Vikipediya Kend Meydani Arxiv May 2020 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Xarici dildəki rəsmi titulların Azərbaycan dilində yazılışı barədə
Hörmətli Həmkarlar,
İxtisasca iqtisadçı olduğum üçün iqtisadi şəxsiyyətlərin məqalələrini zənginləşdirərək milli dildə mənbə qıtlığının aradan qaldırılmasına öz töhfəmi vermək arzusundayam. Bu baxımdan, Riçard Stoun məqaləsini redaktə etməyə başlayanda, sözügedən şəxsin rəsmi titulu olan "Sir" ünvanının Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun şəkildə yazılış forması barədə tərəddüdə qapıldım və hələlik redaktəni təxirə saldım. Qeyd etdiyim mövzuda məlumatlı yoldaşların fikir bildirməklərini təvəqqe edirəm. — Burocan (müzakirə) 11:16, 30 aprel 2020 (UTC)
- Salam, hörmətli Burocan. Mən bildiyim qədərilə ser olmalıdır. — 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (müzakirə) 14:16, 1 may 2020 (UTC)
- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊, dəyərli şərhiniz üçün minnətdarlığımı bildirirəm.— Burocan (müzakirə) 14:26, 1 may 2020 (UTC)
- Buyurun. — 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (müzakirə) 15:16, 1 may 2020 (UTC)
- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊, dəyərli şərhiniz üçün minnətdarlığımı bildirirəm.— Burocan (müzakirə) 14:26, 1 may 2020 (UTC)
Requesting opinion on a page move request.
Hello,
@ en:Talk:Aurat (disambiguation)#Requested_move_11_May_2020 is taking place about article relating to women of mainly of Asian origin. In Past 2 days only two opinions are received and more opinions will be preferable. Thanks for your opinion and participation in discussion.
Salam. Şablonlarla işləməyi bacaran təcrübəli həmkarlarımdan biri "Film" şablonuna baxa bilər, zəhmət olmasa? İkinci şəkili (şəkil2
) əlavə etməyə çalışıram, işləmir. — 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (müzakirə) 13:25, 17 may 2020 (UTC)
- Salam, Hüseynzadə ikinci şəkil parametrinə harada ehtiyac var? Vikidata sistemi ilə olduğundan problem yarana bilər, çünki hazırkı şəkil parametri film afişaları üçün nəzərdə tutulub. {{Fotomontaj}} şablonu vasitəsilə şablona əlavə edə bilərsiniz. — — Toghrul Rahimli • M/F 06:47, 19 may 2020 (UTC)
- Hörmtəli, Toghrul Rahimli. Mən "Mişar" filmi məqaləsi üstündə işləyirdim və həmin filmin müxtəlif bir neçə posteri var. Ancaq "Fotomontaj" şablonunu bilmirdim, artıq ondan istifadə edərəm. Təşəkkürlər. — 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (müzakirə) 06:25, 23 may 2020 (UTC)
Laboratoriyanın yeni sistemlə əvəz olunması
Həe kəsə salam. Nəhayətki məqalələrin status alması üçün üzərində işlədiyimiz yeni sistem tam olaraq hazırdır. Solda "Laboratoriya" əvəzinə yeni bölmə olan "Məqalə namizədləri"ni görə bilərsiniz. İlk olaraq bu işdə köməklik edən Toghrul Rahimli və Wertuosea xüsusi təşəkkürümüzü bildirək. Müzakirə edib qərara aldığımız kimi Laboratoriya və səsvermə sistemi ləğv olundu və artıq məqalələr ikili mərhələdən deyil tək mərhələdən keçəcək. Beləki məqalə ilkin olaraq status alması üçün namizədlər səhifəsinə müraciət olunacaq. Daha sonra idarəçilər müəyyən olunmuş şərtləri bir bir yoxlayaraq məqaləni qiymətləndirməyə çıxarılması və ya çıxarılmaması haqqında qərar qəbul edəcəklər. Əgər tələb olunan bütün şərtlər ödənilirsə məqalə idarəçilər tərəfindən qiymətləndirmə səhifəsində müzakirəyə çıxarılacaq. Sonda isə idarəçilər müzakirəyə əsasən mövzunu yekunlaşdıraraq məqaləyə statusu verəcəklər. Sistem yeni olduğu üçün müəyyən boşluqlar və ya səhvlər ola bilər. Hər hansısa bir səhv və ya boşluq görərsəniz zəhmət olmasa bu başlıq altında qeyd edin. İlk bir necə namizəd məqaləni yaxşı olar ki, mənlə Toğrul bəy qəbul edib yekunlaşdırsınlar. Bununla da digər idarəçilər yeni sistemi mənimsəmiş olacaqlar. Hörmətlə — eldarado ✉ 14:39, 22 may 2020 (UTC)
- Əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm, xeyirli olsun.— Nicat49 ⋠müzakirə⋡ 21:18, 22 may 2020 (UTC)
- Eldarado, hər birinizə təşəkkür edir və alqışlayıram. Ümid edirəm ki, inşallah, VP:SNS, VP:BNS idarəçi/bürokrat seçkiləri;— hamısı bu cür, yəni səsvermə ilə yox, məntiqli, qaydalara uyğun olan müzakirə ilə olar. Mən bircə şey təklif etmək istəyirəm ki, hansı məqalədə istinadlar İstinad stili şablonları ilə deyilsə, qəti şəkildə o məqaləni namizəd etməyin, status verməyin. İndiyə qədər istinadların bu cür olmasının üstünlüklərindən, olmamasının əskikliklərindən çox danışmışam deyə, daha o mövzulara girib başınızı ağrıtmaq istəmirəm. Təşəkkürlər.— samral müzakirə 06:09, 23 may 2020 (UTC)
- Hər kəsə əziyyəti üçün təşəkkür edirəm. Statusların verilməsi üçün olduqca qüsursuz sistemdir — Sofy ₪ 11:09, 23 may 2020 (UTC)
- Super sistemdir. Effektiv və rahat— Azerifactory (müzakirə) 15:32, 23 may 2020 (UTC)
- Yeni yaradılan sistem münasibəti ilə bütün Azviki icmasını ürəkdən təbrik edirəm. Toghrul Rahimli, Wertuose, Eldarado cənablarına isə zəhmət və əziyyətlərindən dolayı ayrıca təşəkkür edirəm. — Baskervill (müzakirə) 15:49, 23 may 2020 (UTC)
- Super sistemdir. Effektiv və rahat— Azerifactory (müzakirə) 15:32, 23 may 2020 (UTC)
- Maraqlı bir layihəyə oxşayır, ancaq belə bir şeyi anlamadım -- bunun laboratoriyadan fərqi nədir? Gördüyümə görə, yenə eyni şeydir. --► Hörmətlə: SolaVirum 15:50, 23 may 2020 (UTC)
- Yəni, əsas məsələ odur ki, istifadəçilər səs verə bilir, ya yox? --► Hörmətlə: SolaVirum 15:52, 23 may 2020 (UTC)
- @Solavirum, laboratoriya mərhələsi ləğv olundu. Üç mərhələdən iki mərhələli sistemə keçildi. Məqalə üzərində bir dəfə (yalnız ikinci mərhələdə) müzakirə aparılacaq. İndiki sistemlə namizədlik bölməsində məqaləni qiymətləndirməyə verməzdən qabaq qüsurlar aşkarlamaq mümkündür. Müzakirədə isə səslərdən daha çox məntiqli arqumentlərə üstünlük verilməsi daha yaxşı olardı. Düzdür, bəzi məqalələr qüsursuz olduğu üçün onlara birbaşa status da vermək mümkündür. Bu halda səsvermə effektiv metoddur. — Toghrul Rahimli • M/F 16:13, 23 may 2020 (UTC)
- @Toghrul Rahimli, anladım. Çox sağolun. Deməli, əsas dəyişiklik "statusvermə" müddətinin qısaldılmasıdır. Əla təşəbbüsdür. --► Hörmətlə: SolaVirum 16:17, 23 may 2020 (UTC)
Dəqiqləşdirmə
Salam, hərkəsə. Dəqiqləşdirmə səhifələri haqqında bir sualım var idi. Dəqiqləşdirmə səhifəsi yaradarkən əsas adı daşıyan məqalə həmin dəqiqləşdirmə səhifəsinə keçid verməlidir? Yəni onu demək istəyirəm ki, tutaq ki, kimsə məqaləsində [[Mişar]] formasında "mişar" məqaləsinə keçid verib, amma qeyd etməyib ki, söhbət alət olan mişardan ([[Mişar (alət)]]), yoxsa film olan mişardan ([[Mişar (film, 2004)]]) gedir. Onda bu məqalə avtomatik olaraq Mişar (dəqiqləşdirmə) səhifəsinə yönəlməlidir, yoxsa elə birbaşa olaraq alət olan mişarın məqaləsi açılmalıdır? — 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (müzakirə) 09:56, 26 may 2020 (UTC)
- Hüseynzadə dəqiq keçid nədirsə ona olmalıdır. Bu dediklərimizi əslində bizlərə ayırd etmək asandı. Amma sadə oxucu üçün çətinlik və yanlışlıq yaranmasın deyə mövzu nədirsə ona da keçid olmalıdır. — Araz Yaquboglu (müzakirə) 14:48, 27 may 2020 (UTC)
- @Araz Yaquboglu, təşəkkürlər. — 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (müzakirə) 20:02, 27 may 2020 (UTC)
Xarici dillərə keçid
Salam. Sizə bir sual verəcəm. Kim bilirsə cavab versin. Yaratdığım məqalələrdə xarici dillərə keçid linki məndə işləmir, yoxsa başqalarında da belədir? Hörmətlə Həsən İmanov ₪ 12:40, 27 may 2020 (UTC)
- Hörmətli Həsən İmanov hansı məqaləni nəzərdə tutursunuz? — Drabdullayev17 (müzakirə) 09:49, 27 may 2020 (UTC)
- Hörmətli Drabdullayev17 (müzakirə), mən yaratdığım təzə heç bir məqalədə onları digər dillərdə olan vikipediyalardakı məqalələr ilə birləşdirə bilmirəm. Bunun səbəbi nədir? Hörmətlə Həsən
İmanov ₪ 13:58, 27 may 2020 (UTC)
- Hörmətli Həsən İmanov eyni problemi mən də gördüm. Amma səbəbi texniki problem ola bilər məncə. Vikiverilənlərdən əlavə etmək mümkün olur. — Drabdullayev17 (müzakirə) 10:48, 27 may 2020 (UTC)
- Hörmətli Drabdullayev17 (müzakirə) vikiverilənlər ilə onları bəs necə birləşdirə bilərəm? Hörmətlə Həsən
İmanov ₪ 13:58, 27 may 2020 (UTC)
- Dünən məndə Vikisitatda eyni problemi yaşadım.— Turkmen müzakirə 22:25, 27 may 2020 (UTC)
- Hörmətli Drabdullayev17 (müzakirə) vikiverilənlər ilə onları bəs necə birləşdirə bilərəm? Hörmətlə Həsən
İmanov ₪ 13:58, 27 may 2020 (UTC)
- Hörmətli Həsən İmanov eyni problemi mən də gördüm. Amma səbəbi texniki problem ola bilər məncə. Vikiverilənlərdən əlavə etmək mümkün olur. — Drabdullayev17 (müzakirə) 10:48, 27 may 2020 (UTC)
- Hörmətli Drabdullayev17 (müzakirə), mən yaratdığım təzə heç bir məqalədə onları digər dillərdə olan vikipediyalardakı məqalələr ilə birləşdirə bilmirəm. Bunun səbəbi nədir? Hörmətlə Həsən
İmanov ₪ 13:58, 27 may 2020 (UTC)
Azərbaycan və Azərbaycandilli
Salam. Məsələn Azərbaycan televiziya kanallarının siyahısı və Azərbaycandilli televiziya kanalların siyahısı kimi siyahılar başda olmaqla bu tipli, yəni "Azərbaycan" və "Azərbaycandilli" başlıqlı siyahı məqalələrini məsələn yuxarıdakı misala uyğun olaraq "Azərbaycan və Azərbaycandilli televiziya kanallarının siyahısı" vahid başlığı altında birləşdirməyi təklif edirəm. Bilirsiz elə kanal/radio/xəbər-saytı var ki, onlar (həm də) azərbaycanca yayımlanır, amma nə Azərbaycandadı, nə Azərbaycana aiddir, nə də azərbaycanlılara. Eləsi də var ki, əksinə aiddir, amma azərbaycanca deyil. İndiki mövcud halda isə yersiz təkrarçılıq yaranır. Əgər ümumi razılıq əldə olunsa, birləşdirmə işini özüm həyata keçirə bilərəm.— samral müzakirə 18:57, 24 may 2020 (UTC)
- Zəruri sinifləşdirmədir. Düşünürəm ki, birləşdirməyə ehtiyac yoxdur. Həmçinin, digər viki-layihələrdə də var. --► Hörmətlə: SolaVirum 21:39, 25 may 2020 (UTC)
- Məncə bunlar ayrı mövzulardır və birləşdirməyə ehtiyac yoxdur. — Drabdullayev17 (müzakirə) 08:30, 26 may 2020 (UTC)
- Salam, hörmətli Samral. Mənim fikrimcə, həm də azərbaycanca yayım edən kanalları da Azərbaycandilli televiziya kanalların siyahısına daxil etmək lazımdır. Hətta həmin siyahı daxilində ayrıca bir alt bölməyə yığmaq olar. — 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (müzakirə) 09:50, 26 may 2020 (UTC)
- Məncə bunlar ayrı mövzulardır və birləşdirməyə ehtiyac yoxdur. — Drabdullayev17 (müzakirə) 08:30, 26 may 2020 (UTC)