Vikipediya Kend Meydani Arxiv Mart 2008 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Şablonlarda qalan tərcümə
Şablonlarda "hide" sözü "gizlətmək" sözünə və v, d, e hərfləri g, m və r-ə (yəni görmək, müzakirə və redaktə) dəyişmək olarmı? --Brand спойт 19:44, 1 Mart 2008 (UTC)
- v-d-e və onların mesajları tərcümə edildi. hide-ni isə sözün açığı tapa bilmirəm :)--A_M_D m-f 16:15, 3 Mart 2008 (UTC)
orta şərq
Vikicəmiyyətin diqqətini bu məsələ yönəltmək istəyirəm. İstəməzdim ki, bu məsələ ancaq iki nəfərin fikir mübadiləsi ilə yekunlaşsın. Bu məsələ çox aktual olmalıdır. anlayışların müəyyənləşdirilməsində çox adamın iştirakı arzuediləndir. təşəkkürlər
Novruz bayramı
Bayramınız mübarək! Ürəkdən bütün dostların bayramını təbrik etmək istədim və buna bir mənəvi ehtiyac duydum. Bu səbəbdən inanıram ki, yazdıqlarım səmimi sözlər kimi qəbul olunacaq.
Azərbaycan dilində Vikipedianın inkişafı burda ilk məqalə yaratdığım gündən mənim ən başlıca məqsədim olub. Artıq neçə aydır AzVikini zənginləşdirməyə çalışıram. Hələ istədiklərimə nail olmamışam. Amma məqsədimə doğru iri addımlarla irəliləyirəm:). Mənim məqsədim - AzViki 20 000 məqaləyə çatanda onlardan ən azı 1000-i mənim yaratdığım və ya zənginləşdirdiyim məqalə olmalıdır! Yəni AzVikinin 20-ləri siyahısına (ən azından) düşməkdir. Bu, böyük fəxr olardı hər bir kəs üçün. İndilik bu siyahıya layiq dostlarımın - xüsusilə AMD-nin, Vüsalın, Bakinin, İradə xanımın və adlarını qeyd etmədiyim digərlərinin bayramını təbrik edirəm. Bayramınız mübarək! Yorulmayasanız! --Sortilegus 00:29, 21 Mart 2008 (UTC)
Təşəkkür edirəm. Qoy bütün planlarımız baş tutsun.
--Vüsal Ağayev 07:15, 21 Mart 2008 (UTC)
Sortligus təşəkkürlər. Maşallah burada o qədər gözəl arzular var ki, artıq nəsə yazmağa ehtiyac yoxdur. Bütün arzulara qoşuluram. Uğurlar--A_M_D m-f 08:54, 22 Mart 2008 (UTC)
Tüm Türklerin Novruz bayramını kutluyorum. --88.232.160.236 13:09, 24 Mart 2008 (UTC)
Sortligus təşəkkür edirəm. Mən də buradan dünya azərbaycanlılarının Novruz bayramını təbrik edirəm. İnşallah (Allah qoysa) Novruz bayramını Dağlıq Qarabağda, Şuşada keçirək.
Hörmətlə --Baki66 18:27, 24 Mart 2008 (UTC)
Wikitravel
"Wikitraveli" Azərbaycan dilinə çevirmək üçün kömək tələb olunur. Kömək etmək istəyən bura qoşulsun [1] Uğurlar :) --Baki66 00:29, 29 Mart 2008 (UTC)