Vikipediya Kend Meydani Arxiv Sentyabr 2008 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
ru.wikipedia.org
ru vikidə bu məqalələrin silinməsi təhlükəsi var [1], kimin imkanı və vaxtı varsa məqalələri zənginləşdirsin.--Ira 11:16, 4 Sentyabr 2008 (UTC)
ru vikidən daha böyük təhlükələr ola bilər. Hələ yaxşıdır ki, "multik" şəklindədir. Orda məqalə yaradanda məqalələri AzVikidəki kriteriyalara deyil, həmin vikinin kriteriyalarına uyğunlaşdırmağa çalışmaq lazımdır. Mənim həm imkanım, həm də vaxtım var - amma bütün bunları AzVikinin inkişafına sərf edirəm. Hörmətlə:--Sortilegus 23:09, 4 Sentyabr 2008 (UTC)
Qısaltmalar
Belə bir məsələni müzakirəyə çıxarmaq istəyirəm. Bir çox məqalələrdə hər hansı bir xüsusi ismin, terminin, ifadənin başqa dillərdəki, xüsusilə də orijinalın dilindəki variantını mötərizə içində göstərmək lazım gəlir. Məni maraqlandıran əsas məsələ isə odur ki, bu halda həmin dilin adı necə göstərilməlidir. Yəni "ingilis dili" ifadəsi "ingiliscə:" sözü ilə, yoxsa "ing." qısaltması vasitəsilə qeyd olunmalıdır? Elsanaturk öz məqalələrində və redaktə etdiyi məqalələrdə birinci variantdan istifadə edir və bunun ingilis vikisinin qaydası olmasına əsaslanır. Mənsə hər zaman ikinci variantdan, yəni qısaldılmış variantdan istifadə edirəm və bunu azərbaycan dilində bu qaydanın daha geniş tətbiq olunması ilə əsaslandırıram.
Nə qədər ki, bu xırda məsələ problemə çevrilməyib, onun həll edilməsi üçün ümumi qərar qəbul edilməsini məqsədəuyğun hesab edirəm. Ona görə də istifadəçilərdən xahiş edirəm ki, bununla bağlı fikirlərini bildirsinlər. Wertuose 06:41, 4 Sentyabr 2008 (UTC)
Tamamilə razıyam ki, gələcəkdə ciddi problemə çevrilə biləcək bir məsələdir. Boynuma alım ki, bu müzakirəyə qədər sözügedən məsələyə o qədər də ciddi fikir verməmişəm. Hər iki variantdan istifadə etmişəm. Məncə, qısa variant daha məqbuldur. Amma bu mənim şəxsi fikrimdir. Vikicəmiyyət hansı qərarı versə, onu qəbul etməyə hazıram. Hörmətlə:--Sortilegus 19:21, 4 Sentyabr 2008 (UTC)
Mən də qısa variantdan istifadə edirəm. Bunun üçün hətta Terminlər(dilçilik)deyə bir məqalə yaratmaq da olar. Ensiklopediyaların əvvəllərində belə səhifələr olur. Sağolun. [email protected] 22:12, 4 Sentyabr 2008 (UTC)
- İcazə verin sizinlə razılaşmayım. Mən daha çox ingilis (əsas) vikipediyanın standartına üstünlük verirəm, estetika problemlərini kənara qoysaq, çünki (a) a good practice is worth repeating, və (b) o vikipediyada icma çox aktivdir və əgər orada hansısa standart qəbul olunubsa, deməli ona qədər həmin məsələ ciddi şəkildə müzakirə olunub deməkdir. Orada hətta xüsusi şablon da var (məs., {{lang-az|Azərbaycan}}, səhifədə görünür Azerbaijani: Azərbaycan).
- O ki qaldı Azərbaycan dilinin qaydalarına, məncə sözün bütöv formada yazılması heç vaxt dilin qaydalarına zidd ola bilməz. Əksinə, istənilən qədər mübahisə etmək olar ki, hansısa sözü necə qısaltmaq düzgündür. Məs, Azərbaycan dili əvəzinə az, azb, azerb və ya hansı qısaltma daha yaxşıdır? Və əgər ispanca isp., almanca alm. ilə ilə əvəz ediləcəyi təqdirdə rusca ru, azərbaycanca az ilə əvəz olunarsa bu artıq standartın pozulmasıdır, çünki birinci halda qısaltmalar üçhərflidir, ikinci halda ikihərfli.
- İnternet Domeyn adlarından istifadə etmək olar deyə bilərsiniz, amma internet domeyn adları dilə görə deyil, ölkəyə görədir. Və ən nəhayət, qısaltmaları qəbul ediriksə bu o deməkdir ki, gərək oturub yer üzündəki bütün əsas dillər üçün vahid qısaltmalar cədvəli hazırlansın və buradan problemlər doğur - bu proses nə qədər uzanacaq, dillərin sayını nəzərə alsaq...? Ona görə də gəlin sözləri bütöv işlədək? məs, ingilis vikipediyasındakı Wikipedia:Baku və Wikipedia:Ganja (city) məqalələrində olduğu kimi. Üstəlik Britannika da məqalə daxilində dillərin göstərilməsi zamanı bütöv sözlərdən istifadə edir.
- AMD stil kitabçasını tərcümə edirdi, amma görünür hələ hazır deyil, görəsən o hansı formada nəzərdə tutub bu məsələni? Hər halda stil kitabçası hazır olub viki icma tərəfindən təsdiqlənən qədər, hansısa birtərəfli hərəkətlərdən çəkinmək lazımdır. אלסאנאטורק ( Mənə sözün var? • Məni izlə!) 23:15, 4 Sentyabr 2008 (UTC)
Əsaslı dəlillərdir. Aydın şərhə və izaha görə təşəkkürlər. Gözləyək stil kitabçasını:) Ümumiyyətlə, çox vacibdir bu və digər məsələlərlə bağlı ümumi qanunların qəbul olunması. Hörmətlə:--Sortilegus 23:34, 4 Sentyabr 2008 (UTC)
Əvvəlcə onu qeyd edim ki, bu yazılış formalarının estetika ilə əlaqəsi yoxdur, bu ilk növbədə dilin qaydalarına əsaslanmalıdır və hər hansı ölkədə qəbul olunmuş stil hər bir ölkədə olduğu kimi tətbiq oluna bilməz, özünəməxsus xüsusiyyətlər nəzərə alınmalıdır. Dünən bir daha əmin olmaq üçün ASE-yə də baxdım. Orada da qısaldılmış variantlardan istifadə edilir. Lakin həmişə yox, məsələn məqalələrdən birində adın türk dilindəki yazılış formasının qarşısında "türk dilində" ifadəsinə rast gəldim. Amma "türkcə" sözünü yazıb ondan sonra da 2 nöqtə (":") qoymaq qaydasına mən nə bu ensiklopediyada, nə də azərbaycan dilində olan hər hansı bir digər ədəbiyyatda rast gəlməmişəm. Elsanaturkun dediyi kimi sözün bütöv formada yazılmasına gəlincə, onu qeyd edim ki, "almanca", "ingiliscə" və "latınca" ifadələri heç də bu sözlərin bütöv formaları deyil. Bütöv formalar "alman dilində", "ingilis dilində" və "latın dilində" şəklində olmalıdır. Qısaltmalarda problem olacağını da düşünmürəm, çünki, bu qısaltmaları müəyyən etməyin çox sadə bir yolu var: Qısaltma sözün ikinci hecasının sait səsinə qədər həyata keçirilir. Buna görə də azərbaycan dili - az., ispan dili - isp., gürcü dili - gürc. şəklində yazılmalıdır. Bu halda qısaltmaların neçə hərfdən ibarət olması barədə mütləq bir şərt yoxdur. Yalnız bəzi hallarda, məsələn "ingiloy" dilinin qısaltmasının "ingilis dili"nin qısaltması ilə səhv salınmaması üçün birincini "ingil." şəklində yazmaq olar. Wertuose 04:38, 5 Sentyabr 2008 (UTC)
- Bir şeyi də əlavə edim. Soruşa bilərsiniz ki, niyə rus dilində azərbaycan dili "азерб." şəklində qısaldılır. Bu yəqin ki, 2 hərflik qısaltmaların çox zaman aydın anlaşılmamasından irəli gəlir. Həm də "аз." qısaltmasından istifadə olunmaması "азиатский", "азорский" və s. mümkün coğrafi adlarla səhv salınmaması üçün edilmiş ola bilər. Əgər bizdə də bənzər problem yaranarsa bu halda üçüncü hecanın sait səsinədək qısaltmaq olar. Əgər dilin adı qısadırsa (məsələn, fars, rus, ərəb, çin) onun adını tam yazmaq olar. Lakin addan sonra yenə də nöqtə qoymaq şərtilə. Wertuose 07:55, 5 Sentyabr 2008 (UTC)
Həqaqətən ciddi məsələdir. Şəxsən mən, məqalələrdə çox zaman qısaldılmış variantlardan istifadə etmişəm və müşahidələrim də göstərir ki, çox istifadəçilər qısa variantdan istifadə edirlər. Odur ki, 2 variantın da qalmasını təklif edirəm: 1. Orijinal adı göstərən zaman dil tam yazıla bilər, yəni məsələn, "ingilis dilində:" və ya 2. Həmin dilin Vikipediya siyahısında (İntervikilərdə) göstərildiyi kimi, məsələn "en." Digər təklifləriniz varsa müzakirə etməyə hazıram.--Ira 10:57, 5 Sentyabr 2008 (UTC)
- Deyəsən bu məsələ ilə bağlı heç kim fikir bildirmək istəmir, bəs onda qərarı kim verəcək? Bir də post yazanlardan xahiş edirəm ki, özündən əvvəl yazılanları diqqətlə oxuyub ondan sonra öz münasibətlərini bildirsinlər. Wertuose 04:38, 8 Sentyabr 2008 (UTC)
Sorğu-Yeni İdarəçi Namizədləri
Salam. Ağlıma belə bir fikir gəldi - idarəçilərimizin işi çox ağırdır. Öhdəsindən gələ bilmirlər. Yeni idarəçi seçkiləri haqqında qanun qəbul olunandan sonra, mütləq əlavə idarəçilər seçməliyik. Gəlin hər bir aktiv və qeyri aktiv (əsas odur ki, qeydiyyatdan keçən olsun) istifadəçi burda 2 yeni idarəçi namizədi irəli sürsün. Bu səsvermə deyil. Sadəcə belə deyək, rəy sorğusudur. Yəni siz kimi burda idarəçi görmək istərdiz? Heç qanunları da nəzərə almadan. Sadəcə fikrimizi bildirək. Əlavə şərhsiz-filansız - 2 istifadəçinin adını qeyd edirik, vəssalam.
P.S. Sorğu sentyabrın 15-inə qədər davam edəcək. Sorğunun təşəbbüsçüsü:--Sortilegus
P.P.S. Sorğu davam edir. Öz rəyinizi çəkinmədən bildin. Sorğuda adı namizədlər siyahısında olan iki istifadəçi - Ira və Sortilegus artıq Azərbaycan Vikipediyası cəmiyyətinin qərarı ilə idarəçi seçilmişlər. Sizin bu sorğudakı rəyləriniz gələcəkdə Azərbaycan Vikipediyasında növbəti idarəçi namizədlərinin müəyyənləşdirilməsində böyük rol oynaya bilər.
P.P.P.S. Sorğu tamamlandı. Nəticələr aşağıdakı cədvəldə öz əksini tapıb. --Sortilegus 15:16, 15 Sentyabr 2008 (UTC)
İlk olaraq mən başlayıram:
- --Vüsal Ağayev
- --Ira
Bu mənim seçimim:Hörmətlə:--Sortilegus 21:05, 5 İyul 2008 (UTC)
- --Sortilegus
- --Ira
Uğur olsun!--Vüsal Ağayev 23:59, 5 İyul 2008 (UTC)
- --Vüsal Ağayev
- --Ira
--China 630 04:45, 6 İyul 2008 (UTC)
- --Sortilegus
- (?)
--Rezo 21:16, 7 İyul 2008 (UTC)
- --Sortilegus
- --Ira
--Mehrdad 03:52, 8 İyul 2008 (UTC)
--Kimse 01:06, 13 İyul 2008 (UTC)
- --Vüsal Ağayev
- --Ira
--Axan.bulut 06:29, 13 İyul 2008 (UTC)
-- İki əlavə layiq bildiyim istifadəçi--A_M_D m-f 07:46, 13 İyul 2008 (UTC)
--Brand спойт 11:12, 13 İyul 2008 (UTC)
Orxancalilov 06:24, 17 İyul 2008 (UTC)
-- İğdirlisabri76müzakirə 17:21, 2 Avqust 2008 (UTC)
DİQQƏT! XAHİŞ OLUNUR BU BÖLÜMƏ ÖZ FİKRİNİZİ YAZMAYIN. SADƏCƏ OLARAQ YUXARIDAKI SORĞUDA İŞTİRAK EDƏRƏK DÜŞÜNDÜYÜNÜZ İKİ İSTİFADƏÇİ ADINI QEYD EDİN VƏ İMZA QOYMAĞI UNUTMAYIN. AŞAĞIDA İSƏ DƏYİŞİKLİKLƏR QEYD OLUNUR. BİR SUALINIZ VƏ YA FİKRİNİZ VARSA SORĞUNUN TƏŞƏBBÜSÇÜSÜ SORTİLEGUSA MÜRACİƏT EDİN.
İstifadəçi | Yaşadığı ölkə | AzVikidəki töhfələrinin sayı | Lehinə aldığı səslərin sayı | Lehinə səs verənlər |
---|---|---|---|---|
Vusal1981 | Azərbaycan | 62 730 | 6 | Sortilegus, China 630, Kimse, Axan.bulut, Orxancalilov, İğdirlisabri76 |
İrada | Azərbaycan | 1 324 | 6 | Sortilegus, Vüsal Ağayev, China 630, Mehrdad, Axan.bulut, Brand |
Sortilegus | Azərbaycan | 10 688 | 6 | Vüsal Ağayev, Rezo Əliyev, Mehrdad, Kimse, Orxancalilov, İğdirlisabri76 |
Rezo | Almaniya | 2 845 | 2 | A_M_D, Brand |
Baki66 | Almaniya | 2 305 | 1 | A_M_D |