Vikipediya Kend Meydani Arxiv Sentyabr 2013 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Istiqamətləndirmə səhifəsi
Salam mən https://en.wikipedia.org/?q=Avengers_(film)&redirect=no bu istiqamətləndirmə səhifəsini əlavə eləmişəm. Lakin bu səhifə axtarış aparılarkən görünmür bunun səbəbi nədir? — Bu imzasız yazı Pərviz Abdullayev (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 00:42, 31 avqust 2013 (UTC)
- Sualınız tam aydın olmadı. Amma nəzərinizə çatdırım ki, AzVikidə elə bir səhifə yaradılmayıb. EnVikidə isə, müvafiq səhifənin tarixçəsində Sizin fəaliyyətiniz barədə heç bir qeyd yoxdur. Ümumiyyətlə, o layihədə Sizin heç bir redaktəniz yoxdur. --►Şahdağlı Cekli 14:51, 31 avqust 2013 (UTC)
- Mənim səhvimdi linki səhv yazmışam doğrusu budur https://az.wikipedia.org/?q=Avengers_(film)&redirect=no amma bu səhifənin axtar bölməsində adı yoxdur bunun səbəbini bilmək istəyirəm Pərviz Abdullayev (talk) 18:27, 1 sentyabr 2013 (UTC)
- Bu texniki məsələdir. Məlumatlar bazaya tam inteqrasiya olunmayıb. Amma Siz axtar bölməsində bu adı yazıb axtarış versəniz, dərhal istiqamətləndirilmiş səhifə açılacaq. --►Şahdağlı Cekli 18:43, 1 sentyabr 2013 (UTC)
- Mənim səhvimdi linki səhv yazmışam doğrusu budur https://az.wikipedia.org/?q=Avengers_(film)&redirect=no amma bu səhifənin axtar bölməsində adı yoxdur bunun səbəbini bilmək istəyirəm Pərviz Abdullayev (talk) 18:27, 1 sentyabr 2013 (UTC)
Artıq tərk edəcəm buranı.
Hörmətli vikipediyaçılar. Burada olduğum müddətdə adının azad açıq ensiklopediya olmasına baxmayaraq burada azad şəkildə iş görmənin mümkünsüz olduğunu gördüm. Azvikinin təcrübəli və silmək üzrə mahir olan admini Sortilegus üçün heç bir istifadəçi önəmli deyilmiş. Dəfələrlə mənim yaratdığım şablon, məqalə və kateqoriya silinməsi halları ilə üzləşdim. Yaratdığım şablonlardan daima məqalə üçün istifadə etmişəmsədə Sortilegus buna mane olub. Məsələn ən yaxşı şəkildə ingiliscə vikidən redaktə etdiyim futbolçu şablonunu sildi indi rus vikisindən yaratdı səbəb məqsəd? Yəni istədiki öz istədiyi kimi olsun. Futbolla bağlı yaratdığım bütün şablonların çoxuda artıq silinib. İdarəçilik üstünlük göstərir məgər? Vikipediya idarəçilər səhifəsində belə bir qeyd var: İdarəçilərin layihənin idarə olunmasında heç bir xüsusi imtiyazları yoxdur və onların malik olduqları status öz fikirlərini digər istifadəçilərin fikirlərindən üstün tutmağa, onlara öz baxışlarını qəbul etdirməyə imkan vermir. Amma Sortilegus üçün imkan verir. Bu günə kimi yaratdığım şablonlarda silinəcək buna 100% əminəm. Belə olan halda mənim bura nə xeyrim dəydiki. İstifadəçi Keete37də düzgün bildirmişdi bəlkədə həmin silinənlər arasında nə qədər lazımlı məqalə vardı. Ümumən hormətli Sortilegus, əgər sizi ermənilərin Azvikidən irəli keçməyə heç bir narahatçılığınız yoxdusa bir Azərbaycanlı kimi mənim var. Bura yarışma deyilsədə virtual müharibədi belə olan halda ingiliscə vikidə kim neçənci yerdədi diyə məqalə yaratmazdılar. Daim belə olun Sortilegus. Öz fikrinizi digərlərinədə aşılayın və bol-bol silinki mənim kimi buranı tərk etmək arzusunda olanlar çoxalsın. -Shahin Khan (talk) 07:38, 4 sentyabr 2013 (UTC)
- Problemi müvafiq şablonların, məqalələrin və ya istifadəçinin müzakirə səhifəsində müzakirə etmisinizmi? İlk növbədə idarəçinin nəyə görə hansısa redaktəni etdiyi ilə onun özündən maraqlanın və əgər cavab sizi qane etmirsə, o zaman idarəçilərdən birinə və ya bir neçəsinə bu barədə müraciət edin. Və lütfən bütün bu prosedurları Vikipediya:Etiket qaydaları çərçivəsində icra edin ki, sizin xoşməramlılığınız şübhə doğurmasın. "Kənd meydanı" istifadəçilərin şikayətləri üçün nəzərdə tutulmayıb. {{Kənd meydanı}} şablonunda qeyd edilənləri nəzərə alın. Wertuose (talk) 08:04, 4 sentyabr 2013 (UTC)
Sərəncam
Prezidentin sərəncamının 22-ci bəndi üzrə "Azərbaycana dair kontentin və "Vikipediya" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi"nin həyata keçirilməsinə başlanılıb. Ətraflı məlumatı buradan əldə etmək olar. Hər birinizin fikrini bilmək maraqlı olardı. --Babək Akifoğlu (talk) 12:49, 6 sentyabr 2013 (UTC)
- Bununla bağlı olaraq feysbukda VikiHərəkat - 2013 qrupu və VikiHərəkat səhifəsi yaradılmışdır. Maraqlanan hər bir istifadəçi müvafiq qrupa üzv ola bilər. --►Şahdağlı Cekli 04:44, 9 sentyabr 2013 (UTC)
- Xeyirli olsun )--Baskervill (talk) 18:15, 9 sentyabr 2013 (UTC)
"Bakı 7" görüşü
Hörmətli həmkarlar. Uzun zamandır bəri Azərbaycan Vikipediyası ilə bağlı geniş tərkibli görüş keçirilmir. 14 sentyabrda bu boşluq aradan qaldırılacaq. Əminəm ki, bu görüş azərbaycandilli vikipediyasında yeni səhifə açacaqdır. İştirak etmək istəyən hər kəsi görüşə dəvət edirəm. --Proger danış 19:48, 11 sentyabr 2013 (UTC)
DİQQƏT! Görüş yeri dəyişdirilmişdir. Vikipediyaçıların "Bakı 7" görüşü AZURE kompleksində yerləşən Gəncə restoranında keçiriləcəkdir. --Proger danış 17:32, 12 sentyabr 2013 (UTC)
Tona çayının qolları
Çox hörmətli həmkarlar hamınızı salamlayıram. Sizdən bir məsələdə kömək istəyirəm: rus və erməni mənbələrində Debed (ən əski adı Tona, XIX əsrdə Borçalı) çayının qolları Bombak və Coraget adlandırılır. Pəmbək çayına aydınlıq gətirmək olur (1899, 1903, 1976-cı ilə aid xəritələr hesabına), qalır Coraget çayı: az öncə qeyd etdiyim çayın adına dair məlumat yoxdur (1899, 1903 xəritələrində), yalnız qolları göstərilib: Cilqa+Kamenka—————+Gərgər çayı. Bu üçü birləşəndən sonra nə adlanır görünmür xəritələrdə. Başqa bir məsələ də niyə bizim torpaqda çay adları ruscadır (Cilqa, Kamenka). Yeni xəritələrdə (1976) Kamenka >Qaraqala, Cilqa >Taşir çayı adlandırılıb. Əgər köhnə xəritələrdə Gərgərlə birləşənədək çay Kamenka adladırılırdısa indiki (1976) xəritədə çay Coraget adlandırılır. (qısası çayın təsviri belədir təzədə: Coraget çayına öncə sol sahildə Qaraqala çayı (keçmiş Kamenka) birləşir, daha sonra sol sahildə Taşir (keçmiş Cilqa) çayı birləşir, daha sonra sol sahildə Urud çayı birləşir, daha sonra sağ sahildə Gərgər çayı birləşir və bir az axdıqdan sonra çay sol sahildə Bambakla birləşir və Debed adlanır.) Yəqin ki Coraget çayının əsl adı ayrıdır. Bu çayın bizim dilimizdə əsl adı nədir ? Və ermənilərin indiki təsviləri (Taşir/Daşır, Qaraqala, Urud) doğrudurmu ?--Asparux Xan Bulqar (talk) 04:49, 19 sentyabr 2013 (UTC)
First, I’d like to apologize for the English. If you can, please help to translate this for other members of your community.
The legal team at the Wikimedia Foundation would greatly appreciate your input on the best way to manage the "community logo" (pictured here) to best balance protection of the projects with community support. Accordingly, they have created a “request for consultation” on Meta where they set out briefly some of the issues to be considered and the options that they perceive. Your input would be invaluable in helping guide them in how best to serve our mission.
Thank you! --Mdennis (talk) (via the Global message delivery system). 01:59, 24 sentyabr 2013 (UTC) (wrong page? You can fix it.)
Yuxarıdakı mətnin tərcüməsi
Vikimedia Fondunun hüquq işləri ilə əlaqədar qrupu göstərilən "icma loqo"sunun ən yaxşı şəkildə idarə edilə bilməsi və vikicəmiyyətin dəstəyini alaraq layihələrin balanslı qorunmasının təmin edilməsi üçün fikirlərinizi gözləməkdədir. Bu səbəblə Metada ələ alınacaq problemlərin bəzilərini və təklif etdikləri variantları qısaca açıqlayan bir "məsləhətləşmə" başlatdılar. Fondumuzun vəzifələrini ən yaxşı şəkildə həyata keçirə bilməsinə köməkçi ola bilmək üçün qiymətli fikirlərinizi ehtiyacımız var!
Təşəkkürlər! --Mdennis (talk) Tərcümə: --►Şahdağlı Cekli 05:54, 26 sentyabr 2013 (UTC)
IMPORTANT: Admin activity review
Hello. My apologies for writing in English, if you can translate this message please do so.
A new policy regarding the removal of "advanced rights" (administrator, bureaucrat, etc) was recently adopted by global community consensus (your community received a notice about the discussion). According to this policy, the stewards are reviewing administrators' activity on smaller wikis. To the best of our knowledge, your wiki does not have a formal process for removing "advanced rights" from inactive accounts. This means that the stewards will take care of this according to the new admin activity review here.
We have determined that the following users meet the inactivity criteria (no edits and no log actions for more than 2 years):
- Mehrdad (administrator, bureaucrat)
These users will receive a notification soon, asking them to start a community discussion if they want to retain some or all of their rights. If the users do not respond, then their advanced rights will be removed by the stewards. However, if you as a community would like to create your own activity review process superseding the global one, want to make another decision about these inactive rights holders, or already have a policy that we missed, then please notify the stewards on Meta-Wiki so that we know not to proceed with the rights review on your wiki. Thanks, QuiteUnusual (talk) 16:08, 25 sentyabr 2013 (UTC)
My apologies, this message is in English. Please translate if needed.
Greetings!
I am happy to announce that we have scheduled this Wikipedia to receive Notifications (formerly called Echo) on 8 October.
Notifications is an improvement on how you can view and receive messages on Wikipedia and track how your contributions have been effected, as well as when you are mentioned on a talk page. Notifications is now being used on over two dozen Wikipedias and we're happy to add this latest group. You can find more information in the help page.
- There are still three priorities to double check for translations to make sure you get the best experience possible:
- Echo on translatewiki for user interface - you must have an account on translatewiki to translate
- Thanks on translatewiki for user interface - you must have an account on translatewiki to translate
- Notifications help on mediawiki.org. This page can be hosted after translation on mediawiki.org or we can localize it to this Wikipedia. You do not have to have an account to translate on mediawiki, but single-user login will create it for you there if you follow the link.
If you have any questions you can email me, kpeterzell [AT] wikimedia [DOT] org or you can contact me on my meta talk page. We're really looking forward to the release! Keegan (WMF) (talk) 06:20, 26 sentyabr 2013 (UTC)
- (via the Global message delivery system). 06:20, 26 sentyabr 2013 (UTC) (wrong page? You can fix it.)