Vikipediya Kend Meydani Arxiv Mart 2014 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Azərbaycan Vikipediyaçılarının I Milli Forumu
Azərbaycan Vikipediyaçılarının Forumu keçiriləcək. 10 mart 2014-cü il tarixində Bakıda Park Inn otelində Azərbaycan Vikipediyaçılarının I Milli Forumu keçiriləcək.
Forumun məqsədi bu sahənin mütəxəssislərini bir araya gətirərək, Azərbaycan Vikipediyasının mövcud durumunu ətrafında fikir mübadiləsinin aparılması, problemlərin və onların həlli yollarının müzakirəsindən ibarətdir. Eyni zamanda forum müddətində Vikipediyanın inkişafı istiqamətində əsaslı addımlar atılması üçün fəaliyyət planının hazırlanması və Azərbaycanda Vikipediyanın inkişafını təmin etmək üçün təkliflər paketinin hazırlanması nəzərdə tutulub. Forum ölkənin Vikipediya mütəxəssisləri və istifadəçiləri, ziyalılar və elm adamları, internet ictimaiyyətinin fəalları, ictimai sferanın nümayəndələrinin iştirakı ilə baş tutacaq. 100 nəfərin qatılacağı tədbirdə iştirak etmək istəyənlər üçün onlayn ərizə formlaları www.wikimedia.az saytında yerləşdirilib. Arzu edənlər 7 Mart tarixinə kimi qeydiyyatdan keçərək forumda iştirak üçün müraciət edə bilərlər. Hörmətlə:--Baskervill (talk) 18:42, 2 mart 2014 (UTC)
- Təşkilatçı kimdi və maliyyə mənbəyi haradandı?--sefer azeri 22:08, 2 mart 2014 (UTC)
- Səni şadxəbər olasan Baskervill. Bu əla bir işdir. --Araz Yaquboglu (talk) 09:32, 3 mart 2014 (UTC)
- Bu günə qədər həyata keçirilən Görüşlərin təşkilatçısı fəal vikipediaçılar olub və Azərbaycan Vikipediyaçılarının I Milli Forumuda fəal vikipediaçılar təşkil edir. Tədbirin təşkili üçün yüksək maliyyə dəstəyi tələb olunmur. Məsələ barədə tezliklə digər idarəçəlirəmizdə öz münasibətini bildirəcək. Hörmətlə:--Baskervill (talk) 09:41, 3 mart 2014 (UTC)
Mən təklif edirəm ki, bütün idarəçilər və aktiv istifadəçilər (hal-hazırda ölkədən kənarda yaşayanlar da daxil olmaqla) bu forumda iştirak edək! Bütün qaranlıq məqamlara aydınlıq gətirək. İşlərimizi planlaşdıraq. Baskervill təklif etdiyi kimi - fəaliyyət planımızı dəqiqləşdirək. İşlərimizi planlı şəkildə ardıcıl görməsək Vikipediyanı indiki durumdan çıxarmaq çox çətin olacaq. Vikipediyanın inkişafı yalnız bizdən asılıdır. Kənardan heç kəs gəlib onu inkişaf etdirə bilməyəcək. Odur ki, bütün vikipediyaçıları foruma qatılmağa çağırıram. --İrada (talk) 09:52, 3 mart 2014 (UTC)
- İradə xanım, foruma qatılmaq olar. Amma əvvəlcə elə forumla bağlı qaranlıq məsələlər aydınlaşdırılmalıdı məncə. Baskervill bu günə kimi təşkil olunmuş bütün vikigörüşlərin təşkilində bu və ya digər səviyyədə iştirak etmiş aktiv istifadəçi və idarəçi kimi mənim bu sualı verməyə haqqım çatdığına inanıram. Sizin iddia etdiyinizin əksinə olaraq, oteldə zal kirayələmək və tədbir təşkil etmək isə heç də ucuz başa gələn məsələ deyil (eyni oteldə mənim də tədbir təşkilatçılığı təcrübəm var və minimum qiymətlərdən xəbərdaram). Məncə istənilən halda maliyyə mənbəyi açıqlanmalıdır. Həmçinin təşkilatçılığı öhdəsinə götürmüş "vikipediyaçılar" da. Hörmətlə --sefer azeri 10:02, 3 mart 2014 (UTC)
Hörmətli Sefer azeri. Mən sizin narahatlığınızı anlayıram. O problem məni də narahat edir. Problem isə belədir: Vikipediyada gecə-gündüz çalışan, təmənnasız olaraq biliyini, əsəblərini, vaxtını məqalə yaratmağa sərf edən vikiçilər bəzən Vikipediyanın adı hallanan qrant layihələrindən kənarda qalırlar. Bax elə ona görə də forumda hər kəsin iştirakı vacibdir ki, bu tip məsələlərə aydınlıq gətirək. --İrada (talk) 10:55, 3 mart 2014 (UTC)
- Günü də bir az uğurlu seçilməyib. Bazar ertəsi çox adam işdə olacaq. Həftə sonu olsaydı məncə daha yaxşı olardı. Çünki adında olduğu kimi, forumdursa bunun ən azı səhər tezdən axşama qədər fəaliyyət göstərməsi gərəkir.--Sortilegus (talk) 11:09, 3 mart 2014 (UTC)
10 mart Azərbaycanda iş günü deyil deyəsən :)--İrada (talk) 11:19, 3 mart 2014 (UTC)
- Doğrudanmı?:) Bəzi vikipediyaçılar xaricdən qatılmağı düşünə bilərdilər, ona görə yazdım.--Sortilegus (talk) 11:28, 3 mart 2014 (UTC)
Bizim hal-hazırda xaricdə yaşayan çox dəyərli vikipediyaçılarımız var. Onların heç olmasa on-line iştirakı təmin olunsaydı pis olmazdı.--İrada (talk) 11:48, 3 mart 2014 (UTC)
- Vikipediyada fəaliyyət göstərən bütün vikipedistlərin bu görüşdə iştirak etməsini arzu edirəm. Bölgələrdə yaşayan aktiv vikipediaçıları mövzu ilə bağlı bir-bir məlumatlandırmaqdayam və istərdim ki, sizlərdə Vikipediyada fəaliyyət göstərmiş tanışlarınıza bu barədə məlumat verəsiniz. Məsələnin maliyyə və ya digər tərəfləri ilə bağlı yaranmış suallarınıza isə tədbirə gəlməklə cavab tapa biləsiniz. Niyyətimiz gecə-gündüz işləmək bahasına olmaqla olsa belə siravi Azərbaycan oxusucunuzun öz ana dilində olan elektron ensiklopediyada bilik əldə edə biləcəyi bir ortam formalaşdırmaqdır. Hörmətlə:--Baskervill (talk) 14:16, 3 mart 2014 (UTC)
- Cənab Baskervill Sizin Vikipediyanın doğrudan da inkişaf etmək istəyiniz, çox alqışlanası bir haldır, buna görə, Sizə öz təşəkürümü bildirirəm, amma təəssüf ki, mən orada iştirak edə bilməyəcəm, lakin hesab edirəm ki, bu görüşlər sayəsində Azərbaycan Vikipediyası bəlkə axır ki, Qlobal hüdudlara yüksələ biləcək. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 15:35, 3 mart 2014 (UTC)
- Vikipediyada fəaliyyət göstərən bütün vikipedistlərin bu görüşdə iştirak etməsini arzu edirəm. Bölgələrdə yaşayan aktiv vikipediaçıları mövzu ilə bağlı bir-bir məlumatlandırmaqdayam və istərdim ki, sizlərdə Vikipediyada fəaliyyət göstərmiş tanışlarınıza bu barədə məlumat verəsiniz. Məsələnin maliyyə və ya digər tərəfləri ilə bağlı yaranmış suallarınıza isə tədbirə gəlməklə cavab tapa biləsiniz. Niyyətimiz gecə-gündüz işləmək bahasına olmaqla olsa belə siravi Azərbaycan oxusucunuzun öz ana dilində olan elektron ensiklopediyada bilik əldə edə biləcəyi bir ortam formalaşdırmaqdır. Hörmətlə:--Baskervill (talk) 14:16, 3 mart 2014 (UTC)
Təəssüf ki, martın 10-u mənim iş günüm olacaq. --Мурад 97 (talk) 10:08, 4 mart 2014 (UTC)
Böyük ehtimalla iştirak edəcəm. --Babək Akifoğlu (talk) 17:09, 4 mart 2014 (UTC)
- Avam adamların, yaxud özlərini avam yerinə qoyanların nəzərinə çatdırmaq istəyirəm ki, hoteldə tədbir keçirmək üçün təşkilatçı tərəfindən heç də hotelə pul ödənilmir, bütün hotellərin sahibləri böyük məmnuniyyətlə istəyər ki, onların hotelində respublika əhəmiyyətli tədbir keçirilsin. Bu onlar üçün reklamdır. Özü də, bu reklama görə heç nə itirmirlər, yəni bir qəpik də pul xərcləmirlər. --Şirvanzadə (talk) 01:46, 5 mart 2014 (UTC)
Saat neçədə olacaq ki? --Мурад 97 (talk) 08:39, 5 mart 2014 (UTC)
- Bütün təklif və iradlara baxmayaraq məncə bu tədbir alqışlanmalıdır.Əyər hır hansı uğur əldə etmək istyiriksə mütləq təşkilatlanma lazım.Hər bir uğurun arxasında güclü təşkilatlanma və təbliğat durur.Mən bölgələrdə yaşayan bir vikipediyaçı iştirakçı kimi deyə bilərəm ki,bu forumun yetərincə xeyiri olcaq.Və böyük ehtimal ki,bu tədbirə gələcəm.Nə qədər uzaqda olsamda.--Atilla (talk) 15:20, 5 mart 2014 (UTC)
- Bir daha səsləndirilən iradlara və suallara qarşı onu qeyd etmək istəyirəm ki, hər kəs ürəyində olan suala cavab tapmaq üçün gərək tədbirdə iştirak etsin. Niyyətimiz Azərbaycan dilində olan Vikipediyanı mövcud böhranlı durumdan çıxarmaq və siravi Azərbaycan vətəndaşı eyni zamanda dünyanın hər hansısa bir nöqtəsində yaşayan və Azərbaycan dilində düşünən, danışan şəxslər üçün ensiklopedik mənbə formalaşdırmaqdır. Tam səmimiyyətimlə inanıram ki, ürəyində Azvikinin inkişafına qarşı maraq olan hər bir şəxs bizim gördüyümüz bu işi dəstəkləyəcək. Burada söhbət bir qrup şəxs və ya idarəçi tərəfindən həyata keçirilən tədbirlərdən söhbət getmir. Bizim bütün aktiv idarəçilərimiz və faəl istifadəçilərimiz mövzu ilə bağlı dəfələrlə məlumatlandırılıblar və onlarla görüşlər keçirilib. Hər bir məsələdə nəyinsə əlehinə gedən və ya bəyənməyən şəxs(lər) olur. Bəlkədə cəmiyyətin ən gözəl tərəfidə onun müxtəlif düşüncəyə sahib fərdlər tərəfindən formalaşmasıdır. Bir daha hər birinizi həmin tədbirdə iştirak etməyə səsləyirəm. Mütləq gəlin Azviki özbək, erməni və ya qazax vikisindən heç də əksik deyil. Hörmətlə:--Baskervill (talk) 19:20, 6 mart 2014 (UTC)
- Salam. Mən iştirak üçün online ərizəni doldurdum, lakin mailimə hər hansı cavab gəlmədi. Ümumən gəlməlidi cavab ?
- Tədbir saat neçədədi ? — Bu imzasız yazı 37.61.122.104 (m) tərəfindən əlavə edilib;
- Tədbir saat 10:00-da başlayır. lakin 9:30-da qeydiyyat başladığı üçün tez gəlmək məsləhətdir. --İrada (talk) 10:51, 7 mart 2014 (UTC)
- Yalnız müraciətinizə təsdiq məktubu aldıqdan sonra Foruma qatıla bilərsiniz. Rustam — Bu imzasız yazı 85.132.58.67 (m) tərəfindən əlavə edilib;
- Tədbir saat 10:00-da başlayır. lakin 9:30-da qeydiyyat başladığı üçün tez gəlmək məsləhətdir. --İrada (talk) 10:51, 7 mart 2014 (UTC)
- Təəssüf ki, mən bu ərəfədə Azərbaycanda olmadığım üçün foruma qatıla bilməyəcəm. Amma çox istərdim ki, bizim idarəçilər - xüsusilə də Bakıda və Sumqayıtda olan idarəçilər tədbirdə iştirak etsinlər. Çünki azvikinin problemlərini onlardan yaxşı bilən yoxdur və azvikinin inkişafı ilə bağlı onların çox dəyərli təklifləri ola bilər. Mən bizim idarəçilərin təəssübkeşliyinə inanıram. --Sortilegus (talk) 23:02, 7 mart 2014 (UTC)
- Şəki şəhərində yaşadığıma və hal-hazırda da Şəki şəhərində olmağıma baxmayaraq, çalışacağam ki, tədbirdə iştirak edim. Amma, yuxarıda bəzi yoldaşların yazdıqlarının əksinə olaraq mən heç də hesab etmirəm ki 1-ci Forumda AzVikinin daxili problemlərinin, bəzi idarəçilər tərəfindən vikipediya prinsiplərinin kobud şəkildə pozulması, digər idarəçilərin isə məqsədyönlü şəkildə bu pozuntulara göz yummaları kimi neqativ halların aradan qaldırılması istiqamətində əməli nəticələr əldə oluna bilər. Əgər idarəçilərə 6 ay əvvəlki müraciətimə indiyə qədər heç bir reaksiya yoxdursa, bütün idarəçilər vikipediya prinsiplərinin kobud şəkildə pozulmasına göz yumurlarsa, məsələni 1-2 saatlıq Forumda müzakirəyə çıxarsaq, yenə də heç nə dəyişməyəcəkdir. Nə qədər ki bəzi idarəçilər açıq-aşkar vandallıqla məşğuldurlar və onlar üçün vikipediya prinsipləri heç nədir, mən də bir aktiv istifadəçi kimi burada heç vaxt fəaliyyət göstərə bilmərəm. Onlara da elə bu lazımdır... Amma hesab edirəm ki 1-ci Forum cəmiyyətin və hökumətin diqqətinin vikipediyaya yönəlməsinə səbəb ola bilər. Elə ona görə də 1-ci Forumu dəstəkləyirəm və əvvəlcə qeyd etdiyim kimi uzaqda yaşamağıma baxmayaraq çalışacağam ki, Forumda iştirak edim. --Aydın Məmmədov (talk) 18:53, 8 mart 2014 (UTC)
KİV-lə bağlı olan keçidlər
Hansı KİV-lərdə forumdan videoları yerləşdirəcəklər? --Мурад 97 (talk) 17:35, 10 mart 2014 (UTC)
- İnternetdə olan bəzi linkləri diqqətinizə çatdırmaq istəyirəm:
- Azərbaycanda viki-cəmiyyət genişləndirilməlidir - YurdTv
- В Баку открылся Первый википедийный форум
- Bakıda Azərbaycan Vikipediyaçılarının I Milli Forumu keçirilib - gün.az
- В Баку был проведен Первый национальный форум википедистов - 1news.az
- Yurd TV: “Azərbaycanda viki-cəmiyyət genişləndirilməlidir” - gün.az
- I Milli Vikipediya Forumu keçirilib - publika.az
- Azərbaycanda I Milli Vikipediya Forumu keçirildi - azxeber.com
- Azərbaycan Vikipediyaçılarının I Milli Forumu keçirilib - science.gov.az
- Baku hosts First Forum of Azerbaijani Wikipedia Writers - VIDEO - news.az
- Mədəniyyət Bakıda Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirilmişdir - azertag.com
- Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirildi - FOTO
- Bakıda Azərbaycan vikipediyaçılarının I milli forumu keçirilib - bakupost.az
- Bakıda Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirilib -zaman.az
- Bakıda Azərbaycan Vikipediyaçılarının Milli Forumu keçirilib az.apa.az
- Vikipediyaçıların I Forumu keçirilib - aztv.az
- В Баку открылся Первый википедийный форум - bakupost.az
- Azərbaycan Vikipediyasında hər gün 20 yeni məqalə yaradılır - salamnews.org
- Azərbaycan Vikipediyaçılarının I Milli Forumu keçirib -www.ict.az
--Baskervill (talk) 19:43, 11 mart 2014 (UTC)
-- Rauf Mərdiyev hara, vikipediya hara? 195.37.114.93 08:15, 12 mart 2014 (UTC)
Təki vikipediyaya Rauf Mərdiyevlər çox gələydi.--Acategory (talk) 08:18, 12 mart 2014 (UTC)
- Rauf Mərdiyev kimilər vikipediyanı ancaq "İrəli" apara bilər. Əminəm 212.201.79.198 21:52, 12 mart 2014 (UTC)
- Ha Ha. --Мурад 97 (talk) 12:47, 13 mart 2014 (UTC)
- Bilirsiz məncə əsas olan Əli, Vəli deyil. Əsas olan Azərbaycanca Vikipediyadır. Təfərrüatlara ehtiyac yoxdur.--samral müzakirə 11:49, 15 mart 2014 (UTC)
- Ha Ha. --Мурад 97 (talk) 12:47, 13 mart 2014 (UTC)
Azərbaycan Vikipediyaçılarının I Milli Forumunun yekunları
Əvvəlcə tədbirdə iştirak edən hər bir vikipedistə və bu sahə ilə maraqlanan hər bir şəxsə təşəkkür edirəm. Azvikinin 10 illik tarixi ərzində belə geniş formatda görüşün təşkil edilməsi bir ilk idi və çox şadam ki, biz bu tarixi bir yerdə yazmağı bacardıq. 100 nəfərdən çox şəxsin iştirakı ilə baş tutan Azərbaycan Vikipediyaçılarının I Milli Forumunda dəyərli qonaqlar iştirak etdi və istər ekspert istərsə də qonaqlar tərəfindən toplamda 100-dən çox müxtəlif təklif və fikir səsləndirildi. Bütün bunların hələ bir başlanğıc olduğunu nəzərə alsaq onu deyə bilərəm ki, bizi fantastik inkişaf və yeni-yeni lahiyələr gözləyir. Bu günü 10 il gözləməmiz lazım gəlsədə inanıram ki, buna dəyərdi. Bir daha tədbirdə iştirak edən və ya iştirak etməyib, ancaq qəlbi Vikipediya üçün döyünən hər bir kəsə dərin təşəkkürlərimi bildirmək istəyirəm. Hörmətlə:--Baskervill (talk) 15:11, 10 mart 2014 (UTC)
- Forumda qəbul edilən təklifləri hardan oxuya bilərik? Məncə səslənməsi kifayət deyil. Yazılı formada olsaydı, digər istifadəçilər də görərdi. Alismayilov (talk) 20:57, 16 mart 2014 (UTC)
Zəhmət olmasa tərcümə edin
salam, xahiş edirəm rus dilindən Лунный заговор-u olduğu kimi bizim dilə tərcümə edin. gərəkli məlumatları çox az tərcümə edirsiniz özdə türkcədən, belə etməyin.zəhmət olmasa rus və ya ingilis dilindən edin. dediyimi tam və olduğu kimi tərcümə etsəniz mənə böyük köməklik etmiş olardınız. özüm yaxşı rusca bilsəydim mən edərdim. ümid edirəmki yaxın zamanda edərsiniz. uğurlar. — Bu imzasız yazı 217.64.16.203 (m) tərəfindən əlavə edilib;
- Aya enişin saxta olması iddiası, - daha doğru görünür. "Aya saxta eniş iddiası" da yazmaq olar, bu bir az konkret olsa da, 1-ci daha dəqiqdir.
Materiala baxdım. Məzmunca "Aya enişin saxta olması iddiası"dır. Amma ideyanın dəqiq adı " Ay sui-qəsdidir".--Acategory (talk) 19:25, 11 mart 2014 (UTC)
- Hörmətli Acategory. Üzr istəyirəm, siz düzgün tərcümə etmədiniz, əslində "Ay sui-qəsdi" yox, "Ay fırıldağı"dır, rus dilindən belə tərcümə olunmalıdır bizim dilə, siz elə yazandan sonra yadıma düşdü. Amma məqaləni də belə adlandırmaq olarmı?
- Hər iki variant mümkündür, çünkü nəzərdə tutulan fəaliyyətdə həm sui-qəsd, həm fırıldaq istəyi var. İstədiyiniz variantı seçə bilrəsiz, sadəcə ad dırnaq içində yazılmalıdır.--Acategory (talk) 04:45, 12 mart 2014 (UTC)
bəli odur ama demək olarki heçnə tərcümə olunmayıb. çox xahiş edirəm bacarırsınzsa edin.
- Ay «nağılı» da yazmaq olar..və ya Ayın «oğurlanması».--Atilla (talk) 10:29, 12 mart 2014 (UTC)
Spamçıların qarşısını necə almalı?
Salam. Çəng mövzusunda istifadəçi 188.253.154.58 söyüşlər yazmışdı, etdiyi dəyişiklikləri geri qaytardım. Amma bunun qarşısını necə almalı? --Stern88888 (talk) 12:32, 13 mart 2014 (UTC)
- Ancaq bloqlamaq yolu ilə qarşısını almaq olar. Dediyiniz İP ünvanlı istifadəçini 3 günlük blok etdim. --Araz Yaquboglu (talk) 13:01, 13 mart 2014 (UTC)
Viki Abidələri Sevir 2014
Əziz və hörmətli vikipediyaçılar!
Bu ilin sentyabr ayında Viki Abidələri Sevir 2014 müsabiqəsi keçiriləcək. Bu müsabiqə dünyada olan mədəni və tarixi abidələrin şəkillərini Vikimediya Commonsa yükləmək məqasədini daşıyır. Bu il Azərbaycan da müsabiqədə iştirak edəcək. Azərbaycanda yerləşən abidələrin şəkilləri də qaliblər sırasına düşə bilərlər.
Müsabiqədə iştirak edə biləcək abidələrin siyahısı burada yerləşdirilib. Ancaq siyahı hələ tam hazır deyil. Bir çox rayonların abidələri haqqında siyahı yaratmaq lazımdır! Mən Bakı abidələri ilə məşğul oluram. Əgər kimin vaxtı və həvəsi varsa digər rayonlar haqqında siyahıları yarada bilərlər. Mənbə üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərtib etdiyi siyahıdan istifadə etmək olar. Nümunə üçün isə Bakı abidələrinin siyahısını götürə bilərsiniz. Hər bir abidə üçün bu şablonu doldurmaq lazımdır. Əgər hansısa bir sualınız və ya çətinliyiniz olsa, mənə müraciət edə bilərsiniz. Siyahı heç olmasa sentyabr ayına qədər hazır olsa yaxşı olar.
Onu da qeyd edim ki, müsabiqədə iştirak etmək üçün şəkillər sentyabr ayında yüklənilməlidirsə də, şəkillərin özlərini nə vax istəsəniz çəkə bilərziniz. Ona görə gördüyünüz abidələrin şəkillərini çəkməkdən çəkinməyin. Bununla və müsabiqədə iştirak etməklə siz nəinki Azərbaycan Vikipediyasını, hətta digər dillərdə olan Azərbaycana aid olan məqalələri xeyli inkişaf etdirməkdə kömək edə bilərsiniz. Bunun üçün isə əvvəl abidələrin siyahıları hazır olmalıdır. Həvəsi və istəyi olan vikipediyaçıları bu işə dəvət edirəm! Hamıya uğurlar!
Hörmətlə, --Interfase (talk) 21:50, 13 mart 2014 (UTC)
- Növbəti dəfə azvikidə bu işi təşkil və təşviq etdiyinə görə Interfaseə təşəkkürümü bildirirəm. Layihədə bacardığım qədər iştirak etməyə çalışacam. İlkin olaraq Şərur abidələrinin siyahısını yaratmaq fikrim var. Bütün vikipediyaçıları bu maraqlı layihədə iştiraka dəvət edirəm. Hörmətlə --sefer azeri 22:25, 13 mart 2014 (UTC)
Proposed optional changes to Terms of Use amendment
100 000-ə az qaldı
Təklif edirəm ki, aprel ayının sonuna hədəf qoyaq. 100 000 məqaləni keçək. 195.37.114.93 15:37, 14 mart 2014 (UTC)
- Bilirsiz əsas olan kəmiyyət deyil əsas olan keyfiyyətdir. Vallahi 1 günə 1000 məqalə yaradaram. Ama mənasızdı. Öz-özünü aldadmaqdı bu.--samral müzakirə 11:55, 15 mart 2014 (UTC)
- Hörmətli idarəçilər!Qax rayonu səyfəsində əhalinin milli tərkibi bölməsi qərəzli olaraq dəyişdirilib.Göstərilən mənbədə aktiv deyil və ya anlaşılmaz formadadır.Rəsmi olaraq Qax rayonun əhalisinin milli tərkibi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi saytında göstərilmiş(http://www.stat.gov.az/source/regions/)
Azərbaycanlıar-82,87%,saxurlar-1.80%.Burda isə 77%-in 5.1% göstərilib.Rus vikipediyası belə rəsmi mənbəyə əsaslansada nədən bizdə belə fərq var.?--Atilla (talk) 18:08, 14 mart 2014 (UTC)
Catalan Culture Challenge
I apologize if this message is not in your language. Please help translate it.
The Catalan-speaking world... Want to find out more? From March 16 to April 15 we will organise the Catalan Culture Challenge, a Wikipedia editing contest in which victory will go to those who start and improve the greatest number of articles about 50 key figures of Catalan culture. You can take part by creating or expanding articles on these people in your native language (or any other one you speak). It would be lovely to have you on board. :-)
We look forward to seeing you!
Amical Wikimedia--Kippelboy (talk) 08:09, 15 mart 2014 (UTC)
Tərcümə:
Bu mesaj sizin dilinizdə olmadığa görə bağışlayın. Xahiş edirik, onu tərcümə etməyə kömək edin.
Katalanca danışan dünya... Daha çox bilmək istəyirsiniz? Martın 16-dan aprelin 15-nə dək biz Katalan Mədəniyyət Tapşırığı təşkil edədəcəyik. Bu Vikipediya yarışmada qalib gələn, Katalan mədəniyyətin 50 vacib şəxsiyyət haqqında ən böyük məqalə sayını geniştrməyə başlayan olacaq. İştrak etmək üçün siz öz doğma dilinizdə (və ya danışdığınız hər hansı başqa dilində) bu insanlar haqqında məqalələri genişləndirməyə bilərsiniz. Sizin köməyinizə çox şad olacayıq.
Biz sizi görməyə gözləyirik!
Tərcüməçi: --Мурад 97 (talk) 13:53, 15 mart 2014 (UTC)
- belə gedsə bu Kataloniya müstəqil olacaq.--samral müzakirə 11:57, 15 mart 2014 (UTC)
Çox maraqlı bir kommunikasiya texnologiyasıdır. Həm dilini, xalqını tanıdır, həm də kimlərdəsə katalan mədəniyyətinin yayılmasına maraq yaradır. Eyni üsulla biz də digər dil səhifələrinə müraciət edə bilərik.
Müraciətinə görə Kataloniyaya aid bir neçə məqalə yaratmağa çalışacağam.--Acategory (talk) 12:43, 15 mart 2014 (UTC)
Bu 50 şəxslərin siyahıya baxdım. Onlardan AzVikidə ancaq 2-nin haqqında məqalələr var: Salvador Dali və Antonio Qaudi. --Мурад 97 (talk) 17:31, 15 mart 2014 (UTC)
Muğamlar Şablonu
Salam. Mən Heyratı mövzusunda aşağıdakı Muğamlar Şablonunu redaktə etmək istəyirdim (bu sözləri əlavə etmək istəyirdim "Həmçinin: Simfonik muğam, Azərbaycan cazı). Amma nədənsə bu mümkün deyil, çıxır "Yeni səhifə qurulur". Lütfən kömək edin. --Stern88888 (talk) 07:32, 16 mart 2014 (UTC)
- Problem həll olundu. və əlavələr edə bilərsiz.--Araz Yaquboglu (talk) 07:47, 16 mart 2014 (UTC)
wikidata.org
Azərbaycanca vikipediyanı wikidata.org a əlavə etmək üçün nə lazımdır? — Bu imzasız yazı 131.220.55.143 (m) tərəfindən əlavə edilib; 19:03, 16 mart 2014 (UTC)
- Vikidatada olan müvafiq səhifəyə AzVikidə mövcud olan səhifənin adını əlavə etmək lazımdır. --►Cekli829 10:06, 20 mart 2014 (UTC)
Ana Səhifənini quruluşunun dəyişdirilməsi
Avikinin Ana səhifəsinin quruluşunun dəyişdirilməsi məsələsi bir necə dəfə gündəmə gəlib. Bütün zamanlarda da məsələ aktivliyin aşağı olması səbəbindən təxirə salınıb. Ancaq bu dəfə konkret hərəkət planı təklif edirəm və əgər hər şey plana uyğun getsə 1 iyun 2014-cü ildən etibarən Azviki öz ənənəvi və monoton Ana səhifəsini dəyişəcək. Bu sahədə ilk addımı Günün seçilmiş məqaləsi bölməsini yaratmaqla atmışdıq və mənim təklifim bundan ibarətidir türkcə vikipediyanın təcrübəsindən istifadə edilsin.
- Ana Səhifədə eyni zamanda 2 məqalə əlavə edilsin (Həftənin seçilmiş məqaləsi və Günün ən yaxşı məqaləsi)
- Günün seçilmiş şəkili bölümü yuxarı sağ küncə yerləşdirilsin
- Tarixdə bu gün bölümü genişləndirilsin (həmin gündə ölən və doğulan şəxslər barədə məlumatlar əlavə edilsin)
- Bilirsinizmi bölməsi yerində qalsın.
Hesab edirəm ki, Azvikidə gündəlik şəkildə Ana Səhifəyə əlavə ediləcək 365 məqaləmiz mövcuddur və əgər Viki cəmiyyət yuxarıda göstərilən şərtlərə razılıq versə o zaman kiçik bir işçi qrup formalaşdırıb işə başlacağam. Təkiflərinizi və fikirlərinizi maraqla gözləyirəm. Hörmətlə:--Baskervill (talk) 19:42, 20 mart 2014 (UTC)
- Razıyam və dəstəkləyirəm.--samral müzakirə 19:59, 20 mart 2014 (UTC)
- Məncə sadəcə TrVikidəki Ana Səhifənin kopiyasını eləmək lazım deyil. Məsələn üçün günün seçilmiş şəkili yuxarı sağ küncə yox, aşağı sağ küncə salmaq lazımdır, çünkü bildiyim gədər, Vikipediyanın Ana Səhifəyə girən insanlar əsasən məhz "Tarixdə bu gün" və "Bilirsinizmi..." bölmələri oxuyurlar. Buna görə onların ikisi də aşağıda olmamalıdılar. --Мурад 97 (talk) 0:49, 21 mart 2014 (UTC)
- İkinci şərtdən başqa digər üç şərtlə razıyam və dəstəkləyirəm. --Araz Yaquboglu (talk) 04:21, 21 mart 2014 (UTC)
- Məncə sadəcə TrVikidəki Ana Səhifənin kopiyasını eləmək lazım deyil. Məsələn üçün günün seçilmiş şəkili yuxarı sağ küncə yox, aşağı sağ küncə salmaq lazımdır, çünkü bildiyim gədər, Vikipediyanın Ana Səhifəyə girən insanlar əsasən məhz "Tarixdə bu gün" və "Bilirsinizmi..." bölmələri oxuyurlar. Buna görə onların ikisi də aşağıda olmamalıdılar. --Мурад 97 (talk) 0:49, 21 mart 2014 (UTC)
Şablon:Region
Bu şablonda elə bir problem var: bir regionun məsələn üçün rəsmi bayrağı yoxdursa, onun "bayrağ" bölməsi yoxa çıxmır. Bunun əvəzinə orada boş "[[Şəkil:{{{bayraq}}}|140px]]" yazı qalır. Bunu həll edə bilən var mı? --Мурад 97 (talk) 02:28, 21 mart 2014 (UTC)
Yeni il
Yeni iliniz mübarək az vikipediyaçilar.--E thp 07:55, 21 mart 2014 (UTC)
- Sizinlə birlikdə hörmətli həmvətənimiz !--Asparux Xan Bulqar (talk) 08:41, 21 mart 2014 (UTC)
- Bahəm.--samral müzakirə 22:25, 21 mart 2014 (UTC)
Azərbaycanca Vikipediyada artıq 100 min məqalə var !!!
Azərbaycandilli Vikipediyada məqalə sayının 100 minə çatması münasibətilə bütün vikiçiləri təbrik edirəm! Amma 100000-ci məqalənin hansı olduğunu axtarmayın. Çünki onun müəyyənləşdirilməsi mümkün deyil :) --►Cekli829 11:04, 25 mart 2014 (UTC)
Təbrik !!! Təbrik !!! Təbrik !!! --Acategory (talk) 11:09, 25 mart 2014 (UTC)
- Ölmədik bu günləridə görmək nəsib oldu. Təbrik edirəm hamını. --Baskervill (talk) 11:21, 25 mart 2014 (UTC)
- Təbriklər hər kəsə, çoxdan gözlənilən bir nəticə axır ki, əldə olundu. --Babək Akifoğlu (talk) 11:23, 25 mart 2014 (UTC)
Təbriklər!!! Axır ki. — Bu imzasız yazı Biql (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 15:26, 25 mart 2014 (UTC)
- Təbriklər! Xoş bir gündə xoş bir təsadüf :)--Sortilegus (talk) 12:16, 25 mart 2014 (UTC)
- Azərbaycanca Vikipediyanın inkişafında əməyi olan hər kəsi təbrik edirəm. #--Zaur Turan(1994) (talk) 12:23, 25 mart 2014 (UTC)
Niyə mümkün deyil ki? Əmin idim ki budur --Мурад 97 (talk) 16:37, 25 mart 2014 (UTC)
- Мурад 97, mümkün deyil. Yeri gəlmişkən deyim ki, sənin o məqalən təxminən 101 min 600-cü məqalədir... ;) --►Cekli829 14:41, 25 mart 2014 (UTC)
- Cekli, bu məlumatını haradan aldınız? --Мурад 97 (talk) 19:54, 25 mart 2014 (UTC)
- Özüm hesablamışam. --►Cekli829 17:39, 25 mart 2014 (UTC)
- Cekli, bu məlumatını haradan aldınız? --Мурад 97 (talk) 19:54, 25 mart 2014 (UTC)
Hamını — bütün zəhməti olan istifadəçiləri təbrik edir, daha da böyük uğurlar arzu edirəm. --Araz Yaquboglu (talk) 14:44, 25 mart 2014 (UTC)
Müəyyən müddət üçün Ana Səhifədəki vikipediya embleminin üzərinə "100 000" işarəsini qoymaq yaxşı olardı.--Acategory (talk) 15:57, 25 mart 2014 (UTC)
- Sortilegus belə bir loqo hazırlayıb. Məncə elə bunu yerləşdirmək əla olardı. --Araz Yaquboglu (talk) 16:01, 25 mart 2014 (UTC)
- Bu loqonu bizim dəyərli idarəçimiz Babək Akifoğlu hazırlayıb. Loqonu əslində bu gün dəyişmişəm, bilmirəm sistemdə niyə görünmür. İndi bir də baxacam.--Sortilegus (talk) 20:58, 25 mart 2014 (UTC)
Təbrik edirəm dostlar! Vikinin emblemi üzərində işləyirik. Bir az səbr edin, yerləşdirəcəm :). --Proger danış 21:59, 25 mart 2014 (UTC)
- Proger zəhmət çəkmə, elə Babək Akifoğlunun hazırladığı emblem kifayət qədər normaldır. --►Cekli829 07:52, 26 mart 2014 (UTC)
- Təbrik!!! Great job my friends, congratulations from Italy! And see you at the 1 000 000th article! ;-) --Phyrexian ɸ 23:21, 25 mart 2014 (UTC)
- Təbriklər, bu işdə hamımızın zəhməti var. İnşallah milyonu qeyd etmək də nəsib olar. --sefer azeri 04:29, 26 mart 2014 (UTC)
- TƏBRİKLƏR!Gün o gün olsun Ana səyfədə "150 000" emblemini yerləşdirəsiniz..--Atilla (talk) 05:33, 26 mart 2014 (UTC)
Cekli, bunu necə hesablamısınız? --Мурад 97 (talk) 10:27, 26 mart 2014 (UTC)
- Мурад 97, hər halda sən hesabladığın kimi hesablamamışam. Ona görə də dəqiq deyə bilərəm ki, 100 mininci məqalənin hansı olduğunun müəyyənləşdirilməsi mümkün deyil. Amma sənin 100 mininci məqalə müəllifi olmaq istəyində olmağını və bunun üçün əməli fəaliyyət göstərməyini də yüksək qiymətləndirirəm. Və buna görə sənə təşəkkür edirəm! --►Cekli829 08:30, 26 mart 2014 (UTC)
- Bunu başa düşdüm. Sadəcə marağım gəlir - bunu necə saymağ olar ki? Bu sirrdir? --Мурад 97 (talk) 13:10, 26 mart 2014 (UTC)
- Мурад 97, Sizi maraqlandıran əsas məsələyə guman edirəm ki, burada cavab vermişəm. --►Cekli829 09:25, 28 mart 2014 (UTC)
- Cekli829, bunu artıq oxumuşam. Yalnız bir şeyi başa düşə bilmirəm: bu texniki məlumat harada mövcüddür və necə redaktə edilir. Bu il Azərbaycanca Vikipediyanın statistikası haqqında bir riyaziyyat yazı işi eləyirdim, və onun üçün bu cür dəqiq məlumatı əldə edə bilməmişəm, ona görə də bu yazı işi yalnız stats.wikimedia saytdan məlumatın əsasında yazmalı idim. Ona görə də bu məqalə sayı məsələsi mənim üçün indi marağlıdır. --Мурад 97 (talk) 12:35, 29 mart 2014 (UTC)
- Мурад 97, Sizi maraqlandıran əsas məsələyə guman edirəm ki, burada cavab vermişəm. --►Cekli829 09:25, 28 mart 2014 (UTC)
- Bunu başa düşdüm. Sadəcə marağım gəlir - bunu necə saymağ olar ki? Bu sirrdir? --Мурад 97 (talk) 13:10, 26 mart 2014 (UTC)
- Wielkie gratulacje! :) :) :) Remedios44 (müzakirəsi) 12:30, 3 aprel 2014 (UTC)
Yeni loqo
Həmkarlar xoş gördük!
AzVikinin əsas loqosu müvəqqəti olaraq "100 000 MƏQALƏ" lenti ilə əvəz edildi. Məncə mənim variantım pis alınmayıb. Hamınızı bir daha təbrik edirəm! ;) --Proger danış 22:27, 26 mart 2014 (UTC)
Yubiley loqosu yaxşı alınıb, zəhmətinə görə Progerə təşəkkür edirəm.--Acategory (talk) 22:37, 26 mart 2014 (UTC)
- Nəhayət ki, loqo öz yerini aldı. Baxmayaraq ki, mənim hazırladığım variantın yerləşdirilməsi mümkün olmadı, bu loqonu da yüksək qiymətləndirirəm. Çox yaxşı alınıb. Təşəkkürlər, Proger! --Babək Akifoğlu (talk) 23:15, 26 mart 2014 (UTC)
--Мурад 97 (talk) 08:38, 27 mart 2014 (UTC)
- Möhtəşəm bir işdir. Sonunda belə maraqlı dizaynları Azvikidə də görmək nəsib oldu. Buna görə Progerə dərin təşəkkürlər. Hörmətlə:--Baskervill (talk) 07:19, 27 mart 2014 (UTC)
Bu şəkili Commons-a yükləyə bilən var mı? --Мурад 97 (talk) 11:55, 27 mart 2014 (UTC)
Cekli829-un etdiyi dəyişikliklər
Mənə bir şey çatmır, Cekli829 adlı idərəçi nəyə görə səyyahlara, tarixyazarlara aid mövzularda "Tarixi qaynaqlar" daxili keçidini silməklə məşğuldur. Bir də, Tarixçi Zaur Həsənova aid mövzuda "uzman"ı silib, "mütəxəssis" yazmasını anlamıram: 1) "uzman" dilimizdə oturuşmuş sözdür, 2) ərəbin "mütəxəssis"i nəyə görə "uzman"dan daha üstündür? --Stern88888 (talk) 17:19, 29 mart 2014 (UTC)
- Hörmətli Stern88888, Siz "Tarixi qaynaqlar" məqaləsini daxili keçid kimi yox, "Həmçinin bax" bölməsində göstərmisiniz. Buna heç bir ehtiyac yoxdur. Yalnız uyğun olduğu halda müvafiq məqalələrə "Kateqoriya:Tarixi qaynaqlar" əlavə edə bilərsiniz. "Uzman" sözü isə türkcədir və Azərbaycan dilinin orfoqrafiya lüğətində yoxdur. --►Cekli829 17:51, 29 mart 2014 (UTC)
- Yaxşı, mən düz göstərməmişdimsə, siz düzəldəydiniz. Daha niyə silirdiniz? Nə vaxtdan bəri Herodot və başqaları tarixi qaynaq sayılmır? Axı niyə də Herodot və bir çox başqa tarixyazar, səyyah haqqında məqalələri açan oxucu icmal şəklində yazılmış "Tarixi qaynaqlar" mövzusu haqqında bilməsin?
- İstinad etdiyiniz orfoqrafiya sözlüyü 2004-cü ildə çap olunmuş sözlüyün elektron biçimidir. İstənilən sözlüyün ərsəyə gəlməsi illər apara biləcəyini, Azərbaycan sözlükləri heç vaxt tam dolğun olmadığını, çox vaxt sovet sözlüklərinin latın qrafikasıyla yazılmış kopyası olduğunu və aradan 10 il keçdiyini nəzərə alsaq "uzman" sözünün orada olmamağı heç də şaşırdıcı gəlməz. --Stern88888 (talk) 18:45, 29 mart 2014 (UTC)
- Bəli, Siz düz göstərməmişdiniz, ona görə də silib düzəltdim. Hər hansısa bir məqaləni (bu halda konkret olaraq "Tarixi qaynaqlar" məqaləsini) yaratmağınız Sizə heç bir əsas vermir ki, onu istədiyiniz hər bir məqalənin "Həmçinin bax" bölməsində göstərəsiniz.
- Azərbaycandilli Vikipediya yeni sözlər yaratmaqla məşğul olmur, bu layihə mövcud sözlərdən istifadə olunan bir layihədir. Əgər hər hansısa bir sözün dilimizdə tərcüməsi varsa, ilk növbədə ondan istifadə edilir. Əks halda isə transliterasiya olunur. --►Cekli829 18:57, 29 mart 2014 (UTC)
- Siz mənə demədiniz, nəyə görə Herodot və başqaları tarixi qaynaq sayıla bilməz. Hansı kriterlərlə təyin edirsiniz bunu?
- "Uzman" sözü yeni yox, dilimizə oturuşmuş sözdür. Vikipediyanın məqsədi canlı dili öldürmək yox, insanlara bilgi verməkdir. --Stern88888 (talk) 19:07, 29 mart 2014 (UTC)
- Mən nə vaxt dedim ki, "Herodot və başqaları tarixi qaynaq sayıla bilməz". Mən elə söz deməmişəm.
- "Uzman" sözünün dilimizə oturuşmuş söz olduğunu necə sübut edə bilərsiniz? --►Cekli829 19:10, 29 mart 2014 (UTC)
- Bəs onda niyə bir çox tarixyazara aid mövzularda o keçidi silmisiniz?
- Bir də, indicə gördüm ki, "Tarixi qaynaqlar" mövzusunda "qaynaqlar" sözü mövzunun başlığından və mətnin hər yerindən silib "mənbələr" sözüylə əvəz etmisiniz. Burda bir xəstə şovinist antitürk qərəzlilik var.
- Klinikamızda uzman həkim stomatoloqlar çalışır. Və s., və ilaxır. --Stern88888 (talk) 19:38, 29 mart 2014 (UTC)
- Xahiş edirəm ki, təhqir və aqressiyaya yol verməyin. Əks halda fəaliyyətiniz məhdudlaşdırıla bilər. Nəzərinizə çatdırım ki, bu layihə Vikipediyanın türk dilində olan bölməsi deyil. İstinad etdiyiniz məqalənin sildiyim səhifələrin "Həmçinin bax" bölməsində göstərilməsi məqsədəuyğun deyil. --►Cekli829 19:44, 29 mart 2014 (UTC)
- Siz suallardan qaçırsınız. Söhbət "qaynaq" sözünün "mənbə" ilə kompromissiz şəkildə əvəz olunmasından gedir. Niyə?? Bu etnik qərəzliyin səbəbin bilmək istərdim.
- "Məqsədəuyğun deyil" nə deməkdir? Tarixyazarlar və "Tarixi qaynaqlar" arasında mövzu uyğunsuzluğunu iddia etmək absurddur və qərəzliyin daha bir göstəricisidir.--Stern88888 (talk) 19:55, 29 mart 2014 (UTC)
- Mənim kimiləsə qəsd-qərəzçiliyim yoxdur. Mən sadəcə müvafiq sözləri Azərbaycan dilinə uyğunlaşdırıram. --►Cekli829 19:57, 29 mart 2014 (UTC)
- Fəaliyyətiniz və suallardan qaçmanız sözlərinizin tam əksini göstərir. --Stern88888 (talk) 20:16, 29 mart 2014 (UTC)
- Mən müvafiq qaydada bütün açıqlamaları vermişəm. Xahiş edirəm ki, Vikipediyanın işini pozmayın. --►Cekli829 20:27, 29 mart 2014 (UTC)
- Vermədiniz axı. İndi də mənə hədə-qorxu gəlirsiniz. Mən bu sualların cavabını bilmək istəyirəm: 1) Tarixyazarlar və "Tarixi qaynaqlar" arasında mövzu uyğunsuzluğunu necə təyin etdiniz? 2) "qaynaq", "uzman" sözləri nə zamandan bəri dilimizə uyğun olmadı? Nəyə görə bütün mövzulara girib "qaynaq" sözünü "mənbə" ilə əvəz edirsiniz? Bir istifadəçi olaraq başqa maraqlı iş tapmadınız? --Stern88888 (talk) 20:44, 29 mart 2014 (UTC)
- Bəlkə Tarixyazarlar və "Vikipediya:Tarixi mənbələr" deyəsiniz? Çünki həmin məqalənin uyğun adı belədir. Hansısa işlə məşğul olmağım üçün məgər Sizdən icazə almalıyam? :) --►Cekli829 21:49, 29 mart 2014 (UTC)
- Vermədiniz axı. İndi də mənə hədə-qorxu gəlirsiniz. Mən bu sualların cavabını bilmək istəyirəm: 1) Tarixyazarlar və "Tarixi qaynaqlar" arasında mövzu uyğunsuzluğunu necə təyin etdiniz? 2) "qaynaq", "uzman" sözləri nə zamandan bəri dilimizə uyğun olmadı? Nəyə görə bütün mövzulara girib "qaynaq" sözünü "mənbə" ilə əvəz edirsiniz? Bir istifadəçi olaraq başqa maraqlı iş tapmadınız? --Stern88888 (talk) 20:44, 29 mart 2014 (UTC)
- Mən müvafiq qaydada bütün açıqlamaları vermişəm. Xahiş edirəm ki, Vikipediyanın işini pozmayın. --►Cekli829 20:27, 29 mart 2014 (UTC)
- Fəaliyyətiniz və suallardan qaçmanız sözlərinizin tam əksini göstərir. --Stern88888 (talk) 20:16, 29 mart 2014 (UTC)
- Mənim kimiləsə qəsd-qərəzçiliyim yoxdur. Mən sadəcə müvafiq sözləri Azərbaycan dilinə uyğunlaşdırıram. --►Cekli829 19:57, 29 mart 2014 (UTC)
- Xahiş edirəm ki, təhqir və aqressiyaya yol verməyin. Əks halda fəaliyyətiniz məhdudlaşdırıla bilər. Nəzərinizə çatdırım ki, bu layihə Vikipediyanın türk dilində olan bölməsi deyil. İstinad etdiyiniz məqalənin sildiyim səhifələrin "Həmçinin bax" bölməsində göstərilməsi məqsədəuyğun deyil. --►Cekli829 19:44, 29 mart 2014 (UTC)
Müzakirənizə garışmağıma görə bağışlayın, amma qeyd etməliyəm ki, "Tarixi mənbələr" səhifəsi Vikipediya məqaləsinə bilə oxşamır. Daha çox bu cür siyahılara oxşayır. Mənbə qaynaq sözün sinonimidir, sadəcə AzVikidə daha çox mənbə sözü daha çox işlənilir. Buna görə də onun adını Vikipediya:Tarixi mənbələr adına dəyişdirdim. Bu hərəkətin "şovinist" və "anti türk" necə olduğları başa düşə bilmirəm və Cekli829 ilə razıyam ki, sözləriniz Vikipediyanın qaydalarını pozur. --Мурад 97 (talk) 23:58, 29 mart 2014 (UTC)
- Мурад 97, səhifənin adını "Vikipediya:Tarixi mənbələr" edib, Vikidatada da müvafiq düzəlişi etdim. Diqqətin üçün təşəkkürlər! --►Cekli829 20:03, 29 mart 2014 (UTC)
- Dildə qəbul olunmuş sözlər, ifadələr Vikipediyanın qaydalarını necə poza bilər? Azərbaycan ədəbiyyatında "tarixi qaynaqlar" sözü "tarixi mənbələr" qədər çox işlədilir. Məgər AzVikinin leksikonu qəbul olunmuş tarixi terminologiya ilə üst-üstə düşmür? Əgər elədirsə, bu ayrısçkiliyin səbəbini bilmək istəyirəm. --Stern88888 (talk) 20:11, 29 mart 2014 (UTC)
- Vikipediyanın qaydalarını "şovinist" kimi sözlər pozurlar. Mən bu sözün haqqında yazırdım. --Мурад 97 (talk) 0:44, 30 mart 2014 (UTC)
- Bəs qərəzli, kompromissiz ayrıseçkiliyə nə deməli? --Stern88888 (talk) 20:47, 29 mart 2014 (UTC)
- Əgər şovinizm sözün mənası ilə tanış deyilsiniz, buyrun - oxuyun. --Мурад 97 (talk) 01:06, 30 mart 2014 (UTC)
- İzah etməyinizə gərək yoxdur. Şovinizm yalnız bir xalqın o birinə fiziki güc tətbiq edib yer üzündən silmək istəyi ilə özünü göstərmir. Bu, özünü həm də tarix, dilçilik və etnoqrafiya məsələlərində ayrıseçkilikdə də göstərir. Məsələn, "qaynaq" sözünü kompromissiz şəkildə "mənbə" ilə əvəz olunması və mətnlərdə yalnız ərəb sözlərindən istifadə olunması mənə çatmır. --Stern88888 (talk) 21:40, 29 mart 2014 (UTC)
- Hansı kompromisdən danışırsınız? Əgər Vikiqaydalara diqqət yetirsəniz mənbə sözünə üstünlük verildiyini görə bilərsiniz. Məsələn: Vikipediya:Etibarlı mənbələr --►Cekli829 21:52, 29 mart 2014 (UTC)
- Çox gülünc bir bəhanə. Hər hansı bir müəllifin yazdığı mətndə hansısa sözə üstünlük verməsi, o demək deyil ki, digər söz dildə və tarixi terminologiyada mövcud deyil və qəbul olunmazdır. Hər hansısa şəxs canlı dilin düşməni ola bilər, ancaq Vikipediya dil düşməni deyil və dildə sinonimlərin işlənməsinə heç bir qadağa qoymur. Başqa vaxt sözü sözlükdə arayırsınız. Açın sözlükləri, tarixi kitabları baxın, sonra silin. --Stern88888 (talk) 22:08, 29 mart 2014 (UTC)
- Məgər "mənbə" sözü Azərbaycan dilində yoxdur? Siz sadəcə mənə iftira atırsınız. Ona görə də mən Sizi 1 həftə müddətində bloklayıram. --►Cekli829 22:12, 29 mart 2014 (UTC)
- İftiralara görə istifadəçiyi bloklamaq olar yoxsa yox - bilmirəm, amma təhqirə görə onu bloklamaq çoxdan lazım idi. --Мурад 97 (talk) 16:17, 30 mart 2014 (UTC)
- Məgər "mənbə" sözü Azərbaycan dilində yoxdur? Siz sadəcə mənə iftira atırsınız. Ona görə də mən Sizi 1 həftə müddətində bloklayıram. --►Cekli829 22:12, 29 mart 2014 (UTC)
- Çox gülünc bir bəhanə. Hər hansı bir müəllifin yazdığı mətndə hansısa sözə üstünlük verməsi, o demək deyil ki, digər söz dildə və tarixi terminologiyada mövcud deyil və qəbul olunmazdır. Hər hansısa şəxs canlı dilin düşməni ola bilər, ancaq Vikipediya dil düşməni deyil və dildə sinonimlərin işlənməsinə heç bir qadağa qoymur. Başqa vaxt sözü sözlükdə arayırsınız. Açın sözlükləri, tarixi kitabları baxın, sonra silin. --Stern88888 (talk) 22:08, 29 mart 2014 (UTC)
- Hansı kompromisdən danışırsınız? Əgər Vikiqaydalara diqqət yetirsəniz mənbə sözünə üstünlük verildiyini görə bilərsiniz. Məsələn: Vikipediya:Etibarlı mənbələr --►Cekli829 21:52, 29 mart 2014 (UTC)
- İzah etməyinizə gərək yoxdur. Şovinizm yalnız bir xalqın o birinə fiziki güc tətbiq edib yer üzündən silmək istəyi ilə özünü göstərmir. Bu, özünü həm də tarix, dilçilik və etnoqrafiya məsələlərində ayrıseçkilikdə də göstərir. Məsələn, "qaynaq" sözünü kompromissiz şəkildə "mənbə" ilə əvəz olunması və mətnlərdə yalnız ərəb sözlərindən istifadə olunması mənə çatmır. --Stern88888 (talk) 21:40, 29 mart 2014 (UTC)
- Əgər şovinizm sözün mənası ilə tanış deyilsiniz, buyrun - oxuyun. --Мурад 97 (talk) 01:06, 30 mart 2014 (UTC)
- Bəs qərəzli, kompromissiz ayrıseçkiliyə nə deməli? --Stern88888 (talk) 20:47, 29 mart 2014 (UTC)
- Vikipediyanın qaydalarını "şovinist" kimi sözlər pozurlar. Mən bu sözün haqqında yazırdım. --Мурад 97 (talk) 0:44, 30 mart 2014 (UTC)
Global sysop actions
Hello everybody. At first my excuses for posting in English. My name is JurgenNL and I am a global sysop, what means I have sysop tools on small wikis with no or very few sysops. This wiki is also a global sysop wiki, while there are active sysops. Is it okay for global sysops to perform non-controversial actions here, like delete spam or vandalism (and block if needed), or do you want me/us to tag these pages? JurgenNL (talk) 12:49, 30 mart 2014 (UTC)
Tərcümə:
Hamıya salam. Birincisi, İngilis dilində yazdığıma görə bağışlayın. Mənim adım JurgenNL-dır və mən qlobal saysopam. Bu o deməkdir ki, mənim kiçik, az saysopları olan və ya tamamilə saysopsuz vikilərdə saysop alətlərim var. Bu viki də qlobal saysop vikisidir və eyni zamanda burada aktiv saysoplar var. Qlobal saysop üçün burada spam və ya vandalizmləri silmək (və lazım olsa bloklamaq) kimi mübahisəli olmayan fəaliyyəti göstərmək normaldır. Və ya istəyisiniz ki, mən/biz bu səhifələri qeydə alım/alaq?
Tərcüməçi: --Мурад 97 (talk) 19:24, 30 mart 2014 (UTC)
JurgenNL, AzVikidə aktiv istifadəçi olmayan vaxtlarda təbii ki, kömək etməyinizdən sadəcə şad olarıq. Amma bir xahişim var ki, həyata keçirəcəyiniz texniki əməliyyatlarda - məsələn, silmə əməliyyatı zamanı silinmə səbəblərini Azərbaycan dilində qeyd edin. --►Cekli829 04:09, 31 mart 2014 (UTC)
- If my Google Translate is good enough, the conclusion that I can perform non-controvesial actions here with an English expanation (e.g. "Spambot (global sysop) action") is correct? Please correct me if I'm wrong. JurgenNL (talk) 07:56, 1 aprel 2014 (UTC)
- Cekli829 wrote (Translation):
- JurgenNL, of course we will be only happy if you help when there are no active users. But I ask you to write reasons of your technical operations (reasons of deleates when you are deleating, for instance) in Azerbaijani language.
- Note from a translator: I'm not always agree with things that I translate.
- Translator: --Мурад 97 (talk) 14:27, 1 aprel 2014 (UTC)
Changes to the default site typography coming soon
This week, the typography on Wikimedia sites will be updated for all readers and editors who use the default "Vector" skin. This change will involve new serif fonts for some headings, small tweaks to body content fonts, text size, text color, and spacing between elements. The schedule is:
- April 1st: non-Wikipedia projects will see this change live
- April 3rd: Wikipedias will see this change live
This change is very similar to the "Typography Update" Beta Feature that has been available on Wikimedia projects since November 2013. After several rounds of testing and with feedback from the community, this Beta Feature will be disabled and successful aspects enabled in the default site appearance. Users who are logged in may still choose to use another skin, or alter their personal CSS, if they prefer a different appearance. Local common CSS styles will also apply as normal, for issues with local styles and scripts that impact all users.
For more information:
- Summary of changes and FAQ
- Discussion page for feedback or questions
- Post on blog.wikimedia.org
-- Steven Walling (Product Manager) on behalf of the Wikimedia Foundation's User Experience Design team