Dəyərli həmkarım Sortilegus, bildirirsiniz ki, "İstənilən halda bu qərardan yaranacaq hər bir problemin məsuliyyəti idarəçi Ceklinin üzərinə düşəcək və onun idarəçi reputasiyasına zərbə olacaq." Bəli. Doğrudur. Amma əksinə olacağı halda mənim idarəçi reputasiyama heç bir zərbə olmayacaq. Deməli cənnətə də düşə bilərəm, cəhənnəmə də... Onu da nəzərinizə çatdırım ki, mən "cəhənnəmi" görmüş adamam; ona görə də no problem ;) --►Cekli829 06:36, 26 fevral 2015 (UTC)
- Mən də Tərxan bəyə təşəkkür edirəm. Hesab edirəm ki, onun qərarı bir qədər, bəlkə də əslində xeyli gecikmiş olsa da vikipediya prinsiplərinə tam uyğundur. Hörmətli Sortilegus, məni 1 ildən çox blokda saxlamaqla vikipediya bir şey qazanıbmı? Mənim işlədiyim mövzuları, başqası davam etdiribmi? Hər iki sualımın bir cavabı var: yox! Doğrusunu desəm mən özüm də vikipediyaya qayıtmaq fikrində deyildim. Bir qədər tərəddüd etdim və burada idarəçi-aktiv istifadəçi münasibətlərinin yaxşılığa doğru xeyli dəyişdiyini gördükdən sonra mənə elə gəldi ki, artıq vikipediyada fəaliyyətimi bərpa etməyin vaxtı yetişibdir. Əvvəl aktiv istifadəçinin şikayətinə baxan olmurdu, idarəçi nə istəsə, o olmalı idi. İndi vəziyyət dəyişibdir. Aktiv istifadəçilər də öz hüquq və imtiyazlarından yararlana bilirlər. Odur ki, Tərxan bəyin qərarını dəstəkləyirəm və ona bir daha təşəkkür edirəm. --Aydın Məmmədov (talk) 19:34, 24 fevral 2015 (UTC)
- Mən Ceklinin bu qərarını dəstəkləmirəm. Bu addımı ilə düşünürəm ki, idarəçi öz üzərinə böyük məsuliyyət götürmüş oldu. Çünki hər iki istifadəçinin fəaliyyəti vikipediyanın işinin pozulmasına, istifadəçi və idarəçilərin təhqir olunmasına yönəlmişdi. İdarəçilərin tez-tez istifadəçini bloklayıb bloku qaldırmalarını da düzgün saymadığım üçün bloku yenidən bərpa etmirəm. Əgər bəzi iddialara görə hər iki nik altında 1 istifadəçi fəaliyyət göstərirsə biz bunu çox qısa zamanda təsbit edib hər iki istifadəçi hesabını birdəfəlik bloklayacağıq və bundan sonra heç bir idarəçi bu bloku açmayacaq. Əgər ayrı-ayrı istifadəçilərdirlərsə mən onlara müzakirələrə qoşulmayıb fəaliyyətlərini davam etdirməyi tövsiyə edərdim. İstənilən halda bu qərardan yaranacaq hər bir problemin məsuliyyəti idarəçi Ceklinin üzərinə düşəcək və onun idarəçi reputasiyasına zərbə olacaq. --Sortilegus (talk) 19:19, 24 fevral 2015 (UTC)
Advanced references
İngilis dilli vikipediyada "Advance reference" adlı istinad funksiyası var. Niyə AzViki-də bu yoxdur?--Xoncha (talk) 23:40, 22 fevral 2015 (UTC)
Cənab Xoncha sualınıza cavab verməmişdən öncə onu qeyd edim ki, Kənd meydanı bölməsində zərurət olduğu halda yeni başlıqlar açılmalıdır. Yəni bura sorğu kitabçası deyil. Yuxarıda aparılan müzakirələrə fikir versəniz biz burada əsasən mövcud problemlərimizi müzakirə edirik. Yeni istifadəçi olduğunuzu nəzərə alıb bu qaydalarla tanış olmadığınızı nəzərə alırıq. Gələcəkdə buna fikir verin lütfən. O ki, qaldı həmin funksiyanın bizdə olmaması səbəbi çox sadədir. Envikidə 142,472 bizdə isə cəmi 667 aktiv istifadəçi var. Buradan da belə bir nəticə çıxır ki, əlimzdə olanlara şükür etməli və olmayanları isə səssizcə özümüz yaratmalıyıq. Hörmətlə:--Baskervill müzakirə 13:30, 24 fevral 2015 (UTC)
- Bu yazıya indi münasibət göstərə bilməyəcəyinizi bilirəm. Tərəfinizdən mənə qarşı işlədilən təhqirə görə 2 həftəlik bloklanmısınız. Bunu heç arzu etməzdim, ancaq insanları təhqir etmək heç də düzgün bir hərəkət deyil. Bilirəm ki, bunu oxuyan bəzi yoldaşlar özü bizdən beş-betər təhqir edir, hələ gör bizə nə deyir - şəkilində düşünəcəklər. Ancaq mən heç kimin şəxsiyyətini təhqir etməmişəm. Vikipediyaçının özünə yox gördüyü işinə qiymət vermək lazımdır. Hörmətlə:--Baskervill müzakirə 13:32, 24 fevral 2015 (UTC)
Wikimania 2015 scholarships
Dear Wikimedians,
Wikimedia Polska Association will fund up to two international scholarships to this year's Wikimania conference, to take place in Mexico City, on July 15-19, 2015, covering air fare, conference fee, accomodation and insurance. See here for information on how to apply for the scholarship, what the requirements are and how to contact us. Feel free to distribute this message to any relevant Wiki pages and mailing lists. On behalf of the WIkimedia Polska Scholarship Commitee, Wpedzich (talk) 19:10, 24 fevral 2015 (UTC)
Science Photo Competition
Would Azerbaijan be interested to take part of European Science Photo Competition? It will most likely happen in November. Kruusamägi (talk) 12:07, 25 fevral 2015 (UTC)
Azərbaycan Avropa Elmi Şəkil Müsabiqəsi 2015-də iştirak etməyə maraqlıdırmı? Bunun daha çox noyabr ayında baş tutacağı görsənir.
Tərcümə etdi: --Serk@nl@nd 11:06, 2 mart 2015 (UTC)
Səttar Bəhlulzadə markası
Salam. Mən Rus Vikipediyasında yazdığım Səttar Bəhlulzadə haqqında məqaləni seçilmiş məqalə satusu almağa namizədliyini irəli sürmüşəm. Ancaq orda rəssamın azad olmayan fotosundan istifadə etməyə icazə vermirlər. Tövsiyə olunur ki, rəssamın şəklini bu poçt markasından kəsib götürəm. Ancaq poçt markanın ölçüləri çox kiçikdi və şəkil aşağı keyfiyyətli alınır. Əgər kiminsə bu markanı yüksək keyfiyyətdə yükləmək imkanı varsa, və ya onun fotoşəklini çəkə bilərsə, çox minnətdar olardım. --Interfase (talk) 15:29, 25 fevral 2015 (UTC)
- Müvafiq məqalənin hazırlanmasında çəkdiyin əziyyətə görə minnətdaram. Mən bu video-slaydı hazırladığım vaxt çox axtarsam da həmin filateliya məhsulunun böyük ölçülüsünü əldə edə bilməmişdim. Səttar Bəhlulzadə haqqında məqalədə istifadə etməyin üçün hələlik File:Səttar Bəhlulzadə.JPG faylını hazırladım. Daha keyfiyyətlisini əldə edən kimi Kommonsa yükləyəcəm. --►Cekli829 17:51, 25 fevral 2015 (UTC)
- Mən də hazırlamışam. Ancaq hər ikisinin keyfiyyəti aşağıdı. --Interfase (talk) 18:35, 25 fevral 2015 (UTC)
Hər birimiz üçün maraqlı olacağını nəzərə alıb Başqa dillərdə Azərbaycanla bağlı status almış məqalələr adlı bir səhifə yaratdım. Mən rastıma çıxan məqalələri əlavə etməyə çalışacam. Əgər sizində bildiyiniz məqalələr varsa mütləq əlavə edin. Bu məsələdə xüsusi ilə Cekli829-un aktiv olacağına inanıram. Hörmətlə:--Baskervill müzakirə 16:27, 28 fevral 2015 (UTC)
- Əlbəttəǃ İnamında haqlısanǃ Məmnuniyyətlə, əlavələr edəcəyəm. --►Cekli829 16:34, 28 fevral 2015 (UTC)
- Diqqətə bə dəstəyə görə təşəkkür edirəm. Rastıma çox maraqlı məqalələr çıxdı. Düşünürəm ki, hər birimizə məlum olan belə məqalələr mövcuddur. Bu səbəbdən hər bir kəs yaddaşını işə salsa sonda maraqlı bir iş ortaya çıxacaq. --Baskervill müzakirə 16:56, 28 fevral 2015 (UTC)
Arşın mal alan
Arşın mal alan haqqında məqalə Rus Vikipediyasında seçilmiş məqalə statusunu aldı. Bəlkə bizim Vikipediyada da bu məqaləni ən azı o səviyəyə çatdıraq? Kimsə sadəcə tərcümə edə bilər? Öz mədəniyyətimizi özümüzə də tanıdaq! --Interfase (talk) 18:20, 28 fevral 2015 (UTC)
- Həm də o məqalə hazırda RuVikinin Ana Səhifəsindədir. Təşəkkürlər Interfaseǃ --►Cekli829 18:23, 28 fevral 2015 (UTC)
- Bu sahədə sizin tərəfindən görülən işlər doğurdan möhtəşəmdir cənab Interfase. Əlimzdən gələni edəcəyik, şəxsən mən etmək istərdim. --Baskervill müzakirə 18:46, 28 fevral 2015 (UTC)