Vikipediya Kend Meydani Arxiv Sentyabr 2019 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Конкурс о писателях Ростовской области
Здравствуйте! Извините, что пишу по-русски. Сообщаю, что до 30 сентября проходит конкурс статей, посвящённый писателям Ростовской области и их произведениям. В номинации 2 принимаются в том числе статьи на азербайджанском языке. Победители получат ценные призы. Вижу что в Азербайджанской Википедии сейчас проходит "Месяц России", поэтому приглашаю всех принять участие в конкурсе! --Andreykor (müzakirə) 11:52, 5 sentyabr 2019 (UTC)
Salam. Qaydalar üzərində işləyən yoldaş 2 il əvvəl bu qaydaları yaradıb İdarəçilərə müraciət səhifəsində səsverməyə çıxarılmasını təklif etsə də, nədənsə təklif yerinə yetirilməyib. Silinməyə namizəd səhifələrdə son vaxtlar bir çox kitab məqaləsinin silinməyə namizəd göstərildiyini, amma silinmə təkliflərinin əsaslandırılmadığını görürürəm. Eldarado, Baskervill, NMW03, Toghrul Rahimli, Turkmen, Qızılbaş, Samral, Azerifactory, Sefer azeri, Araz Yaquboglu, Babək Akifoğlu, Solavirum, Мурад 97, Nicat49, Wertuose, Eminn, Anar kerimxanov, Qolcomaq, Sortilegus və s. kimi aktiv istifadəçiləri yuxarıdakı səsvermə səhifəsinə daxil olub qaydalarla tanış olmağa və səs verməyə dəvət edirəm.--127-ci yapon imperatoru 14:35, 6 sentyabr 2019 (UTC)
- Lehinə: --► Hörmətlə: SolaVirum 14:59, 6 sentyabr 2019 (UTC)
- Lehinə:--Azerifactory (müzakirə) 16:19, 6 sentyabr 2019 (UTC)
Şərh: Solavirum, Azerifactory səsvermə burada yox, orada keçirilir. --Araz Yaquboglu (müzakirə) 16:42, 6 sentyabr 2019 (UTC)
- Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (kitablar) qaydası rəsmi prinsip kimi qəbul edilmişdir.--Turkmen müzakirə 19:50, 21 sentyabr 2019 (UTC)
Doğum və vəfat tarixi
Son zamanlar məqalələrdə "Doğum və vəfat tarixi" preambluasında xeyli səhvlər görürəm. DVTY şablonu - bəzi sözləri ingiliscə göstərir, bəzi yerlərdə şəhər var, ölkə yoxdur və s. "Doğum tarixi" şablonunda da yer qalmır. Təklif edirəm "comment|d.|doğum" şablonu istifadə edilsin. O, dəqiq doğum və yer haqqında məlumat göstərir.--Azerifactory (müzakirə) 21:45, 7 sentyabr 2019 (UTC)
- Söhbət hansı məqalələrdən gedir? İngiliscə verirsə, Vikiverilənlərdə Azərbaycan dilinə transliterasiya etmək olar.--127-ci yapon imperatoru 21:52, 7 sentyabr 2019 (UTC)
- White Demon, Alan Turinq-ə bir baxın--Azerifactory (müzakirə) 22:36, 7 sentyabr 2019 (UTC)
Azərbaycan diasporası ilə aid şəxslər
Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan diasporasına aid şəxsləri ensiklopedik saymaq olarmı ya yox? Əlbəttdə, bəzi şəxslər Azərbaycan naminə çalışırlar, digər tərəfdən isə Avropa Azərbaycanlıları Konqresinin üzvü olmaq və ya xaricdə 4-5 kiçik tədbir keçirmək şəxsi ensiklopedik etmir. Sadəcə xeyli belə məqalələr görürəm - Xəlil Kələntər, Elman Mustafazadə, Gülşən Lətifxan, Yaşar Bünyad, Hacı Hacılı və s. Məncə bütün bunları yığıb, silmək lazımdır--Azerifactory (müzakirə) 22:57, 7 sentyabr 2019 (UTC)
- Bunlara bir-bir baxmalıyıq. Amma, ümumiyyətlə razıyam. Şəxsən özün və Avropada qalan bildiyim bir çox Azərbaycanlıların bu cür təşkilatlardan ya xəbəri bilə yox, ya da onları qəribə, yersiz aktivliyinə görə bilirik. --Мурад 97 (müzakirə) 23:40, 7 sentyabr 2019 (UTC)
- Azerifactory, məncə də hər birini SNS-də ayrı-ayrılıqda müzakirə etməliyik.--samral müzakirə 16:14, 9 sentyabr 2019 (UTC)
OTRS
Salam. Commons-da tez-tez elə problemlərlə üzləşirik ki, çox vaxt o problemlərin yeganə həlli OTRS olur. Zəhmət olmasa kimsə bu qaydanı Azərbaycan dilinə tərcümə edə bilər?--samral müzakirə 21:05, 8 sentyabr 2019 (UTC)
- OTRS (ing. Open-source Ticket Request System) — Vikimedia fonduna və onun ayrı-ayrı layihələrinə gələn məktublara cavab verən xidmət. Yazışmaların məxfiliyini nəzərə alaraq sistemə müraciətə yalnız bir qism istifadəçilərin hüququ çatır. Əgər istifadəçi OTRS ilə bağlı hər-hansı bir sənədi yoxlamaq istəyirsə o zaman sistemə daxil olma hüququ olan istifadəçiyə müraciət etməlidir.OTRS--namikilisu 14:53, 9 sentyabr 2019 (UTC)
- Namikilisu, o çox kiçikdir. 2-3 cümlədən ibarətdir. Mən qeyd etmişəm axı ki, bu linkdəki tərcümə edilsə yaxşı olar.--samral müzakirə 15:45, 9 sentyabr 2019 (UTC)
Fəaliyyətimin qismə bərpa edilməsi
Salam dostlar. Məlum səbəblərdən, Viкipediyada olan fəaliyyətimi müvəqqətli dayandırmalı oldum. Amma bu gündən Viкipediyada olan fəaliyyətimi qismən bərpa edirəm. Sadəcə silinməli olan məqalələri və müəllif hüququ pozuntusu olan fotoları silinməyə təqdim edəcəm. Amma bunu hər gün edə bilməyəcəm təəsüfкi. CalalC99(mesaj) 13:25, 9 sentyabr 2019 (UTC)
- CalalC99, hər şey bir tərəfə sən niyə yazarkən latın əlifbasındakı "k" hərfindən yox, kiril əlifbasındakı "к" hərfindən istifadə edirsən? samral müzakirə 15:44, 9 sentyabr 2019 (UTC)
- Samral bəy, sizə növbəti dəfə deyirəm. Sən yox, siz. Hörməti saxlayın. Bizim 10 illiyə dayanan dostluğumuz yoxdur. CalalC99(mesaj) 15:54, 9 sentyabr 2019 (UTC)
- CalalC99, hər şey bir tərəfə siz niyə yazarkən latın əlifbasındakı "k" hərfindən yox, kiril əlifbasındakı "к" hərfindən istifadə edirsiz? samral müzakirə 16:15, 9 sentyabr 2019 (UTC)
- Samral bəy, siz deyəndə fərqinə vardım. Çalışacam bir daha olmasın. CalalC99(mesaj) 18:42, 9 sentyabr 2019 (UTC)
- Salam CalalC99, vikipediyadakı fəaliyyət istiqaməti hər kəsin öz ixtiyarındadır və bunun üçün kimsəyə bildiriş etmək məcburiyyətində deyilsiz. İstədiyiniz istiqamətdə fəaliyyət göstərə bilərsiniz. Zəhmət olmasa bir daha bu və bənzəri mövzularda KM-də başlıq açmayasınız. K məsələsinə gəldikdə isə artıq neçənci dəfədir ki, "çalışacam bir daha olmasın" deyirsiz, lakin görünən odur ki, bunun üçün çalışmırsız. Sizə son olaraq xəbərdarlıq edirəm ki, azərbaycanca vikipediyada yalnız azərbaycan əlifbasından istifadə edin. eldarado ✉ 10:53, 10 sentyabr 2019 (UTC)
- Eldar bəy, sadəcə istədim cəmiyyət bilsin. K hərfi ilə bağlı dediyinizi başa düşdüm. CalalC99(mesaj) 17:54, 10 sentyabr 2019 (UTC)
- Salam CalalC99, vikipediyadakı fəaliyyət istiqaməti hər kəsin öz ixtiyarındadır və bunun üçün kimsəyə bildiriş etmək məcburiyyətində deyilsiz. İstədiyiniz istiqamətdə fəaliyyət göstərə bilərsiniz. Zəhmət olmasa bir daha bu və bənzəri mövzularda KM-də başlıq açmayasınız. K məsələsinə gəldikdə isə artıq neçənci dəfədir ki, "çalışacam bir daha olmasın" deyirsiz, lakin görünən odur ki, bunun üçün çalışmırsız. Sizə son olaraq xəbərdarlıq edirəm ki, azərbaycanca vikipediyada yalnız azərbaycan əlifbasından istifadə edin. eldarado ✉ 10:53, 10 sentyabr 2019 (UTC)
- Samral bəy, siz deyəndə fərqinə vardım. Çalışacam bir daha olmasın. CalalC99(mesaj) 18:42, 9 sentyabr 2019 (UTC)
- CalalC99, hər şey bir tərəfə siz niyə yazarkən latın əlifbasındakı "k" hərfindən yox, kiril əlifbasındakı "к" hərfindən istifadə edirsiz? samral müzakirə 16:15, 9 sentyabr 2019 (UTC)
- Samral bəy, sizə növbəti dəfə deyirəm. Sən yox, siz. Hörməti saxlayın. Bizim 10 illiyə dayanan dostluğumuz yoxdur. CalalC99(mesaj) 15:54, 9 sentyabr 2019 (UTC)
Şablon
Salam, bu şablonu https://en.wikipedia.org/?q=Template:Graph:Chart kim bizim Vikipediyada yarada bilər? Fikrimcə çox faydalı şablondur--Azerifactory (müzakirə) 16:29, 9 sentyabr 2019 (UTC)
AzViki 150.000
Salam dostlar. AzVikinin 150 min məqaləyə çatmasına çox az qalıb. Bu mənada nəysə təklifiniz varmı? Məsələn, loqo dəyişiklliyi kimi. Fikrimcə loqo dəyişikliyi olsa yaxşı olardı. --Turkmen müzakirə 21:04, 10 sentyabr 2019 (UTC)
- Salam, Toghrul Rahimli logonu hazırlayacağını bildirmişdi. Logonun dizaynıyla bağlı təklifləriniz varsa qeyd edə bilərsiniz bu başlıqda. --eldarado ✉ 10:49, 11 sentyabr 2019 (UTC)
- Salam. Loqonu mən yaxın günlərdə hazırlayacam. 2-3 təklif vermək fikrindəyəm. Daha sonra qısamüddətli səsvermə nəticəsində seçilər, yerləşdirilər. Hörmətlə, — Toghrul Rahimli • M/F 11:01, 11 sentyabr 2019 (UTC)
Yaxşı məqalə statusunun geri alınması
Xahiş edirəm bu iki məqalədə səs verin, bu məqalələrinin statusunu almaq lazımdır:
- Vikipediya:Yaxşı məqalə statusunun geri alınması/İsa Qəmbər
- Vikipediya:Yaxşı məqalə statusunun geri alınması/Corc Koval
Bundan əlavə səsvermənin vaxtını, zəhmət olmasa Eldarado uzatsa yaxşı olar--Azerifactory (müzakirə) 00:12, 12 sentyabr 2019 (UTC)
- Xahiş edirəm Qarabağ müharibəsi məqaləsindən də seçilmiş məqalə statusunun geri alınması ilə bağlı səsvermə keçirilsin. Məqalə çox pis tərcümə olunub, məqalədə o qədər qrammatik və orfoqrafik səhvlər var ki, bəzi cümlələri hətta oxuyub anlamaq belə mümkün deyil.--Thunder Storm (müzakirə) 09:21, 12 sentyabr 2019 (UTC)
- Azerifactory, belə mühüm müzakirə və səsvermələr diqqətdən yayınmasın deyə Laboratoriyada yer alsın bəlkə?--samral müzakirə 10:15, 12 sentyabr 2019 (UTC)
- Bir tərəfdən məqalələrə status vermək, digər bir tərəfdən isə onları almaq çox mənfi bir haldır. Çıxış yolunun nə olduğunu bilmirəm, ancaq hesab edirəm ki, hal-hazırda labda olan və ya təzəlikcə status alan məqalələrində, bir gün statusunun geri alınması növbəsi çatacaq. Bu barədəki, düşüncələriniz nələrdir cənab idarəçi Azerifactory və cənab istifadəçi Thunder Storm ? Hörmətlə:--Baskervill (müzakirə) 21:25, 13 sentyabr 2019 (UTC)
- Təklifim odur ki, yaxşı və seçilmiş məqalə namizədləri ilkin yoxlanmadan sonra səsverməyə çıxarılsın. Dəfələrlə bu statusun şərtlərinə uyğun olmayan, səhvlərlə zəngin məqalələrə səsvermə nəticəsində status verilməsinin şahidi olmuşam.--Thunder Storm (müzakirə) 21:31, 13 sentyabr 2019 (UTC)
Qarabağ müharibəsi məqaləsində orfoqrafik səhvlər çox olsa da, düzəltmək olar. Əsas məzmun çatışmazlığı olmasın.--127-ci yapon imperatoru 21:33, 13 sentyabr 2019 (UTC)
- Ancaq səhvlər düzəldildikdən sonra yenidən səsverməyə çıxarmaq olar. Qaydalarda harada yazılıb ki, səhvlərlə zəngin məqaləyə seçilmiş statusu verilə bilər, bir şərtlə ki, həmin səhvlər sonradan düzəldilsin? Gülünc səslənir.--Thunder Storm (müzakirə) 21:39, 13 sentyabr 2019 (UTC)
- Salam Azerifactory, səsvermə müddəti bitdiyi üçün hər ikisini yekunlaşdırmalı oldum. İstəsəniz yenidən ayrı səsvermə başlada bilərsiniz. Birdə İqtisadçı QVK məqaləsini bir müddət öncə yaxşı məqalə statusunun alınması üçün səsverməyə çıxarmısız və onun arxivində yerləşdirmisiniz. Halbuki məqalə seçilmiş statusa sahibdir. Lütfən bu məsələlərdə bir qədər diqqətli olun. Hörmətlə --eldarado ✉ 22:45, 13 sentyabr 2019 (UTC)
- Məqalələrə bir tərəfdən status vermək, digər bir tərəfdən isə onların kütləvi formada məqalələrdən almaq, məncə çox mənasız bir prosesdir. Hesab edirəm ki, hal-hazırda Azvikidə bərbad vəziyyətdə olduğunu iddia edə biləcəyimiz seçilmiş və ya yaxşı məqaləmiz yoxdur. Mövcud məqalələrdən statusların alınmasındansa, həmin məqalələri daha da uyğun vəziyyətədə gətirilməsinin məqsədə uyğun olduğunu düşünürəm. --Baskervill (müzakirə) 04:44, 16 sentyabr 2019 (UTC)
- Baskervill o zaman keyfiyyətsiz və səhvlərlə zəngin səhifələrə status verilməsi prosesi davam edəcək. Qarabağ müharibəsi məqaləsində bəzi cümlələri başa düşməkdə mənə kömək edə bilərsiz? Cümlələr həqiqətən Azərbaycan dilində yazılmayıb, heç nə anlamaq olmur.--Thunder Storm (müzakirə) 06:28, 19 sentyabr 2019 (UTC)
- Verman1 məsələn hansı cümlələri ? --Baskervill (müzakirə) 06:35, 19 sentyabr 2019 (UTC)

- Zəhmət olmasa bu paraqrafın 6-cı sətrində yerləşən bu cümləni oxuyun və nə başa düşdüyünüzü izah edin. Münaqişənin başlamasında Sovet Daxili Qüvvələrində kişilər kimi, bu pilotlar kasıb idi və onların ailələrinə dəstək vasitəsi kimi bu işi qəbul etmişdi.--Thunder Storm (müzakirə) 15:09, 19 sentyabr 2019 (UTC)
"Azərbaycan Vikimediyaçıları istifadəçi qrupu" İdarə Heyəti üzvlüyünə namizədlik
"Azərbaycan Vikimediyaçıları istifadəçi qrupu" İdarə Heyəti üzvlüyünə namizədlik üçün sorğu elan edir. İdarə Heyəti haqqında qaydalarla buradan tanış ola bilərsiniz. Müraciət üçün son tarix 30 sentyabr 2019-cu il tarixidir. Hər hansısa sualınız varsa bu başlıq altında qeyd edə bilərsiniz. Uğurlar! Hörmətlə --eldarado ✉ 20:27, 14 sentyabr 2019 (UTC)
- Əla. Kimlər seçiləcəksə öncədən uğurlar arzu edirəm. --Araz Yaquboglu (müzakirə) 15:27, 15 sentyabr 2019 (UTC)
- İkinci maddənin üçüncü bəndi ilə məni "çıxdaş" eləmisiz ki :)--Sortilegus (müzakirə) 16:17, 15 sentyabr 2019 (UTC)
- İdarə heyətində olacaq şəxslərə indidən uğurlar arzu edirəm. Cənab Sortilegus ikinci maddənin üçüncü bəndi mənidə üzdü. Çox istərdim ki, sözügedən idarə heyətində ölkə xaricində yaşayan vikipediyaçılarımızdan da kimsə olsun. Başa düşürəm ki, əsas şərtlərdən biri ölkədə olmaq, görüşlərdə, tədbirlərdə aktiv formada iştirak etməkdir, ancaq eyni zamanda da unutmaq olmaz ki, Azviki, Azərbaycanın yox, bu dilin daşıyçısı olan hər bir şəxsin vikipediyasıdadır. Cənab eldarado ✉ əgər mümkün olsa bu müraciətimə nəzər salardız. --Baskervill (müzakirə) 04:42, 16 sentyabr 2019 (UTC)
- İkinci maddənin üçüncü bəndi ilə məni "çıxdaş" eləmisiz ki :)--Sortilegus (müzakirə) 16:17, 15 sentyabr 2019 (UTC)
- Əlsində hardasa haqlısız, lakin indiki halda bizə Bakıda olan insanlar lazımdır ki, gələcəkdə planladığımız bir sıra layihələrin icrasında, görüşlərin və tədbirlərin təşkilində yardımçı olsunlar. Uzaqda olanlar zatən online formada hər bir dəstəyi edirlər, idarə heyətinin əsas işi offline olacağı üçün ilkin olaraq Bakıda olan istifadəçilərdən olması daha yaxşı olar. Onu da qeyd edim ki, idarə heyətinə müraciət etmək üçün heç bir xüsusi statusa malik olmaq gərəkmir. İstənilən istifadəçi müraciət edə bilər. Hörmətlə--eldarado ✉ 16:46, 16 sentyabr 2019 (UTC)
xahis edirem komek edesiniz
salam...hansisa istifadeci bloklanibsa (ferqli iki account isletdiyine gore) ve bir muddet sonra bloku qaldirilibsa,
- hemin istifadecinin redakte etdiyi yeni sehifeler blokda olundugu muddet erzinde silinibse (sehifeni ilk redakte eden istifadeci blokda oldugu ucun silinib) hemin sehifeler avtomatik geri qaytarilirmi? eger avtomatik geri qaytarilmirsa ne ede bilerem? evvelceden tesekkurler --Schami1989 (müzakirə) 19:08, 15 sentyabr 2019 (UTC)
- Salam hörmətli Schami1989, heç kəs blokda olduğu üçün yaratdığı məqalələr silinə bilməz, mütləq ki, daha məntiqli bir səbəbi vardır silinməyinin. Zəhmət olmasa məsələni daha aydın şəkildə izah edin ki, sizə yardımçı ola bilək. --eldarado ✉ 19:12, 15 sentyabr 2019 (UTC)
- bu hadise English wiki-de olub.... silinme sebebi 'created by blocked user' yazilib....men ne ede bilerem? --Schami1989 (müzakirə) 19:37, 15 sentyabr 2019 (UTC)
- Envikidə baş vermiş bloklanma hallarına görə Azvikidə müzakirə aparılmır. --Baskervill (müzakirə) 04:37, 16 sentyabr 2019 (UTC)
- Oldu üzr istəyirəm uğurlar hər kəsə --Schami1989 (müzakirə) 05:58, 16 sentyabr 2019 (UTC)
- Envikidə baş vermiş bloklanma hallarına görə Azvikidə müzakirə aparılmır. --Baskervill (müzakirə) 04:37, 16 sentyabr 2019 (UTC)
- bu hadise English wiki-de olub.... silinme sebebi 'created by blocked user' yazilib....men ne ede bilerem? --Schami1989 (müzakirə) 19:37, 15 sentyabr 2019 (UTC)
- Salam hörmətli Schami1989, heç kəs blokda olduğu üçün yaratdığı məqalələr silinə bilməz, mütləq ki, daha məntiqli bir səbəbi vardır silinməyinin. Zəhmət olmasa məsələni daha aydın şəkildə izah edin ki, sizə yardımçı ola bilək. --eldarado ✉ 19:12, 15 sentyabr 2019 (UTC)
150.000 məqalə ilə əlaqədar loqo dəyişikliyi
Qırmızı | Yaşıl | Göy |
---|---|---|
Hərkəsə salam. Bildiyimiz kimi Azərbaycanca Vikipediyadakı məqalə sayı sürətlə 150 minə çatır. Yaxın zamanda isə bunu kiçik şəkildə qeyd etmək lazımdır. Bu səbəbdən 100 mininci yubileydə istifadə olunan loqonun əsasında bir neçəsini hazırladım. Təklifim ondan ibarətdir ki, məqalə sayı 150–151 min arası qalsın. Əgər təklifi dəstəkləyirsinizsə, aşağıda fikirlərinizi və variantı bildirə bilərsiniz. Səsvermə 1 həftə qüvvədədir.
Qeyd: Lentlərin rəngləri Azərbaycan bayrağı ilə əlaqəli deyil, onlar sadəcə RGB-nin əsasını təşkil edir. Hörmətlə — Toghrul Rahimli • M/F 07:54, 16 sentyabr 2019 (UTC)
Lehinə
- Lehinə: qırmızı versiya. — Toghrul Rahimli • M/F 07:54, 16 sentyabr 2019 (UTC)
- Lehinə: Yaşıl rəngi çox sevdiyim üçün yaşıl deyirəm --samral müzakirə 09:48, 16 sentyabr 2019 (UTC)
- Lehinə: göy rəng. --Araz Yaquboglu (müzakirə) 10:34, 16 sentyabr 2019 (UTC)
- Lehinə: Qırmızı rəng. Qırmızı rəng azadlığın rəngidir. Açıq ensiklopediyamız üçün daha uyğun seçim kimi görürəm.--127-ci yapon imperatoru 14:45, 16 sentyabr 2019 (UTC)
- Lehinə. Qırmızı rəng.--Turkmen müzakirə 15:40, 16 sentyabr 2019 (UTC)
- Lehinə: Yaşıl rəngi daha çox bəyəndim.--Baskervill (müzakirə) 16:47, 16 sentyabr 2019 (UTC)
- Lehinə: Qırmızı rəng --Nuray95 (müzakirə) 17:27, 16 sentyabr 2019 (UTC)
- Lehinə: Qırmızı rəng--sefer azeri 17:30, 16 sentyabr 2019 (UTC)
- Lehinə: qırmızı --► Hörmətlə: SolaVirum 19:14, 16 sentyabr 2019 (UTC)
- Lehinə: qırmızı daha yaxşı görünür.--NMW03 ✉ 21:16, 16 sentyabr 2019 (UTC)
- Lehinə: Qırmızı olsun məqalə sözü də kiçik hərflərlə yazılsın. --Rəcəb Həsənbəyov (müzakirə) 07:36, 17 sentyabr 2019 (UTC)
- Lehinə: Rəcəblə razıyam. Qırmızı olsa və hərflər kiçiklə yazılsa yaxşı olar.--Qızılbaş (müzakirə) 07:56, 17 sentyabr 2019 (UTC)
- Lehinə: Göy rəngli lent daha cəlbedici görsənir.--namikilisu 17:52, 17 sentyabr 2019 (UTC)
- Lehinə: Mavi rəng üzərində yazı daha gözəl görünür deyə düşünürəm. --Sofy ₪ 12:55, 19 sentyabr 2019 (UTC)
Əleyhinə
Şərhlər
Lentin üstündən "məqalə" sözünü yığışdırmaq mümkün olsa, daha yaxşı olardı. Rəqəm daha böyük görünərdi, həm də bu sözün orda olmasına ehtiyac olmadığını düşünürəm.--Wertuose (müzakirə) 13:55, 16 sentyabr 2019 (UTC)
- Razıyam --► Hörmətlə: SolaVirum 19:14, 16 sentyabr 2019 (UTC)
- Bu arada Toghrul Rahimli yoldaşa, hazırlamış olduğu loqo təklifləri üçün təşəkkür edirəm. --Baskervill (müzakirə) 04:26, 17 sentyabr 2019 (UTC)
@Wertuose, Əslində ilk öncə elə etmişdim, lakin sonradan estetik görünmədiyini anladım. Sanki loqoda nəysə çatışmır. Nümunə: [1]. @Baskervill, xoşdur — Toghrul Rahimli • M/F 05:49, 17 sentyabr 2019 (UTC)
- Loqonun üzərində məqalə sözünün yazılması onu daha cəlbedici göstərir. --Baskervill (müzakirə) 06:36, 19 sentyabr 2019 (UTC)
Yekunlaşdırma səs çoxluğu ilə qırmızı versiya tətbiqi uyğun görülmüşdür. Hörmətlə, — Toghrul Rahimli • M/F 09:18, 23 sentyabr 2019 (UTC)
Açıq sözünün Azad sözü ilə əvəz edilməsinə dair
Hamıya salam. Təklif edirəm ki, Azərbaycanca Vikipediyanın loqosunun alt hissəsində olan Açıq Ensiklopediya birləşməsini Azad Ensiklopediya birləşməsi ilə əvəz edək. İngilis dilində olan (ing. free) sözünün dilimizdəki qarşılığı azad deməkdir, açıq yox. Təklifin lehinə olan yoldaşların aşağıdakı səsvermədə və müzakirədə iştirak etməyə dəvət edirəm. 150.000 məqalə astanasında bəzi yeniliklərə imza atmaq lazımdır. Hörmətlə:--Baskervill (müzakirə) 10:28, 20 sentyabr 2019 (UTC)
Səsvermə müddəti: 20 sentyabr - 27 sentyabr 2019
Lehinə
# Lehinə:--Baskervill (müzakirə) 10:28, 20 sentyabr 2019 (UTC)
- Lehinə:--eldarado ✉ 10:30, 20 sentyabr 2019 (UTC)
- Lehinə:--sefer azeri 11:22, 20 sentyabr 2019 (UTC)
- Lehinə:--Qızılbaş (müzakirə) 11:27, 20 sentyabr 2019 (UTC)
- Lehinə:--namikilisu 11:35, 20 sentyabr 2019 (UTC)
- Lehinə: türkcə olmasa da, daha düzgündür. Kaş dilimizdə "Özgür" sözü olsaydı. --► Hörmətlə: SolaVirum 11:39, 20 sentyabr 2019 (UTC)
- Lehinə: --Farid Aliyev (müzakirə) 11:47, 20 sentyabr 2019 (UTC)
- Lehinə: --Araz Yaquboglu (müzakirə) 12:06, 20 sentyabr 2019 (UTC)
- Lehinə:--NMW03 ✉ 13:08, 20 sentyabr 2019 (UTC)
- Lehinə: — Toghrul Rahimli • M/F 13:28, 20 sentyabr 2019 (UTC)
- Lehinə: Bu təklifi artıq neçə ildir ki, görüşlərdə səsləndirirəm, amma səsvermə keçirmək mərhələsinə keçmək üçün son razılıq əldə edə bilməmişdik. İdeyanı dəstəkləyirəm və tərəddüd edən istifadəçiləri də artıq 10 ildən artıqdır ki, loqoda yol verilmiş bu səhvi aradan qaldırmağa səs verməyə dəvət edirəm. 2007-ci ildə bununla bağlı keçirilmiş səsvermədə də əksər münasibət bildirən və fikrini əsaslandıran istifadəçilər məhz "azad" sözünü təklif eləsələr də, o vaxt səs çoxluğu əsasında "açıq" sözünə üstünlük verilmişdi.--Wertuose (müzakirə) 13:51, 20 sentyabr 2019 (UTC)
- Lehinə: #Free sözünü sevirəm. Azərbaycanda #Free olmasada, bura #Free olacaq :-) CalalC99(mesaj) 18:32, 20 sentyabr 2019 (UTC)
- Lehinə:--Nicat49 ⋠müzakirə⋡ 03:12, 21 sentyabr 2019 (UTC)
- Lehinə: -- Sofy ₪ 05:00, 21 sentyabr 2019 (UTC)
- Lehinə: Tam dəstək.--127-ci yapon imperatoru 10:37, 21 sentyabr 2019 (UTC)
- Lehinə: --Mehman 97 12:03, 21 sentyabr 2019 (UTC)
- Lehinə: Dəstəkləyirəm.--Eminn ismarıc 21:27, 21 sentyabr 2019 (UTC)
- Lehinə:--Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 21:41, 24 sentyabr 2019 (UTC)
- Lehinə:--Azerifactory (müzakirə) 15:29, 28 sentyabr 2019 (UTC)
Əleyhinə
- Əleyhinə: Bu açıq sözü "azad" mənasında işlənmir ki, burada. Təxminən "açıq qapı" sözbirləşməsindəki "açıq" mənasındadır. "Açıq qapı"dan hər kəs keçə bilər, bu ensiklopediyanı da hər kəs yaza, redaktə edə bilər. Yəni açıq bu mənadadır. Bunun antonimi "qapalı"dır. Amma siz təklif etdiyiniz "azad" sözünün antonimi olacaq "məhkum" və ya "asılı" (tabeliyində olan, bağlı olan). Məsələn, belə bir cümlə yaza bilərik: "Vikipediya hər kəsin redaktəsinə açıq, faktopediya isə qapalı ensiklopediyadır". Sizin variantda belə olacaq "Vikipediya heç kimdən asılı olmayan azad ensiklopediyadır (Bəs vikipediya fondu? Vikiicmalar? İdarəçilər? Bürokatlar?), faktopediya isə Worldword fondunun tabeliyindədir". Faktopediyanı misal olaraq yazdım ki, fikrimi anladım, belə ensiklopediyanın olub olmadığını bilmirəm. Amma görürəm ki, ümumi rəy "azadlıqsevərlərin" tərəfindədi, nə qərar çıxsa razılaşacağıq yəqin ki :)--Sortilegus (müzakirə) 21:17, 24 sentyabr 2019 (UTC)
- Əleyhinə:: Azad sözü sanki, azad mətbuat, azad söz mənasında işlənir. Ancaq açıq sözü hərkəsə açıq, hər kəsin redaktə edib, işləyə biləcəyi anlamına gəlir.--Turkmen müzakirə 13:03, 25 sentyabr 2019 (UTC)
- Əleyhinə:--Rəcəb Həsənbəyov (müzakirə) 06:13, 26 sentyabr 2019 (UTC)
- Əleyhinə: semantikaya görə, indiki tərcümə doğrudur, çünki orijinal (ingilis dilli) ifadənin mənasını çatdırır. --Мурад 97 (müzakirə) 13:59, 3 oktyabr 2019 (UTC)
Şərhlər
- Əgər bu qəbul edilərsə o zaman səhifə adlarının altındakı yazını da dəyişmək lazımdır. (MediaWiki:Tagline)--NMW03 ✉ 13:09, 20 sentyabr 2019 (UTC)
- Həmin yazını da dəyişərik. O problem deyil.--Wertuose (müzakirə) 13:52, 20 sentyabr 2019 (UTC)
- Hörmətli Baskervillnin başlatdığı səsvermənin heç bir hüquqi əsası da yoxdur, qeyri-qanunidir və dərhal dayandırılmalıdır. Çünki səsvermədən əvvəl bu mövzu müzakirəyə çıxarılmayıb, müzakirəsiz, tələm-tələsik səsverməyə başlayan Baskervill nə məqsəd güdür? AzVikiyə "Azad ensiklopediya" demək istəyirsə, əvvəlcə desin görək bunun əksi nədir? Bu azad ensiklopediyadırsa, deməli azad olmayan ensiklopediya da olmalıdır. Azad olmayan ensiklopediya isə hələ yoxdur. Adi ensiklopediya var, və açıq ensiklopediya var. Birincisi qapalıdır, yalnız bir qrup şəxs tərəfindən redaktə edilir, bir də açıq ensiklopediya, o da budur, hamı bunu redaktə edə bilir. Açıq sözünün azad sözü ilə dəyişdirilməsi yolverilməzdir, səsvermə də dərhal dayandırılmalıdır. Baskervill free sözünün azərbaycanca qarşılığını tapmaq istəyirsə, bilsin ki bunun qarşılığı yalnız məhdud hallarda azad ola bilər. Azad süzü dilimizdə yalnız "azad insan", "azad ölkə", "azad qadın" şəklində işlənir, hər birində mənası "əsarət altında olmayan" deməkdir. O, AzVikini "Əsarət altında olmayan Ensiklopediya" adlandırmaq istərmi? Ümüdvaram ki, yox, sadəcə "azad" sözünün mənasını başa düşmür. Tofiq Kərimli (müzakirə) 04:30, 21 sentyabr 2019 (UTC)
- Salam hörmətli Tofiq Kərimli, ortada qeyri-qanuni heçnə yoxdur. Mövzu dəfələrlə müxtəlif viki tədbirlərdə və görüşlərdə müzakirə olunub. Mövzunu bu qədər qəlizləşdirməyə ehtiyac yoxdur. Hörmətlə--eldarado ✉ 07:30, 21 sentyabr 2019 (UTC)
- Hörmətli Eldarado, səsvermə Vikipediyada gedirsə, müzakirə də burada olmalı idi. Bir də ki mən nəyisə qəlizləşdirmirəm, əksinə izah edirəm: "Azad ensiklopediya" əsarətdə olmayan ensiklopediya deməkdir, "Açıq ensiklopediya" isə hamının redaktə edə bildiyi ensiklopediya deməkdir. "Açıq ensiklopediya"nı "Azad ensiklopediya" kimi yazmaq istəyənlər gəlib fikirlərini izah etsinlər, bunu niyə belə etmək istəyirlər? Yalnız bir şey deyirlər, ingiliscə free sözünün qarşılığı azərbaycanca guya azad deməkdir. Mən isə göstərdim, sübut da göstərdim ki azad demək deyil. Əgər free sözü azad demək deyilsə, onda niyə Azad ensiklopediya - yəni əsarətdə olmayan ensiklopediya, yazmaq istəyirlər? Siz də baxın, onlar da baxsın, azad sözü azərbaycan dilində azad qadın, azad adam, azad ölkə şəklindən başqa harada işlənir? Tofiq Kərimli (müzakirə) 08:05, 21 sentyabr 2019 (UTC)
- Salam hörmətli Tofiq Kərimli, ortada qeyri-qanuni heçnə yoxdur. Mövzu dəfələrlə müxtəlif viki tədbirlərdə və görüşlərdə müzakirə olunub. Mövzunu bu qədər qəlizləşdirməyə ehtiyac yoxdur. Hörmətlə--eldarado ✉ 07:30, 21 sentyabr 2019 (UTC)
- Şərh: "açıq" əvəzinə "free" sözünün qarşılığı ola biləcək "sərbəst" də qoymaq olardı. Ümumiyyətlə isə düşünürəm ki, Vikipediya həm azaddır, həm açıq, həm də sərbəst. Yəni ki, üçü də olar məncə.--samral müzakirə 08:49, 21 sentyabr 2019 (UTC)
- Əsarətdə olmayan fikri hardan çıxdı tam anlamadım. Lakin yenədə mövzuya münasibət bildirdiyiniz üçün sizə təşəkkür edirəm. --eldarado ✉ 09:03, 21 sentyabr 2019 (UTC)
- Əsarətdə olmayan "azad" sözünün izahıdır. Var qul, var azad adam, yəni əsarətdə olmayan adam. Var müstəmləkə, var azad ölkə, yəni əsarətdə olmayan ölkə. Azad sözünün başqa mənası varsa buyurun deyin, bilmirik, varsa deyin, biz də bilək. Azad "əsarətdə olmayan" deməkdir, başqa mənası yoxdur, sərbəst də düz gəlmir, istifadəçilər burada yalnız mövzu seçməkdə sərbəstdirlər, ensiklopediya isə sərbəst deyi. "Açıq" sözü haqqında 16 il əvvəl fikirləşiblər, götür-qoy ediblər, ən doğru variant budur, çünki istənilən şəxsə açıqdır, hamı redaktə edə bilər. Bunu dəyişmək olmaz. Kim dəyişmək istəyirsə, müzakirə başlatsın, fikrini əsaslandırsın, heç bir müzakirə olmadan, fikrini əsaslandıra bilmədən qeyri-qanuni səsvermə keçirir, suallara da cavab verə bilmir. Səsverməni saxlayın, müzakirə getsin, mən əminəm ki, onun özündən başqa bir adam belə bunu dəyişməyə razı olmayacaq. Tofiq Kərimli (müzakirə) 09:15, 21 sentyabr 2019 (UTC)
- @Tofiq Kərimli, siz yəqin Vikipediyanın əsas məqsədini anlamamısınız. Burada yerləşdirilən bütün materiallar (mətnlər) azad (istənilən məqsəd üçün istifadə oluna bilən) hesab olunur. Bu mövzunun uzun müddətdir müzakirə olunmasının əsas səbəbi elə məhz budur. İnanın, 15 il öncə azviki təşkil olunanda hər şey tələm-tələsik edilib deyə bu cür problemlər qalıb. — Toghrul Rahimli • M/F 10:30, 21 sentyabr 2019 (UTC)
- Vikipediyada kifayət qədər azad olmayan fayllar var, AzVikidəki şəkillərin heç biri azad deyil, azad olsaydı Commonsa yüklənərdi. Sözlərimə etirazınız varmı? Mən azad sözünün Azərbaycan dilində izahını yazdım. Başqa bir izah verən yoxdur hələ. Odur ki, sual edirəm, AzVikini nəyə görə "Əsarətdə olmayan ensiklopediya" adlandırmaq istəyirsiniz? Açıq sözünü tutalım biz səhvən qəbul etmişik, bəs başqa xalqlar, məsələn özbəkcə Vikipediya. Qazax dilində də açıqdır. İndi yoldaşlar niyə velesopedi yenidən kəşf etmək istəyirlər? Niyə türkdilli xalqlardan heç kim azad sözünü götürmür? Axı onların hamısının dilin azad sözü var? Tofiq Kərimli (müzakirə) 10:50, 21 sentyabr 2019 (UTC)
- @Tofiq Kərimli, "Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın." — Yəqin ki, bu cümləni səhifənin aşağı hissəsində görməmisiniz. Dediklərim mətnə aiddir, yuxarıda da qeyd etmişdim. Açıqdır, hər kəs redaktə edə bilər, bunu anlayıram, amma saytın əsas məğzi burada deyil axı. Vikipediya azaddır, başqa bir qurumdan, saytdan, rəhbərlikdən asılı deyil. İstifadəçilər də istədikləri mövzuda məqalə yazmaq baxımından azaddırlar. Daxilindəki mətnlər də azaddır, istənilən məqsədə istifadə oluna bilər, müəllif hüquqları mətni paylaşılan andan yoxa çıxmış sayılır. Layihənin açıq olması onun azad olmasını özündə təcəssüm etdirmir. — Toghrul Rahimli • M/F 06:13, 23 sentyabr 2019 (UTC)
- @Toghrul Rahimli,, sizin nə demək istədiyinizi mən rusca yaza bilərəm: "Под свободностью контента подразумевается доступность содержимого проекта под свободными лицензиями; некоторые разделы также содержат несвободные материалы". Bunu rusca "Vikipediya" məqaləsindən götürmüşəm. İndi isə gəlin ingiliscə Vikipediyadakı en:Open collaboration məqaləsinə bir nəzər salaq. Açıq sözü buradan gəlir. Və bilməlisiniz ki, Azərbaycan dilinin izahlı lüğətinə görə "azad" sözünün 2-ci mənası ilə "açıq" sözünün 4-cü mənası arasında heç bir fərq yoxdur. Başqa sözlə, Vikipediyanın loqosuna ya "azad" yazılsın, ya da "açıq" hər ikisi eyni məna verəcək. Burada prinsip nəsələsi var yalnız. Azviki türkdilli Vikipediya olduğu üçün biz loqoda türk mənşəli sözə üstünlük verməliyik. Özbək yazacaq açıq, qazax yazacaq açıq, o biri türkdilli vikipediyalar yenə türk mənşəli erkin, türkcə türk sözü özgür, biz isə kürdlər, taciklər, farslar kimi "azad". Niyə? Bilməlisiniz ki, ingiliscə free sözünün azərbaycanca guya yalnız azad kimi yazılmalı olduğunu deyənlər sizi aldadıblar, gördüyünüz kimi suallara cavab verə bilmirlər, söhbətdən yayınmağa çılışırlar, onların məqsədləri tamam başqa şeylər ola bilər. Tofiq Kərimli (müzakirə) 11:04, 23 sentyabr 2019 (UTC)
- Hörmətli istifadəçinin dəqiq olaraq nə nəzərdə tutduğunu anlamadım, amma burada müzakirə üçün başlıq açılıb və istifadəçilər dəstək verirsə, heç bir qeyri-qanuni şey yoxdur.--127-ci yapon imperatoru 10:42, 21 sentyabr 2019 (UTC)
- White Demon bu boyda geniş və ətraflı izahlarımdan sonra mənim nə nəzərdə tutduğumu anlamırsınızsa, heç bir müzakirə olmadan başladılmış səsvermədə səs verənlərin hər şeyi başa düşüb səs verdiklərinə də inanmalı deyilsiniz. Tofiq Kərimli (müzakirə) 12:22, 21 sentyabr 2019 (UTC)

- Vikipediyanın azad yox, açıq ensklopediya olması ingiliscə Vikipediyanın Vikipediya məqaləsinin 1-ci cümləsində yazılıb: Wikipedia... is a multilingual online encyclopedia created and maintained as an open collaboration project using a wiki-based editing system. Zənnimcə bundan sonra heç kim Vikipediyanın açıq yox, azad olduğunu iddia etməyə çalışmayacaq. Tofiq Kərimli (müzakirə) 13:23, 21 sentyabr 2019 (UTC)
- Tofiq Kərimli, zəhmət olmasa "Azərbaycan dilinin izahlı lüğəti"ni açın və orada "azad" sözünün izahlarına baxın və sonra ehtiyac hiss etsəniz, yenidən bu müzakirəyə qayıdın. Sizə çox zəhmət verməmək üçün o izahlardan sadəcə birini burada yerləşdirirəm: "sifət: Maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən. Nümunə: Azad ticarət. Azad satış. // zərf: Rahat, əziyyətsiz. Nümunə: Azad nəfəs almaq."--Wertuose (müzakirə) 16:01, 21 sentyabr 2019 (UTC)
- Wertuose, bunu deyrsiniz, gəlin birlikdə baxaq: 1-ci məna 1. Azadlıqdan istifadə edən, başqasından asılı olmayan, sərbəst. Azad xalq. Azad əmək. Azad həyat. Azad seçki hüququ. Bu "azad" sözünün azərbaycan dilində əsas mənasıdır. 4-cu məna hərbi termindir, bizə dəxli yoxdur. 3-cü məna -səhvdir, azərbaycan dilində boş vaxta heç vaxt azad vaxt deyilmir. Müəllif rus dilinin güclü təsiri altında olub və rusca Свободное время-nı səhvən azad vaxt kimi yazıb. Və nəhayət keçək sizin göstərdiyiniz 2-ci mənaya - Azad ticarət. Azad satış. // zərf Rahat, əziyyətsiz, orada bu yazılmayıbmı? Azad ticarət deməli, rahat, yaxud əziyyətsiz ticarətdir, azad satış deməli rahat və əziyyətsiz satışdır, başqa bir məna yazılıbmı? Əgər AzViki-yə Azad Ensiklopediya desək, həmin lüğətə görə mənası rahat, yaxud əziyyətsiz ensiklopediya olacaq, bunu istəyirsinizmi? İni isə keçək lüğətdə açıq sözünün izahına, budur, 4-cü mənaya baxaq: Sərbəst, maneəsiz, heç bir şeylə məhdud olmayan. Açıq yol. Açıq satış. Açıq müzayidə. Azad sözünün 2-ci mənası ilə açıq sözünün 4-cü mənası arasında bir fərq görürsünüzmü? Fərq yozdursa, Açıq Ensiklopediyanı niyə Azad Ensiklopediya yazmaq istəyirsiniz? Bir səbəb göstərin zəhmət olmasa. Göstərilən səbəblər əsassızdır. İngiliscə free guya azərbaycanca azad deməkdir, bu düz olmadı, Vikipediya guya azad fayllardan ibarət olduğuna görə azad adlanmalıdır, bu da düz olmadı, göstərdim ki, ingiliscə open yazılır, Vikipediya məqaləsində. Bəs onda niyə dəyişdirmək istəyirsiniz? Səbəb nədir? Özbək yazacaq açıq, qazax yazacaq açıq, biz yazacağıq azad? Ən doğru variant açıqdır, bunu dəyişdirmək üçün əsas varsa, buyurun yazın. Sonda əlavə edim ki, Azad ticarət. Azad satış rus dilinin güclü təsiri ilə dilimizdə meydana çıxıb, свободной торговли-тnin tərcüməsidir, bunlar terminlərlir, xalq bunu başa düşmür, xalq azad sözünü "əsarətdə olmayan" kimi başa düşür yalnız. Azad Ensiklopediya yazsaq, hamı elə biləcək Azadlıq radiosudur, iqtidara qarşı bir şeydir. Ümidvaram ki, yazdıqlarım kifayər edər, sayğılarla, Tofiq Kərimli (müzakirə) 16:32, 21 sentyabr 2019 (UTC)
- Kürd dilində, fars dilində, tacik dilində, deyəsən erməni dilində də (4 hərfdir, a ilə başlayır t ilə bitir) "azad"dır. Siz də azad yazmaq istəyirsinizsə, onda AzVikinin nəyi oldu türkdilli Vikipediya? Türkdilli vikipediyalara keçidləri də ləğv edin, birincilərə keçid verin. Tofiq Kərimli (müzakirə) 17:25, 21 sentyabr 2019 (UTC)
- Hörmətli Tofiq Kərimli, hansı dildə açıq yazılıb ki, bütün dillərdə azaddır bircə bizdə səhvən açıq qeyd olunub. Harda open qeyd olunub ki? İngiliscədə də logo üzərində "Free" yazılıb. Siz free sözünü açıq kimi tərcümə edirsiz? çox məntiqsizdir axı. Bəs "free" sözünü cümlədə necə tərcümə edirsiz? Misal üçün "I am free" sözünü necə tərcümə edirsiz? çox maraqlıdır. Hörmətlə--eldarado ✉ 18:16, 21 sentyabr 2019 (UTC)
- Hörmətli Eldarado, erkin sözü olmayan türk dillərində açıq yazılıb, qeyd etmişəm, özbəkcədə və qazaxcada. İngiliscədə loqo üzərində "free" yazılıb, amma bu frenin yüz dənə mənası var, konkret mənası isə ingiliscə Vikipediyada Vikipediya məqaləsində göstəriilir, birinci cümlədə, bunu da yuxarıda qeyd etmişəm. "Free" sözünü mən yox, ingilislər açıq kimi izah edirlər, əvvəlki cümləyə baxın. "I am free" sözünü necə tərcümə edirsiz? - sualınızın cavabı belədir: Mən boşam, ikinci mənası ola bilərsə, siz deyin. Azad sözü "əsarətdə olmayan" deməkdir. Bəlkə evdə "mən boşam" əvəzinə "mən azadam" ifadəsini işlətmisiniz? Şəxsən mən işlətməmişəm, siz də işlətməmisiniz, onda bu sualı mənə niyə verirsiniz? Sayğılarla, Tofiq Kərimli (müzakirə) 19:30, 21 sentyabr 2019 (UTC)
- Azad sözünü, əsarətdə olmayan mənasınında anlayırsınızsa məncə o da məntiqlidir. Bizim dildə vikipediya da əsarətdə deyil. Azad sözü hansı mənada başa düşülürsə hamısı fikrimcə uyğun gəlir. Bu mənim fikrimdi və yuxarıda da 16 nəfər öz mövqeyini bildirib. Sonda nəticəni gözləmək ən yaxşısı olar. Hörmətlə--eldarado ✉ 20:08, 21 sentyabr 2019 (UTC)
- Eldarado, Azad sözünü, əsarətdə olmayan mənasınında mən anlamıram, bu həmin sözün mənasıdır, birinci və əsas mənası. Həmkarınız Azərbaycan dilinin izahlı lüğətini təqdim etdi, zəhmət olmasa həmin lüğətə baxın. Şərhlərə cavab yazırsınızsa, əvvəlcə şərhləri oxumalısınız. 10-15 nəfər yığılıb bir nəfərin ideyasını dəstəkləmək istəyirsinizsə, mən təəssüf ki sizə mane ola bilməyəcəyəm. Yox əgər nəyin daha doğru yazılmasını bilmək istəyirsinizsə bunun üçün hər şeydən əvvəl müzakirə başlatmalısınız, siz bunu etməmisiniz, vikipediya qaydalarını pozmusunuz. Odur ki səsvermənin sonunu gözləməyə dəyməz, heç bir legitimliyi yoxdur, qayda pozuntusudur, qruplaşma, vikipediyadan kənar sövdələşmədir. Elə özünüzə inanırsınızsa, müzakirədən niyə qorxursunuz? Saxlayın səsverməni, başlayaq müzakirəyə, əvvəlcə izah edin görək Açıq sözünü niyə Azad sözü ilə əvəz etmək istəyirsiniz? Hansı əsasla? Sonra izah edin görək, niyə özbəkcədə açıq olmalıdır, qazaxcada açıq olmalıdır, bizdə farscada, tacikcədə, kürdcədə olduğu kimi azad olmalıdır? Bu azvikinin loqosudur, elə-belə şey deyil, burada azvikinin türkdilli vikipediya olduğu bilinməlidir, siz isə azvikini irandilli vikipediya kimi göstərmək istəyirsiniz, niyə? Bunu bilərəkdən edirsiniz, ya bilməyərəkdən, hələlik başa düşə bilmirəm. Lütfən mənə cavab yazmayın və sual verməyin daha. Yaxşı bir iş görmək istəyirsinizsə qeyri-qanuni səsverməni dayandırın, keçin müzakirəyə. Tofiq Kərimli (müzakirə) 22:09, 21 sentyabr 2019 (UTC)
- Azad sözünü, əsarətdə olmayan mənasınında anlayırsınızsa məncə o da məntiqlidir. Bizim dildə vikipediya da əsarətdə deyil. Azad sözü hansı mənada başa düşülürsə hamısı fikrimcə uyğun gəlir. Bu mənim fikrimdi və yuxarıda da 16 nəfər öz mövqeyini bildirib. Sonda nəticəni gözləmək ən yaxşısı olar. Hörmətlə--eldarado ✉ 20:08, 21 sentyabr 2019 (UTC)
- Hörmətli Eldarado, erkin sözü olmayan türk dillərində açıq yazılıb, qeyd etmişəm, özbəkcədə və qazaxcada. İngiliscədə loqo üzərində "free" yazılıb, amma bu frenin yüz dənə mənası var, konkret mənası isə ingiliscə Vikipediyada Vikipediya məqaləsində göstəriilir, birinci cümlədə, bunu da yuxarıda qeyd etmişəm. "Free" sözünü mən yox, ingilislər açıq kimi izah edirlər, əvvəlki cümləyə baxın. "I am free" sözünü necə tərcümə edirsiz? - sualınızın cavabı belədir: Mən boşam, ikinci mənası ola bilərsə, siz deyin. Azad sözü "əsarətdə olmayan" deməkdir. Bəlkə evdə "mən boşam" əvəzinə "mən azadam" ifadəsini işlətmisiniz? Şəxsən mən işlətməmişəm, siz də işlətməmisiniz, onda bu sualı mənə niyə verirsiniz? Sayğılarla, Tofiq Kərimli (müzakirə) 19:30, 21 sentyabr 2019 (UTC)
- Hörmətli Tofiq Kərimli, hansı dildə açıq yazılıb ki, bütün dillərdə azaddır bircə bizdə səhvən açıq qeyd olunub. Harda open qeyd olunub ki? İngiliscədə də logo üzərində "Free" yazılıb. Siz free sözünü açıq kimi tərcümə edirsiz? çox məntiqsizdir axı. Bəs "free" sözünü cümlədə necə tərcümə edirsiz? Misal üçün "I am free" sözünü necə tərcümə edirsiz? çox maraqlıdır. Hörmətlə--eldarado ✉ 18:16, 21 sentyabr 2019 (UTC)
- Kürd dilində, fars dilində, tacik dilində, deyəsən erməni dilində də (4 hərfdir, a ilə başlayır t ilə bitir) "azad"dır. Siz də azad yazmaq istəyirsinizsə, onda AzVikinin nəyi oldu türkdilli Vikipediya? Türkdilli vikipediyalara keçidləri də ləğv edin, birincilərə keçid verin. Tofiq Kərimli (müzakirə) 17:25, 21 sentyabr 2019 (UTC)
- Wertuose, bunu deyrsiniz, gəlin birlikdə baxaq: 1-ci məna 1. Azadlıqdan istifadə edən, başqasından asılı olmayan, sərbəst. Azad xalq. Azad əmək. Azad həyat. Azad seçki hüququ. Bu "azad" sözünün azərbaycan dilində əsas mənasıdır. 4-cu məna hərbi termindir, bizə dəxli yoxdur. 3-cü məna -səhvdir, azərbaycan dilində boş vaxta heç vaxt azad vaxt deyilmir. Müəllif rus dilinin güclü təsiri altında olub və rusca Свободное время-nı səhvən azad vaxt kimi yazıb. Və nəhayət keçək sizin göstərdiyiniz 2-ci mənaya - Azad ticarət. Azad satış. // zərf Rahat, əziyyətsiz, orada bu yazılmayıbmı? Azad ticarət deməli, rahat, yaxud əziyyətsiz ticarətdir, azad satış deməli rahat və əziyyətsiz satışdır, başqa bir məna yazılıbmı? Əgər AzViki-yə Azad Ensiklopediya desək, həmin lüğətə görə mənası rahat, yaxud əziyyətsiz ensiklopediya olacaq, bunu istəyirsinizmi? İni isə keçək lüğətdə açıq sözünün izahına, budur, 4-cü mənaya baxaq: Sərbəst, maneəsiz, heç bir şeylə məhdud olmayan. Açıq yol. Açıq satış. Açıq müzayidə. Azad sözünün 2-ci mənası ilə açıq sözünün 4-cü mənası arasında bir fərq görürsünüzmü? Fərq yozdursa, Açıq Ensiklopediyanı niyə Azad Ensiklopediya yazmaq istəyirsiniz? Bir səbəb göstərin zəhmət olmasa. Göstərilən səbəblər əsassızdır. İngiliscə free guya azərbaycanca azad deməkdir, bu düz olmadı, Vikipediya guya azad fayllardan ibarət olduğuna görə azad adlanmalıdır, bu da düz olmadı, göstərdim ki, ingiliscə open yazılır, Vikipediya məqaləsində. Bəs onda niyə dəyişdirmək istəyirsiniz? Səbəb nədir? Özbək yazacaq açıq, qazax yazacaq açıq, biz yazacağıq azad? Ən doğru variant açıqdır, bunu dəyişdirmək üçün əsas varsa, buyurun yazın. Sonda əlavə edim ki, Azad ticarət. Azad satış rus dilinin güclü təsiri ilə dilimizdə meydana çıxıb, свободной торговли-тnin tərcüməsidir, bunlar terminlərlir, xalq bunu başa düşmür, xalq azad sözünü "əsarətdə olmayan" kimi başa düşür yalnız. Azad Ensiklopediya yazsaq, hamı elə biləcək Azadlıq radiosudur, iqtidara qarşı bir şeydir. Ümidvaram ki, yazdıqlarım kifayər edər, sayğılarla, Tofiq Kərimli (müzakirə) 16:32, 21 sentyabr 2019 (UTC)
- Tofiq Kərimli, zəhmət olmasa "Azərbaycan dilinin izahlı lüğəti"ni açın və orada "azad" sözünün izahlarına baxın və sonra ehtiyac hiss etsəniz, yenidən bu müzakirəyə qayıdın. Sizə çox zəhmət verməmək üçün o izahlardan sadəcə birini burada yerləşdirirəm: "sifət: Maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən. Nümunə: Azad ticarət. Azad satış. // zərf: Rahat, əziyyətsiz. Nümunə: Azad nəfəs almaq."--Wertuose (müzakirə) 16:01, 21 sentyabr 2019 (UTC)
- Yuxarıda gördüyünüz şəxslər hər biri azviki üçün və onun inkişafı üçün təmənnasız çalışan könüllü şəxslərdir. Böyük əksəriyyətinin azvikidə yüzlərlə məqaləsi və minlərlə redaktəsi var və əksəriyyərinin fəaliyyət müddəti 10 ilə yaxınlaşır. Hər biri viki fəlsəfəni çox gözəl dərk edir və azvikidə hər müzakirədə öz fikirlərini müstəqil ifadə edirlər. Buna görə də əmin olmadığınız mövzularda heç kəsi ittiham etməyin. Elə çox azvikini düşünürsünüzsə hesab açıb yalnız müzakirələrə qatılmayın azvikini zənginləşdirmək üçün də çalışın bir qədər. Yuxarıda adlarını gördüyünüz şəxslər kimi. Vikipediyada səsvermələr müzakirəyə əsasən yekunlaşır. Yəni anlıyacağınız bu səsvermə eyni zamanda müzakirə sayılır. Lehinə verənlərin ən az yarısı qədər əleyhinə olsa və məntiqli səbəb gətirsələr təbii ki, dəyişiklik qəbul olunmayacaq. Hörmətlə --eldarado ✉ 09:02, 22 sentyabr 2019 (UTC)
Eldarado, səsvermənin dayadırılması üçün əsaslarımı təqdim edirəm, 17 nəfərlə birlikdə təkzib edin, ya da səsverməni dayandırın.
- 1. AzViki loqosundakı "Açıq" sözünün "Azad" sözü ilə əvəz edilməsi üçün heç bir müzakirə getmədən, bir şəxsin istəyi ilə səsvermə başladılmışdır. Yalnız iddia edilir ki, kimlərsə Vikipediyadan kənarda, qapalı məkanda bunu müzakirə ediblər. Bu Vikipediya qaydalarına ziddir.
- 2. AzViki loqosundakı "Açıq" sözünün "Azad" sözü ilə əvəz edilməsi üçün səsvermə başladan şəxs ingiliscə "free encyclopedia"nın azərbaycanca guya yalnız "azad ensiklopediya" kimi yazılmalı olduğunu, guya "açıq ensiklopediya" yazılışının səhv olduğunu iddia etmiş, istifadəçiləri aldatmış və çaşdırmışdır. Səsvermənin başlanmasından sonra müzakirədə o, iddiasını müdafiə etməmişdir, daha doğrusu edə bilməmişdir.
- 3. Azərbaycan dilinin izahlı lüğətinə görə "açıq" sözünün 4-cü mənası "azad" sözünün 2-ci mənası ilə eynidir. Lakin "Azad" sözü azərbaycan dilində daha çox siyasi məna daşıyır, "açıq" sözü isə qeyri-siyasidir. Vikipediya da qeyri-siyasi olduğu üçün Vikipediyaya açıq sözü uyğun gəlir.
- 4. İngiliscə "free encyclopedia"dakı "free" "open collaboration", yəni "açıq əməkdaşlıq" mənasındadır, bu ingiliscə Vikipediya məqaləsinin birinci cümləsində vurğulanıb.
- 5. AzViki özünü türkdilli Vikipediya kimi təqdim etdiyi halda, onun loqosunda irandilli vikipediyalara aid "azad" sözünün işlənməsi yolverilməzdir. Məsələn, özbəkcə və qazaxca "açıq", digər türk dillərində erkin, türk dilində özgür yazılır. Bunlar hamısı türk mənşəli sözlərdir. Amma fars, taciq, kürd vikipediyalarında "azad" yazılır.
Eldarado, göstərdiyim əsaslar səsvermənin dayandırılması üçün kifayət edir. Tofiq Kərimli (müzakirə) 09:47, 22 sentyabr 2019 (UTC)
- Xeyr kifayət deyil. Viki qaydalara əsasən müzakirənin dayanması üçün heç bir əsas yoxdur. Hörmətlə--eldarado ✉ 10:15, 22 sentyabr 2019 (UTC)
- Hörmətli Eldarado, mən müzakirənin yox, səsvermənin dayandırılmasını təklif etmişəm əsaslarımı da təqdim etdim. Baskervill, bu səsverməni başlatmaq üçün yalandan yazıb ki, "İngilis dilində olan (ing. free) sözünün dilimizdəki qarşılığı azad deməkdir, açıq yox". Bu saxtakarlıqdır. Vikipediya:Bloklama qaydalarının Bloklanma səbəbləri bölməsinin 7-ci bəndinə görə "İstifadəçi saxtakarlıqla məşğul olaraq, Vikipediyadanın normal işini pozarsa" bloklanmalıdır. Odur ki, qaydalara görə Baskervill bloklanmalıdır. Bununla da səsvermə də bitir, növbəti dəfə kimsə nəyisə səsvirməyə çıxarmaq istəsə əminəm ki saxtakarlıq etməyə çalışmayacaq. Sayğılarla, Tofiq Kərimli (müzakirə) 11:21, 22 sentyabr 2019 (UTC)
- Tofiq Kərimli adlı istifadəçinin nəyin mübahisəsini etdiyini anlamıram. Vikipediya sözünün özü yarı havay dilində, yarı yunan mənşəli, ensiklopediya sözü isə yunan-latın mənşəli sözdür. İndi guya fars mənşəli ümumişlək "azad" sözünü yazmaqla hansısa ciddi bir qəbahətəmi yol vermiş oluruq?! Azərbaycan dilinin lüğət tərkibinin yarıya yaxını ərəb-fars mənşəli sözlərdir. Ona görə də belə yersiz arqumentlər gətirmək gülüncdür. Krımtatar Vikipediyasında da "azat" yazılıb, üstəlik o "erkin" və "irekle" yazılan türk dillərində də bu söz məhz "azad" mənasını verir, "açıq" yox. Həmin dillərdə "açıq" sözü var, amma gördüyünüz kimi, onlar da məntiqli olaraq "azad" mənasını verən sözü seçiblər. Lüğətlərini internetdə tapıb yoxlaya bilərsiniz. Sizə yuxarıda təqdim etdiyim izahlı lüğətdə "azad" sözü maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən kimi izah edilib. Yalnız Vikipediya ilə heç bir əlaqəsi olmayan şəxs bu izahın Vikipediyaya uyğun gəlmədiyini iddia edə bilər. Üstəlik, belə görünür ki, bu şəxs Vikipediyada heç bir məqalə yaratmadan və redaktə etmədən yalnız bu cür mənasız müzakirələrlə istifadəçilərin vaxtını almaq üçün hesab yaradıb. Ona görə də Vikipediyada olanların ona bir aidiyyəti olmamalıdır. Əgər bu belə deyilsə, niyə belə olmadığını əsaslandırmaq üçün də bir arqument gətirməyib indiyədək. Amma bu müzakirənin mənasız yerə uzadılması Vikipediyanın normal fəaliyyətini pozmaq cəhdi kimi də qiymətləndirilə bilər.--Wertuose (müzakirə) 10:59, 22 sentyabr 2019 (UTC)
- Hörmətli Wertuose, siz nəyə görə hər şeyi tərsinə izah etmək istəyirsiniz? Niyə azad sözünün 2-ci mənası daima vurğuladığınız halda, açıq sözünün 4-cü mənasını unudursunuz? "Açıq Ensiklopediya"dakı açıq sözü Azərbaycan dilinin izahlı lüğətindəki 4-cü mənada işlənir: Sərbəst, maneəsiz, heç bir şeylə məhdud olmayan. Açıq yol. Açıq satış. Açıq müzayidə. İndi deyin görək bunu niyə dəyişdirmək istəyirsiniz? Üstəlik, ngiliscə "free encyclopedia"dakı "free" "open collaboration", yəni "açıq əməkdaşlıq" mənasındadır, bu ingiliscə Vikipediya məqaləsinin birinci cümləsində vurğulanıb. Open yəqin ki bilirsiniz, azad demək deyil, açıq deməkdir. Loqoda cəmi 3-4 söz var, bunlardan cəmi biri türk mənşəli idi, onu da dəyişirsiniz. Amma türkdilli xalqlardan heç biri bunu etməyib, yalnız krımtatar dilində azat sözü işlənir ki, bu dili özbək və qazax dilləri ilə müqayisə etmək olmaz. Böyük türk dilləri özbək və qazax dilləridir, onlar aççıq yazırlarsa, biz niyə açıq yazmayaq? Nədir sizi narahat edən? Açıq sözünün nəyi uyğun gəlmir? Tofiq Kərimli (müzakirə) 11:21, 22 sentyabr 2019 (UTC)
- Tofiq Kərimli siz təsadüfən Şəki şəhərində yaşamırsız və jurnalist fəaliyyəti ilə məşğul olmursunuz ki ? Çünki, sizin qlobal səviyyədə bloklanmış Aydinsalis olmağınızla bağlı əsaslı şübhələr və ehtimallar mövcuddur bizim dəyərli idarəçi və istifadəçilərdə. Bu barədə demək olar ki, hər viki görüşdə, hər viki kampda müzakirə aparılıb və istifadəçi və idarəçilərin ortaq düşüncəsi ondan ibarət olub ki, açıq sözünün vikipediyaya heç bir dəxlisi yoxdur, başlıq üçün ən uyğun söz azad sözüdür. Yuxarıda müxtəlif fikirlərə sahib 17 şəxsin vermiş olduğu müsbət səs, mənim dediklərimi bir daha təsdiq edir. Zəhmət olmasa bu mənasız müzakirəni burada dayandırın və gərginlik yaratmayın. --Baskervill (müzakirə) 15:43, 22 sentyabr 2019 (UTC)
- Hörmətli Baskervill, "istifadəçi və idarəçilərin ortaq düşüncəsi ondan ibarət olub ki, açıq sözünün vikipediyaya heç bir dəxlisi yoxdur", ola bilər, amma həqiqətdə isə "açıq" sözü daha doğru seçimdir, bizdən başqa qazax Vikipediyası da, özbək Vikipediyası da bunu götürüb. Səsverənlərin sayı 17 nəfər çox azdır, META da diqqət yetirib ki, siz istənilən səsvermədə azı 40 müsbət səs toplaya bilirsiniz, 17 səs nədir ki? Və əgər hesab edirsinizsə ki, "açıq" sözünü "azad" sözü ilə dəyişmək lazımdır, bunu əsaslandırın. Nə problem var ki? Səsverməni siz başlatmamısınız? Demirsiniz free sözü azərbaycanca açıq yazılmalıdr? İndi sübutunuzu da təqdim edin, səsverənləri niyə sayırsınız? Tofiq Kərimli (müzakirə) 16:19, 22 sentyabr 2019 (UTC)
- Tofiq Kərimli siz təsadüfən Şəki şəhərində yaşamırsız və jurnalist fəaliyyəti ilə məşğul olmursunuz ki ? Çünki, sizin qlobal səviyyədə bloklanmış Aydinsalis olmağınızla bağlı əsaslı şübhələr və ehtimallar mövcuddur bizim dəyərli idarəçi və istifadəçilərdə. Bu barədə demək olar ki, hər viki görüşdə, hər viki kampda müzakirə aparılıb və istifadəçi və idarəçilərin ortaq düşüncəsi ondan ibarət olub ki, açıq sözünün vikipediyaya heç bir dəxlisi yoxdur, başlıq üçün ən uyğun söz azad sözüdür. Yuxarıda müxtəlif fikirlərə sahib 17 şəxsin vermiş olduğu müsbət səs, mənim dediklərimi bir daha təsdiq edir. Zəhmət olmasa bu mənasız müzakirəni burada dayandırın və gərginlik yaratmayın. --Baskervill (müzakirə) 15:43, 22 sentyabr 2019 (UTC)
- Hörmətli Wertuose, siz nəyə görə hər şeyi tərsinə izah etmək istəyirsiniz? Niyə azad sözünün 2-ci mənası daima vurğuladığınız halda, açıq sözünün 4-cü mənasını unudursunuz? "Açıq Ensiklopediya"dakı açıq sözü Azərbaycan dilinin izahlı lüğətindəki 4-cü mənada işlənir: Sərbəst, maneəsiz, heç bir şeylə məhdud olmayan. Açıq yol. Açıq satış. Açıq müzayidə. İndi deyin görək bunu niyə dəyişdirmək istəyirsiniz? Üstəlik, ngiliscə "free encyclopedia"dakı "free" "open collaboration", yəni "açıq əməkdaşlıq" mənasındadır, bu ingiliscə Vikipediya məqaləsinin birinci cümləsində vurğulanıb. Open yəqin ki bilirsiniz, azad demək deyil, açıq deməkdir. Loqoda cəmi 3-4 söz var, bunlardan cəmi biri türk mənşəli idi, onu da dəyişirsiniz. Amma türkdilli xalqlardan heç biri bunu etməyib, yalnız krımtatar dilində azat sözü işlənir ki, bu dili özbək və qazax dilləri ilə müqayisə etmək olmaz. Böyük türk dilləri özbək və qazax dilləridir, onlar aççıq yazırlarsa, biz niyə açıq yazmayaq? Nədir sizi narahat edən? Açıq sözünün nəyi uyğun gəlmir? Tofiq Kərimli (müzakirə) 11:21, 22 sentyabr 2019 (UTC)
- Tofiq Kərimli adlı istifadəçinin nəyin mübahisəsini etdiyini anlamıram. Vikipediya sözünün özü yarı havay dilində, yarı yunan mənşəli, ensiklopediya sözü isə yunan-latın mənşəli sözdür. İndi guya fars mənşəli ümumişlək "azad" sözünü yazmaqla hansısa ciddi bir qəbahətəmi yol vermiş oluruq?! Azərbaycan dilinin lüğət tərkibinin yarıya yaxını ərəb-fars mənşəli sözlərdir. Ona görə də belə yersiz arqumentlər gətirmək gülüncdür. Krımtatar Vikipediyasında da "azat" yazılıb, üstəlik o "erkin" və "irekle" yazılan türk dillərində də bu söz məhz "azad" mənasını verir, "açıq" yox. Həmin dillərdə "açıq" sözü var, amma gördüyünüz kimi, onlar da məntiqli olaraq "azad" mənasını verən sözü seçiblər. Lüğətlərini internetdə tapıb yoxlaya bilərsiniz. Sizə yuxarıda təqdim etdiyim izahlı lüğətdə "azad" sözü maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən kimi izah edilib. Yalnız Vikipediya ilə heç bir əlaqəsi olmayan şəxs bu izahın Vikipediyaya uyğun gəlmədiyini iddia edə bilər. Üstəlik, belə görünür ki, bu şəxs Vikipediyada heç bir məqalə yaratmadan və redaktə etmədən yalnız bu cür mənasız müzakirələrlə istifadəçilərin vaxtını almaq üçün hesab yaradıb. Ona görə də Vikipediyada olanların ona bir aidiyyəti olmamalıdır. Əgər bu belə deyilsə, niyə belə olmadığını əsaslandırmaq üçün də bir arqument gətirməyib indiyədək. Amma bu müzakirənin mənasız yerə uzadılması Vikipediyanın normal fəaliyyətini pozmaq cəhdi kimi də qiymətləndirilə bilər.--Wertuose (müzakirə) 10:59, 22 sentyabr 2019 (UTC)
- Hörmətli Eldarado, mən müzakirənin yox, səsvermənin dayandırılmasını təklif etmişəm əsaslarımı da təqdim etdim. Baskervill, bu səsverməni başlatmaq üçün yalandan yazıb ki, "İngilis dilində olan (ing. free) sözünün dilimizdəki qarşılığı azad deməkdir, açıq yox". Bu saxtakarlıqdır. Vikipediya:Bloklama qaydalarının Bloklanma səbəbləri bölməsinin 7-ci bəndinə görə "İstifadəçi saxtakarlıqla məşğul olaraq, Vikipediyadanın normal işini pozarsa" bloklanmalıdır. Odur ki, qaydalara görə Baskervill bloklanmalıdır. Bununla da səsvermə də bitir, növbəti dəfə kimsə nəyisə səsvirməyə çıxarmaq istəsə əminəm ki saxtakarlıq etməyə çalışmayacaq. Sayğılarla, Tofiq Kərimli (müzakirə) 11:21, 22 sentyabr 2019 (UTC)
- Hörmətli Baskervillnin, yaxud 2007-ci ildən loqodakı "açıq" sözünü "azad" etmək istəyən hörmətli Wertuosenin gəlib mahiyyəti üzrə nəsə yazacaqlarını gözləmirəm. Ortaya atdıqları arqumentlərin hamısı təkzib edilib. Onların təkliflərinin yolverilməz olduğunu 5 bənd üzrə əsaslandırmışam, bir daha təkrar yazıram, ümid edirəm bəlkə kimsə bu 5 əsasdan hansınınsa əsassız, yaxud doğru olduğunu deyəcək:
- AzViki loqosundakı "Açıq" sözünün "Azad" sözü ilə əvəz edilməsi üçün heç bir müzakirə getmədən, bir şəxsin istəyi ilə səsvermə başladılmışdır. Yalnız iddia edilir ki, kimlərsə Vikipediyadan kənarda, qapalı məkanda bunu müzakirə ediblər. Bu Vikipediya qaydalarına ziddir.
- AzViki loqosundakı "Açıq" sözünün "Azad" sözü ilə əvəz edilməsi üçün səsvermə başladan şəxs ingiliscə "free encyclopedia"nın azərbaycanca guya yalnız "azad ensiklopediya" kimi yazılmalı olduğunu, guya "açıq ensiklopediya" yazılışının səhv olduğunu iddia etmiş, istifadəçiləri aldatmış və çaşdırmışdır. Səsvermənin başlanmasından sonra müzakirədə o, iddiasını müdafiə etməmişdir, daha doğrusu edə bilməmişdir.
- Azərbaycan dilinin izahlı lüğətinə görə "açıq" sözünün 4-cü mənası "azad" sözünün 2-ci mənası ilə eynidir. Lakin "Azad" sözü azərbaycan dilində daha çox siyasi məna daşıyır, "açıq" sözü isə qeyri-siyasidir. Vikipediya da qeyri-siyasi olduğu üçün Vikipediyaya açıq sözü uyğun gəlir.
- İngiliscə "free encyclopedia"dakı "free" "open collaboration", yəni "açıq əməkdaşlıq" mənasındadır, bu ingiliscə Vikipediya məqaləsinin birinci cümləsində vurğulanıb.
- AzViki özünü türkdilli Vikipediya kimi təqdim etdiyi halda, onun loqosunda irandilli vikipediyalara aid "azad" sözünün işlənməsi yolverilməzdir. Məsələn, özbəkcə və qazaxca "açıq", digər türk dillərində erkin, türk dilində özgür yazılır. Bunlar hamısı türk mənşəli sözlərdir. Amma fars, taciq, kürd vikipediyalarında "azad" yazılır.
Mən prinsipial əhəmiyyət kəsb edən loqo dəyişikliyinə öz vətəndaş münasibətimi bildirdim, bəzi şeyləri mahiyyəti üzrə izah edim, əlimdən gələn budur, təəssüf ki başqa heç nə edə bilmərəm, "azad" sözü insana məxsus xüsusiyyətdir, azad boşqab, azəd nəlbəki, azad stol, azad qapı, azad kitab olmadığı kimi, azad ensiklopediya da ola bilməz, bunu indiyə qədər bilmirsinizsə, bundan sonra da bilməyəcəksiniz.... Sayğılarla, Tofiq Kərimli (müzakirə) 11:25, 23 sentyabr 2019 (UTC)
- Doğrusu etiraf etməliyəm ki, Tofiq Kərimlinin sadalamış olduğu son beş bəndlik hissə haqqında düşünməmişdim. Xüsusi ilə Azad sözünün fars mənşəyli olması diqqətimi cəlb etdi və düşünürəm ki, bu qədər daxili tərəddüddən sonra ən yaxşısı öz səsimi geri götürməkdir. Hörmətlə:--Baskervill (müzakirə) 04:32, 25 sentyabr 2019 (UTC)
- Hörmətli Baskervill bu addımınız yaxşı olsa da bizə yaxşı heç nə vəd etmir. Səsverməni siz başlatmısınız, hamı sizin dediyinizə inanıb və müsbət səs verib, indi səsinizi geri götürəndə nə dəyişir ki? Sabah müsbət səsləri əsas götürüb "Açıq Ensiklopediya"nın "Azad Ensiklopediya" yaza bilərlər. Belə etmək istəyənlərin nəzərlərinə əvvəlcə çatdırmaq istəyirəm ki, "Vikipediya demokratiya deyil" meyarına əsasən "Mübahisələr zamanı həqiqəti üzə çıxarmaq üçün müzakirə, konsensus əldə edilməsi daha prioritetlidir, nəinki səsvermə. Başqa sözlə, heç də çoxluğun fikri Vikipediyanın rəsmi qaydası kimi qəbul edilməməlidir. " 2-ci isə bu nə qayda qəbuludur, nə idarəçi seçkisi, nə məqalə seçkisi, bu məsələ ümumiyyətlə səsverməyə çıxarılmamalı idi. Belə şeylərin səsverməyə çıxarılması hansı qaydanın tələblərinə uyğun gəlir? Harada göstərilir ki, loqodakı bir sözü dəyişmək, yaxud bir mübahisəni bağlamaq üçün səsvermə lazımdır? Biz müzakirədə artıq konsensus əldə etdik ki, "Açıq Ensiklopediya" "Azad Ensiklopediya" kimi dəyişdirilə bilməz. Konsensus əldə edilibsə səsvermə nəyə lazımdır? Məncə səsverməni başlatdığınız kimi, dayandıra da bilərsiniz və bu ümumi işin xeyirinə olardı Tofiq Kərimli (müzakirə) 17:32, 27 sentyabr 2019 (UTC)
- Tofiq Kərimli, konsensusu harda, nə vaxt və kiminlə əldə etdiyiniz çox maraqlıdır. Siz yazdıqlarınızda iddia edirsiz ki, guya əsaslı iddialar atmısız ortalığa, qarşı tərəf isə əsassız iddialar irəli sürüb. Siz ya digərlərinin cavablarını oxumursuz, ya da öz yazdıqlarınıza həddən artıq inandığınız üçün verilən cavablar sizə əsassız görünür. Gəlin sizin iradlarınıza mən əsaslı cavab verim:
- Əvvəla ingilisdilli Vikipediyanın loqosundakı "Free Encyclopedia" yazısını kənara qoyub məqalədə yazılan "open collaboration" söz birləşməsini sübut kimi göstərirsiniz. Halbuki biz də məhz loqonu müzakirə edirik, məqalələrdə isə fərqli izahlar yaza bilərik. Yəni bu iradınız tam əsassızdır.
- İkincisi, qeyd edirsiniz ki, türkdilli Vikipediyalarda məhz "açıq" sözündən istifadə edilib, lakin bu yalnız özbək, qırğız, qazax və qaqauz dillərində belədir və çox böyük ehtimalla bu söz ora məhz az-vikinin nümunəsi əsas götürülərək yazılıb. Belə ki, qazax vikisinin loqosu bizdən[2] bir ay[3], qırğız vikisinin loqosu bir neçə həftə[4], özbək vikisinin loqosu 2 il[5], qaqauz vikisinin loqosu isə 5 il[6] sonra təsdiqlənib. Üstəlik, yuxarıda da artıq qeyd etmişəm ki, qalan heç bir türkdilli vikidə açıq sözündən istifadə edilməyib. Konkret olaraq türk dilində özgür, krımtatarca azad, başqırd, çuvaş, tatar dillərində - irekle, türkmən, qaraqalpaq, qaraçay-balkar dillərində - erkin yazılıb. İrekle və erkin sözləri isə həmin dillərdə açıq mənasını deyil, azad mənasını verir və həmin dillərdə ayrıca açıq sözü də var, amma bu sözü istifadə etməyiblər. Bunu internetdə həmin dillərin rus dilinə olan tərcümə lüğətlərini tapıb yoxlaya bilərsiniz. Tapmasanız, mən onların da linklərini bura yerləşdirə bilərəm. Onu da qeyd edim ki, türk dilində istifadə edilən özgür sözü də məhz azad mənasını verir, açıq yox. Bu iddianızın əsassız olmasının yəqin əlavə sübuta ehtiyacı yoxdur.
- Üçüncüsü, "azad" sözünün fars mənşəli olmasını əsas göstərməyiniz isə həqiqətən gülməlidir. Bunun da səbəbini yuxarıda izah etmişəm ki, "Vikipediya" və "ensiklopediya" sözlərinin başqa dildə olması sizi məyus eləmir, amma Azərbaycan dilində ümumişlək söz olan azad sözünü işlətməyimizdən məyusluq duyursunuz. Bu iddianızı əsas götürsək, onda gərək biz az-vikidə məqalə yazmayaq. Çünki, yuxarıda da qeyd etdiyim kimi, dilimizin lüğət tərkibinin yarıya yaxını ərəb-fars mənşəli sözlərdən ibarətdir. Hətta "məqalə" sözü də ərəbcədir. Yəni bu iddianız da tam əsassız və hətta Azərbaycan dilinə qarşı düşmən yanaşmadır.
- Sizin az-vikinin işinə heç bir faydanız olmadığı halda, belə müzakirələrlə istifadəçilərin vaxtını almağa çalışdığınız açıq-aşkar ortadadır. Ola bilsin ki, öz yazdıqlarınız sizə çox məntiqli görünür, amma inanın ki, kiçik bir araşdırma ilə yazdıqlarınızın hamısını puça çıxarmaq mümkündür. Müzakirəni mənasız yerə davam etdirəcəyiniz təqdirdə bloklana biləcəyiniz barədə xəbərdarlıq etmək istəyirəm. Zəhmət olmasa, əgər belə çox boş vaxtınız və faydalı işə sərf edə biləcəyiniz biliyiniz varsa, o halda onu məqalə yaratmağa sərf edin ki, başqaları da sizin biliklərinizdən faydalana bilsinlər.--Wertuose (müzakirə) 14:24, 1 oktyabr 2019 (UTC)
- Hörmətli Baskervill bu addımınız yaxşı olsa da bizə yaxşı heç nə vəd etmir. Səsverməni siz başlatmısınız, hamı sizin dediyinizə inanıb və müsbət səs verib, indi səsinizi geri götürəndə nə dəyişir ki? Sabah müsbət səsləri əsas götürüb "Açıq Ensiklopediya"nın "Azad Ensiklopediya" yaza bilərlər. Belə etmək istəyənlərin nəzərlərinə əvvəlcə çatdırmaq istəyirəm ki, "Vikipediya demokratiya deyil" meyarına əsasən "Mübahisələr zamanı həqiqəti üzə çıxarmaq üçün müzakirə, konsensus əldə edilməsi daha prioritetlidir, nəinki səsvermə. Başqa sözlə, heç də çoxluğun fikri Vikipediyanın rəsmi qaydası kimi qəbul edilməməlidir. " 2-ci isə bu nə qayda qəbuludur, nə idarəçi seçkisi, nə məqalə seçkisi, bu məsələ ümumiyyətlə səsverməyə çıxarılmamalı idi. Belə şeylərin səsverməyə çıxarılması hansı qaydanın tələblərinə uyğun gəlir? Harada göstərilir ki, loqodakı bir sözü dəyişmək, yaxud bir mübahisəni bağlamaq üçün səsvermə lazımdır? Biz müzakirədə artıq konsensus əldə etdik ki, "Açıq Ensiklopediya" "Azad Ensiklopediya" kimi dəyişdirilə bilməz. Konsensus əldə edilibsə səsvermə nəyə lazımdır? Məncə səsverməni başlatdığınız kimi, dayandıra da bilərsiniz və bu ümumi işin xeyirinə olardı Tofiq Kərimli (müzakirə) 17:32, 27 sentyabr 2019 (UTC)
- Hörmətli Wertuose siz nəticə çıxarmağa çalışarkən bəzi səhvlərə yol verirsiniz. Bu ondan irəli gəlir ki, mənim yazdıqlarımı diqqətlə oxumamısınız. Mən bir neçə dəfə təkrar etdim, sübut da göstərdim ki, "açıq" sözü ilə "azad" sözünün mənası arasında heç bir fərq yoxdur. Dedim Azərbaycan dilinin izahlı lüğətində "açıq" sözünün 4-cü mənası ilə "azad" sözünün 2-ci mənası üst-üstə düşür. Vikipediyaya "açıq" yazılsın, ya "azad" eyni məna verəcək, birinci İzahlı lüğətdə 4-cü mənasında, ikinci isə İzahlı lüğətdəki 2-ci mənasında anlanmalıdır. Bununla bağlı bir narazılığınız varmı? Təbii ki yoxdur, bəs onda nə istəyirsiniz? Nəyə görə "açıq" əvəzinə "azad" yazılmasına çalışırsınız? Mən bilmirəm siz niyə buna çalışırsınız, mən yalnız deyə bilərəm, daha doğrusu demişəm ki, niyə buna qarşıyam. Yaxşı olar ki, siz də izah edəsiniz niyə "açıq" əvəzinə "azad" yazılmasını istəyirsiniz? Məna dəyişməyəcək, siz də bilirsiniz, mən də bilirəm, bəs onda nə istəyirsiniz? Səsverməni bu adla başlayıblar ki, guya "free" sözünün qarşılığı azərbaycanca yalnız "azad"dır. Mən də sübut etdim ki, yox, "free" sözünün azərbaycanca 100 dənə qarşılığı ola bilər, məsələm, I am free, mən boşam deməkdir. Yəni göstərdiyiniz səbəb bu idi, bu da əsassız çıxdı. Başqa nə səbəb göstərə bilərsiniz? Tofiq Kərimli (müzakirə) 21:39, 1 oktyabr 2019 (UTC)
- Yekunlaşdırma: Müzakirənin nəticəsinə əsasən "Açıq" sözünün "Azad" sözü ilə əvəz olunması qəbul olundu və 1 noyabr 2019-cu il tarixindən etibarən icra olunması nəzərdə tutulur. Hörmətlə--eldarado ✉ 22:45, 5 oktyabr 2019 (UTC)
- Hörmətli Eldarado siz görürsünüz ki, "Açıq" sözünü "Azad" sözü ilə əvəz etmək istəyənlər suala cavab verə bilmədilər, bunu niyə etmək istədiklərini də izah edə bilmədilər, səsverməni başlayan səsini geri götürdü, bunu 2007-dən istəyən Wertuose mənimlə razılaşmış kimi görünür, 1 həftə ərzində sualıma etiraz etmədi. Siz nəticəni haradan çıxartdınız bəs? Tofiq Kərimli (müzakirə) 21:15, 6 oktyabr 2019 (UTC)
- Yekunlaşdırmaya rəy , Baskervill Vikipediya meyarlarına zidd olaraq "Açıq" sözünü "Azad" ilə əvəz olunması üçün əsassız, yalan iddialarla səsvermə başlatmış, Wertuose əsassız, yalan iddialarla onun təklifini dəstəkləməyə çalışmış, Eldarado isə əsassız və yalan iddialarla "Açıq" sözünün "Azad" ilə dəyişdirilməsinə qərar vermişdir. Saxtakarlığa görə hər üçü bloklanmalıdır. İdarəçilərin bu qədər saxtakarlığa meyilli olmalarından çox təəssüflənirəm. Özü də söhbət milli mənafeyimizdən gedirsə, milli mənafeyimizə zidd saxtakarlıq etmələri xüsusilə bağışlanmaz hesab olunmalıdır. Tofiq Kərimli (müzakirə) 10:26, 7 oktyabr 2019 (UTC)
Yeni Ana səhifə
Salam, hörmətli həmkarlar. Uzun müddətdir Vikipediyanın səhifəsinin mobil versiyasında nə qədər pis göründüyünü düşünərək onun yeni versiyasını hazırlamaq üçün lazımi əlavələri edirdim. Prosesin dərinliklərinə endikdə isə məsələnin düşündüyümdən də qəliz olduğunu, proqramlaşdırmadan istifadənin vacibliyini anladım. Bu səbəbdən də Fabrikatorda $wgMFSpecialCaseMainPage adlı funksiyanın söndürülməsini, mobil versiyanın müstəqil olmasını təklif etdim. Təbii ki, bu mümkün olacaqdısa, səsvermə əsasında həyata keçiriləcəkdi. Sonradan oradakı bir istifadəçinin köməyi ilə CSS dilində ekran ölçüsünə limit qoyaraq həyata keçirilə bilmə imkanının olduğunu öyrəndim.
Təklif olunan yeni ana səhifə BURADA yerləşir.
Qeyd: Sözügedən yenilik bir neçə (tip) cihazda yoxlanılıb və mənfi nəticə tapılmayıb =)
150 mininci məqalə ərəfəsində Vikipediyada həm vizual, həm də proqramlaşdırma baxımından yenilikləri lazımlı hesab edirəm. — Toghrul Rahimli • M/F 11:42, 24 sentyabr 2019 (UTC)
Səsvermə müddəti: 24 sentyabr – 8 oktyabr 2019
Lehinə
- Lehinə: əladır.--127-ci yapon imperatoru 11:51, 24 sentyabr 2019 (UTC)
- Lehinə: --sefer azeri 12:14, 24 sentyabr 2019 (UTC)
- Lehinə: --eldarado ✉ 12:15, 24 sentyabr 2019 (UTC)
- Lehinə: --Araz Yaquboglu (müzakirə) 12:45, 24 sentyabr 2019 (UTC)
- Lehinə: 10 ildən sonra Ana səhifənin yenilənməsi möhtəşəmdir.--Baskervill (müzakirə) 13:02, 24 sentyabr 2019 (UTC)
- Lehinə:--Nicat49 ⋠müzakirə⋡ 14:34, 24 sentyabr 2019 (UTC)
- Lehinə:--Turkmen müzakirə 15:38, 24 sentyabr 2019 (UTC)
- Lehinə:--NMW03 ✉ 21:14, 24 sentyabr 2019 (UTC)
- Lehinə:--Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 21:38, 24 sentyabr 2019 (UTC)
- Lehinə:--Eminn ismarıc 08:38, 25 sentyabr 2019 (UTC)
- Lehinə:--Sortilegus (müzakirə) 12:07, 25 sentyabr 2019 (UTC)
- Lehinə:--Rəcəb Həsənbəyov (müzakirə) 06:16, 26 sentyabr 2019 (UTC)
- Lehinə: -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 14:59, 27 sentyabr 2019 (UTC)
- Lehinə: -- SOFY✉ 15:35, 27 sentyabr 2019 (UTC)
- Lehinə: --► Hörmətlə: SolaVirum 17:48, 27 sentyabr 2019 (UTC)
- Lehinə:--Azerifactory (müzakirə) 15:28, 28 sentyabr 2019 (UTC)
- Lehinə:--samral müzakirə 17:36, 28 sentyabr 2019 (UTC)
- Lehinə: --Nuray95 (müzakirə) 07:54, 1 oktyabr 2019 (UTC)
Əleyhinə
Şərhlər
İtalyan vikisinin ana səhifəsinin dizaynında olduğu kimi, bölmələrin küncləri ovallaşdırılsa və hər bölmə ayrı-ayrı pəncərələrdə deyil, hamısı bir pəncərənin içində olsa, daha yaxşı olar. Künclərin oval olması vizual olaraq daha yaxşı görünər.--Wertuose (müzakirə) 12:03, 24 sentyabr 2019 (UTC)
- Wertuose əslində həmin versiyanı həyata keçirmək üçün çox çalışdım. Lakin o versiya köhnədir. Burada müzakirə etdim o məsələni. — Toghrul Rahimli • M/F 12:10, 24 sentyabr 2019 (UTC)
- Wertuose, bu arada kənarları oval formaya saldım, indi daha yaxşı görünür. — Toghrul Rahimli • M/F 12:20, 24 sentyabr 2019 (UTC)
- Ümumi görünüş daha yaxşıdır. Amma məncə aşağıdakı "digər layihələr" və "türkdilli vikilər" bölmələrinin çərçivədən çıxarılması görünüşü korlayır. Elə bil səhifənin "dibi" olmur, nəsə yarımçıqlıq hissi verir. İndiki versiyada o iki bölmə çərçivə içində sanki səhifəni sonlandırır. --Sortilegus (müzakirə) 21:03, 24 sentyabr 2019 (UTC)
- "türkdilli vikilər" bölməsinin müəyyən bir çərçivə daxilində göstərilməsi mümkün olsaydı daha yaxşı olardı. Vizual baxımından yeni görünüşə isə söz ola bilməz.--Baskervill (müzakirə) 04:35, 25 sentyabr 2019 (UTC)
- Ümumi görünüş daha yaxşıdır. Amma məncə aşağıdakı "digər layihələr" və "türkdilli vikilər" bölmələrinin çərçivədən çıxarılması görünüşü korlayır. Elə bil səhifənin "dibi" olmur, nəsə yarımçıqlıq hissi verir. İndiki versiyada o iki bölmə çərçivə içində sanki səhifəni sonlandırır. --Sortilegus (müzakirə) 21:03, 24 sentyabr 2019 (UTC)
Təklif edirəm Həftənin seçilmiş siyahısı ilə Bilirsinizmi? hissələrinin yeri dəyişdirilsin. Belə də daha məntiqli dizayn alınacaq. Seçilmiş məqalələr bir tərəfdə digər qısa məlumatlar digər tərəfdə olacaq. --Drabdullayev17 (müzakirə) 14:14, 25 sentyabr 2019 (UTC)
- @Drabdullayev17, Düzü indiyə qədər 3 versiya hazırlamışdım və onlarda həmin qayda ilə etmişdim. Təklif etdiyim versiyada sol və sağ tərəflər nistəbi düz gəlmədiyindən klassik variantda hazırlamışdım. Yerini dəyişdim, indi daha düzgün görünür məncə də. — Toghrul Rahimli • M/F 05:43, 26 sentyabr 2019 (UTC)
- Şərh: Toghrul Rahimli, Deyirəm bəlkə solda ən yuxarıdakı "Ana səhifə", "Kənd meydanı" sözlərinin altındakı "Aktual hadisələr" bölməsini çox aktiv və mühüm səhifələrdən olan VP:SNS-lə əvəz edək. O bölmə çox mənasız formadadı zatən. Və heç də adı kimi aktual bir səhifə deyil ki, o cür mühüm nöqtədə olsun.--samral müzakirə 17:40, 28 sentyabr 2019 (UTC)
- @Samral, yaxşı fikirdir. Əslində həmin naviqasiya bölmələrini redaktə etməyi bilmirəm. Bunu soruşaram başqa vikilərdən olanlardan. — Toghrul Rahimli • M/F 18:05, 28 sentyabr 2019 (UTC)
- Toghrul Rahimli buradan redaktə etmək mümkündür.
Səhifənin linki| Silinməyə namizəd səhifələr
şəklində qeyd etsəz avtomatik keçid yaranacaq. Samral məncə əlavə edilməsi vizuallığı pozacaq, həmçinin işdi əlavə edilsə Layihələr bölməsində qeyd edilməsi daha doğru olardı. Çünki, həmin bölmə sırf məqalələr haqqındadır.--Turkmen müzakirə 19:37, 28 sentyabr 2019 (UTC)
- Toghrul Rahimli buradan redaktə etmək mümkündür.
- @Samral, yaxşı fikirdir. Əslində həmin naviqasiya bölmələrini redaktə etməyi bilmirəm. Bunu soruşaram başqa vikilərdən olanlardan. — Toghrul Rahimli • M/F 18:05, 28 sentyabr 2019 (UTC)
- Şərh: Toghrul Rahimli, Deyirəm bəlkə solda ən yuxarıdakı "Ana səhifə", "Kənd meydanı" sözlərinin altındakı "Aktual hadisələr" bölməsini çox aktiv və mühüm səhifələrdən olan VP:SNS-lə əvəz edək. O bölmə çox mənasız formadadı zatən. Və heç də adı kimi aktual bir səhifə deyil ki, o cür mühüm nöqtədə olsun.--samral müzakirə 17:40, 28 sentyabr 2019 (UTC)
Qəbul edildi Ana səhifənin tətbiq olunması qərara alındı. — Toghrul Rahimli • M/F 06:12, 8 oktyabr 2019 (UTC)
The consultation on partial and temporary Foundation bans just started
Hello,
In a recent statement, the Wikimedia Foundation Board of Trustees requested that staff hold a consultation to "re-evaluat[e] or add community input to the two new office action policy tools (temporary and partial Foundation bans)".
Accordingly, the Foundation's Trust & Safety team invites all Wikimedians to join this consultation and give their feedback from 30 September to 30 October.
How can you help?
- Suggest how partial and temporary Foundation bans should be used, if they should (eg: On all projects, or only on a subset);
- Give ideas about how partial and temporary Foundation bans should ideally implemented, if they should be; and/or
- Propose changes to the existing Office Actions policy on partial and temporary bans.
We offer our thanks in advance for your contributions, and we hope to get as much input as possible from community members during this consultation!
Viki Qafqazı Sevir 2019
Mövzulu ayların davamı olaraq bu ay az-vikidə Viki Qafqazı Sevir beynəlxalq məqalə müsabiqəsi keçiriləcək. Bu barədə razılıq Stokholmda keçirilən Vikimaniya konfransında iştirakçı ölkələrin istifadəçi qruplarının nümayəndələrinin görüşündə, o cümlədən, mənim və Eldaradonun iştirakı ilə əldə olunmuşdur. Bu gün Araz Yaquboglu bəy Çin ayını başlatmışdı, lakin növbəti ay Asiya ayı məqalə müsabiqəsi çərçivəsində Çin ayının planındakı məqalələrin yaradılması mümkündür. Bu səbəbdən üzrlü sayın ki, Çin ayını dayandıraraq Viki Qafqazı Sevir müsabiqəsini başlatdım.--Wertuose (müzakirə) 06:51, 1 oktyabr 2019 (UTC)
- Wertuose lap yaxşı, mənim xəbərim olmadığından başlatmışdım. Bu layihə lap əla oldu. Əslində illər öncə Qafqazla bağlı mövzulu ay düşünmüşdüm. --Araz Yaquboglu (müzakirə) 14:45, 1 oktyabr 2019 (UTC)
- Wertuose, qeyd etmək istəyirəm ki, Məqalə əlavə et linkinə daxil olan zaman heç bir şey alınmır. Səhifə açılır, ancaq linkin özündə heç bir editaton nəzərdə tutulmayıb. Heç burada da tapmaq olmur bu editatonu. --► Hörmətlə: SolaVirum 17:34, 1 oktyabr 2019 (UTC)
- Link yaxında olacaq, ona qədər siz yazın və sonra əlavə edərsiniz. --Mehman 97 23:44, 1 oktyabr 2019 (UTC)
- Wertuose, qeyd etmək istəyirəm ki, Məqalə əlavə et linkinə daxil olan zaman heç bir şey alınmır. Səhifə açılır, ancaq linkin özündə heç bir editaton nəzərdə tutulmayıb. Heç burada da tapmaq olmur bu editatonu. --► Hörmətlə: SolaVirum 17:34, 1 oktyabr 2019 (UTC)
Xəritə
Layihənin səhifəsində bu şəkil işlənilir. Şəkildə Azərbaycan və Gürcüstanın işğal olunan ərazilər onlardan ayrı olduğu kimi göstərilib. Layihənin gürcü səhifəsində bu cür biyabırçılığa yer vermədilər. Biz isə niyə onu qoyduq? --Мурад 97 (müzakirə) 00:05, 2 oktyabr 2019 (UTC)
Bir gündən artıq reaksiya yoxdur. Özüm sildim.--Мурад 97 (müzakirə) 13:56, 3 oktyabr 2019 (UTC)