Vikipediya Kend Meydani Arxiv Mart 2017 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
50 yaşını qeyd edən vikipediyaçı
Dünən cənab Aydinsalis-in 50 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edirəm və həm öz, həm də ki, Azviki ilə bağlı olan işlərində uğurlar arzu edirəm. Aydinsalis Azvikinin inkişafı üçün əlindən gələni etməyə çalışan bir şəxsdir. Xüsusilə onun şablonlara işləmək bacarığını qeyd etmək istərdim ki, bir çoxlarımız şablonların dilini heç elə bilmirik. Geçikmiş təbrikə görə üzürlü sayın, dünən yazmağa imkanım olmadı. Yubiley yaşınız bir daha mübarək.--BaskervillDe gəlsin ! 07:31, 1 mart 2017 (UTC)
- Təbrikə mən də qoşuluram. --Araz Yaquboglu (müzakirə) 09:02, 1 mart 2017 (UTC)
- Təbrik edirəm! --Мурад 97 (müzakirə) 15:10, 1 mart 2017 (UTC)
- Təbriklərə mən də qoşuluram. --►Cekli səkkiz yüz iyirmi doqquz 18:41, 2 mart 2017 (UTC)
- Təbrik edirəm Aydın bəy 100 yaşayın. --eldarado ✉ 18:21, 5 mart 2017 (UTC)
- Təbriklərə mən də qoşuluram. --►Cekli səkkiz yüz iyirmi doqquz 18:41, 2 mart 2017 (UTC)
- Təbrik edirəm! --Мурад 97 (müzakirə) 15:10, 1 mart 2017 (UTC)
- Aydinsalis bəy çox dəyərli istifadəçidir. Çox gözəl məqalələri var. Azvikidə bəzilərindən fərqli olaraq təmənnasız, çıxarısz xidmət göstərən mühüm istifadəçilərdəndir. Aydın bəyi ürəkdən təbrik edirəm.--samral müzakirə 09:19, 10 mart 2017 (UTC)
Mövzulu ay
Düşünürəm ki, "Mövzulu ay" layihəsini AzVikinin brendinə çevirmək lazımdır. Elə etmək lazımdır ki, daha çox istifadəçi bu layihəyə maraq göstərsin. Təbii ki, bunun üçün mükafatlandırma mexanizmini təkmilləşdirmək lazımdır. Amma ilk növbədə Qiymətləndirmə Komissiyası öz işini operativ olaraq vaxtında və ədalətli görməlidir. Çünki faktiki olaraq Qiymətləndirmə Komissiyasının üzvləri demək olar ki, fəaliyyətsizlik nümayiş etdirir, nəticədə də üsula uyğunsuzluq və ədalətsizlik halları fərqli formatda inkişaf edir. Məsələn, bunun müəyyən nüanslarını Qolcomaqla apardığım müzakirədə görə bilərsiniz. Ona görə də bütün aktiv iştirakçıları bu mövzu ətrafında ciddi müzakirələrə dəvət edərəm. --►Cekli səkkiz yüz iyirmi doqquz 05:25, 6 mart 2017 (UTC)
- "Mövzulu ay" layihəsi ilə bağlı Mərkəzi Elmi Kitabxana bir görüş keçirmək niyyətindədir. Bu həftənin şənbə və ya bazar günü olacaq. --BaskervillDe gəlsin ! 10:27, 6 mart 2017 (UTC)
- Saatı və vaxtı dəqiq məlum olsa (işim olmazsa məmuniyyətlə iştirak edərəm). Hörmətlə__Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 11:40, 6 mart 2017 (UTC)
- Cənab Q🅾⚓Ç🅾Ⓜ🅰Q böyük ehtimalla həftə sonu olacaq.--BaskervillDe gəlsin ! 11:54, 6 mart 2017 (UTC)
- Cənab İstifadəçi:Baskervill məmuniyyətlə iştirak etmək istəsəmdə bu həftə sonları işimlə əlaqədər Bakıya gələ bilmərəm. Bununla belə görüş sonrası alınan qərarlar barəsində yəqin ki, bizləridə xəbərdar edərsiniz. Hörmətlə__Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 19:06, 8 mart 2017 (UTC)
Xahiş
Vikipediyada yaratdığım Paris orta əsrlərdə və Müqəddəs Ştefan kafedralı məqalələrinin gözdən əlil insanlar üçün səsli versiyalarını yaratmaqda yardımçı ola bilərsiniz? Bir il öncə məhz məqalələri oxumağa çətinlik çəkən insanlar üçün xüsusi Vikilayihə olan "Danışan Vikipediya"-nı yaratdım və bizim Vikipediyadakı iştirakçıların bu layihəyə maraq göstərəcəklərini ümid etdim. Təəssüf ki, bizim Vikipediyada hər bir layihənin populyarlığı bir müddətdən sonra sıfıra enir. Ona görə də istərdim ki, bu iki məqaləni səsli etməkdə yardımçı olasınız. Düşünürəm ki, Vikipediyanın gözdən əlil insanlar tərəfindən də məlumatlanabiləcək bir məkana çevrilməsi üçün yardım əlinizi əsirgəməyəcəksiniz. --Farid Aliyev (müzakirə) 12:28, 8 mart 2017 (UTC)
- Cənab Farid Aliyev. Bildiyiniz kimi həmin lahiyənin fəal iştirakçılarından və hətta məqalənin ilk səsləndirən şəxslərdən biri də mən olmuşam. Mən günü bu gündə bu işdə sizə kömək etməyə hazıram, sadəcə siz buna imkan vermirsiniz. Sizinlə təkcə bu mövzuda yox, alman dilində olan vikipediyada yaratmış olduğum bir necə məqalə haqqında da fikir mübadiləsi aparmaq cəhdlərim yarımcıq qalıb. Ümüd edirəm ki, nə vaxtsa mənim sosial şəbəkə üzərindən olan sorğularıma cavab verəcəksiniz və biz bütün bu yarımcıq qalmış işləri sona çatdıracağıq.--BaskervillDe gəlsin ! 13:02, 9 mart 2017 (UTC)
- Yuxarıda yazdığım sadəcə bir xahişdir cənab Baskervill. Bu xahişi özüm üçün etmirəm, hərçənd mənim gözümdə də ciddi problem var və əslində istərdim ki, yaratdığım məqalələri gələcəkdə oxumaq imkanım olmazsa, heç olmasa eşitmə imkanım olsun. Hər halda bunu təvəccöh gözləmədən xahiş etdim və bu işi görməyə hazır olan Vikiiştirakçılardan hər hanısa birisi bunu mütləq edəcək. Buna ümid edirəm. Əgər Siz həqiqətən səsli versiyanın yaradılmasında maraqlısınızsa, bunu onsuzda edəcəksiniz, marağınız yoxdursa etməyəcəksiniz. Sizə səmimi qəlbdən uğurlar arzulayıram. --Farid Aliyev (müzakirə) 15:46, 9 mart 2017 (UTC)
Vikipediyaçıların növbəti görüşü
10 mart 18:30 tarixində vikipediyaçıların növbəti görüşü planlaşdırılıb. Belə ki, AMEA Mərkəzi Elmi Kitabxanasında aktiv vikipediyaçıların və mövzulu ayın qaliblərinin görüşü və mükafatlandırılması tədbiri keçiriləcək. Görüşdə vikipediya ilə bağlı olan problemlər, istifadəçilərin təklifləri və digər zəruri məsələlər müzakirə olunacaq. Görüşün təşkilində əsas məsələlərdən biri də Azərbaycan Milli Ensiklopediyasının elektron formatda vikipediyaçılara təqdim olunmasıdır. Yəni arzu edən şəxslərə həmin ensiklopediya göndəriləcəkdir. İştirak etmək istəyən şəxslər 18:00-da AMEA Mərkəzi Elmi Kitabxanasına dəvət olunur. Giriş sərbəstdir. --BaskervillDe gəlsin ! 08:20, 9 mart 2017 (UTC)
- AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya ilə bağlılığı nədən ibarətdir, niyə birdən-birə bu məsələyə belə ciddi yanaşmağa başlayıblar? Bir də mövzulu ayların qaliblərinin mükafatlandırması Azərbaycan vikimediaçıları istifadəçi qrupu tərəfindən həyata keçirilir, çünki layihənin təşəbbüskarı və icraçısı bu qrupdur və qrupun rəsmi təmsilçiləri Sortilegus və mənəm, amma bizə bununla bağlı heç bir müraciət daxil olmayıb Kitabxana rəhbərliyi tərəfindən. Digər tərəfdən, məlumat üçün deyim ki, mövzulu ayların qaliblərinin mükafatlandırılması ilə bağlı istifadəçi qrupumuz görüşlər keçirir, amma bir çox hallarda qaliblər görüşə gəlmirlər, bəzən sonradan görüşüb özlərinə təqdim edirik, bəziləri isə heç sonradan da götürmək istəmirlər. Onu da qeyd edim ki, Novruz bayramı günlərində ötən ayların qaliblərinin mükafatlanıdırılması ilə bağlı istifadəçi qrupunun görüşü keçiriləcəkdir.--Wertuose (müzakirə) 07:16, 10 mart 2017 (UTC)
- Cənab Wertuose AMEA Mərkəzi Elmi Kitabxanası sadəcə Vikipediyanın Azərbaycanda kütləviləşdirilməsinə və daha geniş kütlələrə çatmasına çalışır. Hesab edirəm ki, hər hansısa formada viki görüş keçirmək üçün kimdənsə icazə almağa ehtiyac yoxdur. Bu günə qədər AMEA Mərkəzi Elmi Kitabxanasında onlarla viki görüşlər təşkil edilib və həmin görüşlərin birində elə sizin özünüzdə iştirak etmisiniz. Mövzulu ay lahiyəsinin ideya müəllifinin sizin olmağınızdan xəbərim var və buna bir etirazım yoxdur. Burada sırf Mövzulu ay qalibləri mükafatlandırılmacayacaq, əgər belə olsaydı həmin lahiyənin qaliblərinin mütləq əksəriyyəti görüşdə iştirak edərdi, 2-3 nəfəri yox. Azviki icması kiçik bir icmadır, bir adam eyni vaxtda bir necə iş görə bilər. Məsələn; həm viki lahiyələrdə iştirak edə, həm vandalizm halları ilə mübarizə apara və eyni zamanda fəal formada görüşlərdə iştirak edə bilər. Təşkil olunan görüşlər bağlı qapılar arxasında yox, hər bir vikipediyaçılar üçün açıq formada təşkil olunur. --BaskervillDe gəlsin ! 08:15, 10 mart 2017 (UTC)
- Cənab Wertuose sizi kim seçib Azərbaycan vikimediaçıları istifadəçi qrupunun rəsmi təmsilçisi? Kim? Siz facebook-da gizli bir qrup yaratmısız. Son 1-2 mövzulu ay mövzusunu çıxmaq şərtilə Mövzulu ayların mövzusunu özünüz gizli şəkildə müəyyən edirsiz, görüşləri yəni onların vaxtını, yerini öz açdığınız və admini olduğunuz o gizli facebook qrupunda və ya digər başqa gizli, ümumi olmayan yerlərdə həyata keçirirsiz. Bir Allahın qulu gəlib desin ki, cənab Wertuose son neçə ay ərzində hansısa vikigörüşdən öncə azvikidə ümumi elan verib. Nə vaxt olub bu? Nə vaxt? İndi Baskervill və AMEA MEK istifadəçiləri həvəsləndirmək məqsədilə onlara 1-2 kitab filan hədiyyə verir deyə bu sizi niyə narahat edir? Azviki nə vaxtdan kimin, kimlərin və ya hansısa gizli qruplaşmanın kurasiyasında olub? Və onu da qeyd edim ki, bizim sizin də iştirakınızla bir görüşümüz elə AMEA MEK-də baş tutmuşdu yadınızdadırsa. Heç onda AMEA MEK-in azvikiyə olan marağı, əlaqəsi sizdə şübhə oyatmırdı? Bu gün kimi aydınırdı ki, bu gün bəziləri azvikini özünün şəxsi malı, və ya idarəçiliyində olan bir idarə, qurum kimi görür. O bəziləri özlərini Xaç atası və Böyük qardaş kimi aparırlar. Bu qədər sadə.--samral müzakirə 08:23, 10 mart 2017 (UTC)
- Cənab samral məncə sərt fikirlərə ehtiyac yoxdur. Sadəcə cənab idarəçimizin məsələ ilə bağlı göstərmiş olduğu mövqe məni narahat etdi. Vallahi, kim vikipediya ilə bağlı hansısa yerdə hansısa formada bir görüş, seminar, təlim, tədbir təşkil edəndə və ya TV-yə çıxıb müsahibə verəndə mən bundan sadəcə olaraq xoş hal oluram. Sevinirəm ki, Azərbaycanda həqiqətən də bu sahə ilə maraqlanan və nələrsə etmək istəyən insanlar mövcuddur. Əlbəttə də Vikipediya elə bir məkandır ki, burada konkret olaraq kiminsə nəzarətini tətbiq etmək mümkün deyildir. 700 nəfər fəal istifadəçi, 700 nəfər fərqli düşüncə sahibi və 700 nəfər şəxsiyyəti bir bayraq altında cəm etmək mümkünsüzdür. Bu səbəbdən bütün vikipediyaçıları təşkil edilən görüşlərdə aktiv iştirak etməyə dəvət edirəm. --BaskervillDe gəlsin ! 08:29, 10 mart 2017 (UTC)
- Baskervill, nəzərinizə çatdırım ki, Kitabxanada 2 dəfə görüş keçirilib və hər ikisinin təşkilatçısı mən olmuşam. Qaldı ki, mövzulu ayların seçilməsinə, mövzu seçimi sərbəstdir və təşəbbüs olduğu təqdirdə həmişə həmin təşəbbüs əsasında mövzulu ay təşkil edilib. Mən yalnız o halda mövzu seçimini etmişəm ki, başqa təşəbbüs olmayıb və növbəti təqvim ayı başlasa da, hələ də mövzu təyin edilmədiyi üçün son anda bir mövzu planı tərtib etmək lazım gəlib ki, bu işi də nə qədər çətin də olsa, bir neçə saata həll etmişəm. Əgər indi artıq istifadəçilər özləri sərbəst şəkildə mövzu təklif edirlərsə, buna heç kim mane olmur. Qaliblərin mükafatlandırılmasına gəldikdə isə bir daha bildirim ki, müsabiqənin təşəbbüskarı və təşkilatçısı Azərbaycan vikimediaçıları istifadəçi qrupu olduğu üçün, bu qrupun razılığı olmadan hər hansı dövlət qurumunun belə bir müdaxiləsi düzgün deyil. Mənim və Sortilegusun seçilməsi məsələsinə gəldikdə isə, qrupun təsis edilməsinə 2014-cü il avqust ayının 23-də Bakı şəhərində keçirilmiş görüşdə qərar verilib və qrupun rəhbəri kimi mənim təsdiq olunmağıma razılıq verilib, həmçinin Vikimedia Fondu ilə istifadəçi qrupumuz arasında imzalanmış tanınma barədə sənəddə də qrupun rəhbərləri olaraq mənim və Sortilegusun imzası var.--Wertuose (müzakirə) 11:09, 10 mart 2017 (UTC)
- Təşkile edilən görüş vikipediyaçılar arasında olan bir görüşdür. Dövlətin müdaxiləsindən söhbət gedir və kənardan bu müzakirəni oxuyan adam düşünəcək ki, sanki biz burada insanları bir yerə cəm edib nəsə pis bir şey edirik. Həmin görüşdə iştirak edən şəxslər arasında Azvikinin onlarla aktiv istifadəçiləri və idarəçiləri var. Həmin şəxslərin şəxsi facebook hesablarına, mobil nömrələrinə zəng edib orada nələrin müzakirə edildiyini öyrənə bilərsiniz. İnsanlara 1-2 kitabın verilməsi sizi niyə bu qədər narahat edir ? Yəni nəsə edəndə mütləq sizdənmi icazə alınmalıdır ? Məncə belə söhbətlərin aparılması bizə yaraşmır. --BaskervillDe gəlsin ! 11:27, 10 mart 2017 (UTC)
- Baskervill, nəzərinizə çatdırım ki, Kitabxanada 2 dəfə görüş keçirilib və hər ikisinin təşkilatçısı mən olmuşam. Qaldı ki, mövzulu ayların seçilməsinə, mövzu seçimi sərbəstdir və təşəbbüs olduğu təqdirdə həmişə həmin təşəbbüs əsasında mövzulu ay təşkil edilib. Mən yalnız o halda mövzu seçimini etmişəm ki, başqa təşəbbüs olmayıb və növbəti təqvim ayı başlasa da, hələ də mövzu təyin edilmədiyi üçün son anda bir mövzu planı tərtib etmək lazım gəlib ki, bu işi də nə qədər çətin də olsa, bir neçə saata həll etmişəm. Əgər indi artıq istifadəçilər özləri sərbəst şəkildə mövzu təklif edirlərsə, buna heç kim mane olmur. Qaliblərin mükafatlandırılmasına gəldikdə isə bir daha bildirim ki, müsabiqənin təşəbbüskarı və təşkilatçısı Azərbaycan vikimediaçıları istifadəçi qrupu olduğu üçün, bu qrupun razılığı olmadan hər hansı dövlət qurumunun belə bir müdaxiləsi düzgün deyil. Mənim və Sortilegusun seçilməsi məsələsinə gəldikdə isə, qrupun təsis edilməsinə 2014-cü il avqust ayının 23-də Bakı şəhərində keçirilmiş görüşdə qərar verilib və qrupun rəhbəri kimi mənim təsdiq olunmağıma razılıq verilib, həmçinin Vikimedia Fondu ilə istifadəçi qrupumuz arasında imzalanmış tanınma barədə sənəddə də qrupun rəhbərləri olaraq mənim və Sortilegusun imzası var.--Wertuose (müzakirə) 11:09, 10 mart 2017 (UTC)
- Cənab samral məncə sərt fikirlərə ehtiyac yoxdur. Sadəcə cənab idarəçimizin məsələ ilə bağlı göstərmiş olduğu mövqe məni narahat etdi. Vallahi, kim vikipediya ilə bağlı hansısa yerdə hansısa formada bir görüş, seminar, təlim, tədbir təşkil edəndə və ya TV-yə çıxıb müsahibə verəndə mən bundan sadəcə olaraq xoş hal oluram. Sevinirəm ki, Azərbaycanda həqiqətən də bu sahə ilə maraqlanan və nələrsə etmək istəyən insanlar mövcuddur. Əlbəttə də Vikipediya elə bir məkandır ki, burada konkret olaraq kiminsə nəzarətini tətbiq etmək mümkün deyildir. 700 nəfər fəal istifadəçi, 700 nəfər fərqli düşüncə sahibi və 700 nəfər şəxsiyyəti bir bayraq altında cəm etmək mümkünsüzdür. Bu səbəbdən bütün vikipediyaçıları təşkil edilən görüşlərdə aktiv iştirak etməyə dəvət edirəm. --BaskervillDe gəlsin ! 08:29, 10 mart 2017 (UTC)
- Cənab Wertuose sizi kim seçib Azərbaycan vikimediaçıları istifadəçi qrupunun rəsmi təmsilçisi? Kim? Siz facebook-da gizli bir qrup yaratmısız. Son 1-2 mövzulu ay mövzusunu çıxmaq şərtilə Mövzulu ayların mövzusunu özünüz gizli şəkildə müəyyən edirsiz, görüşləri yəni onların vaxtını, yerini öz açdığınız və admini olduğunuz o gizli facebook qrupunda və ya digər başqa gizli, ümumi olmayan yerlərdə həyata keçirirsiz. Bir Allahın qulu gəlib desin ki, cənab Wertuose son neçə ay ərzində hansısa vikigörüşdən öncə azvikidə ümumi elan verib. Nə vaxt olub bu? Nə vaxt? İndi Baskervill və AMEA MEK istifadəçiləri həvəsləndirmək məqsədilə onlara 1-2 kitab filan hədiyyə verir deyə bu sizi niyə narahat edir? Azviki nə vaxtdan kimin, kimlərin və ya hansısa gizli qruplaşmanın kurasiyasında olub? Və onu da qeyd edim ki, bizim sizin də iştirakınızla bir görüşümüz elə AMEA MEK-də baş tutmuşdu yadınızdadırsa. Heç onda AMEA MEK-in azvikiyə olan marağı, əlaqəsi sizdə şübhə oyatmırdı? Bu gün kimi aydınırdı ki, bu gün bəziləri azvikini özünün şəxsi malı, və ya idarəçiliyində olan bir idarə, qurum kimi görür. O bəziləri özlərini Xaç atası və Böyük qardaş kimi aparırlar. Bu qədər sadə.--samral müzakirə 08:23, 10 mart 2017 (UTC)
- Cənab Wertuose AMEA Mərkəzi Elmi Kitabxanası sadəcə Vikipediyanın Azərbaycanda kütləviləşdirilməsinə və daha geniş kütlələrə çatmasına çalışır. Hesab edirəm ki, hər hansısa formada viki görüş keçirmək üçün kimdənsə icazə almağa ehtiyac yoxdur. Bu günə qədər AMEA Mərkəzi Elmi Kitabxanasında onlarla viki görüşlər təşkil edilib və həmin görüşlərin birində elə sizin özünüzdə iştirak etmisiniz. Mövzulu ay lahiyəsinin ideya müəllifinin sizin olmağınızdan xəbərim var və buna bir etirazım yoxdur. Burada sırf Mövzulu ay qalibləri mükafatlandırılmacayacaq, əgər belə olsaydı həmin lahiyənin qaliblərinin mütləq əksəriyyəti görüşdə iştirak edərdi, 2-3 nəfəri yox. Azviki icması kiçik bir icmadır, bir adam eyni vaxtda bir necə iş görə bilər. Məsələn; həm viki lahiyələrdə iştirak edə, həm vandalizm halları ilə mübarizə apara və eyni zamanda fəal formada görüşlərdə iştirak edə bilər. Təşkil olunan görüşlər bağlı qapılar arxasında yox, hər bir vikipediyaçılar üçün açıq formada təşkil olunur. --BaskervillDe gəlsin ! 08:15, 10 mart 2017 (UTC)
Overview #2 of updates on Wikimedia movement strategy process
Note: Apologies for cross-posting and sending in English. This message is available for translation on Meta-Wiki.
As we mentioned last month, the Wikimedia movement is beginning a movement-wide strategy discussion, a process which will run throughout 2017. This movement strategy discussion will focus on the future of our movement: where we want to go together, and what we want to achieve.
Regular updates are being sent to the Wikimedia-l mailing list, and posted on Meta-Wiki. Each month, we are sending overviews of these updates to this page as well. Sign up to receive future announcements and monthly highlights of strategy updates on your user talk page.
Here is a overview of the updates that have been sent since our message last month:
- Update 7 on Wikimedia movement strategy process (16 February 2017)
- Development of documentation for Tracks A & B
- Update 8 on Wikimedia movement strategy process (24 February 2017)
- Introduction of Track Leads for all four audience tracks
- Update 9 on Wikimedia movement strategy process (2 March 2017)
- Seeking feedback on documents being used to help facilitate upcoming community discussions
More information about the movement strategy is available on the Meta-Wiki 2017 Wikimedia movement strategy portal.
Posted by MediaWiki message delivery on behalf of the Wikimedia Foundation, 19:43, 9 mart 2017 (UTC) • Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin • Get help
We invite you to join the movement strategy conversation (now through April 15)
- This message, "We invite you to join the movement strategy conversation (now through April 15)", was sent through multiple channels by Gregory Varnum on 15 and 16 of March 2017 to village pumps, affiliate talk pages, movement mailing lists, and MassMessage groups. A similar message was sent by Nicole Ebber to organized groups and their mailing lists on 15 of March 2017. This version of the message is available for translation and documentation purposes
Dear Wikimedians/Wikipedians:
Today we are starting a broad discussion to define Wikimedia's future role in the world and develop a collaborative strategy to fulfill that role. You are warmly invited to join the conversation.
There are many ways to participate, by joining an existing conversation or starting your own:
Track A (organized groups): Discussions with your affiliate, committee or other organized group (these are groups that support the Wikimedia movement).
Track B (individual contributors): On Meta or your local language or project wiki.
This is the first of three conversations, and it will run between now and April 15. The purpose of cycle 1 is to discuss the future of the movement and generate major themes around potential directions. What do we want to build or achieve together over the next 15 years?
We welcome you, as we create this conversation together, and look forward to broad and diverse participation from all parts of our movement.
- Find out more about the movement strategy process
- Learn more about volunteering to be a Discussion Coordinator
Sincerely,
Nicole Ebber (Track A Lead), Jaime Anstee (Track B Lead), & the engagement support teams05:09, 18 mart 2017 (UTC)
Hökmdarlar haqqında məqalələrin adları və Arbitraj Komitəsi səsverməsinin bərpası
Azvikidə xeyli kobud səhvlərə də yol verilib. Bildiyiniz kimi bu bir ensiklopediyadır və buradakı məqalələr əlifbada olan hərflərlə başlamalıdır. Lakin səhvən, hökmdarlar haqqında məqalələr, məsələn «I Şah Abbas», «II Şah Abbas» adlı məqalələr var. Bu belə olmalı deyil, məqalə adlarında titullar və nömrələr hökmdarın adından sonra yazılmalıdır. Məsələn, « Abbas I », «Abbas II». Bütün dünyada və Milli Ensiklopediyada və ASE-də də belədirsə, biz də belə etməliyik. Burada da "b" variantından söhbət gedə bilməz. Lakin bunları qayda şəklində hazırlayan qurum bizdə yoxdur. Arbitraj Komitəsi olsaydı bu qaydaları hazırlayıb səsverməyə çıxarardı. Ona görə əvvəlcə AK-nin səsverməsi bərpa edilməlidir. Nə qədər ki o yoxdur, biz boş-boş müzakirələr aparmış oluruq. Çünki sonda qərar qəbul edilmir, müzakirələr nəticəsiz qalır. Bildiyiniz kimi xeyli müddət əvvəl Arbitraj Komitəsi layihəsinin səsverməsi əsassız və qaydalara zidd olaraq dayandırılmışdır. halbuki bu layihə neçə illər ərzində kifayət qədər təcrübəli istifadəçilər tərəfindən hazırlanmışdı. Bəzi istifədəçilər elə hesab edirlər AK onlara qarşı yaradılır. Əslində isə bu heç kimə qarşı deyil, azvikinin inkişafı üçündür. Bizdə əksər istifadəçilər müzakirələrə qatılmırlar, müzakirələr isə əksər halda nəticəsiz qalır, çünki qərar qəbul edilmir. AK-si isə istənilən problemin həlli üzrə qərar qəbul etmək səlahiyyətində olan və qərar qəbul etmək təyinatında olan orqandır. Odur ki AK layihəsinin səsverməsinin bərpa edilməsini təklif edirəm. Aydın Məmmədov (müzakirə) 15:38, 23 mart 2017 (UTC)
- Ensiklopediyalardakı kimi etməli olsaq, o zaman şəxslərlə bağlı məqalələrdə gərək kütləvi şəkildə ad dəyişiklikləri edək. Məsələn, o zaman Aydın Məmmədov olacaq Məmmədov Aydın. Arbitraj Komitəsinə isə düşünürəm ki, hələ ehtiyac yoxdur. Çünki aktiv istifadəçi sayımız o qədər də çox deyil. Qarşıya çıxan problemləri zaman-zaman anlaşaraq özümüz də həll edə bilərik. İndiki vəziyyətdə AK sadəcə əlavə vaxt itkisi və yeni problemlərin mənbəyi olacaq. --►Cekli səkkiz yüz iyirmi doqquz 20:50, 23 mart 2017 (UTC)
- Cekli829-un fikirləri ilə həmrəyəm.--Araz Yaquboglu (müzakirə) 05:25, 24 mart 2017 (UTC)
- Cekli829, Arbitraj bu gün bizə hava və su kimi lazımdır. Sübut üçün göstərə bilərəm ki məqalə sayı bizdəki qədər və bizdəkindən çox olan digər dillərdə bu var, deməli bunsuz mümkün deyil. Arbitraj olmasın, Əhmət komitəsi olsun, Məmməd komitəsiu olsun, Apelyasiya olsun fərqi yoxdur, mübahisələrin həlli ilə məşğul olmalı olan və qərar qəbul etmək səlahiyyətində olan bir orqan olmalıdır. Əks halda biz yenə də ən sadə problemləri aradan qaldırmaq üçün uzun-uzadı müzakirələrdə boş yerə vaxt itirməkdə davam edəcəyik, sonda isə nəticə olmayacaq. Arbitrak Komitəsi layihəsi hazırdır, səsverməyə də çıxarılıb, sadəcə 3 günlük səsverməsi qalıb. Şəxslər haqqında məqalələrin adlarında adın birinci yazılması doğrudur. Ola bilər AME belə yazmır, ru viki və onun təsiri altında olan vikilər istisna olmaqla əksəriyyət belə yazır. Doğru olmayan budur ki, bu hələ qayda şəklində qəbul edilməyib. Əslində əvvəlcə qayda qəbul edilməli idi. Bəs qayda nə vaxt hazırlanacaq? Heç vaxt. Heç kim qayda hazırlamaq işi ilə məşğul olmayacaq, 10 il də belə gedəcək. AK bunun üçün lazımdır. Hökmdarlar haqqında məqalələrin adlarında yalnız azvikidə və türk vikipediyasında nömrə addan əvvəl yazılır. Heç yerdə belə şey yoxdur. Vikipediya məqalələri avtomatik olaraq əlifba sırası ilə sıralanır. Bizim I (birinci) sinvolumuz, ı hərfi kimi sıralanır. Bu problem də heç kimi maraqlandırmır. Dünyada qəbul olunmuş qayda budur ki, nömrə addan sonra yazılmalıdır və AME-da və ASE-də də belədir. Son hadisələrə bir diqqət yetirək, Qaraqoyunlu dövləti Qaraqoyunlular, Ağqoyunlu dövləti məqaləsinin adı Ağqoyunlular, Səfəvilər dövləti məqaləsinin adı Səfəvilər, Elxanilər dövlətinin adı Elxənilər olaraq dəyişdirilir. Məndən başqa buna bir etiraz edən varmı? Niyə başa düşmək istəmirsiniz ki, bu tariximizin təhrif edilməsidir, azərbaycanlıların dövlət yarada bilmək qabiliyyətinin olmamasının bizə təlqin edilməsidir? Xalqınız Qaraqoyunlu dövləti, Ağqoyunlu dövləti. Səfəvilər dövləti yaradıb, indi gəlib bizə təlqin etmək istəyirlər ki, bu azərbaycanlıların dövləti olmayıb, bu iran dövlətidir. Şirvanşahlara nə yazacağıq onda? Şirvanşahlar da sadəcə hakimiyyətdə olan sülalə olub, amma dövlətləri olmayıb? Boş və mənasız şeylər. Belə şeylərə heç kim baş qoşmayacaq, bu yerdə yenə AK-nə ehtiyac duyulur. AK layihəsinin səsverməsinin bərpası lazımdır, bu vacibdir və biz bunu qəbul etməliyik... Aydın Məmmədov (müzakirə) 09:22, 24 mart 2017 (UTC)
- Cekli829-un fikirləri ilə həmrəyəm.--Araz Yaquboglu (müzakirə) 05:25, 24 mart 2017 (UTC)
- Mən birbaşa etiraz etdim, mənə vəzəriyyat oxudular. Mən yanlız dövlət və sülalə adlarının ayrı-ayrı termin olduğunu izah etdim. Fikir verən yoxdur.--Enver62 (müzakirə) 10:03, 24 mart 2017 (UTC)
Aydinsalis, mən aktiv istifadəçi sayı qeyd etmişəm, məqalə sayı yox. Rum rəqəmləri ilə hərflərin yaratdığı problemin həlli ilk növbədə texniki məsələdir. Şəxsən bunu həll etmək üçün hansı mexanizmin vacib olduğunu mən bilmirəm və bu məsələ indi mənim üçün heç prioritet də deyil. Bu sahədə maraqlı olan istifadəçilər özləri nəsə edə bilərlər. Tarixi dövlətlərimizin adları ilə bağlı məsələləri isə tarixçilərimizin və dilçilərimizin birlikdə həll etmələrinin düzgün olduğu qənaətindəyəm. Gördüyünüz kimi hər iki halda AK-ya ehtiyac yoxdur. Belə problemləri istənilər aktiv istifadəçilər müzakirə edərək həll edə bilərlər. Ona görə də lazımsız mövzuları gündəmə gətirib istifadəçilərin diqqətini əhəmiyyətsiz müzakirələrə yönəltməyinizi çox səmərəsiz fəaliyyət hesab edirəm. --►Cekli səkkiz yüz iyirmi doqquz 14:30, 24 mart 2017 (UTC)
- Cekli829 əgər söhbət vikipediyadan gedirsə burada tarixi dövlətlər haqqında məqalələrin adlarını tarixçilərimiz və dilçilərimiz necə həll edə bilərlər, bunu başa düşə bilmirəm. Zəhmət olmasa bunun mexanizmini göstərin. AMEA-sına müraciət edək, onlardan soruşaq? Bizə deməyəcəklər ki, açın kitablarımızı oxuyun, necə yazmışıqsa, elə də yazın. Orta əsr dövlətlərinin adları barədə 21 fevralda kənd meydanında müzakirə açmışdım. Mən yazdım, Samral yazdı, boş yerə vaxt itirdim, heç bir nəticə olmadı, qərar qəbul olunmadı və sonda müzakirə arxivləşdirildi. Deyirsiniz AK lazım deyil. Bəs onda mübahisələrin həllinə kim qərar versin? Rum rəqəmləri texniki problem ola bilər, bir söz demirəm, əsas problem isə məqalə adlarının necə olması üçün qaydanın təkmil olmamasıdır. Son 1 il ərzində məncə cəmi 1 qayda səsverməyə çıxarılıb, bunu da idarəçilər etməyiblər. 15 idaərəçi var, kifayət qədər çoxdur, aralarında ixtisas bolgüsü var, heç olmasa 3 nəfər qaydaların hazırlanması və təkminləşdirilməsi ilə məşğul olardısa pis olmazdı. 3 idərəçi isə AK yaranana qədər mübahisələrin həlli istiqamətində Münsiflər şurassı kimi fəaliyyət göstərməlidir və qərarlasr qəbul etməlidir. Göz qabağındadır ki mübahisələrin həlli ilə məşğul olan yoxdur, qaydaları hazırlayan və səsverməyə çıxaran yoxdur. AK səsverməsinin bərpasını istəmirsinizsə, 3 nəfərlik Münsiflər şurası yaradın, AK yaranana qədər onun funksiyasını həyata keçirsin. Aydın Məmmədov (müzakirə) 15:35, 24 mart 2017 (UTC)
- Aydinsalis, düşünürsünüzsə ki, 3 nəfərlik Münsiflər Şurası və ya AK düz-əməlli başlı fəaliyyət göstərəcək, yanılırsınız. Hazırda belə bir qrup Qiymətləndirmə Komissiyası adı ilə Mövzulu ayda var. Amma fəaliyyətləri bərbad gündədir. Ona görə də gündəlik cəmisi 3-5 nəfər aktiv istifadəçisi olan bir layihəyə nə Münsiflər Şurası, nə də AK lazım deyil. Tarixi dövlətlərlə bağlı məqalə adlarına gəldikdə isə, AzVikidə olan tarixçilər və dilçilər kifayət qədər normal qərarın qəbul edilməsində yardımçı ola bilərlər. --►Cekli səkkiz yüz iyirmi doqquz 17:29, 24 mart 2017 (UTC)
- Cekli829, yaxşı çağırdıq hamını, dilçiləri, tarixçiləri, hamsı gəli öz sözünü dedi, sonra nə olacaq? Əsas qərar qəbul etməkdir, bizə qərar qəbul edən lazımdır. Müzakirə 1 ay əvvəl başlayıb, kim nə bilirsə deyib, amma müzakirəni yekunlaşdıran, qərar qəbul edən yoxdur. Bizdə cəmi 1 dəfə münsiflər xidmətindən istifadə edildi, qərar normal idi. Siz müzakirəni yekunlaşdıra bilərsinizsə, yekunlaşdırın və qərar verin. Ya da münsif təyin edin, qərarı münsiflər versin. Aydın Məmmədov (müzakirə) 19:19, 24 mart 2017 (UTC)
- Aydinsalis, mən müzakirəni yekunlaşdıra bilərəm. Amma istərdim ki, müvafiq sahə üzrə məndən qat-qat çox biliyə malik olan dəyərli həmkarlarım bu müzakirəni yekunlaşdırsınlar. Ona görə də etirazınız yoxdursa, 3 nəfərlik münsiflər heyəti təklif edirəm:
- filoloq kimi – Sortilegus
- tarixçi kimi – Sefer azeri
- geneoloq kimi – Enver62
- Yəqin ki, özləri də etiraz etməzlər. Qoy tarixi dövlətlər və tarixi şəxsiyyətlər barədə olan məqalələrin adlandırılması ilə bağlı yekun qərarı onlar versin. --►Cekli səkkiz yüz iyirmi doqquz 19:43, 24 mart 2017 (UTC)
- Hər şey qaydasında görünür, çatışmayan konkret vaxtın göstərilməmasidir. Məncə bir həftə vaxt kifayət edər. Xatırladıram ki, münsiflər iki məsələ üzrə qərar qəbul etməlidirlər:
- Aydinsalis, mən müzakirəni yekunlaşdıra bilərəm. Amma istərdim ki, müvafiq sahə üzrə məndən qat-qat çox biliyə malik olan dəyərli həmkarlarım bu müzakirəni yekunlaşdırsınlar. Ona görə də etirazınız yoxdursa, 3 nəfərlik münsiflər heyəti təklif edirəm:
- Cekli829, yaxşı çağırdıq hamını, dilçiləri, tarixçiləri, hamsı gəli öz sözünü dedi, sonra nə olacaq? Əsas qərar qəbul etməkdir, bizə qərar qəbul edən lazımdır. Müzakirə 1 ay əvvəl başlayıb, kim nə bilirsə deyib, amma müzakirəni yekunlaşdıran, qərar qəbul edən yoxdur. Bizdə cəmi 1 dəfə münsiflər xidmətindən istifadə edildi, qərar normal idi. Siz müzakirəni yekunlaşdıra bilərsinizsə, yekunlaşdırın və qərar verin. Ya da münsif təyin edin, qərarı münsiflər versin. Aydın Məmmədov (müzakirə) 19:19, 24 mart 2017 (UTC)
- Aydinsalis, düşünürsünüzsə ki, 3 nəfərlik Münsiflər Şurası və ya AK düz-əməlli başlı fəaliyyət göstərəcək, yanılırsınız. Hazırda belə bir qrup Qiymətləndirmə Komissiyası adı ilə Mövzulu ayda var. Amma fəaliyyətləri bərbad gündədir. Ona görə də gündəlik cəmisi 3-5 nəfər aktiv istifadəçisi olan bir layihəyə nə Münsiflər Şurası, nə də AK lazım deyil. Tarixi dövlətlərlə bağlı məqalə adlarına gəldikdə isə, AzVikidə olan tarixçilər və dilçilər kifayət qədər normal qərarın qəbul edilməsində yardımçı ola bilərlər. --►Cekli səkkiz yüz iyirmi doqquz 17:29, 24 mart 2017 (UTC)
- 1) Bu müzakirəni yekunlaşdırmalıdırlar və qərar qəbul etməlidirlər.
- 2) Hökmdarlar haqqında məqalələrin adlarında nömrənin və həm də titulun addan sonra yazılıb-yazılmaması barədə qərar qəbul etməlidirlər. Aydın Məmmədov (müzakirə) 20:16, 24 mart 2017 (UTC)
- Adlandırmalarla bağlı müəyyən problemlər var idi azvikidə. İndi böyük mənada həll olunub bu problem. Əsas problem adı və soyadı üst-üst düşən şəxslər ilə bağlı idi. Çoxu mötərizə açılıb nömrələnmişdi. Məsələn, Əli Həsənov (I), Əli Həsənov (II) kimi. Kino sahəsinə aid çoxlu sayda qeyri-ensiklopedik şəxs haqqında məqalə vardı, onların böyük əksəriyyəti silindi. Bundan sonra bu problem öz-özünə həll olundu. Ad-soyadı üst-üstə düşən şəxslər üçün mötərizədə onların peşəsini yazmaq lazımdır. Məsələn, deyək ki, Aydın Məmmədov adı və soyadı indi azvikidə üst-üstə ən çox düşən şəxslərdəndir. Amma dəqiqləşdirməsi hər şeyi yoluna qoyur. (Aydın Məmmədov (ağır atlet), Aydın Məmmədov (filoloq), Aydın Məmmədov (iqtisadçı), Aydın Məmmədov (siyasətçi), Aydın Məmmədov (paleontoloq), Aydın Məmmədov (tarixçi), Aydın Məmmədov (jurnalist)). Yəni peşə adında mümkün qədər konkretləşdirmə aparmaq lazımdır. Deyək ki, Aydın Məmmədov (idmançı) yox, məhz Aydın Məmmədov (ağır atlet) yazmaq daha doğrudur. "Aydın Məmmədov (millət vəkili)", "Aydın Məmmədov (alim)", "Aydın Məmmədov (dövlət xadimi)" kimi fəaliyyət sahəsi ümumiləşdirilmiş adlandırmalardan qaçmaq lazımdır. Belə hallar qarşıma çıxdıqca mən düzəldirəm. Burada bir Aydın Məmmədov (siyasətçi) adlandırması yanlışdır. Ona qalsa Aydın Məmmədov (filoloq) da siyasətçi, millət vəkili olub. Polis və hərb sisteminin ensiklopedik təmsilçiləri üçün onların rütbəsindən istifadə etmək olar. Deyək ki, "Aydın Məmmədov (general-mayor)" və s. Çox az halda ad və soyadı+fəaliyyət sahəsi üst-üstə düşən ensiklopedik şəxslər ola bilər. İndiki halda mənim xatırladığım bir Tofiq Hacıyevdir. Tofiq Hacıyev (akademik) və Tofiq Hacıyev (professor) - hər ikisi filoloqdur. Burada "akademik" və "professor" fərqləndirməsi yanlışdır. Burada artıq peşəiçi bölünmə olmalıdır. Çünki elə Tofiq Hacıyev (akademik) özü də professor olmuşdur və Tofiq Hacıyev (professor) da nə vaxtsa akademik ola bilər. Burada artıq Tofiq Hacıyev (türkoloq) (akademik üçün) və Tofiq Hacıyev (dilçi) (professor) üçün yazmamız daha düzgün olar. Hökmdar adlandırması üçün məncə, rum rəqəminin birinci yazılması daha düzgündür. Məsələn, "I Təhmasib", "II Təhmasib" kimi. Bu bizim dildə oturuşmuş adlandırmadır. Ruslarda əsasən rəqəm addan sonra gəlir. O, adlandırma bizim dilimizdə oturuşmadı. Necə ki, əvvəlcə soyad, sonra adın yazılması. Yəni sovet vaxtı "Məmmədov Əli Məmməd oğlu" yazırdıq. Amma oturuşmuş olanı indilik "Əli Məmməd oğlu Məmmədov"dur. "Əli Məmmədov Məmməd oğlu" adlandırması da yanlışdır. Bizdə azvikidə bəzən olur belə adlandırmalar - "Əli Məmmədov (Məmməd oğlu)" kimi. Bu da yanlışdır. Amma mən bunları burada yazmaqla məsələ həll olunmur. Yaxşı olar ki, idarəçilərə müraciət olunsun - idarəçilərdən ibarət qrup təşkil edilsin və artıq onlar bu məsələ ilə bağlı qərar verib burada açıqlasınlar. Belə olan halda qərar verən idarəçilərin də məsuliyyəti yüksək olur. Həm də bir-birinə opponentlik edirlər. Burada mən sadəcə öz fikrimi bildirdim. --Sortilegus (müzakirə) 20:57, 24 mart 2017 (UTC)
- Sortilegus fikrinizə hörmətlə yanaşıram, sadəcə xatırlatmaq istəyirəm ki, əsas məsələ tarixi dövlətlərin adı ilə bağlı idi və siz bu barədə heç nə yazmadınız. Yəni “Səfəvilər dövləti” məqaləsinin adının “Səfəvilər”, “Qaraqoyunlu dövləti” məqaləsinin adının “Qaraqıyunlu”, “Şirvanşahlar dövləti” məqaləsinin adının “Şirvanşah” kimi yazılmasına necə baxursınız? Və nəzərinizə çatdırmaq istəyirəm ki hökmdarlar haqqında məqalələrin adlarında ASE və AME-də nömrə və tütul addan sonra yazılır. Vikipediyada da belə olması texniki cəhətdən işimizin xeyirinə olacaqdır. Ən azından avtomatik sıralamada, “I Şah Abbas” adı ı hərfi ilə başlayan məqalələr kateqoruyasında olmayacaq. Baxın 60 intervikidə bizdən və türklərdən başqa heç kim nömrəni Şah Abbasdan qabağa atmayıb Aydın Məmmədov (müzakirə) 21:11, 24 mart 2017 (UTC)
- Doğrudur, "I Abbas" yox, "Abbas I" yazsaq onda kateqoriyaiçi sıralanmada bu məqalə "I" başlığı altında deyil, "A" və ya konkretləşdirsək "Abbas" başlığı altında qeyd olunacaq. Amma Abbasın birincisi varsa deməli, ikincisi də, bəlkə üçüncüsü, dördüncüsü və s. də var. Məqalələrin elə toplanmağındansa "I Abbas" olsun "I İsmayıl", "I Təhmasib" məqalələri sıralanmasında, "II Abbas" olsun "II Təhmasib", "II İsmayıl" sıralanmasında. Bunun nə isə bir narahatçılığı var ki? Əgər sizi bu narahat edirsə "Abbas I" səhifəsi yaradıb onu istiqamətləndirin "I Abbas" məqaləsinə. O istiqamətləndirməni heç bir idarəçi silməz. Tarixi dövlət adları ilə də bağlı mənim şəxsi fikirlərim var. Burada tarix sahəsində Səfər və Ənvər müəllim məndən daha biliklidirlər. Onlara müraciət edin, onlar fikirlərini bildirsinlər. Əgər fikirlərimiz üst-üstə düşməzsə mən onlara bacardığım qədər opponentlik etməyə hazıram. Yəni mənim fikrim budur ki, sülalə adı dövlət adından fərqli olmalıdır. Səfəvilər məqaləsi ayrı olmalıdır (sülalə üçün), Səfəvi dövləti (ya bilmirəm "Səfəvilər İmperiyası", "Səfəvilər dövləti" və s.) (dövlət üçün) ayrı. --Sortilegus (müzakirə) 21:29, 24 mart 2017 (UTC)
- Əslində nömrə məsələsi elə bir ciddi şey deyil. Sadəcə buna bir diqqət yetirin, türkcədə deyəsən bizdəki kimi nömrə ı hərifi ilə yox, hansısa başqa bir sinvol ilə qoyulur. Çünki sıralamada Şah Abbaslar A hərifi kateqoriyasında sıralanır. Bu nədirsə, biz də belə edə bilərik. Aydın Məmmədov (müzakirə) 21:38, 24 mart 2017 (UTC)
- Doğrudur, "I Abbas" yox, "Abbas I" yazsaq onda kateqoriyaiçi sıralanmada bu məqalə "I" başlığı altında deyil, "A" və ya konkretləşdirsək "Abbas" başlığı altında qeyd olunacaq. Amma Abbasın birincisi varsa deməli, ikincisi də, bəlkə üçüncüsü, dördüncüsü və s. də var. Məqalələrin elə toplanmağındansa "I Abbas" olsun "I İsmayıl", "I Təhmasib" məqalələri sıralanmasında, "II Abbas" olsun "II Təhmasib", "II İsmayıl" sıralanmasında. Bunun nə isə bir narahatçılığı var ki? Əgər sizi bu narahat edirsə "Abbas I" səhifəsi yaradıb onu istiqamətləndirin "I Abbas" məqaləsinə. O istiqamətləndirməni heç bir idarəçi silməz. Tarixi dövlət adları ilə də bağlı mənim şəxsi fikirlərim var. Burada tarix sahəsində Səfər və Ənvər müəllim məndən daha biliklidirlər. Onlara müraciət edin, onlar fikirlərini bildirsinlər. Əgər fikirlərimiz üst-üstə düşməzsə mən onlara bacardığım qədər opponentlik etməyə hazıram. Yəni mənim fikrim budur ki, sülalə adı dövlət adından fərqli olmalıdır. Səfəvilər məqaləsi ayrı olmalıdır (sülalə üçün), Səfəvi dövləti (ya bilmirəm "Səfəvilər İmperiyası", "Səfəvilər dövləti" və s.) (dövlət üçün) ayrı. --Sortilegus (müzakirə) 21:29, 24 mart 2017 (UTC)
- Onun üçün belə bir redaktə etmək lazımdır. Türklər rum rəqəmindən sonra "." (nöqtə) cı-ci-cu-cü üçün qoyurlar. --Sortilegus (müzakirə) 21:50, 24 mart 2017 (UTC)
- İzaha görə təşəkkürlər. Bu yaxşı metod oldu, yəqin ki bundan sonra bizdə geniş şəkildə tətbiq ediləcək. Amma nömrə məsələsində əminəm ki bu gün biz onu və titulu addan sonra yazmaq istəməsək də, gələcəkdə, bir 10 il sonra belə edəcəklər. Çünki Ziya Bünyadov haqqında məqalənin adı “Akademik Ziya Bünyadov” olmadığı kimi, Şah Abbasın da titulu məqalə adında göstərilməli deyil. Lakin buradan görünür ki “I Şah Abbas” məqaləsinin adında titul göstərilmədiyi halda II və III Şah Abbaslarda titullar göstərilir. Ya adlardan titulları birdəfəlik yığışdıraq, ya da hamısında titulları da yazaq. Əsas uyğunsuzluq buradadır. Nömrə məsələsində isə qeyd etdiyim kimi 10 il sonra vikicəmiyyət belə edəcəkdir. Çünki bizim məqalələr şəxsin adı ilə və əlifbada olan hərflərlər başlamalıdır, nömrə ilə yox. Aydın Məmmədov (müzakirə) 22:20, 24 mart 2017 (UTC)
- Sortilegus fikrinizə hörmətlə yanaşıram, sadəcə xatırlatmaq istəyirəm ki, əsas məsələ tarixi dövlətlərin adı ilə bağlı idi və siz bu barədə heç nə yazmadınız. Yəni “Səfəvilər dövləti” məqaləsinin adının “Səfəvilər”, “Qaraqoyunlu dövləti” məqaləsinin adının “Qaraqıyunlu”, “Şirvanşahlar dövləti” məqaləsinin adının “Şirvanşah” kimi yazılmasına necə baxursınız? Və nəzərinizə çatdırmaq istəyirəm ki hökmdarlar haqqında məqalələrin adlarında ASE və AME-də nömrə və tütul addan sonra yazılır. Vikipediyada da belə olması texniki cəhətdən işimizin xeyirinə olacaqdır. Ən azından avtomatik sıralamada, “I Şah Abbas” adı ı hərfi ilə başlayan məqalələr kateqoruyasında olmayacaq. Baxın 60 intervikidə bizdən və türklərdən başqa heç kim nömrəni Şah Abbasdan qabağa atmayıb Aydın Məmmədov (müzakirə) 21:11, 24 mart 2017 (UTC)
- Dediyim kimi, tarixi dövlət adları, sülalə adları, şah, xan adları ilə bağlı bu sahəni daha yaxşı bilən idarəçilərimiz, istifadəçilərimiz fikirlərini bildirsə yaxşı olar. Mən dilçi kimi öz fikrimi bildirdim. Yəni müzakirə nəticəsində təklif olunsa ki, "I Abbas" deyil, "Abbas I" olsun və tarixçi, geneoloq idarəçilərimiz desə ki, bəli, belə daha düzgündür, filan sənədin axırında bu adam öz imzasını yazanda bu cür imza atıb, mən onlarla razılaşacam. --Sortilegus (müzakirə) 22:40, 24 mart 2017 (UTC)
- Təşəkkürlər. Hal hazırda dilimiz digər dillərin güclü təsirinə məruz qalır. Məsələn, heç baxmamışam, amma əminəm ki, I Şah Abbas məqaləsinin adı intervikinin təsiri ilə "I Abbas" şəklinə salınmışdır. Biz adı əvvəlki hala qaytarsaq da, bir müddət sonra yenə bunu edəcəklər. Sabah isə intervikinin təsiri ilə nömrəni də Abbasdan sonra keçirəcəklər. Samral da məhz intervikinin təsiri ilə “Səfəvilər dövləti” məqaləsinin adını “Səfəvilər”, “Qaraqoyunlu dövləti” məqaləsinin adını “Qaraqoyunlular” şəklində dəyişib. Bu reallıqdır. Ya biz bununla bağlı qayda qəbul etməliyik, ya da intervikidə necədirsə, bizdə də elə olması ilə razılaşmalıyıq. Aydın Məmmədov (müzakirə) 22:44, 24 mart 2017 (UTC)
- Çox təəssüf ki, azviki istifadəçiləri Samrala səs verib onu idarəçi seçdilər. Bilirsiniz ki, mən onun idarəçi seçilməsinin əleyhinə səs vermişdim. Onunla bağlı bəzi digər şikayətlər də var. Bu idarəçinin "nəyin təsiri ilə nəyi dəyişdirməsi" məsələsi hələ xeyli vaxt aparacaq. Amma bu artıq idarəçilər arasında olan məsələdir.--Sortilegus (müzakirə) 23:21, 24 mart 2017 (UTC)
- Adlandırmalarla bağlı müəyyən problemlər var idi azvikidə. İndi böyük mənada həll olunub bu problem. Əsas problem adı və soyadı üst-üst düşən şəxslər ilə bağlı idi. Çoxu mötərizə açılıb nömrələnmişdi. Məsələn, Əli Həsənov (I), Əli Həsənov (II) kimi. Kino sahəsinə aid çoxlu sayda qeyri-ensiklopedik şəxs haqqında məqalə vardı, onların böyük əksəriyyəti silindi. Bundan sonra bu problem öz-özünə həll olundu. Ad-soyadı üst-üstə düşən şəxslər üçün mötərizədə onların peşəsini yazmaq lazımdır. Məsələn, deyək ki, Aydın Məmmədov adı və soyadı indi azvikidə üst-üstə ən çox düşən şəxslərdəndir. Amma dəqiqləşdirməsi hər şeyi yoluna qoyur. (Aydın Məmmədov (ağır atlet), Aydın Məmmədov (filoloq), Aydın Məmmədov (iqtisadçı), Aydın Məmmədov (siyasətçi), Aydın Məmmədov (paleontoloq), Aydın Məmmədov (tarixçi), Aydın Məmmədov (jurnalist)). Yəni peşə adında mümkün qədər konkretləşdirmə aparmaq lazımdır. Deyək ki, Aydın Məmmədov (idmançı) yox, məhz Aydın Məmmədov (ağır atlet) yazmaq daha doğrudur. "Aydın Məmmədov (millət vəkili)", "Aydın Məmmədov (alim)", "Aydın Məmmədov (dövlət xadimi)" kimi fəaliyyət sahəsi ümumiləşdirilmiş adlandırmalardan qaçmaq lazımdır. Belə hallar qarşıma çıxdıqca mən düzəldirəm. Burada bir Aydın Məmmədov (siyasətçi) adlandırması yanlışdır. Ona qalsa Aydın Məmmədov (filoloq) da siyasətçi, millət vəkili olub. Polis və hərb sisteminin ensiklopedik təmsilçiləri üçün onların rütbəsindən istifadə etmək olar. Deyək ki, "Aydın Məmmədov (general-mayor)" və s. Çox az halda ad və soyadı+fəaliyyət sahəsi üst-üstə düşən ensiklopedik şəxslər ola bilər. İndiki halda mənim xatırladığım bir Tofiq Hacıyevdir. Tofiq Hacıyev (akademik) və Tofiq Hacıyev (professor) - hər ikisi filoloqdur. Burada "akademik" və "professor" fərqləndirməsi yanlışdır. Burada artıq peşəiçi bölünmə olmalıdır. Çünki elə Tofiq Hacıyev (akademik) özü də professor olmuşdur və Tofiq Hacıyev (professor) da nə vaxtsa akademik ola bilər. Burada artıq Tofiq Hacıyev (türkoloq) (akademik üçün) və Tofiq Hacıyev (dilçi) (professor) üçün yazmamız daha düzgün olar. Hökmdar adlandırması üçün məncə, rum rəqəminin birinci yazılması daha düzgündür. Məsələn, "I Təhmasib", "II Təhmasib" kimi. Bu bizim dildə oturuşmuş adlandırmadır. Ruslarda əsasən rəqəm addan sonra gəlir. O, adlandırma bizim dilimizdə oturuşmadı. Necə ki, əvvəlcə soyad, sonra adın yazılması. Yəni sovet vaxtı "Məmmədov Əli Məmməd oğlu" yazırdıq. Amma oturuşmuş olanı indilik "Əli Məmməd oğlu Məmmədov"dur. "Əli Məmmədov Məmməd oğlu" adlandırması da yanlışdır. Bizdə azvikidə bəzən olur belə adlandırmalar - "Əli Məmmədov (Məmməd oğlu)" kimi. Bu da yanlışdır. Amma mən bunları burada yazmaqla məsələ həll olunmur. Yaxşı olar ki, idarəçilərə müraciət olunsun - idarəçilərdən ibarət qrup təşkil edilsin və artıq onlar bu məsələ ilə bağlı qərar verib burada açıqlasınlar. Belə olan halda qərar verən idarəçilərin də məsuliyyəti yüksək olur. Həm də bir-birinə opponentlik edirlər. Burada mən sadəcə öz fikrimi bildirdim. --Sortilegus (müzakirə) 20:57, 24 mart 2017 (UTC)
- Sortilegus, indi mən sizin mənim idarəçiliyimə qarşı olmağınıza baxmayaraq idarəçi seçilmişəmsə, hansısa istifadəçi və ya idarəçi ilə hansısa mövzuda fərqli düşünsəm, vikiqaydalara uyğun mübahisə və ya müzakirə aparsam və s. siz durub mənə yuxarıdakı kimi sözlər deyəcəksiz? Çox maraqlıdır ki, illərdi vikicəmiyyətin 90 %-nin idarəçi və istifadəçi kimi fəaliyyətindən narazı olduğu birinə, illərdi özünü azvikinin və Vikimediyanın Azərbaycan üzrə rəhbəri kimi aparan, bu sifətlə müxtəlif hökumət və QHT-lərdən babat pullar yeyən birinə qarşı heç bu sözləri demirsiz. Amma indi mən bircə mövzuda 1-2 istifadəçi ilə vikiqaydalara uyğun bir şəkildə fikir ayrılığına düşmüşəm deyə, durub mənə yuxarıdakı kimi nalayiq sözlər deyirsiz? Mən çox gözəl bilirəm mənə, mənim idarəçiliyimə kimlər, niyə qarşıdı. Azvikidəki qruplaşmadan da çox gözəl xəbərim var. Kimlərin hansı məqalələr və işlər vasitəsilə haralardan pullar aldığından da. Çox maraqlıdır ki, bu gün ədəbli müzakirə apardığınız elə Aydın Məmmədovun özünün bir vaxtlar kimlərinsə sözü ilə ömürlük blok edilməsini tələb edənlərdən idiz :)--samral müzakirə 06:05, 28 mart 2017 (UTC)
- O ki qaldı dövlət-sülalə mövzusuna bu barədəki mövqe və fikirlərimi buradan oxuya bilərsiz. Mən daha bu barədə danışmaqdan həm bezmişəm, həm də yorulmuşam.--samral müzakirə 06:07, 28 mart 2017 (UTC)
- Kim haradan pul alır ki? Bu dedikləriniz özü elə sübut edə bilməyəcəyiniz təqdirdə sizin bloklanmağınız üçün yetərlidir. Azvikinin rəhbəri yoxdur. Ümumiyyətlə, vikipediyanın heç bir dil bölməsinin rəhbəri yoxdur. Azərbaycanlı vikipediyaçılar istifadəçi qrupunun 2 həmtəsisçisi var - onun biri mənəm, biri də Wertuose-dir. 2014-cü ildə də Vikimedia Fondu ilə həmtəsisçilər arasında sözləşmə imzalanıb. İstifadəçi qrupunun həmtəsisçisi olmaq vikipediyanın rəhbəri olmaq demək deyil. Ədəbli müzakirəni isə mən ədəbli müzakirə apara bilən hər kəslə aparıram. Apara bilməyən isə azvikidə bloklanır.--Sortilegus (müzakirə) 20:45, 28 mart 2017 (UTC)
- Sortilegus, "istifadəçi qrupunun 2 həmtəsisçisi var" deyirsən? Bəs mən və qrupu təsis edən digər həmkarlarımız? Axı biz də qrupu təsis edən istifadəçilər olmuşuq? Digərlərini bilmirəm, şəxsən məni nə zaman təsisçilikdən çıxarmısınız? Axı mənim bundan xəbərim yoxdur :( --►Cekli səkkiz yüz iyirmi doqquz 06:37, 29 mart 2017 (UTC)
- Cekli829 sən nə vaxt təsisçi olmusan ki, təsisçilikdən də çıxasan? 2014-də rəsmi istifadəçi qrupu yaratmaq üçün 4-5 ay Vikimedia Fondu ilə yazışmalar gedib, sonda da razılaşma imzalanıb. Həmtəsisçi olaraq mənimlə Wertuose imza atıb razılaşmaya. Qrupda əgər 50 nəfər varsa hamısı həmtəsisçi olmur ki. Hər istəyən kəs də istifadəçi qrupu yarada bilmir. --Sortilegus (müzakirə) 10:54, 29 mart 2017 (UTC)
- Sortilegus, bəs bizim imzaladığımız nə idi? :) --►Cekli səkkiz yüziyirmi doqquz 16:24, 29 mart 2017 (UTC)
- Kim haradan pul alır ki? Bu dedikləriniz özü elə sübut edə bilməyəcəyiniz təqdirdə sizin bloklanmağınız üçün yetərlidir. Azvikinin rəhbəri yoxdur. Ümumiyyətlə, vikipediyanın heç bir dil bölməsinin rəhbəri yoxdur. Azərbaycanlı vikipediyaçılar istifadəçi qrupunun 2 həmtəsisçisi var - onun biri mənəm, biri də Wertuose-dir. 2014-cü ildə də Vikimedia Fondu ilə həmtəsisçilər arasında sözləşmə imzalanıb. İstifadəçi qrupunun həmtəsisçisi olmaq vikipediyanın rəhbəri olmaq demək deyil. Ədəbli müzakirəni isə mən ədəbli müzakirə apara bilən hər kəslə aparıram. Apara bilməyən isə azvikidə bloklanır.--Sortilegus (müzakirə) 20:45, 28 mart 2017 (UTC)
- Cekli829, vallah mən bilmirəm harada, nə vaxt, nə imzalamısız. Mən dediyim sənəd 2 oktyabr 2014-cü ildə imzalanıb. Vikimedia fondu tərəfindən Geoff Brigham imzalayıb --Sortilegus (müzakirə) 18:35, 29 mart 2017 (UTC)
- Sortilegus, özünüz də bilirsiniz ki, hər zaman sizlərə etimad götərmişəm. Amma indi bu məsələnin belə müzakirəsi məndə bəzi şübhələrə səbəb oldu. Əvvəlcə qeyd edim ki, o sənəd sizin təmsilçilik hüququnuzun təsdiqidir. Daha dəqiqi 2 oktyabr 2014-cü il tarixində istifadəçi qrupu razılaşması imzalanmış və qrup, müddətin uzadılması imkanı ilə, 1 il müddətinə təsdiq edilmişdir. Sizə, daha dəqiqi Wertuoseyə təmsilçilik hüququnu isə "Old Baku"da yığışdığımız zaman imzaladığımız sənədlə vermiş olmuşuq. İndiyə kimi yadımdadır ki, həmin sənədin başlığını yazmamışdınız ki, biz imzaladıqdan sonra Wertuose yazıb Metaya göndərəcək. Sonra isə həmin sənədin əvəzinə öz maraqlarınıza uyğun yalnız ikinizin imzası ilə sənəd göndərmisinizsə, deməli bizi aldatmısınız. 2 oktyabr 2014-cü ildə Wertuosenin Kənd meydanında yazdığı da təsisçilərin yalnız ikinizdən ibarət olmadığına bir sübutdur. --►Cekli səkkiz yüz iyirmi doqquz 18:52, 29 mart 2017 (UTC)
- "Old Baku"da yığışıb Wertuosea nə ilə bağlı təmsilçilik hüququ verdiyinizi bilmirəm. Burada söhbət 2014-cü ildən gedir, mən xatırladığım qədər 2012-ci ildən sonra Bakıda iştirak etdiyim azsaylı vikigörüşlər içərisində Old Baku-da görüş olmayıb. İstinad verdiyin Kənd meydanında müzakirədə isə Wertuose qrupun yaradılması haqqında məlumat verib. Orada kimin təsisçi, kimin həmtəsisçi olması ilə bağlı bir şərh yoxdur.--Sortilegus (müzakirə) 19:42, 29 mart 2017 (UTC)
- Sortilegus, istinad verdiyim yerdə bu cümləni oxumadınmı? "Bakıya qayıtdıqdan dərhal sonra bu istiqamətdə fəaliyyətə başladıq və bütün fəal, həmçinin bu işə dəstək verməyə razılıq verən bütün az-viki idarəçilərinin iştirakı ilə "Azərbaycan vikimediaçıları istifadəçi qrupu"nu təsis etməyə qərar verdik." +"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun "facebook" qrupunda da bununla bağlı müzakirələr gedib. Həmin dövrdəki postlarda onları görə bilərsiniz. Hətta qrupun adının müəyyənləşməsini də birlikdə məsləhətləşmişik. Amma fonda təsisçi kimi yalnız ikinizi təqdim etməyiniz qrupun yaradılmasında iştirak edən biz istifadəçilərə qarşı ədalətsizlikdir. Biz onsuz da sizləri təmsilçi kimi qəbul etmişdik. Amma təsisçiliyi yalnız özünüzə aid etməyiniz, ümumqrup maraqlarının təmin olunmamasıdır. Yaxşı ki, bu məsələdən gec də olsa xəbərim oldu. --►Cekli səkkiz yüz iyirmi doqquz 05:50, 30 mart 2017 (UTC)
- Sortilegus, özünüz də bilirsiniz ki, hər zaman sizlərə etimad götərmişəm. Amma indi bu məsələnin belə müzakirəsi məndə bəzi şübhələrə səbəb oldu. Əvvəlcə qeyd edim ki, o sənəd sizin təmsilçilik hüququnuzun təsdiqidir. Daha dəqiqi 2 oktyabr 2014-cü il tarixində istifadəçi qrupu razılaşması imzalanmış və qrup, müddətin uzadılması imkanı ilə, 1 il müddətinə təsdiq edilmişdir. Sizə, daha dəqiqi Wertuoseyə təmsilçilik hüququnu isə "Old Baku"da yığışdığımız zaman imzaladığımız sənədlə vermiş olmuşuq. İndiyə kimi yadımdadır ki, həmin sənədin başlığını yazmamışdınız ki, biz imzaladıqdan sonra Wertuose yazıb Metaya göndərəcək. Sonra isə həmin sənədin əvəzinə öz maraqlarınıza uyğun yalnız ikinizin imzası ilə sənəd göndərmisinizsə, deməli bizi aldatmısınız. 2 oktyabr 2014-cü ildə Wertuosenin Kənd meydanında yazdığı da təsisçilərin yalnız ikinizdən ibarət olmadığına bir sübutdur. --►Cekli səkkiz yüz iyirmi doqquz 18:52, 29 mart 2017 (UTC)
- O ki qaldı dövlət-sülalə mövzusuna bu barədəki mövqe və fikirlərimi buradan oxuya bilərsiz. Mən daha bu barədə danışmaqdan həm bezmişəm, həm də yorulmuşam.--samral müzakirə 06:07, 28 mart 2017 (UTC)
- Hökmdarların adları ilə bağlı bu təklif anlaşılmazdır. Əvvəla ona görə ki, nömrənin addan sonra yazılması rus və ingilis dillərinin qaydalarından irəli gəlir. Məsələn, rusca ona görə "Аббас I" yazılır ki, rus dilində bu şəxsə "Abbas pervıy" deyilməsi düzgün sayılır, yaxud ingiliscə "Abbas I" yazılışı ingilis dilindəki "Abbas the first" oxunuşu düzgün sayıldığı üçün elə yazılır. Azərbaycan dilində isə "birinci Abbas" və ya "on ikinci Lüdovik" adları ilə tanınan şəxslərin adlarını niyə baş-ayaq yazmalıyıq ki? İkincisi də ki, əgər kateqoriyaların içindəki sıralamanın hökmdarın adının baş hərfi ilə başlamasını istəyirsinizsə, məsələn, XII Lüdovik məqaləsinin "X" hərfi ilə yox, "L" hərfi ilə başlaması üçün Vikipediyanın yaranmasından bəri mövcud olan elementar bir qayda var. Nümunə üçün: [[Kateqoriya:Fransa kralları|L]] yazmaq lazımdır.--Wertuose (müzakirə) 06:58, 29 mart 2017 (UTC)
- Wertuose dediyiniz qaydadan başqa I Şah Abbas üçün {{{DEFAULTSORT:Abbas 01}}} yarımşablonundan da istifadə etmək olar və bu daha effektli görünür. Amma burada söhbət yalnız nömrədən getmir, tituldan da gedirdi və siz bu barədə heç nə demədiniz. AME-da intervikidə, yəni bütün dillərdə I Şah Abas məqaləsinin adında titul göstərilmir. Bizdə isə intervikinin təsiri ilə I Abbasda göstərilməsə də, II, III Abbaslarda titul göstərilir. Ya birdəfəlik hamısında titul göstərilməlidir, ya da birdəfəlik məqalə adlarında titulları atmalıyıq. Bunun üçün qayda qoyulmasını istəmişəm. Nömrə məsələsində isə yalnız azərbaycanca və türkcədə nömrə addan əvvəl yazılır. Qazax, özbək, türkmən və s. dillər də türkdillidir, amma onlar nömrəni addan sonra yazırlar. O cümlədən ASE və AME-da da nömrə addan sonra yazılır. Bu dediyinizin əksinə olaraq "Azərbaycan dilində isə "birinci Abbas" və ya "on ikinci Lüdovik" adları ilə tanınan şəxslərin adlarını baş ayaq yazmaq deyil, ensuklopediya qaydasıdır. Ensiklopedik məqalə əlifbada olan hərflərlə başlamalıdır, mən belə düşünürəm, bunun üçündür. Yəni biz nömrəni addan sonraya atsaq, adı baş-ayaq yazmırıq, ensiklopedik ənənələrə riayət etmiş olacağıq. Aydın Məmmədov (müzakirə) 10:17, 29 mart 2017 (UTC)
- Aydinsalis, Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildi olan Azərbaycan cildində, məsələn səh. 232-də, I Şah İsmayıl, səh. 233-də II Xəlilullah formasında yazılıb hökmdar adları.--samral müzakirə 10:43, 29 mart 2017 (UTC)
- Samral, amma burada söhbət məqalə adından gedirdi. I Şah İsmayıl, II Xəlilullah əlbəttə ki cümlədə elə belə yazılmalıdır. Burada söhbət gedir ki, məqalə adlarında titullar birdəfəlik yığışdırılsın, nömrə isə addan sonraya keçirilsin. Aydın Məmmədov (müzakirə) 11:38, 29 mart 2017 (UTC)
- Vikipediya AME-nin və ya ASE-nin elektron versiyası deyil. Burada "hər şey kağız ensiklopediyalarda olduğu kimi yazılmalıdır" deyə bir qayda yoxdur. Həmçinin, bəzi məsələlərdə istifadəçilərin konsensusa gəlməsi və ensiklopediyalardan kənar etibarlı mənbələrə istinad etmək daha vacibdir. Titulun göstərilməsi məsələsində isə belə düşünürəm ki, məqalənin adında titul göstərilməli deyil, nə sultanlarda, nə krallarda, nə şahlarda. Yalnız mənbələrlə təsdiqlənən müstəsna hallarda, ənənəvi olaraq mənbələrdə daim titulu ilə birlikdə adı çəkilən xüsusi tarixi şəxsiyyətlər olarsa, o halda istisnaya yol vermək olar. Lakin zadəgan titullarında isə titullara ehtiyac var. Məsələn, "Abbas Mirzə" və ya "Barselona qrafı Huan" kimi.--Wertuose (müzakirə) 11:53, 29 mart 2017 (UTC)
- Wertuose, qaydaya belə yazsaq, "Yalnız mənbələrlə təsdiqlənən müstəsna hallarda, ənənəvi olaraq mənbələrdə daim titulu ilə birlikdə adı çəkilən xüsusi tarixi şəxsiyyətlər olarsa" heç nə başa düşülməyəcək və mübahisələr bir az da artacaq. Məsələn, “I Şah Abbas” hər yerdə belə yazılır, bütün mənbələrdə. Belə olan halda “I Şah Abbas” məqaləsinin adını I Abas kimi yazmaq mümkün deyil. Amma bütün interviki belə yazır. Bəs nə edək? O ki qaldı "Burada "hər şey kağız ensiklopediyalarda olduğu kimi yazılmalıdır" deyə bir qaydanın olmamağına, nəinki qayda, hətta qərar da var. Bunlara görə biz məqalə adlarında ilk olaraq AME-nı əsas götürməliyik (Vikipediya:Məqalənin adlandırılması, Nəticə ). Qaydaları hazırlamaq və təkminləşdirmək asan iş deyil və bu işlə bütün vikicəmiyyət məşğul olmalı deyil. Mən təklif etdim ki AK layihəsinin səsvertməsi bərpa edilsin, sonra AK bu işlərlə məşğul olsun. Amma qaydalarla bağlı 3-5 nəfərlik işçi qrup da yaradıla bilər. Bizdə son illər heç bir qayda qəbul edilməyib və hazırlanmayıb. Bu işlə məşğul olan 2 idarəçi isə indi idarəçi deyil və fəaliyyət göstərmirlər. Qaydalarda böyük boşluqlar var, əksəriyyəti natamamdır və səsverməsi keçirilməyib. (müzakirə) 12:25, 29 mart 2017 (UTC)
- Siz mübahisələrə meylli olduğunuz və qarşınızdakı müzakirəçilərin bütün fikirlərini iqnor edərək yalnız öz inandığınız fikrin həqiqiliyini isbat etməyə çalışdığınız üçün daim problemlər yaranıb və nəticədə dəfələrlə bloklanmısınız və hər dəfə də blokunuzun açılması üçün əsas şərtlərdən biri bu olub ki, mübahisə yaratmayasınız, amma siz yenə də eyni yolla artıq 3-4 ildir ki, bütün az-viki istifadəçilərini ələ salmaqdan vaz keçmirsiniz. Nəzərinizə çatdırım ki, müzakirə öz fikrinizi yeritmək üçün yox, ortaq məxrəcə gəlmək üçün aparılır, bu təkcə Vikipediyada deyil, həyatda da belədir. Odur ki, xahiş edirəm ki, əvvəlcə "müzakirə etmək" məfhumunun nə olduğunu özünüz üçün araşdırıb aydınlaşdırasınız. Sizin daim bütün müzakirələrdə etdiyiniz kimi, qarşınızdakı müzakirəçinin fikirlərini bir-bir səhv çıxarıb sonda öz triumfunuzu elan etdiyinizi düşünməyinizin adı müzakirə deyil. Düşünürəm ki, nə demək istədiyimi anladınız. Bu bölməni açmağınızda məqsədin müzakirə aparmaq olmadığı onsuz da əvvəldən aydın idi. Bu səbəbdən siz və sizin kimi bəzi digər mübahisəyə meylli istifadəçilərin açdıqları müzakirə bölmələrində heç vaxt münasibət bildirmirəm. Xahiş edirəm ki, fəaliyyətinizdə bu nüansları nəzərə alın.--Wertuose (müzakirə) 13:49, 29 mart 2017 (UTC)
- Wertuose, əgər siz problemi həll edə bilmirsinizsə və təklif etdiyiniz qayda bubaşdan mübahisə doğurursa bunun günahkarı mən deyiləm. I Abas məqaləsinin adında titul yoxdur, II Abbasda, III Abbasda var. I Təhmasibdə titul yoxdur, II Təhmasibdə var. O cümlədən Şah İsmayılda titul yoxdur, II İsmayılda var ([1])?! Bu mənim günhımdırmı? O gümlədən tarixi dövlətlər haqqında məqalələr. Səfəvilər dövləti məqaləsi ləğv olunur, yerində Səfəvilər sülaləsi məqaləsi yaradılır. İntervikidə də Səfəvilər dövləti məqaləsi yalnız ru vikidə qalmışdı, Şəfəvilər dövləti haqqında bütün dillərdə olan məqalalər vikidatada Səfəvilər sülaləsi haqqında məqalə kimi təqdim edilirdi, oturub bir-bir seçmişəm, 21 dildə məqaləni ayırıb vikidatada Səfəvilər dövlətinə istiqamətləndirmişəm. Bunlar ciddi problemlərdir. Qaraqoyunlu, Ağqoyunlu dövləti indi guya olmayıb, guya bunlar dövlət deyilmiş, bunlar İranda hakimiyytdə olan sülalə imiş... Mən qarışmayacağam bundan sonra müzakirəyə, nə istəyirsinmizsə edin, istəyirsiz işçi qrupu yaradın, istəyirsiniz AK yaradın, 1 həftə gözləyəcəyəm, problemləri həll edin. Aydın Məmmədov (müzakirə) 15:01, 29 mart 2017 (UTC)
- Siz mübahisələrə meylli olduğunuz və qarşınızdakı müzakirəçilərin bütün fikirlərini iqnor edərək yalnız öz inandığınız fikrin həqiqiliyini isbat etməyə çalışdığınız üçün daim problemlər yaranıb və nəticədə dəfələrlə bloklanmısınız və hər dəfə də blokunuzun açılması üçün əsas şərtlərdən biri bu olub ki, mübahisə yaratmayasınız, amma siz yenə də eyni yolla artıq 3-4 ildir ki, bütün az-viki istifadəçilərini ələ salmaqdan vaz keçmirsiniz. Nəzərinizə çatdırım ki, müzakirə öz fikrinizi yeritmək üçün yox, ortaq məxrəcə gəlmək üçün aparılır, bu təkcə Vikipediyada deyil, həyatda da belədir. Odur ki, xahiş edirəm ki, əvvəlcə "müzakirə etmək" məfhumunun nə olduğunu özünüz üçün araşdırıb aydınlaşdırasınız. Sizin daim bütün müzakirələrdə etdiyiniz kimi, qarşınızdakı müzakirəçinin fikirlərini bir-bir səhv çıxarıb sonda öz triumfunuzu elan etdiyinizi düşünməyinizin adı müzakirə deyil. Düşünürəm ki, nə demək istədiyimi anladınız. Bu bölməni açmağınızda məqsədin müzakirə aparmaq olmadığı onsuz da əvvəldən aydın idi. Bu səbəbdən siz və sizin kimi bəzi digər mübahisəyə meylli istifadəçilərin açdıqları müzakirə bölmələrində heç vaxt münasibət bildirmirəm. Xahiş edirəm ki, fəaliyyətinizdə bu nüansları nəzərə alın.--Wertuose (müzakirə) 13:49, 29 mart 2017 (UTC)
- Wertuose, qaydaya belə yazsaq, "Yalnız mənbələrlə təsdiqlənən müstəsna hallarda, ənənəvi olaraq mənbələrdə daim titulu ilə birlikdə adı çəkilən xüsusi tarixi şəxsiyyətlər olarsa" heç nə başa düşülməyəcək və mübahisələr bir az da artacaq. Məsələn, “I Şah Abbas” hər yerdə belə yazılır, bütün mənbələrdə. Belə olan halda “I Şah Abbas” məqaləsinin adını I Abas kimi yazmaq mümkün deyil. Amma bütün interviki belə yazır. Bəs nə edək? O ki qaldı "Burada "hər şey kağız ensiklopediyalarda olduğu kimi yazılmalıdır" deyə bir qaydanın olmamağına, nəinki qayda, hətta qərar da var. Bunlara görə biz məqalə adlarında ilk olaraq AME-nı əsas götürməliyik (Vikipediya:Məqalənin adlandırılması, Nəticə ). Qaydaları hazırlamaq və təkminləşdirmək asan iş deyil və bu işlə bütün vikicəmiyyət məşğul olmalı deyil. Mən təklif etdim ki AK layihəsinin səsvertməsi bərpa edilsin, sonra AK bu işlərlə məşğul olsun. Amma qaydalarla bağlı 3-5 nəfərlik işçi qrup da yaradıla bilər. Bizdə son illər heç bir qayda qəbul edilməyib və hazırlanmayıb. Bu işlə məşğul olan 2 idarəçi isə indi idarəçi deyil və fəaliyyət göstərmirlər. Qaydalarda böyük boşluqlar var, əksəriyyəti natamamdır və səsverməsi keçirilməyib. (müzakirə) 12:25, 29 mart 2017 (UTC)
- Vikipediya AME-nin və ya ASE-nin elektron versiyası deyil. Burada "hər şey kağız ensiklopediyalarda olduğu kimi yazılmalıdır" deyə bir qayda yoxdur. Həmçinin, bəzi məsələlərdə istifadəçilərin konsensusa gəlməsi və ensiklopediyalardan kənar etibarlı mənbələrə istinad etmək daha vacibdir. Titulun göstərilməsi məsələsində isə belə düşünürəm ki, məqalənin adında titul göstərilməli deyil, nə sultanlarda, nə krallarda, nə şahlarda. Yalnız mənbələrlə təsdiqlənən müstəsna hallarda, ənənəvi olaraq mənbələrdə daim titulu ilə birlikdə adı çəkilən xüsusi tarixi şəxsiyyətlər olarsa, o halda istisnaya yol vermək olar. Lakin zadəgan titullarında isə titullara ehtiyac var. Məsələn, "Abbas Mirzə" və ya "Barselona qrafı Huan" kimi.--Wertuose (müzakirə) 11:53, 29 mart 2017 (UTC)
- Samral, amma burada söhbət məqalə adından gedirdi. I Şah İsmayıl, II Xəlilullah əlbəttə ki cümlədə elə belə yazılmalıdır. Burada söhbət gedir ki, məqalə adlarında titullar birdəfəlik yığışdırılsın, nömrə isə addan sonraya keçirilsin. Aydın Məmmədov (müzakirə) 11:38, 29 mart 2017 (UTC)
- Şəxslər haqqında məqalələrin adlandırılması ilə bağlı Sortilegusun yuxarıda qeyd etdiyi fikirlərlə tam razıyam. Hökmdarlarla bağlı məqalələrin adlandırılmasına gəlincə, mən də hesab edirəm ki, adlandırma zamanı rum rəqəmlərinin adlandırılmadan qabaq yazılması daha doğrudur (bu məsələni yuxarıda Sortilegus və Wertuose ətraflı izah etdiklərinə görə, yenidən izahat verməyə ehtiyac olmadığını düşünürəm), lakin bəzi hallarda konkret tarixi şəxslər haqqında məqalələrin adlandırılması zamanı istisnalara da yol verilməli və mübahisə doğuran hallarda bu məsələ konkret məqalələrin müzakirə səhifələrində müzakirə edilməlidir. İstisnalar xronoloji sıralamalardan daha çox tarixi ləqəb və ya titulları ilə tanınan hökmdarlar haqqında məqalələrin adlandırılması ilə bağlıdır. Bu cür məqalələrə nümunə kimi Makedoniyalı İskəndər, Şah İsmayıl Xətai, Böyük Konstantin, Böyük Karl və sair haqqında məqalələri göstərmək olar. Bir daha qeyd edim ki, mübahisə doğuracağı halda bu cür adlandırılma müzakirə edilməli və daha tutarlı mənbələrlə təsdiqlənən variant seçilməlidir. Düşünürəm ki, bir çoxlarınız Makedoniyalı İskəndər haqqında məqalənin I İskəndər adlandırılmasının, Şah İsmayıl Xətai haqqına məqalənin I İsmayıl adlandırılmasının daha düzgün olmadığını düşünür. Çünki, bu şəxslər müasir elmi ədəbiyyatda daha çox qeyd edilən ləqəblə tanınırlar. Tarixi dövlətlər və sülalələrlə bağlı məqalələrin adlandırılmasına gəlincə, mən hesab edirəm ki, dövlətlər və hakim sülalələr haqqında ayrıca məqalələr yaradılmalıdır. Məsələn, bir neçə il əvvəl mən Şirvanşahlar dövləti haqqında məqaləni redaktə edərkən, dövlətdə hakimiyyətdə olmuş Şirvanşahlar xanədanı, bu xanədana daxil olan Məzyədilər, Kəsranilər, Dərbəndilər sülalələri və həmçinin rəsmi dövlət titulu olan Şirvanşah titulu haqqında ayrıca məqalələri də redaktə etmişdim. Düşünürəm ki, digər tarixi dövlətlər haqqında məqalələrə də bu prinsipdən yanaşılmalıdır. Yəni Ağqoyunlu sülaləsi və Ağqoyunlu dövləti haqqında məqalələr ayrı olmalıdır. Səfəvi dövləti, Səfəvi xanədanı, Səfəviyyə haqqında məqalələr ayrı olmalıdır və sair. Məsələn, Şəddadilər sülaləsi haqqında ingilis vikipediyasında yalnız bir məqalə var. Məqalə sülaləyə həsr edilib. Məqalə daxilində sülalənin hakimiyyətdə olduğu dövlətlər haqqında məlumat verilib və hökmdarlar sadalanıb, envikidə nə Şəddadilər dövləti, nə Dəbil əmirliyi haqqında məqalə yoxdu. Bunun səbəbi odur ki, ingilis dilli elmi ədəbiyyatda Şəddadilərə ayrıca heç bir elmi tədqiqat həsr edilməyib, sülalənin adı bəzi tədqiqatçıların əsəsrində ümumi kontekst əsasında xatırlanıb. Lakin, bu o demək deyil ki, biz də ən geniş vikini nümunə götürərək mövzuya belə yanaşmalıyıq. İngilis dilindən fərqli olaraq yuxarıda qeyd etdiyim mövzu ilə bağlı Azərbaycan və rus dillərində kitablar və məqalələr var. Buna görə də bizim həm sülalə, həm də sülalənin hakim olduğu dövlətlər haqqında ayrıca məqalə yaratmaq üçün kifayıt qədər imkanımız var.
- P.S.Yuxarıda istifadəçilərin idarəçilərə qarşı yenidən kobud müraciətinin şahidi oluram, elmi polemika zamanı belə ürəkbulandırıcı hallara yol verilməsi, insanı həqiqətən də həvəsdən salır. Lütfən, bir-birimizə qarşı müraciətdə ədəb normalarını saxlamağa çalışaq. Hörmətlə --sefer azeri 04:47, 30 mart 2017 (UTC)
- sefer azeri, deyək ki, Şəddadilər haqqında araşdırma azdı və s. Bəs Səfəvi-Əfşar-Qacar və s.? Axı enviki başda olmaqla əksər vikilərdə bu xanədanlıqlar haqqında da sadəcə 1 məqalə var. Necə olur ki, Biz Səfəvilərə dövlət deyək, Səfəvilər sülaləsi haqqında da ayrıca məqalə yaradaq, amma məsələn Pəhləvilərə sadəcə sülalə deyək və Pəhləvilər haqqında 1 məqalə yaradaq? Səfəvilər də, Pəhləvilər də, eynilə Romanovlar kimi, Vindzorlar kimi bir xanədandlıqdılar və Azərbaycan, İran və s. kimi müəyyən əraziləri idarə ediblər. Buradakı müzakirəni oxumusuz mu?--samral müzakirə 05:45, 30 mart 2017 (UTC)
Samral, tarixşünaslıqda Əhəmənilərdən Pəhləvilərə kimi İran ərazisində mövcüd olmuş bütün sülalələri bir xanədan hesab edən və qırılmaz (davamlı) Pers hakimiyyətini əsaslandıran (baxmayaraq ki, hakimiyyətdə olan sülalələrin əksəri etnik baxımdan pers deyildi) bir baxış var. Həmin baxışa görə Bütün bu sülalələr Böyük İran ərazisində hakimiyyəti davam etdirmiş sülalələr olmuşdur. Belə ardıcıllığı göstərmək üçün Böyük İran tarixi şablonu yaradıb həmin dövlətlər haqqında olan məqalələrə əlavə edə bilərsiz, müvafiq kateqoriyaları yarada bilərsiz, İran şahənşahlarının siyahısını yarada bilərsiz və sair. Hörmətlə --sefer azeri 05:54, 30 mart 2017 (UTC)
- Mən başqa şey deyirdim. Deməyim odur ki, məsələn Səfəvilər dövləti və Səfəvilər sülaləsi formasında 2 ayrı məqaləyə ehtiyac yoxdur.--samral müzakirə 06:43, 30 mart 2017 (UTC)
- Samral, əgər hesab edirsinizsə ki, Səfəvilər dövləti və Səfəvilər sülaləsi formasında 2 ayrı məqaləyə ehtiyac yoxdur, sülalə haqqında məlumatları Səfəvilər dövləti haqqında məqaləyə yerləşdirmək olar, mən buna etiraz etmirəm. Amma bəs Qaraqoyunlu, Ağqoyunlunu nə etmək lazımdır? Bunlar sülalə adı deyil, tayfa birliklərinin adlarıdır.
- Sefer azeri, Səfəvilər dövləti məqaləsinin adının Səfəvilər şəklində dəyişdirilməsi ola bilər hansısa İran ideologiyasının təsiridir, amma xaricilərin başqa cür düşündüklərini də nəzərdən qaçırmaq olmaz...
Hökmdarlar haqqında məqalələrin adlarına gəldikdə isə, təəssüf ki hələlik irəli sürülən təkliflər mübahisəlidir. Biz ya ensiklopedik ənənələri tətbiq etməliyik, ya da... Ensiklopedik ənənə odur ki, bu kateqoriyalı məqalələrin adlarında titul addan əvvəl yazılmır, nömrə addan sonra əlavə edir. Mahiyyəti isə mən başa düşdüyümə görə, məqalənin hökmdarın adının birinci hərfi ilə başlaması üçündür. Bu azərbaycanca ensiklopedik ənənədir. Ya bunu qəbul edək, ya da öz bildiyimiz kimi yazaq. Bütün dünyada və azərbaycanca ensiklopediyalarda məqalə adı olacaq Abbas I, biz yazacağıq I Şah Abbas, bütün dünya yazacaq İsgəndər, biz yazacağıq Makedoniyalı İsgəndər. Hamı yazacaq Məhəmməd, biz yazacağıq Məhəmməd peyğəmbər. Mən təklif edirəm ki soyadlarının addan əvvəl yazılması istisna olmaqla, hökmdarlar haqqında və digər şəxslər haqqında məqalələrin adları ASE və AME-də olduğu kimi olsun. Bu təklifim qəbul olunarsa, mübahisələr aradan qalxacaq, qəbul olunmasa, davam edəcək. Biri Şah Abbası titulla yazacaq, o biri titulsuz, biri İsgəndər yazacaq, başqası Makedoniyalı İsgəndər, boş yerə müzakirələr, vaxt itkisi. Aydın Məmmədov (müzakirə) 09:51, 30 mart 2017 (UTC)
- Aydın Məmmədov, Səfəvilər dövləti və Səfəvilər sülaləsinin eyni şey olduğu kimi, Ağqoyunlu dövləti və Ağqoyunlu tayfa birliyi də eyni şeydir. Bəzən bəzi istisnalar ola bilər. Məsələn Misir Məmlük sultanlığı. Bu bir sultanlıqdır, lakin sultanlığı 2 xanədanlıq idarə edib: Bəhri, ardınca da Burci xanədanlığı.--samral müzakirə 12:18, 30 mart 2017 (UTC)
- Samral, mən sizi başa düşürəm, dünya belə düşünür, lakin bu hələ bizə gəlib çatmayıb, biz siz dediyiniz kimi etsək gələcəyin - 20 il sonranın qərarını qəbul etmiş olacağıq, bu isə problemlər yaradacaq. Odur ki, palaza bürün, elnən sürün kimi etsək daha doğru olardı. Yəni AME-də necədirsə, elə də edək, yalnız onda mübahisələrə son qoyula bilər. Gördüyünüz kimi şəxs adlarında titulun yazılıb-yazılmaması üçün heç kim dəqiq konsepsiya göstərə bilmir. Təklif edilir yazmayaq, onda Abbasqulu ağa Bakıxanovu necə yazaq? Abbasqulu Bakıxanov? Hacı Zeynalabdin Tağıyevi necə yazaq? Zeynalabdin Tağıyev? Titullartın yazılmasına qərar veriləndə isə Ziya Bünyadov məqaləsinin adı olmalıdır Akademik Ziya Bünyadov. Deputatların adının qabağına deputat, professorlara proffessor, doktorlara doktor sözü əlavə edilməlidir, axı onlar belə tanınırlar. Ən yaxşı variant AME-ni əsas götürüb, orada necədirsə, elə də yazmaq. Kim daha uyğun bir şey bilirsə, buyursun, göstərsin. Aydın Məmmədov (müzakirə) 12:40, 30 mart 2017 (UTC)
- Bu bölmədə çox sayda müxtəlif müzakirələr bir-birinə qarışıb. Titul, nömrə, sülalə, təsisçi-təmsilçi, arbitraj və s. Belə halda hansısa nəticə çıxarıb qərar qəbul etmək çətindir. Müzakirəçilər nəzərə almalıdır ki, bütün halları tənzimləyən standart qayda mümkün deyil. Bu daha çox problem və narazılıq yarada bilər. Vikipediyanın inzibati amirlik sistemi ilə işləmədiyini, amma burada daim səs çoxluğu ilə qərar qəbulunun da mümkün olmadığını "Vikipediya demokratiya deyil" qaydasından bilirik. Odur ki, istifadəçilərin daim müzakirə haqqı var və qəbul olunan qərarların uzunömürlülüyünə də heç kim zəmanət vermir. Ona görə də tarix kimi çoxşaxəli və bir çox hallarda qeyri-dəqiq və mübahisəli məsələdə yalnız ümumi halları tənzimləyən qaydalar olmalı, konkret müxtəlif situasiyalarla bağlı isə müzakirə nəticəsində fərdi qaydada qərar qəbul edilməlidir. Bu heç də xaos yaratmır, əksinə daimi aktiv olan və müzakirələrə açıq bir sistem qurur.--Wertuose (müzakirə) 05:55, 31 mart 2017 (UTC)
- Samral, mən sizi başa düşürəm, dünya belə düşünür, lakin bu hələ bizə gəlib çatmayıb, biz siz dediyiniz kimi etsək gələcəyin - 20 il sonranın qərarını qəbul etmiş olacağıq, bu isə problemlər yaradacaq. Odur ki, palaza bürün, elnən sürün kimi etsək daha doğru olardı. Yəni AME-də necədirsə, elə də edək, yalnız onda mübahisələrə son qoyula bilər. Gördüyünüz kimi şəxs adlarında titulun yazılıb-yazılmaması üçün heç kim dəqiq konsepsiya göstərə bilmir. Təklif edilir yazmayaq, onda Abbasqulu ağa Bakıxanovu necə yazaq? Abbasqulu Bakıxanov? Hacı Zeynalabdin Tağıyevi necə yazaq? Zeynalabdin Tağıyev? Titullartın yazılmasına qərar veriləndə isə Ziya Bünyadov məqaləsinin adı olmalıdır Akademik Ziya Bünyadov. Deputatların adının qabağına deputat, professorlara proffessor, doktorlara doktor sözü əlavə edilməlidir, axı onlar belə tanınırlar. Ən yaxşı variant AME-ni əsas götürüb, orada necədirsə, elə də yazmaq. Kim daha uyğun bir şey bilirsə, buyursun, göstərsin. Aydın Məmmədov (müzakirə) 12:40, 30 mart 2017 (UTC)
BƏYANAT
BƏYANAT
Hörmətli həmkarlar,
Bu bəyanatımla bu gündən etibarən "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun üzvü olmadığımı bəyan edirəm. Buna səbəb dünən Kənd meydanında Sortilegusla olan yazışmalarımdır. Belə ki, gec də olsa xəbər tutdum ki, müvafiq qrupun yaradılması prosesində iştirak etsək də, Sortilegus və Wertuose qrupun qeydiyyatı üçün müraciət edərkən bizim onlara olan etimadımızdan sui-istifadə edərək, təsisçi kimi yalnız öz adlarını qeyd etdiriblər. Şəxsən mən bunu bizə qarşı ədalətsizlik hesab edirəm. Belə hərəkət qrupun fəaliyyətinin şəffaflığını təmin etmir. Qrupla bağlı strateji qərarların qəbulu zamanı digər üzvlərin hüquqlarını məhdudlaşdırır, onları kənarda saxlayır. Bir sözlə qrup onun yaradılması prosesində iştirak edən və sonradan ona üzv qismində qoşulan istifadəçilərin ümumi maraqlarına uyğun deyil, yalnız iki şəxsin marağına uyğun fəaliyyət göstərir. Ona görə də qrupdan ayrılmağımı məqsədəuyğun hesab edirəm.
Hamıya hörmətlə, --►Cekli829 12:12, 30 mart 2017 (UTC)
- Hər iki idarəçiyə böyük hörmətim var və bunun hər zaman da belə qalacağına inanıram. Sortilegus və Wertuose AZB vikinin açılması, Azvikinin xarici aləmdə təmsil olunması və bir çox məsələlərdə böyük töhfələrə sahib olan insanlardır. Mümkündür ki, vaxtları, ailə qayğıları və digər səbəblər onlara gənclər gədər aktiv fəaliyyət göstərməyə imkan vermir. Bütün bunlara baxmayaraq hər iki idarəçinin adını o xanada görməyin özü belə mənim üçün xoşdur. Cənab idarəçimizin bəyanatı isə məncə gözlənilən idi. Zatən "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu adlı təşkilatın, dərnəyin və ya nəyinsə hər hansısa bir fəaliyyəti yoxdur. Bilmirəm, bəlkə də hardasa var, ancaq bu barədə heç bir yerdən məlumat almaq mümkün olmur. Məni üzən tərəf idarəçimiz Wertuose tərəfindən son zamanlar səsləndirilən bir fikir oldu. Həmin fikir belədir: Qaliblərin mükafatlandırılmasına gəldikdə isə bir daha bildirim ki, müsabiqənin təşəbbüskarı və təşkilatçısı Azərbaycan vikimediaçıları istifadəçi qrupu olduğu üçün, bu qrupun razılığı olmadan hər hansı dövlət qurumunun belə bir müdaxiləsi düzgün deyil - bu sözlərdən belə çıxır ki, həmin qrupun razılığı olmadan biz nəsə görüş keçirdə bilmərik, keçirsək belə gərək qrupu bu barədə məlumatlandıraq. Vikipediya Azərbaycan cəmiyyətinə təqdim olunmuş ən böyük üstünlüklərdən biridir və düşünürəm ki, onun sahibi də elə cəmiyyətimizin özüdür. Biz isə cəmiyyətin fərdləriyik və burada birimiz digərimizin üzərində üstünlük əldə etməyə çalışmamalıyıq. Kim harda nəyə qol çəkir, kimlə görüş keçirdir, Allah xeyirini versin və inanıram ki, bütün bunları Azviki naminə edir, ancaq səndə, məndə söhbətlərinə bir son vermək lazımdır. Müxtəlif təşkilatlar, qruplar yaratmaqdansa, gəlin məqalələr yaradaq. --BaskervillDe gəlsin ! 16:33, 30 mart 2017 (UTC)
- Bu qrup neynəyir hələ də başa düşmədim. Ancaq hər ay müzakirəsiz, səsverməsiz ay mövzusunu elan edir, vəssalam. --Мурад 97 (müzakirə) 21:30, 30 mart 2017 (UTC)
- Cekli829, sizin yuxarıda Sortilegusla yazışmanızı tam oxumamışdım, çünki müxtəlif mövzulardakı söhbətlər bir-birinə qarışdığı üçün hamısını oxumaq yorucu bir prosesə çevrilir. İndi aranızda yanlış anlaşılma olduğunu görürəm. İstifadəçi qrupunun tanınması ilə bağlı bütün prosesi Metada əvvəldən sonadək icra etmiş şəxs kimi deyim ki, istifadəçi qruplarında "təsisçi" deyilən bir məfhum yoxdur və istifadəçi qruplarının yarana bilməsi üçün çox sayda istifadəçinin kütləvi dəstəyi olmalıdır, yəni 2 nəfərlə yaradılması mümkün deyil. İstifadəçi qruplarının qeydiyyata alınması üçün qrupun 2 nəfər təmsilçisinin (əlaqələndirici şəxsin) seçilməsi tələbi var. Qrupu yaradan istifadəçilər isə üzv hesab olunurlar, təsisçi yox. Qrupun yaradılmasına dair görüşdə qrupun rəhbəri kimi mənim seçilməyimə dair qərar verilib və bu barədə Vikimedia Fondunun Qoşulma Komitəsinə bildirmişəm. Sonradan qoşulan istifadəçilər iştirakçı sayılırlar və üzvlüyə qəbul oluna bilmək üçün gərək istifadəçi qrupunun görüşlərində iştirak etmiş olsunlar, yaxud digər üzvlərdən biri ilə şəxsi tanışlığı olsun ki, real şəxs olduğu şübhə doğurmasın və sonda qrup üzvlərinin də razılığı olmalıdır. Amma mən vaxtilə üzvlüyə qəbul prosesinin dahə sadə olması üçün, qrupun genişlənməsi üçün Azərbaycan dilindəki Vikimedia layihələrində töhfəsi olan istifadəçilərin üzv ola biləcəyini şərtlərdə qeyd etmişəm. Qrupun yaranması haqda bu qədər. Qrupun məqsədləri barədə "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun səhifəsində qeyd olunub. Qrupun icra etdiyi layihələr arasında sosial şəbəkələrdə, Youtube-da yaratdığımız səhifələrdə və mətbuatda Vikipediyanın təbliği, Vikipediyanın özündə məqalə müsabiqələrinin təşkili, qaliblərin mükafatlandırılması (bəzi mükafatları müraciətimiz əsasında Vikimedia Fondu göndərib, bəzilərini özümüz əldə etmişik) var, həmçinin, yuxarıda Baskervillin qeyd etdiyi və bəzi başqa nailiyyətlər də qrupun dəstəyi nəticəsində mümkün olub. Heç bir maliyyələşmə mənbəyimiz yoxdur, bunu da hamının bilməsini istəyirəm. Sonda onu da qeyd edim ki, aprel ayının ilk günlərində istifadəçi qrupumuzun növbəti görüşü olacaq və həm qrup üzvləri üçün, həm də qrupa üzv olmaq istəyən şəxslər üçün açıq olacaq.--Wertuose (müzakirə) 06:43, 31 mart 2017 (UTC)
- Bu qrup neynəyir hələ də başa düşmədim. Ancaq hər ay müzakirəsiz, səsverməsiz ay mövzusunu elan edir, vəssalam. --Мурад 97 (müzakirə) 21:30, 30 mart 2017 (UTC)