Vikipediya Kend Meydani Arxiv Noyabr 2010 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
AzViki 1 pillə gerilədi
Oktyabr ayının statistikasına görə AzViki ümumi vikipediyaların siyahısında 1 pillə geriləyib. Amma bunda mən problem görmürəm. Ən azı bizdən əvvəl 5-6 Vikipediya var ki, onların məqalə sayı süni şəkildə artırılıb. O cür Vikipediyalar bir müddət irəli keçsələr də sonradan gəlib öz yerlərini tuturlar. AzVikinin keyfiyyət göstəricisi 1 pillə artıb. Yəni bu temdə davam etsək, əminəm ki, 1 ildən sonra ilk 50 Vikipediya arasına düşəcəyik. Amma nəzərə alsaq ki, sıralarımıza yeni-yeni fəal vikidaşlar qoşulur, inanıram ki, 1 ildən sonra daha yüksək mövqedə qərarlaşacağıq. Hörmətlə:--Sortilegus 19:48, 26 Oktyabr 2010 (UTC)
Hesab edirəm ki, məqalə sayını artırmaq lazımdır. Eybi yox, keyfiyyət göstəricisi qoy 15-ə kimi düşsün. Onsuz da keyfiyyətlə bağlı xeyli problemlərimiz mövcuddur. Amma təsəvvür edin ki, internet istifadəçiləri virtual məkanda axtarış zamanı AzVikidə hər bir mövzuya aid məqalə tapa bilərlərsə, bu daha çox internetçinin AzVikiyə yönləndirilməsinə səbəb ola bilər. Nəticədə AzViyə daxil olan hər 10 istifadəçidən ən azı 1-i buraya töhfəsini versə, keyfiyyət göstəricimizdə də böyük bir rəqəm əmələ gələ bilər. Əsas məqsəd reytinqdə irəliləmək olmalıdır. --Cekli829 11:17, 27 oktyabr 2010 (Cek vaxtı ilə)
Mən də razıyam. Onsu da qaralama məqalə yaradılmasa onu inkişaf etdirmək əksər qonaq istifadəçilərin marağına səbəb olmur və ya yeni məqalə yaratmağı daha çətin bilirlər. Halbuki konkret şəxsi maraqlandıran məqalə yarandıqda onu inkişaf etdirmək-redaktə etmək daha asan görünür və marağa səbəb olur. Bizim bu gün geriləməyimizin səbəbi budur. Hətta bu gün qonaq istifadəçinin yaratdığı məqalənin tərkibi az olduqda belə silinir. Beləliklə daha bol bölümlü məqaləni gözləyincə əlbəttə bizi ötəcəklər.
Əsas odur ki, boş məqalələrin yaradılması dayandırılıb. Qaralama məqalələrə isə yol vermək lazımdır.
--Vüsal Ağayev 14:22, 27 Oktyabr 2010 (UTC)
Nə bilim, bəlkə də siz haqlısız. Elə mən özüm də burda fəaliyyətə boş və qaralama halında olan məqalələrin redaktəsindən və zənginləşdirilməsindən başlamışam:) Məsələn, bu günə qədər mən AzVikidə boş müzakirə səhifələrinin (yalnız "müzakirə" şablonu əlavə olunan) mövcudluğuna qarşı olmuşam. Vüsalın yaratdığı təxminən 2000 və daha artıq bu cür səhifəni silmişəm. Məncə, müzakirə səhifəsi müzakirəyə ehtiyacı olan məqalə, şəkil, layihə üçün yaradılmalıdır. Yoxsa hər yaradılan məqalənin müzakirə səhifəsinə "qəşəng məqalədi", yüklənən şəklin müzakirə səhifəsinə "nə gözəl şəkildi", layihə və portalların müzakirə səhifəsinə "müəllifə afərin" kimi yazılar yazmaq və səhifə yaratmaq xatirinə səhifə yaratmaq düzgün deyil. AzVikiçilərin sonuncu görüşündə isə belə qərara alındı ki, buna maneəçilik törədilməsin. Məntiq də belədir ki, hər yeni qeydiyyatdan keçən istifadəçinin (qeydiyyatdan keçsə də bəlkə heç vaxt 1 redaktə də etməyəcək) müzakirə səhifəsinə "xg" şablonu əlavə ediriksə, niyə hər yeni yaradılan məqalənin, layihə və ya portalın (şəkillərin müzakirəsi səhifəsi açıq qaldı) müzakirə səhifəsinin yaradılmasına qarşı olmalıyıq. Hər halda qaralama məqalələrin yaradılmasına mane olmayaq, amma təcrübəli istifadəçilərdən də xahişim var ki, bu qərardan sonra ancaq qaralama məqalələr yaratmaqla məşğul olmasınlar. Yəni hörmətli Cekli - 5000 Azərbaycan bələdiyyəsi, Hörmətli Vüsal - 5000 Azərbaycan filmlərinin çəkilişi zamanı kino heyətini atomobildə çəkiliş meydanlarına daşıyan sürücülər, elə (özümə də müraciətlə) hörmətli Sortilegus - Azərbaycanda nəşr olunan 10 000-lərlə bədii kitabın korrektoru haqqında məqalə yaratmayın:) Hörmətlə:--Sortilegus 14:56, 27 Oktyabr 2010 (UTC)
Sürücü-şofer deyil kino işçisidir Operatorun köməkçisi, ştativi hərəkətə gətirən deməkdir. Narahat olmayın kino sahəsində yetərli qədər (nə az nə də çox) kino işçiləri barədə məqalə yaradılıb. Onlar da inkişaf etdirilir. Özün özünü tənqid etdiyin üçün sənin yaratdığın Biləcəridən o tərəfdə tanınmayan yazıçı və şairlər barədə burada yazmayacağam. Mən də məsələn işıqçıların dünyada məşhur olduqlarını iddia etmirəm. Ancaq indiki vəziyyətdə Azərbaycan kinosuna dair məlumtlrın 90 faizinin burada təmərküzləşdiyini deməyəcək qədər təvazökar ola bilmirəm.
Bundan sonra boş məqalə yaradılmayacağını iki il əvvəl söz vermişəm və üstündə də dururam. Yeni səhifələr yaradılsa da qaralama şablonuna deyil ondan bir az daha yüksəkdə duran məqalələr olacaq. Qeydə dəyərlilik prinsipi ilə işləmək hələ ki bizim vikipediya üçün tezdir. Hiss edirəm ki, Tibb portalı da belə bir addıma doğru inkişaf etdirilir. Hələ ki Ədəbiyyat portalı barədə bunu deyə bilməyəcəyəm. Arzum isə əlbəttə başqadır.
--Vüsal Ağayev 18:18, 27 Oktyabr 2010 (UTC)
- Məqalələr mövzulu ay layihəsi üzrə yaransa daha yaxşı olar. Ölkələrə görə məqalələr sürətlə artar. Hətta reytinqdə bir neçə pillə qalxarıq.-- Pərviz 15:33, 27 Oktyabr 2010 (UTC)
Tibb məqalələri, kino məqalələrinə "çata bilməz". Ədəbiyyat portalı üçün narahat olma. Vaxtında yaradıcılacaq.--Sortilegus 18:35, 27 Oktyabr 2010 (UTC)
Məncə bir pillə geriləmək o qədər də təəccüblü olmamalıdır. Bu təbii haldır, amma, keyfiyyət göstəricisi zəifdir. Keyfiyyət göstəricisini mümkün qədər yüksəltmək lazımdır. Həmçinin mənim Hollivuf kino, aktyor və aktrisaları haqda yaratdığım məqalələrə necə baxırsınız?--Robert Langdon 14:41, 28 Oktyabr 2010 (UTC)
Keyfiyyət göstəricisi 23 oldu!-- Pərviz 18:26, 8 noyabr 2010 (UTC)
İstifadəçilərin redaktə sayının artması buna səbəb olub. Böyük ehtimal ki, Cekli829-un yaratdığı yeni lazımlı kateqoriyalar və Vago-nun yaratdığı biologiyaya dair yeni lazımlı məqalə və şablonlar bunun "baiskarıdır":) 2-3 bot da onlardan sonra kateqoriya, məqalə və şablonlara intervikilər əlavə edir. Ümumi istifadəçi redaktəsi sayı 950 000-ə yaxınlaşır. Amma bundan elə təxminən 410 000-ni cəmi 10 istifadəçiyə aiddir ki, onlardan da 6-sı botdur. İstifadəçilər fəal olduqca keyfiyyət yüksələcək.--Sortilegus 19:02, 8 noyabr 2010 (UTC)
- Təkcə redaktələr deyil. Bu səhifədə yazıldığı kimi, qeyri-məqalə səhifələridə (kateqoriya, müzakirə, qayda, kömək, və s. səhifələri aiddir) çox olduqca vikipediyanın keyfiyyəti də artır.-- Pərviz 19:11, 8 noyabr 2010 (UTC)
Ən asanı bunların içində müzakirə səhifələri yaratmaqdı. Bu tip səhifələrdən də birinə - istifadəçi müzakirəsi səhifəsi yaratmağa AzVikidə icazə verilib. Ona görə də həmin səhifələr idarəçilərin nəzarətindən çıxıb. Amma demək olar ki, digər bütün müzakirə səhifələrinə nəzarət etmək olur. Qalan Portal, Kömək, Kateqoriya, Vikipediya, Şablon səhifələri yaratmaq ancaq alqışlanır. Təbii ki, hamısı Azərbaycan dilinin qanunları çərçivəsində olarsa. Kütləvi şəkildə yaradılarsa (100 kateqoriya, 100 şablon və s.), ümumi razılıq və vikicəmiyyətin dəstəyinin alınması vacibdir. Özünün istifadəçi səhifəsini ancaq hər bir istifadəçi özü yarada və redaktə edə bilər. İstifadəçi öz səhifəsini yaradandan sonra digər istifadəçilər orda redaktələr etsələr və istifadəçi bunu bəyənməsə həmin redaktələri geri qaytara bilər. Ümumiyyətlə istənilən istifadəçi öz səhifəsinə "sil" şablonu qoysa idarəçilər bunu silməlidirlər. Şəkillər və Məqalələr səhifələri ilə bağlı daha geniş izaha ehtiyac var. Ona görə onları hələ yazmıram. --Sortilegus 19:38, 8 noyabr 2010 (UTC)
Euronews
- Xahiş edirəm Euronews xəbər kanalının logosunu yerləşdirəsiz.Mən bacarmadım. — Bu imzasız yazı Rzalı (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Birdə CNN in logosun yerləşdirərsiz zəhmət olmasa. — Bu imzasız yazı Rzalı (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Məsləhətləşmə
Кстати о равных правилах - ознакомтесь с этой статьёй, где территория Азербайджанской Республики указана на 11 458,0 км² меньше признанной ООН территории и с данным шаблоном на котором официальная карта Азербайджана заменена на самодельную.--Wertuose 09:50, 25 Oktyabr 2010 (UTC)
- Tutarlı cavabdır. Amma iş görmək lazımdır. Bəlkəm Ermənistanın Zəngəzursuz analoji xəritəsini və loqosunu hazırlayıb müvafiq məqalələrə yerləşdirək. Bu xəritəni kim yarada bilər görəsən? Qrafika işindən başı çıxan lazımdır. Belə bir misal var: " bir şey eləyənin qabağına bir şey eləməsən elə bilərlər ki, bir yeri yoxdur". İfadəyə görə çox üzr istiyirəm. Ermənilər xəritəni və loqonu götürdükləri təqdirdə biz də götürərik. --MrArifnajafov 17:57, 28 Oktyabr 2010 (UTC)
- Maraqlı təklifdi, xəritələrnən Proger işləyə bilir, ona müraciət eləmək lazımdı. --sefer 22:03, 28 Oktyabr 2010 (UTC)
- Həkimlə razılaşıram. Mən bu barədə kömək edə bilərəm. Hətta Zəngəzuru Azərbaycana birləşdirə bilərəm. -- Pərviz 15:13, 29 Oktyabr 2010 (UTC)
- Kim bacarır buyursun. Variant çox olarsa içindən layiqlisini seçərik. Sadəcə yuxarıda dediyim Zəngəzursuz Ermənistan forması bəs edər.--MrArifnajafov 15:34, 29 Oktyabr 2010 (UTC)
Mən təklif edirəm ki, Ermənistan məqaləsinin adını dəyişib Qərbi Azərbaycan edək. --Cekli829 9:59, 29 oktyabr 2010 (Cek vaxtı ilə)
- Mən belə başa düşdüm ki, bunu eləməkdə məqsəd ermənicə vikipediyada olanlara diqqət çəkməkdir. Onda onu nəzərə alaq ki, diqqət çəkiləndə hər iki vikiyə çəkiləcək. Sonra metada filan müzakirə olunub yəqin ki, hər iki vikiyə kənardan nəzarət tətbiq oluna bilər. Ermənicə vikinin elə də əhəmiyyətli bir layihə olmadığı, bunun müqabilində ordakı edilənlərə diqqət çəkməyin qarşılığı olaraq bizim vikipediyanın özünüidarə imkanlarının azaldılmasına razıyıqmı? Çünki potensial olaraq belə bir şey mümkündür. Ona görə də öz vikipediyamızı qurban vermədən və ya təhlükə altına atmadan edilə biləcək müdaxilələri də danışsaq pis olmazdı. "Biz də onların elədiyini edək, sonra görək nə olur" məntiqi hər halda verəcəyi nəticələr baxımından qeyri-müəyyəndir. Mən bu vikipediyaya çox dəyər verirəm, hansısa erməninin öz dillərində olan vikipediyada elədiyi qələtlərə görə də burdakı hər hansı fəaliyyətimizin təhlükəyə düşməsini istəmirəm. -- TimBitsتِمبِتس 16:16, 29 Oktyabr 2010 (UTC)
- Düşündürücü şərhinizə görə təşəkkür edirəm.--Vago 17:14, 29 Oktyabr 2010 (UTC)
- Bilirsinizmi, mən bu günə qədər hələ də anlaya bilmirəm ki, bu cür "falşivkaya" heç bir səviyyədə etiraz olunmayıb. Elə mən metanın buna diqqət cəlb etməsini istəyirəm. Bizim nəzarətdən qorxudacaq bir əməlimiz də yoxdur. Amma onların nə qədər istəsən.... Erməni dilli əhəmiyyətsiz saytdı deyə ağzımıza su alıb oturaq. Bəs bu qədər əhəmiyyətsizdirsə erməni həmkarlar niyə "fahişə" ifadəsinin üzərində bu qədər dəridən qabıqdan çıxırlar. Amma hesab edirəm ki, digər vikilərin qəbul etdiyi xəritə standartı erməni vikisinə də aid olmalıdır. Bu günə qədər erməni vikisinə qarşı hansı cəza təyin edilib ki, bizə də edilsin. İki yol var ya metanın boğazından yapışıb qonşuları məcbur etrdirmələrini tələb etməliyik. Ya da özümüz bu işi görməliyik. Meta özü utansınki, bu cür məsuliyyətsizlik edir. Administrativ qayda varsa niyə işləmir, işləmirsə niyə biz qorxmalıyıq. Bu dözülməzdir. Təklif eirəm: az vikiçilər etirazlarını yazılı şəkildə bildirsin. Ümumi formatda etiraznamə şəklində ingilis dilində (ingilis dilli həmkarlar yəqin tərtibatda kömək edə bilərlər. alman dilində olsa mən edərdim. Hörmətli TimBits bəlkəm siz yardım edəsiniz.) bizim bürokratımız - Sortilegus tərəfindən təqdim edilsin. Düzdür mən özüm bu hüquqi proseduraları dəqiq bilmirəm. Güman ki, Sortilegus bilir. Tədbir görülməzsə onda biz də öz işimizi bilərik. Cekli829dən təvəqqe edərdim ki, tərtibat işlərində kömək göstərsin. O, bunu çox gözəl bacarır. Süstlükdən çıxmaq lazımdır. Gəlin əl ələ verək və bu işi bitirək. Uğur olsun. Hörmətlə.
- Mən belə başa düşdüm ki, bunu eləməkdə məqsəd ermənicə vikipediyada olanlara diqqət çəkməkdir. Onda onu nəzərə alaq ki, diqqət çəkiləndə hər iki vikiyə çəkiləcək. Sonra metada filan müzakirə olunub yəqin ki, hər iki vikiyə kənardan nəzarət tətbiq oluna bilər. Ermənicə vikinin elə də əhəmiyyətli bir layihə olmadığı, bunun müqabilində ordakı edilənlərə diqqət çəkməyin qarşılığı olaraq bizim vikipediyanın özünüidarə imkanlarının azaldılmasına razıyıqmı? Çünki potensial olaraq belə bir şey mümkündür. Ona görə də öz vikipediyamızı qurban vermədən və ya təhlükə altına atmadan edilə biləcək müdaxilələri də danışsaq pis olmazdı. "Biz də onların elədiyini edək, sonra görək nə olur" məntiqi hər halda verəcəyi nəticələr baxımından qeyri-müəyyəndir. Mən bu vikipediyaya çox dəyər verirəm, hansısa erməninin öz dillərində olan vikipediyada elədiyi qələtlərə görə də burdakı hər hansı fəaliyyətimizin təhlükəyə düşməsini istəmirəm. -- TimBitsتِمبِتس 16:16, 29 Oktyabr 2010 (UTC)
- P.S. Şəxsən Almaniyada ağlamayana pəpəş verilmir. Məncə hər yerdə belədir.
--MrArifnajafov 16:05, 30 Oktyabr 2010 (UTC)
Bu xəritələrə də nəzər salmaq olar. [1], [2] --Gulustan 11:16, 30 Oktyabr 2010 (UTC)
Suuuper! Ermənistan məqaləsinə yerləşdirilən şəkil adama ləzzət edir--Robert Langdon 16:48, 30 Oktyabr 2010 (UTC)
- Xəritə müvvəqqəti olaraq geri qaytarılır. Amma müvvəqqəti.
- Xəbərdarlıq!!!
- Anoloji xəritələr hazırlanmışdır. Əgər META ermənilərin saxtakarlıqlarına qarşı tədbir görməsə əlavə olunacaqdır.
Buyurun, baxın: Birincisi və ikincisi. --MrArifnajafov 18:42, 30 Oktyabr 2010 (UTC)
Məndə düzəltdim. Göyçə gölü ilə problem olduğuna görə 2 variantlıdır. 1-cidə Göyçə gölü Azərbaycan tərəfdə verilib. 2-ci də isə Göyçə gölü 2 hissəyə ayrılıb. Hansı variantı yükləsəm daha doğru olar?-- Pərviz 18:58, 30 Oktyabr 2010 (UTC)
- Sizinkilərə necə baxmaq olar? Artıq ilk variantlar Proger tərəfindən təklif olnub. Ya ən yaxşısılarını seçərik ya da hər biri layiqlidirsə Eyb etməz lazım gəldikdə hamısından istifadə edərik.--MrArifnajafov 19:26, 30 Oktyabr 2010 (UTC)
- Əsas xəritə və birdə bu ikisi: [3], [4].-- Pərviz 20:17, 30 Oktyabr 2010 (UTC)
- Hər iki təqdimatçıya dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm hər bir iş öz özlüyündə maraqlıdır. hamısından müvafiq məqamlarda istifadə etmək olar. Allah eləsin qonşuların başına ağıl qoyulsun heç bunlara ehtiyac da olmasın. Nəticəsindən asılı olmayaraq hər iki həmkara təşəkkür elan edirəm. Mənə qalsa xəritələrin hər ikisi saxlanılsın, amma logolardan dəqiqi seçilsin. Görək digər həmkarlar nə rəydədirlər.--MrArifnajafov 20:40, 30 Oktyabr 2010 (UTC)
- Məlumat üçün:
Erməni həmkarlara xüsusən də "falşifka" müəlliflərinə müracyiətim rədd edilərək müzakirə səhifələrindən silinmişdir [5][6].--MrArifnajafov 01:05, 31 Oktyabr 2010 (UTC). Eyni zamanda fikir deməyə də imkan vermirlər. Dərhal bloklayırlar. Biz onların nazı ilə müzakirələrdə daha çox oynayırıq. Sərbəst fikir söyləmək onlarda deyəsən qəti qadağandır.--MrArifnajafov 16:47, 31 Oktyabr 2010 (UTC)
- Şəkillər yaxşıdır. Hazırlayanlara təşəkkür edirəm. Ermənilərin öz xoşlarına nəyəsə qulaq asacaqlarını güman eləmirəm. Belə olan təqdirdə məsələni daha geniş qaldırmaq lazımdır və bunu bizim vikipediyanın adından yox, ümumən istifadəçilər adından etmək lazımdır. Çünki istifadəçi kimi bizim bütün vikimedia layihələrində işləmək və bu layihələrlə bağlı öz iradlarımızı, təkliflərimizi bildirmək hüququmuz var. Biz arqumenti bu yöndən qursaq şikayətimizə də ən azı baxılmalıdır. --TimBitsتِمبِتس 12:35, 31 Oktyabr 2010 (UTC)
- Vikipediyada azərbaycanlı bütün aktiv iştirakçıları (istər azərbaycan istər rus və s.) və eini zamanda türk, rus, ingilis və s. viki dostlarımızı da bu işə cəlb etmək tərtib olunacaq müraciyətdə onların da iştirakını təmin etmək daha faydalı olardı. İdarəçilərdən çox xahiş edərdim ki, bu işdə fəallıq göstərsinlər. Bu işi yoluna qoymaq mümkündür, amma passivliklə yox fəal şəkildə tələb etməklə. --MrArifnajafov 16:09, 31 Oktyabr 2010 (UTC)
Hal-hazırda ErVikiyə daxil olub orada Azerbaycan səhifəsində müzakirə bölməsində Öz iradlarımızı bildirdik. Bütün fəal iştirakçılar çağırıb həmin yerdə öz sözlərinizi bildirməyi gözləyirik fəal şəkildə. Silməsələr yaxşı olar. --Robert Langdon 16:55, 31 Oktyabr 2010 (UTC)
Çox gecikməyin girin bura [7]--Robert Langdon 17:05, 31 Oktyabr 2010 (UTC)
- Çox güman ki, dediklərinizi siləcəklər, yazanları da bloklayacaqlar. Ermənilər ümumən kompleksli adamlardı, onların əksəriyyəti ilə normal diskussiya aparmaq, nəyisə məntiqlə, arqumentlə izah eləmək mümkün deyil (hər hada son 20 ildə buna hamımız şahid olmuşuq). Onların başa düşdüyü ancaq sərt reaksiyadı, sadəcə biz bunu elə eləməliyik ki, axırda özümüzə ziyan dəyməsin. --TimBitsتِمبِتس 17:08, 31 Oktyabr 2010 (UTC)
Mən düşünürəm ki, onlara elə-belə yox güclü təzyiq göstərmək lazımdır. Əgər bu da alınmasa onların vikilərini şikayət etmək lazımdır. Əgər bizim şikayət etmək hüququmuz varsa nəyi gözləyirik --Robert Langdon 17:12, 31 Oktyabr 2010 (UTC)
- Yuxarıdakı müraciəti indi gördüm, hə problem deyil, mən ingiliscə yazaram, hərə öz istədiyi dəyişikliyi edib göndərər. Sabaha mən yazını yerləşdirərəm, bu gün bitirməli işim var, heç cür vaxt eliyə bilmirəm. --TimBitsتِمبِتس 18:17, 31 Oktyabr 2010 (UTC)
Müzakirələri geri qaytarırlar. Müzakirədə iştirak etdiyim üçün mənə vandalizm xəbərdarlığı göndərildi. Rövşən, onların istifadəçi səhifələrinə vandalizm tipli redaktələr etmə. Onsuzda onlar nə edirsə hamısına cavab verəcəklər. Necədə özbaşına, "ələdədüzəlmə" vikilayihədir. Normal insan kimi müzakirədə iştiraklarını gözləyirdim.-- Pərviz 18:18, 31 Oktyabr 2010 (UTC)
Artıq nə qədər səhifələrini qarışdırdım. Yazdım ki, silin şəkli mənə də vandalizm gəldi və artıq blok da qoydular.--Robert Langdon 18:30, 31 Oktyabr 2010 (UTC)
- Dostlar çox xahiş edirəm, ermənilərin əlinə kompramat verməyin. Heç nəyi qarışdırmaq, nə bilim vandalizmlə məşğul olmaq lazım deyil. Bunu bizə qarşı istifadə edəcəklər. Lütfən, təmkinli olun. Məsələni normal müzakirə ilə başlamaq alınmırsa, META-ya müraciət etmək lazımdır. Robert, səhifəyə daxil olub hədə-qroxu gəlirsiniz. Belə olmaz axı... "Вы ответите за это" nədir? Nə edəcəksiniz ki? И чем они ответят? Heç bir aqressiv hərəkət etmək olmaz. Normal, sivil, qanuni mübarizə ilə yıxacağıq onları. Bu mümkündür və qələbə bizimdir. İstənilən haqq savaşında. O üzdən emosiyalara qapılmayın ;). Heç bir məqaləmizdə ermənilərlə bağlı təhrifə yol vermək olmaz! Nə badə! Məsələ bizə qarşı qalxa bilər. Qoy bar-barların əsil üzü çıxsın. META ilə işləmək lazımdır. --Proger danış 18:43, 31 Oktyabr 2010 (UTC)
Mən əvvəl çalışdım onlarla kontakta girim. Amma qəbul etmədilər - sildilər. Sonra isə mənə xəbərdarlıq gəldi. Onları məncə artıq indidən şikayət etməliyik çünki müzakirə səhifəsində yazdığımız heç nəyi saxlamırlar. Sadəcə MrArifNajafov-un yazdığı bir comment-i saxlayıblar. --Robert Langdon 18:48, 31 Oktyabr 2010 (UTC)
Proger sözündə həqiqət var mübarizə aparmaq lazımdır. amma sivil şəkildə soyuqqanlılıqla qoy onlar təşvişə düşsünlər. Vandalizmə yol verməməklə. Əsas gücü META ya yönəltmək lazımdır. Bizim fikirimizi eşitmək istəmirlərsə qoy METAnınkini eşitsinlər. O da əldəqayırma çıxarsa onda biz də bildiyimizi edərik. Demokratik şəkildə və qanuni yolla. İlk növbədə rəsmi qaydada tərtib olunmuş hamının imzası ilə və dəlillər göstərməklə yazılı qaydada müraciət olunmalıdır. Bu işdə bizim bürokrat Sortilegus hüquqi proseduraları izah etsə və köməklik etsə pis olmazdı. Güman edirəm ki birinci gündən digər idarəçi və iştirakçılar da bu təşəbbüsə fəal qoşulacaqlar. Kimin digər vikilərdə güman edə biləcəyi dostu varsa onları da cəlb etmək olar.--MrArifnajafov 19:35, 31 Oktyabr 2010 (UTC)
Ağıllı fikirdir. Mütləq cavab verilməlidir. Tam dəstəkləyirəm. Metada inanmıram nəticə ola. Mən ikinci qərar verilən yolu daha çox bəyəndim.
--Vüsal Ağayev 17:23, 1 noyabr 2010 (UTC)
Progerin və MrArifnajafovun mövqeləri ilə tam razıyam. Hüquqi proseduralarla, tam sivil şəkildə mübarizə aparmağın tərəfdarıyam. Mən də inanmıram ki, Metada nəticə ola. Ancaq buna baxmayaraq META ya fikrimizi bildirməliyik. Bütün həmkarlarımızın dəstək olacağına inanıram.
--Sultan11 18:37, 1 noyabr 2010 (UTC)
Progerin və MrArifnajafovun fikirləri ilə tamailə razıyam. --sefer 22:23, 1 noyabr 2010 (UTC)
- Mənim fikrimcə müraciət nə qədər qısa və konret olsa bir o qədər reaksiya almaq şansı çoxdur. Hər halsa biz öz üstümüzə düşəni edək, nəticə olmasa işimizi bilərik. Deməli mən aşağıdakə variantı təklif efirəm, kimin qeydi, əlavəsi varsa buyursun:
- I would like to bring an issue into attention, regarding the Armenian language edition of Wikipedia. In all the maps related to Azerbaijan, such as the main article map (Armenian version as opposed to one of the versions in commons, geo-location map, all of the stub templates (stub template in Armenian language wiki vs for example stub template in English wiki), etc, there has been a manipulation of maps, removing a portion of the country. This file too is being used in numerous articles currently and affect a significant proportion of Azerbaijan related articles. Similar revisions have been made regarding the area of the country within the article too. I understand that content and POV disputes should be resolved locally, but here we are faced with a systematic distortion of facts and construction of imagined reality, and presentation of it as a fact to the Wikipedia community. Unfortunately there is no internal mechanism of resolving the issue. Users who have brought the issue up have been blocked as a silencing measure, which on its own is an abuse of admin privileges, and all the discussion pages have been deleted without any attempt to hear the positions of other Wikipedia users. No user or admin has exclusive rights to any content. Such methods serve to suppress the healthy discussion and is therefore detrimental to the spirit of Wikipedia collaboration. I am forced to appeal to the Meta-wiki and bring this issue into consideration to be resolved as soon as possible. --TimBitsتِمبِتس 20:19, 1 noyabr 2010 (UTC)
Yaxşıdır. Keçidlərlə nümunələri də əlavə elə ki, bilsinlər söhbət nədən gedir - Azərbaycanın xəritəsi və ermənilərin montaj etdikləri xəritələr. İstifadəçilərin müzakirələrdə iştirakı və onların yazdıqlarının geri qaytarılmasına keçidlər. Müzakirələrdə bloklanan AzViki istifadəçilərinin istifadəçi adları və s. --Sortilegus 20:38, 1 noyabr 2010 (UTC)
TimBits - bu işdə əsas fəaliyyəti sənə tapşırırıq. AzViki idarəçiləri ordakı müzakirələrdə təmkinli iştirak etsinlər. İstifadəçilər daha fəal olsunlar və hətta kəskin ifadələr işlətməkdən də çəkinməsinlər (təbii ki, söyüş və təhqir yox). Müzakirələr başlansın, sonra fəaliyyətin koordinə olunmasını təşkil edərik. Metada bitərəf rusdilli admin də tapmaq lazımdır. --Sortilegus 20:43, 1 noyabr 2010 (UTC)
- Mətni diqqətlə oxudum və məzmununu bəyənir və dəstəkləyirəm. Həmkar --TimBitsتِمبِتس çəkmiş olduğu zəhmətə görə öz minnətdarlığımı bildirirəm. Uğur olsun.
- P.S. --Sortilegusin keçidlər təklifi ağıllı fikirdir, birdə əgər hamının adından təqdim olunacaqsa bəlkəm bəzi və sonuncu cümlələri fərdi deyil, cəm şəklində verək, razı olanlar altından imza atsınlar. Buna necə baxırsınız?
--MrArifnajafov 20:50, 1 noyabr 2010 (UTC)
- Yaxşı. --sefer 23:51, 1 noyabr 2010 (UTC)
- Mən metada yaza bilərəm amma bir neçə problem ola bilər. Əvvəlan mən ermənicə vikidə heç bir iştirak eləməmişəm, buna görə də hal-hazırda şikayət eləməyə məndən daha çox əsası olanlar var. İkincisi də mənim qlobal hesabım, yəni indi işlətdiyim hesab ilə metada daha əvvəldən işlətdiyim hesab fərqlidi, sonra orda da qarışıqlıq olmasın. Amma ilkin müraciəti "zərərçəkmişlərdən" biri edəndən sonra mən davamını edə bilərəm. Hamının adından yazmağı düzgün hesab etmirəm, çünki azərbaycanca vikipediya bu işdə tərəf deyil, eləcə də bu vikipediyanın icması və ya azərbaycanlı vikipediyaçılar topluluğu və s. Bu şikayəti ancaq erməni vikipediyasının istifadəçiləri edə bilər. Bunlar da təbii ki, azərbaycanlı da ola bilər, necə ki, azərbaaycanca vikipediyada da erməni istifadəçilər iştirak edə bilər və bəziləri edir də. Təşəkkürə görə çox sağ olun, həkim yoldaş, sizin də dediyiniz kimi soyuqqanlı, sivil və məntiqli yanaşmalıyıq, ən azı kənardakılara fərqimizi göstərmək üçün. Mən bloklamalarla və əlaqəli dəyişikliklərlə bağlı keçidləri yerləşdirmədim, çünki dəqiq neçə nəfərin bloklandığı və hansı fəaliyyətlərə görə edildiyini bilmirəm, daha doğrusu Arif həkimin faəliyətini bilirəm, digərləri də öz "təəsüratlarını" yazsaydı işi hərtərəfli qurardıq. --TimBitsتِمبِتس 21:11, 1 noyabr 2010 (UTC)
Mən orda bir bildiriş yazdım ki, bu şəkli dəyişsinlər. Burada şəkil düzgün deyil. Ona görə mənə xəbərdarlıq gəldi. Sonra isə təəssüf ki, mən bir qədər vandalizm işlərlə məşğul oldum və məni blokladılar--Robert Langdon 21:23, 1 noyabr 2010 (UTC)
- Siz onların əlinə sadəcə bəhanə vermisiz amma bütün hallarda faəliyyəti 1 saat, redaktələrin sayı da 12-dən çox olmayan bir nəfərin müddətsiz bloklanması reabilyasiya məqsədli cəza deyil, sadəcə yazmasını istəmədiyi istifadəçinin fəaliyətinə qəsdən mane olmaqdır. "Azərbaycanlı vandal" kateqoriyası ilə də bloklamaq yəqin ancaq erməni dilində olan səhifələrdə mümkündür. Hər halda mövzu açılanda siz də bunu bildirə bilərsiz. --TimBitsتِمبِتس 21:43, 1 noyabr 2010 (UTC)
- Mən isə bizim də alternativ variantlara malik olduğumuzu deyərək onlara falşifkalarını yığışdırmağı təklif etdim. Əks təqdirdə biz də anoloji xəritə və logoları yerləşdirə biləcəyimizi dedim. Necə deyərlər, "Davayte jit drujna. vı ubirayete svoego i mı svoego"--MrArifnajafov 21:41, 1 noyabr 2010 (UTC)
== Davayte jit drujna ==
Kak nemci qovaryat: "Wir müssen reden" - davayte maxnyom. vi ubirayete i mi uberayem. Kak vam.
thumb|500px|upright|Davayte jit drujna
--MrArifnajafov 19:32, 30 Հոկտեմբերի 2010 (UTC)
No speak Ruski. Guten tag. - Ֆետայի 23:24, 30 Հոկտեմբերի 2010 (UTC)
Ողջույն այս Այփի հասցեն, ըստ երևույթին նույն մասնակցին է պատկանում, դրա համար ճիշտ կլինի սա էլ արգելափակել. 88.151.195.73 (müzakirə • töhfələr • statistikalar)
Այո, ստուգել եմ և Այփին Բաքվից է։ Շնորհակալություն ախբերս։ - Ֆետայի 18:28, 31 Հոկտեմբերի 2010 (UTC)
Խնդրեմ, քեզ էլ շնորհակալություն, բայց նաև անհրաժեշտ է պաշտպանել Քննարկում:Ադրբեջանական Հանրապետություն, քանի որ մեր մասնակիցները քննարկելու բան չունեն այդտեղ, փոխարենը ազերներն են անընդհատ վանդալիզմով զբաղվում:6AND5 18:44, 31 Հոկտեմբերի 2010 (UTC)
Դեմ չեմ բայց ընդհանրապես չենք կարող հեշտորեն քննարկման էջեր պաշտպանել քանի որ, հակարակ որ ազերիները վանդալություն են անում, փոքրամասնություն են և հոդվածի ընդհանուր բարելավման համար մեզ նման ոչ-վանդալ մասնակիցները այդ էջը պետք ունեն քննակման համար։ - Ֆետայի 19:06, 31 Հոկտեմբերի 2010 (UTC)
Bu da onların cavabı indi gəl anla görüm nə yazıblar.--MrArifnajafov 00:01, 2 noyabr 2010 (UTC)
- Google translate-dən istifadə edin. Məsləhətdir ki, ingilis dilinə çevirəsiniz. Mən təxmini məzmununu başa düşdüm-- Pərviz 00:23, 2 noyabr 2010 (UTC)
- bəlkəm müzakirələrdə effektli iştirak üçün kiçik işçi qrup qərargahı quraq. Operativliyi təmin etmək məqsədilə fikirlər məxrəcləşdirilib (kimi fikirləri operativ ingilis dilinə tərcümə etməklə, kimi operativ sübut və dəlilləri tapıb verməklə) Meta müzakirəsinə ötürülsün. Müzakirələr ngilis dilində gedirsə, tutarlı cavaba malik həmkarın fikirini operativ tərcümə edərək onun adından müzakirələrə təqdim olunsun. Belə olan təqdirdə hamımız çəkici bir nöqtəyə vura bilərik.--MrArifnajafov 21:41, 1 noyabr 2010 (UTC)
- Mən sizin fəaliyyətdə nə bloklanmağa nə də xəbərdarlığa heç bir əsas görmədim. Erməni kimi fikrləşməyə çalışsam da görmədim :) Burda ancaq qərəz ola bilər. Müzakirələr metada əslində demək olar ki, istənilən dildə aparıla bilər, sadəcə nə qədər çox adamın bildiyi dildə olsa o qədər də reaksiya almaq imkanı çox olar, məsəl üçün almanca yazmaq bu baxımdan azərbaycanca yazmaqdan daha effektivdir, ingiliscə yazmaq da öz növbəsində almancadan. --TimBitsتِمبِتس 21:47, 1 noyabr 2010 (UTC)
- Məni deyəsən sonsuzacan blokladıqlarından [8] iştirak edə bilmirəm. Kimin bloku yoxdursa buradan təcili fikirini yazsın.--MrArifnajafov 21:52, 1 noyabr 2010 (UTC)
Məndə müzakirələrdə iştirak etdim. Amma mənə xəbərdarlıq gəldi. Mənə xəbərdarlıq mesajı göndərənə müraciət etdim. Nəticəsi isə belə oldu. Düzdü müzakirəni davam etdirmək niyyətindəydim, indi isə sizin fikrinizi öyrənmək istəyirəm. Ən azından bilmirlər ki, ilk gələnə "Xoş gəldin" şablonu yerləşdirilir, səhv xəbərdarlıq şablonu yox.-- Pərviz 21:58, 1 noyabr 2010 (UTC)
Mən müzakirələrdə iştirak etmək istədim. Lakin qeydiyatdan keçə bilmədim. Maraqlandıqda [bu] məlumatla rastlaşdım. Səbəbini özümdə tapa bilmədim. --Sultan11 06:41, 2 noyabr 2010 (UTC)
Metaya yalnız erməni vikisində əsassız bloklanma ilə bağlı şikayət etmək daha düzgündür. Digər məsələlər - xəritə, tarix... lə bağlı şikayətlərə onların cavablarının nə olacağı aydındır. Mövzunu dəyişərək bloklama məsələsini arxa plana keçirəcəklər. Bir də fəal Azərbaycanlı istifadəçiləri bloklamaq sevincini onlara verməyin. Amma hər halda şikayətçilər metaya müraciət edərlərsə onları dəstəkləyəcəm və səs verəcəm. --Irada 06:59, 2 noyabr 2010 (UTC)
Problemin həllində, yuxarıda da qeyd olunduğu kumi, ana xətt kimi bu götürülməlidir: Savaşı Azərbaycanca Vikipediya məkanından kənarda, daha doğrusu Metadan istifadə edərək Ermənicə Vikipediyanın "ərazisində" aparmaq düzgün variantdır. Qarşı tərəfdən fərqli olaraq, hisslərimizi ağlımıza tabe etməliyik, tərsinə yox. Müraciətin isə AzViki idarəçiləri yox, digər istifadəçilər tərəfindən olunması daha doğru variantdır və bir daha qeyd edirəm ki, TimBits-ə güvənirəm.--Vago 07:04, 2 noyabr 2010 (UTC)
Ppervizin yazdıqları da artıq silindi.--109.237.122.124 14:32, 2 noyabr 2010 (UTC)
- Burada mən artıq alman dilində sorğu vermişəm. Sizlər də yaza bilərsiniz--MrArifnajafov 15:41, 2 noyabr 2010 (UTC)
- Çox gözəl. Belə müraciətlər daha çox meta:Requests for comment bölməsinə yazılır. İstəyirsiz eyni şeyi orda da yazın və ya ingiliscə variantı. Nəticə çıxmağının müddəti və ya ümumən çıxacağı barədə bir şey demək olmur. Baxır məsələyə, vacibliyinə, işə baxan idarəçilərin qərarlarına və s.--TimBitsتِمبِتس 18:15, 2 noyabr 2010 (UTC)
- Hər halda biz işin axırınadək gedək. Öz üstümüzə düşəni edək. Ondan sonra artıq sivil olmağın da limitlərini görərik. Bu barədə hansısa geniş oxunan forumlarda, internetdə yayılan KİV-də və ya facebook kimi dairələrdə elan verilsə və keçidlər qoyulsa, mən əminəm ki, azərbaycanlı əksər oxucular erməni vikipediyasına bizim qədər xoşməramlı yanaşmayacaq. Amma hələlik metada işi yekunlaşdıraq. --TimBitsتِمبِتس 18:20, 2 noyabr 2010 (UTC)
- Məncə sizdə ingilis bölməsinə şikayət etsəniz daha effektiv olar.-- Pərviz 19:05, 2 noyabr 2010 (UTC)
- Mən artıq [9]meta:Requests for commentə də təqdim etmişəm ingilis dilində yazmaq istəyənlər ora da yaza bilərlər. TimBits siz də bəlkəm nəsə yazasınız.--MrArifnajafov 09:50, 3 noyabr 2010 (UTC)
- Oldu. Mən bu məsələni nəzarətdə saxlayacam. Siz yazılanı bir az səhv başa düşmüsüz, mənim yazımdan sonra yazılanları silə bilərsiz. --TimBitsتِمبِتس 20:52, 3 noyabr 2010 (UTC)
- Metadakı müzakirələrdə ermənilərin mövqeləri zəif olacaq. Çünki bir ölkənin beynəlxalq miqyasda tanınmış ərazisini kəsib-qısaltmağa heç cür haqq qazandırmaq olmaz. Mən erməni vikisinin adminlərini müzakirədə iştiraka dəvət edəcəm. İştirakdan yayınsalar, metadan onların fəaliyyətinin nəzarətə götürülməsini xahiş edəcəm. Kütləvi şəkildə bütün azərbaycanlı vikipediyaçıların erməni vikisində fəaliyyətinə blok qoymaq, məhdudlaşdırmaq heç bir vikipediya prinsipinə uyğun deyil. Hər halda erməni vikisinin adminləri (məsələn, İstifadəçi:Pandukht) də daxil olmaqla, heç bir erməniyə AzVikidə işləmək qadağan olunmayıb. --Sortilegus 21:23, 3 noyabr 2010 (UTC)
- Bir daha salam. Ermənicə vikipediyada müzakirələrdə iştirak edənlərdən biri bu bloklamaları edən və ümumiyyətlə müzakirələrdə iştirak edənlərin nəzərinə metadakı danışıqları çəkə bilsə onların da mövqeyini eşidərdik. Hər halda ən azı artıq metada belə bir söhbət olduğunu bilmədiklərini iddia etməsinlər. --TimBitsتِمبِتس 22:19, 9 noyabr 2010 (UTC)
- Mən edərdim amma məni deyəsən onlar "ölkələrinin süqutuna qədər" bloklayıblar. Sadəcə metada gedən müzakirə linkini:Requests for comment/Armenian Wikipedia tolerance bunların: 6AND5; Պանդուխտ; Alex_alex; Fedayee müzakirə səhifələrinə əlavə etmək lazımdır. Kim edə bilər?--MrArifnajafov 23:41, 13 noyabr 2010 (UTC)
- Mən etdim. Bəlkə Cimboyada deyək?-- Pərviz 23:53, 13 noyabr 2010 (UTC)
- Metadakı müzakirələrdə ermənilərin mövqeləri zəif olacaq. Çünki bir ölkənin beynəlxalq miqyasda tanınmış ərazisini kəsib-qısaltmağa heç cür haqq qazandırmaq olmaz. Mən erməni vikisinin adminlərini müzakirədə iştiraka dəvət edəcəm. İştirakdan yayınsalar, metadan onların fəaliyyətinin nəzarətə götürülməsini xahiş edəcəm. Kütləvi şəkildə bütün azərbaycanlı vikipediyaçıların erməni vikisində fəaliyyətinə blok qoymaq, məhdudlaşdırmaq heç bir vikipediya prinsipinə uyğun deyil. Hər halda erməni vikisinin adminləri (məsələn, İstifadəçi:Pandukht) də daxil olmaqla, heç bir erməniyə AzVikidə işləmək qadağan olunmayıb. --Sortilegus 21:23, 3 noyabr 2010 (UTC)
Bir daha salam. Mən də Ermənicə vikipediyanın hər bir idarəçisinn müzakirə səhifəsinə bu barədə məlumat yerləşdirdim. --Sultan11 05:14, 14 noyabr 2010 (UTC)
Fəaliyyətimi bərpa edirəm
Əziz dostlar ! Kənarda müəyyən işlərimi qaydaya saldıqdan sonra Azərbaycan Vikipediyasında fəaliyyətimi bərpa edirəm. Sizlərlə işləməkdən məmnunluq duyaram. Hamıya uğurlar arzusu ilə --Acategory 19:52, 7 noyabr 2010 (UTC)
Çox gözəl oldu yenidən geri dönməyiniz. Bir daha xoş gördük! Hörmətlə --Robert Langdon 19:58, 7 noyabr 2010 (UTC)
- Hörmətli Acategory, yenidən bizimlə olmağınıza çox şad oldum. Əminəm ki, sizin Vikipediyada fəaliyyətiniz bütün istifadəçilərdə bir ruh yüksəkliyi yaradacaqdır :) --Irada 19:59, 7 noyabr 2010 (UTC)
Hörmətli həmkarımız Acategory! Fəaliyyətinizi bərpa etməyiniz məni də sevindirdi. Sizin kimi ziyalılara Azərbaycanca Vikipediyada ehtiyac duyulur və sizlərlə işləmək bizlər üçündə xoşdur. Fəaliyyətinizdə sizə yeni-yeni müvəffəqiyyətlər arzusu ilə: --Sultan11 06:29, 8 noyabr 2010 (UTC)
--Sortilegus 17:34, 8 noyabr 2010 (UTC)
- Mən "qonşuların" müqavimətindən sonra bir daha əmin oldum ki, umu-küsülünü kənara qoyub, bir-birimizin qədrini bilərək yola davam etmək lazımdır. Bir də çox arzu edərdim ki, sıralarımızda yüksək səviyyəli poliqlotların sayı artsın.--MrArifnajafov 17:45, 8 noyabr 2010 (UTC)
Xoş gördük. Uğur olsun!
--Vüsal Ağayev 17:40, 8 noyabr 2010 (UTC)
Yeni yeni məqalələrdə uğurlar! :)-- Pərviz 18:24, 8 noyabr 2010 (UTC)
Ingiliscə Vikipediada işləməli
Əziz dostlar, İngiliscə vikipedianın ümumilikdə və bizim üçün gücü və vacibliyi hamımıza yaxşı məlumdur. Lakin oradakı nəzəri olaraq Azərbaycana aid ola biləcək məqalələrin çoxunda Azərbaycanla bağlılıq ya heç göstərilmir, ya təhrif edilir, məsələn xalis İran baxımından verilir. Bunu üçün daima oranı "süpürməyi" təklif edirəm. Mən imkanım dairəsində bununla məşğul oluram (Məsələn, Ahmad Kasravi, Sattar Khan və tarixə, ədəbiyyata aid bir çox digər məqalələrdə). Lakin bu işi gücləndirməyə ehtiyac var. Yollardan biri budur: İran adı ilə bağlı olan məqalələrə baxın, əksəriyyətində düzəliş etmək lazım gəldiyini görəcəksiniz. Əlbəttə ki, düzəlişləri düşünə-düşünə, həqiqətə yaxın və elmi sanballı ifadələrlə etmək lazımdır. Ahmad Kasravi`də "Azari" deyilən dilin farslara aid olduğunu "solid research" kimi veriblər. O, doğrudan da güclü alim olduğuna görə buradan solid sözünü çıxarmaq olmur, amma soliddən sonra "and controvercial" (və ziddiyyətli) sözünü əlavə etmək olur. Və ya onun farscanın Azərbaycan dili tərəfdən assimilyasiya olunması barədə "advocated" (vəkillik edir, müdafiə edir, iddia edir) ifadəsindən sonra mötərizədə "without solid proof"(əlində ciddi sübutu, əsası olmadan) ifadəsini əlavə etmək olur. Əgər sizə zəruri görünən yerlər varsa birlikdə də o işi görə bilərik. Sağ olun!--Monakhfirst 23:20, 7 noyabr 2010 (UTC)
Ingiliscə Wikipediada "City" məqaləsinə Azərbaycanı daxil etdim və Bakını göstərdim. Ora kimsə gözəl bir şəkil yerləşdirsə yaxşı olardı! Mən şəkillə işləyə bilmirəm. --Monakhfirst 21:21, 9 noyabr 2010 (UTC)
Vikilərin reytinqi
Vikilərin reytinqi haqqında məlumatı haradan almaq olar? Bu reytinq hansı göstəricilərə görə aparılır? Ümumiyyətlə vəziyyəti və AzərVikinin vəziyyətini bilmək istəyirəm. Sağ olun.--Monakhfirst 20:07, 8 noyabr 2010 (UTC)
Mövcud bütün Vikipediyalar haqqında statistika burdadır. Ümumiyyətlə statistik məlumatlar çoxdur. Konkret nəyi bilmək istiyirsizsə elə mənim müzakirə səhifəmdə yazın, mən cavablandıraram. Kənd meydanında adətən biz bütün Azərbaycan dilində olan Vikipediya istifadəçilərinə ünvanlanmış ismarıcları, problemləri müzakirə edirik.--Sortilegus 20:29, 8 noyabr 2010 (UTC)
Vikigörüş
13 Noyabr (sabah) saat 12:00 da "Beş Qazan" kafesində vikipediyaçıların növbəti görüşü keçiriləcək. Görüşdə Azvikidə fəaliyyət göstərən istifadəçilərlə yanaşı, rus vikisində fəliyyət göstərən azərbaycanlı vikipediyaçılar da iştirak edəcəklər. Maraqlnan hər kəs buyurub görüşə qatıla bilər. --sefer 19:48 12 Noyabr 2010 (UTC)
- Sabah iş günüdür. Görüş haqqında əlavə məlumat bu səhifədə. -- Pərviz 18:28, 12 noyabr 2010 (UTC)
Ola bilsin ki, iştirak etdim. --Robert Langdon 19:25, 12 noyabr 2010 (UTC)
Necə keçdi? AzVikidən kimsə iştirak edib?-- Pərviz 12:18, 13 noyabr 2010 (UTC)
- Elə az qala təkcə AzViki idi :). RuVikidən yalnız 1 nəfər (qonağı nəzərə almasaq) vardı. Xüsusi bir şey olmadı. Danışdıq, müzakirə etdik. Vikipediyada olan haqlı, haqsız söhbətlərdən, oradan-buradan mövzulardan danışdıq. Qonağımız Vikimediya Rusiya (Vikimediya Fondu) rəhbərindən bizə və sizə salam da gətirmişdi :). Görüş zamanı maraqlı nüansda simvolik idi: "5 Mərtəbədə" yerləşən, "5 Qazan"-da, 5 vikipediyaçı görüşür (ümumi görüşdə iştirak edənlərin sayı 5 nəfər idi) :D. Belə... --Proger danış 14:52, 13 noyabr 2010 (UTC)
- Görüşə 5 düşürmü? :)--Vago 16:39, 13 noyabr 2010 (UTC)
- Əlbəttə! Çox yüksək rəylə tərk edir ölkəni ;). --Proger danış 17:21, 13 noyabr 2010 (UTC)
- Görüşə 5 düşürmü? :)--Vago 16:39, 13 noyabr 2010 (UTC)
Təşəkkürlər
Təbriklər
Hamını Azərbaycan Vikipediyasında 40 mininci məqalə münasibəti ilə təbrik edirəm ! --Acategory 04:33, 14 noyabr 2010 (UTC)
- Fəal istifadəçiləri çekdikləri əziyyətlərə və 40000 məqaləni keçdikləri üçün təbrik edirəm. İnşallah ən qısa vaxtda 50000-i keçərik. Viki loqosunu dəyişdirməkdən anlayan istifadəçilər məncə artıq hər 10000-i keçdikdə loqonun üstünə məqalə sayısını yerləşdirsələr gözəl olar. Hamıya işlərin də uğurlar.--Bakuemil 09:39, 15 noyabr 2010 (UTC)
- Hesab edirəm ki, loqonu xüsusi hadisə kimi - 50 000 (əlli min) məqalə olduqda yubiley kimi dəyişdirərik. --Proger danış 09:54, 15 noyabr 2010 (UTC)
- İnşallah, bu tempdə davam etsək 50 000 barajını qısa müddətdə aşarıq. Sevindirici haldır ki, fəal istifadəçilərimizin də sayı artır. Yəqin ki, bir neçə günə bu və digər məsələləri müzakirə etmək üçün növbəti Viki görüşümüz də olacaq. Bu haqda 2-3 günə vikidaşlara (ifadə müəlliflik hüquqları ilə qorunur:)) dəqiq məlumat veriləcək. Son vaxtlar AzVikidə inkişaf tendensiyaları kifayət qədər artdığına görə, bu aralarda tez-tez görüşməli olacağıq. Həm də aydın görünür ki, belə görüşlərin və onlarda qəbul olunan qərarların vikipediyamız üçün əhəmiyyəti böyükdür.
50 000-nin loqosunun yaradılması işini əgər etiraz etməsə elə Progerin boynuna qoyardıq:) --Sortilegus 16:36, 15 noyabr 2010 (UTC)
Azərbaycan Vikipediyasının 50 mininci məqaləsinin konturları görünür. Mən də hesab edirəm ki,Proger danış artıq işə başlamalıdır.--Acategory 17:54, 15 noyabr 2010 (UTC)
Məndə öz adımdan bütün əziyyəti keçənləri təbrik edirəm...İrəli hədəf 50.000 :) --My World 18:16, 15 noyabr 2010 (UTC)
Azərbaycan Vikipediyasının bu günkü vəziyyətə yetişməsində əməyi olan hər bir kəsi səmimi qəlbdən təbrik edirəm. Yaradan əlləriniz yorulmasın!!! --Sultan11 18:33, 15 noyabr 2010 (UTC)
təbrik edirəm!--Axan.bulut 20:17, 16 noyabr 2010 (UTC)
- 40 mini keçdiyimizi bu gün gördüm. Vikicəmiyyətimizi təbrik edirəm. 2 həftəyə 38 mindən 40 minə çıxa bildiksə, deməli 50 minə gedən yol çox da uzun deyil. Wertuose 08:42, 18 noyabr 2010 (UTC)
İpək yolu (Bənzər məqalələr)
Məqaləni yaradan və ya vaxtı olan bu iki məqaləni birləşdirilsin, zəhmət olmasa.
QURBAN BAYRAMI
AzViki ailəsinin üzvləri başda olmaqla bütün Azərbaycan Respublikası vətəndaşları və dünya müsəlmanlarını Qurban Bayramı münasibətilə təbrik edərək hamıya müvəffəqiyyətlər arzulayıram.--Vago 11:54, 15 noyabr 2010 (UTC)
Bayramınız mübarək əziz Vikipediyaçılar. --My World 18:18, 15 noyabr 2010 (UTC)
- Mən də bu təbrikə qoşulur, bütün müsəlmanları bayram münasibətilə təbrik edir, hər bir kəsə işlərində müvəffəqiyyət, yeni uğurlar arzulayıram. --Sultan11 18:22, 15 noyabr 2010 (UTC)
Mən də bu təbriklərə qoşuluram:))--Robert Langdon 18:54, 15 noyabr 2010 (UTC)
- Mən də həmçinin...-- Pərviz 19:00, 15 noyabr 2010 (UTC)
Mən də bütün vikipediyaçı dostlarımı, həmkarlarımı bayram münasibətilə təbrik edirəm və deyilən xoş sözlərə qoşuluram. Hörmətlə:--Sortilegus 19:04, 15 noyabr 2010 (UTC)--MrArifnajafov 08:43, 16 noyabr 2010 (UTC)
Hamını Qurban Bayramı münasibətilə təbrik edir, hamıya can sağlığı və ailə xoşbəxtliyi arzulayıram.--Acategory 07:16, 16 noyabr 2010 (UTC)
Mən də bütün təbriklərə qoşuluram, inşallah gələn il bayram namazını Şuşada - Gövhərağa məscidi məscidində qılmaq nəsibimiz olar.--sefer azeri 10:39, 16 noyabr 2010 (UTC)
Bayramınız mübarək!--Vüsal Ağayev 09:57, 16 noyabr 2010 (UTC)
Bayramınız mübarək--Axan.bulut 20:15, 16 noyabr 2010 (UTC)
Dirçəliş günü
Dostlar bu gün böyük gündür... Məhz bu gün, 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı Azadlıq meydanında xalqımız vədəsiz mitinqə başlamışdır. Milli Azadlıq Hərəkatının başlanması günü ilə hamınızı təbrik edirəm! Yaşasın! --Proger danış 09:10, 17 noyabr 2010 (UTC)
Təbriklərə qoşuluram. O günlər tarixi və əhəmiyyətli bir günlər idi.--Acategory 09:24, 17 noyabr 2010 (UTC)
Məndə Azərbaycanı təbrik edirəm.--My World 09:55, 17 noyabr 2010 (UTC)
Təbriklərə qoşuluram.--Axan.bulut 11:05, 17 noyabr 2010 (UTC)
Bayram bayrama qarışıb. Təbrik edirəm!--Vüsal Ağayev 11:48, 17 noyabr 2010 (UTC)
Söylənilən təbriklərə mən də qoşuluram. Bayramınız mübarək! Sizləri təbrik edirəm!--Sultan11 13:04, 17 noyabr 2010 (UTC)
Deyilən bütün xoş sözlərə və təbriklərə məndə qoşuluram.--Robert Langdon 14:45, 17 noyabr 2010 (UTC)
Bu gün kimlər üçünsə hətta 3-qat bayramdır. Təbriklərə mən də qoşuluram.--Vago 14:49, 17 noyabr 2010 (UTC)
DQR
Salamlar Fikirim DQR Dağlıq Qarabağ Respublikası (Separatçı rejimi) haqqında məqalə yaratmağdı bütün vikilərdə mövcüd olan məqaləni eləcdə düşmanı daha yaxından tanımağın ziyanından çox xeyri var.Fikirinizi bilmək istərdim --RamireZ 19:16, 20 noyabr 2010 (UTC)
- Hörmətli istifadəçi. İstədiyiniz məqaləni yaratmaqda azadsınız. Yaradın. Onusda məqalə haqda rəy onun müzakirə səhifəsində veriləcək və istənilən şəxs onu redaktə etməyi bacaracaq. İrəli. --Proger danış 21:01, 20 noyabr 2010 (UTC)
Xarici Adlarla Bağlı Çətinliklər
Salam.Mən ən çox xarici adları tərcümə edib Azərbaycan dilinə uyğunlaşdırmaqda çətinlik çekirəm.Olar ki mən xarici adları ingiliscə yazım?--My World 17:14, 21 noyabr 2010 (UTC)
- Dilimizin qanunlarına (yazılım) uyğun deyil. Çətin nə var ki? Necə tələffüz olunursa azərbaycanca elə də yazılır. --Proger danış 17:20, 21 noyabr 2010 (UTC)
Sizə bəlkədə çətin gəlmir amma mənə çətindir.İnternetdə də nə qədər axtarıram heç bir şey tapa bilmirəm.Düz əməlli bir saytımız var ki?--My World 17:24, 21 noyabr 2010 (UTC)
- Sizi anlamıram... Ümümdünya adların azərbaycanca qarşılığı saytını yaratmalıyıq? Saytımız var mı dedikdə nəyi nəzərdə tutursunuz? Məsələn "Michael" azərbaycanca "Maykldır". Tələffüz necədir azərbaycanca da elədir. Problem nədədir? --Proger danış 17:30, 21 noyabr 2010 (UTC)
Mən sizə demirəm ki sayt yaradın.Mən sadəcə bizim internet məkanındakı ümumi problemlərə görə elə dedim.Məsələn bir problemlə bağlı öz dilimizdə axtardığın heçbir şeyi tapa bilmirsən.--My World 17:42, 21 noyabr 2010 (UTC)
Dostumuz My World. Məsləhətim budur ki, bildiyiniz və ya düşündüyünüz kimi yazın. Təki Siz nəsə yaradın. Nəsə düz olmazsa, kimə rast gələrsə o da düzəliş edər. Cəsarətli olun, axı bura azad ensiklopediyadır. İstənilən material kollektiv süzgəcdən keçərək təkmil formasını alacaq.--Acategory 18:12, 21 noyabr 2010 (UTC)
Təşəkkür edirəm Acategory məndə elə etmək istədim amma sizin kimi böyüklərdən cəsarət almaq üçün burda müzakirə etmək qərarına gəldim.Əlbəttə ilk növbədə çalışacaq öz dilimizdə olsun. --My World 18:30, 21 noyabr 2010 (UTC)
Etiraz aksiyası
Hesab edirəm ki metanın qərar çıxarıb çıxarmayacağını gözləməyə ehtiyac yoxdur. Gedən müzakirələri analiz edərək öz adımdan deyə bilərəm ki, əks tədbir görülməsə nəticəsi olmayacaq. Və mən bu ikili standarta qarşı etirazımı bildirərək özüm bütün məsuliyyəti öz üzərimə götürərək xəritə və logonu dəyişmək qərarına gəlmişəm. Maximum: onlar özlərinkini siləcəklər biz də özmüzunkini. ya da iksi də qalacaq. Vəssalam. Kim mənə dəstək olmaq itəyirsə buyurub imza ata bilər. Hörmətlə.--MrArifnajafov 19:46, 21 noyabr 2010 (UTC)
- Qarşı, qarşı və yenə də qarşı! Məsələ dərindir.. Burada məsuliyyət məsələsi ümumidir. Tək ola bilməz. Bunu gərək Siz META-da elan edəsiniz. Ən azından qlobal viki-cəmiyyətin bir hissəsi anlasın ki, bəs inzibatçı götürüb dəyişir biz istifadəçilər də "undo" etsək belə qaytarır. Ancaq mən elana da qarşıyam, bu cür etiraz formasına da. Reallığı və haqqı yalnız dığalar danır. Biz bunu etməməliyik! Qoy bar-bar onlar olsun, qoy haqsız onlar çıxsın, qoy hörmətsizlik onlar etsin. Biz isə qanunla, haqqla qələbə qazanaq. Bilirsiniz mi, unutmaq olmaz ki, Dağlıq Qarabağ mübahisəli region olsa da Zəngəzur deyildir. Zəngəzurun ermənilərə keçməyi tarixi reallıqdır və biz burada erməninin hərəkətini etməklə bir şey qazanmayacağıq. META-da məsələ bitməmiş bu cür addım atmaq çox və çox pisdir. Burada məsuliyyət yalnız hörmətli həkimimizin deyildir, burada məsuliyyət bütün Azərbaycan Vikipediyası cəmiyyətinin boynuna düşür. Mən də torpağımı, Vətənimi, millətimi, tariximi, soyumu, kökümü, varlığımı heç də həkimdən az sevmirəm. Hələ kimin çox sevdiyi belə mübahisəlidir ;). Ancaq hesab edirəm ki, bu cür yollarla, dığanın hərəkətini təkrarlayaraq yaxşı ada sahib olmayacağıq. Qoy bizim vikiyə girib bu cür şeylərin olmadığını görsünlər, görsünlər ki, biz onlar kimi saxtakar deyilik. Bizim anlımız açıq və təmiz olmalıdır. Qanunla, haqqla. Həmkarlarımı böük və yanlış addım atmaqdan çəkindirirəm! META-da ölüm-dirimlə bu məsələni xeyrimizə həll etməliyik. SÜBUT ETMƏLİYİK ÖZÜMÜZÜ! Bəsdir artıq daxilə hesablanmış təbliğatdan.. Gücümüzü qlobal müstəvidə sübut etməliyik, göstərməliyik. Yaşasın haqq, yaşasın ədalət, yaşasın bütöv Azərbaycan! --Proger danış 20:41, 21 noyabr 2010 (UTC)
Mənim etdiyim əlavələr dəyişdiriləcəksə mən həm idarəçi və hən də istfadəçi səlahiyyətlərimi yerə qoyaraq az wikini tərk edirəm. Belə çıxır ki mənimki bura qədər imiş. Hörmətlə.--MrArifnajafov 21:58, 21 noyabr 2010 (UTC)
- Çox xahiş edirəm belə kəskin mövqe qoymayaq, belə şeylərə görə fəaliyyətdən getmək heç nəyi həll etmir. Bunun üçün gedənlərin də çoxu bunun səhv olduğunu başa düşüb qayıdıblar. Mən həmin məqalədə o xəritələrin yerləşdirilməsinə qarşı deyiləm, hətta indiki vəziyyətdə bunu dəstəkləyirəm də amma hörmətli həkimdən də xahiş edirəm bir az soyuqqanlı yanaşaq, hər şey konsensusla olur, gəlin danışaq, görək ümumi vikipediyaçıların rəyi nə yöndədir. --TimBitsتِمبِتس 00:51, 22 noyabr 2010 (UTC)
- Belə çıxır ki başqaları üçün bu problem rus demişkən do lampoçki.--MrArifnajafov 14:01, 22 noyabr 2010 (UTC)
Hörmətli həkim, nə üçün bu cür sərt reaksiya? Yəni Mən Sizi təhqir etmədim, acılmadım. Sadəcə bu cür etiraz formasına qarşı çıxdım. Siz də analoji olaraq Mənə qarşısınız. Onda mənim də redaktələrim geri qaytarılacaqsa, azvikini tərk etməliyəm? Əgər qarşı çıxmağım bu qədər sərt formada olubsa üzr istəyirəm. Ancaq mənə elə gəlir bu adi çağırış idi... Buna görə bu cür reaksiya vermək dəyər mi? İstənilən halda mən bu məsələ ilə bağlı mövqeyimi hələ keçən dəfə, META-ya iş çıxmamışdan əvvəl bildirmişdim. --Proger danış 01:05, 22 noyabr 2010 (UTC)
- Əziz dost və həmkarım siz məni düzgün başa düşməmisiniz. Heç kimə qarşı nə kinim var nə də iradım. Əksinə hamıya böyük hörmət və rəğbətim var. Mən bu meta oyunbazlığına və bizi uşaq yerinə qoymasına dözə bilmirəm. Artıq yetər biz daha cörəyi qulağımıza yemirik. Bəlkəm mən böyük bir səhv edirəm, amma mən öz payıma etirazımı bildirdim. Kim istəyir dəstəkləsin kim də istəmir dəstəkləməsin. Mən bunu şəxsi mənafeyim üçün etməmişəm. Sıralarımızda məndən də layiqliləri var və bəlkə də onların mübarizə üslubları daha məğbuldur. Kollektiv mənim yanlış olduğumu hesab edərsə, mən dərhal az vikini tərk etməyə hazıram. Çox xahiş edirəm bunu bir ultimatum kimi qəbul etməyin. Hörmətlə.--MrArifnajafov 02:08, 22 noyabr 2010 (UTC)
- Hörmətli MrArifnajafov. Məncə təklif etdiyiniz variant AzViki üçün də problem yaradacaq və əvvəllərdə də qeyd olunduğu kimi, Erməni vikipediyasının o dərəcədə şöhrəti yoxdur ki, onların hesabına özümüzə qarşı da müəyyən "sanksiyalar" tətbiq etdirək.
- Əgər onlar sildikdən sonra biz də onların acığına əlavə edəcəyimiz biş şeyi siləcəyimizi qabaqcadan elan ediriksə, demək öncədən yanlış iş görəcəyimiz bizə bəlli olur. Bizim onlara Metada qaldırdığımız iddia Vikipediyanın tərəfsiz olması üzündəndir. Bizə də agahdır ki haqsız tərəf onlardır. Müzakirələr normal keçərsə, demək olar ki, əksər dövlətin heç olmasa sözdə və sənədlərdə qəbul etdiyi, lakin bərpasına göz yumduğu Azərbaycan Respublikasının ərazi bütövlüyünə təcavüz etdiklərini onlara sübüt etmək o qədər də çətin deyil. Biz haqq yolumuzda yürüyək. Haqq nizamlı olarsa, batil onun qarşısında sona qədər duruş gətirə bilməz və düşünürəm ki. bizim məğlubiyyətimiz haqq ola-ola pərakəndə düşməyimiz üzündəndir.
- P.S.: Puç iddialar dənizdə köpük kimidir, onlar aradan gedir, lakin dəniz dənizliyində qalır. Özümüzü köpüyə çevirməmək ümidi ilə, --Vago 07:14, 22 noyabr 2010 (UTC)
- Əziz dost və həmkarım siz məni düzgün başa düşməmisiniz. Heç kimə qarşı nə kinim var nə də iradım. Əksinə hamıya böyük hörmət və rəğbətim var. Mən bu meta oyunbazlığına və bizi uşaq yerinə qoymasına dözə bilmirəm. Artıq yetər biz daha cörəyi qulağımıza yemirik. Bəlkəm mən böyük bir səhv edirəm, amma mən öz payıma etirazımı bildirdim. Kim istəyir dəstəkləsin kim də istəmir dəstəkləməsin. Mən bunu şəxsi mənafeyim üçün etməmişəm. Sıralarımızda məndən də layiqliləri var və bəlkə də onların mübarizə üslubları daha məğbuldur. Kollektiv mənim yanlış olduğumu hesab edərsə, mən dərhal az vikini tərk etməyə hazıram. Çox xahiş edirəm bunu bir ultimatum kimi qəbul etməyin. Hörmətlə.--MrArifnajafov 02:08, 22 noyabr 2010 (UTC)
Polemika mövzusu ancaq dostlarımız MrArifnajafov və Proger-ə aid olmadığından mən də münasibət bildirmək istəyirəm :
- Dostumuz MrArifnajafov-un həm idarəçiliyinə, həm istifadəçi ( niyə bu status istifadəçi adlanır, axı bizlər məqalə yaradırıq. Deməli bu statusda olanlar ya müəllif, ya fəal iştirakçı, ya da redaktor, ya da müəllif-redaktor adlanmalıdırlar ) fəaliyyətinə həmişə ciddi ehtiyacımız var. Onun Azərbaycan Vikipediyasında yaradıcılığı hamımızı sevindirir.
- META-nın səlahiyyətinin nədən ibarət olmasından çoxlarımızın xəbəri yoxdur. Çox istərdim ki, məlumatı olnlar kənd meydanında bu barədə bir maarifləndirici material yerləşdirsinlər.
- Erməni Vikipediyasında Azərbaycanla babağlı materialda ərazimisin yarımçıq göstərilməsi göstərir ki, META elə də güclü struktur deyilmiş.
- Vikipediya ensiklopediya olsa da dünyada ciddi elmi mənbə sayılmır. Hətta bunula bağlı Böyük Britaniya parlamenti bir mübahisədən sonra bir qərar da qəbul etmişdi.
- Vikipediyanın özəlliklərindən biri budur ki, burada improvizasiyalar etmək mümükündür. Ermənilər dı bundan istifadə edirlər ( bizim xəritə ilə bağlı nümunə).
- Ermənistan xəritəsinin Zəngəzursuz göstərmək barədə MrArifnajafov-un təklifini iki əlli dəstəkləyirəm, ancaq Ermənistan məqaləsində hər iki xəritəni göstərmək və müvafiq izahat vermək məqsədəuyğyn olardı. Uzaqbaşı sonradan situasiyaya uyğun hərəkət etmək olar.
- Ermənilərə cavab olaraq yaratdığımız loqonu Ermənistan ərzisi ilə bağlı məqalələrdə mütləq yerləşdirmək lazımdır. Bunu bizə heç kim qadağa edə bilməz, tarix bizim tərəfimizdədir.
- Müşahidələr və tədqiqatlar göstərir ki, ermənilərin və onların diasporlarının güclü və hər çeyə qadir fikiri sadəcə olaraq şişirdilmiş mifdir. Özlərinin Vikiləri zəif və yarımçıqdır, digər vikilərdə fəllığı isə bimkilərdən heç də güclü deyil. Rus Vikisində 400-ə yaxın seçilmiş məqalənin cəmisi ikisi erməilərə, ikisi isə azərbaycanlılara aiddir.
- Məsələ barəsində uzun-uzadı polemika açmağın tərəfdarı deyiləm. Hiss edirəm ki, ermənilərdən kimlərsə Azərbaycan dilini əla bilir və bizim polemikaları diqqətlə izləyirlər. Bizim uzun müzakirələrimiz onlarda ciddi tərəddüdlərimiz barədə fikir formalaşdırır. Belədə onlar "yarımçıq xəritə" prinsiplərində daha qətiyyətli olurlar.
- Rəqibimiz bizə qarçı aqressivdir, çevikdir və istənilən məsələni öz xeyrinə istifadə etməyə çalışır. Bu istiqamətdə istənilən çirkin priyomdan istifadə də edə bilər. Ancaq bizlər də zəif deyilik və ermənilərdən fərli olaraq biz ancaq faktlara və elmə söykənirik.
- Məsələ barəsində düşündüklərim bunlardan ibarətdir. Qəbul edirəm ki, onlar subyektivdir. Hamıya hörmətlə --Acategory 08:02, 22 noyabr 2010 (UTC)
- Çox-çox hörmət bəslədiyim, dəyərli həmkarımız MrArifnajafov. Bilirəm haqsızlığa dözmək olduqca çətindir. Ancaq biz sizinlə birlikdə, sizin kimi idarəçi və istifadəçilərlə birlikdə mübarizəni sona qədər aparmalıyıq. Yuxarıda həmkarlarımız çox gözəl fikirlər söyləmiş və onları mən də dəstəkləyirəm. Azərbaycan Vikipediyasının sizlərə çox ehtiyacı var. Əksinə biz sıralarımızı möhkəmləndirməliyik və mübarizəni davam etdirməliyik.--Sultan11 09:24, 22 noyabr 2010 (UTC)
Mən başa düşmürəm, bura BMT-nin iclas salonu deyil ki, Beynəlxalq Hüquq normalarından və prinsiplərindən dəm vuraq. Sadəcə biz ermənilər tərəfindən edilən saxtakarlığa haqlı olaraq cavab veriririk. Arif Nəcəfov düzgün yol seçib. İndidən niyə gözünüzü qorxudursunuz ki, gələcəkdə problem çıxacaq. Axı, haqlı olan bizik, haqsız olan erməni. Tam dəstəkləyirəm! — Bu imzasız yazı Vusal1981 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Gücümüz elə budur. --Proger danış 11:59, 22 noyabr 2010 (UTC)
- budur Bu o deməkdir ki gedin başınıza özünüz çarə qılın.
- Oxuyun və nəticə çıxarın. Və mənə də yerimi göstərin. ya qalım ya da gedim. Mən hesab edirəm ki ən yaxşı müdafiyə hücumdur. Yəni ən pis variant əvvəlki mövqeyə qayıtmış oluruq, ən yaxşı variant isə bir qədər də irəliləmiş oluruq. Qoy onlar şikayətçi olsunlar biz yox. Onlar özlərini yorsunlar biz yox. Mənim mövqeyim budur.
- Ab heute das ist eine Protestform gegen armenische Verfälschung. Ordnung muss sein, oder jeder macht was er will.MrArifnajafov 22:56, 21 November 2010 (UTC)
Tərcümə: Bü gündən etibarən bu erməni saxtakarlışına qarşı etiraz aksizasıdır. Qayda.qanun olmasa kim nə istəsə edəcəkdir. imza
- No, i've reverted that. It's not very helpful. Really. Seb az86556 23:57, 21 November 2010 (UTC)
--MrArifnajafov 13:35, 22 noyabr 2010 (UTC)
tərcümə:Yox siz bunu etməyin, bunun köməyi olmayacaq. imza.
Bu arada o mənim redaktəmi geri qaytarır.
- Why did you not revert armenian fake?--PPerviz 00:18, 22 November 2010 (UTC)
Pərviz soruşur: tərcümə: niyə bəs onlarınkini geri qaytarmırsınız
- Because that's what we're talking about. You don't make it better by adding more crap from the other side. Seb az86556 00:21, 22 November 2010 (UTC)
- Because that's what we're talking about. You don't make it better by adding more crap from the other side. Seb az86556 00:21, 22 November 2010 (UTC)
tərcümə: Çünki biz bu barədə söhbət edirik. Siz də onlar kimi heçnə yaxşı bir şey etmirsiniz. imza
- Können Sie uns eine Garantie geben, dass die andere Seite vernüftig wird.
- Can you give us a guarantee that the other side is very sensible
.MrArifnajafov 00:50, 22 November 2010 (UTC)
Tərcümə: Bizə bir zəmanət verə bilərsinizmi ki, onlarda həssas olacaqlar. imza
- No, I cannot give you a guarantee. (by the way, can you settle on English or German?) Seb az86556 00:53, 22 November 2010 (UTC)
- No, I cannot give you a guarantee. (by the way, can you settle on English or German?) Seb az86556 00:53, 22 November 2010 (UTC)
Tərcümə:Yox, mən sizə heç bir qaranti vermirəm. (siz ya almanca ya da ingiliscə yazın) imza
- Dann kann ich auch keine Garantie geben.MrArifnajafov
Tərcümə onda mən də sizə qaranti verə bilmərəm.
- Hm. Then what you're saying is: In addition to this, we will then have to start another discussion on what Azeri wikipedia is doing? That only makes it more complicated. You came here for help, no? If you start doing the same things they are doing at Armenian wikipedia, then I'm afraid you cannot be helped. Seb az86556 01:04, 22 November 2010 (UTC)
Məzmun: Onda biz sizə qarşı müzakirələrə başlayarıq. Siz bizdən kımək istəyirsiniz elədirmi, Siz də onlar kimi etsəniz heçnə alınmayacaq.
- I see you have reverted and locked the article. This conversation is over. You cannot be helped. Seb az86556 01:13, 22 November 2010 (UTC)
- I see you have reverted and locked the article. This conversation is over. You cannot be helped. Seb az86556 01:13, 22 November 2010 (UTC)
tərcümə: Mən görürəm siz məqaləni bloklamısınız. Məsələ bitdi. Heç nəyə nail olmayacaqsınız. }}
- Das ist Ihre Sache. Und Sie sollten mit armenische Seite so reden nich mit uns. Wenn Sie keine Garantie geben können was sollen wir von Ihnen warten? Gar nichts!MrArifnajafov91.213.20.1 01:17, 22 November 2010 (UTC)
--MrArifnajafov 13:35, 22 noyabr 2010 (UTC)
imza:Bi sizin işinizdir. Siz gərək erməni tərəfi ilə bu tonla danışasınız bizimlə yox. Əgər siz bizi əmin edə bilmirsinizsə sizdən nə gözləmək olar.imza.--MrArifnajafov 13:35, 22 noyabr 2010 (UTC)
Bəs nəyə görə yalnız bu adam yazır? META-da bu mövzuda başqa adamları cəlb etmək olmazdı mı? --Proger danış 13:59, 22 noyabr 2010 (UTC)
- Belə çıxır ki başqaları üçün bu problem rus demişkən do lampoçki.--MrArifnajafov 14:02, 22 noyabr 2010 (UTC)
- Həkimin addımını dəstəkləyirəm, nəinki Zəngəzur, İrəvan da mübahisəli ərazidir. Çünki həmin şəhər və ətrafındakı ərazini (mahal) 1918 - ci ildə AXC Ermənistan Respublikasına güzəştə gedərkən bağlanan müqavilədə ərazinin 97 illik bir müddətə verilməsi qeyd olunub. Erməni tərəfi isə (Daşnaksütyun) öhdəsinə götürüb ki, Zəngəzur və Qarabağa olan iddialarından əl çəkəcəklər və əgər hansısa iddia irəli sürsələr müqavilənin şərtləri pozulmuş hesab edilsin və 97 il tamam edilməmiş ərazi qaytarılsın. Unutmayaq ki, Azərbaycan Respublikası AXCnin hüquqi varisidir. Məncə bizim belə bir xəritə və iddia ilə çıxış etməmiz (*hər nə qədər biz bunu etməsək də) daha doğrudur və hüquqi bazası olan bir əməldir. --sefer azeri 18:19, 22 noyabr 2010 (UTC)
- Məsələ də elə ondadır ki, ilk növbədə bu cür sənədi, onun məzmununu və ümumiyyətlə sənədin iki tərəfi birləşdiyini Vikipediyada sübut etmək lazımdır. Sonra başlamaq lazımdır.. Biz bütün bunları bilirik. Daxili təbliğatı xaricə ötürsək daha faydalı olar. --Proger danış 14:35, 22 noyabr 2010 (UTC)
- Bunun üçün sizə maneə yaratmırıq biz, buyurun. Biz sadəcə ermənilərin atdığı addıma adekvat addımla cavab veririrk. Məncə bunlar bir-birinə təsir göstərən məsələlər deyil. --sefer azeri 19:08, 22 noyabr 2010 (UTC)
- Mən maneə yaradıram? Bu nə siz, biz məsələlərdir e? Məqsəd və hədəf lənət şeytana eynidir! Sadəcə etiraz formalarına baxış fərqlidir.. Onusda azlıqda qalmışam və xəritə də dəyişdirilib. Mən fikrimi bildirmişəm, bu məsələni META-da həll etmək lazım idi. Bütün instansiyaları ayağa qaldırmaq lazım idi. Eyni hərəkəti etdik. Heyif ingiliscə lazımı dərəcədə bilmirəm. --Proger danış 15:13, 22 noyabr 2010 (UTC)
- Salam. Burda öz aramızda mübahisələrə vaxt itirmək lazım deyil. Bu səbəbdən də yuxarıda yazılanları oxusam da üzr istəyərək bunlar barədə çox yazmayacam. İndiki məqamda bundan sonra nə etməli olduğumuzu danışaq. Mən bunları təklif edirəm: Hər şeydən əvvəl Ermənistan məqaləsi redaktələrə açılsın. Hazırki xəritələr məncə qala bilər amma səhifənin mühafizədə olması bizim mövqeyimizi xeyli zəiflədir, dilimizi də gödək edir, mən Metada müzakirələrin bağlanmasına etiraz etmək istədim amma nə qədər fikirləşsəm də necə yanaşacağımı bilmədim. Mübahisənin tərəfi olan idarəçinin başqa istifadəçilərin redaktəsinə mane olmaq üçün səhifəni mühafizə etməsi düzgün deyil. Əgər mühafizəyə ehtiyac varsa bu barədə digər idarəçilərə müraciət edilsin. Yoxsa biz orda bir yığın söz yazmışdıq ki, erməni idarəçilər səlahiyyətlərini aşır, arqumenti də bunun ətrafında qurmuşduq. İndi ermənilər bundan dərs götürüb, dünən mənə xəbərdarlıq və ya blok əvəzinə adam kimi öz mövqelərini başa salmağa çalışdı, düzdü mövqelərində başa salmalı bir şey olmasa da. Bunun əvəzində isə biz onların etdiyinin eynisini elədik, Metada müzakirələrin lüzum qalmadığı üçün bağlanmasına səbəb olduq. Mən ordakıların ermənipərəst və s. olduğunu demirəm, sadəcə heç kim başını belə kiçik layihələr üçün ağrıtmaq istəmir, biz əllərinə səbəb verdik, o da istifadə elədi. İndi təzədən redaktəni geri qaytarmaq məncə düzgün olmaz, üçüncü tərəflərlə qarşıdurmaya getmək lazım deyil. Çünki biz belə etməzdən əvvəl həmin adam bir şey eləməsə də bizim arqumentlərlə razı idi. Biz sadəcə daha yuxarı pillələrə, məsələn Cimmi Ueylsin özünə və ya Vikimediya administrasiyasına müraciət etməyə hazırlışmalıydıq. Əvəzində isə bir addım dala düşdük, çünki indi gərək yeni müzakirə açılsın. Yeni müzakirə üçün də gərək ortada əsas olsun. Bunun üçün də mən xahiş edirəm bütün istifadəçilərdən, nə qədər çox olsa bir o qədər yaxşı, gedib dünən mənim etdiyim kimi erməni vikipediyasında məqaləyə dəyişiklik etsinlər, sonra da bu barədə yaranan müzakirələrdə öz mövqelərini məntiqli şəkildə, arqumentlərlərlə, ən əsası da ermənicə vikipediya layihəsinin bir üzvü qismində, ortaya qoysunlar. Müzakirələr nə qədər geniş olarsa, əks tərəfdən nə qədər çox səs eşidilərsə onda onların "bizim cəmiyyət belə istəyir" demək haqları olmaz. Yəni ki, redaktələr etməklə, müzakirələrdə iştirak elməklə biz o cəmiyyətin üzvü olacaq və daha çox həmin layihədə mövqeyimizi ortaya qoymaq haqqımız olacaq, nəinki Metada kənar adam kimi şikayət eləmək. Bu müzakirələrdən sonra əsas yaranarsa, ümid eliyək buna ehtiyac qalmaz, onda Metada yeni məsələ qaldırmaq olar. --TimBitsتِمبِتس 16:04, 22 noyabr 2010 (UTC)
- Mən maneə yaradıram? Bu nə siz, biz məsələlərdir e? Məqsəd və hədəf lənət şeytana eynidir! Sadəcə etiraz formalarına baxış fərqlidir.. Onusda azlıqda qalmışam və xəritə də dəyişdirilib. Mən fikrimi bildirmişəm, bu məsələni META-da həll etmək lazım idi. Bütün instansiyaları ayağa qaldırmaq lazım idi. Eyni hərəkəti etdik. Heyif ingiliscə lazımı dərəcədə bilmirəm. --Proger danış 15:13, 22 noyabr 2010 (UTC)
- Son 1-2 gündə AzVikidə atılan addımlar bizim ziyanımıza oldu.
Ermənilər hələ Qarabağda 1 metr torpaq işğal etməmişdən Yerevanda mitinqlər keçirirdilər, Qarabağın erməni torpağı olduğunu deyirdilər. Bu keçən əsrin 80-ci illərinin sonlarında olan məsələdir. O vaxt hələ Bakıda mitinqlər başlamamışdı. O vaxt, yəni Bakıda mitinqlər başlamamışdan əvvəl ermənilərin Yerevandakı mitinqləri çox sönük keçib. Bakıda Qarabağ məsələsi ilə bağlı ilk mitinq keçirilən gün İrəvanda ermənilərin mitinqində elan olunub: "Bu gün Bakıda Qarabağla bağlı ilk mitinq keçirilmişdir!". O mitinqə toplaşan ermənilər buna sizcə necə reaksiya veriblər? Hər yerdən "Urraaaa" səsləri ucalıb. Yəni ki, artıq azərbaycanlılarla eyni müstəviyə düşdük. Bu təxminən ona oxşayır ki, bir oğru sənin evinə girib və mənzilinin 1 otağında oturub qışqırır ki, "bura mənimdir". Belə olan halda ən düzgün addım vurub oğrunun başını əzib onu otaqdan bayıra atmaq olardı. Amma sən mənzilinin o biri otaqlarında başlayırsan qışqırmağa "Yox, bu mənim mənzilimin otağıdır!". Bunun da nəticələrini gördük - nəinki Dağlıq Qarabağı, hətta ətraf rayonları da işğal etdilər.
İndi burda, erməni vikipediyasındakı özbaşnalıqla bağlı məsələdə haqq bizim tərəfimizdədir. Müzakirələr də normal axarla gedirdi. Birdən birə belə kəskin dönüş edib ermənilərin səviyyəsinə düşmək nəyə lazım idi ki? Bu ermənilərə sərf edir. Yəni bunu görmək elə çətin bir məsələdir? Mümkün qədər ağılla, ayıq başla, hisslərə qapılmadan fəaliyyət göstərmək lazımdır.
Bu yazdıqlarımdan xahiş edirəm heç kim inciməsin. Mənim burdakı bütün fəal istifadəçilərə, o cümlədən idarəçimiz MrArifnajafov-a böyük hörmətim var. Sadəcə bir daha xahiş edirəm ki, belə məsələlərdə tələsik qərarlar qəbul olunmasın. Nəysə son vaxtlar elə içi mən qarışıq idarəçilərimiz yaman hövsələsiz olublar. Hörmətlə: --Sortilegus 17:24, 22 noyabr 2010 (UTC)
- Müzakirədə iştirak edənlərin hamısı haqqlıdır. Yəni hamı Azərbaycanın hüquqlarının təmin olunmasını və ermənilərin çirkin əmməllərindən əl şəkmələrini tələb edir. Amma hər birimiz də başa düşürük ki, Vikipediyanın bütün dil bölmələrində bu mümkün deyil. Metaya gəlincə, oradakıların əsas məqsədi metada idarəçi statuslarını qoruyub saxlamaqdır, bundan ötrü onlar heç kimlə, ilk növbədə isə ermənilərlə konfliktə girmək istəmirlər. Onlarla mübahisə etmək boş vaxt itkisidir. Əksinə son zamanlar mən hiss edirəm ki, az-viki nəzarət altındadır...
- Doktorun və ya başqa bir fəal istifadəçinin Vikipediyanı tərk etməsi isə yalnız erməniləri və onların tərəfdarlarını sevindirər. Çalışmaq lazımdır ki, düşmənlərimiz sevinməsin, əksinə... Bunun üçün az-vikinin çox böyük imkanları var.... --Irada 19:14, 22 noyabr 2010 (UTC)
--MrArifnajafov 08:26, 23 noyabr 2010 (UTC)
- Dəyərli həmkarlar, meta müzakirələrinə bel bağlamağa görə bəlkəm də kimsə haqlıdır. Bəzi şeylərə diqqətinizi çəkmək istərdim. Metanın wikilərarası mübahisələri həll etmək mexanizminə malik deyildir. Meta yalnız yersiz bloklanma işinə müdaxilə mexanizminə malikdir. On görə də oturub nəyinsə dəyişdiriləcəyinə ümid bağlamaq sadəlövlükdən başqa bir şey olmazdı. Amma biz alternativ addımlar atmaqla bizim keçirdiyimiz hissləri qonşularımıza da keçirtdirə bilərik. Nəyi isə geri qaytarmaq üçün onun müqabilində alternativ variant təklif etmək lazımdır. Başqa cür mümkün deyil. Təklif:
1. xəritə və logonun standart forması (bir neçə variantdan ən məğbul və dəqiqləri seçilməklə) müəyyən edilsin. Onu təsdiqləyən mətn və mənbə göstərməklə commosa yüklənsin. 2. Bu fayllar geniş şəkildə mövcud müvafiq məqalələrə tətbiq edilsin və məqalələr müvafiq ədəbiyyatlarla və sitatlarla əsaslandırılsın. Nəticə etibarı ilə mükəmməl alternativ variant yaradılmış olunacaqdır.
P.S.Well... I guess. Seb az86556 04:53, 8 November 2010 (UTC) Osetin Abxaziya məqalələrini misal gətirərək bunun mümkünlüyünü söylüyür.--MrArifnajafov 08:24, 23 noyabr 2010 (UTC)
Abxaziya kimi Qondarma DQR-in də kateqoriyası və müvafiq şəkillər commonsda və digər vikilərdə var. Amma mən inanmıram ki, bizim daxil etdiyimiz şəkillər orada qalacaq. Hər halda yaşayarıq - görərik... Digər bir təklifim erməni xislətini - erməni terrorizmini, saxtakarlığını, separatizmini ifşa edən məqalələrin sayını artırmalıyıq, həm burada, həm də digər dillərdəki vikilərdə. Məsələn, bir erməni Ukrayna Vikipediyasında Azərbaycanla bağlı bütün məqalələri pis günə qoyub. Türk vikisində bir erməni Azərbaycanlılara imkan vermir ki, ölkəmizlə bağlı məqalələrdə dəyişiklik etsinlər - mövzu ilə bağlı bütün məqalələri nəzarətdə saxlayır. Ru-vikidən heç danışmağa dəyməz :( Bax onlarla mübarizə etmək lazımdır...--Irada 09:48, 23 noyabr 2010 (UTC)
- Görürsünüz ki dərəbəylikdir. Biz də ədalət axtarırıq. O, ancaq "yumruqdadır". İdeal heçnə yoxdur.--MrArifnajafov 13:22, 23 noyabr 2010 (UTC)
İdeal Vikipediya
Gəlin öz Vikimizi ideallaşdıraq. İdeal bizdə olacaq. Və bu təsir vasitəsi kimi kifayət edəcək. Əgər reytinqdə 1-ci olsaq, əgər separatçıların nəzarətində olan torpaqlarımız haqqında yüksək səviyyəli portallar yaratsaq, əgər aramızdakı problemləri 100% həll etsək... Biz ideal olacağıq. Gəlin ideal Vikicəmiyyəti AzVikidə quraq. O zaman görəcəksiniz ki, hayların başının üstünü qara buludlar alıb. Və bu qara buludlar bizik. O zaman Bizi heç kim durduramaz! --Cekli829 17:31, 23 noyabr 2010 (Azərbaycan vaxtı ilə)
Cekli, Allah sizə kömək olsun! Nə yaxşı dediniz :) Mən sizinlə tam razıyam --Irada 10:10, 24 noyabr 2010 (UTC)
- Amma mən realistəm, utopist yox. ZARAFAT!!!!--MrArifnajafov 10:58, 24 noyabr 2010 (UTC)
İstanbul'a Kömək Edin!
İSTANBUL'A KÖMƏK ET! Wikimania İstanbul 2012. Passiv qalma , SƏN DƏ QOŞUL
Emperyan»»danış 19:33, 18 noyabr 2010 (UTC)
- Eşq olsun! Qoşuluram ;). --Proger danış 19:34, 18 noyabr 2010 (UTC)
- İstanbul seçilsə biz böyük bir nümayəndə heyəti ilə Wikimania 2012-yə qatılacağıq:) Nə dəstək lazım olsa, inanıram azvikiçilər onu əsirgəməyəcəklər.--Sortilegus 21:44, 19 noyabr 2010 (UTC)
- Dəstəklər üçün təşəkkürlər. Cekli829'da layihəyə qatıldı. Birde edilən təqdimatlar, verildiyilər İngilis ilə birlikdə Azərbaycan dilində də olacaq. tr:Vikipedi:VikiProje Wikimania İstanbul/sunum/az səhifəsində davam edən tərcümə var. Əgər Türk dili bilirsinizsə tərcüməni kömək edin. Tərcümə edilən yerləri də nəzərdən keçirin yazım səhvi felan varmı deyə. Indidən təşəkkürlər. Yaxşı vikilər. Emperyan»»danış 10:45, 20 noyabr 2010 (UTC)
Mümkün olan hər şeyi etməyə çalışacağam. Güc birlikdədir! Və bu güc bizdə var! Metada da Wikimania 2012/Bids/İstanbul/az səhifəsini yaratdım. --Cekli829 15:02, 20 noyabr 2010 (Cek vaxtı ilə)
- Bəli çox yaxşı olmuş. Lakin ilk əvvəl təqdimat səhifələri Vikipediyada hazırlanacaq sonra Meta'ya keçiriləcək. Ondan ötəri yalnız tr:Vikipedi:VikiProje Wikimania İstanbul/sunum/az səhifəsində işə davam edək. Birde tr:Vikipedi:VikiProje Wikimania İstanbul 2012#Gönüllüler hissəsinə imzanızı buraxa bilərsiniz. Emperyan»»danış 11:19, 20 noyabr 2010 (UTC)
İdarəçi müraciəti
- 2011-ci ilə 50000 ilə!
- Azərbaycandilli Vikipediyada məqalə sayının artırılması ilə bağlı
- MÜRACİƏT
Xətrinizi Virtual Dünya qədər və hətta əksər hallarda Virtual Dünyadan da çox istədiyim əziz və hörmətli, dəyərli vikidaşlar! ("Vikidaşlar" kəlməsinin müəlliflik hüququ möhtərəm həmkarım Sortilegusa məxsusdur və ifadə müəlliflik hüquqları ilə qorunur:))
Əksəriyyətinizə artıq bəllidir ki, dünən - 22 noyabr 2010-cu il tarixində Azərbaycandilli Vikipediya üçün növbəti əlamətdar hadisə baş vermişdir. Vikipediyamızda 41000-ci məqalə yaradılmışdır. Lakin bu göstərici indiyə qədər qeydə alınmış göstəricilərdən ən yaxşısı olsa da, ana dilimizin və doğma vətənmizin potensial imkanlarından çox-çox aşağı olan göstəricidir. Reytinqdə 55-ci pillədə olmağımız buna bir sübutdur.
Mən hamınıza müraciət edərək, Sizləri 2010-cu ilin bu son 39 günündə maksimum səmərə və inadla yeni məqalələr, konkret olaraq ümumilikdə 9000 və daha artıq məqalə yaratmağa səsləyirəm:
- — Eheeey! Duyduk, duymadık deməyin! İşləyin, işləyin, işləyin!
- Hər şey VİKİPEDİYA üçün!
- Hər şey VƏTƏN üçün!
Dərin hörmətlə, imza: Özüm! Hələ qurtarmayıb sözüm! --Cekli829 9:34, 23 noyabr 2010 (Cek vaxtı ilə)
Film adları
Film adlarındakı böyük hərflərin kiçik hərflərlə əvəzlənməsindən sonra köhnə adların silinməsi düzgün deyil. Bəzi istifadəçilər yönləndirmə səhifələrinə qarşı çox dözümsüzdürlər. Sabah kimsə yaratdığı məqalədə bu filmin adını böyük hərflərlə yazmaq istəsə və bu hal idarəçilərin və aktiv istifadəçilərin nəzərindən qaçsa, onda qırmızı keçidlərin sayının artması üçün əsas yaratmış oluruq. Ümumiyyətlə, yönləndirmə səhifələrini adlandırmada orfoqrafik və ya stilistik səhv yoxdursa silməməyi təklif edirəm. Wertuose 06:43, 29 noyabr 2010 (UTC)
- Sizinlə həmfikirəm.-Vago 07:12, 29 noyabr 2010 (UTC)
Əgər yönləndirmə sıfırdırsa, o zaman silmək olar. Vüsalın fəaliyyəti çox yaxşıdır. Belə davam edərsə və mən də ona qoşularamsa, o zaman ən qısa vaxtda bütün adlar qaydasına düşəcəkdir. --Cekli829 11:24, 29 noyabr 2010 (Cek vaxtı ilə)
- Bu gün səhifəyə heç bir yönləndirmənin olmaması o demək deyil ki, sabah da olmayacaq. Mən gələcəyi nəzərə almağı təklif edirəm, yuxarıdakı postumda da bunu qeyd etmişəm. Həm də yalnız film adlarını nəzərdə tutmuram, sadəcə son zamanlar bu sahədə total addəyişmə getdiyi üçün onu başlıq kimi vermişəm. Bu fikri şablon adlarına da aid etmək olar. Üstəlik redirektlərin çox olması keyfiyyət göstəricisində də müsbət təsir edir. Wertuose 07:32, 29 noyabr 2010 (UTC)
Keyfiyyət göstəricisini artırmaq lazımdır. Amma belə yox. Bu həddindən artıq qarışıqlıq əmələ gətirə bilər. --Cekli829 11:36, 29 noyabr 2010 (Cek vaxtı ilə)
Cekli, mənə qoşulmaq fikrini alqışlayıram. Başqa həvəsli varsa, buyursun! :) Yoxsa tək nəfərlik iş deyil.
--Vüsal Ağayev 11:35, 29 noyabr 2010 (UTC)
- Qarışıqlıq yaradan konkret olaraq nədir? Əgər məqalə bir dənədirsə, ona keçidlərin çoxsaylı olması normaldır. Yönləndirmə səhifələrinin təyinatı da elə budur. Wertuose 15:16, 30 noyabr 2010 (UTC)