Vikipediya Kend Meydani Arxiv Oktyabr 2007 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Uğur
Az. viki 55-ci oldu
--Vusal1981 18:34, 6 Oktyabr 2007 (UTC)
- Çox yaxşı olupdu. İnşallah daha çox yol gedeceğiq--İğdirlisabri76müzakirə 14:31, 8 Oktyabr 2007 (UTC)
- Çox gözəl statistik göstəricilərimizin bu cür olması sevindiricidi, Vüsala xüsusi təşəkkürlər.
- Amma təəssüf ki, yaradılmış məqalələrin əksərində ilkin informasiya hədsiz azdır. Yəni bu cür məqalələrin silinməsini istəyən qüvvələr ola bilər (hökmən deyil ki, bu cürləri azvikidən çıxsın). Onda bütün zəhmətlər hədər gedə bilər. Heç olmazsa hər birisi haqqında 1-2 cümlə yazılıb şəkillər olsun. Uğurlar, bir daha Vüsala təşəkkürlər--A_M_D m-f 16:14, 8 Oktyabr 2007 (UTC)
- Təşəkkürlərə görə minnətdaram. Mən öz yaratdığım az məlumatlı səhifələrə cavabdeh olaraq deyə bilərəm ki, imkan daxilində çalışıram şəkillər yerləşdirim ki, gələcəkdə silinməsin. Filmoqrafiyanı da yazmağı düşünürəm. Söhbət 5600 nəfər kino şəxslərdən gedir. Əlbəttə silinsə çox pis olar. Ancaq mən təkəm bunların hamısı isə vaxt tələb edir. Yavaş-yavaş bütün səhifələr dolacaq.
--Vusal1981 20:23, 8 Oktyabr 2007 (UTC)
Az. viki 54-cü oldu
--Vusal1981 03:03, 22 Oktyabr 2007 (UTC)
- İnanıram ki daha da artacıyıq və mən de Türkiyə-nin kənd səhifələrini yaradmaya davam edirəm(Vüsal kimin arttırıram)-- İğdirlisabri76müzakirə 20:06, 22 Oktyabr 2007 (UTC)
Az. viki 53-cü oldu
Uğurun sirri
Az məlumatlı səhifələr (yalnız səhifənin adı) yaratmaqla bizim ensiklopediyanı zənginləşdirmək olar ki? Olarsa o işle məşğul olaq. Az Viki. olsun 45-ci, sonra 23-cü və axırda lider olaq. Mən elə bilirdim ensiklopediya bilgilər toplusudu. Hər yeni yaradılan səhifədə ən azı bir cümlə olsun heç olmasa!--Sortilegus 22:59, 23 Oktyabr 2007 (UTC)
- Hörmətli Sortilegus. Bu sən deyən kimi asan iş deyil. Ancaq ilk addımı mən atıram ki, sizin kimi istifadəçilər də bu boş səhifələri doldursun. Məsələn elə sən özün mənim yaratdığım şablondan istifadə edərək səhifələr düzəldirsən. Bəzən isə mənim yaratığım məlumatsız səhifələri sən dolurursan. Mənə də elə bu lazımdır. Bunları yazmaqla onu demək istəyirəm ki, vikipediya kömək prinsipi ilə inkişaf etməlidir. Yəni köməkləşərək ancaq irəliyə gedə bilərik. Onu da xatırladım ki, kino sahəsi elə bir sahədir ki cəmiyyətimizin bütün sahələrində işləyən şəxsləri əhatə edə bilər. Siyasətçisindən cinayətkarına, hətta əsrlər əvvəl yaşamış tarixi şəxsiyyətinə qədər. Eləcə də ədəbiyyat sahəsini. Ona görə şəxs barədə səhifə açanda bir axtarış elə ola bilsin artıq o şəxs barədə sən demişkən "boş" səhifə mövcuddr. Məsələn axtarış etmədən Aslan Qəhrəmanlı barədə yeni bir məqalə açmısan. Halbuki Aslan Qəhrəmanov adlı məlumatı az olan səhifə artıq mövcud idi. Nə isə onu düzəltdim. Ancan bundan sonra diqqətli ol. Yəni belə hallarda Redirect-dən istifadə etmək olar.
Vusal1981
Hörmətli Vüsal! Sizinlə razıyam - burda xeyli şablon var, amma Sizin şablon, məlumatı oxuyana qısa "giriş informasiyası" çatdırmaq üçün məncə, ən uyğun şablondu. Bu səbəbdən o şablondan istifadə edirəm. Buna görə Sizə xüsusi təşəkkürlər! Sizin yaratdığınız bəzi səhifələri mənim doldurmağıma gəlincə - bu təbidir. Mən əsasən "Azərbaycan ədəbiyyatı" kateqoriyasını zənginləşdirməklə məşğulam. Ədəbiyyatla kino bir-birinə bağlı sahədir. Bizdə əksər kino filmlərin ən azı ssenari müəllifi bizim yazıçı-şairlərimizdi. Ona görə səhifələrimiz "üst-üstə düşür". Ümumiyyətlə, Azərbaycan kinosu ilə bağlı burda yerləşdirdiyiniz məlumatları dəyərləndirirəm və Sizə bu işinizdə uğurlar arzulayıram. Sonuncu qeyd etdiyiniz məsələyə gəlincə - mən elə bir səhifə açmamışam. Sadəcə kateqoriyada o səhifə olub, silməmişəm - redaktə eləmişəm. Buradakı "Azərbaycan Ədəbiyyatı" kateqoriyası hələ mən istədiyimin və gördüyümün 1/1000-di. Belə görürəm ki, hardasa XX əsrin 50-ci illərinə qədərki Azərbaycan ədəbiyyatının gözəl bir ensiklopediyasını burada yaratmaq mümkün olacaq. Ondan sonra "Həsənsoxdu dəyirmanı"dı. Əsas işi tamamlayandan sonra o dəyirmanı "fırlatmağa" çalışacam.--Sortilegus 22:42, 24 Oktyabr 2007 (UTC)
- Hörmətli Sortilegus. Ədəbiyyat səhifələrini genişlətməklə mənə də kömək etmiş olursunuz. Elə götürək Aslan Qəhrəmanlını. Az əvvəl Səni axtarıram (film, 1981) tamaşasının məqaləsini hazırlardım. Siz bu şəxs barədə yazmasaydınız səhifə bəlkə də uzun müddət boş qalacaqdı. Sizdən də xahiş edirəm kinossenaristlərin də səhifələrinə bir əl gəzdirəsiniz. Bu işdə sizə uğurlar arzu edirəm, əsas odur ki, həvəsdən düşməyəsiniz. Bir daha uğurlar.
--Vusal1981 01:53, 25 Oktyabr 2007 (UTC)
Xahiş
Əziz istifadəçilər. Son vaxtlar vikipediyamızda əmələ gələn nisbi passivlik məni çox narahat edir. Fəal iştirakçıların sayı heç 10-a çatmır. Halbuki passivliyin aradan qalxması üçün kifayət qədər istifadəçimiz var. Ona görə sizin hamınıza müraciət edib deyirəm ki, heç olmasa həftədə 3 ədəd məqalə genişlədəsiniz. Belə olsa bizə batan olmaz, vallah batan olmaz. Hamınıza uğurlar. Ümidvaram ki, müraciətim havada qalmayacaq.
--Vusal1981 01:53, 25 Oktyabr 2007 (UTC)
- Bilmirəm içimdən gələn səsi necə bura yazım? offffffff, uhhh yoxsa nəsə...... Dəhşətli problemdir. Qeydiyyatdan 2000-dən çox istifadəçi keçib amma 40-a yaxın istifadəçi səhifəsi (son zamanlarlar arta bilər, birdə əksər aktiv istifadəçilərin istifadəçi səhifəsi olduğu üçün bunu aktiv istifadəçi göstəricisi hesab etmək olar) var. Bu isə haradasa 0,02% təşkil edir. Dəhşət --A_M_D m-f 13:06, 30 Oktyabr 2007 (UTC)
İdarəçilərə
"Mədəniyyət və İncəsənət" - "İdman"ı ayırın - yeni kateqoriya olsun. "İdman" nə mədəniyyətdi, nə də incəsənət. "Şer"i - "ƏDƏBİYYAT"ın, "Operanı" "MUSİQİ"nin içində "əridin". --Sortilegus 14:27, 25 Oktyabr 2007 (UTC)
P.S.Bilmək istəyirəm bu saytın əsas idarəçi(ləri)si kimdi? Görürəm ki bir "QARA ƏL" var.
Qeydlərimi nəzərə aldığınıza görə təşəkkürlər! Bir qeydim dı var - "MEMARLIQ" "Texnologiyadan"dan "Mədəniyyət və İncəsənət"ə köçürülsə və buradakı "ABİDƏ" "MEMARLIQ"ın içində "əridilsə" daha yaxşı olar --Sortilegus 22:20, 26 Oktyabr 2007 (UTC)
- Məncə burda Memarlıq elm kimi nəzərdə tutulur. Abidə isə mədəniyyətə də aid ola bilər memarlığa da. Bu mənim şəxsi fikrimdi. Hansısa kateqoriyanı bir üst kateqoriyaya daxil etmək üçün redaktə düyməsinə basıb altdan üst kateqeriyanı əlavə etmək kifəyətdir. Bunu bütün istifadəçilər edə bilər. İdarəçilərin siyahısını yuxarıdakı keçiddən görmək olar. --TimBitsتِمبِتس 23:24, 26 Oktyabr 2007 (UTC)
"Abidə" "MEMARLIQ"ın içində var. Sadəcə bu kateqoriyanı "Texnologiya"dan çıxarıb "Mədəniyyət və incəsənət"ə yerləşdirmək lazımdır. --Sortilegus 23:56, 26 Oktyabr 2007 (UTC)
Ana səhifədə "Coğrafiya" kateqoriyasına "MATERİKLƏR" də əlavə etmək olar. Ya da "QİTƏLƏR"i genişləndirib "MATERİKLƏR VƏ QİTƏLƏR" etmək lazımdı. Məsələn var "Şimali Amerika materiki" - "Cənubi Amerika materiki" və "Avrasiya materiki". Amma qitələrə bölünəndə "Amerika qitəsi" və "Avropa qitəsi" - "Asiya qitəsi".
"MEMARLIQ"la bağlı öz fikrimdə qalıram. "Mədəniyyət və İncəsənət" kateqoriyasında olması lazımdı. Hər halda "Texnologiya"da olması gülməlidi. Burda bir "Riyaziyyat, Elm" in içində "AMEA" (Azərbaycan Milli Elmlər Akademiyası) yaratmaq necə olar? Bizim akademiklərimiz haqda orda bütün məlumatlar toplansın. Hansı elmi təmsil etmələrindən asılı olmayaraq.--Sortilegus 20:39, 30 Oktyabr 2007 (UTC)
- Salam. Əslində istifadəçilər lazım bildikləri kateqoriyaları və ya məqalələri digər kateqoriyalara əlavə etməkdə sərbəstdirlər. Başqa istifadəçilər bu dəyişiklikləri lazımsız hesab etsə əlbətdə onlar da müəyyən düzəliş etməkdə azaddır. Sadəcə ana səhifədəki kateqeriyalar əsas səhifə daha həssas olduğu üçün qorunma altındadır. Əslində ordakı kateqoriyların və siniflənirmənin elə də bir əhəmiyyəti yoxdur. Bunlar rəsmi bir mövqe deyil, rahatlıq xatirinə, ümumi fikir yaratmaq üçün tərtib edilmiş qruplandırmadır. Bütün digər kateqoriyalandırma və sinifləndirmə məqalələrin özündən də aparıla bilər. Daha doğrusu elə belə olmalıdır. Ana səhifədəki sinifləndirmə necə ortaya çıxıb yadıma düşmür, mən özüm həmin kateqoriyalrın tərtib edilməsində iştirak etməsəm də indiki vəziyyəti müəyyən dərəcədə məqbul hesab edirəm. Məncə Memarlıq Texnologiyaya daha çox aiddir amma etiraz varsa dəyişərik. Bunun elə də bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan bu kateqoriylara daxil olan məqalələrin düzgün və keyfiyyətli olmasıdır ki, mən vaxtı, imkanı və hər hansı sahədə biliyi olan bütün istifadəçilərin əllərindən gələn köməyi əsirgəməmələrini çox xahiş edirəm. Təşəkkürlər. --TimBitsتِمبِتس 22:50, 30 Oktyabr 2007 (UTC)
İradlara cavab
Hamıya salam. Mənə burda bəzi dostlarımız tərəfindən iradlar bildirildi. məsələləri ilə bağlı. Onu deyim ki, mən elə əvvəlcədən Azərbaycan Wikipedia-sının iki əlifba ilə - Latın və Əski əlifbayla yaradılmasının əleyhinə olmuşam. Bilmirəm bu kimin ideyasıdır - amma onu bilirəm ki, birmənalı qarşılanan ideya deyil. Azərbaycan Respublikasının öz dili (Azərbaycan dili) və öz əlifbası (Latın əlifbası) var. Onun internetdəki ensiklopediyası da bu dilin qanunlarına uyğun şəkildə və latın əlifbasında yaradılmalıdı. Kiminsə istifadəçi səhifəsini redaktə etməyim xoşuna gəlməyibsə, ondan üzr istəyirəm - ancaq o, öz yazdığı və mənim redaktə elədiyim variantı bir müqayisə eləsin.
- Lütfən bunu düzgün başa düşün, istifadəçi öz istifadəçi səhifəsində istədiyi məlumatı istədiyi cür verə bilər.
- Əski əlifbanın tətbiq olunması ilk vaxtlardan olub. Məqsəd cənubi azərbaycanlılarında bu portala axınını təmin etmək, bizlərlə fikir mübadiləsini asanlaşdırmaq olub. Buna görədə uğurlu addım hesab edirəm.--A_M_D m-f 13:44, 30 Oktyabr 2007 (UTC)
- Bundan əlavə bir vaxt "Cənubi Azərbaycan dilində" vikipediya açmaq üçün müraciət edilmişdi. Biz vaxtında buranı ikiəlifbalı etməsəydik indi yəqin ki, açılmışdı da. Bəlkə kiməsə kiçik gələ bilər amma belə şeylərin nəticəsi ağır ola bilər. Vikipediya əhəmiyyətli bir layihədir, getdikcə də əhəmiyyəti artmaqdadır. İnternetdə bir Azərbaycanca bir də "Cənubi Azərbaycanca" iki ayrı ensiklopediyanın və onun ardınca başqa bu kimi qaynaqların olmasının nə kimi sosial, mədəni, siyası və s. nəticər ortaya qoya biləcəyini təsəvvür etmək çətin deyil. Mənə də xoş deyil indiki qarışıqlıq amma ümid edirəm ki, bu cür texniki işlərdən başı çıxan yoldaşların da köməyiylə bu məsələ əvvəl-axır öz həllini tapacaq. Sadəcə o vaxt tez vaxt ərzində məsuliyyətli qərar qəbul edilməliydi və edildi. Mən şəxsən bunun arxasında dururam. --TimBitsتِمبِتس 23:29, 30 Oktyabr 2007 (UTC)
İkinci bir məsələ: bizdəki məqalə sayı 17 088, gürcülərdə 17 585 - Necə olur bu? Azərbaycandan əhali sayına görə Gürcüstan əhalisi 2 dəfə azdır. Üstəlik, hələ burda Əski əlifbayla da yazanlar var. Cənubi Azərbaycandasa ən azı 20 milyon soydaşımız yaşayır. İndi gərək 50 000 vurub keçəydik.
Başqa bir statistika da odur ki, gürcü dilindəki vikipediyanın keyfiyyət göstəricisi 18 olduğu halda bizdə 8-dir. Yəni ki, rəqəmlər təxminən eyni olsa da keyfiyyətcə onlar bizdən iki dəfədən də üstündü. Əsas narahat olmalı məsələ budur. Əlbətdə ki, biz gürcülərlə yarışa çıxmamışıq, ensiklopediya yaratmaqda da məqsəd kimisə keçmək deyil. Sadəcə bu cür statistikalar ortaya qoyulan məqsədə nə qədər uzaq və ya yaxın olduğumuzu təxminən bilmək üçün bir alətdir. --TimBitsتِمبِتس 23:11, 30 Oktyabr 2007 (UTC)
Uşaqlar bir az guc verək "uje" gürcülərə çatırıq: ))) Sizi bilmirəm, şəxsən mənim üçün bu həm də bir yarışdır:) Keyfiyyət məsələsi öz yerində. Əsas karkası qurmaqdı. Keyfiyyət tədricən düzələcək.
P.S. Vüsal bu templə "boş" səhifələr yaratmaqda davam eləsə 5-6 aya nəinki gürcüləri rusları, türkləri də arxada qoyacağıq:))) Sonra gərək 50 il biz özümüz, nəvə-nəticələrimiz Vüsalın "boş" səhifələrini doldurmaqla məşğul olaq:)) Zarafat öz yerində - gəlin aktivliyimizi bir az da artıraq. Hamıya uğurlar!--Sortilegus 13:53, 31 Oktyabr 2007 (UTC)
- "Boş" səhifələr demək düzgün deyil. Məlumatı az olan səhifələr desək daha düzgün olar. Nəvə-nəticəyə ehtiyac yoxdur. Bu səhifələrin çox yüksək keyfiyyətdə dolduracağıma söz verirəm. 1-2 il ərzində. Ona görə açdığım səhifələrin məsuliyyətini anlayıram. Məsələn Bayram Bayramov mən açdım, siz də doldurdunuz. Məsələn siz söz verə bilərsinizmi ədəbiyyatımızın bütün nümayəndələrini burada yazacaqsınız? Mən ilkin olaraq bütün filmlərimizi və şəxslərimizi burada qeyd etdim. İnkişaf etdirmək də mənim boynuma. Kömək edən olsa əlbəttə məmnun olaram. Ədəbiyyatı öz məsuliyyətiniz altına götürsəniz elə bizə çatan olmaz. Yəni hər kəs bir sahəni inkişaf etdirsə gör nələr olar nələr. Yenə deyirəm mənim açdığım səhifələr sizi qəti narahat etməsin..
--Vusal1981 15:20, 31 Oktyabr 2007 (UTC)
Üçüncü məsələ: Bizdəki 17 088 məqalənin siyahısını burda hardan oxumaq olar? Mənim də burda yaratdığım məqalələr var - bilmək istəyirəm onların neçəsi bu 17 088-in içindədi.--Sortilegus 20:55, 29 Oktyabr 2007 (UTC)
- Əleykümə salam. Əski əlifba fikri ona görə ortaya atılmışdır ki, cənubi azərbaycanlılarımız burada aktiv olsunlar. Ancaq indiyə qədər təəssüf ki, belə aktivlik hiss olunmayıb. Və hətta aktiv olsalar belə internetdə işləyə bilən Cənubdakı soydaşlarımız çətin ki, latın qrafikasını oxuya bilməyə. Buna görə bəzi məqamlarda sizinlə razıyam.
- Burası Azərbaycan Respublikasının vikipediyası deyil azərbaycanca vikipediyadır. Bunlar tamamailə fərqli anlayışlardır.
- o demək deyil ki, məqaləni bəyənməyərək kökündən silib yazasınız. məqaləyə ya düzəlişlər etmək, ya da əlavələr etmək deməkdir. "Düzəliş" isə əvvəlki müəllifin yazdıqlarını pozmadan həyata keçirilməlidir. Şablon əlavə etmək, qrammatik səhvləri düzəltmək və. s. Hər kəs burada öz yazısını daha yaxşı hesab edir. Lakin məqsəd yeganə olmalıddır daha gözəl səhifə ərsəyə gətirmək.
- Gürcülərin belə irəli getməsi məni də təccübləndirir. Ona görə yuxarıda hər kəsə müraciət etmişəm. Amma türklər demişkən "tık yok galiba". Deyəsən mən özüm özümə demişəm bunları :).
- Yaratdığınız səhifələrin hamısı avtomatik daxil olur siyahıya. Siyahı isə Ana Səhifədədir. Hərf siyahısı.
--Vusal1981 22:29, 29 Oktyabr 2007 (UTC)
Tərcümə
Help us spread knowledge worldwide. Donate to Wikimedia! “Fast becoming Encyclopaedia Galactica from Asimov’s Foundation - Anonymous
Burda nə yazılıb - heç olmasa onu tərcümə eləyib yerləşdirin sayta--Sortilegus 20:55, 29 Oktyabr 2007 (UTC)
İlk 2 variant məndən -
1. "Dünyanı maarifləndirməkdə bizə kömək edin. Vikimediaya yardım əlinizi uzadın"
2. "Bildiklərimizi bilməyənlərə öyrədək. Vikimedia."--Sortilegus 20:56, 29 Oktyabr 2007 (UTC)
- Ola bilər.
4. Dünyaya bilgi yaymağımıza kömək edin. Vikimediyaya töhfə verin.
--Vusal1981 22:35, 29 Oktyabr 2007 (UTC)
Vüsal - "Dünyanı maarifləndirməkdə bizə kömək edin. Vikimediaya yardım əlinizi uzadın" - "Dünyaya bilgi yaymağımıza kömək edin. Vikimediyaya töhfə verin." - Oxşar şüarlardı bunlar. Hələ burda bizim bəzi dostlarımızı "bilgiləndirə" və "maarifləndirə" bilmirik, o ki qala bütün dünyanı. Yaxşısı budu "Bildiklərimizi bilməyənlərə öyrədək". Bəlkə də dəqiq tərcümə deyil, amma.. --Sortilegus 22:54, 29 Oktyabr 2007 (UTC)
Ola bilər. Ancaq bu bizim hazırladığım bir şüar deyil. Belə şüarlar Vikimediyadan çıxır. Problem başımızdan aşır. Tərcümə ediləsi o qədər şablonlar var ki..
--Vusal1981 06:01, 30 Oktyabr 2007 (UTC)
- Bunu sistem məlumatlarından tərcümə etmək olmur. Bilmirəm ruslar necə tərcümə edib amma türklərdədə alınmayıb--A_M_D m-f 13:28, 30 Oktyabr 2007 (UTC)
Yuxarıdaki probləmlərin hammısından olayı üzgünem. Azərice Vikipediyanın konumu daha yaxşı olmalıydı. Umaram ki fəal istifədəçi sayısı yüxseler.-- İğdirlisabri76müzakirə 14:57, 30 Oktyabr 2007 (UTC)