Vikipediya Kend Meydani Arxiv Mart 2009 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Gürcü Vikipediyasında "Azərbaycan həftəsi" layihəsi
Georgian WikipediA (ქართული ვიკიპედია)
Salam! Yeni ildən Gürcü Vikipediyasında "Ayın mövzusu" layihəsi gerçəkləşdirilir. Bu layihədə istifadəçilər birlikdə dünyanın hansısa ölkəsi və ya regionu haqqında olan məqalələri zənginləşdirməyə çalışırlar. Mart ayının 1-dən etibarən layihə çərçivəsində Azərbaycan həftəsi keçirilir. Bu səbəbdən bizə Azərbaycan Vikipediyasından kömək gərəkdir. Məlumat üçün bu ilin yanvar ayında keçirilən Ermənistan həftəsi layihəsinə baxa bilərsiniz. Siz özünüz də bu layihədə iştirak edə bilərsiniz. Hörmətlə: Gürcü Vikipediyası. |
--თეკა 18:16, 3 Mart 2009 (UTC)
Salam. Kim nəylə bacarırsa Gürcü Vikipediyasında Azərbaycan haqqında məqalələrin zənginləşdirilməsinə kömək etsə yaxşı olar. Əsasən gürcü dilini bilən istifadəçilərimizin fəallıq nümayiş etdirməsi arzuolunandır. Hörmətlə:--Sortilegus 19:03, 3 Mart 2009 (UTC)
Tootlserver
Hamıya salamlar. Çoxdan gözlədiyimiz Tootlserver-dəki statistik məlumatlar bərpa edildi. Hər kəs özünün və digər istifadəçilərin fəaliyyət statistikasını izləyə bilər (Məsələn, mənim fs:[1]). Bu xəbəri stüard Mardetanha verdi. Ona təçəkkür edirəm. --Ira 06:21, 6 Mart 2009 (UTC)
Şablon:TR ilçə məlumat
- Böyle bir şablon oluşturulabilir mi? Gerçekten çok lazım. Oluşturulunca bana bildirilirse gerçekten sevinirim. Çünkü buna bağlı maddeler oluşturcam.--Reality006 09:53, 15 Mart 2009 (UTC)
Bürokrat seçkisi
Hörmətli Vikipediya istifadəçiləri! İlk növbədə hər kəsin Novruz Bayramını təbrik edirəm. Hamıya işlərində müvəffəqiyyətlıər arzulayıram!
Digər məsələ - Azərbaycan Vikipediyasında bürokrat statusuna ehtiyacın olmasıdır. Mehrdadın artıq 6 aya yaxın Vikipediyada fəaliyyət göstərmədiyini nəzərə alaraq, yeni bürokratın seçilməsini təklif edirəm. Amma məsələ ondadır ki, bürokratı seçməzdən əvvəl bürokrat səsverməsində şərtlərin təyini vacibdir. Bizdə isə indiyə kimi bu şərtlər təyin edilməyib. Bunu nəzərə alaraq:
- Vikipediya:Bürokrat statusu məqaləsini Kənd meydanında müzakirəyə çıxarıram. Öz əlavə və dəyişikliklərinizi təklif edə bilərsiniz.
- Daha sonra məqalə səsverməyə çıxarılacaq.
- Üçüncü mərhələ bürokratın seçilməsinin səsverməyə çıxarılması olacaqdır.
Xahiş edirəm, göstərilmiş hər 3 məsələdə aktiv olasınız. Hörmətlə, --Ira 21:00, 19 Mart 2009 (UTC)
- Hamıya Novruz Bayramını təbrik edirəm.
Azvikidə 10 nəfərdən cox Aktiv İstifadəçi yoxdur, necə səsverənlərin sayı 10 nəfərdən çox olacaq!--Axan.bulut 21:12, 19 Mart 2009 (UTC)
Son idarəçi seçkisində [2] səs verənlərin sayı 10-dan çox idi. Demək istəyirsiniz aktiv istifadəçilərin sayı azalıb? --Ira 21:24, 19 Mart 2009 (UTC)
Bürokratların sayısı nə qanuna bağlıdır?bir bürokrat bəsdir ya artıqda olabilər?mənə görə heç olmasa azvikiyə 2 bürokrat lazımdır. habelə 5 nəfərdə idarəçi.əgər belə olsa məsuliyyət hissi çoxalıb və vikimiz çox hızlı və düzgün zənginləşər.belə işlər bir və ya iki nəfərin işi deyil.hər bürokrat və idarəçi bir məlum məsuliyyəti daşıyıb və yerinə yetirməlidir.elə hər kəs hər nə istədi, eləməməlidir.--Turk oğlan 06:21, 20 Mart 2009 (UTC)
- Bürokratlar da elə idarəçidirlər, yalnız idarəçilərdən fərqli olaraq bəzi texniki işləri də görməlidirlər [3]:
- Vikipediya istfadəçilərinə idarəçi və ya bürokrat statusu verə bilərlər (lakin, statusları geri ala bilməzlər);
- bot statusu verə bilərlər;
- istifadəçilərin user adını onların xahişi ilə və ya məcburi dəyişə bilərlər.
- Məncə hələ ki, bizə bir bürokrat bəsdir. Şəxsən mən, Sortilegusun bürokrat seçilməsinin tərəfdarıyam. Daha sonra əlavə 2 fəal istifadəçinin idarəçi seçilməsini səsə qoymaq olar. Gələcək planlar belədir. Kimin əlvə təklifi varsa verə bilər.--Ira 07:09, 20 Mart 2009 (UTC)
Salam. Mən də bütün istifadəçilərimizin Novruz bayramını təbrik edirəm. Hər şeydən əvvəl İradə xanıma "Bürokrat statusu" ilə bağlı qaydaları tərtib edib müzakirəyə çıxardığına görə təşəkkür edirəm. Mən həmişə seçki qanunlarının yüksək tələblərə əsaslanmasının tərəfdarı olmuşam. Bürokrat seçkisi ilə də bağlı indiki halda bu qaydalar kifayət qədər yüksək tələblərə əsaslanıb. Burda mən bilən kvorumun olmasına yalnız bir bənd - (Eyni zamanda həmin istifadəçilər səsvermə keçirilən vaxtdan 15 gün əvvəlki vaxt ərzində heç olmasa bir redaktə etmiş olsunlar) maneəçilik törədə bilər. Bir də bu bəndin Səsverənlərin sayı isə 10 nəfərdən çox olmalıdır - bu bəndlə - Səsverənlərin sayı isə 10 nəfərdən az olmamalıdır əvəzlənməsini təklif edirəm. Hörmətlə:--Sortilegus 07:35, 20 Mart 2009 (UTC)
- Təkliflər qəbul olunur, nəzərə alsaq ki, Axan.bulut da səsverənlərin sayına öz münasibətini bildirmişdir, mən məqalədə müəyyən dəyişikliklər etməyə hazıram.--Ira 08:20, 20 Mart 2009 (UTC)
Salam. Bütün istifadəçilərin Novruz bayramını təbrik edirəm.
Qaydalara baxdım orada yazılıb ki, bürokrat bot statusu verə bilər ,amma o statusu ondan ala biləcəyi və ya bilməyəcəyi ilə əlaqədar heç nə yazılmayıb.--Emin 11:24, 20 Mart 2009 (UTC)
Bütün istifadəçiləri bu gözəl bayram münasibətilə təbrik edirəm. Cənublu qardaşların da yeni ili mübarək olsun! --Orxancalilov 13:07, 20 Mart 2009 (UTC)
- Salam. Hamının bayramı mübarək. Mövzu ilə bağlı fikrimi müzakirə səhifəsində yazaram. Emin, xatırladığıma görə bot statusunu kənarlaşdırmaqla əlaqədar bir komanda da olur. Dəyişdirməyiblərsə bəli, bürokrat bot statusunu kənarlaşdıra bilər. --TimBitsتِمبِتس 14:55, 20 Mart 2009 (UTC)
SƏSVERMƏ
Hörmətli Vikipediya istifadəçiləri, Vikipediya:Bürokrat statusu məqaləsində göstərilmiş bütün şərtlərin qəbulu üzrə səsverməni bu gündən (26 mart, 2009-cu il) açıq elan edirəm. Səsvermə məqalənin özündə keçirilir. --Ira 13:58, 26 Mart 2009 (UTC)