Vikipediya Kend Meydani Arxiv Mart 2012 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Ateizm səhifəsində qərəzli redaktələr.
Xoş gördük hörmətli vikipediaçılar. http://az.wikipedia.org/?q=Ateizm səhifəsini redaktə edərək təkminləşdirməyə çalışıram. Qərəzli redaktələrlə geri qaytarıb bərbad hala salırlar. İndi qərəzli redaktələrə görə bağlanıb. Bura dini saytdır? Mənim redaktələrimə baxın və indiki redaktəyə baxın. Hansı qərəzlidir? Siz dindarsınıza məqalələr din çərçivəsində yaradılmalıdır? Əsas ingilis dilindən tərcümələr edirəm. Xahiş edirəm aydınlıq gətirin. — Bu imzasız yazı Mesimov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Salam. Sizin bura yerləşirdiyiniz məqalənin dili bərbaddır. Azərbaycan dilini yaxşı bilmirsiz və ona görə də ingilis dilindən yaxşı tərcümə etmirsiz.--Sortilegus (talk) 18:12, 1 mart 2012 (UTC)
Ümumiyyətlə "qərəzli redaktə"yə bağlanıb. redaktəyə bağlanmağın özü qərəzli deyil cənab adminlər? İndiki məqalənin xarici keçidləri "İnsana heyvan deyən ateizm" bu necə düzgün mənbədir? Məqalənin dili bərbad ola bilər, vaxt ayırıb düzəltməyə təkminləşdirməyə çalışıram. — Bu imzasız yazı Mesimov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Xarici keçidlərdən həmin səhifəyə yönləndirməni çıxardım. Bunu düzgün irad tutmuşdunuz. "Məqalənin dili bərbad ola bilər, vaxt ayırıb düzəltməyə təkminləşdirməyə çalışıram" yazmanız düz deyil. Mətni tam təkmilləşdirib sonra vikipediyaya yerləşdirin. --Sortilegus (talk) 18:27, 1 mart 2012 (UTC)
Hörmətli admin Ateizm səhifəsi müzakirəyə açıq deyil. Mətni təkminləşdirdikdən sonra necə yerləşdirəcəm?
- Hörmətli anonim şəxs. Hər dəfə kənd meydanında ismarıc yazarkən, yazının sonunda öz imzanızı əlavə edin. Bunun ücün yuxarıda yerləşən 4-cü xanın üzərinə (mavi rəngli xanadır) klik etmək kifayətdir. Birdə lütfən bunu oxuyun (Vikipediya: qaydaları)--Baskervill 20:35, 1 mart 2012 (UTC)
Evtanaziya
Salam. Mən burada bir məqalə oxudum. Evtanaziya adlanır. Bu məqalədə son iki bölmədə obyektiv yox subyektiv fikir ön plana açıq-aşkar çıxardırılıb. Bu nə dərəcədə düzgündür? Məqalədə subyektiv fikir əlavə etmək vikipediyanın prinsiplərinə zidd deyilmi? --RM-WaRRioR (talk) 20:28, 1 mart 2012 (UTC)
- Hörmətli RM-WaRRioR, bura azad məkandır. Həmin məqalədə sizin, mənim kimi şəxs tərəfindən yaradılıb. Əgər problem varsa təklif irəli sürün məsələni məqalənin müzakirə səhifəsində müzakirə edək. --Baskervill 20:32, 1 mart 2012 (UTC)
Baskervill - Bunu anlayıram. Amma bu o demək deyil ki, məsəlçün Real ilə bağlı məqalədə Barselonaya qərəzli münasibət bəslənməlidir. Bu misaldır. Bu məqalədə son iki bölməni oxusaz anlayarsınız ki, subyektiv fikir öndədir. Obyektiv yox. --RM-WaRRioR (talk) 10:51, 2 mart 2012 (UTC)
Məndə bunu anlayıram. Vikipediya elə bir məkandır ki, burada bir şəxs ən nifrət etdiyi şəxs barədə belə məqalə yaza bilər. Hal-hazırda Azvikidə 84.929 məqalə var. Təbii ki, bütün bu məqalərin hamısını oxumaq və hansının subyektiv hansının obyektiv olmasını müəyyən etmək mümkün deyil. Bu səbəbdən əgər siz haradasa bir mənalı fikir ilə qarşılaşmısınızsa, zəhmət olmasa bunu özünüz aradan qaldırın. Hörmətlə--Baskervill 11:17, 2 mart 2012 (UTC)
Oldu! Anladım.--RM-WaRRioR (talk) 07:59, 3 mart 2012 (UTC)
AzVikidə bir çox təşkilatlar "terror təşkilatı" kimi səciyyələndirilir. Ancaq hamı tərəfindən qəbul olunan belə bir kriteriya yoxdur. Biri üçün terror təşkilatı olan digəri üçün deyil. Bu səbəbdən Vikipediya müəyyən bir kriteriya əsas götürülməlidir, məsələn, “Azərbaycan dövlətinin terror təşkilatı elan etdiyi təşkilatlar”, “ABŞ-nin terror təşkilatı elan etdiyi təşkilatlar” və s... Ən azı ümumi şəkildə “Terror təşkilatı elan edilmiş təşkilatlar” şəklində olmalıdır. Neytrallığı qorumaq üçün bu çox vacibdir, biri üçün Hizbullah terrorçu təşkilatdır digəri üçün FBI --Melikov Memmed⇒email 09:11, 3 mart 2012 (UTC)
- Sizinlə razıyam. --►Safir yüzüklü Ceklimesaj 09:15, 3 mart 2012 (UTC)
8 mart
Vikipediyanın xanım istifadəçilərini Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm! →Vago ms 14:09, 7 mart 2012 (UTC)
- Qoşuluram. --N KOzi FORVM 14:11, 7 mart 2012 (UTC)
- manda tabrik ediram.--E thp 15:29, 7 mart 2012 (UTC)
- Mən də başda bizim yeganə xanım idarəçimiz İstifadəçi:İrada olmaqla bütün sevimli xanım azvikiçi həmkarlarımızın bayramını təbrik edirəm. Bayramınız mübarək! --Sortilegus (talk) 20:11, 7 mart 2012 (UTC)
- Məndə bütün həmkarlarımın təbriklərinə qoşuluram və qadınları bayramları münasibəti ilə təbrik edirəm. Hörmətlə --Baskervill 20:44, 7 mart 2012 (UTC)
Vikipediyamızda fəaliyyət göstərən bütün qadınları təbrik edirəm. --Babək Akifoğlu 14:44, 8 mart 2012 (UTC)
Yaxşı məqalə
Salam. Mən dünən Azərbaycanda Müxalifət adlı məqaləmi bitirmişəm. Mən bu məqaləni yaxşı məqaləyə namizədliyin irəli sürmək istəyirəm. Lakin mən məqalənin adını Vikipediya:Yaxşı məqalə namizədlərinə yığanda yeni səhifə açılır. Mən başa düşmədim o səhifəyə nə yazmaq lazımdır. Xshiş edirəm kömək edə bilən varsa məni başa salsın. --GER 10:48, 8 mart 2012 (UTC)
- Məqaləni ilk əvvəl Vikipediya:Laboratoriyaya namizəd siyahısına əlavə edin. --►Safir yüzüklü Ceklimesaj 05:28, 9 mart 2012 (UTC)
Vikipediya:Günün seçilmiş şəkili
Bu günləri ikinci dəfədir ki, "Vikipediya:Günün seçilmiş şəkli" bölməsində problem yaranıb. 8 mart tarixində bölməyə əlavə edilməli olan şəkil əlavə edilməyib və Ana Səhifədə böyük bir boşluq yaranıb. Mən müdaxilə etmək istədim, ancaq mənim bu sahədə fəaliyyətimə icazə olmadığı barədə yazı çıxdı. Zəhmət olmasa bu bölməni diqqətə saxlayın və şəkilləri bir az çox (təxminən 10 - 15) əlavə edin ki, ən azı 2 həftə şəkilləri əlavə etmək lazım olmasın. Hörmətlə--Baskervill 11:01, 8 mart 2012 (UTC)
- Oldu. İdarəçilərin diqqətsizliyidir. Mən indi mart ayının sonuna qədər şəkilləri yerləşdirəcəm.--Sortilegus (talk) 14:55, 8 mart 2012 (UTC)
Seçimiş portal və siyahı
Yaxın vaxtlarda (təxminən 7 gün ərzində) Azvikidə yeni iki bölmə fəaliyyətə başlayacaq. Bunlar (Vikipediya:Seçilmiş portallar) və (Vikipediya:Seçilmiş siyahılar) bölmələridir. Əvvəlcə hər bir bölmə ücün ayrı-ayrı laboratoriya yaratmaq barədə fikir olsada, sonradan bütün məqalələri vahid laboratoriyada birləşdirmək barədə razılaşma oldu. Yeni bu iki lahiyənin yaradılmasına böyük ehtiyac var. Azvikidə son dövrlər potensial seçilmiş portallar yaranıb. Məsələn Yaponiya, Qədim Yunanıstan, Almaniya, Fransa və digər portalları göstərmək olar. Eyni aktivliyi siyahılarada şamil etmək istərdim. Belə ki, Vikipediya:Laboratoriyaya namizəd siyahısında olan siyahıların hər biri seçilmiş olmağa layiqdir. Mənim sözüm bu qədər. Sadəcə Azvikinin aktiv istifadəçilərindən bir az daha aktivlik istərdim. Əlimizdə bütün məmulatlar varsa, bu işi qısa zamanda həll etmək lazımdır. Hörmətlə--Baskervill 19:51, 9 mart 2012 (UTC)
- Lazımlı layihədir. Amma, məncə portalların sayı artdıqdan sonra işə salmaq daha uğurlu nəticələnər. Texniki problem çıxarsa, kömək etməyə hazıram. Uğurlar. Hörmətlə, -- Pərviz 18:36, 13 mart 2012 (UTC)
Şəkillər
Salam, arada bəzi məqalələrdə, bəzi şəkillər görsənilmir. Ona görə mən onları yükləyirəm kompyutera, və ondan sonra yenə vikiyə, ama o fayllar yoxlamanı keçəndə problem yaranır. Nəyə görə bəzi şəkillər AzVikidə görsənilmir? Müsəl üçün bu məqalədə--Hüseynli Zeynalabdin Cavanşir oğlu (talk) 20:58, 10 mart 2012 (UTC)
- Məsələni bir az araşdırdım. Həmin şəkil commonsdan yüklənib və məntiqlə acmalı idi. Əgər məqalədə olan hər hansısa bir şəkil acmırsa bunu əsas səbəbi şəkilin commonsdan yüklənməməsidir. İndiki halda isə məsələ tam fərqlidir. Düşünürəm ki, şəkilin acılmamasının səbəbi onun formatının ənənəvi şəkil formatlarından fərqlənməsindədir. Məsələ barədə təcrübəli şəxlərin şərh yazmalarını istərdim. Hörmətlə--Baskervill 11:16, 11 mart 2012 (UTC)
Yaxşı məqalələr
olar məndə özümün yaratdığım hər hansı məqalənin yaxşı məqalələrdə namizədliyini qoyum? --Corcinya 16:22,11 mart 2011 (UTC)
- Vikipediya azad məkandır. Əgər istəsəniz hər hansısa bir məqaləni seçilmiş məqalə belə etmək imkanınız var. Əsas məsələ isə məqalənin seçilmiş məqalə şərtlərinə cavab verməsidir. Hörmətlə--Baskervill 11:04, 11 mart 2012 (UTC)
- Nə etmək lazımdır ki Laboratoriyaya namizəd siyahısındə olan məqalənı daxil eləsinlər? Bəziləri (1) axı xazırdı--Hüseynli Zeynalabdin Cavanşir oğlu (talk) 16:04, 11 mart 2012 (UTC)
- Bunun üçün idarəci Cekli829 -a müraicət edin. Həmin məsələ ilə Cekli məşğul olur. Hörmətlə--Baskervill 09:22, 14 mart 2012 (UTC)
məlumata görə cox sağ olun --Corcinya 16:22,13 mart 2011 (UTC)
- Baskervill təşəkkür edirəm--Hüseynli Zeynalabdin Cavanşir oğlu (talk) 14:44, 14 mart 2012 (UTC)
Təbrik!
İlaxır çərşənbəniz mübarək! Allah üzümüzə gələn ili xalqımıza əmin-amanlıq və bərəkət ili qərar versin!→Vago ms 11:52, 13 mart 2012 (UTC)
- Qoşuluram.--Orartu (talk) 14:57, 13 mart 2012 (UTC)
- Mən də. --N KOzi FORVM 15:08, 13 mart 2012 (UTC)
- Amin--Hüseynli Zeynalabdin Cavanşir oğlu (talk) 18:04, 13 mart 2012 (UTC)
- Məndə bütün təbriklərə qoşuluram. Hörmətlə--Baskervill 18:31, 13 mart 2012 (UTC)
- Təbriklərə qoşuluram. Hamıya uğurlar arzu edirəm. -- Pərviz 18:37, 13 mart 2012 (UTC)
Mən də təbrik edirəm :) --Emin | mesaj 18:58, 13 mart 2012 (UTC)
- Təbriklərə mən də qoşulur, hər birinizə ən xoş arzularımı bildirirəm. -- ■ Sultan mesaj 19:17, 13 mart 2012 (UTC)
40000+
Azərbaycanca Vikipediyanın tarixində növbəti əlamətdar hadisə baş vermişdir. Qeydiyyatdan keçmiş istifadəçilərin sayı 40000 həddini ötmüşdür. --►Safir yüzüklü Ceklimesaj 12:24, 15 mart 2012 (UTC)
- Bu münasibətlə hamını təbrik edirəm. Son vaxtlar azviki sürətli inkişaf edir. Statistikaya əsasən hal-hazırda bizdə 2.147.060 redaktə, 23 dərinlik, Hər səhifədəki orta hesabla dəyişiklik sayı 10.04, 40.042 qeydiyyatdan keçmiş istifadəçi və 433 aktiv şəxs var. Mənim fikrimcə bu ilin sonunda bu rəqəmlər bu şəkildə dəyişəcək. 3 milyon redaktə, 26 dərinlik, hər səhifəyə 13 əlavə, 45.000+ istifadəci və 500+ aktiv şəxs.
P.S
Azvikinin Azərbaycanda necənci sırada olduğunu (daxil olma sayına görə) bilmirsiniz ki? Bunu alexadan öyrənmək olar?--Baskervill 10:08, 16 mart 2012 (UTC)
- Dərin təşəkkür edirəm. Məndə uzun müddət bunu axtarırdım. Deməli Azviki Aznetdə 7-ci yerdədir. Məncə pis nəticə deyil. İlk 4 saytı keçmək bizim üçün mümkün olmayacaq. Çünki, bütün reytinqlərdə, həmin saytlar bizi qabaqlayır. Ancaq Odnaklasnik və mail.ru saytlarına mütləq keçəcəyik. Şəxsən mən yerimizin belə yaxşı olduğunu bilmirdim.--Baskervill 11:28, 16 mart 2012 (UTC)
- Əslində bu siyahıdakı az.wikipedia.org deyil, wikipedia.org saytıdır. --►Safir yüzüklü Ceklimesaj 11:38, 16 mart 2012 (UTC)
- Söhbətinizə müdaxilə etdiyim üçün üzr istəyirəm, sadəcə bildirmək istəyirəm ki, deyəsən, siz bu səhifəni axtarırsınız, azərbaycan dilində olan saytların reytinqini. Burada AzViki indi 13-cü yerdədir, sabah birdən-birə neçə pillə düşə də bilər, qalxa da bilər, bu yer isə pis yer deyil, əla nəticədir, onu da nəzərə almaq lazımdır ki qabaqda olan saytların azı 5-i yalnız rus versiyalarının hesabına irəli çıxıblar. AzViki isə yalnız azərbaycan dilindədir... Siz bu link vasitəsi ilə isə nəinki AzVikinin, hətta digər digər dillərdəki vikilərin həmin dillərdəki saytlar sırasında reytinqini də görə bilərsiniz. Məsələn rus dilində olan saytlar sırasında RuViki 14-cü yerdədir, Türk Vikisi türkcə saytlar sırasında 18, Özbək Vikisi özbəkcə saytlar sırasında 43, qırğız vikisi 50, amma onu da əlavə edim ki, mən bilən, bu reytinq heç də ziyarətçilərin sayına əsasən hesablanmır... Aydın Məmmədov 17:29, 18 mart 2012 (UTC)
- Sizcə bu wikipedia.org saytının 7-ci yerdə olmasında Azvikinin rolu azdırmı?--Baskervill 11:56, 16 mart 2012 (UTC)
- Biabırçı şəkildə az, azərbaycanlılar öz dilini qoyub informasiyanı daha çox rusca və ingliscə vikipediyadan alırlar. Bu da keyfiyyət göstəricisinin AzVikidə az olmasındandır.--Melikov Memmed⇒email 12:01, 16 mart 2012 (UTC)
- Zənnimcə bu yaxşı nəticədir. Azərbaycan internet istifadəçilərinin bilgi və məlumata verdiyi qiymətin göstəricisidir. --N KOzi FORVM 12:40, 16 mart 2012 (UTC)
- Əslində bu siyahıdakı az.wikipedia.org deyil, wikipedia.org saytıdır. --►Safir yüzüklü Ceklimesaj 11:38, 16 mart 2012 (UTC)
- Dərin təşəkkür edirəm. Məndə uzun müddət bunu axtarırdım. Deməli Azviki Aznetdə 7-ci yerdədir. Məncə pis nəticə deyil. İlk 4 saytı keçmək bizim üçün mümkün olmayacaq. Çünki, bütün reytinqlərdə, həmin saytlar bizi qabaqlayır. Ancaq Odnaklasnik və mail.ru saytlarına mütləq keçəcəyik. Şəxsən mən yerimizin belə yaxşı olduğunu bilmirdim.--Baskervill 11:28, 16 mart 2012 (UTC)
- Azərbaycandan daxil olan istifadəçilərin, hansı vikiyə daxil olması barədə məlumat varmı? Məsələn envikiyə neçə faiz və ya ru vikiyə neçə faiz.--Baskervill 12:44, 16 mart 2012 (UTC)
- Azviki Azərbaycanda 17.9% göstəriciyə malikdir. Vəziyyət elədə dəhşətli deyil. Düşünürəm ki, burada bizim əsas məqsədimiz bizdən 8 % öndə olan envikini keçməkdir. Digərlərində vəziyyət bizdən bir az yaxşıdır. Məsələn gürcü vikisi öz ölkəsində ikinci, ilin viksi olan Qazaxca viki 4.6% la 3-cü yerdədir. Zamanla hər şey dəyişəcək. Sadəcə bizim zamana ehtiyacımız var. --Baskervill 13:02, 16 mart 2012 (UTC)
- İnanın mənə əgər ruvikinin yarısı bizdə olsaydı heç kim digər vikilərə müraciət etməzdi. Bunun günahı isə heç kimdə deyil.--Baskervill 13:05, 16 mart 2012 (UTC)
- Azərbaycandan olanlar informasiyanın 42.9%-ni Rusca Vikipediyadan, yəni "yarı-erməni" vikipediyadan alırlar. 82.1 %-i isə AzVikidən informasiya almırlar. Məncə bundan bərbad vəziyyət ola bilməz. --Melikov Memmed⇒email 13:15, 16 mart 2012 (UTC)
- İnanın mənə əgər ruvikinin yarısı bizdə olsaydı heç kim digər vikilərə müraciət etməzdi. Bunun günahı isə heç kimdə deyil.--Baskervill 13:05, 16 mart 2012 (UTC)
- Azviki Azərbaycanda 17.9% göstəriciyə malikdir. Vəziyyət elədə dəhşətli deyil. Düşünürəm ki, burada bizim əsas məqsədimiz bizdən 8 % öndə olan envikini keçməkdir. Digərlərində vəziyyət bizdən bir az yaxşıdır. Məsələn gürcü vikisi öz ölkəsində ikinci, ilin viksi olan Qazaxca viki 4.6% la 3-cü yerdədir. Zamanla hər şey dəyişəcək. Sadəcə bizim zamana ehtiyacımız var. --Baskervill 13:02, 16 mart 2012 (UTC)
- Hörmətli Melikov Memmed nə məsləhət görürsünüz?--Baskervill 13:20, 16 mart 2012 (UTC)
- Hörmətli Baskervill, mən artıq illərdir təkrar-təkrar yazıram, Vikipediyada nağıl yazmağa son qoymaq lazımdır, iddialar mütləq etibarlı mənlələr ilə əsaslandırılmalıdır. Nuhnamədə hər şey türkmənlərdən başladığı kimi AzVikinin tarixi məqalələrində də hər şey mənbəsiz iddialar ilə azərbaycanlılardan başlayır. Görürsünüz ki, öz vətəndaşlarımız belə artıq bu nağıllara inanmır, bu səbəbdən informasiya üçün digər Vikipediyalara üz tutur. Türkcə Vikipediyaya baxın, 68%-dən çox öz dilində olan vikipediyaya baş çəkir. --Melikov Memmed⇒email 13:32, 16 mart 2012 (UTC)
- Sizinlə müəyyən mənada razıyam. Ancaq mən 20 nəfər gündəlik şəkildə vikipediyaya daxil olan şəxslərlə danışmışam. Onlara niyə Azvikiyə yox Ruviki və ya Envikiyə daxil olmalarını soruşdum. Hamısı eyni fikri bildirdi. Azərbaycan dilində məqalə sayı azdı və ya məqalələrdə məlumat az verilir. Hörmətlə--Baskervill 13:40, 16 mart 2012 (UTC)
- Azərbaycan vikisində minlərlə 1 cümlədən ibarət məqalə var. Sizcə bunu görən bir daha az vikiyə daxil olar. indi mənasız yerə məqalə artıqmaqdansa cəmi 1 cümlə yazılan məqalələri düzəltmək lazımdır. Mən hələ heç bir məlumat belə yazılmayan ancaq sağdakı şablondan ibarət olan məqalələri demirəm. Rus vikisində adi bir şey haqqında sanki dastan yazılır. Biz isə nətər gəldi yaradırıq təki məqalə artsın. 1-2 cümlədən ibarət məqalə yaratmaqdansa belə məqalələri zənginləşdirmək lazımdır. Elə buna görə də hamı Rus vikisinə daxil olur. Bir də kiŞ Melikov Memmed bildirir ki, rus vikisi yarı-ermənidir. Mən bu fikiri obyektiv saymıram. onda belə çıxır ki, mən rus vikisində Real Madrid haqqında məlumat oxuyanda ermənilərə sərf eləyən fikir ilə rastlaşıram ki? Bunu ümumi demək olmaz. Sadəcə ermənilər orada bəzi sahələrdə işləyirlər. Bunu bütün rus vikisinə şamil etmək olmaz. Rus vikisi çox güclüdür və onun fəaliyyətini ermənilər ilə əlaqələndirmək gülüncdür. --RM-WaRRioR (talk) 13:59, 16 mart 2012 (UTC)
- İndiki halda məqalə sayı sürətlə artmır. Bununda yeganə səbəbi, Azvikidə botla məqalə yaradılmasının qarşısının alınmasıdır. Hər şey düzələcək, sadəcə bir az səbr etmək lazımdır, çox yox təxminən iki ildən sonra bizdə ruvikinin 30% olacaq. Hörmətlə--Baskervill 14:04, 16 mart 2012 (UTC)
- Mənim fikrimcə bütün bu problemlərin səbəbini Azərbaycanın təhsil sistemində axtarmaq lazımdır. AzVikinin bərbad gündə olması Azərbaycanın təhsil sisteminin bərbad vəziyyəti ilə tam ayaqlaşır. --►Safir yüzüklü Ceklimesaj 14:29, 16 mart 2012 (UTC)
Safir yüzüklü Cekli-Sizinlə tamamilə razıyam. Bərbad təhsil sistemi nəticəsində heç kim düzgün cümlə qura bilmir. Bir cümlədə çoxlu orfoqrafik səhvlər olur. Hələ bu harasıdır. Bəzən cümlələr heç bir normaya belə tabe olmur. Bu isə gülünc vəziyyət yaradır. --RM-WaRRioR (talk) 18:01, 16 mart 2012 (UTC)
- Mən də yuxarıda həmkarlarımın dediyi bütün fikirlərlə razıyam. Azvikinin inkişafının 2 yolunu görürəm - biri qazaxlarda olduğu kimi dövlət dəstəyidir. Bu işə təhsil, informasiya nazirlikləri, universitetlər və s. qurumlar tapşırıq əsasında qoşulur. Belə olarsa çox qısa zamanda bütün problemləri aradan qaldıra bilərik. İndilik bu yoxdur, ona görə də ümid qalır bizim fəal vikipediyaçılara. Şəxsən mən təxminən 10 gün əvvəl, inanıram ki, azviki üçün xeyirli olacaq bir layihənin icrasına başlamışam. Layihə ABŞ-nin IREX təşkilatının maddi və texniki dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Azərbaycanın 5 ali məktəbində (Bakı Slavyan Universiteti, Xəzər Universiteti, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Asiya Universiteti) vikipediya ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulub. Bundan başqa 9 regionda (Sumqayıt, Mingəçevir, Qazax, Bərdə, Göyçay, Masallı, Zaqatala, Xaçmaz və Quba) təlimlər keçiriləcək. Təəssüf ki, təlimlərə gənclərin kütləvi cəlb olunması imkanlarımız xaricindədir. Amma hər təlimdə ən azı 20 tələbə, gənc iştirak edəcək. Bizim vikipediyaçılardan da iştirak etmək istəyən olsa mən təlimlərin vaxtı və yeri haqqında burda məlumat verərəm. Amma əsas məqsəd bura kənardan əlavə qüvvənin cəlb olunmasıdır. Görək nə alınır - hər halda cəhd etməyin heç bir ziyanı yoxdur. Məsələn, Bakı Slavyan Universitetində bir neçə gün bundan qabaq ilk təlimi keçirdik - mən sorğu apardım, 24 iştirakçıdan təxminən 20-sinin vikipediya haqqında az-çox məlumatı vardı. Amma cəmi 2 nəfər vikipediyada qeydiyyatdan keçmişdi və hərəsi 2-3 redaktə etmişdi. Bu çox pis nəticədir. Layihə çərçivəsində 1500 tirajla azvikinin bukletlərini dərc edib universitetlərdə yayacağıq (əsasən təlim keçmədiyimiz universitetlərdə). Buklet hazır olanda bura yükləyərəm, çapa göndərməmişdən əvvəl müzakirə də edərik. Sonda Bakı şəhərində 2 ümumi tədbir keçiriləcək. Çalışacağıq bu tədbirlərə bizim alim və ziyalılarımızı, ictimai xadimlərimizi dəvət edək və KİV-də bunu geniş işıqlandıraq.--Sortilegus (talk) 19:54, 16 mart 2012 (UTC)
Hörmətli Sortilegus sizin söylədikləriniz şəxsən mənim üçün xoş bir arzudur. Ümüd edirəm və inanıram ki, bunu uğurla edəcəksiniz. Hər universitetdən ən azı 3 nəfəri daimi şəkildə Azvikiyə cəlb etsək belə bu bizim üçün əsil uğur olar. Bu proqram haqqında zəhmət olmasa Kənd Meydanında vaxtaşırı məlumat verərsiniz. --Baskervill 20:04, 16 mart 2012 (UTC)
- Mən istifadəçi adımın fəzasında bir səhifə yaradaram, ora layihənin bütün qrafikini (görüşlərin yeri və tarixi - rayonlara səfərə çıxma vaxtı və s.) yazaram. Təəssüflər olsun ki, azvikidaxili çəkişmələr və mübahisələr bizim vikipediyaçıların toplantılarının mütəmadi xarakter almasına da mane oldu. Bu işi yaxşı başlamışdıq, amma davam etdirə bilmədik. Əslində elə toplantılarda strateji planlarımızı müəyyənləşdirə bilərdik. Son 2-3 toplantıda da çox maraqlı müzakirələr olmuşdu. Mən çalışacam o ənənəni də yenidən bərpa edək və heç olmasa 2-3 aydan bir Bakıdakı azvikiçilərin görüşünü keçirək. --Sortilegus (talk) 20:14, 16 mart 2012 (UTC)
- Hörmətli Sortilegus, həyəta keçirdiyiniz bu fəaliyyəti yüksək qiymətləndirirəm və tam dəstəkləyirəm. --►Safir yüzüklü Ceklimesaj 07:38, 17 mart 2012 (UTC)
- @Hörmətli RM-WaRRioR, rus vikisinin yarı-erməni olmasının Real Madrid haqqında məlumata heç bir aidiyyəti yoxdur, erməniləri sadəcə Azərbaycan haqqında məqalələr maraqlandırır, bunu da çox güclü savad və intelektə malik 1-2 rus muzdlü istifadəçi tutaraq həll ediblər (bu mənim subyektiv fikrimdir) və əgər Siz rusca vikipediyanın tam tərəfsiz olduğunu düşünürsünüzsə məncə bu belə deyil. İngliscə vikipediyada isə say çox olduğundan ermənilərin gücü çatmır. Bir şey ilə də tam razıyam ki, AzVikinin problemlərini Vikipediyada deyil, məhz təhsil sahəsində axtarmaq lazımdır. Hörmətli Sortilegusun bu fəaliyyətini də alqışlayıram, işləri uğurlu olsun! --Melikov Memmed⇒email 07:51, 17 mart 2012 (UTC)
Melikov Memmed - mənim rəyimi diqqətlə oxusaydınız bu fikirdə olmazdınız. Mən yazmadım ki, rus vikisi tam tərəfsizdi. Yuxarıda yazdıqlarımı bir daha oxuyun başa düşəcəksiniz. Mən dedim ki, belə fəaliyyətlərə görə tamamilə rus vikisini tərəfli adlandırmaq olmaz. Özünüz də vurğuladınız ki, bunu 2-3 muzdlu insan sırf Azərbaycana aid məqalələrdə edir. --RM-WaRRioR (talk) 13:46, 18 mart 2012 (UTC)
- Amma mənə elə gəlir ki rus vikisində vəziyyət heç də bizim üçün qeyd edildiyi kimi pis hesab oluna bilməz, həmçinin "muzdlu rus"lara da inanmıram, məncə "muzdlu ermənilər" desək daha doğru olar, belə ki bəzi ermənilər səhər-axşam wikipediadadırlar! Onların başqa işləri-peşələri yoxdur? Hesab edirəm ki onlar Ermənistan hökumətindən maaş alırlar. Elə balans da burada pozulur, bizdə könüllülərdir, onlarda muzdlular. Amma yenə də onlar heç də ürəyi istədiklərini edə bilmirlər, bir çox hallarda azərbaycanlıların ciddi müqaviməti ilə qarşılaşıblar...
- O ki qaldı AzViki-yə, bunu heç cürə ingilis və rus vikiləri ilə müqaisə etmək olmaz. Bizdə demək olar ki hələ heç nə yoxdur. AzViki hal-hazırda fanatiklərin öhdəsindədir, mən belə başa düşürəm, maddi maraq yoxdur. Vikipedia bizim gələcəyimizdir, vikipedia bizim dilimizin və savadımızın inkişaf səviyyəsini göstərən şkaladır və AzVikinin problemləri məni daima narahat edir. Məsələn, mən vaxtım olanda 1 maqalə yarada bilərəm, 1 məqaləni redaktə edə bilərəm, amma axı mənim başqa işlərim də var, əlbəttə ki bütün günümü vikipediaya həsr edə bilmərəm, ən azından ona görə ki burada maddi maraq yoxdur, əgər vaxtımı bura sərf eləsəm bəs maddi ehtiyaclarımı nə ilə odəyim, başqa sözlə nə içim, nə yeyim, necə dolanım?! AzVikinin inkişaf etməsi üçün dövlət dəstəyinə ehtiyac var. Məsələn, Azərbaycanda nə qədər ali məktəb var, magistraturalar, aspiranturalar, doktoranturalar... Bu təhsil müəssisələrində eyni vaxtda azı 50 min nəfər təhsil alır. Onların hər biri ildə neçə dənə kurs işi yazmalıdır, bu kurs işləri kimə lazımdır və hara gedir?! Hesab edirəm ki Təhsil Nazirliyi Kurs işləriın, diplom işlərinin əvəzində tələbələrə AzViki-də məqalə yazmağı tələb etməlidir! Hər tələbə 2-3 məqalə yaratsa, 1-2 ilə AzVikidə görün nə qədər məqalə olacaqdır!!! --Aydın Məmmədov 19:43, 18 mart 2012 (UTC)
- Hörmətli Aydın müəllim, inanın, yuxarıdakı qeydlərinizi mən universitet rəhbərləri, tələbələr ilə təmaslarda təkrarlamaqdan artıq yorulmuşam. Sizinlə bu məsələdə 100% razıyam. --Sortilegus (talk) 19:49, 18 mart 2012 (UTC)
- İnstitut rəhbərləri köhnə admalardır, onlar nə bilir vikipedia nə deməkdir, onlara əvvəlcə vikipedianın nə olduğunu və mahiyyətini başa salmaq lazımdır, idarəçilər adından Prezidentə və Təhsil Nazirinə məktub yazın, mənə elə gəlir bu halda nəticə müsbət olacaqdır. --Hörmətlə, Aydın Məmmədov 20:00, 18 mart 2012 (UTC)
- Hörmətli Aydın müəllim, inanın, yuxarıdakı qeydlərinizi mən universitet rəhbərləri, tələbələr ilə təmaslarda təkrarlamaqdan artıq yorulmuşam. Sizinlə bu məsələdə 100% razıyam. --Sortilegus (talk) 19:49, 18 mart 2012 (UTC)
- Tələbələrin eyni vaxtda Azvikiyə cəlb olunmasının əlehinəyəm. Bir anlıq təsəvvür edin, 2 min nəfərə Vikipediyada məqalə yaratmaq tapşırılıb. Aləm dəyər bir - birinə :)) Şəxsən mən 3 universitetin bu işə cəlb olunmasını istərdim. Digər tərəfdən Aydın Məmmədov düzgün qeyd etdi. Yuxarı dairələrə məktub yazmaq lazımdır. Birdə televiziyanın bizə yardımı dəyə bilər. Məsələn İtv, həftədə bir dəfə 30 dəqiqə olmaqla, Vikipediya haqqında verliş hazırlasa əla olardı. Bir məsələdə var. Bizim indiki fəal istifadəçi sayımız bir ay ərzində 10 qat artsa belə, bizim zamana ehtiyacımız var. Mən digər vikiləridə izləyirəm. Envikidən başqa bir çoxunun tempi bizimlə eynidir. Bir daha hamınıza uğurlar. Yorulmayasız. Hörmətlə--Baskervill 21:19, 18 mart 2012 (UTC)
- Belə də olar, doğrusu bu məsələnin texniki tərəfini mən öyrənməmişəm, elə ona görə də məktub yazmağı idarəçilərdən xahiş etdim, əgər 50min tələbənin eyni vaxtda AzVikidə məqalə yazması problem yaradacaqsa, qoy bu işi magistraturada oxuyanlara versinlər, onların ki sayı xeyli azdır. O cümlədən, indi elmlər namizədi adı almaq üçün xarici elmi nəşrlərdə ən azı 2 məqalə çap olunması tələb edilir, namizədlik dissertasiyası müdafiyə edənlər isə pul verib Özbəkistan, Türkmənistan jurnallarında 1-2 məqalə dərc etdirirlər, bunun Azərbaycana nə xeyri var?! Yaxşı olar ki onlardan həm də 20-30 vikipedia məqaləsini yaratmaq, yaxud var olan məqaləni əməlli-başlı redaktə etmək də tələb olunsun. Biz vikipedia redaktəsində Azərbaycanın elmi potensialından maksimum yararlanmalıyıq və həm də AzVikini fanatiklərin öhdəsindən çıxarmalıyıq! Əlbəttə ki AzVikinin vəziyyəti özbək, qırğız, türkmən və bir çox digər vikilərdən xeyli yaxşıdır, amma burada öyünməli bir şey varmı? - mən görmürəm. Rusların bir sözü var, deyirlər "general olmaq istəməyən əsgər pis əsgərdir!", biz də elə, AzVikinin aparıcı viki olmasını istəmiriksə, deməli pis vikipediyaçılarıq, pis azərbaycanlıyıq, ona görə daim AzVikini EnViki səviyyəsinə qaldırmaq barədə fikirləşməliyik, əlbəttə ki bu mümkün deyil, onda niyə Català vikipediyası səviyyəsinə çatmayaq?! Mən baxdım, onların məqalələri heç də digər vikilərin tərcüməsi deyil, əksər halda orijinal bir mənbədir, bu xalqın heç müstəqil dövləti də yoxdur, amma görün dilləri necə inkişaf edib, özü də bu dildə danışanların sayı 11 milyondan çox deyil!!! --Hörmətlə, Aydın Məmmədov 2:15, 19 mart 2012 (UTC)
- Tələbələrin eyni vaxtda Azvikiyə cəlb olunmasının əlehinəyəm. Bir anlıq təsəvvür edin, 2 min nəfərə Vikipediyada məqalə yaratmaq tapşırılıb. Aləm dəyər bir - birinə :)) Şəxsən mən 3 universitetin bu işə cəlb olunmasını istərdim. Digər tərəfdən Aydın Məmmədov düzgün qeyd etdi. Yuxarı dairələrə məktub yazmaq lazımdır. Birdə televiziyanın bizə yardımı dəyə bilər. Məsələn İtv, həftədə bir dəfə 30 dəqiqə olmaqla, Vikipediya haqqında verliş hazırlasa əla olardı. Bir məsələdə var. Bizim indiki fəal istifadəçi sayımız bir ay ərzində 10 qat artsa belə, bizim zamana ehtiyacımız var. Mən digər vikiləridə izləyirəm. Envikidən başqa bir çoxunun tempi bizimlə eynidir. Bir daha hamınıza uğurlar. Yorulmayasız. Hörmətlə--Baskervill 21:19, 18 mart 2012 (UTC)
- Katolon vikipediyası ilə mən tanışam. Orada olan inkişafın əsas səbəbi, İspaniyada olan təhsil sistemi ilə bağlıdır. Fikir verin, Baskların elmlə araları elədə yoxdur, bu onların vikipediyalarınada təsir edib. Bizim Katalon vikisinin səviyyəsinə catmağmıza 5 il var. Hörmətlə --Baskervill 20:26, 19 mart 2012 (UTC)
- Hansı yolla? Ortada bir konsepsiya varmı? Buna kim zəmanət verə bilər ki 5 ildən sonra Katolon vikisinə çatacağıq, özü də 5-6 nəfər fanatikin hesabına?! Yox, inandırıcı görünmür. Gəlin bu işin üstünə möhkəm düşək, nəsə bir iş görmək lazımdır... O ki qaldı bask vikisinə, məncə bu barədə sizin fikriniz yanlışdır, çünki bask dili mən bilən, ölü dildir, bask xalqı var amma bu xalq bask dilində danışa bilmir, mülahizələrə görə bu xalq Avropa mənşəli yeganə xalqdır, yerdə qalanlar isə gəlmədirlər. Aydın Məmmədov 23:50, 19 mart 2012 (UTC)
- Katolon vikipediyası ilə mən tanışam. Orada olan inkişafın əsas səbəbi, İspaniyada olan təhsil sistemi ilə bağlıdır. Fikir verin, Baskların elmlə araları elədə yoxdur, bu onların vikipediyalarınada təsir edib. Bizim Katalon vikisinin səviyyəsinə catmağmıza 5 il var. Hörmətlə --Baskervill 20:26, 19 mart 2012 (UTC)
- Vikipediya:Məqalə laboratoriyası bu bölmə ərəb əlifbası səbəbindən pis durumdadır. Latınla yazılan yazılarda, ərəb əlifbası stilində yazılır. Hörmətlə --Baskervill 21:28, 18 mart 2012 (UTC)
Novruz
Novruz bayramınız mübarək! Hörmətlə--Orartu (talk) 16:54, 19 mart 2012 (UTC)
- bayram mübarək! Hörmətlə.--E thp 17:37, 19 mart 2012 (UTC)
Təbrikə qoşuluram. Novruzdan – Yeni gündən başlayaraq hər birimizi öz nəfsimizə hakim edərək, kin, ədavət, həsəd, paxıllığın insanlığa zidd olan yönlərini qəlblərimizdən çıxarmağı, dostluq, qardaşlıq, ehtiram, yardımlaşma kimi insani keyfiyyətləri isə qəlbimizdə çiçəkləndirməyi Allahdan diləyirəm!→Vago ms 06:02, 20 mart 2012 (UTC)
Novruz bayramınız mübarək olsun! Belə gözəl bayramları həmişə yaxınlarınızla, doğmalarınızla bir yerdə keçirəsiniz. Süfrəniz həmişə bərəkətli olsun. Bayramınız mübarək! --Babək Akifoğlu 09:22, 20 mart 2012 (UTC)
Sizin hər birinizin bayramını təbrik edirəm. Hörmətlə --Baskervill 09:42, 20 mart 2012 (UTC)
- Məndə hər bir kəsi təbrik edirəm! --Şahzadə (talk) 12:23, 20 mart 2012 (UTC)
- Mən də deyilən bütün xoş sözlərə qoşuluram. Novruz bayramınız mübarək!--Sortilegus (talk) 17:48, 20 mart 2012 (UTC)
- Məndə hər bir kəsi təbrik edirəm! --Şahzadə (talk) 12:23, 20 mart 2012 (UTC)
- Bayramınız mübarək! -- ■ Sultan mesaj 06:48, 21 mart 2012 (UTC)
- Yeni iliniz qutlu olsun. Gələn günləriniz xeyirli bərəkətli olsun. --Əmir İbrahimi *danışıq* 15:27, 21 mart 2012 (UTC)
- Bayramınız mübarək! -- ■ Sultan mesaj 06:48, 21 mart 2012 (UTC)
Kateqoriya:Qriqorian təqvimi
Zəhmət olmasa, bu kateqoriyanı ya ləğv edin, ya da adını dəyişin, belə ki azərbaycan dilində belə söz yoxdur, var Qriqori təqvimi. --Hörmətlə, Aydın Məmmədov 18:57, 24 mart 2012 (UTC)
Hörmətli Aydın Məmmədov. Bu ifadənin Azərbaycan dilində sırf olaraq "Qriqori Təqvimi" kimi tərcümə olunması hansı kitabda öz əksini tapıb? Bu sualı ona görə verirəm ki, bəzi kitablarda bu Qriqorian Təqvimi kimi qeyd olunub. Məsəlçün İbad Məmmədovun "Köməkçi tarixi fənlər" adlı kitabında belə qeyd olunub. Buna baxmayaraq mən də sizin versiyanızın tərəfdarıyam. Çünki tədqiqatçı İ.Məmmədov bu kitabında demək olar ki, başdan-ayağa rus sözlərinin və terminlərinin təsiri altından çıxa bilməyib və əksər terminlər elə rus dilində səsləndiyi kimi qeyd olunub. --RM-WaRRioR (talk) 16:49, 25 mart 2012 (UTC)
- Vallah, indi yanımda heç bir ədəbiyyat yoxdur, ona görə Sizə konkret heç nə deyə bilmirəm, amma bunu dəqiqləşdirmək üçün ASE-yə baxmağı məsləhət görürəm, sözsüz ki orada bu "Qriqori təqvimi" kimi yazılıb, belə ki mən bu mövzu ilə bəlkə bir 25 ildir məşğul oluram, hətta vaxtilə Seleşnikovun kitabından da istifadə etmişəm, indi onlayn çeviricilər var, hicrini şəmsiyə çevirmək üçün, çox asandır, əvvəllər isə biz sinxron cədvəllərdən istifadə edirdik, o da çox mürəkkəb idi, elə ona görə də 20 il əvvələ qədər edilmiş çevirmələr bir çox hallarda səhv olub. Həmçinin əlavə edim ki, mənə hətta Qafqaz Albaniyası təqvimindəki ayların adları da məlumdur. Yəni demək istəyirəm ki, təqvim mövzusu ilə çoxdandır məşğul oluram və mən azərbaycanca "Qriqorian təqvimi", "Yulian təqvimi" terminlərinə indiyə qədər rast gəlməmişəm, var "Qriqori təqvimi", "Yuli təqvimi". Hörmətlə, Aydın Məmmədov 17:23, 25 mart 2012 (UTC)
Təşəkkür edirəm! ASE nədir? --RM-WaRRioR (talk) 05:29, 26 mart 2012 (UTC)
Kateqoriya:Teymurlular sülaləsi
Zəhmət olmasa, bu kateqoriyanı da ya ləğv edin, ya da adını "Teymurilər sülaləsi" şəklində dəyişin, belə ki azərbaycan dilində belə termin də yoxdur, ola bilər hansısa inistitutun müəllimi belə bir termin yaratmağa cəhd edib və hansısa "elmi-məqalə"sində belə yazıb, amma biz belə şeylərə əhəmiyyət verməməliyik, biz baxmalıyıq ASE-yə və Azərbaycan tarixinə, varmı orada "Teymurlular sülaləsi"?! Bəlkə Səfəvilər sülaləsinin adını da dəyişib "Səfililər sülaləsi" qoyaq, ya Dərbəndilər sülələsinə, "Dərbəndlilər sülaləsi" deyək?! --Hörmətlə, Aydın Məmmədov 20:57, 25 mart 2012 (UTC)
Sizinlə tamamilə razıyam! Teymurlular deyilən termin yoxdur bizim dildi. Bütün kitablarda TEYMURİLƏR kimi qeyd olunub.--RM-WaRRioR (talk) 05:29, 26 mart 2012 (UTC)
- Bu məsələ artıq dəfələrlə qalxıb, sadəcə Ənvər müəllim öz araşdırmalarında belə yazır və mənbə də göstərdiyindən bu ada israr edir. Ancaq Vikipediya qaydalarına görə kütləvi olan əsasdır, bu da sözsüz "Teymurilər sülaləsi"dir. Təəssüf ki, ən adi şeylər belə AzVikidə bu cür mübahisələrə səbəb olur.--Melikov Memmed⇒email 06:56, 27 mart 2012 (UTC)
Belə məsələləri Kənd meydanında yox, məqalənin müzakirə səhifəsində və ya mövzu ilə yaxından əlaqəsi olan idarəçilərin müzakirə səhifəsində müzakirəyə çıxarmaq lazımdır. Kənd meydanı Vikipediya ilə bağlı mühüm problemlərin müzakirəsi üçündür. Wertuose (talk) 07:08, 27 mart 2012 (UTC)
- Məsələ burasındadır ki, bu AzVikinin problemidir, məsələn, elə Sizin özünüz, heç bir əsas göstərmədən, mötəbər mənbəyə istinad etmədən, Qriqori təqvimi məqaləsinin adını dəyişdiniz?! Halbuki Siz bəlkə də məndən yaxşı bilirsiniz ki, sözgedən təqvimin adı azərbaycan dilində "Qriqori təqvini" kimi yazılmalıdır, Sizin müzakirə səhifənizdə də bu məsələni kifayət qədər müzakirə etmişik, inadkarlıq göstərməyinizin səbəbini isə başa düşə bilmirəm?! Boş yerə vaxt itiririk, diqqətimiz boş-boş işlərə yönəlir... Nəticədə bu məsələnin həll edilməsini idarərəçilərdən xahiş etdim, görək dəyişmələrinizi hansı yolla əsaslandıra biləcəksiniz? Yeri gəlmişkən, əlavə edim ki mən bilən başqa yolunuz yoxdur, - yalnız 1 yolunuz qalıb, o da səhvə yol verdiyinizi etiraf etməkdir! Amma onu da nəzərə alın ki, Sizin səhviniz ucbatından, mən neçə gündür başqa işlə məşğul ola bilmirəm, diqqətim bu məsələyə yönəlib. --Hörmətlə, Aydın Məmmədov 18:17, 27 mart 2012 (UTC)
- Məqalənin müzakirə səhifəsində yazılıb, əgər bundan sonra da ad yenidən dəyişdirilirsə, demək qarşı tərəf sənin fikirinə hörmət etmir, qalır redaktə müharibəsinə başlamaq--Melikov Memmed⇒email 07:41, 27 mart 2012 (UTC)
Seçilmiş məqalə
- Vaxtınız olanda Ana Səhifəyə məqalə əlavə edərsiniz.--Baskervill 11:33, 26 mart 2012 (UTC)
- Neftçala məqaləsi Ana Səhifəyə əlavə edildi. --►Safir yüzüklü Ceklimesaj 13:40, 26 mart 2012 (UTC)
- Yeni bıraxılış artıq hazırdır. 3 gündən bir bu bölmənin Ana Səhifəyə yerləşdirilməsi lazımdır. Məlumatları mən əlavə edirəm, lütfən idarəcilərdən biri bu bölməni 3 gündən bir yeniləsin və köhnə bölməni arxivləşdirsin. Hörmətlə--Baskervill 14:29, 26 mart 2012 (UTC)
- Vaxtınız olanda Ana Səhifəyə məqalə əlavə edərsiniz.--Baskervill 10:51, 2 aprel 2012 (UTC)
Medallar
Salam. Hər vaxtınız xeyr. Deyə bilərsiz medalları İdarəçilər hansı kriteriyalara uyğun verirlər. Hansı medal üçün nə etmək lazımdı? və ümumiyyətlə AZ.Vikidə neçə növ medal var? --Hörmətlə, Craig Rzayev 18:17, 28 mart 2012 (UTC)
Yenə məqalələrim silinir!
Belə hallar görəndə həqiqətən üzülürəm. Çünki məqalələrimi silən üzərlərində haqqım olan adminlər İrada və Sortilegusdur. Bir məqamı başa düşmürəm niyə bunu edirsiz? Məqalələrin silinməsi üçün ümumi qərar qəbul edilməyibsə və heç kim sizə məqalələrin silinməsi üçün təzyiq göstərmirsə bu hücumlar nəyə lazım. Ona görə öz adımdan siz adminlərə-məqalələrimi silən adminlərə haqqımı halal etmirəm. Əlinizdən gələni edin.
--Vüsal Ağayev (talk) 17:22, 29 mart 2012 (UTC)
- Burada aktiv fəaliyyət göstərən hər bir kəsə müraciət edirəm. Hörmətli Vüsal Ağayev tərəfindən yaradılan məqalələrin silinməsi, Azvikiyə vurulan ağır zərbədir. Məqalələr silinirsə səbəbi açıqlansın. Vüsal bəyin Azvikidən getməsinə səbəb olacaq, addım atan kimsə olsa, həmin səbəbkarın özünü könüllü istehfaya çağıracam. Belə danışmağımın səbəbi bu hallın artıq bir neçə dəfə təkrar olunmasıdır. Hörmətlə--Baskervill 17:30, 29 mart 2012 (UTC)
- Söhbətin hansı məqalələrdən getdiyini bilmirəm, amma silinməsinə ehtiyac olan çox sayda məqalə var və onların arasında istənilən istifadəçinin məqalələri ola bilər. Hər halda yalnız ensiklopedik əhəmiyyəti olmayan məqalələrdən söhbət gedə bilər. Heç kim dəyərli məqaləni siləsi deyil. Wertuose (talk) 17:48, 29 mart 2012 (UTC)
- Burda elə bir kütləvi hal yoxdu axı. Söhbət nədən gedir? --N KOzi FORVM 04:29, 30 mart 2012 (UTC)
- Söhbətin hansı məqalələrdən getdiyini bilmirəm, amma silinməsinə ehtiyac olan çox sayda məqalə var və onların arasında istənilən istifadəçinin məqalələri ola bilər. Hər halda yalnız ensiklopedik əhəmiyyəti olmayan məqalələrdən söhbət gedə bilər. Heç kim dəyərli məqaləni siləsi deyil. Wertuose (talk) 17:48, 29 mart 2012 (UTC)
İdarəçilərdən xahiş edirəm ki, Vüsalın məqalələrinə toxunmasınlar. Çünki əvvəla silməklə heç bir şey qazanmırıq. İtiririk ancaq. İkincisi də, onun hər məqaləsi Azərbaycan kinosu portalını təşkil edir. Bu məqalələr bir-birilə sıx bağlıdır. Əgər biri olmasa əlaqə qırılır. Qırmızı keçidlər çoxalır. Ən azı Vikipediyanın ən fəal üzvünə və onun buradakı yorulmaz əziyyətinə hörmətlə yanaşmalıyıq. --Babək Akifoğlu 17:48, 30 mart 2012 (UTC)
- Müzakirə edilmədən silindiyi üçün məqalələr bərpa etdim. --►Safir yüzüklü Ceklimesaj 08:44, 31 mart 2012 (UTC)
Təklif
Salam. Səfəvi-Osmanlı müharibəsi (1723-1727) və Səfəvi-Osmanlı müharibəsi (1723-1732) məqalələrin məzmunu eyni olduğu üçün bu məqalələri bir sistem halına salmaq üçün müvafiq bu iş üzrə səlahiyyətli şəxslərə bu təklifləri edirəm. 1- Həmin məqalələrdən birini silmək, 2- Səfəvi-Osmanlı müharibəsi (1723-1727) məqaləsinin adını dəyişib Osmanlı-Əfqan müharibəsi qoymaq. Əlbəttə hansını münasib görsəniz..--Qara xan 00:06, 30 mart 2012 (UTC)
- @Hörmətli Qara xan, Səfəvi-Osmanlı müharibəsi (1723-1732) çox gözəl hazırlamısınız, çox sağ olun, ancaq təklifiniz qəbul olunması Vikipediya prinsiplərinə ziddir (ətraflı: Müzakirə:Səfəvi-Osmanlı müharibəsi (1723-1727)). Burada Səfəvi-Osmanlı müharibəsi (1723-1732) məqaləsi Səfəvi-Osmanlı müharibəsi (1723-1727) məqaləsinə köçürülməlidir. Buna səbəb Səfəvi-Osmanlı müharibəsi (1723-1727) mən tərəfdən yaradılması deyil, bunun mənə heç bir aidiyyəti yoxdur, sadəcə Vikipediyada orijinal tədqiqatların yerləşdirilməsi qəbuledilməzdir!. Bu iş Vikipediyada təklif və ya səsvermə ilə ola bilməz! İmkan varsa iddialarınızı akademik nəşrlərdə çap etdirin ki, Vikipediyada da yazıla bilsin. --Melikov Memmed⇒email 04:57, 30 mart 2012 (UTC)
2 eyni məqalə.
Salam. Azərbaycan vikipediyasında həm Xortdan həm də ki, Vampir məqaləsi eyni bir mahiyyəti izah etmək üçün yaradılıb. Amma buna baxmayaraq tamam fərqli cür yazılıblar. Həm Xortdan həm də ki, Vampir adlı məqalələrdə sol tərəflərdə başqa dillərdə Vampir məqaləsi verilib. Bu məqalələrə zəhmət olmasa baxın. İndi bunlardan hansı Vampirdi?Adı Xortdan olan yoxsa Vampir olan məqalə? Hər ikisində sol tərəfdə digər vikilərdə olan vampir məqaləsi varsa onda ya Xortdan məqaləsini ya da ki, Vampir məqaləsini silmək lazımdır. 1 məfhum barədə 2 müxtəlif məqalə ola bilməz axı.--RM-WaRRioR (talk) 15:15, 30 mart 2012 (UTC)
Məncə Xortdan məqaləsində mətni silib Vampir məqaləsinə keçid vermək daha doğru olar. yəni Vampiri saxlayaq. --Irada (talk) 15:35, 30 mart 2012 (UTC)
Mən də belə düşünürəm. Çünki Vampir məqaləsi daha genişdir. Amma Xortdan məqaləsində də maarqlı fikirlər var. Onları Vampir məqaləsinə əlavə etmək olar. --RM-WaRRioR (talk) 18:29, 30 mart 2012 (UTC)
- Azərbaycanca "Vampir" və "Xortdan" sözləri sinonim deyil. "Xortdan" gecələr xortlayan qaniçən məxluqdur, məsələn, Drakulaya "xortdan" demək düz deyil, ona sadəcə gecələr xortlayan məxluq demək olmaz, o insan bədənində qalmaq üçün digər insanların qanın içir ki, bunlar da fərqli şeylərdir. --Melikov Memmed⇒email 05:06, 31 mart 2012 (UTC)
- Məmməd müəllimlə razılaşıram. Xortdan Azərbaycan mifologiyasında obrazdır. --N KOzi FORVM 07:36, 31 mart 2012 (UTC)
- Hörmətli həmkarımız Melikov Memmedin izahatı məqalələrin hər ikisinin saxlanılması üçün kifayət edir. --►Safir yüzüklü Ceklimesaj 08:18, 31 mart 2012 (UTC)
- Məmməd müəllimlə razılaşıram. Xortdan Azərbaycan mifologiyasında obrazdır. --N KOzi FORVM 07:36, 31 mart 2012 (UTC)
Bəs onda nəyə görə hər iki məqalədə digər dillərdə olan Vampir məqaləsi keçidi verilib. Sizdən bir xahişim. Əvvəlcə o məqalələri oxuyun. Əgər sizin dediyiniz kimidirsə onda Xortdan məqaləsinda sol tərəfdə olan başqa dillərə olan keçidlərin hamısı silinməlidir. Çünki sol tərəfdə Xortdana aid olmayan Vampir məqalələrinin keçidləri verilib.--RM-WaRRioR (talk) 09:24, 31 mart 2012 (UTC)