Vikipediya Kend Meydani Arxiv Fevral 2017 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
İmzaların formatlaşdırılmasına dair tələblərin sərtləşdirilməsi
Bütün Vikipediya ailəsini salamlayıram! Sizə xüsusi bir təklifim olacaq və bu təbii ki, bəzi istifadəçi/idarəçi ailəsi tərəfindən pozitiv/neqativ qiymətləndirilə bilər. Buna görə də təklif edirəm ki, məsələyə adi səsvermə rakursundan yanaşaq, çünki yazışmalar Vikipediyanın bürokratlaşmasına səbəb olur. Buradakı məsələni kontrarqumentasiya məqsədilə istifadə etməməyinizi xahiş edirəm.
Şərh: Burada qoyduğum başlıca məsələ, CSS-atributu və font tegləri ilə yerinə yetirilən istifadəçi imzalarına qadağanın və yaxud məhdudlaşdırılmanın tətbiq edilməsindən bəhs edir. Bildiyimiz kimi, səsvermə, müzakirə və digər korrespondensiya aktları zamanı, çox zaman müraciət etmək istədiyimiz iştirakçının adının yazmaqda çətinlik çəkirik. Çünki çox zaman bu istifadəçilər sadə İstifadəçi:(İstifadəçinin AzVikidəki real adı) və yaxud 2 tire və 4 tilda formatındandan imtina edərək, daha gəliz və çox zaman anlaması bir qədər qeyri-mümkün olan Font teglərindən bəhrələnirlər. İstifadəçi imzasının daha xoşagörümlü olması məqsədilə, çox zaman müxtəlif rəng çalarlarından, kölgə, ölçü, şrift və s. CSS-üslubiyyatlarından istifadə edirlər və bu yazışma zamanı lazımsız böyükölçülü imzaların yaranmasına və müzakirənin aparıldığı səhifənin süni şəkildə böyüməsinə səbəb olur. Həmçinin font, span, div teglərinin tətbiqi də məncə məhdudlaşdırılmalıdır. Əgər idarəçilər bu məsələyə müsbət rəy verərlərsə, xüsusi səsvermənin hansı üsulda keçiriləcəyi barəsində ətraflı məlumat verə bilərəm. Sizə dərin hörmətlə, --Farid Aliyev (müzakirə) 15:49, 30 yanvar 2017 (UTC)
Yəqin ki, formatlaşdırılmasının məhdudlaşdırılmasını nəzərdə tutduğunuz imzalardan biri mənim imzamdı ;) --►Cekli səkkiz yüz iyirmi doqquz 16:55, 30 yanvar 2017 (UTC)
- Çox hörmətli cənab Cekli, mən sizin istifadəçi adınızı həmişə bilmişəm, sizi burada nəzərdə tutmaq heç zaman istəməzdim, üzr istəyirəm, xətrinizə dəymək istəməzdim. Nümunə kimi məsələn bax bu Namikilisu istifadəçinin imzasını sizə təqdim edirəm, onun imzasına tıklamağa cəhd edin, onun istifadəçi səhifəsinə keçid yaradılmır, bu axı düzgüz deyil. Yəni hər bir istifadəçinin imzasının üzərinə basıldığı zaman avtomatik olaraq keçid yaradılmalıdır. Burada isə biz bunu müşahidə etmirik. Yəni mən məhz ona görə dedim tegləri məhdudlaşdırmaq daha düzgün olar, nəinki tam qadağa qoymaq. --Farid Aliyev (müzakirə) 19:41, 30 yanvar 2017 (UTC)
- Bu ola bilsin hansısa texniki problemlə bağlı yaranmışdı. Əvvəllər hər zaman keçid olurdu. Artıq imzamda keçid yaranır.--Namikilisu 11:52, 3 fevral 2017 (UTC)
- İmzanın üzərində çıqqıldatdıqda əgər keçid vermirsə mən Farid Aliyevin bu təklifi ilə tam razıyam. -- ■ Sultan mesaj 19:09, 4 fevral 2017 (UTC)
- Bu ola bilsin hansısa texniki problemlə bağlı yaranmışdı. Əvvəllər hər zaman keçid olurdu. Artıq imzamda keçid yaranır.--Namikilisu 11:52, 3 fevral 2017 (UTC)
- Çox hörmətli cənab Cekli, mən sizin istifadəçi adınızı həmişə bilmişəm, sizi burada nəzərdə tutmaq heç zaman istəməzdim, üzr istəyirəm, xətrinizə dəymək istəməzdim. Nümunə kimi məsələn bax bu Namikilisu istifadəçinin imzasını sizə təqdim edirəm, onun imzasına tıklamağa cəhd edin, onun istifadəçi səhifəsinə keçid yaradılmır, bu axı düzgüz deyil. Yəni hər bir istifadəçinin imzasının üzərinə basıldığı zaman avtomatik olaraq keçid yaradılmalıdır. Burada isə biz bunu müşahidə etmirik. Yəni mən məhz ona görə dedim tegləri məhdudlaşdırmaq daha düzgün olar, nəinki tam qadağa qoymaq. --Farid Aliyev (müzakirə) 19:41, 30 yanvar 2017 (UTC)
Xahiş
Əziz Vikipediya dostlarım! Sizdən mühüm bir xahişim olacaq! Mən hal-hazırda Frauenkirxa məqaləsi üzərində çalışıram və onun bu [1] bölməsinə doppel (ikili) şəkil yerləşdirmişəm. Orada həm Drezden şəhərinin qədim mənzərəli xəritəsi və ağ-qara rəngli kilsənin şəkili vardır. Drezden şəhərinin mənzərəli xəritəsində Frauenkirxa kilsəsi şimal-şərqdə təsvir olunub (damı mavi rəngdə olan yeganə binadır). İndi mənim başlıca xahişim: həmin mavi damlı binadan ağ-qara rəngli kilsə şəkilinə doğru qalın ox işarəsini əlavə edə bilərsinizmi? Bu mənə çox lazımdır, çox xahiş edirəm kömək edin! --Farid Aliyev (müzakirə) 21:24, 6 fevral 2017 (UTC)
- Farid Aliyev hansısa vikipediyada var ümimiyyətlə belə ox ilə işarələndirmə? Varsa ona keçid ver baxım. Çünki sən deyən formada həmin ox commonsdakı orijinal şəklə əlavə olmalıdır, yəni ona "yapışmamalıdı". --Sortilegus (müzakirə) 21:33, 11 fevral 2017 (UTC)
- Təbii ki cənab Sortilegus, bizdə İzahat xətti adlı şablon mövcuddur [2], sadəcə mən onunla işləyə bilmirəm, bir də həmin şablondakı ox nazikdir, daha qalın ox olsa idi, oxuyucu da onu həmən görə bilərdi. Həmin şablonla işləyə bilmədiyim üçün burada xahiş etdim, heç kim yardım etmədi, hələ aşağıda daha bir xahişim var, o daha gəliz bir şablon haqqındadır. Bu şablonlar olmasa, mən SM statusuna layiq görüləcək məqaləmi istədiyim kimi möhtəşəm edə bilməyəcəm. --Farid Aliyev (müzakirə) 21:54, 11 fevral 2017 (UTC)
- Ok baxaram. Amma bu şablonlar ({{Şəkildən hissə}} və {{İzahat xətti2}}) məncə bir-biri ilə işləməzlər. Funksiyaları ayrıdır. Biri şəklin üstünə şəkil gətirir, biri şəklin üstünə ox. Ya birincidən istifadə etməlisən, ya ikincidən. Başqa vikilərdə elə bir nümunə olsaydı ki, hamısı birlikdə işlənir, onun əsasında asanlıqla sən deyəni düzəltmək olardı. --Sortilegus (müzakirə) 22:13, 11 fevral 2017 (UTC)
- Eybi yoxdur cənab Sortilegus, sadəcə bir az fərqli bir şablonun olmasını arzulayırdım. O zaman Sizdən rica edirəm, mümkün qədər aşağıda yazdığım [3] xahişimə nəzər yetirəsiniz. Əvvəllər White Demon aktiv idi, indi qalmışam belə anlarda tək((( --Farid Aliyev (müzakirə) 01:02, 12 fevral 2017 (UTC)
Dövlət xadimi şablonu ilə bağlı kiçik məlumat
Məlumat üçün bildirirəm ki, {{Dövlət xadimi}} şablonuna kiçik dəyişiklik etdim və bundan sonra info-qutuda avtomatik olaraq vikianbara keçid görünəcəkdir. Yəni, artıq dövlət xadimləri haqqında səhifələrə əlavə olaraq {{Vikianbar kateqoriyası}} tipli şablonların yerləşdirilməsinə ehtiyac qalmır. Bununla yanaşı onu da bildirmək istəyirəm ki, heç də hər şey qaydasında deyil, {{Dövlət xadimi}} və bu kimi şablonlar kifayət qədər köhnəliblər və onların başdan-ayağa yenilənməsinin vaxtı çatıb. Hörmətlə, Aydın Məmmədov (müzakirə) 23:32, 8 fevral 2017 (UTC)
- Aydinsalis, sizə təşəkkür edirəm. Və onu da əlavə edim ki, bəli bir çox şablonlar köhnəlib yenilənməlidir. Envikidəki təkmil formaya uyğunlaşdırılmalıdır. Məsələn mən bu naqisliklə Şəxs şablonunda qarşılaşdım. 1-2 nəfər istifadəçi həmkarıma müraciət etsəm də vaxtları olmadı. Aydın bəy, siz təkmilləşdirin məncə bu cür naqis şablonları. Amma mümkündürsə, elə edin ki, təkmilləşdirdiyiniz şablon başqa nə qədər məqalədə varsa aşıbka verməsin. Ya da By erdo can kimi bu şeydən başı çıxan həmkarlarımız elə etsin ki, təkmilləşən şablonlar bütün məqalələrdə yenilənsin.--samral müzakirə 20:37, 9 fevral 2017 (UTC)
- Samral bəy, dediyiniz şablon {{Kartoçka}} şablonu əsasında yaradılmışdır. Və əvvəlki müzakirələrdə göstərdim ki, vikipediya inkişaf etdiyi üçün şablonlar vaxtaşırı olaraq yenilənməlidir və bizdə bunu edən olmayıb, etmək istəyənlərə qarşı isə aqressiv münasibət göstərilir, şəxsən öz təcrübəmdən bilirəm. Həmişə belə olub. 2 il əvvəl rusca Книга şablonu yaradılanda, demək olar ki hamı buna qarşı çıxdı, hal-hazırda isə bu rusca şablon 28 dildə, hətta fars dilində vikipediyada da var. Bizdə də olsaydı nə olardı? İşimiz rahatlaşacaqdı, vəssalam. Şablon üzrə ixtisaslaşmış istifadəçilər olmalıdır və bizdə belələri yoxdur, mən də o cümlədən. Mən yalnız ru vikidəki variant əsasında {{Kartoçka}} şablonunun dublikatını olduğu kimi hazırlaya bilərəm və bunun oşibka verib-vermədiyini yalnız bir neçə məqalədə sınaqdan çıxartdıqdan sonra bilmək olar. Hal-hazırda işlənən şablonları tam yeniləmək isə mənlik deyil. Kim edə bilirsə, buyursun. Aydın Məmmədov (müzakirə) 10:35, 10 fevral 2017 (UTC)
- Aydinsalis, şablonda göstərilən commoncscatın yanında commonsun balaca loqosu da görünsə pis olmaz məncə. Ruvikidəki kimi. --Araz Yaquboglu (müzakirə) 05:01, 11 fevral 2017 (UTC)
- Araz nəy, heç buna fikir verməmişdim, yaxşı yadıma saldınız. Amma dediyiniz loqonun ru vikidəki kimi görünməsi üçün şablon özü ruvikidəki vəziyyətə gətirilməlidir. İnşallah, tezliklə bu işi kimsə edər, bəlkə mən etdim. Hələlik isə müvəqqəti olaraq, dediyiniz loqonu, istədiyiniz yerə yerləşdirdim. Bir "əmması" var, amma, loqo sommons kateqoriyasına yox, loqonun özünə keçid verir. Hələlik bacardığım budur. Aydın Məmmədov (müzakirə) 14:10, 11 fevral 2017 (UTC)
- Araz nəy, indi gözümə dəydi ki, Vahanvəng məqaləsinin infoqutusunda siz deyən kimidir. İnşallah bunda da belə edəcərəm. Elə Vahanvəngə baxanda, başım işlədi, info-ququnun oşibkasını düzəldə bildim. İndi o nəinki ruvikidəki kimidir, həttə ondan daha yaxşıdır və daha çox funksiyaya malikdir. Aydın Məmmədov (müzakirə) 22:20, 11 fevral 2017 (UTC)
- Araz nəy, heç buna fikir verməmişdim, yaxşı yadıma saldınız. Amma dediyiniz loqonun ru vikidəki kimi görünməsi üçün şablon özü ruvikidəki vəziyyətə gətirilməlidir. İnşallah, tezliklə bu işi kimsə edər, bəlkə mən etdim. Hələlik isə müvəqqəti olaraq, dediyiniz loqonu, istədiyiniz yerə yerləşdirdim. Bir "əmması" var, amma, loqo sommons kateqoriyasına yox, loqonun özünə keçid verir. Hələlik bacardığım budur. Aydın Məmmədov (müzakirə) 14:10, 11 fevral 2017 (UTC)
- Aydinsalis, şablonda göstərilən commoncscatın yanında commonsun balaca loqosu da görünsə pis olmaz məncə. Ruvikidəki kimi. --Araz Yaquboglu (müzakirə) 05:01, 11 fevral 2017 (UTC)
- Samral bəy, dediyiniz şablon {{Kartoçka}} şablonu əsasında yaradılmışdır. Və əvvəlki müzakirələrdə göstərdim ki, vikipediya inkişaf etdiyi üçün şablonlar vaxtaşırı olaraq yenilənməlidir və bizdə bunu edən olmayıb, etmək istəyənlərə qarşı isə aqressiv münasibət göstərilir, şəxsən öz təcrübəmdən bilirəm. Həmişə belə olub. 2 il əvvəl rusca Книга şablonu yaradılanda, demək olar ki hamı buna qarşı çıxdı, hal-hazırda isə bu rusca şablon 28 dildə, hətta fars dilində vikipediyada da var. Bizdə də olsaydı nə olardı? İşimiz rahatlaşacaqdı, vəssalam. Şablon üzrə ixtisaslaşmış istifadəçilər olmalıdır və bizdə belələri yoxdur, mən də o cümlədən. Mən yalnız ru vikidəki variant əsasında {{Kartoçka}} şablonunun dublikatını olduğu kimi hazırlaya bilərəm və bunun oşibka verib-vermədiyini yalnız bir neçə məqalədə sınaqdan çıxartdıqdan sonra bilmək olar. Hal-hazırda işlənən şablonları tam yeniləmək isə mənlik deyil. Kim edə bilirsə, buyursun. Aydın Məmmədov (müzakirə) 10:35, 10 fevral 2017 (UTC)
Mövzulu ay ilə bağlı
Viki cəmiyyəti salamlayıram. AMEA Mərkəzi Elmi Kitabxanası Mövzulu ay lahiyəsini maraqla izləyir və öz töhfəsini bu lahiyəyə vermək niyyətindədir. Belə ki, Cənubi Azərbaycan ayının qaliblərinin mükafatlandırılması kimi bir təklif var. Təklif paketi aşağıdakı kimidir:
- I yer - 8 cildlik Molla Nəsrəddin kitabının bir cildi.
- II yer - Naxçıvan ensiklopediyası və bir ədəd bədii ədəbiyyat.
- III yer - iki ədəd bədii ədəbiyyat.
Düşünürəm ki, bu təklif "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu tərəfindən də müsbət qarşılanacaq, çünki son 4-5 ay ərzində mövzulu ay qalibləri mükafatlandırılmayıb. Əgər ciddi bir etiraz yoxdursa Cənubi Azərbaycan ayının fərqlənənləri Qolcomaq, Cekli829, Anar kerimxanov və Huseyn200021 adlı istifadəçilərin gələ biləcəyi ümumi bir vaxt təyin edək. Bu barədə Azvikidə də ətraflı məlumat verilə bilər və bu təklif davamlı xarakter ala bilər. --BaskervillDe gəlsin ! 17:41, 9 fevral 2017 (UTC)
- Mən əvvəlcə mükafatları təsis etdiyinə görə Baskervillə təşəkkürümü bildirirəm. Mən razıyam. Uyğun vaxtda gəlib götürə bilərəm.--Anar kerimxanov (müzakirə) 21:51, 9 fevral 2017 (UTC)
- Xoşdur. Doğrusu mən təsisçi yox, təklif ilə çıxış edən bir şəxsəm. Cənab Anar kerimxanov sizə bir ensiklopediya və bir ədəd də bədii ədəbiyyat düşür. Çalışacam ki, bədii ədəbiyyatı 20 yazıçı arasından özünüz seçəsiniz. Mənə cənab Qolcomaq, Cekli829 və Huseyn200021-un fikirləridə maraqlıdır. --BaskervillDe gəlsin ! 17:55, 9 fevral 2017 (UTC)
- Baskervill, Cənubi Azərbaycan ayının qaliblərinin başqa bir tərəfdən də mükafatlandırılması yaxşı işdir. Amma təklif edirəm ki AMEA Mərkəzi Elmi Kitabxanası mükafat təsis edə bilirsə, alternativ aylıq da keçirsin. Çünki Vikimedia aylıqlarının mövzusu heç də bütün istifadəçiləri qane etmir. Məsələn, Xəzər dənizində neçə ada var bilmirəm, 1-2-sindən başqa heç birinin adını bilmirəm, mənə lazımdımı ki, Şimali Amerikada nə var, nə yox? Şimali Amerika haqqında mənə məlumat lazım olsa, bunu rusca, ingiliscə əldə edib məlumatlana bilərəm. Azərbaycanla bağlı bir çox məlumatlar isə heç yerdə yoxdur, bunu internetə biz yerləşdirməliyik. Mərkəzi Elmi Kitabxana Azərbaycanla bağlı aylıqlar keçirsə və qalibləri mükafatlandırsa daha yaxşı olardı. Bir də ki, bədi ədəbiyyad-zad bizə lazım deyil. Əvəzində AME-sı verilsə, pis olmaz. 1-ci yerə 5 cild, 2-ci yerə 3 cild, 3-cü yerə 1 cild. :) Aydın Məmmədov (müzakirə) 18:15, 9 fevral 2017 (UTC)
- Fikrimcə, bu tədbir məqalə yazanlar üçün əla motivasiya daşıyır, həmdə kitabdan daha dəyərli nə mükafatı ola bilər ki? Bunu təsis edənlər üçün ayrı təşşəkür düşür. Hörmətlə --Hilal knight (müzakirə) 18:18, 9 fevral 2017 (UTC)
- Cənab Aydın Məmmədov AMEA Mərkəzi Elmi Kitabxananın da əsas niyyəti bu işi maksimal dərəcədə stimullaşdırmaqdan ibarətdir. Mövzulu aylarla bağlı olan narahatçılığınızı mənə sosial şəbəkə üzərindən də ifadə etmişdiniz və əslində mən bu narahatçılığı haqlı hesab edirəm. Mövzu aylar çox zaman heç də bütün istifadəçilərin maraqlarını və hədəf dairələrini əhatə etmir. Buna baxmayaraq siz də yeni bir mövzunun başladılması üçün müraciət edə bilərsiniz. O ki, qaldı AME məsələsinə, inanıram ki, gələcəkdə onuda həll etmək olar. İndiki hədiyyələrdə heç də pis deyil. 8 cildlik Molla Nəsrəddin kitabının tək bir cildini o gün 56 manata aldım. --BaskervillDe gəlsin ! 18:24, 9 fevral 2017 (UTC)
- Hədiyyələr bəli pis deyil. Amma AME olsa daha əla olardı :) . Çünki bu AME vikipediyaçının stolüstü kitabıdır. Və bu onda olarsa daha səmərəli fəaliyyət göstərə bilər. Aydın Məmmədov (müzakirə) 18:45, 9 fevral 2017 (UTC)
- Baskervill, ayların mövzuları istifadəçilərdə ona görə mara yaratmır ki, onlar bu mövzuların seçimində iştrak etmir. --Мурад 97 (müzakirə) 19:22, 9 fevral 2017 (UTC)
- Cənab Aydın Məmmədov AMEA Mərkəzi Elmi Kitabxananın da əsas niyyəti bu işi maksimal dərəcədə stimullaşdırmaqdan ibarətdir. Mövzulu aylarla bağlı olan narahatçılığınızı mənə sosial şəbəkə üzərindən də ifadə etmişdiniz və əslində mən bu narahatçılığı haqlı hesab edirəm. Mövzu aylar çox zaman heç də bütün istifadəçilərin maraqlarını və hədəf dairələrini əhatə etmir. Buna baxmayaraq siz də yeni bir mövzunun başladılması üçün müraciət edə bilərsiniz. O ki, qaldı AME məsələsinə, inanıram ki, gələcəkdə onuda həll etmək olar. İndiki hədiyyələrdə heç də pis deyil. 8 cildlik Molla Nəsrəddin kitabının tək bir cildini o gün 56 manata aldım. --BaskervillDe gəlsin ! 18:24, 9 fevral 2017 (UTC)
- Fikrimcə, bu tədbir məqalə yazanlar üçün əla motivasiya daşıyır, həmdə kitabdan daha dəyərli nə mükafatı ola bilər ki? Bunu təsis edənlər üçün ayrı təşşəkür düşür. Hörmətlə --Hilal knight (müzakirə) 18:18, 9 fevral 2017 (UTC)
- Baskervill, Cənubi Azərbaycan ayının qaliblərinin başqa bir tərəfdən də mükafatlandırılması yaxşı işdir. Amma təklif edirəm ki AMEA Mərkəzi Elmi Kitabxanası mükafat təsis edə bilirsə, alternativ aylıq da keçirsin. Çünki Vikimedia aylıqlarının mövzusu heç də bütün istifadəçiləri qane etmir. Məsələn, Xəzər dənizində neçə ada var bilmirəm, 1-2-sindən başqa heç birinin adını bilmirəm, mənə lazımdımı ki, Şimali Amerikada nə var, nə yox? Şimali Amerika haqqında mənə məlumat lazım olsa, bunu rusca, ingiliscə əldə edib məlumatlana bilərəm. Azərbaycanla bağlı bir çox məlumatlar isə heç yerdə yoxdur, bunu internetə biz yerləşdirməliyik. Mərkəzi Elmi Kitabxana Azərbaycanla bağlı aylıqlar keçirsə və qalibləri mükafatlandırsa daha yaxşı olardı. Bir də ki, bədi ədəbiyyad-zad bizə lazım deyil. Əvəzində AME-sı verilsə, pis olmaz. 1-ci yerə 5 cild, 2-ci yerə 3 cild, 3-cü yerə 1 cild. :) Aydın Məmmədov (müzakirə) 18:15, 9 fevral 2017 (UTC)
- Bu addım yüksək qiymətləndirilməlidir. Düşünürəm ki, motivasiya baxımındanda əla addıımdır. Həmkarlarımın fikiri ilə də razıyam. Lovğalıq olmasın misal kimi bildirirəm ki, Xəzər dənizində Azərbaycana məxsus coğrafi obyeklərin bir qismini mən yazmışam ancaq mənbə axtararkən internet mənbələrində demək olar ki heç nə tapmaq olmur. Yalnız koordinatı göstərən sitələrlə kifayətlənirəm. Düşünürəm ki, çoğrafiya, bilologiya, zoologiya, tarix və s ilə əlaqəli ensiklopedik kitabların verilməsi üzərində işlənilsə çox gözəl olardı. Düz bir ay müddətində ru vikidə Qu adasının ru:Остров Гут olmaması barədə qırğına çıxdım. Mənə etibarlı mənbə gətir deyəndə bir şey tapa bilmirdim. Düzdü rusların bir necəsi və orada yaşan azərbaycanlılar məni dəstəkləsələrdə etibarlı mənbə məsələsi istədiyim adı gerçəkləşdirməyə imkan vermədi. Qurdbasarla bağlı da az qala özümü öldürürdüm ki, bu Azərbaycan çoban itidir. Amma ermənilər qampr adı ilə artıq onu ensiklopediyalarına soxduqlarından yenə etibarlı mənbə mənim qarşıma bir sədd kimi çıxdı. Bir şey edə bilmədim. Bununla belə təşkilatçılara təşəkkür edirəm. Baskervill sizində təşkilatçılıq təşəbbüslərinizi yüksək qiymətləndirirəm.--Qolçomaq (müzakirə) 19:03, 9 fevral 2017 (UTC)
- Xoşdur. Doğrusu mən təsisçi yox, təklif ilə çıxış edən bir şəxsəm. Cənab Anar kerimxanov sizə bir ensiklopediya və bir ədəd də bədii ədəbiyyat düşür. Çalışacam ki, bədii ədəbiyyatı 20 yazıçı arasından özünüz seçəsiniz. Mənə cənab Qolcomaq, Cekli829 və Huseyn200021-un fikirləridə maraqlıdır. --BaskervillDe gəlsin ! 17:55, 9 fevral 2017 (UTC)
- Mən əvvəlcə mükafatları təsis etdiyinə görə Baskervillə təşəkkürümü bildirirəm. Mən razıyam. Uyğun vaxtda gəlib götürə bilərəm.--Anar kerimxanov (müzakirə) 21:51, 9 fevral 2017 (UTC)
AMEA Mərkəzi Elmi Kitabxanasının Mövzulu ay lahiyəsi ilə bağlı təklifini dəstəkləyirəm. Amma daha yaxşı olardı ki, mükafatlar ay başlamamışdan əvvəl elan olunardı ki, istifadəçilər də buna uyğun fəaliyyət göstərərdilər. Amma istənilən halda təşəbbüsü dəstəkləyirəm. Əlavə olaraq belə bir təklifim də var ki, həmin hədiyyələrdə xüsusi qeyd olsun. Məsələn, təxminən belə bir məzmunda: "Bu kitab Azərbaycandilli Vikipediyada 2017-ci ilin yanvar ayında keçirilmiş Cənubi Azərbaycan ayında III yeri tutmuş Cekli829-a AMEA Mərkəzi Elmi Kitabxanasının hədiyyəsidir." Bunu əl yazısı ilə də yazmaq olar və yaxud da daha fərqli məzmunda, imzalı, möhürlü, necə məsləhət bilsələr :) Baskervill ümumi bir vaxt isə yaxşı olardı ki, şənbə-bazar olmasın. Həftənin digər 5 günündə isə iştirakım bəlkə mümkün ola bilər. --►Cekli səkkiz yüz iyirmi doqquz 19:47, 9 fevral 2017 (UTC)
- Yaxşı təklifdir. Təşkilatçıları və təşəbbüskarları alqışlayır və dəstəkləyirəm. --Sortilegus (müzakirə) 20:00, 9 fevral 2017 (UTC)
- Yoldaşlar mən çox şadam ki, hər biriniz bu təklifə belə isti münasibət göstərdiniz. Əlbəttə də, cənab idarəçimiz --►Cekli səkkiz yüz iyirmi doqquz un qeyd etdiyi kimi gərək biz bunu əvvəlcədən elan edərdik. İnanıram ki, bu hal ənənəvi forma alacaq və təkcə Cənubi Azərbaycan ayı ilə yekunlaşmayacaq. Cənab Qolçomaq sizində təklif və iradlarınızı oxudum. Hələ ki, kitabxana bu kitabları təklif edir, ancaq mən sizlərində arzu etdiyiniz kitablar barədə mütləq onlara məlumat verəcəyəm. İndi isə sualım belədir. Mükafat sahibləri olan Qolcomaq, Cekli829 və Anar kerimxanov sizə hədiyyələri götürmək üçün hansı gün münasibdir ? Gələn həftənin hansı günü olsun ? --BaskervillDe gəlsin ! 20:04, 9 fevral 2017 (UTC)
- Gözəl təşəbbüsdür. Öncədən qalibləridə təbrik edirəm.--Namikilisu 20:20, 9 fevral 2017 (UTC)
- Yaxşı təklifdir. Təşkilatçıları və təşəbbüskarları alqışlayır və dəstəkləyirəm. --Sortilegus (müzakirə) 20:00, 9 fevral 2017 (UTC)
Şərh: İstifadəçilərin əziyyətlərinin qiymətləndirilməsi sözsüz ki, yaxşı addımdır, lakin mükafatlandırmanın ancaq kitab formatında olacağını ümid edirəm. Yəni "Vikipediyanın könüllülük" prinsiplərinə söykənməsini ön plana qoysaq, istifadəçilərə hər hansı bir maddi yardımın, obliqator hədiyyəetmələrin olmaması birinci dərəcəli məsələ olmalıdır, çünki əks təqdirdə bu Vikiməkanın korrupsiyalaşmasına səbəb ola bilər. --Farid Aliyev (müzakirə) 20:39, 9 fevral 2017 (UTC)
- Cənab Farid Aliyev yəgin ki, bir kitabxana hədiyyə kimi ancaq kitab verə bilər. Şəxsən mənim ağlıma başqa heç nə gəlmir. Digər bir tərəfdən mövzulu ay lahiyəsinin iştirakçıları uzun müddətdir ki, mükafatlandırılmır. Yəni bir cəhd edək, yaxşı olsa davamlı olar.--BaskervillDe gəlsin ! 20:41, 9 fevral 2017 (UTC)
- Baskervill, düşünürəm ki, çox gözəl təşəbbüsdü. Sizə də, AMEA MEK-ə də təşəkkür edirəm bu faydalı təşəbbüsə görə. Bundan əlavə bir idarəçi kimi sizdən xahiş edirəm ki, Mövzulu ayın mövzu seçimi, "Azərbaycan vikimediyaçıları istifadəçi qrupu"nun naqis görüşləri kimi hansısa "bağlı qapılar" arxasında baş tutmasın, əksinə vikicəmiyyət seçsin. Aydinsalisin də fikirlərinə qoşuluram, gələcəkdə qaliblərə AME verilsə, daha da gözəl olar. Təşəkkürlər, uğurlar.--samral müzakirə 20:43, 9 fevral 2017 (UTC)
- Baskervill çox bəyəndim təklifi. Bütün fikirləri oxudum və demək olar ki razı qaldım. Samral bağlı qapı arxasında heç nə müəyyən olunmur. Narahat olma, son aylar demək olar ki, Mövzulu ayları mən özüm təkcə müəyyən etmişəm. Bu da görürdüm ki layihə boş qalır ona görə. Qolcomaq da bu barədə mənə mesaj yazırdı. --Araz Yaquboglu (müzakirə) 10:21, 10 fevral 2017 (UTC)
- Baskervill, düşünürəm ki, çox gözəl təşəbbüsdü. Sizə də, AMEA MEK-ə də təşəkkür edirəm bu faydalı təşəbbüsə görə. Bundan əlavə bir idarəçi kimi sizdən xahiş edirəm ki, Mövzulu ayın mövzu seçimi, "Azərbaycan vikimediyaçıları istifadəçi qrupu"nun naqis görüşləri kimi hansısa "bağlı qapılar" arxasında baş tutmasın, əksinə vikicəmiyyət seçsin. Aydinsalisin də fikirlərinə qoşuluram, gələcəkdə qaliblərə AME verilsə, daha da gözəl olar. Təşəkkürlər, uğurlar.--samral müzakirə 20:43, 9 fevral 2017 (UTC)
- Araz Yaquboglu bəy, mən bağlı qapı deyərkən, əvvəlki mövzulu ayların müəyyən olunmasını və "Azərbaycan vikimediyaçıları istifadəçi qrupu"nun bir hissəsinin təşkil etdiyi görüşləri nəzərdə tutmuşam.--samral müzakirə 11:51, 10 fevral 2017 (UTC)
Şablonların yaradılması üçün yardım etməyinizi xahiş edirəm
Bütün Vikipediya ailəsini salamlayıram!
Mənə sizin yardımınız gərəklidir. Mən yaratdığım məqalədə Fotomontaj şablonundan istifadə etmək istəyirəm - [4] (orjinal şablon bu cür olmalıdır - [5]). Bu şablonu yaratmağımla peşman oldum, çünki onunla əlaqəli daha bir neçə şablon mövcuddur - [6] (orjinal şablon bu cür olmalıdır - [7]). İstərdim ki, mənə kömək edəsiniz. Burdakı bir sıra problemləri həll etmək üçün professional lazımdır. --Farid Aliyev (müzakirə) 23:04, 9 fevral 2017 (UTC)
- Salam Fərid. Şablonda olan problemlər aradan qaldırılıb. Ancaq {{Fotomontaj/doc}} səhifəsində olan istifadə təlimatlarını rus dilindən mümkünsə tərcümə edərsiniz. Hörmətlə:--Fortius-94 (Müzakirə) 06:43, 12 fevral 2017 (UTC)
- Sizə öz sonsuz minnətdarlığımı bildirirəm cənab Fortius-94. Bu mənə çox lazımi şablonlardır. Bölmələri özüm tərcümə edəcəm. --Farid Aliyev (müzakirə) 10:30, 12 fevral 2017 (UTC)
- Buyurun. --Fortius-94 (Müzakirə) 15:50, 12 fevral 2017 (UTC)
- Sizə öz sonsuz minnətdarlığımı bildirirəm cənab Fortius-94. Bu mənə çox lazımi şablonlardır. Bölmələri özüm tərcümə edəcəm. --Farid Aliyev (müzakirə) 10:30, 12 fevral 2017 (UTC)
Üzeyir Hacıbəyov
Salam, mən Üzeyir Hacıbəyov məqaləsini rus dilindən tərcümə etmək istəyirəm. Bu məqalə rus dilində seçilmiş status alıb. Kim mənə kömək etmək istəyir?--Azerifactory (müzakirə) 01:01, 11 fevral 2017 (UTC)
- Cənab Azerifactory, təəssüf ki, AzVikidə hər kəs özü üçün fəaliyyət göstərir. Yuxarıda bir həftədir ki, ikicə şablonun düzəldilməsində camaata xahiş edirəm, heç biri xahişimə reaksiya vermir. Elə bil bu şablonları özüm üçün düzəldirəm... Nə isə, mən sizə kömək edərdim, sadəcə özüm bu dəqiqə alman dilindən tərcümə edirəm statuslu bir məqaləni. Amma yenə də Sizə bu çətin tərcümə işlərində uğurlar arzulayıram. --Farid Aliyev (müzakirə) 08:47, 11 fevral 2017 (UTC)
- Keete 37, bu şablon məsələlərində White Demonun başı əla çıxır. Amma bizə daha artıq texniki yuzerlər lazımdır və arzularınıza görə təşəkkür --Azerifactory (müzakirə) 17:18, 11 fevral 2017 (UTC)
Azərbaycan dilində qarşılığı olmayan sözün tərcüməsi
Əziz Vikipediya ailəsi! Mənə kömək lazımdır. Belə ki, alman dilində elə bir texniki ifadə mövcuddur "außermittig". Onun rus dilində tərcüməsi isə belədir Внецентренное (внецентренное сжатие) - burada söhbət daşıyıcı sütunlardan gedir - [8]. Azərbaycan dilində внецентренный ifadəsinə məncə analoq mövcud deyil. Amma bu söz mənim işlədiyim Frauenkirxa məqaləsində çox lazımi bir termindir. Bu üzdən Sizdən bir xahişim var - bu ifadəyə analoji bir söz fikirləşək. --Farid Aliyev (müzakirə) 13:14, 13 fevral 2017 (UTC)
- Eksentrik daralma--Azerifactory (müzakirə) 00:35, 15 fevral 2017 (UTC)
- Mərkəzdən qaçan yığılma. --Namikilisu 21:34, 15 fevral 2017 (UTC)
Review of initial updates on Wikimedia movement strategy process
Note: Apologies for cross-posting and sending in English. Message is available for translation on Meta-Wiki.
The Wikimedia movement is beginning a movement-wide strategy discussion, a process which will run throughout 2017. For 15 years, Wikimedians have worked together to build the largest free knowledge resource in human history. During this time, we've grown from a small group of editors to a diverse network of editors, developers, affiliates, readers, donors, and partners. Today, we are more than a group of websites. We are a movement rooted in values and a powerful vision: all knowledge for all people. As a movement, we have an opportunity to decide where we go from here.
This movement strategy discussion will focus on the future of our movement: where we want to go together, and what we want to achieve. We hope to design an inclusive process that makes space for everyone: editors, community leaders, affiliates, developers, readers, donors, technology platforms, institutional partners, and people we have yet to reach. There will be multiple ways to participate including on-wiki, in private spaces, and in-person meetings. You are warmly invited to join and make your voice heard.
The immediate goal is to have a strategic direction by Wikimania 2017 to help frame a discussion on how we work together toward that strategic direction.
Regular updates are being sent to the Wikimedia-l mailing list, and posted on Meta-Wiki. Beginning with this message, monthly reviews of these updates will be sent to this page as well. Sign up to receive future announcements and monthly highlights of strategy updates on your user talk page.
Here is a review of the updates that have been sent so far:
- Update 1 on Wikimedia movement strategy process (15 December 2016)
- Introduction to process and information about budget spending resolution to support it
- Update 2 on Wikimedia movement strategy process (23 December 2016)
- Start of search for Lead Architect for movement strategy process
- Update 3 on Wikimedia movement strategy process (8 January 2017)
- Plans for strategy sessions at upcoming Wikimedia Conference 2017
- Update 4 on Wikimedia movement strategy process (11 January 2017)
- Introduction of williamsworks
- Update 5 on Wikimedia movement strategy process (2 February 2017)
- The core movement strategy team, team tracks being developed, introduction of the Community Process Steering Committee, discussions at WikiIndaba conference 2017 and the Wikimedia movement affiliates executive directors gathering in Switzerland
- Update 6 on Wikimedia movement strategy process (10 February 2017)
- Tracks A & B process prototypes and providing feedback, updates on development of all four Tracks
More information about the movement strategy is available on the Meta-Wiki 2017 Wikimedia movement strategy portal.
Posted by MediaWiki message delivery on behalf of the Wikimedia Foundation, 20:31, 15 fevral 2017 (UTC) • Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin • Get help
Şəhərlərin gerbləri
Fikir verirəm cənab Farid Aliyev heç bir mənbəyə əsalanmadan Qax şəhərinin gerbini özü istədiyi formada tərtib etmiş və son nəticədə bu gerb bir çox vikipediyalarda istifadə olunmuş - [9]. Faktiki Qax şəhərinin gerbi belədir: - [10] və buda mənbə: [11]
- Cənab istifadəçi, sizin dediyiniz "faktiki gerb"-in müəllifi də mənəm, heraldika ilə uzun müddətdir ki, məşğulam ona görə də sizdən soruşmaq istərdim, mənbənin aşağı hissəsindəki albalı simvolunu qoruyub saxlamışam, orijinalda olduğu kimi. Gerbin sahib olduğu rəngləri də olduğu kimi qoruyub saxlamışam. Ancaq qalxanın yuxarı hissəsində təsvir olunan elementi Kürmük məbədi ilə əvəz etmişəm. Çünki 1) Mənbədə təsvir olnunan element heç bir mövcud olan tikilini bildirmir, sadəcə olaraq daşların bir-birinin üzərinə yığılmasını təsvir edir. Mən isə, qalxanın yuxarısında Qax ərazisində mövcud olan ən möhtəşəm abidəni təsvir etmişəm. Bəyəm bu pisdir? Ona qaldıqda orijinal Gəncə şəhərinin gerbi mövcuddur, özü də 200 yaşı olan gerbi - [12] Nəyə görə, biz orijinal Gəncə gerbini istifadə etmək əvəzinə, naməlum müəllif tərəfindən yaradılmış və heç bir tarixi əhəmiyyəti olmayan geblə əvəzləmişik? Əgər mən Qax rayonu üçün bu cür gözəl gerb yaratmışamsa (özü də həmin gerb 80% orijinaldır, yalnız məbəd elementi yenidir) ondan imtina etməyin mənasız olduğunu hesab edirəm.
Şərh: Heraldika haqqında bəzi standartlar mövcuddur: belə ki, Sovet dövründə yaradılmış gerblərin bir çoxunda sosialist rejiminin elementləri təsvir olunurdu. Suverenitet illərində onların əvəzlənməsi başlanıldı. Daha sonra, əgər gerbin qalxanında təsvir olunmuş detal, hər hansı bir şərholunmaya məruz qalmırsa və onun məhz nəyi rəmzləşdirdiyi aydın deyilsə, o, daha qabarıq və həmin bölgənin identikliyini müəyyənləşdirən detal ilə əvəz oluna bilər. Buna görə də Qax gerbində, həmin bölgəyə aid abidənin təsvir olunmasına təəccüblə yanaşmağınız mənə maraqlı gəldi. İlisu gerbində mən Sumuq qalasını təsvir etmişəm, bəyəm pis görünür? --Farid Aliyev (müzakirə) 20:48, 16 fevral 2017 (UTC)
- Birinci dəfədir görürəm ki, rəsmi gerbə əl gəzdirilir və hələ buna haqq qazandırılmağa da çalışılır. Fərid, sən onda vaxtın olanda Azərbaycanın gerbinə də əl gəzdir, məsələn, sünbülləri zeytun budaqları ilə əvəz elə - nə fərqi var ki, budaq budaqdır da :)--Sortilegus (müzakirə) 21:14, 16 fevral 2017 (UTC)
- Sortilegus, Axı Siz əsas problemi bilmirsiniz. Qaxın heç zaman gerbi olmayıb. 70-ci illərdə yaşamış bir heraldist bu gerbləri öz xülyası əsasında yaradıb və onların rəsmi şəkildə istifadə olunmasını təklif edib, lakin onlar Dövlət tərəfindən rəsmi şəkildə qəbul edilməyib. Bizim 3 şəhərdən başqa (Bakı,Sumqayıt və Gəncə) heç bir şəhərin sənədlə təsdiq olunan və rəsmi sənədləşmələrdə istifadə olunan digər gerblərimiz yoxdur. Çünki gerb tək olan bilməz. Bir şəhərin həm bayrağı həm də gerbi olmalıdır. Bu standartdır. Bizdə bu qanun olmadığı üçün, burada Qaxın rəsmi gerbi sözündən istifadə etməyimiz gülünc görünür. --Farid Aliyev (müzakirə) 21:24, 16 fevral 2017 (UTC)
- Göstərdiyiniz məbəd heç də şəhərin identikliyini müəyyənləşdirmir. Məbəd XIX əsrə aiddir və ruslar tərəfindən inşa edilib. Zatən bu tip abidələr şəhərdə yetərincədir, məsələn Həsənxan qalası və şəhərin 3 km-də yerləşən Qum bazilikası. Sizin istək və arzularınızla bir şəhərin gerbi müəyyən oluna bilməz və belə bir hüquq sizə verilməyib. Və siz alman, ingilis və rus vikipediyasında israrla özünüz yaratdığınız gerbi yerləşdirsiz. San ki, siz Qax şəhərinin gerbini yaratmaq səlahiyyətinə maliksiz, bu haqqı sizə kim verdi?--Namikilisu 21:34, 16 fevral 2017 (UTC)
- Əyər Qaxın rəsmi gerbi yoxsa, o zaman siz nədən israrla öz gerbinizi təbliğ edirsiniz? Yoxsa deməli yoxdur. Nə vaxt rəsmən yaradılacaq gerb.o zaman istifadə edərsiz ondan.--Namikilisu 21:37, 16 fevral 2017 (UTC)
- Göstərdiyiniz məbəd heç də şəhərin identikliyini müəyyənləşdirmir. Məbəd XIX əsrə aiddir və ruslar tərəfindən inşa edilib. Zatən bu tip abidələr şəhərdə yetərincədir, məsələn Həsənxan qalası və şəhərin 3 km-də yerləşən Qum bazilikası. Sizin istək və arzularınızla bir şəhərin gerbi müəyyən oluna bilməz və belə bir hüquq sizə verilməyib. Və siz alman, ingilis və rus vikipediyasında israrla özünüz yaratdığınız gerbi yerləşdirsiz. San ki, siz Qax şəhərinin gerbini yaratmaq səlahiyyətinə maliksiz, bu haqqı sizə kim verdi?--Namikilisu 21:34, 16 fevral 2017 (UTC)
- User:Namikilisu, Siz de-facto gerbin tərəfdarısınız, yoxsa de-jure? Çünki de-jure Şuşanın gerbində Qarabağ atı təsvir olunmalıdır. Ancaq de-facto ermənilər tərəfindən Şuşi adlanan şəhərin hər bir inzibati binasında onların təsis etdiyi gerb yerləşdirilir. Məncə buradan mübahisə etməyə lüzum yoxdur. Əgər Qaxın rəsmi gerbi mövcuddursa o rəsmi sənədləşmədə və ya Qax şəhərinin hər hansı bir idarəsində təsvir olunmalıdır (məsələn, Bakı şəhər İcra hakimiyyətinin binasının qapısı qarşısında Bakı şəhərinin gerbi yerləşir). Siz özünüz Qaxda yaşayırsınız və rəsmi gerbin Necə olduğunu bizə burada təqdim etməkdə heç çətinlik çəkməyəcəksiniz. Bir də məncə siz heç nədən burada mübahisə yaratmağı sevirsiniz deyəsən, İlisu gerbində gördüyünüz kimi, heç bir dəyişiklik edilməyib. Çünki onun elementləri aydın təsvir olunub. Qaxın gerbində gürcü kilsəsinin təsvir olunması isə, məncə çox gözəl seçimdir və həmin ərazinin multikultural olduğunu rəmzləşdirir. --Farid Aliyev (müzakirə) 21:41, 16 fevral 2017 (UTC)
- Sortilegus, Axı Siz əsas problemi bilmirsiniz. Qaxın heç zaman gerbi olmayıb. 70-ci illərdə yaşamış bir heraldist bu gerbləri öz xülyası əsasında yaradıb və onların rəsmi şəkildə istifadə olunmasını təklif edib, lakin onlar Dövlət tərəfindən rəsmi şəkildə qəbul edilməyib. Bizim 3 şəhərdən başqa (Bakı,Sumqayıt və Gəncə) heç bir şəhərin sənədlə təsdiq olunan və rəsmi sənədləşmələrdə istifadə olunan digər gerblərimiz yoxdur. Çünki gerb tək olan bilməz. Bir şəhərin həm bayrağı həm də gerbi olmalıdır. Bu standartdır. Bizdə bu qanun olmadığı üçün, burada Qaxın rəsmi gerbi sözündən istifadə etməyimiz gülünc görünür. --Farid Aliyev (müzakirə) 21:24, 16 fevral 2017 (UTC)
- İstifadəçi:Keete 37 məsələni gah Gəncə, gah Şuşa ilə mürəkkəbləşdirməyin. Müqəddəs Georgi kilsəsini Qaxın gerbində yerləşdirməyə sizə kim səlhiyyət verib? Əyər elə maraqlanırsızsa evinizdə istənilən qədər gerblər yarada bilərsiz, ancaq vikipediyada 13 minlik bir şəhərin gerbini öz istəyinizə əsasən yaratmaq və bunu hər yerdə təbliğ etmək yersizdir. O zaman sabah mən öz arzu və istəklərimə uyuğun bir gerb yaradım və burda yerləşdirim. Razısızmı?--Namikilisu 21:48, 16 fevral 2017 (UTC)
- Gerb müəlliflik hüququna malik bir anlamdır. Hər bir gerbin bir müəllifi var. Siz kilsədən tutursunuz. Ok, kilsə elementi yoxdur. Orada albalı var - deyə bilərsinizmi, niyə məhz albalı? Niyə gerbin rəngləri o cür seçilib? Qaxın gerbinin təsviratı yoxdur. Hər bir gerb yaradılarkən, qanuni olaraq bir səhifədə onun təsviri yazılır. Məsələn, kuattrotərzli qalxanın rəngi belədir və bu anlamı rəmzləşdirir... Azərbaycanın ümumiyyətlə heç bir şəhərinin (Bakı istisna olmaqla) qanuni qüvvəyə minmiş gerbi yoxdur. Siz isə kilsədən tutmusunuz. Deyəsən xristianlardan xoşunuz gəlmir... --Farid Aliyev (müzakirə) 22:00, 16 fevral 2017 (UTC)
- Özümüzü gülünc günə qoyub tariximizi saxtalaşdırmayaq. Onsuz da tariximiz zaman-zaman saxtalaşdırılıb. Əgər gerbdə nəsə aydın deyilsə elə də qalsın. Gürcünün ya xristianın niyə tikilisi bizim gerbə girməlidir axı. --Araz Yaquboglu (müzakirə) 06:34, 17 fevral 2017 (UTC)
- Gerb müəlliflik hüququna malik bir anlamdır. Hər bir gerbin bir müəllifi var. Siz kilsədən tutursunuz. Ok, kilsə elementi yoxdur. Orada albalı var - deyə bilərsinizmi, niyə məhz albalı? Niyə gerbin rəngləri o cür seçilib? Qaxın gerbinin təsviratı yoxdur. Hər bir gerb yaradılarkən, qanuni olaraq bir səhifədə onun təsviri yazılır. Məsələn, kuattrotərzli qalxanın rəngi belədir və bu anlamı rəmzləşdirir... Azərbaycanın ümumiyyətlə heç bir şəhərinin (Bakı istisna olmaqla) qanuni qüvvəyə minmiş gerbi yoxdur. Siz isə kilsədən tutmusunuz. Deyəsən xristianlardan xoşunuz gəlmir... --Farid Aliyev (müzakirə) 22:00, 16 fevral 2017 (UTC)
Şərh: Kilsə elementi gerbdən çıxarıla bilər. Bu o qədər də çətin məsələ deyil, əlaxüsus da əgər qanunla heç bir Azərbaycan rayonunun rəsmi gerbi yoxdursa, onların simvolik şəkildə yaradılması da qadağan deyil. Məni şəxsən burada üzən o oldu ki, mənimlə burada yenə də yuxarı tonla yazışma edildi. Namik bəyin mənə yazdığı Sənə bu səlahiyyəti kim verib ifadəsi, əslində buradakı fəaliyyət göstərən insanların adi məsələlərə hansı rakursdan yanaşdıqlarını bariz şəkildə nümayiş etdirir. Əgər Namik bəy istəyirsə, kilsə elementi gerb qalxanından mən tərəfdən yığışdırılar. Sadəcə belə adi məsələlərə bu qədər aqressiya göstərməyinizə ehtiyac yox idi. Mən bütün digər yaşayış məntəqələrinin gürblərini orjinala tam uyğun etmişəm. Ancaq Qax gerbinin yuxarı hissəsində təsvir olunan elementin naməlum olmasını ortaya gətirərək, onun daha aydın və həmin bölgəni rəmzləşdirən elementlə əvəz etmişdim. Onu dəyişmək olar, Commons-da yeni gerbin yüklənilməsi kifayətdir. Gerbi yeniləyərəm, ümidvaram daha problem yoxdur. --Farid Aliyev (müzakirə) 08:31, 17 fevral 2017 (UTC)
- Nə xristianlığa nə də digər dinə qarşı hansısa aqresiyam yoxdur. İradım onadır ki, gerbdə göstərilən kilsə faktiki elə bir önəmə malik abidə deyil.Kilsənin yerləşdiyi məkan və vaxtilə orda olan alban kilsəsi önəmli idi. Bu kilsəni isə sadəcə ruslar tikib və məqsədləri xiristianlığı yaymaq olmuş. O üzdən abidəni Qax şəhərinin simvoluna çevrimək doğru deyil. Əyər doğrudan orda 1-ci əsrə aid Alban kilsəsi qalsaydı mən sizinlə razilaşardım.--Namikilisu 16:17, 17 fevral 2017 (UTC)
- Aparılan müzakirələri maraqla oxudum. Belə başa düşdüm ki, istifadəçi Farid Aliyev Qax şəhərinin gerbinin olmamasının əsas gətirərək özündən gerb düzəldib və onu Qax haqqında bir necə vikidə olan məqalələrə tətbiq edib. Əlbəttə də bir şəhərin gerbinin olmaması, kiminsə həmin şəhər üçün gerb düzəltməsinə mane olmur. Sadəcə burada gərək öz fəaliyyətə yol verilməsin. Fərz edək ki, Hollandiyada kiçik bir şəhərin gerbi yoxdur və bir nəfər həmin şəhər üçün hazırladığı gerbin üzərində məscid şəkili əlavə edir. Bəlkə də bəziləri məni dar düşüncəli olmaqda günahlandıracaq, ancaq bir şəhərin siması hesab olunan bir xüsusiyyətin hazırlanması zamanı ən azından ictimai müzakirələr aparılmalıdır, heç olmasa viki daxilində. Həmin gerb məqalədən çıxarılmalıdır. --BaskervillDe gəlsin ! 16:48, 17 fevral 2017 (UTC)
- Mövzudan bir az kənara çıxsam da, Bakı gerbi məqaləsinin intervikisində problem vardır. Bakı gerbi ilə https://ru.wikipedia.org/?q=%D0%93%D0%B5%D1%80%D0%B1_%D0%91%D0%B0%D0%BA%D1%83 Rus versiyasındakı məqalənin intervikiləri başqadır. Bunları birləşdirmək mümkündürmü? --IBAnk (müzakirə) 16:58, 17 fevral 2017 (UTC)
- Hollandiyanın mövzuya nə aidiyyatı var? Cənab Baskervill, Siz bilirsiniz ki, Şəki şəhərinin tarixi gerbi mövcuddur? - [13] Bu gerb hələ Çar dövründə tətbiq olunmuşdur. Lakin günümüzdə həmin gerbin istifadə olunması əvəzinə hansısa naməlum müəllif tərəfindən yaradılmış bu [14] gerb istifadə olunur. Deməli buradan nəticə çıxarmaq olar ki, Azərbaycanda tarixi gerblər istifadə olunmur və hər bir yaşayış məntəqəsi üçün adicə evdə oturaraq gerb yaratmaq mümkündür. Sizi və bütün buradakı istifadəçiləri narahat edən element kilsədir? Əslində Vikicəmiyyətin antixristian olması nonsens deyil. Şəxsən məni, yəni kilsəyə gedən bir isanı sizin antixristiyan əhvalınız olduqca pərişan edir ancaq öz hislərimi burada ortalığa atmaq istəmirəm. Əgər bu kilsə elementinə o qədər böyük nifrət varsa, onu hamınızın istəyinizə uyğun olaraq yığışdıraram. Mən o kilsə elementini yerləşdirərkən, Namik bəyin istifadə etdiyi hər yerdə təbliğ etmək kimi fikrim yox idi. Mən günahkar deyiləm ki, Qax kilsələrdən ibarət bir bölgədir və həmin bölgənin tarixi abidələri əsasən kilsələrdən ibarətdir. Kürmük məbədi Qax rayonunun ən böyük və ən çox ziyarət edilən tarixi abidəsi sayılır və məhz buna görə də mən onu qalxana yerləşdirdim. Əgər mən orjinal Qax gerbinin yuxarı hissəsində nəyin təsvir olunduğunu müəyyən edə bilsə idim, mən onu çoxdan yerləşdirərdim. Sadəcə orjinalda bir-birinin üzərinə toplanılmış daşlar göstərilir. Daş parçaları heraldik element hesab edilmir. Yaxın günlərdə Qaxın gerbini yeniləyərəm, bu qədər məsələni şişirtməyə və məni etmədiyim işlərə görə təbliğatçı adlandırmağa da ehtiyac yox idi. --Farid Aliyev (müzakirə) 17:59, 17 fevral 2017 (UTC)
- Cənab Farid Aliyev mən sizi burada nədəsə günahlandırdığımı xatırlamıram, zəhmət olmasa mənim fikirlərimi düzgün başa düşün. Məni və digər istifadəçilərimizi bir dinə qarşı olmaqda günahlandırmaq böyük səhvdir. Burada bizim qeyd etmək istədiyimiz əsas məsələ sizin bir şəhərin gerbini sərbəst formada dəyişməyiniz və bunu bütün vikipediyalara tətbiq etməyinizdən gedir. Gerbin üzərində kilsənin əks olunması şəxsən məni narahat etmir, amma həmin bölgədən olan şəxslərin bundan narahat olmasına çox təbii hal kimi yanaşıram. Yəni sizin düşüncələrinizə bir sözüm yoxdur, sadəcə bu məsələdə sizdən fərqli insanlarında düşüncələrinin olduğunu unutmayın. Siz hər zaman maraqlı və dəyərli fəaliyyətinizlə seçilən bir istifadəçi olmusunuz, ümüd edirəm ki, bu hər zaman da belə olacaq. --BaskervillDe gəlsin ! 19:13, 17 fevral 2017 (UTC)
- Hollandiyanın mövzuya nə aidiyyatı var? Cənab Baskervill, Siz bilirsiniz ki, Şəki şəhərinin tarixi gerbi mövcuddur? - [13] Bu gerb hələ Çar dövründə tətbiq olunmuşdur. Lakin günümüzdə həmin gerbin istifadə olunması əvəzinə hansısa naməlum müəllif tərəfindən yaradılmış bu [14] gerb istifadə olunur. Deməli buradan nəticə çıxarmaq olar ki, Azərbaycanda tarixi gerblər istifadə olunmur və hər bir yaşayış məntəqəsi üçün adicə evdə oturaraq gerb yaratmaq mümkündür. Sizi və bütün buradakı istifadəçiləri narahat edən element kilsədir? Əslində Vikicəmiyyətin antixristian olması nonsens deyil. Şəxsən məni, yəni kilsəyə gedən bir isanı sizin antixristiyan əhvalınız olduqca pərişan edir ancaq öz hislərimi burada ortalığa atmaq istəmirəm. Əgər bu kilsə elementinə o qədər böyük nifrət varsa, onu hamınızın istəyinizə uyğun olaraq yığışdıraram. Mən o kilsə elementini yerləşdirərkən, Namik bəyin istifadə etdiyi hər yerdə təbliğ etmək kimi fikrim yox idi. Mən günahkar deyiləm ki, Qax kilsələrdən ibarət bir bölgədir və həmin bölgənin tarixi abidələri əsasən kilsələrdən ibarətdir. Kürmük məbədi Qax rayonunun ən böyük və ən çox ziyarət edilən tarixi abidəsi sayılır və məhz buna görə də mən onu qalxana yerləşdirdim. Əgər mən orjinal Qax gerbinin yuxarı hissəsində nəyin təsvir olunduğunu müəyyən edə bilsə idim, mən onu çoxdan yerləşdirərdim. Sadəcə orjinalda bir-birinin üzərinə toplanılmış daşlar göstərilir. Daş parçaları heraldik element hesab edilmir. Yaxın günlərdə Qaxın gerbini yeniləyərəm, bu qədər məsələni şişirtməyə və məni etmədiyim işlərə görə təbliğatçı adlandırmağa da ehtiyac yox idi. --Farid Aliyev (müzakirə) 17:59, 17 fevral 2017 (UTC)
- Mövzudan bir az kənara çıxsam da, Bakı gerbi məqaləsinin intervikisində problem vardır. Bakı gerbi ilə https://ru.wikipedia.org/?q=%D0%93%D0%B5%D1%80%D0%B1_%D0%91%D0%B0%D0%BA%D1%83 Rus versiyasındakı məqalənin intervikiləri başqadır. Bunları birləşdirmək mümkündürmü? --IBAnk (müzakirə) 16:58, 17 fevral 2017 (UTC)
- Aparılan müzakirələri maraqla oxudum. Belə başa düşdüm ki, istifadəçi Farid Aliyev Qax şəhərinin gerbinin olmamasının əsas gətirərək özündən gerb düzəldib və onu Qax haqqında bir necə vikidə olan məqalələrə tətbiq edib. Əlbəttə də bir şəhərin gerbinin olmaması, kiminsə həmin şəhər üçün gerb düzəltməsinə mane olmur. Sadəcə burada gərək öz fəaliyyətə yol verilməsin. Fərz edək ki, Hollandiyada kiçik bir şəhərin gerbi yoxdur və bir nəfər həmin şəhər üçün hazırladığı gerbin üzərində məscid şəkili əlavə edir. Bəlkə də bəziləri məni dar düşüncəli olmaqda günahlandıracaq, ancaq bir şəhərin siması hesab olunan bir xüsusiyyətin hazırlanması zamanı ən azından ictimai müzakirələr aparılmalıdır, heç olmasa viki daxilində. Həmin gerb məqalədən çıxarılmalıdır. --BaskervillDe gəlsin ! 16:48, 17 fevral 2017 (UTC)
- Nə xristianlığa nə də digər dinə qarşı hansısa aqresiyam yoxdur. İradım onadır ki, gerbdə göstərilən kilsə faktiki elə bir önəmə malik abidə deyil.Kilsənin yerləşdiyi məkan və vaxtilə orda olan alban kilsəsi önəmli idi. Bu kilsəni isə sadəcə ruslar tikib və məqsədləri xiristianlığı yaymaq olmuş. O üzdən abidəni Qax şəhərinin simvoluna çevrimək doğru deyil. Əyər doğrudan orda 1-ci əsrə aid Alban kilsəsi qalsaydı mən sizinlə razilaşardım.--Namikilisu 16:17, 17 fevral 2017 (UTC)
- Farid bəy siz yenə də israrla Qaxın gerbində tarixi abidənin göstərilməsinin vacibliyini və bunu kilsə olmasını əsaslandırmağa çalışırsız. Dediyiniz daşlar yığını isə evlərdi, sadəcə evlər. Bir növ içəri şəhərdəki evləri xatırladır. Sizə deyim ki, Qax şəhərində iki kilsə, iki məscid, iki qala qapıları, içəri bazar adlı kompleks və s var. Dediyiniz kilsə isə şəhərdən kənarda, magistiral yolun kənarında, dağ döşündə yerləşib. Ola bilsin o üzdən kiminsə diqqətini daha çox cəlb edir. Ancaq deyə bilərəm ki, heraldikada heç də şəhərdə olan tarixi abidələr əsas rol oynamır. Məsələn minlərcə tarixi abidələri olan Afinanın gerbində heç bir abidə göstərilməyib. O üzdən məsləhətdir tələsməyin, müzakirələr aparıb sonra hər bir şəhərin gerbini düzəltmək daha məqsədə uyğundur.--Namikilisu 19:08, 17 fevral 2017 (UTC)
- Ümumiyyətlə bir şəhərə gerb düzəltmək ən çətin və məsuliyyətli işlərdən biri olmalıdır. Gərək gerbi təsvir olunan bölgənin, şəhərin, kəndin tarixini dərindən biləsən və həmin gerbində bir mənası olsun. Bu bir növ futbol klubu üçün logo düzəltməyə bənzəyir. İngiltərə çempionatında çıxış edən bütün klubların emblemində bir məna mövcuddur. Yəni bunu bizim etməyimiz çox yalnış bir şeydir və məncə öz fəaliyyət hesab olunmalıdır. Ümüd edirəm ki, cənab istifadəçimiz sözlərimdən inciməz.--BaskervillDe gəlsin ! 19:16, 17 fevral 2017 (UTC)
- Farid bəy siz yenə də israrla Qaxın gerbində tarixi abidənin göstərilməsinin vacibliyini və bunu kilsə olmasını əsaslandırmağa çalışırsız. Dediyiniz daşlar yığını isə evlərdi, sadəcə evlər. Bir növ içəri şəhərdəki evləri xatırladır. Sizə deyim ki, Qax şəhərində iki kilsə, iki məscid, iki qala qapıları, içəri bazar adlı kompleks və s var. Dediyiniz kilsə isə şəhərdən kənarda, magistiral yolun kənarında, dağ döşündə yerləşib. Ola bilsin o üzdən kiminsə diqqətini daha çox cəlb edir. Ancaq deyə bilərəm ki, heraldikada heç də şəhərdə olan tarixi abidələr əsas rol oynamır. Məsələn minlərcə tarixi abidələri olan Afinanın gerbində heç bir abidə göstərilməyib. O üzdən məsləhətdir tələsməyin, müzakirələr aparıb sonra hər bir şəhərin gerbini düzəltmək daha məqsədə uyğundur.--Namikilisu 19:08, 17 fevral 2017 (UTC)
- NƏTİCƏ
Ümidvaram daha narazılığınız qalmadı. Kilsə elementi aradan qaldırıldı. --Farid Aliyev (müzakirə) 20:26, 17 fevral 2017 (UTC)
- Keete 37 Bəlkə yeni yüklədiyinizi bu Commons:File:Gakh gerb.png fayla yeni versiya kimi yükləyəsiz. Çünki keçidlər çoxdu.--Araz Yaquboglu (müzakirə) 05:11, 18 fevral 2017 (UTC)
- Təsadüfən Qafqaz Albaniyası məqaləsinə nəzər saldım və həmin məqalədə də oxşar problemin olduğunu gördüm. Cənab Keete 37 Qafqaz Albaniyası üçün özündən belə bir bayraq hazırlamışdır. Bu nə deməkdir ?? Əlbəttə də indi istifadəçi bayrağın mənasını və Qafqaz Albaniyası ilə olan əlaqəsini izah edəcək, sadəcə mənim diqqət etmək istədiyim məsələlər təmiz başqadır. Həmin məntiqlə biz tarixdə mövcud olmuş istənilən dövlət üçün kafamızdan bayraq, gerb hazırlaya bilərik. --BaskervillDe gəlsin ! 12:04, 18 fevral 2017 (UTC)
- Xahiş edirəm rişxəndlə yazışma aparmıyasınız cənab Baskervill. Bayraq mənim sizin dediyiniz kimi, kafamın (ədəbi dildə fantaziyamın) məhsulu deyil, Qafqaz Albaniyasının Mihranilər dövrünün bir çox əşyaların üzərində iki şir və keçi təsvir olunurdu. Misal olaraq, buna baxa bilərsiniz - [15] --Farid Aliyev (müzakirə) 14:24, 18 fevral 2017 (UTC)
- Farid Aliyev mən nə deyirəm, sən nə deyirsən. Deyirəm ki, heç kim özündən loqo, gerb, emblem və buna bənzər digər şeylər hazırlayıb burada hər hansısa bir bölgənin, rayonun, kəndin, məhəllənin məqaləsinə əlavə edə bilməz. Fikirimi izah edə bilirəm ? Məndən bu qədər. --BaskervillDe gəlsin ! 18:24, 18 fevral 2017 (UTC)
- İlk öncə onu vurğulamaq istərdim ki, siz idarəçi səlahiyyətinə sahib olsanız belə, bu sizə mənimlə "Sən" tonunda yazışma aparmağınıza hüquq vermir cənab Baskervill. Mən Sizinlə burada "Siz" formatında korespondensiya aparıram və istərdim ki, subordinasiya qorunub saxlanılsın. O ki qaldı gerblərə, mən özümdən gerb fikirləşmirəm. Azərbaycan Respublikası Prezidentinin Kitabxanasının rəsmi kataloq kitabı mövcuddur - [16]. Buyurub baxa bilərsiniz. Həmin kataloqda Azərbaycan şəhərlərinin təsviratlı gerbləri yerləşdirilibdir. Həmin kataloqda olan bütün gerblərin müəllif hüququ hansısa bir şəxs ola bilməz və onlar dövlətə məxsusdur. Lütfən indi Vikipediyada bir arayış edin - Şəki, Naxçıvan şəhərlərinin Infobox-larındakı gerblərə baxın (onların müəllifi mən deyiləm), daha sonra isə sizə göstərdiyim kataloqa nəzər yetirin. Siz ancaq o zaman görəcəksiniz ki, mən başqalarından fərqli olaraq orjinal gerbləri olduğu kimi saxlayıram, yalnız bir elementin naməlum formaya malik olduğu halda onu başqası ilə dəyişirəm. Buna özfəaliyyət demirlər, buna gerbin modifikasiyası deyirlər. Məsəl üçün Polşanın Vrotslav şəhərinin rəsmi tarixi gerbi budur - [17]. Lakin Vikipediyada onu bir qədər sadələşdirərək və bir qədər modernləşdirərək bu formaya salıblar - [18]. Bundan başqa, gerbləri yaradan və Commonsa yükləyən tək mən deyiləm, misal üçün demək olar ki, bütün Gürcüstanın şəhərlərinin gerblərini Gaeser adlı istifadəçi [19] yükləyib, buna normal yanaşmaq lazımdır. Siz burada fəaliyyət göstərən insanların əməyini qiymətləndirmək əvəzinə, onları daim tənqid edirsiniz. Hər halda mən heraldika elmini bildiyim üçün bu işlə məşğul oluram. Savadsız biri deyiləm. Burada müzakirəni tamamlamaq istərdim. Mənim vaxtım olduqca dardır, məqaləmi işləməliyəm. Uğurlar. --Farid Aliyev (müzakirə) 18:43, 18 fevral 2017 (UTC)
- Farid Aliyev mən nə deyirəm, sən nə deyirsən. Deyirəm ki, heç kim özündən loqo, gerb, emblem və buna bənzər digər şeylər hazırlayıb burada hər hansısa bir bölgənin, rayonun, kəndin, məhəllənin məqaləsinə əlavə edə bilməz. Fikirimi izah edə bilirəm ? Məndən bu qədər. --BaskervillDe gəlsin ! 18:24, 18 fevral 2017 (UTC)
- Xahiş edirəm rişxəndlə yazışma aparmıyasınız cənab Baskervill. Bayraq mənim sizin dediyiniz kimi, kafamın (ədəbi dildə fantaziyamın) məhsulu deyil, Qafqaz Albaniyasının Mihranilər dövrünün bir çox əşyaların üzərində iki şir və keçi təsvir olunurdu. Misal olaraq, buna baxa bilərsiniz - [15] --Farid Aliyev (müzakirə) 14:24, 18 fevral 2017 (UTC)
- Təsadüfən Qafqaz Albaniyası məqaləsinə nəzər saldım və həmin məqalədə də oxşar problemin olduğunu gördüm. Cənab Keete 37 Qafqaz Albaniyası üçün özündən belə bir bayraq hazırlamışdır. Bu nə deməkdir ?? Əlbəttə də indi istifadəçi bayrağın mənasını və Qafqaz Albaniyası ilə olan əlaqəsini izah edəcək, sadəcə mənim diqqət etmək istədiyim məsələlər təmiz başqadır. Həmin məntiqlə biz tarixdə mövcud olmuş istənilən dövlət üçün kafamızdan bayraq, gerb hazırlaya bilərik. --BaskervillDe gəlsin ! 12:04, 18 fevral 2017 (UTC)
- Fərid bəy, deyirsiniz ki Polşa şəhərinin gerbini kimsə dəyişdirib, modernləşdirib. İnandırıcı olsun deyə 10-cu istinad göstərirsiniz. Əslində isə 10-cu istinadı açıb baxanda mənbə göstərilir, mənbəyə baxanda isə commonsdakı gerbin orijinaldan fərqlənmədiyi məlum olur. Yəni orijinal əsasında yaradıldığı məlum olur. Sizin yaratdığınız gerblərin mənbəsi hanı bəs? Bir də dediyiniz Şəki şəhərinin 1843-cü ildə qəbul olumuş gerbi deyil, o Nuxa qəzasının gerbidir. Yalnız aşağı hissəsi Nuxa qəzasına aiddir, üst hissəsi quberniya aid təsvirdir. Lütfən isterika salmayın.--BaskervillDe gəlsin ! 22:12, 18 fevral 2017 (UTC)
- Mənim isterika etdiyim yadıma gəlmir cənab Baskervill, Sizdən xahiş edirəm subordinasiyanı qoruyub saxlayasınız. Mən sizə qarşı burada hörmətsizlik etməmişəm. Soruşursunuz ki, Sizin yaratdığınız gerblərin mənbəsi hanı bəs? - buyurun baxınız, bütün yaratdığım gerblər bu kitabdan screen edilmiş səhifələrə istinadlanır - [20], [21] (Naxçıvan MR), [22] (Abşeron bölgəsi), [23] (burada Qaxın gerbi var: 5 sütun və 2 sıra soldan sağa). Məncə mən sizə təsdiqləyə bildim ki, gerbləri kafamdan yaratmıram. Əslində bəzən məndə elə təəssürat yaranır ki, siz bilərəkdən məni Vikipediyada qeyri-kompetent biri qismində təqdim etməyə çalışırsınız. Bu təəssüfverici haldır. Uğurlar sizə. --Farid Aliyev (müzakirə) 22:50, 18 fevral 2017 (UTC)
- Sizdə niyə belə təəssürat yaranır ki, cənab Farid Aliyev ? Əksinə mən hər zaman sizinlə əməkdaşlığa, sizdən müsbət mənada faydalanmağa çalışmışam. Təəssüflər olsun ki, siz məni sosial şəbəkə üzərindən məhdudlaşdırmısınız və mən də məcburiyyətində sizin işləriniz ilə buradan tanış oluram. Məncə bu mövzu ətrafında bu qədər müzakirə aparmaq kifayət edər. --BaskervillDe gəlsin ! 22:55, 18 fevral 2017 (UTC)
- Mənim isterika etdiyim yadıma gəlmir cənab Baskervill, Sizdən xahiş edirəm subordinasiyanı qoruyub saxlayasınız. Mən sizə qarşı burada hörmətsizlik etməmişəm. Soruşursunuz ki, Sizin yaratdığınız gerblərin mənbəsi hanı bəs? - buyurun baxınız, bütün yaratdığım gerblər bu kitabdan screen edilmiş səhifələrə istinadlanır - [20], [21] (Naxçıvan MR), [22] (Abşeron bölgəsi), [23] (burada Qaxın gerbi var: 5 sütun və 2 sıra soldan sağa). Məncə mən sizə təsdiqləyə bildim ki, gerbləri kafamdan yaratmıram. Əslində bəzən məndə elə təəssürat yaranır ki, siz bilərəkdən məni Vikipediyada qeyri-kompetent biri qismində təqdim etməyə çalışırsınız. Bu təəssüfverici haldır. Uğurlar sizə. --Farid Aliyev (müzakirə) 22:50, 18 fevral 2017 (UTC)
- Fərid bəy, deyirsiniz ki Polşa şəhərinin gerbini kimsə dəyişdirib, modernləşdirib. İnandırıcı olsun deyə 10-cu istinad göstərirsiniz. Əslində isə 10-cu istinadı açıb baxanda mənbə göstərilir, mənbəyə baxanda isə commonsdakı gerbin orijinaldan fərqlənmədiyi məlum olur. Yəni orijinal əsasında yaradıldığı məlum olur. Sizin yaratdığınız gerblərin mənbəsi hanı bəs? Bir də dediyiniz Şəki şəhərinin 1843-cü ildə qəbul olumuş gerbi deyil, o Nuxa qəzasının gerbidir. Yalnız aşağı hissəsi Nuxa qəzasına aiddir, üst hissəsi quberniya aid təsvirdir. Lütfən isterika salmayın.--BaskervillDe gəlsin ! 22:12, 18 fevral 2017 (UTC)
Uzun müddətdən sonra seçilən 14-cü idarəçi
Viki cəmiyyəti salamlayıram. Az əvvəl cənab bürokrat tərəfindən yekunlaşdırılan səsvermədən sonra Samralın idarəçi seçilməsi təsdiqlənmişdir. Bu münasibətlə şəxsin özünü təbrik edirəm və bir idarəçi kimi gələcək fəaliyyətində uğurlar arzu edirəm. İnanıram ki, bir çox texniki məsələlərin həllində, xüsusi ilə vandalizm halları ilə mübarizədə köməkci olacaq. --BaskervillDe gəlsin ! 22:15, 17 fevral 2017 (UTC)
- Təşəkkürlər. İnşallah.--samral müzakirə 06:06, 18 fevral 2017 (UTC)
- Samral - İdarəçi seçilməyiniz münasibəti ilə sizi təbrik edirəm və gələcək fəaliyyətinizdə sizə uğurlar arzu edirəm. --eldarado ✉ 06:57, 18 fevral 2017 (UTC)
- Axır ki, viki cəmiyyətimiz 13 idarəçi sayından canını qurtardı)))..Təbriklər Samral.--Namikilisu 12:38, 18 fevral 2017 (UTC)
- Təbriklər--Azerifactory (müzakirə) 21:46, 18 fevral 2017 (UTC)
- Hər kəsə, lehimə, əleyhimə səs verən, səs verməyən, bitərəf qalan; hər kəsə təşəkkür edirəm. Vikipediya qaydaları və milli mənəvi dəyərlərimiz mənim üçün qırmızı xətt olacaq. Buna əmin ola bilərsiz.--samral müzakirə 22:22, 18 fevral 2017 (UTC)
Azərbaycan Xalq Cümhuriyyəti
Salam, Azərbaycan Xalq Cümhuriyyətində çox şeyləri dəyişmişəm. Amma bunu daha da təkmilləşdirməkdə kim kömək edə bilər?--Azerifactory (müzakirə) 04:36, 20 fevral 2017 (UTC)
- Nə mənbə lazımdırsa, mən bacardığımı edə bilərəm.--samral müzakirə 09:39, 21 fevral 2017 (UTC)
Orta əsr dövlətlərinin adları barədə
Samral bəy, Səfəvilər dövləti haqqında məqalənin adının Səfəvilər kimi qalmasında israr edir, “Ağqoyunlu dövləti”, “Qaraqoyunlu dövləti”, “Elxanilər dövləti” məqalələrinin adlarını müvafiq olaraq Ağqoyunlular, Qaraqoyunlular, Elxanilər şəklində dəyişdirir. Onun fikrincə bu dövlətlər olmamışdır?! Bunlar "müəyyən ərazidə müəyyən vaxt ərzində hökm sürmüş sülalələrdir". Mən internetdə kitablara axtarış verdim. 11 min mənbə "Səfəvilər İmperiyası" yazır. O cümlədən nüfuzlu ensiklopediyalar. Azərbaycan dilində isə bildiyiniz kimi ənənəvi olaraq şərq imperiyaları dövlət kimi yazılır.Başqa dillərin isə öz ənənələri var. Məsələn sülalə ilə dövlət eyni şey kimi götürülür, hər ikisi haqqında eyni məqalə yazılır. Bizdə isə fərqli anlayış var. Biz təhsil almışıq, kitablar oxumuşuq, indiyə qədər "Elxanilər dövləti", “Ağqoyunlu dövləti”, “Qaraqoyunlu dövləti”, “Səfəvilər dövləti” kimi tanıdığımız dövlətlərə necə Elxanilər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər sülaləsi deyə bilərik? Və bu dövlətlərin heç vaxt olmadığını düşünə bilərik? Samral bəy hesab edir ki Qaraqoyunlulara Ağqoyunlulara yalnız biz dövlət deyirik. Yalnız türkcə kitablara axtarış verdim, görün nə qədər "Ağqoyunlu dövləti" , nə qədər "Qaraqoyunlu dövləti" yazılan kitablar var? Elxanilər dövləti üçün isə heç axtarışa ehtiyac da yoxdur. Odur ki təcili olaraq, məqalələrin adlarının vikipediya qaydalarına uyğunlaşdırılmasını istəyirəm. Bu məsələ başlı-başına buraxılsa, sabah biri gəlib “Osmanlı dövləti” məqaləsinin adını da dəyişə bilər və iddia edə bilər ki Osmanlı dövləti olmayıb?! Bu Anadoluda və Avropanın bir hissəsində hakimiyyətdə olmuş sülalə idi. :) Aydın Məmmədov (müzakirə) 11:01, 21 fevral 2017 (UTC)
- Uzun Həsənin en.vikidə İran şahi kimi göstərilməsi ilə bağlı məsələni 1-2 saat əvvəl Samral bəyə söz verdim ki araşdıracağam. Mütəxəssislərdən birinə sorğu göndərdim. Cavab aşağıdakı kimidir:
Aydın müellim, Nevainin adı çekilen eserine baxdım. Gösterilen sehifelerde ümumiyyetle İran adı çekilmir. Bazi hallarda Şahenşah-i azam (büyük şahenşah) ve s. kimi titullardan istifade olunur. Bunlarla yanaşı bezi sehifelerde Ağqoyunlu sultanları türkce xaqan adlandırılır. Meselen s. 655-de resmi bir senedde Ağqoyunlu Sultan Yaqub xaqan titulu ile qeyd olunur. Bir yerde ise Uzun Hesen "serdar-i Ecem" şeklinde xatırlanır. Amma Ecem sadece İran deyil, ümumiyyetle qeyri-ereb demekdir ve esasen de müselman olan, lakin ereb olmayan xalqlar üçün istifade olunurdu. Lakin yene tekrar edim ki, gösterilen sehifelerde İran sözü yoxdur! Sabitinin kitabına gelince, s.193-deki mektub Xarizmşahlara aiddir, lakin heç orada da şahenşah-i İran kimi bir titul qetiyyen yoxdur. S. 274-deki mektub Heratda hökm sürmüş Kert meliklerine aiddir, lakin orada da İranın adı çekilmir. S. 315-deki mektub Emir Teymur terefinden İldırım Bayezide yazılıb. Orada da İranın adı çekilmir. S. 330-da İldırım Bayezidin Teymura mektubudur. Burada da İranın adı çekilmir. S. 332-de Emir Teymurun Ankara döyüşündeki qelebe ile bağlı fethnamesidir. Bu sehifede de İranın adı çekilmir. S. 422-de Sultan Selimin Şah İsmayıla mektubudur. Amma İranın adı yoxdur. Burada Selim özünü Feriduna benzedir. S. 430-da Sultan Selimin Şirvanşah Şeyxşaha mektubudur. Orada da İran yoxdur. Netice olaraq, bu gösterilen sehifelerin böyük ekseriyetinde söhbet Qaraqoyunlu, Ağqoyunlu ve Sefevilerden getmir. İkincisi ise bunların heç birinde İran adına rast gelmedim. Tamamile saxta ve yalan melumatlardır.
Aydın Məmmədov (müzakirə) 12:32, 21 fevral 2017 (UTC)
- Əgər Samral bəy cavab verməyə çatinlik çəkirsə, onun əvəzinə mən cavab verə bilərəm:
- İngiliscə və digər vikilərdə Səfəvilər dövləti haqqında məqalənin "Səfəvilər" adlanması o demək deyil ki, Səfəvilər dövləti olmayıb? Necə ki biz Azərbaycan Respublikası haqqında məqaləni sadəcə “Azərbaycan” adlandırırıq, İngilislər də Səfəvilər dövləti haqqında məqalənin adını, sadəcə “Səfəvilər” yazırlar. Necə ki biz Azərbaycan deyəndə Azərbaycan Respublikası başa düşürük, ingilislər də Səfəvilər deyəndə Səfəvilər dövləti başa düşürlər. Amma bizim dildə Səfəvilər deyildikdə heç də Səfəvilər dövləti başa düşülmür. Səfəvilər deyildikdə biz Səfəvilər sülaləsi başa düşürük. Bu səbəbdən də məqalənin adının Səfəvilər şəklində olması yolverilməzdir və təcili olaraq "Şəfəvilər dövləti" şəklinə qaytarılmalıdır. O cümlədən Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin adları da. Bu qədər sadə. Zənnimcə hamı bu təklifimlə razıdır. Aydın Məmmədov (müzakirə) 17:18, 21 fevral 2017 (UTC)
- Saci, Salari, Rəvvadi, Şəddadi, Eldəniz, Elxani, Çobani, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar, Pəhləvi və s. bunlar heç biri dövlət olmayıb. Mən məhz bunlar haqqında bu iddianı edirəm. Nəyə əsasən? Mən bu iddianı edirəm beynəlxalq akademik nəşrlərə əsasən və həqiqətə əsasən. Həqiqət budur ki, Nə Saci, nə Səfəvi nə Qacarlar heç vaxt özlərini müstəqil bir dövlət hesab etməyiblər. Məsələn Sacilər Azərbaycanı vali adı ilə idarə ediblər. Xəlifənin onlara könüllü və ya məcburi verdiyi icazə ilə. Salari də həmçinin. İndi mən sual verirəm. Sacilər sülaləsi gəlib Azərbaycanda yeni bir dövlət sistemi yaradıb, 0-dan dövlət qurmuşdu? Ya Salarilər bunu etmişdilər? Saci Salarini, Rəvvadi Salarini əvəz edirdi, hamısı da aşağı yuxarı eyni əraziləri idarə edirdilər. Hərdən də paytaxt dəyişirdi. Necə ki, bu gün İngiltərədə Vindzorlar sülaləsi hakimiyyətdədi. Biz demirik ki, hal-hazırda İngiltərədə Vindzorlar dövləti var. Beynəlxalq akademik nəşrlər, istər Brittannika ensiklopediyası. olsun, istər İranika, istərsə də fransız, ispan, portuqal və s. digər beynəlxalq dillərdə olan akdemik nəşrlər və ensiklopediyalar hamısı mən sadaladıqlarıma dövlət yox, xanədanlıq deyir. (İngiliscə xanədanlıq "dynasty" gedir, dövlət isə "state". Xanədanlıq yəni müəyyən vaxtda müəyyən ərazidə hökm sürmüş, sürən, iddia edən sülalə, state isə dövlət. Məsələn İranın bir dövlətçilik ənənəsi var və orada kimi zaman Arşakilər, Əhəmənilər, Sasanilər hakimiyyətdə olub, kimi zaman Qəznəvilər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Əfşar, Zəndlər, Qacar və s.) Çünki dövlət fərqli anlayışdır. Dövlət başdır, xanədanlıq, prezident, hökumət isə papaq. O gələr, bu gedər. Amma dövlət qalır. Dağılanda da dağılır. Biz deyirik ki (Biz yəni, əksər rus və azərbaycanlı sovet tarixçiləri) , Sacilər dövləti dağıldı, yerində Salarilər dövləti quruldu. Elə şey olub? Xeyr. Sadəcə əvəz olub, dəyişilib. Bu sülalənin yerinə bu keçib. Keflərinə düşəndə də paytaxtı dəyişirdilər. Bu qədər sadə. Məsələn 1736-cı ildə Nadir xan Əfşar özünü şah elan etməklə yeni bir dövlət qurdu? Səfəvilər adlı bir dövlət var idi, onu dağıdıb 0-dan Əfşarlar adlı bir dövlət qurdu? Xeyr. Sadəcə olaraq hansı ərazilərdə ki, Səfəvilər sülaləsi hakimiyyətdə idi, bu hadisə ilə Səfəviləri Əfşarlar əvəz etmiş oldu. Qaraqoyunlu Ağqoyunlu əvəzetməsi də həmçinin. Yazırlar ki, bizim tarix kitablarımızda 1467-də Uzun Həsən Cahanşahı məğlub etməklə Qaraqoyunlular dövlətinin varlığına son qoydu və Ağqoyunlu dövləti yarandı. Bu absurddu, ağ yalandı. Uzun Həsən yeni dövlət qurub? Xeyr. Sadəcə olaraq Uzun Həsənin Cahanşahı, sonra da oğlu Həsənəlini məğlub etməsiylə hansı ərazilərdə ki, Qaraqoyunlular hakimiyyətdə idi, o ərazilərdə de fakto və de yure Uzun Həsən hökmranlıq etməyə başladı və beləliklə də bu ərazilərdə Aqğoyunluların hakimiyyəti başlamış oldu. Bizim tarixçilər belə ağ yalan danışmaqla əslində Ağqoyunluları da, Səfəviləri də təhqir edir və onların real tarixini təhrif edir. Necə? Mən sual verirəm. 1467-dən əvvəl Ağqoyunlu sülaləsinin nümayəndələrinin heç bir ərazidə hakimiyyəti yox idi? Var idisə biz niyə 1467-dən əvvəli Ağqoyunlu dövləti götürmürük, 1467-dən sonranı götürürük? Və ya bizim tarixçilər deyir ki, 1736-da Səfəvilər dövlətinin varlığına son qoyuldu. Mən sual verirəm. Varlığına son qoymaq nədi? Varlığına son qoymaq əgər bu sülalədən olan hömdarların de fakto hakimiyyətinə son qoymaqdısa 1720-dən sonra Səfəvi sülaləsindən olan və de yure şah elan edilmiş Sultan Hüseyn əfqanların, II Təhmasib və III Abbas əfşarların, II Süleyman və III İsmayıl zəndlərin, III Süleyman da qacarların əlində oyuncaq idi, ta ki, 1796-a qədər. Bir sual da meydana çıxır. Necə olur ki, Saci, Salari, Elxani, Səfəvi dövlət olur, amma Qacarlar və Pəhləvilər yox? Niyə? Xeyrola? Qacarların və Pəhləvilərin Səfəvi və Əfşarlardan əksikliyi, fərqli cəhəti nədi? Onlar da İran şahı idi, bunlar da. Onlar da şah sülaləsi idi, bunlar da. Bəs fərq nədi? Mən deyim? Fərq odur ki, bizim bəzi tarixçilərimiz vətənşüvənlik edib Qaraqoyunlu, Ağqoyunlu, Səfəviləri dövlət kimi qələmə verdiyi halda, Qacar və Pəhləvi idarəsində əsasən indiki İran əraziləri olduğu üçün o sülalələrə eynilə dünyanın və beynəlxalq aləmin yanaşdığı kimi xanədanlıq kimi yanaşır. İran, Cənubi Azərbaycan kimi ərazilərdə hökm sürmüş-sürən sülalə, yəni xanədanlıq. İmperiya sözünə isə etiraz etməmişəm, etmirəm. Amma bunun üçün də beynəlxalq akademik nəşrlərdən mənbə lazımıdır. Məsələn Qaraqoyunluya da, Ağqoyunluya da dünya konfederasiya deyir, imperiya ancaq rus və azərbaycan tarixçiləri deyir.--samral müzakirə 09:26, 22 fevral 2017 (UTC)
- Samral bəy, görünür siz mənim yazdıqlarımı oxumamısınız. Mən yazıram ki, internetdə ingiliscə Səfəvi İmperiyasının adı çəkilən yalnız kitabların sayı 11 mindən çoxdur, linkini də göstərirəm. Siz isə deyirsiniz Səfəvi imperiyası olmayıb. Harda yazılıb bu? Hansı ensiklopediyada yazılıb ki Səfəvi imperiyası olmayıb? Təbii ki bu suala cavab verə bilməyəcəksiniz, çünki Səfəvi imperiyasının olmaması barədə absurd fikir tamamilə sizin şəxsi fikrinizdir. Əvəzində isə mən sizə Səfəvilər dövlətinin olduğunu təsdiq edən çox etibarlı mənbələrin bir neçə linkini təqdim edə bilərəm Əvvəlcə isə iddia etdiyiniz Brittannika ensiklopediyasından üç cümləni nəzərinizə çatdırım, hansı ki siz məhz həmin mənbədə Səfəvilər dövlətinin olmadığını düşünürsünüz:
The destruction of the Safavid state by Afghan invaders in 1722 served to demonstrate the most signal accomplishment of the dynasty: the conversion of the great majority of Persians to Shiʿism.
From this insight can be deduced a profound hostility to the twin pillars of the early Safavid state, the military and the religious.
Insofar as the ḵarāj was indistinguishably merged with other sources of state revenue, the acceptance of royal stipends by a religious scholar could be taken to imply full acceptance of the Safavid state as a legitimate dispensation. ([24])
Məqalədə işlənən "Səfəvi paytaxtları", "Səfəvi şəhərləri" ifadələrində isə razılaşın ki "Səfəvi" sülalə yox dövlət mənasındadır. Çünki sülalənin şəhərləri, paytaxtları ola bilməz, doğrumu? Məncə, sizin mövqeyinizin səhv olduğunu sübut etmək üçün bu qədər kifayətdir. Başqa bir sualınız varmı? Aydın Məmmədov (müzakirə) 10:11, 22 fevral 2017 (UTC)
- 1) Söhbət təkcə Səfəvilərdən getmir. 2) Məhz Səfəvilərdə imperiya sözünə etiraz etməmişəm. Dedim ki, beynəlxalq akademik mənbələr əsasında hərəkət edək. 3) Siz mənim iddialarıma cavab vermirsiz... Ağqoyunlular xanədanlıqdı, sonradan federasiya və ya konfederasiya olub:[25], [26], [27]. Qaraqoyunlu xanədanlıqdı, konfederasiya və ya federasiya olan dövrü olub: [28], [29]. Səfəvilər xanədanlıqdı, imperiya olan dövrü olub. [30], [31]. Qısacası xanədanlıq haqqında məqalə yaradılır və orada həm sülalə haqqında məqalə verilir, həm bu sülalənin hakimiyyət sürdüyü dövrdə o ərazilərdəki mədəniyyət, ədəbiyyat və s. barədə. Həm də bu sülalə müəyyən dövrdə bəylik, federasiya, konfederasiya, imperiya olubsa hamısı barədə məlumat verilir eyni bir məqalədə (ayrıa-ayrı məqalələrdə yox). Başlıqda dövlət, sülalə, imperiya kimi xüsusiləşmə olmur deyə, məqalə tam əhatə ediciolur (Məsələn Sacilər yazırsan bunun içində o sülalə də gedir, onun xanədanlığı da, o dövrün hadisələri də, mədəniyyəti də, tarixi də, hər şeyi). Osmanlı, Monqol, Böyük Moğol kimi daim imperiya kimi tanınmış xanədanlıqlar isə öz yerində. Onlar imperiya adlanır, belə də yazılır. Məsələn Osmanlı imperiyaı süqut etsə də, xanədan davam edir. Artıq fərqli anlayışlara çevriliblər.[32], [33]. Amma Saci, Salari, Rəvvadi, Şəddadi, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Zənd, Qacar, Pəhləvi xanədanlıq və idarəçilikləri eynidi, fərqlənmir, fərqləndirilmir, eyni anlayışdı. Bütün dünya bunu belə qəbul edir.--samral müzakirə 10:51, 22 fevral 2017 (UTC)
1) Mən digərləri barədə də məlumat vermişəm və mənbələrə linkləri də göstərmişəm.
2) Sonuncuda imperiya yox, dovlət haqqında iqtibaslar gətirdim. İmperiya məsələsində isə mən artıq bir neçə dəfə sizin nəzərinizə çatdırdım ki, azərbaycan dilində şərq imperiyaları da ənənələrə uyğun olaraq dövlət adlanır. Necə ki Osmanlılar imperiya olsalar da özlərini rəsmən dövlət adlandırırdılar (Devlet-i Aliyye-i Osmaniye), bu ənənə bizim akademik mənbələrdə də davam etdirilir.
3) Ağqoyunlular xanədanlıqdı, sonradan federasiya və ya konfederasiya olub... Qaraqoyunlu xanədanlıqdı, konfederasiya və ya federasiya olan dövrü olub. Nə olsun ki? Azərbaycan dilində danışan oxucu yalnız Ağqoyunlu dövlətini tanıyır və Qaraqoyunlu dövlətini tanıyır. Konfederasiya-zad tanımır. Bu adlarda yaradılmış məqalələrdə, bu dövlətlər haqqında bütün məlumatları yerləşdirmək mümkündür. Necə ki Azərbaycan respublikası haqqında məqalədə, Azərbaycanın tunc dövrü ilə bağlı məlumatlar heç bir problen yaratmadığı kimi.
- Biz "Elxanilər dövləti", “Ağqoyunlu dövləti”, “Qaraqoyunlu dövləti”, “Səfəvilər dövləti” kimi tanıdığımız dövlətlərə heç vaxt Elxanilər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər sülaləsi deyə bilmərik. Qeyd etdiyim kimi, ingiliscə Səfəvilər deyiləndə, dövlət nəzərdə tutulur, bizdə isə sülalə. Bizim tarix kitablarımız, ensiklopediyalarımızda "Elxanilər dövləti", “Ağqoyunlu dövləti”, “Qaraqoyunlu dövləti”, “Səfəvilər dövləti” adlı məqalələr var, əgər həmin məqalələrin adları "Elxanilər", “Ağqoyunlu”, “Qaraqoyunlu”, “Səfəvilər” olsaydı, sizinlə razılaşmaq olardı. İndi nəyi əsas götürərək sizinlə razılaşaq? Əvvəl dediniz ki, bu dövlətlər olmayıb. Sübut olundu ki, bu dövlətlər olub, bütün mənbələr bunu təsdiqləyir. İndi də deyirsiniz ki, məqalələrin adları dəyişdirilsin. Niyə? Sizin fikrinizcə məqalə sülalə haqqında olanda ora daha çox məlumat daxil etmək olur. Mən də cavab verdim ki, məqalə dövlət haqqında olanda da informasiya yerləşdirilməsində heç bir məhdudiyyət ola bilməz, Azərbaycan respublikası məqaləsini nümunə göstərdim və azərbaycanca ensiklopedik mənbələrdə müvafiq məqalələrin "Elxanilər", “Ağqoyunlu”, “Qaraqoyunlu”, “Səfəvilər” adlanmadığını, müvafiq olaraq "Elxanilər dövləti", “Ağqoyunlu dövləti”, “Qaraqoyunlu dövləti”, “Səfəvilər dövləti” adlandığını vurğuladım. Vəssalam, ənənələrə və vikipediya qaydalarına uyğun olaraq burada da belə olmalıdır. İkinci bir variantdan söhbət gedə bilməz. Aydın Məmmədov (müzakirə) 11:37, 22 fevral 2017 (UTC)
- Aydın Məmmədov, siz primitiv diskusiya, yəni sadə debat qaydalarına riayət etmirsiz. Mən iddia irəli sürmüşəm. İddiamı da müəyyən arqumentlərlə əsaslandırıram. İndi siz o arqumetləri çürüdüb, öz iddianızı möhkəmlədəcək arqumetnlər irəli sürmək əvəzinə 1 şeyi deyir, sonra da müzakirə boyunca öz dediyinizin düz, qalan hər şeyin səhv olduğunu deyirsiz. Söhbətə bax: Sübut olundu. Kim sübut etdi? Nəyi sübut etdi? Necə sübut etdi? Mən ən əvvəldən deyirəm ki, istər Azərbaycan, istərsə də rus tarixçiləri başda olmaqla sovet tarixçiləri Saci, Salari, Rəvvadi, Şəddadi, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Zənd, Qacar, Pəhləvilərə kimisinə dövlət, kimisinə sülalə, kimisinə həm dövlət, həm sülalə, kimisinə sadəcə sülalə, kimisinə xanədanlıq deməklə səhv ediblər. (Deməli siz mənə onlardan dəlil gətirməməlisiz. Gətirdiyiniz 1-2 dəlil o oldu ki, Səfəvilərə imperiya və dövlət deyilib. Əvvəla baxmaq lazımdır ki, neçə mənbə nə deyir. Əksəriyyət nə deyir. bu 1. 2-cisi hamısına dair beynəlxalq akademik nəşrlərdən dəlil tapsaz mən razı. Mənbələr nə deyəcəksə o da olsun. Adını nümunə çəkdiyim bütün xanədanlıqlara dair beynəlxalq akademik mənbələrin əksəriyyətinin xanədanlıq yox, dövlət dediyini sübut edin, siz deyən olsun.) "Səhv ediblər"i də özümdən demirəm. Əvvəla uyğunsuzluğu öz sözlərimə dəlil kimi gətirirəm. Məsələn Saci, Salari, Rəvvadi, Şəddadi, Eldəniz, Cəlairi, Ağqoynlu, Qaraqoyunlu, Səfəvilərə həm dövlət, həm sülalə deyirlər. Amma Çobani, Ağsunquri, Zənd, Qacar, Pəhləvi və indiki hökm sürən bütün sülalələrə ya sadəcə sülalə, ya da sadəcə xanədanlıq deyirlər. Bu paradoksdu. Qacarların Səfəvilərdən, Ağsunqurilərin Rəvvadilərdən, Pəhləvilərin Sacilərdən, Zəndlərin Eldənizlərdən nəyi və harası əskikdi? Bu mənim 1-ci əsas arqumentim. 2-ci də ki, beynəlxalq akademik nəşrlər. Göstərdim ki, əksər beynəlxalq akademik nəşrlər Səfəvi, Əfşar, Qacar, Zənd, hamısına dynasty, yəni xanədanlıq (söhbət imperiyadan getmir, dövlət, yoxsa xanədanlıq olmasından gedir) Ağqoyunlu, Qaraqoyunlu və digərlərinə də uzun müddətdə xanədanlıq, müəyyən müddətdə isə (məsələn Qaraqoyunlu 1410-1467, Ağqoyunlu isə 1468-1500) federasiya və ya konfederasiya deyir. 3-cü də onu dedim ki, biz məsələn Səfəvilərə sovet rus azərbaycan tarixçilərinin vətənşüvənliyi ilə yanaşıb dövlət kimi adlandırsaq, onda gərək Səfəvilərin ancaq 1501-1736-cı illər tarixindən yazaq (halbuki Səfəvilər xanədanlığı XIII əsr - 1795-ci illərdə mövcud olub, Ərdəbil hakimliyi, şeyxlik, şahlıq, de yure şahlıq), Qaraqoyunlu dövləti desək, gərək ancaq 1410-1467-ci illərdən danışaq (halbuki Qaraqoyunlular xanədanlığının 1410-cu ilə qədər yarım əsrdən çox hakimlik, hökmdarlıq, yəni XANƏDANLIQ tarixi var), Ağqoyunlu dövləti desək gərək 1468-1500-cü illərdən danışaq (halbuki Ağqoyunlu xanədanlığının 1468-ə qədər 1 əsrlik, 1500-dən sonra isə 10 illik tarixi var).
Eldənilərə biz necə dövlət deyək ki, onlar Qızıl Arslana qədər haranı idarə ediblərsə, İraq Səlcuq sultanlarının adından idarə ediblər. Büveyhilər Abbasi xəlifələrinin adından, Əyyubi və Məmlüklər də həmçinin (Məmlüklərə sultanlıq deyə bilərik, çünki xanədanlığın bütün üzvləri sultan titulu daşıyıb, Cəlairilər də). Büveyhi, Əyyubi, Məmlük üçü də haranı idarə edibsə, Abbasi xəlifəsinin adından idarə edib. Yəni dövlət İslam Dövləti idi. Bu üçü bəs onda nədi? XANƏDANLIQ. (Cəlairi və Çobanilər Elxanilərin adından, Zəndlər də Səfəvilərin adından idarə edib haraya hökm edibsə...) İndi ha gəlib bizim tarixçilər desin ki, yox dövlət.--samral müzakirə 07:55, 23 fevral 2017 (UTC)
- Aydın Məmmədov, siz primitiv diskusiya, yəni sadə debat qaydalarına riayət etmirsiz. Mən iddia irəli sürmüşəm. İddiamı da müəyyən arqumentlərlə əsaslandırıram. İndi siz o arqumetləri çürüdüb, öz iddianızı möhkəmlədəcək arqumetnlər irəli sürmək əvəzinə 1 şeyi deyir, sonra da müzakirə boyunca öz dediyinizin düz, qalan hər şeyin səhv olduğunu deyirsiz. Söhbətə bax: Sübut olundu. Kim sübut etdi? Nəyi sübut etdi? Necə sübut etdi? Mən ən əvvəldən deyirəm ki, istər Azərbaycan, istərsə də rus tarixçiləri başda olmaqla sovet tarixçiləri Saci, Salari, Rəvvadi, Şəddadi, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Zənd, Qacar, Pəhləvilərə kimisinə dövlət, kimisinə sülalə, kimisinə həm dövlət, həm sülalə, kimisinə sadəcə sülalə, kimisinə xanədanlıq deməklə səhv ediblər. (Deməli siz mənə onlardan dəlil gətirməməlisiz. Gətirdiyiniz 1-2 dəlil o oldu ki, Səfəvilərə imperiya və dövlət deyilib. Əvvəla baxmaq lazımdır ki, neçə mənbə nə deyir. Əksəriyyət nə deyir. bu 1. 2-cisi hamısına dair beynəlxalq akademik nəşrlərdən dəlil tapsaz mən razı. Mənbələr nə deyəcəksə o da olsun. Adını nümunə çəkdiyim bütün xanədanlıqlara dair beynəlxalq akademik mənbələrin əksəriyyətinin xanədanlıq yox, dövlət dediyini sübut edin, siz deyən olsun.) "Səhv ediblər"i də özümdən demirəm. Əvvəla uyğunsuzluğu öz sözlərimə dəlil kimi gətirirəm. Məsələn Saci, Salari, Rəvvadi, Şəddadi, Eldəniz, Cəlairi, Ağqoynlu, Qaraqoyunlu, Səfəvilərə həm dövlət, həm sülalə deyirlər. Amma Çobani, Ağsunquri, Zənd, Qacar, Pəhləvi və indiki hökm sürən bütün sülalələrə ya sadəcə sülalə, ya da sadəcə xanədanlıq deyirlər. Bu paradoksdu. Qacarların Səfəvilərdən, Ağsunqurilərin Rəvvadilərdən, Pəhləvilərin Sacilərdən, Zəndlərin Eldənizlərdən nəyi və harası əskikdi? Bu mənim 1-ci əsas arqumentim. 2-ci də ki, beynəlxalq akademik nəşrlər. Göstərdim ki, əksər beynəlxalq akademik nəşrlər Səfəvi, Əfşar, Qacar, Zənd, hamısına dynasty, yəni xanədanlıq (söhbət imperiyadan getmir, dövlət, yoxsa xanədanlıq olmasından gedir) Ağqoyunlu, Qaraqoyunlu və digərlərinə də uzun müddətdə xanədanlıq, müəyyən müddətdə isə (məsələn Qaraqoyunlu 1410-1467, Ağqoyunlu isə 1468-1500) federasiya və ya konfederasiya deyir. 3-cü də onu dedim ki, biz məsələn Səfəvilərə sovet rus azərbaycan tarixçilərinin vətənşüvənliyi ilə yanaşıb dövlət kimi adlandırsaq, onda gərək Səfəvilərin ancaq 1501-1736-cı illər tarixindən yazaq (halbuki Səfəvilər xanədanlığı XIII əsr - 1795-ci illərdə mövcud olub, Ərdəbil hakimliyi, şeyxlik, şahlıq, de yure şahlıq), Qaraqoyunlu dövləti desək, gərək ancaq 1410-1467-ci illərdən danışaq (halbuki Qaraqoyunlular xanədanlığının 1410-cu ilə qədər yarım əsrdən çox hakimlik, hökmdarlıq, yəni XANƏDANLIQ tarixi var), Ağqoyunlu dövləti desək gərək 1468-1500-cü illərdən danışaq (halbuki Ağqoyunlu xanədanlığının 1468-ə qədər 1 əsrlik, 1500-dən sonra isə 10 illik tarixi var).
- Samral bəy, mən aşağıdakı məsələlər üzrə fikrimi təmiz azərbaycan dilində, aydın şəkildə və kifayət qədər konkret olaraq izah etmişəm:
- 1. Azərbaycan dilində şərq imperiyaları da dövlət adlanır.
- 2. "Elxanilər dövləti", “Ağqoyunlu dövləti”, “Qaraqoyunlu dövləti”, “Səfəvilər dövləti” kimi tanıdığımız dövlətlərə heç vaxt Elxanilər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər sülaləsi deyə bilmərik.
- 3. "Elxanilər dövləti", “Ağqoyunlu dövləti”, “Qaraqoyunlu dövləti”, “Səfəvilər dövləti” mövcud olub və bütün dünya bunları dövlət, yaxud imperiya kimi tanıyır (linklər də göstərmişəm).
- 4. "Səvəvilər" sözü ingiliscə daha çox dövlət, azərbaycanca isə daha çox sülalə mənası verir.
- 5. Məqalələrin adlarından söhbət gedirsə, qaydalara görə azərbaycan dilində danışan oxucunun başa düşdüyü variant əsas götürülməli, azərbaycan dilində mənbələrə istinad edilməlidir. Azərbaycan dilində danışan oxucu və azərbaycanca mənbbələr isə "Elxanilər dövləti", “Ağqoyunlu dövləti”, “Qaraqoyunlu dövləti”, “Səfəvilər dövləti” deyir, Elxanilər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər sülaləsi demir.
Samral bəy, siz əlavə sübut və dəlillər istəyirsiniz. Siyahıda sıralanan 5 məsələdən hansı üçün əlavə dəlil istəyirsiniz, amma bunu bilmirəm? Məncə bu siyahıda sıralanan məsələlər üçün əlavə sübut və dəlilə ehtiyac olmalı deyil. Deyirsiniz ki,
biz məsələn Səfəvilərə sovet rus azərbaycan tarixçilərinin vətənşüvənliyi ilə yanaşıb dövlət kimi adlandırsaq, onda gərək Səfəvilərin ancaq 1501-1736-cı illər tarixindən yazaq (halbuki Səfəvilər xanədanlığı XIII əsr - 1795-ci illərdə mövcud olub, Ərdəbil hakimliyi, şeyxlik, şahlıq, de yure şahlıq),
Cavab verə bilərəm ki, məqalə Səfəvilər dövləti haqqındadırsa, 1736-cı il üçün tamamlanmalıdr təbii ki. Vikipediya kağız ensiklopediyası deyil. Səfəvilər dövləti haqqında məqalə 1736-cı ildə tamamlanır, sülalə haqqında məqalə isə 1795-ci ilə qədər davam edə bilər. Bu qədər sadə. Aydın Məmmədov (müzakirə) 08:42, 23 fevral 2017 (UTC)
Qəsəbə vs Bələdiyyə
Bu iki ərazi vahidlərin arasında fərq nədir? Bu məsələ ilə bağlı Azərbaycanın inzibati bölgüsü məqaləsində bir kəlmə bilə yoxdur. Eyni zamanda, bizdə eyni ərazidə yerləşən eyniadlı qəsəbələr və bələdiyyələr haqqında məqalələrimiz var. Misal üçün, Hacıkənd (Gəncə) və Hacıkənd bələdiyyəsi. Öz də birinci məqaləsindəki keçiddə belə bir ifadə istifadə olunur: Kəpəz rayonu Hacikənd Qəsəbə Bələdiyyəsi. Məncə, bu cür məqalələri birləşdirməliyik. --Мурад 97 (müzakirə) 01:30, 24 fevral 2017 (UTC)
- Fikrimcə ayrı-ayrı olmalıdır. Çünki elə bələdiyyə var ki tərkibinə 2-3 qəsəbə və ya kənd daxildir. --Araz Yaquboglu (müzakirə) 04:56, 24 fevral 2017 (UTC)
- Kəpəz rayonu Hacikənd Qəsəbə Bələdiyyəsi ilə neyniyək isə?--Мурад 97 (müzakirə) 13:59, 24 fevral 2017 (UTC)
- Əslində bələdiyyə idarəetmə qurumudur, inzibati ərazi vahidi deyil. Amma bələdiyyə rayonu, bələdiyyə dairəsi də var və bu inzibati ərazi vahididir. Aydın Məmmədov (müzakirə) 15:10, 24 fevral 2017 (UTC)
- Kəpəz rayonu Hacikənd Qəsəbə Bələdiyyəsi ilə neyniyək isə?--Мурад 97 (müzakirə) 13:59, 24 fevral 2017 (UTC)