Vikipediya Kend Meydani Arxiv Oktyabr 2010 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Şəkillərlə bağlı problemlər
Hörmətli Vikipediyaçılar!
Düşünürəm ki, şəkillərlə bağlı problemlərin həll edilməsi vaxtı yetişmişdir. Hər kəs Vikipediyaya müəyyən sayda şəkil yükləmişdir. Nəticədə burada lisenziyasız, mənbəsiz , dublikat şəkillər olduqca çoxdur. Onları yoxlamaq, lazımsızları silmək idarəçilər üçün çətinlik törədir və vaxt aparır. Xahiş edirəm hər kəs yüklədiyi şəkilləri bir də yoxlasın. Lazımlı şəkillərə şablon qoysun, "yetim" şəkilləri məqalələrə daxil etsin, lazımsız və dublikat şəkillərə isə SİL şablonu qoysun. Bu idarəçilərin işini xeyli asanlaşdırar. Şəkillərinizi yoxlamaq üçün xüsusi səhifədən istifadə edin. Məsələn, mənim şəkillərimin siyahısı buradadır [1]. Hər kəs "Filter by User" sahəsinə öz nikini yazmaqla yüklədiyi şəkillərin siyahısına baxa bilər. Hörmətlə, --Ira 05:48, 24 Avqust 2010 (UTC)
- Razıyam İradə xanım. Ümumiyyətlə Azərbaycan Vikipediyasında gərək normal lisenziyalaşdırma aparılsın (şəkil yükləniləndə). Bunun üçün "Fayl yüklə" bölməsi təkmilləşdirilməlidir. Commons məsələsini dəstəkləsəm də bəzi şəkillər var ki, (söhbət qeyri-azadlarından gedir) Commons-a yükləmək çətinlik törədir. Ümumiyyətlə Commons azad şəkillər üçün nəzərdə tutulub. O üzdən məncə biz özümüzdə bu sahəni təkmilləşdirsək yaxşı olar. --Proger danış 09:06, 24 Avqust 2010 (UTC)
Mənim yüklədiyim şəkillərin əksəriyyəti lisenziyalı və mənbəlidir. Qalanını bu həftənin sonunadək həll etmək fikrindəyəm. Şəkillərin silinməsinə qəti etirazımı bildirirəm. Əgər idarəçilər qərara gəlib şəkilləri siləcəksə mənim burada fəaliyyətim sona yetəcəkdir. Lazım gələndə özüm sil şablonunu qoyub daha keyfiyyətlisi ilə əvəz edə biləcək qədər təcrübəyə malikəm. Mən ilk növbədə untagged şəkilləri həll edəcəyəm. Burada qalan şəkillərin əksəriyyəti nadir şəkillərdir, onların bir daha bir araya gətirilməsi ehtimalı sıfırdır. Xahiş edirəm nəzərə alın!
--Vüsal Ağayev 02:34, 27 Avqust 2010 (UTC)
- Mən idarəçilərin səhifələrindəki şəkillə əlaqədar yazışmaları yaxından izləyirəm. Orada yazmağa imkanım olmadığı üçün burada qeyd etmək istəyirəm. Əlbəttə qaydalara riayət edib lisenziya məlumatını daxil etmək lazımdır. Sefer azerinin həm Vikimedia-da həm burda şəkillərinin necə silindiyini gördük. Bunun baş verməyini istəməzdim. Bəziləri var olan şəkilləri silməyi təklif edir. Məqalələrdə istifadə olunmayan şəkilləri buyurun silin amma lazımi şəkilləri lisenziya məlumatları daxil edilməyib deyə silmək yaxşı deyil. İstifadəçiləri onları silməyə təşviq edəcəyimizə, yükləməyi dayandırıb lisenziya məlumatlarını əlavə etməyə dəvət eləmək lazımdır. Şəkillərin yüklənməsinə istifadəçilər vaxt sərf edib əziyyət çekiblər. Onları soyuqqanlılıqla silmək hörmətsizlikdir.
- VikiCommons-a gəldikdə isə çox avtoritar və sərt qaydaları var. Məsəlçin mən öz və ya panoramio saytından götürdüyüm şəkilləri (müəllifini bildirərək )daxil etdiyim şəkilləri vikicommons-a yükləmək istəmirəm. Çünki Vikicommonsa şəkli yükləyəndə onun başqaları tərəfindən, başqa yerlərdə istifadə edilməsinin altına qol çekmiş olursan. Bu mənə görə düzgün deyil. Bəlkə mən sadəcə vikipediyada yayınlanmağını istəyirəm. Məsəlçin mən müəllifini bildirmək şərtiylə bir sənətçinin şəkillərini istifadəsinə icazə almışam. Mən özümdən başqalarının o şəkilləri necə istifadə edəcəklərinə qarantiya verə bilməyəcəyim üçün o şəkilləri Vikicommonsa yükləməyə çəkinirəm. Vikicommons özü fair use-u qəbul eləmir, amma başqalarına "full use" imkanı verir :)). Bu ədalətsizlikdir. Vikicommonsun bu şərtini qəbul edə bilmirəm. Bir də bəzən elə şəkillər olur ki Azərbaycanda bəlkə heç kəs o əsərə görə müəlliflik iddia etmir amma şəxsimə aid olmadığı üçün Vikicommonsa əlavə eləmək olmayacaq. Məncə Vikicommons özü yük altına girməyib istifadəçilərə çətinlik yaradır. Nəysə çox başınızı ağrıtmayım. Hörmətli İdarəçilər, xüsusilə istifadəçi:Sortilegus (səhv etmirəmsə Vikipediyanın xaricdəki görüşlərində iştirak etdiyinə və Vikicommons-la əlaqədər təşviqatına görə ) bu iradları düzgün hesab edirsinizsə, xahiş edirəm Vikicommonsa-da bunu irəli sürüb bizim problemlərimizi onlara çatdırın. --Bakuemil 04:23, 27 Avqust 2010 (UTC)
- Mənbəsi göstərilmiş, lisenziyası olan şəkillərin silinməsinin əleyhinəyəm. Commonsda yalnız müəllifin öz çəkdiyi şəkilləri və "commonsa yükləmək olar" icazəsi (Creative Commons və ya GNU, və s.) veriən saytlardan şəkil köçürmək olar. Odur ki, commonsun şərtlərinə cavab verməyən, şəkilləri mənbə göstərməklə və lisenziya ilə az-vikidə qalması daha düzgündür. Mən hələ ki, əsasən dublikat şəkillərin silinməsi ilə məşğulam. Sonradan məqalələrə daxil edilməyən və lisenziyası olmayan, mənbəyi göstərilməyən şəkilləri silmək fikrindəyəm. Odur ki, hər kəs öz yüklədiyi şəkilləri bir daha nəzərdən keçirsə yaxşı olar. Bu həm də mənim özümə və digər idarəçilərə də aiddir. Hörmətlə, --Ira 05:28, 27 Avqust 2010 (UTC)
Narahatçılığa əsas yoxdur. Heç kim kütləvi şəkildə bütün qeyri-azad faylları silmək fikrində deyil. Mən sadəcə öz yüklədiyim bu cür şəkilləri silmişəm, onları da gələcəkdə azad şəkillərlə əvəz edəcəm. Burda müəllifə demək olmaz ki, niyə öz yüklədiyin şəkili silirsən. İstənilən istifadəçinin bu hüququ var - müəllifi olduğu şəkilə də, məqaləyə də (əgər həmin məqalədə digər istifadəçilər redaktələr aparmayıblarsa) "sil" şablonu yerləşdirə və onun silinməsini istəyə bilər. Bu fayllar və məqalələr idarəçilər tərəfindən birmənalı surətdə silinir. Bəli, commonsda tələblər həddən atıq sərtdir. Amma biz belə sərt tələblər irəli sürmürük burda. Bu o demək deyil ki, bundan sui-istifadə etmək olar. Böyük vikipediyalardan ispandilli (638 000 məqalə), portuqaldilli (607 000 məqalə), isveçdilli (388 000 məqalə) vikipediyalarda 1 yüklənmiş fayl belə yoxdur. Bu praktika əslində stüardlar tərəfindən bizim vikiyə də tövsiyyə edilib. Sadəcə mən bunun hazırda qeyri-mümkün olduğunu yaxşı anlayıram. Yəni son nəticədə bütün vikilərdəki fayllar commonsda, həmin sərt tələblərə cavab verən bir şəkildə toplanmalıdır və bu yəqin ki, belə də olacaq. Bunu nəzərə almaq lazımdır. --Sortilegus 16:25, 27 Avqust 2010 (UTC)
Belə getsə yüklənmiş faylların olmadığı IV vikipediya yəqin ki, bizim AzViki olacaq. Bir il müddətində problemi tam aradan qaldırmaq mümkün ola bilər. Bu bütün AzViki istifadəçilərinin hədəfi olmalıdır. Fikrimcə Commonsda daha çox vaxt keçirməliyik. Bunun üçün sistemli şəkildə iş aparmaq lazımdır. Yüksək keyfiyyətli, lisenziyalı faylları Commonsa yükləsək hədəfimizə çata bilərik. -- Cekli829 12:24, 28 avqust 2010 (Cek vaxtı ilə)
Düşünürəm ki vikidə şəkillərlə bağlı ən çox problem yaradan istifadəçilərdən biri də mənəm. Xüsusilə son dövrlərdə commonsdan bura köçürdüyüm şəkillərlə bağlı problem yaranıb. İndiyə kimi yüklədiyim şəkillərin hamısını lisenziyalaşdırmışam. Lakin axır vaxtlar yüklədiyim şəkillər haqqında bunu demək mümkün deyil. Hələlik yüklədiyim şəkillərin silinməməsini xahiş edərək, bildirmək istəyirəm ki, Azərbaycana dönən kimi təcili bu işlə məşğul olacam. --sefer azeri 22:36, 28 Avqust 2010 (UTC)
Mən başa düşmürəm, məsələ niyə bu qədər mürəkkəbləşir? Bilirsiniz problem nədədir? Texniki məhdudiyyətdə. Burada normal "Fayl yüklə" olsaydı və lisenziya göstərilməmiş (!) heç bir fayl (avtomatik) yüklənməyə imkan verilməsəydi heç kim lisenziyasız fayllar endirməzdi. Oturub normal "Fayl yüklə"-ni təkmilləşdirmək, lisenziyaları çoxaltmaq və əlavə məlumat yerləşdirmək lazımdır. Vəssalam... Bunu nə var etməyə? Niyə ilin sonu axı? Əgər əmək bölgüsü olsa, bunu bir aya (maksimum) etmək olar. Bu cür uzunçuluq, köhnəliçilik bəzən mənə konservatizmi yada salır. Ayın sonu toplantı keçirilməli, qərar verilməli və operativ iş getməlidir. Budur mənim təklifim. --Proger danış 20:01, 28 Avqust 2010 (UTC)
Siz dediyiniz kimi "Fayl yüklə"-ni təkmilləşdirmək mümkündür. Amma öncə buradakı lisenziyasız fayıllarla bağlı qərar qəbul edilməlidir. --Ira 17:10, 29 Avqust 2010 (UTC)
İstifadəsiz fayllara düşən yüklədiyim şəkilləri kompüterə köçürdüm. Silinsə yaxşı olar. Lazım olsa gələcəkdə məqalələrdə istifadə etmək üçün təkrar yüklənəcək. Uğur olsun!
--Vüsal Ağayev 09:06, 3 Sentyabr 2010 (UTC)
Hamısını sildim. Gələcəkdə birbaşa Commonsa yükləsən çox yaxşı olar. -- Cekli829 15:10, 3 sentyabr 2010 (Cek vaxtı ilə)
Commonsa heç bir şəkil yükləmək fikrim yoxdur. Screenshotları commons yaxın buraxmır.
--Vüsal Ağayev 05:44, 5 Sentyabr 2010 (UTC)
İdarəçilərin nəzərinə! Yüklədiyim bütün şəkilləri lisenziyalaşdırmışam. Lakin hələ də məqalələrdə istifadə etdiyim şəkil silinir. Bunun artacağı qənaətinə gələrək xahiş edirəm, yüklədiyim şəkillər müzakirə edilmədən silinnməsin. Əks təqdirdə bunu əziyyətə hörmətsizlik kimi qəbul edəcəyəm. Təcrübəli istifadəçi olaraq lazım gələndə özüm sil şablonu qoyuram. Təşəkkürlər!
--Vüsal Ağayev 05:51, 5 Sentyabr 2010 (UTC)
Hörmətli Idarəçilər sizdən şəkil yükləmə qaydalarına düzəliş etməyinizi xahiş edirəm. Mən əlimdən gəldiyi qədər artıq və dublikat şəkilləri təmizləyir və commonsdaki şəkillərlə əvəz edirəm. Amma əsasən yeni istifadəçilərin sürətli bir şəkildə şəkil yükləməklərini görəndə, təmizlik işində onlara çata bilməyəyəcəyimi anlayıram. Z.O. bu mövzuya bir əlac tapın. Məsələnin həlli üçün ağlıma gələn bəzi vasitələr: şəkil yükləməyə təcrübəli bir idarəçi nəzarət edə bilər, yeni istifadəçiləri müəllif hüquqlarına riayət etməyə çağıramaq riayət etməyənlərə xəbərdarlıq etmək, yeni istifadəçiləri Commonsa yönləndirmək və s. Mənim ağlıma gələn bunlardır. Ağıl ağıldan üstündür. Sizin köməyinizi gözləyirəm.
Qeyd:Məni ilk vaxtlarda şəkil yükləyərkən elədiyim səhvlərlə əlaqədar qarşıma çıxa biləcək köhnə günahlarıma görə mühakimə etməyin :) . Onları da həll etmək üçün əlimdən gələni edəcəm.
--Bakuemil 12:29, 29 Sentyabr 2010 (UTC)
- Yeni istifadəçilərə bu barədə bildirmək üçün {{xg}} şablonuna nəsə əlavə etmək təklif edirəm.
- P.S.: Hörmətli Bakuemil, əslinə baxanda yeni istifadəçilər əvvəlcə bir az məşq edir, sonra tədricən Vikipediyaya alışırlar. Nə etmək olar?! :)--Vago 13:03, 29 Sentyabr 2010 (UTC)
Sentyabr ayı boyunca AzVikiyə 310 dəfə şəkil yüklənib (şəkillərin yeni versiyaları da daxil olmaqla). Onlardan 75-i idarəçilər tərəfindən silinib. 310-75=235. Bu göstərici son 2 ildə ən aşağı göstəricilərdən biridir. Görünür lisenziyasız, lazımsız, dublikat şəkil yükləmələri ilə mübarizəmiz öz səmərəsini verir. Bu tendensiyanı davam etdirmək lazımdır, şəkil yüklənilməsinə 1 idarəçi yox, bütün idarəçilər və fəal istifadəçilər nəzarət etsələr yaxşı olar. Bakuemilin bu sahədəki fəaliyyətini xüsusi vurğulamaq istərdim. Onun fəaliyyəti sayəsində AzViki xeyli lazımsız şəkildən azad olub. Çalışmaq lazımdır ki, 235 göstəricisini heç olmasa 100-120-yə endirək. Əgər mümkün olmasa, şəkil yükləmə prosesini texniki baxımdan mürəkkəbləşdirməli olacağıq ki, istifadəçilər bura lazımsız, lisenziyasız, dublikat şəkillər yükləməsinlər.--Sortilegus 21:43, 30 Sentyabr 2010 (UTC)
Yeni istifadəçilərə yalnız 1 ay sonra şəkil yükləməyə icazə verilməsini və ya bütün şəkil yükləyənləri birbaşa Commonsa yönəltməyi, bununla bağlı olaraq Commonsa şəkil yükləmə qaydalarının Azərbaycan dilində tərtib olunaraq təbliğ olunmasını təklif edirəm. --Cekli829 11:00, 1 oktyabr 2010 (Cek vaxtı ilə)
- Bu siyahıdaki şəkillərin çoxunu Commonsa yükləmək olar. Çoxu köhnə şəkillərdir. Müəllifi bilinməyənlərin çoxunun da üstündən 50 ildən çox keçib. Bunları da commonsa yükləmək də hüquqi olaraq problem yoxdu. Bir bir yoxlamağa imkanım olmadı amma gözümə dəyənlər arasında çoxu İstifadəçi:Enver62-yə aid şəkillərdir. Bəziləri Vüsalın yüklədiyi film səhnələridir, onları deyəsən Commonsa yükləmək olmur. Amma onu deyim ki, şəkilləri yükləyən istifadəçilər şəkilləri Commonsa yükləyəcəklərsə ehtiyat üçün eynisini kompüterinin yaddaşında saxlasın. Commons-un işinə tam bel bağlamaq da düzgün olmaz. :) İşlərinizdə uğurlar. --Bakuemil 00:52, 2 Oktyabr 2010 (UTC)
Commonsa Yüklənə biləcək şəkillər
--Bakuemil 01:14, 2 Oktyabr 2010 (UTC)
Hamını II Yelizaveta məqaləsinin redaktəsinə dəvət edirəm
Vikipediyaçı dostlar. II Yelizaveta məqaləsinin ilkin qaralama variantı işlənərək başa çatmışdır. Qarşıda ikinci, onu redaktə etmək, əlavə informasiya yerləşdirmək və onu zənginləşdirən şəkillər vermək kimi maraqlı bir dövr durur. Vaxtı olan hər bir kəsi bu maraqlı işdə əməkdaşlığa dəvət edirəm. Hörmətlə--Acategory 09:56, 4 Oktyabr 2010 (UTC)
- Deməli, məqaləni laboratoriyaya göndərək :)--Vago 10:03, 4 Oktyabr 2010 (UTC)
Məqaləni "Seçilmiş məqalə laboratoriyası" üçün hazırlıqsız sayırdım. Onun üzərində xeyli işlənməli, heç nə yox, elə 27 "qırmızı ifadəyə" dair yeni məqalə yaratmaq lazımdır. Özü də bu məqalələr dolğun və informativ olmalıdır.
Ancaq artıq məqalə laboratoriyadadır. Deməli, məqalə 24 oktyabra tam hazır olmalıdır.--Acategory 11:59, 4 Oktyabr 2010 (UTC)
AzVikidə Portal layihəsi
Bildiyiniz kimi AzViki yaranandan bu günə kimi bizdəki Portal layihələri məqalə statusunda idi. Yəni hər yaradılan yeni portal sadəcə 1 məqalə sayılırdı. Oktyabr ayının 7-dən etibarən AzVikiyə ayrıca bir layihə kimi Portalları yaratmaq hüququ verilmişdir. Bu işdə xüsusi əməyi keçən və Portal layihəsinin alınması üçün bugzillaya müraciət edən Pərvizə xüsusi minnətdarlığımı bildirirəm. Hörmətlə:--Sortilegus 22:17, 7 Oktyabr 2010 (UTC)
Super! Mən də təşəkkürümü bildirirəm Pərvizə! İndi qaldı siyahı layihəsi --Cekli829 10:17, 8 oktyabr 2010 (Cek vaxtı ilə)
--Vago 05:57, 8 Oktyabr 2010 (UTC)
Çox sağolun. Amma bu Portal statusundan sonra başqa problemlər çıxıb. "Portal:Azərbaycan kinosu" və "Portal:Memarlıq" şablonları ilə bağlıdır. Həddindən artıq çox maddələrdə bu problem ola bilər və bunları dəyişdirmək lazımdır (Məsələn:Ulduzlar sönmür (film, 1971), Tağ ). Təklifim budurki Portal şablonunu təkminləşdirib, problem yaranan məqalələrdə bu şablon üzrə dəyişiklik aparaq.-- Pərviz 08:50, 8 Oktyabr 2010 (UTC)
Portal:Azərbaycan kinosu 8000-ə yaxın məqalədə yerləşdridiyi üçün məqalələr bərbad günə qalıb. Problemin həllini bilmədiyim üçün seyrçi qalmaq məcburiyyətindəyəm. Azərbaycan kinosu portalında da heç bir məqalə görünmür. Bu problemi həll etmədən bu statusun alınmasına nə ehtiyac vardı. Həll olunmasa uzun müddət istifadəçilər Portallardan istifadə edə bilməyəcəklər. Təəssüf!
Məncə Pərviz burada müzakirə etmədən bu addımı atmamalıydı. İndi əgər yaranan problemin həlli yollarını bilirsə bizə açıqlasın. Problem yox, böyük problem yaranıb. Ya da elə görünür.
--Vüsal Ağayev 12:45, 8 Oktyabr 2010 (UTC)
- Darıxmayın, inşallah o da düzələr.--Vago 13:22, 8 Oktyabr 2010 (UTC)
Belə problem gec tez yaranacaqdı. "Portal|Azərbaycan kinosu" əvəzinə "Portal:Azərbaycan kinosu" şablonu yaratmısan. Problemin həlli yolunu yazdım. Azərbaycan kinosu portalının özünə qalanda bu heçdə çətin iş deyil. O portalın dizayn işini öz üzərimə götürürəm.
Mən bunu ona görə etdim ki, portalların dizayn işləri daha asad olsun. Səncə çox sayda portal yaradılandan sonra bu problemin olması yaxşı olardı? Hörmətlə:-- Pərviz 13:34, 8 Oktyabr 2010 (UTC)
Vüsal, səndən birdə xahişim var ki, bu şablonun qarşısında * işarəsi qoymayasan.-- Pərviz 13:46, 8 Oktyabr 2010 (UTC)
- Problem demək olar ki, həll olunub. --Vago 13:50, 8 Oktyabr 2010 (UTC)
Məsələn 1 siyahıdakı problem həll olunmayıb. Mən çalışdım, alınmadı.
--Vüsal Ağayev 17:55, 8 Oktyabr 2010 (UTC)
- Mən hamsını tək-tək düzələcəm. Bir məsələni indidən müzakirə edək. O şablonu "Həmçinin bax" başlığında olmasının əlehinəyəm. Onsuzda məqalələri redaktə edəcəm. Təklif edirəm ki, {{Portal|Azərbaycan kinosu}} şablonunu məqalələrin sonuna qoyulsun. Siz nə fikirdəsiz? -- Pərviz 20:01, 8 Oktyabr 2010 (UTC)
Hər bir inkişaf etmiş Vikipediyada Portal layihəsi var. AzVikidə də bu layihə əvvəl-axır olmalıydı. Bunun üçün kiminləsə məsləhətləşməyə ehtiyac yoxdur. Lap tutaq ki, Pərviz məsləhətləşsəydi və ona məsləhət verənlər desəydilər ki, yox, Portal layihəsi AzVikiyə lazım deyil, deməli, AzVikidə bu layihə olmayacaqdı? Əgər layihə alınandan sonra problem yaranıbsa, problemin kökünü axtarıb tapmaq lazımdır. Problemin kökü də ondan ibarətdir ki, "Portal:Azərbaycan Kinosu" və ona istinadlar verən şablonlar həddən artıq çox səhifədə lazımsız işlənib. Müğənnisindən, bəstəkarından, şairindən, yazıçısından tutmuş şəxslər haqqında olan məqalələrin yarısına əlavə edilib. Alim Qasımovun, Süleyman Rüstəmin və s. və i. Azərbaycan kinosu portalına nə aidiyyatı ola bilər ki? Ümumiyyətlə məqalədən portala keçid vermək nə dərəcədə düzgündür? Bax, bu məsələni həll etmək lazımdır. --Sortilegus 16:45, 9 Oktyabr 2010 (UTC)
Beat Jimmy
Please translate this message.
The Fundraising Committee is issuing all interested community members a challenge: we want you to beat Jimmy. The appeal from Jimmy Wales and the corresponding banner have been tested head-to-head with other successful banners, and the results are clear: it's our best performing message... by a lot. This year we have a lofty fundraising goal; we need all of our banners to bring in donations like the Jimmy Appeal, but no one wants to keep the Jimmy banner up for two months. We want to run donor quotes, and other wonderful ideas, but we have to have banners that work as well as or better than the Jimmy appeal.
We've just released the highlights from a donor focus group, and the results of our donor survey. With one month to the launch of the fundraiser, the messages we test must be driven by data from our tests and surveys - we can no longer rely on instinct alone.
We've redesigned our fundraising meta pages with the Jimmy challenge; check out the survey results and propose/discuss banners that reflect these findings. Add the banners you think will 'beat Jimmy' here to be tested Tuesday October 12 against Jimmy. Keegan, WMF Fundraiser 2010 02:17, 8 Oktyabr 2010 (UTC)
Обращение к администраторам азербайджаноязычного раздела Википедии
Уважаемые администраторы азербайджаноязычного раздела Википедии!
Прошу отреагировать на обсуждение на портале "Азербаджан" в русскоязычном разделе Википедии [2]
Меня больше интересует Ваша реакция и Ваш ответ относительно допустимости существования в Википедии вообще и в азербайджаноязычном разделе Википедии статьи Anais. Причины, по которым я считаю, что подобные статьи не могут существовать ни в одном из разделов Википедии, я частично привела в указанном мной обсуждении. Буду благодарна Вам за ответы. Если же в азербайджаноязычном разделе Википедии не осталось людей, владеющих русским языком, как о том написал участник Gulisyan, который является автором указанной статьи, то могу перевести мои доводы на английский, но если и английским никто не владеет, то постараюсь предоставить перевод на азербайджанский язык. Заранее благодарю за Ваши ответы. С уважением, --Zara-arush 11:43, 19 Oktyabr 2010 (UTC)
Уважаемая Зара не подобает вам, лукавить в таком то возрасте, как то не серьезноо это... --Gulustan 07:55, 27 Oktyabr 2010 (UTC)
- Многоуважаемые господа администраторы, следует ли расценивать Ваше молчание, как знак согласия с недопустимостью существования в глобальном проекте Википедия статей подобного содержания, так как не существует национальных Википедий, а есть единая Википедия на различных языках, т.е. правила для всех статей проекта одинаковы во всех языковых разделах? С уважением, --Zara-arush 17:44, 21 Oktyabr 2010 (UTC)
- Сперва хочу донести к вашему сведению, что в Азербайджане русским языком свободно владеют как минимум вдвое больше людей, чем проживает в Армении. А во вторых наряду с Азербайджанской Википедией данная статья существует в семи других языковых разделах, в том числе армянской. Так к чему ваши претензии когда вы интересуетесь "нашим ответом относительно допустимости существования в Википедии вообще и в азербайджаноязычном разделе Википедии данной статьи"? А в обсуждении в русской Википедии вы выступаете не против самой статьи, а конкретных утверждений, подкрепленных источниками. Так что прошу конкретизировать ваши претензии к данной статье, поскольку эта неопределенность является главной причиной того, почему вам не ответили. Кстати о равных правилах - ознакомтесь с этой статьёй, где территория Азербайджанской Республики указана на 11 458,0 км² меньше признанной ООН территории и с данным шаблоном на котором официальная карта Азербайджана заменена на самодельную.--Wertuose 09:50, 25 Oktyabr 2010 (UTC)
- Премного благодарна за первый ответ - уже большое достижение! Теперь предложу ознакомиться с моими ответами на Ваши вопросы и утверждения:
- Сперва хочу донести к вашему сведению, что в Азербайджане русским языком свободно владеют как минимум вдвое больше людей, чем проживает в Армении. А во вторых наряду с Азербайджанской Википедией данная статья существует в семи других языковых разделах, в том числе армянской. Так к чему ваши претензии когда вы интересуетесь "нашим ответом относительно допустимости существования в Википедии вообще и в азербайджаноязычном разделе Википедии данной статьи"? А в обсуждении в русской Википедии вы выступаете не против самой статьи, а конкретных утверждений, подкрепленных источниками. Так что прошу конкретизировать ваши претензии к данной статье, поскольку эта неопределенность является главной причиной того, почему вам не ответили. Кстати о равных правилах - ознакомтесь с этой статьёй, где территория Азербайджанской Республики указана на 11 458,0 км² меньше признанной ООН территории и с данным шаблоном на котором официальная карта Азербайджана заменена на самодельную.--Wertuose 09:50, 25 Oktyabr 2010 (UTC)
- 1) "в Азербайджане русским языком свободно владеют как минимум вдвое больше людей, чем проживает в Армении" - Я в этом нисколько не сомневаюсь, однако участник Gulistan на странице обсуждения русской Википедии предложил себя в качестве переводчика на азербайджанский, что звучало, как утверждения относительно незнания русского языка администраторами азербайджаноязычного раздела Википедии.
- 2) "А во вторых наряду с Азербайджанской Википедией данная статья существует в семи других языковых разделах, в том числе армянской." - Вы безусловно правы, но такого содержания, как в статье, посвященной армянской языческой богине плодородия и материанства, как в статье на азербайджанском языке, больше нигде нет - только в азербайджаноязычной Википедии богиня Анаит именуется - богиней проституции. Поймите меня правильно - такого явления, как богиня проституции в мире никогда не существовало и ни у одного народа мира. У всех народов мира на определенных стадиях развития (с палеолита по железный век, преимущественно), включая огузов, существовали культы поклонения силам природы, богам плодородия, богиням-матерям, богиням плодородия и материнства. Т.е. из ответа в данном пункте Вы понимаете, что я прошу удалить статью о древнеармянской богине плодородия и материнства Анаит из азербайджаноязычного раздела Википедии потому, что в ней Анаит именуется - "древнеармянской богиней проституции", что в корне неверно.
- 3) "А в обсуждении в русской Википедии вы выступаете не против самой статьи, а конкретных утверждений, подкрепленных источниками." Утверждение, что у армян когда-либо существовала какая-то богиня проституции в языческий период, как раз-таки не подкреплено никакими Авторитетными Источниками. Чезаре Ломброзо авторитетным источником по древним религиям и культам, а также в вопросах истории не является. Чезаре Ломброзо - тюремный врач, психиатр, автор идеи о том, что склонность к совершению преступления передается по наследству, т.е. генетически предопределено, что человек станет преступником, что видно также по его внешности. Подробно с его работами я не знакома, но, предполагаю, что Чезаре Ломброзо не может считаться АИ даже в современных статьях по темам из области психиатрии. Что же касается второго АИ, на который ссылается коллега Gulistan, то Измайлова - историк, статья ее действительно по профилю. Я на нее сослалась в моем, русскоязычном варианте статьи о богине Анаит. Но где уважаемый коллега Gulistan нашел в тексте ее статьи утверждение, что Анаит - древнеармянская богиня проституции? У Измайловой Анаит - или древнеармянская богиня плодородия или богиня материнства, иного определения нет. Третий источник - Страбон, но и Страбон не называет Анаит богиней проституции. Страбон пишет, что существовала священная проституция в период, когда он посещал территорию Армении, т.е. в 1 веке до нашей эры. Но Страбон - первоисточник, а ссылка на него, хотя и он НЕ называет Анаит так, как ее называет коллега Gulistan, также не правомочно согласно правилам Википедии. Священная проституция при храмах древних богов плодородия существовала у всех древних народов, но это не имеет никакого отношения к современному понятию проституции. Еще раз подчеркну, что этот этап развития культуры не перешагнул ни один народ. Отсутствие письменных упоминаний не означает, что этого не существовало на определенному этапе развития. Существуют артефакты, обнаруженные в ходе археологических раскопок. Сохранились скульптурные и наскальные изображения. Стадию многобожия прошли все народы. Уважаемый коллега Gulistan не может этого не знать, поэтому его выбор определения Анаит на основе одного только Чезаре Ломброзо, является нарушением правил Википедии. В связи с вышесказанным, а также учитывая оскорбительные высказывания в оформлении редакторских правок в статье Анаис, прошу удалить данное содержание из азербайджаноязычного раздела Википедии.
- 4) "на котором официальная карта Азербайджана заменена на самодельную". Вопрос относительно Анаит не является политическим, и касается периода времени более, чем 2000-летней давности. И для его урегулирования не требуется длительных обсуждений и достижения консенсуса. Вопросы относительно карты и площади - вопросы политические. Но это очень хорошо, что Вы поднимаете эти вопросы. Википедия - энциклопедия, и все ее статьи независимо от того на каком языке они написаны, должны подчиняться определенным правилам, которые едины для всего глобального проекта. Не существует армянской или азербайджанской Википедии, есть одна Википедия с разделами на соответствующих языках. Поэтому содержание статьи в одном языковом разделе не может противоречить содержанию статей в других языковых разделах. По этому вопросу мы все должны работать и должны работать вместе. Для начала я предлагаю привести в соответствие общепринятым, международным нормам и правилам Википедии статьи, в которых все очевидно - Anais. Если хотите, то пожалуйста, предлагайте Ваши темы и вопросы, которые можно обсудить и решить только совместными усилиями. Давайте работать, а игнорировать меня - бессмысленно, вопрос относительно удаления содержания относительно "богини проституции" я уже подняла в других проектах ВП. Но думаю, это худший вариант решения вопроса. С уважением, --Zara-arush 16:53, 25 Oktyabr 2010 (UTC)
Статья удалена.--Sortilegus 18:28, 25 Oktyabr 2010 (UTC)
- Благодарю за понимание, --Zara-arush 20:05, 25 Oktyabr 2010 (UTC)
Статья восстановлена, так как вопрос о удаление статьи не где не обсуждалось. А это противоречит правилам Википедии. --Irada 14:08, 27 Oktyabr 2010 (UTC)
- 1. То что участник Gulistan на странице обсуждения русской Википедии предложил себя в качестве переводчика на азербайджанский имеет вполне простое объяснение. Этим он хотел сказать, что связаться с админами Азербайджанской Википедии не сложно. Удивляюсь что Вам было трудно понять такие простые вещи .
2. То что на Азербайджанской Википедии Анаис именуется - "древнеармянской богиней проституции", так на это есть источник и по обсуждению наших участников они собираются добавлять еще. В русской википедии не говоря об армянской не мало статей которых нужно было бы удалит, напр. «Азербайджанизация Низами».
3. На ру-вики есть статья о фильме «Генри и Джун» В фильме распутницу зовут Анаис. И это если задуматься не случайное совпадение. 4. То что официальная карта Азербайджана заменена на самодельную не имея никаких АИ, еще раз доказывает что участники из армянской Википедии очень хотят выдать желаемое за действительное. Сперва давайте решать вопрос с картой,так как это более важно чем «занятие» Анаис. --Irada 14:08, 27 Oktyabr 2010 (UTC)
Məqalənin silinməsi zamanı istifadəçi Sortilegus qaydaları kobud şəkildə pozmuşdur, məqalənin bu şəkildə silinməsi qaydalara ziddir, belə özbaşnalıq heç rus dilli vikipediyada da yoxdur! Azərbaycan Vikipediyasında bütün fəaliyyətimi dayandırıram, ermənifillərin olduğu Vikipediyada, məqalə yaratmağı boş vaxt itkisi hesab edirəm.... Sortilegus isə ermənlərlə həmrəyliyini bildirmək üçün erməni terrorçuları barədə yazdığım məqalələri də silə bilər. --Gulustan 08:05, 27 Oktyabr 2010 (UTC)
Erməni terror təşkilatları, terrorçuları haqqında məqalələrin bəzilərini və bu məqalələrə əlavə olunan şablonu mən yaratmışam, hələ fikirləşirəm ki, şablon zəifdir və onu daha da genişləndirmək lazımdır. Bu məqaləni digər idarəçi bərpa edib, buna da heç bir etirazım yoxdur. Sadəcə məqalədə neytrallığı qorumaq lazımdır.
P.S. Ermənofil olmağım da deyəsən təzə titulumdur:) Talışofil, kürdofil, başqa "fillər" vardı, bir bu şatışmırdı:) Hörmətlə:--Sortilegus 08:19, 27 Oktyabr 2010 (UTC)
Belə qetsə sizdə çoxlu titul yığılacaq... xoşbəxtəm ki Azərbaycan vikipediyasında hələ reallıq hissini itirməmiş insanlar var. --Gulustan 08:45, 27 Oktyabr 2010 (UTC)
Birmənalı olaraq məqalənin silinməsinə qarşıyam, əksinə məqaləni daha da zənginləşdirmək lazımdır deyə düşünürəm. Məqalədə tərəfsizliyin pozulması fikri ilə də razı deyiləm. Yazılan faktlar bir çox mənbələrdə öz əksini tapıb. Yaxın günlərdə məqaləyə mənbələr əlavə etməyə çalışacam. --sefer 14:22, 27 Oktyabr 2010 (UTC)
- Anais məqaləsinin administrator tərəfindən silinməsinin "qanuni" əsaslarını bilmək istərdim. Qanunidirsə nədən İradə tərəfindən bərpa edilib. Bu halda İradə hansı cəzanı çəkəcək. Qanunsuz olubsa - bu halda məqaləni qanunsuz şəkildə silən admin nə kimi cəza alacaq və bunun təşəbbüskarı kim olacaq? Admin özbaşınalığı bütün vikipediyalarda qlobal problemə çevrilib. Maraqla cavab gözləyirəm İradə və Sortilegus adlı administratorlardan. Uğurlar. Anais pərastişkarı. — Bu imzasız yazı 109.237.119.58 (m) tərəfindən əlavə edilib;
- Bu hadisənin ən maraqlı tərəfi odur ki, Sizi ətrafınızdakılar aldadıblar :) --Vago 11:41, 30 Oktyabr 2010 (UTC)
Üç idarəçinin zəhməti olan məqalə: [3], [4], [5]. Mənim başqa sözüm yoxdur. Hər şey göz qabağındadır...--Ira 12:03, 19 Oktyabr 2010 (UTC)
- Hamısını istefaya göndərmək lazımdır...--Vago 12:30, 19 Oktyabr 2010 (UTC)
Ya da Hökumət Evinə... Ordan da Nazirlər Kabinetinə, bir az sonra da Prezident Administrasiyasına... Heyif ki, parlamentə gecikmişik. Orada yaxşı kompüterlər var. Bax, o, kompüterlərdən biri mənim olsaydı... Bu ölkəyə deputat YOX, yaxşı VİKİPEDİYAÇI lazımdır. --Cekli829 17:35, 19 oktyabr 2010 (Cek vaxtı ilə)
Vago və Cekli, sizin belə mənasız və idarəşiyə qətiyyən yaraşmayan ifadələrinizdən sonra idarəçilikdən istefa vermənizə etiraz etmirəm. --Ira 16:48, 19 Oktyabr 2010 (UTC)
- Mənasız cümləyə mənalı cavab gözləmək lazım deyil. Əslində məqaləyə Siz, yəni 4-cü idarəçi də baş vürmusunuz. Heç olmasa bu qeydlərinizi etməsəydiniz, Sizdən başqaları məqaləni görmədiyinizi fikirləşə bilərdi. "Mənim başqa sözüm yoxdur. Hər şey göz qabağındadır..."--Vago 05:59, 20 Oktyabr 2010 (UTC)
- Hərf səhvini düzəltmək və ya məqalənin görünüşünə dəyişiklik etmək qadağandır? Üstəlik məqalənin adında və daxilində düzəltməyimə baxmayaraq, Səfər eyni səhvi məqaləyə əlavələr edərkən bir daha təkrarlayıb. Hökümət sözü "ü" hərfi ilə yox, "u" hərfi ilə yazılmalıdır. İradə xanım, bu cür düzəlişlər etmək həm də sizin vəzifənizdir, tək bizim yox. Bu yerdə {{Xoşgəldiniz}} şablonunun ilk bəndini xatırlatmaq yerinə düşər: "Mövcud məqalələri redaktə etmək və ya yeni məqalə yaratmaq üçün tərəddüd etməyin, cəsur olun, vikipediya hər kəs üçün azad məkandır." Wertuose 19:24, 19 Oktyabr 2010 (UTC)
Mənim də zəhmətimin nəzərə alınmasını rica edirəm. Deyəsən, 4 idarəçi oldu:) İdarəçilər öz aralarında yaranan problemləri özlərinə aid müzakirə səhifəsində həll etsinlər. Bu xüsusilə İradə xanıma aiddir. İdarəçi öz fəaliyyəti ilə burda bütün yeni istifadəçilərə nümunə göstərməlidir - bu, AzVikidə biz idarəçi seçiləndən əvvəl də belə olub, bundan sonra da belə olacaq. Burda idarəçilərin "istefa vermək" praktikası var, amma Allah "istefaya göndərmək" praktikasından saxlasın. Hörmətlə:--Sortilegus 19:56, 19 Oktyabr 2010 (UTC)
Deyəsən irəliləyiş var. Arada belə içi boş məqalələrin adı kənd meydanına salınsa boş məqalələrin sayı azlacak.--E-citizen 04:22, 20 Oktyabr 2010 (UTC)
Belə görünür ki, ən yaxşı idarəçi Mehrdaddır. Heç bilmirik ölüb, ya qalıb... Amma fakt odur ki, o hələ də idarəçidir. Onun son redaktəsindən iki ildən də artıq vaxt keçir. Təklif edirəm ki, əvvəlcə Mehrdaddan idarəçi statusunun alınması ilə bağlı yenidən səsvermə keçirək. Daha sonra isə digər idarəçilərə etimad göstərilməsi ilə bağlı referendum keçirək... --Cek şahzadəsi Mən 9:40, 20 oktyabr 2010 (Cek vaxtı ilə)
Çox qəribədir: Mariya_Tek məqaləsi bu qədər mübahisəyə səbəb olduğu halda, belə məqalələr Bretonca Vikipediya, Xorvatca Vikipediya, Benqalca Vikipediya az-Viki üçün qəbuledilən hesab edilir. Bu nə deməkdir: adi paxıllıq, ikili standartlar və ya mən bilmədiyim nəsə başqa bir səbəb var? --Ira 05:30, 20 Oktyabr 2010 (UTC)
Azərbaycan dili öz yeni standartları ilə daim inkişafdadır. Və bu inkişaf indi də davam edir, sabah da olacaq. Rabindranat Taqor Əsərlərini benqalca yazmışdır. Xorvat dilinə isə Xorvatca redirect var --Cek şahzadəsi Mən 10:46, 20 oktyabr 2010 (Cek vaxtı ilə)
- Bu məqalənin idarəçilər arasında belə mübahisələrə səbəb olacağını bilsəm. vallah yaratmazdım :(--sefer 14:47, 20 Oktyabr 2010 (UTC)
- Hörmətli sefer. Siz baş verənlərdən ötrü təəssüf hissi keçirmədən işinizə davam edə bilərsiniz. Belə ki, burada aktiv idarəçilərin hər biri bilir ki, yaratdığınız bir çox məqalələrin bünövrəsi "Şablon"la qoyulub və tədricən onu zənginləşdirirsiniz. Müvəffəqiyyətlər arzulayıram.--Vago 10:26, 20 Oktyabr 2010 (UTC)
Fəaliyyətimi dayandırıram
Vikipediyada fəaliyyətimi dayandırıram. Vikipediyanın bundan sonrakı fəaliyyətinə uğurlar arzulayıram.--Acategory 04:37, 20 Oktyabr 2010 (UTC)
Vikipediyanın digər layihələri də var. Həmin layihələrin bəzilərində idarəçilərimiz də yoxdur. Orada işləməyin Sizin üçün daha rahat olacağını zənn edirəm. İctimai-siyasi fəaliyyətinizdə uğurlar arzu edirəm. Müxtəlif mövzularda və xüsusi ilə də Britaniya Kral ailəsi haqqında AzVikidə yaratdığınız məqalələrə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, Azərbaycan da Böyük Britaniya kimi güclü dövlət olacaq. Məhz o zaman da ingilis vikipediyaçılar bizim də krallarımız haqqında da zəngin məqalələr yaradacaq... Uğurlar və bir daha təşəkkürlər! --Cek şahzadəsi Mən 9:49, 20 oktyabr 2010 (Cek vaxtı ilə)
Çox əfsuslar olsun Cekli. Sən Acategorinin fikirlərini anlaya bilmədin. Buna sənin "dərakkən" yetməz. Bu sözdən sonra buyur bloklaya bilərsən məni. Çox ayıb olsun ki, bu cür istifadəçini qarşılıq gözləməyən bir istifadəçini iyrənc "siyasətinizlə" burdan uzaqlaşdırdız. Günah mənimdir ki bu istifadəçidə vikiyə qarşı maraq yaratmışdım. Çox əfsus ki bu cür insanı sizlərin yanına gətirmişdim. Çox əfsus............... Belə yerdə yaxşı atalar sözü yadıma düşdü "Yaxşı ki dəvənin qanadı yoxdu"--E-citizen 05:19, 20 Oktyabr 2010 (UTC)
Hər kəsi çox yaxşı anlayıram. Heç kəsi məcbur AzVikiyə gətirməmişəm. Özüm də məcbur gəlməmişəm. Gedən isə yenidən gələ bilər. O ki, qaldı dərrakə məsələsinə... Mənim dərrakəm mənə də yetər, hələ bir kəndimizə də. "Yaxşı ki dəvənin qanadı yoxdu". Amma dəvənin yaxşı qutabı olur... --Cek şahzadəsi Mən 10:31 20 oktyabr 2010 (Cek vaxtı ilə)
Çeklinin bu sözündə hər şey yazılıb. "Həmin layihələrin bəzilərində idarəçilərimiz də yoxdur. Orada işləməyin Sizin üçün daha rahat olacağını zənn edirəm." Demək bu idarəçilərin arasında işləmək ağğıllı istifadəçilərə çox çətindir. ÖZün boynuna alırsan. Şahzadə söhbətinə gəlincə sən düz deyirsən bunların şahzadəsi çatmır səndə ol onlara şahzadə[6] Dəvənin qutabıda yaxşı ki, Corattlılara məxsusdur. Cekə aid olsaydı burdada bir öyünmə yeri tapardın.--E-citizen 05:35, 20 Oktyabr 2010 (UTC)
Mən onlarla fəxr edirəm! --Cek şahzadəsi Mən 10:39 20 oktyabr 2010 (Cek vaxtı ilə)
Uğurlar və Fəxri xiyaban arzulayıram.--E-citizen 05:40, 20 Oktyabr 2010 (UTC)--E-citizen 05:40, 20 Oktyabr 2010 (UTC)
Fəxri xiyabanda yer qalmayıb. Külümü kosmosa səpələsələr yetər. Hər planetə 100 qram... --Cek şahzadəsi Mən 10:48 20 oktyabr 2010 (Cek vaxtı ilə)
Cəzasızlıq mühiti E-citizenin yuxarıdakı təhqir səviyyəsindəki ifadələrini artıq o qədər adiləşdirib ki, buna görə hansısa tədbir görmək də mənə anormal görünür. Şəxsən mənim cənab Acategory-nin nə özünə, nə də istifadəçi kimi gördüyü işlərə qarşı heç zaman etirazım olmayıb, yalnız buraxdığı stilistik səhvlərdən başqa. Amma onun Vikipediyaya gəldiyi ilk gündən istifadəçilər arasında artıq neçənci dəfədir ki, mübahisələrə səbəb olması, yol verdiyi qayda pozuntularını etiraf etməkdən qətiyyətlə imtina etməsi və vikicəmiyyətlə birlikdə yox, onun əleyhinə hərəkət etmək istəyi əlbəttə ki, məni həm bir istifadəçi, həm də idarəçi kimi qıcıqlandırmaya bilməz. Müzakirə səhifələrində mənə qarşı bir neçə dəfə yol verdiyi arzuolunmaz ifadələrə də hər dəfə göz yummağa çalışmışam ki, həm müzakirə olunan mövzudan yayınmayım, həm də Vikipediyanı şəxsi münasibətlərin ayırd edildiyi yerə çevirməyim. Qarşı tərəfdən də bu barədə anlayış gözləsəm də əksinə, hər dəfə ittihamların dozası artıb. Getməsini istəməzdim, amma seçim özünə aiddir. Wertuose 06:29, 20 Oktyabr 2010 (UTC)
Wertuose, "Vikipediyanı şəxsi münasibətlərin ayırd edildiyi yerə çevirməyim" deyirsiniz, amma məni Vikimənbədə baş verən mübahisəyə görə burada təhqir etdiyinizi deyəsən unutmusunuz? --Ira 06:38, 20 Oktyabr 2010 (UTC)
- Sizə təhqir kimi görünən həmin ifadələr, faktın konstatasiyası idi, yəni hadisələrin gedişinin şərhindən ibarət idi. İndi yenidən o vaxtkı mübahisələri canlandırmaq istəyinizi anlaya bilmirəm. Bu o deməkdir ki, siz müzakirəni mübahisəyə çevirmək istəyirsiniz? Əgər elə deyilsə, onda xahiş edirəm bu söhbəti burda bağlayaq. Wertuose 07:46, 20 Oktyabr 2010 (UTC)
- Hörmətli Acategory! Sizin Vikipediyada fəaliyyətinizi dayandırmaq istəyinizi qəbul etmirəm. Vikipediyada yaratdığınız məqalələr öz möhtəşəmliyi və aktuallığı ilə hər zaman seçiliblər. Bir Azərbaycanlı kimi, Azərbaycan xalqının adından (baxmayaraq ki, bu ixtiyar yalnız Prezidentə verilir) Sizin Vikipediyada qalmanızı xahiş edirəm. İndiki vəziyyətdə "meydanı" tərk etmək Sizin fəaliyyətinizə qarşı çıxanları sevindirmək deməkdir. Bu illər ərzində şəxsən mənə qaşı olan əsassız ittihamlara görə gərək mən çoxdan Vikipediynı tərk edəydim. Amma hər dəfə özümdə güc tapıb mübarizəni sona qədər etmişəm. Mənim Vikipediyada fəaliyyətim heç zaman bəzi "qanacaqlı" istifadəçilərin istehzalı və təhqirli sözlərindən asılı olmayıb. Əminəm ki, Sizin də fəaliyyətiniz bütün maneələrə baxmayaraq davam edəcəkdir. Çünki bu ilk növbədə AZƏRBAYCANA LAZIMDIR! Hörmətlə və ümidlə, --Ira 09:04, 20 Oktyabr 2010 (UTC)
- Kaş ki bu cür söhbətlər olmazdı! İstifadəçi və idarəçilərimizin bu cür savaşmasını görmək çox üzücüdür. Ən əsası isə burda mübahisələrə sərf etdiyimiz vaxta hansısa məqalələri redaktə edə və ya yeni məqalələr yarada bilərdik, dolayısıyla faydalı olardıq. İrada xanımın yuxarıdakı fikirlərinə qoşularaq bildirmək istərdim ki, Acategory yoldaşın fəaliyyətini dayandırmasını heç istəməzdim. Amma şəxsi fikrinə də hörmətlə yanaşıram. Bununla belə məncə mübariz və səbrli olub fəaliyyəti davam etdirmək və təslim olmamamq məncə çox yaxşı nümunə olardı. --sefer 14:53, 20 Oktyabr 2010 (UTC)
Bu artiq Ensklopediya olmadi desem yanilmaram. Bu nece ishdir basha dushmurem. Idarechiler diger ishtirakchilara numune olmaq evezine daha da oz aralarinda mubahiseler eleyirler, bir-birilerini ittiham edirler, hetta tehqir ve soyshlerden de qachinmirlar. Bu, bir daha idarechiler arasinda birliyin olmamasi ile baglidir. Mence ilin sonuna kimi idarechilerin sayi 10, Burokratlarin ise sayini 3-e chatdirmaq lazimdir. Lakin bezi Istifadeciler bezi idarechilerin fealiyyetinden narazidir. Teklif edirem ki, Hemin idarechilere idarechi statusu almasi uchun bir defe de onlara sesverme kechirilsin. Acategory qardashimiz da indiye kimi hech bir fealiyyetinden narazi deyilem. Chixmasi elbette oz fikridir hormetle yanashiram. Amma her zaman onun yeri azvikide bosh qalacaqdir. Hech bir istifadehi onun boshlugunu doldura bilmez. -- istifadəçi:rovshan.95 23 oktyabr 2010
Hər yerdə olduğu kimi burda da qruplaşma var deyəsən.Çox acı bir vəziyyətdi.Bunları oxuyanda adamın ürəyi qırılır. Rzalı
Bir şəkilin tarixçəsi
Ceklilər məqaləsindəki ceklilər şəklini sizə çatdırıram. [7] Birinci təqdim etdiyim şəkil bu deyilmi [8] Bəlkə mənim savadım azlıq elədi. Şəkil cekli adıyla yüklənsədə şəklin altında aydın sürətdə Джигеты yazılıb. Bu da джигит sözündən yaranıb. Bəs Джигит kimdir. Cekli ya [9] minici, atoynadan, dəliqanlı və s. Bu və s. içində onu bilirəm ki cekli yoxdur.--E-citizen 06:15, 20 Oktyabr 2010 (UTC)
O şəkli Commonsa mən yükləməmişəm. Şəklin tarixçəsini özüm də araşdırıram. --Cek şahzadəsi Mən 11:32, 20 oktyabr 2010 (Cek vaxtı ilə)
- Bu şəkildə təsvir olunan ciqetlər və ya digər adı ilə cixlərdir, bir hissəsi müsəlman, bir hissəsi xristian olan abxaz xalqlarından biridir. Wertuose 06:01, 26 Oktyabr 2010 (UTC)
Ceklinin fəaliyyəti
1. İdarəçiyə yaraşmayan bu ifadə ilk növbədə Vikipediya cəmiyyətinə təhqirdir. Özünü milləti sevən göstərmək üçün belə ifadələr [10] işlətmək Vikipediya qaydalarına ziddir. Belə ki, Vikipediyanın əsas prinsiplərindən biri söyüş və təhqirlərə yol verməməkdir. O söyüş düşmənə qarşı olsa belə.
2. Kənd meydanındakı istehzali, təhqiredici ifadələr də Vikipediya qaydalarına ziddir və idarəçiyə yaraşmır: [11] [12], [13]
Bu səbəbdəb Ceklinin cəzalanmasını tələb edirəm. Əks halda mən metaya müraciət etmək məcburuiyyətindəyəm.
Sortilegusun məsləhəti ilə müzakirəni İdarəçilərin müzakirəsi səhifəsinə də əlavə etdim. Amma burada yazmağımın əsas səbəbi odur ki, bu məsələlər təkcə idarəçilərə deyil, bütün Vikipediya cəmiyyətinə aiddir. Belə kampaniyalar, yəni birləşərək fəal istifadəçiləri Vikipediyadan uzaqlaşdırmaq Vikipediya üçün çox təhlükəlidir və indidən qarşısı alınmalıdır. --Ira 06:01, 20 Oktyabr 2010 (UTC)
- İradə xanım, məncə konkret halda "birləşmə" ifadəsi sizlərin Acategory-nin ətrafında birləşməyinizə aid edilə bilər. Digər istifadəçilərin yaxın mövqedən çxış etməsini kiməsə qarşı birləşmək kimi qəbul etməyiniz düzgün deyil. Xatırladım ki, məhz sizin müdaxiləniz nəticəsində həm Mariya Tek məqaləsinin müzakirə səhifəsində, həm də burada vəziyyəti gərginləşdirən postlar yazılmağa başlayıb və məsələ Acategory-nin Vikipediyadan getməsini açıqlaması ilə nəticələnib. Bunlara görə günahı digər istifadəçilərə yükləməyin, xahiş edirəm. Wertuose 06:36, 20 Oktyabr 2010 (UTC)
Sübut göz qabağındadır: [[14]] --Ira 06:40, 20 Oktyabr 2010 (UTC)
Metaya mən heç vaxt müraciət etməmişəm və belə bir fikrimin olacağını da heç vaxt guman etmirəm. İradə xanım əgər metaya müraciət etmək təcrübəniz varsa, o zaman xahiş edirəm ki, əvvəlcə Erməni dilində olan Vikipediyada Azərbaycan Respublikasının xəritəsi ilə bağlı mənim edə bilmədiyimi Siz edin. O zaman Sizə Afərin deyərəm. --Cek şahzadəsi Mən 11:47, 20 oktyabr 2010 (Cek vaxtı ilə)
Məndən sizə məsləhət:
- İdarəçi kimi indiyə kimi metanın yolunu tanımalı idiniz.
- Bir işi görə bilmirsinizsə onu başqalarına yükləməyin. Mən sizə yalnız məsləhət verə bilərəm. Bunlar idarəçilər arasında adi etik qaydalardır. --Ira 06:53, 20 Oktyabr 2010 (UTC)
Mən görə bilmədiyim işi başqalarına yükləmirəm. Mən Sizdən XAHİŞ etdim... --Cek şahzadəsi Mən 11:58, 20 oktyabr 2010 (Cek vaxtı ilə)
- Ermənicə vikidə Azərbaycan xəritəsinin təhrif edilməsiylə bağlı bildirmək istəyirəm ki, bu onların vikicəmiyyətinin (onların bu halda bizə nümunə ola biləcək bir vikicəmiyyətləri var və onlar düşmənə qarşı mübarizə aparırlar, bir-birlərinə qarşı yox.) gəldiyi ortaq nəticədir və biz həmin nəticəyə bir təsir edə bilmərik. --sefer 14:42, 20 Oktyabr 2010 (UTC)
- Siz bilirsiniz düşmənlərimiz belə mübahisələrə (müzakirələrə deyil) necə sevinirlər. Gəlin onları daha çox sevindirməyək. Axı birlik problemi həmişə bizim millətin ən zəif nöqtələrindən biri olub. Burada cəmiyyətimizin yüksək səviyyəli şəxslərinin hansısa bir Tek şahzadəsinə görə belə ədavət aparmasını düzgün hesab etmirəm. Çünki, müzakirə şəxsi mübahisəyə çevrilir. (eyni səhvə əvvəllər mən də yol vermişəm. heç birimiz ideal deyilik).
- P.S. Artıq bir neçə ildir ki, müzakirələrdən (və mübahisələrdən) qaçmağa çalışıram. Lakin bir fəal (hər halda fəal) istifadəçi kimi baş verənlər məni çox kədərləndirir. Acategory-nin addımını anlayıram. Çünki, eyni səhv addımı mən də atmışam. Lakin peşman olub geri qayıdıb fəaliyyətimə davam etmişəm. İnanıram ki, Acategory nəinki özü qayıdacaq, eynilə özü kimi ziyalıları da buraya cəlb edəcək. Yoxsa bu vikipediya məhvə məhkumdur (təkcə Acategory-nin getməsilə əlaqədar deyil). Bir də gördün erməni əsilli "azərbaycanlılar" başladı burada ağalıq etməyə. (bu fikir inandırıcı görünməsə də artıq belə halın çöplərinin yarandığını görürəm.). Artıq elə bir vəziyyət yaranıb ki, bir-biriylə normal münasibəti olan idarəçilərin sayı getdikcə azalır.
--Vüsal Ağayev 15:53, 20 Oktyabr 2010 (UTC)
Anahit (Anais) məqaləsində heç bir təhqir və söyüş yoxdur, üstəlik lazimi mənbələr də göstərilib, biz gunahkar deyilik ki ermənlər belə işlərlə məşğul olublar... --Gulustan 11:02, 30 Oktyabr 2010 (UTC)
İdarəçilərin görüşü
Burada idarəçilər görüşməyi nəzərdə tuturlar. Hər halda belə düşünürəm ki, istifadəçilərin də iştirakı pis olmaz. Ona görə burada yeni bölüm açdım. Kim iştirak etmək niyyətindədirsə burada qeyd etsin.
- --
[İstifadəçi:Vusal1981|Vüsal Ağayev]]18:23, 21 Oktyabr 2010 (UTC)(üzgünəm gələ bilməyəcəyəm) - --Irada 18:28, 21 Oktyabr 2010 (UTC)
- --Sortilegus 19:28, 21 Oktyabr 2010 (UTC)
- --Cekli829 10:35, 22 oktyabr 2010 (Cek vaxtı ilə)
- --Proger danış 07:06, 22 Oktyabr 2010 (UTC)
- --Vago 07:13, 22 Oktyabr 2010 (UTC)
- --sefer 22:14, 22 Oktyabr 2010 (UTC)
- --Rovshan 23:33, 22 Oktyabr 2010 (UTC)
- Dəqiq deyil.-- Pərviz 23:07, 22 Oktyabr 2010 (UTC)
Qeyd: Görüşün yerini və vaxtını yəqin ki, Sortilegus yuxarıda yazacaq. --Irada 19:40, 21 Oktyabr 2010 (UTC)
- Çox gözəl :). Həvəslə iştirak edərəm! Danışalacaq çox şey var. Bu arada istinad etdiyiniz müzakirə səhifəsində inzibatçılardan biri qeyd edir ki, bu görüş yalnız idarəçilər arasında olsa yaxşıdır. Geniş toplantı olanda digərlərini də çağırarıq. İndi görürəm bu təklif qüvvəyə minməyib. Siravi istifadəçilər də iştirak edə bilər? :) --Proger danış 07:06, 22 Oktyabr 2010 (UTC)
Bütün istifadəçilərin iştirakını arzu edirəm. Yoxsa mən tək onlarla bacarmaram :)--Irada 07:23, 22 Oktyabr 2010 (UTC)
- İnanmıram :)) -Vago 07:26, 22 Oktyabr 2010 (UTC)
Bəlkə də haqlısınız...:))--Irada 07:32, 22 Oktyabr 2010 (UTC)
Mən də bütün vikipediyaçıların və hətta Milli Təhlükəsizlik Nazirliyinin və digər müvafiq qurumların, dövlət və qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələrinin, həmçinin İTV-də dəyirmi masa aparıcısının da o tədbirdə iştirakının tərəfdarıyam. Ümid edirəm ki, hər kəs orada olacaq. --Cekli829 12:35, 22 oktyabr 2010 (Cek vaxtı ilə)
Yenə istehza...--Irada 07:39, 22 Oktyabr 2010 (UTC)
Xeyr. İstehza deyil. Ciddi sözümdür! --Cekli829 12:40, 22 oktyabr 2010 (Cek vaxtı ilə)
Maşallah, irəliləyiş var deyəsən. Yaxşı ki Cekli yumor hissinə qapılıb, - "Bu dəfə istehza deyil!" demədi :))--Vago 07:44, 22 Oktyabr 2010 (UTC)
Çox maraqlıdır. Axşam saat 6 da başlayan görüşün bitmə vaxtını düşündükdə sizcə ora qadınlar gələ biləcərmi. Birdə ki, Ora haradırrrrrrrrrrrr?--E-citizen 07:46, 22 Oktyabr 2010 (UTC)
Prinsipcə İTV-də görüşüb sonrada Milli Təhlükəsizlik Nazirliyinin Zirzəmisində davam etdirə bilərik. --E-citizen 07:49, 22 Oktyabr 2010 (UTC)
Məncə, toplantı vaxtını saat 17-00-a da keçirmək olar.--Vago 07:57, 22 Oktyabr 2010 (UTC)
Ya da 16-00-da. İşimlə əlaqədar olaraq 16-00-dan 20-00-a kimi keçiriləcək görüşdə iştirak etməyim mümkündür. --Cekli829 13:00, 22 oktyabr 2010 (Cek vaxtı ilə)
Sabah, yəni 23 oktyabrda, saat 18 00-da Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbəüz səkidəki fotoatelyenin qarşısında toplaşırıq. Xahiş edirəm, gəlmək fikrində olanlar çox gecikməsinlər, uzağı 10-15 dəqiqə gözləyə bilərik. Sonra oradakı kafelərdən birində çay süfrəsi arxasında oturub mehribancasına söhbət edəcəyik və siz görəcəksiz ki, son 1-2 ayda böyük problemə çevirdiyiniz məsələlərin həlli əslində çox sadədir. Amma sabahacan xahiş edirəm burdakı müzakirələri dayandırın, bir-birinizi bloklamayın, "qırıb-çatmayın":)
P.S. Mən belə görürəm ki, AzVikini normal idarə etmək üçün mənə idarəçi və bürokrat statusları kifayət eləmir. Görüşün nəticəsindən asılı olaraq sizdən bir yeni status da istəməli olacam - "AzVikinin qlavniy razborshiki":) --Sortilegus 08:29, 22 Oktyabr 2010 (UTC)
- Mənə elə gəlir ki, sonuncu titul məsələsi özü-özlüyündə həll olub :))--Vago 08:33, 22 Oktyabr 2010 (UTC)
Hə. Elədir. Sortilegus Siz AzVikinin Mematisisiniz. Sabah racon kəssən yaxşı olar:) 10 milyon dollar. Amma fikrimcə bu pul Cimbodan AzVikini almağa kifayət etməz. --Cekli829 13:50, 22 oktyabr 2010 (Cek vaxtı ilə)
- Bu yəqin "Qurdlar vadisi" serialındandır:) Cekli, inandırım səni bu günə qədər hansısa serialı əvvəldən-axıra qədər izlədiyim, ya 3-4 seriyasına baxdığım yadıma gəlmir:) Bir uşaq vaxtı (hələ deyəsən sovet dövrüydü) "Boqatie toje plachut" serialına baxırdım:)--Sortilegus 09:00, 22 Oktyabr 2010 (UTC)
- Yönləndirmək olmasın, Siz günümüzün aktual mövzusu olan "Просто Мария"ya baxınız :))))--Vago 10:17, 22 Oktyabr 2010 (UTC)
- Bu yəqin "Qurdlar vadisi" serialındandır:) Cekli, inandırım səni bu günə qədər hansısa serialı əvvəldən-axıra qədər izlədiyim, ya 3-4 seriyasına baxdığım yadıma gəlmir:) Bir uşaq vaxtı (hələ deyəsən sovet dövrüydü) "Boqatie toje plachut" serialına baxırdım:)--Sortilegus 09:00, 22 Oktyabr 2010 (UTC)
Hə "Kurtlar Vadisi Pusu"da elə bir epizod var. Səhv etmirəmsə 94 ya da 95-ci seriyadadır. Mənim də tam baxmağa imkanım olmayıb. Amma o epizoda baxmışam. --Cekli829 14:07, 22 oktyabr 2010 (Cek vaxtı ilə)
Mm, Elmlər Akademiyası yaxşı yerdir? Elə vaxtdır ki, tələbələr də çıxır... Özlərinin kafeləri də elə də keyfiyyətli deyillər. Bəlkə başqa yerdə görüşək? "5 Qazan"-ın ikinci mərtəbəsi, Pronto və ya Sahil restoranı. Mm, ya da nə bilim. EA-da normal kafe/restoran mən şəxsən tanımıram. Sevgili inzibatçımız tanıyor mu? :D --Proger danış 09:06, 22 Oktyabr 2010 (UTC)
- Bildiyimə görə şənbə günü dərs olmur. -- Pərviz 12:43, 22 Oktyabr 2010 (UTC)
- Görüş yerini dəyişmək olmaz:) Bir də ki, Proger, kabab yeməyə getmirik ki:) Oturub çay içəcəyik. Amma inşallah, hamı mehriban olsa, can deyib can eşitsə gələcəkdə Azvikiailənin üzvlərinin lap Azərbaycanın rayonlarına səfərlərini təşkil edərik, pikniklər keçirərik. Mənim ən böyük arzularımdan biri Təbrizdə, ya Ərdəbildə, ya Cənubi Azərbaycanın hansısa başqa bir şəhərində bir AzViki toplantısı keçirməkdir. Amma onun üçün gərək bir yumruq kimi birləşək və möhkəm olaq. Belə xırda mübahisələrə yol verməyək.--Sortilegus 15:25, 22 Oktyabr 2010 (UTC)
- Deməli mehribançılıq olsa, piknikin xərci Mehrdadın üstünə düşəcək :))--Vago 15:30, 22 Oktyabr 2010 (UTC)
- Mehrdad Cənubi Azərbaycandan olsa da, səhv etmirəmsə hazırda Avstraliyada yaşayır. Burda bu qədər müddətdə fəaliyyətsiz olmasının səbəblərini anlaya bilmirəm. Hər halda ingilisdilli vikidə hərdən redaktələr edir [15]. Amma Cənubi Azərbaycandan olan və AzVikidə fəaliyyət göstərən, AzVikinin inkişafı üçün çalışan digər dəyərli dostlarımız da var. İndi həmin dostlarla latın əlifbasından ərəb əlifbasına və əksinə mətn tərcümə edən mükəmməl proqramın hazırlanmasının mümkünlüyünü müzakirə edirik (bu işə çox dəyərli cənublu dilçi alimlərimiz də maraq göstərirlər və təmənnasız bizə kömək etməyə hazırdırlar). Hələ ki, bu bir ideya formasındadır, amma artıq ümid qığılcımları görünür. İnşallah burda çox vaxt aparan belə xırda problemləri həll edib axırına çıxa bilsək, əsas problemlərin həllinə keçərik. --Sortilegus 16:14, 22 Oktyabr 2010 (UTC)
Bu görüşdə iştirak etməyim mümkündür, amma, dəqiq deyil. Çalışaram ki, qeyd olunan zamanda lazım olan yerdə olum. --Rovshan 23:33, 22 Oktyabr 2010 (UTC)
Əziz həmkarlar! Görüşə cismən gələ bilməsəm də, ruhən sizinləyəm!... Üzürlü səbəbdən iştirak edə bilməyəcəm. Gələcək görüşlərdə görüşərik. Uğurlar.--Sultan11 11:59, 23 Oktyabr 2010 (UTC)
Görüş haqqında
Deyəsən görüşdən sonra Vikipediyaya gələn birinci mənəm. Görüş çox yüksək səviyyədə keçdi. Problemlər, görüşdə iştirak edən və iştirak edə bilməyən bütün aktib istifadəçilərin fəaliyyəti və bir çox aktual məsələlər təhlil edildi. Bir sözlə yaxşı oldu. --Irada 16:43, 23 Oktyabr 2010 (UTC)
Məncə bu görüş idarəçilər və istifadəçilər üçün əhəmiyyətli olacaq --Robert Langdon 17:02, 23 Oktyabr 2010 (UTC)
Mən də elə fikirləşirəm ki, bu gün 5 idarəçi və 4 fəal istifadəçinin iştirakı ilə keçirilən görüş və bu görüşdə müzakirə olunan məsələlər AzVikinin gələcək inkişafı baxımından böyük əhəmiyyətə malik idi. --Sortilegus 17:20, 23 Oktyabr 2010 (UTC)
Səhv Məlumat
Mən indi öz istifadəçi səhifəmdə əslində çoxdan qeydiyyatdan keçdiyimi gördüm və səhifəmdə düzəliş etdim. Lakin burada olan istifadəçilərə mən 6 ay demişdim. Yalnış məlumata görə hamıdan üzr istəyirəm.
P.S: Uzun müddət - 1 il - fəaliyyətsiz qaldığıma görə çox məqalə yarada bilməmişəm --Robert Langdon 18:23, 23 Oktyabr 2010 (UTC)
- Qeydiyyatdan çoxdan keçsəniz də fəal istifadəçi kimi iştirakınız 6 aydır. Odur ki, hər şeyi düz demisiz. Uğurlar :) --Irada 18:33, 23 Oktyabr 2010 (UTC)
Filmlərin adları
Son zamanlar AzVikidə filmlərlə bağlı bir sıra problemlər aradan qaldırılmışdır. Lakin ən ciddi problem olan film adlarının standard yazılış forması tam təsdiq olunmamışdır. Bununla əlaqədar olaraq son qərarın qəbulunu vacib hesab edirəm. Bu qərarın qəbulu istiqamətində bir müddət əvvəl hazırlanmış bəzi təklifləri nəzərinizə çatdırıram:
- Tammetrajlı, qısametrajlı, bədii, sənədli, cizgi, serial, Mozalan, Məzməzə, televiziya film və tamaşalarının adından sonra mötərizədə illərinin qabağında mütləq film yazılsın. Məsələn: (film, 2010).
- Verilişlərdə isə adından sonra mötərizədə illərinin qabağında (veriliş, 2006), klip, kompüter qrafikası və reklamlarda isə müvafiq olaraq (klip, 2007) (reklam, 2008) və (kompüter qrafikası, 2009) yazılsın.
- Filmlərin adlarında abreviatura və xüsusi isim olmayan sözlərdən başqa, digər bütün sözlərin ilk hərfi kiçildilsin. Məsələn: O olmasın, bu olsun (film, 1956) olsun: O olmasın, bu olsun (film, 1956).
- Filmlərin adları dəyişdirildikdə onlara olan bütün keçid səhifələrdə də dəyişdirilməlidir. Məsələn: O olmasın, bu olsun (film, 1956) Lakin bu problemi sonra da həll etmək olar. Belə ki, bu təkliflərin ilk üç bəndində qeyd olunanlar yerinə yetirildikdən sonra, keçid səhifələri dəyişdirilməyə başlanılsın. Heç bir keçidi olmayan səhifələr dərhal silinsin.
Ən qısa müddətdə bu problemin həlli ilə bağlı digər təkliflərinizi gözləyirəm. --Cekli829 13:08, 15 oktyabr 2010 (Cek vaxtı ilə)
- Təkcə film yox, ümumiyyətlə məqalə adlarında mötərizələrdən mümkün qədər seyrək istifadə etmək lazımdır, bizdə isə indiyə qədər buna çox fikir verməmişik, ehtiyac oldu-olmadı bir çox məqalənin adında mötərizə var. Məqalə adları haqqında olduğu subyektin adına ən yaxın bir adla adlanmalıdır. Məsəl üçün Bakı. Burda mötərizə açıb bir çox şey qeyd eləmək olar amma ehtiyac yoxdur. Bakı şəhəri haqqında olan məqalənin ən yaxşı adlandırma variantı budur. Ümumi standardlaşdırma üçün də mötərizələrdən istifadə etmək düzgün deyil. Məsələn elə bu misalda mötərizədə paytaxt yazıla bilər və bu bir standard kimi bütün paytaxt məqalələrinə tətbiq oluna bilər amma bu görünüşü qarışdırmaqdan başqa nə işə yarayar? Mötərizələrdən məqalə adında ancaq məcbur qaldıqda, iki və ya daha çox məqaləni ayırmaq üçün, o da mümkün qədər az olmaq şərtilə istifadə olunmalıdır. Əksər şəxs, çoğrafi ad, tarixi hadisə, anlayış və s.-in adında mötərizə olmur ki, onlar haqqında olan məqalənin adında da olsun. --TimBitsتِمبِتس 13:06, 15 Oktyabr 2010 (UTC)
Ümumiyyətlə filmlərin adında ilin yazılması nəyə lazımdır? Onsuz da kateqoriyada da, şablonda da bu göstərilir.--Vago 10:29, 16 Oktyabr 2010 (UTC)
Mənim də bir neçə təklifim var. Amma əvvəlcə onu deyim ki, TimBits-in dediklərini dəstəkləyirəm. Tutaq ki, Onu bağışlamaq olarmı? (film, 1959) - bu film haqqında məqalənin adını Onu bağışlamaq olarmı? kimi adlandıra bilmərik ki? Nə qədər böyük ehtimal var ki, adı bu adla üst-üstə düşən bir başqa məqalə də yaradılacaq AzVikidə? Amma tutaq ki, Ulduz (film, 1964) filminin adını dəyişəndə onun mütləq film olduğunu qeyd etməliyik - Ulduz (film). Çünki, Ulduz (jurnal), Ulduz (qəzet) və s. məqalələr var və onların sayının artacağı ehtimalı da böyükdür. Bu halda da Ulduz məqaləsinin özünü dəqiqləşdirmə səhifəsi etmək lazım deyil. Ulduz (dəqiqləşdirmə) səhifəsi yaradılmalı və adı "Ulduz" olan məqalələr hamısı orda qeyd edilməlidir. Çünki astronomiyadakı "ulduz" o biri "ulduzların" hamısından daha tez-tez burada məqalələrdə işlənəcək. Burda bir başqa problem də meydana çıxacaq. Bilirsiniz ki, biz əcnəbi film adlarını Azərbaycan dilinə tərcümə edirik. Çox mümkündür ki, "Ulduz" adında hollivud, ya bollivud filmi də olsun. Onda necə edəcəyik? Digər tərəfdən, birdən belə bir hal oldu - "Ulduz" adında həm bədii, həm də sənədli, ya cizgi filmi də var - bu halda nə etməliyik? Bütün bu problemləri sonunacan müzakirə edək, həlli yollarını tapaq, sonra film adlarını dəyişməyə başlayaq. Çünki sayları həddən artıq çoxdur, elə olsun ki, bir dəfəlik bunu həll edək, gələcəkdə bir də üstünə qayıtmayaq. Hörmətlə:--Sortilegus 14:46, 18 Oktyabr 2010 (UTC)
Bəs o halda "Arşın mal alan", "O olmasın bu olsun", "Sevil", "Sakit Don" və s. filmlərini necə adlandırmaq fikrindəsiniz? Məsələn ru-vikidə belədir: Тихий Дон (фильм, 1958) və Тихий Дон (фильм, 1930) --Ira 15:06, 18 Oktyabr 2010 (UTC)
Elə ruslardakı kimi adlandırarıq. Məsələn, neçə film olar ki, adı ilə janrı bu cür üst-üstə düşsün? Olsun 50 film. Onları bu formadan istifadə edib fərqləndirərik. Bu əlli filmə görə niyə bütün filmlərin adının sonuna (film, ????) qoşmalıyıq ki? --Sortilegus 15:29, 18 Oktyabr 2010 (UTC)
Təkliflə razıyam. Amma Vüsalın fikrini nəzərə almalıyıq. --Ira 15:31, 18 Oktyabr 2010 (UTC)
İradə xanım, hörmətə görə sağ olun. Mən yuxarıdakı təklifimdə qalıram. Rus vikisində də belədir. 1. Mötərizədə film və ilin yazılması məqalənin adına kobudluq gətirməz. Yoxsa hər filmin adında bir saat fikirləşək ki, görəsən bunun analoqu olan başqa məqalə gələcəkdə yaradıla bilərmi? Məncə vaxt itkisidir. Əgər mötərizədə heç bir şey yazılmayacaqsa o zaman gərək mən bir-bir gözdən keçirim. Təvazökarlıqdan uzaq olsa da eyniadlı filmin olub olmadığını ən düzgün araşdıra bilən yəqin bu vikidə mənəm. Məsələn: Əhməd haradadır? deyə məqalə adı dəyişdirilə bilər, lakin eyniadlı Mozalan süjeti də var. Ona görə məncə ən asan yol film və ilin göstərilməsidir. Beləliklə mən müdaxilə etmədən istənilən istifadəçi bütün film məqalələrin adlarını dəyişdirə bilər və belə məqalələrin gələcəkdə adlarının yenidən dəyişdirilməsi ehtimalı sıfıra enmiş olur.
--Vüsal Ağayev 20:06, 18 Oktyabr 2010 (UTC)
O olmasın, bu olsun (film, 1956) olsun: O olmasın, bu olsun (film, 1956). Mən qəti surətdə Vüsal Ağayevlə üst-üstə düşən bu mövqeyimi müdafiə edirəm. Və hazırki vaxta qədər digər istifadəçilər tərəfindən irəli sürülmüş təkliflərinin heç birini qəbul etmirəm. --Cekli829 9:58, 19 oktyabr 2010 (Cek vaxtı ilə)
İradə xanımın qeyd etdiyi Тихий Дон (фильм, 1958) və Тихий Дон (фильм, 1930) məsələləri xüsusi hallardır. Belə ki, "Тихий Дон" adında mötərizəli-mötərizəsiz bir neçə məqalə var və onların bu cür fərqləndirilməsi fikrimcə çox düzgündür. Bizim də qarşımıza bu cür hallar çıxarsa, analoji qaydada adlandırma edə bilərik. Vüsal bəy məqalələrin adında illərin göstərilməsini təkid edirsə, bu halda belə məqalələrin hamısının adında ucdantutma film, sənədli film, kinojurnal kimi tanıdıcı sözlər qeyd etməyə dəyməz. Daha dəqiq desəm, hansı halda bir neçə variant varsa ("Əhməd haradadır"dakı kimi) onda bu cür variantı tətbiq edərik.--Vago 07:01, 19 Oktyabr 2010 (UTC)
İndiki halda iki ad qeyd ediləcək film və veriliş. Hətta tv tamaşalara da film yazmaq olar çünki televizya tamaşası=televiziya filmi. sənədli film, Mozalan, cizgi filmi kimi uzun adlara ehtiyac yoxdur. Hamısına film yazıla bilər. Və belə mötərizəni qadağan edən qaydaya rast gəlməmişəm başqa vikilərdə.
--Vüsal Ağayev 10:13, 19 Oktyabr 2010 (UTC)
- Hörmətli Vüsal, söhbət qadağan olunmadan getmir ki... Məsələn Bakı şəhəri adında bir məqalə yaradırıq və onun qarşısına "(şəhər)" yazmırıq. "Bakı" adında ikinci məqalə olanda, məsələn, Bakı (mehmanxana), artıq birinci məqalənin də adında dəyişiklik edirik. Eyni adlı film və veriliş olanda Siz qeyd etdiyiniz kimi, mötərizə daxilində film, yaxud veriliş olduğu qeyd olunması, qalan hallarda olduğu kimi qalması daha münasibdir. Belə olan halda da Sizdən başqa dəyişiklik etmək istəyən istifadəçilər [belə görünür, elə özümüz :))] də bunu asanlıqla edə bilərlər.--Vago 10:46, 19 Oktyabr 2010 (UTC)
Əgər belə bir qayda yoxdursa, o zaman mənim təklifim qüvvədə qalır. Çünki mhələ ki, elə də vaxtım yoxdu ki, bir-bir adlar dəyişilən məqalələrə nəzər yetirim və eyniadlı məqalələri aşkar edim sizə deyim. Gələcəkdə problem çıxmaması üçün təklifimdə israrlıyam. Hər halda rus vikisindəkilər bizdən ağılsız, ingilisdəkilər də ağllı deyillər.
--Vüsal Ağayev 13:16, 19 Oktyabr 2010 (UTC)
- Lap yaxşı. Rusların filmlərinə baxın, görün Siz deyən formada neçəsi var? Məsələn "Авалон (фильм, 1990)" "Авалон (фильм, 2001)" iki çəkiliş ili var, ona görə də illər göstərilib. Bir dəfə çəkilən filmlərdə sadəcə qarşısında "film" yazılıb. Qəbul edirsinizsə, bu variantı seçək.--Vago 13:24, 19 Oktyabr 2010 (UTC)
Filmdən ziyadə illərin yazılması görüntüyə ziyan gətirməz. Həmçinin illəri bəlli olmayan filmlərin qarşısında təkcə film yazılacaq. Beləliklə məqalələrdə (????) məsələsi də həll oluna bilər. Məncə mötərizə mövzusu çox uzanır, qalması heç nəyə xələl gətirməz. Biz özümüzdən Amerika kəşf etmirik. Məsələ ondadır ki, belə tipli məqalələrin adlarının dəyişilməsi problemi kökündən həll olunmalıdır və bir daha bu məsələyə qayıdılmamalıdır. Vago, siz dediyiniz variantda isə həmişə ad dəyişikliyi olacaq. təkcə film yazılsa belə. O zaman yenı belə böyük müzakirə açılmalı olacaq?!
Əsas olan odur ki, filmlərin adları xüsusi isim kimi verilməyəcək. Çünki dilimizdə hələ belə bir qanun yoxdur. Halbuki, dilçilərimiz belə bir əhəmiyyətli faktora da öz münasibətlərini bildirsələr yaxşı olar. Axı, film bir istehsal məhsuludur və məhsulun da öz adı olmalıdır (xüsusi isim kimi).
--Vüsal Ağayev 14:25, 19 Oktyabr 2010 (UTC)
- Mənim mötərizəsiz adlara üstünlük verək təklifim ümumən bütün adlarla bağlıdır. Film məqalələrində isə bir çox adda illər yazılacaq. Belə olan təqdirdə bir çoxunda yazılıb digərlərində yazılmasa bu özü də nizamsızlıq olacaq, onə görə də əgər il adları yazılan məqalələr ümumi məqalələrin əhəmiyyətli bir qismini təşkil edəcəksə onda bunu ümumi bir standard kimi bütün məqalələrə tətbiq etmək olar, yox istisna kimi olacaqsa, diqqət çəkməyəcəksə digərlərinin sadə variantda qalması daha məsləhətdir. --TimBitsتِمبِتس 13:57, 19 Oktyabr 2010 (UTC)