Vikipediya Kend Meydani Arxiv May 2010 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Mövzülu həftələt
Hörmətli həmkarlarım. Biz ümumi Vikipediya reytinqində bir pillə də geriləmişik. Elə hey arxaya gedirik. Adam lap dəli olur... Düşündüm ki, bəlkə bunun qarşısını almaq üçün xüsusi mövzulu həftələr keçirək? Rus dilli vikipediyada olduğu kimi. Bir həftə üçün konkret mövzü qoyaq istəyən adamlar o haqda yazsınlar... Düşünürəm ki, az da olsa tərpəniş verəcək. Amma bir tərəfdən sayımız o qədər azdır ki... --Proger 22:01, 1 May 2010 (UTC) Salam. Bunu diqqətlə oxuyun.
The "Depth" column (Edits/Articles × Non-Articles/Articles × Stub-ratio) is a rough indicator of a Wikipedia’s quality, showing how frequently its articles are updated
Əgər keyfiyyət göstəricisini artırmaq istəyiriksə: İş prinsipi belə olmalıdır. 1) Məqalələrə mümkün qədər çox əlavələr/dəyişikliklər edilməsi. 2)Hər məqalənin müzakirə hissəsində müzakirələr 3) Qaralama məqalələrin əlavə olunması. Əhəmiyyətli nöqtə budur ki, qaralama məqalələrin silinməsi keyfiyyəti azaldır. Mümkün qədər çox qaralama məqalələr yaradılmalı, daha sonra inkişaf etdirilməlidir və ümumiyyətlə sadəcə ən lazımsız qaralama məqalələr silinməlidir. Bu da mənim fikrim. Bütün bunları yazdıqdan sonra fərq etdim ki, Stub-ratio yazırmış. Amma bu dediyim prinsipləri mənimsəməyimizə mane olmur. --PrinceValiant 00:47, 3 May 2010 (UTC)
İdarəçi
VikiMənbədə yeni idarəçi seçkisi keçirilməlidir. Həmçinin Vikikitab və Vikilüğətdə də idarəçi seçilməlidir.--Eмϊn >> 11:55, 6 May 2010 (UTC)
Bir daha transliterasiya barəsində...
Vikipediyamızda ciddi problemlər var bu barədə. Bu problemlər bu gün azərbaycanda standartların olmamasından qaynaqlanır. Burada dəfələrlə açılan bir məsələ olsa da yenidən fikir yürütməkdə fayda vardır. Nəyə əsasən aşağıdakı məqalələr fərqli transliterasiya olunur?
- Vaşinqton (Washington)
- Uorren (Warren)
- Valter (Walter) - Valter Skott adında
- Volter (Walter) - Volter Ouen Bentli
Bu barədə buradan baxa bilərsiniz. Tam hazırlanmasa da transliterasiya tablosu var. Hansını əsas götürməliyik. Vikiqaydalar transliterasiya deyir.
- Toşiba
- Suşi
- Sintoizm
- Busido - Buşido
.......................
Mən fikirlərimi burda Müzakirə:Samuray və burdaİstifadəçi_müzakirəsi:Orxancalilov bildirmişəm. Sizin fikirlərinizi də bilmək istəyirəm. --PrinceValiant 00:59, 9 May 2010 (UTC)
- Əslində "Toşiba" və s., kimi əmtəə nişanlarını dəyişdirmək olmaz. "Toshiba" olaraq qalmalıdır. Bu qeydiyyatdan keçmiş ticarət markasıdır. Məqalədə sadəcə azərbaycanca deyilişi üçün dilimizə uyğun yazılış forması qeyd edilməlidir. Mötərizədə və sair. Amma insan, şəhər, yer, adları öz dilimizə uyğun, öz əlifbamızda yazılmalıdır. --Proger| danış 09:44, 9 May 2010 (UTC)
Hamıya salamlar! Metadakı Azərbaycan dilli Ana Səhifənin tərcüməsinə kömək edin. Artıq bir qədər tərcümə etmişəm.--PPerviz 10:29, 10 May 2010 (UTC)
Birgə iş
Həmkarlar, bu gün (red. dünən) mən belə demək olarsa "Ana Səhifədə" yerləşəcək "Birgə iş" bölməsi üçün bütün gərəkən işləri etdim. Nəticədə bu və belə şey alındı. Mahiyyət qısaca belədir: Hər ay bir mövzu seçilir. Ana Səhifənin bir küncündə bir aylıq yerləşdirilir və bir ay ərzində istifadəçiləri seçilmiş konkret mövzunu zənginləşdirməyə çağırır. Hər şeyi maksimum avtomatlaşdırmışam. Bir aydan sonra "Birgə iş" avtomatik dəyişiləcəkdir. Bundan əlavə ölkələr üzrə "Mövzulu ay" yaratmaq fikrindəyəm. Azərbaycan dilli Vikipediyada ölkələr məsələsindən yaman kasıbçılıqdır. Mövzulu ay məncə problemi az da olsa aradan qaldıracaq. Çünki Ana Səhifədə daha gözə çarpan olacaq. Xahiş edirəm şablonlarda və bölmələrdə müzakirəsiz heç bir dəyişiklik etməyin. Hörmətlə. --Proger danış 23:40, 19 May 2010 (UTC)
Şablona görə təşəkkürlər. Təklifinizi dəstəkləyirəm. Ümumiyyətlə Vikipediyanın zənginləşdirilməsi üçün görülən bütün işlərə mən yalnız "hə" deyirəm. --Ira 10:06, 20 May 2010 (UTC)
Şablonu yaxşı düzəltmisən. Əllərinə sağlıq! :) İnterwikilərdə əlavə etsən daha yaxşı olar. Məncə də "Mövzulu ay" mütləq lazımdır. Məqalələri hər hansı bir mövzu üzərində yaratmaq daha asand və daha maraqlı olur. Gürcülər bu işdə bizdən çox qabaqdadırlar. 17-ci mövzu üzərində işləyirlər. --PPerviz 11:59, 20 May 2010 (UTC)
- Təşəkkürlər! Sevindim ki, bəyənildi :). Pərviz, olacaq hamısı ;). Həmçinin bizdə gürcülərdəkindən daha səliqəli olacaq :). Hər-halda çalışıram. İndi bir-iki nüans var. Onlar haqda burada yazmışam. Fikirlərinizi gözləyirəm. --Proger danış 14:39, 20 May 2010 (UTC)
- Buyurun. Mövzulu ay da hazırdır :). Hər-hansı ölkəni əlavə etmək üçün bura daxil olmalı və tədarükdən istifadə edərək kiçik forma yaratmalıdır. Bundan sonra mövzunu bu səhifədə yerləşdirmək lazımdır. Ondan sonra seçim olacaq. Ayın işini seçmək üçün isə bura daxil olmaq lazımdır. İlkin olaraq düşünürürəm ki, "Birgə iş"-də iki "ayın işi" məqaləsi və bir "mövzulu ay" yaratmaqdır. --Proger danış 19:36, 20 May 2010 (UTC)
Əsas başlığı "Türkiyə ayı" adlandırılmasının əvəzinə "Türkiyə Vikilayihəsi" kimi adlandırılsa daha yaxşı olmazmı? Bütün vikilərdə belədir.--Pərviz 20:58, 28 May 2010 (UTC)
- Mən yenə başa düşmədim, bu müzakirəni nəyə görə burada aparırıq? :) Mövzulu ayın müzakirə səhifəsində yazmaq lazımdır məncə :). Odur ki, məsələ açılıb. Mən bunun həm lehinə həm də əleyhinəyəm. Çünki müddət bəlli olmayacaq, o biri tərəfdən mözvunun tərkibində də bunu yazmaq olar. Ancaq hesab edirəm ki, "Türkiyə ayı" olsa lap yaxşı olar. O dəqiqə bəllidir müddəti və daha aydındır. "Vikilayihə" yazılan vikilər hansılardır ki? --Proger danış 08:56, 30 May 2010 (UTC)
Respublika günü
Cümhuriyyət günümüz - dövlətçiliyimizin bərpa olunması günü münasibətiylə bütün azərbaycanlıları təbrik edirəm. --sefer azeri 02:55, 28 May 2010 (UTC)
Bayramınız mübarək! Bu şanlı gün münasibəti ilə bütün azərbaycanlıları təbrik edirəm.--Sultan11 05:04, 28 May 2010 (UTC)
Mən də Bütün AZƏRBAYCANSEVƏRLƏRİ, xüsusilə AzViki ailəsinin bu qrupa daxil olan üzvlərini
--Vago 06:53, 28 May 2010 (UTC)
Təbrik edirəm--Axan.bulut 10:15, 28 May 2010 (UTC)
- Bütün azərbaycanlıları ürəkdən təbrik edirəm! :) --Pərviz 12:47, 28 May 2010 (UTC)