Vikipediya Kend Meydani Arxiv Yanvar 2012 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Təbrik!
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə təbrik etməklə yanaşı hamınıza xoş gələcək arzulayıram!
- →Vago ms 14:54, 30 dekabr 2011 (UTC)
- Təbriklərə qoşuluram və ən xoş arzularımı bildirirəm.--Acategory 15:45, 30 dekabr 2011 (UTC)
- Təbriklərə məndə qoşuluram. 2011-ci il Azviki üçün uğurlu il oldu. Ən azından sürətlə inkişaf etdik. Ümüd edirəm ki, 2012-ci ildə bu il əldə etdikləmizin, iki qatını əldə edərik. Əgər belə olsa, azvikidə əsil irəliləyiş yaşanaçaq. Hörmətlə--Baskervill 16:41, 30 dekabr 2011 (UTC)
- Mən də bütün AzViki istifadəçilərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Yeni ildə işlərinizdə uğurlar arzulayıram. Vikipediyamızın növbəti ildə daha böyük müvəffəqiyyətlə inkişaf edəcəyinə ümid edirəm. Hörmətlə --Babək Akifoğlu 16:45, 30 dekabr 2011 (UTC)
- Mən də bütün deyilən xoş sözlərə qoşuluram və bütün həmkarlarımı hər iki bayram münasibətilə təbrik edirəm. Doğrudan da 2011-ci ildə çoxlu uğurlar qazandıq. Bunlar hamısı indi sayı 20-25-ə çatan bizim dəyərli fəal vikipediyaçı həmkarlarımızın fəaliyyəti sayəsində mümkün oldu. Çoxlu bəzən lazımlı, bəzən lazımsız müzakirələrə, mübahisələrə vaxt da sərf etdik, küsdük də, barışdıq da:) Müzakirəsiz, mübahisəsiz inkişaf yoxdur. Bunlar da olmalıdır. Ən əsası heç birimiz içimizdəki azviki sevgisini itirmədik, əksinə, bəlkə də bu gün dəyəri o qədər də anlaşılmayan, amma gələcəkdə nə boyda böyük bir iş olduğu mütləq görünəcək bir ensiklopediyanın zənginləşməsi üçün çalışdıq. Məqsədlərimizin, hədəflərimizin hamısına nail ola bilmədik. Bunu deməkdən çəkinmək lazım deyil. Bir sıra texniki, yaradıcı problemləri 2011-dən 2012-yə ötürürük. Amma vikipediyada fəaliyyət stajı "qədim" olan həmkarlarım yəqin ki, indi yazacaqlarımı təsdiqləyərlər - 2011-ci il azviki fəaliyyətə başlayan dövrdən onun tarixində ən uğurlu il oldu. Təxminən 4 il bundan qabaq mən burda fəaliyyətə başlayanda "son dəyişikliklər" səhifəsində hər gün yalnız 3-4 istifadəçinin istifadəçi adı qeyd olunurdu. Olurdu ki, gün ərzində indi təkcə anonim istifadəçilərin gün ərzində etdikləri redaktələr qədər redaktə sayı görünürdü. Bu gün artıq tək anonim istifadəçilərin fəaliyyətinə nəzarət etmək artıq 1 idarəçinin işi deyil və fəal istifadəçilər bu işdə idarəçilərə kömək edirlər. 2012-ci il isə hətta 2011-ci illə də müqayisədə ikiqat uğurlu il olacaq. Bunu mən boş söz demək xətrinə demirəm, buna əminəm. Elə bilin ki, mən öz proqnozumu verdim:) Hamınıza sevgi və sayğılarla:--Sortilegus 20:20, 30 dekabr 2011 (UTC)
Mən də həmkarlarımın təbriklərinə qoşulur, hər bir kəsə həyatda və fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Ümid edirəm ki, gələcək uğurlarımız bundan qat-qat yüksək səviyyədə olacaq. Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Hörmətlə: -- ■ Sultan mesaj 09:09, 31 dekabr 2011 (UTC)
- Təbriklərə qoşuluram və hamıya uğurlu, xoş gələcək diləyirəm.Hörmətlə--Orartu 09:31, 31 dekabr 2011 (UTC).
- Dostlar, yeni ildə hamıya uğurlar arzu edirəm! :) -- Pərviz 11:01, 31 dekabr 2011 (UTC)
- Keçən ildə bütün Azvikilə bərabər, Azvikinin ərəb əlifbalı bölümüdə xeyli sürətnən irəlilədi. Demək olarki bu fəallaşma bütün Azvikinin irəliləşməsindədə böyük rolu oldu. Minlərcə məqalə yarandı, geniləşdi və şablonlaar düzəldildi, kateqoriyakar yarandi və hamısından önəmli bir grup çalışqan vikiçi əmələ gəldi ki hər gün ardıcəl surətdə ərəb əlifbalı bölümdə redaktə etməklə məşqul olurdular. Bu məsələ bais olurdu ki biz favikidən incimiş istifadəçiləridə özümüzə tərəf çəkə bilək. Təəssüflərlə bu irəliliş önündə bəzi daşlar atıldi, qurduğumuz yurd-yuva dağıldı və ərəb əlifbalı bölüm böyük zərbələr gördü.
- Azvikidəki yaşadığım acı-şirin xatirələr davam etməkdədir. Keçən il 2.000.000 redaktəni geridə qoyduq, yeni ildə daha böyük nailiyyətlər əldə etməliyik. Bununla bərabər gerçək dünyamızdada hamınıza uğurlar diləyirəm. Qarabağla bərabər Güney Azərbaycanın azadlığın bu ildə görmək umuduyla yeni ilə giririk. Yaşasın Azərbaycan - Yaşasın Azviki. --Əmir İbrahimi *danışıq* 12:02, 31 dekabr 2011 (UTC)
- Bu arada dərinlik göstəricisi, 22 oldu.--Baskervill 11:41, 1 yanvar 2012 (UTC)
Cox heyif ki
[1] silmək istəyirlər bəlkəm nəsə etmək olar--MrArifnajafov 15:45, 1 yanvar 2012 (UTC)
Bu şəkillərin silinməsinin qarşısını ala biləcəyimizi zənn etmirəm. Amma məncə bu şəkilləri başqa yolla kommonsda saxlaya bilərik. Bu barədə daha ətraflı e-mailinizə yazmışam. --►Safir yüzüklü Ceklimesaj 08:26, 5 yanvar 2012 (UTC)
- emailim dəyişib: bu aktualdır: [email protected]MrArifnajafov 08:59, 5 yanvar 2012 (UTC)
- --►Safir yüzüklü Ceklimesaj 10:32, 5 yanvar 2012 (UTC)
Murad
Blokun aradan qaldırılmasını tələb edirəm!!!
Bu nə deməkdir? İstifadəçiyə deyilən sözlərə baxın bir, mən sizə inanmıram, 14 yaşlı bir uşağın leksikonundakı sözlər deyil, sizin əsl yaşınız necədir?... BU nə suallardı!?... Bu suaları verən birinci növbədə blok olunmalıdı! Səbəbləri:
1. İstifadəçiyə qarşı səbəbsiz olaraq yersiz sualların verilməsi
2. İstifadəçinin yalan demə iddiası!
3. Yaşlar arasında fərq qoyulması!
P.S: Böyüklər özünü belə ağıllı sanırlar? 17 yaşında Castin Biber dünyada ən varlı milyoner gəncdi... Davama ehtiyac yoxdu --Robert Langdon 22:02, 2 yanvar 2012 (UTC)
- Mən Azvikinin bütün idarəcilərinə müraciət edirəm. Zəhmət olmasa Muradın blokunu ləğv edin. Onun fəaliyyəti azviki üçün önəmlidir. Onsuzda sayımız azdır, axı biz niyə ürəyində viki sevgisi olan şəxsi, göz-görə digər vikipediyaya göndərməliyik? Səhvlər hamıda olur, əgər səhvlərə qalsa, gərək burada olanların (içi mən qarışıq) yarısı bloklansın. Xüsusəndə Hörmətli Acategoryni bu məsələyə bir daha baxmağa dəvət edirəm. Hörmətlə--Baskervill 12:11, 4 yanvar 2012 (UTC)
Təklif edirəm ki, Muradın blokunun acılmasını istəyənlər, aşağıda imza atsın.
Baskervillin müraciətini nəzərə alaraq məsələyə yenidən qayıdıram.
Fəaliyyəti oktyabr 2011-ci ildə 1 il müddətinə bloklanmış Murad97 adlı istifadəçinin məsələsi ümumi şəkildə götürəndə azərbaycan vikipediyasının inkişafından doğan məsələdir. Bir tərəfdən kollektivə öyrənmək və öyrətmək istəyən istifadəçilərlər gəlirlər, digər tərəfdən isə hələ də ümumi qaydaların vacibliyini qəbul etməyən istifadəçilər də olur. Bunlardan bir qismi tədricən qaydaları qəbul edirlər. Digər qismi ilə isə bizlər uzaqlaşırıq. Murad97 məsləsi isə bir qədər fərqlidir.
İstifadəçi Murad97-nin bloklanması mənim üçün asan olmadı. O müəyyən intellekti və müəyyən elmi hazırlığı olan bir istifadəçi idi. Kollektivdə də tez-tez müzakirələrdə iştirakı ilə tanınırdı. Ancaq onun birinci qüsuru ondadır ki, o azərbaycan dilli vikipediyada faəliyyətinə baxmayaraq, azərbaycan dilini çox zəif bilir. İçərimizdə dili tam və mükəmməl bilməyənlər yenə də vardır. Ancaq onlardan fərqli olaraq Nurad97 azərbaycan dilini öyrənmək və təkmilləşdirmək istəmirdi və bu barədə tövsiyələrə əhəmiyyət vermirdi. Şəxsən mənim ona bu barədə dəfələrlə təkidli müraciətlərim olmuşdu.
İkinci. O Vikipediyada hamı üşün məcburi olan vahid qaydalara tabe olmaq istəmirdi. Bu barədə ona dəfələrlə bildirilib, o bunları nəzərə almaqdan imtina edirdi. Məsələn, o kollektivin qəti etirazına baxmayaraq kiril əlifbası ilə məqalə yaradcığını elan edirdi. Digər dil səhifələrində bu iddiaya görə istifadəçi ömürlük bloklana bilir.
Üçüncü. O azərbaycan dilini bilmədiyinə görə rus dilində adi səslənən sözləri mexaniki tərcümə ilə azərbaycan dilində yazırdı, bu isə bir çox hallarda təhqir və kobudluq kimi səslənirdi. Məsələn, "sən məni güldürürsən", "başa düşmürsən ?" və s.
Dördüncü. Murad97 iddia edirdi ki, "Xətai " metrostansoyasında indinin özündə kirilcə çap edilən azərbaycan dilli kitablar satılır. Özüm yoxladım, məlum oldu ki, düz danışmır. Ancaq o üzr istəmək əvəzinə hamını günahkar çıxartmağa başladı. Və ya digər misal. Mən o dövrdə ona "bilirsinizmi" şablonun yeni səhifəsini hazırlamağı xahiş etdim. İmtina etdi. Sonra isə məni onun yaratdığını dağıtmaqda ittiham etdi.
Beşinci. Öz düşündüyünü hamıya zorla qəbul etdirməyə çalışırdı , bu alınmadıqda isə hamının əsəbləri ilə oynayırdı.
Altıncı. Tez-tez digər istuifadəçiləri təhdid etməyi sevirdi. Mən ondan doğrudan da 14 yaşı olduğunu soruşdum, fikirlərinin 14 yaşa uyğun omadığını bildirdim, yazışmamız oldu. Sonradan o bu yazışma ilə məni təhdid etməyə başladı. O azərbaycan dilini bilmədiyinə görə təhdidin nə olduğunu da yəqin ki, bilmir.
Bu səbəblərin sayını artırmaq olar. Hamısının bir səbəbi var: Murad97 uşaqdır. O yetkin deyil, uşaqdır. Onun xasiyyətində isə hələki dəcəllik, fantaziya və inadkarlkıq vardır. Bu isə 1 həftəlik, 1 aylq blok ilə düzəlmir. O böyüməlidir. Bunun üçün də mən 1 iillk blok seçdim. Ümüd edirəm ki, o 15 yaşında ümumi qaydalarla və kollektiv rəyi nəzərə almaqla fəaliyyət göstərməyin vacibliyin anlayacaq.
Onun rus səhifəsində bu günlərdə yazışmasına baxdım. Vasilyev adlı rus idarəçisinə "умольяю Bас" ("yalvarııram sizə") yazır. Bizim vikipediyada etinasızlığı , hökmlülüyü sərhəd tanımırdı, digər dildə isə yalvarır. Həmçinin qeyd edim ki, rus səhifəsinin özündə xarakterinə və qaydalara riayət etmədiyinə görə bir neçə dəfə bloklanmış və xəbərdarlıqlar almışdır.
Onun xasiyyətində və davranışında dəyişikliklərin olduğuna və vikipediyada məhz məqalə zənginləşdirilməsi ilə məşğul olacagına hələ zəmanət görmürəm. --Acategory 18:19, 4 yanvar 2012 (UTC)
Hörmətləi Acategory, İki şeydə sizi haqsız sayıram.
İstifadəçinin azər dilini yaxşı bilib bilməməsi öz problemidir, bizim ixtiyarımız yoxdur onu bu dili dərinliyinə kimi öyrənməyi məcbur edək. Ona qalsa bizim təhsildə elə uşaqlar var ki, nəinki rus dilini, həmçinin öz dilində öz adını belə yaza bilmir, onda nə edək?!... Onları təhsuildən uzaqlaşdıraq?
2ci. Heç kimə uşaqdır demək lazım deyil! Bu alçaldıcıdır!
Düşünün bu barədə. --Robert Langdon 19:33, 5 yanvar 2012 (UTC)
- Birinci dəfədir uşağa uşaq deməyin alçaldıcı olduğunu eşidirəm.
- Azərbaycan dilində fəaliyyət göstərən istifadəçi azərbaycan dilini bilməlidir.--Acategory 19:38, 5 yanvar 2012 (UTC)
Ağıl yaşda deyil başdadı. Hanı? Göstərin mənə bu ensklopediyada 18-36 yaşarası adamları. Yaşına görə qiymət qoyub kiməsə uşaq demək düzgün deyil! bu kəlimə düzgün kəlimə deyil. Heç kimi məcbur edə bilmərik dil öyrənsin deyə, vikipediya isə yazdığımız kimi, könüllü bir yerdi dilindən asılı olmayaraq hər kəs işləyər bilər. --Robert Langdon 19:46, 5 yanvar 2012 (UTC)
Özünü vikipediyanın lideri hesab edən, şəxslərə müraciət edirəm. Zəhmətə olmasa, vaxt tapanda fikir bildirin.--Baskervill 19:47, 5 yanvar 2012 (UTC)
Hər nə qədər inadçı olur olsun, böyüklər uşaqlara öyrətməlidirlər, uşaqlar başa düşmək istəməsələr də! Örnək olmalıdırlar böyüklər uşaqlara, yoxsa böyük biri 15 yaşında birini blok edir, budurmu böyüklük? Budurmu kiçiklərə örnək olmaq? Kiçiklər gələcəyimizdir! Öz gələcəyimizi özümüz gəlin yaradaq! Uşaqlara blok etməyi deyil də, məsələni bloksuz necə həll etməyi öyrədin!
Bloku götürün... --Robert Langdon 21:21, 5 yanvar 2012 (UTC)
İdarəçi bənd-bənd izah edib yuxarıda bloklama səbəbini. Əlavə şərhə məncə ehtiyac yoxdur. "Hər nə qədər inadçı olur-olsun" fikri də düz deyil. Bu arqumentlə blok götürülsə presedent yaranır. Onda burda kim nə istədi edə bilər və deyə bilər ki, inadcılam, bir istifadəçiyə buna görə güzəştə getmisinizsə mənə də güzəştə gedin. Bir də, bura Vikipediyadır. Böyüklər uşaqlara uşaq bağçasında, məktəbdə nəsə öyrədirlər. Burda yeni istifadəçilərə təcrübəli istifadəçilər kömək edirlər. Bloklanan istifadəçi də artıq təcrübəsiz istifadəçi deyil. Onun fəaliyyəti son dövrlər birmənalı şəkildə vikipediyanın işinin pozulmasına yönəlmişdi. Yersiz müzakirələr, təhdidlər və s. --Sortilegus 22:34, 5 yanvar 2012 (UTC)
Onsuzda burda kim nə istəyir edir. Budur sizin böyüklüyünüz? Böyüklərimiz bu gündədirsə, bu millətin gələcəyindən bir zibil də gözləmirəm mən.. Gör bu millət kimlərin əlində qalıb ee --Robert Langdon 10:41, 6 yanvar 2012 (UTC)
- Acategory-ni dəstəkləyirəm. Məncə bu müzakirə yersizdir. --Thunder Storm 10:48, 6 yanvar 2012 (UTC)
Hərə də öz yerini bilsin! --Robert Langdon 11:00, 6 yanvar 2012 (UTC)
- Hörmətli Robert Langdon sizin dəyərli fəaliyyətiniz azviki üçün gərəklidir. Sizdən rica edirəm ki, kəskin fikirlər bildirməyin, əks halda vəziyyətiniz indi müdafiə etdiyiniz şəxs kimi ola bilər. Hörmətlə--Baskervill 11:30, 6 yanvar 2012 (UTC)
- Acategory kifayət qədər səbəb göstərib və mən bu səbəblərlə qismən razıyam. Dili səlis bilməmək blok üçün səbəb olmamalıdır. Murad kimi təcrübəli istifadəçinin 1 il müddətində bloklanmasını qəbul etmirəm. Blok müddətinin 1 aya qədər azaldılmasının tərəfdarıyam. Hörmətlə,-- Pərviz 15:09, 6 yanvar 2012 (UTC)
Ruslar demişkən, Muradın dilə görə blok olması "chush sobochya!". Əgər bu barədə problemlərin həllini axtarırsınızsa, İctimai kanaldan gedən "Eurovision" seçimlərinə baxın! Aparıcı 1 saat leksiya oxuyur, sonda azərbayncanca sual verir, Lakin iştirakçı deyir ki, xahiş edirəm ya rus, ya da ingilis dilində... Azərbaycanın suyunu içib, havasını udan, amma azərbaycanca bilməyən biri bizi "Eurovision"da təmsil edə bilir, amma özbaşınalığın hökm sürdüyü vikipediyada işləyə bilməz?!...
Baskervill, heç nə yoluna düşmədikcə (hər şey daha da pisə gedir) mən burda işləmirəm. Diqqətinə görə təşəkkür. --Robert Langdon 15:35, 6 yanvar 2012 (UTC)
P.S: Baskervill, elə bilmə ki, blok olmamışam, iki dəfə olmuşam. Özü də məni söyüb sonra da blok ediblər. Tərbiyəsizcəsinə! --Robert Langdon 09:13, 7 yanvar 2012 (UTC)
Həmkarımız Acategory səbəblərini dəfələrlə göstərməklə mövcud vikipediya qaydalarına uyğun şəkildə Мурад 97 adlı istifadəçini bloklayıb. Ona dəfələrlə müraciətlər olunsada, müraciətlərə məhəl qoymadan öz səhv mövqeyindən əl çəkməmiş, israrla öz əməllərini yerinə yetirəcəyini bildirmişdir. Bu istifadəçinin bir müddətliyə Azərbaycanca Vikipediyadan uzaqlaşdırılmasını düzgün hesab edirəm. -- ■ Sultan mesaj 22:30, 7 yanvar 2012 (UTC)
Şablon:Futbolçu
Deyəsən bu şablonda problem var ya da mən istifadə edə bilmirəm. "Oyun (qol)" başlığının altı həmişə belə qalır: "{{{klub oyun(qol)}}}" Məsələn bu məqalədə. Mümkünsə kömək edin. --Rashad-95 16:46, 5 yanvar 2012 (UTC)
- Bəli problem var. Məndə futbol haqqında məqalə yaradanda, hər zaman bu problemlə qarşılaşmışam. Məsələn bu məqalədə olduğu kimi. İdarəcilərdən kimsə bu problemi həll etsə, yaxşı olardı.--Baskervill 19:29, 5 yanvar 2012 (UTC)
İndi şablona baxdım, müəyyən dəyişikliklər olub. İndi də bu şablonla düzəldilmiş məqalələrdə "Oyun (qol)" başlığının altı boş qalır. Necə yazmaq lazımdı ki, ora boş qalmasın? --Rashad-95 15:30, 6 yanvar 2012 (UTC)
Bir sözlə
Hansı idarəçiyə hansı istifadəçi ləzzət eləmirsə blok edir... Dünya yaranandan haqsız yaranmayıb, bu insan deyilən "şüurlu" məxluq özünü alçaldacaq bir rəqabət yaradıb... --Robert Langdon 19:35, 5 yanvar 2012 (UTC)
- Şəxsən mən blokun açılmasının tərəfdarıyam. İdarəcilərdən cəmi bir nəfər məsələyə müzakirə bildirdi. Qalan 8 idarəci isə heç nə yazmır. Qoy yazmasınlar, görək axırı olmayan bu işlərin sonu necə olacaq.--Baskervill 19:40, 5 yanvar 2012 (UTC)
Şəkillərə münasibət bildirin
Ana səhifəyə yerləşdirmək üçün yeni parlaq və diqqətiçəkən şəkillərə ehtiyac vardır. Bu səbəbdən müzakirənizə yeni nümunələr verilir "Vikipediya:Seçilmiş şəkil namizədləri". Münasibət bildirmənizi xahiş edirəm. yYni nümunələr silsilə ilə yenə də hamının qiymətləndirilməsinə veriləcəkdir. Maraqlı şəkil nümunələrinə rast gələnlərdən öz variantlarını da təqdim etməsi xahiş olunur. Məqsədimiz müvafiq şəkil xəzinəsi yarandıqdan sonra Ana səhifədə hər gün bir şəkil yerləşdirməkdir.--Acategory 06:27, 6 yanvar 2012 (UTC)
Bu məsələnin həll edilməsi mütləqdir. 7 illik fəaliyyəti ərazində azvikidə 71 seçilmiş şəkil seçilib. Bizdə bu çox zəif sürətlə gedir. Trvikidə isə yüzlərlə seçilmiş şəkil var. Əslində burada cətin heçnə yoxdur. "Vikipediya:Seçilmiş şəkil namizədləri" bölməsinə daxil olub, uyğun şəkilə səsvermək lazımdır. İstəsəniz əlehinə verin, təki səsvermədə iştirak edin. --Baskervill 07:44, 6 yanvar 2012 (UTC)
- Qısa açıqlama verim. Seçilmiş şəkillərin seçimi prosesi 2011-ci ildə başlayıb. Yəni yeddi yox, bir ildə. --N KOzi FORVM 07:46, 6 yanvar 2012 (UTC)
- Bu barədə məlumatım yox idi. Məlumata görə təşəkkürlər. Ancaq yenədə, seçilmiş şəkil sahəsində ki, işlər çox zəif gedir. Ümüd edirəm ki, bu elandan sonra sürət ən azı iki dəfə artar. Hörmətlə--Baskervill 07:51, 6 yanvar 2012 (UTC)
- Bir problem də var: 3-4 seçilmiş şəkil statusu verdiyimiz şəkili commonsdan siliblər. Məncə, onların səsvermə səhifəsini ləğv etsək yaxşı olar.--Sortilegus 12:08, 6 yanvar 2012 (UTC)
- Bu barədə məlumatım yox idi. Məlumata görə təşəkkürlər. Ancaq yenədə, seçilmiş şəkil sahəsində ki, işlər çox zəif gedir. Ümüd edirəm ki, bu elandan sonra sürət ən azı iki dəfə artar. Hörmətlə--Baskervill 07:51, 6 yanvar 2012 (UTC)
- Digər istifadəçilərdə razıdırsa, silinsin. Hörmətlə--Baskervill 12:13, 6 yanvar 2012 (UTC)
- Məncə, onlar müzakirəsiz silinməlidirlər, belə ki, əks halda commons-da eyni adlı başqa şəkil yaradılarsa, onda bu şəkil avtomatik seçilmiş şəkil olar.→Vago ms 12:33, 6 yanvar 2012 (UTC)
- Belə problemlərin yaranmaması üçün namizədlik şərtləri təkmilləşdirilməlidir.--►Safir yüzüklü Ceklimesaj 13:16, 6 yanvar 2012 (UTC)
- Məsələn, ən azı 1-2 il əvvəl yüklənmiş şəkil olmalıdır. Ümumiyyətlə, hansı şəkilləri tez bir zamanda commons-dan silirlər, təqribən bəlli olurmu? Hörmətli Cekli829, Sizin commonsda kifayət qədər təcrübəniz var. Bəlkə bu şərtlərlə özünüz məşğul olub təkliflər hazırlayasınız?! →Vago ms 13:28, 6 yanvar 2012 (UTC)
- "Vikipediya:Seçilmiş şəkil şərtləri"nə belə bir əlavə etdim:
- Məsələn, ən azı 1-2 il əvvəl yüklənmiş şəkil olmalıdır. Ümumiyyətlə, hansı şəkilləri tez bir zamanda commons-dan silirlər, təqribən bəlli olurmu? Hörmətli Cekli829, Sizin commonsda kifayət qədər təcrübəniz var. Bəlkə bu şərtlərlə özünüz məşğul olub təkliflər hazırlayasınız?! →Vago ms 13:28, 6 yanvar 2012 (UTC)
- Belə problemlərin yaranmaması üçün namizədlik şərtləri təkmilləşdirilməlidir.--►Safir yüzüklü Ceklimesaj 13:16, 6 yanvar 2012 (UTC)
Şəkil mütləq Vikianbarda olmalıdır. Seçilmiş şəkil namizədi mütləq Vikianbarda (Commons) olmalı, eyni zamanda həmin şəklin silinmə ehtimalı olmamalıdır. Əgər şəklin namizədliyi irəli sürüldükdən sonra, şəklin silinməsi ilə bağlı Vikianbarda silinmə proseduruna start verilibsə, o zaman silinmə proseduru başa çatana kimi namizədlik dondurulur. Silinmə prosedurunun yekununda şəklin silinməsi ilə bağlı iddia təmin olunmadığı təqdirdə namizədliyin dondurulması başa çatır. Silinmə prosedurunun yekununda şəklin silinməsi ilə bağlı iddia təmin olunarsa, o zaman müvafiq namizədlik səhifəsi də ləğv olunur.
Müddətlə bağlı məhdudiyyətin qoyulmasını doğru hesab etmirəm. Çünki hansı zamanda yüklənməsindən asılı olmayaraq, istənilən şəkil silinməyə potensial namizəd ola bilər. --►Safir yüzüklü Ceklimesaj 13:49, 6 yanvar 2012 (UTC)
- İstənilən seçilmiş şəkilin komonsda silinmə təhlükəsi olması, bütün vikipediyalarda var. Biz yalnız bir məsələyə diqqət yetirməliyik, namizəd şəkillər komonsdan əlavə olunsun, şəkil silindikdə isə dərhal tədbir görülsün (bizdə həmin şəkilin statusunu alaq və ya adını dəyişib yenidən komonsa yükləyək)--Baskervill 13:59, 6 yanvar 2012 (UTC)
- Birdə digər mühüm bir məsələ barəsində fikir bildirmək istərdim. Seçilmiş şəkillərin, arxivləşdirilməsi bəzən 2 aya yaxın müddət aparır. Halbüki bu iş, maksimum 5 dəqiqə vaxt aparır.--Baskervill 14:31, 6 yanvar 2012 (UTC)
- Bunu siz özünüz də edə bilərsiniz. --N KOzi FORVM 09:15, 7 yanvar 2012 (UTC)
- Birdə digər mühüm bir məsələ barəsində fikir bildirmək istərdim. Seçilmiş şəkillərin, arxivləşdirilməsi bəzən 2 aya yaxın müddət aparır. Halbüki bu iş, maksimum 5 dəqiqə vaxt aparır.--Baskervill 14:31, 6 yanvar 2012 (UTC)
- Çox istərdim ki, burada fikir bildirənlər şəkillərə də münasibət bildirəydilər.
- Şəkillər commonsdan silinərsə, onların bizim siyahıdan silinməsində narahatçılıq görmürəm və bunu texniki əməliyyat kimi ilk rast gələn edə bilər.
- Hamıda bu işə maraq olduğuna görə gəlin səsverməyə çox sayda şəkil çıxaraq və bizə lazım olan azı 366 seçilmiş şəkil xəiznəsini yaradaq.--Acategory 19:50, 7 yanvar 2012 (UTC)
İdarəçilərə müraciət
Ay idarəçilər, niyə müzakirələrdə axıra kimi iştirak etmirsiniz axı? İdarəçi deyilsiniz məgər, yalannan adınız idarəçidir? Həmişə bir comment yazıb çıxıb gedirsiniz, iziniz tozunuz da qalmır... Allah o günü mənə bəxş etsin ki, bu vikipediyada da ümumiyyətlə tozunuzun qalmadığını görəm! --Robert Langdon 21:19, 7 yanvar 2012 (UTC)
- Hələlik 2 həftəlik blok. Blok bitəndən sonra bu tonda davam etsə çox böyük ehtimal ki, qeyri-müəyyən müddətə blok olacaq. Çünki bu tonda istifadəçinin yazışması artıq 1-ci dəfə deyil--Sortilegus 01:54, 8 yanvar 2012 (UTC)
- Çox təəssüf ki, dostlarımızın bir hissəsi emosionallıqlarını cilovlaya bilmirlər. Axı Murad97 də, Rovsan95 də qabiliyyətləri olan istifadəçilər idi. Kollektivlə işləməyin vacibliyini qəbul edə bilməməkləri onları müəyyən müddət yaradıcılıqdan kənarda qoydu. Baxmayaraq ki, azərbaycan vikipedyasına çox fayda verə bilərdilər. Necə ki, bunu Şahzadə, Baskervil, Verman1, Azeri Warrior, Reshad95, Babek Akifoglu edirlər. Çox istəyirəm ki, hər iki dostumuz nəticə çıxarsınlar. Nəticə çıxarsalar qapılar açıqdır.--Acategory 10:01, 8 yanvar 2012 (UTC)
Qalatasaray Professional Futbol Komandası
Bu məqalədə "Komanda Heyəti - 2011/2012" bölməsində, sol tərəfdəki oyunçuların ölkə adları bayrağın altında yazılır, sağ tərəfdəki oyunçuların ölkələrinin adı isə bayrağın sağ tərəfində. İstəyirəm ki, bütün oyunçuların ölkə adları bayrağın altında yox, sağ tərəfində olsun. Bəyaqdan özüm etməyə çalışdım, amma alınmır. Mümkünsə kömək edin. Əvvəlcədən təşəkkürlər. --Rashad-95 11:15, 8 yanvar 2012 (UTC)
- Bəlkə müvafiq bölməni {{Qarabağ (Ağdam)-Komandanın heyəti}} şablonu formasında edəsiniz? --►Safir yüzüklü Ceklimesaj 06:51, 9 yanvar 2012 (UTC)
Siz verdiyiniz şablona uyğun düzəldərəm, amma mən dediyimi heç cürə düzəltmək olmayacaq? --Rashad-95 13:54, 9 yanvar 2012 (UTC)
Vandalizmə qarşı ideal mübarizə
Digər vikipediyalarda, vandalizmə qarşı ideal mübarizə üsulu ilə qarşılaşdım. Belə ki, qeydiyyatdan keçməyən istifdəçilər bir başa redaktə edə bilmirlər. Əvvəlcə ilkin görünüşə baxmaq lazımdır, yalnız bundan sonra redaktə bölümü açılır. Məsələn rumun vikisində olan bu və ya istənilən məqaləni, sizin qeydiyyatınız yoxdursa, bir başa redaktə edə bilməsiniz. Mən bununla gürcü vikisindədə qarşılaşdım. Doğrudur, böyük vikilərdə bu sistem yoxdur. Ancaq gündən-günə vandalizm hallarının artdığı azviki üçün bu uğurlu müdafiə sistemi olardı.--Baskervill 14:03, 8 yanvar 2012 (UTC)
- Bu barədə, bu və bu keçidlərdən, məlumat ala bilərsiniz.--Baskervill 15:15, 8 yanvar 2012 (UTC)
- Mənasız məsələdir. Fond bu cür təklifləri bəyənmir. Daha ətraflı burda və burda. --N KOzi FORVM 07:23, 9 yanvar 2012 (UTC)
- Son zamanlar bir çox idarəçilərin vandallara qarşı yumşaq münasibət göstərməsinin şahidiyəm. Bu da onları hərəkətlərində qətiyyətli olmağa təşviq edir. Son zamanlar çoxlu sayda mənbəsi olmayan və qeyri-ensiklopedik məqalələr yaradılır, mövcud məqalələr bərbad hala salınır. --Thunder Storm 10:27, 9 yanvar 2012 (UTC)
- Məsələn? --N KOzi FORVM 10:28, 9 yanvar 2012 (UTC)
- Hacı Həkim, 122 saylı Xankəndi seçki dairəsi, Məcidli məhəlləsi, Xankəndi-Qarabağ vilayəti, Kərki çayı, Həsən Səyyar, Xankəndinin işğalı, Həqiqi İsa Kilsəsi, Xankəndi məhəllələrinin siyahısı və digər adlarını hələlik xatırlamadığım çoxlu sayda bunlara oxşar məqalələr. --Thunder Storm 10:45, 9 yanvar 2012 (UTC)
- Bu 122 saylı Xankəndi seçki dairəsi, bu Həsən Səyyar, bu Xankəndinin işğalı. Həqiqi İsa Kilsəsinin isə çoxlu intervikisi var. Düzdü, bizdə mistifikasiya məqalələri var, amma bu problem o qədər də qlobal hal almayıb. --N KOzi FORVM 11:07, 9 yanvar 2012 (UTC)
- Hacı Həkim, 122 saylı Xankəndi seçki dairəsi, Məcidli məhəlləsi, Xankəndi-Qarabağ vilayəti, Kərki çayı, Həsən Səyyar, Xankəndinin işğalı, Həqiqi İsa Kilsəsi, Xankəndi məhəllələrinin siyahısı və digər adlarını hələlik xatırlamadığım çoxlu sayda bunlara oxşar məqalələr. --Thunder Storm 10:45, 9 yanvar 2012 (UTC)
- Məsələn? --N KOzi FORVM 10:28, 9 yanvar 2012 (UTC)
- Son zamanlar bir çox idarəçilərin vandallara qarşı yumşaq münasibət göstərməsinin şahidiyəm. Bu da onları hərəkətlərində qətiyyətli olmağa təşviq edir. Son zamanlar çoxlu sayda mənbəsi olmayan və qeyri-ensiklopedik məqalələr yaradılır, mövcud məqalələr bərbad hala salınır. --Thunder Storm 10:27, 9 yanvar 2012 (UTC)
- Mənasız məsələdir. Fond bu cür təklifləri bəyənmir. Daha ətraflı burda və burda. --N KOzi FORVM 07:23, 9 yanvar 2012 (UTC)
Xankəndi seçki dairəsi ilə razılaşdım, amma Hacı Səyyarın ensiklopedik şəxs olması məndə böyük şübhə doğurur. Ona qalsa Azərbaycanın yarısı ensiklopedik şəxs olardı. Xankəndinin işğalı isə ümumiyyətlə Qarabağ Müharibəsi dövründə baş verməyib. Münaqişə başlanmazdan qabaq ermənilər orada hakimiyyəti ələ keçirib. Bu haqda Xankəndi məqaləsində yazılıb. Xankəndidə heç bir işğal və ya orada iddia olunduğu kimi soyqırım filan olmayıb. --Thunder Storm 11:15, 9 yanvar 2012 (UTC)
- Mən də belə fikirləşirdim, amma sonra gördüm ki, bir çox mənbədə, Vikipediyada da Xankəndinin 1991-ci il, 26 dekabrda işğal edildiyi yazılıb. Hacı Səyyara gəlincə, onun ensiklopedik sima olub-olmaması mübahisəli ola bilər, amma mistifikasiya olmadığı aydındır. --N KOzi FORVM 11:19, 9 yanvar 2012 (UTC)
- Heç bir rəsmi mənbədə Xankəndinin işğal tarixinin 26 dekabr 1991-ci il olduğu göstərilməyib. Göstərdiyiniz məlumatın heç bir mənbəsi yoxdur. 26 dekabr 1991-ci ildə Xankəndi yaxınlığındakı Kərkicahan qəsəbəsi işğal olunub, lakin bu, Xankəndinin işğalı demək deyil. Həmçinin işğal zamanı 790 nəfərin öldürülməsi də mistifikasiyadan başqa bir şey deyil, buna dair heç bir etibarlı mənbə yoxdur. --Thunder Storm 11:44, 9 yanvar 2012 (UTC)
Xankəndinin işğal olubduğu mütləq göstərilməlidir. Əks halda o şəhərin erməni şəhəri olduğunu bildirmiş oluruq. Xankəndidə inzibati mərkəz olduğuna görə orada erməni əhali nisbətən çox yaşayıb. Azərbaycanlı əhalinin o şəhərdən çıxarılması gün, yəni 26 dekabr 1991-ci gün o səbədən işğal günüdür. Həmçinin bildirm ki, nə qədər ki, digər daha dəqiq məlumat üzə çıxmayıb, axırıncı məlumatların saxlanması məqsədəuyğundur.--Acategory 14:05, 9 yanvar 2012 (UTC)
- Olmayan bir şeyi necə göstərmək olar? Təkrarən deyirəm, 26 Dekabr (və ya 28 dekabr) 1991-ci ildə Xankəndi yox, Kərkicahan işğal olunub. Məqalədə də deyildiyi kimi ermənilər Kərkicahana Xankəndidən hücum ediblər, bu o deməkdir ki, Xankəndi artıq ermənilərdə idi. Sonuncu azərbaycanlı isə Xankəndidən 1988-ci ildə qovulub. [2] Məqalənin adını dəyişib ən yaxşı halda "Azərbaycanlıların Xankəndidən Deportasiyası" kimi adlandırmaq olar.--Thunder Storm 06:35, 10 yanvar 2012 (UTC)
Vandalizm hallarının sayı, sürətlə artır. Təklif edirəm ki, idarəci olmayan istifadəçilərə, səhifə silmək hüququ verilsin. Əks halda, bununla başa çıxmaq mümkünsüz olacaq. Hörmətlə--Baskervill 19:41, 9 yanvar 2012 (UTC)
Vandalizm halları, tüğyan edir. Mən bilmirəm ki, məqalələrə sil şablonu əlavə edim (onsuzda bu mənasız işdir, asanlıqla şablonu götürmək mümkündür) yoxsa məqalə zənginləşdirim.--Baskervill 20:17, 9 yanvar 2012 (UTC)
Vikipeiya açıq eniklopediyadır. Ona görə də həmişə qeyri-professionalların redaktələrinə rast gələcəyik. Ancaq məsuliyyətli istifadəçilərin sayı artdıqca onların da işi çətinləşir. --Acategory 01:24, 10 yanvar 2012 (UTC)
14 yaşlı uşaq ensiklopedik şəxsdirmi? (Xəyal Abbaszadə)--Baskervill 18:03, 10 yanvar 2012 (UTC)
- Məlumatdan göründüyü kimi o gənc aktyordur və bizim statusa uyğun gəlir.--Acategory 19:39, 10 yanvar 2012 (UTC)
- Belə görünür problemin həllində idarəçilərin heç biri maraqlı deyil. Vikipediyaya saxta və uydurma məlumatların doldurulması onu nüfuzdan, istifadəçiləri isə həvəsdən salan əsas məqamlardandır. --Thunder Storm 19:10, 10 yanvar 2012 (UTC)
NAGORNO-KARABAKH REPUBLIC
Dığaların artıq Commons-da "qanunları" işləyir, bilmək istəyirəm, ümumiyyətlə Vikipediyada rəsmi müraciət etmək üçün bir orqan varmı?[3] --Melikov Memmed⇒email 06:22, 9 yanvar 2012 (UTC)
- Ermənilər bizi bütün vikipediyalarda üstələyirlər. Mən bu fikri faktlarla sübut etməyə çalışacam. Envikidə olan bu və bu dığalar, bizə qarşı kompaniya aparır. İstənilən vikidə, erməni tapmaq olar. Rus vikisində olanlardan, yazmağa ehtiyac görmürəm. Məni şoka salan, dünyada süni dil kimi formalaşan, esperonto vikisində fəaliyyət göstərən bu dığa oldu. Bu şəxsin fəaliyyətini zəhmət olmasa, diqqətlə izləyin görün bizi necə təhlükələr gözləyir.--Baskervill 19:48, 9 yanvar 2012 (UTC)
- Əgər kimsə düşünürsə ki, trvikidə bizim üstünlüyümüz var, bu yalnışdır. Nəslində erməninin olduğunu, gizlətməyən türk, bu müzakirənin sonunda, erməniləri haqlı çıxartdı. Əgər bu faktdan sonra, kimsə trvikidə Azərbaycan həqiqətlərinin oluğunu düşünürsə, yanılır. Ermənilər aktiv olan 273 vikinin yalnız birində aktiv deyillər, odakı Azvikidi. Hörmətlə--Baskervill 19:53, 9 yanvar 2012 (UTC)
- Əgər kimsə düşünürsə ki, EnVikidə və ya TrVikidə ermənilərə xüsusi rəğbət var ən azı tamamilə yanılır. Məsələnin kökü tam başqadır. Ermənilər bütün dünyaya yayıldıqları üçün digər dilləri öz ana dili kimi bilən çox sayda erməni var, həm də çox aktivdirlər. Digər tərəfdən onların göstərə biləcəyi "etibarlı mənbələr" var, bunu da bir AzViki istifadəçisi çox gözəl yazmışdır, "bizimkilər partiya tarixini yazanda, ermənilər saxta tarixlərini yazırdılar". Xaricdə yaşayıb qərb standartlarına uyğun kitablar yazan erməni alimləri də var. Bizdə isə bu olmayıb və hazırda da yoxdur. İndinin özündə belə Vikipediya standartlarına uyğun "Azərbaycan mənbəyi" olduqca azdır. Elə "Vandalizmə qarşı ideal mübarizə" bölməsinə baxın, özümüz də təsdiq edirik ki, bizim mənbələr, hətta "etibarlı" olması gərəkən, o qədər məsuliyyətsizdir ki, Xankəndinin işğal tarixinin 26 dekabr 1991-ci il olduğu göstərir, bu cür şeylərlə biz özümüz-özümüzü aldada bilərik, ancaq onu bir fakt kimi, məsələn, hətta qardaş türk vikipediyasına yazmaq istəsəniz belə alınmayacaq. Çünki 1987-dən 26 dekabr 1991-ci ilədək Xankəndinə nələr baş verib hamı bilir. Qeyd üçün yazım, türk vikipediyasında bizim mənbələrə inam o qədər azdır ki, məsələn, "işğaldan öncə Kəlbəcərdə erməni yaşamırdı" kimi sadə həqiqəti yazsan belə inanmayacaqlar, yəni biz öz nağıllarımız ilə o qədər inamsızlıq yaratmışıq ki, ən adı həqiqətlərimizi belə yaza bilmirik. Digər vikipediyada da birmənalı çox vaxt azərbaycanlılara aid mənbələri qəbul etmirlər. --Melikov Memmed⇒email 05:59, 10 yanvar 2012 (UTC)
- Əgər kimsə düşünürsə ki, trvikidə bizim üstünlüyümüz var, bu yalnışdır. Nəslində erməninin olduğunu, gizlətməyən türk, bu müzakirənin sonunda, erməniləri haqlı çıxartdı. Əgər bu faktdan sonra, kimsə trvikidə Azərbaycan həqiqətlərinin oluğunu düşünürsə, yanılır. Ermənilər aktiv olan 273 vikinin yalnız birində aktiv deyillər, odakı Azvikidi. Hörmətlə--Baskervill 19:53, 9 yanvar 2012 (UTC)
Belə pessimist, əl-ayağı soyudan mövqe ilə razılaşmıram. Erməni təbliğatının azı 200 il getməsi, heç də fəaliyyətimizə aşağı qiymət vetməyə zövq etmir. Vikipediya elmi təşkilat vasitəsilə deyil, həvəskarlar vasitəsi ilə yaranır. Azərbaycan vikipediyasının isə güc aldığı dövrün yenicə başaldığı göz qarşısındadır. İçimizdə Xankəndinin işğal tarixinə iztehza ilə yanaşan tapılır və eyni zamanda türk vikipedistlərindən dəstək istəyirik. Kim tədqiqat aparıb ki, türk vikipedyasında bizlərə inam azdır. Belə təbliğatın əsl məqsədi nədir və kimlərin dəyirmanına su tökürlər ? Birdə ki, dünyada mübarizə vikipediya vasitəsi iə deyil, dövlətlərin iqtisadi, siyasi, hərbi və elmi qüdrəti ilə gedir. Rolumuzu həddən artıq şişitrməyə çalışmayaq. Sadəcə virtual ensiklopedistik və kim nə bacarırsa onu da etməlidir. İmkanlarımızı pessimistlik və qarşı tərəfi şişitrmək istiqamətində aparmaq yolunu düzgün saymıram. --Acategory 06:38, 10 yanvar 2012 (UTC)
Qeyd: Xankəndinin işğalı ilə bağlı müzakirəni Müzakirə:Xankəndinin işğalı səhifəsinə köçürdüm. --►Safir yüzüklü Ceklimesaj 06:31, 11 yanvar 2012 (UTC)
Bir qədər digər məsələlər haqqında
- Məndə bəhsə qatışaraq nəzərimi beş bənddə gətirirəm:
- 1- Azərbaycan Türkcəsində olan bəzi yazılar etibarlı deyirlər, onlar alimlərimiz tərəfindən daha dəqiqləşdirilməlidirlər.
- 2- Güney Azərbaycan işqal altında olduğu üçün çoxlu yazılara nəşr icazəsi verilmir, icazə verilsədə etibarlı dərgilər yaradılmasına və onların genişlənməsinə izin verilmir. Örnək üçün Güneydə ən güclü dərgi olan "Varlıq" dərgisinin rəsmi sürətdə "elmi dərəcəsi" yoxdur. Bununla bərabər siyasi məsələlərə görə, yazıların böyük əksəriyyəti taxma adlarla, internet təriqilə yayılır. Sadə sürətdə akademiyaya sahib olmaq haqqı olmayan millətimiz akademik qaynaqlar yaratmağa imkanı yoxdur. Şükürlər olsun yeni zamanlarda xaricdə yaşayan Güneylilər tərəfindən bunları aradan qaldırmaq üçün böyük addımlar götürülüb, ancaq hələ başlanışdayıq.
- 3- İndiki durumda, əlimizdə olan qaynaqlarlada böyük işlər görmək olar. Bunun üçün böyük iradə lazımdır. Hər yanda çalışmışıqsa sonuc almışıq (bizim ürəyimiz istəyi olmasada). Örnək üçün Envikidə en:Azerbaijani people məqaləsində Güney Azərbaycanda 30.000.000 nəfər Azərbaycan Türkünün yaşamasın yerləşdirmişik. Yada Trvikidə tr:Medler məqaləsindən onların iranlı köklü olmağın sildik və ya Favikidə ki iddia olunurdu "Quzey Azərbaycan 1920-inci ildən öncə heç zaman Azərbaycan adlanmayıb", fa:آذربایجان məqaləsinə bu iddianın boşluğun göstərən neçə sənəd yerləşdirmişik. Bu işlər görə biləcəyimiz işlər önündə heçdir. Ancaq bunu subut edir ki biz elə əlimizdə olan qaynaqlarnanda çoxlu işlər görməyə qadirik. Dediyim kimi bunun üçün iradə lazımdır.
- 4- Qaynaqlarımızı gücləndirməsi, Güney Azərbaycan üçün Quzeydə və başqa ölkələrdə akademik dərgilər açmaq və orada Güneylilərin araşdırmaların yaymağa imkan yaratmaq və... bu duruma qaldırmağa imkan yaradacaq.
- 5- Bizim vikiçilər üçün etibarlı sayılan qaynaqlar məqalələrdə üstün sayılmalıdır. Tarixi saxtalaşdırmağa çalışan gruplara elədə meydan verilməməlidir. Bunun əsasında vandalizmlərlə davranmalıyıq. --Əmir İbrahimi *danışıq* 09:44, 10 yanvar 2012 (UTC)
- Əgər bölmənin birinci abzasında verilən sual haqqında (Template:PD-NKR-exempt) kimin isə məlumatı varsa xahiş edirəm fikrini yazsın, düzü mənim ingliscəm ilə uzağa gedə bilməyəcəm, vaxtım da yoxdur, ancaq Commonsun rəsmi və ya buna oxşar bir orqanı varsa uyğun olaraq ora ya özümüz müraciət edə bilərik, ya da rəsmi etiraz göndərməyə nail ola bilərik. Bilmək istədiyim buna dəyər, yoxsa bu boş bir işdir? --Melikov Memmed⇒email 10:31, 10 yanvar 2012 (UTC)
- Burada iki bənzər şablon da var. [4] [5] --N KOzi FORVM 10:59, 10 yanvar 2012 (UTC)
- Əgər bölmənin birinci abzasında verilən sual haqqında (Template:PD-NKR-exempt) kimin isə məlumatı varsa xahiş edirəm fikrini yazsın, düzü mənim ingliscəm ilə uzağa gedə bilməyəcəm, vaxtım da yoxdur, ancaq Commonsun rəsmi və ya buna oxşar bir orqanı varsa uyğun olaraq ora ya özümüz müraciət edə bilərik, ya da rəsmi etiraz göndərməyə nail ola bilərik. Bilmək istədiyim buna dəyər, yoxsa bu boş bir işdir? --Melikov Memmed⇒email 10:31, 10 yanvar 2012 (UTC)
- Envikidə və commonsda tanınmamış dövlətlər haqqında məqalələr yazılır və ya şablonlar hazırlanır. Bu baxımdan gürcülərin problemi bizdən iki qat çoxdur, ancaq əldən hecnə gəlmir. Həmin dövlətlər faktiki fəaliyyət göstərirlər. Əgər hər hansısa vikidə DQR haqqında şablonun əlavə olunması, bizim hisslərimizə təsir edirsə, Azərbaycan tərəfindən rəsmən tanınmayan KKTC məqaləsi yunanlara eyni şəkildə təsir edir. Yəni biz özgəsindən tələb etməkdənsə, gərək birinçi özümüzdən başlayaq. Hörmətlə--Baskervill 11:09, 10 yanvar 2012 (UTC)
- Hər iki şablonu görmüşəm. Əslində onlar da hüquqi əsasa malik deyillər, ancaq bu da düzdür ki, onlar Commons üçün keçərli olan "bu mənim öz işimdir onu ictimai vatidata verirəm" kimi bir "hüquqi status"a malikdirlər. Mən şablonun uyğun Azərbaycan və ya Ermənistan şablonları ilə eyni olduğu üçün onu lazımsız şablon kimi sildirmək istərdim. Rəsmi tərəfdən isə Commons ABŞ qanunlarına zidd müəlliflik hüququnu poza bilməz, indi qalır bunu necə etməyi aydınlaşdırmaq. KKTC -yə gəlincə, Vikipediyada etibarlı mənbəyi olan hər şeyi yazmaq lazımdır, rəsmi və ya qeyri-qeyri rəsmi, heç bir əhəmiyyəti yoxdur, bu Vikipediya prinsipləridi və qeyri-adi heç bir şey yoxdur. --Melikov Memmed⇒email 12:50, 10 yanvar 2012 (UTC)
Kateqoriya
Yaxşı olardı Azərbaycan tarixi kateqoriyası dövrlərə müvafiq alt kateqoriyalara bölünsün. Kateqoriya:Ən qədim Azərbaycan tarixi, Kateqoriya:Qədim Azərbaycan tarixi, Kateqoriya:Müasir Azərbaycan tarixi və dövrlərə müvafiq məqalələr müvafiq alt kateqoriyalara aid edilsin.--MrArifnajafov 08:03, 10 yanvar 2012 (UTC)
Mündəricəat
Salam. Mən burada yeniyəm. Bir yazı yaratdım. Amma yazıda mündəricat, yəni mövzuların başlığı yaranmadı. Onu necə yaradım? Məqaləm: http://az.wikipedia.org/?q=PTT_(Push_to_talk) — Bu imzasız yazı RM-WaRRioR (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Burada verilən yarımbaşlıqların sayı 3 və daha artıq olanda yazınızda mündəricat avtomatik alınacaq. Onu yaratmağa ehtiyac yoxdur. Hörmətlə: -- ■ Sultan mesaj 20:54, 12 yanvar 2012 (UTC)
təşəkkür edirəm. --RM-WaRRioR 20:57, 12 yanvar 2012 (UTC)
Dəyməz. -- ■ Sultan mesaj 21:05, 12 yanvar 2012 (UTC)
Bir sualım da var. Mən mövzumu axtarışda axtarıram çıxmır. Bu tədricən düzələcək? Yəni digər istifadəçilər girib PTT yazanda mənim mövzum açılacaq? --RM-WaRRioR 20:58, 12 yanvar 2012 (UTC)
Müəyyən vaxt ərzində bu düzələcək (1 və ya 2 günə). Narahatçılığa ehtiyac yoxdur.-- ■ Sultan mesaj 21:05, 12 yanvar 2012 (UTC)
Digər ondan ibarətdir ki, hər dəfə yeni mövzunu bütün dünya dillərinin mövzularına əlavə etməliyəm bir-bir? elə bir üsul varmı ki, bir dəfə edim və hamsına əlavə olunsun? --RM-WaRRioR 21:03, 12 yanvar 2012 (UTC)
Burada yaratdığınız hər hansı bir mövzu digər dillərdə mövcuddursa, bu zaman onlardan birinin intervikisini yaratdığınız mövzunun sonuna əlavə etməniz kifayət edər ki, yerdə qalan işləri fəaliyyət göstərən botlar yerinə yetirsin. -- ■ Sultan mesaj 21:11, 12 yanvar 2012 (UTC)
Announcing Wikipedia 1.19 beta
Wikimedia Foundation is getting ready to push out 1.19 to all the WMF-hosted wikis. As we finish wrapping up our code review, you can test the new version right now on beta.wmflabs.org. For more information, please read the release notes or the start of the final announcement.
The following are the areas that you will probably be most interested in:
- Faster loading of javascript files makes dependency tracking more important.
- New common*.css files usable by skins instead of having to copy piles of generic styles from MonoBook or Vector's css.
- The default user signature now contains a talk link in addition to the user link.
- Searching blocked usernames in block log is now clearer.
- Better timezone recognition in user preferences.
- Improved diff readability for colorblind people.
- The interwiki links table can now be accessed also when the interwiki cache is used (used in the API and the Interwiki extension).
- More gender support (for instance in logs and user lists).
- Language converter improved, e.g. it now works depending on the page content language.
- Time and number-formatting magic words also now depend on the page content language.
- Bidirectional support further improved after 1.18.
Report any problems on the labs beta wiki and we'll work to address them before they software is released to the production wikis.
Note that this cluster does have SUL but it is not integrated with SUL in production, so you'll need to create another account. You should avoid using the same password as you use here. — Global message delivery 23:56, 14 yanvar 2012 (UTC)
Vikipedia Blackout
Mən belə başa düşürəm ki, Çərşənbə günü Vikipediya etiraz əlaməti olaraq işləməyəcək. [6] Maraqlıdır, görəsən bu ancaq ingilis Vikipediyasına aiddir, yoxsa qlobal olaraq sayt qapanacaq? --Thunder Storm 06:57, 17 yanvar 2012 (UTC)
- Bu barədə məlumat yalnız, ingilis dilində olan vikipediyada verilib. Rus, fransız və alman vikilərində bu barədə məlumata rast gəlmədim. Bu səbəbdən yalnız envikinin qapanması mümkündür. Dünyada milyonlarla insanların daxil olduğu və ən yaxın izləyicisini 2 dəfə üstələyən bir vikinin bir günlük qapanması, insanlara vikinin əhəmiyyətini bir daha xatırladacaq. Xüsusən həmin gün envikiyə ehtiyacı olanlara. Hörmətlə--Baskervill 09:26, 17 yanvar 2012 (UTC)
- Həmin gün enviki işləməyəcək. ABŞ-ın nümayəndələr palatasına inernetdə müəllif hüquqlarının pozulması, piratçılıqla bağlı yeni qanun layihəsi verilib. Həmin layihə qəbul olunsa bu bir başa vikipediyanın bütün dil bölmələrinin fəaliyyətinə təsir edəcək. Çünki vikimedia fondunun əsas özəyi ABŞ-da yerləşir və fəaliyyəti bu ölkənin qanunları ilə tənzimlənir. --Sortilegus 23:15, 17 yanvar 2012 (UTC)
- Enviki artıq işləmir (bir italyanlar,iki enviki, bəlkə biz də aksiya keçirək)))) --N KOzi FORVM 05:31, 18 yanvar 2012 (UTC)
- Həmin gün enviki işləməyəcək. ABŞ-ın nümayəndələr palatasına inernetdə müəllif hüquqlarının pozulması, piratçılıqla bağlı yeni qanun layihəsi verilib. Həmin layihə qəbul olunsa bu bir başa vikipediyanın bütün dil bölmələrinin fəaliyyətinə təsir edəcək. Çünki vikimedia fondunun əsas özəyi ABŞ-da yerləşir və fəaliyyəti bu ölkənin qanunları ilə tənzimlənir. --Sortilegus 23:15, 17 yanvar 2012 (UTC)
Rus vikipediyası da bu aksiyaya rəsmi olaraq qoşulub. Mən oxudum. Əgər bu qanun qəbul olunsa vikipediyanın imkanları çox daralacaq. Bəzi şirkətlər bu qanuna etiraz bildiriblər. Məsəlçün Mozilla brauzeri. --RM-WaRRioR 23:29, 17 yanvar 2012 (UTC)
- Azvikinin aksiya əsasında qapanması, bir halda mümkün olardı ki, siyahıda bizdə öndə dayanan vikilərin ən azı yarısı qapansın. Ruviki və trviki qapansa, bu məsələ artıq bizim üçündə aktual ola bilər.--Baskervill 14:50, 18 yanvar 2012 (UTC)
- Qanunun qəbul olunması inandırıcı görünmür. Qəbul olunsa bu bir başa internetdə söz azadlığına təhdid kimi dəyərləndiriləcək. Təkcə vikipediya və mozilla yox, google, youtube və s. bu cür onlarla nəhəng internet saytı buna qarşı etiraz edir. Bu qanun internetdəki informasiya ilə manipulyasiya imkanı verir və əsasən kino, kitab nəşri və s. industriya təmsilçiləri tərəfindən dəstəklənir. Qəbul olunsa təsəvvür edin ki, kimsə bir anonim istifadəçi qərəzli şəkildə Azviki məqaləsinə Əlinin və ya Məmmədin müəllif hüquqları ilə qorunan hansısa kitabından bir bölməni əlavə edir. Sonra Əli və ya Məmməd bunu əsas götürüb Azvikidən şikayət edir və bu şikayətin əsasında bütünlüklə Azviki axtarış sistemlərindən çıxarılır, sayta daxil olmaq çətinləşir (müəyyən texniki prosedurlar keçmək lazım gəlir). Amma elə qərar qəbul olunmasa da biz gərək müəllif hüquqları məsələsinə burda çox ciddi yanaşaq. Məsələn, onu deyim ki, bizim Vikimənbənin burda şərh yazan və etiraz etməyə hazırlaşan idarəçisi demək olar ki, Vikimənbədə bu problemin axırına çıxıb. Müəllif hüquqları ilə qorunan əsərlərin böyük bir qismini oradan silib. --Sortilegus 20:24, 18 yanvar 2012 (UTC)
- Amma Vikikitab haqqında bu sözləri demək mümkün deyil. Nə isə... Ümumiyyətlə, dünən İngiliscə Vikipediyada, bir müddət əvvəl isə İtalyanca Vikipediyada girişin məhdudlaşdırılması ilə həyata keçirilər aksiyaları doğru hesab etmirəm. Aksiya keçirmək lazımdır. Amma istifadəçilərin hüquqlarını məhdudlaşdırmaq Vikifəlsəfənin özünə ziddir. Bəli, müvafiq qanunverici orqanlar tərəfindən qəbul olunması planlaşdırılan qanunlar vikiçilərə və vikilayihələrə qarşı çox ciddi təhdiddir. Amma bu tip qanunlar qəbul olunsa belə onların ömrü uzun olmayacaq. Necə ki, bir zamanlar İngiltərədə futbolu qadağan etmişdilər, amma futbol bu gün də yaşayır. Əsas sözüm ondadır ki, bəşəriyyətin rahatlığını təmin edən hər bir yenilik uzunömürlü olur, ta ki, daha əlverişli yeni alternativlər meydana çıxana kimi. Vikilayihələr də daha əlverişli yeni alternativlər meydana çıxana kimi aktuallığını qoruyacaq. Heç bir qanun onun fəaliyyətini tam məhdudlaşdıra bilməz. Yalnız müəyyən maneələr yarana bilər ki, həmin maneələr də gec-tez ağıllı adamların sayəsində aradan qalxacaq. Hesab edirəm ki, ABŞ-da Vikilayihələrin fəaliyyətinə qarşı təhdidlər artarsa, o zaman Vikimedia Fondunun ABŞ-dan kənarda məskunlaşması gerçəkləşə bilər ki, bu da ABŞ qanunlarının qüvvədə olmadığı ərazilər olacaq. Həmin məkanlardan biri də Azərbaycandır. Hesab edirəm ki, Vikimedia Fonduna Azərbaycana köçürülməsini təklif etmək olar. İnanıram ki, bizim ölkədə Vikimedia Fondunun layihələrini təhdid edə biləcək heç bir qanun layihəsi qəbul olunmayacaq. --►Safir yüzüklü Ceklimesaj 05:19, 19 yanvar 2012 (UTC)
Fondun əsas ofisi Azərbaycanın ucqar kəndlərindən birinə köçürülsə lap əla olar. Maliyyə məsələlərinə də (serverlərin alınması və təmiri, elektriklə təminatı, xidmət personalının maaşı, ofis üçün müasir tələbatlara cavab verən binaların tikilməsi və s. ) kənd bələdiyyəsi baxar. Nə böyük puldur ki, cəmi 200-300 milyon :)--Irada 17:45, 19 yanvar 2012 (UTC)
- Konkret Azərbaycanın hansı ucqar kəndini nəzərdə tutduğunuzu qeyd etmədiyiniz üçün, dəqiq layihələndirmə və qiymətləndirmə aparmağım mümkün deyil. Amma bizim kəndimizdə Vikimedia Fondunun ofisinin təşkili üçün kifayət qədər əlverişli şərait var. Xüsusilə də serverlərin və Cimbonun təhlükəsizliyinin təmini baxımından digər məkanlarla müqayisədə burada daha ciddi fərqlər mövcuddur. Elektrik təminatını isə dağ çaylarının və ya günəşin və ya digər təbii resursların sayəsində həll edə bilərik. Pul-para sarıdan isə qəti problem yoxdur. Çünki ianələr bu problemi asanlıqla yoluna qoya bilər. Kənd bələdiyyəsini isə bu məsələlərlə məşğul etmək lazım deyil, onu bütün proseslərdən uzaq tutmaq lazımdır. Çünki onun ən azı on bir problemi var ki, bu da Vikimedia Fondu üçün aşıq-aşkar təhlükə mənbəyi ola bilər ki, nəticədə də Cimbo ABŞ-dan Cekə gəlməyinə çox peşiman ola bilər. --►Safir yüzüklü Ceklimesaj 08:17, 21 yanvar 2012 (UTC)
- Bir müddət əvvəl AzVikidə də müəllif hüquqları ilə əlaqədar mübahisələr olmuşdur. Şəxsən mən o zaman bu qənaətə gəldim ki, Azərbaycan reallığı nəzərə alınaraq AzVikidə də bunu elə bir problem hesab etmirlər. İndi isə görürsünüz ki, bu məsələ hətta Vikipediyanın özünün mövcudluğunu şübhə altına alır. Güman edirəm istifadəçilər gələcəkdə bu məsələyə daha çox diqqət edərlər.--Melikov Memmed⇒email 09:10, 21 yanvar 2012 (UTC)
Yararsız məqalələr
Son dövrlər vikipediyada bəzi şəxslər tərəfindən yararsız, fəaliyyət halları sürətlə artıb. Mən bir şəxs haqqında məlumat vermək istərdim. İlk öncə qeyd edim ki, bu şəxsin istifadəçi səhifəsində məlumatlar yoxdur və bu səbəbdən X adlı şəxsin hansı millətdən olmasını təyin etmək şəxsən mənim üçün mümkünsüzdür. Ancaq böyük ehtimalla həmin şəxs, qardaş Türkiyədən qatılır. Söhbət Bulcahan adlı istifadəçidən gedir. Azvikidə son dövrlər yarı türk yarı Azərbaycan dilində Türk mifologiyası ilə bağlı məqalələr yaradılır. Məqalələrin 98% bərbad haldadır. Mən bu barədə bir müddət əvvəl məsələ qaldırmışdım, ancaq hörmətli vikipedistlərdən biri, bu məqalələrdə olan səhvlərin aradan qaldırılacağını bildirmişdi. Mənim buna etirazım yoxdur. Ancaq gərək, ilk əvvəl belə məqalələrin yaradılmasına ara verilsin, yerdə qalanlar dil qaydalarına uyğun hala gətirilsin ki, yenidən belə fəaliyyət davam edə bilsin.
Digər tərəfdən burada olan məqalələr, hansı müddətdə Azərbaycan dilinə uyğun formaya gətirləcək, onun özü böyük sual altındadır. Son olaraq, sizlərdən Azvikidə bəzi şəxslərin digər dillərdə (Bulcahan , Buzancar) məqalə yaratmasına, bəzilərinin isə (ElVikipedia) əsasız məlumatlar əlavə etməsinə qarşı daha sərt olmağa dəvət edirəm. Hörmətlə--Baskervill 12:57, 17 yanvar 2012 (UTC)
Tamamilə haqlısınız. Yarı türk-yarı Azərbaycan dilində məqalələrin yaradılması artıq kütləvi hal alıb. Buna qədər yaradılan məqalələrin Azərbaycan dilinə uyğunlaşdırılması məsləhət görülmüşdü və belə məqalələrin yaradılmasına ara verilməsi tövsiyə olunmuşdu. Əgər buna əməl olunmursa çox böyük ehtimal ki, həmin məqalələr elə kütləvi şəkildə də ləğv olunacaq. Əsassız məlumatların əlavə olunması məsələsinə gəlincə - bu da idarəçilərin nəzarətindədir. İstifadəçinin maraq dairəsi dar olduğuna görə (yalnız Qarabağın bir bölgəsi - Xankəndi ilə bağlı əsassız məlumatlar əlavə edir) vəziyyət hələ kritik həddə deyil. Amma müəyyən dövrdən sonra onun da fəaliyyəti təftiş edilib zərərli redaktələri ləğv olunacaq. İstifadəçinin böyük ehtimal ki, 2-3 kuklası da var. Onların da biri bloklanıb. Həmin kuklaların da fəaliyyəti təftiş ediləcək. İstənilən halda bu cür fəaliyyətlə məşğul olan istifadəçilər ilk öncə öz zəhmətlərini nəzərə almalıdırlar (əgər qəsdən zərərli fəaliyyət göstərməyi nəzərdə tutmayıblarsa). Çünki 1 belə istifadəçinin (əgər bot deyilsə) 1 aylıq bu cür lazımsız fəaliyyəti idarəçilər tərəfindən 1-2 saata tam ləğv oluna bilir. --Sortilegus 22:37, 17 yanvar 2012 (UTC)
- Bir qədər qəribə çıxsa da, (normal vikilərdə bu adi məsələdir, bizdə isə indiyəcən əməl olunmayıb) məsələni bura daşımazdan əvvəl qeyd edilən istifadəçilərlə müzakirə etmək lazım idi. Məsələlərin məzmununa gəlincə, ilk əvvəl Bulcahanın yaratdığı məqalələrin 98%-nin bərbad dildə olması qeyd edilir. Bu məsələ ilə razılaşmıram. Həmin məqalələri Türk mifologiyası ilə bağlı məqalələrlə məşğul olan istifadəçi kimi bildirməliyəm ki, məqalələrin dili şişirdilərək burada yazıldığı kimi bərbad deyil, ən azı bu məsələni qetd edən istifadəçilər sübut kimi məsələn hansı məqalədən söz keçirsə, müəyyən dil pozulmalarını (və ən mühümü mənim heç kəsə qarşı şəxs-qərəzliyim yoxdu, amma qardaş Türkiyədən yox, Quzey Azərbaycandan olan istifadəçilərin dili daha anlaşılmaz məqalələrin yaradılmasına indiyəcən yox deyilməyib və istifadəçilər də narazılıqlarını ifadə etməyiblər)göstərəydilər. İkinci məsələyə gəlincə, istifadəçinin bu yazdığı hələ havada qalıb, ona əgər yanlış iş görürsə, bu haqda ətraflı, daha ətraflı (belə, belə və belə yox) izahatlar verilməli idi, çünki istifadəçinin etibarlı mənbə məsələsi ilə tanış olmadığı görünür. Ən sonda istifadəçiləri bir qədər səbr nümayiş etdirməyə çağırıram. Hər-halda bu cür davranış, daha məqsədəuyğundur (bu qaydanı bizdə tapa bilmədim, lütfən məzur görün) --N KOzi FORVM 05:19, 18 yanvar 2012 (UTC)
Mən burada bəzi məqalələrin Azərbaycan dili altında olmasına baxmyaraq ərəb qrafikasında gördüm. Nəyə görə belədir? Əgər açıq danışmağımızı istəyirsinizsə mən bunun əlehinəyəm. Bizim rəsmi dilimiz Azərbaycan, rəsmi qrafikamız isə latın qrafikasıdır. Nəyə görə bəzi məqalələr ərəb qrafikasında yazılır? Bəyəm ərəb ölkələri öz məqalələrin latın qrafikasında yazırlar? bunu söz gəlişi dedim. Təbii ki, mənə cavab verənlər arasında "vaxtilə rəbə qrafikası işlənib ona görə" cavabını verənlər olacaq. Həmin şəxslərə demək istəyirəm ki, hal-hazırda rəsmi olaraq Qanunlarımızda bizim yazı qrafikamız latındırsa heç kimin ixtiyarı yoxdur ki, Azərbaycanca yazılan məqalənin daxilində ərəb qrafikasından istifadə etsin. --RM-WaRRioR 23:33, 17 yanvar 2012 (UTC)
- Mən burda iki məsələyə toxumaq istəyirəm:
- 1- Məqalə yaratmaq, məlumat yaratmaq və onu genişləndirmək üçün fürsət yaratmaqdır. Bu əsasda məqalələri silmək yox onlar islah etmək, genişləndirmək və qaynaqlaşdırmak lazımdır. Bir istifadəçi qaynaqsız və oydurma yazılar məqaləyə artırırsa və bunu qaynaqlarla göstərmək imkanı varsa bunu vandalızm adlandırıb onun önündə durmaq olur.
- 2- Vikipediya "qrafika" əsasında yox, "dil" əsasında yayılır. Quzey Azərbaycan bütün Azərbaycan yox onun bir qismidir. Azərbaycanın tarixi coğrafiyasında həm latın həmdə ərəb qrafikaı işlənməkdədir. Bu barədə bundan öncədə bəhs gedib və təəssüflərlə ərəb əlifbalı bölümə böyük zərbələrdə dəyib. Bu bəhsi yenidən açıb-genişləndirməki yararsız bilirəm ancaq məsələnin tarixçəsinə baxmağınız yararlı olar. 2007 2008 2009 2011 new_languages/Wikipedia_South_Azerbaijani --Əmir İbrahimi *danışıq* 04:55, 18 yanvar 2012 (UTC)
Yeri gəlmişkən, nə dərəcədə etibarlı olunması məlum olmayan www.virtualani.org saytından təqribən tərcümə olunmuş o qədər məqalələr var ki, onda gərək onların da üstündən xətt çəkək?! Məsələn, bax: Abuğamir kilsəsi, Həvarilər kilsəsi, Çoban kilsəsi, Xilaskar kilsəsi, Tiqran Honents kilsəsi, Tekor kilsəsi, Qızıl kilsə, Qız qalası kilsəsi, Oğuzlu kilsəsi, Həvarilər kilsəsi →Vago ms 06:49, 18 yanvar 2012 (UTC)
- Hörmətli Vago, Sizin "nə dərəcədə etibarlı olunması məlum olmayan" kimi sual vermənizi məsələni bir qədər yumşaq dillə yazmanız kimi anladım, çünki yəqin gözəl bilirsiniz ki, bu cür saytın Vikipediya üçün mənbə olması imkansızdır. --Melikov Memmed⇒email 09:34, 18 yanvar 2012 (UTC)
- Hörmətli RM-WaRRioR, sizə ərəb qrafikalı bölmə ilə bağlı, müəyyən məlumat verildi. Mən isə bildirmək, istərdim ki, İranın şimalında yəni Güney Azərbaycanda 30 milyon Azərbaycanlı yaşayır. Azviki təkcə 9 milyonun yox, həmdə 30 milyonun vikisidir. --Baskervill 10:01, 18 yanvar 2012 (UTC)
Baskervill, mən cənublu qardaşlarımızı inkar etmirəm. Amma bir mövzunun ərəb qrafikasında məqalə yazmaqdan əvvəl onu latın qrafikasında yazılmasının tərəfdarıyam. Latında olmayan yazını ərəbcə yazanda onda sən şimaldakı 9 milyona hörmətsizlik edirsən. mən demirəm ki, 30 milyonu unudaq. əsla yox. Əvvəlcə latıns sonra ərəb. Burada Symbian bölməsi ərəb dilində yazılıb. Mən uzun müddətdir ki, telefon aləmi ilə bağlı fəaliyyət gösətirirəm. İndi Symbian məqaləsi ərəb dilindədir. mən indi latın qrafikada yaradım ya yox? Ərəb qrafikasın silib redaktə etməliyəm? Alternativ yol varsa burada bildirsəniz çox şad olaram.--RM-WaRRioR 18:44, 18 yanvar 2012 (UTC)
- İki əlifbalı viki məsələsi bizim ən "yaralı yerimiz" olaraq qalır. Bununla bağlı mən burda dəfələrlə münasibət bildirmişəm. Ona görə təkrar olmasın deyə bu məsələyə toxunmuram. Yarı türk-yarı Azərbaycan dilində türk mifologiyasıyla bağlı yaradılan məqalələrin təftiş olunub böyük əksəriyyətinin silinməsi ehtimalı isə böyükdür.--Sortilegus 20:41, 18 yanvar 2012 (UTC)
Yarı türk yarı Azərbaycan dilində məqalə hazırlayanların qeyrətləri olsa heç belə addım atmazlar. Bizim vətənimiz AZƏRBAYCANDIR. Doğma dilimiz AZƏRBAYCAN DİLİ! Bəzi adamlar başa düşmürlər ki, biz fərqli 2 dövlətik! Fərqli 2 xalqıq!--RM-WaRRioR 22:56, 18 yanvar 2012 (UTC)
- Fikrimcə bu istifadəçi belə danışıq tərzinə görə bloklanmalıdır. Kənd Meydanı kiminsə qeyrətini müzakirə etmək yeri deyil. --Thunder Storm 05:20, 19 yanvar 2012 (UTC)
- Yeni istifadəçidir, qaydaları bilməyə bilər, xəbərdarlıq olmalıdır. RM-WaRRioR, bilməlidir ki, onun fikirləri Vikipediya prinsiplərinə tam ziddir, müzakirələrdə müəllif deyil, yalnız məqalə müzakirə edilməlidir, gələcəkdə bunu nəzərə almalıdır. --Melikov Memmed⇒email 05:43, 19 yanvar 2012 (UTC)
- Burada məqalə yazan, millətindən aslı olmayaraq hər kəs insandır. Kiməsə qeytrətsiz demək, kobud təhqirdir. Bu şəxsin dərhal bloklanmasını tələb edirəm. Bura nə bazardır nə də ki, hansısa səviyyəsiz bir çat.--Baskervill 09:06, 19 yanvar 2012 (UTC)
- Həmin şəxsin, fəaliyyətinə nəzər saldım. Tərəfindən yaradılan bu məqalə (Dəmir paktı) əla hazırlanıb. Ancaq heyif ki, RM-WaRRioR Azvikidə çalışan Türk vikipedistləri təhqir edib. Bu hərəkət cəzasız qalmamalıdır. Əgər qalsa, o zaman hərəya bir nəfəri təhqir etmək imkan verilməlidir. Bununla hər kəs, digərinə ürəyini narahat şəkildə boşalda bilər. Bu anda seçim idarəcilərindir.--Baskervill 09:12, 19 yanvar 2012 (UTC)
- Bu arada məndə redaktələrin sayı bir neçə gündür ki, 10 mini keçib. 10 min redaktəsi olanlara veriləndən birinidə mənə verəsiniz, yaxşı olardı:)))--Baskervill 09:18, 19 yanvar 2012 (UTC)
- Təklif edirəm ki, sən Vugar 1981-i təltif et, o da səni təltif etsin. Çünki o çoxdan 10000 həddini keçib. Hələ də mükafatını gözləyir. --►Safir yüzüklü Ceklimesaj 09:29, 19 yanvar 2012 (UTC)
- Mən hazır. Ancaq Vüqarın səhifəsində tərəfindən edilən redaktələrin sayı 8.888 kimi göstərilib. Orada 10 min yazılan kimi əlavəni özüm edəcəm.--Baskervill 09:38, 19 yanvar 2012 (UTC)
- Dediyimin sübutu.--►Safir yüzüklü Ceklimesaj 09:48, 19 yanvar 2012 (UTC)
- Mən medalı təqdim etdim. Ancaq medal digərlərinin icərsində görsənir. Səbəbini diqqətlə baxsamda, tapa bilmədim.--Baskervill 09:57, 19 yanvar 2012 (UTC)
- Düzəldi.--►Safir yüzüklü Ceklimesaj 09:59, 19 yanvar 2012 (UTC)
- Təşəkkürlər. Bu arada Ana Səhifəyə daxil olanda, istifadəçiləri günün seçilmiş məqaləsi bölməsində aktiv olması barədə yazını gördüm. Bu sahədə azvikinin ilk addımıdır və məncə yetərincə uğurludur.--Baskervill 10:04, 19 yanvar 2012 (UTC)
Əzizlərim. Niyə əsəbləşirsiniz? Vətəninə hörmət etməyən adamları təhqir etdiyimə görə niyə bu qədər aqressiv davranırsınız? Mən Azərbaycanlıyam. Mənim Vətənim Azərbaycandır. Kim Türk dilində məqalə yazmağı özünə yaraşdırırsa artıq danışmasın 050-503-66-92 Mənim nömrəm. Heç kimdən qorxmuram və çəkinmirəm! Sözümü kim öz üstünə götürübsə zəng edə bilər! Əgər zəng edən olmayacaqsa onda burada niyə əsəbləşirsiniz? Mən bəyəm sizi təhqir etdim? Ya öz vətənini heçə alıb, doğma dilinə hörmətsizlik edənləri? Niyə səhv anlayırsınız? --RM-WaRRioR 17:20, 19 yanvar 2012 (UTC)
Baskervill qardaş. Səhv anlamısan. Mən TÜRK VİKİPEDİSTLƏRİ TƏHQİR ETMƏMİŞƏM! ALLAH ELƏMƏSİN! MƏN AZƏRBAYCAN VİKİPEDİYASINDA TÜRK DİLİNDƏ MƏQALƏ YAZANLARI TƏHQİR ETDİM! SƏhv anlamayaın!--RM-WaRRioR 17:24, 19 yanvar 2012 (UTC)
Hörmətli RM-WaRRioR o zaman (Dəmir paktı) bu tipli məqalələri yaratmağı davam edin. Çünki, bu sizdə yaxşı alınır.--Baskervill 17:30, 19 yanvar 2012 (UTC)
İstifadəçi RM-WaRRioR kənd meydanında digər istifadəçiləri təhdid etdiyinə görə 3 gün müddətinə bloklanır. Azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory 17:33, 19 yanvar 2012 (UTC)
Hamıya salamlar. Baxmayaraq ki RM-WaRRioR 3 güm müddətində bloklanıbdır, ancaq onun yazdığı sözlər və açıq cavab almaması məni böyük bir sualla üzbəüz edib. Yazıya diqqət edin "Latında olmayan yazını ərəbcə yazanda onda sən şimaldakı 9 milyona hörmətsizlik edirsən" !!! Buna nə cavab yazmağa qalmışam. İntizar budur ki belə bir hallarda Quzeyli soydaşlarımız cavab versinlər. Cavab verilməyəndə belə bir sual yaranır ki düzdən Quzeyli soydaşlarımız Güney haqqında necə düşünürlər? --Əmir İbrahimi *danışıq* 05:51, 21 yanvar 2012 (UTC)
Hörmətli Ebrahimi-amir. Adı şəkilən istifadəçinin vikipediya qaydalarını pozaraq digərilərini təhdid etməsi, digər istifadəçilərə istehzası hamını hiddətləndirdi. Bu səbəbdən o bloklandı və nəzarətə alındı. Blok müddəti bitdikədn sonra o yenidən kollektivi parçalamaq və qeyri-sağlam mühüt yaratmaq cəhdi edərdsə , onu daha sərt movqe gözləyir. Azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory 06:09, 21 yanvar 2012 (UTC)
- Hörmətli Acategory bəy diqqətinizə görə təşəkkür edirəm. Bütün sözüm bu idi ki biz belə məsələləri daha aydın sürətdə həll etməliyik (həm aydın cavab yazmaqla, həmdə qaydalar əsasında davranmaqla). Hər halda sizin reaksiyanız təqdirə layiqdir. Əlləriniz var olsun. Hörmətlə --Əmir İbrahimi *danışıq* 06:25, 21 yanvar 2012 (UTC)
Ensiklopedik şəxslər
Əsas mövzunun ardı olaraq hamıya bir sual vermək istəyirəm. Operator vəzifəsində çalışan şəxs ensiklopedik şəxs hesab oluna bilərmi? Xüsusilə idarəçilərin bu suala cavabı məni maraqlandırır. --Thunder Storm 19:50, 20 yanvar 2012 (UTC)
Ortada olan yeganə sənəd layihəsi budur Vikipediya:Şəxslərin ensiklopedik əhəmiyyəti. Fikrimcə isə sadəcə operator ensiklopedik şəxs sayıla bilməz. Ancaq ustad səviyyəsində olan və fəaliyyəti azı professional cəmiyyət tərəfindən qəbul edilən şəxs ensiklopedik ola bilər.--Acategory 20:00, 20 yanvar 2012 (UTC)
- O zaman bu kateqoriyada adları çəkilən məqalələrin əksəriyyəti, yəni sadəcə operator olan şəxslər haqqındakı məqalələr silinməlidir. Qeyri-ensiklopedik şəxs haqqında olmaları bir tərəfə, bu məqalələrin demək olar heç birində mənbə göstərilməyib. --Thunder Storm 20:16, 20 yanvar 2012 (UTC)
Göstərdiyiniz siyahı çox sayda məqaləni əhatə etdiyinə görə bu məsələ ilk növbədə ciddi müzakirə edilməlidir.--Acategory 20:24, 20 yanvar 2012 (UTC)
- Mən bu mövzuya daha geniş nəzər saldım və silinməli olan məqalələrin sayının bunlardan daha çox olduğu qənaətindəyəm. [7], [8], [9] və həmçinin bu kateqoriyaya aid olan bütün subkateqoriyalarda təmizlik işləri aparılmalıdır. Orada həddindən artıq çox lazımsız və qeyri-ensiklopedik məqalə var. --Thunder Storm 06:21, 21 yanvar 2012 (UTC)
- Qeyri-ensiklopedik şəxslər haqqında məqalələr mənim təxmini hesablama görə 3-4 min arasındadır. Yuxarıda qeyd olunan şəxslərlə bağlı vikipediya prinsipinin müəlliflərindən biri mənəm. Amma o prinsip hələ tam hazırlanmayıb və səsverməsi keçirilməyib. Bu tip məqalələr çox ciddi şəkildə süzgəcdən keçirilib sonra silinməyə göndərilməlidir. 100 000 məqalə barajını aşana qədər bu məqalələrə toxunmayaq. Sonra prinsipi müzakirə edib səsverməsini keçirərik və tədricən həmin məqalələri silərik. Müəllifləri ilə məsləhətləşmək də vacibdir. --Sortilegus 18:40, 21 yanvar 2012 (UTC)
Tərəfsizlik
Bildiyiniz kimi Azvikinin və digər bütün vikilərin əsas qaydalarından biridə, tərəfsizlik başqa sözlə obyektiv olmaqdır. Bu səbədən mən məqalələrə bu şablonun əlavə edilməsini düzgün hesab etmirəm. Bununla azvikidə milli ruhda yazılan yazıların sayı artır. Bir tərəfdən baxanda bu yaxşıdır, ancaq belə yazılar azvikinin qaydalarına uyğun gəlmir. O torpağların işğal olunduğunu, hamı bilir, bunu bilə-bilə Azvikidə milli ruhda təbliğat aparmaq düzgün deyil. Şəxsən digər vikilərdən 2 nəfər mənə azvikinin obyektiv olmadığını deyiblər. Bunun səbəblərindən biridə, elə bu tipli şablon və yazılardır. --Baskervill 13:18, 21 yanvar 2012 (UTC)
- Çox doğru!, bu məsələnin barəsində demək istəyirəm ki milli ruhda yazılan məqalələr əgər yazıları sənədli olsa yazılanların heç eybi yoxdur yəni həm milli ruha bağlı həmdə onun qarşısında olan yazılar sənədli olmalıdır ki bir tam ensiklopedik vikimiz olsun yoxsa bunun başqa bir yolu yoxdur. bura Azərbaycan dilində vikidir və içində hətmən milli ruha bağlı məqalələr olacaq va qarşısını ala bilmərik.göstərdiyiniz bu şablona heç bir sənəd tapa biləməzsiniz. o şablon ensiklopedik deyil. burada sözü söz içində deməliyik. Vikipediya=Sənəd.--Türk oğlan 13:44, 21 yanvar 2012 (UTC)
- Siz hər hansısa bir vikidə, buna bənzər şablonlar tapa bilərsiniz. Məsələn ermənilərində soyqırımla bağlı, bu cür şablonları ola bilər. Ancaq bütün bunlar, vikini tərəfsiz məlumat anbarı kimi yox, millətçiliyin alovlandığı məkana cevirəcək. Düşünürəm ki, milli ruhda fəaliyyəti aparmaq üçün alternativ saytlar tapmaq lazımdır. --Baskervill 13:49, 21 yanvar 2012 (UTC)
- Həftənin seçilmiş məqaləsində bu sətr diqqqətimi cəlb etdi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Əgər hansısa xarici vətəndaş bunu oxusa və mənasını anlasa, o zaman həmin şəxs üçün Azviki sözünün antonimi tərəfsizlik olacaq.--Baskervill 13:51, 21 yanvar 2012 (UTC)
Hə, indi oldu, Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. bu sözü məqalədə belə yazmaq olar:
- Filan kəs bu barədə deyib ki:
Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.[1]
Söz belə yazılsa heç kim deməzki bura tərəfli vikidir.
- İstinadlar
- ↑ Filan yazan-filan kitab və s
--Türk oğlan 14:11, 21 yanvar 2012 (UTC)
- Bir steward ilə danışdım bu mövzuda. "Az.wiki idarəçiləri ilə danışın. Vəziyyəti dəyişməz isə lazım olan edilər." dedi. Emperyan-ileti 19:18, 22 yanvar 2012 (UTC)
- Necə yəni! nə dedin? nə eşitdin? nə necə olacaq? bir az açıxla görək! |:/ --Türk oğlan 19:36, 22 yanvar 2012 (UTC)
- Lazım olanı edərlər, nə deməkdir?? Hansı məqalənin tərəfli olmasını, müəyyən etmək üçün onu ən azından oxumaq lazımdır, bunun ücündə dili bilmək lazım gəlir. Əcnəbi steward hansı məqalənin tərəfli yazılmasını necə müəyyən edəcək?? O ki qaldı idarəcilərin məsələyə münasibət bildirməməsinə, bu adi haldır. --Baskervill 20:10, 22 yanvar 2012 (UTC)
20 Yanvar hadisələri məqaləsi bir qədər emosional yazılsa da , heç bir tərəf hiss edilmir. Şablon:Unutmanın isə adının dəyişilməsinin tərəfdarıyam. Bu ensiklopedik şablon deyil. Adını Şablon: Azərbaycanın işğal edilmiş əraziləri adına dəyişmək və Ermənistan tərəfindən işğal edilmiş hər bir Azərbaycan yaşayış məntəqəsi məqaləsinə yerləşdirmək olar. Əgər digər idarəçilətr etiraz etməsə günü sabah bunu etmək olar.--Acategory 20:32, 22 yanvar 2012 (UTC)
- Acategory, və başqa dostlar, Emperyanın müzakirə səhifəsində gördüm ki doslar trvikidə ermənistan bayrağının seçilmiş məqalə olmasından narahatdılar! amma narahat olmağa yer yoxdur, ermənilər hər vikidə və öz vikilərində belə həssas məqalələri zənginləşdirib viki standardlarına uyğunlaşdırıllar amma biz nə ki elmi məqalələri bəlkə özümüzə maraqlı olan məqalələri də vikiyə uyğun(istinad baxımından) yazmırıq. Emperyan bakı məqaləsində bir cümləni tərəflı deyərək silmişdi! amma vikiçilərimiz onu eyni əvvəlki kimi yerinə qaytarıb ona heç bir dənədə istinad goymayıblar!!! belə olmazki! gəlin heç olmasa həssas məqalələrimizi möhkəm istinadlarla yazaq. yoxsa sözümüz özümüzə şirin gələr.--Türk oğlan 21:01, 22 yanvar 2012 (UTC)
- Türk oğlan, və başqa dostlar, Vikipediya idarə yox, azad və daima təkmilləşən virtual ensiklopediyadır. Burada məqalələr kiminsə etməli olduğu vəzifəsinə görə yox, vikikollektivin resursları əsanda yaradılır. Əgər hansısa mövzu təkmil görünmürsə onun üzrində sadəcə olaraq işləmək lazımdır. Azərbaycan vikipediyasını öncül görmək istəyiriksə bura çox və səmərəli vaxt ayıraq, dostlarımızı cəlb edək, öz nümunələrimizdə mənbələrlə işləmək bacarığımızı göstərək.--Acategory 07:51, 23 yanvar 2012 (UTC)
- Acategory, və başqa dostlar, Emperyanın müzakirə səhifəsində gördüm ki doslar trvikidə ermənistan bayrağının seçilmiş məqalə olmasından narahatdılar! amma narahat olmağa yer yoxdur, ermənilər hər vikidə və öz vikilərində belə həssas məqalələri zənginləşdirib viki standardlarına uyğunlaşdırıllar amma biz nə ki elmi məqalələri bəlkə özümüzə maraqlı olan məqalələri də vikiyə uyğun(istinad baxımından) yazmırıq. Emperyan bakı məqaləsində bir cümləni tərəflı deyərək silmişdi! amma vikiçilərimiz onu eyni əvvəlki kimi yerinə qaytarıb ona heç bir dənədə istinad goymayıblar!!! belə olmazki! gəlin heç olmasa həssas məqalələrimizi möhkəm istinadlarla yazaq. yoxsa sözümüz özümüzə şirin gələr.--Türk oğlan 21:01, 22 yanvar 2012 (UTC)
- Sənədsizlik sənədin olmamağı demək deyil, məsələ burdan irəli gəlir çoxlarımız məqalə "yaratmaq" əvəvizində "copy-past" edirik. Bir məqaləni bi saytdan-dərgidən götürüb vikidə yerləşdiririk. Bu düz deyil.
- Məqalə gerçəkdən "yaranmalıdır". Yanı neçə sətirli olmağına baxmayaraq, məqalə qaynaqlar əsasında "yaranmalı" və "genişlənməlidir". Öncədən bir-iki sətirdən ibarət olan "məqalələr" barəsindədə bəhs gedibdir. Bunları bəzilər "boş məqalə" adlandırıb, silmək istəyənlərdə olub. Halbuki zahirdə "dolu" olan məqalələrin çoxu zatən "boşdur". Çünku o məqalələr viki cəmiəti tərəfindən yaranıb, genişlənməyib, bəlkə dediyim kimi "copy-past" olunubdur. --Əmir İbrahimi *danışıq* 06:06, 23 yanvar 2012 (UTC)
- Məsələ yalnız tərəfsizlik deyil. Müəllif hüquqları, ədalətli istifadə... Steward idarəçilər bir şey etməzsə biz cəmiyyətə xəbərdarlıq veririk. O da işə yaramaz isə onsuz da vəqf lazım olanı edir. Bunu ifadə etmək istəyirəm: "Wikimedia Vakfı davalık olmamak için (telif hakları vb.) burayı rahatlıkla kapatır." Ancaq son həlldir bu. Neçə dəfə bizi məlumatlandırır. "20 Yanvar hadisələri məqaləsi bir qədər emosional yazılsa da , heç bir tərəf hiss edilmir." nədir? Onsuz da bir məqalənin tərəfli olması üçün "emosionallık" kafi. Siz/Biz Türk olduğumuz üçün o məqalədə tərəfsizlik yoxmuş kimi düşünürük. Amma var. Şablona gəlincə. O tamamilə silinmeli. Türk oğlan Ermənistan bayrağı məqaləsi seçmə məqalə Türkcədə. Mənim üçün problem yoxdur. Gəlin birlikdə Azərbaycan bayrağını inkişaf etdirək. Köməyə ehtiyacım var. Mənə bilvasitə bir şəkildə təhqir etdiyinizi düşünürəm. Lütfən buna diqqət yetirin. Səhv başa düşülmələrə səbəb olduğudursam üzr istəyərəm. Yaxşı günlər. Emperyan-ileti 11:21, 23 yanvar 2012 (UTC)
- Buna da bir baxın: Vikipediya beş təməl daşından biri olan tərəfsizlik siyasəti səbəbiylə heç bir millət və ya dövlətin ensiklopediyası olaraq təyin oluna bilməz. Fərqli dillərdə bir çox Vikipedi proyekti mövcuddur və bunların hamısı eyni dam altında birləşməkdədir. Birliklərinin fərqlilikləri səbəbiylə fərqli xüsusiyyətləri və istiqamətləri tapılsa da bütün Vikipediya proyektləri təməldə eynidirlər. Fərqli dillərdə məzmun təqdim etmələri onları o dillərlə bardaşdırılan millət və ya dövlətlərin ensiklopediyası etməməkdədir. Emperyan-ileti 11:28, 23 yanvar 2012 (UTC)
- Hörmətli Emperyan bəy. Sizin xoş niyyətliyinizdə şəkkimiz yoxdur, ancaq bu məsələ AzVikinənə bərabər çoxlu vikilərdə var. Onun var olması böyük problemdir, indidə vikicəmmiti bunu necə qaldırmağından sohbət edir. Belə düşünürəm ki sizin sozləriniz (xoş niyyətli olmağına baxmayaraq) məsələnin həllində mənfi etkisi ola bilər. Bu səbəbdən belə düşünürəm ki bu məsələ AzVikinin istifadəçiləri arasında həll olması daha məqsədə uyğundur. --Əmir İbrahimi *danışıq* 11:39, 23 yanvar 2012 (UTC)
- Digər vikilerde var deyə burada olmaq məcburiyyətində mı? Əvvəl özümüzə baxaq. Onlar bu şəkildə edərək səviyyələrini müəyyən edirlər. Bizdəmi onların səviyyələrinə enək? Mənfi bir təsiri olmaz. Mən də buranın (hər nə qədər az fəal olsam belə) istifadəçisiyəm. O vaxt mən vəqfdə çalışan yoldaşlarıma soruşum. "Ad vermədən. (az.wiki, de.wiki diye)" Emperyan-ileti 12:09, 23 yanvar 2012 (UTC)
- Yox biz onu qaldırmalıyıq. Mən yazdım ki ...Onun var olması böyük problemdir. Bəllidir ki pislik bütün dünyanı bürüsədə belə, genədə pisdir. --Əmir İbrahimi *danışıq* 12:11, 23 yanvar 2012 (UTC)
Hörmətli dostlar, qeyd edim ki, bu şablon tərtib edilərkən bir az milli ruhda tərtib edilmişdir və mən yuxarıda şablon haqqında söylənən nöqsanların bir çoxu ilə razıyam. Ancaq tərəfsizlik prinsiplərinə uyğun bir neçə dəyişiklik aparmaqla bu şablonu tam yararlı vəziyyətə gətirmək olar. Təbii ki, adınıda dəyişmək şərti ilə. Ona görə də mən bir neçə dəyişiklik apardım. Ad məsələsinə gəlincə həmkarımız Acategory şablonun Şablon: Azərbaycanın işğal edilmiş əraziləri adlandırılmasını təklif edir. Bu ad çox geniş bir mövzunu əhatə etdiyindən Şablon: Qarbağ müharibəsində işğal edilmiş ərazilər adı daha uyğundur. -- ■ Sultan mesaj 20:46, 24 yanvar 2012 (UTC)
Təklif
Bir təklifim var ümid edirəm ki iştirakınız olacaq.
- Bir və ya iki önəmli məqaləni ələ alıb 2-3 yada çox istifadəçi onu dəyərli istinadlarla zənginləşdirsin. məsələn Azərbaycan bayrağı, yada Xocalı soyqırımı və s. necə olar.
- bir az qayğı lazımdır nolar gəlin bu işi görək.
- Hər kimsənin bu barədə təklifi varsa buyursun.--Türk oğlan 09:06, 23 yanvar 2012 (UTC)
- Bu işləri {{Ayın işi}} kimi qabağa aparmağın təklif edirəm.--Əmir İbrahimi *danışıq* 09:13, 23 yanvar 2012 (UTC)
- Tamamilə mənasız işdir. AzVikidə istənilən kitab, qəzet, sayt, hətta bloq, forum "etibarlı mənbə" hesab edilir. Bu səbəbdən inidiyə qədər olan copy-paste yazılardan Vikipediya prinsiplərinə zidd nəyi isə silib oraya yenidən dəyərli istinadlar ilə nə isə yazmaq mümkün deyil. Çünki əksəriyyət hələlik "etibarlı mənbə nədir" özü üçün aydınlaşdıra bilməyib. Sizin bir iki dəyərli istinadınız isə böyük həcmli copy-paste iddialar ilə elə itiriləcək ki, öz zəhmətinizə peşiman olacaqsınız. --Melikov Memmed⇒email 09:34, 23 yanvar 2012 (UTC)
Dostum,Mənasız dediyiniz iş vikinin prinsiblərindəndir! Etibarlı mənbə nə demək ,vikidə bəllidir fəqət bizim vikidə yoxdur. hətmən tərcümə edilməyibdir. mən inşaallah onu tərcumə edib buraya köçürərəm. copy pastə görədə vikidə qanun var. doğrudan bir saytdan copy-paste olunan yazılar vkiyə uyğun deyil və silinə bilər. siz o işə ki bütün etibarlı vikilərdə görülür və ən önəmli işlərdəndir mənasız sayırsız! onda bura bir blog-a oxşar və hər kəs gönlü istəyəni yazar!--Türk oğlan 10:54, 23 yanvar 2012 (UTC)
- Tərcümə olunub, Vikipediya:Etibarlı mənbələr, hətta qəbul da olunub --Melikov Memmed⇒email 11:24, 23 yanvar 2012 (UTC)
Lap yaxşı bə nə deyirsiz. etibarlı mənbə orda deyilib!!! indi ona görə məqalələrdə istinad lazımdır ya yox? orda deyilib ki: İstifadəçi Vikipediyaya hər-hansı əhəmiyyətli informasiya daxil etmək istəyirsə, həmin informasiyaya istinadın olması və ya etibarlı mənbənin göstərilməsi vacibdir. indi deyin görək məsələn xocalı soyqırımı əhəmiyyətli mövzudur ya yox???--Türk oğlan 11:38, 23 yanvar 2012 (UTC)
Güney Azərbaycan Qəzetləri
Hamıya salamlar. Mən neçə gündən sonra (ya neçə həfdədən sonra) Güney Azərbaycan Qəzetləri barəsində məqalə yaratmaq istəyirəm (400-500 məqalə). Bu məqalələrin bəzisin barəsində geniş məlumatlar var ki məqaləyə artırılacaq, ancaq çoxunun barəsində məlum olan bilgilər qəzetin adı, Təsisçisi, Baş redaktor və belə sadə bilgilərdir. Deməli belə məqalələr iki-üç sətirlik yazı və bir şablona şamil olacaqdır. Sonradan problem yaranmasın diyə indi vikicəmiyyətinin nəzərin bilmək istəyirəm. Hamıya hörmətlə --Əmir İbrahimi *danışıq* 08:20, 23 yanvar 2012 (UTC)
- Lehinə: Etirazım yoxdur. --►Safir yüzüklü Ceklimesaj 08:27, 23 yanvar 2012 (UTC)
- Yaxşı olar hansı dövrdə və hansı dildə nəşr olunması da mütləq göstərilsin. Bir də, bu məqalələr latın hərifləri ilə olacaqmı? Sonda xahiş edərdim, botlarla kütləvi halda yaratmayasınız, konkret azərbaycan dilində danışan istifadəçilər üçün maraqlı olan qəzetləri göstərin--Melikov Memmed⇒email 09:24, 23 yanvar 2012 (UTC)
- Hələlik ərəb əlifbasında yaratmaq istəyirəm.))) Botdan yararlanmaqdan imkansızdır, çünkü o çoxdandır bloklanıb və istirahətlə məşquldur.))) Mənim marağım budur ki bütün Güney Azərbaycanda yayılan qəzetləri ilk qəzetdə başlayaraq tanıtdıram(dil-əqidə və... baxmayaraq). İndi bunların biri erməni dilindədə ola bilər (necəki neçəsi belədir) bəzisi kürd dilində ola bilər yada fıransızca və... əqidə sarısındanda biri Türkçü-Azərbaycançı ola bilər yada səltənət tələb. Ən qədim qəztdən başlayıb irəli gəlinəcək.))) Bir sualımda ola var: Qəzet, Dərgi, Gündəlik və... qavramların dəqiq mənasın hardan öyrənə bilərəm? --Əmir İbrahimi *danışıq* 09:45, 23 yanvar 2012 (UTC)
- Burda nəyə isə (dil-əqidə və s...) məhdudiyyət qoyulmasından söhbət getmir, bilirsiniz ki, məqalə minimal tələblərə cavab versə də həm də azərbaycan dilində danışan istifadəçilər üçün əhəmiyyətə malik olmalıdır (buna şübhə yaranarsa mənbələr ilə sübut edilməlidir). Bu səbəbdən zəhmət çəkirsinizsə elə edin ki, gələcəkdə problem yaranmasın. Ancaq məncə ilk öncə türkçə olanları latın hərifləri ilə yerləşdirin ki, bu yüzlərlə istifadəçi üçün çox maraqlıdır. Şəxsən mən hazırda İranda azərbaycanca mətbut olub-olmadığını bilmirəm, mənə bu çox maraqlıdır. --Melikov Memmed⇒email 10:04, 23 yanvar 2012 (UTC)
- Hələlik ərəb əlifbasında yaratmaq istəyirəm.))) Botdan yararlanmaqdan imkansızdır, çünkü o çoxdandır bloklanıb və istirahətlə məşquldur.))) Mənim marağım budur ki bütün Güney Azərbaycanda yayılan qəzetləri ilk qəzetdə başlayaraq tanıtdıram(dil-əqidə və... baxmayaraq). İndi bunların biri erməni dilindədə ola bilər (necəki neçəsi belədir) bəzisi kürd dilində ola bilər yada fıransızca və... əqidə sarısındanda biri Türkçü-Azərbaycançı ola bilər yada səltənət tələb. Ən qədim qəztdən başlayıb irəli gəlinəcək.))) Bir sualımda ola var: Qəzet, Dərgi, Gündəlik və... qavramların dəqiq mənasın hardan öyrənə bilərəm? --Əmir İbrahimi *danışıq* 09:45, 23 yanvar 2012 (UTC)
- Yaxşı olar hansı dövrdə və hansı dildə nəşr olunması da mütləq göstərilsin. Bir də, bu məqalələr latın hərifləri ilə olacaqmı? Sonda xahiş edərdim, botlarla kütləvi halda yaratmayasınız, konkret azərbaycan dilində danışan istifadəçilər üçün maraqlı olan qəzetləri göstərin--Melikov Memmed⇒email 09:24, 23 yanvar 2012 (UTC)
Diyə bilərəm ki Güney Azərbaycanın Mətbuatın tarixi, Güneylilərin yaşayış tarixidir. Haçansa azadlıq varimiş qəzetlər geniş sürətdə yayılmağa başlayırmışlar, haçansa fars şovonismi güclənibsə mətbuata qadağa qoyolub və saylarıda azalıb. Bu durum şəkildə göstərilib.
Mən bütün qəzetlər üçün məqalə yaradmağımında səbəbi budurki maraqları olanlar oxuyub oyrənsinlər. Hər kəski tək türkcə və ya türkcə-farsca mətbuatnan tanış olmaq istəyir təbiiki türkcə qəzetlər kateqoriyasından onları oxuya bilər. Güney Azərbaycanın bütün mətbuatıla tanış olmaq istəyənlər və hansı dövrə hansı davranışın baş verməsini bilmək üşün maraqlı olanlar bütün yazıdan faydalana biləcəklər. Bəllidir ki burada hansısa şovunisti düşüncə yaymaq və reklam etmək üçün şərayit yoxdur. --Əmir İbrahimi *danışıq* 10:48, 23 yanvar 2012 (UTC)
- Bismillah başla. bizdə yardımcı olarıq.--Türk oğlan 11:51, 23 yanvar 2012 (UTC)
- Məqalələrdə mənbə göstəriləcəksə mən də lehinəyəm. --Thunder Storm 07:31, 24 yanvar 2012 (UTC)
- Bismillah başla. bizdə yardımcı olarıq.--Türk oğlan 11:51, 23 yanvar 2012 (UTC)
Güney Azərbaycan Qəzetləri barəsində yaradılacaq məqalələrin latın əlifba qarşılığı olsa daha yaxşı olar. Bundan Şimali Azərbaycan gəncləri və məktəbliləri daha çox yararlanar. -- ■ Sultan mesaj 18:45, 24 yanvar 2012 (UTC)
- Məqalələr hətmən qaynaqlar əsasında yaradılacaq.))) Çalışaram ki məqalələrin latın qarşılığında yaradım. Hamınıza hörmətlə --Əmir İbrahimi *danışıq* 04:24, 25 yanvar 2012 (UTC)
Haqqımda məqalə
Salamlar! Buralara gec-gec gəlsəm də. Burası fəəaliyyətimin müəyyən dövrünü əhatə edir və heç vaxt unutmaram. Haqqımda çıxan məqaləni sizə təqdim edirəm. Təşəkkürlər!
--Vüsal Ağayev 21:22, 24 yanvar 2012 (UTC)
Sizin burada, Azərbaycanca Vikipediyada olan fəaliyyətinizi də qiymətləndirir və sizə uğurlar arzulayıram. -- ■ Sultan mesaj 21:30, 24 yanvar 2012 (UTC)
- Əslində Vüsal böyük bir qurumun edə biləcəyi işi təkbaşına görüb. Bu haqda burda yazışmalarımız olub. Çox təəssüf ki, belə bir işlə məşğul olan adam işsizdir və heç bir rəsmi qurum tərəfindən dəstək almır. Onu deyə bilərəm ki, hər hansısa digər ölkədə belə bir işlə məşğul olan adam olsaydı, onun üçün qrantlar ayrılardı, bütün maddi-texniki baza təmin olunardı. Müəlliflik hüququ məsələsi aktualdır, amma bu işi də elə qurmaq olar ki, həmin hüquq da gözlənilər. Düzdür, mənim məşğul olduğum sahə deyil, amma bilirəm ki, mütəxəssislər layihə işləyib hazırlasalar gələcəkdə hətta Vüsalın rəhbərliyi ilə Azərbaycan kinosu saytı da yaradıla bilər və o sayt inanıram ki, maddi gəlir də əldə edə bilər və bu gəlirdən az da olsa filmləri sayta yerləşdirilən müəlliflərə qonorar da verə bilər. --Sortilegus 03:42, 25 yanvar 2012 (UTC)
- Dəyərli Vüsal Ağayevin bu fəaliyyətini həmişə olduğu kimi yenə də yüksək qiymətləndirirəm. Mən həmişə demişəm və yenə də deyirəm ki, İstifadəçi:Vusal1981 Vikipediyanın ən çox fəxr etdiyim istifadəçilərindən biridir. İnanıram ki, ən qısa zamanda işsizliyin daşını atar. Belə insanların rəsmən işsiz qalması böyük bir ədalətsizlikdir. Ümid edirəm ki, onun işsizliyi fəaliyyətsizliklə nəticələnməz. --►Safir yüzüklü Ceklimesaj 05:11, 25 yanvar 2012 (UTC)
- Təbrik edir və sonrakı bütün fəaliyyətlərinizdə uğurlar arzulayıram. --N KOzi FORVM 06:14, 25 yanvar 2012 (UTC)
- Allah tezliklə əməyinizin mükafatını - bu sahələrə məsul olan şəxslər vasitəsilə dövlətin maddi və mənəvi dəstəyini Sizə bəxş etsin!→Vago ms 06:45, 25 yanvar 2012 (UTC)
- Mən hər zaman elə bilmişəm Vüsal bəy televiziya işçisidir, iş yerində bekarçılıqdan bunu edir. İndi isə məlum olur ki, onun nəinki bu sahəyə heç bir aidiyyəti yoxdur, hətta bunu tam təmənnasız edir. Bu cür insanlar hər cürə hörmətə layiqdir. Ona uğurlar arzulayıram--Melikov Memmed⇒email 13:51, 25 yanvar 2012 (UTC)
- Allah tezliklə əməyinizin mükafatını - bu sahələrə məsul olan şəxslər vasitəsilə dövlətin maddi və mənəvi dəstəyini Sizə bəxş etsin!→Vago ms 06:45, 25 yanvar 2012 (UTC)
- Təbrik edir və sonrakı bütün fəaliyyətlərinizdə uğurlar arzulayıram. --N KOzi FORVM 06:14, 25 yanvar 2012 (UTC)
- Dəyərli Vüsal Ağayevin bu fəaliyyətini həmişə olduğu kimi yenə də yüksək qiymətləndirirəm. Mən həmişə demişəm və yenə də deyirəm ki, İstifadəçi:Vusal1981 Vikipediyanın ən çox fəxr etdiyim istifadəçilərindən biridir. İnanıram ki, ən qısa zamanda işsizliyin daşını atar. Belə insanların rəsmən işsiz qalması böyük bir ədalətsizlikdir. Ümid edirəm ki, onun işsizliyi fəaliyyətsizliklə nəticələnməz. --►Safir yüzüklü Ceklimesaj 05:11, 25 yanvar 2012 (UTC)
- Əslində Vüsal böyük bir qurumun edə biləcəyi işi təkbaşına görüb. Bu haqda burda yazışmalarımız olub. Çox təəssüf ki, belə bir işlə məşğul olan adam işsizdir və heç bir rəsmi qurum tərəfindən dəstək almır. Onu deyə bilərəm ki, hər hansısa digər ölkədə belə bir işlə məşğul olan adam olsaydı, onun üçün qrantlar ayrılardı, bütün maddi-texniki baza təmin olunardı. Müəlliflik hüququ məsələsi aktualdır, amma bu işi də elə qurmaq olar ki, həmin hüquq da gözlənilər. Düzdür, mənim məşğul olduğum sahə deyil, amma bilirəm ki, mütəxəssislər layihə işləyib hazırlasalar gələcəkdə hətta Vüsalın rəhbərliyi ilə Azərbaycan kinosu saytı da yaradıla bilər və o sayt inanıram ki, maddi gəlir də əldə edə bilər və bu gəlirdən az da olsa filmləri sayta yerləşdirilən müəlliflərə qonorar da verə bilər. --Sortilegus 03:42, 25 yanvar 2012 (UTC)
Vüsalın Vikipediyamızda və Youtube saytında əməyi çox təqdirəlayiqdir. Təkbaşına gördüyü bütün işlər kinomuzun əhali arasında daha çox tanınmasında və təbliğində böyük rol oynadı. Onun internet saytlarında yerləşdirdiyi videolar, şəkillər və məlumatlar olmasaydı, məncə, bu gün də internetdə belə məlumatlara çox az rast gəlmək olardı. Ona can sağlığı, yorulmaz əmək arzulayıram. Kinomuza verdiyi dəyərə görə ona minnətdaram. Ən xoş arzularımı bildirirəm. --Babək Akifoğlu 15:34, 25 yanvar 2012 (UTC)
Hörmətli Vüsal bəyin, youtube saytında olan fəaliyyəti ilə mən uzun müddətdir ki, tanışam. Aznetdə Vüsal bəy kimi ikinci bir şəxs tanımıram ki, Azərbaycan adına bu qədər iş görsün. Son zamanlar Vüsalın vikidə fəaliyyəti qismən zəifləyib, bunun əvəzində isə youtubeda işlər sürətlə davam edir. Bu səbəbdən Hörmətli Vüsaldan Azvikiyədə bir az diqqət ayırmasını istərdin:)) Yaxşı ki, varsınız. Gələcək fəaliyyətinizdə sizə uğurlar. Hörmətlə--Baskervill 15:52, 25 yanvar 2012 (UTC)
Yüksək dəyərə görə hər birinizə tək-tək təşəkkür edirəm! --Vüsal Ağayev 20:33, 25 yanvar 2012 (UTC)
Azərbaycanın regionları ilə bağlı şablon qaralamalar barədə
Azərbaycanın regionları ilə bağlı şablon qaralamaların hazırlanması düzgün addımdır. Ancaq onun qarşısında o rayona aid avtomobil kodlarının yazılışı (misal üçün {{Tovuz rayonu-qaralama}}) qəbuledilməzdir. Biz regionlar üzrə avtomobil kodlarının deyil, region şablonlarını yaradırıq. Azərbaycan regionları isə nömrələnməyib. Şablonlardan avtomobil kodlarının götürülməsini təklif edirəm.--Acategory 15:30, 25 yanvar 2012 (UTC)
- Razı deyiləm. Bu üsuldan vikipraktikada bizdən öncə istifadə olunub və kifayət qədər də normal qarşılanır. TrViki buna ən gözəl nümunədir. --►Safir yüzüklü Ceklimesaj 06:13, 26 yanvar 2012 (UTC)
- Niyə məhz avtomobil nömrəsi kodu ilə işarələnir? İstifadəçilərdən kimsə tam haqlı olaraq dəyişiklik edib telefon nömrəsi kodları üzrə sistemləşdirmə apara bilər. İndi bilmirəm avtomobil kodu olanda "zerkalni nömrə"lər hansı rayonlara düşür, telefon kodu olanda hansı rayonlara:) Bu cür nömrələmə yersizdir. Türkdilli viki edib özü bilər. O bizim üçün vikipraktika deyil.--Sortilegus 17:07, 26 yanvar 2012 (UTC)
Təklif var ki, region şablonlarını avtomobil kodu olmadan hazırlayaq. --Acategory 20:22, 27 yanvar 2012 (UTC)
Kömək
Salam. Mən tərcümə gözləyən Rus dilində olan məqalələri tərcümə etmək istəyirəm. Amma bir problemim var. Məsəlçün http://ru.wikipedia.org/?q=Аскеров,_Ровшан_Энвер_оглы səhifəsini hazırlayanda sağdakı pasport tipli məlumatların necə hazırlanmasını bilmirəm. Bu barədə kömək edə bilərsiniz?. Mən burada yeniyəm. Kömək etsəz sevinərəm. O tipdə necə hazırlayım? Qabaqcadan təşəkkürlər. Burada yaratdığım məqalələrə istəsəniz baxa bilərsiniz. 1. http://az.wikipedia.org/?q=PTT_(Push_to_talk) 2. http://az.wikipedia.org/?q=Maemo 3. http://az.wikipedia.org/?q=Dəmir_paktı 4. http://az.wikipedia.org/?q=Splitter
--RM-WaRRioR 18:51, 25 yanvar 2012 (UTC)
- Yeni istifadəçi üçün başlanğıc yaxşıdır. Yeni məqaləyə gəldikdə isə Siz onu hazırlayın, biz şablonu əlavə edərik. Ya da hansısa şəxs haqqında olan məqalədən şablonu götürüb, ona yeni şəxsin məlumatlarını əlavə edin. Sizdə mütləq alınacaq. Burada bütün vikipediya texnologiyalarını soruşmaq olar. Fəaliyyətinizə uğurlar. --Acategory 19:03, 25 yanvar 2012 (UTC)
Təşəkkür edirəm! --RM-WaRRioR 19:30, 25 yanvar 2012 (UTC)
Hörmətli RM-WaRRioR, sizin fəaliyyətiniz davam edin.)--Baskervill 19:54, 25 yanvar 2012 (UTC)
davam edəcəm. narahat olmayın. Əgər məni qovmasanız davam edəcəm.--RM-WaRRioR 20:11, 25 yanvar 2012 (UTC)
Burada ensiklopedik fəaliyyətə marağı olan hər kəsə yer var. Sizdə də alınacaq. Uğurlar arzusu ilə --Acategory 20:34, 25 yanvar 2012 (UTC)
MƏN SADƏCƏ ÇOX TƏƏSSÜFLƏNİRƏM Kİ, BƏZİ SAYTLAR VİKİDƏN MƏQALƏ GÖTÜRÜB AMMA MƏNBƏNİN VİKİ OLDUĞUN YAZMIRLAR.--RM-WaRRioR 20:41, 25 yanvar 2012 (UTC)
Azviki açıq ensiklopedikadır. Burada olan məlumatlara istənilən saytda rast gəlmək olar. Bu hal isə məncə tam normaldır. Çünki, google.az da nə axtarış verirsən ilk növbədə, Azvikiyə olan keçid gəlir. Qanunu bilən və başqalarının əməyinə hörmət edən şəxs anlamalıdır ki, bir yazıdan istifadə edəndə, mütləq mənbə göstərilməlidir. --Baskervill 17:12, 26 yanvar 2012 (UTC)
- Qanun isə belədir: istənilən şəxs vikipediyadakı məlumatlardan istədiyi kimi istifadə edə bilər və bu zaman onun vikipediyaya istinad etməsi vacib deyil. Bu eynən şəkillərə də aiddir, amma təəssüf ki, azvikinin timsalında onu demək olar ki, hələlik vikipediya başqa saytlardakı şəkillərdən istifadə edir (sadəcə "qeyri-azad fayl" lisenziyası yapışdırırıq şəkillərə). Məqalələrdə də köçürmələr və müəllif hüquqları pozuntusu halları çoxdur. Yəni burda istifadəçi cümlə yazdısa, həmin cümlə artıq onun özünə məxsus deyil. Əslində, vikipediya fəlsəfəsi bundan ibarətdir: "Mən bunu bilirəm və bu bildiyimi sənə hədiyyə edirəm. Artıq bundan necə istifadə edəcəyin öz işindir". --Sortilegus 17:24, 26 yanvar 2012 (UTC)
Ərəb əlifbalı "Vikipediya" və "Şablonlar" adlar fəzasındakı səhifələrin silinməsi
Mən bu silinmə ilə bağlı Kənd meydanında yazmaq istəyirəm ki, istifadəçilərə bir-bir cavab verməyim.
- 1. Ərəb əlifbalı "Vikipediya" səhifələrinin yaradılması azvikini 2 hissəyə parçalamışdır. Bu səhifələr əsasən 2 istifadəçi tərəfindən qısa zamanda yaradılıb. Məsələn, bu kənd meydanına alternativ ərəb əlifbası ilə kənd meydanı səhifəsi, ərəb əlifbası ilə azvikinin rəsmi prinsipləri səhifələri - bu o deməkdir ki, ərəb əlifbası ilə yazan azvikiçilər ayrı səhifədə müzakirə aparmalıdırlar, özlərinin fəaliyyət prinsipi olmalıdır və s. Bu tam lazımsız bir məsələdir və qarışıqlıq yaradır. Ərəb əlifbası ilə ana səhifə sınaq mərhələsində özünü doğrultmadı. Çünki həmin ana səhifəyə ərəblə seçilmiş məqalələr yerləşdirmək qeyri-mümkündür. Ona görə ki, bu qədər seçilmiş məqalə yoxdur və ümumiyyətlə, ərəb əlifbası ilə olan məqalələrin 70-80%-i kəndlər haqqındadır, 90%-i isə qaralama halındadır. Bu səbəbdən "Tarixdə bu gün" bölməsi də yaratmaq olmur - həmin bölmədən hansı ərəblə olan səhifələrə keçid vermək olar ki? Ancaq kəndlər haqqında olan məqalələrə? Bir problemli məsələ isə istiqamətləndirmə səhifələridir. Məsələn, latınla həm məqalə, həm də məqalə istiqamətləndirməsi səhifələrinin sayı təxminən 128 400-dür. Bundan 75 mini məqalə səhifəsidir (53 400 istqamətləndirmə). Deməli, orta hesabla 1 məqaləyə 1 istiqamətləndirmədən də az düşür. Ərəblə təxminən 45 000 belə səhifə var. Bundan təxminən 10 000-i məqalə səhifəsidir, qalan 35 000-ni istiqamətləndirmə səhifəsidir. 1 məqaləyə 3,5 istiqamətləndirmə səhifəsi düşür ki, bu arzuolunmaz vəziyyət də ərəb əlifbası ilə səhifələr yaradan 1 botun fəaliyyəti sayəsində yaranmışdır. Yaxın bir neçə ayda bu problem də aradan qaldırılacaq.
- 2. Ərəblə şablonların ləğv olunması mənim üçün onların "Tələbat olan şablonlar" bölməsinə düşmələrindən ötrü lazımdır. Ən zərurilərini (daha çox keçidlənən) mən qarşıdakı 1 ay ərzində yaradacam. Şablon məsələsi belə olacaq: Şablonun adı latın hərfləri ilə, içindəki məlumatlar hər iki əlifba ilə. Və iki növ şablon olacaq. Birinci növ şablon: tutaq ki, "Musiqiçi" şablonundan latınla olan məqalələrə onun latınla məzmunu əlavə ediləcək, ərəblə olan məqalələrə ərəblə olan məzmunu. Amma hər iki məzmun 1 şablonun içində olacaq. Sadəcə "şablonun istifadə qaydasında" ərəblə və latınla olan hər iki variant göstəriləcək və onu kopyalayıb səhifəyə əlavə etmək kifayət olacaq. Belə olanda ərəblə məqalələr yaradan istifadəçilərin işi yüngülləşəcək. Çünki latınla bu cür şablonlar çoxdur. İkinci növ şablon: tutaq ki, "Ərdəbil ostanının şəhristanları" - adı yenə latınla olacaq. Amma burada şablonun içində alt-alta həm ərəblə, həm də latınla yazılacaq. "Gizlət-göstər" düymələrindən istifadə olunacaq. Həm də bu ona görə yaxşıdır ki, istifadəçi baxacaq ərəblə hansısa şəhristan haqqında məqalə var, amma latınla qırmızı keçiddir. İki əlifbanı da bilən istifadəçidə bu maraq yaradacaq ki, latınla da məqaləni yaratsın. Və ya əksinə.
- 1 ay ərzində şablonlarla əlaqədar ərəb əlifbalı məqalələrdə müəyyən problemlər olacaq. Sonra tədricən yuxarıda qeyd etdiyim formada şablonlar yarandıqca hər şey qaydasına düşəcək. Əlavə nə suallar varsa burda yazın, mən cavablandırım.--Sortilegus 22:56, 27 yanvar 2012 (UTC)
- Mən dediklərinizlə razıyam. burada əvvəllərdə intervikilər ərəb əlifbalı məqalələrədə artırılırdı amma eləbil indi yoxdur ya azalıb. mənim də sizin dediklərinizə yaxın bir neçə təklifim var. ərəb əlifbalı məqalələrdə fəqət içindəki məzmun və adı ərəb əlifbalı olub və başqa nə varsa latın olsun. niyə ki ərəb əlifbasında bəlli bir qramatika yoxdur ki ona əsasən kateqoriya yada şablon yaransın hər kimsə yazıları necə bəyəndi yazır. bu işlərin başa çatması üçündə ərəb əlifbası və latın əlifbasını yaxşı bilən istifadəçilər lazımdır. burda ərəb əlifbanı bilən idarəçi yoxdur ki onları düzəldib və uyğunlaşdırsın. heç olmasa iki davamlı idarəçi lazımdır. ondan sonra ərəb əlifbanı bilənlər hətmən ki latını bilirlər düzgün yaza bilməsələrdə rahatca oxuya bilərlər buna görədə məqalənin məzmunu və adından başqa ərəb əlifbasında kateqoriya,şablon,interviki və s olmamalıdır. bir zaman XG şablonunun ərəb versiyasını yaratmağa çalışdım amma olmadı onun içində dediyim qaydaları yerləşdirmək istəyirdim məsələn həmin intervikilər,kateqoriyalar və s görə dediyim sözləri yazmaq istədim amma yanlız XG səhifəsi ilə olmaz doğru düzgün Ana səhifəsində bəzi sözlər ərəb əlifbasında yerləşdirilməlidir. amma dediyim kimi bunlara baş çəkən istəyir. bu işə görə çox soz var!.--Türk oğlan 23:59, 27 yanvar 2012 (UTC)
- Mən dediyim şablonlardan biri üçün nümunə yaratdım: "Azərşəhr şəhristanı" Amma hələ onu təkmilləşdirəcəm. Bu son variant deyil. Yuxarıdakı təklifə görə təşəkkürlər. Kimin nə təklifi var yazsın ki, bu məsələni birdəfəlik yoluna qoyaq. --Sortilegus 00:13, 28 yanvar 2012 (UTC)
- Silinən şablonlarının və həmçinin istiqamətləndirilçiş səhifələrinin böyük əksəriyyətin yaradan istifadəçisi kimi bu qonuda öz mövqeyimi bildirməyi vacib sayıram.
- 1- Mən Azvikidə çalışmağa başlamağdan öncə, Ərəb əlifbasında Ana səhifəsi var idi. Burda ərəb əlifbalı istifadəçinin sayı çoxalmaqla, bu səhifədə genişləndi. Məqalələrin sayı və keyfiyyəti artmaqla SM-də seçildi və bu məsələ obiri məqaləri genişləndirmək üçündə böyük maraq yaraddı. Tarixdə bu gün şablonuda yola düşdü yazının ardında söyləyəcəyim olaylardan sonra bunların hamısa durduruldu.
- 2- Ərəb əlifbalı istifadəçilər arasında çeşidlı qonularda geniş mübahisələr olurdu, bunlar istifadəçilərin müzakirə səhifəsində aparılırdı. Müzakirələrin genişlənməsindən sonra ərəb əlifbasında Kənd meydanın olmasının vacibliyi düyüldü və yarandı, necə ki neçə il bundan öncə Ana səhifə yaradılmışdı.
- 3- Mən şəxsən latın əlifbasında yazıb-oxumağı beş-altı ildir ki öyrənmişəm. Türk oğlanın nəzərindən fərqlı olaraq belə düşünürəm ki Günelilərin çoxu latın həflərin tanısalarda onun oxumağında çətinlik çəkirlər yanı hecciləyib oxuyurlar. Ərəb əlifbasında yazıb oxumaq onların çoxuna rahatdır. Fikr etmirəm ki bunun subutunda elədə çətinlik ola. Bunlara əsasən, Vikipediyala başlanılan səhifərin ərəb əlifbasında olmağın vacib sayıram. Məsələ iki qaydalıq baş verməkdə olsa onu ayrı sürətdədə həll etmək olar. Yanı ərəbəlifbalı qaydanın başında yazmaq olar ki: Bu səhifə latın əlifbasında olan səhifənin güzgüsüdür. İdarəçilər latın əlifbasında olan səhifəni üstün tutacaqlar. Aydındırki qaydanın son versiyasın latın səhifəsindən izləmək lazımdır. Bundan əlavə "yazmaq qaydaları" ərəb əlifbasında necə məqalə yaradmaq qaydaların izah edən qaydadır. Ərəb əlifbasında vikipedyailə başlanan heç bir səhifə olmasada bunun olmağı vacibdir (Çünkü latınla qarşılığı yoxdur).
- 4- Qeyd etməliyəm ki Güneylilər latın əlifbasın öyrənməyədə böyük maraqları var. Ancaq öyrənməyə böyük maraq olmaqla oxuyub-yazmaq arasında çox fasilə var.
- 5- Şablonların iki əlifbasında olmaq çox gözəl görsənir. Buna tam dəstəyəm. Ancaq ilk öncə şablonların yaranması sonradan silməsi gərəkdir.
- 6- Ərəb əlifbasının yazılışı latınla incə fərqləri var. Bunların birisi çeşidlı ي، ی، ك، ک yarım fasılə آزربايجان لي، آزربايجانلي və belə fərqlərdir. Ona görədə Ərəb əlifbasında olan vikilərdə (ərəbcə, farsca, və Azvikinin ərəbəlifbalı bölümündə) istiqamətləndirmə latın əlifbasında olan istiqamətləndirmədən qat-qat çoxdur. Bu əsasda ərəb əlifbalı istiqamətləndirmə ıatın əlifbalı bölümlə yox ərəb əlifbasıla yazılan vikilərlə müqayisə edilməlidir.
- 7- Arşivləri axtarsaq görərik ki, Ərəb əlifbalı bölümıə latın əlifbalı bölümün problemləri və bəhsə çevrilməsi umumən bir istifadıçinin mənfi baxışı, ərəb əlifbanı düşmən görüb onun yox olmasına "Fətva" verməyə hazır olan bir istifadəçidir. Bu mənfi baxış özünün mənfi nəticələrin göstərib və göstərməkdədir (Ərəb əlifbalı bölümünün durumu buna subutdur)
- 8- Qədimdən belə bir adət-ənənə var ki əvvəl soruşallar sonra əməı edərlər, burdasa əksinə əvvəl əməl sidilir sonradan soruşulur.
- 9- Məncə mənfi baxış ordan yaranır ki bəzilər Güneyin durumun olduğu kimin görməydə çətinlik çəkirlər. Mən bir güneyli olaraq həmişə çalışmışam ki bunun necə olmağın göstərəm. İndidə hər kəsin zehnində dərin sual varsa mən başardığım həddə cavab verməyə hazıram. Hamıya hörmətlə --Əmir İbrahimi *danışıq* 09:24, 28 yanvar 2012 (UTC)
- Əmir bəy dediklərizniz doörudur,
- Ərəb əlifbasında yazmağı öyr.nməyə düzgün bir mənbə varmıdır? onu mənədə tanıdın çünkü bəzi kələməkərin yazmağında zorluq çəkirəm məsələn Məhəmmədin yazılmasında(محمد/محممد) kimi yazılmalıdır? və başqaları. elə olmaz ki hərkəs necə gönlu istədi yaza!
- Güneylilər latını yaxşı oxuya bilməsələrdə kiçik cümlələri oxuya bilirlər yəni bir kateqoriyanı yada şablonda yazanı rahatca oxuya bilərlər.
- Üstdə dediyiniz məsələlərin yerinə yetirilməsinə bir cihad fətvası verilməlidir!
- Təkliflərim:
- Ərəbə əlifbalı Ana səhifəyə mən şəxsən razı deyiləm. niyə ki ərəb əlifbalı ana səhhifə istifadəçiləri ayırır və ərəbdə istifadəçinin sayının az olması bu səhifənin çoxda işə gəlir etmir .ərəb ana səhifə götürülüb.
- Heç bir kateqoriya ərəb əlifbasında olmayacaqdır. bunun səbəbi istifadəçilərin bir kateqoriyada iki əlifbalı məqalələri görmələri və rahatca onları tapmalarıdır.
- Şablonlar iki dilli olsa yaxşıdır və yanlız ərəblə olmamalıdır.
- Ərəb əlifbasında yazmağa bir qramatika mənbəyi üzündən yazmalıyıq yoxsa mən özüm əlim gəlmir onlara baş çəkəm. yəni bir mənbəyi ələ alıb və onun üzü ilə məqalələri redaktə edəcəyik.
- Üstdəki dediyim qramatika mənbəyi açıq şəkildə güneylilər görməlidirlər və ona baxanda yazılarını o mənbə əsasında yazmalıdırlar.
- Ərəb əlifbalı məqalənin latın qarşılığı olmalıdır. birisi ki latın bilmir ona bir şablon yerləşdirib və onun qarşılığının yaranmasını istəməlidir. Şablon:(Latın qarşılığı olmayan məqalə).
- Bunlara görə mənim dediyim və dostların dedikləri bir yerə yöışıb qayda kimi hamı ona əməl etməli olmalıdır.
- Bunları etmək üçün idarəçi lazımdır.
- Və s:-)--Türk oğlan 10:37, 28 yanvar 2012 (UTC)
- Mən Türk oğlanın yazdığı 9 bəndin 9-u ilə də razıyam və neçə vaxtdır ki, burda elə bunları deyirəm. Çox sevinirəm ki, istifadəçi hər şeyi belə ayıq başla təhlil edir və mövqeyini bildirir.--Sortilegus 10:53, 28 yanvar 2012 (UTC)
- Əmir bəy siz necə? bir yol deyin. mən bilirəm nə deyirsiz və istədiyiniz nədir. neçə il bundan əvvəl burada ərəb əlifbasını çıxarmaq istəyirdilər amma mənim özüm qarşısında durdum. buna görədə nədənlərim var. amma belə getsə həm latın və həmdə ərəb əlifbalı vikimizə zərərli olacaq.gərək bir yerdən başlayaq! məndə elə fikirlə var ki əgər bir birimizlə əl ələ versək ərəb əlifbasında yazdıqlarımız başımızın ucalığı olacaq.gəlin əl ələ verək. ana səhifə olmasada, elə bir iş görəcəyik ki latına və vikitopluma zərər vermədən ərəblə yazanlarda buranı özlərininki bilsinlər. mənim fətvam belədir;-)--Türk oğlan 11:46, 28 yanvar 2012 (UTC)
- Mən fətvanı dəstəkləyirəm və bu yolda şəhid olmağa hazıram:) Ərəb əlifbalı məqalələrin yazısının bir qaydaya uyğun yazılması vacibliyi də düzgün fikirdir. Belə olanda nəsə səhv olsa da, sonradan onu aradan qaldırmaq daha asandır, nəinki hərə bir cür yazanda.--Sortilegus 11:53, 28 yanvar 2012 (UTC)
- (Eyni vaxtda redaktə)Ərəb əlifbasın və onun istifadəçilərin zəhmətlərin məhv etməkdə atılan ikinci böyük addım sürətlə dəvam etməkdədir. Mənə ancaq gizli qalan məsələ budur ki bu işi böyük maraqla qabağa aparan şəxsin əsli hədəfi nəmənədir? Düzdən Azvikinin irəliləməsi ərəb bölümünün məhv olmasıla ələ gələcək? Görəsən bu iş Azvikiyə marağı artıracaq, yoxsa Güneyliləri Azvikinən qəribə qalmağa yardım edəcək? Görəsən gələcəydə bugünkü əməllərimizə baxanlar bu ozbaşlığımızı necə qimətləndirəcəklər? Və nəhayət soruşan olacaq ki Azvikinin idarəçiləri-istifadəçilərinin rolu bu gedişatda necə oldu? Ərəb əlifbalı bölüm üçün həftələrlə çəkilən zəhmət aradan getməkdədir. Bundan qabaqda bu məsələ qabağa gələndə qabağın almaq üçün çox çalışdım ancaq alınmadı. Bu tətil günlərindədə güman belə dəvam edəcək. Bir iş görməməyimin dəlili budur ki əlimdən bir iş gəlmir. Qudrəti əlində olanlarda susublar. Bu anlarımı heç zaman unuda bilməyəcəyəm. Bunu səmimi deyirəm ki Azvikiyə gələni Quzey barəsindəki düşüncələrimin çoxu dəyişdi. Güneydəki ayılanlar Qarabağın, Azərbaycanın hər bir qarıc torpağı-kimliyi üçün canlarından keçməyə hazırdırlar. Burda Güneyə problem kimi baxanlar var, başı aşağı olanlar var, və...--Əmir İbrahimi *danışıq* 12:12, 28 yanvar 2012 (UTC)
Hörmətli Türk oğlan mən məsələnin nə olduğun hələ başa düşməmişəm. Ərəb əlifbasında olan qaydaların kimə zərəri var? Biz nə etmək istəyirik? Nə üçün?--Əmir İbrahimi *danışıq* 12:14, 28 yanvar 2012 (UTC)
- Mən səni başa düşürəm, axı bura vikipediyadır və özünə görə qaydaları var. ondan sonra de görüm burada məyər ərəb əlifbada yazmağı yada məqalələrini silməyə şalışırıq? bax görüm:
- Hər şeyi qayda üzünə gətirmək lazımdır.
- Kateqoriyaların latın olmasında nə varki? bir yerdə iki əlifba birləşsələr, birbirimizə bağlılığı göstərir və buranın ayrı olmadığını.
- Şablonlar birləşsə nə olar ki? həm latın və həm ərəb. bu bağlılıqdır ya obiri şablonlar ki ayrıidilər. ondan sonra şablonların bir olması hamımızın birbirimizə möhtərəm olduğumuzu göstərir.
- Mənim o qədər yaratdığım kateqoriyalar və şablonlar silinib ki başa gəlməz.
- Əgər belə şeylərlə küsəcəksən olmaz ki! mənim əvvələrdə burada çalışdığım zaman hər kəs məni qınıyıb və az qalmışdılar məni bloklasınlar. çoxlu xəbərdarlıqlar almışam. amma qaçmadım. indidə bəzən dediklərimi sayan yoxdur sənədli danışıram amma haniii! indidə bir şeylər yazanda bəziləri buranı özlərininki bilirlər, amma elə deyil. deməli çoxdur.--Türk oğlan 12:51, 28 yanvar 2012 (UTC)
- Hörmətli Türk oğlan mənim yazdıqlarımı oxumamağınız nəzərə gəlir. Üstə yazmışam ki 5- Şablonların iki əlifbasında olmaq çox gözəl görsənir. Buna tam dəstəyəm. Ancaq ilk öncə şablonların yaranması sonradan silməsi gərəkdir.
- Məqalələr silinən günlər siz yoxidiniz. Yararsız məqalələr bəhsində tarixçə qoymuşam baxın lütfən. Mən hansısa yararlı işin qabağında durmaq fikrim yoxdur. Siz bir silinən səhifərə baxın. Bunlar nə üşün silinir? Hansı qayda əsasında? Kim icazə verib bu işə? Məsələ öz başınalıq məsələsidir. Ərəb əlifbalı məqalələrdə ərəb əliblalı kateqorayın olub-olmamasın bir ayrı mövqedədə danışmaq olar. Məsələ burasındadır ki sizin nəzəriniz çün müsbətdir ad aparılır, yoxsa siz muxalif olsazda belə genə silmələr davam edəcək. Çünkü bunun başlanışının kökü belədir. --Əmir İbrahimi *danışıq* 13:00, 28 yanvar 2012 (UTC)
- Şablonlara görə narahat olmaq lazım deyil. Yuxarıda yazmışam izahını: "Tələb olan şablonlar" bölməsinə düşmələri üçün silmişəm ki, baxım görüm hansına nə qədər keçid var və latınla olan şablonlarla birləşdirim. {{Yəzd ostanı}} nümunəsində görünür ki, belə olanda qüsurlar tez ortaya çıxır və hər iki əlifbaya baxıb onları aradan qaldırmaq asanlaşır. Təxminən 80-90 belə şablon olacaq və qeyd etdiyim kimi, 1 ayın ərzində bu işi yoluna qoyacam. Ərəblə azvikidə vikiprinsiplərin olması isə düzgün deyil. Bir vikipediyada bir prinsip və qanunlar toplusu olar. --Sortilegus 13:13, 28 yanvar 2012 (UTC)
- Bu sizin yazınızdır. Unudubsuzmu! İstifadəçi müzakirəsi:Sortilegus/Arxiv 2011#Layihə / لایحه --Əmir İbrahimi *danışıq* 13:22, 28 yanvar 2012 (UTC)
- Buda yararlı bir linkdir: Vikipediya:Kənd meydanı/Arxiv/Aprel/2011#ویکی پئدیا: یازماق اوصولو. İndi necə olur ki siz öz başınıza onları silirsiz. Bura sizin şəxsi veb səhifəniz deyil. Bizdə bekar adam deyilik ki yaradaq siz kefiniz çəkən zaman siləsiniz.--Əmir İbrahimi *danışıq* 13:25, 28 yanvar 2012 (UTC)
- Orda yazdıqlarımı burda da deyirəm axı. Hansı fikrim bir-birinə ziddir ki?--Sortilegus 13:29, 28 yanvar 2012 (UTC)
- Şablonlara görə narahat olmaq lazım deyil. Yuxarıda yazmışam izahını: "Tələb olan şablonlar" bölməsinə düşmələri üçün silmişəm ki, baxım görüm hansına nə qədər keçid var və latınla olan şablonlarla birləşdirim. {{Yəzd ostanı}} nümunəsində görünür ki, belə olanda qüsurlar tez ortaya çıxır və hər iki əlifbaya baxıb onları aradan qaldırmaq asanlaşır. Təxminən 80-90 belə şablon olacaq və qeyd etdiyim kimi, 1 ayın ərzində bu işi yoluna qoyacam. Ərəblə azvikidə vikiprinsiplərin olması isə düzgün deyil. Bir vikipediyada bir prinsip və qanunlar toplusu olar. --Sortilegus 13:13, 28 yanvar 2012 (UTC)
- Bəzi məqalələr ki mənim düşüncəm və vikiprinsiblərini başa düşdüyumə baxaraq silməyə aday görmüşəm amma fikrimcə başqaları ona qarşı çıxa bilərlər, onların müzakirə səhifələrində etmək istədiyim işi yazıb və başqa vikiçilərdən nəzər istəmişəm. belə bir səhifəni soruşmadan və izahlar gətirmədən silmək olaz ki! Əmir bəy başqa hançı məqalələr silinibdir? onlara bir baxa bilərəm örnək üçün 4-5 dənəsini göstərin. problemi tapaq.--Türk oğlan 13:36, 28 yanvar 2012 (UTC)
- Ozaman sizin fikrinizdə nə keçməyin bilmirəm. Ancaq mən orda sizdən ویکیپئدییا:بئش اساس پرینسیپ- VP:BƏP barəsində sual vermişəm sizdə onun yolun mənə öyrədibsiz və indi onları silirsiz. O vaxt zehnizdə bu varimiş ki qoy yaradsın 8-9 aydan sonra silərəm! mən bunu bilmirdim.))) Bu silinən məqalələrin bir qismi [10], [11], [12], [13] və.... Vikisitatda silinənlərdə ki heç. Orda yerli-dibli bütün ərəb əlifbalı bölümü silindi, ondan sonra orda böyük irəlilişin olduğu görsənmədi təkcə güneylilər uzaqlaşdırıldı. Burdada fürsət düşən kimi silinmələr dəvam edir. Allah sonun xeyir etsin.--Əmir İbrahimi *danışıq* 16:32, 28 yanvar 2012 (UTC)
- Amma Sortilegus, dediyi BƏP məqaləsinə keçiddə verə bilərdin. birdə şablonların qarşılığı və birləşdirilmədən silmə!!! onları yenidən yazmaq çətindir. bir əl saxla görək nə iş görürük! yanlız ki olmaz! hamı birlikdə.Birdə əmir ərəbdə Türkməni niyə Türkman yazıllar?--Türk oğlan 16:52, 28 yanvar 2012 (UTC)
- İndi kateqoriyalar problemi başlandı. Güney Azərbaycanı məqaləsinin kateqoriyası Cənubi Azərbaycan olur! İndi onları dəyişib Güney Azərbaycan etməmiz necə olacaq? Və sayirə belə kateqoriyalar. (Traktorsazi - \Əyalət - ostan və...)--Əmir İbrahimi *danışıq* 17:34, 28 yanvar 2012 (UTC)
- Mən belə tələsiklik və qatma-qarışıq işləri heç bəyənmirəm. --Əmir İbrahimi *danışıq* 17:39, 28 yanvar 2012 (UTC)
- Bə necə oldu yenədə danışdıq-danışdıq sonrada susduq!!! bir söz deyin, qayda göyun, neyliyək bə? birisi yazıb pozanı obiri gətirir yerinə və əksinə! --Türk oğlan 09:30, 29 yanvar 2012 (UTC)
- Bir az danışırıq, bir-neçə səhifə silinir və işlər uğursuzluqla ləngiyə-ləngiyə dəvam edir. Bir-birimizin başına şirə yaxırıq və nəhayət şəxsi fikrimiz yeriyəndən sonra hər şey bitir...--Əmir İbrahimi *danışıq* 10:28, 29 yanvar 2012 (UTC)
- İndi kateqoriyalar problemi başlandı. Güney Azərbaycanı məqaləsinin kateqoriyası Cənubi Azərbaycan olur! İndi onları dəyişib Güney Azərbaycan etməmiz necə olacaq? Və sayirə belə kateqoriyalar. (Traktorsazi - \Əyalət - ostan və...)--Əmir İbrahimi *danışıq* 17:34, 28 yanvar 2012 (UTC)
- Deyəsən Azviki ərəb əlifbası ilə yazılan yazılarla vidalaşır. Ana Səhifədə ərəb əlibası ilə bir dənədə olsun yazı yoxdur və ərəb əlifbalı seçilmiş məqalələr siyahıdan çıxarılıb. Burada ərəb əlifbalı bölmənin latından ayrılmasını ən çox mən istəmişəm. Vikimiz indi daha səliqəli görünür. Ancaq bir problem var. Güneydə yaşayan soydaşlarımız indi nə etsin?? Sizlərə məsləhətim özünüzə bir viki açın və ya burada aparılan mübarizəni yenidən başladın.--Baskervill 13:40, 29 yanvar 2012 (UTC)
- Qısaca informasiya üçün deyim ki, Azərbaycan dilində olan Vikipediyada ərəb əlifbası olmaya bilməz, çünki bütün etibarlı mənbələrə əsasən, Azərbaycan dili ikiəlifbalıdır. Burada ərəb əlıifbası görmək istəməyənlər isə çox güman ki, məyus olmalıdırlar. Çünki, latın əlifbasında olan Vikipediya az kodu altında yox, azj kodu altında (yəni Azərbaycan yox, şimali Azərbaycan dilində) olmalıdır. Yəni məsələ siz fikirləşdiyiniz kimi də sadə həll olunana məsələ deyil. Əgər ərəb əlifbası istəmirsinizsə, onda kod və dil adı dəyişməlidir. Vəssəlam. Siz isədiyiniz yolla isə, məsələni həll etməyə çalışsanız, onda qısa şəkildə deyim ki, Azərbaycan dilində olan Vikipediya Vikimediya Fondunun dil qaydalarını pozduğuna görə qapadılacaq. --N KOzi FORVM 05:34, 30 yanvar 2012 (UTC)
- Deyəsən Azviki ərəb əlifbası ilə yazılan yazılarla vidalaşır. Ana Səhifədə ərəb əlibası ilə bir dənədə olsun yazı yoxdur və ərəb əlifbalı seçilmiş məqalələr siyahıdan çıxarılıb. Burada ərəb əlifbalı bölmənin latından ayrılmasını ən çox mən istəmişəm. Vikimiz indi daha səliqəli görünür. Ancaq bir problem var. Güneydə yaşayan soydaşlarımız indi nə etsin?? Sizlərə məsləhətim özünüzə bir viki açın və ya burada aparılan mübarizəni yenidən başladın.--Baskervill 13:40, 29 yanvar 2012 (UTC)
- Əmir bəy ogədər buranın təmizlənməsinə və qayda üzünə gətirməsi qarşısında dayandın ki Baskervil kimi danışığını bilməyən və nə iş gördüyünü bilməyən durur və üstdəki sözləri yazır. Baskervil kimi adamlar çarə yox özlərini rahatlamaq üçün danışırlar. mənim təkliflərim belə adamların önünü almaq üçündür. Sortilegues də ki öz başına əlindən gələni görür. sortilegus dostumuz mənim təkliflərimi ki bəyənmişdi səs verməyə çıxarsaidi Baskervil belə danışmaz idi. Baskervil buraya nə töhfən var? yaratdığın məqalələri açım və vikiyə görə çoxunun dəyərsiz olduğunu göstərim?! belə danışma. İnsanın beyni dilinin arxasında olmaz! beyni öz yerində olmalı dilidə həmçinin bura babanın malı deyil. Əmir bəy indi bunun alağın eləş quru təəsübdən bir şey çıxmaz. mən bu işin çözulməsi üçün nəzər istədim Baskervil özünü araya atdı! Baskervil səndən öncə ona görə danışıqlar aparmışıq dostum. Baskervildən başqa nəzəri olan yoxdur? əgər günüyliləri burda görməkdənsə daralırsınız bizlər gedək. yada blokyanın gurtulsun. kəşkə sözlərimi başa düşən olaydı. bu iş bir səs vermə ilə bitib gedərdi və bu sözləri eşidməzdiz.!--Türk oğlan 14:18, 29 yanvar 2012 (UTC)
- Oxuduqca gülürəm. Hörmətli Türk oğlan tərəfimdən yaradılan dəyərsiz məqalələri göstərin.--Baskervill 14:40, 29 yanvar 2012 (UTC)
- Siz tapana kimi, mən birini yazım. Nasir Purpirar məqaləsi, cənub ləhcəsində yazılıb. Yəni vikiləşdirmək lazımdır.--Baskervill 14:45, 29 yanvar 2012 (UTC)
Mən ki güneyliyəm əlimdən gələni etmişəm və buranın zənginləşməsi üçün özümcə və əlimdən gələni etmişəm. onun ləhcəsi var, bir savadsız adamın onu yazmağı böyük işdir. siz necə. viki fəqət güney ləhcəsindən ibarətdirmi!!! sənin kimi adamlar fəqət gülməyi başarıb, çözüm yolu ürətməzlər. cavabın elə bumuydu! onu yaradan zaman mən bir savadsız kimiidim, inididə bir şey bilmirəm, yenədə mən! gülmək işin çarəsi deyil. əlindən bir iş gəlirsə buyur meydana yoxsa başqa dinməyən dostlarımız kimi otur qıraqda. Mən üstdə müzakirə olunan mövzuya görə nəzər istədim sənin buraya birisinin gəlib getməsi haqqında bir nəzər verməyə haqqın yoxdur. anlaşıldımı.--Türk oğlan 15:05, 29 yanvar 2012 (UTC)
İsifadəçilər Türk oğlan və Baskervill Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir qaydalarını pozduqlarınına görə xəbərdar edilirlər. Davam etdirdikləri halda bloklanacaqlar. Azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory 15:03, 29 yanvar 2012 (UTC)
Hörmətli Acategory mənə xəbərdarlıq vermənizi anlamadım. Birinci məsələdə kim kobudluqa yol verdi. Birdə mən həmkarımdan fərqli olaraq, kobud heç nə yazmıram. Bir az obyektiv olun!!--Baskervill 15:11, 29 yanvar 2012 (UTC)
- Üstdə mən özüm bir az kobudluğa yol vermişəm dostumuzu isə bilmirəm və buna görədə vikidən üzr istəyirəm.--Türk oğlan 15:14, 29 yanvar 2012 (UTC)
Yuxarıda mənə qarşı ciddi ittihamlar səsləndirilib. Rica edirəm ki,Türk oğlan tərəfimdən yaradılan dəyərsiz və lazımsız məqalələri göstərsin.--Baskervill 15:14, 29 yanvar 2012 (UTC)
Söz mənə deyilib. Ona görə viki cəmiyyətdən yox məndən üzr istənilməlidir.--Baskervill 15:19, 29 yanvar 2012 (UTC)
Hər ikinizdən ümumi işə fayda verməyən polemikanı dayandırmağı xahiş edirəm. Hər ikiniz azərbaycan vikipediyası üçün əhəmiyyətli istifadəçilərsiz. Polemikanın şəxsi müstəviyə keçdiyini və arzu olubnmayan sahəyə adladığını hiss edirəm. Ümüd edirəm ki, diqqəti müzakirə mövzusuna yönəldəcək və vikipediyada birliyin qorunub saxlayamasına töhfə verəcəksiniz.--Acategory 15:23, 29 yanvar 2012 (UTC)
- Mən Öz sıramda Baskervildən məqalələrinə dediyim sözə görə Üzr istəyirəm. belə sözləri mən üç vikidə aparmışam və sözü uzatmaqdan heçdə çəkinmirəm. amma buraya heyfim gəlir və azərbaycan vikisi üçün üzrdə dilərəm. əlimdən gələn budur. başqa deyilən sözləridə dostlarımızın vicdanına bıraxıram.Heç kimsədəndə məndən üzr istəməsini istəmirəm. mən həmişə Azvikisiləyəm--Türk oğlan 15:39, 29 yanvar 2012 (UTC)
İnsindent aradan qalxdığına görə xəbərdarlığı geri götürürəm. Hər ikinizin fəaliyyətini azərbaycan vikipediyası üçün dəyərli hesab edirəm. Gənclik çılğınlığının isə sizi daha da dostlaşdıracığını düşünürəm. Həyatda belə olur. --Acategory 15:52, 29 yanvar 2012 (UTC)
Məndə öz növbəmdə, tərəfimdən deyilən sərt sözləri qeri götürür və Türk oğlanın cəsur addımını alqışlayıram. Hamımıza uğurlar.--Baskervill 19:37, 29 yanvar 2012 (UTC)
Hörmətli Türk oğlan Sizin Baskervillə etdiyiniz ihanət iki cəhətdən yersizidi, qayda-qanuna görə Acategory bəy Sizə yazdı. İkincisində mən yazıram, yazmaqdan öncə deyim ki hörmətli Baskervillin "ləhcə" təhqirinin pisləyirəm. Bu yazını birdə oxuyun "Deyəsən Azviki ərəb əlifbası ilə yazılan yazılarla vidalaşır. Ana Səhifədə ərəb əlibası ilə bir dənədə olsun yazı yoxdur və ərəb əlifbalı seçilmiş məqalələr siyahıdan çıxarılıb. Burada ərəb əlifbalı bölmənin latından ayrılmasını ən çox mən istəmişəm. Vikimiz indi daha səliqəli görünür. Ancaq bir problem var. Güneydə yaşayan soydaşlarımız indi nə etsin??" Burda hansısa məsələ şişirtməsi yoxdur. Bu cümlə bugünkü durumun göstəricisidir. "Buranın təmizlənməsinə və qayda üzünə gətirməsi" gəlincə mən sizdən iki sual soruşuram: Ərəb əlifbalı bölüm zibildimi? ki onu kimsə təmizləsin. İkinci sualda belədir ki hansı qayda-qanun? Ərəb əlifbalı bölümünə dəydiyi zərbələr hansı QAYDA və ya QAYDALAR əsasında olub? Birin göstərin mənə. Mənim nəzərimə məsələ daha dərindir.
Arxivləri araşdıranda görürük ki ilk gündən burda bir viki iki əlifba qarşısında çeşidli düşüncələr olub. Mən onları üç böyük dəstəyə bölmək istəyirəm. Birinci qrup Azərbaycan Türkcəsi bir dildir, biz qardaşıq bir viki çalışmalıyıq diyə "Bir viki iki əlifba" tərəfdarı olublar. İlk öncə Güneylilərin bəzisi ayrı viki fikrində olsalarda bu nəzərə tərəf çəkiliblər. Hörmətli Mehrdadın müzakirələrin axtaranda bunlara rast gəldim (metadan). İkinci qrup "gözəllik"i nəzərə alaraq ərəb əlifbasıla latın əlifbasın bir yerdə görməyi bəyənməyiblər. Bunları hörmətli Axan bulutun müzakirələrindən öyrənmişəm. Bunlar ayrılmaq tərəfdarlarıdırlar, ancaq əvvəl ki qrupun önündə dura bilməyiblər və "xain" sayılmaqdan qorxaraq "Bir viki iki əlifba"ya boyun əyiblər (bu mənim şəxsi təhlilimdir). Üçüncü qrup fars rasismləridirlər ki kokdən Güney Azərbaycan adında bir varlığı danırlar. Bunlarıda metada oxuya bilərsiz. Üç qrupdan ikisinin düşüncələri vikidə qalmaqdadır və üçüncü düşüncə demək ki Azvikinin tək eşiyində ola bilər. İki qrup arasında nələr keçir?
İlk qrup hər iki əlifbanı sevir və gözəllikdən öncə bir yerdə çalışmağı üstün tütür. Mən şəxsən özümü birinci qrupda görürəm. İkinci qrup gözəllik axtarır və əlbətdə ki bu baxışda ərəb əlifbası cızma-qara, gözəlliyi olmayan və gözəlliyə böyük zərbə vuran və... diyə bu birliyi Azvikinin geri qalmaq səbəbi göstərmək bilib onu aradan aparmaq və bu olmasa heç olmasa əl-ayağın bir yerə yığmaq tərəfdarıdırlar. Bu baxışdan buranı "təmizləmək" və "qayda-qanuna salmaq" yanı bu ki bütün iş-gucunuzu bu yolda qoyaq ki ərəb əlifbalı bölüm az gözə gəlsin. Çirkinliklər silinsin Azvikinin üzündən.
Bir ayrı məsələ qudrət və danışıq üslubudur. Birinci qrup ilk gündən qudrıtli olub "Bir viki iki əlifba"nı yeridib, əksinə ikinci qrup özəl zamanlarda fürsət tapınca çeşidli bəhanələrlə bu çirkinliyi təmizləməyə addım atıb. Mən özüm təcbübə etdiyim budur ki yeni siyasətdə iki addımla bu iş qabağa aparılmaqdadır:1- İki əlifbanın olması bir vikini və bir milləti ikiyə bölmək kimi göstərilir. Belə bir sonuc çıxır ki biz bir millətik bir əlifbada yazmalıyıq. Buda aydın aşkara gerçəklərdən uzaq bir söyləmdir. Çünkü Güneylilər hələ öz milli dövlətlərin qura bilməyiblər və ümum millətdə latınla yazıb-pozmanı başarmırlar. Bu başka dilnən ya latın yaz yada bas eşiyə deməkdir. 2- Birliklə gözəllik cütləşib və muxaliflər iki yönlü ittihamlarla üzbəüz olurlar. Birlik və irəliliş düşmanları.
Biz belə bir mürəkkəb durumda yaşayırıq....--Əmir İbrahimi *danışıq* 05:30, 30 yanvar 2012 (UTC)
- Qısaca bu yazdığıma diqqət edin. --N KOzi FORVM 05:36, 30 yanvar 2012 (UTC)
- Bir nüktəni yazmağı unutdum oda budur ki bu ərəb əlifbali bölünün əleyhinə ikinci böyük addımı qabaqda olan Güney Azərbayzan mətbuati layihəsilə əlaqədar olmağın düşünürəm. Bu addım atılmaqla ərəb əlifbalı bölüm yeni dirçəlişi təcrübə etmədən əvvəl zərbə yeməlidi ta indi düz görsənən dəlillər əldən getməsin. Örnək üçün ərəbəlifbalı bölümün istifadəçilərin uzaqlaşdırandan sonra Ana səhifədəki işlər və SM bölümündə böyük ləngimələr oldu bunlar yeni məqalələr və yeni istifadəşilərin gəlməsilə aradan getmək üşün imkan yaranmaq ehtimalı böyük idi. Demək olar bu ittifağın qabağı zirəkliklə baş vermədən alındl ta sonrada "təmizləmək" və "fətva" verməyə ehtiyac olmasın. Yanı Güneylilərin zəif durumundan faydalanıb tabutlarının mıxların möhkəmləndirmək. --Əmir İbrahimi *danışıq* 05:58, 30 yanvar 2012 (UTC)
Məni bu müzakirədə iki məsələ narahat edir. Birincisi, ərəb əlibası ilə məqalə yaradan istifadəçilərin narahatlığı, ikincisi hərdən bir cənublu azərbaycanlıların şirin ləhcəsinin müzakirə mövzusuna çevrilməsi. İstənilən vikipediyada vaxtaşırı böyük həcmdə redaktə düzəlişləri aparılır. (Təmizlənmə ifadəsini işlətmirəm, çünki bu düzgün başa düşülməyə bilər.) Burada məqsəd vikipediyada ümumi prinsiplərin qorunmasını təmin etməkdir. Fikrimcə bir qədər bürokrat Sortilegusa imkan vermək lazımdır ki, islahatlarını sona çatdırsın. Əgər o yazdığı nəticə alınmasa məsələyə yenidən qayıtmaq olar. Hər halda heç kim ərəb əlifbalı məqalələrin əleyhinə deyil və bu fikir heç zaman burada dəstək qazanmayıb. Bu əlifba ilə işləyən istifadəçilərin əməyi danılmazdır, onların professonallıqları da günü gündən artmaqdadır. Onlar bu əlifba doğma olan milyonlarla soydaşlırımızın ensiklopedik maraqlarını təmin edirlər, azərbaycan vikipediyasına zənginlik gətirirlər.
Hərdən cənublu soydaşlarımızın ləhcəsinə irad tutmağı isə yolverilməz sayıram. Buna heç bir zaman imkan vermək olmaz. Bizlər bizi parçalayan yox, birləşdirən cəhətləri axtarmalıyıq. Vikipediya azad ensiklopediyadır. Əgər kimsə hasısa məqalədə onu qane etməyən moment görürsə, onu heç kəsdən soruşmadam düzəltmək hüququna malikdir. Bu hüquqdan istifadə edilərsə kənar söhbətlər də ortaya çıxmaz. Hamıya hörmətlə --Acategory 06:29, 30 yanvar 2012 (UTC)
- Hörmətli Acategory bəy, Sizin məsələyə məntiqli baxışınızı alqışlayıram. Demək istəyirəm ki burda iki məsələ var: Birincisi "məqalələrdə işlənən şablonlar" ki onlarda islahat gedir. Mən şəxsən ona dəstəyəm. İkincisi Ana səhifə və başqa əsas şablonların (məqalə yox Ana səhifə ilə ilgisi olan şablonlar) silinməsi. Söz ikinci bəndən gedir. Həmçinin layihə səhifələri həmişəlik siliniblər. Onlar daha geri qayıtmayacaqlar. [14] [15], [16], [17], [18], [19], [20], [21], [22], [23], [24], [25] və başqaları ki bu səhifədə yoxdurlar. Yanı işin birisi düzdür ancaq o işin bəhanisilə obiri şablonlar və səhifələr həmişəlik siliniblər. İstəyirsiniz hamısının linkin qoyum. Hörmətlə --Əmir İbrahimi *danışıq* 06:54, 30 yanvar 2012 (UTC)
- Yuxarıda yazmışam - 1 aya (artıq 28 günə) bütün problemlər həll olunacaq. Ondan sonra kim nədən narazı qalsa öz narazılığını bildirər. Burda səhifə bərpa etməkdən asan heç nə yoxdur. Amma görülən işin azvikinin (hər iki əlifbanın) xeyrinə olacağının şahidi olacaqsınız. Həm ümumi şablonlar, həm ümumi səhifələr çoxlu sayda ərəblə və latınla məqalələrin yaranmasına səbəb olacaq. Ona görə xahiş edirəm lazımsız müzakirələrə çox vaxt sərf etməyin. Bu vaxtı yeni yaradılan iki əlifbalı şablonların islah olunmasına sərf etsək daha çox şey qazanmış olarıq. --Sortilegus 07:27, 30 yanvar 2012 (UTC)
- Bir sualıma cavab verin qalanı qalsın bir aydan sonraya: آنا صحیفه- Ana səhifə nə üçün silinib və haçan bərpa olacaq? Hörmətlə--Əmir İbrahimi *danışıq* 07:38, 30 yanvar 2012 (UTC)
- Yuxarıda yazmışam - 1 aya (artıq 28 günə) bütün problemlər həll olunacaq. Ondan sonra kim nədən narazı qalsa öz narazılığını bildirər. Burda səhifə bərpa etməkdən asan heç nə yoxdur. Amma görülən işin azvikinin (hər iki əlifbanın) xeyrinə olacağının şahidi olacaqsınız. Həm ümumi şablonlar, həm ümumi səhifələr çoxlu sayda ərəblə və latınla məqalələrin yaranmasına səbəb olacaq. Ona görə xahiş edirəm lazımsız müzakirələrə çox vaxt sərf etməyin. Bu vaxtı yeni yaradılan iki əlifbalı şablonların islah olunmasına sərf etsək daha çox şey qazanmış olarıq. --Sortilegus 07:27, 30 yanvar 2012 (UTC)
- O məsələ ilə bağlı istifadəçi müzakirəsi səhifələrimizdə də müzakirə apardıq. Və siz də razılaşdız ki, indilik ərəb əlifbası ilə ana səhifə real deyil. Amma latınla olan Ana səhifədə "həftənin seçilmiş məqaləsi" bölməsində mütləq ərəblə məqalələr olmalıdır. Bunun üçün də məqalə əvvəlcə laboratoriyaya daxil edilməlidir, orda işlənməli, müzakirə olunmalıdır, sonra səsvermə keçirilməlidir və seçilmiş məqalə statusu almalıdır. Bu prosesdə bütün azvikinin cəmiyyəti iştirak etməlidir (latınla da, ərəblə də yazanlar). 4-5 istifadəçi yığılıb səsvermə keçirib məqaləyə seçilmiş məqalə statusu verməməlidir.--Sortilegus 08:35, 30 yanvar 2012 (UTC)
- Bir Ana səhifə olsun SM hər iki əlifbada olmaq imkanı qazansın, "Tarixdə bu gün" bölümünüdə sonradan hazırlarıq. Layihə səhifələrində dediyim ki məsəlisin həll edib bərpa etsəniz heç bir problem qalmır.İnanıram ki bu "qardaşlıq" məkanımızın daha güclü daha qayda-qanunlu olacaq. --Əmir İbrahimi *danışıq* 08:49, 30 yanvar 2012 (UTC)
- Tarixdə bu gün bölümünü hazırlamaq sonranın işidir. Amma əgər vikipediya 2 əlifbalıdırsa, ana səhifədə "seçilmiş məqalə" bölümündə mütləq ərəblə də məqalələr olmalıdır. Lap tutaq ki, 3 həftə latınla məqalə olanda 1 həftə də ərəblə olmalıdır. Bunun üçün ərəblə məqalələr üzərində işləyib onları "seçilmiş məqalə" şərtlərinə cavab verən bir səviyyəyə çatdırmaq, sonra isə laboratoriya və səsvermədən keçirmək lazımdır. İndilik heç olmasa 10 məqalə üzərində işləmək pis olmazdı.--Sortilegus 08:54, 30 yanvar 2012 (UTC)
- Hörmətli Acategory bəy, Sizin məsələyə məntiqli baxışınızı alqışlayıram. Demək istəyirəm ki burda iki məsələ var: Birincisi "məqalələrdə işlənən şablonlar" ki onlarda islahat gedir. Mən şəxsən ona dəstəyəm. İkincisi Ana səhifə və başqa əsas şablonların (məqalə yox Ana səhifə ilə ilgisi olan şablonlar) silinməsi. Söz ikinci bəndən gedir. Həmçinin layihə səhifələri həmişəlik siliniblər. Onlar daha geri qayıtmayacaqlar. [14] [15], [16], [17], [18], [19], [20], [21], [22], [23], [24], [25] və başqaları ki bu səhifədə yoxdurlar. Yanı işin birisi düzdür ancaq o işin bəhanisilə obiri şablonlar və səhifələr həmişəlik siliniblər. İstəyirsiniz hamısının linkin qoyum. Hörmətlə --Əmir İbrahimi *danışıq* 06:54, 30 yanvar 2012 (UTC)
- Əmir bəy lütfi-nəzəriniz üçün sağolun. başqa dostlarımızada deyim ki mənim burada dediklərimin hamısı qayda qanun bəhsidir. xülasə edim ki ərəb əlifbasına görə görülən işləri qanun üzərinə gətirməliyik. bu gün bu işləri görürük və yarın bir güneyli bura gələndə görülən işlərdən xəbəri olmayaıb, onu başa salınca mən yazıq indi düşdüyüm günə düşəcəyəm.:-) bu işlər bir yerdə prinsib kimi yazılmalı və səsverməilə qabul edilib qaydalar əsasında göstərilməlidir yoxsa 5 gündən sonra həman aş həman kasa.bu gün biz varıq yarın necə! söz budur indi bürokrat idarəçilərimiz mənim üstdəki təkliflərimi dəyərli bilmirlərsə, hətmən dəyərləri yoxdur. özünüz bilərsiniz məndən demək.--Türk oğlan 09:24, 30 yanvar 2012 (UTC)
- Təklif edirəm ki, Vikipediya:Ərəb əlifbalı məqalələrlə bağlı görülməli işlər məqaləsi yaradılsın və mövzu ilə bağlı görülməsi zəruri olan ortaq məxrəcə gəlinmiş işlər qeyd olunsun. İdarəçilər də həmin səhifəyə və görülən işlərə nəzarət etsinlər.→Vago ms 09:31, 30 yanvar 2012 (UTC)
- AzVikidə ərəb əlifbası məsələsi ilk dəfə deyil bu cür müzakirələrə səbəb olur. Düzü ərəb əlifbası AzVikidə bir çox problem yaratsa da (məsələn, bir adda iki məqalə olması, müzakirələrdə biri latın digəri isə ərəblə yazması və s...) şəxsən mənə görə hələlik AzViki iki əlifbalı olmalıdır, çünki Azərbaycan dili faktiki iki əlifbalıdır. Ancaq mən yuxarıda yazılan kimi, güya bunun Vikipediya prinsipləri ilə məcburi olduğunu qəbul etmirəm, çünki AzViki məhz latın əlifbalı Vikipediya kimi Viki inkubatordan keçib, o zaman heç azj də yox idi (ISO 639-3 (2007). Sadəcə reallıq ərəb əlifbası ilə məqalələrin olmasını vacib edir, çünki olunan cəhdlərə baxmayaraq məncə azb ilə Viki inkubatordan keçmək üçün imkanlar yoxdur, istifadəçi sayı azdır. Yəni iki əlifba olsun, ancaq yaranan problemləri də həll etmək üçün müəyyən prinsiplər də olsun.--Melikov Memmed⇒email 10:16, 30 yanvar 2012 (UTC)
- Şərh: Nəinki AzViki, bizim heç bir layihəmiz inkubatordan filan keçməyib. --N KOzi FORVM 10:22, 30 yanvar 2012 (UTC)
- AzViki elə əvvəldən Azərbaycan Respublikasında rəsmi dil olan latın əlifbalı dil üçün "avtomatik" yaradılıb, heç inanmıram ki, o vaxt bunu edənlər İranda da ərəb əlifbalı Azərbaycan dili olduğunu da bilirdilər. İngliscə Vikipediyada olan farslar hətta indinin özündə belə az qala İranda ümumiyyətlə Azərbaycan dilinin olmasını inkar etmək iddiasındadılar. Azərbaycan dili Dağıstan qanunları ilə rəsmi dildir (İranda fərqli olaraq) və bu məntiq ilə kiril əlifbası ərəb əlifbasından heç də geri qalmamalıdır, Murad adlı istifadəçi yəqin yadınızdadır. Yəni ortada konkret "necə olmalıdır" haqqında bir şey yoxdur və mübahisələr də uzanıb gedər. Viki inkubatorda azb ilə ərəb əlifbalı Azərbaycanca vikipediya yaratmaq cəhdi isə hələlik alınası iş deyil. Bu səbəbdən AzViki iki əlifbal olsun, mən bunun tam tərəfdarıyam, ancaq təkrar yazıram, yaranan problemləri də həll etmək üçün müəyyən prinsiplər olsun. Bu problemlərin həll olunması mümkündür, məsələn, digər Vikilərdən intervikilər Azərbaycanca Vikipediyada eyni adda ancaq fərqli əlifbalı məqalələri göstərirsə, ərəb əlifbası ilə olan məqaləyə keçid verən silinib latın əlifbalı saxlanılır, belə bir prinsip qəbul olarsa onda "niyə məhz latın versiyası, mən daha əvvəl yaratmışam" kimi mübahisələr də olmaz və s... Və yaxud, müzakirə səhifələrində istənilən istifadəçi sərbəst fikir yaza bilməlidir, ancaq ərablə yazılma üçün şablon yerləşdirir, qarşı tərəf artıq soldan-sağa yaza bilmir, çıxış yolunu da bilmir ki, problemi həll etsin və sadəcə cavab yaza bilmir. Belə hallar olub. Mən də məhz iki əlifba olması ilə bahəm, bu cür problemlərin də həll olunmasını vacib sayıram. Yazmaq istədiyim bu idi--Melikov Memmed⇒email 12:22, 30 yanvar 2012 (UTC)
- Dağıstanda dövlət dili həm Azərbaycan, həm də rus dilidir?→Vago ms 14:02, 30 yanvar 2012 (UTC)
- Dağıstanda dövlət dili rus dili və burda yaşayan hər bir yerli xalqın dilidir, beləliklə Azərbaycan dili də burada rəsmi dövlət dili statusuna malikdir.--Melikov Memmed⇒email 14:12, 30 yanvar 2012 (UTC)
Mən bürokrat Sortilegusun apardığı islahatlarla razılaşıram. Ən azından ona görə ki, vahid qayda-qanun yaradılması xatirinə. Artıq yuxarıda söyləndiyi kimi ikiyə bölünüb, ayrı-ayrılıqda fəaliyyət göstərməkdənsə, Cənublu-şimallı olmaqdansa bütün azviki cəmiyyəti birlikdə fəaliyyət göstərməlidirlər (latınla da, ərəblə də yazanlar). Bir vikidə iki əlifba qarşısında çeşidli düşüncələrin aradan qaldırılması, bir ana səhifədə, bir kənd meydanında, eləcə də digər bölmələrdə birlikdə fəaliyyət göstərmək bizi bir-birimizə daha yaxın edər, dərdlərimizi, sevincimizi ümumiləşdirər, bir-birimizin dərdi-sərindən xəbərdar olmağa imkan yaradar. İnanıram ki, birliyimiz bizim nicatımızdır. Real həyatda bir neçə yerə parçalanmış olsaqda ən azından virutal həyatda birləşməmiz bizim xeyrimizədir. -- ■ Sultan mesaj 18:02, 30 yanvar 2012 (UTC)
Dəvət edirəm
Aktuallığı nəzərə alaraq hamını 2012 Avroviziya Mahnı Müsabiqəsi məqaləsini zəhginləşdirməyə dəvət edirəm.--Acategory 08:50, 29 yanvar 2012 (UTC)
- Məqalənin zənginləşdirilməsi önəmlidir. Ən azından bu il yarışma Bakıda təşkil ediləcək. Ancaq mənim Avroviziyaya marağım yoxdur. Bu səbəbdən məqaləni zənginləşdirə bilməyəcəm. Hörmətlə--Baskervill 10:19, 29 yanvar 2012 (UTC)
Dərgi, Jurnal, Qəzet, Mətbuat
Hamıya salamlar. Kimsə bu qavramlar barəsində mənə bilgi verə bilərmi? Məsələyə aydınlıq gətirmək üçün ayrı bir sualda verim: Güneydə 100 il bundan öncə iki həfdədən bir (həfdə bir seri ya bir həfdədə iki seri və...) yayılan nəşrləri hansı qavramnan adlandırmaq düzgündür? Və bunların arasında hansısa təbəqə ilgisi var? Örnək üçün nəzərə gəlir ki qəzet mətbuatın bir qismidir və belə bilgilər. Təşəkkürlər --Əmir İbrahimi *danışıq* 05:42, 31 yanvar 2012 (UTC)
- Sualınız tam aydın deyil, əgər qəzet (en:Newspaper) və jurnalın (en:Magazine) nə olduğunu bilmək istəyirsinizsə bunu elə Vikipediyadan öyrənə bilərsiniz. Dərgi isə, biz "jurnal" deyirik, türklər isə "dərgi". Mətbuat isə qəzet, jurnal və digər dövri nəşriyyatda çap olunanların cəmidir. Yəni "jurnal" = "dərgi" və " Mətbuat " = "jurnal" ("dərgi") + "qəzet"--Melikov Memmed⇒email 06:14, 31 yanvar 2012 (UTC)
- Verdiyiniz bilgilərə görə təşəkkürlər.))) Ardicəl olaraq həfdədə bir-ikiseri və ya iki həfdədən bir yayılan mətbuat qəzetdirlər ya jurnal? Bu mətbuatın işdəcəyləri qəzetlər kimindir ancaq hər gün yayılmayıblar.--Əmir İbrahimi *danışıq* 06:24, 31 yanvar 2012 (UTC)
- Qəzet və jurnalın fərqi onların ayda neçə dəfə çıxmasında deyil, çap formatındadır. Qəzetlər açıq listlərdə çap olunduğu halda jurnallar kobud desək "kitab şəkilində" olur. Mətbuat isə qəzet və jurnallarda olan informasiyanı bildirmək üçün işlədilir, yazılı, çap olunan KİV-də (Mass media) olan məlumatı göstərir. Əgər Siz yaratmaq istədiyiniz məqalədə nədən söz getdiyini belə (qəzetmi yoxsa jurnalmı?) bilmisrinizsə demək əlinizdə mənbə yoxdur, belə halda məqaləni yaratmamağınız daha məsləhətdir. --Melikov Memmed⇒email 07:25, 31 yanvar 2012 (UTC)
- Kifayət həddə qaynaqlar var. Onlar farscada yazılıb və bütünlükdə "Mətbuat" (və ya nəşriyyat) qavramından faydalanıblar. Mən istəyirəm ki Azərbaycan Türkcəsində diqqətli ad seçəm.))) Bilgiləriniz əsasında mən belə başa düşdüm ki Güneydə yayılan mətbuatın çoxu "Qəzet" bəzilərisə "Jurnal" kateqoriyasına düşəcəklər. Yenədə mövzuya ayırdıyınız vaxtdan təşəkkür edirəm. --Əmir İbrahimi *danışıq* 07:35, 31 yanvar 2012 (UTC)
- Əgər AzVikidə bu adda hələlik məqalə yoxdursa Siz sadəcə adın yazın, gələcəkdə kim isə bu adda məqalə yaratdıqda, o zaman "Ad (qəzet)" və s... kimi dəyişiklik edib dəqiqləşdirmə yazmaq ona düşər, Siz əvvəldən hamısı üçün bu şəkildə adlandırma etməyin--Melikov Memmed⇒email 08:18, 31 yanvar 2012 (UTC)
- Ad bir məsələsir, kateqoriyalarda yaranmalıdır. Hər halda bizdən sonrakilərdə bunu təyin etmək istəsələr gərək ki ölçüləri olsun. Düzgün ölçümüz olsa elə indi təyin etməyimiz daha yaxşı olar. Bu mənim düşüncəmdir. --Əmir İbrahimi *danışıq* 08:31, 31 yanvar 2012 (UTC)
- Ancaq Vikipediyada adın ən qısa forması seçilməlidir, məsələn, "Vətən Yolunda (qəzet)" adı seçilibsə, mütləq "Vətən Yolunda" məqaləsi də yaradılmalı və oraya istiqamətləndirilməlidir --Melikov Memmed⇒email 08:55, 31 yanvar 2012 (UTC)
- Ad bir məsələsir, kateqoriyalarda yaranmalıdır. Hər halda bizdən sonrakilərdə bunu təyin etmək istəsələr gərək ki ölçüləri olsun. Düzgün ölçümüz olsa elə indi təyin etməyimiz daha yaxşı olar. Bu mənim düşüncəmdir. --Əmir İbrahimi *danışıq* 08:31, 31 yanvar 2012 (UTC)
- Əgər AzVikidə bu adda hələlik məqalə yoxdursa Siz sadəcə adın yazın, gələcəkdə kim isə bu adda məqalə yaratdıqda, o zaman "Ad (qəzet)" və s... kimi dəyişiklik edib dəqiqləşdirmə yazmaq ona düşər, Siz əvvəldən hamısı üçün bu şəkildə adlandırma etməyin--Melikov Memmed⇒email 08:18, 31 yanvar 2012 (UTC)
- Kifayət həddə qaynaqlar var. Onlar farscada yazılıb və bütünlükdə "Mətbuat" (və ya nəşriyyat) qavramından faydalanıblar. Mən istəyirəm ki Azərbaycan Türkcəsində diqqətli ad seçəm.))) Bilgiləriniz əsasında mən belə başa düşdüm ki Güneydə yayılan mətbuatın çoxu "Qəzet" bəzilərisə "Jurnal" kateqoriyasına düşəcəklər. Yenədə mövzuya ayırdıyınız vaxtdan təşəkkür edirəm. --Əmir İbrahimi *danışıq* 07:35, 31 yanvar 2012 (UTC)
- Qəzet və jurnalın fərqi onların ayda neçə dəfə çıxmasında deyil, çap formatındadır. Qəzetlər açıq listlərdə çap olunduğu halda jurnallar kobud desək "kitab şəkilində" olur. Mətbuat isə qəzet və jurnallarda olan informasiyanı bildirmək üçün işlədilir, yazılı, çap olunan KİV-də (Mass media) olan məlumatı göstərir. Əgər Siz yaratmaq istədiyiniz məqalədə nədən söz getdiyini belə (qəzetmi yoxsa jurnalmı?) bilmisrinizsə demək əlinizdə mənbə yoxdur, belə halda məqaləni yaratmamağınız daha məsləhətdir. --Melikov Memmed⇒email 07:25, 31 yanvar 2012 (UTC)
- Verdiyiniz bilgilərə görə təşəkkürlər.))) Ardicəl olaraq həfdədə bir-ikiseri və ya iki həfdədən bir yayılan mətbuat qəzetdirlər ya jurnal? Bu mətbuatın işdəcəyləri qəzetlər kimindir ancaq hər gün yayılmayıblar.--Əmir İbrahimi *danışıq* 06:24, 31 yanvar 2012 (UTC)
Adda göstərilməsədə, yazıda və kateqoriyada qəzet-jurnal olması bəlli olmalıdır.--Əmir İbrahimi *danışıq* 09:02, 31 yanvar 2012 (UTC)