Vikipediya Kend Meydani Arxiv Oktyabr 2008 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Bu iki məqalə birləşməlidimi? --Kimse 06:49, 17 Sentyabr 2008 (UTC)
- Xeyr məncə birləşməməlidir. Səbəbi: adları çox yaxın olsa da uzaq qavramlardır. Orta şərq qavramı daha genişdir və mərakeşdən pakistana bütün ərəbdilli və ərəb mədəni təsirinə məruz qalmış ölkələr nəzərdə tutulur. Yaxın şərq isə daha dar mənada işlənir. Məsələn Tunis Orta Şərqdədir amma Yaxın Şərqə daxil deyil --PrinceValiant 18:02, 29 Sentyabr 2008 (UTC)
- Hm... Tunis əslində məncə nə Orta, nə də Yaxın Şərqdə yerləşmir - onun yeri Məğrib va ya Şimalı Afrika sayılmalıdır. Lakin məntiginizi anladım, amma bu məsələ mənim üçün tam bəlli olmadı. Azərbaycan hansı kateqoriyaya düşür (Şərq Avropadan əlavə)? Mən niyə bu məsələni qaldırdım, çünki İngiliscə ikisi də en:Middle East kim gedir. Rusça isə ru:Средний Восток və ru:Ближний Восток. --Kimse 07:44, 7 Oktyabr 2008 (UTC)
- Dediklərin düzgündür. Amma bir problem qalır. Biz əsasən dəqiq terminologiyanı (hər nə qədər qeyri dəqiq olsa belə) Avropalı mütəxəssislərdən (Nə qədər başısoyuqluq etsələr də) götürmüşük. Siyasi tarixdə biz en:Near East və en:Middle Eastı ayırırıq. Səbəb sadəcə və sadəcə şablonlaşmış amerikan beyninin bizə belə diktə etməsidir. Coğrafiyada belə anlaşılmazlıqlar mövcuddur. Məsələn sırf siyasi mülahizələrə görə avropa İsraili avropa ilə əlaqəli sayır. Avropa və Asiya arasındakı dəqiq sərhəd isə hələ də mübahisəlidir. Xüsusilə Qara dəniz və Ural çayı arasındakı sərhəd. O ki qaldı əsas məsələyə bu iki qavram sosiolojik və siyasi qavramdır və coğrafi yerləşmə ilə çox da əlaqəli deyil. Məncə çox vulgar və qeyri dəqiq kateqoriyalardır. Sağol. --PrinceValiant 16:42, 7 Oktyabr 2008 (UTC)
Ramazan Bayramı
Əvvəla bütün azərbaycanlıları, sonra bütün dünya müsəlmanlarını birlik, bərabərlik bayramı olan Ramazan Bayramı münasibətilə təbrik edirəm. Allahdan arzum odur ki, gələn il növbəti Ramazana qədər burada da birlik, bərabərlik yaransın!
--Vüsal Ağayev 07:28, 30 Sentyabr 2008 (UTC)
Mən də təbrikə qoşuluram. Allah ürəyində Allah sevgisi olan bütün müsəlman bacı və qardaşlarımızı qada-bəladan hifs eləsin. Bayramınız mübarək! --Sortilegus 12:50, 1 Oktyabr 2008 (UTC)
Azərbaycan milli təqvimi
Salam. Azərbaycan milli təqviminin aylarını yaratdım amma bu mövzuda bilgim məhduddur. Xahiş olunur ki əgər başqa ay adlarını da bilirsinizsə köməklik göstərəsiniz. Mən hələlik Azər, Neysan, Böyük Çillə, Kiçik Çilləni yaratdım. Sağolun. --PrinceValiant 18:48, 1 Oktyabr 2008 (UTC)
Bağışlayın amma bu bölmə xoşuma gəlmədi. Əgər kimsə bunu təkrar yaratsa valla bir də gəlməyəcəm bura. Onsuz da bəhanə axtarıram. Çixib gedəcəm. İkinizə də hörmətim var. Həm də axı mənə kömək lazımdı. Azərbaycan milli təqviminin ay adlarını axtarıram. Sağolun. --PrinceValiant 20:18, 1 Oktyabr 2008 (UTC)
--Axan.bulut 20:30, 1 Oktyabr 2008 (UTC)
İdarəçi statusum
- Hörmətli vikidaşlar ((C)-Aruz :)), kifayət qədər idarəçi kimi fəaliyyət göstərmişəm. Bu müddət ərzində çalışmışam maksimum neytral olum (ola bilmişəm, ya yox bu ayrı məsələ), hətta bəzi məsələlərdə bu öz istəklərimə zidd olsa belə. İnanın, elə də yaxşı bir iş deyil. Hal-hazırda məndən əlavə üç layiqli idarəçi var. Son zamanlar aktiv istifadəçilərin artması sevindiricidir və sözsüz bir müddət sonra idarəçi sayının daha da artırıla bilmə imkanının olduğunu deyə bilərik. Mən isə sakit bir şəkildə statusdan imtina edir və adi bir vikipediyaçı kimi fəaliyyətimi davam etdirmək niyyətindəyəm. --A_M_D m-f 09:33, 4 Oktyabr 2008 (UTC)
Dostum olsun, ya "düşmən"im(bu söz zarafatla yazılır) mən idarəçilərin sayının azalmasının tərəfdarı deyiləm. Yenə də öz qərarınızdır. Səbəbini də izah etsəniz yaxşı olar. Sizi buna məcbur edən amil nədir? İdarəçi ya istifadəçi fərq etməz sizi daha fəal olmağa, vikipediyamız üçün can yandırmağa çağırıram.
--Vüsal Ağayev 09:41, 4 Oktyabr 2008 (UTC)
- Mən elə başa düşürdüm ki, burada nə işlə məşğul olduğumu çox yaxşı bilirsiniz. Nə də olması başqa istifadəçilərin aktiv olmadıqları dövrlərdə Son dəyişikliklərdə yalnız bir-birimizin adını gördüyümüz günlər olub, lap kövrəldim :)
- Səbəbi isə yazmışam, təkrar yazım? Baş üstə. Adi istifadəçi olmaq istəyirəm.
- Bu da "ərizəm" :)--A_M_D m-f 09:54, 4 Oktyabr 2008 (UTC)
Bir şeyi başa düşmürəm - Vikipediyanın fəal idarəçilərə böyük ehtiyacı olduğu, idarəçi sayının artırılması lazım gəldiyi bir vaxtda əvvəlcə TimBits niyə bu addımı atdı, indi də sən idarəçilikdən imtina etmək istəyirsən? Bu qərarını heç dəstəkləmirəm! Adi vikipediyaçı kimi fəaliyyət göstərmək üçün idarəçilikdən imtina etməyə nə ehtiyac var? Şəxsən mən idarəçi seçiləndən sonra elə adi vikipediyaçı kimi fəaliyyətimi davam etdirirəm, yəni yeni məqalələr yaratmaq, onları redaktə etmək və s. Sadəcə iş bir az da artıb ki, Vikipediyanı vandalizmdən müdafiə etmək, lazımsız məqalələri silmək, ana səhifədəki məqalələri yeniləmək lazım gəlir və s. Bu işdə də sənin bizə köməyin olmasa çox çətin olacaq. Çünki faktiki indiki fəal idarəçilərdən texniki məsələlərdən ən yaxşı başı çıxan sənsən. Ona görə də səndən xahiş edirəm ki, bu qərarına bir daha baxasan. Hörmətlə:--Sortilegus 09:57, 4 Oktyabr 2008 (UTC)
- Mən buradayam və lazım olan bütün köməklikləri etməyə hazıram. Meydana çıxan məsələləri isə müzakirə səhifənə yazsam ümid edirəm ki, yerinə yetirərsən. Lakin bir məsələ var-İndi fəalam, lakin 1 aydan sonra vikipediyada eyni tempdə fəaliyyət göstərə biləcəyəm mi? bax bunu proqnozlaşdıra bilmirəm. Amma adi istifadəçi kimi istənilən fəallıqda olmağa ixtiyarım var.--A_M_D m-f 10:13, 4 Oktyabr 2008 (UTC)
http://meta.wikimedia.org/?q=Steward_requests%2FPermissions&diff=1214979&oldid=1214970 -Done--A_M_D m-f 10:15, 4 Oktyabr 2008 (UTC)
AMD-nin idarəçilikdən imtina etməsinə çox təəssüflənirəm. Bir iradım da var: AMD, demokratiyaya zidd olsa da, Siz gərək Vikicəmiyyəti bu barədə xəbərdar edib, razılığını alaydınız. Bəlkə biz heç razı deyilik, Sizin idarəcilikdən çıxmanıza. Göstərdiyiniz səbəblər şəxsən məni qane etmir. Hər halda, növbəti təcrübəli idarəçinin az-vikini tərk etməsinin acı nəticəsini Vikicəmiyyət çox keçməz ki, hiss edər. Heç kəsi qorxutmaq istəmirəm, amma AMD-nin azvikidə idarəçi olmaq istəməməsi yaxşı əlamət deyil :(.--Ira 19:37, 4 Oktyabr 2008 (UTC)
İradə xanım, siz heç narahat olmayın. Heç kəs anasından idarəçi doğulmayıb. Mən şəxsən sizin və Sortilegusun idarəçiliyindən çox razıyam. Siz ikiniz də tez bir müddətdə sübut etdiniz ki, əsl yaxşı, obyektiv və istifadəçi əməyinə hörmət edən idarəçi necə olmalıdır. Əminəm ki, artıq bu ilin axırına qədər hərəniz 5 təcrübəli idarəçinin yerini dolduracaqsınız. Son iki ayda AMD-siz gördüyünüz işlərin sayı hesabı yoxdur. Təcrübəli olsa da burada artıq son 3 aydır ki,aktiv deyil. Yəni burada təcrübə də bir rol oynamırdı. Mən bu idarəçilikdən çıxma qərarına ani-emosional verilən qərar yox, çoxdan bəridir ki, götür-qoy edilmiş bir addım kimi qiymətləndirirəm. Yəni bu əsl yaxasını kənara çəkmək deməkdir. Ancaq bunu faciəyə çevirmək lazım deyil. O zaman faciə olardı ki, burada heç bir idarəçi fəaliyyət göstərməyəydi. Vikipediyamız nə qədər sizlər və bizlər varıq inkişaf edib və edəcək. Hamıya uğur olsun!
P.S. Onu da qeyd edim ki, siz yeni idarəçilər onu da sübut etdiniz ki, idarəçi yalnız müzakirələrdə iştirak edən, təklif verən, bloklayan şəxs deyil və olmamalıdır.. İdarəçi oldu ya olmadı vikipediyaya məqalə töhfələrini verən şəxs olmalıdır. Elə indiki mənzərəyə baxaq gecənin bu aləmində: İradə xanım bu gün açılan Qırız məqaləsini "abıra" salır :), Sortilegus isə bu gün kirilcə yaradılan Nuridə Atəşi məqaləsini düzəldir(əminm ki, elə yaxın günlərdə tamamilə bu məsələni həll edəcək), hələ bir Anarın məqaləsində Filmoqrafiyanı da düzəldir. İstifadəçilər her bir detalı görür və dəyərləndirir. Əliniz qolunuz yorulmasın, bizim də sizinlə bahəm. :)
--Vüsal Ağayev 20:42, 4 Oktyabr 2008 (UTC)
Razı deyiləm yuxarıdakı dəyərləndirmə ilə. Hər halda Amd-siz burda bir çox texniki problemləri həll etmək bizim üçün çətin olacaq. AzVikinin bu gün bu səviyyəyə gəlib çatmağında da onun əməyi böyükdür. Ən azından bir az obyektiv olub hər şeyi düzgün qiymətləndirmək lazımdır. İradə xanımla tam razıyam - onun idarəçi statusundan imtina etməsinin bizim üçün mənfi nəticələri təbii ki, olacaq. Yəni yeni aktiv idarəçilər seçənə qədər indiki idarəçilərin işi ikiqat ağır olacaq. Bir yazıçımızdan sitat gətirim "Hər gedən bizdən gedir, bir gələn bizə gəlmir":) Amma olan olub keçən keçib. Tak çto ruhdan düşməmək, mümkün qədər aktiv istifadəçilər arasında həmrəylik əldə etmək və irəli addımla, marş:) --Sortilegus 23:18, 4 Oktyabr 2008 (UTC) Yeni vəziyyəti təsvir edən şəkil (sadəcə indi sarı cücə (yəni aktiv idarəçi) 2-dir:)
Sortilegusla razıyam, bir məsələdən başqa - mən özümü hələ də, qara cücələrin içində hiss edirəm. :)))--Ira 18:27, 5 Oktyabr 2008 (UTC)
- AMD-nin idarəçilikdən imtina etməsi xəbəri məni də məyus etdi. Hər halda bu onun şəxsi qərarıdır. Bizlər isə onu qəbul edib, bu şəxsə azvikinin indiyə qədər quruylmasında gördüyü işlərə görə öz minnətdarlığımızı bildiməliyik. Məncə idarəçi olmaq təkcə texniki məsələlərin həllinə yox, həm də mövcud olan başqa "sosiloji məsələlərin" həlinə də çalışmalıdır. Bu baxımdan keçmişdə azvikidə meydana gəlmiş bəzi xoşagəlməz problemlərin həllində öz təmkinliyi, dəqiqliyi və imkan daxilində tutduğu neytral mövqe ilə əsas rol oynayan AMD-nin yeri bilincəkdir. Məncə bunu çox gözlmək lazım gəlməyəcək. Arzu edirəm ki, mövcud idarəçilərin meydana çıxacag məsələlərin həllində qərar çıxarmaqda emosionallığa uymasınlar. Bu çox vacibdir. Hamimiza uğurlar arsu ilə Rezo 21:36, 7 Oktyabr 2008 (UTC)
- Rezo ilə həmfikirəm. --PrinceValiant 19:30, 8 Oktyabr 2008 (UTC)
Hamıya salamlar. Emosiyalara uymadan hər hansı bir qərar qəbul etmək mənim üçün çətindir. Odur ki, bütün istifadəçilərdən mübahisəli məsələlərdə aktiv olmağı, lazım olduqda məsləhətlərini idarəçilərdən əsirgəməməyi xahiş edirəm. Vacib qərarlar yalnız istifadəçilərin məsləhəti və səsverməsi ilə çıxarılacaqdır. Əminəm ki, Sortilegus da mənimlə razıdır. Hamıya uğurlar.--Ira 17:08, 9 Oktyabr 2008 (UTC)
İstifadəçilərin və İdarəçilərin nəzərinə!!!
Salam
Diqqətinizi bir nöqtəyə yönəltmək istəyirəm. Şablonlar mövzusunda çıxılmaz vəziyyətə düşmüşəm. Bizim vikipediyada bütün şablonların listəsi var? Varsa haradadır? Yoxdursa məncə ən diqqətəlayiq və təcili olan bu kateqoriyanı yaratmaqdır. Çünki böyük vikipediyalarda sonradan baş ağrıdan hərc mərcliyin qarşının alınması üçün bu vacibdir. Bir də şablon standartlaşdırmasına getməliyik məncə. Hətta Xg şablonunda bunlar aydın şəkildə qeyd olunmalı və yeni istifadəçiləri də uyğun şablon istifadəsinə həvəsləndirməliyik. Şablonlar ciddi surətdə kateqoriyalara ayrılmalıdır. Bu dəqiqə bizim vikipediya çox qarışıq görünür. Bəlkə də mənə belə gəlir. Məsələn 1000 məqalə hissəsi vəya tələbat olan səhifələr çox qarışıqdır və itib batıram girəndə. Naviqasiyanı daha yaxşılaşdırmaq üçün nə etmək olar fikirlərinizi bilmək maraqlı olardı. Hörmətlə --PrinceValiant 19:29, 8 Oktyabr 2008 (UTC)
Salam. Bu yaxınlarda mən bu işlə bir balaca məşğul olmuşam. Çalışdım bütün şablonları Şablonlar kateqoriyasına yığım. Ondan sonra bu kateqoriyada qalmaq şərtiylə də digər kateqoriyalara paylaşdırım. Məsələn, deyək ki, coğrafiya şablonları həm elm şablonları arasında olsun, həm də coğrafiya kateqoriyasında. Misal kimi bunu qeyd etdim. Amma orada qarışıq və redaktə və tərcüməyə ehtiyacı olan çox sayda şablonlar da var ki, hələ kateqoriyalaşdırılmayıb. Dediyim şablonlar kateqoriyasından baxa bilərsən. Bu işdə bizə yardımçı olsan lap əla olar. Hörmətlə:--Sortilegus 20:17, 8 Oktyabr 2008 (UTC)
- Təkrar salamlar. Kateqoriya:Ölkə qaralama şablonlarına baxdığım zaman bütün ölkə qaralama şablonlarının eyni şəkildə təkrarlandığını gördüm. Onların yerinə {{Şablon:UniCQ test}} şablonunu yaratdım. Bu şablon texniki olaraq eyni vəzifə daşıyır. Şablonun görünüşünə istifadəçi səhifəmdən baxa bilərsiniz. Şablon istifadəsi şəkli şablon səhifəsində verilmişdir. Vikicəmiyyət üzvlərindən standartlaşdırma və ortaq şablona keçid üçün fikir və tövsiyələrini bildirmələri xahiş olunur. Çox təkrarlanan digər şablonlar üçün də ümumiləşdirmələr edilə bilər. Təşəkkürlər.
P.S: Bu şablon Şablon:T ilə eyni deyildir. Sadəcə ölkə qaralama şablonlarını əvəz etmək üçün istifadə edilməlidir. Şablon:T daha generik şablon olub her cür qaralamaya uyğundur. Bu da kateqoriyalaşdırmanı çətinləşdirir. --PrinceValiant 02:24, 11 Oktyabr 2008 (UTC)
Salamlar. Baxdım şablona. Mən bu variantı məqbul sayıram. Dediyin kimi o biri bu formalı şablonlar üçün də bir ümumi standart olsa lap əla olar. Hörmətlə:--Sortilegus 11:52, 11 Oktyabr 2008 (UTC)
- {{Şablon:Universal qaralama test}} adında bir şablon daha yaradıldı. Bu şablon bütün qaralama şablonlarının ümumiləşmiş halıdır. Hələlik bu şablon sadəcə sınaq səviyyəsində olduğundan şablondan (sınaq xarici) istifadə etməyiniz məsləhət görülmür. Şablonun ciddi redaktəyə ehtiyacı var. Eynilə şablonun parametrlərini yazacağam. Amma bütün bunlardan əvvəl şablonun bütün qaralamaları əhatə etməsi üçün hələlik şablona daxil edilməmiş vəya unudulan qaralama kateqoriyalarını bildirməniz xahiş olunur. Qeyd: bu şablon istifadə olunduğu bütün məqalələrin avtomatik lazımi kateqoriyalara aid edilməsinə zəmanət verir və şablon kateqoriyalarının sadələşməsinə imkan yaradır.(Sortilegus deyesen istədiyin sadələşməyə nail olmuşam) Xahiş olunur şablon haqqında rəylərinizi bildirin. Hətta bu barədə səsvermə açıla bilər. Sağolun --PrinceValiant 02:31, 13 Oktyabr 2008 (UTC)
Şablonlara kateqoriyaları elə daxil etmək lazımdır ki, onların hamısını [1] səhifəsindən tapmaq mümkün olsun. O zaman eyni şablonu ikinci dəfə yaratmazlar və istədikləri şablonu da tez taparlar. Adətən mənə şablon lazım olanda öncə [2] səhifəsinə baxıram. Rus vikidəki bu səhifədən də istifadə etməklə [3] gələcəkdə qaralama şablonları yaratmaq olar. Bunlar da maraqlıdır: [4], [5], [6], [7]. Uğurlar. --Ira 20:13, 16 Oktyabr 2008 (UTC)
- Salam. Sizin dediyiniz səhifələri nəzərdən keçirdim və gördüm ki, düşündüyüm (istifadəsi asan olmaq şərtilə) universal şablon fikri xülyadır. Çünki ya şablon çox böyük həcmli olur. Ya da kateqoriya sayının azaldılması tələb olunur. Onun yerinə göstərdiyiniz formada şablon yaradacam. Bu daha məqsədəuyğundur. Hətta bir neçə şablon yaratmaq daha yaxşı olar. Qaralama, düzəliş və s. üçün. Çox sağolun köməyə görə. P.S: Amma Coğrafiya şablonu məncə də tamamilə məqsədəuyğundur. Ən azından spesifik işi çox asanlaşdırır. --PrinceValiant 19:41, 18 Oktyabr 2008 (UTC)
20000 Məqalə
Bütün dəyərli istifadəçiləri 20000 məqaləyə çatmağımız münasibətilə təbrik edirəm. 20000-in 200000 olması diləyilə. Uğur olsun!
P.S. 20000-ci məqalənin müəlliffi Axan.buluta xüsusi təbrik düşür. :)
--Vüsal Ağayev 00:29, 23 Oktyabr 2008 (UTC)
Bu münasibətilə bütün istifadəçiləri təbrik edirəm!Mən sadəcə 20000-ci məqaləni redaktə etdim,yəqin ki burada cox işləri siz Aktiv istifadəçilər gördüz.Vüsal Ağayev də təşəkkürlər.--Axan.bulut 09:17, 23 Oktyabr 2008 (UTC)
Mən də deyilən təbriklərə qoşuluram.Hamımıza uğurlar arzusu ilə Rezo 09:37, 23 Oktyabr 2008 (UTC)
- Hayırlı ve uğurlu olsun. Bizim 100000'inci madde kutlamasında yaptığımız gibi, logoya "20000" yazısı eklemeyi düşünüyor musunuz? Bizimki şuydu. --DsMuratileti 19:25, 23 Oktyabr 2008 (UTC)
Sevincinizə mən də şərik oluram və hamını təbrik edirəm. Düzünü deyim ki, ilin sonuna qədər məqalələrin sayının 20000 ola biləcəyinə şübhəm var idi və çox narahat idim. Hamıya təşəkkürlər :))))--Ira 19:41, 23 Oktyabr 2008 (UTC)
20 000-ci məqalə münasibəti ilə bütün fəal istifadəçiləri təbrik edirəm, neçə belə mərhələ adlamaq ümidi ilə. Bununla yanaşı artıq mövcud olan məqalələri də redaktə etməklə, keyfiyyətin yüksəlməsinə də fikir vermək lazımdır və gördüyümə görə son vaxtlar sağ olsun istifadəçilər bu sahəyə də nəzər yetirirlər. Yeri gəlmişkən xahiş edərdim idarəçilər müntəzəm olaraq sistem məlumatlarına nəzarət etsinlər, çünki bu parametrlər vaxtaşırı metadan dəyişildiyi üçün əvvəl tərcümə olunmuş bir çox sistem məlumatı bir müddətdən sonra ingilis dilində çıxmağa başlayır, qıraqdan baxana da qeyri-profesional görsənir. Hamıya uğurlar. --TimBitsتِمبِتس 21:58, 25 Oktyabr 2008 (UTC)