Vikipediya Kend Meydani Arxiv Oktyabr 2009 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Firefox / AzVİKİ axtarışı.
Bu arada Vikipediyada (Azərbaycan Vikipediyasında) bələdçi vasitəsilə axtarışda maraqlı olanlara - bunu məsləhət görərdim :-). Çoxdan yaradılıb... Sadəcə yuxarıdakı mövzüya uyğundur deyə, qeyd etdim. --Proger 20:08, 3 Oktyabr 2009 (UTC)
Стартовала азербайджанская неделя
Салам алейкум. Прошу Вас, как участника проекта, активно поучавствовать в ней! Аду 06:41, 6 Oktyabr 2009 (UTC)
AzViki - növbəti hədəf 53
Son rəsmi statistikada 55-53-cü yerləri 3 dildə olan Vikipediya bölüşdürür:
- 53.Bosniya - məqalə sayı 27,763; keyfiyyət göstəricisi 41
- 54.Lüksemburq - məqalə sayı 27,715; keyfiyyət göstəricisi 18
- 55.Azərbaycan - məqalə sayı 27,474; keyfiyyət göstəricisi 19
53 çox yaxındır! Amma keyfiyyət göstəricisini də unutmayaq! Zəngin və ensiklopedik məqalələr yaratmaqla inanıram ki, bu ay 53-cü pilləni "özəlləşdirəcəyik"--Sortilegus 14:34, 7 Oktyabr 2009 (UTC)
Son statistika
- 53.Bosniya - məqalə sayı 27,828; keyfiyyət göstəricisi 41
- 54.Lüksemburq - məqalə sayı 27,763; keyfiyyət göstəricisi 19
- 55.Azərbaycan - məqalə sayı 27,727; keyfiyyət göstəricisi 19
Lüksemburq vikisi keyfiyyət göstəricisini 1 həftəyə 1 pillə yüksəldib. --Sortilegus 13:33, 14 Oktyabr 2009 (UTC)
Bu həftənin sonuna kimi ən azı 54-cü pilləyə yüksəlməyimizi planlaşdırmışam.-- Cekli829 18:40, 14 Oktyabr 2009 (Cek vaxtı ilə)
Eşq olsun! Təəssüf ki, sənin kimi fəal istifadəçilərimizin sayı çox azdır. 2-3 "Ceklimiz" olsaydı indi daha yüksək yerlər uğrunda mübarizə aparırdıq:) Düzdür, yüksəlib AzVikini Azərbaycana layiq yerə gətirmək vacibdir, amma keyfiyyət göstəricisini də gərək unutmayaq. Və fəal istifadəçilər gərək mövcud olan məqalələrin zənginləşdirilməsinə də diqqət yetirsinlər.--Sortilegus 13:55, 14 Oktyabr 2009 (UTC)
Əslində Vikipediyada 2 Cekli var. Amma o biri Cekli cəmi 7 gündür anadan olub. Hələ çox şey öyrənməlidir. Ən tezi 6-7 ildən sonra aktivləşə bilər. O vaxta kimi isə Allahın köməkliyi ilə Azərbaycan dilini ən azı ilk onluğa yüksəltməyə söz verirəm!-- Cekli829 8:58, 15 Oktyabr 2009 (Cek vaxtı ilə)
- Keyfiyyət göstəricisinin nə demək olduğu və necə hesablandığı bu səhifədə izah edilib. Bir sözlə keyfiyyəti yüksəltmək üçün məqalələrlə yanaşı, müzakirələrin, yönləndirmələrin və redaktələrin sayını artırmaq lazımdır. Wertuose 05:18, 15 Oktyabr 2009 (UTC)
Son rəsmi statistika:
- 53.Bosniya - məqalə sayı 27,881; keyfiyyət göstəricisi 41
- 54.Azərbaycan - məqalə sayı 27,812; keyfiyyət göstəricisi 19
- 55.Lüksemburq - məqalə sayı 27,802; keyfiyyət göstəricisi 19
AzViki bu gün az fərqlə bir pillə irəlilədi və bu günə qədər hələlik özünün ən yüksək pilləsinə çatdı. 54-cüyük. Mən romantik deyiləm və ingilis, fransız, alman vikiləri kimi böyük vikilərlə yaxın zamanda (bəlkə də yaxın 10 illikdə) rəqabət apara biləcəyimizə inanmıram. Amma bizim yerimiz 50-likdə olanlarla bir sırada da deyil. Ən azından AzViki ilk 30 viki arasında öz yerini almalı və möhkəmləndirməlidir. Hədəfə doğru irəli. Son bir neçə gündə fəallıq göstərən bütün istifadəçilərimizə xüsusi təşəkkür edirəm.--Sortilegus 20:32, 17 Oktyabr 2009 (UTC)
Mən AzVikinin yaxın iki il ərzində İlk İyirmiliyə daxil olmasını planlaşdırmışam. Lakin buna mövcud istifadəçilərlə nail olmaq bir qədər çətindir. Nailiyyət əldə etmək üçün Azərbaycanın elmi-tədqiqat mərkəzləri, örta və ali məktəblər və xüsusi ilə də Kompüter kursları bu işə cəlb olunmalıdır. Kompüter kurslarını ona görə qeyd edim ki, həmin kursların tədris proqramına Vikipediya dərslərinin salınması daha effektli nəticə yarada bilər.--Cekli829 9:22, 19 Oktyabr 2009 (Sumqayıt vaxtı ilə)
- Azerice Vikipedi, Lüksemburgca Vikipedi'yi geçerek 54. sıraya yükselmiştir.[1] Hayırlı olması dileğiyle:)--Reality006 20:18, 18 Oktyabr 2009 (UTC)
- Hayırlısıyla. Tahminime göre bu ayın sonunda Azerice Vikipedi Boşnakçayıda geçebilir.--Beşiktaşlı48 13:08, 19 Oktyabr 2009 (UTC)
İndi 54-cü yerdəyik, inşallah, bir gün ilk 18-likdə olarıq...--Eмϊn Mesaj 13:13, 19 Oktyabr 2009 (UTC)
- Əslində 55-dəyik!--Türk oğlan 15:33, 19 Oktyabr 2009 (UTC)
- Aslında bir yanlışlık var. Lüksemburgça Vikipedinin ana sayfasında madde sayısı 27.830 yazmakta. Halbuki Azerice Vikipedide ise 27.861 madde var. Metadaki liste daha güncellenmemiş olabilir.--Beşiktaşlı48 15:47, 19 Oktyabr 2009 (UTC)
- Hah tamam şimdi güncellenmiş. Yani Azerice Vikipedi 54. sırada.--Beşiktaşlı48 15:49, 19 Oktyabr 2009 (UTC)
- 54 oldu fakat 53 uzak değildir. Sadece 30 maddelik bir fark var arada şu an.--Reality006 17:54, 19 Oktyabr 2009 (UTC)
- Hə. indi 54-cu olduk amma xatırlatmalıyam dərinliyimiz (Depth) 22-dən 19-a duşub! bu da məqalələrin sözlər və yazılarının az olmasındandır.--Türk oğlan 19:25, 19 Oktyabr 2009 (UTC)
Son statistika
- 53.Azərbaycan - məqalə sayı 27,911; keyfiyyət göstəricisi 19
- 54.Bosniya - məqalə sayı 27,897; keyfiyyət göstəricisi 41
- 55.Lüksemburq - məqalə sayı 27,837; keyfiyyət göstəricisi 19
AzViki 53-cü pilləyə yüksəldi. Bu göstərici AzViki yaranandan bu günə qədər ən yüksək göstəricimizdir. Bu münasibətlə hamımızı təbrik edirəm. Bosniyalıları və lüksemburqluları da son bir neçə gündə xeyli "tərpəşməyə" vadar etdik. İnanıram ki, hələlik 53-cü yeri ən azı əlimizdə saxlaya biləcəyik və daha yüksək yerlər uğrunda mübarizəmizi davam etdirəcəyik. Ən azından indilik hədəf dəf olunub. Amma bir daha təkrar edirəm - keyfiyyət göstəricisini unutmamalıyıq! Məsələn, AzViki 1 iyul 2007-15 avqust 2007 - yəni ay yarıma olub ki məqalə sayı göstəricisini 7.130-dan 15.000-ə çatdırıb. Amma nəyin bahasına? Keyfiyyət göstəricisinin dəfələrlə aşağı enməsi və çoxlu sayda boş məqalələrin yaradılması bahasına. Çalışmalıyıq ki, yüksəliş cədvəlindəki statistikamız paralel getsin - həm məqalə sayı, həm məqalə keyfiyyəti. Hörmətlə:--Sortilegus 12:47, 20 Oktyabr 2009 (UTC)
2009-cu ili ən azı 52-ci və ya daha yüksək sırada başa vura bilərik. 2010-cu ili isə keyfiyyət ili elan etməyi təklif edirəm. Daha keyfiyyətli ilə daha yüksək yerlə daxil olaq!--Cekli829 18:00, 20 Oktyabr 2009 (Cek vaxtı ilə)
- Sıradaki hedef Bretonca. Bu sene içinde Azerice Vikipedi, Bretonca ve Latinceyi belkide Gürcüce ve Makedoncayı da geçer.--Beşiktaşlı48 14:01, 20 Oktyabr 2009 (UTC)
Məqalə sayını artırmaq üçün digər vikilərdə olduğu kimi tematik həftələr keçirməyi təklif edirəm. Bu barədə təxminən bir il əvvəl müəyyən addımlar atıldı, amma fəal istifadəçilərin az olması və təşəbbüsə qoşulanların azlığı bu addımı cavabsız qoydu. Təklifim ondan ibarətdir ki, istifadəçilər, daha yaxşı olar ki, bir qrup istifadəçi özləri üçün maraqlı olan mövzunu seçib bu barədə xüsusi yaradılacaq səhifədə məlumat versinlər. Əgər namizəd mövzular 2 və daha artıq olarsa səsvermə keçirək. Həm təşəbbüsü irəli sürən istifadəçilər, həm də digər arzu edənlər seçilən mövzuda 15 gün ərzində müəyyən məqalələr yaratsınlar. Həmin məqalələr də kortəbii şəkildə yox, əvvəlcədən həmin tematik həftə layihəsi irəli sürülərkən müəyyən olunsun və bir neçə digər vikidəki qarşılığı göstərilsin ki, tərcüməylə yardım etmək istəyənlər işlərini bilsinlər. Keyfiyyət (depth) məsələsi ilə bağlı yuxarıda link yerləşdirmişdim. Bu göstərici heç də məqalələrin həcmindən asılı deyil. Başqa sözlə bu göstərici məqalələrin keyfiyyətini yox, həmin dildəki Vikipediyanın "keyfiyyətini" göstərir. Onun hesablanması formulu belədir:
Burada: Edits - ümumi redaktələrin sayı, NonArticles - müzakirə səhifələri, redirektlər və istifadəçi səhifələrinin sayı, Articles - məqalələrin sayı, Total isə NonArticles + Articles. Wertuose 06:04, 22 Oktyabr 2009 (UTC)
Ən əsas məqalələrin nə qədər dolğun və tərəfsiz olmasıdır. Say məsələsinə çox diqqət verilsə keyfiyyət mütləq axsayacaq.--Melikov Memmed 07:29, 26 Oktyabr 2009 (UTC)
Növbəti hədəf kimi hələ 52-ci yeri nəzərdə tutmayaq. Çünki müşahidə etdiyim qədər indi 52-ci yerdə olan Breton vikisi süni şəkildə məqalə sayını artırmaqdadır. Onların "arxasınca" düşsək, keyfiyyət göstəricimiz yenə də axsayacaq. Ümumiyyətlə, ilk əllilikdə Cebuano, Telugu, Haitian və s. kimi təxminən 10-a yaxın viki var ki, məqalə sayları süni şəkildə artırılıb. İndilik əsas keyfiyyət göstəricisinin yüksəldilməsinə fikir verək, idarəçilər sistem məlumatlarını Azərbaycan dilinə tərcümə etsinlər, prinsip və qanunlarımızı hazırlayıb qəbul edək, yarımçıq layihələrimizi tamamlayaq. İnşallah gələn ildən artıq iki istiqamətdə isləyərik - AzVikinin ikili əlifbaya keçidinin texniki cəhətdən həll olunması və AzVikinin siyahıda yüksəldilməsi məsələləri ilə məşğul olarıq. Onu da deyim ki, əgər "güzgü sistemi" ilə AzViki ikili əlifbaya keçsə məqalə sayımız təxminən 2000 azalacaq. Yəni indi əgər 1 məqalə latın və ərəb əlifbaları ilə yaradılıbsa və bu 2 məqalə hesab olunursa, "güzgü sistemində" bu artıq 1 məqalə olacaq. Hörmətlə:--Sortilegus 20:11, 26 Oktyabr 2009 (UTC)
Keyfiyyət göstəricisinin artması üçün redaktələrin sayı da artmalıdır...-- Cekli829 11:06, 27 Oktyabr 2009 (Cek vaxtı ilə)
Şirkət kartoçkası?!
"şirkətin kartoçkası..."
Yəni kartı etsək məna belə güclü dəyişər? --Proger 23:16, 7 Oktyabr 2009 (UTC)
- "Şirkət kartoçkası" söz birləşməsi qeyri-müəyyən yiyəlik haldadır və elə "Şirkətin kartoçkası" deməkdir. Dəyişiklik etməyə ehtiyac yoxdur. Wertuose 06:06, 8 Oktyabr 2009 (UTC)
Heç "kartoçka", "kart" sözünə ehtiyac yoxdur burda. Elə şablon "Şirkət" adlansa yaxşıdır. Məsələn şəxslərə, kəndlərə və şəhərlərə əlavə etdiyimiz şablonları "şəxslər kartoçkası", "Şəhər kartoçkası", "Kənd kartoçkası" adlandırmırıq. Sadəcə "Şəxslər", "Kənd", "Şəhər" şablonu vəssalam.--Sortilegus 17:35, 8 Oktyabr 2009 (UTC)
Tərcümə
Salamlar. en.wiki-de Cücələrim haqqinda meqale yaratdim. Kimse onu az. diline tercume ede biler? Tercume etseniz meqalenin axirinda [[en:Jujalarim]] qoymagi unutmayin. Teshekkurler. Gülməmməd | Danış 14:28, 8 Oktyabr 2009 (UTC)
Bu şarkı bence wikikaynak için uygun.Zaten Türkçe wikikaynakta mevcut.--Bahadur 13:26, 18 Oktyabr 2009 (UTC)
- http://tr.wikisource.org/?q=C%C3%BCk_C%C3%BCk_C%C3%BCcelerim --Bahadur 13:27, 18 Oktyabr 2009 (UTC)
Azerbaycan Türkçesini ben ekledim vikikaynağa:)))--Bahadur 13:30, 18 Oktyabr 2009 (UTC)
- http://tr.wikisource.org/?q=Kategori:Azerbaycan_T%C3%BCrk%C3%BCleri Bir çok türkü yanlış biliniyor Türkiyede. Sözlerini değiştirebilir yada orjinal Azerbaycan türkçesi ile yazabilirsiniz.--Bahadur 13:34, 18 Oktyabr 2009 (UTC)
- http://az.wikipedia.org/?q=Q%C9%99mb%C9%99r_H%C3%BCseynli Bilgiler Qəmbər Hüseynli ye aktarıldı.
Cücələrim adında musiqi qrupu da var bizdə. Mahnı üçün Cücələrim (mahnı) səhifəsi yaratdım və ingilis - rus intervikisi əlavə etdim. Baxaq - mahnıyla bağlı kifayət qədər məlumat toplansa vkipediyada qalar. Toplanmasa mətnini VikiMənbəyə köçürərik.--Sortilegus 15:00, 20 Oktyabr 2009 (UTC)
- Vikipediya:Tərcümə Qrupu'na bir çeviri isteği yazmıştım. Maddenin adı Call of Duty 4:Modern Warfare. Madde gayet uzun ve ayrıntılıdır. Belki onu çevirirseniz Azerice Vikipedinin derinliği yeniden yükselmesinde fayda olacaktır.--Beşiktaşlı48 06:50, 20 Oktyabr 2009 (UTC)
Müxtəlif şablonlar.
Xoş gördük. Vikipediya ilə çoxdan tanış olsam da, ondan yetərincə çox istifadə etsəm də, fəaliyyətim xüsusən də Azərbaycan Vikipediyasındakı yenidir. O üzdən bilmədiyim çoxlu sayda (şeylər) var. Məsələn müxtəlif mövzülu şablonları haradan bulmaq olar? Onları redaktə etmək və ya modifikasiya etmək olar mı? Əgər olarsa bunu necə etmək lazımdır? Çünki mən redaktəyə və ya əlavəyə cəhd edəndə - kartda (kartoçkada) sadəcə göstərmir. Bundan əlavə yeni şablonları yaratmaq olar mı? Ya bu xüsusi arbitraj məhkəməsindən keçib, yaradılır/redaktə/modifikasiya edilir? --Proger 16:14, 8 Oktyabr 2009 (UTC)
- Şablonlar kateqoriyasına baxın. Əgər redaktəyə ehtiyac olarsa bunu edə bilərsiniz. Amma nəzərə alın ki, etdiyiniz hər bir dəyişiklik həmin şablonun işləndiyi bütün məqalələrə təsir edir. Ona görə yaxşı olar ki, nəticəsindən əmin olmadığınız dəyişikliklərdən çəkinəsiniz. Şablonlar html kodlaşdırması sahəsində biliklər və ya ən azından bu sahədə praktiki təcrübə tələb edir. Wertuose 16:52, 8 Oktyabr 2009 (UTC)
Şablon yaratmaq üçün heç bir xüsusi icazə lazım deyil. İstədiyiniz şablonu yarada bilərsiniz. Sadəcə əvvəlcə özünüz bu şablonun nə dərəcədə lazım olub-olmadığını yoxlayın. AzVikidə mövcud olan şablonların 80%-i Şablonlar kateqoriyasındadır. Amma şablonların kateqoriyalaşdırılması ilə bağlı müəyyən problemlər olduğuna görə ola bilər ki, istədiyiniz şablonu oradan tapa bilməyəsiniz. Belə olan halda idarəçilərə və ya bizim fəal istifadəçilərə müraciət edib istədiyiniz şablonun mövcud olub-olmadığını öyrənə bilərsiniz. Və ya bütün şablonların siyahısına buradan baxa bilərsiniz. Bir xahişim də var - yaratdığınız şablonun adının və mətninin Azərbaycan dilində olmasına fikir verin. Digər vikilərdən şablonların olduğu kimi bura köçürülməsi sonradan problemlər yaradır. --Sortilegus 17:31, 8 Oktyabr 2009 (UTC)
- Hər ikinizə dərin təşəkkürümü bildirirəm. Lakin, şablonun necə yaradılması haqda yazmadınız. Bundan əlavə, məsələn axırıncı yaratdığım Rockstar Games-dan (və Dünyəvi dövlətdən) ilhamlanıb digər oyunlar haqda da məqalələr yazmaq fikrinə düşdüm (eləcə də konsollar, işlədikləri sistemlər və sairə haqda). Lakin verilən keçidlərdə oyun kartı tapmadım. İndi onu özüm necə yaradım? :) (bu cür çaydan sualları burada ona görə verirəm ki, Yardım bölməsində deyilir ki, sualları Kənd Meydanında verin :-P). Mən belə qənaətə gəldim ki, sadəcə ablon olan bölmədə yeni adda bir şablon yaradırsan, vəssalam? Onu da artıq mövcud olan şablon kimi istifadə etmək olur, düzdür? --Proger 18:00, 8 Oktyabr 2009 (UTC)
- İngilis, rus və ya türk vikisindən hər hansı birində istədiyiniz şablonun səhifəsini tapın. Onun redaktə düyməsini basıb içindəki mətni götürün (Əlbəttə əgər bu dilləri bilirsinizsə). Sonra Azərbaycan vikisində həmin adda, yaxud istədiyiniz başqa adda şablon yaradıb, kopyaladığınız mətni onun içinə atın. Şablonun adının əvvəlində mütləq "Şablon:" sözü olmalıdır. Səhifəyə sınaq göstərişi ilə baxın, əgər sınaq göstərişi səhifəsinin alt hissəsində qırmızı rəngli keçidlər görsəniz deməli həmin şablonun daxilində başqa şablonlardan da istifadə olunub və siz onları da yaratmalısınız ki, şablonunuz düzgün işləsin. Həmin qırmızı keçidlər arasında adında Documentation, Doc sözleri olan şablonları yaratmasanız da olar. Əslində arzuolunandır, amma onların şablonun işləməsinə heç bir dəxli yoxdur. Bütün prosedurlar tamamlandıqdan sonra şablonu məqalədə istifadə edə bilərsiniz. Yaratmaq istədiyiniz şablonun adını, yaxud onu hansı məqalədə gördüyünüzü burda qeyd edin, əgər çətin şablon deyilsə onu yaxın günlərdə özüm yaradaram. Wertuose 18:16, 8 Oktyabr 2009 (UTC)
- Əziz Wertuose - məni bilikləndirdiyiniz üçün təşəkkür edirəm! Ətraflı yazmısınız. Lakin, mən yenədə anlamadım, şablon yaradanda sadəcə məqalə yaradan kimi "Şablon:Oyun kartı" kimi bir şey yazıb, onun tərkibində şablonu yaratmalı/redaktə etməliyəm? Mən belə etdim. Lakin ümumiyyətlə göstərmədi. Demək dediyiniz o, alt şablonları da tapmalıyam. Bəs onları haradan bulum? Bundan əlavə ikinci sualım, şablonun eni ilə bağlıdır. Elə şablonlar var ki, çox enlidir. Səhifəni kobud edir. Enini necə redaktə etmək olar? Əlavə suallarım olduqca yəqin ki, sizə müraciət edə bilərəm. Olar? :) --Proger 20:02, 8 Oktyabr 2009 (UTC)
- Bunu belə başa salmaq müşkül məsələdir. Mən özüm 4-5 aya ancaq müxtəlif şablonların üstündə işləyərək müəyyən qədər təkmilləşmişəm. Əslində çətin heç nə yoxdur. Əsas proseduru mən sizə başa saldım. Digər şablonların quruluşuna, həmin şablonun işləndiyi səhifələrdə redaktə düyməsini basaraq onun məqalənin içində necə yerləşdirildiyinə baxın. Şablon proqram kimi bir şeydir. Siz ora hansı məlumatları daxil etsəniz, həmin şablonun istifadə olunduğu məqalədə də ona uyğun nəticələr görəcəksiniz. Wertuose 20:49, 10 Oktyabr 2009 (UTC)
- Əziz Wertuose - məni bilikləndirdiyiniz üçün təşəkkür edirəm! Ətraflı yazmısınız. Lakin, mən yenədə anlamadım, şablon yaradanda sadəcə məqalə yaradan kimi "Şablon:Oyun kartı" kimi bir şey yazıb, onun tərkibində şablonu yaratmalı/redaktə etməliyəm? Mən belə etdim. Lakin ümumiyyətlə göstərmədi. Demək dediyiniz o, alt şablonları da tapmalıyam. Bəs onları haradan bulum? Bundan əlavə ikinci sualım, şablonun eni ilə bağlıdır. Elə şablonlar var ki, çox enlidir. Səhifəni kobud edir. Enini necə redaktə etmək olar? Əlavə suallarım olduqca yəqin ki, sizə müraciət edə bilərəm. Olar? :) --Proger 20:02, 8 Oktyabr 2009 (UTC)
- İngilis, rus və ya türk vikisindən hər hansı birində istədiyiniz şablonun səhifəsini tapın. Onun redaktə düyməsini basıb içindəki mətni götürün (Əlbəttə əgər bu dilləri bilirsinizsə). Sonra Azərbaycan vikisində həmin adda, yaxud istədiyiniz başqa adda şablon yaradıb, kopyaladığınız mətni onun içinə atın. Şablonun adının əvvəlində mütləq "Şablon:" sözü olmalıdır. Səhifəyə sınaq göstərişi ilə baxın, əgər sınaq göstərişi səhifəsinin alt hissəsində qırmızı rəngli keçidlər görsəniz deməli həmin şablonun daxilində başqa şablonlardan da istifadə olunub və siz onları da yaratmalısınız ki, şablonunuz düzgün işləsin. Həmin qırmızı keçidlər arasında adında Documentation, Doc sözleri olan şablonları yaratmasanız da olar. Əslində arzuolunandır, amma onların şablonun işləməsinə heç bir dəxli yoxdur. Bütün prosedurlar tamamlandıqdan sonra şablonu məqalədə istifadə edə bilərsiniz. Yaratmaq istədiyiniz şablonun adını, yaxud onu hansı məqalədə gördüyünüzü burda qeyd edin, əgər çətin şablon deyilsə onu yaxın günlərdə özüm yaradaram. Wertuose 18:16, 8 Oktyabr 2009 (UTC)
- Bu arada bahsi açılmışken şablon isteğiniz olursa bana başvurabilirsiniz. Daha kapsamlı olarak ta Vikipediya:Şablon istə sayfasına uğramanız yeterlidir.--Reality006 20:03, 9 Oktyabr 2009 (UTC)
Universitet şablonu
Universitet şablonu göremedim.Eğer varsa yazarsanız yoksa da yaparsanız çok sevinecem. Tüm Üniversitelere eklemek istiyorum. — Bu imzasız yazı Bahadur (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Var. Şablon:Universitet. Amma xahiş edirəm yazılarınızın Azərbaycan dilində olmasına diqqət edin. --Wertuose 05:12, 14 Oktyabr 2009 (UTC)
Nottingem Trent Universiteti sayfası için benden rica edilmişti.Yapılmış emeği geçen arkadaşlara teşekkürler.--Bahadur 18:47, 15 Oktyabr 2009 (UTC)
Portal
- Azerice Vikipedide madde sayısı artıyor ama birde portallarada bakılmalıdır. Portallar çok bakımsız kalmış onlarada sahip çıkılmalıdır. Azerice Vikipediden madde olarak daha aşağıdaki Vikipedilerde portal sayısı daha fazla olanlar bile var. Hatta Gürcüce Vikipedide bizden bile daha fazla portal var. Eğer portal yaratacaksanız Rusça Vikipediyi örnek almanızı öneririm.
- Örnek
- Rusya
- Mari El
- Tataristan
- Udmurtya
- Karelya
- Lipetsk
- Barnaul
- Tula
- Penza Oblast
- Tula Oblast
- Çuvaşistan
- Çeboksarı
- Altay
- Samara
- Beyaz Rusya
- Çin
- Moğolistan
- Tayland
- Kazakistan
- Hindistan
- Kamboçya
- Azerbaycan
- Afganistan
- Gürcistan
- İsrail
- Fransa
- Okyanusya
- Avrupa
- Yunanistan
- İrlanda
- Romanya
- Galler
- Kanada
- Peru
- Malta
- Otomobil
Acaba siz ne düşünüyorsunuz.--Beşiktaşlı48 09:07, 21 Oktyabr 2009 (UTC)
Məqalənin adı
Dilimizin orfoqrafiya qaydalarına hansı uyğundur: Sizi dünyalar qədər sevirdim, yoxsa Sizi Dünyalar Qədər Sevirdim (AzVikidəki mövcud film adlandırılması standartı)? — Bu imzasız yazı Vago (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Əslində dilimizin qaydalarına görə yalnız birinci sözün birinci hərfi böyük olmalıdır. Amma burda 3 000-dən çox film haqqında məqalə var, hamısına da 2-ci variant tətbiq edilib. Axtarış da ediləndə bu formada axtarış verilir. Gələcəkdə yəqin ki, filmlərin adlandırılmasında dəyişiklik ediləcək. Amma bu bir-bir yox, kütləvi halda olmalıdır. Ona görə də hələlik ikinci formada qalması məsləhətdir. Hörmətlə:--Sortilegus 08:50, 22 Oktyabr 2009 (UTC)
Yeni hədəf 94?!
Bu statistik hesabat yəqin ki, hamınız üçün maraqlı olar. Digər layihələri də unutmayaq!-- Cekli829 10:16, 27 Oktyabr 2009 (Cek vaxtı ilə)
Bu bütün Vikilayihələrin statistikasıdır. Böyük (məqalə sayı çox olan) vikipediyaların digər vikilayihələri də irəlidədir (məsələn, Vikimənbə, Vikisitat, Vikixəbər və s.). Biz faktiki bütün səylərimizi AzVikinin inkişafına yönəltmişik. Vikipediyadan başqa bizim digər layihələrimiz arasında hazırda VikiMənbə irəli gedir. O da ki, əsasən Eminin səyləri sayəsində. VikiLüğətdəki inkişaf Zergeroglunun səyləri sayəsində mümkün olub. Emin hazırda VikiMənbənin idarəçisidir. Digər layihələrimizdən heç birinin idarəçisi yoxdur. Bu müzakirə mövzusunun açılması məncə çox yerinə düşdü. VikiLüğət, VikiSitat, VikiKitab layihələrimizdə idarəçilər seçək ki, bu layihələri inkişaf etdirə bilək. Bu təklifi istəyirəm burdakı fəal istifadəçilərimiz dəyərləndirsinlər. Hörmətlə:--Sortilegus 14:34, 28 Oktyabr 2009 (UTC)
Məncə, ilk növbədə Vikilüğətdə idarəçi(lər) seçilməlidir. Vikilüğətdə səhifələrin sayı da çox azdır. Vikilüğət bütün vikilüğətlərin siyahısında 72-ci yerdədir. Erməni vikilüğəti isə 52-ci...--Eмϊn Mesaj 19:35, 28 Oktyabr 2009 (UTC)
Çanaqqala
Çanaqqalada şəhid olan azərbaycanlılar haqqında kimsə bir şey bilir? belə bir olayın olmasını eşidmişəm.buna görə qaynaqlar vardır?--Türk oğlan 15:57, 28 Oktyabr 2009 (UTC)
Yeni səhifə silmə kriteriyaları
Salam. Bu səhifədən təklif elədiyim yeni prinsiplə tanış ola bilərsiniz. Fikrinizi bildirin, bir neçə günə müzakirəyə çıxarıb qəbul edək. Xahiş edirəm imkanı olanlar nəzər yetirib hərf səhvlərini, qrammatik səhvləri, məna səhvlərini və s. düzəltsin. Görünüş, stil də lazım bildiyiniz dəyişiklikləri eləməkdən çəkinməyin. Əsaslı dəyişikliklərdən əvvəl isə müzakirə etmək məsləhətdir. Bu ilkin müzakirə işini çox uzatmayaq, təklif səsvermə üçün məqbuldursa çıxaraq səsverməyə, səsvermənin gedişində də müzakirə və dəyişiklik edə bilərik. --TimBitsتِمبِتس 01:53, 28 Oktyabr 2009 (UTC)
Kənd meydanı üçün şəkil
Kənd meydanı səhifəsinin yuxarı sağ küncündə yerləşən şəkil üçün alternativ şəkil variantları axtarırıq. Maraqlı təklifləri olan istifadəçilərimiz təkliflərini burda qeyd edə bilərlər. Hətta mövzuya uyğun gələn şəkil sizin öz çəkdiyiniz şəkil (həm foto, həm rəsm əsəri) də ola bilər. Bu halda şəkli yükləyərkən onu ictimai istifadəyə verməyə razı olduğunuz haqda müvafiq şablondan istifadə edə bilərsiniz. Hörmətlə:--Sortilegus 14:31, 30 Oktyabr 2009 (UTC)