Vikipediya Kend Meydani Arxiv Yanvar 2014 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Keçidlər
Nəyə görə bəzi məqalələrdə başqa dillərdən azərbaycan dilinə keçid edərkən ərəb qrafikalı məqaləye keçid edilir? --Thunder Storm (talk) 05:11, 4 yanvar 2014 (UTC)
- Çünki dil keçidi o formada qoyulub. Müvafiq məqalənin latınca versiyası varsa, o zaman onu "wikidata"da düzəltmək olar. --►Cekli829 10:22, 10 yanvar 2014 (UTC)
DİQQƏT! MÜRACİƏT!
Sortilegus, Cekli829, Sultan11 və Vertuose adlı idarəçilərə müraciət edirəm! Təklif edirəm, hər dördünüzün idarəçiliyi və ya bürokratlığı kimi vəzifələri yenidən səsverməyə çıxarılsın. Bunun üçün imza kompaniyası toplamıram. Mən buranın bir istifadəçisi kimi bunu sizdən xahiş edirəm. Səbəb olaraq deyə bilərəm ki, sizin fəaliyyətiniz məni bir istifadəçi olaraq qane etmir. Sübut istəyirsinizsə Kənd Meydanındakı cavabsız suallar bəsdir, məncə. Mən təklif edirəm ki, əgər sizə görə sizin fəaliyyətinizdə nöqsan yoxdursa, gəlin bunu səsverməyə çıxaraq və buna digər şəxslər öz yanaşmalarını bildirsinlər. Müsbər cavab alacağıma ümid edirəm.
Maksimum 3 gün ərzində burdakı yazıma cavab istəyirəm. O vaxta qədər cavab olmasa, ona da bir şey fikirləşərik... Zaman getdi, tik-tak!
P.S: Yazım məndən icazəsiz və xəbərim olmadan silinərsə bunu təhqir kimi görəcəm və həmin şəxs və ya şəxslər cavab verəcək. Hörmətlə --Robert Langdon (talk) 22:36, 6 yanvar 2014 (UTC)
- Məncə, əgər belə bir səsvermə olsa, orada ya bütün idarəçilərin statusu sual altına qoymalıdır ya da heç birin. --Мурад 97 (talk) 20:32, 7 yanvar 2014 (UTC)
Mən ümumi idarəçilərin müəyyən vaxtdan bir səsvermə olmasını istəmirəm. Bu 4 idarəçidən narazı olduğuma görə bunu istəyirəm. --Robert Langdon (talk) 17:33, 7 yanvar 2014 (UTC)
Etimad səsverməsi olmalıdır bir çox idarəçi üçün, amma vəzifədən möhmək yapışmağa meyil var, ona görə bunun baş verəcəyinə inanmıram.--Emin • ismarış 18:12, 7 yanvar 2014 (UTC)
Yox, burda inam söhbəti falan deyil. Bu normal proseduradır. 3 gün ərzində əgər adı çəkilənlər bir şey yazmasalar, vikipediyanın idarə mərkəzindən müdaxilə olacaq. --Robert Langdon (talk) 18:52, 7 yanvar 2014 (UTC)
- Так, послушайте меня, burada əslində problem İdarəçilərin bir çoxunun qeyri-aktiv olmasındadır. Mən aktivliyinə görə İdarəçiləri 4 hissəyə bölürəm:
- Aktiv İdarəçilər - (Araz Yaquboğlu, Babək Akifoğlu, Cekli829) - bunlar hər gün AZ VİKİ-də redaktələr edirlər;
- Normal İdarəçilər - (Sefer azeri) - bunlar həftə ərzində AZ VİKİ-də redaktələr edirlər;
- Passiv İdarəçilər - (Sultan11, Sortilegus, İrada) - bunlar 3-5 ay ərzində çox az sayda AZ VİKİ-də redaktələr edirlər;
- Qeyri-aktiv İdarəçilər - (qalan 9 İdarəçi) - bunlar 1 ildən artıq müddətdə AZ VİKİ-də bir dənə belə redaktə etmirlər;
Bunları nəzərə alsaq, görərik ki, Robert bəy, Sizin narazılığınız əsl ünvanı bu sonuncu qeyri-aktiv İdarəçilərə ünvanlandırmalıdır. Lakin necə deyərlər, у палки есть два конца, т.е. Siz narazılıq etməniz üçün, Siz Robert bəy özününz mükəmməl olmalısınız. Amma Siz özünüz neçə aylardır heç Vikipediyada görünmürdüz axı... --Keete 37 (Farid Aliev) (talk) 16:12, 8 yanvar 2014 (UTC)
Keete 37, mənim burada olan zaman yaranan mübahisələrdən xəbəriniz yoxdur. Və mən burada yenə çalışmıram. --Robert Langdon (talk) 17:55, 8 yanvar 2014 (UTC)
- Siz burada çalışmırsızsa, buranın İdarəçilərindən nə istəyirsiz? Ona qalsa, bu narazılığı mən bildirə bilərəm, çünki buna tam haqqım çatır, mən hər həftə öz yeni məqalələrimi laboratoriyaya veririəm, hər gün 2-3 yeni qlobal məqalə yaradıram. Lakin mən burada heç kimdən narazı deyiləm. Sizə isə məsləhətim - əgər çalışmırsanızsa, qoyun bu problemlə daha aktiv və Vikipediyaya daha öyük töhvə verən iştirakçılar məşğul olsunlar. До свидания! --Keete 37 (Farid Aliev) (talk) 18:05, 8 yanvar 2014 (UTC)
Keete 37, əsəbiləşmə. Hələ gələcək qabaqdadır. Ən az sənin qədər haqqım var burda. Sizi görürəm, çox güclü məşğulsunuz. Bir də mənlə məşğul olmayın. Vaxtınızı itirməyin. Uğurlar!
P.S: Belə daha dəqiq olsun. Birdən fikriniz qarışar ) --Robert Langdon (talk) 19:45, 8 yanvar 2014 (UTC)
- Ой не волнуйтесь Вы за меня :) Mənim fikirlərim heç bir zaman qarışmır. Sizdə burada İdarəçilərə öz narazılığınızı bildirmək əvəzinə 2-3 məqalə yaratsa idiniz, AZ VİKİ Erməni Vikipediyasını çoxdan keçərdi. Amma hara, biz sadəcə burada oturub, diskussiya etməyi sevirik axı... --Keete 37 (Farid Aliev) (talk) 20:06, 8 yanvar 2014 (UTC)
Düşünürəm ki, tam düzgün tələbdir. Bu bütün passiv vəzifə kreslosunu buraxmaq istəməyən, istifadəçilər arasında daha çox narazılığa səbəb idarəçilərə şamil edilə bilər. Birdə Keete icazə verin vikipediyada illər bundan əvvəldə iş görənlər, təhqir olunanlar, söyülənlər, atılanlar nəsə tələb irəli sürsün. Hər halda heç kim heç kəsin vəkili deyil. Yazılarınız da ya təmiz rusca yada azərbaycanca olsa daha gözəl olardı. Və sizin yazı üslubunuz fəaliyyətinizədə ciddi baxmağa kömək edərdi. Hörmətlə --E-citizen (talk) 20:53, 8 yanvar 2014 (UTC)
- Xanım E-citizen, Siz özünüz də son aylar tamamilə passivsiz Vikipediyada. Bir də ki: Çox xahiş edirəm, mənim yaratdığım məqalələrdə əgər açıq şəkildə güsur yoxdursa, onları dəqiqə başı barmaqlamaq lazım deyil. Ondansa yeni məqalələr yaradaraq, Vikipediyanı zənginləşdirsəz çox böyük kömək edərsiz. --Keete 37 (Farid Aliev) (talk) 21:16, 8 yanvar 2014 (UTC)
Keete görürəm vikipediyada illərlə fəliyyəti olan şəxslər haqqında sizdə nəsə fikir yaratmaq çox çətin məsələyə döndü. Mən vikidəki fəaliyyətimi burdakılar bilir. Aktivliyim başqa nik altında comonsda gedir. Lazım olduqca burda elə düzəlişlər edirəm ki, onları sizə sadalamaq fikrimdə deyiləm. Sizin etdiyiniz düzəlişdə isə alt paltarı görünən şəxsin yerinə əynində normal geyim tərzi olan şəkli yerləşdirdim. Sizin üçün alt paltarının görünməsi bu qədər vacibdirsə saxlayın. Amma digər vikipediyalarada nəzər salın. Deqradasiya uğratmayln azvikini. --E-citizen (talk) 21:23, 8 yanvar 2014 (UTC)
Unutmuşdum "onları dəqiqə başı barmaqlamaq lazım deyil" çox etik yazı tərziniz var. Bir məqalənizdə düzəliş etmişdim. Onuda bu cür dəyərləndirirsizinizsə onda gerisi daha yazmıram. Arif adamlar sözü tutdu --E-citizen (talk) 21:26, 8 yanvar 2014 (UTC)
- Xanım E-citizen məndən inciməyin, bura Vikipediyadır - mollaxana deyil. Mənim yaratdığım məqalələri də təhqir etməyin. Siz nə vaxtsa (neçə il bundan əvvəl) aktiv olubsuzsa çox gözəl, lakin bu çoxdan idi. Bizə Commons deyil, Azərbaycan Vikipediyasını ilk növbədə müxtəlif mövzularla zənginləşdirmək lazımdır. Siz isə oturub, alt paltarından danışırrsız. Bu bir az qeyri-professional yanaşma tərzidir. Ona qaldıqda mən elə mövzular haqqda məqalə yaradıram ki, Siz yəqin ki utanaraq yaratmarsız. Lakin mən bütün mental-dini-və s. buna oxşarlıqlardan uzaq bir istifadəçiyəm. Bunaa görə də, gəlin sadəcə olaraq reallığa baxaq, Sizə nə vacibdir bu dəqiqə - Azərbaycan Vikipediyasının yeni mövzularla zəngilləşdirməsi, elə deyilmi, qəlin başqa lazımsız mövzularla özümüzü yormayaq, ok? --Keete 37 (Farid Aliev) (talk) 21:34, 8 yanvar 2014 (UTC)
Yox mən o xüsusi məqalələrə baxmıram. Onu çox şükür ki, böyük həvəslə zənginləşdirən çoxdur. Mental dəyərləri olmayanlardan qorxmaq gərəkir. İnkişaf mental dəyərləri aradan qaldırmaq, əxlaqa zidd dəyərləri qiymətləndirmək deyil. Kateqoryalarımızı düzəltmək, elmi məqalələr yaratmağa isə az adam tapılar. Hərənin öz maraq dairəsi. Məni vikipediyaya girən və sorğusuna sual tapmayan böyük kütlə maraqlandırır. Xüsusi maraq tərzi daşıyanların tələbləri yox. Mənim fəaliyyətim haqqında sizə söz deməyə düşmür. Və düşünürəm ki, yol göstərməyinizdə tanımadan heç yerində deyil --E-citizen (talk) 21:42, 8 yanvar 2014 (UTC)
- Xanım E-citizen, bilirsiz əslində Siz xanımsız, mənim xanımlara çox böyük hörmətim var, daha doğrusu mən qadın hüquqlarını həmişə hər bir şeydən üstün tutmuşam. Bu birincisi, İkincisi - mən özümdə çox fərqli-fərqli mövzular yaradıram (məsələn Estoniyanın bütüüün şəhər və maakondları və Slovakiyanın demək olar ki bütün 60 şəhəri barədə tam məlumatlı mövzular yaratmışam). Mən bunu özümü tərifləmək üçün demirəm, sadəcə onu bildirirəm ki, mənim mövzu seçimim təmamilə azaddır; mən heç bir məqalədən utanmayaraq məqalə yarada bilərəm. Lakin azərbaycan vikipediyasını - təmamilə azad olan ensiklopediyanı mollaxanaya çevirməyə mən heç bir vəcdlə razı olmaram. Çünki mən liberalam, konservativliyə isə qarşıyam. Sizə hörmətlə (Sizə bilmədən cənab yazdığım üçün üzr istəyirəm) --Keete 37 (Farid Aliev) (talk) 21:51, 8 yanvar 2014 (UTC)
- Burda, bu müzakirənin nə yeri, nə də vaxtı deyil məncə. Çünki müzakirə mövzusunu yayındırırıq. Hörmətli Rovshan.95 tərəfindən qaldırılmış məsələ isə tamamilə diqqətdən kənarda qalır. Fikir bildirmək istəyənlər yalnız qaldırılmış məsələ ilə bağlı fikirlərini bildirsinlər, digər məsələlər isə müvafiq yerlərdə və ya yeni başlıqlar altına müzakirə edilsə daha yaxşı olar. Hörmətlə --sefer azeri 22:19, 8 yanvar 2014 (UTC)
- Məncə Robert Langdon tərəfdən açılan məsələ çox vacibdir. Lakin, diqər istifadəçilər söhbətin əsas məsələdən geri çəkilib, tamamilə yersiz müzakirəyi başladılar. --Мурад 97 (talk) 04:29, 9 yanvar 2014 (UTC)
- Burda, bu müzakirənin nə yeri, nə də vaxtı deyil məncə. Çünki müzakirə mövzusunu yayındırırıq. Hörmətli Rovshan.95 tərəfindən qaldırılmış məsələ isə tamamilə diqqətdən kənarda qalır. Fikir bildirmək istəyənlər yalnız qaldırılmış məsələ ilə bağlı fikirlərini bildirsinlər, digər məsələlər isə müvafiq yerlərdə və ya yeni başlıqlar altına müzakirə edilsə daha yaxşı olar. Hörmətlə --sefer azeri 22:19, 8 yanvar 2014 (UTC)
- Xanım E-citizen, bilirsiz əslində Siz xanımsız, mənim xanımlara çox böyük hörmətim var, daha doğrusu mən qadın hüquqlarını həmişə hər bir şeydən üstün tutmuşam. Bu birincisi, İkincisi - mən özümdə çox fərqli-fərqli mövzular yaradıram (məsələn Estoniyanın bütüüün şəhər və maakondları və Slovakiyanın demək olar ki bütün 60 şəhəri barədə tam məlumatlı mövzular yaratmışam). Mən bunu özümü tərifləmək üçün demirəm, sadəcə onu bildirirəm ki, mənim mövzu seçimim təmamilə azaddır; mən heç bir məqalədən utanmayaraq məqalə yarada bilərəm. Lakin azərbaycan vikipediyasını - təmamilə azad olan ensiklopediyanı mollaxanaya çevirməyə mən heç bir vəcdlə razı olmaram. Çünki mən liberalam, konservativliyə isə qarşıyam. Sizə hörmətlə (Sizə bilmədən cənab yazdığım üçün üzr istəyirəm) --Keete 37 (Farid Aliev) (talk) 21:51, 8 yanvar 2014 (UTC)
Şablon:Link GA və Şablon:Link FA
Bu şablonlar ancak məndə işləmirlər? Onlar digər vikipediyaların keçidlərin yanında ulduz və üstəgəl işarələri yerləşdirməlidilər amma mən bunu görmürəm. Məsələn üçün, 1346 məqalədə İngiliscə Vikipediya üçün Link GA şablonu yerləşdirilib, lakin İngilis Vikipediyaya keçidin yanında heç bir işarə yoxdur. --Мурад 97 (talk) 20:48, 11 yanvar 2014 (UTC)
- Hə, dediyiniz kimidir. Hazırda texniki problem var. Şablon heç bir məqalədə işləmir. Amma guman edirəm ki, bunu mən düzəldə bilməyəcəm. --►Cekli829 04:55, 13 yanvar 2014 (UTC)
- Çox təəsüf. Bunlar məqalələri tərcümə vasitəsi ilə yaxşılaşdırmaq istəyənlər istifadəçilər üçün çox vacib şablondilar. Sizcə, düzəldə bilən bir istifadəçimiz var mı? --Мурад 97 (talk) 17:33, 13 yanvar 2014 (UTC)
- Narahat olmayın. Yəqin ki, ən qısa və ən uyğun vaxtda düzələr. Bəzən belə problemlər olur. --►Cekli829 15:06, 13 yanvar 2014 (UTC)
- Çox təəsüf. Bunlar məqalələri tərcümə vasitəsi ilə yaxşılaşdırmaq istəyənlər istifadəçilər üçün çox vacib şablondilar. Sizcə, düzəldə bilən bir istifadəçimiz var mı? --Мурад 97 (talk) 17:33, 13 yanvar 2014 (UTC)
Azərbaycan alimlərinin Vikipediyaya cəlb olunması
Hörmətli Vikipediyaçılar!
Dünən AMEA-nın Rəyasət Heyətində Vikipediya ilə bağlı problemlər müzakirə olundu [1]. Rus, ingilis və digər dillərdə Azərbaycana qarşı qərəzli və yalan məlumatlar daxil edilmiş məqalələr alimlərimizə göstərildi. Bir çox alimlərimiz belə vəziyyətdən çox hiddətləndilər. 2 saata yaxın müzakirələr getdi. Sonda belə qərara gəldilər ki, alimlərimiz Vikipediyada fəal olsunlar və bu məqsədlə viki-qruplar yaradılsın ki, alimlərimizə Vikipediyada işləməyi öyrətsinlər, istiqamət versinlər. Bu təcrübə Ermənistanda, Ukraynada, Qazaxıstanda uzun müddətdir ki vardır. Düşünürəm ki, Azərbaycan bunu çoxdan etməli idi. Amma Hər halda indinin özündə də hələ gec deyil. AMEA-nın İnformasiya Texnologiyaları institutunda bununla bağlı gələcəkdə treyninqlər keçiriləcək. Treyninqlərdə viki-qruplarla işləmək iatəyən təcrübəli vikipediyaçılar tələb olunacaqdır. Sizlərin köməyinə ehtiyac var. Hörmətlə, --İrada (talk) 06:17, 16 yanvar 2014 (UTC)
- Bu əla xəbərdir! Bunda Sizin də böyük rolunuz var. Ona görə Sizə təşəkkürlər! Burada belə bir cümlə də var:
AMEA Mərkəzi Elmi Kitabxanası və “Elm” nəşriyyatına kitabların, jurnalların və digər çap materiallarının elektron resurslarının “Wikipedia” ensiklopediyasına daxil edilməsinə dair göstərişlər verilib.
- Bu bizə imkan yaradacaq ki, müəlliflik hüququ ilə bağlı yarana biləcək problemləri daha asanlıqla həll edək. --►Cekli829 08:09, 16 yanvar 2014 (UTC)
Təşəkkür edirəm. Erməni, Ukrayna, qazax dilində və s. Vikipediyalarda bu təcrübə çoxdan var. [2], [3] Görək də...Çox inanıram ki, yazılan qərarlar kağız üzərində qalmayacaq. --İrada (talk) 08:43, 16 yanvar 2014 (UTC)
Oxudum qəzetdən. Nə lazım olsa, kömək eləməyə hazıram. --Robert Langdon (talk) 18:09, 19 yanvar 2014 (UTC)
AMEA İnstitutlarındakı qruplara treyninqlər, seminarlar keçirmək lazım olacaq. İnformasiya Texnologiyalar İnstitutunda viki fəlsəfəsini bilən cəmi 3-4 nəfərdir. Bu çox azdır. Mən hesab edirəm ki, seminarlar üçün müəyyən vəsait ayrılmalıdır. Hal-hazırda bu məsələnin həll olunmasını gözləyirəm. Daha sonra tədbirlər planını hazırlayıb viki-görüşlərin birində müzakirəyə çıxartmaq lazımdır. Ola bilsin ki, viki-görüşü elə bizim institutda keçirək. --İrada (talk) 19:09, 19 yanvar 2014 (UTC)
Request for comment on Commons: Should Wikimedia support MP4 video?
I apologize for this message being only in English. Please translate it if needed to help your community.
The Wikimedia Foundation's multimedia team seeks community guidance on a proposal to support the MP4 video format. This digital video standard is used widely around the world to record, edit and watch videos on mobile phones, desktop computers and home video devices. It is also known as H.264/MPEG-4 or AVC.
Supporting the MP4 format would make it much easier for our users to view and contribute video on Wikipedia and Wikimedia projects -- and video files could be offered in dual formats on our sites, so we could continue to support current open formats (WebM and Ogg Theora).
However, MP4 is a patent-encumbered format, and using a proprietary format would be a departure from our current practice of only supporting open formats on our sites -- even though the licenses appear to have acceptable legal terms, with only a small fee required.
We would appreciate your guidance on whether or not to support MP4. Our Request for Comments presents views both in favor and against MP4 support, based on opinions we’ve heard in our discussions with community and team members.
Please join this RfC -- and share your advice.
All users are welcome to participate, whether you are active on Commons, Wikipedia, other Wikimedia project -- or any site that uses content from our free media repository.
You are also welcome to join tomorrow's Office hours chat on IRC, this Thursday, January 16, at 19:00 UTC, if you would like to discuss this project with our team and other community members.
We look forward to a constructive discussion with you, so we can make a more informed decision together on this important topic. Keegan (WMF) (talk) 06:47, 16 yanvar 2014 (UTC)
20 yanvar - Ümumxalq Hüzn Günü
21 yanvar - İnformasiya Texnologiyaları İnstitutunda viki-görüş
Hörmətli Vikipediyaçılar!
Azərbaycan alimlərinin Vikipediyaya cəlb olunması məsələsi ilə bağlı təcili müzakirələrə ehtiyac vardır. Sizləri 21 yanvar, saat 3-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək görüşə dəvət edirəm. Görüşdə müzakirə olunacaq məsələlər:
- AMEA alimlərinin Vikipediyaya cəlb olunması məsələsi ilə bağlı tədbirlər planının müzakirəsi
- "Vikimedia Azərbaycan" layihəsinin müzakirəsi
- 2014-cü ildə Azərbaycan Vikipediyasının 10 illiyi ilə bağlı beynəlxalq konfransın keçirilməsi
Görüş institutun 2-ci mərtəbəsində, kişik zalda keçiriləcəkdir. Bax: Vikipediya:Görüş/Bakı/Bakı 8 Hörmətlə, --İrada (talk) 14:08, 20 yanvar 2014 (UTC)
- Sağlamlığım imkan versə məmuniyyətlə iştirak etmək istərdim.--Baskervill (talk) 15:00, 20 yanvar 2014 (UTC)
Double writing week about the Caucasus (nl-wiki)
Hello! In earlier months, we have organized several writing weeks on the Dutch Wikipedia. As in the next month in the Caucasus area of Sochi, Russia, the 2014 Winter Olympics are organized, we organize afterwards during two weeks (22 February-9 March) a double writing week on the Dutch Wikipedia about the Caucasus. This is the coloured area shown on the right, including the 9 subdivisions of Russia, and the countries Georgia, Armenia and Azerbaijan. If you have any suggestions we certainly should write an article about, please tell us!
It is also possible for you to organize a writing week (or double) at your Wikipedia about the area of the Dutch speaking community mostly comes from: Belgium and the Netherlands.
We are currently working on the preparations of our double writing week to have a better coverage of this area of the world, what includes a project page and a page with many wanted articles on the Dutch Wikipedia about this area of the world.
- Our project page is at nl:Wikipedia:Wikiproject/Schrijfweek/Kaukasus
- The list of wanted articles is at nl:Wikipedia:Gewenste artikelen/Kaukasus
- Post any reactions on nl:Overleg Wikipedia:Wikiproject/Schrijfweek/Kaukasus
Greetings from nl-wiki - Romaine (talk) 01:04, 25 yanvar 2014 (UTC)
Yeni vikipediya mükafatı : "200 yeni məqalə müəllifi"
Vikipediyada işgüzarlığı həvəsləndirmək və zəhmətkeş vikipediyaçıları təltif etmək üçün bu gün Azərbaycan vikipediyasında yeni mükafat - statistik "200 yeni məqalə müəllifi" müfakatı təsis etdim. Bu mükafatı hər yeni 200 məqalə müəllifi olan hər kəs özü öz səhifəsində yerləşdirə biləcək. Makfatın emblemi kimi ulduz rəsmini götürdüm. Ancaq bu rəsm əvvəldən Vacib redaktələr mükafatında olduğu üçün , ora məzmuna uyğun yeni şəkil yerləşdirdim.
Yeni mükafatın maraq doğuracağına və hər kəsin şəxsi səhifəsində hər ulduzun 200 məqalə demək olduğnu biləcəyimizi düşünürəm.--Acategory (talk) 10:57, 31 yanvar 2014 (UTC)
Xeyirli olsun :)--Emin • ismarış 12:28, 31 yanvar 2014 (UTC)