Vikipediya Kend Meydani Arxiv Sentyabr 2022 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
SNS-də silinmiş məqalələrin yenidən yaradılması
SNS-də müzakirə əsasında silinmiş məqalələrin bir müddətdən sonra yenidən yaradılması artıq AzVikinin mütəmadi problemlərindən birinə çevriləcək deyəsən. Az qalsın hər iki gündən bir SNS-də silinmiş, amma yenidən yaradılmış məqalə silirəm. Silinmiş məqalələrin bir müddətdən sonra bu cür asanlıqla yaradılması məni yaman narahat edir. Amma ən narahat edən məsələ bu cür məqalələrin bir neçə ay fərqinə varılmadan qalmasıdır. Adicə Samral tərəfindən işarələnmiş Orxan Məmmədov (sədr) məqaləsi apreldə silinsə də, mayda yenidən yaradılıb və bunu indi görürük. Bu məsələ ilə bağlı nə tədbir görmək olar? Bir neçə çıxış yolu düşünürəm:
- Məqalə SNS-də silinəndə ona yaradılma blokunun tətbiq olunması.
- SNS-də silinən, amma daha sonra sonra yaradılan məqalələri müəyyən edib onlara "sil" şablonu qoyan botun inkişaf etdirilməsi.
- SNS-də silinmiş məqalələrin yenidən yaradılmasını əngəlləyən Dəyişiklik süzgəcinin yaradılması.
Son iki bəndi həyata keçirmək üçün lazımı texniki bacarıqlara malik deyiləm, amma bacara biləcək şəxs olsaydı, bizi bu problemdən qurtara bilərdi bəlkə də. Şiroi Akuma 15:36, 31 avqust 2022 (UTC)
- Dəyişiklik süzgəci tətbiq edilə bilər. Amma yenə də uyğun qərar olmayacaq. Çünki həmin məqalə adı ilə üst-üstə düşən ensiklopedik məqalə də yaradıla bilər. — Araz Yaquboglu (müzakirə) 16:20, 31 avqust 2022 (UTC)
- Birinci həll yolu da pis deyil və fikrimcə tətbiq edilə bilər. — Surə m 19:03, 31 avqust 2022 (UTC)
- Bəs onda həmin ad-soyadda digər ensiklopedik şəxs olanda necə olsun? Gərək istifadəçi inzibatçıya yaza ki bu səhifəni aç mən məqalə yazacam. Doğru hesab etmirəm. Araz Yaquboglu (müzakirə) 05:13, 1 sentyabr 2022 (UTC)
- Birinci həll yolu da pis deyil və fikrimcə tətbiq edilə bilər. — Surə m 19:03, 31 avqust 2022 (UTC)
- Dəyişiklik süzgəci tətbiq edilə bilər. Amma yenə də uyğun qərar olmayacaq. Çünki həmin məqalə adı ilə üst-üstə düşən ensiklopedik məqalə də yaradıla bilər. — Araz Yaquboglu (müzakirə) 16:20, 31 avqust 2022 (UTC)
- Elə isə, əgər texniki olaraq mümkündürsə, belə bir şey etmək olar ki, silinən səhifə yenidən yaradıldıqda dəyişiklik süzgəci və ya bot həmin səhifəyə avtomatik hansısa kateqoriyanı əlavə etsin. İstifadəçilər də daxil olub görsələr ki, məqalədəki məzmun silinməsinə qərar verilən məzmunla eynidir, sil şablonu qoysunlar və inzibatçılar səhifəni silsinlər. — Surə m 06:30, 1 sentyabr 2022 (UTC)
- ümumiyyətlə öyrənmək lazımdır ki, digər inkişafetmiş vikilərdə təcrübə necədir. böyük ehtimal ki, onlarda da bu problem var. bir də mövzuyla əlaqəli olmasa da, sil şablonunu rahatlıqda bir istifadəçi çıxara bilir məqalədən. halbuki rus vikidə məsələm çıxarmaq olmur. bunun üzərinə də düşülsə əla olar. Atakhanli (müzakirə) 07:02, 1 sentyabr 2022 (UTC)
- Mən də dəfələrlə bu halla qarşılaşıram. Adətən istifadəçilər məzmunu copy-paste edir başqa adla ya da başqa əlifbadan hərflə yaradırlar. Bunun üçün addım atılmalıdır. - Dr.Wiki54 (müzakirə) 15:47, 9 sentyabr 2022 (UTC)
- Müvafiq addımlar atılsa doğru olardı, narahat edən məsələdir.— E.Imanverified 21:26, 14 sentyabr 2022 (UTC)
Kitabın ISBN kodu
Bir məqalədə bir kitabdan istinad vermək istəyirəm. Bunun üçün "sənədləşdirilməmiş parametr"lərdə ISBN kodu hissəsi var. Amma kitabın kodunu bilmirəm. Sadəcə pdf-i var məndə. Nə etməli olduğum barədə kömək etsəniz, sevinərəm. Hatselate (müzakirə) 09:32, 1 sentyabr 2022 (UTC)
- Bir də "publisher" hissəsində yazıçının adını mı yazmalıyam? Hatselate (müzakirə) 10:36, 1 sentyabr 2022 (UTC)
- Hatselate "publisher" hissəsində nəşriyyatı yazmalısız. — Araz Yaquboglu (müzakirə) 10:50, 1 sentyabr 2022 (UTC)
- Azərbaycanda buraxılan kitabların böyük bir qismində "ISBN" kodu yoxdur. --► Hörmətlə: SolaVirum 20:48, 4 sentyabr 2022 (UTC)
- "ISBN" kodunu Azərbaycanda Xəzər universiteti qeydə alır, mən etdirmişəm orada, kitab çapa getməzdən əvvəl mətbəəyə "ISBN" kodunu alıb vermək lazımdı. Ödənişlidir. E.Imanverified 21:30, 14 sentyabr 2022 (UTC)
- @Hatselate, istinad zamanı kitabın ISBN kodu olması şərt deyil. Kitablara necə, hansı şablonlarla istinad edilməlidi bunun üçün nümunə olaraq bu məqaləyə baxa bilərsiz. samral müzakirə 14:23, 30 sentyabr 2022 (UTC)
Vikidüşərgə 2022
-
"Vikidüşərgə 2022"nin rəsmi loqosu.
Hər kəsə salam!
Sizləri "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Vikidüşərgə 2022"yə dəvət edirik. Vikidüşərgə 24–25 sentyabr 2022-ci il tarixlərində keçiriləcək, burada Şuşa şəhərinin mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edəcəklər. Düşərgədə iştirak etmək istəyən istifadəçilər bu qeydiyyat formunu doldura bilərlər. Son qeydiyyat tarixi 12 sentyabr 2022-ci il, 23:59:59-dur. Düşərgənin iştirakçıları Təşkilat Komitəsinin qiymətləndirməsi əsasında seçilir. Ətraflı məlumat üçün "Vikipediya:Vikidüşərgə 2022" səhifəsinə nəzər yetirə bilərsiniz. --► Hörmətlə: SolaVirum 18:22, 5 sentyabr 2022 (UTC)
Şərhlər
- Qeydə alındım, ümüd edək ki, çağrılarıq. E.Imanverified 21:39, 14 sentyabr 2022 (UTC)
Çağırış
Salam, dostlar. İdarəçisindən istifadəçisinə, burada fəaliyyət göstərən hər birinizi qiymətləndirmə bölməsində fəal olmağa çağırıram. Bölmədə olan mövcud vəziyyətinə baxın: 1, 2, 3. Məqalələrin status alması üçün aparılan səsvermədə 1 səsin olduğu dönəmi xatırlamıram. Fəallıq həddən artıq zəifdir. Hər gün bura daxil olanda, məqalə yaradanda, vaxt edib qiymətləndirmə bölməsinə də göz atmağa çağırıram hər birinizi :-D Grenzsoldat 18:46, 8 sentyabr 2022 (UTC)
- indiki halda aktivlik olmasa yaxşıdır elə. bir neçə aya sayı hesabı olmayan "yaxşı", "seçilmiş" məqalələrə həll yolu axtaracayıq KM-də. Atakhanli (müzakirə) 22:48, 8 sentyabr 2022 (UTC)
- Salam, bu tip təkliflər nəticəsiz qalmaqda davam edir. Nə inzibatçılar həvəslidir bunda, nə də istifadəçilər. Onsuz statuslu məqalələrin mütləq əksəriyyəti Solavirum və Grenzsoldat bəylər tərəfindən hazırlanır. Son dövrdə kütləvi şəkildə təqdimatlar olduğu üçün çətindir baxmaq. Şəxsən statuslu məqalələri oxumağa vaxtım və həvəsim olmur ki, şərh verim. Nadir hallarda marağımı cəlb etsə oxuyuram. Amma status alınmalarına baxmaq daha rahatdır. Həmçinin bizdəki status alma prossesu çox rahatdır. Qaydalar isə konkret deyil. Hansısa vikidə olan statuslu məqalə bəzən birəbir tərcümə olunur. Məncə bu da düzgün deyil. Nə qədər çətin, nə qədər sərt prosedur olsa, o qədər keyfiyyət olar. Təbii ki, burada suni maneələrdən söhbət getmir. - Dr.Wiki54 (müzakirə) 15:46, 9 sentyabr 2022 (UTC)
- Bölməni nizamlamaq üçün qaralama halında da olsa qayda tərtib etməyə başlamışdım, amma qaydaların qəbulu ilə bağlı proses də qeyri-aktivliyə görə yubandığı üçün fəaliyyətimi o yöndən geri çəkdim. surə m 17:59, 9 sentyabr 2022 (UTC)
- Salam, bu tip təkliflər nəticəsiz qalmaqda davam edir. Nə inzibatçılar həvəslidir bunda, nə də istifadəçilər. Onsuz statuslu məqalələrin mütləq əksəriyyəti Solavirum və Grenzsoldat bəylər tərəfindən hazırlanır. Son dövrdə kütləvi şəkildə təqdimatlar olduğu üçün çətindir baxmaq. Şəxsən statuslu məqalələri oxumağa vaxtım və həvəsim olmur ki, şərh verim. Nadir hallarda marağımı cəlb etsə oxuyuram. Amma status alınmalarına baxmaq daha rahatdır. Həmçinin bizdəki status alma prossesu çox rahatdır. Qaydalar isə konkret deyil. Hansısa vikidə olan statuslu məqalə bəzən birəbir tərcümə olunur. Məncə bu da düzgün deyil. Nə qədər çətin, nə qədər sərt prosedur olsa, o qədər keyfiyyət olar. Təbii ki, burada suni maneələrdən söhbət getmir. - Dr.Wiki54 (müzakirə) 15:46, 9 sentyabr 2022 (UTC)
Vandalizm
- Salam dəyərli həmkarlar uzun müddətdir aktivliyim yoxdur bir çox səbəblərə görə ancaq indi görürəm ki, olmamağımdan istifadə edib Grenzsoldat adlı istifadəçi müəllifin özünün göndərdiyi və bəzilərinin özümə aid olan şəkilləri yüklədiyimə görə mənə bir istifadəçi olaraq xəbərdarlıq edir üstəgəldə faylların aqibəti bilinmədən həmən məqalədəndə silir. Uzun zamandır yoxam bəlkə nəsə yeni hüquq falan var xəbərim yoxdur. Bəzi şəkillərin müəlliflər tərəfindən verildiyinə görə haqsız sil şablonu yerləşdirmək düzgün addım deyil. - Onyeddi (müzakirə) 13:08, 10 sentyabr 2022 (UTC)
- Deyir ki, müəllif hüququ pozuntusu soruşuram bilirsiz kimdi? Deyir yox sizsizsə commonsa yükləyin yaxşı o zaman niyə az vikidə fayl yükləmək üçün belə bir səhifə var? Bilinir ki, konkret olaraq bilib bilmədən qarşısına nə çıxdı sil şablonu yerləşdirir. - Onyeddi (müzakirə) 13:22, 10 sentyabr 2022 (UTC)
- Konkret hansı şəkilləri deyirsiz? Əgər şəkil sizə məxsusdursa, Commons-a yükləmək yaxşı olardı. Yox, müəllifdən icazə almısızsa, müəllifə deyə bilərsiz ki, Flickr-ə yükləsin, siz də ordan Commons-a ixrac edə bilərsiz. Flickr-ə şəkil yükləmək Instagrama şəkil yükləmək qədər asandı, Commons ona çətin gələcək. Qeyd edim ki, müəllif hüququ ilə qorunan və yaşayan insanların, salamat tikililərin, məqaləsi olmayan jurnal və ya kitabların üzlüklərinin, atlaslardan olan xəritələrin şəkillərini Vikipediyada istifadə etmək ədalətli istifadə (fair use) hesab olunmur və istifadəsi yolverilməzdir. Şiroi Akuma 13:24, 10 sentyabr 2022 (UTC)
- White Demon Fayl:Ayazbabayev.jpg Fayl:NamiQaraçuxurlu.jpeg Fayl:Şaiq Mirzəyev.jpg və s... - Onyeddi (müzakirə) 22:07, 10 sentyabr 2022 (UTC)
- Şəkilin müəllifinin icazəsi ilə fayl yükləmək istəyirsizsə, icazə yazılı şəkildə olmalıdır, emaillə göndərilməlidir. Emaildə müəllif icazəni təsdiqləməli və CC BY-SA lisenziyalarından biri ilə yayımlanmasına razı olduğunu bildirməlidir. Sonra icazə emaili [email protected] emailinə göndərilməlidir və OTRS emaili nəzərdən keçirib icazənin verildiyini təsdiqləməlidir. Ondan sonra fayl Commons-a azad fayl şəklində yüklənə bilər. Şiroi Akuma 08:06, 11 sentyabr 2022 (UTC)
- White Demon Fayl:Ayazbabayev.jpg Fayl:NamiQaraçuxurlu.jpeg Fayl:Şaiq Mirzəyev.jpg və s... - Onyeddi (müzakirə) 22:07, 10 sentyabr 2022 (UTC)
Musiqi albomu
Musiqi albomunun üz qabığının vikiyə hansı lisenziya latında yükləmək lazıdmır. Belə baxdım, deyəsən bu günə qədər azvikiyə yüklənən üz qabıqlarının çoxsunda lisenziya yerləşdirilməyib. Buradakı kimi yükləməliyəm? surə m 21:16, 11 sentyabr 2022 (UTC)
- Elədi ki, var. Həmin lisenziya ilə. Şiroi Akuma 15:24, 12 sentyabr 2022 (UTC)
- Tezliklə lisenziyası olmayan fayllarla bağlı ciddi bir tədbir görüləcək. Azad olmayan məzmun qaydası üzərində işləyirəm. Şiroi Akuma 15:26, 12 sentyabr 2022 (UTC)
AMEA-nın həqiqi üzvü və müxbir üzvləri
AMEA-nın həqiqi üzvü və müxbir üzvü olmaq şəxsi ensiklopedik edirmi? bu barədə məlumatı olan varmı? tam olaraq məlumatlı deyiləm. kiçik araşdırma etdim, amma yenə də tam olaraq fikir sahibi deyiləm. lütfən rəy bildirərkən əsaslı arqument irəli sürün. təşəkkürlər.
Rəy bildirərkən faydalı olabilər deyə:
Xarici linklər:
Atakhanli (müzakirə) 06:34, 15 sentyabr 2022 (UTC)
- Bəli, AMEA-da üzvlük ensiklopedikliyi təmin edir. Bu barədə VP:EƏEX prinsipi çərçivəsində detallı şərh verilmişdir. — Burocan (müzakirə) 22:10, 15 sentyabr 2022 (UTC)
- cavabınız üçün təşəkkürlər, mən də araşdıranda ensiklopedik olduğunu hesab etdim. bəs fəxri akademiklər? və ya ümumiyyətlə akademiklər? belə zənn edirəm ki, akademiklik belə şəxsi ensiklopedik etmir. bir də fəxri üzvlük ilə fəxri akademik olmaq fərqli-fərqli şeylərdir məncə, elə deyil? Atakhanli (müzakirə) 06:08, 16 sentyabr 2022 (UTC)
- @Shafa Movsumov Sizin bu sahənin içində və xeyli məlumatlı olduğunuzu düşünürəm. düşünürəm ki, Sizin də rəy faydalı olacaq. təşəkkürlər. Atakhanli (müzakirə) 06:10, 16 sentyabr 2022 (UTC)
- Salam. Hər ikisi ensiklopedik sayılır. Lakin həqiqi üzvlər daha titulludur. Çünki həqiqi üzvlərin əksəriyyəti dünaynın aparıcı elm mərkəzlərinə də üzv olurlar,müxtəlif dövlət və hökümət mükafatları da var.Elmdə və ictimai həyatda çox tanınırlar.Fəxri üzvlər isə ensiklopedik olmaya bilər.Buyurun Shafa Movsumov (müzakirə) 06:50, 16 sentyabr 2022 (UTC)
- minnətdaram. əsas akademiklər barədə də fikirlərinizi öyrənə bilərik, zəhmət olmasa? Atakhanli (müzakirə) 07:16, 16 sentyabr 2022 (UTC)
- akademiklər haqqında Milli Ensiklopediyada məlumatlar çoxdur. Əksəriyyəti dünya şöhrətli tanınmış şəxslərdir-məsələn Z.Bünyadov.Elələri də var ki ölkə səviyyəsində tanınır. Məncə fərdi yanaşmaq lazımdır. amma bütövlükdə akademiklərin hamısı ensiklopedikdir. Shafa Movsumov (müzakirə) 08:03, 16 sentyabr 2022 (UTC)
- akademik olmaq üçün mütləq AMEA-da faəliyyət göstərmək lazımdır, elə deyil? yəni adi universitet alimi akademik ola bilməz? Atakhanli (müzakirə) 08:07, 16 sentyabr 2022 (UTC)
- @Atakhanli, akademik akademiya üzvü olmalıdır. Ancaq akademiyada üzvlük kiminsə başqa qurumda çalışmasını məhdudlaşdırmır. Burocan (müzakirə) 12:36, 17 sentyabr 2022 (UTC)
- aha təşəkkürlər. düşündüyüm kimi imiş. deməli akademik olmaq belə dəhşət böyük şey deyilmiş. və heç bir halda ensiklopedikliyə zəmanət vermir.

+ sadəcə bir problem var ki, bəzi mənbələrdə akademik deyildikdə həqiqi üzvlər nəzərdə tutulub. mən ilk araşdırmamda belə qənaətə gəldim ki, akademik AMEA-da çalışan alimlərə verilən ən yüksək adlardan biridir (professor kimi bir şey). sadəcə fərq odur ki, akademiyada fəaliyyətin olmalıdır. belədirsə zəmanət vermir. amma bəzi mənbələrdə dediyim kimi, akademiklərin həqiqi üzv kimi qələmə verilməsi yeni sual yaratdı. onda belə çıxır ki, bütün akademiklər həqiqi üzvlərdir? əgər belədirsə zəmanət verir. çünki mən ilkin olaraq düşünürdüm ki, akademik olmaq həqiqi və ya müxbir üzv olmaq demək deyil. amma bəzi mənbələrdə həqiqi üzv kimi qeyd olunur. maraqlıdır. bunu mən bir alimlə də dəqiqləşdirib nəticəni yazacam bura. Atakhanli (müzakirə) 06:38, 19 sentyabr 2022 (UTC)
- @Atakhanli, məncə AMEA kimi məxsusən son 30 ildə mübahisəli və şübhəli olan bir quruma həqiqi və ya müxbir üzv olmaq o şəxsi birmənalı şəkildə ensiklopedik etmir. Buradan da görə bilərsiz ki, AMEA-ya seçkilər heç də təqdirəlayiq də deyil. + Azərbaycanda elm və təhsilin də vəziyyəti ortadadı. Düzdür VP:EƏEX qaydasında nümunə kimi AMEA üzvlüyü ensiklopedikliyə misal olaraq göstərilib. Amma oradakı digər misallara baxsaq görə bilərik ki, həmin bənddə AMEA-nın adı ABŞ Milli Elmlər Akademiyası, London Kral Cəmiyyəti kimi dünya səviyyəli akademiyalarla yanaşı ona görə çəkilib ki, çünki bura AzViki-di deyə kriteriyada nə deyilmək istəndiyi azərbayacandilli oxuculara daha aydın olsun. Məncə ən yaxşısı ümumiyyətlə o bəndə düzəliş edib, qeyd etmək lazımdır ki, bu cür yerlərə (yəni elmlər akademiyalarına) üzvlük şəxsi ensiklopedik edə bilər, lakin hər zaman, istisnasız olaraq tək başına kifayət deyil. Ən yaxşısı elə digər kriteriyalara uyğunluqdu. O bəndlər daha mühüm və konkret tələblər qoyur ortaya. samral müzakirə 17:23, 6 oktyabr 2022 (UTC)
SNS ilə bağlı təklif
Təklif edirəm ki, VP:SNS-da "kriteriyalara uyğun deyil deyə düşünürəm" (dəqiq olaraq hansı kriteriya?), "məncə ensiklopedik deyil" (istifadəçinin şəxsi fikri bir qayda deyil), "eyni titul/mükafat filan qədər adama verilib" (nə dəxlisi var? Dünyada on minlərlə kənd var, çaylar var, onların sayı çoxdur deyə silinməlidir bəyəm?) kimi arqument olmayan arqumentlərlə çıxış edilən fikirlər bir mənalı olaraq müzakirənin nəticəsinə təsir göstərməsin. --► Hörmətlə: SolaVirum 12:32, 17 sentyabr 2022 (UTC)
- Birinci iradınızın kimə olduğu açıqdır. Əgər əksini iddia edirsinizə, yazın müzakirə edək. Yüzə yaxın müzakirənin getdiyi sns-də hamısına ətraflı izah vermə öhdəliyi vikidə yoxdur. Əgər müzakirə də fikirlərin aydınlaşdırılması tələb olunarsa, bu zaman ətraflı izah verilər. O ki qaldı medal/mükafat məsələsinə, sizin yanaşmanız hədsiz absurddur. Təltif sistemi post-sovet məkanında dəyərsizdir. Ensiklopedik olub olmadığını isə təltif edilmə üsuluna yəni neçə nəfərə, hansı aralıqlarla, nə üçün verilir deyə baxaraq təyin etmək olar. Belə təklif olmayan təkliflərlə sadəcə və sadəcə bürokratik maneələr yaradılar. Azərbaycanca Vikipediyanı vaxtında qorumaq mümkün olsaydı hansısa maraq dairələrinin təsirinə düşməz və indiki vəziyyətini almazdı. Dr.Wiki54 (müzakirə) 15:26, 18 sentyabr 2022 (UTC)
- Müzakirədə iştirak edənin yox, amma namizəd göstərənin belə öhdəliyi olmalıdır. Heç olmasa müzakirədə iştirak edənlərin bir fikri olsun ki, nəyə əsasən səs verə bilərlər. Özü də konkret səbəb göstərilməlidir. Hansı qaydanın hansı bəndinə əsasən. "Tanınmış şəxs deyil", "fəaliyyəti yoxdur", "dünyada milyon dənə belə şəxs" kimi arqumentlərlə yox. Şiroi Akuma 17:07, 18 sentyabr 2022 (UTC)
- "Birinci iradınızın kimə olduğu açıqdır" kimədir? "Yüzə yaxın müzakirənin getdiyi sns-də hamısına ətraflı izah vermə öhdəliyi vikidə yoxdur", necə yoxdur, məzələnirsiniz? Təbii ki, var. Yox, "bundan xoşum gəlmir, yuxarıdakına izah yazmışam da, buna niyə yazım" məntiqi harada keçir? --► Hörmətlə: SolaVirum 17:08, 18 sentyabr 2022 (UTC)
- @Solavirum, əvvəla "məzələnəcək" olsam vikipediya platformunda yazmağı seçmərəm. İkincisi, "bundan xoşum gəlmir" nə deməkdir? İkincisi isə mənim SNS-də yazdığım şərhlərdən sonra mənim şərhimi dırnaq içində göstərərək kimə irad bildirdiyinizi anlamaq çətin deyil. Hansısa maraq qrupları gəlir kütləvi şəkildə qeyri-ensiklopedik məqalələr yaradır və mütləq əksəriyyəti də konkret qaydalara zidd olur. Belə məqalələr və ya digər məqalələr müzakirəyə çıxarıldığında "VP:ŞEƏ-nin ödənildiyini düşünmürəm" hansı absurd ifadə var burda? Bir çox vikidə də bu üsulda müzakirələrdə şərhkər və təqdim etmələr olur. Tapın bir dənə şərhimi ki, yazmışam "xoşum gəlmir". Hansı SNS-də mütləq qayda var ki, mütəq və mütləq uzun-uzadı konkret izahat verməlisən? Təbii ki, belə əsaslandırma daha tutarlıdır. Amma məcburiyyət yoxdur. Hörmətli @White Demon, fikrinizə qismən qatılıram. SNS-yə təqdim edən hansı qaydaya əsasən ensiklopedik olduğunu düşünmədiyini bildirməlidir. Milyon dənə belə şəxs var ifadəsi isə adətən bizdə medal/təltiflərlə bağlıdı. Ölkədə bir sərəncamla 50 min nəfərə medal verilirsə bu normal irad olur. Təbii, hər kəs özü öz azad iradəsi ilə hərəkət edirsə, öz yazılarından məsuldur. Ona görə də SNS-də təqdim edən daha çox məsuliyyət daşıyır. Solavirumun bu təklifi mürtəce xarakter daşıyır. Təsir göstərməsin və s. Tövsiyə xarakterli təklif olsa anlaşılan olar. Lakin hər cürə məcburiyyət və məhdudiyyət sadəcə və sadəcə prossesləri ləngidəcək. Dr.Wiki54 (müzakirə) 17:28, 18 sentyabr 2022 (UTC)
- mən elə şey yazmamışam ki, Dr.Wiki54. Sözümün canı odur ki, əgər hansısa kriteriyanın pozulduğunu düşünürsənsə, onun rəqəmini qeyd etməyin vacib olmalıdır. Necə ki, istifadəçini blok edəndə "filan qaydanın filan bəndləri" yazırıq, bu da elə. Yoxsa, səthi nəsə yazmaqla məqalə silmək düzgün deyil. Əlavə edim ki, burada konkret olaraq heç kəsi hədəf almıram, dram etməyin mənası yoxdur. --► Hörmətlə: SolaVirum 19:24, 19 sentyabr 2022 (UTC)
- @Solavirum, heç bir vacibiyyətə ehtiyac yoxdur. Ciddi müzakirə səbəbi olsa əlavə məlumat vermək olar. Blok prossesi də biz də xətalıdır, eləcə də Nəzakət qaydası. Kimin sözü kimə xoş gəlmir VP:N pozuntusu olur. Səthi yazmaqla deyəndə ki, məqalə filan qaydanı ödəmir demək səthilik deyil. Bir çox vikidə namizədliklərdə oxşar şərhlər və təqdim etmələr olur. Tövsiyə xarakterli desəniz, yəni ki daha ətraflı daha yaxşı olar, anlaşılandır. Amma mütləq belə olmalıdır, olmasa qəbul edilmir tipli təkliflər konstruktiv deyil. Hədəf almağa ehtiyac yoxdur. Mənim şərhimi dırnaq işarəsində yazmısınız. "Dram etmək" ifadəsi ilə bildirmək istədiyiniz fikriniz də anlaşılan deyil. - Dr.Wiki54 (müzakirə) 00:15, 20 sentyabr 2022 (UTC)
- Dr.Wiki54, VP:N xətalıdır ya yox, onun yeri deyil. Sadəcə "filan şeyi edəndə əsaslandırmaq lazımdır" fikrinə nümunə gətirirdim. "məqalə filan qaydanı ödəmir" – demirlər axı. Mənim sözümün canı da odur da, elə səthi yazırlar. Nəyi pozub bu məqalə, niyə səncə ensiklopedik deyil? Əsaslandırmaq lazımdır. "Mənim şərhimi dırnaq işarəsində yazmısınız" – elə dram etmək də budur. Mən deyirəm ki, elə söhbət yoxdur, siz israr edirsiniz ki, var. Nəyə inanmaq istəyirsənizsə, inanın. Açdığım mövzu kiminsə xətrini almaq məqsədində deyil. --► Hörmətlə: SolaVirum 16:07, 20 sentyabr 2022 (UTC)
- @Solavirum, bloklama mövzusundan nümunə gətirdiyiniz üçün VP:N-i vurğuladım. Əsaslandırma məcburiyyət yox məsləhət olmLıdır. "Dram etmək" hansı mənada işlətdiyiniz hələ də açıq deyil. Əhəmiyyətli deyil, istəyirsininiz açıq-aşkar, istəyirsənizsə, örtülü olaraq fikrimə istinad edin. Təbii olaraq bu məndə irada cavab vermə haqqı yaradır. Əvvəl də vurğuladığım kimi, Vikipediya daxilində heç bir müzakirənin mənim üçün xətir-izzət dəyəri yoxdur. - Dr.Wiki54 (müzakirə) 17:11, 20 sentyabr 2022 (UTC)
- Dr.Wiki54, əsaslandırma olmadan hərəkət etmək heç bir halda Vikipediyanın prinsiplərinə uyğun deyil. --► Hörmətlə: SolaVirum 19:19, 20 sentyabr 2022 (UTC)
- @Solavirum, söhbət təfsilatlı əsaslandırmadan gedir. Təfsilatlı əsaslandırma məcburi olmamalıdır. - Dr.Wiki54 (müzakirə) 20:38, 20 sentyabr 2022 (UTC)
- Dr.Wiki54, təfsilat dedikdə nəyi nəzərdə tutursunuz? Demirəm, 500 sözlük esse yazsın istifadəçi, lakin, məsələn, yuxarıda göstərdiyim nümunələr uyğun hesab edilməməlidir. Kriteriyaya ümumi formada istinad edilməməlidir, konkret hansı kriteriya olduğu bildirilməlidir və səthi "ensiklopedik deyil" ifadəsi ümumiyyətlə işlənməməlidir. --► Hörmətlə: SolaVirum 20:41, 20 sentyabr 2022 (UTC)
- Mənim iradım "ensiklopedik deyil" ə deyil. İradımı və fikrimi yuxarıda geniş şəkildə izah etmişəm baxa bilərsiniz. - Dr.Wiki54 (müzakirə) 08:31, 21 sentyabr 2022 (UTC)

- Bu gedişlə SNS üçün ayrıca qayda hazırlamalı olacayıq. Çünki çox istifadəçi düşünür ki, arqument göstərməsə də, səs verməsi məqalənin saxlanmasına və ya silinməsinə əhəmiyyətli təsir göstərir. Şiroi Akuma 17:01, 18 sentyabr 2022 (UTC)
- @White Demon , enwikidəki qayda tərcümə olub lokallaşdırıla bilər. Qaydaların sistemləşdirilməsindən ziyan gəlməz. - Dr.Wiki54 (müzakirə) 17:30, 18 sentyabr 2022 (UTC)
- Qayda heç nəyi dəyişməyəcək təəssüfki. Bu gün sns-də 100-ə yaxın namizəd var. Sns ilə bağlı ağlıma gələn yeganə təklif hal-hazırda bölmələrə ayırma ilə bağlıdır. Şəxsən mən bayaq sns-ə girəndə bilmədim nəyə necə mövqe bildirim. Bölmələrə ayırmaq deyərkən onu nəzərdə tuturam ki, misalçün elm xadimləri ilə bağlı ayrı bölmə olsun. Belə olduqda kimsə müvafiq səhifəyə daxil olduqda həm sıxlıqla qarşılaşmayacaq, həm də müəyyən bir fikir formalaşacaq ki, mən filan şəxslə və obyektlə bağlı fikir bildirəcəm. Və ya bunu layihə olaraq düşünək. Görünən odur ki, hal-hazırda elm xadimləri ilə bağlı məqalələr təftiş edilir və kütləvi şəkildə sns-ə təqdim olunur. Elə isə Sns/Elm xadimləri adlı alt-səhifə açılsın və bu mövzuda marağı olanlar məqalələri sırf oraya təqdim etsinlər. Bəlkə də mənasız görünə bilər, amma fikrimcə effektiv olacaq. Bir də, mümkünsə müzakirələri sonlandırmağa tələsməyək. Minimum olaraq müəyyən müddət təyin olunsun, amma 15 gün keçən kimi yekunlaşdırma edilməlidir kimi bir məcburiyyət hal-hazırda yaranmış narazılıqlara səbəb olur. Əgər dediyim kimi bu səhifə bir az daha ciddiyə alınsa, bəlkə nə isə dəyişdi. — surə m 18:53, 19 sentyabr 2022 (UTC)
- @Sura Shukurlu, 14+14 qaydası olmalıdır. 14 günə konsensus olmasa 14 gün vaxt qoyulsun. 28. Günün tamamında qeyd-şərtsiz yekunlaşdırılma aparılsın. - Dr.Wiki54 (müzakirə) 00:17, 20 sentyabr 2022 (UTC)
- Yazılanları oxudum, qayda tətbiq olunsa əla olar, ümumiyyətlə digər vikilərdəki kimi, SNS günlərədə ayrılsa qarışıqlıq olmaz. 20sentyabr tarixinin SNS-i və sair. Birdə məqaləni xilas etmə şablonu yaratmaq olar, rus dilli vikidə belə bir şablon mövcuddur, bizdədə olsa yaxşı olardı.— E.Imanverified 00:58, 20 sentyabr 2022 (UTC)
Fayllar ilə bağlı çağırış
Salam, dostlar. Bilənlər bilir, üç həftədir müəllif hüququ ilə qorunan faylların silinməsi işini aparıram. Bu işdə idarəçi dostlarımız sağolsun. White Demon həftələrdir faylların silinməsi işini aparır. 2 gün əvvəl isə bu işə Sura da qoşuldu. Bu günə qədər 1.5K fayllar silinib. Proses davam edir. Hələ minlərlə belə foto var. Hər bir istifadəçiyə çağırışım olacaq. Sizi fəaliyyətiniz ərzində locala daxil elədiyiniz fayllara "sil" şablonu əlavə eləməyə çağırıram. Könüllü formada atacağınız bu addım, bizim işimizi asanlaşdıracaq, həmdə digər istifadəçilərə nümunə olacaq. Uğurlar :d Grenzsoldat 18:00, 18 sentyabr 2022 (UTC)
- Söhbət hər halda ədalətli istifadəyə uyğun gəlməyən fayllardan gedir. Hər lokala əlavə olunan fayl silinmir. Yaşayan şəxslərin, salamat tikililərin, məqaləsi olmayan kitab, jurnal, albom, mahnı üzlüklərinin, fotoagentliklərə məxsus şəkillər, atlaslardan hissələr, qrafik proqramlarla yaradıla bilən qrafiklər silinir ancaq. Şiroi Akuma 18:31, 18 sentyabr 2022 (UTC)
- Ona görə də çağırışınızın düzgün formada olmadığını görürəm. Şiroi Akuma 18:32, 18 sentyabr 2022 (UTC)
- Salam, @White Demon-a qatılıram. Mən özümün yüklədiyim şəkillərin %70-ni sildirdim. - Dr.Wiki54 (müzakirə) 20:44, 18 sentyabr 2022 (UTC)
- Mən də öz siyahımı yaratmışam. Şiroi Akuma 20:47, 18 sentyabr 2022 (UTC)
- Əlbətdə söhbət bütün fayllardan getmir :d Grenzsoldat 21:02, 18 sentyabr 2022 (UTC)
- Düzdü, fayllara baxmamışam, amma White Demon, Grenzsoldat, ümid edirəm ki, mövzu ilə bağlı azad fayl olmadığı halda müəyyən lisenziya ilə (məsələn, azad olmayan fayl şablonu ilə) yüklənən faylları silməmək lazım gəldiyini bilirsiniz. --► Hörmətlə: SolaVirum 19:26, 19 sentyabr 2022 (UTC)
- Elə fayl növləri var ki, onları azad olmayan lisenziyası ilə də yükləmək olmaz. Məsələn, jurnal üzlüyünü ancaq sözügedən jurnal haqqında olan məqalə varsa, həmin məqaləyə yükləmək olar. Amma başqa bir mövzuda olan məqaləyə, məsələn, jurnalı nəşr edən nəşriyyatın məqaləsi üçün olmaz. Ədalətli istifadə sayılmır çünki. Şiroi Akuma 19:39, 19 sentyabr 2022 (UTC)
- Düzdü, fayllara baxmamışam, amma White Demon, Grenzsoldat, ümid edirəm ki, mövzu ilə bağlı azad fayl olmadığı halda müəyyən lisenziya ilə (məsələn, azad olmayan fayl şablonu ilə) yüklənən faylları silməmək lazım gəldiyini bilirsiniz. --► Hörmətlə: SolaVirum 19:26, 19 sentyabr 2022 (UTC)
Qiymətləndirmə bölməsi
Salam, dostlar. Bir müddətdir statuslu məqalələr hazırlamağı dayandırmışdım. Bu gündən bərpa elədim işi. 15 gün ərzində 4-5 statuslu məqalə hazırlayacam. Qiymətləndirilməyən 7 məqaləm var. Həmçinin ötən gün qiymətləndirmə bölməsindən 10-dan məqalənin səsverməsinə cəmi bir nəfər (o da mən) qatıldığı üçün dayandırıldı. Məqalə namizədləri bölməsində isə hələ bir qədər də məqalə var. Bu bölmənin gələcəyini necə görürsünüz ? Səsvermədə fəallıq yoxdur. Mənim 1-2 ideyam var əslində. Səsverə hüquqlu (yəni sırf fəal olan istifadəçilər) istifadəçilər qrupu olsun, həmin istifadəçilər səsvermələrə fəal qatılmaqla bağlı öhdəliyi götürsün. Yəni sırf səs vermə olmasın, discus olsun. Yəni bu sırf ideyadır. Real olacağına inanmıram. Siz nə düşünürsünüz ? Grenzsoldat 17:38, 21 sentyabr 2022 (UTC)
- Açığı, hansısa bölmədə fəallığın olmaması faciəvi hal deyil. EnVikidə olurdu aylarla baxılmırdı məqalələrə. Vikipediyada daim iş gedir, qaçhaqaçda deyilik. --► Hörmətlə: SolaVirum 20:14, 21 sentyabr 2022 (UTC)
- Pis təklifdi. Şiroi Akuma 20:23, 21 sentyabr 2022 (UTC)
The Vector 2022 skin as the default in two weeks?
Hello. I'm writing on behalf of the Wikimedia Foundation Web team. In two weeks, we would like to make the Vector 2022 skin the default on this wiki.
We have been working on it for the past three years. So far, it has been the default on more than 30 wikis, including sister projects, all accounting for more than 1 billion pageviews per month. On average 87% of active logged-in users of those wikis use Vector 2022.
It would become the default for all logged-out users, and also all logged-in users who currently use Vector legacy. Logged-in users can at any time switch to any other skins. No changes are expected for users of these skins.
About the skin
[Why is a change necessary] The current default skin meets the needs of the readers and editors as these were 13 years ago. Since then, new users have begun using Wikimedia projects. The old Vector doesn't meet their needs.
[Objective] The objective for the new skin is to make the interface more welcoming and comfortable for readers and useful for advanced users. It draws inspiration from previous requests, the Community Wishlist Surveys, and gadgets and scripts. The work helped our code follow the standards and improve all other skins. We reduced PHP code in Wikimedia deployed skins by 75%. The project has also focused on making it easier to support gadgets and use APIs.
[Changes and test results] The skin introduces a series of changes that improve readability and usability. The new skin does not remove any functionality currently available on the Vector skin.
- The sticky header makes it easier to find tools that editors use often. It decreases scrolling to the top of the page by 16%.
- The new table of contents makes it easier to navigate to different sections. Readers and editors jumped to different sections of the page 50% more than with the old table of contents. It also looks a bit different on talk pages.
- The new search bar is easier to find and makes it easier to find the correct search result from the list. This increased the amount of searches started by 30% on the wikis we tested on.
- The skin does not negatively affect pageviews, edit rates, or account creation. There is evidence of increases in pageviews and account creation across partner communities.
[Try it out] Try out the new skin by going to the appearance tab in your preferences and selecting Vector 2022 from the list of skins.
How can editors change and customize this skin?
It's possible to configure and personalize our changes. We support volunteers who create new gadgets and user scripts. Check out our repository for a list of currently available customizations, or add your own.
Our plan
If no large concerns are raised, we plan on deploying in the week of October 3, 2022. If your community would like to request more time to discuss the changes, hit the button and write to us. We can adjust the calendar.
Also, if you'd like ask our team anything, if you have questions, concerns, or additional thoughts, please ping me here or write on the talk page of the project. We will also gladly answer! See our FAQ. Thank you! SGrabarczuk (WMF) (müzakirə) 02:54, 22 sentyabr 2022 (UTC)
Müzakirə
Vikipediyanın dizaynının dəyişməsi ilə dəyişiklik tətbiq edilsinmi? Fikirləriniz maraqlıdır
Sortilegus, Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Qolcomaq, Turkmen, Baskervill, Burocan, Drabdullayev17, Sura Shukurlu, Solavirum və təcrübəli istifadəçilər, zəhmət olmasa, fikir bildirərdiniz. — Toghrul R (m) 06:40, 22 sentyabr 2022 (UTC)
Səsvermə
- Əleyhinə: yeni dizayn olduqca ensiz görünür və mobil versiyada kompüter versiyasına keçid etdikdə xətalar ortaya çıxır. — Toghrul R (m) 06:40, 22 sentyabr 2022 (UTC)
- Əleyhinə: trvikidə istifadə olunur, istifadəçi olaraq mənə çox narahat gəlir. - Dr.Wiki54 (müzakirə) 06:58, 22 sentyabr 2022 (UTC)
- Əleyhinə: oxuyucu üçün bəlkə rahat ola bilər, amma redaktorların istifadəsini çətinləşdirəcək. — surə m 07:14, 22 sentyabr 2022 (UTC)
- Əleyhinə: yeni dizayn tam təkmilləşdirildikdən sonra tətbiq olunsa daha yaxşı olardı məncə.— Turkmen müzakirə 08:06, 22 sentyabr 2022 (UTC)
- Əleyhinə: digər vikilərdə defolt kimi verilir və mən dəyişməli oluram. Narahatedicidir, bəzi yerlərdə istifadəni çətinləşdirir. --► Hörmətlə: SolaVirum 08:53, 22 sentyabr 2022 (UTC)
- Əleyhinə: heç xoşlamadığım bir versiyadı. Hansı vikidə görsəm oradan tez çıxıram. — Araz Yaquboglu (müzakirə) 08:55, 22 sentyabr 2022 (UTC)
- Əleyhinə: istifadəsi çətindir. — Drabdullayev17 (müzakirə) 09:31, 22 sentyabr 2022 (UTC)
- Lehinə: nə yalan deyim, bu elandan sonra götürüb Vector 2022-ə keçdim ki, bəlkə özümü güclə alışdıra bildim. Amma hələ də tam alışa bilmədim. Birincisi, bəzi yerlər hələ də Azərbaycan dilinə tərcümə olunmayıb. İkincisi, nədənsə mən ənənəvi skini daha çox sevirəm, yeni skinə keçəndə çaşıram, işimi ləng görməyimə səbəb olur. İnterviki üçün, dillər üçün, filan yerə baxmaq üçün fərqli yerə basmalı olursan, bildiyin şeyləri yeni formada etməli olursa. Amma bu da var ki, yeni skin daha müasir görünür. Düşünürəm ki, yeni skinə öyrəşə bilməyən istifadəçilər də mənim kimi köhnə istifadəçilər qrupuna aid istifadəçilərdi, ona görə narahatedici hiss edirlər. Amma ola bilər ki, Vikipediyaya sıfırdan başlayan insanlar üçün həqiqətən xoş olsun.— Şiroi Akuma 12:03, 22 sentyabr 2022 (UTC)
- Wertuose-nin fikirləri məntiqli görünür, ona görə də səsimi dəyişirəm. Düşünürəm ki, belə dəyişiklik heç bir ciddi problem yaratmayacaq. Onsuz da kim yeni skindən istifadə etmək istəmirsə (mənim kimi), nizamlamalarda özü üçün birdəfəlik dəyişiklik edə bilər.— Şiroi Akuma 14:29, 22 sentyabr 2022 (UTC)
- Lehinə: İntervikilərin yerdəyişməsindən başqa ciddi bir fərq görmürəm. Məncə tətbiq olunmasında bir ziyan yoxdur. Əgər bu dəyişiklik bütün vikilərdə tətbiq ediləcəksə, bizim bundan kənarda qalmağımız məncə sabah bizim üçün əlavə problemlər yaradacaq. İstifadəçilərin və əsasən də oxucuların narazılıqları ilə qarşılaşacağıq. Çünki türk vikisindən sonra ingilis və rus vikiləri də yeni dizayna keçsələr, əksəriyyət həmin dizaynı Vikipediyanın normal dizaynı kimi qəbul edəcək, bizim viki barədə isə arxaik, geridə qalmışlıq görüntüsü formalaşacaq. Həm də yeni dizaynı bəyənməyənlər hər zaman Nizamlamalardan köhnə Vectoru seçib istifadə edə bilərlər.--Wertuose (müzakirə) 13:26, 22 sentyabr 2022 (UTC)
- Əleyhinə: Yuxarıda qeyd olunan əksər fikirlərə qatılıram.— Nicat49 ⋠müzakirə⋡ 14:03, 22 sentyabr 2022 (UTC)
- Əleyhinə: İntervikilərin o formada görünməsi narahatedicidir.— Eminn (müzakirə) 17:34, 22 sentyabr 2022 (UTC)
- Əleyhinə: Türk dilli vikidə buradakı nümunədə təqdim olunan kimidir, heç uyğun interface deyil.— E.Imanverified 19:58, 22 sentyabr 2022 (UTC)
- Əleyhinə: Onlarla irad bildirə bilərəm. Amma iradların çoxunu yuxarıda dostlar qeyd ediblər. Heç rahat interface deyil. Grenzsoldat 20:20, 22 sentyabr 2022 (UTC)
- Lehinə: Yeni versiya daha çox xoşuma gəlir. Yığcamdır və üstəlik gözə gəlimlidir. Bircə dil keçidlərinin bir başa görünməməsi işləri korlayır.— Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 20:37, 22 sentyabr 2022 (UTC)
- Əleyhinə: indiki halda istifadəçi dostu deyil. Atakhanli (müzakirə) 07:35, 23 sentyabr 2022 (UTC)
- Lehinə: Köhnə versiyaya vərdiş etsəm də, məncə bu da pis deyil. Sadəcə zamana ehtiyac var. Ola biləsi hansısa texniki problemlər də yəqin tezliklə yoluna qoyular.— namikilisu 17:19, 23 sentyabr 2022 (UTC)
- Əleyhinə: Qətiyyən olmaz. Xüsusilə də dil keçidləri bölməsi ilə bağlı, mənə şəxsən bu əziyyət verəcək. --Farid Aliyev (müzakirə) 04:48, 24 sentyabr 2022 (UTC)
- Əleyhinə: Hazırkı interfeysin daha istifadəyə uyğun olduğunu və vizual olaraq daha rahat olduğunu düşünürəm. — sefer azeri 12:46, 24 sentyabr 2022 (UTC)
- Əleyhinə: təklifi lazımsız, interfeysin özünü isə çaşdırıcı sayıram. — Мурад 97 (müzakirə) 20:56, 26 sentyabr 2022 (UTC)
- Əleyhinə: Əlverişli deyil, yeni Vector bir növ köhnə Vector və MinervaNeue tərtibatlarının qarışığıdır, lakin onlar rahatlıq baxımından istifadəçilər üçün daha məqsədəmüvafiqdir, təklif olunan yeni vektor isə qeyd edilən tərtibatların verdiyi üstünlüklərdən müəyyən qədər məhrumdur. Yazılar çox sağdadır, diskomfort yaradır, miqyası böyütdükdə bu məqam düzəlsə də, MinervaNeue kimi vizual cəhətdən rahat və funksional olmur. Ümumiyyətlə, Vector 2022 indiki halı ilə ən əlverişsiz tərtibatdır, çünki kompyuter istifadəçiləri üçün əlverişli deyil, MonoBook, Timeless belə dəfələrlə rahatdır. Telefon üçün onsuz da MinervaNeue istifadə olunur və kompyuterdən də m.wikipedia.org ilə o tərtibat ilə daxil olmaq olar. --IBAnk (müzakirə) 05:41, 28 sentyabr 2022 (UTC)
- Əleyhinə: - Yeni dizayn heç uyğun deyil. Hörmətlə,A.Aida88 (müzakirə) 08:22, 28 sentyabr 2022 (UTC)
- Əleyhinə: qeyd edilən fikirlərə əsaslanaraq. Dancewithdevil (müzakirə) 19:50, 29 sentyabr 2022 (UTC)
- Əleyhinə: bərbaddır. — Xeyal (müzakirə) 20:15, 29 sentyabr 2022 (UTC)
- Əleyhinə:— Baskervill (müzakirə) 15:37, 1 oktyabr 2022 (UTC)
Şərh
Belə görünür ki, yuxarıdakı səsvermə "bəyənirəm-bəyənmirəm" səsverməsinə çevrilib. Məncə səs verənlər nəzərə almırlar ki, bu səsvermə sabah az-vikinin interfeysini müəyyən edəcək. Yəni gələcəyə dair qərarvermə səsverməsidir. Ona görə də çalışmaq lazımdır ki, öz şəxsi zövqlərimizlə deyil, ümumi maraqlara uyğun qərar qəbul edilsin. Ola bilsin bəlkə en-viki və ru-viki də bu dizayna keçdikdən sonra biz yenidən səsvermə keçirib onu özümüzdə tətbiq etməli olacağıq.--Wertuose (müzakirə) 06:23, 23 sentyabr 2022 (UTC)
- Salam! First of all, apologies for not writing in Azerbaijani.
- Thank you for all the comments above, particularly to those who have stated what they like or dislike. Thanks also to @Toghrul R for pinging people and to @Wertuose for this latest remark. I see very clearly that this skin will not be deployed next week. I would like to have a discussion with your community about Vector 2022, its advantages and disadvantages, things that perhaps should be fixed, how not to see the skin if you don't like it, etc. When I'm available for a proper discussion, I will get back to you. It's really important for me to have a talk instead of a series of messages from my side.
- Next week, we will make the skin the default across many wikis, but not this one. After that, I'll come back to you and I'll be open to a discussion.
- Thank you again! SGrabarczuk (WMF) (müzakirə) 19:13, 29 sentyabr 2022 (UTC)
- @SGrabarczuk (WMF) Thanks for taking your time on writing here. I am all for the updates and visual improvements and this slick interface, but a few aspects of this hinders its appraisal on azwiki (at least in my opinion).
- Languages section: Removing "On this Wikipedia the language links are at the top of the page across from the article title. Go to top." box on the left hand side and moving the bar on article title (H1 heading) there (with old style). Also, keeping sticky bar would be great.
- There're could be an option to make it widescreen-friendly (a tiny box in settings menu to make it responsive), without loading custom JavaScript
- I've been using this skin for a while to get accustomed to; but there occurs tons of css issues that might take a lot of time to fix. But I will try — Toghrul R (m) 19:46, 29 sentyabr 2022 (UTC)
- Thank you @Toghrul R. If you need help with CSS, write to us. Perhaps this instruction will also be useful. SGrabarczuk (WMF) (müzakirə) 22:32, 29 sentyabr 2022 (UTC)
- @SGrabarczuk (WMF) Thanks for taking your time on writing here. I am all for the updates and visual improvements and this slick interface, but a few aspects of this hinders its appraisal on azwiki (at least in my opinion).
Yekunlaşdırma: İcmanın rəyinə əsasən təklif qəbul edilmədi. Dancewithdevil (müzakirə) 15:12, 10 oktyabr 2022 (UTC)
Şablon yaradılması
Hər kəsə salam. Zəhmət olmasa envikidəki bu [1] şablon əsasında "Tarixi inzabati bölgü" şablonu yaratmağa kömək edə bilərsizmi? Hörmətlə — sefer azeri 12:43, 24 sentyabr 2022 (UTC)
- Hansı məqalə üçün lazım idi? Şiroi Akuma 21:10, 27 sentyabr 2022 (UTC)
- White Demon əslində şablon universaldı və onu artıq mövcud olmayan dövlətlərin inzibati bölgüsü ilə bağlı istənilən məqalədə istifadə etmək olar. Mən yaxın vaxtlarda Qafqaz Albaniyasının inzibati bölgüsü və əyalətləri ilə bağlı məqalələr yaratmağı planlaşdırıram və həmin məqalələr üçün mənə bu şablon lazımdır. Hörmətlə — sefer azeri 07:08, 28 sentyabr 2022 (UTC)
Türküstan və Türkistan
Sortilegus məqalələrdə Türküstan coğrafi məhfumunu Türkistan ilə əvəz etmisiniz. Mən bu barədə türkçü alimlər ilə danışdım. Onlar təsdiq etdilər ki, bütün dünyada Türkistan kimi yazılır, məs. elə Türkiyədə. Lakin Azərbaycan dilində dil üslubuna görə Türküstan yazılır. O, cümlədən Türkiyədə Gürcistan, Gülistan yazılır, bizdə isə Gürcüstan və Gülüstan. Bütün bunlar dil üslubu ilə bağlıdır. — Tarixi Nadir (müzakirə) 11:29, 28 sentyabr 2022 (UTC)
- @En Merker düz qeyd edir, 2021-ci ildə çıxan orfoqrafiya lüğətində qeyd olunur ki, samitlə bitən sözlərə -stan şəkilçisi əlavə olunarkən ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır. Hətta orfoqrafiya lüğətində söz Türkistan kimi yox, Türküstan kimi verilib. Kürdüstan sözündə də belə problem olmuşdu, Kürdistan yazırdıq, düzəldib Kürdüstan etdik. Odur ki, Türküstan düzgün yazılışdır. Şiroi Akuma 12:55, 28 sentyabr 2022 (UTC)
- Ermənistan, Gürcüstan kimi sözlərdə isə saitlə bitən sözlərə -stan şəkilçisi birbaşa əlavə olunub: gürcü + stan, erməni + stan. Ahəng qanununa əsasən ı, i, u, ü saitləri əlavə edilmir. Şiroi Akuma 13:19, 28 sentyabr 2022 (UTC)
- Mən də oxşar şeyə rast gəlmişəm. Məncə də Türküstan olmalıdır. --► Hörmətlə: SolaVirum 17:12, 28 sentyabr 2022 (UTC)
- Bizdə vikipediyada hər iki variant işlənmişdi. Məsələn, Qazaxıstandakı şəhər Türkistan, vilayətin adı Türkistan vilayəti, tarixi ərazinin adı isə Türküstan idi. Hamısı eyni olmalıdır, ona görə standartlaşdırmışam. Standartlaşdıranda da hansısa birinin doğru olduğunu iddia eləmirəm. "Türküstan" olacaqsa, etibarlı mənbələrə (elə orfoqrafiya lüğəti yetərlidir) istinad edib botla hamısını düzəltmək olar. Amma mən türkdilli vikilərə baxdım - türk, özbək, krım-tatar, tatar, qazax - hamısında Türkistandır. Məntiqlə də biz məsələn, adında "türk" kəliməsi olan dövlətin adına "Türküyə" yox, "Türkiyə" deyirik. Ona görə "Türkistan" variantına üstünlük verdim. Amma dediyim kimi - etibarlı mənbələrdə (əsasən azərbaycanca lüğətlər və ensiklopediyalarda) necədirsə, elə yazmalıyıq.— Sortilegus (müzakirə) 05:33, 29 sentyabr 2022 (UTC)
- Orfoqrafiya lüğətindəki Türküstan sözü çox güman ki, ümumi coğrafi ərazini bildirən sözdür, Qazaxıstanın vilayəti və ya şəhərini bildirmir. Qazaxıstandakı vilayətin adı isə birbaşa transliterasiya olunmalıdır. Gürcüstan, Yunanıstan, Monqolustan kimi sözlər bu ölkələrin rəsmi adı deyil, bizim dildə bu ölkələr üçün yaratdığımız sözlər olduğu üçün yuxarıda dediyim qaydaya tabe olublar. Amma məsələn, Pakistan sözü ölkənin rəsmi adı olduğu üçün Pakistan kimi transliterasiya etmişik elə, Pakıstan etməmişik. İstisnalar da var, məsələn, Kürdüstanın rəsmi adı Kürdistan olsa da, bizim mənbələr Kürdüstan verdiyi üçün Kürdüstan etmişik elə.
- Prezidentin saytı da Türkistan vilayəti yazıb, TRT-nin Azərbaycanca səhifəsi də. Amma bəzi mənbələr bu vilayəti və şəhəri Türküstan kimi də verib. Düşünürəm ki, Qazaxıstandakı vilayətin və şəhərin adı Türkistan qalmalı, coğrafi ərazinin adı isə orfoqrafiya lüğətində göstərildiyi kimi Türküstan olmalıdır. Şiroi Akuma 11:20, 29 sentyabr 2022 (UTC)
- Bizdə vikipediyada hər iki variant işlənmişdi. Məsələn, Qazaxıstandakı şəhər Türkistan, vilayətin adı Türkistan vilayəti, tarixi ərazinin adı isə Türküstan idi. Hamısı eyni olmalıdır, ona görə standartlaşdırmışam. Standartlaşdıranda da hansısa birinin doğru olduğunu iddia eləmirəm. "Türküstan" olacaqsa, etibarlı mənbələrə (elə orfoqrafiya lüğəti yetərlidir) istinad edib botla hamısını düzəltmək olar. Amma mən türkdilli vikilərə baxdım - türk, özbək, krım-tatar, tatar, qazax - hamısında Türkistandır. Məntiqlə də biz məsələn, adında "türk" kəliməsi olan dövlətin adına "Türküyə" yox, "Türkiyə" deyirik. Ona görə "Türkistan" variantına üstünlük verdim. Amma dediyim kimi - etibarlı mənbələrdə (əsasən azərbaycanca lüğətlər və ensiklopediyalarda) necədirsə, elə yazmalıyıq.— Sortilegus (müzakirə) 05:33, 29 sentyabr 2022 (UTC)
- Mən də oxşar şeyə rast gəlmişəm. Məncə də Türküstan olmalıdır. --► Hörmətlə: SolaVirum 17:12, 28 sentyabr 2022 (UTC)
- Ermənistan, Gürcüstan kimi sözlərdə isə saitlə bitən sözlərə -stan şəkilçisi birbaşa əlavə olunub: gürcü + stan, erməni + stan. Ahəng qanununa əsasən ı, i, u, ü saitləri əlavə edilmir. Şiroi Akuma 13:19, 28 sentyabr 2022 (UTC)
İş davam edən səhifələr
Salam. Burada 250-dən çox səhifə var. Səhifələrə şablon qoyulur, və bitdi, vəssalam, eləcə də qalır. Yekunlaşdırılmamış səhifələr də var. Şablonları kütləvi şəkildə çıxarmağı təklif edirəm. edilmirsə, şablon 1 həftədən çox qalmamalıdır. Bu barədə nə düşünürsünüz? Dancewithdevil (müzakirə) 14:08, 30 sentyabr 2022 (UTC)
- Məqalələri bir-bir yoxlayıb müvafiq istifadəçilərə xəbərdarlıq edə bilərəm. — surə m 14:54, 30 sentyabr 2022 (UTC)
- Məqalədə 1 həftədən çox redaktə edilmədikdə şablon çıxarıla bilər. Çünki bəlkə başqa istifadəçi məqalə üzərində işləmək istəyəcək. — Araz Yaquboglu (müzakirə) 15:27, 30 sentyabr 2022 (UTC)
- Fikrimcədə çıxarılmalıdır. Hətta elə məqalələr varki aylar əvvəl iş gedir şablonu qoyulub. Lakin şablon məqalədən hələdə çıxarılmayıb. Məsələn:Çiraquz məqaləsi.
- EVRRVE. (müzakirə) 15:54, 30 sentyabr 2022 (UTC)
- Bu barədə Toghrul ilə danışmışdım. 15 gün redaktə olunmayan səhifələrdən iş gedir şablonunu avtomatik çıxaran bot gündəmdədir. Şiroi Akuma 17:09, 30 sentyabr 2022 (UTC)
- Çox yaxşı olar, bunu mən də fikirləşirdim. Bu barədə şablonu əlavə edən istifadəçiyə məlumat xarakterli mesajın da göndərilməsi yaxşı olar. Ancaq belə bir məsələ var ki, bəzən səhifələri botlar da redaktə edir, ya da aparılan texniki işlər, kiçik redaktələr və s. Belə olan halda elə etmək lazımdır ki, verilən müddət ərzində sadəcə şablonu yerləşdirən istifadəçi tərəfindən redaktə edilmədikdə şablon silinsin. Bir də ki, 15 gün çox deyil? Dancewithdevil (müzakirə) 17:34, 30 sentyabr 2022 (UTC)
- EnVikidə də bu botdan var, onun əsasında yaradılacaq. Dəqiq bilmirəm, texniki işləri və ya digər bot redaktələrini nəzər alır ya da yox. EnVikidə 8 gündür. Şiroi Akuma 18:21, 30 sentyabr 2022 (UTC)