Vikipediya Kend Meydani Arxiv Sentyabr 2024 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Announcing the Universal Code of Conduct Coordinating Committee
- Original message at wikimedia-l. You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Hello all,
The scrutineers have finished reviewing the vote and the Elections Committee have certified the results for the Universal Code of Conduct Coordinating Committee (U4C) special election.
I am pleased to announce the following individual as regional members of the U4C, who will fulfill a term until 15 June 2026:
- North America (USA and Canada)
- Ajraddatz
The following seats were not filled during this special election:
- Latin America and Caribbean
- Central and East Europe (CEE)
- Sub-Saharan Africa
- South Asia
- The four remaining Community-At-Large seats
Thank you again to everyone who participated in this process and much appreciation to the candidates for your leadership and dedication to the Wikimedia movement and community.
Over the next few weeks, the U4C will begin meeting and planning the 2024-25 year in supporting the implementation and review of the UCoC and Enforcement Guidelines. You can follow their work on Meta-Wiki.
On behalf of the U4C and the Elections Committee,
Have your say: Vote for the 2024 Board of Trustees!
Hello all,
The voting period for the 2024 Board of Trustees election is now open. There are twelve (12) candidates running for four (4) seats on the Board.
Learn more about the candidates by reading their statements and their answers to community questions.
When you are ready, go to the SecurePoll voting page to vote. The vote is open from September 3rd at 00:00 UTC to September 17th at 23:59 UTC.
To check your voter eligibility, please visit the voter eligibility page.
Best regards,
The Elections Committee and Board Selection Working Group
MediaWiki message delivery (müzakirə) 12:13, 3 sentyabr 2024 (UTC)
Mühafizə təklifi
Salam. Təklif edirəm ki, deputat seçilmiş şəxslərin məqalələrini mühafizə edək. IP-lər tərəfindən hələ vəzifələrinə başlamamış indidən deputat kimi təqdim olunurlar, amma hələ əlavə olunmalı deyil. 1 ay mühafizə yerində olacaq. Hörmətlə, Qədir (müzakirə) 15:38, 8 sentyabr 2024 (UTC)
- Əlavə olaraq təklif edirəm ki, statuslu məqalələr də mühafizə edilsin IP redaktələrdən. --► Hörmətlə: SolaVirum 15:41, 8 sentyabr 2024 (UTC)
- Ola da bilər, olmaya da. Amma açığı, "açıq ensiklopediya" anlayışına zidd olduğunu düşünüb çox da isti baxmıram bu təklifə. Aktivlik zatən aşağıdır, amma elə həm də bu səbəbdən digər səhifələr kimi nəzarət etməkdə müəyyən problemlər yarana bilər. Amma bu mövzu aktualdır deyə müdaxilələrə məruz qalır, statuslu məqalələr elə deyil, elə olanları isə mühafizə etmək olar. Hörmətlə, Qədir (müzakirə) 15:56, 8 sentyabr 2024 (UTC)
- Mən qarşıyam. Statuslu məqalə olmaq üstünlük demək deyil. Keyfiyyətli olub statusu olmayan çox məqalə var. Şiroi Akuma 19:24, 8 sentyabr 2024 (UTC)
- Statuslu məqalələrin ip redaktələrdən mühafizəsinə daha isti baxıram. Deputat seçilmiş şəxslərin məqalələri vandalizmə məruz qaldığı halda bunu etmək olar. Hamısına ehtiyac yoxdur. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 18:51, 8 sentyabr 2024 (UTC)
- Deputatların demək olar hər birinə bu barədə müdaxilələr olunur, belə görürəm onsuz qərar verənə kimi MM açılacaq. Statuslu məqalələrdə mübahisəli mövzularda mühafizənin tərəfdarıyam, digər hallarda yox. Hörmətlə, Qədir (müzakirə) 18:53, 8 sentyabr 2024 (UTC)
Salamlar. Bu kimi vacib bir qaydanı artıq qəbulu üçün müzakirələrinizə təqdim edirəm, qayda demək olar tam hazırdır. Nəzər yetirilib nə düzəlişlər lazımdırsa edilib səsverməyə çıxarılacaq. Ümid edirəm ki, diqqət görəcək. Hörmətlə, Qədir (müzakirə) 21:46, 31 avqust 2024 (UTC)
- Əvvəlki müzakirədə dediklərim hələ də qüvvədədir. Hələ bir kuklalar siyasətini qəbul edək. Səsvermədə iştirak edin. Nemoralis (müzakirə) 09:50, 2 sentyabr 2024 (UTC)
- Təftişçi seçək yoxsa qaydanı lokal təftişçisiz hala gətirək? Hörmətlə, Qədir (müzakirə) 14:16, 2 sentyabr 2024 (UTC)
Həsən İmanov
Salam. Tək başına qərar almaq istəmədim deyə bura yazıram. Həsən İmanov adlı istifadəçinin fəaliyyətinə nəzər yetirin zəhmət olmasa. Ən azı dörd ildir ki, maşın tərcüməsiylə məqalə yazır. Sildiyim məqalələrin sayını unutmuşam. Təklikim odur ki, sözügedən istifadəçini müddətsiz bloklayım. Belə olmaz. --► Hörmətlə: SolaVirum 15:55, 9 sentyabr 2024 (UTC)
- çoxdan verilməli idi bu qərar. ziyanlı fəaliyyəti var. Grenzsoldat 16:02, 9 sentyabr 2024 (UTC)
- Maşın tərcüməsi edənlərə bir dəfə xəbərdarlıq olunmalı, məhəl qoyulmadığı təqdirmə müddətsiz bloklanmalıdır. Belə qayda olsa maşın tərcüməsinin qarşısını almaq daha asan olar. Thunder Storm (müzakirə) 18:21, 9 sentyabr 2024 (UTC)
- @Solavirum, zəhmət olmasa başlığı VP:Ş səhifəsinə köçürə bilərsən? Orada müzakirə olunub qərar verilsin. Hörmətlə, Qədir (müzakirə) 18:53, 9 sentyabr 2024 (UTC)
Məqalələrdə addəyişmə tarixçəsi
Təklif edirəm ki, əgər məqalənin adı müzakirə ilə dəyişmişdisə, məqalənin "Müzakirə"sində bu qeyd olunsun (müzakirənin linki ilə, müzakirə arxivləşibsə arxivləşmiş səhifənin linkini əlavə etməklə). Misal: ru-Vikidə "Цхинвал" səhifəsinin müzakirəsi. Zohrab javad (müzakirə) 12:49, 10 sentyabr 2024 (UTC)
- Hər məqalə üçün (misal, orfoqrafiya səhvinin düzəldilməsi) buna gərək yoxdur, amma onsuz vacib addəyişmələr müzakirəsiz edilmir, ona görə də onsuz qabaqcadan müzakirə səhifələrində müzakirə açılır. Hörmətlə, Qədir (müzakirə) 13:21, 10 sentyabr 2024 (UTC)
- Söhbət əsasən müzakirə yoluyla addəyişmədən gedir. Təklifim odur ki, məqalənin müzakirə səhifəsində bu barədə məlumat düşsün. Səbəb - ola bilər ki bir dəfə addəyişməyə müraciət olunub və qərar verilib (bu qərarla ad dəyişildi və ya köhnə adın saxlanılmasına qərara alındı), sonra da kimsə yenə də addəyişməyə müraciət etmək istədi, girir müzakirə səhifəsinə, orada da görür ki, bu artıq müzakirə olunub. Əlbətdə ki, yenə də addəyişməyə müraciət edə bilər, amma əvvəlki müzakirəni oxumaqla biləcək ki, indiki adın olmasının səbəbi nədir. Zohrab javad (müzakirə) 17:34, 10 sentyabr 2024 (UTC)
- Ehtiyac olduğunu düşünmürəm. Bizdə ADM-ə edilən çox müraciətin səbəbi yanlış transliterasiya, səhv tərcümə kimi adi səbəblər olur ki, bunlar da tez həll olunur. Bunları müzakirə səhifəsində qeyd etmək artıqdır. Ondansa EnVikidə olduğu kimi addəyişmə müzakirələri müzakirə səhifəsində getsə, daha yaxşı olardı. Şiroi Akuma 17:52, 10 sentyabr 2024 (UTC)
- Elə mən də bunu deyirəm. Kritik və mübahisəli situasiyalar olanda ADM-də yox, daha geniş danışıqlar aparılması üçün müzakirə səhifəsinə yönləndirirəm istifadəçiləri, elə də olmalıdır əslində. Amma bu, bizdə effektiv olmayacaq, məlum məsələyə — aktivliyə və maraqsızlığa görə. Bir neçə dəfə də sınandı: Müzakirə:Twitter və Müzakirə:ABŞ kimi. Hətta buna uyğun şablon da hazırladım: {{Addəyişmə təklifi müzakirəsi}}. Şablon gərək aylarla məqalədə qala, ya da gərək hər dəfə teq edib fikir alasan. Hansısa mövzuda maraqlı olanlar özləri müzakirə səhifəsində müzakirə keçidlərini (qalıcı keçid) başlıq açaraq qeyd edə bilərlər amma. Hörmətlə, Qədir (müzakirə) 20:10, 10 sentyabr 2024 (UTC)
- Ehtiyac olduğunu düşünmürəm. Bizdə ADM-ə edilən çox müraciətin səbəbi yanlış transliterasiya, səhv tərcümə kimi adi səbəblər olur ki, bunlar da tez həll olunur. Bunları müzakirə səhifəsində qeyd etmək artıqdır. Ondansa EnVikidə olduğu kimi addəyişmə müzakirələri müzakirə səhifəsində getsə, daha yaxşı olardı. Şiroi Akuma 17:52, 10 sentyabr 2024 (UTC)
- Söhbət əsasən müzakirə yoluyla addəyişmədən gedir. Təklifim odur ki, məqalənin müzakirə səhifəsində bu barədə məlumat düşsün. Səbəb - ola bilər ki bir dəfə addəyişməyə müraciət olunub və qərar verilib (bu qərarla ad dəyişildi və ya köhnə adın saxlanılmasına qərara alındı), sonra da kimsə yenə də addəyişməyə müraciət etmək istədi, girir müzakirə səhifəsinə, orada da görür ki, bu artıq müzakirə olunub. Əlbətdə ki, yenə də addəyişməyə müraciət edə bilər, amma əvvəlki müzakirəni oxumaqla biləcək ki, indiki adın olmasının səbəbi nədir. Zohrab javad (müzakirə) 17:34, 10 sentyabr 2024 (UTC)
İdarəçilərə müraciət
Salam, hörmətli idarəçilər. Sizin diqqətinizə bir şey çatdıracam. Burada gördüyünüz sürətli silinməli olan 200 səhifə məqalə deyil. Eyni ad-soyadlılar bölməsində 0 və ya 1 məqalə qalanlardır. Yəni say sizi aldatmasın. Bu şəhid məqalələri və s. deyil. Bu, bu və ya bu tipdə boş qalan eyni ad-soyadlı bölümüdür. Xahişim budur bir idarəçi dostumuz həll etsin bunları. Çox sağolun. Grenzsoldat 22:38, 10 sentyabr 2024 (UTC)
- @Gadir, siz bu işi yaxşı bacarırsız. Baxa bilərsiz? Grenzsoldat 15:42, 11 sentyabr 2024 (UTC)
Vikipediya
Son olanları yəqin hamınız bilirsiniz. Tək deyəcəyim odur ki, Vikipediyada fəaliyyət göstərən bəzi şəxslərin həmin təxribatçılarla əməkdaşlıq etməsi üzücüdür. Hər kəsin iç üzünü bu ərəfədə görmüş olduq. --► Hörmətlə: SolaVirum 14:10, 13 sentyabr 2024 (UTC)
- Son baş verənlər qərəzli istifadəçilərin əməyinin nəticəsidir. Patriot Kor (müzakirə) 18:33, 13 sentyabr 2024 (UTC)
- Artıq İdiotizm halına çatıb məsələ. Müzakirə fikir bildirmək yox, şantaj, hədə-qorxu,buling, təhdid, köhnə haqq hesabların çürüdülməsi və s. istifadə edilir. Yəqin bu da bizim milli xüsusiyyətimizdir. Şəhid məqalələrinin silinməsinin əleyhinə olmuşam, hələ də bu fikirdəyəm. Bərpasının tərəfdarıyam. Amma sonra bu Pərdəşünasın sayəsində baş tutdu məsələsi meydana çıxsa, daha heç zad...--Tarixi Nadir (müzakirə) 06:41, 14 sentyabr 2024 (UTC)
- @En Merker mövzu bir çox insanlara və bəzi istifadəçilər xal qazandırır. Patriot Kor (müzakirə) 09:26, 14 sentyabr 2024 (UTC)
- Patriot Kor tamamilə doğrudur. Təəssüf ki, müzakirə gedəndə mən bir dəfə bunun ağır fəsadlarının olacağını qeyd etmişdim. Amma indi bundan əziyyət çəkən iki gənc inzibatcı, bu fikrə əhəmiyyət vermədi. Hazırda bir növ bəziləri üçün qisas xarakterli fürsətə çevrilib mövzu. --Tarixi Nadir (müzakirə) 10:50, 14 sentyabr 2024 (UTC)
- Baş verənlər çox üzücü haldır. Fikrimcə bu cür addım atılmamalı idi. Ən azından tam konsensus olmalı idi ki, təklif qəbul olunsun. Çox yaxşı olar ki, yekunlaşdırmada düzəldilmə edilib, məqalələr bərpa olunsun. Çünki ortada konsensus yoxdur. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 09:31, 14 sentyabr 2024 (UTC)
- Konsensus olmadan 5-6 nəfərin müzakirəsi ilə silinmişdi. İndidə geri qaytarılmalıdır. — Xeyal (müzakirə) 09:54, 14 sentyabr 2024 (UTC)
- Eldarado, Xeyal, konsensus nədir? Hansı qaydada yazılıb ki, neçə nəfər iştirak etməlidir? Bunun əvəzində siz də o müzakirələrdə iştirak etməli idiniz. Hazırda "Oxu.az" kimi saytlarda vikipediyaçıların, əsas da mənim həbs edilməyim tələb olunur. Şəxsi maraqlarınız ucbatından hadisələri bu yerə çatdırmısınız. --► Hörmətlə: SolaVirum 11:56, 14 sentyabr 2024 (UTC)
- Şəhid Məqalələri silinməyib, arxivə göndərilib. Üstəlik 2 fərqli saytada yerləşdirilib həmin məlumatlar. Fərid Pərdəşünasın etsiyi isə avantüradan başqa bir şey deyil. İnsanlara illərdir Wikipediada təmənnasız şəkildə əmək verən insanlara qarşı mənfi fikir alqılandırır. Üstəlik bu iyrəncliyə şəhid ailələrinidə alət edirlər. Bu "vətənpərvər" cənablar qazilər özünü yandıranda harda idi? Niyə səsləri çıxmırdı? Siyasivikiler (müzakirə) 12:30, 14 sentyabr 2024 (UTC)
- Necə göndərilib arxivə elədə geri qaytarilsin(bərpa edilsin vikipediyada) və tema bağlansin 37.26.14.226 13:00, 14 sentyabr 2024 (UTC)
- Mən çox təəssüf edirəm hazırkı vəziyyətə. @Xeyal, @Eldarado, hansısa şəxslərin, vikipediyadan qıraqdan olan təzyiqlər əsasında vikipediyada qərarların alınmasından söhbət belə gedə bilməz. Vikipediya artıq hədə-qorxular, təzyiqlər əsasında idarə olunur, bizim xəbərimiz yoxdu? Ancaq həmin şəxslərin əlinə "kozr" vermiş olacayıq, gələn dəfə nədənsə narazı qalsalar, yenə hədə-qorxu, iyrənc şərhlərə əl atacaqlar, deyəcəklər ki, keçən dəfə alındırdıq, bu dəfə niyə olmasın? Bu dəfə @Solavirumu hədəf alıblar, sabah başqası ola bilər, siz ola bilərsiz. Bu, yolverilməzdir. Milli hisləri ilə vikipediyanın prinsiplərini ayıra bilməyən şəxslər vikipediyada fəaliyyət göstərməməlidirlər. Vikidə vətəpənvərlik Abutalub kimi Azərbaycan haqqında möhtəşəm məqalələr işləməkdir, vətənşüvənlik deyil. Ümumiyyətlə, bu hadisə çox şeyi üzə çıxardı, xüsusilə, eks-istifadəçilərin vikipediya haqqında olan kinli, ittihamlı fikirləri məni daha da şoka saldı. Konkret bu məqamı gözləyirmişlər. Şiroi Akuma 12:31, 14 sentyabr 2024 (UTC)
- 1)Vikipedia hədə-qorxu yeri deyil bunu edən və ona dəstək olanlar fond tərəfindən birdəfəlik cəzalandırılmalıdır.
2)Vikipedia daxilində hər-hansı üzvün həyatında risk faktoru oldusa vəya yarana bilərsə bunu fonda demək lazımdır və (olmasın) hərnəsə olsa adiyyati işlər vaxtında görülsün deyə.
3)Vikipedia daxilində olan üzvlərin data-larının ötürülməsində əli olan vəya vikipedia daxilində olan qaydaların əksinə danışaraq mediada çaşqınlıq yaradan üzvlər cəzalandırılmalıdır.
Məqaləyə gəldikdə isə qalmasında bir problem görmürəm.-Hörmətlə Redivy (müzakirə) 12:37, 14 sentyabr 2024 (UTC)- Tamamilə razıyam. Wikipediaçılara qarşı olmazın təzyiqlər var. Bunlara son qoyulmalıdır. Wikipedia nə vaxtda kimlərinsə diktəsi ilə iş görür? Məqalə yazarkən çox sağ ol deməyənlər, silərkən gündəmi çalxalayırlar.
- -Hörmətlə Siyasivikiler (müzakirə) 12:41, 14 sentyabr 2024 (UTC)
- Şərh:Salam Şəhid məqalələri tez bir zamanda bərpa olunmalıdır. Bu belə davam edərsə Azvikipediyanın gözdən düşməsinə səbəb olacaq. Köhnə açılmış müzakirələrə baxdım orada bir neçə istifadəçi media və ictimai qınaqlar barədə məlumat verib. Buna baxmayaraq silinəndə nə düşünülürdü? Bu gün belə bir problem yaşanır Azvikipediyada Şəhid məqalələrinin bərpa olunması üzrə calışmaq lazımdır. Fikrimcə əlavə müzakirə açılmalı və səs vermə olmalıdır. Endimon☯ (müzakirə) 13:28, 14 sentyabr 2024 (UTC)
- @Endimon568 Cümlədən özünüz nəsə başa düşdünüz ? gözdən düşməyin nə adiyyatı, bura şəxsi hisslər ilə idarə olunmur. Redivy (müzakirə) 14:20, 14 sentyabr 2024 (UTC)
- @White Demon ilə tamamilə razıyam. Vikipediyada indiyə qədər nə vaxtsa bəlkə də təzyiqlə hansısa qərar bəlkə də verilib. Buna xeyli cəhdlər edilib. P…şünasın əsil məqsədinin nə olduğunu hamımız çoz gözəl bilirik. Bu mövzuda 2 sayta açıqlama da vermişəm. Birinə qısa, digərinə geniş. Sözsüz ki, Fəridin belə qoçulanmağında sapı özümüzdən olan bəzi baltaların da heç də az rolu yoxdur. Keçmiş inzibatçı və hazırda passiv olan istifadəçinin dəstək açıqlaması şəxsən məni bir yandan sevindirdi ki, nə yaxşı ki, artıq inzibatçı deyil. Hətta nə yaxşı ki, artıq fəaliyyət göstərmir. @Sortilegusun açıqlaması da adamı dəhşətə gətirir. 15-20 il viki istifadəçisi və inzibatçısı, hətta bürokrat olasan. Amma ən sadə VP:MİLLİ və VP:HƏRBÇİ qaydalarından xəbərsiz olasan, bu dəhşətdir. Hətta faciədir. Hər halda çoxunuz bu paylaşımı da görüb. O paylaşımda istifadə edilən iyrənc sözləri də gördüz hər halda? “Şam tutan”, öz zadını (mən zad yazmışam, orada 3 hərfli söyüş kimi istifadə edilən söz yazılıb gördüyünüz kimi) qurtarmaq” filan. Bu sözləri kim yazıb? Kuklalardan istifadə edərək ümumviki qaydalarını pozan, inzibatçı/bürokrat seçilmək və qalmaq üçün səs ovçuluqları edən, dəfələrlə qaydaları pozduğu üçün bloklanan, 1 dəfə stüart tərəfindən (hansı ki, həmin ərəfələrdə indi bu açıqlamaları verən bu hər 2 istifadəçi deyirdi ki, stüartların lokal vikilərə qarışmağa, müdaxilə etməyə, kimisə bürokratlıqdan və ya inzibatçılıqdan çıxarmağa ixtiyarı və ya səlahiyyəti yoxdur) inzibatçılıqdan çıxarılan, növbəti dəfə icmanın yekdil mövqeyi ilə çıxarılan, dəfələrlə istifadəçilərin şəxsi məlumatlarını məqaləsi silinən şəxslərə ötürməkdə ittiham olunan və bu səbəbdən Fonddan xəbərdarlıq (bunu da inkar edirdi, sonra dedi ki bu sayılmır. Xəbərdarlıq ona deyirmiş ki, qlobal bloklansın. Halbuki qlobal blok xəbərdarlıqsız və qeyd-şərtsiz verilir. Bunu da hamımız bilirik) alan biri. İndi gəlin sizə daha mühüm bir məlumat verim. Bu həmin eks inzibatçı bu yaxınlarda uzun illərdən sonra Azərbaycana gedərkən orada F.P…şünasla görüşüb. Bu sözü də şəxsən özü bizim ikimizin də ortaq tanışı olan bir nəfərə deyib burda Kanadada. Sözsüz ki, indi gəlib bunu da inkar edəcək. Sübut istəyəcək filan. Necə sübut edək ki? Biz istintaq komitəsiyik? Ya xüsusi xidmət orqanı zadıq? Bu şey olub, özü deyib, mən də yazıram. P…şünasın paylaşımlarına baxın. Görün necə spesifik skrinlər və məlumatlar paylaşır. Sizcə F.P. bütün bunları hardan bilir? Müzakirə etdiyimiz məqalələri SNS edən və silənin, xülasə hər kəsin həqiqi kimliyini də bildiyini deyir. Sizcə hardan bilir bütün bunları? F.P.-nin məqaləsi ilk dəfə SNS ediləndə “silinsin” deyən, sizcə necə oldu indi onun ən yaxın dostuna çevrilib və Fərid indi onun sərf edən statuslarını paylaşır. Fəridlə necə yaxın dost olduqlarını Facebookdakı AzViki qrupundakı keçmiş paylaşımlardakı (çünki tərbiyəsizlik etdikləri üçün iksini də bir müddət əvvəl o qrupdan bloklamışam) rəylərdə də görə bilərsiz, Fəridin statuslarında da görə bilərsiz. F.P. təcrübəli bir Vikipediya istifadəçisi deyil. Bütün bu şeyləri o hardan bilir? Mən vurmadım, sən yıxılmadın. VP:ÖRDƏK-ə əsasən də hər şey məlumdur, spesifik dəlilə-sübuta ehtiyac yoxdur. Amma tədbir görülmür. Çünki gah dostu @Eldarado gəlib tərəfini saxlayır, gah da son vaxtlar xanım inzibatçımız @Sura Shukurlu. Yeri gəlmişkən, Surə xanım, maraqlıdır adi vaxtı SNS-də alırsız əlinizə baltanı, məqalələri də az qala odunmuş kimi kəsib doğrayırsız. İndi səsiniz çıxmır. Niyə? Təsadüfdürmü bu mübahisədən əvvəl siz də şəhid şəkillərini sorğulayırdız @Grenzsoldatın müzakirəsində? Hətta onu ittiham edirdiz ki, sən kimə, nəyə xidmət edirsən, onları niyə SNF etmisən, kütləvi sildirmisən filan! Hətta yadınızdadırsa o müzakirədə məni də bloklatdırmışdız. Bütün bunlar təsadüfdür? samral müzakirə 14:25, 14 sentyabr 2024 (UTC)
- @Samral Çoxu yoxdur ortalıqda sərf etmir ona görə həmdə tapılarlar deyə... müzakirə gedə-gedə çoxlarının statusları alınmalıdır və fonda məlumat verilməlidir. Redivy (müzakirə) 14:31, 14 sentyabr 2024 (UTC)
- Bu qlobal müzakirədən sonra Vikipediyanın neytrallığının itmə təhlükəsi yaranacaq. Artıq vikipediya böyük kütləni əlində cəmləşdirən bloqerlər və mediya tərəfindən idarə olunacaq. Ən maraqlısı odur ki, hər gün müzakirələrdə tərəfsizlik, neytrallıqdan danışan istifadəçilər, məsələnin böyüməsindən sonra fərqli istiqamət seçiblər. Məqalələr silindikdən sonra heç kəs bunu vikipediya daxilində açıq müzakirəyə çıxarmamışdı. Məsələ açıq-aşkardır. Bəzi şəhid məqalələri var və heç vaxt silinməyəcək. Mövzu sadəcə məqsədlidir, vərənpərvərlər və vətən xainləri yaratmaq üçün yaxşı şans idi. Patriot Kor (müzakirə) 15:27, 14 sentyabr 2024 (UTC)
- @Samral mən şəhid məqalələrinin silinməsinə hər zaman qarşı olmuşam. Dəfələrlə müzakirələr zamanı bu mövqeyimi ifadə etmişəm. @Pardashunasla Bakıda görüşməmişəm. Yalan, böhtan nə desən var Vallah. @Pardashunas @Solavirum və @Nemoralisi şəxsən tanıyır. Facebookdakı Vikipediya qrupund aktiv olanda zənn edirdin ki, tapması çətin olacaq ? + Fərid, səhv etmirəmsə @Nemoralislə dəfələrlə mübahisə də edib. Vəziyyət bu yerə gəlməməli idi. Sənə danışmaq asandır. Oturmusan Kanadada, camaatı güdaza verirsən. Problem olanda da heç kimin səsi çıxmır. Şəhid məqalələrini bərpa edin və bu söhbət bağlansın. Crepusculum (müzakirə) 21:34, 15 sentyabr 2024 (UTC)
- @Crepusculum, sən Bakıda Pərdəşünasla görüşmüsən. Bunu özün də sağda solda demisən. Fərid də deyib. Od olmayan yerdən tüstü çıxmaz. Facebookdakı AzViki qrupunda bir neçə ay əvvəlki statusların rəylərindəki mehribançılığıvızı da hamı görürdü. Ümumiyyətlə bu ilk halda deyil sən belə bir şeydə ittiham edilirsən. Paylaşdığın, ardınca “ancaq dostlar”, sonda da ya silib, ya da “gizli” etdiyin bu paylaşımda da hamı Fəridlə olan əməkdaşlığıvı və həmkarlığıvı gördü. Fərid də bu statusuvu bəh-bəhlə paylaşdı. Elə zatən o məqsədlə paylaşmışdın. Necə deyərlər onun ocağına odun/benzin olsun deyə. Əlbəttə ki, sən bu iyrənc prosesdə tək deyilsən. Əziz dostun @Eldarado və indi İM-də çarəsizcə mənim və digər azad fikirli həmkarlarımın bloklanmağını tələb edən @Sortilegusla qəşəng “trio” yaratmısız. Onlar da elə statuslar paylaşıb, elə açıqlamalar verdilər ki, Fəridin çörəyinə yağ-duz. Eybi yox. Digər bürokrat və inzibatçıların susması da sizə qol-qanad verib. Elə bilirsiz bu “döyüş”də qələbə qazanacaqsız? Siz qazansaz-qazansaz Pirr qələbəsi qazana bilərsiz ancaq. O da görəcik ki, ən çox kimə zərər edəcək. Kimlərsə susursa şəkilləri yayılanlar kimi linç yemək istəmədikləri üçündür. Kimisi qorxur, kimisi ehtiyat edir. Amma əmin ol ki, hər kəs Fonda azad fikrini deyib. Kim deməyibsə Fond soruşanda deyəcək. Əminəm ki, artıq ona buna yazmağa, zəng etməyə (başqa sözlər yazmıram, hamı bildi) başlamısan. Amma bihudə. Oturun və gözləyin. Son olaraq Kanadada olsam da sinəmi önə vermişəm ki, uşaqlara zərər gəlməsin. Amma sən də Kanadada olsan da əksinə uşaqların ifşası, linçlənməsi, təhqir edilməsi və hətta öldürülə, yaralana və intihar etmə ehtimallarına rəğmən kənardan zövqlə izləyir və Fəridin, Haldunun filan statuslarında yazdığın rəylərdə katalizatorluğa davam edirsən. Deməli hikmət Kanadada oturmaq deyil, necə oturmaqdır. samral müzakirə 03:18, 16 sentyabr 2024 (UTC)
- @Samral, şər atmağa davam edirsən. Mən hər zaman şəhid məqalələrinin silinməsinə qarşı olmuşam. Bu barədə daha əvvəllər baş tutmuş 4-5 müzakirədə öz qəti fikirmi ifadə etmişəm. Bu gündə qarşıyam. 3.000 şəhid haqqındakı məqalə silinməməlidir. @Pardashunasla görüşməmişəm və özü də belə bir şey deməyib. Həmin görüş hansı gün, saat necədə və harada baş tutub ? Facebookda status yazmışam və öz fikirimi ifadə etmişəm. Hansısa vikipediyaçının fiziki zorakılığa məruz qalmasına əsla tərəfdar olmamışam. Sözügedən məsələdə adı halanan şəxslərin hər biri bilinirdi. Necə ola bilər ki, Gənclər və İdman Nazirliyinin facebookda rəsmi səhifəsində həmin şəxslərin fotosu paylaşılır və sən iddia edirsən ki, bunu necə tapıblar ? Fakt olaraq vikipediyaçılar offline fəaliyyətdə də aktiv olublar. Mən kimə hansı məlumatı ötürmüşəm ? Heç kimə heç nə də ötürməmişəm. Heç bir prosesi kənardan zövqlə izləmirəm. Şəhid məqalələri tam bərpa olunandan sonra bir də bu mövzuya qayıtmamaq lazımdır. İcma bu formada gözdən düşməməlidir. Crepusculum (müzakirə) 07:31, 16 sentyabr 2024 (UTC)
- @Crepusculum, sən Bakıda Pərdəşünasla görüşmüsən. Bunu özün də sağda solda demisən. Fərid də deyib. Od olmayan yerdən tüstü çıxmaz. Facebookdakı AzViki qrupunda bir neçə ay əvvəlki statusların rəylərindəki mehribançılığıvızı da hamı görürdü. Ümumiyyətlə bu ilk halda deyil sən belə bir şeydə ittiham edilirsən. Paylaşdığın, ardınca “ancaq dostlar”, sonda da ya silib, ya da “gizli” etdiyin bu paylaşımda da hamı Fəridlə olan əməkdaşlığıvı və həmkarlığıvı gördü. Fərid də bu statusuvu bəh-bəhlə paylaşdı. Elə zatən o məqsədlə paylaşmışdın. Necə deyərlər onun ocağına odun/benzin olsun deyə. Əlbəttə ki, sən bu iyrənc prosesdə tək deyilsən. Əziz dostun @Eldarado və indi İM-də çarəsizcə mənim və digər azad fikirli həmkarlarımın bloklanmağını tələb edən @Sortilegusla qəşəng “trio” yaratmısız. Onlar da elə statuslar paylaşıb, elə açıqlamalar verdilər ki, Fəridin çörəyinə yağ-duz. Eybi yox. Digər bürokrat və inzibatçıların susması da sizə qol-qanad verib. Elə bilirsiz bu “döyüş”də qələbə qazanacaqsız? Siz qazansaz-qazansaz Pirr qələbəsi qazana bilərsiz ancaq. O da görəcik ki, ən çox kimə zərər edəcək. Kimlərsə susursa şəkilləri yayılanlar kimi linç yemək istəmədikləri üçündür. Kimisi qorxur, kimisi ehtiyat edir. Amma əmin ol ki, hər kəs Fonda azad fikrini deyib. Kim deməyibsə Fond soruşanda deyəcək. Əminəm ki, artıq ona buna yazmağa, zəng etməyə (başqa sözlər yazmıram, hamı bildi) başlamısan. Amma bihudə. Oturun və gözləyin. Son olaraq Kanadada olsam da sinəmi önə vermişəm ki, uşaqlara zərər gəlməsin. Amma sən də Kanadada olsan da əksinə uşaqların ifşası, linçlənməsi, təhqir edilməsi və hətta öldürülə, yaralana və intihar etmə ehtimallarına rəğmən kənardan zövqlə izləyir və Fəridin, Haldunun filan statuslarında yazdığın rəylərdə katalizatorluğa davam edirsən. Deməli hikmət Kanadada oturmaq deyil, necə oturmaqdır. samral müzakirə 03:18, 16 sentyabr 2024 (UTC)
- @Samral Çoxu yoxdur ortalıqda sərf etmir ona görə həmdə tapılarlar deyə... müzakirə gedə-gedə çoxlarının statusları alınmalıdır və fonda məlumat verilməlidir. Redivy (müzakirə) 14:31, 14 sentyabr 2024 (UTC)
- Şərh:Salam Şəhid məqalələri tez bir zamanda bərpa olunmalıdır. Bu belə davam edərsə Azvikipediyanın gözdən düşməsinə səbəb olacaq. Köhnə açılmış müzakirələrə baxdım orada bir neçə istifadəçi media və ictimai qınaqlar barədə məlumat verib. Buna baxmayaraq silinəndə nə düşünülürdü? Bu gün belə bir problem yaşanır Azvikipediyada Şəhid məqalələrinin bərpa olunması üzrə calışmaq lazımdır. Fikrimcə əlavə müzakirə açılmalı və səs vermə olmalıdır. Endimon☯ (müzakirə) 13:28, 14 sentyabr 2024 (UTC)
- Hmm 89.219.164.74 08:13, 16 sentyabr 2024 (UTC)
- @Solavirum@Solavirum Mənçün maraqlıdır niyə, heç bir səbəb olmadan şəhid qardaşım Vüsal Kazımov (https://az.m.wikipedia.org/?q=V%C3%BCsal_Kaz%C4%B1mov) üçün yaratdığım səhifəni silmisiz? Shako Naghison (müzakirə) 16:13, 14 sentyabr 2024 (UTC)
Silinməməsi gərək idi. Silinibsə belə geri qaytarılmalıdır. Hörmətlə
Vikipediya kimlərinsə dövlətdən qisas almaq yeri deyil. Bu oyunu şəhidlərin üzərindən aparmaq yersizdir. 45.15.43.118 15:27, 14 sentyabr 2024 (UTC)
- Burada heç kim dövlətdən qisas almır. Zəhmət olmasa bilmədiyiniz təxribatçı şeyləri yazmayın. Thunder Storm (müzakirə) 09:53, 15 sentyabr 2024 (UTC)
- Şəhidlər müqəddəsdir..... 89.219.159.168 15:43, 15 sentyabr 2024 (UTC)
Son günlərdə mediada yayılan məlumatları izləyirəm, hər nə qədər ümumi müzakirələrdən uzaq durmağa çalışsam da, baş verənlərlə bağlı fikrimi bildirmək istərdim.
- İlk öncə qeyd edim ki, şəhidlərimiz (və onların ailələri/yaxnlarının) adları, ictimai şüurdakı mövqelərini şəxsi məqsədləri üçün istifadə etməyə çalışan şəxsin (konkret olaraq, hər gün intervyular verən Pərdəşünası nəzərdə tuturam) mövqeyi/davranışı ikrah doğurucudur. Şəhidlərimizin/qəhrəmanlarımızın qarşısında borcumuzu nə hansısa məqalələrlə, nə də hansısa fəaliyyətimizlə ödəyə bilmərik. Lakin, Azərbaycan dövləti və dövlət orqanları şəhidlərin xatirələrinin ədəbiləşdirilməsi, ailələrinin təmin edilməsi və şəhidlərin uğrunda canlarını fəda etdikləri Qarabağın bərpa edilməsi üçün inanılmaz nəhəng layihələr icra edirlər. Düşünürəm ki, şəhidlərimizin xatirələrinin yaşaması üçün hanasısa Vikipediya məqaləsinə və ya kənardan "işə barmaq etməyə" çalışan, öz şəxsi mənafeyi naminə şəhid adından istifadə edən şəxslərin müdafiəsinə ehtiyacı yoxdu!
- Vikipediyada hansısa məqalələrlə bağlı qərarlar kənardan heç bir təzyiq olmadan, vikipediyaçıların müzakirələri və artıq qəbul edilmiş qaydalar əsasında qəbul edilməlidir. İndiki halda, fikrimcə, emosional davranışlardan uzaq duraraq hansısa silmə/bərpa/bloklama əməliyyatlarından uzaq durmalı, məsələni ümumi müzakirəyə çıxarmalıyıq. Ehtiyac olacağı təqdirdə hər bir məqalə üzərində ayrıca müzakirə edilməli və qərar verilməlidir. Lakin, verilən istənilən qərar, azviki cəmiyyətinin mövqeyini əks etdirməlidir.
- Media-küyün təsiri altında hamımız Vikipediyanın təməl prinsiplərindən biri - Məxfilik prinsipinin kobud şəkildə pozulmasına göz yumuruq. Fikrimcə bu hal yolverilməzdir. Neçə gündür ki, bir neçə vikipediyasının iradələrinin əksinə olaraq şəxsi məlumatları media orqanlar tərəfindən tirajlanır. Neçə illərdir asudə vaxtlarını aznetin ensiklopedik biliklərlə zənginləşdirilməsinə sərf edən həmin könüllülər bu günlərdə böyük təziq və təhdidlərlə üzləşməli olurlar. Fikrimcə ilk işimiz hər birimizin bir nəfər kimi, təzyiqə məruz qalan vikipediyaçıların ətrafında birləşmək olmalıdır. Böyük əəssüf hissi ilə qeyd etmək istərdim ki, on illər öncə, mənimlə çiyin-çiyinə azvikinin yaradılmasında əmək sərf etmiş bəzi köhnə istifadəçilərimiz də ya təzyiq altında, ya şəxsi maraqlarını əsas götürərək mediaya mübahisəli (bəzən reallığı əks etdirməyən) açıqlamalar verir və ya tamamilə səssiz qalmağı üstün tuturlar. Vikipediyaçılara media hücumun tamamilə dayandırılmasına kimi məqalələrlə bağlı hansısa müzakirə başladılması və ya qərar verilməsinə qarşıyam. Məsələ olduğu kimi dondurulmalı, vikipediyaçıların təhlükəsizliyi (o cümlədən məlumat təhlükəsizliyi) tam təmin edildikdən sonra hansısa addımlar atılması üçün hərəkətə keçilməlidir. Lakin, ilk növbədə, vikipediyaya qarşı media-piar aktivliyinə başladılmış Pərdəşünas, o cümlədən vikipediyaçıların şəxsi məlumatlarını yayan istifadəçilər aşkara çıxarılaraq ömürlük ban edilməli, bu haqqda Vikimedia Fondu məlumatlandırılmalıdır. Hörmətlə, --sefer azeri 17:39, 15 sentyabr 2024 (UTC)
- Vikipediyada hansısa məqalələrlə bağlı qərarlar kənardan heç bir təzyiq olmadan, vikipediyaçıların müzakirələri və artıq qəbul edilmiş qaydalar əsasında qəbul edilməlidir. İndiki halda, fikrimcə, emosional davranışlardan uzaq duraraq hansısa silmə/bərpa/bloklama əməliyyatlarından uzaq durmalı, məsələni ümumi müzakirəyə çıxarmalıyıq. Ehtiyac olacağı təqdirdə hər bir məqalə üzərində ayrıca müzakirə edilməli və qərar verilməlidir. Lakin, verilən istənilən qərar, azviki cəmiyyətinin mövqeyini əks etdirməlidir.
- Şəhid məqalələri silinəndə bu gün, pafoslu status yazan istidadəçilər kənd meydanında müzakirə başlatmamışdı. Bu da onu deməyə əsas verir ki, sözü gedən şəxsə dəstək verən istifadəçilər şəxsi maraqları naminə hərəkətə keçiblər. Məqalə məsələsinə yenidən baxılmasını təklif edirəm amma ilk öncə məlumat ötürənlər barədə səsvermə başlatmaq lazımdır ki, icmanın da yarısından çoxu kim olduqları barədə məlumatlıdır. Sadəcə ikinci "mediya hərəkatı"ndan narahatlıq var deyə heç kəs hələ ki, risk edib bu barədə müzakirə açmır. Patriot Kor (müzakirə) 18:29, 15 sentyabr 2024 (UTC)
- Səhf etmirəmsə mart ayında da buna bənzər olmuşdu Moses tərəfindən olmuşdu Pərdəşünas o, vaxtı da yenidən məlumat yaymışdı ki, şəhid məqalələri silinir. https://www.manset.az/news/102961/index.html baxın bu məlumatı deyirəm. Vusalsuvarov1996 (müzakirə) 19:54, 15 sentyabr 2024 (UTC)
- sefer azerinin fikirləri ilə razıyam, xüsusən də Vikipediyaçılara qarşı media hücumunun dayandırılmasını təmin etmək fikri ilə. Facebookda paylaşdığım tək postun səbəbi də ortalığı nisbətən sakitləşdirmək və mövzunun həllini təmin etmək idi. Mənə görə də mövzunun həlli məqalələrin bərpasıdır və bu fikrə yeni gəlməmişəm aylar öncə də baş tutmuş müzakirələrdə eyni mövqedə olmuşam. Lakin aşağıda açılan başlıqdan elə anladım ki, viki həmkarlar mənim də kimlərəsə məlumat ötürdüyümü zənn edirlər. Mövzusundan asılı olmayaraq bu cür hərəkəti heç vaxt özümə yaraşdırmaram. Fərid postumu paylaşıbsa bu o demək deyil ki, münasibətimiz var. Həmin şəxslə nə online nə də offline heç salam belə verməmişik bir birimizə. Nə qədər də mübahisəli müzakirələrimiz olsa da heç bir vikipediyaçının bu cür qınaq obyektinə çevrilməsi xoş bir hal deyil mənim üçün. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:48, 16 sentyabr 2024 (UTC)
- Ola bilsin fikrim dəqiq anlaşılmayıb, ona görə təkrar qeyd edirəm. Mövzusunun nə olmasından asılı olmayaraq, heç bir məqalə, heç bir yazı mənim üçün vikipediyaçıların təhlükəsizliyinin təmin edilməsindən daha vacib deyil. Bullinqə, təhdidlərə və hətta təhqirlərə məruz qalan həmkarlarımızın tam təhlükəsizliyinin təmin olunmasına kimi, prinsipial olaraq, haqqında müzakirə edilən məqalələrlə bağlı məsələnin dondurulması və diqqətdən kənar saxlanmasının düzgün olacağını düşünür, hər birimizin diqqətinin həmkarlarımızın müdafiəsinə yönəldilməsini təklif edirəm. Paralel olaraq, media hücumun təşkilində iştirak etmiş, adları hallanan şəxslərin Vikipediyaya müdaxiləsi və fəaliyyətinin qarşısının alınması, iştirakları ilə bağlı məsələnin tam aydınlaşdırılmasından sonra isə Vikimediaya haqqlarında müraciət edilməsini vacib sayıram. Yalnız vikipediyaçıların təhlükəsizliyinin təmin edilməsi və sıralarımızın şəhid adını şəxsi mənafeyi üçün istifadə edəcək qədər düşük mənəvi səviyyəyə malik fərdlərdən təmizlənməsindən sonra, yenidən mütləq silinmiş məqalələrlə bağlı məsələyə qayıdıla və məsələ açıq müzakirə edilərək qərar verilə bilər. Hörmətlə, --sefer azeri 12:07, 16 sentyabr 2024 (UTC)
- Həmkarlarının təhlükəsizliyini düşünmədən sosial media üzərindən hərəkətə keçən, istər qisas zəmnində, istərsə də özünü önəmli adam kimi göstərmək üçün məsələni Vikipediyadan kənara daşıyaraq həmin şəxslərə dəstək verən hər bir istifadəçi Vikipediya üçün və Vikipediya fəlsəfəsi üçün yad adamlardır. Bu dırnaqarası qəhrəmanlar tez bir müddətdə layihədən uzaqlaşdırılmalı və layihə onlardan təmizlənməlidir. Şəhid (onların ruhu qarşısında baş əyirəm) kimi ciddi mövzuları öz xeyri üçün istifadə edən hər bir kəs və onlara dəstək verən dırnaqarsı Vikipediyaçılar bu hərəkətlərinə görə cavab verməlidirlər. Bu uşaqları həqiqətən də heçnə etmədikləri halda bu vəziyyətə salanların yanında olduğunuz üçün məncə utanmalı və başınızı qaldırıb heç kimin üzünə baxmamalısınız, boynunuz həmişə əyri olmalı və gözləriniz yalnız yerə baxmalıdır. Turkmen müzakirə 12:21, 16 sentyabr 2024 (UTC)
- Son baş verən hadisələrdən üzüldüm və burada münasibət bildirmək qərarına gəldim. Mövzunun Vikipediyadan kənarda müzakirə olunmasının əsas səbəbi məncə Vikipediyadakı çatışmamazlıqlardır. Niyə məsələ burada yox, kənarda müzakirə olunur və bir sıra vikipediyaçılar kəskin ictimai qınanılır? Farid Pardashunas pisdir, bəs Faris Khalilli? O da Vikipediyadan narazıdır, baxın: [1] . Bəs siz nə tədbir gördünüz? Farid Pardashunası məhkəmə ilə hədələyirsiniz. Doğrudanmı bilmirsiniz ki, məhkəmə ilə təhdid etməyə görə müddətsiz blok nəzərdə tutulur? Bəs təhdid edəni niyə onu bloklamırsınız? Bu məqalələr yaradılanda inzibatçılar və bürokratlar hara baxırdılar? Onlar yarıdıblar bu məqalələri. İndi səhv etdikləri məlum olubsa, niyə istefa vermirrlər? Karusel şəkildə bu işlərin təkrarlanması üçünmü? 91.234.235.181 18:42, 16 sentyabr 2024 (UTC)
- Faris bəy tam olaraq hansı məqalələrdən narazıçılıq edirsə onu da bildirsəydi daha yaxşı olardı. İndi nəsə demək çətindi. Nemoralis (müzakirə) 18:51, 16 sentyabr 2024 (UTC)
- Faris bəy məqalələrdən narazıçılıq etmir amma, deyir ki, "Yaratdığım və redaktə etdiyim məqalələrin 14-15 yaşlı uşaqlar tərəfindən silindiyini görəndə buranın uşaq-muşaq yeri olduğunu gördüm". Və birdəfəlik gedib buradan, bir daha qayıtmayıb. Özünə sayt açıb. Başqa sayt da görmüşdüm, Şamaxı Ensiklopediyası, eynən Vikipediya kimi idi. Amma çox məzmunlu məqalələri vardı. Onun sahibinə də burada imkan verilməyib, gedib özünə sayt açıb. Məncə siz bir gün oturub bu problemləri həll etməyə çalışmalısınız, problemlərin həllini sabaha saxlamamalısınz. Ziyalılar Vikipediyaya qayıtmalıdırlar, məqalələri mütəxəssislər yoxlamalıdırlar. Tibb təhsili olan tibb haqqında yazmalıdır, coğrafiyadan yox, coğrafiyaçı tibbdən yazmamalıdır, yazarsa, onun yazdığı kimə lazım ola bilər? İradlarımı qeydə alın xahiş edirəm. Sizə uğurlar. 91.234.235.181 19:10, 16 sentyabr 2024 (UTC)
- O cümləni anladım, amma demir axı hansı məqalələr. "Yaratdığım və redaktə etdiyim" çox genişdir, bilə bilmərik hansından narazıdır, hansından yox. Yazdığınızın son hissəsi ilə bağlı onu deyə bilərəm ki, əlimizdən gələ biləcək maksimum şey həmin şəxslərdə həvəs yaratmaqdır, unutmayaq ki, Vikipediya könüllülərin yazdığı ensiklopediyadır. Həmçinin Vikipediya özü də qeyd edir ki, mən məlumatların doğruluğuna zəmanət vermirəm: Vikipediya:Məsuliyyətdən imtina Nemoralis (müzakirə) 19:14, 16 sentyabr 2024 (UTC)
- Mən amma məlumatların doğruluğu haqqında heç nə demirəm. Mən dedim ki, alim Vikipediyada fəaliyyət göstərə bilməyib və gedib buradan, özünə sayt açıb. Onun özü haqqında məqalə isə iki dəfə silinib. Sizcə o, ensiklopedik şəxs deyil? Baxın: Fariz Xəlilli. 91.234.235.181 19:37, 16 sentyabr 2024 (UTC)
- Məqalə 5 il bundan öncə silinib. Bir alimin fəaliyyəti 5 il bundan öncə ensiklopedik hesab olunmurdusa bu o demək deyil ki, indi də belədir. Haqqında əsaslı mənbələr varsa yarada bilərsiniz. Patriot Kor (müzakirə) 19:43, 16 sentyabr 2024 (UTC)
- 5 il əvvəl də ensiklopedik şəxs olub, buna görə də məqalə silinəndən sonra bərpa edilib. Amma söhbət həmin məqalədən getmir, alimin Vikipediyada fəaliyyət göstərməsinə imkan verilməməsindən gedir. O, burada könüllü şəkildə və təmənnasız fəaliyyət göstərmək istəyirdi. Ona imkan verilməyib. Nəticədə gedib özünə sayt açıb. Bayaq səhvən Şəmaxı Ensiklopediyası yazmışdım, indi gördüm Şamaxı Ensiklopediyası deyilmiş, Şəki Ensiklopediyasıdır. Onun sahibinə də burada imkan verilməyib, gedib özünə sayt açıb. Farid Pardashunas özü ensiklopedik şəxsdir, əlbəttə. Amma onun haqqında məqalə ensiklopedik olmaya bilərdi. Eşitdiyimə görə məqaləni siləndən sonra bərpa üçün pul istəyiblər. Sosial şəbəkələrdə belə şeyləri açıq yazırlar. Siz də bilirsiniz. Belə şeylər Vikipediyaya qarşı nüfrət yaradır. Əsəs problem budur. 91.234.235.181 20:11, 16 sentyabr 2024 (UTC)
- Hər şey indi Aydındır. O alim Vikimedia Fondu tərəfindən bloklanıb. Nemoralis (müzakirə) 20:13, 16 sentyabr 2024 (UTC)
- Aydındır. Tanış istifadəçi adıdır. Patriot Kor (müzakirə) 20:15, 16 sentyabr 2024 (UTC)
- Məncə bloklanmayıb. Mən 3 misal çəkdim, bunların sayını bir qədər də artıra da bilərəm. İnsanlar təmənnasız fəaliyyət göstərirlər, heç bir başqa maraqları yoxdur. Bu adamlar indi burada olmalı idilər. Amma burada pulla məqalə yazanlar var, onlar yoxdur. Təbii ki fəaliyyətdə olan vikipediyaçılar arasında da istedadlı, savadlı, təmənnasız şəxslər var. Amma onların sayının daha da çox olması heç də pis olmazdı. Mən bilmirəm, bu yazdıqlarım nəyişə dəyişə bilər, ya yox? Amma əlimdən gələn bu idi, bunu da edirəm, mən sizin əvəzinizə qərar qəbul edə bilmərəm. Yalnız öz fikrimi və mövqeyimi sizinlə bölüşürəm. Ola bilər ki mənim yazdıqlarım Vikipediyanın daxili problemlərinin çözülməsində rol oynasın. Ola da bilər, olmaya da. Artıq gecdir. Gecəniz xeyrə qarşı. 91.234.235.181 20:40, 16 sentyabr 2024 (UTC)
- Məncə biz başqa-başqa şeylərdən danışırıq. Burada bir neçə problem haqqında yazdım, siz isə aidiyyəti olmayan cavablar verdiniz. Lap tutalım ki, kimsə, kim tərəfindənsə bloklanıb. Buna görə burada Farid Pardashunası məhkəmə ilə təhdid edən bloklanmamalıdırmı? Mən ilk olaraq burada yazdım. Tədbir görməsəniz META-ya müraciət olunacaq. Mən burada öz şərhimdə Vikipediyanın anoloqu olan Şəki Ensiklopediyasına keçid verdim. Qeyri-qanuni bir şey varmı? Siz isə mənim şərhimə müdaxilə edib keçidi ləğv edirsiniz. Bunu necə başa düşək? Məncə heç kim başqasının şərhinə müdaxilə etməməlidir. Ziyalılar, alimlər, mütəxəssislər burada fəaliyyət göstərə bilmirlər, sübut olaraq bir dənə də keçid vermişəm ki, baxın görün nə deyir. Çalışın belə şeylərin qarşısını alın. Siz nə cavab verdiniz? Nə tədbir gördünüz? Burada heç kim heç kimə cavab vermir. Ona görə nəyinsə müzakirəsinə vaxt sərf etmək istəyən yoxdur. 5 gündür vikipediyaçılar neçə qrupa bölünüblər, müxtəlif media vasitələrində çıxış edib özlərini haqlı, qarşı tərəfin haqsız olduğunu göstərməyə çalışırlar. Bu onu göstərir ki, burada illərlə yığılmış ciddi problemlər var və bu problemlər illərlə gizlədilib. Dediklərimi nəzərə alın xahiş edirəm. 91.234.235.186 05:49, 17 sentyabr 2024 (UTC)
- Aydındır. Tanış istifadəçi adıdır. Patriot Kor (müzakirə) 20:15, 16 sentyabr 2024 (UTC)
- Hər şey indi Aydındır. O alim Vikimedia Fondu tərəfindən bloklanıb. Nemoralis (müzakirə) 20:13, 16 sentyabr 2024 (UTC)
- 5 il əvvəl də ensiklopedik şəxs olub, buna görə də məqalə silinəndən sonra bərpa edilib. Amma söhbət həmin məqalədən getmir, alimin Vikipediyada fəaliyyət göstərməsinə imkan verilməməsindən gedir. O, burada könüllü şəkildə və təmənnasız fəaliyyət göstərmək istəyirdi. Ona imkan verilməyib. Nəticədə gedib özünə sayt açıb. Bayaq səhvən Şəmaxı Ensiklopediyası yazmışdım, indi gördüm Şamaxı Ensiklopediyası deyilmiş, Şəki Ensiklopediyasıdır. Onun sahibinə də burada imkan verilməyib, gedib özünə sayt açıb. Farid Pardashunas özü ensiklopedik şəxsdir, əlbəttə. Amma onun haqqında məqalə ensiklopedik olmaya bilərdi. Eşitdiyimə görə məqaləni siləndən sonra bərpa üçün pul istəyiblər. Sosial şəbəkələrdə belə şeyləri açıq yazırlar. Siz də bilirsiniz. Belə şeylər Vikipediyaya qarşı nüfrət yaradır. Əsəs problem budur. 91.234.235.181 20:11, 16 sentyabr 2024 (UTC)
- Məqalə 5 il bundan öncə silinib. Bir alimin fəaliyyəti 5 il bundan öncə ensiklopedik hesab olunmurdusa bu o demək deyil ki, indi də belədir. Haqqında əsaslı mənbələr varsa yarada bilərsiniz. Patriot Kor (müzakirə) 19:43, 16 sentyabr 2024 (UTC)
- Mən amma məlumatların doğruluğu haqqında heç nə demirəm. Mən dedim ki, alim Vikipediyada fəaliyyət göstərə bilməyib və gedib buradan, özünə sayt açıb. Onun özü haqqında məqalə isə iki dəfə silinib. Sizcə o, ensiklopedik şəxs deyil? Baxın: Fariz Xəlilli. 91.234.235.181 19:37, 16 sentyabr 2024 (UTC)
- O cümləni anladım, amma demir axı hansı məqalələr. "Yaratdığım və redaktə etdiyim" çox genişdir, bilə bilmərik hansından narazıdır, hansından yox. Yazdığınızın son hissəsi ilə bağlı onu deyə bilərəm ki, əlimizdən gələ biləcək maksimum şey həmin şəxslərdə həvəs yaratmaqdır, unutmayaq ki, Vikipediya könüllülərin yazdığı ensiklopediyadır. Həmçinin Vikipediya özü də qeyd edir ki, mən məlumatların doğruluğuna zəmanət vermirəm: Vikipediya:Məsuliyyətdən imtina Nemoralis (müzakirə) 19:14, 16 sentyabr 2024 (UTC)
- Faris bəy məqalələrdən narazıçılıq etmir amma, deyir ki, "Yaratdığım və redaktə etdiyim məqalələrin 14-15 yaşlı uşaqlar tərəfindən silindiyini görəndə buranın uşaq-muşaq yeri olduğunu gördüm". Və birdəfəlik gedib buradan, bir daha qayıtmayıb. Özünə sayt açıb. Başqa sayt da görmüşdüm, Şamaxı Ensiklopediyası, eynən Vikipediya kimi idi. Amma çox məzmunlu məqalələri vardı. Onun sahibinə də burada imkan verilməyib, gedib özünə sayt açıb. Məncə siz bir gün oturub bu problemləri həll etməyə çalışmalısınız, problemlərin həllini sabaha saxlamamalısınz. Ziyalılar Vikipediyaya qayıtmalıdırlar, məqalələri mütəxəssislər yoxlamalıdırlar. Tibb təhsili olan tibb haqqında yazmalıdır, coğrafiyadan yox, coğrafiyaçı tibbdən yazmamalıdır, yazarsa, onun yazdığı kimə lazım ola bilər? İradlarımı qeydə alın xahiş edirəm. Sizə uğurlar. 91.234.235.181 19:10, 16 sentyabr 2024 (UTC)
- Faris bəy tam olaraq hansı məqalələrdən narazıçılıq edirsə onu da bildirsəydi daha yaxşı olardı. İndi nəsə demək çətindi. Nemoralis (müzakirə) 18:51, 16 sentyabr 2024 (UTC)
- @Turkmen qisas deyəndə məni nəzərdə tutursuz ? Vallah mənə inzibatçı olmaq falan lazım deyil. Görməli o qədər başqa işlərim var ki. İstəyirsiz admin olun, bürokrat olun, stüard olun, ilin vikimediaçısı seçilin və sairə. Sadəcə hər fürsətdə sözü mənə vurmağa nə ehtiyac var ? Mən facebookda öz fikirlərimi yazmışam. Facebookda paylaşılan post sizin düşüncələrinizlə uyğun gəlmədiyi üçün kiminsə lahiyədən kənarlaşdırılmasını tələb etmək son dərəcədə "ədalətli" bir qərar olardı. Sizin əlinizdə bir güç var. Adminlik güçü. Sizin vəzifəniz ümumi proseslərə nəzarət etməkdir, sizinlə həmfikir olmayanları susdurmaq yox. Bütün məqalələri @Solavirum bərpa etməli deyil ki. Bunun bir qismini siz də edə bilərsiz. @Eldarado haqqında heç vaxt yerli mətbuatda filankəs globalda filan statusu aldı başlıqlı xəbər çıxmayıb. Sizin haqqınızda isə çıxmışdı. Crepusculum (müzakirə) 18:09, 17 sentyabr 2024 (UTC)
- Nə adminliyi? Utanmadan danışa da bilirsiniz siz? Öz həmkarlarının məlumatlarını paylaşan, internetdə vikipediyaçıların linçinə dəvət edilən statusları sevə-sevə bəyənən siz deyilsiniz? Kordu bu boyda camaat? Başqalarına sığınıb at oynatmaq hələ heç kimə böyüklük gətirməyib. Siz aşkar şəkildə rüsvay olmusunuz. O beyinizə yaxşı-yaxşı yerləşdirin, qazıyın ki, başqasının atına minən tez düşər. Noldu indi, kim qaldı ortada? Kim rüsvay oldu? İnsan nələr etməlidir ki, kiçikdən böyüyə öz çalışdığı community-də bu qədər biyabır olsun. İndi bəziləri də gözlərini açıb görsünlər ki, mən heç kimlə prinsip aparmıram. Sadəcə onlardan fəqli olaraq kimin yaxşı və pis olduğunu görə bilirəm. Bir adam bürokratlıqdan özünü bu hala salırsa, deməli onda nə isə düz deyil. Turkmen müzakirə 12:22, 19 sentyabr 2024 (UTC)
- @Turkmen mənə şər və böhtan atanda, mənə qarşı sistemli fəaliyyət göstəriləndə, qeyri-müəyyən müddətə bloklanmağım tələb ediləndə harada idi sizin o həmarlığınız. Həmkarda həmkarının ömürlük bloklanmasını arzu edər ? istəyər ? Mən heç kimin atına falan minməmişəm. Öz fikirlərimi ifadə etmişəm. Siz isə həmin müddətdə bir kəlimə belə yazmadınız. Crepusculum (müzakirə) 19:23, 19 sentyabr 2024 (UTC)
- Nə adminliyi? Utanmadan danışa da bilirsiniz siz? Öz həmkarlarının məlumatlarını paylaşan, internetdə vikipediyaçıların linçinə dəvət edilən statusları sevə-sevə bəyənən siz deyilsiniz? Kordu bu boyda camaat? Başqalarına sığınıb at oynatmaq hələ heç kimə böyüklük gətirməyib. Siz aşkar şəkildə rüsvay olmusunuz. O beyinizə yaxşı-yaxşı yerləşdirin, qazıyın ki, başqasının atına minən tez düşər. Noldu indi, kim qaldı ortada? Kim rüsvay oldu? İnsan nələr etməlidir ki, kiçikdən böyüyə öz çalışdığı community-də bu qədər biyabır olsun. İndi bəziləri də gözlərini açıb görsünlər ki, mən heç kimlə prinsip aparmıram. Sadəcə onlardan fəqli olaraq kimin yaxşı və pis olduğunu görə bilirəm. Bir adam bürokratlıqdan özünü bu hala salırsa, deməli onda nə isə düz deyil. Turkmen müzakirə 12:22, 19 sentyabr 2024 (UTC)
- Son baş verən hadisələrdən üzüldüm və burada münasibət bildirmək qərarına gəldim. Mövzunun Vikipediyadan kənarda müzakirə olunmasının əsas səbəbi məncə Vikipediyadakı çatışmamazlıqlardır. Niyə məsələ burada yox, kənarda müzakirə olunur və bir sıra vikipediyaçılar kəskin ictimai qınanılır? Farid Pardashunas pisdir, bəs Faris Khalilli? O da Vikipediyadan narazıdır, baxın: [1] . Bəs siz nə tədbir gördünüz? Farid Pardashunası məhkəmə ilə hədələyirsiniz. Doğrudanmı bilmirsiniz ki, məhkəmə ilə təhdid etməyə görə müddətsiz blok nəzərdə tutulur? Bəs təhdid edəni niyə onu bloklamırsınız? Bu məqalələr yaradılanda inzibatçılar və bürokratlar hara baxırdılar? Onlar yarıdıblar bu məqalələri. İndi səhv etdikləri məlum olubsa, niyə istefa vermirrlər? Karusel şəkildə bu işlərin təkrarlanması üçünmü? 91.234.235.181 18:42, 16 sentyabr 2024 (UTC)
- Həmkarlarının təhlükəsizliyini düşünmədən sosial media üzərindən hərəkətə keçən, istər qisas zəmnində, istərsə də özünü önəmli adam kimi göstərmək üçün məsələni Vikipediyadan kənara daşıyaraq həmin şəxslərə dəstək verən hər bir istifadəçi Vikipediya üçün və Vikipediya fəlsəfəsi üçün yad adamlardır. Bu dırnaqarası qəhrəmanlar tez bir müddətdə layihədən uzaqlaşdırılmalı və layihə onlardan təmizlənməlidir. Şəhid (onların ruhu qarşısında baş əyirəm) kimi ciddi mövzuları öz xeyri üçün istifadə edən hər bir kəs və onlara dəstək verən dırnaqarsı Vikipediyaçılar bu hərəkətlərinə görə cavab verməlidirlər. Bu uşaqları həqiqətən də heçnə etmədikləri halda bu vəziyyətə salanların yanında olduğunuz üçün məncə utanmalı və başınızı qaldırıb heç kimin üzünə baxmamalısınız, boynunuz həmişə əyri olmalı və gözləriniz yalnız yerə baxmalıdır. Turkmen müzakirə 12:21, 16 sentyabr 2024 (UTC)
- Ola bilsin fikrim dəqiq anlaşılmayıb, ona görə təkrar qeyd edirəm. Mövzusunun nə olmasından asılı olmayaraq, heç bir məqalə, heç bir yazı mənim üçün vikipediyaçıların təhlükəsizliyinin təmin edilməsindən daha vacib deyil. Bullinqə, təhdidlərə və hətta təhqirlərə məruz qalan həmkarlarımızın tam təhlükəsizliyinin təmin olunmasına kimi, prinsipial olaraq, haqqında müzakirə edilən məqalələrlə bağlı məsələnin dondurulması və diqqətdən kənar saxlanmasının düzgün olacağını düşünür, hər birimizin diqqətinin həmkarlarımızın müdafiəsinə yönəldilməsini təklif edirəm. Paralel olaraq, media hücumun təşkilində iştirak etmiş, adları hallanan şəxslərin Vikipediyaya müdaxiləsi və fəaliyyətinin qarşısının alınması, iştirakları ilə bağlı məsələnin tam aydınlaşdırılmasından sonra isə Vikimediaya haqqlarında müraciət edilməsini vacib sayıram. Yalnız vikipediyaçıların təhlükəsizliyinin təmin edilməsi və sıralarımızın şəhid adını şəxsi mənafeyi üçün istifadə edəcək qədər düşük mənəvi səviyyəyə malik fərdlərdən təmizlənməsindən sonra, yenidən mütləq silinmiş məqalələrlə bağlı məsələyə qayıdıla və məsələ açıq müzakirə edilərək qərar verilə bilər. Hörmətlə, --sefer azeri 12:07, 16 sentyabr 2024 (UTC)
- sefer azerinin fikirləri ilə razıyam, xüsusən də Vikipediyaçılara qarşı media hücumunun dayandırılmasını təmin etmək fikri ilə. Facebookda paylaşdığım tək postun səbəbi də ortalığı nisbətən sakitləşdirmək və mövzunun həllini təmin etmək idi. Mənə görə də mövzunun həlli məqalələrin bərpasıdır və bu fikrə yeni gəlməmişəm aylar öncə də baş tutmuş müzakirələrdə eyni mövqedə olmuşam. Lakin aşağıda açılan başlıqdan elə anladım ki, viki həmkarlar mənim də kimlərəsə məlumat ötürdüyümü zənn edirlər. Mövzusundan asılı olmayaraq bu cür hərəkəti heç vaxt özümə yaraşdırmaram. Fərid postumu paylaşıbsa bu o demək deyil ki, münasibətimiz var. Həmin şəxslə nə online nə də offline heç salam belə verməmişik bir birimizə. Nə qədər də mübahisəli müzakirələrimiz olsa da heç bir vikipediyaçının bu cür qınaq obyektinə çevrilməsi xoş bir hal deyil mənim üçün. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:48, 16 sentyabr 2024 (UTC)
- Səhf etmirəmsə mart ayında da buna bənzər olmuşdu Moses tərəfindən olmuşdu Pərdəşünas o, vaxtı da yenidən məlumat yaymışdı ki, şəhid məqalələri silinir. https://www.manset.az/news/102961/index.html baxın bu məlumatı deyirəm. Vusalsuvarov1996 (müzakirə) 19:54, 15 sentyabr 2024 (UTC)
Bərpa
- Sabah özüm hamısını bərpa edəcəyəm. Konsensusu icra edən mənəm. Buna görə mənə Vikipediyaçılar dəstək olmadı. Silmək istəsələr sabah, onların adına yazılsın. --► Hörmətlə: SolaVirum 23:14, 14 sentyabr 2024 (UTC)
- Sən xain olaraq Nəcməddin kimi camaatın balasın qırğına verib milyonları basıb yemisən ?
- Eldar Mahmudov və bandası kimi sahibkarları soyub lüt qoyub milyonların yemisən ?
- Tərtərdə hərbçiləri dubinka ilə zorlamısan ?
- Şəhid analarını küçədə sürümüsən ?
- Qaziyəm Qarabağda döyüşmüşəm deyənə …….. döyüşmüsən deyən icra başçısısan ?
- Evi başına uçsa belə ev ala bilməyən şəhid anası Mətanət xanımı süründürən məmursan ?
- Heç bir şeyə görə peşman olma məqalədi silinib bərpa oluna bilər.Ancaq bu yuxarıda yazdıqlarımı eləyənlər Azərbaycanın əbədi və əzəli vətən xainləridir.Bu yazdıqlarımı səsini çıxartmayıb içinə soxub məqalə davası edənlərdə vətənpərvər yox vətənşüvənlərdir. Veli001 (müzakirə) 04:13, 15 sentyabr 2024 (UTC)
- Solavirumun yaxşı niyyətlərini hamımız bilirik. Bu proses keçəcək və Solavirum həm Azərbaycan yazılı ədəbiyyatına, həm də Azərbaycan Türklüyünə öz töhfəsini töhfə verməyə davam edəcək. Güclü qal. Beyoglou (müzakirə) 23:54, 15 sentyabr 2024 (UTC)
Həmkarlar, uzun illərdir ki, məqalələrin silinməməsi üçün əlimdən gələni edirəm. Sizləridə bu işlərdən uzaq durmağa çağırmışam. Amma Nemoralis bəy, məni həmişə nələrlərsə ittiham edib və məni başa düşmürdü. Bu gün hamınızın doğru istiqamətə qayıtması məni sevindirdi. Son ana qədər sizlərdən bu addımı gözləyirdim. Buna görə də vikipediya kənarında olan prosselərə bir-başa qatılmadım. Bunu da qeyd etmək istəyirəm ki, tək vətən müharibəsi şəhidləri bərpa edilməsin. Bütün şəhidlərimizin məqalələri bərpa edilməlidir. Hər biriniz zamanında bu məqalələrin yaradılmasına töhfə vermisiniz. Sizi bu yoldan döndərənlərin olduğuna inanıram. Bu işlər sizin öz iradənizin məsulu deyil. Hər birinizə fəaliyyətinizi davam etdirmənizi və yeni-yeni töhfələr verməyinizi davam etirmənizi istəyirəm. — Khidirzada (müzakirə) 06:54, 15 sentyabr 2024 (UTC)
- Məqalələrin bərpası yaxşı heç nə vəd etmir. Bərpa olunsa belə, sonradan mərhələli şəkildə silinməsi yaxşı olardı ki, hansısa təxribatçılar bundan öz şəxsi məqsədləri üçün istifadə edə bilməsinlər. Əsas təxribatçı Fərid Pərdəşünası isə yalnız məhkəmə yolu ilə cəzalandırmaq lazımdır.--Thunder Storm (müzakirə) 09:51, 15 sentyabr 2024 (UTC)
- @Verman1 həqiqətən sizin yazdığınızı başa düşmürəm. Əgər məqalə silinəcəkdisə niyə yaradılırdı? Bərpa olunursa niyə silinsin ? Heçmi bu neçə gündə Vikipediyaçılara olunan ictima qınaq və təqiblər sizi narahat etmədi ? Necə rahatlıqla yaza bilirsiniz mərhələli silinsin deyə ? Endimon☯ (müzakirə) 10:53, 15 sentyabr 2024 (UTC)
- Əgər Vikipediya hansısa ictimai qınaq əsasında fəaliyyət göstərəcəksə onun azad və müstəqil olması şübhə altında olacaq. Məqalələrin lap əvvəldən yaradılması səhv addım idi, indi həmin səhv qərarların əziyyətini çəkirik. Məqalələr silinməlidir bu və ya digər yolla, bunun başqa alternativi yoxdur. Thunder Storm (müzakirə) 13:22, 15 sentyabr 2024 (UTC)
- @Verman1 zəhmət olmasa yazdığımı diqqətlə oxuyun burada Vikipediyanın fəaliyyətindən deyil Vikipediyaçıların həyatından söhbət gedir. Yenidən yaradılıb silinsə sabahı günü kim nə bilir ki yolda gedərkən başına nə iş gələcək ? Nə qədər həssas mövzu olduğunun fərqində deyilsiniz demək asandır kənardan - Endimon☯ (müzakirə) 15:02, 15 sentyabr 2024 (UTC)
- Mən hər şeyi çox gözəl başa düşürəm. Vəziyyətdən çıxış yolu kimi məqalələrin birdən-birə deyil, tədricən silinməsini, həmçinin ictimaiyyətdə Vikipediyaçılara qarşı təxribatlarla məşğul olanların məhkəmə yolu ilə cəzalandırılmasını təklif edirəm. Əks halda bu təxribatlar və təzyiqlər hər hansı bəhanə ilə davam edəcək. Hamımız yaxşı bilirik məsələ bu məqalələrdə deyil. Thunder Storm (müzakirə) 17:30, 15 sentyabr 2024 (UTC)
- @Verman1 zəhmət olmasa yazdığımı diqqətlə oxuyun burada Vikipediyanın fəaliyyətindən deyil Vikipediyaçıların həyatından söhbət gedir. Yenidən yaradılıb silinsə sabahı günü kim nə bilir ki yolda gedərkən başına nə iş gələcək ? Nə qədər həssas mövzu olduğunun fərqində deyilsiniz demək asandır kənardan - Endimon☯ (müzakirə) 15:02, 15 sentyabr 2024 (UTC)
- Əgər Vikipediya hansısa ictimai qınaq əsasında fəaliyyət göstərəcəksə onun azad və müstəqil olması şübhə altında olacaq. Məqalələrin lap əvvəldən yaradılması səhv addım idi, indi həmin səhv qərarların əziyyətini çəkirik. Məqalələr silinməlidir bu və ya digər yolla, bunun başqa alternativi yoxdur. Thunder Storm (müzakirə) 13:22, 15 sentyabr 2024 (UTC)
- Endimon568 sözlərinə qatılıram. Əgər, qərar yazdığınız kimidir, çox qəribə bir qərardır. Və ümumiyyətlə aydındır ki, son bir neçə gün ərzində aparılan bu müzakirə bir şəxsin KİV kampaniyasının təsiri altındadır. Bu ciddi söhbət deyil. Məqalələri nə cür bərpa edəcəyik? Onların bir çoxu bərbad vəziyyətdə idi, təəssüf ki. Mən gördüyüm bəzilərində çox qısa mətin və cəmi bir istinad var idi. Həmin istinad isə işləmirdi və onun əvvəlki versiyası arxivləşməmişdi. Bunları necə bərpa etmək olar, başa düşmürəm. --Мурад 97 (müzakirə) 13:19, 15 sentyabr 2024 (UTC)
- @Sefer azeri ilə tamamilə razıyam. Çox düzgün qeyd etmisiz hər şeyi. samral müzakirə 15:14, 16 sentyabr 2024 (UTC)
- @Verman1 həqiqətən sizin yazdığınızı başa düşmürəm. Əgər məqalə silinəcəkdisə niyə yaradılırdı? Bərpa olunursa niyə silinsin ? Heçmi bu neçə gündə Vikipediyaçılara olunan ictima qınaq və təqiblər sizi narahat etmədi ? Necə rahatlıqla yaza bilirsiniz mərhələli silinsin deyə ? Endimon☯ (müzakirə) 10:53, 15 sentyabr 2024 (UTC)
- Məqalələrin bərpası yaxşı heç nə vəd etmir. Bərpa olunsa belə, sonradan mərhələli şəkildə silinməsi yaxşı olardı ki, hansısa təxribatçılar bundan öz şəxsi məqsədləri üçün istifadə edə bilməsinlər. Əsas təxribatçı Fərid Pərdəşünası isə yalnız məhkəmə yolu ilə cəzalandırmaq lazımdır.--Thunder Storm (müzakirə) 09:51, 15 sentyabr 2024 (UTC)
Vikimedia Fondunun Məxfilik Siyasəti Pozuntusu
[[2]] Fondun qaydalarını pozan üzvlərin gec olmadan blok olması lazımdır.
Qayda: * Vikipediadan kənar (Fond xaric) Heç vaxt məlumatları marketinq məqsədləri üçün paylaşmayın və satmayın və ya üçün üçüncü tərəflərlə bölüşməyin.
@Eldarado @Sortilegus @Cekli829
- Digər üzvlərin ölkə daxilində təhlükəsini bilə-bilə onları riskə atmaq və vikipedia-dan kənar müzakirələri vikipedia daxilində olan üzvlər ilə əlaqəlindirdikləri üçün daimi olaraq bloklanmalıdırlar. Həmçinin bunu fonda bildirdim istifadəçi adları, çıxışları ilə birlikdə.
@Gadir @Dr.Wiki54 @Nemoralis @Araz Yaquboglu @Sura Shukurlu @Samral @Solavirum @Turkmen və digər üzvlər məsələyə susmaq yerinə operativ müdaxilə etsinlər. Redivy (müzakirə) 15:16, 15 sentyabr 2024 (UTC)
- @Redivy, @Sura Shukurlunün adını boşuna teq etmə. Elə bilirsən təsadüf idi onun bu hadisələrdən cəmi 2-3 həftə əvvəl @Grenzsoldata müəllif hüquqları pozuntusu olan şəkilləri (SNF-də qərar və ümumi konsensus ola-ola) sildiyi üçün onu təhdid edib “sən nəyə xidmət edirsən?” deyə sorğulayırdı. Bundan da əvvəl Fərid Pərdəşünasın dostu eks Baskervilli VP:Ş-də, KM-də canla başla hər vəchlə müdafiə edirdi. İndi də susur. Niyə? Təsadüfdü bütün bunlar? Adi vaxtı SNS-də baltası əlindən düşməyən xanım inzibatçımız haradadı indi? samral müzakirə 03:28, 16 sentyabr 2024 (UTC)
- @Samral Bu vəziyyətə susanlar bu vəziyyəti yaşayacaqlar əmin ol çünki neytrallıq belə gəldi vikipedia qaydaları belə getdi deyə dil-dil ötənlər kimsə onları paylaşar nəm nəsə olar deyə çəkiliblər kənara. Redivy (müzakirə) 07:16, 16 sentyabr 2024 (UTC)
Bu qaydaya görə bloklananlar AzViki səviyyəsində yox, ümumi Vikimedia səviyyəsində bloklanır, başa düşdüyüm qədər. --Мурад 97 (müzakirə) 18:23, 15 sentyabr 2024 (UTC)
- @Мурад 97 Bəli qaydalar bunu tələb edir. Redivy (müzakirə) 19:17, 15 sentyabr 2024 (UTC)
- Redivy, mən vikipediyadan kənarda məlumat paylaşmışam? Anlamadım tam olaraq. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 00:39, 16 sentyabr 2024 (UTC)
- @Eldarado Sizin rolunuz həm inzibatçı həmdə bürokratdır kimi məsələdən agah olan kimi fonda məlumat verib məsləyə müdaxilə etmək və hər-hansı xoşagəlməz halın yaşanmaması üçün nəsə etmək əvəzinə digər üzvlərin təhlükəli vəzziyətə düşməsinə təkan olaraq digər adını çəkmək istəmədəyim şəxsə və onun kütləsinə ümumi açıqlama verməyinizdir,zatən bunuda facebook-da gördük. Redivy (müzakirə) 07:15, 16 sentyabr 2024 (UTC)
- Redivy, bu qeyd etdiyinizlə yuxarıda yazılanlarım bir əlaqəsini görmədim. Verdiyim açıqlama isə mətnindən də bəlli olur ki, xoşagəlməz müzakirənin səngiməsi yönündə yazılıb. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 23:21, 16 sentyabr 2024 (UTC)
- @Eldarado Sizin rolunuz həm inzibatçı həmdə bürokratdır kimi məsələdən agah olan kimi fonda məlumat verib məsləyə müdaxilə etmək və hər-hansı xoşagəlməz halın yaşanmaması üçün nəsə etmək əvəzinə digər üzvlərin təhlükəli vəzziyətə düşməsinə təkan olaraq digər adını çəkmək istəmədəyim şəxsə və onun kütləsinə ümumi açıqlama verməyinizdir,zatən bunuda facebook-da gördük. Redivy (müzakirə) 07:15, 16 sentyabr 2024 (UTC)
- Redivy, mən vikipediyadan kənarda məlumat paylaşmışam? Anlamadım tam olaraq. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 00:39, 16 sentyabr 2024 (UTC)
ArXiv-də endorsement (təsdiq) almaq üçün köməyə ehtiyacım var
Hörmətli Həmkarlar. Üzürlərimi qəbul edin ki məcburiyyət qarşısında qalaraq uzun müddət sonra vikipediyadan kənar mövzu açmış oldum. Mən informatika və riyaziyyatda həlli hələ tapılmamış ən mühüm və çətin problemlərdən biri olmaqla Minilliyin problemlərindən biri olan P=NP probleminə yeni bir həll tapmış və eyni zamanda Cook-Levin Teoremi və Boolean satisfiability problemlərinin düzgünlüyünün yenidən dəyərləndirilməsi ilə bağlı tədqiqatlarımı yekunlaşdırmış və nəticələri Cornell Universiteti tərəfindən idarə olunan ArXiv-də yayımlamaq üçün akademik məqaləmə əlavə etmişəm. Bu səbəbdən məqalənin vaxt itirilmədən yayımlanması və müxtəlif ölkələrdə olan müstəqil informatik və riyaziyyatçılar tərəfindən tədqiq edilməsi lazımdır. Məqaləmi ArXiv-də, Computational Complexity (cs.CC) kateqoriyası altında təqdim edə bilmək üçün bir ArXiv istifadəçisi tərəfindən endorsement (təsdiq) almam lazımdır amma təsdiq alacağım ArXiv istifadəçisinin son 5 il ərzində aşağıda ki kateqoriyalardan hər hansı biri üzrə ən az 3 məqaləsi olması lazımdır. Bilirəm ki Azərbaycanda müəyyən universitetlərdə bəzi tələbə və ya elmi işçilərin ArXiv hesabları var. Hansı vikipediya istifadəçisi olduğunu xatırlamıram amma istifadəçilərdən kimdəsə daha əvvəl ORCID iD hesabı olduğunu görmüşdüm ORCID hesabı olan birinin ya özünün ya da tanıdığı başqa birinin yüksək ehtimalla ArXiv hesabı olmalıdır düşüncəsiylə vikipediyada bununla bağlı mövzu açmaq məcburiyyətində qaldım. Əgər siz və ya tanıdığınız başqa birinin ArXiv-də hesabı varsa və məni təsdiq edə biləcək bir mövqedədirsə, təsdiq kodunu sizə göndərə bilərəm məni təsdiqləyə bilməyiniz üçün. Araşdırmalarım informatika və riyaziyyat elmlərininin təməl nəzəriyyələrini dərindən sarsıdacaq potensialdadır. Məsələnin ciddiliyini nəzərə alaraq xahiş edirəm əlinizdən gələn köməkliyi edin mənə. https://arxiv.org/ Hesabımı təsdiqləyəcək ArXiv istifadəçisinin sadəcə bu kateqoriyalar üzrə son 5 ildə ən az 3 məqaləsi olması lazımdır: cs.AI, cs.AR, cs.CC, cs.CE, cs.CG, cs.CL, cs.CR, cs.CV, cs.CY, cs.DB, cs.DC, cs.DL, cs.DM, cs.DS, cs.ET, cs.FL, cs.GL, cs.GR, cs.GT, cs.HC, cs.IR, cs.IT, cs.LG, cs.LO, cs.MA, cs.MM, cs.MS, cs.NA, cs.NE, cs.NI, cs.OH, cs.OS, cs.PF, cs.PL, cs.RO, cs.SC, cs.SD, cs.SE, cs.SI or cs.SY. --Hörmətlə — Eric Moore 💬 05:48, 16 sentyabr 2024 (UTC)
- @Eric Moore Hi Sizə tam olaraq nə lazımdır, orcid.org hazır hesabı ya hesabı açmaq ? Redivy (müzakirə) 07:56, 16 sentyabr 2024 (UTC)
Mən başa düşə bilmirəm şəhid məlumatları niyə silindi və ya niyə bərpa edilmir? Ağıllı səbəb deyin biz də sizə inanaq 5.191.105.49 09:19, 16 sentyabr 2024 (UTC)
- @5.191.105.49 Müzakirələri qarışdırmısınız səhv etmirəmsə burada ORCİD ilə bağlı danışıq gedir. Redivy (müzakirə) 09:28, 16 sentyabr 2024 (UTC)
- Ümumiyyətlə, buranı mühafizəyə almaq lazımdır IP-lərdən, forum yerinə döndü. Hörmətlə, Qədir (müzakirə) 10:53, 16 sentyabr 2024 (UTC)
- @Gadir, razıyam. samral müzakirə 15:16, 16 sentyabr 2024 (UTC)
- Ümumiyyətlə, buranı mühafizəyə almaq lazımdır IP-lərdən, forum yerinə döndü. Hörmətlə, Qədir (müzakirə) 10:53, 16 sentyabr 2024 (UTC)
Vikipediya senzura yeri deyil və Vikipediya:Kuklalar siyasətlərinin qəbulu barədə
Salamlar. Bu yaxınlarda qəbul olunmuş Vikipediya senzura yeri deyil (səsvermə) və Vikipediya:Kuklalar (səsvermə) prinsiplərini sizlərin diqqətinə çatdırıram. Xeyirli-uğurlu olsun! Hörmətlə, Qədir (müzakirə) 09:54, 16 sentyabr 2024 (UTC)
- @Gadir Çoxuna tərs gələn qaydalardır :) amma ideal oldu. Redivy (müzakirə) 10:50, 16 sentyabr 2024 (UTC)
Request to redirect the "İsveç parlamenti" page to the "Riksdaq" page
Bu müzakirə Müzakirə:Riksdaq səhifəsinə köçürülmüşdür. Hörmətlə, Qədir (müzakirə) 10:15, 19 sentyabr 2024 (UTC)
Bu viki tezliklə müvəqqəti olaraq sadəcə oxuma rejiminə keçəcək
Bunu başqa bir dildə oxuyun • Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Wikimedia Foundation trafiki data mərkəzləri arasında dəyişdirəcək. Bu, Vikipediyanın və digər Vikimedia vikilərinin fəlakətdən sonra da onlayn qala biləcəyinə əmin olmaq üçündür.
Trafikin dəyişdiriləcəyi tarix 25 sentyabr. Sınaq saat 15:00 UTC başlayacaq
Təəssüf ki, MediaWiki-dəki bəzi məhdudiyyətlərə görə, köçürmə zamanı bütün redaktələr dayandırılmalıdır. Bu narahatlıq üçün üzr istəyirik və gələcəkdə onu minimuma endirmək üçün çalışırıq.
Bu proses başlamadan 30 dəqiqə əvvəl bütün vikilərdə bildiriş göstəriləcək. This banner will remain visible until the end of the operation.
Bütün vikilərini qısa müddətdə oxuya biləcək, ancaq redaktə edə bilməyəcəksiniz.
- Çərşənbə 25 sentyabr 2024 tarixindən 1 saat sonraya qədər redaktə edə bilməyəcəksiniz.
- Bu müddət ərzində redaktə və ya saxlamağa çalışsanız, xəta mesajı görəcəksiniz. Ümid edirik ki, bu vaxt ərzində heç bir redaktə itirilməyəcək, amma buna zəmanət verə bilmərik. Əgər xəta mesajı görürsünüzsə, xahiş edirik hər şey normal olana qədər gözləyin. Bundan sonra redaktənizi yaddaşda saxlaya bilməlisiniz. Bununla belə, ehtiyat tədbiri olaraq, dəyişikliklərinizi vaxtından əvvəl nüsxələməyinizi tövsiyə edirik.
Digər təsirləri:
- Arxa plandakı işlər daha yavaş işləyəcək və bəziləri ləğv oluna bilər. Qırmızı bağlantılar normal şəkildə tez yenilənməyə bilər. Əgər başqa bir yerdə artıq keçid verən məqalə yaratsanız, link normaldan daha uzun müddət qırmızı qalacaq. Uzun müddət davam edən bəzi skriptlərin dayandırılması lazımdır.
- Normal həftələrdə olduğu kimi, kod yeniləmələrinin edilməsini gözləyirik. Bununla belə, bəzi hallarda əməliyyatlar tərəfindən tələb olunan kodun dondurulması əvvəlcədən müəyyən edilmiş vaxtda edilə bilər.
- * GitLab təxminən 90 dəqiqə ərzində əlçatmaz olacaq.
Lazım gələrsə, bu layihə təxirə salına bilər. Planlamanı wikitech.wikimedia.org saytında oxuya bilərsiniz. İstənilən dəyişiklik elan ediləcək.
Zəhmət olmasa bu məlumatı icmanızla paylaşın.Vəfat etmiş şəxslər
Salam. Vəfat etmiş şəxslərin şəkillərini hansı şərtlər atlında lokala yükləmək olar? Bunu Vikipediya:Yükləmə müraciətlərində də qeyd etmək lazımdı. — Bikar müzakirə 09:41, 22 sentyabr 2024 (UTC)
- Ədalətli istifadə şərtləri çərçivəsində. Əlavə olaraq, müəllif hüquqları ona aid olan şəxs azad fayl kimi də yükləyə bilər (Vikianbara yükləməsi məsləhətdir). Hörmətlə, Qədir (müzakirə) 10:54, 22 sentyabr 2024 (UTC)
Crepusculum-un qeyri-müəyyən müddətə bloklanması
Bu müzakirə Vikipediya:Şikayətlər#Crepusculum-un qeyri-müəyyən müddətə bloklanması səhifəsinə köçürülmüşdür. Hörmətlə, Qədir (müzakirə) 17:32, 22 sentyabr 2024 (UTC)
Vikipediya məcburiyyət deyil
Salam. Zəhmət olmasa bu səsvermədə iştirak edin, qısa bir prinsipdir (2-3 cümlə), qəbul edək. Hörmətlə, Qədir (müzakirə) 17:56, 24 sentyabr 2024 (UTC)
Ayrıca kateqoriya
Salam. Soruşmaq istəyirəm ki, Vətən Müharibəsi Qəhrəmanları və Azərbaycanın Milli Qəhrəmanlarının faylları üçün ayrıca kateqoriyalara ehtiyac varmı yoxsa elə hərbçilərə aid kateqoriyaya salmaq kifayət edərmi? Onda belə çıxır, hər orden alanı da müvafiq kateqoriyaya əlavə edək? Məsələn, "Qarabağ" ordeni alanlar və "Zəfər" ordeni alanlar. Hörmətlə, Qədir (müzakirə) 20:02, 24 sentyabr 2024 (UTC)
- Hamısının ayrıca kateqoriyası varda. Anlamadım Atakhanli (müzakirə) 20:12, 24 sentyabr 2024 (UTC)
- Medallar üçüb ayrıca kateqoriyalar var?? Şəxslər üçün məqalə yox, fayl kateqoriyalarını deyirəm. Kateqoriya:Hərbçilərin şəkilləri kimi. Yanlış anladız məncə. Hörmətlə, Qədir (müzakirə) 20:23, 24 sentyabr 2024 (UTC)
- Birinci hə, elə bildim məqalənin özün deyirsiz. Amma Medal lentini deyirsiz? Commonsdadırlarda onlar onsuz. Nümunə verə bilərsiz? Atakhanli (müzakirə) 20:28, 24 sentyabr 2024 (UTC)
- Söhbətin medal faylları ilə əlaqəsi yoxdur, söhbət medal, ad, rütbə alan şəxslərdən gedir. Məsələn, Kateqoriya:Azərbaycan Milli Qəhrəmanlarının şəkilləri. Belə baxanda əsas kateqoriyada alt kimi vermək də olar. Yəni bunun kimi, ""X" ordeni laureatları" kateqoriyası da medallarda da alt kateqoriya kimi lazımdır? Həmçinin rütbələr. Azərbaycana xas kateqoriyalardansa ümumi kateqoriyalara əlavə etmək hardasa başadüşülən olar yenə (məsələn, "Azərbaycan generallarının şəkilləri" yox, "Generalların şəkilləri"). Uzağı VMQ və AMQ üçün ola bilər, o da ehtiyac varmı deyə soruşuram. Hörmətlə, Qədir (müzakirə) 20:38, 24 sentyabr 2024 (UTC)
- Birinci hə, elə bildim məqalənin özün deyirsiz. Amma Medal lentini deyirsiz? Commonsdadırlarda onlar onsuz. Nümunə verə bilərsiz? Atakhanli (müzakirə) 20:28, 24 sentyabr 2024 (UTC)
- Medallar üçüb ayrıca kateqoriyalar var?? Şəxslər üçün məqalə yox, fayl kateqoriyalarını deyirəm. Kateqoriya:Hərbçilərin şəkilləri kimi. Yanlış anladız məncə. Hörmətlə, Qədir (müzakirə) 20:23, 24 sentyabr 2024 (UTC)
'Wikidata item' link is moving. Find out where...
Hello everyone, a small change will soon be coming to the user-interface of your Wikimedia project. The Wikidata item sitelink currently found under the General section of the Tools sidebar menu will move into the In Other Projects section.
We would like the Wiki communities feedback so please let us know or ask questions on the Discussion page before we enable the change which can take place October 4 2024, circa 15:00 UTC+2.
More information can be found on the project page.
We welcome your feedback and questions.
MediaWiki message delivery (müzakirə) 18:57, 27 sentyabr 2024 (UTC)
İkinci Qarabağ müharibəsinin ildönümü
Azərbaycan ərazisinin işğal altında olan böyük hissəsinin işğaldan azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsinin 4-cü ildönümü münasibətilə vikipediyaçı həmkarlarımı təbrik edirəm. Həmin müharibədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlağı diləyirəm. Yaşasın bütöv, suveren Azərbaycan!--Sortilegus (müzakirə) 14:15, 28 sentyabr 2024 (UTC)
- Təbrik, kədər və sevinclərimi bütün icma ilə paylaşıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! ✊ Hörmətlə, Qədir (müzakirə) 14:40, 28 sentyabr 2024 (UTC)
- Allah rəhmət etsin, ümid edirəm bir də yaşamarıq belə çətin günləri. Mənim iki yaxın dostum şəhid olmuşdu, bir yaxın qohumum isə iştirak edirdi, hansı ki, bitəndən sonra öyrənmişdik. --► Hörmətlə: SolaVirum 14:56, 28 sentyabr 2024 (UTC)
- Mən bir şəhid ailəsi kimi məndə bu sözlərə qoşuluram. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Qəbirləri nurla dolsun. Allah qazilərimizə şəfa versin. Allah veteranlarımıza can sağlığı versin. Yaşasın Azərbaycan Ordusu. Qarabağ Azərbaycandır! Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 15:21, 28 sentyabr 2024 (UTC)
- Allah rəhmət etsin, ümid edirəm bir də yaşamarıq belə çətin günləri. Mənim iki yaxın dostum şəhid olmuşdu, bir yaxın qohumum isə iştirak edirdi, hansı ki, bitəndən sonra öyrənmişdik. --► Hörmətlə: SolaVirum 14:56, 28 sentyabr 2024 (UTC)
- 4 il nə tez ötdü... Zaman sürətlə ötür. Grenzsoldat 16:40, 28 sentyabr 2024 (UTC)
"Wikimedia CEE Meeting 2024"də iştirak haqqında
Hörmətli həmkarlar. Sizə iştirak etdiyimiz Mərkəzi və Şərqi Avropa ölkələrinin Vikimediya toplantısı haqqında hesabat xarakterli kiçik məlumat vermək istəyirəm. Bildiyiniz kimi bu il CEEM-də ölkəmiz (istifadəçi qrupumuz) 3 nəfərlik nümayəndə heyəti ilə təmsil olundu. Mən həmişə icmamız üçün bu tədbiri digər tədbirlərdən daha üstün hesab edirəm. Çünki burada iştirak edən icmalar, istər problemlər, istərsə də boşluqlar baxımından bizim icmaya daha yaxın icmalardırlar. Hətda bəzən elə mövzulara toxunulur ki, sanki AzViki haqqında danışılır. Yəni bir sözlə ortaq mövzu və problemlər çoxdur və onların həll yollarını bu tədbir vasitəsi ilə öyrənmək mümkündür. CEEM-də qazanılmış təcrübələrin zamanla icmamıza gətirilməsini çox vacib amil hesab edirəm. Bu səbəbdən aktiv istifadəçilərimizin gələn il Yunanıstanın Saloniki şəhərində keçiriləcək növbəti CEE toplantısına qatılmaları üçün ciddi cəhd göstərmələrini tövsiyyə edirəm.
Bu ilki toplantıya gəldikdə ilk öncə tədbirin keçirildiyi yer, tarixi baxımından çox önəmli bir yer idi və oradan eşitdiyim məlumata görə səhv etmirəmsə ilk dəfə CEE tədbiri açıq hava şəraitində keçirilirdi. Bu, tədbirə xüsusi maraq qatırdı.
Mənə görə tədbirin öyrənmə günü, Asaf Bartovun Vikimediya hərəkatı haqqında verdiyi qısa məlumat demək olar ki, bizim icma üçün heç də qısa sayılmazdı. Kaş ki, icmamızın bütün üzvləri bu məlumatı eşidə biləydi. Tədbirin ilk günü 4 təlim diqqətimi çəksə də iki mövzu mənə görə Vikipediya üçün çox ciddi və vacib mövzular idi: birincisi Natalia Ćwik, Marios Magioladitisin təqdimatında Süni intellekt dövründə Vikimedianın gələcəyi və Asaf Bartovun təqdimatında Silahlandırılmış süni intellektə qarşı vikilərimizi müdafiə edirik (tərcümədə səhvə yol verə bilərəm) mövzuları idi. Asaf Bartovun təqdimatının PDF versiyası mövcuddur və hər kəsin bu mövzuyla mütləq tanış olmasını tövsiyyə edərdim. Nəticə etibarı ilə süni intellektin vikipediyaya təsiri qaçılmaz görünür amma düzgün istifadə möhtəşəm nəticələr verə bilər.
İkinci gün ən çox marağımı çəkən təlimlərdən biri Tomasz Wszeborowskinin Polşa Vikipediyasının admin dəstəyi proqramı təqdimatı idi. Bu təqdimatın da PDF versiyası var və inzibatçılarımızın gözdən keçirməyində fayda olacaq. Digər mövzu isə Marios Magioladitisin çoxlarımıza tanış olan AutoWikiBrowser təqdimatı oldu. Buradan da öyrənəcəyimiz çox şeyin olduğunu düşünürəm. Təqdimatçıya verilmiş "AWB istifadəsi üçün müləq bot hesabının olması vacibdirmi?" sualı və onun qısaca "yox" cavabı verməsi də məndə bir az rahatlıq yaratmışdı. Çünki mən bəzi əməliyyatların bot hesabı ilə edilməsini daha məqsədə uyğun sayırdım. Daha sonra bu və bu ən maraqlı təlimlərdən sayıla bilərdi.
Tədbirə getməmişdən öncə mən və Firuza belə bir qərar vermişdik ki, fərqli təlimlərdə iştirak etsək həmin təlim haqqında bir-birimizə ətraflı məlumatlar verək. Düşünürəm ki, bu çox effektiv oldu və bunun sayəsində demək olar qatılmadığımız təlim qalmadı. Son olaraq bir daha bütün aktiv istifadəçiləri bu kimi təlimlərdə iştirak etmək üçün ciddi səy göstərməyə səsləyirəm. Və tədbirlər sonrası aktiv istifadəçilərlə vikigörüşlərin keçirilməsini vacib hesab edirəm. Diqqətiniz üçün çox sağ olun. Hər kəsə fəaliyyətlərində uğurlar. Hörmətlə, Patriot Kor (müzakirə) 19:39, 28 sentyabr 2024 (UTC)
- İştirakınız üçün hər birinizə təşəkkürlər. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:59, 28 sentyabr 2024 (UTC)
- Təşəkkürlər, uğur olsun. --► Hörmətlə: SolaVirum 23:59, 28 sentyabr 2024 (UTC)
- Təcrübələrinizi paylaşdığınız üçün təşəkkürlər. Uğurlar. Hörmətlə, Qədir (müzakirə) 11:21, 29 sentyabr 2024 (UTC)
- Təşəkkürlər, uğur olsun. --► Hörmətlə: SolaVirum 23:59, 28 sentyabr 2024 (UTC)
- Həm iştirakınıza görə həm də ətraflı məlumata görə təşəkkür edirəm! Rəcəb Yaxşı (müzakirə) 10:21, 30 sentyabr 2024 (UTC)
Statuslu məqalələrlə bağlı
Salam. Təklif edirəm ki, ana səhifəyə çıxarılan məqalələrin məzmununda paraqraflara bölməyək və mümkün olduğu təqdirdə 2k bayta qədər məzmun əlavə edək. Digər tərəfdən, mən bu səhifələri uzun müddət üzrə yaratmağı planlayıram, bu barədə də fikirləriniz maraqlıdır. Digər bir məsələ isə, məqalə adlarının ana səhifə və status namizədliyi üçün yaradılan qiymətləndirmə səhifəsi ilə yanaşı, statusla əlaqəli digər bütün səhifələrdə də tam verilməsinin təmin olunmasıdır; mötərizə (dəqiqləşdirmə), kursiv, dırnaq və s. Ad necə varsa elə veriləcək. Fikirləriniz maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 07:39, 30 sentyabr 2024 (UTC)
- Salam, ümumiyyətlə Ana səhifəyə 1 il intervalında köhnə statuslu məqalələri əlavə etmək fikriniz doğru deyil. Ola bilər ki, başqa bir istifadəçi həmin məqalələrdən birinin statusunun alınması üçün müraciət edər və status alındıqdan sonra Ana səhifəyə çıxarılar. Yaxud güncəl məqalə əlavə etmək lazım gələr və məcbur onu 1 il sonraya əlavə edərik. Təbii ki, aktual hadisə ilə bağlı məqalə 1 ildən sonra öz əhəmiyyətini itirəcək. Beləliklə, nəzarət etməkdə problem yaranacaq. İkincisi Ana səhifənin indiki veb versiya interfeysinə görə sütunlar yan-yana olmalıdır (həmçinin digər layihələrdə də belədir). Məqalələri bolməzmunlu etdikdə isə bu sütunların biri aşağıda, digəri yuxarıda olacaq. Həmçinin bu müzakirəni artıq işlərinizə qarışıb etiraz etməyimdən sonra açmağınız təəssüf doğurur. Layihə könüllü olsa da icma ümumidir, müzakirə açıb qərar verməmiş özfəaliyyətlə məşğul olmaq doğru deyil. Turkmen müzakirə 08:07, 30 sentyabr 2024 (UTC)
- @Turkmen, düzü, xoşniyyətlə etmişdim, amma düz deyirsiniz. Yenə də müəyyən bir vaxtı öncədən təşkil etmək lazımdır. Envikidə bir neçə ayı (deyəsən 3) öncədən hazır edirlər, biz də 3 ayı öncədən hazır edə bilərik, yəni bu 3 ay həmişə hazır olacaq. Özü də bizdə həftəyə görədir deyə, bu, edir təxminən 14 məqalə. Məzmundan asılı olmayaraq paraqraflara bölməyə ehtiyac olmadığını düşünürəm. Siz dediyiniz kimi sütunlar düz olanda şəkil mətndən böyük olur. Amma bu barədə ana səhifədə dəyişiklik aparmağımız lazımdır, görünür ki. Hörmətlə, Qədir (müzakirə) 11:52, 30 sentyabr 2024 (UTC)
Həsənov qardaşlarının evi
Xoş gördük həmkarlar. "Viki Abidələri Sevir" layihəsi üçün "Həsənov qardaşlarının evi"nin şəkillərini çəkib Vikianbara yükləmişəm. Amma abidənin inventar nömrəsini müəyyən edə bilmirəm. Abidə Cəfərov qardaşları küçəsində yerləşir. Lakin abidələr siyahısında siyahıda bu küçədə heç bir abidə qeyd olunmayıb. Küçənin keçmiş adları 3-cü Köndələn və Qafur Məmmədov olub. Bu adlarla da nəsə tapa bilmirəm. Binanın üstündə inventar nömrəsini göstərən lövhə də yox idi. Bu mövzuda təcrübəli olan istifadəçilər kömək etsələr sevinərəm.
@Interfase, @Sefer azeri, @Nemoralis. Rəcəb Yaxşı (müzakirə) 12:00, 30 sentyabr 2024 (UTC)
- Normalda üzərində Mədəniyyət Nazirliyinin lövhəsi olur. Yoxdursa yəqin ki, heç əlavə edilməyib. Nemoralis (müzakirə) 12:06, 30 sentyabr 2024 (UTC)
- Bu binanın çox güman ki, inventar nomrəsi heç yoxdur. Ancaq niyə bu binanı "Sadıqov qardaşlarının evi" adlandırırsız? Sadıqov qardaşlarının evi budur axı. Həmdəki binanın üzərində "Həsənov qardaşlarının" yazılıb[3] Interfase (müzakirə) 12:20, 30 sentyabr 2024 (UTC)
- Şəkillər çox idi deyə səhvən elə yazmışam. Düz yazmısız bu Həsənov qardaşlarının evidir. Çox sağ olun yazdığınıza görə. Kateqoriya və Vikidatada düzəltdim. Qaldı şəkillərin adları. Rəcəb Yaxşı (müzakirə) 13:04, 30 sentyabr 2024 (UTC)
- @Rəcəb Yaxşı, salam. Adlarını dəyişə bilərəm. Addəyişmə üçün müraciət edib 1-ci punktu seçin: "Criterion 1 (At the original uploader’s request)", sonra xəbər edin. Müraciət elə addəyişmə punktu ilə eyni yerdədir. Turkmen müzakirə 13:11, 30 sentyabr 2024 (UTC)
- Var olun. Biri ilə bağlı eyni birinci punktla sorğu verdim. Hər biri haqqında sorğu verməliyəm ya biri bəsdir? Rəcəb Yaxşı (müzakirə) 13:12, 30 sentyabr 2024 (UTC)
- @Rəcəb Yaxşı, yox, hər biri haqqında ayrı sorğu olmalıdır. Turkmen müzakirə 13:15, 30 sentyabr 2024 (UTC)
- Yaxşı bu dəqiqə edirəm. Çox sağ olun. Rəcəb Yaxşı (müzakirə) 13:16, 30 sentyabr 2024 (UTC)
- @Rəcəb Yaxşı, dəyməz, 1-ni həll etdim artıq. Turkmen müzakirə 13:18, 30 sentyabr 2024 (UTC)
- həmin şəkillər panaromik azadlıq səbəbilə silinmir ki? --► Hörmətlə: SolaVirum 16:16, 30 sentyabr 2024 (UTC)
- Əgər memarın ölümündən 70 il keçibsə - yox. Əgər memar bilinmirsə, və bina 70 il bundan öncə inşa edilibsə - yox. Əgər binanın nə memarı nə də ki təxmini inşa tarixi bilinmirsə, onda silinə bilər. Interfase (müzakirə) 05:49, 1 oktyabr 2024 (UTC)
- Binanın üzərində ki ad (Бр. Гасановыхъ) köhnə rus əlifbası ilə yazılıb deyənə, belə ehtimal etmək olar ki, bina 1918-ci ilə qədər inşa edilib. Ancaq bu bir ehtimaldır... Interfase (müzakirə) 05:56, 1 oktyabr 2024 (UTC)