Vikipediya Kend Meydani Arxiv Sentyabr 2010 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Filmlər
Filmlərlə bağlı xeyli işimiz var. Fikirləşirəm ki, qəti mövqe ortaya qoysaq bu problemi 1 aya həll edə bilərik. Yoxsa gələcəkdə daha çətin olacaq. Vüsal Ağayevin də təkliflərini nəzərə alaraq Planım belədir:
- Kateqoriya:Azərbaycan Filmləri Kateqoriya:Azərbaycan filmləri ilə əvəz olunsun, yəni böyük F kiçik f yazılsın.
- Tammetrajlı, qısametrajlı, bədii, sənədli, cizgi, serial, Mozalan, Məzməzə, televiziya film və tamaşalarının adından sonra mötərizədə illərinin qabağında mütləq film yazılsın. Məsələn: (film, 2010).
- Verilişlərdə isə (veriliş, 2006), klip, kompüter qrafikası və reklamlarda isə müvafiq olaraq (klip, 2007) (reklam, 2008) və (kompüter qrafikası, 2009) yazılsın.
- Filmlərin adlarında abreviatura və xüsusi isim olmayan sözlərdən başqa, digər bütün sözlərin ilk hərfi kiçildilsin. Məsələn: O olmasın, bu olsun (film, 1956) olsun O olmasın, bu olsun (film, 1956).
- Filmlərin adları dəyişdirildikdə onlara olan bütün keçid səhifələrdə də dəyişdirilməlidir. Məsələn: O olmasın, bu olsun (film, 1956)
Əgər Sizin bu qaydalara əlavə və təklifləri varsa, buyura bilərsiniz. -- Cekli829 16:14, 1 sentyabr 2010 (Cek vaxtı ilə)
Bir məsələ də var. Kateqoriya:Azərbaycan_kinosu kateqoriyasındakı alt kateqoriyaları da sonra dəyişmək lazım gələcək. Bir onlara da nəzər salınsa yaxşı olar. Mən də çalışacam bir müdddət sonra köməkçi olum.
--Vüsal Ağayev 12:00, 1 Sentyabr 2010 (UTC)
Dəyişiklik ediləcək kateqoriyalar aşağıdakılardır:
- Kateqoriya:Azərbaycan Verilişləri
- Kateqoriya:Azərbaycan Kino Musiqisi
- Kateqoriya:Azərbaycan Kinosu Videoları
- Kateqoriya:Şəxslərin Videoları
- Kateqoriya:Azərbaycanda Çəkilən Filmlər
- Kateqoriya:Film Üzərində İşləyənlər
- Kateqoriya:Hərfə Görə Kino
- Kateqoriya:Hərfə görə Kino Şəxsləri
- Kateqoriya:Kino Təqvimi
- Kateqoriya:Növünə görə Filmlər
- Kateqoriya:Rusiyada Çəkilən Filmlər
- Kateqoriya:Rəngə görə Filmlər
- Kateqoriya:Veriliş Üzərində İşləyənlər
- Kateqoriya:İstehsalçı Qurumlar
Mən artıq dəyişikliyə başlayıram. Yuxarıdakı siyahını mütləq qırmızı etmək lazımdır. -- Cekli829 17:25, 1 sentyabr 2010 (Cek vaxtı ilə)
- Cekli uzun və qəliz bir yola imza atmısan :) Müvəffəqiyyətlər --Vago 12:41, 1 Sentyabr 2010 (UTC)
Çox sağ ol. Gec-tez bunu onsuz da etməliyik. -- Cekli829 17:51, 1 sentyabr 2010 (Cek vaxtı ilə)
Belə axı "Eşq olsun! (klip, 2007)" elə bil çox uzun olur. Məncə yalnız eyni adlı olanda il yazmaq lazımdır. Yoxsa ümumiyyətlə "Eşq olsun! (klip)" yazmaq daha düzgündür. İstifadəçi oturub ili düşünmür. Uzaq başı "nəinsə" adı yadında qalır. Onu daxil edir və vuala. Yox əgər eyni adlı və eyni mövzuludursa onda qarşısına həm mövzunusunu (film, klip, cizgi filmi) və ilini əlavə edək. --Proger danış 20:32, 1 Sentyabr 2010 (UTC)
Söhbət yalnız bildiyi filmi axtarmaqdan getmir. Söhbət isifadəçinin məqalə qarşısına çıxdığı zaman bu məqalənin film, veriliş və s. olduğu barədə məlumatı əldə etməkdir. Daha dəqiqləşdirmək üçün sənədli, bədii. cigi zəhmət çəkib məqalənin içində tanış ola bilər.
(film, 1956) vikipediya qaydalarına tam uyğundur. İli bəlli olmayan filmlər üçün yalnız (film) və ya (veriliş) yazılması daha məqsədəuyğundur. Başqa vikilərdə də belədir.
--Vüsal Ağayev 15:04, 2 Sentyabr 2010 (UTC)
Dil!
Bu arada təbrik edirəm! :) İntervikilərdə dilin adlandırılması nəhayət ki, dəyişildi! ;). --Proger danış 21:01, 1 Sentyabr 2010 (UTC)
- Buna görə idarəçimiz Wertuose təşəkkürlər. Bu problemin həll olunması ilə bağlı yazışmaları o aparırdı. --Sortilegus 13:06, 2 Sentyabr 2010 (UTC)
Təbriklər! :) Dəyişik ilə əlaqədar bugzillada olan səfihəyə buradan baxa bilərsiz.--Pərviz 18:27, 2 Sentyabr 2010 (UTC)
Silinmə xahişi
Salam xahiş edirəm, aşağıdakı kateqoriyaların bütün siyahıları silinsin. Onları Azərbaycan_filmlərinin_siyahısı səhifəsində birləşdirdim. Təşəkkürlər!
--Vüsal Ağayev 07:01, 2 Sentyabr 2010 (UTC)
Axı Azərbaycan filmlərinin siyahısı çox yüklənib, o siyahıdan istifadə ciddi çətinlik yaradır. Məncə siyahılar qalsın. Amma digər idarəçilərin də fikri həlledici qərarın qəbulunda mühüm rola malik ola bilər. Mən hələlik onları silmirəm. Tam dəqiqləşdirək, sonra silək. Əsas problem Azərbaycan filmlərinin siyahısının çox böyük ölçüyə malik olmasıdır. -- Cekli829 12:36, 2 sentyabr 2010 (Cek vaxtı ilə)
Siyahılar bütün vikilərdə böyük ölçüdə olur. Öz işimi asanlaşdırmaq üçün belə etmişəm. Bundan sonra bütün yeni film-məqalələr ancaq bu siyahıda olacaq.
Yeri gəlmişkən şəxsləri də bir siyahıda birləşdirmək fikrindəyəm.
--Vüsal Ağayev 10:12, 2 Sentyabr 2010 (UTC)
Şəxslərin birləşdirilməsini sənə deyəcəkdim. Silinməli siyahılara {{Sil}} şablonunu əlavə etsəydin, xeyli kömək etmiş olardın. -- Cekli829 15:24, 2 sentyabr 2010 (Cek vaxtı ilə)
Şəxslərə aid səhifələr birləşdirildikdən sonra yazacağam. Ancaq hələlik yuxarıdakı kateqoriyadakılar silinməlidir. Çünki Portaldan da götürmüşəm o səhifələri yəni yetim qalıblar. Siyahı bir az gec yüklənsə də axtarış üçün daha əlverişli olacaq. Azı bir ilə Azərbaycan dial up-a vida edəcək. O zaman sürət problemi də olmayacaq. Uğur olsun!
--Vüsal Ağayev 13:19, 2 Sentyabr 2010 (UTC)
Anonim istifadəçilərdən gələn xəbərlərə görə səhifə ağırlaşıb redaktə etmək mümkün deyil. Ona görə hələlik köhnə vəziyyətdə qalması daha yaxşı olar. Gələcəkdə daha uyğun şəkildə birləşdirilmə aparıla bilər.
Ona görə idarəçilərdən xahiş edirəm "Portal:Azərbaycan Kinosu" səhifəsindəki qırmızı görünən, silinən hərfə görə kino səhifələri bərpa edilsin. Təşəkürlər! Necə deyərlər zərərin yarısından qayıtmaq da xeyirdir.
P.S. Bir də bu şablonu {{Portal:Kino/Hərf Siyahısı}} və bunu Kateqoriya:Hərfə Görə Kino
--Vüsal Ağayev 15:08, 2 Sentyabr 2010 (UTC)
Dediyin səhifələrin hamısını müvəqqəti bərpa edirəm. -- Cekli829 9:28, 3 sentyabr 2010 (Cek vaxtı ilə)
Vikipediya:For non-Azerbaijani speakers
Bu səhifə də redaktə ediləcək yerlər var, deyəsən Türkiyə vikipediaysından götürülüb amma tam dəyişdirilməyib. Bir də yeni istifadəçilərin səhifələrinə yerləşdirilən "xoş gəlmisiniz" mesajının ingilis variantı yaratsaq sizcə necə olar? Azərbaycan dilinidə olan mesajın daxilində ingiliscə qısaca bir iki cümlə ilə yönləndirəcəyimiz yeni bir səhifə də yaradıla bilər. --Bakuemil 00:21, 3 Sentyabr 2010 (UTC)
"Xoş gəlmisiniz" mesajının ingilis variantının yaranmasını doğru hesab etmirəm. Bu dilimizin dəyərini aşağı sala bilər. -- Cekli829 9:16, 3 sentyabr 2010 (Cek vaxtı ilə)
- Məsələ heç dəyərin aşağı salınmasından getmir. Bu lokal vikipediyadır. Azərbaycandilli vikipediya, azərbaycandillilər üçün. İngilis dilində niyə olmalıdır? Bunun üçün ingilisdilli vikipediya var. --Proger danış 09:50, 3 Sentyabr 2010 (UTC)
Hörmətli Cekli, mən mütləq eyni yazını ingiliscə verilməliyik demirəm. Bir fikir ortaya atıram ki daha yaxşı yolunu tapaq. Əvvəlki mesajda bir sonraki cümləmdə də dediyim kimi bu ifadəyə bənzər ("For non-Azerbaijani speakers" enter here) bir şey yazılıb Azərbaycan dilini bilməyənləri lazımi səhifəyə yönləndirə bilərik. Çünki qaydalara riayət etmək gərəkdiyini xaricilər də bilməlidir. Azərbaycan dilini bilməyən istifadəçilərdən birinin müzakirə səhifəsinə "xoş gəlmisiniz" mesajını yerləşdirdikdən sonra dili başa düşmədiyini o dəqiqə yazdı. Türkiyəli biri də elə başa düşdü ki, ona xəbərdarlıq ediblər və bu mesajı yazıb :)): "(Türkçe) Merhaba ben kendim hakkında bir sayfa yaratmadım fakat uyarı mesajı atmışsınız anlayamadım hangi sayfa için söylüyorsunuz? Kumul "
Dilimizi uyğun olmayan, yad ünsürlərdən qorumağın tərəfdarı olan bir insanam. Amma "Bu dilimizin dəyərini aşağı sala bilər" fikrini isə düzgün saymıram. Dilin dəyərini aşağı salan insanın özüdür, insanı da çərçivəyə salaraq, təlqinlərlə çətin bir şey öyrədə bilərsən. Azərbaycan dilini bilməyənə də İngilis dilində qapı açaraq Azərbaycan dilinə və mədəniyyətinə maraq oyada bilərsən. Azvikinin lokal sayt olduğu ilə razılaşmıram. Elə olsaydı gərək digər Vikipedialar ilə heç bir əlaqəmiz olmamalıydı, İnterviki-lər verilməməliydi. Vikipedianı quran sadəcə öz milliyətinə əsaslanaraq Vikipedianı qursaydı Azviki ortaya çıxmazdı. "Azərbaycandilli vikipediya, azərbaycandillilər üçün" olsaydı, Bu səhifə olmamalıydı. Hər kəsin fikrinə hörmət edirəm, hələ bunun üçün də buraya yazıb sizlərlə fikir mübadiləsi edir və fikirlərinizi bilmək istəyirəm. --Bakuemil 11:38, 3 Sentyabr 2010 (UTC)
- Başa düşmədim, demək istəyirsiniz ki, Azərbaycandilli vikipediya azərbaycandillilər üçün deyil? Məntiqi tuta bilmirəm, başa salın. Eyni zamanda deyirsiniz ki, intervikilər olmazdı, o biri tərəfdən də deyirsiniz ki, azərbaycandillilər üçşün deyil. Bəs kimlər üçündür? Fransızlar üçündür? Elə intervikilər var ona görə ki, lokal dillər lazımdır. Onda bu viki nəyə lazım ümumiyyətlə? Mənim konkret fikrim ondan ibarətdir ki, dəyər məsələsi deyil. Amma Azərbaycandilli vikipediya elə həqiqətən də azərbaycandillilər üçündür. Onda nəyə lazımdır bura?! --Proger danış 20:12, 4 Sentyabr 2010 (UTC)
- İstifadəçinin nə demək istədiyinin anlaya bilmirsiz. Problem ondadır ki, biz lokal (yəni ancaq AzVikidə) və eyni zamanda qlobal qeydiyyatdan keçən və AzVikidə redaktlər edən hər bir istifadəçinin istifadəçi müzakirəsi səhfəsinə "Xoş gəldin" şablonunu artırıq. Amma bu şablonun mətni Azərbaycan dilindədir və bizim dili bilməyənlər həmin mətni anlamırlar. Təbii ki, Azərbaycan dilini bilməyən adam burda Azərbaycan dilində olan məqalələr yarada və redaktə edə bilməz. Amma misalçün, özünə istifadəçi səhifəsi yarada bilər. Bunun üçün dil bilgisi vacib deyil. O sadəcə standart şablonlardan da istifadə edə bilər. Belə istifadəçilər özlərinin müzakirə səhifələrində "Xoş gəldin" şablonunu oxuyub çaşırlar və hətta bəzən qorxurlarda ki, bu nə xəbərdarlıq idi mənə edildi.--Sortilegus 20:25, 4 Sentyabr 2010 (UTC)
- Hər şeyi anlayıram. Mən bu məsələyə ümumiyyətlə münasibət bildirməmişəm. Bu dəqiqə münasibətim yuxarıda yazdığıma aid idi. Bir də xahiş edirəm, dəyişməyin yazılış formasını. Görünür axı böyük abzas var yazının altında. Demək ondan yuxarıdakına cavabdır. Mən axı Sizin yazınıza cavab vermirəm ki, Sizin yazdığınızın altından olsun. Lap çaşdırır adamı elə olanda. Dəyməyin, xahiş edirəm. Hər şey başa düşüləndir. --Proger danış 20:48, 4 Sentyabr 2010 (UTC)
- İstifadəçinin nə demək istədiyinin anlaya bilmirsiz. Problem ondadır ki, biz lokal (yəni ancaq AzVikidə) və eyni zamanda qlobal qeydiyyatdan keçən və AzVikidə redaktlər edən hər bir istifadəçinin istifadəçi müzakirəsi səhfəsinə "Xoş gəldin" şablonunu artırıq. Amma bu şablonun mətni Azərbaycan dilindədir və bizim dili bilməyənlər həmin mətni anlamırlar. Təbii ki, Azərbaycan dilini bilməyən adam burda Azərbaycan dilində olan məqalələr yarada və redaktə edə bilməz. Amma misalçün, özünə istifadəçi səhifəsi yarada bilər. Bunun üçün dil bilgisi vacib deyil. O sadəcə standart şablonlardan da istifadə edə bilər. Belə istifadəçilər özlərinin müzakirə səhifələrində "Xoş gəldin" şablonunu oxuyub çaşırlar və hətta bəzən qorxurlarda ki, bu nə xəbərdarlıq idi mənə edildi.--Sortilegus 20:25, 4 Sentyabr 2010 (UTC)
Qeyd düzgün qeyddir. Burda ingilis, fransız, alman və s. dillərdə yeni "Xoş gəldin" şablonunun yaradılmasından söhbət getmir. Azərbaycan dilində olan "Xoş gəldin" şablonuna sadəcə bir daxili keçid əlavə edilir — "For non-Azerbaijani speakers". Onu da burda səhifə kimi yaradırıq və orda Azərbaycan dilində olan "Xoş gəldin" şablonunun 10, 50, 200 (tərcümə edə və etdirə bildiyimiz qədər) dildə tərcüməsini veririrk. Keçidin və səhifənin adının ingiliscə yazılması da ona görə məqsədəuyğundur ki, ingilis dili bu gün dünyada faktiki beynəlxalq dil funksiyasını yerinə yetirir. Amma bütün bunlardan əvvəl "Xoş gəldin" şablonunun Azərbaycan dilində normal və yekun variantını hazırlamalıyıq. İndilik bu şablona ildə ən azı 2-3 dəyişiklik edilir və hələ son variant müəyyənləşməyib. Son variant olandan sonra onun mətnini digər dillərə tərcümə etməyə və etdirməyə başlaya bilərik və "For non-Azerbaijani speakers" səhifəsini təkmilləşdirərik.--Sortilegus 19:51, 4 Sentyabr 2010 (UTC)
Bakuemil (müzakirə • töhfələr • statistikalar) də Kumul (müzakirə • töhfələr • statistikalar)un mənə yazdığı ismarıcı [1] burda yazıb. İndi o istifadəçiyə gərək izah yazım və məsələni ona başa salım. Hələ Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi yaxın dillərdir. Bunun rusu, farsı, ərəbi, ingilisi var:) Bu tip izahatlar yazmamaq üçün şablonun "For non-Azerbaijani speakers" səhifəsinin yaradılması lazımdır. --Sortilegus 21:05, 4 Sentyabr 2010 (UTC)
Hətta bir neçə dəfə azərbaycanlı istifadəçilər də rastıma çıxıb, onlar da Kumul (müzakirə • töhfələr • statistikalar) kimi {{Xg}} şablonunu başa düşə bilməyiblər... -- Cekli829 9:59, 6 sentyabr 2010 (Cek vaxtı ilə)
Fundraising 2010
Hello Wikimedians,
As many of you are aware, we are now two months away from the Fundraiser for the Wikimedia Foundation, 2010. We have lofty goals, and we can meet them and exceed them!
The meta translators are already actively engaged in the annual drive to distribute our messages and we encourage you to do the same, but we would like to point everyone to the developments we've made in banner messages- from creation to commentary to the ones that will go live for test and for the drive itself in November. It's one of our goals to make sure that all volunteers know that there is a place for them in the Fundraising drive. We've started the setup on meta for both banner submission, statistical analysis, and grouping volunteers together that would like to find specific focus and work in that area.
This year the Wikimedia Foundation is taking a proactive stance in reaching out to each and every Wikimedia project and volunteer to find innovation, collaboration, and collation of ideas from the community driven process. The staff working on this is comprised of long-time Wikimedians with as much care and concern for the success of this drive as the volunteers, and we want you to actively participate and have a voice.
Use the talk pages on meta, talk to your local communities, talk to others, talk to us. Engagement is what we strive for, without each other we would never had made Wikimedia succeed. Everyone is welcome to contact any of us on staff at any time with a timely response to follow. We actively encourage focusing discussion on meta so we can all work together.
Please translate this message into your language if you can and post it below.
See you on the wiki! Keegan, WMF Fundraiser 2010 06:49, 6 Sentyabr 2010 (UTC)
Yeniləşmiş loqo
Xoş gördük! Bildiyiniz kimi Vikipediya növbəti proqram təminatı və dizayn dəyişikliyi edib. Bununla bərabər vikipediyanın loqosu da dəyişdirilib. Başqa şrift və ölçü istifadə edilir. Azərbaycan vikipediyasında heç kim bu işlə məşğul olmadığı üçün özüm girişməyə qərar verdim və yeni loqonu azərbaycan dilinə adaptasiya edib, hazırladım. Buyurun, baxın. Qeyd edim ki, dəqiqliklə hazırlanılıb. Hər bir hərfin ölçüsü, dairəvi loqoya uyğun olaraq yerləşib. İngilisdilli vikipediyaya baxıb, müqayisə edə bilərsiniz. Dizayn işindən "başı çıxan" isə elə alətlər vasitəsilə də yoxlaya bilər. Dəyişirik? --Proger danış 20:25, 8 Sentyabr 2010 (UTC)
Sən yüklədiyin daha keyfiyyətli şəkildir. Mən dəyişiklik etməkdə problem görmürəm. Amma bizim loqolar üzrə mütəxəssisimiz PPerviz (müzakirə • töhfələr • statistikalar)dir:) Məncə, onunla dizayn məsələləri ilə bağlı məsləhətləşsən pis olmazdı.--Sortilegus 20:51, 8 Sentyabr 2010 (UTC)
Müqayisəni də verək ki, cammat söhbətin nədən getdiyini anlasın. Yuxarıdakı şəklin dəyişdirilib yerinə aşağıdakı şəklin qoyulmasından söhbət gedir.--Sortilegus 20:58, 8 Sentyabr 2010 (UTC)
- Hə, əlbəttə! Gəlsin hörmətli, Pərviz bəy fikrini bildirsin. Qeyd edim ki, istifadə etdiyim hrə şey rəsmidir. Yəni Vikipediyanın rəsmi şrifti (əvvəl başqası idi. İndi yenidir) və dəqiq loqoya uyğun dəqiq ölçülərdən istifadə etmişəm. Zahirən də, proqram təminatı ilə də müqayisə edə bilərsiniz. Həm də Pərvizdə də keyfiyyətli hazırlayıb. Sadəcə kiçik variantda. Piksellər böyütmüsünüz ki, eyni olsunlar o da keyfiyyətsiz edib. Dəyişilmə səbəbi amma keyfiyyət deyil axı. İndi sadəcə loqo başqadır. Yenidir. Mən də hazırladım. --Proger danış 21:12, 8 Sentyabr 2010 (UTC)
- Qlobusların aşağılarındakı fərq görsənir. Loqonu bu şəkildə vermək olarmı?!--Vago 10:49, 9 Sentyabr 2010 (UTC)
- Nə? Başa düşmədim... :) Adlandırdığınız "qlobus" commonsdan götürülüb. Buradan. Mən yazmışam axı əgər zahirən bilə bilmirsinizsə, alətlər vasitəsilə yoxlayın. Müqayisə üçün isə ingilisdilli vikipediyanı götürün. Bir daha təkrar edirəm ki, loqo dəyişilib! Hazırladığım loqo təyin olunmuş yeni əsaslar (ölçü, emblem və şrift) üzərində qurulub. --Proger danış 11:45, 9 Sentyabr 2010 (UTC)
- Sizin istifadə etdiyiniz şriftin adı nədir? Bəlkə İngiliscə Vikipediyadakı yazı ilə üst-üstə qoyub yoxlayasınız, görün düz gəlir, yoxsa yox. Məncə həmin şrift deyil.--Vago 11:56, 9 Sentyabr 2010 (UTC)
- Müəllim! :) Təkrar edirəm... Vikipediya loqosu dəyişilib! Üst-üstə də qoyub ölçü ilə düzəltmişəm! Sadəcə mənim düzəltdiyim bir az böyükdür. Özüm elə düzəltmişəm. Məgər loqo yerləşdiriləndə sıxılmır yuxarıda? Əgər elə deyilsə daha balacasını düzəldərəm. Problem deyil. Ancaq mən bilən özü sıxır. İstifadə edilən şrift budur: Linux Libertine. Buradakı məqalədə də yazılıb: "Wikipedia's logo features the Linux Libertine font.". Burada da yazılıb. Hər şey düzgün və rəsmi əsaslara əsasən düzəldilib. --Proger danış 12:06, 9 Sentyabr 2010 (UTC)
Progerin təklif etdiyi logo daha keyfiyyətlidir. Belə ki, şəkli böyüdəndə köhnə variant kimi "yayılmır". Məncə, logonu dəyişsək yaxşıdır. Vikipediyanın ümumi logosu dəyişibsə, biz niyə geri qalaq. --Ira 15:43, 9 Sentyabr 2010 (UTC)
- Təşəkkür edirəm! :) Ancaq qeyd edim ki, soldakı loqo da əslində keyfiyyətlidir. Sadəcə ölçüsü kiçikdir deyə böyütdükdə çox pis hala düşür. Mən özüm bir az böyük formada hazırlamışam ki, daha rahat görünüşdə olsun həm də loqo kimi yuxarıya salanda özü sıxılsın. Bütün vikilər artıq Vikipedia 2.0 loqosuna keçib. Mən də uyğununu hazırlamışam. Özümdən heç nə artırmamışam. Dəqiqliklə, rəsmi qoyulan əsaslarla hazırlanılıb. Alətlər (dizayn proqramlarından söhbət gedir) vasitəsilə də yoxlaya bilərsiniz. --Proger danış 16:28, 9 Sentyabr 2010 (UTC)
Böyütdükdə pis hala düşürsə demək böyütdükdə pis hala düşməyənlə əvəz edilməsi daha məqsədəuyğundur :)) Baxdım, hazır şəkil verilmişdir. Odur ki, logonun əvəz edilməsində problem görmürəm. Digər idarəçilər də razılıqlarını bildirsələr pis olmaz. Proger, yeni logo üzərindəki zəhmətinizə görə təşəkkür edirəm --Ira 17:10, 9 Sentyabr 2010 (UTC)
Burdakı indiki loqonun müəllifi PPerviz deyil. Digər bəzi viki layihələrdəki loqoların müəllifidir. Burda isə əvəzləyəndə indiki loqo yuxarı sol küncdə nə boydadırsa, təklif olunan loqo da o boyda olacaq. Loqodakı hərflərdə də müəyyən dəyişikliklər edilib. Böyük vikilər artıq yeni loqonu yerləşdiriblər. Bizdə də istifadəçilərin razılığı olsa idarəçilər mühafizəni götürərlər, Proger faylın yeni versiyasını yükləyər (yeni versiyanın müəllifi kimi). Sonra artıq burdakı dəyişikliyə əsaslanaraq və lazım olarsa istinad verərək commonsdakı faylı → Şəkil:Wikipedia-logo-az.png yeniləmək lazımdır. --Sortilegus 18:06, 9 Sentyabr 2010 (UTC)
- Bıy, bəs sıxılmır özü? :) Məgər sırf o boyda lazımdır? Yaxşı... :) Başlayım hazırlamağa? --Proger danış 19:30, 9 Sentyabr 2010 (UTC)
Loqo yaxşı alınıb! Əllərinə sağlıq :) Standartlara uyğundur. Keyfiyyət məsələsinə aydınlıq gətirmək istəyirəm: Mən hazırladığım loqonu əslində Progerin düzəltdiyi kimi keyfiyyətli idi. Amma saytın loqosu kimi yerləşdirmək üçün onun ölçüləri 135x155-dən artıq olmamalıdır. Ona görə keyfiyyətini azaltmağa məcbur oldum. Buradan digər vikilər üçün loqolara baxa bilərsiniz. Hamısı mən dediyim ölçüdədir.--Pərviz 13:12, 10 Sentyabr 2010 (UTC)
- Təşəkkür edirəm, Pərviz. Keyfiyyətə şübhəmiz yoxdur! :) Mən dəfələrlə yuxarıda qeyd etmişəm :). Onda mən də kiçik edim də bunu. Başladım ;). --Proger danış 14:03, 10 Sentyabr 2010 (UTC)
Hörmətli dostlar, hazırdır. Faylı yenilədim. --Proger danış 20:54, 11 Sentyabr 2010 (UTC)
Ramazan Bayramı
Hörmətli dostlar! Ramazan Bayramınız mübarək olsun! Arzu edirəm, Allah hər kəsi öz ürəyinin genişliyi müqabilində mükafatlandırsın.
--Vüsal Ağayev 04:39, 9 Sentyabr 2010 (UTC)
Çox sağ ol Vüsal. Sənin də bayramın mübarək olsun! Bütün istifadəçilərin də bayramın təbrik edirəm.--Bakuemil 07:24, 9 Sentyabr 2010 (UTC)
Mən də sizə qoşulub Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı bütün dünya müsəlmanlarını bu əziz bayram münasibətilə təbrik edirəm. --Vago 11:18, 9 Sentyabr 2010 (UTC)
Hörmətli həmkarlar! Məndə təbriklərə qoşularaq sizlərin timsalında bütün müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edir, Allahdan hər birinizə gələcək işlərinizdə uğurlar diləyirəm.
Səmimiyyətlə:--Sultan11 11:35, 9 Sentyabr 2010 (UTC)
Təbrikə qoşuluram və bütün müsəlmanları təbrik edirəm. Allah dualarınızı qəbul etdin! --Ira 15:46, 9 Sentyabr 2010 (UTC)
Hamını ürəkdən təbrik edirəm!--Pərviz 13:15, 10 Sentyabr 2010 (UTC)
Polis Akademiyası
Bu iki məqaləni yaradıcıları eyni olduğunu qəbul edirsə xahiş edirəm əziyyət olsa da bir qərara gəlib məqaləni birləşdirsinlər.
--Bakuemil 01:50, 11 Sentyabr 2010 (UTC)
Mən birləşdirdim məqalələri. Məzmun eyniydi. Adıyla bağlı fərqli fikirlər ola bilər, bunu da məqalənin müzakirə səhifəsində həll etmək lazımdır. Hörmətlə:--Sortilegus 16:54, 11 Sentyabr 2010 (UTC)
Fundraising and your wiki
Greetings, please translate this message if you can.
Fundraising 2010 is preparing to start, and we want your project to be a part of the global movement to support free knowledge. The Wikimedia Foundation is engaging with local communities that build the projects to play an active part in this year's fundraiser. This year we will be working to best serve all the language communities by providing messages that are best suited for each location.
To do this, we need your help. We are testing messages and we want to be sure that our messages will work with your language. If it does not and your community can come up with your own banner in the spirit of supporting free knowledge, we invite you to submit your proposals and be active in this process. Wikimedia is for you, join us in supporting free knowledge in your local community! Keegan, WMF Fundraiser 2010 04:37, 15 Sentyabr 2010 (UTC)
Lifetime categories.
Bonjour,
Can somebody translate here in a good az-N way words & expressions in English (MISSING, etc.) ? Is my test (Categories : E.ə.NNN-cX ildə YYYYY) valid ?
Merci,
Budelberger 21:21, 29 Sentyabr 2010 (UTC) ( ).